Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-105/2024 30.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: müdafiəçilər: «Fides» Vəkil Bürosunun vəkili X25, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Leqal ” Vəkil Bürosunun vəkili Müdafiəçi5, «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X10 iştirakları ilə açıq məhkəmə iclasında
1. xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhərəi, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nzami küçəsi, döngə 12, ev 4Q-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Elçin Mustafayev küçəsi, ev 29-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İT-da saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə
2. xx.xx.1989-cu ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhərəi, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Kərim Eldarov küçəsi, ev 9-da qeydiyyatda olmaqla Bakı şəhərəi, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İT-da saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq,
müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq döyüş sursatlarını əldə etmiş, daşıyaraq gəzdirmiş və saxlamış, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı hazırlamaqla əldə etmiş, daşımış və saxlamış, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirdirməklə kultivasiya etmiş, onları və hissələrini toplamışdır. Belə ki, Təqsirləndirilən şəxs1, tanışı Gürcüstan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 və barələrində cinayət işi ayrılmış qeyriləri ilə qabaqcadan əlbir olan qrup şəxs halında 2022-ci ilin iyun ayının əvvəllərində satış məqsədi və tamah niyyəti ilə Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən fərdi yaşayış evinin həyətyani torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əkib ümumilikdə külli miqdarda – 3724 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmişlər, bundan əlavə 2022-ci ilin iyul ayından satış məqsədi və tamah niyyəti ilə həmin kollarının bir hissəsinin hissələrini toplayaraq həmin ünvanda qurutmaqla külli miqdarda – 36 kiloqram 710 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana qanunsuz hazırlayaraq əldə edib saxladıqları yerə daşımaqla narkotik vasitənin külli miqdarda – 36 kiloqram 700 qram çəkidə olan hissəsini həmin ünvanda gizlətmişlər, qalan 10 qram çəkidə olan hissəsini isə Təqsirləndirilən şəxs1 öz üzərində saxlamış, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyrilərin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 03 avqust 2022-ci il tarixdə saat 02.00-da Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq həmin evin həyatyani torpaq sahəsinə baxış keçirilərkən orada qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdikləri ümumi təmiz çəkisi 2 ton 606 kiloqram olan külli miqdarda 3724 ədəd əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri, həmçinin torpaq sahəsində yerləşən yarımtikilidən bir ədəd sellofan torbada külli miqdarda 36 kiloqram 700 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, tikilinin giriş qapısından sağ tərəfdə yerləşən taxta konstruksiyalı dolabın siyirtməsindən 32 ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (“PM”), “RA- 63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə (atəşə) yararlı döyüş sursatı hesab edilən patronlar və 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9x19 mm kalibrli olmaqla, həmin kalibrə malik “Zəfər K”, “Mətin”, “Parabellum”, “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma”, “Schmeisser JR 18-1”, “MP-38”, “MP-40”, “UZİ” markalı tapança-pulemyotlarda və s. yivli odlu dövüs silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə (atəşə) yararlı, döyüş sursatı hesab edilən patron aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub 03 avqust 2022-ci il tarixdə saat 07.30-da üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki şalvarının sol yan cibindən bir ədəd bükümdə 10 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış baxış zamanı Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən fərdi yaşayış evindən aşkar edilərək götürülmüş çətənə kolları və qurudulmuş marixuana ilə eyni tərkibli olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə etmiş, daşıyaraq gəzdirmiş və saxlamış, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı hazırlamaqla əldə etmiş, daşımış və saxlamış, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirdirməklə kultivasiya etmiş, onları və hissələrini toplamışdır. Belə ki, Gürcüstan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 oğlu və barələrində cinayət işi ayrılmış qeyriləri ilə təkrarən qabaqcadan əlbir olan qrup şəxs halında 2022-ci ilin iyun ayının əvvəllərində satış məqsədi və tamah niyyəti ilə Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən fərdi yaşayış evinin həyətyani torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əkib ümumilikdə külli miqdarda – 3724 ədəddən artıq sayda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmişlər, bundan əlavə 2022-ci ilin iyul ayından satış məqsədi və tamah niyyəti ilə həmin kollarının bir hissəsinin hissələrini toplayaraq həmin ünvanda qurutmaqla külli miqdarda – 36 kiloqram 710 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana qanunsuz hazırlayaraq əldə edib saxladıqları yerə daşımaqla narkotik vasitənin külli miqdarda – 36 kiloqram 700 qram qram çəkidə olan hissəsini həmin ünvanda gizlətmişlər, qalan 10 qram çəkidə olan hissəsini isə Təqsirləndirilən şəxs1 öz üzərində saxlamış, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyrilərin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 03 avqust 2022-ci il tarixdə saat 02.00-da Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq həmin evin həyatyani torpaq sahəsinə baxış keçirilərkən orada qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdikləri ümumi təmiz çəkisi 2 ton 606 kiloqram olan külli miqdarda 3724 ədəd əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri, həmçinin torpaq sahəsində yerləşən yarımtikilidən bir ədəd sellofan torbada külli miqdarda 36 kiloqram 700 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, tikilinin giriş qapısından sağ tərəfdə yerləşən taxta konstruksiyalı dolabın siyirtməsindən 32 ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (“PM”), “RA- 63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə (atəşə) yararlı döyüş sursatı hesab edilən patronlar və 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9x19 mm kalibrli olmaqla, həmin kalibrə malik “Zəfər K”, “Mətin”, “Parabellum”, “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma”, “Schmeisser JR 18-1”, “MP-38”, “MP-40”, “UZİ” markalı tapança-pulemyotlarda və s. yivli odlu dövüs silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə (atəşə) yararlı, döyüş sursatı hesab edilən patron aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub 03 avqust 2022-ci il tarixdə saat 07.30-da üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki şalvarının sol yan cibindən bir ədəd bükümdə 10 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış baxış zamanı Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən fərdi yaşayış evindən aşkar edilərək götürülmüş çətənə kolları və qurudulmuş marixuana ilə eyni tərkibli olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 05 avqust 2022-ci il tarixdə saat 19.00-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində saxlanılmış, 06 avqust 2022-ci il tarixdə saat 11.15-də Təqsirləndirilən şəxs2 müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsi, nömrəsiz fərdi yaşayış evində onun icazəsi, razılığı və iştirakı ilə keçirilən ifadəsinin yerində yoxlanılması, həmçinin axtarış və götürmə aparılan zaman həmin evin dəhlizində divardan asılmış bir ədəd narıncı rəngli əl çantasının içərisindən qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə daşıyaraq saxladığı 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesan edilən tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tututmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağ və 08 ədəd Azərbaycan Respublikasında zavod üsulu ilə 2008-ci ildə istehsal olunmuş, döyüş sürsatları hesab edilən, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 9x18 mm Kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstrukslyalı tapançaların ştat patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, onu öz evində tutublar. Belə ki, o, evdə olan zaman qapı döyülmüş, qapını açıb çölə çıxmış və görmüşdür ki, qara rəngli maşınla gələn 4 nəfər polis qapısının qarşısındadır. Polislər onu döyüb maşina mindirmiş, sonra çətənə kolları əkilmiş həyətə aparmışlar. O, Maştağa qəsəbəsi, Elçin Mustafayev küçəsi 29 ünvanda yaşayır, onun evində silah olmayıb, o silah görməmişdir, o, silahdan istifadə edə bilmir, gözdən əlil olduğu üçün hərbi xidmətdə olmamışdır. Polislərin aşkar etdiyi silah ona tanış deyil. Digər Təqsirləndirilən şəxs2 qohumu Vasifin həyətində görmüşdür. Kurban Maştağa qəsəbəsində 228 saylı məktəbin yanında yaşayır və onun Təqsirləndirilən şəxs2 silah və döyüş sursatı saxlamasından xəbəri yoxdur. Etiraf edir ki, o nəşə çəkirdi, həmin nəşəni satanlardan alırdı, lakin həyətində çətənə kollarını əkməmiş, bu işlə Kurbanla Vasif də məşğul olurlar. Lakin onların harada və necə istifadə etdiklərini bilmir. Onu 03 avqust 2022-ci il tarixdə öz evindən aparmışlar, ondan soruşmuşlar ki, Vasiflə Kurbanı tanıyırmı, onlara bu ikisi lazımdır. Onun barəsində kimsə polisə demişdir ki, Kurbanla və Vasiflə tanışlığı var, ona görə onun dalınca gəlmişlər. Baxış zamanı onun üzərində yalnız mobil telefon olmuş, 10 qram marixuananı isə cibinə tanımadığı polislər qoymuş, onda marixuana olmamışdır. Onu saxlayan polislərlə ədavəti və düşmənçiliyi olmamış, nə onlar onu, nə də ki, o onları tanımamışdır. Polislər ona demişlər ki, Vasiflə Kurban müqavimət göstərərək qaçmışlar, hətta polisin biri qolundan yaralanmışdır. Vasif onun atasının dayısı oğludur, evi də evləri ilə üzbəüzdür. O, çətənə bitkləri əkilmiş həyətdə olmamış, lakin bilmişdir ki, Vasif bu kolları əkib-becərməklə məşğul olur. Həmçinin Kurbanın da Vasifin həyətinə gedib-gəldiyini bilirdi. Müdafiəçinin suallarına əlavə olaraq bildirir ki, atasının dayısı oğlu olan Vasif Babayevə görə tutulmuşdur. Vasif də polis tərəfindən saxlanılmış, onu Vasiflə məhkəmə gedişatı zamanı BMCMİ-də müstəntiq üzləşdirmişdir. Xatırlayır ki, X27 Kurbanovun arasında həyətlərində əkib-becərdikləri çətənə kolları barədə söhbətlərini eşitmişdir. Lakin onun bu kolların əkib-becərilməsində heç bir aidiyyatı olmamışdır. Onu saxlayıb Baş İdarəyə aparmışlar. Orada ona bildirmişlər ki, üzərinə 10 qram marixuana qoyacaqlar və CM-nin 234.1-ci maddəsi ilə cəlb edəcəklər. Hətta ona bir sənəd göstərdilər ki, marixuananın 5 qramdan 500 qramadək çəkisi istifadəçi kimi hesab olunur, o da razılaşaraq narkotikin ona məxsus olmasını etiraf etmişdir. Vasiflə üzləşəndə də müstəntiqə onda heç bir şeyin olmadığını bildirmişdir. Üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Hətta ona demişlər ki, o bu məsələdə yalnız şahid kimi keçəcək, əsas məsələləri Kurban və Vasiflədir. Bildirmək istəyir ki, o, saxlanıldığı zaman Kurbanla Vasifin olduğu həyət evini göstərmiş, polislər həmin evə onunla birlikdə getmiş, orada maşında gözləmiş, həyətdən atəş səsləri eşitmiş, sonra bilmişdir ki, Vasif qaçıb getmiş, Kurban isə yaxalanmışdır. Hətta polis əməkdaşlarından birinin qolunun yaralandığını, qanlı olduğunu görmüşdür. Onun yanında olan polislərin söhbətindən bilmişdir ki, həmin yaralı polisi həyətdə yaralayıblar. Həmin həyət Vasifə məxsusdur və həmin həyətdə çox sayda çətənə kolları əkilmişdir. Həmin həyətə Kurban tez-tez gəlib-getmiş, onu Kurbanla həmin həyətdə Vasif tanış etmişdir. Polislər həyətdə olan çətənə kollarını torbaya yığaraq özləri ilə aparmışlar. Onu da polis idarəsində döymüşlər, onu döyənlərin adını bilmir, lakin anası prokurorluğa onun döyülməsi barədə şikayət etmişdir. Şikayətin nəticəsi barədə heç bir məlumatı yoxdur. Onun Maştağa qəsəbəsi, Nizami küçəsində olan fərdi evdən məlumatı yoxdur, Kurban ona həmin evi nəzarətdə saxlamağı və polis gəldikdə ona bu barədə zəng etməsini deməmişdir. Məhkəmə iclasında sədrlik edən Təqsirləndirilən şəxs2 ifadə verməyi təklif edir. Təqsirləndirilən şəxs2 hal-hazırda ifadə vermək istəmədiyini bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü yalnız İlknur adlı qadının evindən tapılmış tapança və 8 patronu etiraf edir. Həmin tapançanı və patronları ona hədiyyə etmişlər. O, ailəsi, yəni həyat yoldaşı və 2 azyaşlı uşaqları ilə Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yaşayıb. Uşaqlarının 5 və 13 yaşları olmaqla ikisi də Bakıda doğulmuşlar, 3 aydan bir Gürcüstana gedib-gəlirdi ki, Azərbaycandan deport olunmasın. Şahid9 Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən bağ massivini almamış, ona 20.000 manat beh verməmiş, həmin həyətdə tanışı ilə olmamış, anası rəhmətə getdiyi üçün onunla həmin həyətə gedə bilməzdi. Onun ümumiyyətlə, Şahid9 o həyətindən məlumatı olmamışdır. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildi, həmin ifadəsini yalnız tapança ilə 8 ədəd patronun ona məxsus olması hissəsində təsdiq edir. O, Təqsirləndirilən şəxs1 və Vasif adlı şəxslə heç bir cinayət əlaqəsinə girməmiş, onlarla birlikdə heç bir cinayət əməlini törətməmişdir. Həmçinin o, Vasif adlı şəxsdən Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən torpaq sahəsini almamış, ona pul verməmiş, ittihamda göstərilən torpaq sahəsi və ünvanlarda çətənə kolları əkib-becərməmiş qurudulmuş marixuana saxlamamış və satmamışdır, 33 ədəd patron da ona məxsus deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, lakin digər Təqsirləndirilən şəxs2 tanımır. Təqsirləndirilən şəxslərin hec biri ilə düşmənçiliyi və ədavəti yoxdur. 03 avqust 2022-ci il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında onun rəhbərliyi altında yaradılan 6-7 nəfərdən ibarət əməliyyat qrupu və baş X24 ilə birgə gecə saat 2-3 radələrində öz maşınları ilə Sabunçu rayonu, Maştağa qəsəbəsinə getmişlər. Həmin ünvanda piyada hərəkətdə olan Təqsirləndirilən şəxs1 gördükdə ona yaxınlaşaraq özlərini xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda çətənə bitkilərini əkib-becərilməsində, yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələr saxlamasında şübhəli olduğunu bildirmiş, həmin həyətə və ünvana baxış keçirəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 buna etiraz etməmişdir. Bundan sonra həmin ünvana müdafiəçi və mütəxəssis–aqronom dəvət edilmiş, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə və tikiliyə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin həyət və tikili onun qohumu Vasif adlı şəxsə və Vasifin dostu Kurbana məxsusdur. O isə həmin həyətə nəzarət edir, həmin həyətdə Vasif və Kurban tərəfindən çox sayda çətənə kollarının əkilib becərildiyini də etiraf etmişdir. Bundan sonra qeyd olunan həyətə Əzimin və müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həyətdə təqribən çox sayda çətənə kollarının əkildiyini görmüş, həmin kollar yığıldıqda sayının 4.000-ə yaxın olması müəyyən edilmişdir. Bundan sonra həyətdə sağ tərəfdə olan evə baxış zamanı sellofan torbanın içində 36-37 kiloqrama yaxın qurudulmuş marixuana və şkafların içində qara torbada 33 ədəd patron aşkar edilərək götürülmüşdür. Həmin patronların tapança silahına aid olması bilinirdi. Əzim evdə patron olmağından xəbəri olmadığını, patronların Kurbana məxsus olduğunu bildirmişdir. Çünki həmin tikilidə Kurban yaşamışdır. Aqranomun iştirakı ilə çətənə kollarını yığmışlar və torbalara yerləşdirmişlər. Həmçinin həmin tikilidən 2 ədəd Samsunq markalı mobil telefonlar da aşkar edilərək götürülmüşdür. Narkotik vasitələri və 33 ədəd patronu isə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 BNMİ-nin inzibati binasına gətirilmiş və orada baş X24 tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. X24 Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs1 şalvarın sol yan cibindən bir ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar edilmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərək çəkisinin 11 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin 11 qram kütləni bundan əvvəl keçirilmiş axtarış zamanı evdən aşkar ounmuş qurudulmuş marixuananın üzərindən şəxsi istifadəsi üçün götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, o və digər həmkarları Maştağa qəsəbəsində çətənə bitkilərinin qanunsuz əkilib-becərilməsi ilə əlaqədar keçirilmiş tədbirdə iştirak etmiş, həmin qəsəbəyə digər əməkdaşları gəldikdə bir məhəllədə küçədə Təqsirləndirilən şəxs1 və həmkarı Miryusif Seyidovu görmüşdür. Elə həmin yerdən Təqsirləndirilən şəxs1 təklifi ilə onlar həyətə daxil olmuş, Təqsirləndirilən şəxs1 həyətdə əkilmiş və aqrotexniki qulluq edilmiş çətənə kollarını göstərmişdir. Onun başı həmin kolların sayının müəyyən edilməsinə qarışmış, bu səbəbdən Təqsirləndirilən şəxs1 həyətdə olan tikilidən qurudulmuş marixuananı digər həmkarlarına təqdim etməsinin şahidi olmamışdır. Bildiyi qədər Təqsirləndirilən şəxs1 həmkarlarına 30 ədədə yaxın patron da təqdim etmişdir. Təqsirləndirilən şəxs1 bildirdiyinə görə həmin həyət qohumu Vasif və Təqsirləndirilən şəxs2 məxsus olmaqla onlar tərəfindən çətənə kolları əkilmiş, ona isə həmin kollara qulluq göstərməsini tapşırmışlar. Təqsirləndirilən şəxs1 həmçinin bildirmişdir ki, patronlar da Vasiflə Kurbana məxsusdur. Oradan odlu silah, yəni tapança tapılmasını xatırlamır. Həmin həyətə baxış keçirdikləri zaman Vasif adlı şəxs və Təqsirləndirilən şəxs2 olmamışlar. Həmçinin qeyd etmək istəyir ki, hadisə zamanı polis əməkdaşlarına heç kim tərəfindən heç bir müqavimət göstərilməmiş, polis əməkdaşlarından xəsarət alan olmamışdır. Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etməmiş, onun barəsində başqa məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə gecə vaxtı Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılmasında o və digər həmkarları iştirak etmişlər. Belə ki, o, hadisə yerindən həmkarı Miryusif Seyidov, Şahid5, Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs1 razılığı ilə Təqsirləndirilən şəxs2 məxsus həyətyanı sahəsinə və tikiliyə baxış keçirmişlər. Həyətdə 2 tona yaxın qanunsuz əkilmiş çətənə kolları aşkar edilərək tərəflərindən yığılaraq götürülmüş, həmçinin tikilidə 36 kq-a yaxın qurudulmuş marixuana aşkar edilmiş, bundan savayı tikilidə 32 ədəd tapança patronları aşkar edilərək götürülmüşdür. Bildirmək istəyir ki, çətənə kollarına aqrotexniki qulluq edilmişdir. Təqsirləndirilən şəxs2 saxlanılmasında və ona aid ünvana baxışda iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, həmkarı X18 qəsəbəsində yaşayan Əzim və Kurban adlı şəxslərin qanunsuz olaraq çətənə bitkiləri əkib-becərməsiilə məşğul olmalarına dair əməliyyat məlumat ıdaxil olmuş, həmin məlumatla əlaqədar yaradılmış əməliyyat qrupuna 5-6 nəfər daxil olmaqla iki maşında Maştağa qəsəbəsi H.Heybətov küçəsinə yollanmışlar. Orada bir həyət evinin qarşısında küçədə dayanmış zahiri əlamətlərinə görə hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs1 yaxınlaşmışlar və X30 Əzimova sonuncunun yaşadığı həyətyanı sahədə qanunsuz olaraq külli miqdarda çətənə bitkilərinin əkib-becərməsinə dair şübhələr olduğunu bildirmiş, Təqsirləndirilən şəxs1 həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etməmiş, özü darvaza qapısını açıb onları həyətə dəvət etmiş, oraya daxil olduqda görmüşlər ki, həyətin sahəsi böyük olmaqla çətənə bitkiləri əkilmiş, həmçinin balaca bir tikili vardır. Həyətyanı sahədə 3.000 ədəddən çox çətənə bitkiləri müəyyən edilərək torbalara yığılmış,həmçinin Təqsirləndirilən şəxs1 özünün dəvəti ilə tikiliyə daxil olduqda sonuncu tərəfindən 36 kq-dan yuxarıqurudulmuş marixuana və 32 ədəd patron sursatı təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, yaşadığı tikili və həyətyanı sahəsi Kurban adlı şəxsə məxsusdur, həmin bitkilər onun qohumu olan Vasif adlı və Kurban tərəfindən əkilib-becərilmiş, tikilidə olan qurudulmuş marixuana və patronlar Kurbana məxsusdur. O isə həmin ünvanda Kurbanın tapşırığı ilə bitkilərə quluq etmək üçün yaşayır. Təqsirləndirilən şəxs1 həmçinin bildirmişdir ki, Kurban və Vasif adlı şəxslər demək olar ki, hər gün həmin sahəyə baş çəkir, lakinhal-hazırda onların harada olmasından xəbəri yoxdur. O, Təqsirləndirilən şəxs2 saxlanılması və sonuncunun yaşayış ünvanına baxışda iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, həmkarı X18 qəsəbəsində yaşayan Əzim və Kurban adlı şəxslərin qanunsuz olaraq çətənə bitkiləri əkib-becərməsiilə məşğul olmalarına dair əməliyyat məlumat ıdaxil olmuş, həmin məlumatla əlaqədar yaradılmış əməliyyat qrupuna 5-6 nəfər daxil olmaqla iki maşında Maştağa qəsəbəsi, H.Heybətov küçəsinə yollanmışlar.O, arxada gedən maşında olduğu və maşından axırıncı düşdüyü üçün görmüşdür ki, bir fərdi həyət evinin qarşısında küçədə həmkarı X30 Əzimovla söhbət edir. Bundan sonra Təqsirləndirilən şəxs1 dəvəti ilə bütün əməliyyatçılar həyətə daxil olduqda görmüşlər ki, həyətin sahəsi böyük olmaqla çətənə bitkiləri əkilmiş, həmçinin balaca bir tikili vardır. Həyətyanı sahədə 3.000 ədəddən çox çətənə bitkiləri müəyyən edilərək torbalara yığılmış,həmçinin Təqsirləndirilən şəxs1 özünün dəvəti ilə tikiliyə daxil olduqda sonuncu tərəfindən 36 kq-dan yuxarı qurudulmuş marixuana və 32 ədəd patron sursatı təqdim edilmişdir. Həmçinin həmin tikilidə 2 ədəd mobil telefon da olmuşdur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, yaşadığı tikili və həyətyanı sahəsi Kurban adlı şəxsə məxsusdur, həmin bitkilər onun qohumu olan Vasif adlı və Kurban tərəfindən əkilib-becərilmiş, tikilidə olan qurudulmuş marixuana, patronlar və telefonlar Kurbana məxsusdur. O isə həmin ünvanda Kurbanın tapşırığı ilə bitkilərə quluq etmək üçün yaşayır. Təqsirləndirilən şəxs1 həmçinin bildirmişdir ki, Kurban və Vasif adlı şəxslər demək olar ki, hər gün həmin sahəyə baş çəkir, lakinhal-hazırda onların harada olmasından xəbəri yoxdur. O, Təqsirləndirilən şəxs2 saxlanılması və sonuncunun yaşayış ünvanına baxışda iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 orada bildirmişdir ki, Kurban adlı şəxslə onu qohumu Vasif tanış etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 tanıyır. Belə ki, onun atasından qalma Maştağa qəsəbəsi, H.Heybətov küçəsində 15 sotdan ibarət torpaq sahəsi və bir otaqdan ibarət tikili var idi. Həyətyanı sahədə bir neçə meyvə ağacları olmuş, başqa bitkilər olmamışdır. Pula ehtiyacı olduğu üçün sosial şəbəkələrdə həmin sahənin satılması barədə elan vermişdir. Həmin elanla bağlı bir neçə nəfər ona zəng edib maraqlansa da real alıcı yalnız Təqsirləndirilən şəxs2 olmuşdur. Təqsirləndirilən şəxs2 anası ilə birlikdə onun satışa qoyduğu sahəyə gəlmişlər, həmin sahəni bəyənmişlər və orada həmin sahəyə görə 48.000 manata razılaşaraq ona elə orda Təqsirləndirilən şəxs2 özü 20.000 manat beh ödəmişdir. Həmin pul əskinasları 50 və 100 manatlıq kupurlardan ibarət olmuşdur. Həmin behi ona görə almışdır ki, torpaq sahəsinin sənədləşməsini yekunlaşdırsın ki, Kurbana kupçalı torpaq sahəsi verə bilsin. Sonrakı dövrlərdə Kurban tutulduğu və pulun qalan hissəsini ödəmədiyi üçün torpaq sahəsini başqa bir şəxsə satmışdır. Kurban ona hətta həmin sahədə olan tikilidə yaşayacağını və əkinlə məşğul olacağını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin sabiq əməkdaşı Şahid8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən heç birini tanımır. Müstəntiqin məhkəmədən əldə etdiyi qərar əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən həyətyanı sahəsində axtarış istintaq hərəkəti keçirilmişdir. Orada müstəntiqlə yanaşı aqronom, o və həmkarı Tariyel Rzaquliyev iştirak etmişlər. Darvazadan həyətdəki evə daxil olmuşlar, orada olan şkafın arxasında həyətə olan keçiddən həyətyanı sahəyə keçib həmin həyətdə 10.000 ədədə yaxın çətənə kollarını aşkar etmişlər. Həmin kollar yığılıb torbalara qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Xatırladığı odur ki, müstəntiqin deməsinə görə həymin həyətyanı sahə Təqsirləndirilən şəxs2 məxsusdur. Həmin axtarış 08 iyun 2023-cü il tarixdə saat 18 radələrində keçirilmiş axtarışda Təqsirləndirilən şəxs2 iştirak etməmişdir. Şahid8 ifadəsi ilə əlaqədar Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Maştağa qəsəbəsində axtarış aparılmış həyətyanı sahə ona məxsus deyildir, o, ibtidai istintaq zamanı yalnız ifadəsi yerində yoxlanılan ünvanda Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən fərdi yaşayış evində axtarışda iştirak etmiş, həmin evdə özünə məxsus Makarov tipli tapança və 08 ədəd patronu istintaqa təqdim etmişdir. Bunu etiraf edir və təsdiq edir. Onun heç bir həyətyanı sahəsi olmamış, heç bir sahədə çətənə kolları əkib becərməmiş, o kolların hissəsini qurutmaqla marixuana əldə etməmiş və satmamışdır. Cinayət işinin materiallarında olan ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş X22 və X14 ifadələrində göstərmişlər ki, onlar Maştağa qəsəbəsində yaşamaqla tikinti ustasıdırlar və 2022-ci ilin iyun ayının 7 və 8-də Vasif adlı şəxsə məxsus Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən həyətin küncündə hörgü işləri aparmışlar, bununla bağlı tapşırıqları evin sahibi Vasif özü onlara vermiş, onunla əmək haqqı barədə söhbətlər aparmışlar. Həmin evin həyətində çətənə kollarının əkilib-becərilməsindən xəbərləri olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, Təqsirləndirilən şəxs2la təxminən 1 ay yarimdir ki, taniş olmuş, Kurbanla onu qeyri-rəsmi nigahda olduğu Zeynal tanış etmişdir. Zeynal hazırda narkotik vasitə saxladığına görə həbs olunmuşdur. Bakı şəhəri, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evi ona məxsusdur. Həmin evdə su təhcizatı ilə bağlı problemlər yarandığı üçün o, Kurbandan köməklik etməyini xahiş etmiş, Kurban köməklik edəcəyini və lazım olduqda usta dəvət edəcəyini bildirib evin açarlarını ondan götürmüşdür. Onun icazəsi ilə Kurban 04 avqust 2022-ci il tarixdən həmin evdə tək yaşamışdır. Kurbanın Maştağa qəsəıbəsi, Nizami küçəsində torpaq sahəsinin olmasından və orada çətənə bitkilərinin əkilməsindən onun heç bir xəbəri və məlumatı olmamışdır. 06 avqust 2022-ci il tarixdə Kurbanın müvəqqəti yaşadığı, ona məxsus olan evdə ifadələrin yoxlanılması zamanı Kurbanın təqdim etdiyi silahın evdə saxlanılmasından xəbəri və məlumatı olmamışdır. Belə ki, həmin ev ona məxsus olsa da, o, orada yaşamamış, Kurban həmin evdə müvəqqəti tək yaşamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirli olmaları qismən özlərinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 təqsirinə dair sübutlar: Məhkəmədə elan edilib araşdırılmış Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Gürcüstan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 və X7 qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik maddələr olan bitkiləri kultivasiya edərək Bakı şəhəri Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış əməliyyat-axtarış tədbirlərinin həyata keçiirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə əməliyyat qrupu yaradılmış, 03 avqust 2022-ci il tarixli raportdan isə müəyyən olunur ki,keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 03 avqust 2022-ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 03 avqust 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarının sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə qurudulmş marixunaya bənzər kütləni təqdim etmiş, həmin narkotik vasitənin çəkisi 11 qram olmuş, həmin narkotik vasitəsi marixuananı öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 03 avqust 2022-ci il tarixli «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.32 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, qanunsuz olaraq külli miqdarda narkotik maddələr olan bitkiləri kultivasiya etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “evə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla müdafiəçi və mütəxəssis-aqronomun iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 evin girişindən sağ tərəfdə yerləşən həyətdən 3724 ədəd çətənə bitkisinə bənzər, tikilinin giriş qapısından sol tərəfdə 01 ədəd göy rəngli politlen torbada açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlələri, evin giriş qapısından sağ tərəfdə yerləşən taxta konstruksiyalı dolabın siyirməsindən 33 ədəd patrona bənzən əşya, 02 ədəd “Sammsung” markalı mobil telefon və plastik bank kartı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 çətənə kollarını qohumu Vasiflə tanışı Kurbanın 2 ay bundan əvvəl əkdiyini, 1 ay olarki özünün suvarma işləri apardığını, kültivasiya etdiyini, vaxtaşırı olaraq qulluq göstərdiyini, Vasifin ona şəxsi istifadəsi üçün marixuana verdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Vasif və Kurbanla razılaşıb kultivasiya etdikləri və yetişdirdiyi çətənə kollarını qurudaraq marixuana əldə etdiklərini, həmin kütlələri qablaşdıraraq bükülüdə saxladıığını, patronların və göy rəngli “Samsung” markalı mobil telefonun, bank kartının Kurbana, qara rəngli “Samsung” markalı mobil telefonun Vasifə məxsus olduğunu, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, 03 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqdim etdiyi 3724 ədəd narkotik tərkibli çətənə bitkisi, 1 ədəd sellofan torbada quruduşmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, həmin bitkilər mütəmadi qulluq edilməklə torpağa əkilmişdir, tərkibində narkotik maddələr olan çətənə bitkisidir, bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir, dibləri yumşaldılmış, kübrələnmiş, mütəmadi olaraq suvarma işləri aparılmışdır. Həmin bitkilərin ölçüləri ortalama 50-90 sm apalığındadır. Məhkəmədə elan edilib araşdırılmış Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvalanan 03 avqust 2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 yaşadığı evin torpaq sahəsindən 3724 ədəd narkotik tərkibli çətənə kolu və 36 kq710 q qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 4(005)-861/2022 saylı qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 237.2.1, və 237.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu andan, yəni 03 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “şəxsiyyətin tanınması üçün fotoşəkil təqdim etməyə dair» 04 avqust 2022-ci il tarixli protokollərdan müəyyən olunur ki, tanınmaya təqdim olunuş fotoşəkillər arasından Əzimov X9 vətəndaşı Təqsirləndirilən şəxs2 və X7 fotoşəkillərini göstərərək həmin şəxslərlə birlikdə aşkar edilmiş çətənə kollarını əkdiyini və qurudulmuş marixuananı hazırladığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2022-ci il tarixli 7/862 №li rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan kütlə” yazılar və imzalar olan kağız paketdə 1 ədəd polietilen bükülüdə təmiz çəkisi-10,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlə” yazılar və imzalar olan böyük göy rəngli sintetik bağlamada təmiz çəkisi - 36kq700qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 4 ədəd göy rəngli böyük sintetik bağlamalarda yaş vəziyyətdə ümumi sayı-3724 ədəd, ümumi çəkisi-2606,0kq (2 ton 606kq) olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. -Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Təqdim olunmuş marixuanalar və çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidir Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 05 avqust 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru X19 Əzim Əliverdi oğlu barəsində «Əməliyyat –axtarış tədbirlərinin həyata keçirilməsinə dair » 02 avqust 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə arayış və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 5 ünvanda anası X8 ilə birlikdə yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 məhkumluğuna dair sorğuya cavab arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 5127 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında» 19 avqust 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş məlumatlara baxış zamanı ***-***-**-** saylı mobil telefon nömrəsi X12 tərəfindən istifadə edilmiş və qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında» 19 avqust 2022-ci il tarixli protokoldan müəyyən edilmişdir ki, "xxxx" MMC-dən daxil olmuş məlumatlara baxış zamanı ***-***-**-** saylı mobil telefon nömrəsi X12 tərəfindən istifadə edilməsi və qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Həmin telefon nömrəsinin Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 37 telefon danışığı; Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 45 telefon danışığı müəyyən edilmiş, lakin bu telefon danışıqları və SMS mətnləri barədə cinayət işinin materiallarında hər hansı bir açıqlama yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında» 13 işi üzrə "xxxx" MMC-dən daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs1, ***- ***-**-** saylı mobil telefon nömrəsi isə Təqsirləndirilən şəxs2 tərəfindən istifadə etmişdir. Qeyd olunan nömrələrin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Lakin bu telefon danışıqları və ya SMS mətnləri barədə cinayət işinin materiallarında hər hansı bir açıqlama yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında» 06 sentyabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs2 tərəfindən istifadə etmişdir. Qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Belə ki, həmin telefon nömrəsinin Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 6 telefon danışığı olmuşdur. Lakin bu telefon danışıqları və ya SMS mətnləri barədə cinayət işinin materiallarında hər hansı bir açıqlama yoxdur. Bununla belə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 , Təqsirləndirilən şəxs2 və barəsində cinayət işi ayrılmış Vasif Babayevin bir-biri ilə əlaqələrin olması bu telefon əlaqqələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə zamanı verdiyi ifadəsi qismən işin hallarına uyğundur. Belə ki, məhkəmə baxışı zamanı ifadə vermiş və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən fərdi evə və həyətyanı sahəyə baxış zamanı həmin evə və həyətyanı sahəyə baxışda iştirak edən polis əməkdaşları ifadələrində onlara qarşı baxış zamanı silahlı müqavimətin olmadığını, kiminsə xəsarət almadığını göstərmişlər. İbtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə verdiyi izahat və ifadələrində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Elçin Mustafayev küçəsi, ev 29-da yaşayır, 03 avqust 2022-ci il tarixdə, saat 02.00 radələrində həmin qəsəbədə, H.Heybətov küçəsində yerləşən təqdim etdiyi fərdi evin yaxınlığında 6 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılmış, onlar polis əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələrin, narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli olduğunu bildirərək onu, əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etdilər və evə baxış keçirilməsi zərurəti yarandığını izah etmişlər. O, təqdim etdiyi evin həyətində çətənə kolları əkib-becərdiyini və qurudulmuş marixuana saxladığını, təqdim etdiyi evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə yazılı ərizə təqdim etmişdir. Evin girişindən sağ tərəfdə yerləşən həyətdən 3724 ədəd çətənə bitkisi, tikilinin giriş qapısından sol tərəfdə bir ədəd göy rəngli polietilen torbada qurudulmuş marixuana, evin giriş qapısından sağ tərəfdə yerləşən taxta konstruksiyalı dolabın siyirməsindən 33 ədəd patron, iki ədəd biri göy, biri qara rəngli olan «Samsunq» markalı mobil telefonları və bir ədəd plastik bank kartını təqdim etmişdir. Həmin evin həyətində aşkar olunmuş çətənə kollarını qohumu Vasiflə, onun tanışı Kurbanın iki ay bundan əvvəl əkdiyini, həmin çətənə kollarına bir ay olar ki, suvarma işlərini aparmış, kultivasiya etmiş, vaxtaşırı olaraq qulluq göstərmiş, əvəzində Vasif ona şəxsi istifadəsi üçün qurudulmuş marixuana vermiş, o şəxsən narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əkibbecərdikləri çətənə kollarından topladıqları yarpaqları qurudaraq marixuana əldə etmişlər, həmin qurudulmuş marixuananı qablaşdırıb tikilidə saxlamışlar, tikilidən aşkar olunmuş patronlar və göy rəngli «Samsunq» markalı mobil telefon, həmçinin plastik bank kartı Kurbana, qara rəngli «Samsunq» markalı mobil telefon isə Vasifə məxsus olmuşdur. Həmçinin polis idarəsində üzərindən aşkar olunmuş bir büküm marixuana onun özünə məxsus olmuş,onu şəxsi istifadəsi üçün saxlayırdı, Vasif və Kurban onun saxlanıldığı vaxtdan bir müddət əvvəl həmin ünvanda olmuş,şəxsi işləri ilə əlaqədar harasa getmişlər. İbtidai araşdırma və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən həyət evindən aşkarlanmış çətənə bitkilərindən məlumatı olmadığını, həmin ünvana nəzarət etmədiyini, həmçinin Kurbanın polis orqanlarına təqdim etdiyi «Makarov» tipli tapança və ona aid sursatlardan məlumatı olmadığını bildirmiş və onun ifadəsi bu hissədə, yəni məhkəmənin qərarı ilə Maştağa qəsəbəsi, Nizami küçəsindəki ünvandan keçirilmiş baxış zamanı aşkar olunmuş, çətənə kollarının Təqsirləndirilən şəxs1 tərəfindən və yaxud onun iştirakı ilə əkilib-becərilməsi, kultivasiya olunması heç bir dəlillərlə sübuta yetirilməmiş, həmçinin Təqsirləndirilən şəxs2 özünün polis orqanlarına təqdim etdiyi tapança və sursatlara Təqsirləndirilən şəxs1 aidiyyatı olması da hər hansı sübut növü ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Maştağa qəsəbəsi, Nizami küçəsində olan ünvana baxış keçirilməsində iştirak etməmiş, onun bu ünvanda çətənə kollarını əkib-becərməsi və əkilib-becərilmiş çətənə kollarına qulluğu müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ittihamında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsindəki ünvandan bir qrup şəxs halında, yəni Təqsirləndirilən şəxs2 və digər şəxslə əlbir olaraq Əzm Əzimovun özünün təqdim etdiyi külli miqdarda çətənə kolların əkilib-becərilməsi, onlara qulluq göstərməsi, bu kollardan topladıqları və qurutduqları külli miqdarda narkotik vasitə olan marixuananın, həmçinin özünün təqdim etdiyi 33 ədəd patronun əldə etmə, daşıma, gəzdirmə və saxlanılması epizodu, həmçinin polis idarəsində üzərindən aşkar olunmuş bir büküm narkotik vasitə olan qurudulmuş marixuana epizodu üzrə ittihamlar qüvvəsində saxlanılmalı, onun təkrarən, yəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsindəki ünvanda külli miqdarda çətənə kollarının əkilib-becərilməsi, onlara qulluq etməsi və Təqsirləndirilən şəxs2 məxsus tapança və döyüş sursatlarını təqdim etməsi hissəsində olan epizodlar üzrə onun ittihamından xaric edilməlidir. Bununla belə, Təqsirləndirilən şəxs1 sübuta yetirlmiş cinayət əməlləri üzrə hərəkətləri Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə tövsif edilməli və ona bu maddələrlə cəza ətyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 237.2.2-ci maddəsi isə onun ittihamından xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ittihamından qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissəsivə döyüş sursatını (8 ədəd patron) əldə etmə, daşıyaraq gəzdirməsi və saxlaması, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarçılıq xüsusatı üzrə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə kultivasiya etməsi epizodlarını xaric etdikdə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin əldə etdiyi dəlillər, yəni sübutlar mötəbər olmaqla insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalı, əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı, həmçinin məhkəmədə verdiyi ifadələri, şahidlərin verdiyi ifadələri, 03 iyun 2022-ci il tarixdə keçirilmiş evə və ondan sonra polis idarəsində Təqsirləndirilən şəxs1 üzərinə baxış və götürmə protokolları və həmin baxışları əks etdirən videoçəkilişin CD diskləri, məhkəmə ekspertiza rəyləri, mütəxəsis-aqronom rəyləri, həmçinin digər sübut növləri mötəbər sübut növləri olmaqla Təqsirləndirilən şəxs1 yalnız bu sübutlar əsasında ittiham verilə bilər. Təqsirləndirilən şəxs2 təqsirinə aid sübutlar: Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru Orxan Səmədovun 09 iyun 2022-ci il tarixli qərarından müəyyən olunur ki, 08 iyun 2022-ci il tarixdə saat 17 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Gürcüstan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 məxsus olan Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi 1V ünvanda yerləşən evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan külli miqdarda, ümumi sayı 16707 ədəd, ümumi təmiz çəkisi 182510,0 qram olan çətənə bitkilərin aqrotexniki qaydada qulluq edilməklə əkilib yetişdirilən kollar götürülmüş, fakta görə CM-nin 237.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərarından müəyyən olunur ki, rayon prokurorunun təqdimatı və istintaq orqanının vəsatəti təmin edilməklə Təqsirləndirilən şəxs2 məxsus ünvan 9 ünvanında yerləşən nömrəsiz evin həyətyanı sahəsinə daxil olma və baxış keçirilməsi əməliyyat –axtarış tədbirinin həyata keçirilməsinə icazə verilməlidir. Məhkəmədə elan edilib araşdırılmış «axtarış, baxış və götürmə aparılması barədə» 08 iyun 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, mütəxəssis-aqronomun iştirakı ilə videloçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 iştirakı olmadan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən fərdi yaşayış evinin həyatyani torpaq sahəsinə baxış keçirilərkən orada qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya edilmiş ümumi təmiz çəkisi 182 kiloqram 510 qram olan külli miqdarda 16707 ədəd əkilibbecərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli aqronom rəyindən müəyyən olunur ki, həyətyanı sahə 1200 kvm sahəsi olan ərazidə, əkilməsi və becərilməsi qadağan olunan 10-80 sm müxtəlif hündürlikdə 167707 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Bu bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, suvarılmış və alaq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2022-ci il tarixli 7/596 nömrəli məhkəmə-bioloji ekspertiza rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “... vət. Təqsirləndirilən şəxs2 həyətindən aşkar olunmuş...” yazılar və imzalar olan 20 ədəd torbalarda yaş vəziyyətdə, ümumi sayı 16707 ədəf, ümumi çəkisi – 182510,0 qram bitki nümunələri, əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli – çətənə (kannabis) bitkiləridir. -Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Qalıq : çətənə bitkiləri – 182484,2 qram. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının 19 iyun 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması üçün barəsində axtarış elan edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin CAŞ-nin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, axtarışda olan Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, YYM-də saxlanılaraq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmiş və xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli Maştağa qəsəbə sakinləri X14, X4 və X15 izahatlarından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Vasif adlı şəxsin sonuncuya məxsus və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsindəki həyətində tikinti işləri aparmışlar, onların işlədiyi həyətin sahibinin adı Vasifdir. Bu vətəndaşlar ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş və ifadələrində də Maştağa qəsəbəsi, Nizami küçəsindəki həyətdə Vasif adlı şəxsin sifarişi ilə 07-08 iyun tarixlərində tikinti işləri görmüş, əmək haqqını onlara Vasif ödəməyi öhdəsinə götürmüş və həmin həyətin sahibi Vasifdir. Məhkəmədə elan edilib araşdırılmış «ifadələrin yerində yoxlanılması, axtarış və götürmə barədə» 06 avqust 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, 06 avqust 2022-ci il tarixdə saat 11.15-də Təqsirləndirilən şəxs2 müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsi, nömrəsiz fərdi yaşayış evində onun icazəsi, razılığı və iştirakı ilə keçirilən ifadəsinin yerində yoxlanılması, həmçinin axtarış və götürmə aparılan zaman həmin evin dəhlizində divardan asılmış bir ədəd narıncı rəngli əl çantasının içərisindən döyüş sursatları hesab edilən 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tututmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağ və 08 ədəd Azərbaycan Respublikasında zavod üsulu ilə 2008-ci ildə istehsal olunmuş, döyüş sürsatları hesab edilən, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 9x18 mm Kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstrukslyalı tapançaların ştat patronları aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 avqust 2022-ci il tarixli, 4(005)-642/2022 saylı qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu andan, yəni 05 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 08 avqust 2022-ci il tarixli 22/531R nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Silahın hissə və mexanizmlərinin üzərində zavod nömrənişanlarını göstərən hərf-rəqəmlər kustar üsulla kənar predmetlə dərindən silindiyindən istehsal ilini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş 08 ədəd patron Azərbaycan Respublikasında zavod üsulu ilə 2008-ci ildə istehsal olunmuş 9x18 mm Kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstrukslyalı tapançaların ştat patronlarıdır, döyüş sürsatlarıdır, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tututmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir- -darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır.Qalıq: 5 ədəd patron. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2022-ci il tarixli 3/1090 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 32 (otuz iki) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (“PM”), “RA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır - döyüş sursatıdırlar, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9x19 mm kalibrli olmaqla, həmin kalibrə malik “Zəfər K”, “Mətin”, “Parabellum”, “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma”, “Schmeisser JR 18-1”, “MP-38”, “MP-40”, “UZİ” markalı tapança-pulemyotlarda və s. yivli odlu dövüs silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur - döyüş sursatıdır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 27 avqust 2022-ci il tarixli 4789 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində verdiyi 05 avqust 2022-ci il tarixli və təqsirləndirilən şəxs qismində verdiyi 06 avqust 2022ci il tarixli ifadələrindən müəyyən olunur ki, 2022-ci ilin fevral ayında tanışı X21 qəsəbəsi, ünvan 10 ünvanda yerləşən həyət evini sotunu 1500 manatdan əldə etmiş, ilkin ödəniş kimi Vasifə 7.000 manat vermiş, 20.000 manat borclu qalmışdır. Həmin həyət evində yaşamasa da orada 18 sot ölçüdə olan həyətdə çətənə bitkilərini əkib-becərmiş, özündən başqa heç kim o kollara qulluq etməmişdir. Həmçinin o, 01 il 06 ay bundan əvvəl Novxanıda yaşayan «Hacı» adlı şəxsdən «Makarov» tipli tapança almış, «Hacı» ona tapançanı hədiyyə etmişdir. Tapançanı o, İlknur adında qadının yaşadığı Zabrat qəsəbəsi, Tramvay küçəsi, nömrəsiz evində gizlətmişdir. Tapança barədə İlknur və hər hansı başqa bir digər şəxsin məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ifadə verərək «Hacı» adlı şəxsdən «Makarov» tipli tapançanı və döyüş sursatlarını hədiyyə aldığını bildirmiş, həmin əşyaları İlknur adlı tanışının evində saxladığını, həmin tapança və patronları polis əməkdaşlarına təqdim etdiyini bildirmiş, lakin Maştağa qəsəbəsi, H.Heybətov küçəsindəki sahəni Şahid9, Maştağa qəsəbəsi, Nizami küçəsindəki sahəni isə Vasif Babayevdən almadığını, həmin sahələrdə qanunsuz olaraq çətənə bitkilərini əkib becərmədiyini, həmçinin Maştağa qəsəbəsi, H.Heybətov küçəsindəki tikilidə Təqsirləndirilən şəxs1 təqdim etdiyi qurudulmuş marixuana və 33 ədəd patrondan məlumatı olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında, yəni Təqsirləndirilən şəxs1 və digəri ilə əlbir olmaqla Maştağa qəsəbəsi, H.Heybətov küçəsindəki fərdi evdə və həyətyanı sahədə Təqsirləndirilən şəxs1 tərəfindən təqdim olunmuş külli miqdar təşkil edən 3724 ədəd çətənə bitkilərini əkib-becərməsi, onlara aqrotexniki qaydada qulluq göstərməsi, həmin kollardan topladığı 36 kq 700 qram çəkidə qurudulmuş marixuananı və həyətdə olan tikilidə saxlaması, həmin tikilidə həmçinin qanunsuz olaraq 33 ədəd patronu əldə etməklə saxlamasıdigər Təqsirləndirilən şəxs1 ardıcıl olaraq ibtidai araşdırma zamanı və məhkəmədə verdiyi ifadələri, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində olan həyət evinin sahəsi ilə birlikdə Təqsirləndirilən şəxs2 satması barədə Şahid9 ifadəsi, bu sahədə axtarış və götürmə aparan polis əməkdaşlarının ifadələri, 03 avqust 2022-ci il tarixli baxış və götürmə barədə protokol və bu protokola əlavə edilmiş CD diskl, məhkəmə ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və barələrində cinayət işi ayrılmış qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin mart ayının axırlarında satış məqsədi və tamah niyyəti ilə özünə məxsus Bakı şəhəri, Maştağa qəsəbəsi, Nizami küçəsində uerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq 16707 ədəd çətənə bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etməsi məhkəmə baxışı zamanı təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı qeyd edilən sahəni Vasif Babayevdən əldə etdiyini göstərsə də bu ifadəsini məhkəmədə inkar etmiş, digər Təqsirləndirilən şəxs1 Maştağa qəsəbəsi, Nizami küçəsində olan sahədən xəbəri olmadığını bildirmiş, Vasif Babayev ibtidai araşdırma orqanı tərəfindən müəyyən edilmədiyi üçün onu bu xüsusatlar üzrə dindirmək mümkün olmamışdır. Lakin Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən və orada 8 iyun 2022-ci il tarixdə məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs2 iştirakı olmadan baxış və götürülmə aparılan sahədə 7 və 8 iyun 2022-ci il tarixdə tikinti işləri aparan Maştağa qəsəbə sakinləri X14, X4 və X26 verdikləri izahat və ifadələrində həmin sahənin sahibi Vasif adlı şəxsin olduğunu, onun dəvəti ilə orada tikinti işləri apardıqlarını və Vasifin onların əmək haqlarını ödədiyini bildirmiş, Kurban adlı şəxsi tanımadıqlarını və onu həmin sahədə görmədiklərini göstərmişlər. Həmçinin 08 iyun 2022-ci il tarixdə Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən həyətdə baxışda iştirak etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin sabiq əməkdaşı Şahid8 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, həmkarı Şahid7 ilə birlikdə Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən həyətyanı sahəyə baxışda iştirak etmiş, orada külli miqdarda çətənə kollarını aşkar edib yığıb torbalara qablaşdırmışlar. Müstəntiqin sözlərindən bilmişdir ki, bu sahə Təqsirləndirilən şəxs2 məxsusdur, Təqsirləndirilən şəxs2 özü axtarışda olduğu üçün baxışda iştirak etməmişdir. Cinayət işinin materiallarında olan və Təqsirləndirilən şəxs2 şəxsiyyəti və yaşayış yerini müəyyən edən sənədlərdən (portaldan çıxarış) müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.1989-cu il tarixdə Gürcüstanda doğulmuş və Gürcüstan Respublikasının vətəndaşıdır, o, xx.xx.2021-ci il tarixdə Bakı Beynəlxalq Hava Limanı vasitəsilə Bakı şəhərinə gəlmiş və Azərbaycan Respublikasında hər hansı ünvanda yaşamasına dair heç bir rəsmi məlumat yoxdur. Belə olan halda Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 272 nömrəli xx.xx.2022-ci il tarixli arayışda göstərildiyi, Təqsirləndirilən şəxs2 qeydiyyatsız müvəqqəti yaşadığı yaşayış sahəsinin ünvanının ünvan 13 evinin olması barədə məlumat mötəbər sənəd kimi qəbul oluna bilməz, yəni qeydiyyatsız və müvəqqəti yaşamaq anlayışları rəsmi məlumat kimi qəbul oluna bilməz və Təqsirləndirilən şəxs2 məhz həmin ünvanda yaşamasını və yaxud həmin ünvanın ona məxsus olmasını təsdiq edə bilməz. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin125.2.8-ci maddəsinə əsasən sənədin həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda həmin sənədin cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində olan həyətdə külli miqdarda 16707 ədəd əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkilərin məhz Təqsirləndirilən şəxs2 məxsus olması sübuta yetirilməmiş və məhkəmə baxışı zamanı da bu epizod üzrə Təqsirləndirilən şəxs2 təqsiri müəyyən edilməmiş və Təqsirləndirilən şəxs2 ittihamından bu əməl xaric edilməli, o yalnız CM-nin 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə ittiham olunmaqla cinayət məsuliyyətinə cəlb olunmalı və ona bu maddələrlə cəza təyin edilməlidir. Onun ittihamından CM-nin 237.2.2 (əməli təkrarən törətməsi) maddəsi xaric edilməlidir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvəllər məhkum olunmamış, onu xarakterizə edən digər sənədlərdən isə məlum olur ki, öhdəsində Bakı şəhərində anadan olmuş xx.xx.2011 və xx.xx.2019-cu il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs2 Gürcüstan Respublikası vətəndaşı olsa da onun himayəsində olan 2 övladı Azərbaycan Respublikasında dünyaya gəlmiş və Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün barəsində CM-nin 52.2.6-cı maddəyə əsasən Təqsirləndirilən şəxs2 əsas cəzanı çəkdikdən sonra ona əlavə cəza olan Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü təyin edilməməlidir. Məhkəmə baxışı zamanı müdafiəçilərin vəsatəti ilə Təqsirləndirilən şəxs2 barəsində təyin olunaraq keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 828 saylı rəyinə əsasən o psixi xəstəlikdən əziyyət çəkmir, anlaqlıdır, CM-nin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsifi haqqında» 24 oktyabr 2022-ci il tarixli qərardan müəyyən olunur ki, bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 36699,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 2 ton 605 kiloqram 996,95 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş tədqiqatdan sonra qalıq qalmış 9,98 qram marixuana, bir ədəd kağız paketdə qablaşdırılan döyüş sursatları hesab edilən 32 ədəd 9x18 mm kalibrli və 1 ədəd 9x19 mm kalibrli patronlar, 01 ədəd möhürlənmiş polimer bükümdə qablaşdırılan 01 ədəd 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 01 ədəd daraq və 05 ədəd 9x18 mm kalibrli patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə, 20 ədəd torbada qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 182484,2 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinənə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış və götürmə aparılmasını, eləcə də təqdim etdiyi evə baxış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd DVD disk, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə axtarış, baxış və götürmə aparılmasını, eləcə də, Kurban Kuranovun ifadəsinin yerində yoxlanılması, axtarış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş cəmi üç ədəd “Samsung” markalı mobil telefon cihazları ayrılmış cinayət işində hüquqi qiymət verilənədək saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 24 oktyabr 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayətlərdə iştirakı ehtimal edilən X13, eləcə də aşkar edilmiş odlu silah və döyüş sursatlarını əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə əməliyyat orqanına tapşırıq verilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Odur ki, 24 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin materiallarından X13 barəsində, o cümlədən odlu silah və döyüş sursatların mənbə xüsusatına görə Azərbaycan Respublikası CM-in 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri qismən olaraq özlərinin və şahidlərin ifadələri, baxış və götürmə istintaq protokolları və həmin baxış və götürmələri əks etdirən video görüntüləri ilə, məhkəmə ekspertiza rəyləri, telefon danışıq məlumatları, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etdikdə onların əlbir olduqları cinayət əməlində iştirakçılığın dərəcəsini nəzərə almalıdır. Bu halda məhkəmə məhz Təqsirləndirilən şəxs2 etdiyi əməllərdə iştirakçı və təşkilatçı olmaqla Təqsirləndirilən şəxs1 həmin əməlləri törədilməsinə cəlb etməsi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları andan hesablamalıdır. Belə olan halda Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 03 avqust 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli isə 05 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan İş üzrə maddi sübutlar– Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 36699,8 qram çəkidə və Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 9,98 qram olan narkotik vasitə qurudulmuş marixuana, 2 ton 605 kiloqram 996,95 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri məhv edilməli, bir ədəd kağız paketdə qablaşdırılan döyüş sursatları hesab edilən 32 ədəd 9x18 mm kalibrli və 1 ədəd 9x19 mm kalibrli patronlar, 01 ədəd möhürlənmiş polimer bükümdə qablaşdırılan 01 ədəd 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 01 ədəd daraq və 05 ədəd 9x18 mm kalibrli patronlar Azərbaycan Respublikası DİN-nə təhvil verilməli, 20 ədəd torbada qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 182484,2 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri bu cinayət işindən ayrılmış cinayət işi üzrə maddi sübut kimi qəbul edilməli və onların Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış və götürmə aparılmasını, eləcə də təqdim etdiyi evə baxış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd DVD disk, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə axtarış, baxış və götürmə aparılmasını, eləcə də, Kurban Kuranovun ifadəsinin yerində yoxlanılması, axtarış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş cəmi üç ədəd “Samsung” markalı mobil telefon cihazları ayrılmış cinayət işinə əlavə edilmiş hesab edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 136 (yüz otuz altı) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 üçün «VERDİKTUM» Vəkil Bürosunun nəfinə 600 AZN (altı yüz) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,
hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətinə, Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 avqust 2022-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ittihamından Azərbaycan Respublikası CM-nin 237.2.2-ci maddəsi xaric edilsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 04 (dörd) il müddətinə, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətinə, Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2022-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 52.2.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 ittihamından Azərbaycan Respublikası CM-nin 237.2.2-ci maddəsi xaric edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 36699,8 qram çəkidə və Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 9,98 qram olan narkotik vasitə qurudulmuş marixuana və 2 ton 605 kq 996, 95 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri məhv edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə maddi sübut olan və ibtidai araşdırma orqanında olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş üç ədəd “Samsung” markalı mobil telefon cihazları baxılan cinayət işindən ayrılmış ********* saylı cinayət işində saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerindən saxlanılan 20 ədəd torbada qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 182484,2 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri bu cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi hesab edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd kağız paketdə qablaşdırılmış döyüş sursatları hesab edilən 32 (otuz iki) ədəd 9 x18 mm kalibrli və 01 (bir) ədəd 9x19 mm kalibrli patronlar, Təqsirləndirilən şəxs2 götürülən 01 (bir) ədəd möhürlənmiş polimer bükümdə qablaşdırılan 01 (bir) ədəd 9x19 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 01 (bir) ədəd daraq və 05 (beş) ədəd 9x19 mm kalibrli patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş axtarış, baxış və götürmə aparılmasını özündə əks etdirən 04 (dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 136 (yüz otuz altı) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova