Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1048/2021 18.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1978-ci il avqustun 26-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə təkrarən qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2020-ci il dekabr ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,271 qram psixotrop maddə metamfetamini əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyıb dərman preparatları olan qutuda gizlətməklə saxlamış, bundan sonra o, təkrarən 2020-ci il dekabrın 06-da istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 141,890 qram narkotik vasitə heroini əldə edib 124,010 qramını yaşadığı evin qonaq otağındakı şkafın içərisində gizlətməklə saxlamış, qalan 17,880 qramını isə üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyataxtarış tədbiri nəticəsində 2020-ci il dekabrın 07-də saat 10:40 radələrində ünvan 2 ünvanının yaxınlığında saxlanıb idarənin inzibati binasına gətirilməklə orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 17,880 qram kustar üsulla hazırlanan narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd tərəzi aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirləri davam etdirilib həmin tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış vaxtı mənzilin qonaq otağındakı şkafın içərisindən bir ədəd sellofan bağlamada külli miqdarda təmiz çəkisi 124,010 qram, üzərindən müəyyən edilən narkotik vasitə heroinlə eynilik təşkil etməklə kustar üsulla hazırlanan narkotik vasitə heroin aşkarlanaraq götürülmüş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlandığı ərəfədə evində gizlədərək saxladığı 0,271 qram psixotrop maddə metamfetaminin ona ötürülməsi üçün anası Şahid2 xəbərsiz olmasından istifadə edib cinayətdən məlumatı olmayan qeyri-rəsmi arvadı X7 tərəfindən 2021-ci il yanvarın 12-də saat 12 radələrində sovqat kimi Bakı İstintaq Təcridxanasına gətirilməsinə nail olmuş, göstərilən tarixdə saat 12:30-da orada sovqata baxış keçirilərkən qida məhsulları olan plastik qabın içərisindən sellofan bükümdə təmiz çəkisi 0,271 qram kustar üsulla hazırlanan psixotrop maddə olan metamfetamin aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ibtidai araşdırmadakı ilkin izahatlarını və ifadələrini təsdiq edib ifadəsində göstərdi ki, anası Şahid2 və qeyri-rəsmi qaydada ər-arvad münasibətlərində olduğu Şahid1 ilə birlikdə ünvan 1 ünvanında yaşayır, narkotik aludəçisidir. 2020-ci il dekabrın 06-da yaşadığı evin yaxınlığındakı yolun kənarından bir ədəd sellofan bağlamanı tapdıqda içərisində narkotik vasitə heroin və bir ədəd elektron tərəzi olduğunu görmüş, həmin maddənin böyük hissəsini evdəki şkafda saxlamış, balaca büküm düzəltməklə elektron tərəzi ilə birgə üzərində daşımışdır. 2020-ci il dekabrın 07-də saat 10:40 radələrində yaşadığı evin yanında olarkən bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə onu baş idarəyə dəvət etmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış vaxtı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan, göy rəngli cins şalvarın sol və sağ yan ciblərindən iki ədəd mobil telefon və bir ədəd alışqan çıxararaq masanın üstünə qoymuş, bundan əlavə üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Alışqan əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, mobil telefonlar isə götürülmüşdür. O, bükümün içərisində narkotik vasitə heroin və elektron tərəzi olduğunu, evində də narkotik saxladığını bildirmişdir. Onun yaşadığı mənzilə baxış zamanı qonaq otağında olan şkafın daxilindən çıxartdığı, içində heroin olan bir ədəd sellofan bağlamanı təqdim edəndə bağlama onun iştirakı ilə qablaşdırılmış, tərtib olunan protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, 2020-ci il dekabr ayının əvvəllərində hazırda xatırlamadığı yerdən 10 manata aldığı bir büküm psixotrop maddə metamfetamini gələcəkdə özünün istifadəsi üçün evindəki şkafda olan dərman qutusunda gizlətmiş, lakin tutulduğundan qəbul edə bilməmişdir. 2021-ci il yanvar ayının əvvəllərində anası ilə danışarkən şkafdakı yalandan baş ağrı dərmanı kimi təqdim etdiyi psixotrop maddə metamfetamini yeməyin yanına qoyub gətirməsini xahiş etmiş, 2021-ci il yanvarın 12-də içərisində qanunsuz əşya olmasından xəbərsiz olan arvadı Kamalə vasitəsi ilə anasının yolladığı sovqat təcridxananın işçiləri tərəfindən yoxlanarkən metamfetamin aşkar edilmişdir. Göstərilən kütləni kiməsə satmaq məqsədi olmasa da narkotikin satışı ilə məşğul olmuşdur. Narkotik vasitə heroini tapdığına görə üzərində və yaşadığı evdə saxlamış, bəzən də nağd şəkildə bəzi şəxslərə satmış, tərəzini az-az çəkməklə özünün şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən peşmandır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili işləmiş Şahid9 ifadəsində göstərdi ki, 2020-ci il dekabrın 07-də Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə və yaşadığı ünvanda saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq məqsədi ilə özündən qrup rəhbəri qismində, baş əməliyyat müvəkkili polis kapitanı Şahid8, əməliyyat müvəkkilləri polis baş leytenantları Şahid7 və Şahid10 ibarət qrup yaradılmışdır, həmin tarixdə saat 10:40 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yeni Yasamal, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 1 ünvanının yanında sonuncuya yaxınlaşıb özlərini təqdim etməklə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, özündə və yaşadığı ünvanda saxlayıb daşıması və satışı ilə məşğul olması haqda şübhəli olduğunu bildirməklə Baş İdarəyə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış vaxtı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümü və bir ədəd elektron tərəzini, göy rəngli cins şalvarın sol və sağ yan ciblərindən iki ədəd mobil telefonu və bir ədəd alışqanı çıxararaq masanın üstünə qoymuş, bundan savayı sonuncunun üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkarlanmamışdır. Alışqan əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, mobil telefonlar isə götürülmüşdür. Təqsirləndirilən şəxs bükülünün içərisində narkotik vasitə heroin olduğunu, mənzilində də narkotik vasitə saxladığını bildirdiyindən sonuncunun yaşadığı ünvana baxış zamanı Təqsirləndirilən şəxs evin qonaq otağındakı şkafdan bir ədəd sellofan bağlamanı çıxarıb təqdim etməklə içində narkotik vasitəni heroin olduğunu demiş, göstərilən bağlamada həqiqətən narkotik vasitəyə bənzər maddə müəyyən edilmişdir. Sellofan bağlama qablaşdırılaraq möhürlənmiş, üzəri və tərtib edilən protokolun düzgünlüyü iştirakçılar tərəfindən təsdiq edilib imzalanmışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili işləmiş Şahid7 Şahid9 ilə analoji ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, övladı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olduğuna görə 2020-ci il dekabrın 07-dən Bakı İstintaq Təcridxanasında saxlanır, 2021-ci il yanvar ayının əvvəllərində ev telefonuna zəng edərək yeməyinin bitdiyini söyləyib baş ağrı dərmanı kimi təqdim etdiyi maddəni plastik qaba qoymaqla sovqatla göndərməyi, habelə bir sıra məişət əşyalarını almağı xahiş etmişdir. O, oğlunun sözlərinə əməl edərək dərmanı qoyduğu plastik qabla birlikdə sovqatı gəlini Şahid1 2021-ci il yanvarın 12-də saat 11 radələrində taksi ilə təcridxanaya aparmış, saat 12:30 radələrində sovqata baxış keçirilərkən plastik qabdan psixotrop maddənin aşkar edilib götürülməyini sonuncudan öyrənmişdir. O, qabın içərisində qanunsuz əşya olmasını bilməmişdir. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 14 ildir qeyri-rəsmi nikah münasibətlərində olduğunu bildirməklə Şahid2 ilə eyni məzmunlu ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, hadisə ərəfəsində ədliyyə baş giziri olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının nəzarətçisi vəzifəsində işləmişdir. 2021-ci il yanvarın 12-də saat 12:30 radələrində təcridxananın 1 saylı rejim korpusunun 24-cü kamerasında saxlanan Təqsirləndirilən şəxs qeyri-rəsmi həyat yoldaşı Şahid1 gətirdiyi sovqata müəssisənin işçilərinin və hal şahidlərinin iştirakı ilə xüsusi ayrılmış otaqda baxış keçirildikdə sovqatın içərisindəki toyuğun yanında gizlədilən ağ rəngli, xüsusi iyə malik, kristal formada olan psixotrop maddəyə oxşar maddə aşkarlanıb götürülmüşdür. Şahid1 2021-ci il yanvarın 12-də saat 10 radələrində sovqatı Eminin anası Şahid2 oğluna çatdırması üçün ona verdiyini, sovqatın içərisində nə olduğundan məlumatsız olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının böyük nəzarətçisi ədliyyə giziri Şahid4 Şahid5 ilə oxşar ifadə verdi. Məhkəmə iclasında ifadələri elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin izahatlarında, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən ittiham olunduğu əməlləri etiraf etsə də psixotrop maddə metamfetamini öz istifadəsi üçün xatırlamadığı şəxsdən almasını, narkotik vasitəni heroini sadəcə olaraq tapdığı üçün üzərində və yaşadığı evdə saxladığını, istintaqın sonunda isə narkotikin satışı ilə məşğul olmaqla tərəzini az-az çəkib istifadə etmək və satmaq üçün üzərində saxladığını, ancaq nağd pul qarşılığında tanımadığı şəxslərə satmasını göstərmişdir (1-ci cild, iş vərəqi 13, 76-78, 129-130, 144-147 və 157-160; 2-ci cild, iş vərəqi 67-70). Məhkəmə iclasında ifadələri elan edilməklə tədqiq olunmuş hadisə ərəfəsində müvafiq qaydada polis kapitanı və polis baş leytenantı olmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkkili və əməliyyat müvəkkili işləmiş Şahid8 və Şahid10 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən Şahid9 ilə uyğun ifadələr vermişlər (1-ci cild, iş vərəqi 198-200 və 204-206). Məhkəmə iclasında ifadələri elan edilməklə tədqiq olunmuş hadisə ərəfəsində hal şahidləri Şahid3 və Şahid6 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən Şahid5 ilə eyni məzmunlu ifadələr vermişlər (1-ci cild, iş vərəqi 53-56). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2021-ci il yanvar 12-də tərtib etdiyi protokoldan və eyni tarixli 17/38-165 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid1 gətirdiyi sovqata baxış zamanı plastmas qabın içərisindən bir ədəd şəffaf sellofan bükümdə ümumi çəkisi 0,271 qram psixotrop maddə metamfetamin aşkarlanıb götürülmüşdür (1-ci cild, iş vərəqi 3-4). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 12 yanvar tarixli 6/140 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «…həbs olunmuş şəxs Təqsirləndirilən şəxs yanına sovqat gətirmiş həyat yoldaşı vətəndaş Şahid1 gətirdiyi sovqata baxış keçirilən zaman içərisindən aşkar olunmuş...» əl yazıları olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,271 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olmaqla tədqiqatdan sonrakı qalığı 0,221 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 109,9 manatdır (1-ci cild, iş vərəqi 22-23). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 2020-ci il dekabrın 28-də, 2021-ci il yanvarın 20-də və 2021-ci il fevralın 10-da tərtib etdiyi tələbnamələrdən, məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2016-cı il 02 fevral tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2016-cı il oktyabrın 13də «28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il 20 may tarixli Qərarına əsasən cəzadan azad edilmişdir (1-ci cild, iş vərəqi 36-37, 207-209 və 225-227; 2-ci cild, iş vərəqi 8-13). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 12 fevral tarixli 6/169 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «…sovqat gətirmiş həyat yoldaşı vətəndaş Şahid1 gətirdiyi sovqata baxış keçirilən zaman...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,221 qram olan kütlə psixotrop maddə metamfetamin olmaqla tədqiqatdan sonrakı qalığı 0,171 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 81,82 manatdır (1-ci cild, iş vərəqi 41-44). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 14 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus 0,221 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 0,171 qram qalığı maddi sübut kimi tanınmaqla idarədə saxlanılması qərara alınmışdır (1-ci cild, iş vərəqi 45). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 13 fevral tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 65-66). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 08 dekabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması faktına görə Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə cinayət işi başlanmaqla ********* nömrə ilə davam etdirilmişdir (1-ci cild, iş vərəqi 86). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin 2020-ci il 07 dekabr tarixli raportlarından, Ə165- 007-20 əmrindən və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin 2020-ci il eyni tarixli raportundan, habelə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2020-ci il 08 dekabr və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020ci il 09 dekabr tarixli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib özündə və yaşadığı ünvanda saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2020-ci il dekabrın 07-də saat 10:40-da ünvan 2 ünvanının yaxınlığında saxlanmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, şəxsi axtarış aparılarkən üzərindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə və bir ədəd elektron tərəzi, yaşadığı mənzilə baxış keçirilərkən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkarlanıb götürülmüş, məhkəmələr həmin qərarı qanuni hesab etmişdir (1ci cild, iş vərəqi 88-92, 120, 193 və 211). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin tərtib etdiyi 2020-ci il 07 fekabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 10:40-da saxlanmaqla Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində saat 11:20-də tutulmuş, həmin vaxt sonuncunun qardaşı X6 telefonla məlumat verilmişdir (1-ci cild, iş vərəqi 102-103). İş materiallarındakı 2020-ci il 07 dekabr tarixli razılıq ərizəsindən və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs əsasında yaşadığı ünvan 2 ünvanına baxış zamanı sonuncu qonaq otağındakı şkafın aşağı hissəsindən bir ədəd sellofan bağlama çıxarıb içərisində narkotik vasitə heroin olduğunu, göstərilən maddəni iki gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını bildirmiş, aşkarlanan bağlama götürülməklə tərtib olunan protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, bir ədəd CD diski cinayət işinə əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 114 və 117-119). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 08 dekabr tarixli 6/2674 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş maddələr (6 imza) Tərtib etdi (imza) Y.Yusifov» qeydləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 124,010 qram və üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd elektron tərəzi və bir ədəd bükümdə maddələr (6 imza) Tərtib etdi (imza) Y.Yusifov» qeydləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 17,880 qram olan maddələr kustar üsulla hazırlanan narkotik vasitə heroindir; bir ədəd tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır, iz mikrohissəcikləri cüzi miqdar təşkil etdiyindən onların çəkisini və digər narkotik vasitə heroinlə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır, sonuncunun üzərindən və mənzilindən aşkarlanan narkotik vasitə heroin maddələri tərkibinə görə eynidir, ümumi təmiz çəkisi 141,890 qram olan narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 141,790 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 108,46 manatdır (1-ci cild, iş vərəqi 132-136). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 08 dekabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə cəlb edilərək Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 148-149). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 08 dekabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il dekabrın 07-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 176-180). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 09 dekabr tarixli qərarından görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilib götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 141,790 qram çəkidə qalığı və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla idarəyə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 184-185). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2020-ci il 17 dekabr tarixli 19/51-12260 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tibb müəssisəsində müalicədə olmamışdır və qeydiyyatda yoxdur (1-ci cild, iş vərəqi 201). İş materiallarındakı Bakı şəhəri MKTD-nin 2 saylı XTMKTB-nin 38 saylı MKİS-inin tərtib etdiyi 2020-ci il 28 dekabr tarixli 138/258 №-li arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ailəsi atası X3, anası Şahid2, bacısı X2 və qardaşı X5 ibarətdir, barəsində heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 216-217). İş materiallarındakı «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 07 yanvar tarixli BKC/LGL-409/21 №-li məktubundan və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 25 yanvar tarixli protokoldan görünür ki, MMC-dən daxil olan bir ədəd CD diskinə baxış keçirilərkən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı nömrəyə 2020-ci il yanvarın 01-dən 2020-ci il dekabrın 08-dək olan müddətdə gələn və gedən mesajlar müəyyənləşdirilmiş, sms mətnlərində +**********73 saylı nömrə ilə «burnumun suyu axa axa titriye titriye zehermar axtariram», +**********97 saylı nömrə ilə «Eldenizdi qaqam ureyun nese istiyir sudan patidan qaqon qulugundadi», +**********46 saylı nömrə ilə «Gaga cvb verde bidene 50manatim var 4dene alinar?», +**********86 saylı nömrə ilə «2-den pat-95+5de ko125=215», +**********33 saylı nömrə ilə «5 dana kola.», +**********46 saylı nömrə ilə «Qaqa 100manat pulum var 4kola yari suse alinar» və +**********08 saylı nömrə ilə «Emin srocnu 15 dəne kola, 10 dene patı, lazımdı. Düzələr?» kimi mesajlardan Təqsirləndirilən şəxs jarqon söz və ifadələrdən istifadə etməklə narkotik vasitə alıcıları ilə danışması aşkarlanmış, bir ədəd CD diski cinayət işinə əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 221 və 2-ci cild, iş vərəqi 6). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 19 mart tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə sonuncu nömrə ilə davam etdirilmişdir (2-ci cild, iş vərəqi 30). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2021-ci il 18 fevral tarixli 373 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkarlanmaqla ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (2-ci cild, iş vərəqi 38-39). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 11 fevral tarixli 454 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild, iş vərəqi 40-41). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 15 aprel və 2021-ci il 17 aprel tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən həmin Məcəllənin 234.4.2.-ci və 234.4.3.-cü maddələrinə tövsif olunmaqla Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (2-ci cild, iş vərəqi 54- 57). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 18 aprel tarixli sübutların qiymətləndirilməsi və cinayət işi ayrılması haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci və 234.4.3.-cü maddələri ilə elan olunan ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, narkotik vasitə heroinin mənbəyi barədə ********* saylı Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə cinayət işi ayrılmaqla ərazi aidiyyəti üzrə Bakı şəhərinin Yasamal Rayon Polis İdarəsinə, psixotrop maddə metamfetaminin mənbəyi üzrə isə material ayrılıb Bakı şəhərinin Sabunçu Rayon Polis İdarəsinə göndərilməsi qərara alınmış, Şahid2 və Şahid1 əməllərində Azərbaycan Respublikasının CM-nin 317-ci maddəsinin tərkibi olmadığından cinayət təqibinə xitam verilmişdir (2-ci cild, iş vərəqi 74-81). İş materiallarındakı 2021-ci il 22 aprel tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda hüquqlarının müdafiəsi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 36 iş saatı müddətində həyata keçirilmişdir (2-ci cild, iş vərəqi 104). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni psixotrop maddə metamfetamini öz istifadəsi üçün xatırlamadığı şəxsdən alması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə eedilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı ilkin izahatları, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törəedilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin dərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, qeydiyyatda olduğu yer üzrə barəsində heç bir şikayət daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2016-cı il 02 fevral tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2016-cı il oktyabrın 13-də «28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il 20 may tarixli Qərarı əsasında cəzadan azad edilmiş, sonuncunun məhkumluğu 2018-ci il mayın 20-də ödənildiyindən və hazırda ittiham olunduğu əməli 2020-ci il dekabrın 07-də törətdiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikasının CM-nin 83.3.3.-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs X9 ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilib götürülən 141,890 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı 141,790 qram çəkidə qalığı və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi, Bakı şəhərinin Sabunçu Rayon Polis İdarəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs məxsus 0,221 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 0,171 qram qalığı məhv edilməli, iki ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 300,18 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 78 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 216 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 468 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il dekabrın 07-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il dekabrın 07-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə 300,18 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 216 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 468 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilib götürülən 141,890 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı 141,790 qram çəkidə qalığı və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi, Bakı şəhərinin Sabunçu Rayon Polis İdarəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs məxsus 0,221 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 0,171 qram qalığı məhv edilsin, iki ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1048/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1048/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver