Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1049/2021 11.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi ilə, hakimlər Məmmədov Əli İrfan oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməklə satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitə heroini əldə edib daşımaqla özündə saxlamışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə əlbir olub cinayət əlaqəsinə girərək sonuncudan 13 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə 200 manat müqabilində külli miqdarda ümumi təmiz çəkisi 8,335 qram narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,574 qram olan psixotrop maddə metamfetamini alıb bükümlərə bölərək üzərində saxlamaqla daşımış, 14.01.2020ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən “Şəhid bulağı” adlanan yerin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən 6-cı PB-nə gətirilmiş, həmin gün saat 13:45-də onunla bağlı keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən ağ xətləri olan göy rəngli dəsmalın içərisində saxladığı, ayrıayrılıqda təmiz çəkiləri: 0,060 qram, 0,060 qram, 0,056 qram, 0,053 qram, 0,057 qram, 0,060 qram, 0,061 qram, 0,048 qram, 0,062 qram və 0,057 qram olan, bükümlərdə ümumi təmiz çəkisi isə 0,574 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin, ayrı-ayrılıqda təmiz çəkiləri: 0,435 qram, 0,435 qram, 0,020 qram, 6,511 qram, 0,083 qram, 0,073 qram, 0,072 qram, 0,151 qram, 0,076 qram, 0,075 qram, 0,092 qram, 0,070 qram olan, bükümlərdə ümumi təmiz çəkisi isə 8,093 qram olan külli miqdarda narkotik vasitə heroin və 02 ədəd 2 ml-lik şprisdə ayrı-ayrılıqda həcmləri: 0,5 ml və 1,3 ml olan qəhvəyi rəngli məhlulların tərkibində müvafiq olaraq 0,08 və 0,162 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 13 yanvar 2020-ci il tarixdə narkotik vasitə lazım olduğu üçün mağazada telefonunu 200 manata satmış və "Papanin" adlanan əraziyə getmişdir. Orada adını bilmədiyi, üzdən tanıdığı şəxsdən təqribən 02-03 qramlıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin şəxsi istifadəsi üçün almış və yerində bükümləri ayırmışdır. Daha sonra Biləcəri qəsəbəsinə doğru getmişdir. Evə çatmamış yolda əvvəllər tanıdığı Şahid1 görmüş və onunla salamlaşmışdır. Əsgərlə aldığı narkotik vasitə və psixotrop maddəni istifadə etmək üçün ara məhəllələrin birinə birgə getmiş və cəmi bir şpris istifadə istifadə etmişdir. Əsgərlə 14.01.2020-ci il tarixdə gecə saat 00-01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi '"Şəhid bulağı" adlanan yerin yaxınlığında olarkən formada və mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşmış, özlərini Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları kimi təqdim etmişlər. Həmin yerdə ilkin olaraq üzərilərində axtarış keçirib, sonra isə onları Binəqədi RPİ-nin 6-cı PB-nə aparmışdırlar. 6-cı Polis Bölməsində video çəkilişlə şəxsi axtarış aparılmış və bu zaman o, vəkil ilə də təmin edilmişdir. Axtarış zamanı əynində olan qara rəngli gödəkçənin cibindən 10 ədəd bükümdə "‘şüşə" adlanan psixotrop maddə metamfetamin və 10 ədəd bükümdə “kakos” adlanan narkotik vasitə heroini və 02 ədəd maye ilə dolu, 03 ədəd boş şpris olmaqla, cəmi 05 ədəd şprisi çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin o, qeyd etmişdir ki, uzun müddətdir ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroini və “şüşə” kimi tanıdığı metamfetamini istifadə edir. Əvvəllər də narkotik vasitəni ”Papanin" adlanan ərazidən adını bilmədiyi, üzdən tanıdığı şəxsdən əldə etmişdir. Daha sonra Rzabala Cabbarov göstərdi ki, o, Şahid1 narkotik vasitə verməmiş, həmin narkotik vasitəni Əsgər özü əldə etmişdir. Onda olan narkotik vasitə və psixotrop maddələri əldə etməkdə məqsədi isə yalnız şəxsi istifadəsi üçün olmuşdur. Narkotik vasitə və psixotrop maddəni aldıqda hər dəfə istifadə etdikdə rahat olsun deyə onu gözəyarı olaraq bölmüşdür. Daha sonra, məhkəmədə verilən suallara cavab olaraq Rzabala Cabbarov göstərmişdir ki, tutulan zaman onun üzərində 10 bükümdə narkotik vasitə heroin, 10 bükümdə psixotrop maddə metamfetamin və 5 ədəd şpris olmaqla heroinin və metamfetaminin çəkisi 2-3 qramdan artıq olmamışdır. Digər 6 qramlıq narkotik vasitə və psixotrop maddə isə ona məxsus olmamışdır. Bundan başqa, məhkəmədə verdiyi ifadəsində Rzabala Cabbarov göstərmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-də onu döyən, ona hədə-qorxu gələn olmamışdır. Bundan əlavə, Rzabala Cabbarov verilən suallara cavab olaraq qeyd etdi ki, Əsgərlə yolda qarşılaşana qədər onda narkotik vasitə və ya psixotrop maddə olmasından xəbərsiz olmuş və yalnız onunla söhbət etdikdən sonra onda narkotik vasitənin olmasını bilmiş, özündə də narkotik vasitə olduğu üçün birgə istifadə etmək qərarına gəlmişlər. Həmin vaxtı isə polis əməkdaşları tərəfindən saxlanılmışlar. Həmçinin Təqsirləndirilən şəxs göstərdi ki, 3-4 ildir ki, hər gün mütəmadi şəkildə narkotiklərdən istifadə etdiyi üçün bükümləri dəqiqliklə bərabər çəkidə gözəyarı, tərəzidən istifadə etmədən bölməyi bacarmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 13 yanvar 2020-ci il tarixdə narkotik vasitə lazım olduğu üçün "Papanin" adlanan yerə getmişdir. Orada adını bilmədiyi, üzdən tanıdığı şəxsdən 200 manata 8,335 qram heroini və 0,574 qram metamfetamini almışdır. Narkotikləri şəxsi istifadəsi üçün bükümlər halına salmışdır. Aldığı yerdə 2 bükümü şprisə doldurmuşdur ki, istifadə etsin. 01 ədəd şprisə isə su doldurmuşdur. Bundan sonra əldə etdiyi narkotik vasitəni qara rəngli gödəkcənin sağ yan cibinə 10 ədəd bükümdə ‘"şüşə” yəni psixotrop maddə olan metamfetamin, 12 ədəd bükümdə narkotik vasitə olan heroini, 03 ədəd şpris, 02 ədədində narkotik vasitə heroin olmaqla qoymuşdur. Şahid1lə birlikdə 14.01.2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində '"Şəhid bulağı" adlanan yerin yaxınlığında olarkən formada və mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşmışlar, özlərini Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin işçiləri kimi təqdim etməklə onları həmin bölməyə aparmışlar. 6-cı Polis Bölməsinin inzibati binasında xidməti otaqlardan birində olarkən ona şübhəli şəxs qismində hüquq müdafiəçisi kimi təqdim olunmuş vəkillərin siyahısından seçdiyi X1 iştirakı ilə ona CPM-də göstərilmiş hüquq və vəzifələrini bildirmişlər, bu barədə ona müvafiq bildirişi vermişlər, o müvafiq sənədləri alması və onlarla tanış olması barədə protokolu imzaladıqdan sonra onun üzərində saat 13:45-də video kamera vasitəsilə çəkiliş aparılıb şəxsi axtarış keçirmişlər. Şəxsi axtarışın keçirilməsində müdafiəçi Elvin Qəhrəmanov iştirak etmişdir. Şəxsi axtarış zamanı ondan üzərində hər-hansı dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış əşyaların olub-olmaması barədə soruşmuşlar və əgər varsa həmin əşyanı könüllü təqdim etməsini bildirmişlər. O, könüllü olaraq “Papanin"-də tanımadığı şəxsdən əldə etdiyi əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd tünd göy rəngli üzərində ağ xətlər olan cib dəsmalını və içərisində olan 8 ədəd şprisi( həmin şprislərin 2-sinin içərisində heroin, birində su var idi, 5 ədəd şpris boş idi), 10 ədəd bükümdə "‘şüşə" yəni psixotrop maddə metamfetamin, 12 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra şəxsi axtarış davam etdirilmiş, ancaq onun üzərində digər qadağan edilmiş əşyalar aşkar olunmamışdır. Daha sonra Rzabala Cabbarov göstərmişdir ki, narkotik vasitələrdən uzun müddətdir ki, istifadə edir. Əvvəllər də narkotik vasitəni ”Papanin"-dən adını bilmədiyi üzdən tanıdığı şəxsdən əldə etmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir zor tətbiq olunmamışdır. Düzdür o, Şahid1lə 14 yanvar 2020-ci il tarixdə Biləcəridə görüşərkən Əsgər ona üzərində narkotik vasitə olduğunu bildirmişdir. Onun da üzərində həmin vaxt narkotik vasitə və psixotrop maddə olduğu üçün onlar birlikdə istifadə etmişlər. O, həmin narkotik vasitəni Əsgərə verməmişdir. Əsgər özü bunu əldə etmişdir. Narkotik vasitəni əldə etməkdə məqsədi onu özü üçün istifadə etmək olmuşdur. İndiyə qədər aldığı narkotik vasitədən heç kimə təklif etməmiş və heç kimə bu barədə məlumat verməmişdir. O, həmişə öz istifadəsi üçün “kokos" adlanan narkotik vasitə heroin və psixotrop maddə “metamfetamin" almışdır. O, izahat verərkən, şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə aldığını bildirmişdir. Ancaq onun indiyə qədər məhkumluğu olmamışdır. O, heç bir dəfə də olsun polis orqanlarında olmamışdır. Tutulan zaman həyəcanlı olmuş və qorxmuşdur. Həmçinin ona polis bölməsində bildirmişlər ki, satış məqsədi ilə və ya şəxsi istifadəsi üçün narkotik vasitə əldə etməyin məsuliyyətdə elə də fərqi yoxdur. Buna görə bu qaydada ifadə vermişdir. Ancaq daha sonra bu halın onun məsuliyyətini ağırlaşdırdığını görüb fikirləşmişdir ki, həqiqəti etiraf etsin. O, narkotik vasitə satmır, üzərində aşkar olunan narkotik vasitəni də satış məqsədi ilə əldə etməmişdir. Bildirmişdir ki, o polis əməkdaşları tərəfindən heç vaxt tutulmadığı üçün nə vaxtsa tutulacağından qorxurmuş. Ona görə də hər dəfə narkotik vasitə alanda çox alırmış ki, tez-tez narkotik vasitə almaq üçün getməsin. O, hər dəfə narkotik vasitə və psixotrop maddəni alanda onu gözəyarı olaraq bölürmüş ki, hər dəfə istifadə edəndə ona rahat olsun. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanması, dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmişdir. Onunla birlikdə bu tədbirin keçirilməsində iştirak edən əməliyyat qrupunun digər üzvləri olan Şahid3, Şahid4 Qərib oğlu və Şahid5 ilə birlikdə 14 yanvar 2020-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs Binəqədi rayonu Y.Hüseynov küçəsi "Şəhid bulağı" adlanan yerin yaxınlığında yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və onun hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş hər hansı əşyanın olub-olmadığı soruşulmuş və əgər varsa, həmin əşyaları könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs könüllü şəkildə əynində olan qara rəngli isti gödəkcənin sağ yan cibindən bir ədəd tünd göy rəngli üzərində ağ xətlər olan cib dəsmalını çıxarmış və onun içərisində 3 maye ilə dolu və 5 boş şpris olmaqla ümumilikdə 8 ədəd şprisi, 01 ədəd gümüşü kağıza bükülmüş içərisində şəffaf sellofan, sellofanın içərisində isə 8 ədəd gümüşü kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü, 01 ədəd gümüşü kağıza bükülmüş içərisində 3 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddə olan bükümü, 01 ədəd gümüşü kağıza bükülmüş içərisində 01 ədəd şəffaf sellofanda olan bükümü, 01 ədəd gümüşü kağıza bükülmüş içərisində şəffaf sellofan, sellofanın içərisində isə 10 ədəd ağ kağıza bükülmüş içərisində kristala bənzər şəffaf maddə olan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümləri haradan əldə etdiyini soruşduqda o, bunları 13 yanvar 2020-ci il tarixdə “Papanin" deyilən yerdən tanımadığı şəxsdən 200 manata aldığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Lakin iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya tapılmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotiklər qablaşdırılmış və möhürlənib götürülmüşdür. Sonra bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən, yəni onun əməliyyat müvəkkili Şahid3, polis nəfərləri Şahid5 və Şahid4, inspektor-kriminalist Altay Kərimov, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanması, dövriyyəsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid2 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmişdir. 14 yanvar 2020-ci il tarixdə gunorta saatlarında Şahid2, Şahid4 Qərib oğlu və Şahid5 ilə birgə Təqsirləndirilən şəxs Binəqədi rayonu, Y.Hüseynov küçəsi "Şəhid bulağı" adlanan yerin yaxınlığında yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və vəkil ilə təmin olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş hər hansı əşyanın olub-olmadığı soruşulmuş və bu kimi əşyaların könüllü surətdə verilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü şəkildə əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd tünd göy rəngli üzərində ağ xətlər olan cib dəsmalını çıxartmaqla onun içərisində 3 maye ilə dolu və 5 boş şpris olmaqla ümumilikdə 8 ədəd şprisi, 01 ədəd gümüşü kağıza bükülmüş içərisində şəffaf sellofan, sellofanın içərisində isə 8 ədəd gümüşü kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü, 01 ədəd gümüşü kağıza bükülmüş içərisində 3 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddə olan bükümü, 01 ədəd gümüşü kağıza bükülmüş içərisində 01 ədəd şəffaf sellofanda olan bükümü, 01 ədəd gümüşü kağıza bükülmüş içərisində şəffaf sellofan, sellofanın içərisində isə 10 ədəd ağ kağıza bükülmüş içərisində kristala bənzər şəffaf maddə olan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümləri haradan əldə etdiyini soruşduqda o, bunları 13 yanvar 2020-ci il tarixdə “Papanin" deyilən yerdən tanımadığı şəxsdən 200 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya tapılmadı. Aşkar olunan narotik vasitələr və psixotrop maddələr qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Sonra protokol iştirakçılar tərəfindən imzalanmış və heç bir etiraz daxil olmamışdır. Daha sonra verilən suallara cavab olaraq Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tutularkən ona heç kəs hər hansı bir təsir və ya təzyiq göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri Şahid4 və Şahid5 şahidlər Şahid2 və Şahid3la oxşar məzmunlu ifadələr verərək onların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 4 il müddətdir ki, inyeksiya yolu ilə narkotik vasitə heroin istifadə edir. Narkotik vasitəni üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslərdən almışdır. Təqsirləndirilən şəxs Biləcəri qəsəbəsində yaşadığı üçün tanımışdır. 13 yanvar 2020-ci il tarixdə Biləcəri marketin qarşısında Təqsirləndirilən şəxs ilə qarşılaşmış onunla hal-əhval tutulduqdan sonra narkotik vasitə almaq üçün birgə “Papanin” deyilən əraziyə getmişlər. Narkotik vasitə heroin aldıqdan sonra Rzabala ilə birgə ondan istifadə etmək üçün ara məhəllələrdən birini keçmiş və burada inyeksiya yolu ilə heroindən istifadə etmişdir. Saat 24 radələrində Binəqədi rayonu, Y.Hüseynov küçəsi ilə meydança adlanan yerə doğru gedərkən “Şəhid bulağı" adlanan yerin yaxınlığında polis formasında və mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Rzabalanı və onu Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə aparmışlar. Bölmədə şübhəli şəxs kimi saxlanıldıqdan sonra video çəkilişlə şəxsi axtarışı keçirilmiş və üzərində olan əşyaları könüllü şəkildə təqdim etmək təklif olunmuşdur. Bu zaman əynində olan qara və boz rəngli cins şalvarımın sağ yan cibindən mobil telefonu, qara rəngli gödəkcənin sağ yan cibindən 01 qutu Kent 8 siqaretini, həmin cibdən 01 ədəd qara rəngli alışqanı, gödəkcənin içəri sol cibindən 01 ədəd boş şprisi könüllü şəkildə təqdim etmişdir. Daha sonra məhkəmədə verilən suallara cavab olaraq Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri haradan aldığından xəbərsiz olmuş, Rzabala ilə narkotiklərdən mütəmadi olaraq birgə istifadə etməmişlər, bəzən görüşdükdə narkotik vasitəni inyeksiya yolu ilə qəbul etmişlər. Narkotiklərin əldə edilməsi ilə bağlı Şahid1 qeyd etdi ki, xatırlamadığı xarici nömrə ilə “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlayaraq narkotik vasitə sifariş etmiş və onlar da razılaşdığı vaxtda yanacaqdoldurma məntəqəsinə həmin narkotik vasitəni gizlətmişlər və onun yerinin şəklini həmin proqram vasitəsi ilə göndərmişlər. Eyni qaydada tutulan gün Rzabala ilə birgə “Papanin”ə gedərək yanacaqdoldurma məntəqəsindən birgə təxminən 50-60 manatlıq narkotik vasitə götürmüşlər. Özünün payına düşən narkotikin miqdarı bir dəfəlik istifadə üçün olmuş və o, bunu tutulmamışdan əvvəl istifadə etmişdir. Həmçinin Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərindən çox miqdarda narkotik vasitə çıxdığı üçün polis əməkdaşları tərəfindən ona təzyiq edilmişdir ki, narkotik vasitəni Rzabaladan almasını desin. Rzabaladan həmin vaxt təxminən 5-6 büküm narkotik vasitə çıxmışdır. Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə bağlı çarpaz suala cavab verən Təqsirləndirilən şəxs göstərdi ki, Şahid1 ifadəsində bəzi hissələri doğru danışmamışdır. Belə ki, o, “Papanin”dən gələndə “Biləcəri” marketin yanında avtobusdan düşərkən Əsgəri görmüş, onunla salamlaşmış və hal-əhval tutduqdan sonra ona narkotik vasitə aldığını demiş, Əsgər isə onda da narkotik vasitə olduğunu etiraf etmişdir. Daha sonra onlarda olan narkotik vasitələri birgə istifadə etmək qərarına gəlmişlər. Bu məqsədlə aralıq məhəlləyə girib narkotik vasitəni inyeksiya yolu ilə qəbul etmişlər və ayrıldıqdan sonra polis əməkdaşları tərəfindən hər ikisi tutularaq Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmişlər. Əsgərlə birlikdə narkotik vasitə almaq üçün “Papanin”dəki yanacaqdoldurma məntəqəsinə getməmişdir. Bundan başqa, ilkin ifadəsində polislər tərəfindən ona təzyiq göstərilmədiyi deyən Rzabala Cabbarov, çarpaz dindirmə zamanı bildirdi ki, polis əməkdaşları ona təzyiq göstərib məcbur etdikləri üçün Şahid1 narkotik vasitəni pay şəklində verməyi ilə bağlı istintaqın ilkin mərhələsində yalan ifadə vermişdir. Buna təsir edən səbəblərdə biri Şahid1 də məhz bu şəkildə ifadə verməsi, digər səbəb isə video çəkiliş vasitəsilə şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman artıq stolun üstündə narkotik vasitə və psixotrop maddələr olan bağlamaların düzülməsi olmuşdur. Şahid1 ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ifadələrində göstərmişdir ki, 14 yanvar 2020-ci il tarixdə o “Papanin" adlı yerdən adını bilmədiyi üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 5 manat müqabilində narkotik vasitə heroin almışdır. Orada onu şprisə doldurub istifadə üçün hazırlamışdır. "Papanin"-dən qayıdarkən yolda “Biləcəri” marketin qarşısında Təqsirləndirilən şəxs görmüşdür. Rzabala onu gördükdən sonra ondan hara getdiyini soruşmuşdur. O da ”Papanin"-dən heroin aldığını və heroini istifadə etməyə getdiyini bildirmişdir. Rzabala da özündə narkotik vasitə olduğunu və onun da elə narkotik vasitə istifadə etmək istədiyini bildirmişdir. Onlar Rzabala ilə birlikdə getmək barədə razılığa gəldikdən sonra aralıq məhəlləyə keçib orada heroini istifadə etmişlər. Saat 12 radələrində Binəqədi rayonu Y.Hüseynov küçəsi ilə meydança adlanan yerə doğru gedərkən “Şəhid bulağı" adlanan yerin yaxınlığında polis formasında və mülki geyimdə olan şəxslər onları saxlamışlar. Onları Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə dəvət etmişlər. Bölmədə hüquq və vəzifələri izah olunmuş və narkotik vasitələrin istifadəsi ilə bağlı şübhəli şəxs kimi saxlanıldığı ona bildirilmişdir. Üzərində videokamera vasitəsilə şəxsi axtarış keçirilmiş və üzərində olan əşyaları verməsi təklif edilmişdir. Bu zaman o, əynində olan qara və boz rəngli cins şalvarının sağ yan cibindən “Oukitel" markalı mobil telefonu, qara rəngli ödəkçəmin sağ yan cibindən lqutu kent 8 siqaretini, həmin cibindən 1 ədəd qara rəngli alışqanı, gödəkçənin içəri sol cibindən 1 ədəd bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş içərisində hazırlanmış maye halında olan heroin olan şprisi könüllü şəkildə təqdim etmişdir. Həmin əşyalar qablaşdırılaraq götürülmüşdür. O, tutularkən onu Təqsirləndirilən şəxs satdığını və Rzabalanın bu barədə polisə məlumat verdiyini düşündüyündən, Rzabalamn daha ağır məsuliyyət daşıması üçün ifadə vermişdir ki, narkotik vasitəni ona pay şəklində vermişdir. Lakin sonradan o, Rzabalanın özünün də tutulduğunu və onları Rzabalanın satmadığını bildikdən sonra düzgün ifadə vermək qərarına gəlmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 14 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələri və ya dövriyyəsi qanunla qadağan edilmiş digər əşyaları təqdim edilməsi təklif olunmuş və bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd tünd göy rəngli üzərində ağ xətlər olan cib dəsmalını çıxardıb təqdim etmişdir. Daha sonra o, həmin dəsmalın içərisindən 1 ədəd gümüşü kağıza bükülmüş içərisində şəffaf sellofan, sellofanın içərisində isə 8 ədəd gümüşü kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü, 1 ədəd gümüşü kağıza bükülmüş içərisində 3 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddə olan bükümü, 1 ədəd gümüşü kağıza bükülmüş içərisində 1 ədəd şəffaf sellofanda olan bükümü, 1 ədəd gümüşü kağıza bükülmüş içərisində şəffaf sellofan, sellofanın içərisində isə 10 ədəd ağ kağıza bükülmüş içərisində kristala bənzər şəffaf maddə olan bükümü çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə narkotik vasitə olan heroin, psixotrop maddə metamfetamin olduğunu, maye ilə dolu şprislərdə də heroin olduğunu bildirmişdir. (cild 1, iş vərəqə 49-51) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 yanvar 2020-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı video görüntülərin əks olunduğu diskə həm ibtidai istintaq zamanı, həm də məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqə 124-125) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 14 yanvar 2020-ci il tarixli, 820 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-ə məxsus zərflər üçün möhür əksi və “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş..." əl yazısı olan zərfdəki 10 ədəd bükümdə ümumi təmiz çəkisi 0,574 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin; 12 ədəd bükümdə ümumi təmiz çəkisi 8,093 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin olması müəyyən edildi. Həmin zərfdəki 02 ədəd 2ml-lik şprisdə ayrı-ayrılıqda həcmləri 0,5 ml və 1,3 ml qəhvəyi rəngli məhlulların tərkibində müvafiq olaraq 0,08 qram və 0,162 qram narkotik vasitə - heroin, 01 ədəd 5 ml-lik şprisdəki 4,5 ml həcmində məhlulun tərkibində naftizin maddəsi müəyyən edildi. Digər şprislər boş vəziyyətdədir. Təqsirləndirilən şəxs odlundan aşkar edilmiş 02 ədəd şprisdəki heroin məhlullarının tərkibi ilə vət. Şahid1 üzərindən aşkar edilərək götürülmüş şprisin içərisində olan məhlulun tərkibi oxşardır. Heroin həll olunmaqla məhlul formasına gətirildikdə kimyəvi tərkibində dəyişiklik baş verdiyindən şprislərdə olan məhlullarla bükümlərdə olan heroini eynişəldirmək mümkün deyildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına, metamfetamin isə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına daxildir. Naftizin maddəsi dövlət nəzarətində olan maddələrin siyahısına daxil deyildir. 10 ədəd bükümdə olan psixotrop maddə metamfetaminin və 12 ədəd bükümdə olan narkotik vasitə heroinin ayrı-ayrılıqda çəkiləri rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir. (Cild 1, iş vərəqə 66-69) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji ekspertizasının 11 mart 2020-ci il tarixli, 690 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 119- 120) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 08 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 8,093 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0,574 qram olan psixotrop maddə metamfetamin və 02 ədəd 2ml-lik şprisdə olan ümumi həcmi 1,8 ml olan heroin məhlulu maddi sübut qismində tanınmış və ekspertiza təhqiqatından sonra qalıq çəkiləri: 8,033 qram olan narkotik vasitə heroin, 0,514 qram olan psixotrop maddə metamfetamin və 0,9 ml olan heroin məhlulu saxlanılmasından ötrü Binəqədi RPİ-də müvafiq saxlanc yerinə təhvil verilmişdir. Eyni zamanda həmin qərarla Təqsirləndirilən şəxs iştirakı ilə 14 yanvar 2020-ci il tarixdə aparılan “şəxsi axtarış və götürmə” istintaq hərəkəri zamanı çəkilmiş video görüntülərin əks olunduğu 01 ədəd “DVD” formatlı disk maddi subut qismində tanınanaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 158-168) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə məlumat yoxdur. (cild 1, iş vərəqə 113-114) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işindən, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetaminin və külli miqdarda narkotik vasitə heroinin əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə 04 aprel 2021-ci il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 57-59) Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs və Şahid1 14 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi istehlak miqdarından artıq olmayan miqdarda narkotik vasitə heroin aşkar edilmiş Şahid1 barəsində aparılan cinayət təqibinə xitam verilmiş, Rzabala Cabbarovun əməli isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməklə 15 yanvar 2020-ci il tarixdə o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (Cild 1, iş vərəqə - 21, 39, 83- 84, 87-88, ) Cinayət işinin materiallarında olan 08 may 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, eyni tarixli qərarla ona həmin maddə ilə yeni ittiham verilmiş və iş üzrə tərtib edilmiş ittiham aktı 14 may 2020-ci il tarixdə təsdiq edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə göndərilmişdir. (Cild 1, iş vərəqə - 170-171, 174-175, 189-200) İşə mahiyyəti üzrə baxan Binəqədi rayon məhkəməsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin əlamətlərinin mövcudluğunu müəyyən etdiyindən, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə 12 oktyabr 2020-ci il tarixli qərar çıxarmışdır. (Cild 1, iş vərəqə - 302-305) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin az bir hissəsinin ona aid olması, çox hissəsinin isə ona aid olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi, həmin narkotik vasitə və psixotrop maddənin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə deyil şəxsi istifadəsi üçün əldə etməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, hesab edir ki, onun tərəfindən ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi sübuta yetirilmiş, öz müdafiəsi üçün gətirdiyi dəlillər işin hallarına uyğun deyil və əsassız olmaqla müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələr yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə hesab edir ki, Şahid1 məhkəmədə verdiyi ifadəsində narkotik vasitələrin əldə etmə mənbəyi və Təqsirləndirilən şəxs aşkar edilmiş narkotiklərin həcmi ilə bağlı göstərdiyi xüsusatlar, işin faktiki halları ilə tam uzlaşmır, digər sübutlarla təkzib olunur. Bu səbəbəbdən də, onun məhkəməyədək icraat zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsi həmin xüsusatlarla bağlı hissədə daha mötəbər və işin hallarına uyğun sübut kimi qiymətləndirilir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs 14 yanvar 2020-ci il tarixdə saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilib video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirilən zaman, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən ağ xətləri olan göy rəngli dəsmalın içərisində saxladığı, ayrıayrılıqda təmiz çəkiləri: 0,060 qram, 0,060 qram, 0,056 qram, 0,053 qram, 0,057 qram, 0,060 qram, 0,061 qram, 0,048 qram, 0,062 qram və 0,057 qram olan, cəmi 10 ədəd bükümdə ümumi təmiz çəkisi isə 0,574 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin, ayrı-ayrılıqda təmiz çəkiləri: 0,435 qram, 0,435 qram, 0,020 qram, 6,511 qram, 0,083 qram, 0,073 qram, 0,072 qram, 0,151 qram, 0,076 qram, 0,075 qram, 0,092 qram, 0,070 qram olan, bükümlərdə ümumi təmiz çəkisi isə 8,093 qram olan, cəmi 12 ədəd bükümdə külli miqdarda narkotik vasitə heroin və 02 ədəd 2 ml-lik şprisdə ayrı-ayrılıqda həcmləri: 0,5 ml və 1,3 ml olan qəhvəyi rəngli məhlulların tərkibində müvafiq olaraq 0,08 və 0,162 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadələrində həmin bükümlərdəki narkotik vasitə və psixotrop maddəni əldə etdikdən dərhal sonra öz istifadəsi üçün tərəzi və digər xüsusi cihazlardan istifadə etmədən gözəyarı bölməsini göstərməsi, bu mülahizələrin işin faktiki hallarına uyğun olmamsının və özünü müdafiə xarakteri daşımasının daha bir təzahürüdür. Belə ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin məhlul halında 2 şprisdə və kütlə halında 22 bükümdə saxlanılayıb ayrı-ayrılıqda istifadə oluna bilən və çəkiyə görə bir-birindən kəskin fərglənməyən 24 hissəyə (dozaya) bölünməsi, onun bu narkotikləri şəxsi istifadəsi üçün deyil, məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasından dəlalət edir. Məhkəmə hesab edir ki, kifayət gədər az bir çəkidə kütlənin tərəzi və digər xüsusi cihazlardan istifadə etmədən gözəyarı eyni və ya bir-birindən kəskin fərqlənməyən hissələrə (bükümlərə) bölünməsi reallığı əks etdirmir. Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ və İİ siyahısının müvafiq olaraq 5-ci və 67-ci bəndlərində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 56 dəfə, külli miqdardan isə təxminən 4 dəfə, psixotrop maddə metamfetaminin isə şəxsi istehlak miqdarından təxminən 4 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun daha bir təzahürüdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının 11-ci bəndində verilən izaha əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə, əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-nin 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə qeyd edir ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetaminin və külli miqdarda narkotik vasitə heroinin əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə 04 aprel 2021-ci il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmaqla, Rzabala Cabbarovun narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etdiyi, bir qrup şəxs halında onunla qabaqcadan əlbir olduğu şəxsin (şəxslərin) cinayət məsuliyyətinə cəlb edilməsi üçün cinayət təqibi aparılır. Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə külli miqdarda narkotik vasitənin və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddənin əldə etməsi, onun satışından əldə etdiyi mənfəəti həmin mənbə ilə bölüşməsi bu cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinin göstəricisidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən halları müəyyən etməmişdir. Lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs gənc yaşında olmasını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayəti qismən etiraf etməklə öz əməllərindən səmimi peşimançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edildiyindən və təyin olunan cəza çəkilməli olduğundan qeyd olunan qətimkan tədbiri çıxarılacaq hökmlə dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı və cəza çəkməsinin əvvəli hökmün elan olunacağı 11 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 14 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 14 yanvar 2020-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Binəqədi rayon məhkəməsinin 12 may 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 29 may 2020-ci il tarixədək uzadılmışıdır. (Cild 1, iş vərəqə - 21, 107, 204-208) Təqsirləndirilən şəxs əməli ilkin olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunduğundan iş üzrə tərtib edilmiş ittiham aktı 14 may 2020-ci il tarixdə təsdiq edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə göndərilmişdir. (Cild 1, iş vərəqə - 189-200) Binəqədi rayon məhkəməsi tərəfindən hazırlıq iclasınadək Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətini 16 iyun 2020-ci il tarixədək uzadılmış, daha sonra məhkəmənin hazırlıq iclasının 01 iyun 2020-ci il tarixli qərari ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqə - 218, 227-228) Daha sonra, işə mahiyyəti üzrə baxan Binəqədi rayon məhkəməsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinin tələblərinə əsasən dövlət ittihamçısının vəsatəti əsasında irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə 12 oktyabr 2020-ci il tarixli qərar çıxarmış, həmin qərarla təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz etmiş, lakin məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.10-cu maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar qəbul etməmişdir. (Cild 1, iş vərəqə - 302-305) Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işini ibtidai istintaq orqanın 27 oktyabr 2020-ci il tarixli qərarı ilə icraata qəbul edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin məhkəmədə baxılmasına xitam verən və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytaran məhkəmə tərəfindən özünün seçdiyi ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılmaması səbəbindən, faktiki olaraq istintaq orqanına daxil olduğu gündən barəsində qətimkan tədbiri qüvvədə olmayan Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən 27 oktyabr 2020-ci il tarixli qərarla polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (Cild 2, iş vərəqə - 2, 6) Şərh olunanlarla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 yanvar 2020-ci il tarixdən 27 oktyabr 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 9 ay 13 gün ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, cəza çəkməsinin əvvəli isə baxılan iş üzrə hökmün elan edildiyi 11 iyun 2021-ci il tarixdən hesablanmalıdır Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan, ekspertiza təhqiqatından sonra qalıq çəkiləri: 8,033 qram olan narkotik vasitə heroin, 0,514 qram olan psixotrop maddə metamfetamin və 0,9 ml olan heroin məhlulu məhv edilməli, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (Cild 1, iş vərəqə iş vərəqə 66). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 34 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı hüquq məsləhətxanasının hesabına 204 (iki yüz dörd) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 yanvar 2020-ci il tarixdən 27 oktyabr 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 9 (doqquz) ay 13 (on üç) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və üzərində qəti olaraq 4 (dörd) il 2 (iki) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək "həbs" qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu 11 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan, ekspertiza təhqiqatından sonra qalıq çəkiləri: 8,033 qram olan narkotik vasitə heroin, 0,514 qram olan psixotrop maddə metamfetamin və 0,9 ml olan heroin məhlulu məhv edilsin, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 204 (iki yüz dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Əsli ilə düzdür Sədrlik edən hakim: Fəhmin Hümbətov
Məhkəmə qərarları › İş №1(101)-1049/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1049/2021
11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver