Məhkəmə qərarları › İş №1(101)-1049/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1049/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1049/2025 17.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X8 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2003-cü ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Neftçala rayonu, Həsənabad qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.2004-cü ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Neftçala rayonu, Həsənabad qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı və psixotrop maddə hesab edilən metamfetamini əldə edib saxlayaraq daşımışlar. İşin faktiki halları:

2. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 sonuncunun istintaqla məlum olmayan «Kənan» adlı tanışının külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satışı ilə məşğul olmasını, onu da bu işə cəlb etməsini bilərək habelə Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitəni və psixotrop maddəni müəyyən edilmiş yerdən birlikdə götürüb digər yerlərə çatdıracaqları halda mənfəət əldə edəcəkləri barədə təklifini qəbul etmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və sonuncunun vasitəsi ilə «Kənan» adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satması barədə razılığa gəlmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayətin həyata keçirilməsi üçün «Kənan» adlı şəxsin onlara bildirdiyi ünvandan götürüb ayrı ünvana digər naməlum şəxslərə çatdırmaq məqsədilə istintaqla məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 80,417 qram olan narkotik vasitə olan psixotrop maddə metamfetamini, külli miqdarda təmiz çəkisi 1475,0 qram və xeyli miqdarda təmiz çəkisi 9,61 qram olan olan narkotik vasitə qurudulmuş marixuananı birlikdə əldə etmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aralarında əvvəlcədən olan razlaşmaya əsasən külli miqdarda təmiz çəkisi 80,417 qram psixotrop maddə metamfetamini, külli miqdarda təmiz çəkisi 1475,0 qram olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 özü, xeyli miqdarda təmiz çəkisi - 9,61 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı isə Təqsirləndirilən şəxs2 üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Qaya üstü adlanan əraziyə qədər daşımışlar. Sonuncular 05 oktyabr 2024-cü il tarixdə saat 02:00-da qeyd edilən ünvanda özlərini şübhəli apardıqlarına görə Sabunçu RPİ-nin 42ci polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, həmin bölməyə gətirilərək, Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış zamanı, kürəyindən asılmış vəziyyətdə olan boz rəngli çantanın içərisində saxladığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 80,417 qram olan narkotik vasitə psixotrop maddə metamfetamin, polietilen bir ədəd qara rəngli bağlamada külli miqdarda təmiz çəkisi - 1475,0 qram qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 üzərində isə keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisində saxladığı xeyli miqdarda təmiz çəkisi - 9,61 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

3. Həmçinin digər Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1, «Kənan» adlı istintaqla məlum olmayan tanışının külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satışı ilə məşğul olmasını, birincini də bu işə cəlb etməsini bildirmiş və habelə Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitəni və psixotrop maddəni müəyyən edilmiş yerdən birlikdə götürüb digər yerlərə çatdıracaqları halda mənfəət əldə edəcəkləri barədə təklif etmişdir. Beləliklə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və «Kənan» adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satması barədə razılıq əldə etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayətin həyata keçirilməsi üçün «Kənan» adlı şəxsin onlara bildirdiyi ünvandan götürüb ayrı ünvana digər naməlum şəxslərə çatdırmaq məqsədilə istintaqla məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 80,417 qram olan narkotik vasitə olan psixotrop maddə metamfetamini, külli miqdarda təmiz çəkisi 1475,0 qram və xeyli miqdarda təmiz çəkisi 9,61 qram olan olan narkotik vasitə qurudulmuş marixuananı birlikdə əldə etmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aralarında əvvəlcədən olan razlaşmaya əsasən külli miqdarda təmiz çəkisi 80,417 qram psixotrop maddə metamfetamini, külli miqdarda təmiz çəkisi 1475,0 qram olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1, xeyli miqdarda təmiz çəkisi - 9,61 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı isə Təqsirləndirilən şəxs2 üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Qaya üstü adlanan əraziyə qədər daşımışlar. Sonuncular 05 oktyabr 2024-cü il tarixdə saat 02:00da qeyd edilən ünvanda özlərini şübhəli apardıqlarına görə Sabunçu RPİ-nin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, həmin bölməyə gətirilərək, Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış zamanı, kürəyindən asılmış vəziyyətdə olan boz rəngli çantanın içərisində saxladığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 80,417 qram olan narkotik vasitə psixotrop maddə metamfetamin, polietilen bir ədəd qara rəngli bağlamada külli miqdarda təmiz çəkisi - 1475,0 qram qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 üzərində isə keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisində saxladığı xeyli miqdarda təmiz çəkisi - 9,61 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq dövründə verdiyi izahatı təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, gecə saat 2 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsində, Qaya üstü adlanan ərazidə Şahid1 ilə birlikdə xidmətdə olarkən şübhəli iki nəfər şəxsi görərək onlara yaxınlaşmış, şifahi sorğu-sual zamanı həmin şəxslər onlara yayındırıcı cavablar vermişlər. Həmin şəxslərin bu hərəkətləri onlarda üzərilərində narkotik vasitə olması şübhəsi yaratdığından onları Sabunçu RPİ-nin 42-ci polis bölməsinə dəvət etmişlər. Həmin şəxslər də, onlarla razılaşmış və onları qeyd etdiyi polis bölməsinin Növbətçi Hissəsinə gətirib təhvil vermişlər. Polis bölməsində həmin şəxslərdən birinin xx.xx.2003-cü ildə təvəllüdlü Təqsirləndirilən şəxs1, digərinin isə xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 olması müəyyən olunmuşdur. Sonuncuların üzərində narkotik vasitələrin gəzdirməsinə dair əsaslı şübhələr yarandığından X9 tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşlar. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, sonuncuya üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsi təklif edilmişdir. Sonuncu bel nahiyyəsində olan boz rəngli çantanı və əynində olan qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra sonuncu təqdim etdiyi çantanı açaraq içərisindən bir ədəd qara rəngli polietilen bağlama və həmin bağlamaya bitişik bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Təhqiqatçı E.Əmənov, Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli polietilen bağlamanın və bağlamaya bitişik bir ədəd şəffaf sellofan bükümün içərisində nə olduğu soruşduqda, sonuncu bağlamaya bitişik bir ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmçinin həmin narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs2 tanışının sifarişi ilə sonuncu ilə birlikdə konum vasitəsi ilə Nardaran qəsəbəsi ərazisində gələrək əldə etdiklərini, narkotik vasitələri sifariş verən şəxsin dediyi yerlərə qoyacaqlarını və gördükləri işin müqabilində həmin şəxsdən 500 manat alacaqlarını, həmin pulu Təqsirləndirilən şəxs2lə böləcəklərini, heç vaxt narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli polietilen bağlama və bağlamaya bitişik bir ədəd şəffaf sellofan büküm təhqiqatçı tərəfindən açıldıqda, qara rəngli polietilen bağlamanın içərisindən yaşılımtıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər spesifik qoxuya malik bitki mənşəli kütlə, şəffaf sellofan bükümün içərisindən isə ağ rəngli, kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Aşkar edilmiş içərisində yaşılımtıl rəngli bitki mənşəli kütlə olan qara rəngli polietilen bağlama və içərisində ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə olan şəffaf sellofan büküm təhqiqatçı tərəfindən qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs1 qarşı heç bir təzyiq və təsir olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, sonuncuya üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsi təklif edilmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd mobil telefonu və əynində olan göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur. Sonuncunun təqdim etdiyi siqaret qutusu təhqiqatçı tərəfindən açıldıqda içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər spesifik qoxuya malik bitki mənşəli kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi içərisində yaşılımtıl rəngli bitki mənşəli kütlə olan siqaret qutusunu tapdığını və istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs2 saxlanıldığı yerə kiminlə getməsini soruşduqda, sonuncu Neftçala şəhərindən tanışı Təqsirləndirilən şəxs1la birlikdə onlara göndərilən konum vasitəsi ilə getdiklərini, həmin yerdən onlara deyilən narkotik vasitəni götürdükdən sonra lazım olan yerlərə qoyacaqlarını və gördükləri işin müqabilində 500 manat alacaqlarını, həmin pulu Ağanurla böləcəklərini bildirmişdir. Bundan sonra sonuncudan aşkar edilmiş içərisində yaşılımtıl rəngli bitki mənşəli kütlə olan siqaret qutusu təhqiqatçı tərəfindən qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin şəxslər barəsində onlarda əməliyyat məlumatı olmamışdır. Həmin vaxt üzərlərində zərf, möhür olmadığından baxış keçirə bilməmişlər və dərhal çəxsləri bölməyə aparmışlar. Həmin vaxt hava qaranlıq olmuş, ətrafda isə heç kim olmamışdır. Onlar bölməyə on dəqiqəlik məsafədə olduğundan təqsirləndirilən şəxsləri öz maşınları ilə bölməyə aparmış, o, maşını idarə etmiş, digər əməkdaş da təqsirləndirilən şəxslərlə birlikdə arxada oturmuş, şəxslərin qollarında qandal olmuş və şəxslərin əllərini ciblərinə salma imkanları olmamışdır. Bölmədə portal vasitəsilə onların şəxsiyyətləri dəqiqləşdirilmiş, üzərlərində şəxsi axtarış və götürmə istintaq hərəkəti ayrı-ayrılıqda Sabunçu RPİ-nin 42-ci polis bölməsində həyata keçirilmiş, bir təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən digəri növbətçi hissədə nəzarət altında olmuşdur. Həmçinin bildirmişdir ki, onlar tərəfindən istər saxlanılarkən və ya sonra təqsirləndirilən şəxslərə qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir.Təqsirləndirilən şəxslərə sual verilən zaman narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı ilə danışıb əldə etdiklərini, 500 manat pulun müqabilində götürüb Neftçala rayonuna aparmağı planladıqlarını bildirmişlər.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman ona üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsi təklif edilmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs1 bel nahiyyəsində olan boz rəngli çantanı və əynində olan qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra sonuncu masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi çantanı açaraq içərisindən bir ədəd qara rəngli polietilen bağlama və həmin bağlamaya bitişik bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. X9, Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli polietilen bağlamanın və bağlamaya bitişik bir ədəd şəffaf sellofan bükümün içərisində nə olduğu soruşduqda, sonuncu təqdim etdiyi qara rəngli polietilen bağlamanın və bağlamaya bitişik bir ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmçinin həmin narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs2 tanışının sifarişi ilə sonuncu ilə birlikdə konum vasitəsi ilə Nardaran qəsəbəsi ərazisində gələrək əldə etdiklərini, narkotik vasitələri sifariş verən şəxsin dediyi yerlərə qoyacaqlarını və gördükləri işin müqabilində həmin şəxsdən 500 manat alacaqlarını, həmin pulu Təqsirləndirilən şəxs2lə gələcəkdə böləcəklərini, heç vaxt narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli polietilen bağlama və bağlamaya bitişik bir ədəd şəffaf sellofan büküm X9 tərəfindən açıldıqda, qara rəngli polietilen bağlamanın içərisindən yaşılımtıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər spesifik qoxuya malik bitki mənşəli kütlə, şəffaf sellofan bükümün içərisindən isə ağ rəngli, kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Aşkar edilmiş içərisində yaşılımtıl rəngli bitki mənşəli kütlə olan qara rəngli polietilen bağlama və içərisində ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə olan şəffaf sellofan büküm təhqiqatçı tərəfindən qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs1 qarşı heç bir təzyiq və təsir olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, sonuncuya üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsi təklif edilmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd mobil telefonu və əynində olan göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur. Sonuncu masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi siqaret qutusu təhqiqatçı tərəfindən açıldıqda içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər spesifik qoxuya malik bitki mənşəli kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi içərisində yaşılımtıl rəngli bitki mənşəli kütlə olan siqaret qutusunu tapdığını və istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra X9, Təqsirləndirilən şəxs2 saxlanıldığı yerə kiminlə gəlməsini soruşduqda, sonuncu Neftçala şəhərindən tanışı Təqsirləndirilən şəxs1la birlikdə onlara göndərilən konum vasitəsi ilə gəldiklərini, gəldikləri yerdən onlara deyilən narkotik vasitəni götürdükdən sonra lazım olan yerlərə qoyacaqlarını və gördükləri işin müqabilində 500 manat alacaqlarını, həmin pulu Təqsirləndirilən şəxs1la gələcəkdə böləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 həmçinin təqdim etdiyi içərisində yaşılımtıl rəngli bitki mənşəli kütlə olan siqaret qutusunu həmin yerdən tapdığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər telefonda olan məkanla həmin əraziyə gəlmiş, narkotik vasitə və psixotrop maddələri tələb olunan yerə qoymalarının əvəzində 500 manat alıb bölüşdürəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxslərin üzərlərində şəxsiyyəti təsdiq edən hər hansı sənəd olmamış və Nardaran inzibati ərazi dairəsində kiminsə sənədi olmadıqda şəxsiyyətini müəyyən etmək üçün bölməyə aparmaq ixtiyarları varmış. Təqsirləndirilən şəxsləri saxladıqları yerdə də şəxsi axtarış və götürmə istintaq hərəkətini aparmağa hüquqları olsa da, şəffaflıq üçün bölmədə kameraların altında çəkiliş etmək istəmiş, bölmədə portaldan çıxarış edib şəxsiyyətlərini yoxladıqdan sonra qeyd olunan istintaq hərəkətini aparmışlar. Digər təqsirləndirilən şəxsin üzərində nə olduğunu dəqiq xatırlamasa da Təqsirləndirilən şəxs2 üzərində göy cins və gödəkçə olmuşdur. Video çəkilişə başlayan ərəfədə təqsirləndirilən şəxslərin vəkilləri Polis bölməsində olmuş, lakin şübhəli şəxslər şəxsi axtarışın vəkillərin iştirakı olmadan keçirilməsini xahiş etdilkəri üçün vəkillər çəkilişdə iştirak etməmişlər. Onların üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti ayrı-ayrılıqda həyata keçirilmiş, bir təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən digəri növbətçi hissədə nəzarət altında olmuşdur. Həmçinin bildirmişdir ki, onlar tərəfindən istər saxlanılarkən və ya sonra təqsirləndirilən şəxslərə qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir.

6. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i/v 16).

7. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i/v 43).

8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (İ cild i/v 135-140).

9. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (İ cild i/v 141-146).

10. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İİ cild i/v 55-60).

11. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 15 gün, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İİ cild i/v 61-66).

12. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır (İİ cild i/v 98-101).

13. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 20 fevral 2025-ci il tarixdə bitməsinə baxmayaraq cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə 15 gün deyil, 09 gün qalmış, yəni 10 fevral 2025-ci il tarixdə göndərilmiş və bu səbəbdən də Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X3 barəsində xüsusi qərar çıxarılaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir (İİ cild 127- 131).

14. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, yuxarıda qeyd olunan pozuntularla bağlı Bakı şəhər Sabunçu rayon prokurorluğuna irad məktubu göndərilmişdir (İİ cild i/v 132).

15. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İİ cild i/v 116-120).

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/1674 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilmiş və tədqiqata təqdim edilmiş kağız paketdə bir ədəd siqaret qutusunda təmiz çəkisi 9,61 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (İ cild i/v 68-70). Qeyd: Marixuananın təmiz çəkisi-9,61 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq- 9,59 qram. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil etmişdir (İ cild i/v 69).

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/1676 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş və tədqiqata təqdim edilmiş kağız paketdə bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1475,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan şətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə-qurudulmuş marixuanadır (İ cild i/v 72-74). Qeyd: Marixuananın təmiz çəkisi-1475,0 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 1474,95 qram. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil etmişdir (i/v 73).

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4809 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №241” dairəvi möhür əksləri, “Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs1...” yazıları, soyad və imzalar olan paketin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 80,417 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir(İ cild i/v 76-79). Qeyd: Metamfetaminin təmiz çəkisi – 80,417 qram, tədqiqata sərf edildi- 0,01 qram, qalıq- 80,317 qram. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil etmişdir (i/v 77).

19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7162 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müaliəyə ehtiyacı yoxdur (İ cild i/v 239-240).

20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7163 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müaliəyə ehtiyacı yoxdur (İ cild i/v 241-242).

21. Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalmış Təqsirləndirilən şəxs2 aşkar edilib götürülmüş 9,59 qram narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş 1474,95 qram qurudulmuş marixuana və 80.317,0 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir (İ cild i/v 171-172).

22. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı video görüntüləri əks olunmuş DVD disklər, həmçinin "xxxx" MMC-dən daxil olmuş CD disk 27 yanvar 2025-ci il tarixdə cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (İ cild i/v 243- 255).

23. Şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən DVD diskə və xx.xx.2024-ci il tarixli protokola məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü ildə saat 03:15-dən 03:40-dək Sabunçu RPİ-nin inzibati binasında qeydə alınmışdır. Təhqiqatçı E.A.Əmənov özünü və polis əməkdaşlarını təqdim edir, daha sonra Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunur. Bundan sonra sonuncu belində olan boz rəngli çantanın içərisindən qara sellofona bükülmüş kütləni və ona bitişik şəffaf sellofona bükülmüş kütləni çıxardıb masanın üzərinə qoyur. Bundan başqa Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli qısaqol gödəkçənin sağ yan cibindən "Redmi note 12" markalı mobil telefonu və əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 12 ədəd 1 manatlıq pul əskinazlarını təqdim edir. Şəxsi axtarış zamanı isə boz rəngli çantanın içərisində 01 ədəd məktəbli kitabçası aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükülülərdə narkotik vasitə olduğunu, şəffaf sellofon bükülüdəki kütləni ilk dəfə gördüyünü, qara sellofanda olan kütlənin isə ot kimi tanıdığı narkotik olduğunu bildirir. Həmin bükülüləri kəndçisi sifarişilə tanımadığı şəxsin göndərmiş olduğu konumdan dostu Nəbi ilə Nardaran qəsəbəsindən götürdüyünü bildirir. Bundan sonra şəxsi axtarış və götürmədə iştirak edən əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilir və onun üzərində heç bir əşya və ya predmet aşkar edilmir. Aşkar edilən 12 ədəd 1 manatlıq pul əskinazları, içərisində məktəbli kitabçası olan boz rəngli çanta maddi sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara sellofona bükülmüş kütləni və ona bitişik şəffaf sellofona bükülmüş kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır və imzalanaraq götürülür (İ cild i\v 28-30).

24. Şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən digər DVD diskə və xx.xx.2024-ci il tarixli protokola məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü ildə saat 04:15-dən 04:45-dək Sabunçu RPİ-nin inzibati binasında qeydə alınmışdır. Təhqiqatçı E.A.Əmənov özünü və polis əməkdaşlarını təqdim edir, daha sonra Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunur. Bundan sonra sonuncu əynində olan göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən siqaret qutusu, sol yan cibindən 01 ədəd 5 manatlıq pul əskinazı və göy rəngli cins şalvarın sol yan cibindən mobil telefonu təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi siqaret qutusunda olan quru ot kütləsini tapdığını, istifadə etməməsinə baxmayaraq üzərində daşıdığını bildirir. Həmçinin Təqsirləndirilən şəxs2 500 (beş yüz) manat pul qarşılığında tanışının ona göndərdiyi konumdan Təqsirləndirilən şəxs1la Nardaran qəsəbəsindən bükülünü götürüb daha sonra göndəriləcək konuma qoyacaqlarını bildirir. Bundan sonra şəxsi axtarış və götürmədə iştirak edən əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilir və onun üzərində heç bir əşya və ya predmet aşkar edilməyir. Aşkar edilən 01 ədəd 5 manatlıq manatlıq pul əskinazı maddi sübut əhəmiyyəti kəsb etmədiyindən N.R.Fətullaveyə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi içərisində narkotik vasitə olan siqaret qutusu içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır və imzalanaraq götürülür (İ cild i\v 55-57).

25. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etmədiyini və müdafiəçisi olmadan şəxs axtarış keçirilməsini xahiş etmiş, özü və vəkili Şahid4 tərəfindən həmin ərizə imzalanmışdır. (İ cild i/v 27).

26. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etmədiyini və müdafiəçisi olmadan şəxs axtarış keçirilməsini xahiş etmiş, özü və vəkili Şahid3 tərəfindən həmin ərizə imzalanmışdır. (İ cild i/v 54).

27. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (İ cild i/v 196).

28. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (İ cild i/v 197).

29. Cinayət işinin İİ cildinə əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusundan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş 4(008)-617/2024 və 4(008)-618/2024 saylı işlər üzrə xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarının audio və videoyazısının məhkəməyə təqdim olunması xahiş olunmuşdur.

30. Cinayət işinin İİ cildinə əlavə olunmuş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə prosesinin DVD diskin 1-ci faylında olan audio-video yazısına məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək öncədən götürəcəkləri paketin içərisində nə olmasından məlumatsız olduğunu, paketdə narkotik vasitə olduğunu bilmədiyini bildirmiş, hakim bu məsələni aydınlaşdırmaq məqsədilə iclas zalına digər Təqsirləndirilən şəxs2 dəvət etdikdən sonra isə sonuncu “Kənan” adlı tanışının ona yazdığını, həmin vaxt Təqsirləndirilən şəxs1 yanında olmadığını, lakin sonradan isə sonuncuya narkotik vasitə götürəcəklərini bildirdiyini, bundan sonra isə Təqsirləndirilən şəxs1 işləmədiyi üçün ona pul lazım olduğundan və çobanlıq etməkdən bezdiyindən Təqsirləndirilən şəxs2 ilə birlikdə getdiyini qeyd etmişdir.

31. Cinayət işinin İİ cildinə əlavə olunmuş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə prosesinin DVD diskin 2-ci faylında olan audio-video yazısına məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadə etmədiyini, pula ehtiyacının olduğunu, kəndlisi Kənanın narkotik vasitəni götürüb sonuncunun dediyi yerə qoyması müqabilində ona 500 manat məbləğində pul verməyi təklif etdiyini, onun da işsiz olması səbəbindən razılaşdığını bildirmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

32. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tutulmamışdan əvvəl bir neçə gün Təqsirləndirilən şəxs2 işlətdiyi playstation kluba gedib-gəlmişdir. Bir gün sonuncu 3-cü playstationun işləmədiyini və yenisini almaq üçün Bakıya gedəcəyini bildirmiş, o da əvvəllər Azadlıqda kirayədə qaldığını və əşyalarının bəzilərinin orda olduğunu qeyd edərək birlikdə getməyi təklif etmişdir. Belə ki, 6-7 ay işlədiyinə görə orada qalmış, sonra atasının səhhəti pisləşdiyinə görə çıxıb getmiş, paltarları da orda qalmışdır. Təqsirləndirilən şəxs2 onunla razılaşdığından, o gedib evdən çantasını götürmüş, şəxsiyyət vəsiqəsi və telefonu, adabtoru isə üstüdə olmuşdur. O, heyvanların otarılması ilə məşğul olduğu və heyvanlarına ondan başqa baxacaq adam olmadığı üçün Bakıya çatdıqdan sonra geri qayıtmağı düşünmüşdür. Təqsirləndirilən şəxs2lə taksi pulunu bölüşəcəkləri barədə də razılaşdıqdan sonra Bakı şəhərinə, Maşatağa kəndinə gəlmişlər. Maştağaya çatdıqdan sonra Təqsirləndirilən şəxs2 playstationu götürüb gələcəyini bildirərək maşından düşmüş, taksi sürücüsü isə çay içməyə getmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs2 əlində sellofan gəlmiş, sellofanı sonra götürəcəyi şərtilə onun çantasına qoymuşdur. O, maşında sonuncunun çantaya qoyduqlarına baxanda playstationun pultları olduğunu görmüşdür. Təqsirləndirilən şəxs2 telefonla kimləsə danışmış, sonra isə onun yanına gələrək qızla görüşməyə gedəcəyini bildirmiş və ona birlikdə getməyi təklif etmişdir. O, Təqsirləndirilən şəxs2 qızın harada olduğunu soruşduqda sonuncu ona qızın Nardaranda olduğunu bildirmiş, lakin həmin vaxtadək qızla bağlı ona heç nə deməmişdir. O, əvvəllər Nardaranda postların qurulduğunu eşitdiyindən ora getməyə qorxmuş və Təqsirləndirilən şəxs2 getməməyi təklif etmiş, lakin sonuncu yalvar-yaxar etdiyinə görə razılaşmışdır. O, həmçinin Təqsirləndirilən şəxs2 rayona qayıtmalı olduğundan gec gələcəyi təqdirdə çıxıb gedəcəyini bildirmişdir. Beləliklə Təqsirləndirilən şəxs2lə Nardarana getmək üçün taksiyə minmiş, əvvəlki taksi sürücüsünə məkan atmış, məkana gəldikdən sonra taksi sürücüsü uzaqlaşanda bir ağ maşın həmin taksinin yanında saxlamış, taksinin sürücüsü ilə ağ maşının sürücüsü nəsə söhbət etmişlər. O, Təqsirləndirilən şəxs2 ilə birlikdə küçədə hərəkət etməyə başlamış, bir qədər sonra həmin ağ maşın onların yanlarında saxlamış, maşından 4 nəfər düşmüş, düşənlərdən biri dərhal Təqsirləndirilən şəxs2 bir şillə vurmuş və sonuncu yerə yıxılmışdır. O, həmin an maşından düşənlərin polis olduğunu anlamış, həmin şəxslər onları maşına mindirib bölməyə aparmışlar. Onları tutanda polislər heç bir sənəd istəməmiş, bölmədə onun üstündə olan hər şeyi götürmüş, Təqsirləndirilən şəxs2 ilə onu saxlama yerinə salmış, sonra onu çəkiliş etmək üçün çağırmışlar. Çəkilişdən əvvəl onun çantasını da çiyninə taxması üçün vermişlər, çiyninə taxdıqdan sonra çəkiliş başlamış, çəkilişdə ona çantanı açıb içini göstərməsi bildirilmişdir. Çantanı açanda içində qara rəngli paket, həmin paketi açanda isə içində nəşə olduğunu görmüşdür. O polislərin dedikləri ilə razılaşmadığına görə bir neçə dəfə çəkiliş aparılmış, daha sonra Təqsirləndirilən şəxs2 çağırıb çəkiliş etmiş, onu isə aparmışlar. Onları saxlayarkən onun şəxsiyyət vəsiqəsi üstündə olsa da ondan vəsiqəsini təqdim etməsi istənilməmiş, hətta telefonu özü çıxarıb təqdim etmişdir. Onu “əgər biz deyənlə razılaşmasan, evinizə küllü miqdarda narkotik vasitə qoyub atanı da, özünü də məsuliyyətə cəlb edəcəyik” şəklində hədələdiklərinə görə o atası üçün qorxub polislərin dediklərini etmişdir. O, Laçında antiterror əməliyyatlarında iştirak etmiş, narkotik vasitə ilə heç vaxt əlaqəsi olmamışdır. Onun vətənpərvər ruhda böyüdülmüş, hətta nəslində iki Milli Qəhrəman olmuşdur.

33. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun həmyerlisidir, Neftçala rayonunda yaşayır. Rayonda olan vaxt Təqsirləndirilən şəxs2 ilə görüşüb söhbət edərkən sonuncu ona tanışı «Kənan» adlı şəxsin adını bilmədiyi İİR vətəndaşı ilə münasibətinin olduğunu və həmin İİR vətəndaşının «Kənan»a narkotik vasitələr göndərəcəyini, İİR vətəndaşının həmin narkotik vasitələri göndərdiyi ünvanı «Kənan»a göndərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 həmçinin «Kənan»ın həmin ünvanı telefon vasitəsilə Təqsirləndirilən şəxs2 atacağını və sonuncunun həmin ünvandan narkotik vasitələri götürəcəyi, sonra «Kənanın» deyəcəyi digər ünvana çatdıracağı müqabilində sonuncudan 500 manat alacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri «Kənanın» dediyi ünvandan götürmələrini ona təklif etmiş və bunun müqabilində «Kənanın» ona verəcəyi puldan 200 manatını ona verəcəyini bildirmişdir, o, da Təqsirləndirilən şəxs2 dedikləri ilə razlaşmışdır. xx.xx.2024-cü il tarixdə sonuncu ilə birlikdə Neftçala rayonunda 100 manata taksi ilə danışıb, Neftçala rayonundan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinə yola düşmüşlər. xx.xx.2024-cü il tarixdə gecə saatlarında Nardaran qəsəbəsinə çatdıqda taksi sürücüsünə bildirmişlər ki, onları düşürüb kənarda gözləsin. Həmən müddətdə Təqsirləndirilən şəxs2 tanışı «Kənan»la əlaqə saxlayıb İİR vətəndaşının narkotik vasitələri qoyduğu yeri onlara göndərməsini bildirmiş, «Kənan» da telefon vasitəsilə Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefonunun “WhatsApp” proqramına məkan, yəni konum göndərmişdir. Onlar taksi sürücüsünün etdikləri əməli bilməməsi üçün onları gözləməsini deyib, narkotik vasitələri götürməyə piyada getmişlər. Bir qədər piyada hərəkət etdikdən sonra Təqsirləndirilən şəxs2 və o, narkotik vasitələri götürməli olduqları ünvana yaxınlaşdıqda sonuncu yerdən başqa bir siqaret qutusu tapmış, həmin siqaret qutusunun içərisində narkotik vasitə olan nəşə olduğunu görmüş və götürüb cibinə qoymuşdur. Ətrafa baxdıqda qara rəngli sellofan bağlama görüb götürmüşlər, o, həmin qara rəngli sellofan bağlamanı ona məxsus olan bel çantasına qoymuşdur. İçərisində narkotik vasitələr olan qara rəngli sellofan bağlamanı götürdükdən sonra təxminən saat 02:00 radələrində taksiyə doğru piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq Sabunçu RPİ-nin 42-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonuncular onların adlarını, soyadlarını soruşmuş və şəxsiyyətlərini təsdiq edən sənəd istəmişlər, lakin həmin vaxt nə onun, nə də ki, Təqsirləndirilən şəxs2 üzərində heç bir sənəd olmadığından, eləcə də üzərilərində narkotik vasitə olduğundan onlar tez bir zamanda özlərini şübhəli aparmadan oradan yayınmaq istəmiş lakin polis əməkdaşları buna imkan verməmişlər. Polis əməkdaşları onları sorğu sual etməyə başlamış, əvvəlkilər bir qədər söhbət etdikdən sonra narkotik vasitələrin istifadəsində onlardan şübhələndiklərini bildirərək Sabunçu RPİ-nin 42-ci polis bölməsinə birlikdə getməyi təklif etmişlər. Onlar da, səs-küy salmadan, etiraz etmədən və polis əməkdaşlarının təklifi əsasında sonuncularla birlikdə 42-ci polis bölməsinə getmişlər. Polis bölməsində şəxsiyyətləri müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından biri ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etmiş və video-çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək, müdafiəçinin iştirakı ilə və yaxud müdafiəçinin iştirakı olmadan video-çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuşdur. O, müdafiəçinin iştirakı olmadan video-çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bu barədə ərizə vermişdir. Belə ki, üzərində narkotik vasitələr olduğundan müdafiəçinin bunu özü gözü ilə görməməsi və gələcəkdə onu ürəkdən müdafiə edə bilməsini istəmişdir. Bundan sonra polis əməkdaşı ona üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, belindən asdığı boz rəngli idman çantasınının içərisində olan bir ədəd qara rəngli sellofan bağlamanı və həmin bağlamaya bitişik yapışdırılmış bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin qara rəngli bağlama və sellofan büküm polis əməkdaşı tərəfindən açılqdıqa bağlamanın içərisindən yaşılımtıl rəngli ota bənzər kütlələr, şəffaf sellofan bükümünün içərisindən isə ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bağlamadan aşkar olunmuş yaşılımtıl rəngli ota bənzər kütlələrin və bükümdən aşkar olunmuş ağ rəngli kristallik hissəciklərdən ibarət maddələrin nə olduğunu soruşduqda, o, yaşılımtıl rəngli ota bənzər kütlələrin və bükümdən aşkar olunmuş ağ rəngli kristallik hissəciklərdən ibarət maddələrin nə olduğunu bilmədiyini bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götrülmüş içərisində yaşılımtıl rəngli ota bənzər kütlələr olan qara rəngli sellofan bağlama və içərisində ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr olan şəffaf sellofan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. O, həmçinin bildirmişdir ki, Sabunçu RPİ-nin 42-ci polis bölməsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq göstərilməmişdir. Bu günə kimi narkotik vasitələrin və ya psixotrop maddələrin hansı bir növündən istifadə etməmişdir. «Kənan» adlı şəxs Neftçala rayonunda yaşayır, onunla yaxın münasibəti yoxdur. Sonuncunun anket məlumatları barədə heç bir məlumatı olmadığı üçün bu barədə istintaqa hər hansı bir məlumat verə bilməmişdir. Bu günə kimi heç kimə narkotik vasitə satmamış, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini kiməsə satmaq niyyəti olmamışdır. O, həmin narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini tanışı Təqsirləndirilən şəxs2 təklifi əsasında götürmüş, həmin narkotik vasitələri və psixotrop maddəni sonuncu ilə birlikdə «Kənan» adlı şəxsin deyəcəyi digər ünvana çatdırdıqları təqdirdə və bunun müqabilində «Kənan» Təqsirləndirilən şəxs2 500 manat verməyi təklif etmiş, onlar həmin puldan 100 manat taksi sürücüsünə yol haqqı verdikdən sonra yerdə qalan pulu aralarında bölməyə razılaşmışlar. O, ruhi və psixi cəhətdən sağlamdır, heç bir xəstəliyi yoxdur.

34. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 əlində paketlə onun yanına gələndə sonuncuya paketin içində nə olduğunu və playstationa oxşamadığını soruşduqda sonuncu ona maşında paketin içində pultların olduğunu görstərmiş o da paketi çantanın içinə qoymuşdur. Həmçinin çantanın içərisində heyvan satışı ilə məşğul olduğundan həmin satışın haqq-hesabını qeyd etdiyi dəftər-kitabı da olmuşdur. Polislər onu saxlayanda çanta üstündə olmuş, polis bölməsinə aparıldıqdan sonra isə video-çəkilişdən əvvəl polis əməkdaşları tərəfindən onun üstünə baxış keçirilmiş, bütün əşyaları, yəni üstündə olan şəxsiyyət vəsiqəsi, adapter, telefon, üzük, sep götürülmüşdür. Əşyaları götürüləndən təxminən bir saat yarımdan sonra çantasını gətirib ona vermişlər. Hətta metamfetamini onun gözünün qarşısında Elton adlı polis işçisi faylın arasında gətirib çantasına qoymuşdur. Çəkiliş zamanı o, ilk növbədə etiraz edərək çantada sadəcə pultların olduğunu bildirəndə polislər videonu dayandırıb ona hədə-qorxu gəlmişlər və bir neçə dəfə çəkiliş təkrar olmuşdur. Polislər ona “əgər biz deyənlə razılaşmasan, rayondakı evinizə küllü miqdarda narkotik vasitə və silah qoyub atanı da, özünü də məsuliyyətə cəlb edəcəyik” deyə bildirdiklərindən sonra o, sonuncuların dedikləri ilə razılaşmışdır. Çəkiliş vəkil olmadan keçirilmiş, vəkili ilk dəfə çəkilişin səhərisi gün görmüşdür. Polis bölməsindən istintaq təcridxanasına aparılanda üzüyünü ona qaytarsalar da, digər əşyaları verməmişlər, hətta şəxsiyyət vəsiqəsinin harada olmasını barədə məlumatı yoxdur. O, üzüyü Bakı İstintaq Təcridxanasına təqdim etmişdir. Həmçinin bildirmişdir ki, onun iranlı ilə heç bir əlaqəsi olmamış, o, nə narkotik vasitəni görmüş, nə də istifadə etmişdir. O, barəsində qətimkan tədbiri seçilərkən hakimə narkotik vasitədən xəbəri olmadığını bildirmişdir, Təqsirləndirilən şəxs2 isə məhkəmədə nə dediyini xatırlamır. Kənan adlı şəxs onların kəndlərində qaldığından kənd adamı kimi onu görəndə salam vermiş, sonuncu ilə başqa əlaqəsi olmamış və Kənanın narkotik vasitə istifadə etməsi barədə Təqsirləndirilən şəxs2 ona heç bir şey deməmişdir. Bundan başqa bildirmişdir ki, polislər ona maşında şillə vurmuş, ona qarşı başqa fiziki təsir olmamışdır. Daha sonra antiterror əməliyyatlarında iştirak etməsinin, sağlamlıq problemlərinin nəzərə alınmasını və ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir.

35. Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixli məhkəmə baxışı iclasında Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, təxminən bir ay öncə playstation salonu açmış, 3-5 gün sonra tanıdığı Kənan adlı şəxs ora gəlib-getmiş, həmin müddət ərzində onunla münasibətləri daha da yaxın olmuşdur. O, işlə bağlı olaraq tez-tez Bakı şəhərinə gəlib-getmiş, sonuncu dəfə də hadisədən 2 gün qabaq oraya getmişdir. Bu dəfə də Lalafodan tanış olduğu şəxsdən playstation üçün konsol aparatları almağa Bakıya getməyi planlaşdırmış, Kənan bunu öyrənəndə ona pulla bir qızla görüşməyin mümkün olduğunu, istəsə onun üçün də təşkil edə biləcəyini bildirmiş, ona qızın şəklin göstərdikdən sonra təkliflə razılaşmışdır. Onun alacağı aparatlar Maştağa kəndində olmuşdur. Təqsirləndirilən şəxs1 onun yanına playstation oynamağa gəlmiş, sonuncuyla danışanda Bakıya gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona Bakı şəhərində, Azadlıq prospektində yaşadığı evdə paltarlarının qaldığını və onları götürəcəyini bildirmiş, o da sonuncuya bir yerdə getməyi və taksi puluna kömək etməsini təklif etmişdir. Bu barədə razılaşdıqdan sonra əvvəlki taksi pulunda ona kömək etmiş və Bakı şəhərinə, Maşatağa kəndinə gəlmişlər. O, aparatları götürmüş, Təqsirləndirilən şəxs1 paltarlarını yığmaq üçün götürdüyü bel çantasına həmin aparatları yığmış, sonuncuya qızla görüşəcəyini, görüşüb gələnədək onu gözləməsini bildirmişdir. Bundan sonra da Kənandan qızın nömrəsini və ya görüşməli olduğu yerin məkanını ona atmasını istəmişdir. Kənan qızla öz adından danışdığını, qızın görüşəcək şəxsi guya özü olduğunu zənn etdiyini, buna görə də nömrəni verə bilməyəcəyini, onun sadəcə atdığı məkana getməli olduğunu bildirmiş, o da razılaşmışdır. Kənan ona Nardaran kəndinə taksi sifariş verməsini, ora çatanda ona məkan göndərəcəyini bildirmiş, Nardaran təhlükəli yer olduğuna görə Təqsirləndirilən şəxs1 onunla gəlməsini xahiş etmiş, sonuncu əvvəl razılaşmasa da, sonradan razılığını bildirmişdir. Taksi sifariş verdikdən sonra sürücünün nömrəsini məkanı sürücüyə göndərməsi üçün Kənana vermiş, sonuncu həmçinin bir əmanət olduğunu, əmanəti Nardaran kəndindən götürməsini ondan xahiş etmiş, o da əmanət deyərkən pul götürməli olduğunu zənn edərək etiraz etməmişdir. Məkan atılan yerə çatanda Təqsirləndirilən şəxs1la taksidən düşüb onu yola salmış, onları geri qaytarması üçün də həmin taksiyə zəng etməyi qərarlaşdırmışlar. Məkana çatdıqdan sonra telefonla Kənanla danışmış, birdən bir mülki maşın gəlib yanlarında saxlamış və maşından üç nəfər mülki geyimli şəxs düşmüş, onlardan biri ona şillə vurmuş, nə üçün vurduğunu soruşduqda isə, Nardarana nə üçün gəldiklərini, narkotik dalıyca gəlib-gəlməmələrini soruşmuşlar, o isə narkotiklə əlaqələrinin olmadığını demişdir. Orada onların üstünə baxış keçirilmiş, üstlərindən şəxsi aparat, şəxsiyyət vəsiqəsi, pul çıxmış, sonra onlara 42-ci polis bölməsinə aparmışlar, orada da Nardarana nə üçün getdiklərini soruşduqda qızla görüşməyə getdiklərini demişdir. Orada onların insan alveri ilə işlərini bağlayacaqlarını, kiməsə zəng edərək gəlib onları qutarmalarını demişlər, onlar da belə bir məsələyə görə kiməsə zəng etməyə utandıqlarından heç kəsə zəng etməmişlər. Sonra onları ayrı-ayrı otaqlara salmış, onun qarşısına 9 qram narkotik vasitə qoymuş və onu üstünə götürməsini tələb etmişlər, o da onların dedikləri ilə razılaşmış, daha sonra çəkiliş olmuş, onların qurduğu və onlara öyrətdiyi ssenarini çəkilişdə demiş, gətirdikləri bütün sənədlərə də qol çəkmişdir.

36. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Neftçala rayonunda yaşayan tanışı «Kənan» adlı şəxs ona adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə münasibətinin olduğunu və İİR vətəndaşının ona narkotik vasitələr göndərəcəyini deyərək ona həmin narkotik vasitələri İİR vətəndaşının göndərdiyi ünvandan götürməsini, daha sonra həmin şəxsin ona dediyi ünvana çatdırmasını və bunun müqabilində ona 500 manat verməyi təklif etmişdir. O, Kənanın dediklərinə etiraz etməmiş və razılaşmışdır. Bundan sonra o, bu barədə tanışı Təqsirləndirilən şəxs1 danışmış, birlikdə bu işi görmələrini təklif etmiş və görəcəkləri işin müqabilində «Kənan»dan alacağı 500 manatı aralarında böləcəklərini bildirmiş, əvvəlki də onun təklifi ilə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə Neftçala rayonunda 100 manata taksi ilə danışıb, Neftçala rayonundan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinə yola düşmüşlər. xx.xx.2024-cü il tarixdə gecə saatlarında Nardaran qəsəbəsinə çatdıqda taksi sürücüsünə onları düşürüb kənarda gözləməsini bildirmişlər. Bundan sonra o, «Kənanla» telefon əlaqəsi saxlamış və «Kənan»a İİR vətəndaşının narkotik vasitələri qoyduğu yeri onlara göndərməsini bildirmiş, «Kənan» da istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” proqramı ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” proqramına məkan, yəni konum göndərmişdir. Onlar taksi sürücüsünün etdikləri əməli bilməməsi üçün narkotik vasitələri götürməyə piyada getmişlər. Təqsirləndirilən şəxs1la narkotik vasitələri götürməli olduqları ünvana yaxınlaşdıqda o, təsadüfən yerdən siqaret qutusu tapmış, həmin siqaret qutusuna baxdıqda içərisində narkotik vasitə olan nəşə olduğunu görmüş və götürüb əynində olan göy rəngli qısaqol gödəkçənin sağ yan cibinə qoymuşdur. Bundan sonra ətrafa baxdıqda qara rəngli sellofan bağlama və həmin bağlamaya bitişik yapışdırılmış bir ədəd şəffaf sellofan büküm görüb götürmüşlər, həmən qara rəngli sellofan bağlamanı Təqsirləndirilən şəxs1 bel çantasına qoymuşdur. İçərisində narkotik vasitələr olan qara rəgli sellofan bağlamanı götürdükdən sonra təxminən saat 02:00 radələrində taksiyə doğru piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq Sabunçu RPİ-nin 42-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirərək adlarını, soyadlarını soruşmuşlar və şəxsiyyətlərini təsdiq edən sənəd istəmişlər, həmin vaxt nə onun, nə də ki, Təqsirləndirilən şəxs1 üzərində heç bir sənəd olmadığından, eləcə də üzərilərində narkotik vasitə olduğundan tez bir zamanda oradan yayınmaq istəmişlər, özlərini çox şübhəli aparmamağa çalışmış, lakin polis əməkdaşları buna imkan verməmişlər. Polis əməkdaşları onları sorğu sual etməyə başlamış, sonuncular bir qədər söhbət etdikdən sonra onlardan narkotik vasitələrin istifadəsində şübhələndiklərini deyib, onlarla birlikdə Sabunçu RPİ-nin 42-ci polis bölməsinə getmələrini təklif etmişlər. Onlar da, səs küy salmadan etiraz etməmiş, polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 42-ci polis bölməsinə getmişlər və onları bölməyə gətirib təhvil vermişlər. Polis bölməsində şəxsiyyətləri müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından biri ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etmiş və videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək, müdafiəçinin iştirakı ilə və yaxud müdafiəçinin iştirakı olmadan video-çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuş, o, da müdafiəçinin iştirakı olmadan video-çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bu barədə ərizə vermişdir. Belə ki, üzərində narkotik vasitə nəşə olduğundan müdafiəçinin bunu özü gözü ilə görməsini istəmədiyindən və gələcəkdə onu ürəkdən müdafiə edə bilməsi üçün vəkilin iştirak etməsini istəməmişdir. Bundan sonra polis əməkdaşı ona üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitə nəşə olan bir ədəd siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin siqaret qutusu polis əməkdaşı tərəfindən açıldıqa içərisindən nəşə kimi tanıdığı yaşılımtıl rəngli ota bənzər kütlə aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi siqaret qutusundan aşkar olunmuş maddəni haradan əldə etdiyini soruşanda o, həmin qutunu tapdığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində yaşılımtıl rəngli ota bənzər kütlə bir ədəd siqaret qutusu qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. O, həmçinin bildirmişdir ki, Sabunçu RPİ-nin 42-ci polis bölməsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq göstərilməmişdir. Bu günə kimi narkotik vasitələrin və ya psixotrop maddələrin hansı bir növündən istifadə etməmişdir. «Kənan» Neftçala rayonunda yaşayır, onda sonuncunun anket məlumatları olmamış, həmçinin İİR vətəndaşı «Kənanın» tanışı olmuş, o, əvvəlkini ümumiyyətlə tanımamış, anket məlumatlarını da bilməmiş, hər iksinin anket məlumatlarını bilmədiyi üçün istintaqa hər hansı bir məlumat verə bilməmişdir. Bu günə kimi heç kimə narkotik vasitə satmamış, həmçinin Təqsirləndirilən şəxs1la əldə etdikləri narkotik vasitə qurudulmuş marixuananı, psixotrop maddələri və üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı kiməsə satmaq niyyəti olmamışdır, onlar həmin narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini tanışı «Kənanın» təklifi əsasında əldə etmişlər, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı isə o, yerdən tapmışdır. Təqsirləndirilən şəxs1la birlikdə həmin narkotik vasitəni və psixotrop maddəni tanışı «Kənanın» deyəcəyi digər ünvana çatdırdıqları təqdirdə və bunun müqabilində «Kənan» ona 500 manat verməyi təklif etmiş, onlar həmin puldan 100 manat taksi sürücüsünə yol haqqı verdikdən sonra yerdə qalan pulu aralarında bölməyə razılaşmışlar. O, ruhi və psixi cəhətdən sağlamdır, heç bir xəstəliyi yoxdur.

37. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixli məhkəmə baxışı iclasında verilmiş suallara bildirmişdir ki, o, narkotik vasitə istifadə etməmiş, Bəzən Bakıda işləyib yaşasa da, hadisə vaxtı da Neftçala rayonu, Həsənabad qəsəbəsində yaşamışdır. Kənan rayonda yaşamış, sonucunun soyadını yox, atasının adını bilmiş, hadisədən 3-5 gün əvvəl yaxın münasibətləri yaranmışdır. Aldığı aparatlar polislər onları saxlayan zaman Təqsirləndirilən şəxs1 çantasında olmuş, polislər onları götürsələr də rəsmiləşdirməmişlər. Maşından düşən şəxslər onları saxlayanda polis olduqlarını deməmiş, nə üçün Nardarana gəldiklərini soruşduqda səbəbini dedikdən sonra əvvəlkilər polis olduqlarını demişlər. Onun üstündə pul, kaşelok, Təqsirləndirilən şəxs1 üstündə şəxsiyyət vəsiqəsi, adapter və aparatlar olmuş, 42-ci polis bölməsinə aparmışlar, ona şillə vurmuşlar, bədəninsə isə xəsarət filan olmamış, heç bir yerə şikayət etməmişdir. Təqsirləndirilən şəxs1la onu bir yerdə gətirmiş, sonuncuya onun yanında fiziki, psixi təsir olmamış, saxladıqları yerdə də, bölmədə də üstlərinə baxış keçirmiş, bölmədə onları ayrı-ayrı otaqlara salmışlar. Polislər çəkilişi saat 5-6 aralığında etmişlər, ondan sonra səhər-səhər vəkil gəlmişdi. Onda 9 qram narkotik olmamış, narkotik vasitəni ona polis əməkdaşları vermişlər və sanksiya məhkəməsində bunu demişdir. Ona Kürdəxanıda pulqabı və pulu qaytarsalar da Təqsirləndirilən şəxs1 üstündən çıxanları qaytarmamış, videoçəkilişlə üzərlərinə axtarış keçiriləndə onları saxlayarkən üzərlərindən çıxanları onları verməmiş, növbətçi hissədə saxlamışlar, sənədləşmənin olub-olmamasını bilmir. Onları saxlayarkən üzərlərinə axtarışda hal şahidi iştirak etməmiş, videoçəkilişdə və ondan əvvəl müdafiəçi verilməmiş, vəkil sonradan gəlmişdir. Onları saxlayanlar isə 3 nəfər olsalar da, çəkilişdə 2 nəfər polis əməkdaşı olmuşdur. Digər vaxtda onları “KPZ”-də saxlamış, həmin vaxtı polis əməkdaşları yanlarında olmamış, əl-qolları açıq, yanlarında da bir dustaq olmuşdur. O, Təqsirləndirilən şəxs1 sumkasını götürüb narkotik vasitəni onun içinə qoymaq istəmiş, lakin polislər maşından düşən kimi onları saxlamışlar.

38. Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixli məhkəmə baxışı iclasında Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, əvvəlki ifadəsində məsuliyyətdən yaxa qutarmaq üçün əksər məsələləri yalan demişdir. Belə ki, o, Nardaran kəndinə narkotik dalıyca getmiş, qızla deyil, Kənan adlı şəxslə danışmış, sonuncunun dediyi yerdən narkotik vasitəni götürmək istəmişdir. Lakin Təqsirləndirilən şəxs1 qızla danışdığını və oyun aparatı almağa getdiyini demiş, sonuncu narkotik vasitə dalıyca getdiyini bilməmiş, paltarlarını götürmək üçün Bakıya getmişdir. Məkana çatanda Təqsirləndirilən şəxs1 onu gözləməsini demiş, əvvəlkinin sumkasını götürüb narkotiki götürməyə getməyi planlaşdırmış, lakin o, narkotik vasitəni götürmədən polislər onları saxlamışlar. Onun telefonundan getdikləri yerin məkanı çıxmışdır. Barəsində qətimkan tədbiri seçilərkən məhkəmədə yanında polislər olduğuna görə həqiqətləri deyə bilməmişdir. Daha sonra ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

39. CM-in 234.4.1. və 234.4.3. maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

40. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

41. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

42. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 43.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 44.Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.

45. Maddə 93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

46. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

47. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

48. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 49.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 50.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. 51.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

52. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

53. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 54.Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 55.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 56.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu:

57. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

58. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

59. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür.

60. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir.

61. Maddə 21.1. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur.

“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

62. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İ siyahıya əsasən qurudulmuş marixuananın kütləsi 5 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 500 qram olduqda isə külli miqdarda psixotrop maddə, heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 9 saylı Qərarı

63. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003cü il tarixli 4 saylı Qərarı:

64. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

65. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarı:

66. Qərarın 37-ci bəndi. ...Cinayət işlərinə məhkəmədə baxılarkən şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar müəyyən edildikdə, məhkəmələr bunu şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirməli və bundan irəli gələrək CPM-də nəzərdə tutulmuş hüquqi vasitələrlə (məsələn, vəkilin bu şəkildə şübhəli şəxsin müdafiəsindən imtina etməsi haqqında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını məlumatlandırmaqla, icraatı aparan təhqiqatçı, müstəntiq barədə xüsusi qərar çıxarmaqla) həmin pozuntuya münasibətini bildirməlidirlər.

Avropa Məhkəməsinin Presedent Hüququ:

67. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri).

Məhkəmənin hüquqi dəyərləndirməsi:

68. Beləliklə, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi, cinayət işinə əlavə edilmiş və şəxsi axtarışı əks etdirən DVD diskdə olan, həmçinin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə prosesinin audio-video yazısının əks olunduğu DVD diskdə olan videogörüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 48-ci bəndi).

69. Digər Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi sonuncunun qismən etirafedici ifadəsi ilə yanaşı məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və şəxsi axtarışı əks etdirən DVD diskdə olan, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə prosesinin audio-video yazısının əks olunduğu DVD diskdə olan videogörüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 48-ci bəndi).

70. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələrin satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır.

71. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsi, narkotik vasitəni götürmədən polis əməkdaşları tərəfindən onları saxlanılması, həmçinin Təqsirləndirilən şəxs2 götürəcəyi paketin içərisində nə olmasından məlumatsız olması, ümumiyyətlə narkotik vasitəni və psixotrop maddəni görməməsi və istifadə etməməməsi barədə, digər Təqsirləndirilən şəxs2 isə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verdiyi Kənan adlı tanışının ona göndərəcəyi məkandan narkotik vasitəni götürmədən polis əməkdaşları tərəfindən saxlanılması barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır.

72. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir.

73. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə aparılması (İ cild i/v 28-29, 55-56), şübhəli şəxsi və təqsirləndirilən şəxsin dindirmə protokollarından (İ cild i/v 82-85, 97-101, 103-106, 118-122, 278-282 və 303-305) görünür ki, təqsirləndirilən şəxlər məhkəməyədək istintaq dövründə törətdiyi əməlləri dəfələrlə etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışlar. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadıqlarını bildirmişlər.

74. Bundan başqa Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, də Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında öncədən götürəcəkləri paketin içərisində nə olmasından məlumatsız olduğunu, yolda olarkən dostu Nəbinin ona narkotik maddə götürməyə getdiklərini bildirmişdir (İ cild i/v 135-140).

75. Bundan başqa Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında törədilmiş cinayət əməlində təqsirli bildiyini, Kənan adlı şəxsə inanaraq narkotik vasitəni onun dediyi yerə qoyaraq pul qazanmaq istədiyini, işsiz olduğundan sonuncunun təklifi ilə razılaşdığını bildirmişdir (İ cild i/v 141-146).

76. Eyni zamanda cinayət işinin İİ cildinə əlavə olunmuş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilmiş xx.xx.2024-cü il tarixli məhkəmə prosesləri əks olunduğu DVD diskin 1 və 2-ci faylında olan audio-video yazısından görünür ki, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək öncədən götürəcəkləri paketin içərisində nə olmasından məlumatsız olduğunu, paketdə ümumiyyətlə narkotik vasitə olduğunu bilmədiyini bildirmiş, hakim bu məsələni aydınlaşdırmaq məqsədilə iclas zalına digər Təqsirləndirilən şəxs2 dəvət etdikdən sonra isə sonuncu “Kənan” adlı tanışının ona yazdığını, həmin vaxt Təqsirləndirilən şəxs1 yanında olmadığını, lakin sonradan isə sonuncuya narkotik vasitə götürəcəklərini bildirdiyini, bundan sonra isə Təqsirləndirilən şəxs1 işləmədiyi üçün ona pul lazım olduğundan və çobanlıq etməkdən bezdiyindən Təqsirləndirilən şəxs2 ilə birlikdə getdiyini, Təqsirləndirilən şəxs2 isə narkotik vasitə istifadə etmədiyini, pula ehtiyacının olduğunu, kəndlisi Kənanın narkotik vasitəni götürüb sonuncunun dediyi yerə qoyması müqabilində ona 500 manat məbləğində pul verməyi təklif etdiyini, onun da işsiz olması səbəbindən razılaşdığını bildirmişlər (hökmün 29-30-cu bəndləri).

77. Bundan başqa məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə keçirilmiş şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən DVD disklərdə olan video görüntülərdə müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükülülərdə narkotik vasitə, şəffaf sellofan bükülüdəki kütləni ilk dəfə gördüyünü, qara sellofanda olan kütlənin isə ot kimi tanıdığı narkotik vasitə olduğunu, həmçinin həmin bükülüləri kəndçisinin sifarişilə tanımadığı şəxsin göndərmiş olduğu konumdan dostu Nəbi adlı şəxslə birlikdə Nardaran qəsəbəsindən götürdüyünü, Təqsirləndirilən şəxs2 isə təqdim etdiyi siqaret qutusunda olan quru ot kütləsini tapdığını, istifadə etməməsinə baxmayaraq üzərində daşıdığını, həmçinin 500 (beş yüz) manat pul qarşılığında tanışının ona göndərdiyi konumdan Təqsirləndirilən şəxs1la Nardaran qəsəbəsindən bükülünü götürüb daha sonra göndəriləcək konuma qoyacaqlarını bildirmişlər (İ cild i/v 28-30, 55-57).

78. Həmçinin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri psixotrop maddə olan metamfetaminin xeyli miqdarından təxminən 536.1 dəfə, külli miqdarından təxminən 40.2 dəfə artıq olması, narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarından təxminən 295 dəfə, külli miqdarından təxminən 2.95 dəfə artıq olması, həmçinin həmin maddələrin ayrı-ayrı bükümlərdə qramlara ayrılması, narkotik vasitə narkotik vasitə və psixotrop maddələrin növlərinin müxtəlifliyi həmin narkotik vasitə və psixotrop maddələri məhz satış məqsədi ilə əldə etdiyini bir daha təsdiq edir.

79. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir.

80. Bununla da, məhkəmə hesab edir ki təqsirləndirilən şəxslər tərəfindən məhkəmə iclasında verdikləri ziddiyyətli ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir.

81. Bundan başqa, məhkəmə iş üzrə toplanmış və aşağıda göstərilən digər sübutları təhlil etməyi və onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır.

82. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı E.A.Əmənov şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış keçirilən zaman müdafiəçidən imtina etmələri barədə xx.xx.2024-cü il tarixdə ərizələr almışdır (İ cild i/v 27, i/v 54).

83. Həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdikləri ifadələrində bildirmişlər ki, Bakı Şəhəri Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı E.A.Əmənov tərəfindən onların üzərilərində video çəkiliş vasitəsi ilə aparılan şəxsi axtarış və götürmə zamanı vəkillər iştirak etməmiş, vəkillər yalnız növbəti gün səhər bölməyə gəlmişlər.

84. Cinayət işinin materiallarından görünür ki, hər iki təqsirləndirilən şəxsin tutulması barədə protokollar, eləcə də sonuncuların müdafiəçidən imtina etmələri barədə ərizələr istər təqsirləndirilən şəxslər istərsə də vəkillər Şahid4 və Şahid3 tərəfindən imzalanmış və bütün bu istintaq hərəkətləri həmin vəkillərin iştirakı ilə həyata keçirilmişdir.

85. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrində göstərilən xüsusatları aydınlaşdırmaq məqsədilə xx.xx.2025-ci ildə Bakı şəhəri 7 saylı Vəkil Bürosuna, xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərində isə Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinə sorğular ünvanlamış, sorğulara cavab olaraq “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİİ hissəsinə görə vəkili peşə borcunu həyata keçirməklə əlaqədar ona məlum olan hallar barədə dindirməyin qadağan olması, vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər və arayışların vəkil sirrini təşkil etməsi, həmçinin Azərbaycan Respublikasının CPM-in 95.2, 95.2.2-ci maddələrinə əsasən müdafiəçi qismində hüquqi yardım göstərilməsi ilə əlaqədar həmin cinayət prosesinə aid olan məlumatları bilən vəkillərin dindirilə bilməməsi əsasları ilə vəkillər vəkillər Şahid4 və Şahid3 şahid qismində dindirilməsinin təmin edilməsinin mümkün olmaması bildirilmişdir.

86. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin üzərilərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılandan əvvəl onların vəkillərinin polis bölməsində olmaması barədə müdafiə tərəfi hər hansı bir sübut təqdim etmədiyindən, əksinə tutulmaya dair protokollarda, həmçinin təqsirləndirilən şəxslərin üzərilərinə şəxsi axtarış keçirilən zaman müdafiəçidən imtina etmələri barədə ərizələrdə vəkillərin imzalarının olması vəkillərin həqiqətən də mübahisələndirilən vaxtda polis bölməsində olmalarını təsdiq edilir. Lakin məhkəmə hesab edir ki, xx.xx.2024-cü ildə tutulmaya dair protokolların tərtib edilməsi zamanı iştirak etmiş, protokolları imzalamış vəkillərin hər hansı səbəbdən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxslərdən həmin tarixdə aldığı yazılı xahiş və ya razılıq əsasında şəxsi axtarışda iştirak etməmələrini müdafiə hüququnun və müvafiq istintaq hərəkətlərinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirilməlidir (İ cild i/v 16, 43, hökmün 65-ci bəndi).

87. Bundan başqa, məhkəmə iş üzrə toplanmış və aşağıda göstərilən digər sübutları təhlil etməyi və onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır.

88. Belə ki, təqsirləndirilən şəxslər Sabunçu RPİ-nin 42-ci polis bölməsinə daxil olarkən şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılandan əvvəl onların üzərilərinə baxış keçirilərək bütün əşyalarının götürüldüyünü bildirdiklərinə görə bu məsələnin aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən Sabunçu RPİ MSY-nə, Sabunçu RPİ-nin 42-ci polis bölməsinə və Bakı İstintaq Təcridxanasına müvafiq sorğular göndərilmiş, Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubu ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təcridxanaya daxil olarkən, sonunculara aid olan heç bir əşyanın mühasibat şöbəsinə daxil olmadığı bildirilsə də, sonradan həmin anlaşılmazlıq aradan qaldırılmış və Təcridxananın xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, yenidən mühasibat şöbəsinin xəzinəsinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs2 Təcridxanaya daxil olarkən, ona aid olan 1 ədəd qara rəngli bel kəməri və 1 ədəd qara rəngli pul qabı mühasibat şöbəsinin xəzinəsinə daxil olmuş, lakin Təqsirləndirilən şəxs1 əşyası mühasibat şobəsinə daxil olmamışdır. Həmçinin məhkəmənin sorğusuna cavab olaraq Sabunçu RPİ-nin 42-ci polis bölməsi xx.xx.2025-ci il tarixli məktubu ilə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən 01 ədəd mobil telefon və 12 manat, Təqsirləndirilən şəxs2 üzərindən 01 ədəd mobil telefon və 5 manat pul aşkar edilərək götürüldüyünü bildirsə də, Sabunçu RPİ MSY göndərilmiş məhkəmənin sorğusuna cavab olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024cü il tarixdə Sabnunçu RPİ-nin MSY-ə gətirilərkən üzərilərinə tam baxış keçirildiyi, baxış zamanı Təqsirləndirilən şəxs2 üzərindən kəmər, boş pul qabı, Təqsirləndirilən şəxs1 üzərindən metal boyunbağı, metal üzük, “leobank” plastik kartının götürülərək protokollaşdırıldığı, aşkar olunmuş əşyaların xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına etap olunarkən özlərinə təhvil verildiyi və bu barədə protokol tərtib olunduğunu bildirmişdir. Qeyd olunan ziddiyyətlərlə bağlı məhkəmə tərəfindən Sabunçu RPİ-nə təkrar sorğu göndərilmiş və Sabunçu RPİ-nin xx.xx.2025-ci il tarixli məktubu ilə anlaşılmazlıqlar aradan qaldırılaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində Sabunçu RPİ-nin MSY-nə aparılarkən şəxslərin üzərilərindən kəmər, boş pul qapı, metal boyunbağı, metal üzük və “leobank” kartı aşkar olunmuş, onlar Sabunçu RPİ-nin 42-ci PB-də şübhəli şəxs qismində saxlanılarkən xx.xx.2024cü il tarixdə qohumları tərəfindən onlara gətirilən qida və əşya qəbulu zamanı adları qeyd olunan əşyalar qəbul edilmiş, həmin əşyaların onlara məxsusluğu və lazım olduğunu bildirdiklərindən sonuncular əşyalarla birlikdə Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Faktiki olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində axtarış keçirilərkən kəmər, boş pul qapı, metal boyunbağı, metal üzük və “leobank” kartı aşkar edilməmişdir.

89. Məhkəmə eyni zamanda vurğulayır ki, Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələrə, Təqsirləndirilən şəxs1 isə həm ibtidai istintaq, həm də barəsində qətimkan tədbiri seçilərkən verdiyi etirafedici ifadələrə əsasən özlərini təqsirli bildiklərindən və hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirildiyindən yuxarıda qeyd edilən hallar ittihamın mahiyyətinə təsir göstərən kobud pozuntu hesab edilmir və şəxslərin istinad edilən cinayət əməllərində təqsirli olmasını istisna etmir.

90. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 38-ci bəndi).

91. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

92. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 gənc olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır.

93. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.

94. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halı, şəxsin üzərindən aşkar edilən psixotrop maddə kustar üsulla hazırlanmış metamfetaminin 80,417 qram və narkotik vasitə qurudulmuş marixuananın miqdarını 1475,0 qram çəkidə olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

95. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

96. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 43-cü bəndi).

97. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü ildə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində xx.xx.2024-cü ildən hesablanmaqla barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (i/v 16, 135-140).

98. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü ildən hesablanmalı və həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 6-cı bəndi).

99. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır(hökmün 38-ci bəndi).

100. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

101. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 gənc olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır.

102. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.

103. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halı və habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

104. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

105. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 43-cü bəndi).

106. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində xx.xx.2024-cü ildən hesablanmaqla barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (İ cild i/v 43, 141-146).

107. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü ildən hesablanmalı və həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 7-ci bəndi).

108. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanmalı, Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 9,59 və 1474,95 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 80,317 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (hökmün 52-ci bəndi).

109. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertiza xərci cəmi olaraq 224 (iki yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir (hökmün 54-cü bəndi).

110. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 45 və 53-cü bəndləri).

111. Həmçinin məhkəmə hesab edir ki, Bakı Şəhəri Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı E.A.Əmənov barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalı və həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir.

112. Eyni zamanda məhkəmə hesab edir ki, məhkəməyədək istintaq dövründə şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edən Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Şahid4 və Şahid3 X4 əvvəlkilərin ərizələri əsasında müdafiələrindən imtina etmələri barədə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına məlumat verilməlidir (hökmün 65, 84-cü bəndləri).

113. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

114. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 oktyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 9,59 və 1474,95 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 80,317 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərclərinin cəmi – 224 (iki yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bakı Şəhəri Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı X11 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Şahid4 və Şahid3 hərəkətləri barədə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına məlumat verilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar