Məhkəmə qərarları › İş №1(101)-1049/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1049/2024

26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1049/2024 26.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X7, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X11 və Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 oğlu, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 nümayəndəsi, “Nümayəndə və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, Tovuz rayonu, Əlimərdanlı ərazi dairəsi, Əlimərdanlı kəndində qeydiyyatda olmaqla, Qusar şəhəri, Zərifə Əliyeva küçəsi 77 saylı evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclasında saat 09:20-də qapalı məhkəmədə baxaraq, müəyyənetdi: İttiham aktına görə, Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin hədə-qorxu məcbur etmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə iki və daha çox şəxs barəsində insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikası vətəndaşı Zülmət adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının sonlarında ünvan 1 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona Türkiyə Respublikasının İğdır şəhərində tanışının restoranında xidmətçilik etməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 06 iyul 2021-ci il tarixdə saat 19:40-da Azərbaycan Respublikasının dövlət sərhədinin Sədərək nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra Zülmət adlı şəxslə birlikdə 07 iyul 2021-ci il tarixdən 14 avqust 2021-ci il tarixədək olan müddət ərzində sonuncuya məxsus “Tuana” restoranında kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını hədə-qorxu məcbur etmə vasitəsilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikası vətəndaşı Zülmət adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının ortalarında ünvan 1 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayıb onun 07 iyul 2021-ci il tarixdən 14 avqust 2021-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İğdır şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra onu 23 avqust 2021-ci il tarixdə saat 21:23-də Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarətburaxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra Zülmət adlı şəxslə birlikdə 24 avqust 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində sonuncuya məxsus “Tuana” restoranında kişi müştəriləri ilə pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə, təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını hədə-qorxu məcbur etmə vasitəsilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikası vətəndaşı Zülmət adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının ortalarında ünvan 1 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayıb onun 24 avqust 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İğdır şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra onu 27 oktyabr 2021-ci il tarixdə saat 23:18-də Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarətburaxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra Zülmət adlı şəxslə birlikdə 28 oktyabr 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək olan müddət ərzində sonuncuya məxsus “Tuana” restoranında kişi müştəriləri ilə pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə, təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadın aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikası vətəndaşı Zülmət adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Xətai rayonu ərazisində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona Türkiyə Respublikasının İğdır şəhərində yerləşən restoranda xidmətçilik etməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra 27 oktyabr 2021-ci il tarixdə saat 23:19-da Azərbaycan Respublikasının dövlət sərhədinin Sədərək nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra Zülmət adlı şəxslə birlikdə 28 oktyabr 2021-ci il tarixdən 10 yanvar 2022-ci il tarixədək olan müddət ərzində sonuncuya məxsus “Tuana” hotelində kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasım təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində, təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadın aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikası vətəndaşı Zülmət adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının əvvəllərində ünvan 2 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə Türkiyə Respublikasının İğdır şəhərindən “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən telefon əlaqəsi saxlayıb ona Türkiyə Respublikasının İğdır şəhərində yerləşən restoranda xidmətçilik etməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 29 aprel 2022-ci il tarixdə saat 22:03-də Azərbaycan Respublikasının dövlət sərhədinin Sədərək nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla Zülmət adlı şəxslə birlikdə 30 aprel 2022- ci il tarixdən 2022-ci ilin may ayının sonlarınadək olan müddət ərzində sonuncuya məxsus “Tuana” hotelində kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox barəsində, təkrarən insan alveri cinayətini törətmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qızı onun rəfiqələri olmuş, həmin şəxslərlə uzun müddət birgə yaşamışdır. Digər Zərərçəkmiş şəxs3 ilə isə heç bir yaxınlığı olmamış, həmin şəxsi yaxından tanımamışdır. O, heç vaxt Zərərçəkmiş şəxs3 ilə hər hansı ölkəyə və ya yerə səyahət etməmişdir. Onun bacısı Türkiyə Respublikasının İstanbul şəhərində yaşadığından oraya bir neçə dəfə Zərərçəkmiş şəxs1 ilə getmiş, Zərərçəkmiş şəxs2 ilə isə, dəqiq tarixi xatırlamasa da, səhv etmirsə 2021-ci ildə bir dəfə Türkiyə Respublikasına səyahət etmişdir. Zərərçəkmiş şəxs2 ilə aralarında heç bir mübahisə olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ilk dəfə 2018-ci ildə Türkiyə Respublikasına getdiyini, İstanbulda olarkən bacısıgildə yaşadığını, tekstil fabriklərində, restoranlarda işlədiyini, Zərərçəkmiş şəxs3 ilə Türkiyə Respublikasına getmədiyini, sonuncunu bir neçə dəfə Quba rayonunda gördüyünü, lakin heç bir yaxın münasibətlərinin olmadığını, Zərərçəkmiş şəxs2 ilə birlikdə 2021-ci ildə Türkiyə Respublikasına qadın gözəllik salonu açmaq məqsədilə getdiklərini, lakin sənədlərdə problem olduğundan, Zərərçəkmiş şəxs2 bir aya yaxın müddətdə oradakı restoranlardan birində ofisiant işlədiyini, Zərərçəkmiş şəxs2 hər hansı iş təklif etmədiyini, qadın salonu işlətmək planları alınmadıqdan sonra Zərərçəkmiş şəxs2 İğdır şəhərində iş tapdığını, 10 günə yaxın müddətdə orada restoranlardan birində ofisiant işlədiyini, maaşı az olduğundan oradan da çıxdığını, İstanbul şəhərində ev kirayələri bahalı olduğuna görə, İğdır şəhərində yaşadıqlarını, o isə İğdır şəhərində olan zaman işləmədiyini, sevgilisinin onun evinin kirayə haqqını ödədiyini, İğdır şəhərində Zərərçəkmiş şəxs2 ilə eyni evdə yaşadığını, Zərərçəkmiş şəxs2 olduğu vaxtlarda sevgilisinin evə gəlmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə qismən razılaşdığını, daha sonra Zərərçəkmiş şəxs2 10 günlük o və Zərərçəkmiş şəxs1 birgə yaşadıqları evdə qalmaq üçün gəldiyini, İğdır şəhərində olarkən o və Zərərçəkmiş şəxs1 sevgililərinin olduğunu, o, heç vaxt Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 pul qarşılığında cinsi əlaqədə olmasını təşkil etmədiyini, Zərərçəkmiş şəxs1 kimlərləsə pul qarşılığında cinsi əlaqədə olması barədə məlumatının olmadığını, sevgilisi Zülmət adlı şəxslə “Tuana” adlı restoranı işlətdiyini, həmin restoranda kimlərinsə pul qarşılığında cinsi əlaqədə olubolmaması barədə bilmədiyini, bir neçə dəfə “Tuana” adlı restorana əylənmək məqsədilə gedib yemək yediyini bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, 2018-ci ildən etibarən işləmək üçün Türkiyə Respublikasına gedib-gəlməyə başlamış, ilk dəfə Türkiyə Respublikasının İstanbul şəhərində Arzum adlı rəfiqəsinin yanına tekstil fabrikində işləmək üçün getmiş, daha sonra isə restoranda xidmətçi kimi işləmiş, bundan sonrakı gedişlərində isə yenə də tekstil fabirikində işləmişdir. O, İstanbul şəhərindən başqa Türkiyə Respublikasının İğdır şəhərində də bir müddət qalmış, 2020-ci ildə Quba şəhərində Zərərçəkmiş şəxs3 ilə tanış olmuş, Fəridə ilə birlikdə işləməsələr də, Fəridə onun işlədiyi restorana müştəri qismində gəlmiş və elə həmin vaxt onlar tanış olmuşlar. Zülmət adlı şəxs onun sevgilisi olmuş və Zülmətlə qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar. O, Fəridəni Türkiyə Respublikasının İğdır şəhərində də görmüş, Fəridənin oraya kimin vasitəsilə və necə gəlməsi barədə onun məlumatı olmamışdır. Fəridəni orada görüb görüşmüş, ümumilikdə Fəridəni 2 dəfə həmin məkanda görmüşdür. Daha sonra Fəridə ilə əlaqəsi olmamışdır. Fəridə bildiyi qədəri ilə “Tuana” adlı məkana xidmətçi kimi işləmək məqsədilə gəlmişdir. Fəridənin orada hansı işlə məşğul olmasını da görməmiş, o, Fəridəni heç vaxt cinsi istismar etməmiş və heç kimlə cinsi əlaqədə olmasını təşkil etməmişdir. O, Zərərçəkmiş şəxs1 2019-cu ildə Quba şəhərində olan zaman tanımış, Nailə ilə onun rəfiqəsi olmuşdur. O, Nailə ilə 2 dəfə Türkiyə Respublikasına getmiş, orada olan zaman o, Nailə ilə birlikdə eyni evdə qalmışdır. Nailə onun yanına istirahət etmək məqsədilə gəlib qalmışdır. O da həmin zamanlar Zülmətlə birlikdə olmuşdur. Nailə ilə Zülmətin məkanına gedib orada istirahət etmiş, Nailə Zülmətin məkanında müştərilərlə görüşüb cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs2 bacısı Vüsalə vasitəsilə tanımış, Həmidə onun bacısı ilə birlikdə evdə qalmış, o, Həmidə ilə bir dəfə Türkiyə Respublikasına getmiş, oraya getməkdə məqsədləri gözəllik salonunda işləmək olmuşdur. Özlərinə iş qurmaq adı ilə Türkiyə Respublikasının İğdır şəhərinə getmişlər. Həmidə ilə Zülmət adlı şəxsin məkanına getmiş, Həmidənin orada müştərilərlə görüşüb cinsi əlaqədə olması barədə onun məlumatı olsa da, özü bunun şəxsən şahidi olmamışdır. Həmin zaman Nailə də onlarla birlikdə olmuşdur. Həmidənin orada işləməsi Zülmətlə əlaqədar olmuşdur. Həmidə onunla birlikdə Türkiyə Respublikasının İğdır şəhərinə getdikdə Zülməti tanımış, əvvəllər onun vasitəsilə Zülmət haqqında eşitsə də, Zülməti ilk dəfə İğdır şəhərində görüb tanımışdır. O, adlarını qeyd etdiyi qadınların heç birini cinsi istismar etməmiş, həmin qadınların nə üçün onun barəsində belə bir ifadə verdiklərini bilməmişdir. Zərərçəkmiş şəxs3 Zülmət tərəfindən pasportunun alınmasından onun heç bir məlumatı olmasa da, Fəridənin pasportunun alınmasının mümkün olmadığını bilmiş, çünki gördüyü qədəri ilə Fəridə öz razılığı ilə oraya gəlib işləmiş və heç kim Fəridəni məcbur etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında ədavət və ya düşmənçilik yoxdur, əvvəllər olmamışdır. O, Təqsirləndirilən şəxs 2020-ci ildə Quba şəhərində restoranda işləyərkən tanımışdır. 2022-ci ildə işsiz qalıb iş axtardığı zaman müxtəlif şəxslərə, o cümlədən Təqsirləndirilən şəxs bu barədə məlumat vermiş, Təqsirləndirilən şəxs da ona Türkiyə Respublikasında yaşayan sevgilisinin restoranında işləyə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs bilet almaq üçün pulunun olmadığını dedikdə, sonuncu ona bileti alacağını demiş, o da işləyib həmin biletin pulunu qaytaracağını vəd etmişdir. Ona Bakı şəhərindən Naxçıvan şəhərinə getmiş üçün təyyarə bileti alınmış, Naxçıvan şəhərində onu qarşılayıb avtomobillə Təqsirləndirilən şəxs sevgilisinin restoranına aparmışlar. Orada yemək yedikdən sonra qalacağı evə getmiş, həmin evdə 3 nəfər Təqsirləndirilən şəxs, o və hazırda Ankara şəhərində yaşayan Sahilə adlı xanım olmuşdur. Axşam saat 19 radələrində avtomobil gəlib onları restorana aparmış, orada ona masalarda əyləşib sifarişlər etməsini, yaxınlaşan müştərilərlə cinsi əlaqədə olmasını demişlər. O etiraz etdikdə, Zülmət adlı şəxs ona hədəqorxu gələrək “gəlmisənsə, onlar nə deyirlərsə, onu da etməlisən” söyləmiş, o da qorxduğu üçün razılaşaraq deyilənləri etmişdir. O, gün ərzində məcbur qalıb 2-3 nəfər şəxslə cinsi əlaqədə olmuş, bunun qarşılığında ***-**** türk lirəsi pul almış, həmin pulun yarısını yeyib-içmək və gecələmək xərcləri adı altında Zülmət adlı şəxsə vermişdir. 20 günə yaxın orada işlədikdən sonra Mehmet adlı şəxslə tanış olmuş və həmin şəxsə orada məcburi işlədildiyini, başqa yerə gedə bilmədiyini, nəzarət altında olduğunu demiş, Mehmet adlı şəxs Zülmətlə danışıb ona zamin durub borclarını qaytaracağını bildirərək getməsinə icazə istəmiş, Zülmət də razılaşmışdır. O, başqa restoranda ofisiant işləyərək Zülmətə olan 6000 türk lirəsi borcunu qaytardıqdan sonra Azərbaycana geri qayıtmışdır. Məhkəmə iclasında suallara cavab olaraq Zərərçəkmiş şəxs3 Türkiyə Respublikasına Təqsirləndirilən şəxs dəvəti ilə tək getdiyini, Naxçıvan şəhərində onu Zülmətin adamı olan Deniz adlı şəxsin qarşıladığını, Təqsirləndirilən şəxs Zülmətin işlədiyi restoranda olduğunu, Təqsirləndirilən şəxs ofisiant işləmək adı ilə gəldiyini, heç kəslə cinsi əlaqədə olmaq istəmədiyini dedikdə, Təqsirləndirilən şəxs ona Zülmətin dedikləri ilə razılaşmalı olduğunu, bütün gün nəzarət altında saxlanıldığını, yaşadığı evdən çölə çıxmağa icazə verilmədiyini, digər zərərçəkənləri Türkiyə Respublikasında görmədiyini, həmin şəxsləri Quba rayonunda restoranda işləyərkən tanıdığını, həmin şəxslərlə baş verənlər barədə danışmadığını, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə məlumat verdiyini, ibtidai istintaq vaxtı verdiyi ifadəsini təsdiq etdiyini, İğdır şəhərində Zülmətin restoranında qadınların masada əyləşdiklərini, müştərilərin seçdikləri qadınla cinsi əlaqədə olduqlarını, pulun həmin qadınlara verildiyini, daha sonra isə Təqsirləndirilən şəxs sevgilisi Zülmət adlı şəxslə pulları bölüşdürdüklərini, həmin yerə Təqsirləndirilən şəxs tanışı kimi getdiyini, şəxsən Təqsirləndirilən şəxs tərəfindən hədəqorxu gəlinməsə də, sonuncunun sevgilisi Zülmət adlı şəxsin ona öldürməklə və digər formada hədə-qorxu gəldiyini, Təqsirləndirilən şəxs isə Zülmətə qulaq asmasını ona dediyini, gündəlik 1000-1500 türk lirəsi qazansa da, Zülmətə olan borcunu qaytarmaq üçün pul yığa bilmədiyini, çünki yemək, ev və s. xərclərinin çox olduğunu, Zülmət onun sənədlərini əvvəlcə götürdüyünü, sonradan polisin qorxusundan sənədlərini özünə qaytardığını, Təqsirləndirilən şəxs bilə-bilə onu işləmək adı ilə İğdır şəhərinə dəvət etdiyini, Təqsirləndirilən şəxs təklifindən əvvəl Türkiyə Respublikasına heç vaxt getmədiyini, oraya gedərkən üzərində pul olmadığını, təyyarə biletinin qiymətini bilmədiyini, pasportunu Zülmət adlı şəxsin onun aldığı üçün Türkiyə Respublikasında polis orqanlarına şikayət etdiyini, polis əməkdaşının pasportu alıb ona qaytardığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını, onun barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını, Zülmətin işlətdiyi restoranın adının “Tuana” olduğunu, həmin restoranın İğdır şəhərində yerləşdiyini bildirdi. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində isə Zərərçəkmiş şəxs3 cinayətin törədilmə yeri və vaxtı barədə oxşar məzmunlu ifadə verməklə, Təqsirləndirilən şəxs və Zülmət adlı şəxsin ona “Tuana” restoranında ona yaxınlaşan şəxslərlə cinsi əlaqədə olmasını, həmin yerə gəlməsi üçün çəkilən xərcləri ödəməsini tələb etməsini, hər gün Təqsirləndirilən şəxs nəzarəti altında həmin restorana gedib-gəldiyini, Təqsirləndirilən şəxs nəzarəti olmadan hərəkət edə bilmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə aralarında ədavət və ya düşmənçilik yoxdur, əvvəllər olmamışdır. O, Təqsirləndirilən şəxs çoxdan tanımış, sonuncu ilə birgə bir neçə il müddətində Quba rayonunda işlədikdən sonra Türkiyə Respublikasında iş görmək qərarına gəlmişlər. Qadın gözəllik salonu açmaq məqsədilə 2021-ci ildə Təqsirləndirilən şəxs ilə birgə Türkiyə Respublikasının İğdır şəhərinə getmiş, orada planları baş tutmadığına görə həmin ölkənin İğdır şəhərində yerləşən “Tuana” restoranında ofisiant işləmişdir. Təxminən 15 gün orada işlədikdən sonra Ankara şəhərinə getmiş, bir müddət həmin şəhərdə qaldıqdan sonra ölkəyə geri qayıtmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs2 Zülmət adlı şəxsin Təqsirləndirilən şəxs sevgilisi olduğunu, Zülmət adlı şəxslə İğdır şəhərində tanış olduğunu, Zülmətə məxsus olan “Tuana” adlı restoranda 10-15 gün müddətində ofisiant işlədiyini, inanıb ibtidai istintaq verdiyi ifadəni oxumadan imzaladığını, həmin restoranda heç kimlə pul müqabilində cinsi əlaqədə olmadığını, gündəlik 300-400 türk lirəsi aralığında qazancının olduğunu, orada Təqsirləndirilən şəxs ilə birgə yaşadığını, kirayə haqqını ödəmədiyini, Təqsirləndirilən şəxs və sevgilisi Zülmətin ona qarşı heç bir hədə-qorxu gəlmədiklərini, Təqsirləndirilən şəxs şikayət etmədiyini, həmin dövrdə Təqsirləndirilən şəxs İşdır şəhərində sevgilisi ilə yaşadığını, hətta getməmişdən əvvəl Təqsirləndirilən şəxs sevgilisi ilə mobil telefonda danışdığını, Təqsirləndirilən şəxs ilə eyni evdə yaşadığını, Təqsirləndirilən şəxs sevgilisi Zülmət adlı şəxsin də həmin evə gəldiyini, lakin evli olduğundan gecələr qala bilmədiyini, Təqsirləndirilən şəxs Türkiyə Respublikasında yaşayış üçün icazəsinin olub-olmamasını bilmədiyini, bu barədə aralarında hər hansı söhbətin olmadığını, işsiz qaldığından Zülmət adlı şəxsə müraciət edərək ona kömək edə bilib-bilmədiyini soruşduğunu, Zülmətin ona “bacı” deyə xitab edib kömək edə biləcəyini bildirdiyini, “Tuana” adlı restoranda qadınların pul müqabilində müştərilərlə cinsi əlaqədə olmalarını görmədiyini, özünə qarşı Təqsirləndirilən şəxs və ya digər şəxs tərəfindən hər hansı təzyiqin olmadığını, 12 ilə yaxın müddətdən bəri Təqsirləndirilən şəxs onun rəfiqəsi olduğunu, ibtidai istintaq verdiyi ifadəni imzalasa da, məzmununu oxumadığını bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 330.1-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə Bakı şəhəri, Xətai rayonu ərazisində hazırda ünvanı xatırlamadığı mənzildə kirayədə Vüsalə adlı rəfiqəsilə birlikdə yaşamış, həmin zamanlar Vüsalənin bacısı Sevinc onların evinə gedib getmiş, Sevinclə münasibəti yaranıb rəfiqə kimi əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs son vaxtlar Türkiyə Respublikasına gedibgəlmiş, soruşduqda Sevinc Türkiyə Respublikasının İğdır şəhərində olan restoranda xidmətçi kimi işlədiyini ona bildirmişdir. Sevinc orada yaxşı qazanc əldə etdiyini də ona söyləyib işləməyi təklif etsə də, o, çətin olacağını fikirləşdiyi üçün həmin təkliflə razılaşmamışdır. Təxminən 2021-ci ilin oktyabr ayının ortalarında işsiz qaldığından Təqsirləndirilən şəxs müraciət edib iş tapmaqda ona köməklik etməyini xahiş etmiş, Sevinc özünün də yaxın müddətdə Türkiyə Respublikasına gedəcəyini və birlikdə gedib orada sevgilisi Zülmət adlı şəxsin restoranında işləyə biləcəklərini söyləmiş, o, orada nə işləyəcəyini soruşduqda Təqsirləndirilən şəxs ona narahat olmamasını, orada xidmətçi kimi işləyərək pul qazana biləcəklərini, ortaq tanışları olan Nailə adlı rəfiqələrinin də onlarla birlikdə gedəcəklərini söyləmişdir. O, razılaşdıqdan sonra Təqsirləndirilən şəxs ilə birgə aviabilet almışlar. O, biletin pulunu vermiş, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs ilə birgə təyyarə vasitəsilə Naxçıvan Muxtar Respublikasına, oradan da avtomobillə Türkiyə Respublikasının İğdır şəhərində Sevincin əvvəlcədən kirayə tutduğu mənzilə getmişlər. Növbəti gün, yəni 28 oktyabr 2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs onu özü ilə birlikdə Zülmət adlı şəxsin işlətdiyi “Tuana” adlı restorana aparmış, həmin məkanda Zülmət adlı şəxs onları qarşılamış, Nailə də onunla birgə olmuşdur. İş barədə söhbət edərkən Zülmət və Sevinc ona iş kimi gələn müştərilərlə restoranın daxilində olan otaqlarda görüşüb cinsi əlaqədə olmalarını bildirmiş, o, etiraz edib həmin işlə bağlı gəlmədiyini dedikdə, Təqsirləndirilən şəxs gəlibsə, dediklərini etməli olduğunu söyləmişdir. Bundan sonra Zülmət adlı şəxs onunla yüksək səslə danışaraq təhqir etmiş, dediklərini etmədiyi halda İğdır şəhərində başına oyun gətirəcəklərini söyləmişdir. Təqsirləndirilən şəxs və Zülmət onu və Nailəni təxminən 30 dəqiqə ərzində təhqir edib dediklərini etməli olduğunu bildirmiş, Nailə ona ilk dəfə həmin yerə gəldikdə görüntülərini çəkib özlərində saxladıqlarını, həmin görüntülər vasitəsilə ona hədə-qorxu gəldiklərini söyləmişdir. Yol xərclərini özü çəkdiyi üçün pulu qalmamış və ona yardım edəcək şəxs də olmamışdır. O, ilk də İğdır şəhərinə getmişdir. Sevincgilin təhdid və təhqirlərinə dözə bilməmiş və məcbur qalıb razılaşmışdır. Bundan sonra Sevincgil onu və Nailəni məkanın daxilinə aparıb orada əyləşib gözləmələrini, ona müştərilərlə 500-600 türk lirəsi pul müqabilində görüşüb cinsi əlaqədə olmalı olduğunu bildirmişlər. Bundan sonra o, məkanda əyləşmiş və müştəri ona yaxınlaşdıqda müştəri ilə 500-600 türk lirəsi müqabilində görüşüb cinsi əlaqədə olmuşdur. Həmin pulun bir çox hissəsini Sevinc ev pulu, Zülmət isə restoranda göstərilən xidmət adı ilə ondan almışlar. Restoranın içində cinsi əlaqədə olmaq üçün iki ədəd yataq otağı olmuşdur ki, həmin yerdə müştərilər onlarla görüşüb cinsi əlaqədə olmuşdurlar. O, Sevinclə birlikdə restorana təxminən saat 19:00-da gedib 04:00-a qədər orada qalmışdır. Sevinc hər dəfə onu özü ilə birlikdə restorana aparıb gətirmiş, onların qaldığı evlə restoranın arasında avtomobillə təxminən 7-8 dəqiqəlik məsafə olmuş, o, Sevincin nəzarəti olmadan hərəkət edə bilməmiş, Sevinc ona hər dəfə nəzarət etmiş, evdən də Sevincdən icazəsiz çıxa bilməmiş, müştəridən aldığı puldan ona demək olar ki, heç nə qalmamışdır. 25 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasının vətəndaşının köməkliyi ilə İğdır şəhərini tərk etmiş, o da Sevincə hər dəfə getmək istədiyini bildirmişdir. Təxminən 1 ay sonra Təqsirləndirilən şəxs ona Naxçıvan Muxtar Respublikasına giriş-çıxış edib qayıtmalarının lazım olduğunu demiş, o, qayıtmaq istəmədiyini söyləsə də, Təqsirləndirilən şəxs bununla razılaşmamışdır. Onlar birgə Naxçıvan Muxtar Respublikasına getmiş, Türkiyə Respublikasını çıxan zaman onun pasportunun köhnə olduğunu bildirərək pasportunu dəyişdirməli olduğunu qeyd etdirlər. Bundan sonra o, Sevinclə birlikdə Naxçıvan şəhərinə gedib orada bir günlük rüsum ödəyərək pasport almışlar. Sevinc həmin rüsumun pulunu ona ödətmişdir. Təqsirləndirilən şəxs ona Naxçıvan şəhərində kiməsə dediyi təqdirdə, restoranın otağında müştəri ilə görüşdüyü görüntülərin hamısının Zülmət tərəfindən sosial şəbəkələrdə və onun tanışları arasında yayılacağını dediyindən, qorxub heç kimə deməmiş, o, pasportu alıb yenidən İğdır şəhərinə qayıtmışlar. Sevinc və Zülmət onu təxminən 10 yanvar 2022-ci il tarixədək cinsi istismar etmişlər. O, bezdiyini, ailəsinin onu görmək istədiyini bildirmiş, daha sonra gələn müştərilərlə mübahisə edib problemlər yaratmağa başlamış, Zülmət məcbur olub onun getməsini istəmiş, əşyalarını toplayıb Azərbaycan Respublikasına gəlmiş, uzun müddət özünü toplaya bilməmiş, çünki Sevinc və Zülmət onunla əşya kimi rəftar etmişlər. Azərbaycan Respublikasına gəldikdən sonra Sevincgil barəsində şikayət etmək istəsə də, qorxuğu üçün heç kimə bu barədə söz deməmiş, lakin daha sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin olduğunu və Sevinc kimi şəxslər barəsində qanuni tədbir görüldüyünü eşidib Sevinc və Zülmət adlı şəxslər barəsində şikayət etmək qərarına gəlmişdir. Onunla birlikdə qalan Nailə adlı qadını da Sevincgil cinsi istismar etmişdir. Orada Sevincgilin yanında başqa Azərbaycan Respublikası vətəndaşı olan qadınlar da olmuş, lakin həmin qadınların anket məlumatlarını o bilməmiş, həmin qadınların Sevinc vasitəsilə oraya gəlib-gəlmədiklərini bilməmişdir. Sevinc və Zülmət onu orada məcbur saxlamış, onun geri qayıtmağa pulu olmadığını bilib özlərindən asılı vəziyyətə salmışlar. Pasportu özündə olsa da, bunun heç bir mənası olmamış, çünki geri qayıtmağa pulu olmamışdır. Müştəridən alman pulun çox hissəsini müxtəlif adlarla ondan almışlar. Restoran və evdən çıxmağına icazə verilməmiş, Təqsirləndirilən şəxs ona mütəmadi nəzarət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə aralarında ədavət və ya düşmənçilik yoxdur, əvvəllər olmamışdır. Başında şiş olduğundan müalicə məqsədilə o, Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, bir neçə gün orada qalıb ölkəyə qayıtmaq məqsədilə İğdır şəhərində olduğu zaman həmin şəhər xoşuna gəldiyindən orada işləmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ilə birgə bir müddət İğdır şəhərində qalmış, orada iş yerləri və verilən maaşlar onu qane etmədiyindən Trabzon şəhərinə getmişdir. Trabzon şəhərində müayinə olunduqdan sonra bir müddət orada yaşayıb ölkəyə geri qayıtmışdır. Məhkəmə iclasında suallara cavab olaraq Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs Quba rayonundan tanıdığını, 5-6 ildən bəri Təqsirləndirilən şəxs ilə münasibəti olduğunu, Təqsirləndirilən şəxs ilə birgə Türkiyə Respublikasına getdiklərini, Bakı şəhərindən təyyarə ilə Naxçıvan şəhərinə, oradan da avtobusla İğdır şəhərinə getdiyini, İğdır şəhərində Təqsirləndirilən şəxs sevgilisi Zülmət adlı şəxslə görüşdüyünü, Zülmət adlı şəxsin ona restoranında ofisiant kimi işləməyi təklif etdiyini, Zülmət adlı şəxslə razılaşmadığını, Təqsirləndirilən şəxs və ya onun sevgilisi Zülmət adlı şəxs ona pul qarşılığında cinsi əlaqədə olmaqla işləmək barədə təklif etmədiklərini, ümumiyyətlə başında şiş olduğundan o, tez-tez cinsi əlaqədə ola bilmədiyini, İğdırda Təqsirləndirilən şəxs ilə birgə yaşadığı dövr ərzində heç kəslə pul qarşılığında cinsi əlaqədə olmadığını, ibtidai istintaq vaxtı verdiyi ifadəni təsdiq etmədiyini, orada nə yazıldığını bilmədiyini, lakin ifadəni oxumadan imzaladığını, İstanbul şəhərində Təqsirləndirilən şəxs bacısıgildə təxminən 4-5 gün qaldığını, orada qaldığı müddət ərzində Azərbaycan Respublikasından apardığı pullar vasitəsilə müayinədən keçdiyini, cərrahi əməliyyat olunmalı olduğunu dediklərini, cərrahi əməliyyat olunmaq istəmədiyini, İstanbul şəhərindən İğdır şəhərinə gələrkən təyyarədə bir nəfər şəxslə tanış olub sonuncu ilə sevgili olduğunu, həmin şəxsin onu İğdır şəhərini gəzdirməyi təklif etdikdə razılaşaraq orada qaldığını, daha sonra isə həmin şəxslə birgə Trabzon şəhərinə getdiyini, Türkiyə Respublikasına gedərkən Təqsirləndirilən şəxs ilə hərəsinin öz yol pullarını verdiklərini, orada pasportun özündə olduğunu, Təqsirləndirilən şəxs ona pul qarşılığında cinsi əlaqəda olmaqla işləmək barədə təklif etmədiyini, o, Təqsirləndirilən şəxs barəsində şikayət etmədiyini, Təqsirləndirilən şəxs ilə münasibətlərinin indi də davam etdiyini, məhkəmə iclasından əvvəl Təqsirləndirilən şəxs ilə danışmadığını, yolboyu Təqsirləndirilən şəxs İğdır şəhərində olan sevgilisi Zülmət adlı şəxs barəsində ona danışdığını, həmin şəhərdə Zülmət adlı şəxsi gördüyünü, Təqsirləndirilən şəxs sevgilisi Zülmətin İğdır şəhərində restoran işlətdiyini, həmin restoranda qadınların kişilərlə pul qarşılığında cinsi əlaqədə olduqlarını görmədiyini, tanış olduğu şəxslə arasında cinsi əlaqənin ilk dəfə Trabzon şəhərində olduğunu, tez-tez cinsi əlaqədə ola bilməməklə bağlı məhdudiyyəti həkimlərin qoyduğunu, bununla bağlı xəstəxanadan verilən sənədlərin də mövcudluğunu, qızını görmək istədiyi üçün Azərbaycana geri qayıtdığını, yol pullarını sevgilisinin bank kartına göndərdiyi pullar vasitəsilə verdiyini, hətta sevgilisinin də bir neçə dəfə Azərbaycana gəldiyini bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 330.1-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təxminən 2019-cu ildə Quba şəhərində Təqsirləndirilən şəxs ilə tanış olan zaman orada ortaq tanışları Zərərçəkmiş şəxs2 da olmuşdur. O, 2021-ci il tarixdə Bakı şəhərində bir müddət işsiz qalmış, həmin vaxtadək Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb bir-biriləri ilə danışmışlar. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının İğdır şəhərində olan sevgilisinin restoranına gedib orada işlədiyini demiş, 2021-ci ilin yay aylarında yaşadığı ünvan 1 ünvanında olarkən Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb işsiz olduğunu, uşağına baxmaqda çətinlik çəkdiyini ona söyləmiş, Təqsirləndirilən şəxs ona birlikdə Türkiyə Respublikasına gedib orada sevgilisinin restoranında xidmətçi işləyərək yaxşı qazanc əldə edə biləcəyini təklif etmiş, o, Təqsirləndirilən şəxs bu təklifinə heç vaxt Türkiyə Respublikasında olmadığından tərəddüt etmişdir. O, iş tapa bilmədiyi üçün 2021-ci ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs ilə razılaşdıqdan sonra, sonuncu bilet alacağını və birlikdə Türkiyə Respublikasına gedəcəklərini bildirmiş, bilet alındıqdan sonra Təqsirləndirilən şəxs ilə birgə təyyarə vasitəsilə Naxçıvan Muxtar Respublikasına, oradan da avtomobillə 06 iyul 2021-ci il tarixdə Türkiyə Respublikasının İğdır şəhərinə getmişlər. Avtomobilin pulunu da Təqsirləndirilən şəxs vermiş və sonuncu ona bütün xərclərin sevgilisi tərəfindən qarşılandığını, işlədikdən sonra pulları ödəyə biləcəyini söyləmişdir. İğdır şəhərinə çatdıqları gün orada istirahət etmiş, növbəti gün, yəni 07 iyul 2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs onu Zülmət adlı şəxsin işlətdiyi “Tuana” adlı restorana aparmış, həmin məkanda Zülmət adlı şəxs onu qarşılamışdır. O, Təqsirləndirilən şəxs və Zülmət adlı şəxslə iş barəsində söhbət etməyə başlayaraq əvvəllər də müxtəlif restoranlarda xidmətçi işlədiyini və bu sahədə təcrübəsi olduğunu dedikdə, Zülmət bu məsələnin maraqlı olmadığını, orada xidmətçi kimi işləyəcək bir çox şəxsin olduğunu bildirib ona restorana müştərilər qismində gələn şəxslərlə restoranda şərait yaradılmış otaqlarda görüşüb cinsi əlaqədə olmasını təklif etmişdir. O, dərhal çevrilib Təqsirləndirilən şəxs baxdıqda sonuncu Zülmətin düz dediyini, burada müştərilərlə görüşüb cinsi əlaqədə olmaqla çoxlu pul qazana biləcəyini söyləmiş, o, etiraz edərək bu iş üçün gəlmədiyini desə də, ona həmin işi görməli olduğunu bildirmişlər. Zülmət onun oraya gəlməyi üçün xeyli pul xərclədiyini bildirmiş və qeyd etmişdir ki, Sevincin nəzarəti altında kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmalıdır, xeyli borcu var, borcunu ödədiyi halda geri qayıda bilər. O, pulunun olmadığını, pulu olduğu halda geri ödəyəcəyini bildirmiş, Zülmət ona oyun oynamaması və dediklərini etmədiyi halda öldürüləcəyini söyləmiş, daha sonra onu təhqir edib üstünə qışqırmış və otaqdan çıxaraq dərhal dediklərini etməli olduğunu bildirmişdir. O, ağlayaraq Təqsirləndirilən şəxs kömək istəsə də, sonuncu hər şeyin yaxşı olacağını deyib onu aldatmış və Zülmətin dedikləri ilə razılaşmalı olduğunu bildirmişdir. O, məcbur qalıb razılaşdıqdan sonra Sevinc və Zülmət onu nəzarəti altında müştərilərlə görüşdürüb cinsi əlaqədə olmağına şərait yaratmışlar. Belə ki, o, masada əyləşib nə isə sifariş vermiş, müştərilər ona yaxınlaşıb cinsi əlaqədə olmuşlar. Müştərilər pulu Zülmətə vermiş, o, restoranda olan otaqlarda müştərilərlə görüşüb cinsi əlaqədə olmuşdur. Lakin pulu Zülmət özü almış, o, pul istədikdə Zülmət borcu olduğunu bildirib ona pul verməmişdir. Restorandan çıxdıqda isə Təqsirləndirilən şəxs ona nəzarət etmiş, onu evdən çıxmağa və harasa getməyə qoymamışdır. Təqsirləndirilən şəxs onu özü ilə birgə restorana aparıb gətirmiş, bu şəkildə Təqsirləndirilən şəxs və Zülmət 14 avqust 2021-ci il tarixədək onu cinsi istismar etmişlər. 14 avqust 2021-ci il tarixdə Sevinclə birlikdə Azərbaycan Respublikasına geri qayıtmış, Zülmət ona cinsi əlaqədə olduğu otaqda kameranın olduğunu, kiməsə dediyi təqdirdə, müştərilərlə olan görüntülərini bütün internet platformasında yayacağını söyləmiş, Təqsirləndirilən şəxs da kiməsə dediyi halda, onu bütün tanışları arasında rüsvay edəcəyini bildirmişdir. Qayıtdıqdan sonra qorxusundan bu barədə heç kimə deməmiş, təxminən 1 həftə sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb yenidən birgə getməli olduqlarını bildirmiş, o, getmək istəmədiyini söylədikdə, videoaların yayılması ilə hədələndiyindən, razılaşmışdır. Təqsirləndirilən şəxs blietləri aldıqdan sonra sonuncu ilə birgə 23 avqust 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına, oradan da Türkiyə Respublikasının İğdır şəhərinə getmişlər. O, 24 avqust 2021-ci il tarixdən Zülmətlə birlikdə onu müştərilərə təqdim etməyə başlamış, Sevincgil ona görə hər müştəri ilə görüşdükdə təxminən 600-800 türk lirəsi pul alıb ona 100-200 türk lirəsi pul vermiş, pulun qalan hissəsini isə restoranda içdiyi su, evdə qalmağı və evdə olan bazarlıqlara çıxmışlar. O, məcbur olduğu üçün səsini çıxara bilməmiş, bu qaydada Sevincgil onu 21 oktyabr 2021-ci il tarixədək olan müddətdə cinsi istismar etmişlər. 21 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə Azərbaycan Respublikasına geri qayıtmış, yenə də qorxduğu və birdən onun orada çəkilmiş görüntülərini yayacaqları hədəsi ilə heç kimə bu barədə deyə bilməmişdir. Gəldikdən bir neçə gün sonra Təqsirləndirilən şəxs ona Zülmət tərəfindən çağırıldığını və yenidən getməli olduğunu dedikdə, o, Təqsirləndirilən şəxs getmək istəmədiyini, özünə qəsd etmək istəyini bildirmiş, Təqsirləndirilən şəxs isə dediklərini etməyəcəyi halda rüsvay olacağını və övladının ortada qalacağını söylədikdə, o, məcbur olub razılaşmış, daha sonra Sevinc yenidən onunla əlaqə saxlayaraq tanışları Həmidənin də onlarla gedəcəyini, Həmidəyə iş barədə heç nə deməməyini, Həmidənin getməməyi halında özündən küsməsini bildirmişdir. O, bu səbəbdən Həmidəyə heç nə deməmiş, 27 oktyabr 2021-ci ildə Həmidə, o və Sevinc birlikdə Türkiyə Respublikasının İğdır şəhərinə getmişlər. Sevinc onları yenə də əvvəlcədən kirayə tutduğu mənzilə aparmış, lakin qorxduğu üçün Həmidəyə heç nə deyə bilməmiş, Sevinc onları xx.xx.2021-ci il tarixdən Zülmətlə birlikdə cinsi istismar etməyə başlamışdır. Həmidəyə hədə-qorxu gəlib təhqir etməyə başlamışlar. Həmidə də məcbur olub Sevincgil ilə razılaşmış, bu dəfə müştəridən pulu onun özü almış, Həmidə də pulu özü almışıdr. Lakin pulun çox hissəsini restoran və ev pulu adı ilə Zülmət və Sevinc götürmüşdür. O, həmin dövrdə Türkiyə Respublikası vətəndaşı Mehmet Çaranla tanış olmuş və X10 danışığı nəticəsində oradan çıxa bilmişdir. Beləliklə Zülmət və Sevinc xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixədək onu cinsi istismar etmişlər. Bundan sonra həmin şəxsin Türkiyə Respublikasının Ərzurum şəhərində açdığı gözəllik salonunda işləməyə başlamış, bundan sonra Türkiyə Respublikasına gedişlərinin səbəbi də həmin gözəllik salonunda işləməsi olmuşdur. Sevinc və Zülmət onunla birlikdə qalan Həmidə adlı qadını da cinsi istismar etmişdir. Orada başqa Azərbaycan Respublikası vətəndaşı olan qadınlar da olmuş, lakin o, həmin qadınların anket məlumatlarını bilməmişdir. Təqsirləndirilən şəxs və Zülmət onu orada məcbur saxlamış, Zülmət geniş əlaqələrinin olduğunu deyib hədələdiyindən söylədiklərini etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərdi ki, onun Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə aralarında ədavət və ya düşmənçilik yoxdur, əvvəllər olmamışdır. O, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2023-cü ilin may ayında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Baş İdarəyə etdikləri müraciətin araşdırılması rəhbərlik tərəfindən ona tapşırılmış, həmin ilin iyun ayında eyni məzmunda müraciət edən Zərərçəkmiş şəxs3 izahatı da araşdırma materiallarına əlavə olunaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə təhvil verilmişdir. Hər 3 şəxsin müraciətinin məzmunu Təqsirləndirilən şəxs həmin şəxsləri Türkiyə Respublikasının İğdır şəhərinə apararaq, orada Zülmət adlı şəxslə birgə cinsi istismara məruz qoyması barədə olmuşdur. Məhkəmə iclasında suallara cavab olaraq Şahid həmin şəxslərin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində ondan başqa heç bir əməkdaşla ünsiyyətdə olmadıqlarını, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı onun tərəfindən heç bir təzyiq göstərilmədiyini, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dediklərini həmin şəxslərin izahatlarına yazıb imzalatdığını, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona izahat verdikdən sonra müstəntiqə ifadə verdiklərini, təqsirləndirilən şəxslə aralarında üzləşdirmə aparıldığını, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müstəntiqə ifadə verən zaman orada iştirak etmədiyini, izahat vermək üçün Zərərçəkmiş şəxs1 və Həmidə X4rşı Mübarizə Baş İdarəsinə dəvət etdiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 həmin ərizəsində Təqsirləndirilən şəxs onu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Türkiyə Respublikasının İğdır şəhərinə apararaq cinsi istismara məruz qoyduğunu bildirmişdir. (Cild 1, iş vərəqə 5) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 həmin ərizəsində Təqsirləndirilən şəxs onu xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Türkiyə Respublikasının İğdır şəhərinə apararaq cinsi istismara məruz qoyduğunu bildirmişdir. (Cild 1, iş vərəqə 14) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 həmin ərizəsində Təqsirləndirilən şəxs onu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Türkiyə Respublikasının İğdır şəhərinə apararaq cinsi istismara məruz qoyduğunu bildirmişdir. (Cild 1, iş vərəqə 29) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 41) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 55) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 70) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Daxili İşlər Nazirliyinin İAMAS-dan götürülmüş MAPS-uçot xəritələrinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə saat 23:19 dəqiqədə «C01115340» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə saat 01:21 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin tarixdə saat 19:54 «C03003987» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 14:45 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə saat 22:03 dəqiqədə «C03255795» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 13:40 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə saat 19:40 dəqiqədə «AA*******» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021 -ci il tarixdə saat 11:48 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, xx.xx.2021-ci il tarixdə saat 21:23 dəqiqədə «C04036466» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə saat 13:34 dəqiqədə əmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, xx.xx.2021-ci il tarixdə saat 23:18 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə saat 16:34 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədorək” sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 19:39 dəqiqədə C01913500 nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə saat 11:48 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, xx.xx.2021-ci il tarixdə 21:09 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası iqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə saat 13:33 dəqiqədə həmin sənəddən istifadə nınəklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, xx.xx.2021-ci il tarixdə saat 23:20 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə saat 01:18 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin tarixdə saat 19:58 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, 03.02. 2022-ci il tarixdə saat 12:15 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, xx.xx.2022-ci il tarixdə saat 01:03 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 12:56 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini “Sədərək” sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. (Cild 1, iş vərəqə 87-88) xx.xx.2023-cü il tarixli Üzləşdirmə protokollarından görünür ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Orucova X2 Sevinc Xanlar qızı ilə üzləşdirilmiş, zərərçəkmiş şəxslər ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. (Cild 1, iş vərəqə 104-119) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 121- 123) xx.xx.2023-cü il tarixli “Təqsirləndirən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, iş vərəqə 124-127) xx.xx.2023-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 141-142) xx.xx.2023-cü il tarixli arayış və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı, yəni xx.xx.2013-cü il təvəllüdlü və xx.xx.2014-cü il təvəllüdlü uşaqları vardır. (Cild 1, iş vərəqə 149) Xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqə 150) İttiham aktına əlavə olunmuş şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 az yaşlı övladı var. xx.xx.2013-cü il tarixli X8 və xx.xx.2014-cü il tarixli X5r. (Cild 1, iş vərəqə 151) Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-cü il tarixli qətnaməsindən görünür ki, birgə nigahdan olan xx.xx.2013-cü il təvəllüdlü və xx.xx.2014-cü il təvəllüdlü uşaqları Təqsirləndirilən şəxs himayəsində qalmışdır. (Cild 1, iş vərəqə 153-156) Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilmərnəsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfinin ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini özünümüdafiə xarakter daşıması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmü qanuni, əsaslı və ədalətli olmalıdır. Məhkəmə hökmünün qanuniliyinin, əsaslılığının və ədalətliliyinin təmin edilməsi demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Belə ki, məhkəkə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin hədə-qorxu məcbur etmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə iki və daha çox şəxs barəsində insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətmişdir. Törədilmiş cinayət əməllərinin transmilli cinayətlər kateqoriyasına aid edilməsinə baxmayaraq, əməliyyat və ibtidai istintaq orqanı tərəfindən cinayətin törədilmə yerinin, üsulunun, mexanizminin, vasitəsinin, cinayətin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində heç bir tədbir görülməmiş, Türkiyə Respublikasının səlahiyyətli orqanlarına sorğu göndərilməmişdir. Bu səbəbdən məhkəmə bu hissədə ibtidai istintaq orqanının apardığı ibtidai araşdırmanı natamam sayaraq ona tənqidi yanaşır. Məhkəmə bir halı qeyd edir ki, Zərərçəkmiş şəxs3 məhkəməyə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verməklə Təqsirləndirilən şəxs təklifi ilə Türkiyə Respublikasının İğdır şəhərinə getdiyini, orada Zülmət adlı şəxsin onu restorana gələn müştərilərlə cinsi əlaqədə olmağa məcbur etdiyini, əldə edilmiş pulu Təqsirləndirilən şəxs ilə böldüyünü deməklə sonuncunun ona qarşı cinayət törətməsini üzünə qarşı demişdir. Digər zərərçəkmiş şəxslər, yəni Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs onlara qarşı hər hansı cinayət törətmədiyini, rəfiqə olduqlarını desələr də, həmin şəxslər ibtidai istintaq zamanı verdikləri ifadələrində ittihamda göstərilənə uyğun məzmunda ifadə vermişlər. Odur ki, məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı verdikləri ifadələrinə tənqidi yanaşır və həmin zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrini sübut növü kimi qiymətləndirir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdikləri ifadələri şübhə altına almaq üçün heç bir əsas yoxdur. Bu səbəbdən də, məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərin tövsifi və təqsirinin sübuta yetirilməsi məsələsində zərərçəkmiş şəxslərin qeyd edilən ifadələrini, habelə ərizələrini, eyni tarixlərdə Türkiyə Respublikasına getmələrini və digər sənədləri sübut kimi qəbul edir və həmin sübutlar əsasında belə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadədən fərqli məzmunda ifadə verməklə müxtəlif hallara istinad etmişdir. Lakin o, istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin sözügedən ifadələrində göstərmiş olduqları halları təkzib etməyə çalışsa da, özünün istinad etdiyi hallara dair heç bir əsaslı arqumenti irəli sürə bilməmiş və istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmə istintaqında zərərçəkmiş şəxslərin qeyd edilən ifadələrində göstərilmiş halları təkzib və istisna edə biləcək digər sübutlar və hallar da müəyyən edilməmişdir. Bu səbəbdən də, məhkəmə təqsirləndirilən şəxsin əməllərinin tövsifi məsələsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı, Zərərçəkmiş şəxs3 isə həm məhkəmə baxışı, həm də məhkəməyədək icraat zamanı verdikləri ifadələri təkzibedilməz, əsaslı və həlledici sübutlar kimi qəbul edir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə istintaqında müəyyən edilmiş və yuxarıda sadalanan hallardan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Yəni, cinayət hadisəsi həqiqətən baş vermiş, göstərilən cinayət əməlləri ayrı-ayrılıqda Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir. Bu cinayət əməllərinin törədilməsində məhz o, təqsirlidir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirilmiş, onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1-ci maddəsinin “Qeyd”-inin 1-ci bəndinə görə, həmin maddədə “insanın istismarı” dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz götürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür. Sözügedən “Qeyd”-in 2-ci bəndinə görə, insan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı, yəni xx.xx.2013-cü il təvəllüdlü və xx.xx.2014-cü il təvəllüdlü uşaqlarının olmasını nəzərə alır. Məhkəmə bir halı da qeyd edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmış, hər hansı şikayət və tələblərinin olmadığını bildirmiş və bu barədə müvafiq ərizələrini məhkəməyə təqdim etmişlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsi cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Tovuz rayon İcra Hakimiyyəti başçısının Əlimərdanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 214 nömrəli arayışından görünür ki, bacısının xx.xx.2011-ci il təvəllüdlü uşağı Təqsirləndirilən şəxs himayəsindədir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bacısının azyaşlı uşağının da olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Dövlət ittihamçısı məhkəmə çıxışı zamanı Təqsirləndirilən şəxs törətdiyi əməllərdə təqsirli bilinməklə, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri ilə 9 il müddətinə, həmin Məcəllənin 144-3.4-cü maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2-ci maddəsinin tövsifedici əlamətlərinə görə cinayət törətmiş şəxsə 8 (səkkiz) ildən 12 (on iki) ilədək müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsinə əsasən isə cinayət törətmiş şəxsə 2 (iki) ildən 4 (dörd) ilədək müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halların mövcudluğunu, cəzasını ağırlaşdıran halın isə olmamasını, habelə yuxarıda qeyd olunan halların məcmusunu nəzərə almaqla işin faktiki hallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə aşağı həddə cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Həmçinin, onun əməlləri cinayətlərin məcmusunu yaratdığından ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri üzrə qeyd edilən hal nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını yüngülləşdirən halların məcmusu nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunaraq azyaşlı uşaqları on dörd yaşına çatanadək hökmün icrası təxirə salınmalıdır. Məhkəmə bir halı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməllər Cinayət Məcəlləsinin “Şəxsiyyət əleyhinə cinayətlər” bölməsinin “Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər” fəslinə aiddir və təqsirləndirilən şəxsə “İnsan alveri” cinayətinə görə cəzasını yüngülləşdirən hallar nəzərə alındıqdan sonra maddənin sanksiyasında olan ən aşağı həddə, yəni 8 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunması ilə belə cinayət qanunun məqsədlərinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə nail oluna bilinmir, əksinə Təqsirləndirilən şəxs himayəsində olan 2 uşağının nəzarətsiz qalmasına gətirib çıxarma təhlükəsi yaradır. Belə ki, şəxsiyyət əleyhinə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərə Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiqi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə həmçinin qeyd edir ki, təqsiləndirilən şəxsin Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, yəni himayəsində 2 azyaşlı uşağının olması, bacısının azyaşlı uşağını da himayəsinə götürərək baxmasını, iş yerinin mövcudluğunu, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələblərinin olmamasını müstəsna hal kimi qiymətləndirir və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tətbiq edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 8-ci bəndinə görə Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı, yəni on dörd yaşına çatmamış 2 uşağının olmasını və cəzanı yüngülləşdirən digər müstəsna halları məcmu şəkildə nəzərə alıb, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə beş ildən çox olmayan müddətə azadlıq məhrumetmə cəzası təyin olunmalı və 79.1-ci maddələri tətbiq edilməklə 2 azyaşlı, yəni xx.xx.2013-cü il təvəllüdlü və xx.xx.2014-cü il təvəllüdlü uşaqlarının on dörd yaşına çatanadək, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs oğlunun yaşadığı ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcinin (ekspertiza xərcinin) olmadığı nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədiyi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri üzrə 08 (səkkiz) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi üzrə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi onun himayəsində olan xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 on dörd yaşına çatanadək təxirə salınsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar