Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1049/2020 26.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 117 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü və 32.4, 312.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, xx xxxxxx 2018-ci il tarixdən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 117 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləyərkən qulluq mövqeyinə görə ona olan inamdan istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid1 ünvan 2 saylı ünvanda yerləşən mənzilinin 2000-ci ildən hər hansı rəsmi sənədləşmə aparmadan həyata keçirdiyi ikinci mərtəbəsinin tikintisinin layihə sənədlərinin tərtib edilib tikintiyə qanuni sənədlərin verilməsində köməklik göstərilməsinə dair 2019-cu ilin sentyabr ayında özünə müraciəti ilə əlaqədar Şahid1 Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Aparatında yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək qeyd edilən tikintiyə dair qanuni sənədləşdirmənin həmin icra hakimiyyətində aparılmasında köməklik göstərmək imkanına malik olduğunu yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu qeyd edilən yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 9000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Şahid1 razılığını almaqla onunla sövdələşib, həmin adla 2019-cu ilin sentyabr ayının sonlarında Şahid1 sonuncunun həmin vaxt yaşadığı ünvan 2 saylı ünvanda 5000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 8500 manat məbləğində pul vəsaitini alıb, xx xxxxxxx 2019-cu il tarixdə verilən məbləğin guya işin həlli üçün azlıq təşkil etdiyini deyib əlavə 2000 manatın qeyd edilən niyyətlə özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını bildirib, Şahid1lə razılaşmaqla sövdələşib, həmin gün sonuncunun yaşadığı eyni ünvanda ondan 1100 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1870 manat məbləğində pul vəsaitini alıb, ümumilikdə qeyd edilən qaydada Şahid1 məxsus cəmi 10370 manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus əmlakı ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 vahid niyyətlə təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, valideynləri 2003-cü ildə rəsmi olaraq ayrılmışlar və o, həmin vaxtdan anası ilə birlikdə yaşayır, təqaüdçü olan atası Gündüz isə Gürcüstan Respublikasının vətəndaşı olmaqla orada yaşayır. 2017-2018-ci illərd Bakı şəhəri İcra Hakimiyyəti aparatının Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Departamentinin 154 saylı Mənzil-Kommunal İstismar Sahəsində mühəndis, 2018-ci ildn x xxx 2020-ci il tarixədək Bakı şəhər İcra Hakimiyyəti aparatının Nizami rayon Mənzil Kommunal Təsərrüfat Departamentinin 1 saylı xüsusi təyinatlı 117 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləmişdir. x xxx 2020-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuş və hazırda işsizdir. Şahid1 ilə 117 saylı Mənzil-Kommunal İstismar Sahəsində mühasib işləmiş Şahid5 vasitəsi ilə 2019-cu ilin avqust ayında tanış olmuşdur. Gülnaz ona Şahid1 Mənzil-Kommunal İstismar Sahəsinin yerləşdiyi ərazinin sakini kimi təqdim edərək onun yaşadığı mənzilin sonradan artırılmış ikinci mərtəbəsinə dair çıxarış almaq istədiyini bildirmiş və bu işdə Şahid1 köməklik etməsini xahiş etmişdir. O, etiraz etməyərək Qalibi qəbul edib dinləmişdir. Qalib ona yaşadığı mənzilin sonradan tikdirdiyi ikinci mərtəbəsi üçün çıxarış almaq istədiyini söyləmiş, o da həmin mənzilin sənədləri ilə tanış olmuş, onların surətlərini özündə saxlayaraq bu məsələ ilə maraqlanacağına və səlahiyyətinə aid olmasa da çalışıb köməklik edəcəyinə söz vermişdir. Lakin o, bu məsələ ilə bağlı heç kəslə məsləhətləşmədən, mənzilin ikinci mərtəbəsinə çıxarış almağın mümkün olubolmadığını dəqiqləşdirmədən 2019-cu ilin sentyabr ayında sənədləşmə üçün Şahid1 9000 manat pul istəmişdir. Amma maddi vəziyyətinin zəif olduğunu nəzərə alaraq Şahid1 ilkin olaraq onun yaşadığı ünvan 2 ünvanında 5000 ABŞ dolları, yəni 8500 manat pul alıb atasına vermişdir. xx xxxxxxx 2019-cu il tarixdə Şahid1 verilən pulun kifayət etmədiyini deyərək əlavə 2000 manat da lazım olduğunu söyləmiş, lakin sonuncu maddi imkanınını olmadığını, yalnız 1100 ABŞ dolları verə biləcəyini bildirmişdir. Qarşılıqlı razılaşma əsasında o, həmin gün, yəni, xx xxxxxxx 2019-cu il tarixdə yenə də Qalibin yaşadığı ünvan 2 ünvanında ondan 1100 ABŞ dolları məbləğində pul almış və həmin vaxt onu əmin etmişdir ki, sənədlər xx xxxxxx 2019-cu il tarixdə hazır olacaq, əks halda pulları geri qaytarılacaq. Bundan sonra Şahid1 xahişi ilə 117 saylı Mənzil-Kommunal İstismar Sahəsinin inzibati binasında xidməti otağında Qalibin yaşadığı evin ikinci mərtəbəsinə çıxarış almaqda köməklik göstərməsi adı ilə ümumilikdə 6100 ABŞ dolları məbləğində pul alması və iş alınmayacağı təqdirdə aldığı pulu xx xxxxxx 2019-cu il tarixədək qaytarması barədə qəbz yazmış və həmin sənəd işçisi Şahid5, Şahid1 və özü tərəfindən imzalanaraq təsdiq edilmişdir. O, Qalibdən pulu alarkən heç kimlə məsləhətləşməmiş, hətta atasına da bu barədə bildirməmiş, özbaşına hərəkət etmişdir. O, pulu alarkən 117 saylı Mənzil- Kommunal İstismar Sahəsinin rəis vəzifəsində işləmiş və həmin vaxt oranın inzibati binanın təmiri bərbad vəziyyətdə olduğundan Qalibdən aldığı pulu sırf binanın təmirinə xərcləmiş, Qalibin işini qanuni yolla heç bir pul xərcləmədən həll edəcəyini və aldığı pulun özünə qalacağını fikirləşmişdir. Lakin sonradan Qalibin sənədlərində çatışmazlıq olması səbəbindən mənzilin ikinci mərtəbəsinə çıxarış almağın qeyri-mümkün olduğu məlum olmuşdur. Ümumiyyətlə, həmin vaxta kimi çıxarış almaqdan ötrü heç kimə köməklik göstərməmiş, mülkiyyət hüquqlarının tanınması üçün çıxarış alınmasının prosedur qaydalarından xəbərsiz olmuşdur. Pulu xərclədiyinə görə artıq onda pul qalmamışdır. Qalib ona təzyiq göstərdiyinə görə, yəni hər gün onun iş yerinə gəlib pulunu qaytarmasını tələb etdiyinə görə o, məcbur olaraq bu barədə atasına danışmış və Qalibin pulunu qaytarması üçün ona pul verməsini xahiş etmişdir. Lakin atası maddi durumu zəif olduğu üçün ona köməklik edə bilməyəcəyini demişdir. O, pulu almamışdan əvvəl Qalibə pulları və sənədləri Nizami rayon İcra Hakimiyyətində işləyən hansısa vəzifəli şəxsə verəcəyini deməsini xatırlamır. Lakin o, heç vaxt konkret kiminsə adını çəkib pulu məhz həmin adama verəcəyini deməmişdir. Şahid1 aldığı ümumilikdə 6100 ABŞ dollar məbləğində pul vəsaitini sonradan tam olaraq qaytarmışdır. Ona görə də barəsində qərar qəbul edilərkən bütün bu halların, vurulmuş zərərin tam ödənilməsinin, əməlindən səmimi peşman olmasının, ona qarşı hazırda heç bir şikayət və tələbin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, 2000-ci ildə yaşadığı ünvan 2 ünvanındakı evin ikinci mərtəbəsini tikib başa çatdırsa da, əlavə tikintiyə dair mülkiyyət hüququnun tanınması ilə bağlı sənəd ala bilməmişdir. 2019-cu ilin sentyabr ayında 117 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühasibi Şahid5 yanında olarkən evinin ikinci mərtəbəsini sənədləşdirməklə bağlı ondan məsləhət almaq istədikdə sonuncu işlədiyi Mənzil-Kommunal İstismar Sahəsinə Təqsirləndirilən şəxs adlı yeni rəis təyin olunduğunu deyərək bu mövzuda onunla söhbət edə biləcəyini bildirmişdir. Bundan sonra, o, bu məsələ ilə bağlı Təqsirləndirilən şəxsla onun xidməti otağında görüşmüşdür. Təqsirləndirilən şəxs həmin işi həll edə biləcəyini deyərək öz öhdəsinə götürmüş və bunun üçün 9000 manat pul istəyərək həmin pulu Nizami rayon İcra Hakimiyyətində işləyən adını çəkmədiyi hansısa vəzifəli şəxslərdən birinə verəcəyini, lazım olan sənədləri də məhz həmin vəzifəli şəxsin köməkliyi ilə alacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs dediklərinə inanmış, lakin 9000 manat verməyə maddi imkanının olmadığını deyərək yalnız 5000 ABŞ dolları pul verə biləcəyini bildirmiş, sonuncu da həmin məbləğlə razılaşmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 2 ünvanına gəlmiş və o, həyat yoldaşı Şahid2 yanında 5000 ABŞ dolları məbləğində pulu İsmayıla vermişdir. Həmin pulu dostu X2 almışdır. İsmayıl pulu götürərkən tez bir zamanda mənzilin ikinci mərtəbəsinə dair mülkiyyət hüququnun tanınmasına dair sənədi verəcəyinə söz vermişdir. xx xxxxxxx 2019-cu il tarixdə İsmayıl ona zəng edərək işin həll edilməsi üçün verdiyi pulun kifayət etmədiyini, əlavə olaraq 2000 manat pul verməli olduğunu bildirmişdir. Lakin o, həmin məbləği verməyə maddi imkanının olmadığını, əlavə olaraq 1100 ABŞ dolları pul düzəldib verə biləcəyini demiş, İsmayıl da onunla razılaşmışdır. Beləliklə o, xx xxxxxxx 2019-cu il tarixdə yenə də özünün yaşadığı həmin mənzildə 1100 ABŞ dolları məbləğində pulu həyat yoldaşı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs vermişdir. İsmayıl pulu alarkən ona “Narahat olma, sənədlərini Nizami rayon İcra Hakimiyyətinə təqdim etmişəm, qısa müddətdə evin ikinci mərtəbəsinin layihəsini və icra hakimiyyəti başçısının sərəncamını sənə verəcəm” deyə bildirmişdir. O, ehtiyatlı davranaraq gələcəkdə pulu verməsini sübut edə bilmək üçün İsmayıldan pulu almasına dair ona hər hansı sənəd verməsini tələb etmişdir. Bundan sonra, onlar birlikdə 117 saylı Mənzil-Kommunal İstismar Sahəsinin inzibati binasına gəlmişlər və orada Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs öz xətti ilə ondan 6100 ABŞ dolları məbləğində pulu almasına və xx xxxxxx 2019-cu il tarixədək qaytaracağına dair sənəd tərtib edərək ona təqdim etmişdir. O, Şahid5 və Təqsirləndirilən şəxs həmin sənədin doğruluğunu öz imzaları ilə təsdiq etmişlər, həmçinin İsmayıl həmin sənədə Mənzil-Kommunal İstismar Sahəsinin möhürünü vurmuşdur. Lakin qeyd olunan tarixdə İsmayıl sənədləri düzəltmədiyi üçün onun qeyri-səmimi olduğunu anlayaraq pulunu tələb etməyə başlamışdır. Dəfələrlə pulunu tələb etməsinə baxmayaraq, İsmayıl hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Özünü İsmayılın atası kimi təqdim edən Gündüz adlı şəxs tanımadığı nömrədən “WhatsApp” proqramı vasitəsi ilə ona səsli mesaj göndərməklə İsmayılın ondan aldığı pulların geri qaytarılacağını deyərək biraz səbrli olmasını xahiş etmiş, eyni zamanda pulların qaytarılmasına görə ondan vaxt istəmişdir. Lakin İsmayıl vəd verdiyi vaxtlarda nə evinin sənədləri düzəltməmiş, nə də onun pulunu qaytarmamışdır. Buna görə o, məcbur olaraq Təqsirləndirilən şəxs şikayət ərizələri yazmağa başlamışdır. Təqsirləndirilən şəxsla sonuncunun iş otağında iki dəfə ayrı-ayrı vaxtlarda aralarında olan danışığı onun xəbəri olmadan qeydə alaraq CD diskə köçürmüş və həmin diski də yazdığı şikayət ərizələrinə əlavə etmişdir. Ona vurulmuş ziyan tam şəkildə ödənildiyi üçün təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, İsmayılı bağışlamış və onunla barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, İsmayılın anası Şahid3 onun bibisi qızıdır. Şahid1 isə həmin dövrdə işlədiyi 117 saylı Mənzil-Kommunal İstismar Sahəsinin inzibati ərazisində yerləşən evlərdən birinin sakini kimi tanımışdır. İşlədiyi dövrdə Şahid1 bir neçə dəfə Mənzil-Kommunal İstismar Sahəsinə gəlib-getdiyini görmüş, lakin onun nə səbəbə gəldiyini bilməmişdir. Bir dəfə Şahid1 yenə Mənzil-Kommunal İstismar Sahəsinə gəldiyini, lakin İsmayıl işdə olmadığına görə kefinin pozulduğunu, həm də narahat olduğunu görərək ondan nə baş verdiyini soruşmuşdur. Həmin vaxt Şahid1 İsmayılın 2019-cu ilin sentyabr ayında yaşadığı evin əlavə tikintisini sənədləşdirməkdən ötrü ondan 10500 manat pul aldığını, lakin sonradan verdiyi vədə əməl etməyərək pulunu qaytarmadığını deyərək onunla səmimi söhbət etməyə başlamışdır. Şahid1 bir neçə gündür Mənzil-Kommunal İstismar Sahəsinə gəlib-getməkdə məqsədinin İsmayıla verdiyi pulu geri almaq olduğunu, İsmayıldan şikayət etmək fikrinin olmadığını, lakin sonda pul verməsə məcbur olub hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. O, Qalibə tanışlıq verərək İsmayılın qohumu olduğunu söyləmiş, bu məsələ ilə bağlı İsmayılın anası ilə söhbət edəcəyinə və pulun geri qaytarılmasında əlindən gələni edəcəyinə söz vermişdir. O, söz verdiyi kimi İsmayıl ilə Qalib arasında yaşanan bu problemi İsmayılın anası Məsuməyə danışmış, sonuncu isə İsmayılın bu cür əməllərindən xəbərsiz olduğunu bildirmişdir. O, Mənsuməyə İsmayılın işi düzəldə bilmirsə pulu qaytarmalı olduğunu, əks halda qanun qarşısında məsuliyyət daşıyacağını izah etmiş, həmçinin pulu qısa zaman ərzində qaytarmasını, prosesi çox gecikdirməməsini məsləhət görmüşdür. Bundan sonra, Qaliblə tez-tez zəngləşmiş, pulunun qaytarılmamasından narahat olduğu üçün hər dəfə onu sakitləşdirmək üçün Məsumə ilə danışdıqlarının səs yazısını öz telefonu vasitəsi ilə qeydə alıb Qalibə göndərmişdir. Məsumə də maddi imkanlarının həddindən artıq zəif olduğunu, lakin pulun qaytarılması üçün əlindən gələni edəcəyini demişdir. Məhkəmədə şahid qismində dinidirlmiş Şahid3 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, 2002-ci ildən x xxxx 2020-ci il tarixədək Nizami rayonu İcra Hakimiyyətinin 117 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühasibi vəzifəsində işləmiş, xx xxxx 2020-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Təqsirləndirilən şəxs 2018-ci ilin noyabr ayından Nizami rayonu İcra Hakimiyyətinin 117 saylı Mənzil Kommunal İstismar Sahəsinə rəis vəzifəsinə təyin olunmuşdur. Şahid1 isə uzun müddətdir ki tanımış, onunla münasibəti həmişə yaxşı olmuşdur. Qalib onun işlədiyi Mənzil Kommunal İstismar Sahəsinin sakini olmuşdur. 2019cu ilin yay aylarında Qalib Mənzil Kommunal İstismar Sahəsinə onun yanına gələrək yaşadığı bir mərtəbəli evin üstündən ikinci mərtəbəni tikdiyini, həmin ikinci mərtəbəni özəlləşdirmək istədiyini, bu sahədə başı çıxan adamın köməyinə ehtiyacının olduğunu bildirmişdir. O, Qalibə belə işlərdə təcrübəsinin olmadığını deyərək məsləhət bilmişdir ki, İsmayıl müəllim Mənzil Kommunal İstismar Sahəsinə yeni rəis təyin olunmuşdur, cavan oğlandır, böyük ehtimalla bu işdə ona köməyi dəyə bilər. Həmin gün Qalibi İsmayıl müəllimlə tanış etmişdir. Onların tanış olmasında vasitəçi olsa da, aralarındakı söhbətlərdə iştirak etməmişdir. Qalib və İsmayıl otaqda ikilikdə bir müddət söhbət etdikdən sonra inzibati binanı tərk edib çıxıb getmişlər. Çox keçməmiş İsmayıl qayıdaraq Qalibin sənədlərinin düzəldilməsində köməklik göstərəcəyini demişdir. 2019-cu ilin oktyabr ayında Qalib yenidən Mənzil Kommunal İstismar Sahəsinə gələrək İsmayılın otağına keçib onunla bir neçə dəqiqə söhbət etdikdən sonra onu da otağa dəvət etmişlər. İsmayıl əlavə tikintini sənədləşdirməkdən ötrü Qalibdən 6100 ABŞ dolları məbləğində pul aldığını deyərək həmin pul vəsaitinin alınmasını özündə əks etdirən qəbzə onun da imza etməsini bildirmişdir. O, pulun verilməsində iştirak etməsə də, İsmayılın göstərişi ilə qəbzə imza etmişdir. Qalib tez-tez işi ilə maraqlanmaq üçün İsmayılın yanına gəlib-getmiş, lakin uzun müddət keçməsinə baxmayaraq işi düzəlməmişdir. Bu səbəbdən o, artıq İsmayıldan sənədlərin düzəldilməsini yox, pulunu tələb etməyə başlamışdır. İsmayıl da hər dəfə müxtəlif bəhanələrlə pulun verilməsini yubatmışdır. İsmayıl pulu aldıqdan sonra həmin pula inzibati binanı tam təmir etdirmiş, demək olar ki, pulun hamısını təmirə xərcləmişdir. Qalib pulunu tələb etməyə başladıqda o, İsmayıla Qalibin pulunu qaytarmasını bildirmiş, İsmayıl cavabında aldığı pulu bütünlüklə xərclədiyini, lakin buna baxmayaraq, Qalibin pulunu qaytaracağını demişdir. Uzun müddət İsmayıl pulu verə bilmədiyinə görə Qalib onun barəsində müxtəlif instansiyalara şikayət ərizələri yazmış, nəticədə İsmayılı işdən azad etmişlər (cild 1, iş vərəqə 233-236). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını və sənədləri də sübut növü kimi qəbul edir. Şahid1 təqdim etdiyi bir ədəd CD-R diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə 17 ədəd audio və şəkil faylları vardır. Həmin fayllar “WhatsApp 2020- 02-01 at 11.09.28” (eyni adlı 4 ədəd fayl), “WhatsApp 2020-02-01 at 11.10.24” (eyni adlı 3 ədəd fayl), “WhatsApp 2020-02-01 at 11.17.13” (eyni adlı 2 ədəd fayl), “WhatsApp 2020- 02-01 at 11.07.56”, “WhatsApp 2020-02-01 at 11.07.57” (eyni adlı 5 ədəd fayl), “WhatsApp 2020-02-01 at 11.09.48” və “WhatsApp 2020-02-01 at 11.11.46” adlanır. “WhatsApp 2020-02-01 at 11.09.28” adlı 4 ədəd faylda özünü İsmayılın atası kimi təqdim edən Gündüz adlı şəxsin Şahid1 “WhatsApp” vasitəsi ilə göndərdiyi audio yazıda sonuncudan alınmış pulların geri qaytarılacağı, biraz səbrli olması və pulların qaytarılmasına görə vaxt istəməsi məzmununda danışıqların olması müəyyən olunmuş, iş üçün əhəmiyyət kəsb edə biləcək başqa danışıq müəyyən edilməmişdir. “WhatsApp 2020-02-01 at 11.10.24” adlı 3 ədəd faylda danışıqların iş materiallarına əsasən Təqsirləndirilən şəxs anası Şahid3 ilə sonuncunun dayısı oğlu Şahid4 arasında aparıldığı müəyyən olunmuşdur. Danışıqlarda Qalibin borcunun qaytarılmasının məsləhət olduğunu, əks halda Qalib tərəfindən İsmayıl barəsində hüquq mühafizə orqanlarına şikayət olunacağı barədə xəbərdarlıq etməsi barədə danışıqlar aparılmışdır, iş üçün əhəmiyyət kəsb edə biləcək başqa danışıq müəyyən edilmir. “WhatsApp 2020-02-01 at 11.17.13” adlı, xx.xx.2020-ci il 10437 kb yaddaşlı və “WhatsApp 2020-02-01 at 11.17.13” adlı, xx.xx.2020-ci il, 7371 kb yaddaşlı audio fayllarda danışan diktorların səsləri şərti olaraq iş materiallarına uyğun olaraq İ (İsmayıl) və Q (Qalib) kimi işarələnmişdir. “WhatsApp 2020-02-01 at 11.17.13” adlı, xx.xx.2020-ci il 10437 kb adlı faylda olan fonoqramda ümumilikdə 16 dəqiqə 47 saniyə davam edən danışıqların olduğu aşkar edildi. Həmin faylda aşağdakı məzmunda danışıqların olması müəyyən edilir. “WhatsApp 2020-02-01 at 11.17.13” adlı, xx.xx.2020-ci il 10437 kb faylındakı danışıqlar: Q: İsmayıl iş nə yerdə qalıb? Deyirsən yenə həmin söhbətdi? Torpaq söhbəti də? İ: Hə bir dənə torpaq söhbətidi Q: İndi mən də sənə dedim də mənim ona gücüm çatmır, başa düşdün? İndi sənin fikrincə əlavə pul lazımdır ora? İ: Yox, bilirsiz necə? Əlavə pul deyəndə siz də gedin maraqlanın Q: Mənim maraqlanmağa yerim yoxdu, tanışım da yoxdu İ: Tanışın yoxdu, bizim tanışımız var, maraqlanaq görək nə qədər edir. Ən qısası mən özüm rayon icra başçısının yanına özüm girmişəm. Deyib ki, razılıq olur, sadəcə bu deyir ki, mən bunu göndərərəm ora, əmlak dala qaytaracaq əmlakdan torpaq sənədlərini düzəltsin gəlsin, problem yoxdu, canla başla həll edirik, yəni ona da elə adam zəng edib ki, onun xahişini yerə salmır, deyib edərəm. Q: Mənim əlavə pulum yoxdur, bərəkət haqqı yoxdu, Quran gətir əlimi basım ki, yoxdur İ: Bilirəm, Bilirəm Q: Mən dünən səndən ayrılandan sonra getdim evə, gecə də yatmamışam, əsəbdən, mənə deyirsən ki atam gəlsin, məni sözlər açmır, mən səni görürəm, elə bilirəm oğlumu görürəm. İ: Mən sizə ilk gündən dedim əmlakın da sənədlərini verin, torpağın da sənədlərini verin Q: Mən deyirəm ki dürüst olmaq yaxşı şeydi, cavansan, karyeran qabaqdadı İ: Əlbəttə, mən bunu atama da demişəm. Mənim atam özü deyir ki, o kişi yaxşı kişidir Q: İndi sənin dediyin sözlər məni açmır…….. axı bizim aramızda söhbət oldu……. mən sənə inanmasaydım mən bu yola getməzdim axı… sən mənə dedin ki 9000 elə deyil? İ: Bəli Q: verdim. Elə deyil? İ: Bəli Q: Sonra sən dedin əlavə 2000 onu da verdim, elə deyil? İ: Bəli Q: Təmiz danışaq da, nə istəmisən vermişəm İ: Bilirəm hə indi gəldik çıxdıq torpaq söhbətinə Q: Torpaq səbəbini mən yenə də sənə deyirəm məni dağa-daşa salma, mənim sənədlərimi pullarımı ver mən çıxım gedim İ: Danışdıq da 6-cı günü verəcik, ayın 30-u, qaçmırıq, bir şey eləmirik Q: Mənə sənin sözlərin açmadı, dedin ki atam gələcək atam sayıb verəcək pulları, bu sözləri sən demisən də elə deyil? İ: Hə Q: bəlkə mən özümdən uydururam? İ: yo yo mən bilirsən niyə deyirəm atam gələcək? Atam mənə inansın deyə, ki mən bu pulu sizə verdim ya yo, başa düşdüz? Q: Mənim bilirsən ürəyim nə vaxt sancmışdı? Sən həmin gecəni demişdin evdə söz söhbət olmuşdu, həmin ərəfələrdə hiss etmişdim ki proses yaxşı getmir, mən sevmədim belə oyunları, dürüstlüyü sevirəm İ: Burda nə oyun varki? İndi alınmadı, qaytaraq geri də Q: Az pul verməmişəm, 10.500 manat pul vermişəm İ: Bizim heç 10.500 manata da ehtiyacımız yoxdu. Q: Mən sənə demirəm sənin ehtiyacın var, mənə nəticə lazım idi İ: Siz özünüz də axıra kimi getmirsiz axı, siz özünüz də bilirsiniz ki, o summaya o sənəd düzəlmir, yəni o torpağın sənədidi, sonra icra hakimiyyətidi, sonra departamentdi üçü bir yerdə o məbləğə düzəlmir. Q: Summanı sən istəmisən də məndən…. Nə istəmisən onu da vermişəm, summanı sən istəmisən sən də almısan İ: Mən deyirəm ki, bu işi yoluna qoyaq düzəlsin getsin də Q: Eliyə bilmirsən axı İ: Eliyə bilmirsən deyəndə torpağı sənədləşdirmək lazımdı Q: Mənlik deyil axı o İ: Mən də bilmirdim axı Q: sən deyirdin ki bütün hamısını həll edəcəksən İ: Mən elə bilirdim ki İcra baxacaq Q: İcra baxır onsuz da İ: Baxmır icra, bu bərəkətə and olsun girdim Arifin yanına Q: Arif kimdi? İ: İcra Başçısı, girdim onun yanına dedi biz baxmırıq, əmlak geri qaytarır. Q: Günlərlə atan zəng edir, düzgün deyil axı (08:12-ci dəqiqədən sonra Təqsirləndirilən şəxsla Şahid1 arasında işin alınmaması, buna görə alınmış pulun geri qaytarılması mövzusunda danışıqlar aparılmış, iş üçün əhəmiyyət kəsb edə biləcək başqa söhbət aparılmamışdır) 2) “WhatsApp 2020-02-01 at 11.17.13” adlı, xx.xx.2020-ci il 7371 kb adlı faylda olan fonoqramda ümumilikdə 11 dəqiqə 55 saniyə davam edən danışıqların olduğu aşkar edildi. Həmin faylda aşağıdakı məzmunda danışıqların olması müəyyən edilir: Q: Papa gəlmədi, ancaq danışdım onunla, papa məndən yenə də 1 həftə vaxt istədi, indi iş nə yerdədi, niyə bu qədər işi yubadırsız ki. İ: Biz yubatmırıq, mən icra başçısı ilə görüşdüm, Arif müəllimlə, o dedi ki, bizlik deyil, əmlak baxır ona Q: Əgər alınmırsa gətirin qaytarın….. hansı etapı keçirmisiz o da bilinmir İ: Departamenti keçmişik, mən demişdim axı, bir dənə əmlak qalıb, çünki əmlakın balansındadır, bir dənə çətinlik əmlakdadır. Q: Düzələcəksə sənədi gətirin, düzəlmirsə pulumu gətirin verin. İlk gündən biz belə danışmışıq, noyabrın 30-na düzəlməli idi, mənə belə demişdin İ: Sənədin düzəlməsi çox vaxt aparır Q: Sən mənə belə demişdin axı İ: Mən hesab etdim ki, 1-2 aya düzələr Q: Papa dəqiqə başı mənə zəng edir. İ:Rəisin özü mənə zəng edir ki, sən nə işlər görürsən, baksavetə kimi mənə zəng ediblər. Q: Mən sənin xətrini çox istəyirəm, atana da demişəm ki, mən İsmayılın xətrini çox istəyirəm…..bu həftənin sonu vaxt tamam olur, düzəlmirsə sənədlərimi və pulumu gətirin. Sən deyəndə ki sənədləri gətir lazım deyil sən mənim yanıma başqasını gətirdin, biz görüşəndə burda parkda mən pullarımı istəyirdim, sən isə mənim yanıma bir nəfəri gətirdin ki, bu əmlakın nümayəndəsidi. “WhatsApp 2020-02-01 at 11.07.56”, “WhatsApp 2020-02-01 at 11.07.57” (eyni adlı 5 ədəd fayl), “WhatsApp 2020-02-01 at 11.09.48” və “WhatsApp 2020-02-01 at 11.11.46” adlı fayllar Şahid1 tərəfindən surəti çıxarılmaqla iş materiallarına əlavə edilmişdir. Həmin çıxarışlara baxış keçirilərkən Şahid1lə Təqsirləndirilən şəxs arasında sonuncudan pulların geri istənilməsi mövzusunda sms mətnlərinin olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqə 228-232). “xxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2020-ci il tarixli, 10698 saylı məktubla daxil olmuş xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə daxil olan və çıxan zənglərin siyahısının, nömrələrin kimə məxsus olması barədə anket məlumatlarının və SMS mətnlərinin qeydə alındığı 1 ədəd CD diskə baxış keçirilməsinə dair xx xxxxxx 2020ci il tarixli protokoldan görünür ki, diskdə ümumilikdə 7 fayl vardır, həmin fayllar xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə ***-***-**-** və ***-***-**- ** mobil telefon nömrələrinə aid telefon danışıqları və SMS əlaqələrindən ibarət fayllardır. Abunəçilərin faylına baxış zamanı ***-***-**-** mobil telefon nömrəsinin Şahid1, ***-***-**-** mobil telefon nömrəsinin isə Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. “**********66.txt” faylına baxış zamanı Şahid1 istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrə arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək cəmi 62 dəfə qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdi (cild 1, iş vərəqə 208-210). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli qəbzdə qeyd edilmişdir ki, “Mən Təqsirləndirilən şəxs 117 saylı MKİS-nin rəisi mühasibi Şahid5 yanında Azər Manafov 1A, 6A mənzilində yaşayan Şahid1 6 min 100 dollar (10500) manat almışam. xx.xx.2019-cu ilin tarixində bu pulu qaytaracam, öz imzamızla bu sənədi təsdiqləşdiririk”. Qeyd olunan qəbz Təqsirləndirilən şəxs, Şahid5 və Şahid1 imzaları və 117 saylı Mənzil-Kommunal İstismar Sahəsinin möhürü ilə təsdiq edilmişdir (cild 1, iş vərəqə 117). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, 37,10 kvadrat metr sahəsi olan ünvan 2 saylı mənzil Şahid1 xüsusi mülkiyyətindədir (cild 1, iş vərəqə 254). Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentindən daxil olmuş xx xxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2018ci il tarixdən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 117 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləmiş və Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli, 37 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a”bəndinə əsasən öz xahişi ilə işdən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, qeyd olunan məktubdan görünür ki, qanunvericiliyə uyğun olaraq yaradılmış və təsərrüfat hesabı əsasında fəaliyyət göstərən mənzil-istismar təşkilatlarının başlıca vəzifəsi dövlət mənzil fondunun istismarını, ondan lazımınca istifadə olunmasını, vətəndaşlara yüksək səviyyədə mənzil-kommunal xidmətlərin göstərilməsini, ərazinin sanitar normalara uyğun təmizliyini təmin etməkdən ibarətdir (cild 1, iş vərəqə 175-178). Şahid1 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ondan alınmış 10500 manat məbləğində pul onun yaxın qohumu Sabir adlı şəxs tərəfindən ona tam ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur (cild 1, iş vərəqə 198). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 184). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü maddələrində nəzərdə tutulan əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3cü, 178.2.4-cü və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü və 32.4, 312.2-ci maddələrinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü və 32.4, 312.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən sinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən iş üzrə maddi sübut kimi tanınmış, Şahid1 təqdim etdiyi 1 ədəd CD disk və xx.xx.2019-cu il tarixli 1 ədəd qəbz, «xxxxxxxxxxxxxxxx» MMC-dən xx.xx.2020-ci il tarixli, 10698 saylı məktubla daxil olmuş bir ədəd telefon danışıqları məlumatlarına dair CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmədə göstərilmiş 30 iş saatı həcmində iş hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “PRO BONO” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 248). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.1996-cı il tarixli 4 saylı, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli 7 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü və 178.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Şahid1 təqdim etdiyi 1 ədəd CD disk və xx.xx.2019-cu il tarixli 1 ədəd qəbz, «xxxxxxxxxxxxxxxx» MMC-dən xx.xx.2020-ci il tarixli, 10698 saylı məktubla daxil olmuş bir ədəd telefon danışıqları məlumatlarına dair CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “PRO BONO” Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1049/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1049/2020
26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver