Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1048/2022 02.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1990-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, 20 Yanvar küçəsi, ev 28 ünvanında qeydiyyatda olmaqla, ünvan 1nvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr, külli miqdarda psixotrop maddə, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən külli miqdarda maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə tanış olduğu “İlqar” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitə heroin, tiryək və metadon, külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən külli miqdarda preqabalin maddəsi əldə edib satmaq məqsədi ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, “İlqar” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə heroini, tiryəki və metadonu, külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən külli miqdarda preqabalinin satışını mənfəət olaraq 300 manat pulun müqabilində həyata keçirəcəyi barədə razılığa gəlib sonuncunun tapşırığı ilə 16 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonunda istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş ümumi təmiz çəkisi 1390,986 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini, 280,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan tiryəki, ümumi sayı 49 ədəd qəhvəyi rəngli dairəvi formalı ümumi təmiz çəksi 1,96 qram külli miqdarda narkotik vasitə olan metadon həblərini, ümumi təmiz çəkisi 3107,422 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən ümumi sayı 116 ədəd, ümumi təmiz çəkisi 17,4 qram olan göy narıncı rəngdə “Preqabalin 150” kapsulasını satış məqsədi ilə qanunsuz olaraq əldə edərək müvəqqəti yaşadığı ünvan 2 ünvanında yerləşən “Piano” otelinin 502 nömrəli otağına daşımaqla orada saxlamış, 30 yanvar 2022-ci il tarixdə saat 23:45 radələrində “İlqar” adlı şəxsin tapşırığına əsasən yaşadığı oteldə saxladığı külli miqdarda narkotik vasitə heroindən 50,986 qram çəkidə bir ədəd şəffaf polietilen bükümə və külli miqdarda psixotrop maddə metamfetamindən 57,422 qram çəkidə bir ədəd şəffaf polietilen bükümə ayıraraq satmaq məqsədi ilə üzərində saxlamaqla yaşadığı oteldən çıxaraq ünvan 3 ünvanın yaxınlığında piyada hərkətdə olan zaman Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirmiş olduqları əməliyyat tədbiri nəticəsində saxlanılaraq ünvan 4 ünvanda yerləşən BNMİ-nin inzibati binasına gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən həmin bir ədəd bükümdə təmiz çəkisi 50,986 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd bükümdə 57,422 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat təbdirlərinin davamı olaraq 31 yanvar 2022-ci il tarixdə saat 04:00 radələrində Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı ünvan 5 ünvanında yerləşən “Piano” otelin 502 nömrəli otağına Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən baxış aparılan zaman həmin otağın hamamında yerləşən asılqanın üzərindən sonuncunun “İlqar” adlı İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxladığı içərisində bir ədəd bağlamada təmiz çəkisi 1340,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, bir ədəd bağlamada təmiz çəkisi 280,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, ümumi sayı 49 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 1,96 qram olan külli miqdarda narkotik vasitə metadon həbləri, bir ədəd bağlamada təmiz çəkisi 3050,0 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, ümumilikdə 116 ədəd göy-narıncı rəngli kapsulun tərkibində preqabalinin üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 17,4 qram olan külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən “Preqabalin 150” göstəricisi olan kapsulalar, üzərində heroinin izləri olan iki ədəd elektron tərəzinin saxlandığı göy rəngli parça torba aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, o, təxminən 2 ilə yaxındır ki, “şüşə” kimi tanınan və əslində adı metamfetamin olan psixotrop maddə və “kakos” adı ilə tanınan narkotik vasitə heroini qəbul etməyə başlamışdır. Tutulmamışdan iki ay əvvəl özünü İlqar kimi təqdim etmiş və İran İslam Respublikasının vətəndaşı olduğunu ona deyən şəxsin narkotik vasitələrin onlayn satışı ilə məşğul olduğunu öyrənmişdir. İstifadəsində olan ***-***-**- ** telefon nömrəsinin “Whatsapp” mobil tətbiqi vasitəsi ilə İlqarla əlaqə saxladığı zaman İlqar pulunu onlayn ödədikdən sonra onun istədiyi təqdirdə ona həm özü istifadə etmək üçün, həm də satmaq üçün narkotik və patı, yəni metamfetamin, metadon və güclü təsir edən dərmanlar verəcəyini demişdir. İlqar adlı şəxsin vasitəsilə Bakı şəhərində yaşayan tanışının, lakin onun tanımadığı şəxsin qoyduğu yerdən narkotik və patı, yəni metamfetamin, metadon və güclü təsir edən dərmanları İlqar ünvanları dedikdən sonra o, gedib narkotiklər va metamfetamini, metadon və güclü təsir edən dərmanları götürüb Bakı şəhərində İlqarın dediyi ünvanlara aparıb gizlətməklə satışını təşkil etməli imiş. Belə ki, narkotik və digər malların gizlədildiyi yerə qoyulan pulları götürüb İlqarın bank hesabına göndərməli və gördüyü işin müqabilində İlqar hər kiloqarama görə ona 300 manat pul verməli imiş. İlqarın tapşırığı ilə 16 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonunda ona məlum olmayan şəxs tərəfindən qoyulmuş narkotik vasitə heroini, tiryəki, metadon həblərini, psixotrop maddə metamfetamini və preqabalin 150 kapsulasını götürüb yaşadığı ünvan 5 ünvanında yerləşən “Piano” otelin 502 nömrəli otağına aparmış və 30 yanvar 2022-ci il tarixdə saat 23:45 radələrində İlqar adlı şəxsin tapşırığına əsasən yaşadığı otelin otağında saxladığı narkotik vasitə heroindən 1 ədəd və psixotrop maddə metamfetamindən 1 ədəd şəffaf polietilen bükümə ayıraraq satmaq məqsədi ilə üzərində saxlamaqla yaşadığı oteldən çıxaraq ünvan 7 ünvanın yaxınlığında piyada hərkətdə olan zaman ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşıb özlərini Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmişlər və narkotik vasitələrin satışı ilə məşğul olduğunu izah edib onu avtomobillə Baş İdarəyə gətirmişlər. Üzərinə şəxsi axtarış keçiriləcəyi izah edildikdən sonra idarəyə hüquqlarını müdafiə etmək üçün vəkil dəvət etmişlər. Şəxsi axtarışa başlanmazdan əvvəl iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 2 ədəd şəffaf polietilen bükümü çıxarıb masanın üzərinə qoymuş, bükümlərdən birində heroin, 2-ci bükümdəkinin isə metamfetamin olduğunu demişdir. Bundan sonra şəxsi axtarış davam etdirilmiş və ondan 02 ədəd mobil telefon, 150 manat pul və sənədləri götürülmüşdür. İki büküm zərfə qoyularaq qablaşdırılmışdır. Tərtib edilmiş protokolla tanış olduqdan sonra protokola imza etmişdir. Bundan başqa 31 yanvar 2022-ci il tarixdə saat 04:00 radələrində yaşadığı ünvan 5 ünvanında yerləşən “Piano” otelin 502 nömrəli otağına Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baxış aparılan zaman İlqar adlı İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə Qaradağ rayonu ərazisindən götürdüyü heroin, tiryək, metadon həbləri, psixotrop maddə metamfetamin, güclü təsir edən maddələr, iki ədəd elektron tərəzinin saxlandığı göy rəngli parça torba hamamda olan asılqandan aşkar olunaraq götürülmüşdür. Bükümlər zərfə qoyularaq qablaşdırılmış, tərtib edilmiş protokolla tanış olduqdan sonra protokola imza etmişdir. O, narkotik istifadəçisidir, həm də satışı ilə məşğul olur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Baş İdarəyə xx xxxxxxx 1990-cı ildə ünvan 8 ünvanında qediyyatda olan və ünvan 9anında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində onların dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat BNMİ-nin rəisinə 30 yanvar 2022-ci il tarixdə onun tərəfindən raportla məruzə olunmuş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında müvafiq qərar təsdiq edildikdən sonra ondan, BNMİ-nin əməliyyat müvəkkili X3 və həmin idarənin növbətçi hissəsinin növbətçi köməkçisi Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, qrup üzvləri Təqsirləndirilən şəxs barəsində təlimatlandırıldıqdan sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində əməliyyat mövqeləri müəyyən edilmişdir. 30 yanvar 2022-ci il tarixdə saat təxminən 23:45 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 3/17 ünvanın yaxınlığında olan zaman bir nəfər piyada hərəkətdə olan şəxsin əlamətləri ilə Təqsirləndirilən şəxs əlamətlərinin oxşar olduğunu görüb ona yaxınlaşmışlar və xidməti vəsiqələrini həmin şəxsə göstərərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib həmin şəxsdən özü haqqında məlumat verməsini tələb etdikdə saxlanılan şəxs onlara Təqsirləndirilən şəxs olduğunu demişdir. Saxlanılan şəxsin Təqsirləndirilən şəxs olmasını öyrəndikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı onun şübhəli olduğunu izah edib Təqsirləndirilən şəxs ünvan 10 ünvanda yerləşən Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər və bu barədə Baş İdarəsinin rəisinə raportla məruzə edilmişdir. Raport əsasında araşdırmanın aparılması Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Vüsal Həsənquliyevə həvalə edilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında olan otaqlardan birinə daxil olduqdan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah edilmişdir ki, onun üstünə şəxsi axtarış aparılacaq. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi ilə təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmişdir. Şəxsi axtarış iştirakçılarına hüquq və vəzifələri izah edilmiş və sonra videokameradan istifadə edilməklə şəxsi axtarışa başlanmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində qanunsuz əşya və maddə varsa onları təhvil versin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şavarının sağ yan cibindən 02 (iki) ədəd sellofan bükümü, gödəkçəsinin sol iç cibindən 150 manat pul vəsaitini, özünə məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, qapı kartını, "xxxx" ASC-yə məxsus elektron pul kartını, gödəkçəsinin sol yan cibindən “Redmi” markalı və sağ yan cibindən “Samsung” markalı mobil telefon aparatını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs 1-ci bükümdəkinin heroin və 2-ci bükümdəkinin metamfetamin olduğunu bildirmişdir. Hər iki büküm təhqiqatçı tərəfindən elektron tərəzidən istifadə etməklə çəkilmiş və 1-ci bükümün çəkisinin 56 qram, 2-ci bükümün çəkisinin 61 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş bükümlər, pul kartı və mobil telefon aparatları təhqiqatçı tərəfindən zərflərə qoyularaq qablaşdırılmış, şəxsi axtarış və götürmə haqqında protokolla iştirakçılar tanış olduqdan sonra hər bir iştirakçı protokola imza etmişdir. 150 manat pul vəsaiti və qapıya aid elektron kart Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs bükümlərdəkinin nə olduğunu və haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs bir ədəd bükümdə heroin və bir ədəd bükümdə metamfetamin olduğunu, heroinin va metamfetaminin Bakı şəhərində satışını təşkil etmək üçün onları İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı İlqar adlı şəxsin dediyi ünvandan, yəni Qaradağ rayonunda on beş gün əvvəl götürdüyünü demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə axtarış davam etdirilmiş, lakin onun üstündən qanunsuz başqa maddə və əşya aşkar olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Rəcəbli küçəsində yerləşən “Piano” oteldə ona məxsus otaqda həmin maddələrin qalan hissəsi vardır. “Piano” oteldə Təqsirləndirilən şəxs yaşadığı otaqda baxış aparılması məqsədilə Təqsirləndirilən şəxs razılıq verərək buna görə də razılıq ərizəsi yazmışdır. Daha sonra Təqsirləndirilən şəxs və müdafiəçisi ilə birlikdə əməliyyat tədbirinin davamı olaraq 31 yanvar 2022-ci il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 12 ünvanında yerləşən “Piano” otelə getmişlər, otelin meneceri X7 Təqsirləndirilən şəxs yaşadığı 502 nömrəli otaqda baxış aparılacağı izah edilmiş və bu məqsədlə də Elnur Həsənov da razılıq ərizəsi yazmışdır. Otelin 502 nömrəli otağında baxışa başlanmazdan əvvəl təhqiqatçı tərəfindən baxış iştirakçılarına hüquq və vəzifələri, həmçinin baxışın aparılma səbəbi izah edilmiş və videoçəkilişdən isitfadə edilməklə baxışa başlanmışdır. Təqsirləndirilən şəxs 502 nömrəli otaqda narkotik vasitələri və metamfetamini gizlətdiyi çantanın olduğu hamam otağını göstərmişdir. Təqsirləndirilən şəxs hamamda olan asılqanın üzərindəki göy rəngli parçadan olan çantanı göstərib bildirmişdir ki, həmin çantada narkotik, metamfetamin və dərman preparataları vardır. Çantaya baxış aparılan zaman içərisindən 1 ədəd böyük ölçüdə sellofan büküm, kiçik ölçüdə 2 ədəd sellofan büküm, həmçinin başqa bükümlərdə dərman kapsulalarının və iki ədəd elektron tərəzinin olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümlərdəkinin metamfetamin, heroin, tiryək və kapsulalarda dərman olduğunu bildirmişdir. Hər üç büküm təhqiqatçı tərəfindən elektron tərəzidən istifadə etməklə çəkilmiş və 1-ci bükümün çəkisinin 3077 qram, 2-ci bükümün çəkisinin 1369 qram və 3-cü bükümün çəkisinin 294 qram olduğu müəyyən edilmişdir. Daha sonra bükümlər, dərman kapsulaları və 02 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Baxış və götürmə haqqında protokolla iştirakçılar tanış olduqdan sonra hər bir iştirakçı protokola imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2 və X4 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30.01.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1990-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam şəhəri, 20 Yanvar küçəsi, ev 28-də qeydiyyatda olmaqla, ünvan 1nvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir (iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 30.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 31.01.2022-ci il tarixli, 40 saylı raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1990-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam şəhəri, 20 Yanvar küçəsi, ev 28-də qeydiyyatda olmaqla, ünvan 1nvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 30 yanvar 2022-ci il tarixdə, saat 23:45 dəqiqədə ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir (iş vərəqi 10). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 31.01.2022-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş “DVD” diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 2 (iki) ədəd sellofan bükümü, əynindəki qara rəngli, qış gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd “Redmi” markalı, sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonlarını, sol iç cibindən 150 (yüz əlli) manat pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 ədəd sürücülük vəsiqəsini, 1 ədəd “Piano Hotel”də müvəqqəti qaldığı otağın qapısını açan plastik kartını və 1 (bir) ədəd üzərində **********574374 rəqəmləri əks olunmuş plastik bank kartını təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs 150 (yüz əlli) manat pul vəsaiti, müvəqqəti yaşadığı otelin otağının qapısını açan plastik kartı özünə qaytarılsa da, ona məxsus mobil telefonlar, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və plastik bank kartı sonuncuya izah edilməklə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərə baxış keçirilən zaman bükümlərdən birinin içərisində narkotik vasitə heroinə bənzər kütlə, digər bükümdə isə ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, həmin sellofan bükümlərdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükümün qablaşdırılma ilə birlikdə çəkisinin 56 (əlli altı) qram olması, digər bükümdəki psixotrop maddə metamfetaminə bənzər kütlənin qablaşdırılma ilə birlikdə təxmini çəkisinin 61 (altmış bir) qram olması müəyyən edilmişdir. Həmin sellofan bükümlər 1 (bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərdən birinin içərisində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni onu deyilən yerlərə qoyması üçün üzərində saxladığını, təxminən 2 (iki) ay öncə sosial şəbəkədə tanış olduğu, nömrəsini telefonunda qeyd etdiyi İran İslam Respublikasının vətəndaşı “İlqar” adlı şəxsin vasitəsilə 15 (on beş) gün öncə Qaradağ rayonu ərazisində götürdüyünü, narkotik tərkibli maddələri ona deyilən yerlərə qoymaqla pul əldə etmək niyyətinin olmasını, özünün narkotik vasitə istifadəçisi olduğunu, həmin maddələrin qalan hissəsini özünün müvəqqəti yaşadığı Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Piano Hotel”də ona məxsus otaqda gizlətdiyini, həmin ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını, saxlanılan zaman və baş idarədə olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini, əlavə olaraq bildirmişdir (iş vərəqi 31-34). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 31.01.2022-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş “DVD” diskdən görünür ki, ünvana baxış keçirilmədən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı “Piano Hotel”də yerləşən 502 nömrəli otaqda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, narkotik tərkibli maddələrin qalan hissəsini hamamda saxladığını bildirərək hamam otağına daxil olmuş və girişdən sağ tərəfdə yerləşən dəmir asılqanın üzərindən 1 (bir) ədəd göy rəngli parçadan olan torbanı təqdim edərək içərisində narkotik tərkibli maddələrin qalan hissəsinin olmasını bildirmişdir. Həmin torba götürülərək baxış keçirilməsi üçün yataq otağına gətirilmiş, həmin torbaya baxış keçirilən zaman içərisində 1 (bir) ədəd sellofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə, 1 (bir) ədəd sellofan bağlamada narkotik vasitə tiryəkə bənzər kütlə, 1 (iki) ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 ədəd üzərində preqabalin-150 yazıları olan kağız qutu, 2 ədəd qara rəngli kiçik ölçülü sellofan bağlama və 2 ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Aşkar edilmiş maddələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmişdir. İlk növbədə içərisində ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisinin 3 kq 77 qram, digər bağlamadakı narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin qablaşdırılma ilə birlikdə 1 kq 309 qram və sonuncu bağlamadakı narkotik vasitə tiryəkə bənzər kütlənin çəkisinin 294 olması müəyyən edilmişdir. Bundan sonra 2 (iki) ədəd qara rəngli sellofan bağlamaya baxış keçirilmiş, baxış zamanı bağlamalardan birinin içərisindən, üzərində “Metadon-40" sözləri yazılmış 49 ədəd həblər, digər bağlamdan isə üzərində Preqabalin-150 sözləri yazılmış 60 ədəd həb olması müəyyən edilmişdir. Kağız qutuya baxış keçirilərkən onun içərisindən də həmçinin üzərində Preqabalin-150 sözləri olan 56 ədəd həblər olması müəyyən edilmişdir. Aşkar edilmiş maddələr, o cümlədən 2 ədəd elektron tərəzi göy rəngli parça torbaya qoyularaq qablaşdırılmış, üzəri möhürlənib imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrin narkotik tərkibli maddələr olmasını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, narktoik maddələri sosial şəbəkdə tanış olduğu “İlqar” adlı İran İslam Respublikasının vətəndaşının bildirdiyini, aşkar edilmiş maddələrin bir hissəsini ona deyiləcək yerlərə qoyması müqabilində pul əldə etmək niyyyətinin olmasını, əvvəlcə olan razılığa əsasən hər 1 kq narkotik tərkibli maddələri ona deyilən yerlərə qoyması müqabilində 800 manat pul əldə etməli olduğunu bildirmişdir. Bundan sonra onun razılığı əsasında həmin yerə vizual baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir (iş vərəqi 40-42). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş axtarış və götürmə aparılması haqqında 31.01.2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1nvanında axtarış keçirilmiş, axtarış zamanı qanunsuz heç nə aşkar olunmamışdır (iş vərəqi 50-55). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 01.02.2022ci il tarixli protokoldan, videoçəkiliş əks etdirilmiş “DVD” disklərin məzmunundan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla daşınması qadağan edilən əşya və maddənin olub olmadığı, olduğu halda isə onları təqdim etməsi izah edilir, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 (iki) ədəd sellofan bükümü, gödəkçəsinin sol iç cibindən 150 manat pul vəsaitini, özünə məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, qapı kartını, "xxxx" ASC-yə məxsus elektron pul kartını, gödəkçəsinin sol yan cibindən “Redmi” markalı və sağ yan cibindən “Samsung” markalı mobil telefon aparatını çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs 01 bükümdəkinin heroin və 2-ci bükümdəkinin metamfetamin olduğunu bildirir. Hər iki büküm təhqiqatçı tərəfindən elektron tərəzidən istifadə etməklə çəkilir və 1-ci bükümün çəkisinin 56 qram, 2-ci bükümün çəkisinin 61 qram olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs götürülmüş bükümlər, pul kartı və mobil telefon aparatları təhqiqatçı tərəfindən zərflərə qoyularaq qablaşdırılır, şəxsi axtarış və götürmə haqqında protokolla iştirakçılar tanış olduqdan sonra hər bir iştirakçı protokola imza edir. 150 manat pul vəsaiti və qapıya aid elektron kart Təqsirləndirilən şəxs özünə qaytarılır. 2-ci “DVD” diskdə Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı ünvan 5 ünvanında yerləşən “Piano” otelin 502 nömrəli “otağında aparılmış “axtarış və götürmə” istintaq hərəkətinin gedişatı zamanı Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X6 tərəfindən Təqsirləndirilən şəxs və baxışın digər iştirakçılarına hüquq və vəzifələri izahedildikdən sonra Təqsirləndirilən şəxs otelin 502 nömrəli yağında narkotik vasitə, metamfetamin və dərmanların olduğunu bildirir. Otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs hamamda olan asılqanın üzərindəki göy rəngli parçadan olan çantanı göstərib bildirir ki, həmin çantada narkotik, metamfetamin və dərman preparataları vardır. İdman çantası açıldıqda içərisindən 1 ədəd böyük ölçüdə olan büküm, kiçik ölçüdə 2 ədəd sellofan büküm, həmçinin bükümlərdə dərman kapsulalarının və iki ədəd elektron tərəzinin olduğu aşkar edilir. Təqsirləndirilən şəxs bükümlərdəkinin metamfetamin, heroin tiryək və kapsulalarda dərman olduğunu bildirir. Нə üç büküm təhqiqatçı tərəfindən elektron tərəzidən istifadə etməklə çəkilir və 1-ci bükümün çəkisinin 3077 qram, 2-ci bükümün çəkisinin 1369 qram və 3-cü bükümün çəkisinn 294 qram olduğu müəyyən edilir. Daha sonra bükümlər, dərman kapsulaları və 2 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür (iş vərəqi 106-116). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş telefon aparatlarına baxış keçirilməsi haqqında 01.02.2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi olan “Samsung Galaxy A32” markalı “SM-A325F/DS” modelli mobil smartfon texniki cəhətdən saz vəziyyətdədir. Həmin mobil telefonun kilidi açılmadığından yaddaşında və həmçinin telefonda mövcud olan sms bölməsində, eləcə də digər təminat proqramlarında iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. “Xiaomi Redmi” markalı “M2101K9AG” modelli mobil telefon smartfon texniki cəhətdən saz vəziyyətdədir. Həmin mobil telefonun kilidi açılmadığından yaddaşında və həmçinin telefonda mövcud olan sms bölməsində, eləcə də digər təminat proqramlarında iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir (iş vərəqi 117). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 31.01.2022-ci il tarixli, 6/604 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7” dairəvi möhür əksi olan bir ədəd kağız paketin və bir ədəd qara rəngli torbanın içərisində olan: - üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 50,986 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 57,422 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - üzərində “Təqsirləndirilən şəxs Piano oteldə müvəqqəti qaldığı...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd göy rəngli parça torbada bir ədəd bağlamada təmiz çəkisi 1340,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 280,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Bir ədəd bağlamada təmiz çəkisi 3050,0 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop madda metamfetamindir. Tədqiqata təqdim edilmiş ümumilikdə iki ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş ümumilikdə iki ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Təqdim olunmuş ümumi sayı 49 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 1,96 qram (1 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram) təşkil edir. Üzərində “Preqabalin-150” göstəricisi olan ümumilikdə 116 ədəd göy-narıncı rəngi kapsulun tərkibində preqabalinin üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 17,4 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) olduğu müəyyən edildi. İki elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və iki ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqatını aparmaq mümkün deyildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Heroin və Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixliAzərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (iş vərəqi 59-65). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2 nömrəli X5” Publik hüquqi şəxsinin 15.02.2022-ci il tarixli, 1/251 saylı məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə Bakı şəhəri 2 nömrəli X2 stasionar müalicə üçün müraciət etməyib (iş vərəqi 152). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinin 15.02.2022-ci il tarixli 1667 və 1668 saylı məktublarından görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olmayıb (iş vərəqi 153- 154). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 24.02.2022-ci il tarixli, 946 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 189-190). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə kompüter texniki ekspertizasının 05.03.2022-ci il tarixli, 5/186 saylı rəyindən görünür ki:
1. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A32” markalı arxa məlumat lövhəsinə görə “SM-A325F/DS” modelli “354566/51/710352/1” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Redmi” markalı arxa məlumat lövhəsinə görə “M2101K9AG” modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Xiaomi Redmi” markalı arxa məlumat lövhəsinə görə “M2101K9AG” modelli mobil telefona ekran kilidi tətbiq edilməsi səbəbindən “Menyu” hissəsinə daxil olmaq mümkün olmadığından arxa məlumat löhvəsində və “SİM” danışıq kartı olan yuvada “İMEİ” kod göstərilmədiyindən tədqiq olunan mobil smartfonun “İMEİ” kodun müəyyən etmək mümkün olmadı.
2. Təqdim edilmiş“Samsung Galaxy A32” markalı arxa məlumat lövhəsinə görə “SM- A325F/DS” modelli və “Xiaomi Redmi” markalı arxa məlumat lövhəsinə görə “M2101K9AG” modelli mobil smartfonlara istifadəçi tərəfindən tətbiq edilmiş “ekran kilidləri”ni seçmək üçün “UFED TOUCH 2” markalı qurğuya qoşduqda qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edildi. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə “Samsung Galaxy A32” markalı arxa məlumat lövhəsinə görə “SM-A325F/DS” modelli və “Xiaomi Redmi” markalı arxa məlumat lövhəsinə görə “M2101K9AG” modelli mobil smartfonlara istifadəçi tərəfindən tətbiq edilmiş ekran kilidlərini keçmək mümükün olmadığında, mobil smartfonların yaddaşlarına hər hansı bir məlumatın olub-olmamasının və pozulub-pozulmamasının müəyyən edilməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 53,65 (əlli üç manat altmış qəpik) manat təşkil edir (iş vərəqi 191-195). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 16.03.2022-ci il tarixli 901 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Təqsirləndirilən şəxs cinayət törədən zaman və cinayət törətdikdən sonra psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (iş vərəqi 196-200). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 21.04.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarın şağ yan cibindən götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 50,986 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 ədəd bükümdə 57,422 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı ünvan 5 ünvanında yerləşən “Piano” otelin 502 nömrəli otağında aparılmış baxış zamanı götürülmüş 1 ədəd bağlamada təmiz çəkisi 1340,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 ədəd bağlamada təmiz çəkisi 280,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, ümumi sayı 49 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 1,96 qram olan külli miqdarda narkotik vasitə metadon həbləri, 1 ədəd bağlamada təmiz çəkisi 3050,0 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, ümumilikdə 116 ədəd göy-narıncı rəngli kapsulun tərkibində “Preqabalin”in üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 17,4 qram olan külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən “Preqabalin 150” göstəricisi olan kapsulalar, üzərində heroinin izləri olan iki ədəd elektron tərəzi, şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan “DVD” disk, “Piano” oteldə aparılmış axtarış və götürmə istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1390,886 qram heroin, 279,95 qram tiryək, 3107,322 qram metamfetamin, 44 ədəd metadon həbləri, 106 ədəd “Preqabalin 150” kapsulaları və üzərində heroin izləri olan 02 (iki) ədəd elektron tərəzi saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutarın saxlama kamerasına təhvil verilmiş, DVD disklər iş materiallarına əlavə edilmişdir (iş vərəqi 209-233). İşdə olan cinayət işinin ayrılması haqqında 21.04.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən “İlqar” adlı İran İslam Respublikasının vətəndaşı və istintaqa məlum olmayan digər şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə yeni cinayət işi ayrılmışdır (iş vərəqi 235-238). İşdə olan 26.04.2022-ci il tarixli qəbzdən görünür ki, ********* saylı cinayət işi üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1390,886 qram heroin, 279,95 qram tiryək, 3107,322 qram metamfetamin, 44 ədəd metadon həbləri, 106 ədəd “Preqabalin 150” kapsulaları və üzərində heroin izləri olan 02 (iki) ədəd elektron tərəzi Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanması üçün təhvil alınmışdır (iş vərəqi 244). İşdə olan 26.04.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs aparılan şəxsi axtarış zamanı götürülmüş və maddi sübut olmayan “Samsung Galaxy A32” markalı “SM- A325F/DS” modelli və “Xiaomi Redmi” markalı “M2101K9AG” modelli mobil telefon aparatları və "xxxx" ASC-yə məxsus elektron plastik pul kartı Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanması üçün təhvil alınmışdır (iş vərəqi 245). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 151). Cinayət işi materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28.01.2014-cü il təvəllüdlü X12 və 17.10.2015-ci il təvəllüdlü X9 adlı 2 azyaşlı övladı vardır (iş vərəqi 92-95). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, tiryəkin təmiz halda 0,5 qrama qədəri şəxsi istehlak miqdarı, 50 qram və ondan artıq miqdarı külli miqdar, metadonun təmiz halda 0,02 qrama qədəri şəxsi istehlak miqdarı, 1,6 qramdan artıq miqdarı külli miqdar hesab olunur. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanununa əsasən preqabalin preparatı həmin siyahıya daxildir və 5 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki,Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr, külli miqdarda psixotrop maddə, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən külli miqdarda maddə əldə edib saxlamaqla daşıması faktı kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cümaddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2ci maddələrində nəzərdə tutulmuş əməllər həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 01 fevral 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 30 yanvar 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqi 22, 128- 133). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı 30 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1390,886 qram çəkidə heroin, 279,95 qram çəkidə tiryək, 3107,322 qram çəkidə metamfetamin, 44 ədəd metadon həbləri və 106 ədəd “Preqabalin 150” kapsulaları, üzərində heroin izləri olan 2 (iki) ədəd elektron tərəzi məhv edilməlidir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan DVD disk və “Piano” oteldə aparılmış baxış və götürmə istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş və maddi sübut olmayan “Samsung Galaxy A32” markalı “SM-A325F/DS” modelli və “Xiaomi Redmi” markalı “M2101K9AG” modelli mobil telefon aparatları və "xxxx" ASC-yə məxsus elektron plastik pul kartı onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 118,65 (yüz on səkkiz manat altmış beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələriilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1390,886 qram çəkidə heroin, 279,95 qram çəkidə tiryək, 3107,322 qram çəkidə metamfetamin, 44 ədəd metadon həbləri və 106 ədəd “Preqabalin 150” kapsulaları, üzərində heroin izləri olan 2 (iki) ədəd elektron tərəzi, məhv edilsin; - Şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan DVD disk və “Piano” oteldə aparılmış baxış və götürmə istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş və maddi sübut olmayan “Samsung Galaxy A32” markalı “SM-A325F/DS” modelli və “Xiaomi Redmi” markalı “M2101K9AG” modelli mobil telefon aparatları və "xxxx" ASC-yə məxsus elektron plastik pul kartı onun yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 118,65 (yüz on səkkiz manat altmış beş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.