Məhkəmə qərarları › İş №1(101)-1047/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1047/2025

26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1047/2025 26.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X11 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibləri – X3 və X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 2 noyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 1(101)- 1059/2015 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qərarı ilə cəzası 6 (altı) ay müddətinədək azaldılmış, Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş cəzası 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 7(002)-804/2020 saylı qərarı ilə cəzasının çəkilməmiş 4 (dörd) ay 19 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya üzərindən qanunla müəyyən edilmiş qaydada götürülməmiş, işləməyən, Bakı şəhəri Yasamal rayonu X29 küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 26 sentyabr 2025-ci il tarixdə, saat 14:10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd yapışqanlı lentə bükülmüş qara rəngli sellofan bükümdə təmiz çəkisi 1219,1 qram olan kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitə heroini, bir ədəd yapışqanlı lentə bükülmüş qara rəngli sellofan bükümdə təmiz çəkisi 120,734 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryəki, bir ədəd yapışqanlı lentə bükülmüş qara rəngli sellofan bükümdə təmiz çəkisi 650 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd yapışqanlı lentə bükülmüş qara rəngli sellofan bükümdə təmiz çəkisi 503,3 qram olan kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini sağ çiynindən asdığı qara rəngli üzərində qırmızı zolaq olan çantanın içində gizlədərək saxlamaqla daşımış, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin (bundan sonra mətndə - Səbail RPİ-nin 9-cu PB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 mart 2024-cü il tarixdə, saat 01:25-də Bakı şəhəri Səbail rayonu Niyazi küçəsi 3 ünvanında saxlanılaraq Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasına aparılmış, həmin gün saat 02:50-dən etibarən orada üzərinə şəxsi axtarış keçirilən zaman sağ çiynindən asdığı qara rəngli üzərində qırmızı zolaq olan çantanın içindən bir ədəd yapışqanlı lentə bükülmüş qara rəngli sellofan bükümdə təmiz çəkisi 1219,1 qram olan kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitə heroin, bir ədəd yapışqanlı lentə bükülmüş qara rəngli sellofan bükümdə təmiz çəkisi 120,734 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, bir ədəd yapışqanlı lentə bükülmüş qara rəngli sellofan bükümdə təmiz çəkisi 650 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və bir ədəd yapışqanlı lentə bükülmüş qara rəngli sellofan bükümdə təmiz çəkisi 503,3 qram olan kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Bakı şəhərində yaşamaqla təxminən 25-26 ildir narkotik vasitələrdən istifadə edir və həmin müddət ərzində yalnız şəxsi istifadəsi məqsədilə narkotik vasitə əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində aşkar edilmiş predmetlər isə ona məxsus deyildir. Belə ki, o, narkotik vasitə əldə etdiyi şəxslə təxminən 6 ay ərzində əlaqələrini kəsmiş, vaxtilə sonuncudan 3-5 qram çəkilərdə narkotik vasitə almış, lakin sonradan əlaqəni kəsməklə mobil telefon nömrəsini dəyişdirmişdir. Lakin bir müddət sonra həmin şəxs ona zəng edərək ümumi əhvalını və nə isə lazım olubolmaması ilə maraqlanmış, o isə cavabında ona heç nəyin lazım olmadığını bildirərək özünə lazım olan predmetləri tapa bildiyini demişdir. Həmin iranlı şəxs onun üçün “mal”, yəni 2 qram çəkidə heroin və 1 qram çəkidə “patı” göndərəcəyini bildirərək qeyd etdiyi narkotik vasitə və psixotrop maddələrin yerləşdirildiyi “konumu” (məkanı) göndərmiş, o da 6 nömrəli məktəbin yaxınlığına gedərək narkotik vasitəni götürmüşdür. Orada “sumka” söhbəti olmamışdır. O, arkanın içərisinə girmiş, əlindəki mobil telefonda oyun oynayaraq arkanın ortasına çatarkən qəfildən maşın səsi eşitmiş və bu zaman bir neçə nəfər şəxs onun üzərinə doğru gəlmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən hələ narkotik vasitənin olduğu yerə çatmamışdır. Polis əməkdaşları üzərində “sumka” ilə onun şəklini çəkməyə başlamış, həmin vaxt o, sərxoş vəziyyətdə olmuşdur. Polis əməkdaşları aşkar olunmuş “malın” ona məxsus olub-olmamasını soruşduqda o, iranlının 1 qram “malı” da “havayı” vermədiyini, bu qədər çəkidə “malı” onun göndərməsinin mümkün olmadığını, özünün isə ümumiyyətlə həmin çəkidə narkotik vasitəni ala bilmə imkanına sahib olmadığını bildirmişdir. O, 29 fevral 2023-cü il tarixdə, saat 23:15 radələrində saxlanılmaqla saat 00:00 radələrində 9-cu polis bölməsinə aparılmış, həmçinin onunla birlikdə taksi sürücüsü də tutulmuşdur. O, “Bolt” mobil tətbiqi vasitəsilə özünə taksi sifariş edərək narkotik vasitəni götürmək üçün ona bildirilmiş ünvana getmişdir. Polislər onu gecə vaxtı ailə üzvlərini narahat etməklə hədələmişdir. O, narkotik vasitədən həftədə bir dəfə olmaqla istifadə etmiş, “patı”dan isə heç vaxt istifadə etməmişdir.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, təhqiqatçı və müstəntiqin hər birinə bir dəfə ifadə vermiş, iş materiallarına əlavə olunmuş ifadələrini oxuyaraq tanış olmuşdur. O, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, narkotik vasitələri narkotik vasitə satan istənilən şəxsdən əldə etmiş, həmin şəxslərin mobil telefon nömrələrini isə narkotik vasitə istifadəçiləri vasitəsilə öyrənmişdir. O, əldə etdiyi narkotik vasitələrin ödənişini plastik kart vasitəsilə etmişdir. O, saxlanıldığı gün 2 qram “kakos”, 1 qram “patı” sifariş vermiş, lakin polis əməkdaşları həmin narkotik vasitələrin çəkisini artırmışdır. O, sifariş etdiyi həmin narkotik vasitənin ödənişini iranlı şəxsə göndərməmişdir. İranlı onun oğluna kiminsə ona 200 manat pulu “atdığını” demişdir. İranlı əvvəl ona zəng etdiyindən oğlu da iranlıya zəng edib onu biabır edərək “bu nə işdir ki, atamın başına gətirmisən?!” demiş, iranlı isə cavabında oğluna “yaxşı eləmişəm” demişdir. O, iranlını başqa bir insan kimi tanımış, ona qarşı belə bir hərəkət edəcəyini bilməmişdir. O həmin iranlı şəxsdən təxminən 10 dəfə narkotik vasitə almış, aralarında yaranmış küsülülükdən 6 ay sonra isə ona zəng edərək narkotik vasitə axtardığını eşitdiyini, küsülülüyü qırağa qoymağını, onun üçün 40 manata narkotik vasitə göndərə biləcəyini bildirmişdir. Onun iranlı ilə küsülü olmasının səbəbi əvvəllər iranlının onu bir neçə dəfə dalınca göndərdiyi guya narkotik vasitə olduğu yerlərdə narkotik vasitənin olmaması olmuşdur. O, sonuncu dəfə narkotik vasitə üçün 120 manat məbləğində pul ödəmişdir. Tanıdığı digər narkotik vasitə istifadəçiləri ilə pulları bir yerə “atışıb” narkotik vasitə əldə edərək istifadə etmişlər. O, gün ərzində təxminən 1 qram çəkidə narkotik vasitə heroin istifadə etmişdir. O, “moykada” işləməklə, həmçinin fəhləlik də etmiş, qazandığı pul ilə özünə narkotik vasitə almışdır. O, iranlı şəxslə bir neçə dəfə danışmış, sonuncu ona bir neçə dəfə səs atmış, həmçinin narkotik vasitə aldığı gün də onunla yazışmışdır. İranlı ona iki gün ərzində zəng etdikdə zənglərinə cavab verməmiş, cavab verdiyi gün isə içkili olduğundan onun “başını bişirməyə” nail olmuş, nəticədə gedib narkotik vasitəni götürmüşdür. O, narkotik vasitəni oğlunun mobil telefonu vasitəsilə sifariş vermişdir. Onunla birlikdə saxlanılan taksi sürücüsünü isə hadisə gününədək tanımamış, getdiyi ünvana hansı məqsədlə getməsi barədə taksi sürücüsünə heç nə deməmişdir. İranlı ona narkotik vasitənin yerləşdirildiyi ünvanın şəklini deyil, “konumunu” göndərmişdir. 6 nömrəli məktəb onun evindən təxminən 5 dəqiqəlik məsafədə yerləşir. Polis əməkdaşları onunla birlikdə saxlanılmış taksi sürücüsünü də onunla əlbir olan şəxs kimi sənədləşdirmək istəmiş, lakin o, belə bir şeyə razı olmayaraq narkotik vasitəni boynuna götürmüşdür. Onun saxlanılmasında təxminən 15-20 nəfər polis əməkdaşı iştirak etmiş, sonuncular onu döymüşdür. O, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində “sumka” (çanta) olmamışdır. Hadisə zamanı üzərində ***-***-**-** saylı mobil nömrə olan “Redmi” markalı mobil telefon olmuşdur. O, tutulduğu yerdən polis bölməsinə “Kia” markalı maşınla gətirilmiş, maşında olarkən hər iki tərəfində polis əməkdaşı oturmuş, biri isə avtomobili idarə etmişdir. Polis bölməsində üzərində təxminən saat 01:00 radələrində baxış keçirilmişdir. O, bölmənin inzibati binasında yerləşən xidməti otağa daxil olarkən stolun üstündə tərəzi və “sumkanın” olduğunu görmüşdür. Bundan sonra müdafiəçi içəri daxil olmuşdur. Polis əməkdaşları tərəfindən bölmədə olarkən döyülmüş, üzərinə baxış və götürmə istintaq hərəkəti aparıldığı videoçəkiliş isə bir neçə dəfə həyata keçirilmişdir. Belə ki, o, videoçəkiliş zamanı başqa bir söz dedikdə polislər videoçəkilişi dayandırıb onu döymüşlər. Bundan sonra təqdim olunan sənədləri imzalayacğını bildirmişdir. O, həbs olunmamışdan əvvəl prokurorun və köməkçisinin yanında olarkən yaxşı qarşılanmış, lakin orada, o cümlədən barəsində həbs qətimkan tədbiri məsələsi həll edilərkən məhkəmə iclasında hakimə xəsarətləri və polis əməkdaşları tərəfindən döyülməsi barədə hər hansı məlumat verməmişdir. O həm narkotik vasitəni götürməyə getdiyi arkanın içərisində, həm də bölmədə döyülmüş, bu zaman ayaqlarından və başından xəsarət almış, təcridxanaya daxil olarkən həkim üzərində müayinə keçirmiş, lakin həkimə hər hansı bir söz deməmişdir. Onu döyən şəxslərin adını bilmir. O, iranlı şəxsi mobil telefonunda “Bibioğlu” kimi qeydiyyata almış, sonuncunu yalnız görüntülü danışıqlar zamanı görmüş, bu zaman o, İran ləhcəsi ilə danışmışdır. Onun iranlı ilə 1 mart 2024-cü il tarixdə danışıqları olmamış, yəni sonuncuya özü deyil, polis əməkdaşları yazmış, iranlı da polislərin yazdıqlarına cavab vermişdir.Prokurorluq orqanının əməkdaşları onun xəsarətləri ilə maraqlanmaq üçün yanına gedib-gəlmişdir.

4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, uzun müddət narkotik vasitə heroin qəbul etmiş, ittihamda qeyd olunan ünvana isə 2 qram çəkidə narkotik vasitə heroin və 1,3 qram çəkidə psixotrop maddə metamfetamin əldə etmək üçün getmişdir. İttihamda göstərilən çəkidə narkotik vasitə və psixtrop maddələr ona məxsus olmamış, ümumiyyətlə həmin çəkilərdə narkotik vasitə və ya psixotrop maddə almaq üçün onun kifayət qədər maddi imkanı olmamışdır. O, ittihamda qeyd olunan ünvana gedərkən sərxoş vəziyyətdə olmuş, əldə edəcəyini nəzərdə tutduğu narkotik vasitənin pulunu da göndərməmişdir. O, saxlanılarkən yanında olan taksi sürücüsü və ailəsinə görə polis əməkdaşları tərəfindən ona məxsus olması iddia edilən narkotik vasitə və psixotrop maddələri qəbul etmişdir. Polis əməkdaşı Şahid1 onun saxlanılmasında iştirak etmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmışdır. Polis əməkdaşı Rais Məmmədov isə onun saxlanılmasında iştirak etməmiş, sonuncunu yalnız avtomobillə polis bölməsinə aparılarkən görmüş, sonuncu tərəfindən hər hansı təzyiqə məruz qalmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.

5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi 1 mart 2024-cü il tarixli şübhəli şəxs qismində ifadəsi, eləcə də, 2 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, təxminən 3-4 ildir narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Həmçinin bir nəfər adını bilmədiyi İran İslam Respublikası vətəndaşı vasitəsilə narkotik vasitələrin daşınmasını, yəni qanunsuz dövriyyəsini həyata keçirir. X40 Respublikası vətəndaşı olduğunu bildiyi şəxslə istifadəsində olan “Redmi” markalı mobil telefonda olan “whatsapp” qısa mesaj proqramı vasitəsilə əlaqə saxlamışdır. Həmin adını bilmədiyi şəxs onun istifadəsində olan mobil nömrənin “whatsapp” hesabına öz istifadəsində olan +98 935 *** **** mobil nömrə vasitəsilə mesaj və zənglər etmiş, narkotik vasitələrin olduğu ünvanı qeyd edərək, onları götürüb hansı ünvanlara çatdırmalı olduğunu bildirmişdir. 29 fevral 2024-cü il tarixdə axşam saatlarında həmin iranlı şəxs “whatsapp” vasitəsi ilə onunla əlaqə saxlayıb Səbail rayonu Niyazi küçəsi 3 ünvanında zibil qutusunun yanında narkotik vasitə olduğunu, onu götürdükdən sonra qeyd edəcəyi ünvana aparmasını demişdir. Bunun müqabilində ona 250 manat pul və 10 qram heroin verəcəyini bildirmişdir. O da həmin şəxsin bu təklifi ilə razılaşmışdır. Sonra isə həmin şəxs, öncədən 100 manat pulu oğluna məxsus, lakin özünün istifadəsində olan “4098 5844 5026 4724” nömrəli “Leo Bank” kartına göndərmişdir. Həmçinin ona, özünün deyəcəyi ünvana daşıyacağı narkotik vasitələrin saxlanıldığı ünvanı, yəni ünvan 2 Bundan sonra o, xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində oğlunun istifadəsində olan mobil telefonunda quraşdırılmış “Bolt” taksi şirkətinə məxsus mobil tətbiq vasitəsilə taksi sifariş vermişdir. Saat 01:05-də “Lada Priora” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomaşın ünvanına gəlmiş və o həmin avtomaşınla ünvan 3 ünvan qeyd etdiyi üçün ilkin ünvana çatan zaman taksi sürücüsünə gözləməsini, geri qayıdacaqlarını demişdir. O, narkotik vasitə kütlələrinin qoyulduğu Niyazi küçəsi 3 ünvanına gəlmiş, öncədən yerini bildiyi arkanın yanındakı zibil qutusuna yaxınlaşıb həmin kütlələrin içində olduğu qara rəngli üzərində qırmızı zolaq olan çantanı götürüb taksiyə qayıtmaq istəyərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu və taksi sürücüsünü polis bölməsinə dəvət etmişdir. Onlar birlikdə Səbail RPİ-nin 9-cu PB-yə gətirilmişdir. Orada üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman videoçəkilişdən istifadə ediləcəyi və dövlət hesabına ona Anar Hadiyev adlı vəkilin müdafiəçi təyin edildiyi barədə məlumat verilmişdir. O da heç bir etiraz etməmişdir. Polis idarəsinin inzibati binasının otaqlarından birində iştirakçıların və vəkilin iştirakı ilə onun üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirilmişdir. Polis əməkdaşlarının təklifi ilə o, iranlı şəxsin ona bildirdiyi ünvandan götürdüyü və sağ çiynindən asılmış olan üzərində qırmızı zolaq olan qara rəngli çantanı polisə təqdim etmişdir. Çanta açılan zaman içində yapışqanlı lentə bükülmüş halda 4 ədəd qara rəngli bükümlər aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirilən zaman içlərində narkotik vasitə heroinə bənzər kütlə, narkotik vasitə tiryəkə bənzər kütlə, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və psixtrop maddə metamfetaminə bənzər kütlələr olması müəyyən edilmişdir. Sorğu zamanı o həmin kütlələri iranlı şəxsin ona deyəcəyi ünvana daşımaq məqsədi ilə götürdüyünü və kütlələrin nə olduğunu bildiyini qeyd etmişdir. Həmin bükümlər polis əməkdaşları tərəfindən götürülmüş və qablaşdırılmış, həmin qablaşdırmanın üzərinə o da imza etmişdir. İran İslam Respublikası vətəndaşı onun istifadəsində olan kart hesabına “M10” vasitəsilə pul köçürməsi etmişdir. O, narkotik vasitəni götürdükdən sonra təkrar xarici vətəndaşla əlaqə saxlayaraq narkotik vasitələri həmin şəxsin bildirəcəyi ünvana aparmağı planlaşdırmışdır. Polis bölməsinə gətirilərkən və polis bölməsində ona heç bir təzyiq göstərilməmişdir. O, taksi sürücüsünü tanımır, sadəcə “Bolt” mobil tətbiqi vasitəsilə sifariş verib bu vasitə ilə ilk dəfə tanımışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 75-76; 91-93;).

6. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəməyədək icraatın sonrakı mərhələsində müqavilə üzrə müdafiəçisinin iştirakı ilə 2 aprel 2024 və 4 fevral 2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin ifadələrində məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadələr vermişdir (Cild 1, i.v. 120-122; Cild 2, i.v. 123- 125;).

7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

8. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

9. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu PB-nin rəis müavini polis polkovnik-leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 1 mart 2024-cü il tarixdə Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları Rais Məmmədov, Şahid2 və Şahid3 ilə birlikdə qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan, çiynindən qara rəngli çanta asılmış Təqsirləndirilən şəxs tərəflərindən saat 01:10 radələrində Bakı şəhəri Səbail rayonu Niyazi küçəsi 3 ünvanının qarşısında saxlanılaraq 9-cu PB-yə gətirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs çantasında narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən müvafiq sənədləşmə işləri aparılaraq, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün polis bölməsinə vəkil X24 dəvət olunmuş və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olmasını bildirib, üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman videoçəkilişdən istifadə olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra onun, digərlərinin və vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs sağ çiynindən asılmış qara rəngli, üzərində qırmızı zolaq olan çantanı təqdim etmiş, həmin çanta açılan zaman içində yapışqanlı lentə bükülmüş halda 4 ədəd qara rəngli bükümlər olması aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirilən zaman içlərində narkotik vasitə heroinə bənzər kütlə, narkotik vasitə tiryəkə bənzər kütlə, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və psixotrop maddə metamfetaminə bənzər kütlələr olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələri iranlı tanışının onun vatsapına göndərdiyi elektron ünvandan istifadə edərək, sonuncu tərəfindən göndərilmiş şəkildə göstərilmiş yerdən iranlının ona deyəcəyi ünvana daşımaq məqsədi ilə götürdüyünü və kütlələrin nə olduğunu bildiyini qeyd etmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, həmin qablaşdırmanın üzərinə bütün iştirakçılar tərəfindən imza edilmişdir.

10. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, 1 mart 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında onun tərəfindən yaradılmaqla rəhbərlik etdiyi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq polis bölməsinə gətirilmiş, orada üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çiynindən asdığı çantanın içərisindən 4 ədəd qara rəngli sellofanda olan bükümlər aşkar edilmiş, həmin bükümlərin içərisində nə olması barədə sual edildikdə Təqsirləndirilən şəxs bükümlərdə heroin, marixuana, metamfetamin və tiryək olduğunu bildirmişdir. Araşdırma müddətində Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşının sifarişlərini yerinə yetirməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin faktı təsdiq etməklə qəbul etmiş, həmçinin sonradan sonuncunun mobil telefonundan da mesajlar və narkotik vasitələrin yerləşdirildiyi ünvanların fotoşəkillərinin aşkar edilməsini öyrənmişdir. Təqsirləndirilən şəxs tək halda saxlanılmamış, ittihamda qeyd olunan ünvana taksi sürücüsü ilə birlikdə gəlmiş, sonuncu Talehi gözləmiş, həmçinin taksi sürücüsü də tərəflərindən saxlanılaraq araşdırmaya təhvil verilmişdir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmiş, sonuncunun bu barədə prokurorluq və digər hüquq-mühafizə orqanlarına ünvanladığı şikayətlər əsasında müvafiq araşdırmalar aparılmış, lakin təqsirləndirilən şəxs tərəfindən iddia olunan faktlar öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs saxlanıldığı ünvan onların xidməti ərazisinə daxildir. Taleh saxlanılarkən qırmızı xətli qara rəngli çanta üzərində olmuşdur. Taleh tərəflərindən gecə vaxtı saxlanıldığından onun saxlanıldığı yerdən polis şöbəsinə qədər olan məsafə 6-7 dəqiqə olmuşdur. Əməliyyat tədbiri zamanı AP qeydiyyat nişanlı “Fiat Linea” markalı xidməti maşın və “Toyota Camry” markalı şəxsi avtomobillərdən istifadə edilmişdir. Əməliyyat qrupu 4 nəfərdən ibarət olmaqla Taleh Hümbətovun aparıldığı avtomobil Rais Məmmədov tərəfindən idarə edilmişdir. Taleh saxlanılarkən onlara qarşı hər hansı müqavimət göstərməmiş, polis bölməsinə aparıldıqdan 20 dəqiqə sonra müdafiəçi gəlmiş, həmin müddət ərzində Taleh növbətçi hissədə nəzarət altında saxlanılmışdır. Taleh çantasında narkotik vasitə saxladığını bildirdiyindən şəxsi axtarış və götürmə istintaq hərəkəti yalnız müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən aparılmış və həmin çantaya da həmin istintaq hərəkəti zamanı baxış keçirilmişdir. Talehin üzərindən narkotik vasitələrdən başqa mobil telefon da aşkar edilmişdir.

11. Məhkəmədə şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu PB-nin kibercinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid2, Səbail RPİ-nin 9-cu PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və hazırda Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən polis mayoru X25 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər.

12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən, “Badamdar Estates and Residences”də mühafizəçi işləyir. Axşam saatlarında əlavə gəlir əldə etmək üçün istifadəsində olan “Lada Priora” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə “Bolt” taksi xidməti vasitəsi ilə sürücülük fəaliyyəti ilə məşğul olur. 1 mart 2024-cü il tarixdə, saat 01:05-də ***-***-**-** nömrəsindən Yasamal rayonu X29 küçəsi 10 ünvanından ünvan 5 ünvanına sifariş qəbul etmişdir. Həmin ünvanda olduğu zaman bir nəfər şəxs avtomaşınına əyləşərək Niyazi küçəsinə gedəcəyini, daha sonra isə geri qayıdacağını bildirmişdir. O həmin şəxsi ilk ünvana çatdıran zaman sonuncu gözləməsini və bir qədər sonra geri qayıdacağını bildirib avtomaşından enmişdir. Bu zaman dövlət yol polisi xidmətinin əməkdaşları avtomaşını düzgün yerdə saxlamadığını deyib avtomaşını çəkməyini bildirmişdir. O, avtomaşınla hərəkət edib, “Azneft” dairəsindən geri qayıtmış və olduğu yerin əks istiqamətində dayanmışdır. Bir qədər sonra polis əməkdaşları ona yaxınlaşaraq polis bölməsinə dəvət etmişdir. Sonradan avtomobilinə sərnişin kimi əyləşmiş həmin şəxsin narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyini öyrənmiş, həmçinin onun da narkotik vasitə istifadə etməkdə şübhəli olması qeyd olunmuşdur. Polis bölməsində üzərinə şəxsi axtarış, eləcə də avtomaşınına baxış keçirilmişdir. Baxış zamanı heç bir qanunla qadağan olunmuş vasitə aşkar edilməmişdir. O həmin şəxsi ilk dəfə görmüş, onu “Bolt” mobil tətbiqi vasitəsilə sifariş verdiyi üçün onu müştəri kimi qəbul etmişdir. Onu Təqsirləndirilən şəxsla narkotik vasitənin daşınması, gəzdirilməsi və satışı ilə əlaqədar olaraq hər hansı əlbirliyi olmamışdır. O, Təqsirləndirilən şəxs ilk dəfə görmüş və sonuncunu gedəcəyi ünvana aparmış, lakin narkotik vasitə götürmək üçün həmin ünvana getməsini bilməmiş, bu barədə ümumiyyətlə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs avtomaşına əyləşərkən bir ünvana getdikdən sonra təkrar ilkin ünvana qayıdacağını bildirmişdir. Təqsirləndirilən şəxs avtomaşına əyləşdiyi vaxtdan endiyi vaxta qədər heç bir danışıq aparmamış, sadəcə mobil telefonunda mərc oyunu oynamışdır. O, narkotik vasitə istifadəçisi deyildir və satışı ilə məşğul olmamışdır.

13. Verilən suallara cavab olaraq Şahid4 ifadəsinə əlavə olaraq göstərdi ki, o, təqsirləndirilən şəxsin necə və hansı şəraitdə saxlanılmasının şahidi olmamış, özü tək halda saxlanılmışdır. Belə ki, polis əməkdaşları ona Talehi narkotik vasitə istifadəsi ilə məşğul olmasına görə saxladıqlarını bildirmişdir. Həmçinin polis əməkdaşlarından biri rabitə qurğusu vasitəsilə “qara prioranı” saxladıqlarına dair məlumat vermişdir. O, Talehin üzərinə baxış keçirilərkən orada iştirak etmiş, sonuncunun üzərindən sellofan paket aşkar edilmiş, lakin o, paketin içərisində nə olmasına fikir verməmişdir. Taleh üzərində aşkar olunmuş predmetlərə hər hansı etirazını bildirməmişdir. Onun avtomobilinə də baxış keçirilmiş, lakin hər hansı qanunsuz predmet aşkar edilməmişdir. O, Talehin döyülməsinin şahidi olmamışdır. Onun özünə qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir.

14. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır, sonuncu ilə hər hansı düşmənçiliyi və ya ədavəti yoxdur. Atası narkotik vasitə istifadəçisi olsa da, həmin maddələrin satışı ilə məşğul olmamışdır. Atası 1-2 qram çəkidə narkotik vasitə istifadə etmiş, narkotik vasitə tapa bilmədikdə isə bədənində ağrıları yaranmağa başlamışdır. O, 29 fevral 2024-cü il tarixdən 1 mart 2024-cü il tarixə keçən gecə saat 12-1 radələrində taksi çağırıb atasını narkotik vasitə əldə etmək üçün evdən yola salmış, narkotik vasitə götürməyə gedərkən atasının ağrıları olmuşdur. İranlı şəxs narkotik vasitə vermək üçün atasını çağırmış, həmin iranlı şəxslə 1-2 dəfə aralarında danışıqlar olmuş, lakin narkotik vasitə əldə etmək mümkün olmamışdır. Atası narkotik vasitə almaq üçün iranlıya pul göndərmiş, pulları “Milliön” aparatı vasitəsilə bank kartına göndərmiş, özü də hər dəfə 50 manat məbləğində pul göndərmişdir. O və qardaşı qazandıqları puldan atasına narkotik vasitə alıb istifadə etməsi və başqa narkomanlara qoşulmaması üçün vermişdir. Belə ki, atası narkotik vasitəni “Baba” adlı iranlı şəxsdən almış, atasının mobil telefonunda həmin şəxsin nömrəsi olmuşdur. Atası iranlı şəxsə 4-5 gündən bir pul göndərmiş, əldə etdiyi narkotik vasitələri evdə qəbul etməsinə baxmayaraq, onun yanında istifadə etməmişdir. Evdə özü, qardaşı, atası və xəstə anası ilə birlikdə yaşamışdır. Eyni zamanda iranlı atasından pul alıb noyabr ayında sonuncunu bloka atmış, 3-4 ay sonra isə başqa nömrədən atası ilə yenidən əlaqə saxlamış, həmin vaxt atası tanımadığından onunla danışmışdır. Atası 3 kiloqram çəkidə müxtəlif növdə narkotik vasitə və psixotrop maddə əldə etməyə getməmişdir. Hadisə günü iranlı şəxsə pulu özü göndərmişdir.

15. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

16. “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 2 mart 2024-cü il tarixli qərardan görünür ki, 1 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin, tiryək və qurudulmuş marixuananın, habelə psixotrop maddə metamfetaminin aşkar edilməsi faktına görə Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı polis kapitanı Məhəmməd Gülmalıyev oğlu tərəfindən 2 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq araşdırmanın davam etdirilməsi məqsədi ilə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v.1;).

17. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 1 mart 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Səbail RPİ-nin 9-cu PB-nin rəis müavini polis polkovnik-leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Səbail RPİ-nin rəisi polis mayoru İlqar Qafarov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin bölmənin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkilləri polis mayoru Rais Məmmədov, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs 1 mart 2024-cü il tarixdə, saat 01:25 radələrində Bakı şəhəri Səbail rayonu Niyazi küçəsi 3 ünvanının qarşısında saxlanılaraq təxirə salınmadan saat 01:35 radələrində Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasına gətirilmişdir (Cild 1, i.v.3-5;).

18. Səbail RPİ-nin 9-cu PB-nin rəis müavini polis polkovnik-leytenantı Şahid1, həmin bölmənin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkilləri polis mayoru Rais Məmmədov, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 1 mart 2024-cü il tarixli birgə raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməkdə, istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:10 radələrindən Bakı şəhəri Səbail rayonu Niyazi küçəsində müəyyən edilərək müşahidə aparılmış, saat 01:25 radələrində ünvan 7 ünvanının qarşısında saxlanılaraq təxirəsalınmadan saat 01:35 radələrində 9-cu PB-nin inbizibati binasına gətirilmiş, sonuncu saxlanılan ərazidə yanında olan “Lada Priora” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü 2000-ci il təvəllüdlü Şahid4 Ağababa oğlu da şübhəli bilinərək bölməyə gətirilmişdir (Cild 1, i.v.8;).

19. “Şübhəli şəxsin tutulması haqqında” 1 mart 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 01:35-də Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı polis kapitanı X5 tərəfindən müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X15 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 1 mart 2024-cü il tarixdə, saat 01:25-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v.17-18;).

20. “Şübhəli şəxsin tutulması haqqında” 1 mart 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Şahid4 da həmin tarixdə, saat 01:45-də Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı polis kapitanı M.S.Gülmalıyev tərəfindən müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Şahid4 azadlığının faktiki məhdudlaşdırıldığı 1 mart 2024-cü il tarixdə, saat 01:25-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v.32-33;).

21. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 1 mart 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 02:50-dən 03:40-dək Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı polis kapitanı M.S.Gülmalıyev tərəfindən həmin bölmənin rəis müavini polis polkovnik-leytenantı Şahid1, baş əməliyyat müvəkkilləri polis mayoru X25, polis kapitanı Şahid2, əməliyyat müvəkkili polis leytenantı Şahid3, növbətçi hissənin məsul növbətçisi polis mayoru X19, krimanalistik tədqiqatlar qrupunun inspektorkriminalisti polis kapitanı X20 və müdafiəçi X16 iştirakı ilə Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasında növbətçi hissədə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ çiynindən asdığı qara rəngli üzərində qırmızı zolaqları olan çantanı çıxararaq içərisində narkotik vasitə olduğunu bildirib təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Winiston XS” markalı siqaret, bir ədəd alışqan, sol yan cibindən bir ədəd qara rəngli “Redmi” markalı mobil telefon, tünd göy rəngli idman şalvarının sol yan cibindən 4 ədəd 20 manatlıq və iki ədəd 10 manatlıq kağız pul, sağ yan cibindən isə bir ədəd qara rəngli təsbeh aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin çantanı açarkən içərisində 1 ədəd qara rəngli selofan torbaya bükülmüş içərisində qəhvəyi rəngli toz hissəcikləri olan kütlə, 1 ədəd qara rəngli torbaya bükülmüş, içərisində yaşıl rəngli otabənzər, spesifik iyə malik kütlə, 1 ədəd qara rəngli selofan torbaya bükülmüş ağ rəngli kristal hissəciklərdən ibarət kütlə və 1 ədəd içərisində bitki mənşəli hissəciklər olan kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin 4 bağlamanın “kakos” kimi tanıdığı heroin, “patı" kimi tanıdığı metamfetamin, “nəşə” kimi tanıdığı marixuana və tiryək olduğunu qeyd etmişdir. Həmin vasitələri adını bilmədiyi İran İslam Respublikası vətəndaşının bildirdiyi Bakı şəhəri ünvan 8 ünvana çatdırması müqabilində 250 manat pul verəcəyini qeyd etmişdir. Hətta həmin vasitələrin götürülüb, digər ünvana çatdırılması üçün öncədən ona kart vasitəsilə 100 manat göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs 4 ədəd bağlamanı Səbail rayonu Niyazi küçəsi 3 ünvanından götürən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını qeyd etmişdir. Həmin ünvana öncədən oğlunun telefonunda olan “Bolt” taksi şirkətindən sifariş etdiyi taksi vasitəsilə getdiyini qeyd etmişdir. X40 Respublikası vətəndaşı ilə üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş qara rəngli “Redmi” markalı mobil telefonunda olan “Whatsapp” qısa mesaj proqramı vasitəsilə +98 935 *** **** nömrəsindən yazışdığını və əlaqə saxladığını qeyd etmişdir. Həmin şəxslə 29 fevral 2024-cü il tarixdə danışıqlar apardığını və 1 mart 2024-cü il tarixdə, saat 1 radələrində həmin bağlamaları götürmək üçün getdiyini bildirmişdir. 3 ədəd kütlə 3 ədəd zərfə, 1 ədəd kütlə isə qara rəngli selofan bağlamaya qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəm-Ekspertiza Mərkəzinə göndərilməsi üçün qablaşdırılaraq DİN-nin 166 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək “Redmi” markalı telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd “Winiston XS” markalı siqaret, bir ədəd alışqan, tünd göy rəngli idman şalvarının sol yan cibindən 4 ədəd 20 manatlıq və iki ədəd 10 manatlıq kağız pul, sağ yan cibindən isə bir ədəd qara rəngli təsbeh şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə Səbail RPİ-nin 9-cu PB-nin növbətçi hissəsində, süni işıqlandırma şəraitində aparılmışdır. Protokolda şəxsi axtarış və götürmə zamanı “Panasonic” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 41-46;).

22. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 1 mart 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti 39 dəqiqə 20 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq Şəmsəddin Balayev tərəfindən baxış keçirilməsinə dair 5 mart 2024-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat və ətraflı şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Eyni zamanda, videogörüntülərdən Təqsirləndirilən şəxs əvvəllər də iranlı şəxsin göstərişi ilə narkotik vasitələri bir ünvandan götürüb ona bildirilmiş ünvana qoyması, hazırda götürdüyü narkotik vasitə və psixotrop maddələr üçün iranlı şəxsin “m10” mobil tətbiqi vasitəsilə oğlunun adına açılmış “Leobank” kartına 100 manat göndərdiyini, həmin predmetləri ona bildirilən ünvana qoyacağı təqdirdə isə əlavə olaraq da 150 manat məbləğində pul verəcəyini, qeyd olunan predmetləri götürüb ünvanı tərk etmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmasını dəfələrlə vurğulaması müəyyən olunmuşdur (Cild 1, i.v. 105-106;).

23. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 1 mart 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçinin iştirakı ilə Şahid4 elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 03:55-dən 04:25-dək Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı polis kapitanı M.S.Gülmalıyev tərəfindən həmin bölmənin rəis müavini polis polkovnik-leytenantı Şahid1, baş əməliyyat müvəkkilləri polis mayoru X25, polis kapitanı Şahid2, əməliyyat müvəkkili polis leytenantı Şahid3, növbətçi hissənin məsul növbətçisi polis mayoru X19, kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalisti polis kapitanı X20 və müdafiəçi X12 iştirakı ilə Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasında xidməti iş otaqlarından birində videoçəkilişdən istifadə edilməklə Şahid4 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Şahid4 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid4 əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Honor 70” markalı bir ədəd mobil telefon, qara rəngli gödəkçəsinin sol yan cibindən qadağan olunmuş hər hansı vasitə aşkar edilməmişdir. Şahid4 üzərindən aşkar edilən əşyalar təkrar sahibinə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti Səbail RPİ-nin 9-cu PB-nin növbətçi hissəsində, süni işıqlandırma şəraitində aparılmışdır. Protokolda şəxsi axtarış və götürmə zamanı “Panasonic” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 50-54;).

24. “Avtomobilə baxış keçirilməsi haqqında” 1 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin gün, saat 04:35-dən 04:55-dək Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı polis kapitanı M.S.Gülmalıyev tərəfindən hökmün 23-cü bəndində qeyd edilən iştirakçıların iştirakı ilə Şahid4 məxsus “Lada Priora” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmişdir. Protokoldan görünür ki, Şahid4 məxsus “Lada Priora” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış zamanı salonda, ehtiyat hissələrində, baqajında və motorxana hissəsində heç bir qanunla qadağan olunmuş vasitə aşkar olunmamışdır. Baxış istintaq hərəkəti Səbail rayonu ünvan 9 ünvanında yerləşən Səbail RPİ-nin 9-cu PB-nin qarşısında yol kənarında, süni işıqlandırma şəraitində aparılmışdır. Protokolda baxış istintaq hərəkəti zamanı “Panasonic” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 55-57;).

25. Hökmün 23-24-cü bəndlərində qeyd edilən istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videoçəkilişlərin əks olunduğu iki ədəd diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, göstərilən istintaq hərəkəti protokollarındakı qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin “Məhkəmə-bioloji ekspertizasının” 3-16-16/2-7/349 nömrəli, 1 mart 2024-cü tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı 1 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi 650,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 650,0 qram, tədqiqata istifadə olundu - 0,2 qram, qalıq - 649,8 qram. Aparılmış tədqiqatın dəyərinin 78 (yetmiş səkkiz) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 64-67;).

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin “Məhkəmə-kimyəvi ekspertizasının” (materialların məhkəmə ekspertizası) 3-16-16/2- 6/1253 nömrəli, 1 mart 2024-cü tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №166” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut(imza) A.Hümmbətov” yazısı və imzalar olan 3(üç) ədəd paketdəki, 1(bir) ədəd bükümdə təmiz çəkisi 1219,1 qram (1 kq 219,1 qr) açıq qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1(bir) ədəd bükümdə təmiz çəkisi 503,3 qram ağ rəngli krsitalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 1(bir) ədəd bükümdə təmiz çəkisi 120,734 qram tünd qəhvəyi rəngli, qətranabənzər, spesifik iyli maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin və tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısının İ siyahısına daxildir. Heroinin təmiz çəkisi – 1219,1 qram, tədqiqata istifadə olundu - 0,2 qram, qalıq - 1218,9 qram. Metamfetaminin təmiz çəkisi – 503,3 qram, tədqiqata istifadə olundu - 0,2 qram, qalıq - 503,1 qram. Tiryəkin təmiz çəkisi – 120,734 qram, tədqiqata istifadə olundu - 0,2 qram, qalıq - 120,534 qram. Aparılmış tədqiqatın dəyərinin 114 (yüz on dörd) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 68-74;).

28. “Şübhəli şəxsin tutulmadan azad edilməsi haqqında” 1 mart 2024-cü il tarixli qərardan görünür ki, Şahid4 üzərində və idarə etdiyi avtomobilində qanunsuz olaraq narkotik vasitə və dövriyyəsi məhdudlaşdırılmış predmet aşkar edilmədiyinə görə şübhəli şəxs qismində tutulmadan azad edilmişdir (Cild 1, i.v. 78;).

29. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 2 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Səbail RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X8 tərəfindən icraata qəbul edilməklə ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v.81;).

30. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 2 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (Cild 1, i.v.85-86;).

31. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2 mart 2024-cü il tarixli, 4(009)-103/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 1 mart 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs özünü irəli sürülmüş ittihamda təqsirli bilərək “bilmədən bunu etdiyini” bildirərək verilmiş təqdimat və vəsatətin təmin edilməməsini xahiş etmişdir (Cild 1, i.v.101-103;).

32. “Canlı şəxsin ekspertizasının” 3 aprel 2024-cü il tarixli 145 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir (Cild 1, i.v. 128-129;).

33. “Telefona baxış keçirilməsi haqqında” 16 aprel 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Redmi” markalı mobil telefonun “Whatsapp” sosial mesencer proqramında (+994-70-662- 30-00 saylı nömrə ilə qeydə alınmış) aşağıdakılar müəyyən edildi: - Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabına “+98-935-191-4544” "Bibioğlu 2” adı ilə qeydə alınmış mobil telefon nömrəsindən 29 fevral 2024-cü il tarixdə saat 23:38 dəqiqədə 7 saniyəlik səs göndərilir. Həmin səsdə “qardaş axşamın xeyir qadan alım, canın başın qardaşım, qadan alım nə cür, hazırlığın var çıxasan o mala, ya yox” soruşulur, eyni saatda “Bibioğlu 2” adı ilə qeydiyyata alınmış mobil nömrədən cavabsız zəng edilir; - Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabına “+98-935-191-4544” "Bibioğlu 2” adı ilə qeydə alınmış mobil telefon nömrəsindən 29 fevral 2024-cü il tarixdə saat 23:39 dəqiqədə 3 saniyəlik səs göndərilir. Həmin səsdə “məə bi şey caab ver qadau alım, başıva dolanım, gör hazırlığın var çıxasan o mala, ya yox” soruşulur; - Təqsirləndirilən şəxs "Whatsapp" sosial hesabına "+98-935-191-4544” “Bibioğlu 2” adı ilə qeydə alınmış mobil nömrədən 01 mart 2024-cü il tarixdə saat 00:03-də 1 saniyə davam edən zəng olur, həmin gün saat 00:05 dəqiqədə 6 saniyəlik səs göndərilir. Həmin səsdə "qardaş salam necəsən, bı telefonu aç cavab ver, səs göndərmişəm nə iş görürəm, açmırsan, bılara cavab tez” bildirilir, saat 00:06-da “Bibioğlu 2” adı ilə qeydiyyata alınmış mobil nömrədən cavabsız zəng edilir; - “+98-935-191-4544” “Bibioğlu 2” adı ilə qeydə alınmış mobil nömrəyə Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabından 1 mart 2024-cü il tarixdə saat 00:07də 3 saniyəlik səs göndərilir, səsin məzmununda “eşidirəm qardaş, eşidirəm danış” sözləri istifadə olunur, eyni tarixdə və eyni saatda 4 saniyəlik səs yazısı göndərilir, səsin məzmununda “həri var da mən səsə didim axı biyaxları, prablem yoxdu da di” sözləri istifadə edilir; - Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabına “+98-935-191-4544” “Bibioğlu 2” adı ilə qeydə alınmış mobil nömrədən 01 mart 2024-cü il tarixdə saat 00:08-də “Denen gelsin azneftin kruquna” məzmunlu yönləndirilmiş mesaj göndərilir, həmin tarixdə və eyni saatda 4 saniyəlik səs göndərilir, səsin məzmununda “nə qədər yolun var ba bu adresə nə qədər yolun var, haradı bura, nə qədər yolun var ora” soruşulur; - “+98-935-191-4544” “Bibioğlu 2” adı ilə qeydə alınmış mobil nömrəyə Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabından 1 mart 2024-cü il tarixdə saat 00:08də 3 saniyəlik səs göndərilir, səsin məzmununda “ora 10 dəğə, 15 dəğə” bildirilir; - Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabına “+98-935-191-4544” "Bibioğlu 2” adı ilə qeydə alınmış mobil nömrədən 01 mart 2024-cü il tarixdə saat 00:10-da 4 saniyəlik səs göndərilir, səsin məzmununda “5 dəğə səbirli ol səs qoymuşam, qoy qulaq assın tez mənə desin” deyilir; - “+98-935-191-4544” “Bibioğlu 2” adı ilə qeydə alınmış mobil nömrəyə Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabından 01 mart 2024-cü il tarixdə saat 00:10da 6 saniyəlik səs göndərilir, səsin məzmununda “oldu qardaş oldu, problem yoxdu, düzüb qoşarıq, sən nə lazımdı mənə di” bildirilir; - Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabına “+98-935-191-4544” “Bibioğlu 2” adı ilə qeydə alınmış mobil nömrədən 01 mart 2024-cü il tarixdə saat 00:11-da 9 saniyəlik səs göndərilir, səsin məzmununda “qardaşım başıva dönüm sən çıx ora də, çıx ora, ora çatdın mənə deginən şəkil konumu göndərim, sən çıx ora” bildirilir; - “+98-935-191-4544” "Bibioğlu 2” adı ilə qeydə alınmış mobil nömrəyə Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabından 01 mart 2024-cü il tarixdə saat 00:12də 20 saniyəlik səs göndərilir, səsin məzmununda “abi sənə bi dənə söz dirəm heç nə yox, sənə and verirəm o anoun goruna, balalarvun canına, o ailəvin ortada, bax and verirəm balalarvın canına yanı ki, arxeyinsən də sən bı şeyə mən gedib gəlməyimə inşallah” sözləri istifadə olunur; - Təqsirləndirilən şəxs "Whatsapp” sosial hesabına “+98-935-191-4544” “Bibioğlu 2” adı ilə qeydə alınmış mobil nömrədən 01 mart 2024-cü il tarixdə saat 00:14-də 14 saniyəlik səs göndərilir, səsin məzmununda “balamın canına, anamın ruhuna and olsun, o adam ....... ki, o işi mən sənə ömür boyu, özün də görübsən ömür iş görməmişəm, ömür boyu da görmərəm” sözləri istifadə olunur; - “+98-935-191-4544” “Bibioğlu 2” adı ilə qeydə alınmış mobil nömrəyə Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabından 01 mart 2024-cü il tarixdə saat 00:15də “Geddim” məzmunlu mesaj və eyni saatda 04 saniyəlik səs göndərilir, səsin məzmununda “maşın gəlir gedirəm, maşını gözləyirəm, 5 dəqiqəyə patoloku 7 dəqiqəyə ordıyam” bildirilir; - Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabına “+98-935-191-4544” “Bibioğlu 2” adı ilə qeydə alınmış mobil nömrədən 01 mart 2024-cü il tarixdə saat 00:15-də 3 saniyəlik səs göndərilir, səsin məzmununda “can qadaı alım, başıva dönüm, sağ ol qadaı alım sağ ol sağ ol” sözləri istifadə olunur, eyni tarixdə və saatda 4 saniyəlik səs göndərilir, səsin məzmununda “sağ ol qadaı alım sağ ol, prablem yoxdu, çıxdın mənə diyərsən inşallah, Allah işi avand eləsin” sözləri istifadə olunur, yenə eyni tarixdə saat 00:34-də 2 saniyəlik səs göndərilir, səsin məzmununda “qadan alım, çatdın ya yox” soruşulur; - “+98-935-191-4544” “Bibioğlu 2” adı ilə qeydə alınmış mobil nömrəyə Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabından 01 mart 2024-cü il tarixdə saat 00:35də 2 saniyəlik səs göndərilir, səsin məzmununda “iki dəgəyə çatır bibioğlu iki dəgəyə çatır” deyilir; - Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabına “+98-935-191-4544” "Bibioğlu 2” adı ilə qeydə alınmış mobil nömrədən 01 mart 2024-cü il tarixdə saat 00:35-də 6 saniyəlik səs göndərilir, səsin məzmununda “neynək qadaı alım, neynək oldu, o dediyi yerə çatanda mənə deginən ki, mən şəkil konum atım sənə mən də” sözləri bildirilir; - “+98-935-191-4544” “Bibioğlu 2” adı ilə qeydiyyata alınmış mobil nömrəyə Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabından 01 mart 2024-cü il tarixdə saat 00:36da 7 saniyəlik səs göndərilir, səsin məzmununda “sən at da sən məni neynisən ki, at bi dənə mənə, mən gedirəm də, sən mənə nəyivə lazımdı ki, inşallah 15 dəqiqəlik yoldu” deyilir; - Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabına “+98-935-191-4544” “Bibioğlu 2” adı ilə qeydə alınmış mobil nömrədən 01 mart 2024-cü il tarixdə saat 00:37-də 3 saniyəlik səs göndərilir, səsin məzmununda “tamam, tamam qoy indi hələ alım atım sənə” deyilir; - “+98-935-191-4544” “Bibioğlu 2” adı ilə qeydə alınmış mobil nömrəyə Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabından 01 mart 2024-cü il tarixdə saat 00:45də 4 saniyəlik səs göndərilir, səsin məzmununda “abi sən atıginən maşın çatdı, sən atginən diyib vırag çıxaq da pramoy” sözləri deyilir, həmin tarixdə eyni saatda 2 saniyəlik səs göndərilir, səsin məzmununda “sən tez at, tez at sən biz çıxırıq” bildirilir; - Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabına “+98-935-191-4544” seriyalı “Bibioğlu 2” adı ilə qeydə alınmış mobil nömrədən 01 mart 2024-cü il tarixdə saat 00:51-də elektron ünvan olan “konum” yönləndirilmiş mesajı, eyni saatda “1nci zibil qabinin arxasinda” məzmunlu yönləndirilmiş mesajı göndərilir, bundan sonra üzərində sarı rənglə 58 rəqəmləri və “qarışıq tullantılar üçün” sözləri qeyd olunmuş zibil qutusunun şəkili və həmin şəkilin üzərində yaşıl rənglə oxla, zibil qutusunun arxasında gizlədilmiş olan qara rəngli kəməri görünən çantanın yeri işarə edilir, saat 00:53-də 6 saniyəlik səs göndərilir, səsin məzmununda “qadasın alım Allah sənin işini avanad eləsin, qadanı alım götürdün bi də mənə OK verginən qadam alım” deyilir. Həmin fotoşəkil və yazışmaların surətləri çıxarılaraq protokola əlavə edilir; - “+98-935-191-4544” “Bibioğlu 2” adı ilə qeydə alınmış mobil nömrəyə Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabından 01 mart 2024-cü il tarixdə saat 00:54də 15 saniyəlik səs göndərilir, səsin məzmununda “oldu abi oldu, başıva dönərəm sənin, sən zad eləmə nə də yazma, gedim gəlim özüm sənə yazıram yaxşı ata, ba heç nə sual işarəsi zad heç nə atma mənə, yaxşı ata başıva dönüm sənin gedim gəlim özüm yazacam sənə” deyilir; - Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabına “+98-935-191-4544” “Bibioğlu 2” adı ilə qeydiyyata alınmış mobil nömrədən 01 mart 2024-cü il tarixdə saat 00:54-də 6 saniyəlik səs göndərilir, səsin məzmununda “tamam, qadavı alım, bi dənə götürdün elə bi dənə mənə OK yazarsan, yaz OK mən yığıb eləməyəcəm” bildirilir; - “+98-935-191-4544” “Bibioğlu 2” adı ilə qeydə alınmış mobil nömrəyə Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabından 01 mart 2024-cü il tarixdə saat 00:55də “Ok” məzmunlu mesaj göndərilir; - Bundan sonra Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabına “+98-935-191- 4544” “Bibioğlu 2” adı ilə qeydə alınmış mobil nömrədən 01 mart 2024-cü il tarixdə saat 01:21-dən həmin gün saat 16:31-dək müxtəlif saatlarda sual işarələri və səs mesajları göndərilir, həmçinin çoxsaylı zənglər edilir, həmin səs mesajlarında Təqsirləndirilən şəxs narkotik vasitəni(malı) götürüb gütürməməsi barədə cavab gözlədiyi, niyə cavab verilmədiyi və sair bu məzmunda suallar soruşulur. - Həmin telefonun “Whatsapp” sosial mesencer proqramında +994-55-505-54-45 nömrəsi ilə və “İsgender 009” adı ilə qeyd edilmiş şəxslə Taleh Hümbətov arasında 29 fevral 2024-cü il tarixdə saat 18:53-də göndərilən 14 saniyəlik səsin məzmununda “totu Ukrainka götürüm ya xanskiy götürüm, bir də bi dənə patı düzəltdə var vapşe qaqaş” xahiş edilir, həmin gün saat 19:05-də “Pati var 20 lik? atam” mesajı göndərilir; - “+994-55-505-54-45” “İsgender 009” adı ilə qeydiyyata alınmış mobil nömrəyə Təqsirləndirilən şəxs “Whatsapp” sosial hesabından 29 fevral 2024-cü il tarixdə saat 19:05-də “Var amma, kimdir, özün bilərsən, tez, yazda” məzmunlu mesaj göndərilir; - Həmin telefonun mesajlar bölməsinə baxış keçirilən zaman müəyyən olunur ki, ***- ***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə “Ay ürəyim qurban sene 85 manat verəcəm yarı kola yarı pati 5 manatlıqda yarıca kola cet verersen” mesajı göndərilir; Həmçinin həmin telefonun şəkillər(qalereya) bölməsinə baxış keçirilən zaman elektron tərəzinin üzərində narkotik maddələrə bənzər kütlələrin çəkilərinin ölçülməsini əks etdirən fotoşəkillərin olduğu əks olunur (Cild 1, i.v. 132-136;).

34. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru İ dərəcəli hüquqşünas X21 tərəfindən Təqsirləndirilən şəxs İham oğlunun polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə arvadı X6 müraciəti əsasında toplanmış 674-C-24 saylı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, “Məhkəmə-Tibbi Ekspertiza və X14” Publik hüquqi şəxsin Səbail rayon şöbəsinin 3 aprel 2024-cü il tarixli 145 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs 3 aprel 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Bununla da, araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki güc tətbiqinə, işgəncə və digər qanunsuz hərəkətlərə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 144-146;).

35. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 10 iyun 2024-cü il tarixli cavabından və iş materiallarına əlavə edilmiş müvafiq hökm və qərardan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 sentyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 aprel 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 1(101)-1059/2015 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş 20 noyabr 2017-ci il tarixli dəyişikliklərlə əlaqədar residiv müəyyən edilmədiyindən cəzası 6 (altı) ay müddətinədək azaldılmış, Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş cəzası 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 7(002)-804/2020 nömrəli qərarı ilə cəzasının çəkilməmiş 4 (dörd) ay 19 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (Cild 1, i.v. 149-157; Cild 2;).

36. “Ambulator məcburi-məhkəmə narkoloji ekspertizasının” 4 may 2024-cü il tarixli 2957 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə narkotik vasitə olan heroindən istifadə edir (Cild 1, i.v. 158-159;).

37. “Üzləşdirmə” 7 iyun 2024-cü il tarixli protokollarından görünür ki, Şahid2 və Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı birincilər öz ifadələrində bildirdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər (Cild 1, i.v. 162-169;).

38. “Sübutların qiymətləndirilməsi haqqında” 7 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq çəkisi 1218,9 qram olan narkotik vasitə heroin, ekspertizadan sonra qalıq çəkisi 120,534 qram olan narkotik vasitə tiryək, ekspertizadan sonra qalıq çəkisi 649,8 qram narkotik vasitə qurudulmuş marixuana və ekspertizadan sonra qalıq çəkisi 503,1 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınmaqla saxlanca verilməsi, Şahid4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 23.4.3-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbənin müəyyən edilməsi üçün ********* saylı cinayət işindən ayrıca cinayət işinin ayrılması barədə qərar qəbul edilməsi qərara alınmışdır (Cild 1, i.v. 170-184;).

39. “Maddi sübut qismində tanınma və saxlanca verilmə haqqında” 7 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 4 ədəd bükümdə ekspertizadan sonra qalıq çəkisi 1218,9 qram olan narkotik vasitə heroin, ekspertizadan sonra qalıq çəkisi 120,534 qram olan narkotik vasitə tiryək, ekspertizadan sonra qalıq çəkisi 649,8 qram narkotik vasitə qurudulmuş marixuana və ekspertizadan sonra qalıq çəkisi 503,1 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınmaqla saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (Cild 1, i.v. 186;).

40. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 7 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin, tiryək və qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin əldə edildiyi mənbənin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır (Cild 1, i.v. 187-188;).

41. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Ş.T.Balayev tərəfindən 11 iyun 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 12 iyun 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.194-206;).

42. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyul 2024-cü il tarixli, 1(101)-1899/2024 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2, i.v. 23-24;).

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 2223/2024 nömrəli tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 2 mart 2024-cü il tarixdə həmin təcridxanaya gətirilmiş və tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, alın nahiyəsində, sağ saidin ön səthində, sağ baldırın yuxarı 1/3-nin ön səthində köhnə çapıq toxumalar aşkar olunmuşdur. Həmin kitabçanın 14-cü bəndində göstərilmişdir ki, hal-hazırda şikayəti ümumi halsızlıqdandır... Həmin kitabçanın 17-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs 25 ildir narkotik vasitədən vena daxili istifadə etdiyini bildirir. Həmin kitabçanın 18-ci bəndində göstərilmişdir ki, diaqnoz: narkomaniya, Xr. HCV (anamnez) Qaraciyər, svirotin dəyişikliyi (anamnez) (Cild 2, 54-64;).

44. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 1(101)-345/2025 saylı qərarından görünür ki, dövlət ittihamçısının vəsatəti əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş, təqsirləndirilən şəxsə başqa - daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail rayon prokuroruna geri qaytarılmışdır (Cild 2, i.v. 87-90;).

45. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Səbail RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X8 tərəfindən icraata qəbul edilməklə ibtidai istintaqı davam etdirilmişdir (Cild 2, i.v. 98;).

46. “Sübutların qiymətləndirilməsi haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 2 mart 2024-cü il tarixdə elan olunmuş ittihamın məzmununun dəyişdirilməklə onun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4-1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilməsi, 7 iyun 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarda qeyd olunan digər hissələrin isə dəyişdirilmədən qüvvəsində saxlanılması qərara alınmışdır (Cild 2, i.v. 100-103;).

47. “Təqsirləndirilən şəxsə yenidən ititham elan etmək haqqında” 4 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (Cild 2, i.v. 118-119;).

48. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Ş.T.Balayev tərəfindən 7 fevral 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, qeyd edilən ittiham aktı həmin tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.129-142;).

49. “Azemis” elektron məhkəmə sistemi vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs soyadı əvvəllər “Hümbətov” olmuş, onun eyni fin kod altında olan digər şəxsiyyətini təsdiq edən sənədlər (Hümbətov soyadlı) artıq qüvvədən düşmüşdür (Cild 3,)

50. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 mart 2025-ci il tarixli, 1(101)-1047/2025 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 3;).

51. Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə dair müvafiq məlumatlar "xxxx" MMC mobil telefon operatorundan götürülərək tərəflərin iştirakı ilə məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi 29 fevral 2024-cü il tarixdə saat 23:02:19-da “Elmler Akademiyasi- OUT/Yasamal, H.Cavid prospekti 33A/Yasamal”, 1 mart 2024-cü il tarixdə saat 00:37:44də “Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 49/21-də binanın damında/Sabail/”, 1 mart 2024-cü il tarixdə saat 01:31:47-dən etibarən isə “Seysmologi İdare/Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli 25/Sabail” (Səbail RPİ-nin 9-cu PB-nin yerləşdiyi ərazinin yaxınlığı) anten dairəsində olmuşdur (Cild 3;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

52. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

54. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

55. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

56. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. CM-in 234.4-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

57. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir. Həmin Siyahının 109.1ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir. Həmin Siyahının 182-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə tiryəkin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 50 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 5000 qram olması müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.

58. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs çoxsaylı və müxtəlif növlərdə əldə edərək saxladığı və daşıdığı ümumilikdə 650,0 qram olan narkotik vasitə qurudulmuş marixuananın miqdarının həmin maddənin xeyli miqdarından təxminən 130 dəfə, külli miqdarından isə təxminən 1,3 dəfə artıq olması, ümumilikdə 120,734 qram olan narkotik vasitə tiryəkin miqdarının xeyli miqdarından təxminən 241 dəfə, külli miqdarından isə təxminən 2,4 dəfə artıq olması, ümumilikdə 1219,1 qram olan narkotik vasitə heroinin miqdarının xeyli miqdarından 8124 dəfə, külli miqdarından 609,5 dəfə, xüsusilə külli miqdarından isə 1,5 dəfədən artıq olması, ümumilikdə 503,3 qram olan psixotrop maddə metamfetaminin miqdarının xeyli miqdarından 3355 dəfə, külli miqdarından 251 dəfə, xüsusilə külli miqdarından isə 1,25 dəfədən artıq olması, mobil telefonundan narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışına dair çoxsaylı daxil olan və çıxan vatsap yazışmalarının, səs yazılarının, fotoşəkillərin aşkar edilməsi, videoçəkilişlə həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı verdiyi ifadələrində özünün qazanc əldə etmək məqsədilə ona bildirilmiş yerlərə narkotik vasitə qoymaq məqsədinin olması, habelə əvvəllər də bir neçə dəfə narkotik vasitələri ona bildirilmiş ünvanlara çatdırması ilə bağlı etirafedici ifadələri və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

59. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamda göstərilən külli və xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin, o cümlədən həmin maddələrin saxlanıldığı çantanın ona məxsus olmaması, ittihamda qeyd olunan vaxtda deyil, başqa vaxtda 15-20 nəfər polis əməkdaşı tərəfindən götürmək üçün getdiyi narkotik vasitə və psixotrop maddələri götürə bilmədən tutulması, habelə onun götürmək üçün getdiyi narkotik vasitə və psixotrop maddələrin çəkisinin polis əməkdaşları tərəfindən artırılması, ibtidai istintaqın ilkin mərhələsində onunla birlikdə saxlanılmış taksi sürücüsünün məsuliyyətə cəlb edilməməsi üçün, habelə ailə üzvlərinin də cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı hədələndiyindən etirafedici ifadələr verməsi, polis əməkdaşları tərəfindən həm saxlanıldığı yerdə, həm də üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən bir neçə dəfə çəkilişin saxlanılmaqla döyülməsini, hadisə günü iranlı şəxslə gah danışması, gah da danışmamasını bildirərək həmin gün aralarında olan yazışmaların məhz polis əməkdaşları tərəfindən aparılmasına dair biri digərini təsdiq etməyən ifadəsində göstərdiyi ziddiyyətli xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi xüsusilə ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən və cəzadan yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

60. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

61. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

63. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin və ya psixotrop maddənin külli (xüsusilə külli) miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli (xüsusilə külli) miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

64. Hökmün 62-ci bəndində göstərilən qərarın 16-cı bəndində göstərilmişdir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olubolmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir.

65. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan çoxsaylı sübutlarla onun qeyd edilən cinayət əməlini, yəni ona istinad edilən cinayət əməlini törətməsi mübahisəsiz olaraq tam sübuta yetirilir.

66. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

67. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.

68. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.

69. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs hökmün 21-22, 31, 32, 34 və 43-cü bəndlərində qeyd edildiyi kimi üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən, eləcə də, istintaq təcridxanasına daxil olarkən və ya ondan sonrakı dövrdə hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin hökmün 21-22, 32, 34 və 43-cü bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə, dindirmə və digər istintaq hərəkətləri keçirilərkən, hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs guya iddia etdiyi kimi polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmasına dair barəsində qətimkan tədbiri məsələsinə baxan hakimin, o cümlədən deməsinə görə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qəbulunda olmaqla sonuncular tərəfindən çox yaxşı qarşılanmasına baxmayaraq nə barəsində qətimkan tədbiri məsələsini həll edən hakimə, nə də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora guya dəfələrlə döyülməsi barədə hər hansı məlumat verməməsinin səbəblərini izah edə bilməmişdir. Başqa sözlə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs sonradan məhkəməyədək icraatın sonlarında və məhkəmədə verdiyi və işin faktiki halları ilə tam inkar edilən ifadələri xüsusilə ağır cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq, habelə törədilmiş cinayət əməllərini pərdələmək məqsədi daşıyır.

70. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir.

71. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

72. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

73. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlər Şahid1, Şahid2, Şahid3, Rais Məmmədov və Şahid4 ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.

74. Məhkəmə, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, Murad Hümbətov təqsirləndirilən şəxsin doğma övladı olmaqla onun ifadəsini Təqsirləndirilən şəxs məhz xüsusilə ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmasından yayındırmaq, habelə məsuliyyətini yüngülləşdirməyə cəhd etməsi kimi qiymətləndirir. Belə ki, Murad Hümbətov ifadəsində Təqsirləndirilən şəxs yalnız narkotik vasitə istifadəçisi olmaqla heç vaxt qanunsuz maddələrin satışı ilə məşğul olmamasını, hazırkı iş üzrə hadisə vaxtı iranlı şəxsin bildirdiyi ünvandan narkotik vasitə götürməsi üçün sonuncunun hesabına özünün pul göndərməsini, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə qeyd olunan çəkidə olan narkotik vasitə və psixotrop maddələrin atasına məxsus olmamasını bildirmişdir. Halbuki, Murad Hümbətov uzun müddət ərzində davam edən ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamasını, sonuncunun guya törətmədiyi əməllə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi barədə ümumiyyətlə hər hansı dövlət orqanına və ya şəxsə şikayət etməmiş və bildirməmiş, həmçinin məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs tərəfindən məhkəmədə əlavə şahid qismində dindirilmiş həmin şəxsin dindirilməsi ilə bağlı hər hansı təşəbbüs göstərilməmişdir.

75. Eyni zamanda, Təqsirləndirilən şəxs hadisə günü iranlı şəxsin ona bildirdiyi ünvana narkotik vasitə və psixotrop maddə götürməyə gedərkən iranlının pulunu ödəmədiyini dəfələrlə vurğulamasına baxmayaraq, şahid Murad Hümbətov təqsirləndirilən şəxsin götürməyə getdiyi narkotik vasitə və psixotrop maddənin pulunu özünün ödədiyini (buna dair hər hansı sübut təqdim etməmiş) qeyd edərək ziddiyyətli ifadələr vermişlər. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə-istintaq təcrübəsində narkokuryerliklə məşğul olan şəxslərə əvvəlcədən razılaşdırılmış məbləğlərdə olan ödənişlər sonuncular yalnız verilən tapşırıqlara əsasən narkotik vasitə və ya psixotrop maddələri onlara bildirilmiş yerlərdən götürüb müvafiq yerlərə qoyduqdan sonra verilir. Lakin əgər potensial cinayətkar məhz öz şəxsi istifadəsi məqsədilə narkotik vasitə və ya psixotrop maddə əldə etmək istəyirsə, o zaman yalnız əvvəlcədən həmin maddələrin satışını həyata keçirən şəxsə pulunu ödədikdən sonra ona bildirilmiş ünvandan ödənişinə müvafiq çəkidə qanunsuz maddələri təhvil götürə bilər. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs da şəxsi istifadəsi məqsədi ilə deyil, həmin ünvana məhz qazanc əldə etmək məqsədilə getdiyindən özünün də deməsinə əsasən narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirən şəxsə hər hansı ödəniş etməmiş, yalnız həmin ünvana gedib əldə etdiyi predmetləri müvafiq ünvanlar üzrə yerləşdirdikdən sonra onun payına düşən ödənişi almalı olmuşdur. Qeyd edilən kəskin ziddiyyətlər məhkəməyə həmin şahidin ifadəsinə tənqidi yanaşılması qənaətinə gəlməyə əsas verir. Eyni zamanda müdafiə tərəfinin verdiyi vəsatət əsasında hökmün 51-ci bəndində qeyd edilən müvafiq mobil operatordan təqsirləndirilən şəxsin hadisə zamanı istifadəsində olmuş mobil telefon nömrəsinin anten dairələrinə dair məlumatlar götürülərək tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq edilmiş və ibtidai istintaq orqanının gəldiyi qənaətin şübhə altına qoyulmasına hər hansı əsasın olmadığı müəyyən edilmişdir.

76. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4-1ci maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

77. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

78. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

79. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

80. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

81. CM-in 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən xüsusilə ağır cinayətin törədilməsi cinayətin xüsusilə təhlükəli residivini yaradır.

82. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

83. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən 43 yaşında olmaqla müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, narkomaniya xəstəliyindən tam sağalıb normal həyat tərzinə qayıtmaq istəməsini və məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

84. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 35, 81-82-ci bəndlərinə). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dördə üçündən az ola bilməz.

85. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

86. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

87. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

88. CM-in 56.1.4-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin xüsusi təhlükəli residivi zamanı xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

89. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

90. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 1 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2 mart 2024-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 1 mart 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

91. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 1 mart 2024-cü il tarixdən hesablanmalıdır.

92. Məhkəmə hökmün 36-cı bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs oğlunun barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

93. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

94. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Səbail RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkiləri 649,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1218,9 qram olan narkotik vasitə heroin, 120,534 qram olan narkotik vasitə tiryək və 503,1 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 1 (bir) ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, Şahid4 üzərində şəxsi axtarış və götürmə, avtomobilə baxış və götürmə istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin əks olunduğu 3 (üç) ədəd disk, məhkəmə iclaslarının audiovideoyazılarını özünə əks etdirən 1 (bir) ədəd disk, habelə "xxxx" MMC-dən əldə edilmiş 1(bir) ədəd disk olmaqla ümumilikdə 5 (beş) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

95. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

96. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 192 (bir yüz doxsan iki) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

97. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

98. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

99. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

100. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 1 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkiləri müvafiq olaraq 649,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1218,9 qram olan narkotik vasitə heroin, 120,534 qram olan narkotik vasitə tiryək və 503,1 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 1 (bir) ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın və 5 (beş) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 192 (bir yüz doxsan iki) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar