Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1049/2022 10.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli - himayəsində iki nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 23 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 dekabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, naməlum vaxtda və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 9,235 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 23 dekabr 2021-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin (bundan sonra: RPİ-nin, PB-nin) əməkdaşları tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, 1 ünvanının qarşısında özünü şübhəli apardığına görə saxlanılaraq bölməyə aparılmış, bölmədə onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 9,235 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının qənaətinə görə qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum mənbədən, naməlum vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,235 qram təşkil edən qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini əldə edib üzərində saxlayaraq daşımış, 23 dekabr 2021-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, 1 ünvanının qarşısında özünü şübhəli apardığına görə saxlanılaraq 13-cü PB-nə aparılmış, bölmədə onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə olan, təmiz çəkisi 9,235 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ibtida istintaq mərhələsində vermiş olduğu ifadəsindən fərqli ifadə verib göstərdi ki, tutulmazdan bir müddət əvvəl o, ayağından yüksək narkoz altında əməliyyat olunmuş və bu səbəbdən həkim ona gəzməyi məsləhət görmüşdür. 21 dekabr 2021-ci il tarixdə o, özünü pis hiss etdiyindən gəzintiyə çıxmışdır. Bakıxanov qəsəbəsində marşruta minmək üçün gedərkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və ondan şəxsiyyət vəsiqəsi istəmişlər. O, əvvəlcə ona yaxınlaşan adamlardan qorxaraq qaçmaq istəmiş, lakin polis əməkdaşları olduqlarını bidib tabe olmuşdur. Belə ki, o, həmin şəxslərdən kim olduqlarını soruşmuş, sonuncular polis əməkdaşları olduqlarını bildirmişlər. O, özlərini polis kimi təqdim edən şəxslərə vəsiqəsini göstərdikdən sonra onu 13-cü PB-nə aparmış, səbəbini msə Bölmədə izah edəcəklərini demişlər. Etiraz etməyib onlarla getmiş, orada ona onda narkotik olduğunu bildirmişlər. O, özündə narkotik vasitə olmadığını və istifadə edəni olmadığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən döyülmüşdür. Bundan sonra gətirib stolun üstünə bir ədəd şəffaf selofana bükülü qoydulmuş və «bu sənindir» ifadəsini işlətmişlər. O, bükülüdəkinin nə olduğunu soruşduqda narkotik vasitə olduğunu və ona aid olduğunu bildirmişlər. Onu tutan Bəxtiyar adlı şəxs ona «əgər bunu boynuva almasan, səni yarım kiloqram narkotiklə yükləyəcəyəm» sözlərini deməklə onu hədələmiş, hətta onu nalayiq söyüşlərlə söymüşdür. Yekunda o, təzyiqlərə, söyüşlərə dözməyib, təqdim olunan narkotiki məcburi olaraq boynuna götürəsi olmuşdur. Bundan sonra guya üzəridə şəxsi axtarış aparılmış, axtarış zamanı mobil telefonla video çəkilişlə aparılmışdır. Video çəkiliş zamanı o, məcburi olaraq narkotikin ona aid olduğunu qəbul etmiş, üzdən tanıdığım şəxsdən 40 manata özünün istifadəsi üçün aldığını bildirmiş, lakin satış üçün aldığını deməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. Onun barəsində narkoloji ekspertiza keçirilmiş, ekspertiza zamanı ondan analiz götürülmüş, lakin narkotik maddələrdən istifadə etdiyini şəxsən özü ekspertlərə deməmişdir. O, tutularkən onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuş, onun mobil telefonuna narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satqısı ilə bağlı olan məzmunlarda SMS-lər daxil olmamışdır. İstintaq orqanı tərəfindən onun telefonunda müəyyən edilmiş ***-***-**-** saylı mobil nömrədən SMS-lər gəldiyini görməmiş, heç kimə cavab verməmiş, sonuncu nömrənin kimə məxsus olduğunu bilməmişdir. Aşkar olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 dekabr 2022-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində üzdən tanıdığı şəxsdən 40 manata bir ədəd bükümdə narkotik vasitə heroin almış, həmin narkotik vasitəni istifadə etməsi üçün özündə saxlamışdır. 23 dekabr 2021-ci il tarixdə, saat 00:30 radələrində ünvan 2 ünvanının qarşısında dayanan zaman iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu 13-cü PB-nə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 13-cü PB-nə getmişdir. Polis Bölməsinə getdikdən sonra narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşımaqda şübhəli olduğu ona bildirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Tutulduqdan, hüquq və vəzifələri izah və təmin edildikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək şəxsi axtarışın videoçəkilişlə, həmçinin vəkilin iştirakı olmadan keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. O, etirazının olmadığını bildirdikdən sonra şəxsi axtarış başlamazdan əvvəl üzərində olan əşyaları özünün təqdim etməsi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini, həmin gödəkcənin sağ yan cibindən bir ədəd “Hoffman” markalı mobil telefonu və bir ədəd qırmızı rəngli alışqanı polisə təqdim etmişdir. Polis əməkdaşı aşkar olunmuş maddənin nə olduğunu, haradan və hansı qiymətə əldə etdiyini soruşduqda, o, aşkar edilmiş maddələrin narkotik vasitə heroin olduğunu və 22 dekabr 2021-ci il tarixdə Bakıxanov qəsəbəsində üzdən tanıdığı şəxsdən 40 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilən maddə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o, və şəxsi axtarışda iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ondan götürülən həmin heroin narkotik vasitəsini əldə edərkən tək olmuş, yanında heç kim olmamışdır. Onun üzərindən aşkar olunan narkotik vasitə heroini şəxsi istifadəsi üçün almış, heç kimə psixotrop maddə metamfetamin və ya narkotik vasitə heroin satmamış və ya pay verməmişdir. Təqdim edilmiş məlumatlarla ətraflı tanış olmuş və həmin nömrələrin kimə məxsus olmasını xatırlamamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, narkotik vasitə heroini aldığı şəxsin şəxsiyyəti, ünvanı barədə heç bir məlumata sahib olmamışdır. Ona polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təsir göstərilməmiş, həmçinin zor tətbiq edilməmişdir (iş vərəqə: 146-148). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 23 dekabr 2021-ci il tarixdə, saat 00:30 radələrində Sabunçu RPİ-nin CAŞ-nın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2la 13-cü PB-nin inzibati ərazisində xidmət apararkən bir nəfər tanımadıqları şəxsin, yəni baxılan iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Sabunçu rayonu, ünvan 3 ünvanının qarşısında gecə saatlarında gəzdiyini, onları görərkən özünü şübhəli aparmağa başladığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Həmin şəxs adının Ramil olduğunu bildirərək üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirmiş, şübhəli aparmasının səbəblərini müxtəlif bəhanələr gətirmiş və qaçmaq istəmişdir. Onlar həmin şəxsin narkotik vasitənin təsiri altında olmasından və üzərində narkotik vasitə gəzdirməsindən şübhələnmiş və şəxsi saxlayaraq 13-cü PB-nə gətirmişlər. Bölmədə aparılan ilkin araşdırmalar zamanı həmin şəxsin xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 4 ünvanda yaşamış Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra onlar birlikdə müvafiq raport tərtib edərək bölmənin növbətçi hissəsinə təqdim etmişlər. Tərtib etdikləri raportun araşdırılması bölmə rəisi, polis polkovnik-leytenantı Nasir Babayev tərəfindən bölmənin baş təhqiqatçısı, polis kapitanı Fərhəng Hüseynova həvalə edilmişdir. Baş təhqiqatçı Fərhəng Hüseynov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, bölməyə müdafiəçi dəvət edilərək hüquqları təmin edilmişdir. Qeyd edilən hərəkətlər edildikdən sonra Fərhəng Hüseynov tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkilişlə keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını və şəxsi axtarış zamanı müdafiəçinin iştirakına ehtiyac olmadığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs şəxsi axtarış başlamazdan əvvəl üzərində olan əşyaları özünün təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli maddəni, həmin gödəkcənin sağ yan cibindən “Hoffman” markalı bir ədəd mobil telefonu və bir ədəd alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olması soruşularkən Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu, 22 dekabr 2021-ci il tarixdə özünün şəxsi istifadəsi üçün Bakıxanov qəsəbəsində üzdən tanıdığı şəxsdən 40 (qırx) manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırılmış və ekspertizaya göndərilməsi üçün möhürlənmişdir. Keçirilmiş hərəkətlərlə bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələri qanunsuz olaraq satış məqsədiylə və ya satış məqsədi olmadan əldə etməsi, saxlaması və ya daşıması barədə əvvəlcədən onlarda məlumat olmamış, sonralar isə aparılan əməliyyat tədbirləri nəticəsində onun qeyd olunan fəaliyyətlə məşğul olması ildə bağlı müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs onların xidməti ərazisində özünü şübhəli apardığından onlar tərəfindən saxlanılmış və üzərində aparılan şəxsi axtarış nəticəsində heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin CAŞnin baş əməliyyat müvəkkili Şahid2 həmkarı – Şahid1 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Bakıxanov qəsəbəsi ərazisində, Eldar Xəlilov küçəsində gecə saatlarında özünü şübhəli apardığı üçün saxlanıldığını, 13-cü PB-nə aparıldıqdan sonra videomüşaiyət altında üzərində şəxsi axtarış aparıldığını və ondan bir bükümdə heroin narkotik vasitəsinə bənzər maddə aşkar edildiyini bir daha təsdiq etmiş, həmçinin onun narkortik vasitələrin satışı ilə məşğul olması və ya konkret olaraq kiməsə satması, çatış məqsədilə kiminləsə cinayət əlaqəsinə girməsi barədə məlumat əldə edə bilmədiklərini, həmçinin keçirilmiş sonrakı tədbirlərin müsbət nəticə vermədiyini bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış aparılması və götürmə haqqında» 23 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə vət. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş müşaiyəti ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynində olan qara rəngli gödəkcənin sol yan cibindən şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli maddəni, həmin gödəkcənin sağ yan cibindən “Hoffman” markalı bir ədəd mobil telefonu və bir ədəd alışqanı təqdim etmiş, eyni zamanda suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdəki həmin maddənin narkotik vasitə heroin olduğunu, 22 dekabr 2021-ci il tarixdə özünün şəxsi istifadəsi üçün Bakıxanov qəsəbəsində üzdən tanıdığı şəxsdən 40 (qırx) manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş bir ədəd şəffaf selofandakı maddə qablaşdırılmış və ekspertizaya göndərilməsi üçün möhürlənmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, şəxsi axtarış aparılması və götürmə istintaq hərəkəti videolentə alınmış və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 23-24). Məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən “diskə baxış keçirilməsi haqqında” 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «Şəxsi axtarış aparılması və götürmə haqqında» 30 avqust 2021-ci il tarixli protokolun məzmununa uyğun olub, sonuncunun üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsinin təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli maddəni, həmin gödəkcənin sağ yan cibindən “Hoffman” markalı bir ədəd mobil telefonu və bir ədəd alışqanı təqdim etməsi, təqdim etdiyi bir ədəd bükümlə əlaqədar sorğulara cavab olaraq Təqsirləndirilən şəxs həmin bir ədəd bükümün içərisində heroin narkotik vasitəsi olduğunu, həmin narkotik vasitəni 22 dekabr 2021-ci il tarixdə özünün şəxsi istifadəsi üçün Bakıxanov qəsəbəsində üzdən tanıdığı şəxsdən 40 (qırx) manata alıb əldə etdiyini və üzərində saxladığını bildirməsi, həmin bir ədəd büküm qablaşdırılaraq üzəri imzalarla təsdiq olunması ehtiva olunmuşdur. Tədqiq olunan protokoldan görünür ki, diskə baxış keçtirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir (iş vərəqə: 115, 116). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 23 dekabr 2021-ci il tarixli və “diskə baxış keçirilməsi haqqında” 05 aprel 2022-ci il tarixli protokolların məzmunu ilə eynilik təşkil edir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesində qanun pozuntusuna yol verilməmişdir(cinayət işinin materialları). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 23.12.2021-ci il tarixli, 6/5599 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 160” dairəvi möhür əksi “...Təqsirləndirilən şəxs üzərindən....” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə olan qəhvəyi rəngli, tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində tədqiqat aparılan həmin bir ədəd bükümdəki narkotik vasitənin təmiz çəkisi 9,285 qram təşkil edir. Tədqiq olunan rəydən görünür ki, heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: 28-33). Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər, eyni zamanda sms mətinləri barədə məlumatlar Sabunçu rayon Məhkəməsinin “telefon nömrələri ilə ötürülən məlumatların ələ keçirilməsi haqqında” 12 yanvar 2022-ci il tarixli qərarına əsasən "xxxx" MMC-dən bir ədəd CD diskə yazılmaqla istintaq orqanına təqdim edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən təqdim olunan bir ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə müəyyən olunan 4 ədəd fayldan birində - SMS_Tarixçəsi__**********0809__552559017” adlı faylda aşağıdakı sms mətni aşkar edilmişdir: - 08.12.2021-ci il tarixdə saat 21:23-də ***-***-**-** saylı mobil nömrədən “Qaqam nese var 05 varsa gelim goturum” (iş vərəqə: 90-96). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2022-ci il tarixli, 1593 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya, əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə təniqi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdu. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 114-115). İbtidai istintaq orqanının müvafiq qərarına əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə təmiz çəkisi 9,285 qram təşkil edən heroin narkotik vasitə üzrə maddi sübut qismində tanınmış və hər iki ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 9,235 qram hissəsi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “DVD” formatlı, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər, eyni zamanda sms mətinlərinə dair "xxxx" MMC-dən əldə edilmiş məlumatların yerləşdirildiyi bir ədəd “CD” formatlı - cəmi iki ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir(iş vərəqə: 79, 90-96). Ən nəhayət, ibtidai istintaq orqanının məhkəmə baxışı zamanı tədqiq olunan 09 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş heroin narkotik vasitəsinin əldə olunma mənbəyi müəyyən edilmədiyindən baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* nömrəli cinayət işi ayrılmışdır (iş vərəqə: 125-126). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini külli miqdarda əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olmuş sms mətni və digər istintaq prosessual sənədlər təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi irəli sürülmüş ittihamın əsası olaraq sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, ilk növbədə məhkəmə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar və ya sair materiallar əsasında deyil, təsadüfən onunla rastlaşmış polis əməkdaşlarının qarşısında özünü şübhəli apardığı üçün saxlanılmış və üzərində narkotik vasitələr və ya psixotrop maddələr saxlayıb daşıya biləcəyi ehtimalına əsasən o, polis əməkdaşları – baxılan iş üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 tərəfindən rayonun 13-cü PB-nə aparılmışdır. Təqsirləndirilən şəxs təsadüfən onunla rastlaşmış polis əməkdaşlarının qarşısında özünü şübhəli apardığı üçün saxlanıldığını və üzərində narkotik vasitələr və ya psixotrop maddələr saxlayıb daşıya biləcəyi ehtimalına əsasən onun 13-cü PB-nə aparılmasını əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 tərəfindən yazılmış və məhkəmə baxışı zamanı tədqiq olunan 23 dekabr 2021-ci il tarixli raport və sonuncuların istər məhkəməyədək icraat mərhəlsində və istərsə də məhkəmə istintaqı zamanı vermiş olduqları şahid ifadələri tam təsdiq edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması barədə 23 dekabr 2021-ci il tarixli qərarın və eyni tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına əsas onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olması, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlama və s. cinayətini törətməkdə şübhəli olması olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış aparılması və götürmə haqqında» 23 dekabr 2021-ci il tarixli protokolun məzmunundan da göründüyü kimi, istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs ilk dəfə olaraq şifahi izahzat verib, təqdim etdiyi bir ədəd bükümdəki heroin narkotik vasitəsini özünün şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesindən dərhal sonra ilk yazılı mənbə olaraq verdiyi 23 dekabr 2021-ci il tarixli izahatında da təqdim etdiyi heroin narkotik vasitəsini özünün şəxsi istifadəsi üçün alıb əldə etdiyini bir daha təsdiq etmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq olunan materiallardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmasına baxmayaraq, şəxsi axtarış və götürmə prosesində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin satış məqsədilə qanunsuz olaraq əldə olunub saxlanılmasını təsdiq edə biləcək hər hansı əsas olmadan toplanmış materiallar üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə, yəni narkotik vasitələrin satış məqsədilə qanunsuz olaraq əldə olunub saxlanılması faktına görə cinayət işi başlanılmışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 24 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin bu zaman ümumi sözlələ kifayətlənməklə çıxarılan qərar əsaslandırılmamışdır. İstər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs bütün ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olmadığını, satış məqsədilə qanunsuz olaraq narkortik vasitələri əldə edib saxlamadığını və daşımadığını, həmçinin bu məqsədlə qeyriləri ilə cinayət əlaqəsinə girmədiyini bildirmişdir, lakin narkoman olduğunu, narkotik vasitələri yalnız özünün şəxsi istifadəsi məqsədilə əldə edib saxladığını və daşıdığını göstərmişdir. İbtidai istintaq orqanının sübut növü kimi qiymətləndirdiyi, şahidlər - Sabunçu RPİnin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid2 və RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrində Təqsirləndirilən şəxs əməliyyat məlumatları əsasında deyil, xidməti ərazidə olarkən gecə saatlarında özünü şübhəli apardığı üçün saxladıqlarını və üzərində narkotik vasitələr və ya psixotrop maddələr saxlayıb daşıya biləcəyi ehtimalına əsasən onu 13-cü PB-nə apardıqldarını bir daha təsdiq etmiş, həmçinin Təqsirləndirilən şəxs narkortik vasitələrin satışı ilə məşğul olması və ya konkret olaraq kiməsə satması, çatış məqsədilə kiminləsə cinayət əlaqəsinə girməsi barədə məlumat əldə edə bilmədiklərini, o cümlədən keçirilmiş sonrakı tədbirlərin müsbət nəticə vermədiyini göstərmişlər. Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 23.12.2021-ci il tarixli, 6/5599 saylı ekspert rəylərinin Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmış ittihamın sübut etmə predmetinə gəldikdə isə məhkəmə qeyd edir ki, tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizalarının həmin rəyləri təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin növünün, tərkibinin və kütləsinin müəyyənləşdirilməsinə dair hissədə sübut əhəmiyyətinə malikdir və bu rəylər Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə edib saxlamasını, daşımasını və s. təsdiq edə biləcək sübut növü kimi qiymətləndirilə bilməz. Bundan başqa, yuxarıda göstərildiyi kimi, ibtidai istintaq orqanı həm də məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının rəyini Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmış ittihamın təsdiqi üçün sübut əhəmiyyətli sənəd kimi qiymətləndirmişdir ki, tədqiq olunan həmin rəy ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticəsini özündə ehtiva edir, yəni təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin olub-olmaması, belə bir xəstəlik müəyyən olunduğu təqdirdə isə şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli tədbirlərin tətbiq edilib-edilməməsi məsələsi məhkəmə tərəfindən həmin rəyin nəticəsinə uyğun həll edilir. Odur ki, bu rəydən təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını, daşımasını və s. təsdiq edən sübut kimi istifadə oluna bilməz. Tədqiq olunan həmin rəydən də göründüyü kimi Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat tapşırığına 04 mart 2022-ci il tarixli, 075-5612-1222 saylı cavab məktubundan görünür ki, görülmüş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamış, həmçinin əməliyyat tədbirləri müsbət nəticə verməmiş, yəni Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamasını və daşımasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilmiş heroin narkotik vasitəsinin əldə olunma mənbəyi müəyyən edilmədiyindən baxılan cinayət işindən ayrıca icraatda yeni cinayət işi ayrılmışdır. Daha sonra, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış və ya axtarış aparılmamış, onun yaşadığı ünvanda və s. yerplərdə hər hansı növdən olan narkotik vasitələr aşkar və ya psixotrop maddələr aşkar edilməmiş, o, narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə əlaqəsi müəyyənləşdirilməmişdir. Məhkəmə baxışı zamanı ibtidai istintaq orqanının sübut növü olaraq qiymətləndirdiyi, Təqsirləndirilən şəxs istifadsində olan ***-***-**-** saylı mobil telefonda SMS_Tarixçəsi__**********0809__552559017” adlı faylda müəyyən olunan, 08 dekabr 2021-ci il tarixdə, saat 21:23-də ***-***-**-** saylı mobil nömrədən daxil olmuş “Qaqam nese var 05 varsa gelim goturum” məzmunda sms-in tədqiqi zamanqı müəyyən edildi ki, qeyd olunan məzmunda sms-in satış məqsədilə və ya satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlama və ya daşıma ilə əlaqələndirilməsi və sübut növü kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, ilk növbədə ***-***-**-** saylı mobil nömrə sahibinin şəxsiyyəti və onun göndərdiyi sms-in mənası müəyyənləşdirilməmiş, qeyd olunan sms-in mətnində hər hansı narkotik vasitənin və ya psixotrop maddənin alqı-satqısından, hansısa qanunsuz hərəkətlərdən bəhs olunmamış, Təqsirləndirilən şəxs istifadsində olan ***-***-**-** saylı mobil nömrədən daxil olan sms-ə cavab verildiyi və ya hansı məzmunda cavab verildiyi müəyyən olunmamış, ən nəhayət, istər məhkəməyədək icraat mərhələsində və istərsə də məhkəmə baxışı zamanı dindirilən Təqsirləndirilən şəxs isə onun mobil nömrəsinə sms göndərən mobil nömrənin sahibini tanımadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun bir ədəd bükümdə aşkar edilb götürülmüş heroin narkotik vasitəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyn edilməmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib bir ədəd bükümdə götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisi 9,235 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdar təşkil edir. Lakin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarından da göründüyü kimi Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisinin 9,235 qram olmaqla külli miqdar təşkil etməsi, bu miqdar narkotik vasitənin bir ədəd bükümdə aşkar edilib götürülməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi və satmaq niyyətində olması kimi qiymətləndirilməməlidir və bu miqdar şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Qeyd olunan həmin qərardan da göründüyü kimi, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin və ya psixotrop maddənin tək kütləsinin külli miqdar təşkil etməsi və iki ədəd bükümdə olması onun narkotik vasitələri və ya psixotrop maddələri satmaq niyyətində olması qənaətinə gəlməyə əsas vermir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutların olması zəruridir və işin digər halları nəzərə alınmalıdır. Araşdırmaya əsasən məhkəmə qeyd ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsinin 9,235 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi və saxlanılması məhkəmə baxışı nəticəsində təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, eyni məqsədlə saxlaması və daşımasını, həmçinin hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini və ya ondan satış məqsədilə hər hansı avadanlıq aşkar edilməsini təsdiq edən heç bir sübut növü müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin mənasına və Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının on dördüncü bəndindən irəli gələn tövsiyyələrə əsasən məhkəmə qeyd edir ki, narkotik vasitələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması öz təstiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar edilib götürülən heroin narkotik vasitəsinin bir ədəd bükümlərdə olmaqla külli miqdar meyarına, istintaqçının özünün hüquq düşüncəsinə, fərziyyə və şübhələrinə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsindən həmin Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsifi məsələsinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla sonuncu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinəyətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində saxlanılarkən üzərində heroin narkotik vasitəsi olmaması, narkotik vasitələrdən istifadə etməməsi, onun adına rəsmləşdirilmiş bir ədəd şəffaf selofana bükülüdəki herolin narkotik vasitəsini polis tərəfindən edilən təzyiqlərə, söyüşlərə dözməyib, təqdim olunan narkotiki məcburi olaraq boynuna götürəsi barədə göstərdiklərini cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 173-175). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2009 və 2020-ci il təvəllüdlü iki nəfər azyaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2022-ci il tarixli, 1593 saylı rəyi əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların istifadəsindən nəticələnən asliliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, lakin hal-hazırda abstinensiya, intoksikasiya, əlamətlərinin olmaması, həmçinin öz vəziyyətinə təniqi münasibətin olması ilə əlaqədar olaraq onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməli, eyni zamanda tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhnum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 23 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 23 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 dekabr 2021-ci il barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 23 dekabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 9,235 qram narkotik vasitə heroin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı və Təqsirləndirilən şəxs istifadəsindəolan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər, eyni zamanda sms mətnlərinə dair "xxxx" MMC-dən əldə edilmiş məlumatların yerləşdirildiyi bir ədəd “CD” formatlı - cəmi iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 88,70 (səksən səkkiz manat 70 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 23 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 9,235 qram narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı və Təqsirləndirilən şəxs istifadəsindəolan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər, eyni zamanda sms mətnlərinə dair "xxxx" MMC-dən əldə edilmiş məlumatların yerləşdirildiyi bir ədəd “CD” formatlı - cəmi iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 88,70 (səksən səkkiz manat 70 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1049/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1049/2022
10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver