Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-105/2025 23.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X15, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Müzəffər oğlu, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, X25, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14 Qəmbər qızı, Zərərçəkmiş şəxs16, X26, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, X32, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs35, X33, Zərərçəkmiş şəxs37, Zərərçəkmiş şəxs38, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs42, Zərərçəkmiş şəxs43, Zərərçəkmiş şəxs44, Zərərçəkmiş şəxs45, Zərərçəkmiş şəxs46, X16, Zərərçəkmiş şəxs49 Şahhüseyn qızı, Zərərçəkmiş şəxs50, Zərərçəkmiş şəxs51, Zərərçəkmiş şəxs52, Zərərçəkmiş şəxs53, Zərərçəkmiş şəxs55 Adıgözəl qızı, X50, Zərərçəkmiş şəxs57, Zərərçəkmiş şəxs58, Zərərçəkmiş şəxs59, Zərərçəkmiş şəxs60, Zərərçəkmiş şəxs61, Zərərçəkmiş şəxs63, Zərərçəkmiş şəxs64, Zərərçəkmiş şəxs66, Zərərçəkmiş şəxs68, Zərərçəkmiş şəxs69, Zərərçəkmiş şəxs70, Zərərçəkmiş şəxs71, X38, Zərərçəkmiş şəxs73, X7, Zərərçəkmiş şəxs76, Zərərçəkmiş şəxs77, Zərərçəkmiş şəxs78, Zərərçəkmiş şəxs79 və Zərərçəkmiş şəxs80, Zərərçəkmiş şəxs11 nümayəndəsi – Bakı şəhəri, “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə1 Ağaməmməd oğlunun, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs50, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs49 Şahhüseyn qızı, Zərərçəkmiş şəxs51, X38 və Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs6 nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə2, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı ildə Qobustan rayonu Çuxanlı kəndində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, dul qadın, himayəsində ikisi azyaşlı olmaqla üç uşağı olan, ali təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qobustan rayonu, Çuxanlı kəndində yaşayan, 25 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CMin 178.4-cü maddəsi ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı şəxslərin ümumilikdə xüsusilə külli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə 2022-ci ilin aprel ayının ortalarında bu sahədə hər hansı peşəkar təcrübəsi və müsbət uğurları olmadığı halda əvvəlcədən düşünülmüş şəkildə “Whatsap” mobil tətbiq təminatında “Online lotereya” oyunları təşkil edərək bir neçə qrup yaradıb, qruplara qoşulmuş şəxslərə yatırım edəcəyi halda məbləğdən və qoşulduğu qrupdan asılı olaraq həmin məbləğin bir neçə qatını qaytaracağı barədə həqiqətə uyğun olmayan elanlar paylaşıb yalan vədlər verməklə onlayn lotereya oyunlarına müxtəlif şəxslərin qoşulmasına nail olmuş, mobil tətbiqdə yaradılmış söhbət qrupunda məbləğdən və müddətdən asılı olaraq iştirakçılara daim artan xətt üzrə gəlir verən uydurulmuş yatırım paketlərinin təbliğatını aparmış, ilkin qoşulmuş şəxslərin vasitəsilə daha çox şəxsi lotereya oyununa cəlb etməklə daha artıq əmlak ələ keçirməkdən ötrü və gördüyü işin həqiqətən real gəlir verdiyinə insanları inandırıb pullarını ələ keçirmək məqsədilə onlayn lotereyaya ilkin qoşulmuş şəxslərə sonrakı aylarda yatırım edən şəxslərin pulları hesabına gəlir adı ilə yatırdıqları pulların bir neçə qatını qaytararaq, pul qazanmış şəxslər tərəfindən əlavə şəxslərin lotereya oyununa cəlb edilməsinə nail olduqdan sonra qabaqcadan düşünülmüş şəkildə, vahid niyyətlə əhatə olunan qəsdlə eyni ilə artıq qazanc əldə edən iştirakçılar kimi digər iştirakçılara da yatırım etdiyi məbləğin bir neçə qatını qaytaracağı adı ilə 2022-ci ilin aprel ayının ortalarından həmin ilin oktyabr ayının sonlarınadək olan müddət ərzində Bakı şəhəri və respublikanın digər rayonlarından müxtəlif ünvanlardan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 10.725 manat, Zərərçəkmiş şəxs2 5.630 manat, Zərərçəkmiş şəxs3 Müzəffər oğlunun 2.000 manat, Zərərçəkmiş şəxs5 73.730 manat, Zərərçəkmiş şəxs6 65.000 manat, Zərərçəkmiş şəxs7 9.990 manat, Zərərçəkmiş şəxs8 10.150 manat, Zərərçəkmiş şəxs9 3.040 manat, X8 2.500 manat, Zərərçəkmiş şəxs79 4.240 manat, Zərərçəkmiş şəxs80 60.000 manat, Zərərçəkmiş şəxs11 23.000 manat, X12 15.000 manat, Zərərçəkmiş şəxs13 12.290 manat, Zərərçəkmiş şəxs14 Qəmbər qızının 8.430 manat, Zərərçəkmiş şəxs15 3.100 manat, Zərərçəkmiş şəxs16 32.800 manat, Zərərçəkmiş şəxs17 3.820 manat, Zərərçəkmiş şəxs18 2.000 manat, Zərərçəkmiş şəxs19 13.560 manat, Zərərçəkmiş şəxs20 9.750 manat, Zərərçəkmiş şəxs21 13.410 manat, Zərərçəkmiş şəxs22 27.800 manat, Zərərçəkmiş şəxs23 8.394 manat, X17 10.000 manat, Zərərçəkmiş şəxs25 7.110 manat, X18 15.531 manat, Zərərçəkmiş şəxs26 23.486 manat, Zərərçəkmiş şəxs27 18.858 manat, Zərərçəkmiş şəxs28 4.000 manat, X3 1.650 manat, Zərərçəkmiş şəxs30 65.000 manat, Zərərçəkmiş şəxs31 16.380 manat, Zərərçəkmiş şəxs32 25.338 manat, Zərərçəkmiş şəxs33 9.836 manat, Zərərçəkmiş şəxs34 1.250 manat, Zərərçəkmiş şəxs35 Afdantil qızının 21.020 manat, Zərərçəkmiş şəxs36 17.000 manat, Zərərçəkmiş şəxs37 3.660 manat, Zərərçəkmiş şəxs38 2.260 manat, Zərərçəkmiş şəxs39 2.380 manat, Zərərçəkmiş şəxs40 29.300 manat, Zərərçəkmiş şəxs41 9.040 manat, Zərərçəkmiş şəxs42 6.165 manat, Zərərçəkmiş şəxs43 1.210 manat, Zərərçəkmiş şəxs44 6.800 manat, Zərərçəkmiş şəxs45 2.951 manat, Zərərçəkmiş şəxs46 2.600 manat, X4 1.450 manat, Zərərçəkmiş şəxs48 39.740 manat, Zərərçəkmiş şəxs49 Şahhüseyn qızının 18.730 manat, Zərərçəkmiş şəxs50 38.000 manat, Zərərçəkmiş şəxs55 8.210 manat, Zərərçəkmiş şəxs52 80.470 manat, Zərərçəkmiş şəxs53 7.100 manat, Zərərçəkmiş şəxs54 18.655 manat, X34 9.653 manat, Zərərçəkmiş şəxs57 18.000 manat, Zərərçəkmiş şəxs58 7.550 manat, Zərərçəkmiş şəxs59 4.000 manat, Zərərçəkmiş şəxs60 6.800 manat, Zərərçəkmiş şəxs61 33.200 manat, Zərərçəkmiş şəxs62 7.170 manat, Zərərçəkmiş şəxs63 9.800 manat, Zərərçəkmiş şəxs64 13.850 manat, Zərərçəkmiş şəxs65 Davud qızının 1.000 manat, Zərərçəkmiş şəxs66 22.617 manat, Zərərçəkmiş şəxs67 4.000 manat, Zərərçəkmiş şəxs68 5.056 manat, Zərərçəkmiş şəxs69 4.300 manat, Zərərçəkmiş şəxs70 37.040 manat, Zərərçəkmiş şəxs71 10.000 manat, Zərərçəkmiş şəxs72 7.510 manat, Zərərçəkmiş şəxs73 1.500 manat, Zərərçəkmiş şəxs74 3.750 manat, Zərərçəkmiş şəxs75 12.100 manat, Zərərçəkmiş şəxs76 8.600 manat, Zərərçəkmiş şəxs77 7.000 manat, Zərərçəkmiş şəxs78 7.248 manat, Zərərçəkmiş şəxs51 47.000 manat, eləcə də Zərərçəkmiş şəxs4 sonuncu dəfə 22 oktyabr 2022-ci il tarixdə ünvan 4 ünvanından “Milliön” ödəmə terminalı vasitəsilə göndərdiyi 300 manat da daxil olmaqla 8.276 manat məbləğində pulunun istifadə etdiyi müxtəlif bank kartlarına köçürülməsinə nail olub qeyd edilən məbləğləri etibardan sui-istifadə etmə və aldatma you ilə ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxslərə ümumilikdə 1.232.559 (bir miliyon iki yüz otuz iki min beş yüz əlli doqquz) manat, yəni xüsusilə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmədi, sərbəst ifadəsində və proses iştirakçılarının suallarını cavablandırarkən göstərdi ki, verilmiş ittihamla razı deyildir. O, bu işdən 48.750 manat pul çıxartmışdır. İbtidai istintaq zamanı nə olmuşdursa, onu demiş və həmin ifadəsini təsdiq edir. O, bu oyuna girəndə artıq masalar mövcud olmuşdur. Onu bu oyuna Günel adlı şəxs dəvət etmiş, sonralar bunun qumar oyunu olduğunu bilmişdir. Onun özü isə bu oyuna 3-4 nəfəri dəvət etmişdir. Həmin qadınlar Bilqeys, Xanım və Həcər adlı şəxslər olmuşlar. Belə ki, oyunda 11 qrup mövcud olmuş, hər qrupun da öz rəhbəri olmuşdur. O, 48.224 manat pul çıxarmış, 35.000 manatı isə qrup rəhbərinə qaytarmışdır. Ümumiyyətlə, bu oyunda 200-300 nəfər iştirak etmişdir. Onu bu oyuna dəvət edən şəxs həmin oyunun yardımlaşma olduğunu bildirmişdir. O, Aytəkini online tanımış, 4-5 ay sonra onunla görüşmüşdür. Aytəkin 4-cü qrupun rəhbəri olmuş və 6 kartdan istifadə etmişdir. Aytəkin 24.360 manat pul köçürmüş, lakin həmin ödənişləri ona etməmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən müəyyən edildi ki, o, Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş və dəymiş maddi ziyanla razılaşmadığını göstərmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, zərərçəkmiş şəxslərin bir çoxu yatırdığı pulların bir neçə qatını qazanc olaraq götürmüşdür. Dəymiş ziyan 50.000 manatdır. 2009-cu ildə X51 ilə ailə həyatı qurmuş, bu nikahdan 3 azyaşlı övladı vardır. Daimi iş yeri olmamış, həyat yoldaşı Beyləqan rayonunda «N» saylı hərbi hissədə mayor rütbəsində divizyon komandiri vəzifəsində işləmişdir. Barəsində şikayətlər olduğuna görə ailəsində söz-söhbət yaranmış və buna görə Şamaxı rayon Məhkəməsinə boşanma ilə bağlı şikayət etmiş və hazırda əri ilə aralarında bağlanmış nikah pozulmuşdur. O, azyaşlı övladları ilə Qobustan rayonu, Çuxanlı kəndində yaşayır. X20 3-kurs tələbəsidir, bacıları X39, X40, X41r. Qardaşı nişanlıdır, bacıları evlidir. X2 evdar qadındır, atası X11 rayonunda 8 saylı yol idarəsində baş mühəndis vəzifəsində çalışır. Kənanın qardaşı X46 özəl şirkətdə mühasib kimi çalışır. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində ittihamın mahiyyəti üzrə göstərmişdir ki, 2022-ci ilin aprel ayının əvvəllərində «Telegram» sosial şəbəkəsində adını xatırlamadığı söhbət qrupunda «gift of legacy» adlı oyunla tanış olmuşdur. Həmin oyunun qaydalarına əsasən 180 manat ödəniş edib oyuna qoşulursan. Həmin oyunda virtual şəkildə oyun masaları mövcuddur. «gift of legacy» adlı internet saytında qeydiyyatdan keçdikdən sonra oyuna qoşulmaq mümkündür. Hər masa 15 nəfərdən ibarətdir. Hər dəfə masaya 8 nəfər yeni iştirakçı qoşulur, digər 7 iştirakçı isə köhnə oyunçulardır. Yeni oyunçu qoşulduqca köhnə oyunçular irəli çəkilir, yəni mərkəzə doğru irəli çəkilir. Mərkəzdə olan oyunçu yeni qoşulmuş 8 nəfərin ödənişlərini qəbul edir və oyundan çıxır. Pulu götürən şəxs oyundan çıxdıqdan sonra növbə üzrə olan digər şəxs mərkəzi masaya virtual olaraq əyləşir və növbəti gələn yeni 8 nəfər iştirakçının ödənişini qəbul edir. Hər masa üzrə 8 nəfər şəxsin 180 manatdan cəmi ödənişi 1440 manat təşkil edir. Mərkəzi masaya keçmiş həmin oyunçu 1440 manat uduşu qəbul edib oyundan çıxır. Beləcə o, 180 manat müqabilində 1440 manat qazanmış olur. Qazancın müddəti yoxdur, yəni 8 nəfər şəxs tez bir zamanda oyuna qoşulsa tez bir zamanda da həmin uduşu götürüb oyundan çıxırsan. «Teleqram» qrupunda bu elanı görmüş, həmin sayta yəni giftoflegacyglobal.com adlı sayta daxil olub qeydiyyatdan keçmişdir. Həmin saytda əyani şəkildə masalar göstərilmiş, yəni əyani şəkildə oyunun gedişatını görmək mümkün olmuşdur. Həmin oyuna qoşulmaq üçün mərkəzdə oturmuş oyunçunun bank kartı hesabına pul köçürməlidir. Belə ki, həmin sayta daxil olduqdan, qeydiyyatdan keçmək üçün ad, soyad, elektron poçt ünvanı, mobil telefon kimi nömrələri qeyd edirdin. Bundan sonra sonra elektron poçt ünvanına təsdiq kodu gəlmiş, qeydiyyatdan keçdikdən sonra 180 manat ödənişi mərkəzdə olan oyunçunun bank kartına pul köçürdülmüşdür. Bank kartı hesabına mərkəzdəki oyunçunun pulu köçürüldükdən sonra həmin saytda pulun köçürülməsi təsdiq edilmişdir. 8 nəfərin pul köçürülməsi təsdiq olunduqdan sonra mərkəzdəki oyunçu pulu, yəni uduşu qəbul etdiyini təsdiq edib həmin masadan çıxmışdır. Masadan çıxdıqdan sonra onun yerinə növbəti oyunçu qoşulmuşdur. Beləcə, növbəli şəkildə ən çoxu 2 ay ərzində masada mərkəzi yerə oturub 1440 manat qazanc götürülmüşdür. Bu sxemi başa düşdükdən sonra 2022-ci ilin may ayının sonları - iyun ayının əvvəllərində «Whatsapp» proqramında öz şəbəkəsini qurmuşdur. «Whatsapp»da 11 qrup yaratmış, Könül Gözəlova, Həcər Baxşəliyeva, Zərərçəkmiş şəxs5, Gülnarə Həziyeva, Bilqeys Əhmədova, Xanım Manafova, Aytən Səfərova, Vüsalə, İlahə, Aygün adlı şəxsləri qrup rəhbəri təyin etmişdir. Hər «Whatsapp» qrupunda təxminən 10-12 masa olmuşdur. Hər qrup rəhbəri öz qrupunda toplanmış vəsaiti qəbul etmişdir. Oyunçuların pul vəsaitləri qrup rəhbərinin bank kartı hesabında toplanmışdır. Qrup rəhbərinin hesabından isə qalib gələn şəxsin hesabına qalib gəldiyi vəsait köçürülmüşdür. İlk əvvəl 180 manat oyunçu qoşulmaq üçün hər bir şəxsdən pul qəbul olunmuş, 8 nəfərin ödənişi cəmi 1440 manat isə qalib gəlmək növbəsi olan şəxsə ödənilmişdir. 2022-ci ilin iyul ayından «qat» sistemli oyun yaratmışdır. Həmin sistemə əsasən yatırım etmiş şəxs bir ayın tamamında yatırdığı pulun bir neçə qatı müqabilində gəlir əldə etmişdir. 2022-ci ilin iyul ayının əvvəllərindən iştriakçılarına sayı artdığına görə masa sxemi ləğv olunmuş, yəni əvvəlki kimi masaların kağız üzərində şəkli çəkilməmiş, sadəcə ardıcıllıqla hər bir yeni qoşulan oyunçunun siyahı şəklində adları qeyd olunmuşdur. Sonradan həmin siyahıdan növbə üzrə əvvəl qoşulmuş şəxslərə pul vəsaitləri ödənilmişdir. Yeni qoşulan şəxs ilkin yatırım kimi pulu onun bank kartına və hər qrup üzrə rəhbərin kartına ödəniş etmişdir. Pul vəsaitləri onun və qrup rəhbərinin kartında toplanmışdır. Daha sonra həmin kartlardan qalib gələn şəxsin kartına ödəniş edilmişdir. Yəni iyul ayının 5-də 500 manat yatırım etmiş şəxs avqust ayının 5-də 2500 manat pul götürmüşdür. Bu məqsədlə iştirakçıların pulundan müəyyən qədərini kəsib depozit hesaba yatırılmışdır. Depozit pullar onun bank kartı hesablarında yığılmışdır. Misal üçün, iyul ayının 5-ə kimi qoşulmuş və 180 manat yatırım etmiş şəxs 1440 manat deyil, 900 manat ödəniş qəbul etmiş, qalan 540 manat isə depozit hesaba yatırılmışdır. Depozit hesabdan isə iyul ayının 5-dən sonra 5 qat ödəniş qazanmaq adı ilə yatırım etmiş şəxsin ödənişi verilmişdir. 2022ci ilin sentyabr ayının 5-nə kimi bu şəkildə ödənişlər etmişlər. Sentyabr ayının 5-dən sonra pul yatırıb 3 qat ödəniş qazanmaq adı ilə yeni qoşulan şəxslərdən pulları qəbul etmişlər. Artıq sentyabr ayının 5-dən 15-dək 10 gün ərzində 3 qat ödəniş ödəməyə başlamışlar. Yəni 500 manat ödəniş etmiş şəxs 1500 manat qazanc götürmüşdür. Sentyabr ayının 15dən sonra yeni iştirakçılar qoşulmadığına görə ödənişləri edə bilməmişlər. Depozitdə olan pulla bir neçə şəxsin pulu ödənmiş, qalan şəxslərin pulu ödənməmişdir. Hər hansı sahibkarlıqla məşğul olmamış, yeni iştirakçı qoşulmasa dövriyyə olmamış və ödəniş həyata keçirilməmişdir. Ödəniş etmək üçün maddi imkanı əvvəlcədən olmamışdır. Hesab etmişdir ki, dövriyyə artsa, iştirakçıların pullarını verər. Təqdim olunmuş səsli mesajlarda danışan qadın odur, səslər ona aiddir. Hər hansı fəaliyyətlə məşğul olmamış, sadəcə yığılan dövriyyə hesabına oyunçuların ödənişləri həyata keçirilmişdir (cild 13, iş vərəqi 189-194). İş üzrə dindirilən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci il aprel ayında tanışlarından lotereyaya pul yatırıb əlavə pul qazanmaq mümkün olduğu, bu məqsədlə «Whatsapp» da qrup yaradıldığı barədə məlumat almışdır. Həmin lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. Lakin o, Təqsirləndirilən şəxs heç vaxt görməmiş, onunla telefon vasitəsi ilə ünsiyyət saxlamışdır. Ona bu oyun barədə məlumat verən şəxslər yatırım edib qazanc əldə etmiş, o da, buna inanıb qoşulmaq qərarına gəlmişdir. İlk əvvəl Tənzilə 8 nəfərlik masa sistemi təşkil etmişdir. Masaya qoşulmaq üçün 180 manat ödəniş etmək lazım olmuş və əlavə olaraq 1440 manat gəlir əldə olunmuşdur. Bu məqsədlə ilk vaxtlarda Təqsirləndirilən şəxs «Whatsapp» proqramında şəxsi elektron poçt ünvanını təqdim etmişdir. Tənzilənin göndərdiyi linkə daxil olduqda özünün olduğu oyun masasını görmüş, 180 manatı Təqsirləndirilən şəxs kartına ödədikdən sonra masada iştirakı görünmüşdür. İlk dəfə 180 manat ödəniş etmiş və vəd olunan ödənişi əldə etmişdir. Ödənişi onun bank kartına göndərmişlər. 2022-ci ilin iyul ayından qat sisteminə Təqsirləndirilən şəxs keçid etmişdir. Tənzilə bütün qruplara səs atmışdır ki, pul yatırıldıqdan sonra 3,5,10 qat həcmində gəlir əldə etmək mümkün olacaqdır. Artıq masa sistemi kimi növbəli pul qazanma olmamış, pulu yatıran şəxs bir ayın tamamında yatırdığı pulun 3,5,10 qatı həcmində gəlir əldə etməsi mümkün olmuşdur. Tənzilə izah etmişdir ki, dövriyyə artdıqca yatırılan pulun bir neçə qatı həcmində gəlir əldə ediləcəkdir. Bu məqsədlə Tənzilə «Whatsapp» proqramında 11 qrup yaratmış, hər qrupa rəhbər təyin etmişdir. Tənzilə 2022-ci il may ayının ortalarında onu 2-ci qrupa inzibatçı təyin etmişdir. Hər qrup üzrə oyunçular pulları qrup rəhbərinin bank kartına göndərmişlər. Bu qaydanı Tənzilə təşkil etmişdir. Belə ki, Tənzilə səsli mesajlarda elan etmişdir ki, hər oyunçu öz qrup rəhbərinin bank kartına pul köçürməlidir. Onun vəzifəsi bank kartına gələn pulların qeydiyyatını aparmaqdan ibarət olmuşdur. Belə ki, oyuna qoşulan şəxs ödədiyi pulun qəbzinin üzərinə öz ad və soyadını yazıb şəklini «Whatsapp» qrupuna göndərmiş, o da, həmin qrupda olan qəbzin fotoşəkilləri əsasında dəftərdə qeydiyyat aparmışdır. Hər bir şəxsin pul yatırdığı məbləğin, tarixin qeydiyyatını aparmışdır. Qeydiyyat siyahısını o, Tənziləyə «Whatsapp» vasitəsi ilə göndərmişdir. Tənzilə də həmin siyahı əsasında oyunda iştirak edənlər barədə məlumatlı olmuşdur. Bir ayın tamamında Tənzilə ona demişdir ki, pul yatıran hansısa şəxsin ödənişinin vaxtıdır. O da, öz siyahısına baxanda həqiqətən də kiminsə pulunun ödənmə vaxtı olduğunu görmüşdür. Pulu ödənilməli adamın özü də bir ayın tamamında qrupda yazıb bu barədə məlumat vermişdir. Ödənişi qəbul edən şəxsin özü bank kartının şəklini «Whatsapp» proqramına göndərmişdir ki, həmin karta pul göndərmişdir. O da öz bank kartının hesabından təqdim olunmuş hesaba uduş pulunu göndərmişdir. Pulu ödədikdən sonra qəbzin fotoşəklini «Whatsapp» qrupunda Tənziləyə göndərmişdir. Bank kartından udmuş şəxslərin ödənişlərini göndərdikdən sonra Təqsirləndirilən şəxs göstərişi ilə hesabda qalan pulların hamısını Tənzilənin kartlarına göndərmişdir. Tənzilə demişdir ki, həmin qalıq pullar depozit kimi onun tərəfindən saxlanılacaqdır. Depozit kimi Tənziləyə göndərdiyi pulların qəbzlərini ifadəsinə əlavə etmişdir. Gündəlik olaraq Tənzilə ilə hesabat həyata keçirilmişdir. Hesabatı «Watsapp» proqramında aparmışlar. Qrup rəhbəri kimi ona aylıq 200 manat əmək haqqı vədd etmiş, lakin həmin əmək haqqını ödəməmişdir. Tənzilə söz verdiyi kimi, iyul ayının 5-dən avqust ayının 5-ə kimi «5 qat» yatırım etmiş şəxslərin pullarını ödəmişdir. Avqust ayının 15-dən sonra sentyabr ayının 15-ə kimi olan yatırımları da ödəmişlər. 15 sentyabr 2022-ci il tarixdən ödəniş edilməsi dayandırılmışdır. Tənzilə səsli mesajlar göndərmişdir ki, yeni bir layihə əsasında işə başlayacaq və pulları almamış şəxslərin ödənişləri tam şəkildə ödəniləcəkdir.O, ilkin vaxtlarda yatırdığı pulların müqabilində 900 manat gəlir əldə etmişdir. Sonrakı vaxtlarda umumilikdə 10.725 manat yatırım etmiş, lakin gəlir əldə etməmişdir. Həmin pulları ödəməyinə dair qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. 10.725 manatı Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" və «Leo bank»a aid bank kartlarına göndərmişdir. Yatırım edib pul qazanmaqla bağlı vədləri ona Təqsirləndirilən şəxs vermişdir. Tənzilə səsli mesajlarla «Whatsapp» qruplarında təbliğat aparmışdır ki, yatırım edib bir neçə qat pul qazanmaq mümkündür. Onun özü isə bu işə heç kimi cəlb etməmişdir. Rəhbəri olduğu qrupda olan iştirakçıları heç birini tanımamış, həmin şəxsləri o, dəvət etməmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin aprel ayında tanışlarından lotereya kimi pul yatırıb əlavə pul qazanmaq barədə «Whatsapp» qrupuna dair məlumat almışdır. Lotereyanı Təqsirləndirilən şəxs təşkil etmiş, onu real həyatda görməmiş və telefonla ünsiyyət saxlamışdır. Oyun barədə ona məlumat verən şəxslər yatırım edib qazanc əldə etdiklərini demişlər. O da, buna inanıb qoşulmaq qərarına gəlmişdir. İlk əvvəl Tənzilə 8 nəfərlik masa sistemi təşkil etmişdir. Masaya qoşulmaq üçün 180 manat ödəniş edilmiş və 1440 manat gəlir əldə etmək mümkün olmuşdur. Bu məqsədlə Təqsirləndirilən şəxs «Whatsapp» proqramında özünün elektron poçt ünvanı təqdim etmiş, Tənzilə də ona link göndərmişdir. Həmin linkə daxil olanda özünün olduğu oyun masasını görmüşdür. 180 manatı Təqsirləndirilən şəxs kartına ödədikdən sonra masada iştirakını görmüş, ona olunan ödənişi əldə etmişdir. Ödənişi onun bank kartına göndərmişdir. 2022-ci ilin iyul ayından Təqsirləndirilən şəxs qat sisteminə keçid etmiş, Tənzilə bütün qruplara səs ataraq yatırılan pulun 3,5,10 qatı həcmində gəlir əldə edəcəklərinə söz vermişdir. Bu sistemdə pulu yatıran şəxs ayın tamamında həmin pulun 3,5,10 qatı həcmində gəlir əldə etmişdir. Tənzilə «Whatsapp» proqramında 11 qrup yaratmış və hər qrupa rəhbər təyin etmişdir. Həmçinin onu 1-ci qrupa inzibatçı təyin etmişdir. Hər qrup üzrə oyunçular pulları qrup rəhbərinin bank kartına göndərmiş, bu qaydanı Tənzilə təşkil etmişdir. O, bütün işləri Səyyarəyə məruzə etmiş. Lakin Səyyarəni real həyatda görməmiş, ancaq telefonla danışmışdır. Onun vəzifəsi karta gələn pulların qeydiyyatını aparmaqdan ibarət olmuşdur. Bir ayın tamamında Səyyarə ona demişdir ki, pul yatıran hansısa şəxsin ödənişinin vaxtıdır. Səyyarə ona ödəniş olunacaq bank kartının şəklini təqdim etmişdir ki, həmin karta pul göndərsin. O da, öz kart hesabından təqdim olunmuş hesaba uduş pulunu göndərmişdir. Pulu göndərdikdən sonra qəbzin fotoşəklini Səyyarəyə göndərmişdir. Bank kartından udmuş şəxslərin ödənişlərini göndərdikdən sonra Təqsirləndirilən şəxs göstərişi ilə hesabda qalan pulların hamısını Tənzilənin kartlarına göndərmişdir. Tənzilə demişdir ki, həmin qalıq pullar depozit kimi onun tərəfindən saxlanılacaqdır. Tənzilə söz verdiyi kimi, iyul ayının 5-dən avqust ayının 5-ə kimi «5 qat» yatırım etmiş şəxslərin pullarını ödəmiş, avqust ayının 15-dən sentyabr ayının 15-ə kimi olan yatırımlar da ödənilmişdir. 15 sentyabr 2022-ci il tarixdən ödəniş edilməsi dayandırılmışdır. Tənzilə səsli mesajlar göndərmişdir ki, yeni bir layihə əsasında işə başlayacaq və pulları almamış şəxslərin ödənişləri tam şəkildə ediləcəkdir. O, ilkin vaxtlarda yatırdığı pulların müqabilində 4500 manat gəlir əldə etmişdir. Sonrakı vaxtlarda, yəni 20 avqust 2022-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək umumilikdə 5630 manat yatırım etmiş, lakin gəlir əldə etməmişdir. Həmin pulları ödəməyinə dair qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs3 Müzəffər oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin sentyabr ayında tanışlarından lotereyaya pul qoyub əlavə pul qazanmaq mümkün olduğunu eşitmiş, lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. Tənziləni real həyatda görməmiş, Zərərçəkmiş şəxs1 qrupuna qoşulmuşdur. Bu oyunda qalib gələn qohumları 2-ci qrupda olduqlarına görə o da, həmin qrupa qoşulmuşdur. Həcər adlı xanımı tanımamış, onunla «Whatsapp»da ünsiyyətdə olmuşdur. O, 5 qat həcmində gəlir əldə etmək məqsədi ilə 2-ci qrupda Zərərçəkmiş şəxs1 təqdim etdiyi karta 2000 manat pul köçürmüşdür. Həcər qrupda ona bildirmişdir ki, 5-10 gün gecikmə ilə onun 5 qat pulu, yəni 10.000 manatı ödəniləcəkdir. Həcər Tənzilənin sözlərini ona çatdırmış, Həcər qrupa Tənzilənin səsli mesajlarını göndərmişdir. Həmin səsli mesajlarda Tənzilə söz vermişdir ki, pul yatırmış şəxslər 5 qat pullarını tam şəkildə alacaqlar. O da, Tənzilənin vədlərinə və ondan əvvəl oynayan şəxslərin pul ödənişlərini qəbul etmələrinə inanıb pul yatırmışdır. Pul köçürməsinə baxmayaraq ona vəd olunan uduş təqdim olunmamış, bundan əlavə verdiyi əsas məbləğ də geri qaytarılmamışdır. Hadisə nəticəsində ona 2.000 manat maddi ziyan dəymişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tanışları vasitəsi ilə «Whatsapp» qrupunda lotereya oyununa pul qoyub qazanc götürmək barədə məlumat almışdır. Həmin lotereya oyununu Təqsirləndirilən şəxs təşkil etmişdir. O, Tənziləni heç vaxt görməmişdir. Qazanc götürmək üçün o, 1, 4 və 6cı qruplara qoşulmuş, həmin qruplardakı bank kartlarına pul yatırmışdır. 2022-ci ilin aprel ayında yatırım edib 2 qat, daha sonra 3, 7, 8 və 10 qat qazanc əldə etməklə bağlı lotereya oyunlarına qoşulmuşdur. Bundan əvvəl isə masa sistemli oyuna qoşulmuş, 180 manat ödəyib iştirakçı olmuşdur. İlk qazanc kimi iyun ayında 900 manat əldə etmişdir. Tənzilənin yatırım edib yüz faizli gəlir əldə etməklə bağlı çıxışlarına, həmçinin ilkin mərhələdə gəlir əldə etməyinə inanıb sonrakı vaxtlarda da bu oyuna pul qoymuşdur. 2022-ci ilin iyul ayından Tənzilə qat sisteminə keçid etmişdir. O, Tənziləyə oyunu pozduğuna görə irad tutmuş, Tənzilə isə özünün nə etdiyini bildiyini, başqa oyunlardan da gəlir yeri olduğunu, hamının bir neçə qat artıq ödənişlərini edəcəyini demişdir. 2022-ci ilin təxminən iyul- avqust ayları ərzində Tənzilə yatırım etmiş oyunçuların 3 və 5 qat ödənişlərini ödəmişdir. Beləcə o inanmışdır ki, Tənzilənin qurduğu sistem dediyi kimi real sistemdir və yüz faizli gəlir verir. Bundan əlavə, özü də həmin vaxta kimi qoyduğu puldan qazanc kimi pul götürmüşdür. 17 avqust 2022-ci il tarixədək 1100 manat qazancı olmuşdur. Buna görə də 2022-ci ilin avqust ayından oktyabr ayınadək 1 və 4-cü qruplara hissə-hissə olmaqla cəmi 8276 manat pul yatırım etmiş, lakin hər hansı qazanc götürməmişdir. Cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs4 keçirilmiş üzləşdirmə zamanı ifadəsində göstərdikıərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir (cild 7, iş vərəqi 68). İş üzrə dindirilən Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin aprel ayının sonlarında tanışı Səkinə Kazımova ona lotereya oyunu olduğunu və qoyduğu vəsaitin 8 mislinə kimi gəlir götürə biləcəyini demişdir. Səkinə ona özünün bu sistemə pul yatırıb qazanc əldə etdiyini bildirmişdir. O, Səkinəyə olan etibarına görə inanmış, özünün də həmin oyuna pul qoyub gəlir götürmək qərarına gəlmişdir. Səkinə ona Tənzilə xanımın nömrəsini vermiş və onun özü Tənzilə ilə əlaqə saxlamış, sonuncu onu «Whatsapp»da qrupa əlavə etmişdir. O, may ayının əvvəllərindən başlayaraq az məbləğlərdə yatırımlar etmiş, 2 qat dəyərində qazancları da götürmüşdür. Bir müddət sonra qrupda olan iştirakçıların sayı artdığına görə Tənzilə xanım yeni qruplar yaratmışdır. O da, qrupda aktiv olduğu üçün Röya adlı xanım ona qruplara 2 nəfər inzibatçı lazım olduğunu deyib, ona inzibatçı olmağı təklif etmişdir. O, həmin təkliflə razılaşmış və onu Röya adlı xanımla birlikdə 3-cü qrupa inzibatçı təyin etmişlər. Ona tapşırılmışdır ki, yatırımçıların pulları ödəməsi üçün bank kartları lazımdır. O da, "xxxx" və "xxxx" dan bank kartları əldə etmişdir. İnzibatçılıq etdiyi müddətdə yatırımçılar onun bank kartlarına pul göndərmişlər və 1 ayın tamamında o, həmin adamlara vəd olunan məbləğlərdə qazanclarını öz kartlarına göndərmişdir. Gün ərzində ona gələn pulların hamısının hesabatını günün sonunda Tənzilə xanıma vermişdir. 2022-ci ilin avqustun sonuna kimi 3-cü qrupun inzibatçısı olmuş, lakin inzibatçı olsa da, özü də sistemə pul yatırımı etmişdir. 17 avqust 2022-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində özü bu sistemə 73.730 manat məbləğində pul yatırımı etmişdir. Həmin pulları yuxarıda adlarını qeyd etdiyi bank kartlarına və Tənzilə xanıma məxsus digər bank kartlarına göndərmişdir. Avqust ayına qədər olan yatırımları vaxtı çatanda hər kəsə geri qaytarmışdır. Lakin oktyabr ayının ortalarından etibarən ödəmələri göndərə bilməmişdir. Kartlarında pul qalsa da, Tənzilə xanım onları öz iştirakçılarına ödəməyə icazə verməmiş, təxminən 30.000 manat məbləğində pulu hissə-hissə Tənzilə xanıma və onun tapşırığı ilə dəstək üçün digər qrup rəhbərlərinin bank kartlarına göndərmişdir. Tənzilə özü qruplar arasında həmin pulları bölüşdürəcəyini bildirmişdir. 73.730 manat məbləğində puldan özü heç bir qazanc əldə etməmişdir. Həmin pulları Gəncə, Göygöl, Samux rayonlarının ərazisindən ödəmə terminalları və mobil tətbiq vasitəsilə göndərmişdir. Həmin pullardan ona heç bir məbləğ geri qayıtmamış, çünki qrup dağılmışdır. Həmçinin qrup dağılana kimi 7000 manat məbləğində pulu hissə-hissə götürmüşdür. Həmin ödəmələri təsdiq edən ödəniş qəbzlərinin surətini, həmçinin qrup inzibatçısı kimi fəaliyyət göstərdiyi müddətdə yatırımçılara ödədiyi pulların və depozit kimi Tənzilə xanıma göndərdiyi pulların çıxarışına dair hesabatı istintaqa təqdim etmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs5 keçirilmiş üzləşdirmə zamanı sərbəst ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir (cild 8, iş vərəqi 38-41). İş üzrə dindirilən Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tanışları vasitəsi ilə lotereya oyununa pul yatırıb əlavə qazanc götürməyin mümkün olması barədə məlumat almışdır. «Whatsapp» qrupu «Gift of legacy» adlı olmuşdur. Lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. Pul yatırıb Tənzilənin təşkil etdiyi oyunda iştirak etmək üçün 4-cü qrupa qoşulub həmin qrupdakı bank kartlarına yatırım etmişdir. Yatırım edib 3 qat qazanc əldə etməklə bağlı lotereya oyunlarına qoşulmuşdur. Lotereyaya 2022-ci ilin aprel ayının əvvəllərində qoşulmuş, 180 manat yatırım etməklə iştirakçı olmuşdur. İlk gəlirini iyun ayının əvvəllərində 900 manat məbləğində əldə etmişdir. Tənzilənin səsli mesajlarına, həmçinin ilkin mərhələdə gəlir əldə etməsinə inanıb sonrakı vaxtlarda da bu oyuna pul yatırmışdır. 2022-ci ilin iyul ayından Tənzilə qat sisteminə keçid etmiş və yeni sistem yaratdığını elan etmişdir. Tənzilənin səsli mesajlarına əsasən yatırım edən şəxs yatırdığı pulun 2, 3, 5, 7, 8 və 10 qat həcmində gəlir əldə etmişdir. O, sağlamlığı ilə əlaqədar tibbi müayinə üçün pul yığmış, şirnikləndiyinə görə yığdığı pulu həmin oyuna qoymağa qərar vermişdir. Tənzilə «Whatsapp» qrupuna səsli mesaj göndərmişdir ki, Bakı şəhərinə gəlir və istəyən iştirakçı onunla görüşə bilər. O da, həmin səsli mesaj əsasında Tənzilə ilə görüşə gəlmişdir. Tənzilə danışıqlarında bildirmişdir ki, batan pul olmayacaq, hamı yatırdığı pulun qarşılığında qat sisteminə uyğun olaraq bir neçə qat artıq gəlir əldə edəcəkdir. Tənzilə demişdir ki, arxasında əri durub, o, heç vaxt müflis olmayacaqdır. Tənzilə qruplara göndərdiyi səsli mesajlarında çox inandırıcı danışmışdır. O isə, maddi cəhətdən çox kasıb olduğu üçün Tənzilənin vədlərinə inanıb pul qazanmaqla həyat şəraitini dəyişmək istəmişdir. Buna görə öz qohum və tanışlarından borc pul alıb Tənzilənin təşkil etdiyi lotereyaya yatırmaq qərarına gəlmişdir. Pulu yatırmamışdan əvvəl Tənziləyə zəng edib bir daha soruşmuş və bildirmişdir ki, “kasıb adamam, əgər pullar qayıtmayacaqsa, mən bu oyuna külli miqdarda pul yatırmayım”. Tənzilə cavabında onu əmin etmişdir ki, yatırdığı pulların qarşılığını tam şəkildə alacaqdır. 2022-ci ilin təxminən iyul-avqust ayları ərzində Tənzilə yatırım etmiş digər oyunçuların 3 və 5 qat ödənişlərini ödəmişdir. Buna görə də o, 2022-ci ilin avqust-sentyabr ayları ərzində bu oyuna külli miqdarda pul yatırmışdır. 2022-ci ilin avqust-sentyabr ayları ərzində hissə-hissə olmaqla bu oyuna Tənzilənin çağırışları ilə 65.000 manat pul yatırmışdır. Həmin pulun qarşılığında isə ona heç bir ödəniş olmamışdır. Həmin pulu Tənzilənin istifadəsində olan kartlara göndərmiş, pulları ödəmə terminalları vasitəsi ilə Abşeron rayonu və Füzuli rayonu ərazisində yerləşən aparatlardan, bank kartı vasitəsi ilə yaşadığı ünvandan göndərmişdir. Aidiyyəti üzrə pulun ödənməsinə dair qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. Onu bu oyuna cəlb edən və etibarından istifadə edib aldadan Təqsirləndirilən şəxsdır. Hazırda borc sahibləri ondan öz pullarını tələb edirlər, o isə, həmin pulu ödəmək qabiliyyətində deyildir. Çünki Tənzilənin yalan vədlərinə inanıb bütün pulu lotereya oyununa yatırmışdır. Bundan əlavə Tənzilə onun bank kartından 4-cü qrupa pul göndərilməsində istifadə etmişdir. Buna görə ona aylıq 200 manat əmək haqqı da söz vermiş, lakin həmin əmək haqqını da ödəməmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs6 keçirilmiş üzləşdirmə zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir (cild 4, iş vərəqi 136-138). İş üzrə dindirilən Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin may ayının sonlarında qohumu Aynur xanım ona Tənzilə adlı bir qadının onlayn lotereya oyunu yaratdığı və yatırım edən şəxslərə maksimum 1 ay müddətində qoyulan pulun 8 qatı dəyərində qazans verdiyini bildirmişdir. Aynur xanım onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi “giftoflegacy” adlı qrupa əlavə etmişdir. Qrupda təxminən 250 nəfər iştirakçı olmuşdur. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və onda inam yaranmışdır. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, qrupda onlarla insan bu sistemdən pul qazanmışdır. Həmçinin Tənzilə xanım özü nə vaxtsa problem yaranarsa, ən azından hər kəsin ana məbləğini özünün qaytaracağını demişdir. Buna görə də yatırım etmək qərarına gəlmiş, bunun üçün Tənzilə xanıma yazdıqda, sonuncu ondan e-mail ünvanını istəmişdir. O da, e-mail ünvanını Tənziləyə demiş və bir müddətdən sonra ona təsdiq mesajı gəlmişdir. Həmin təsdiq mesajından sonra Tənzilə xanım onu “giftoflegacyglobal.com” saytında həmin e-mail ünvanı ilə qeydiyyatdan keçirmiş və ona həmin yerə daxil olmaq üçün şifrə vermişdir. Bundan sonra o, özü “giftoflegacyglobal.com” saytına müstəqil daxil olmuş, orada 8 nəfərlik sxem görmüşdür. Təxminən iyun ayının sonlarında Tənzilə xanım bildirmişdir ki, bu oyunu artıq saytda deyil, eyni sistem üzrə “Whatsapp” proqramında təşkil olunacaq. Belə ki, Tənzilə xanım özü əl ilə çəkdiyi sxemlərin şəkillərini onlara göndərmiş və həmin sxem əsasında növbəlilik üzrə yatırımçılar qazanclarını götürmüşlər. O, bu müddət ərzində 5-ci və 7-ci qrupların iştirakçısı olmuşdur. 5-ci qrupun inzibatçıları Aygün və Esmira xanım olmuşlar, 7-ci qrupun inzibatçısı ilə Mahiyyət xanım olmuşdur. O, 08 iyul 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində 9.990 manat məbləğində pulu yatırım adı ilə qrup inzibatçılanın təqdim etdiyi bank kartlarının hesabına göndərmişdir. Həmin pulları Leyla adlı xanıma məxsus "xxxx", Muradova Xanımnaza məxsus "xxxx", Həsənli Aynura məxsus «Leobank», Zərərçəkmiş şəxs80 məxsus "xxxx" və Zərərçəkmiş şəxs1 məxsus «Leobank» bank kartlarının hesablarına Goranboy rayonu, Sabunçu və Xətai rayonu ərazisindən göndərmişdir. Oktyabr ayının ortalarından etibarən Tənzilə xanım bildirmişdir ki, kartlar bank tərəfindən bloklanıb, çünki kartda təxminən 500.000 manata yaxın pul var. Beləliklə, bu müddət ərzində ona 9990 manat məbləğində maddi ziyan dəymişdir.Həmin köçürmələri təsdiq edən ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 29 aprel 2022-ci il tarixində tanışı Aygün xanım ona demişdir ki, Tənzilə adlı bir qadın “giftoflegacyglobal.com” saytında onlayn lotereya sistemi yaratmış və bununla yatırım edən şəxslərə maksimum 1 ay müddətində yatırım olunan məbləğin 8 qatı dəyərində gəlir qazandırmışdır. Aygün xanım və Tənzilə xanımın əsas köməkçisi Sevda xanım onları inandırmışdır ki, Tənzilə xanım etibarlı biznes tərəfdaşıdır, vəd olunan vaxtda yatırım olunan məbləğin 8 qatı dəyərində qazanc əldə edilir. Buna görə o da, yatırım etmək qərarına gəlmiş, bu məqsədlə Tənzilə xanıma yazmış, sonuncu ondan e-mail ünvanını istəmişdir. O, e-mail ünvanını Tənziləyə demiş və bir müddətdən sonra ona təsdiq mesajı gəlmişdir. Həmin təsdiq mesajından sonra Tənzilə xanım onu qeydiyyatdan keçirmiş və ona ora daxil olmaq üçün şifrə vermişdir. Bundan sonra o, özü sayta müstəqil daxil olmuş, orada 8 nəfərlik sxem görmüşdür. Belə ki, sistemin şərti belə qurulmuşdur ki, hər bir şəxs ilkin olaraq 180 manat yatırım edir, mərkəzdə isə 1 nəfər olur. Mərkəzdə olan adam 1440 manat qazanc götürdükdən sonra, oyunu tərk edir. Həmin şəxsin yerinə isə növbə ilə digər şəxslər gəlir. O, ilk dəfə 29 aprel 2022-ci il tarixdə digər 4 nəfər tanışları vasitəsilə birləşib 1 nəfər üçün nəzərdə tutulan 180 manatlıq masa almışlar. Hər biri 45 manat pul yatırım etmişlər. 2022-ci ilin 17 iyul tarixində Tənzilə xanım bildirmişdir ki, bu oyunu artıq saytda deyil, eyni sistem üzrə “Whatsapp” proqramında təşkil olunacaq. Belə ki, Tənzilə xanım özü əl ilə çəkdiyi sxemlərin şəkillərini onlara göndərmiş və həmin sxem əsasında növbəlilik üzrə yatırımçılar qazanclarını götürmüşlər. Onu 5-ci qrupa əlavə etmişlər. İyul ayının 30-u o, ilk yatırım etdiyi 45 manatın qarşılığı olaraq 200 manat qazanc əldə etmişdir. Həmin pulu götürmədən yenidən yatırım etmişdir. Daha sonra həmin qrupda belə bir sistem yaradılmışdır ki, yatırım olunan məbləğin 3 qatı dəyərində qazanc götürülür. Həmin 3 qat qazancın da 2 qatı yatırımçıya verilmiş, 1 qatı isə depozit kimi Tənzilə xanımın kartına köçürülmüşdür. O, 17 iyul 2022-ci il tarixdən 10 oktyabr 2022-ci ilədək olan müddət ərzində hissə-hissə olmaqla, ümumilikdə 10.150 manat dəyərində yatırım etmişdir. Həmin pulların çox hissəsini Qazax rayonu ərazisindən köçürülmüşdür. Yatırımları hansı bank kartının hesabına köçürməyi 5-ci qrupun inzibatçıları Aygün və Esmira xanım müəyyən etmişlər. Ödənişləri təsdiq edən qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. Hadisə nəticəsində ona ümumlikdə təxminən 12.000-13.000 manat arasında maddi ziyan dəymişdir. Lakin qəbzlərin bir hissəsinin itirdiyi üçün sadəcə 10.150 manat məbləğində maddi ziyanını təsdiq edən ödəmə qəbzlərini təqdim etmişdir. İş üzrə Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 21 iyul 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs4 ona Tənzilə adlı bir xanımın saytda onlayn lotereya sistemi yaratdığını və bununla yatırım edən şəxslərə maksimum 1 ay müddətində yatırım olunan məbləğin 8 qatı dəyərində gəlir qazandırdığını bildirmişdir. Rəxşəndə onu da həmin qrupa əlavə etmiş, qrupda təxminən 220 nəfər iştirakçı olmuşdur. O bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, qrupda onlarla insan bu sistemdən pul qazanmışlar. Həmçinin Tənzilə xanım özü nə vaxtsa sistem düz işləməsə, ən azından hər kəsin ana məbləğini özü şəxsən qaytaracağına söz vermişdir. Belə ki, Tənzilə xanım özü əl ilə çəkdiyi sxemlərin şəkillərini onlara göndərmiş və həmin sxem əsasında növbəlilik üzrə yatırımçılar qazanclarını götürmüşlər. Buna görə o da, yatırım etmək qərarına gəlmişdir. Orada ilk vaxtlar şərtlər belə olmuşdur ki, yatırım etdiyi məbləğin 1 ay ərzində 5 qatı dəyərində gəlir əldə edilir. Lakin sonradan 5 qat qazanc, 3, 2 qat ilə əvəz olunmuşdur. O, ümumilikdə bu müddət ərzində 1-ci, 4-cü və 6-cı qruplarda üzv olmuşdur. Həmin qrupların içərisində yalnız 6-cı qrupun inzibatçısı Aygün xanımı tanımış, digər qrupların inzibatçılarının kim olduğunu bilməmişdir. 21 iyul 2022-ci il tarixdən 26 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 3040 manat məbləğində pulu ona təqdim olunan bank kartlarının hesablarına göndərmişdir. Həmin pulları o, Şəmkir şəhərindən və Bakı şəhəri, Səbail rayonu və Sumqayıt şəhərində yerləşən milliön ödəmə terminalları vasitəsilə göndərmişdir. Pulları hər dəfə ayrı-ayrı bank kartlarına göndərmiş, hansı kart hesabına göndərəcəyinə qrup rəhbərləri qərar vermiş, qrup rəhbərləri həmin göstərişləri Tənzilənin verdiyini bildirmişlər. Tənzilə həmçinin bildirmişdir ki, depozit hesabında 100.000 manatdan çox pul vardır. Həmin pul köçürmələrini təsdiq edən ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir (cild 5, iş vərəqi 35-38). İş üzrə dindirilən zərərçəkmİş şəxs X21 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin aprel ayının sonlarında sinif yoldaşı Zərərçəkmiş şəxs4 Tənzilə adlı bir xanımın onlayn lotereya sistemi yaratdığını və bununla yatırım edən şəxslərə maksimum 1 ay müddətində yatırım olunan məbləğin 8 qatı dəyərində gəlir qazandırdığını demişdir. Rəxşəndə xanım bildirmişdir ki, o, “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi “giftoflegacy” adlı qrupa üzv olmuşdur. Beləliklə, o da, yatırım etmək qərarına gəlmişdir. Belə qərara gəlməsində əsas səbəb onun Rəxşəndə xanıma olan etibarı olmuş, çünki 8 il bir sinifdə oxumuşlar. Lakin o, Rəxşəndədən xahiş etmişdir ki, onu “Whatsapp”da heç bir qrupa əlavə etməsin. Ona hansı karta, hansı qaydada ödəniş etməli olduğunu başa salsın, o da, yatırım etsin. 19 avqust 2022-ci il tarixdən 03 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 2500 manat məbləğində pulu Rəxşəndə xanımın ona göndərdiyi Ələkbər Adıgözəlova məxsus "xxxx" və Zərərçəkmiş şəxs2 məxsus "xxxx" kartlarının hesablarına Qaradağ və Xəzər rayonu ərazisindən göndərmişdir. Hadisə nəticəsində ona 2500 manat məbləğində maddi ziyan dəymişdir. Oktyabr ayının ortalarından etibarən Tənzilə xanım bildirmişdir ki, kartlar bank tərəfindən bloklanmış, çünki kartda təxminən 500.000 manata yaxın pul var. Beləliklə, bu müddət ərzində ona 2500 manat məbləğində maddi ziyan dəymişdir. Həmin köçürmələri təsdiq edən ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs79 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, onun «Whatsapp» mobil tətbiqində qrupları olmuş, 2022-ci ilin iyul ayının ortalarında həmin qrupa bir link göndərmişlər. O da, həmin qrupa daxil olduqda “onlayn lotereya” adlı qrup olduğunu bilmişdir. İş yoldaşları ona məlumat vermişlər ki, həmin qrupa Tənzilə adlı xanım rəhbərlik edir və bu sistemdə insanlar yatırım etdiyi məbləğlərin 3- 5 qatı dəyərində qazanc əldə edilir. Qrupda təxminən 200-dən çox adam olmuşdur. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və beləliklə, onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Qrupun inzibatçısı Aytən xanım olsa da, qrupda bütün idarəetmə Tənzilə xanımın əlində olmuşdur. O, bir-bir bütün yazılan mesajları cavablandırmışdır. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, qrupda onlarla insan bu sistemdən pul qazandıqlarını bildirmişlər. Həmçinin Tənzilə xanım özünü etibarlı tərəfdaş kimi təqdim edərək bildirmişdir ki, əgər nə vaxtsa, sistem düz işləməsə, ən azından hər kəsin ana məbləğini özü şəxsən öz cibindən qaytaracaqdır. O da, yatırım etmək qərarına gəlmişdir. Belə ki, 20 avqust 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 4240 manat məbləğində pulu qrupun inzibatçısı X35 məxsus "xxxx"a məxsus bank kartına göndərmişdir. Həmin ödəmələri yaşadığı Maştağa qəsəbəsindən milliön ödəmə terminalları vasitəsilə, bir hissəsini isə Nəsimi rayonu, Xəzər rayonu, Nərimanov rayonları ərazisindən göndərmişdir. Lakin bu müddət ərzində ona vəd olunan 5 qat qazancdan hər hansı məbləğ ona qaytarılmamışdır. Oktyabr ayının əvvəllərindən Tənzilə xanımın qruplarda səsləri yayılmışdır ki, kartlar banklar tərəfindən bloklanıb, ona görə də pulları hissə-hissə ödəyəcəkdir. Son olaraq söz vermişdir ki, həftə ərzində maksimum 100.000 manat pul çıxarmaq olur, ona görə də pulları ay ərzində ödəyəcəkdir. Lakin bu müddət ərzində ona nəinki vəd olunan qazancı, heç ana məbləği də geri qaytarılmamışdır. Hadisə nəticəsində ona ümumilikdə 4240 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ödəmələri təsdiq edən qəbzlərin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs80 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin aprel ayının əvvəllərində Sevda adlı tanışı ona Tənzilə adlı xanımın onlayn lotereya sistemi yaratdığını və yatırım edən şəxslərə maksimum 1 ay müddətində yatırım olunan məbləğin 8 qatı dəyərində gəlir qazandırdığını bildirmişdir. Sevda xanım onu “Whatsapp”-da həmin qrupa əlavə etmişdir. Sevda ona bildirmişdir ki, özü də, qohumları da bu sistemə pul yatırımı edərək qazanc əldə etmişlər. Qrupda təxminən 100-dən çox iştirakçı olmuşdur. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və beləliklə, onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Tənzilə xanım qrupu idarə etsə də, heç vaxt Tənzilə ilə şəxsən nə görüşmüş, nə də danışmışdır. Ona izah olunmuşdur ki, yatırım etmək üçün e-mail ünvanı tələb olunur. Ona görə də özünə məxsus olan e-mail ünvanını təqdim etmiş və ona bundan sonra təsdiq şifrəsi gəlmişdir. Bundan sonra Tənzilə xanım onu həmin e-mail ünvanı ilə qeydiyyatdan keçirmiş və ona şifrə vermişdir. Həmin sayta daxil olanda 8 nəfərlik sxem görmüşdür. Belə ki, sistemin şərti belə qurulmuşdur ki, hər bir şəxs ilkin olaraq 180 manat yatırım edir, mərkəzdə isə 1 nəfər olur. Mərkəzdə olan adam 1440 manat qazanc götürdükdən sonra, oyunu tərk edir. Onun yerinə isə növbə ilə digər şəxslər gəlir. O, ilk dəfə aprel ayının ortalarında 180 manatlıq bir nəfərlik masa almaq üçün 4 nəfər tanışı ilə birləşib hərəsi 45 manat qoymaqla bir masa almışlar. Həmin pulu Tənzilə xanımın qrupda onlara təqdim etdiyi, kimə məxsus olduğunu xatırlamadığı bank kartının hesabına göndərmişdir. Təxminən 1 aydan sonra Tənzilə xanım bildirmişdir ki, onların pul götürmək sırası gəlmiş və hər birinin 360 manat qazandığını demişdir. Lakin o, həmin 360 manatı götürməmiş, üzərinə 140 manat da əlavə edib 500 manatlıq masa almışdır ki, gələn dəfə birdəfəlik 4000 manat qazanc əldə etsin. Daha sonra Tənzilə xanım bildirmişdir ki, bu oyunu daha saytda deyil, eyni sistem üzrə “Whatsapp” proqramında təşkil olunacaqdır. Belə ki, Tənzilə xanım özü əl ilə çəkdiyi sxemlərin şəkillərini onlara göndərmiş və həmin sxem əsasında növbəlilik üzrə yatırımçılar qazanclarını götürmüşlər. İyul ayının əvvəllərində Tənzilə xanım ona təklif etmişdir ki, qruplarda iştirakçıların sayı getdikcə artır, ona görə də tək özü qrupları idarə edə bilmir. Bunun üçün ondan kömək istəmiş və o da, Tənzilə ilə razılaşmışdır. Belə ki, 2022-ci ilin iyul ayının 6sından sentyabr ayının 20-sinə kimi olan müddət ərzində o, 5-ci və 6-cı qrupların inzibatçısı olmuşdur. Onun inzibatçı olaraq fəaliyyəti ondan ibarət olmuşdur ki, yatırım edən şəxslərin pullarının dövriyyəsi üçün Tənzilə xanıma özünə məxsus olan 4 ədəd bank kartı təqdim etmişdir. Həmin bank kartları Kapital Bank ASC tərəfindən emissiya edilmiş 4169-7413- 1689-9416 və 4169-7385-6055-6296, 4169-7388-6363-9799 və Leobank kartı olan 4098- 5844-6556-4076 nömrəli bank kartları olmuşdur. Onun inzibatçılıq etdiyi qruplardakı şəxslər yatırımlarını həmin kartlara göndərmişlər. O da, daha sonra həmin ödənişlərin hesabatını dəftərə yazıb günün sonunda Tənzilə xanıma məlumat vermişdir. Yatırımçıların ödənişlərinin vaxtı çatanda isə Tənzilə xanım siyahını ona göndərmiş və o da, həmin şəxslərin qazancını kartında yığılan pullardan ödəmişdir. Bütün bu ödənişlərlə bağlı sonda Tənzilə xanıma məlumat vermişdir. Sentyabr ayına kimi bu qaydada yatırım edən şəxslərin qazanclarını vaxtlı-vaxtında ödəmişlər, bir hissəsini də Tənzilə xanımın kartına depozit kimi köçürmüşlər. Bunu ona Tənzilə xanım özü bildirmişdir ki, qrupun dar günləri üçün bu depozit hesab mütləq lazımdır. Lakin sentyabr ayının 20-sindən 28-nədək olan müddət ərzində o, qohumlarını da bu işə cəlb etmiş və ümumilikdə 60.000 manata yaxın məbləğdə yatırım etmişlər. Həmin pulları Tənzilə xanımın onlara təqdim etdiyi müxtəlif bank kartlarının hesablarına göndərmişlər. Onun dəvətliləri də yatırım etmək istədikləri məbləğləri ona göndərmiş və bundan sonra o, özü Tənzilə xanımın onlara dediyi kartlara köçürmüşdür. O, həmin köçürmələrin hamısını yaşadığı Nərimanov rayonu ərazisində yerləşən e-manat ödəmə terminalından göndərmişdir. Həmin ödəmələrin 45.200 manatlıq hissəsinin ödəniş qəbzlərini tapdığı üçün ifadəsinə əlavə olunması üçün təqdim etmişdir. Qrup inzibatçısı olsa da, onun fəaliyyəti yalnız yatırım edən şəxslərin siyahısını tərtib etmək və Tənzilə xanımın bildirdiyi şəxslərə vaxtında ödənişlər etmək olmuşdur. Tənzilə xanım bu işinə görə sadəcə bir dəfə ona 200 manat əmək haqqı vermiş, elə həmin pulu da yenidən yatırım etmişdir. Onun kartına köçürülən pulları günün sonunda Tənzilə xanıma bildirmiş və Tənzilənin dediyi adamlara qazanclarını vaxtında göndərmiş, qalan pulları isə Tənzilə xanımın ona göndərdiyi bank kartlarına göndəmişdir. Hadisə nəticəsində ona 60.000 manata yaxın ziyan dəymişdir. İş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2022-ci ilin aprel ayının əvvəllərində Sevda adlı tanışı ona Tənzilə adlı qadının onlayn lotereya sistemi yaratdığını və bununla yatırım edən şəxslərə maksimum 1 ay müddətində yatırım olunan məbləğin 8 qatı dəyərində gəlir qazandırdığını demişdir. Onun razılığı ilə Sevda xanım onu “Whatsapp”-da həmin qrupa əlavə etmişdir. Sevda ona bildirmişdir ki, özü də, qohumları da bu sistemə pul yatırımı edərək qazanc əldə ediblər. Qrupda təxminən 100-dən çox iştirakçı olmuşdur. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və beləliklə, onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Tənzilə xanım qrupu idarə etsə də, heç vaxt onunla şəxsən nə görüşmüş, nə də danışmışdır. Ona izah olunmuşdur ki, yatırım etmək üçün e-mail ünvanı tələb olunur. Ona görə də o, özünə məxsus olan e-mail ünvanı təqdim etmiş və ona təsdiq kodu gəlmişdir. Bundan sonra Tənzilə xanım onu qeydiyyatdan keçirmiş və ona ora daxil olmaq üçün şifrə vermişdir. Bundan sonra o, saytına müstəqil daxil olmuş, həmin sayta daxil olanda 8 nəfərlik sxem görmüşdür. Belə ki, sistemin şərti belə qurulmuşdur ki, hər bir şəxs ilkin olaraq 180 manat yatırım edir, mərkəzdə isə 1 nəfər olur. Mərkəzdə olan adam 1440 manat qazanc götürdükdən sonra, oyunu tərk edir. Onun yerinə isə növbə ilə digər şəxslər gəlir. O ilk dəfə aprel ayının ortalarında 180 manatlıq bir nəfərlik masa almaq üçün 4 nəfər tanışı ilə birləşib hərəsi 45 manat qoymaqla bir masa almışlar. Həmin pulu Tənzilə xanımın qrupda onlara təqdim etdiyi, kimə məxsus olduğunu xatırlamadığı bank kartının hesabına göndərmişdir. Təxminən 1 aydan sonra Tənzilə xanım bildirmişdir ki, onların pul götürmək sırası gəlmiş və hər biri 320 manat qazandığını demişdir. Lakin o, həmin 320 manatı götürməmiş, üzərinə 180 manat da əlavə edib 500 manatlıq masa almışdır ki, gələn dəfə birdəfəlik 4000 manat qazanc əldə etsin. Daha sonra Tənzilə xanım bildirmişdir ki, bu oyun artıq saytda deyil, eyni sistem üzrə “Whatsapp” proqramında təşkil olunacaqdır. Belə ki, Tənzilə xanım özü əl ilə çəkdiyi sxemlərin şəkillərini onlara göndərmiş və həmin sxem əsasında növbəlilik üzrə yatırımçılar qazanclarını götürmüşlər. İyul ayının əvvəllərində Tənzilə xanım ona təklif etmişdir ki, qruplarda iştirakçıların sayı getdikcə artır, ona görə də tək özü qrupları idarə bilmir. Bunun üçün ondan kömək istəmiş və o da, razılaşmışdır. O qrupa çoxlu sayda yatırımçı dəvət etdiyi üçün Tənzilə xanım ona qruplarda inzibatçı olmağı təklif etmiş və o da, Tənzilənin təklifini qəbul etmişdir. İyul ayının əvvəllərindən sentyabr ayının sonlarına kimi olan müddət ərzində o, 5-ci və 6-cı qrupların inzibatçısı olmuşdur. Onun istifadəsində bank kartı olmamış, 5-ci və 6-cı qruplara Esmira xanımla birlikdə inzibatçılıq etmişdir. Ona görə də onun yatırımçıları da pulları Esmira xanıma məxsus Kapital Bank və Leobank bank kartlarının hesablarına göndərmişlər. O da, daha sonra həmin ödənişlərin hesabatını dəftərə yazmış, günün sonunda Tənzilə xanıma məlumat vermişdir. Yatırımçıların ödənişlərinin vaxtı çatanda isə Tənzilə xanım onların siyahısını ona göndərmiş və o da, Esmira xanımla birlikdə həmin şəxslərin qazancını kartlarda yığılan pullardan ödəmişlər. Bütün bu ödənişlərlə bağlı isə sonda Tənzilə xanıma məlumat vermişdir. Onun şəxsi istifadəsində sadəcə olaraq 1 ədəd bank kartı olmuş, 5-ci və 6-cı qrupa Esmira xanımla birlikdə inzibatçılıq etsələr də, onun kartına heç kim yatırım etməmişdir. Yatırımlar yalnız Esmira xanımın təqdim etdiyi 4 ədəd bank kartının hesabına köçürülmüşdür. O, ümumilikdə 23.000 manat məbləğində pulu özü yatırım üçün Tənzilə xanımın istifadəsində olan müxtəlif bank kartlarının hesablarına göndərmişdir. 08 avqust 2022-ci il tarixdən 27 sentyabr 2022-ci ilədək olan müddət ərzində həmin pulları Gəncə şəhərindən və Bakı şəhəri, Nərimanov rayonu ərazisindən milliön ödəmə terminalı vasitəsilə göndərmişdir. Həmin ödəmələri təsdiq edən qəbzləri istintaqa təqdim etmişdir. Hadisə nəticəsində isə ona 23.000 manata məbləğində maddi ziyan dəymişdir (cild 5, iş vərəqi 113-116). İş üzrə Zərərçəkmiş şəxs11 keçirilmiş üzləşdirmə zamanı sərbəst ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir (cild 8, iş vərəqi 42-45). İş üzrə dindirilən zərərçəkmiş şəxs X25 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin iyun ayının sonlarında xalası qızı Həziyeva Gülnar ona demişdir ki, Tənzilə adlı xanım onlayn lotereya sistemi yaratmış və bununla yatırım edən şəxslərə maksimum 1 ay müddətində yatırım olunan məbləğin 8 qatı dəyərində gəlir qazandırır. Gülnar xanım bildirmişdir ki, o, “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi qrupa üzv olmuşdur. Gülnar xanım demişdir ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Həmçinin Tənzilə xanımı etibarlı tərəfdaş kimi təqdim edərək bildirmişdir ki, əgər nə vaxtsa, sistem düz işləməsə, ən azından hər kəsin ana məbləğini Tənzilə şəxsən qaytaracaqdır. Beləliklə, o da yatırım etmək qərarına gəlmişdir. Belə qərara gəlməsində əsas səbəb onun Gülnar xanıma olan etibarı olmuşdur, çünki o, özü şəxsən bu sistemdən pul qazanmışdır. O, 7-ci qrupun üzvü, qrupun inzibatçısı isə Mahiyyət xanım olmuşdur. Mahiyyət xanım həmin qrupda Muradova Xanımnaza, Həsənli Aynura və Gözəlöv Nurəddinə məxsus bank kartlarını paylaşmış və o, pulları həmin bank kartlarına göndərmişdir. 07 iyul 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 15.000 manat məbləğində pulu qeyd edilən bank hesablarına göndərmişdir. Həmin pulların hamısını Salyan rayonu ərazisindən göndərmişdir. Ona 5 qat dəyərində qazanc vəd olunmuş, lakin ona həmin 15.000 manat puldan ayrı-ayrı vaxtlarda 3.000 manat geri qaytarılmışdır. Oktyabr ayının ortalarından etibarən Tənzilə xanım bildirmişdir ki, kartlar bank tərəfindən bloklanıb, çünki kartda təxminən 500.000 manata yaxın pul var. Beləliklə, bu müddət ərzində ona 12.000 manat məbləğində maddi ziyan dəymişdir. Həmin köçürmələri təsdiq edən ödəniş qəbzlərini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs13 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin avqust ayında xalası qızı Gülnaz Həsənova ona Tənzilə adlı bir xanımın onlayn lotereya sistemi yaratdığını, pul yatırım edən şəxslərə maksimum 35 gün müddətində məbləğin 3 qatı dəyərində gəlir qazandırdığını demişdir. Gülnaz onu arxayın etmişdir ki, Tənzilə nə vaxtsa sistem düz işləməsə, ən azından hər kəsin ana məbləğini şəxsən qaytaracaqdır. Gülnaz ona demişdir ki, özü şəxsən bu sistemə pul yatırıb və vaxtı çatanda vəd olunan qazancı götürmüşdür. 16 avqust 2022-ci il tarixdən 07 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində xalası qızı Gülnaz xanımın ona göndərdiyi bank kartlarının hesabına hissə-hissə olmaqla, ümumilikdə 12.290 manat məbləğində pul göndərmişdir. Ona həmin məbləğin 3 qatı dəyərində qazanc veriləcəyi vəd olunmuşdur. O, Tənzilə xanımın təşkil etdiyi heç bir qrupda iştirak etməmişdir. Sadəcə olaraq xalası qızının mənə təqdim etdiyi bank kartlarının hesablarına pul göndərmişdir. Həmin pulları Xırdalan şəhəri və Səbail rayonu ərazisindən özünə məxsus «Beynəlxalq Bank»a məxsus bank kartının hesabından göndərmişdir. Oktyabr ayının əvvəllərində xalası qızından pulunu nə zaman götürəcəyini soruşanda, görmüşdür ki, xalası qızı müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışır. Lakin oktyabr ayının ortalarından sonra konkret olaraq bildirmişlər ki, pullar geri qaytarılmayacaqdır. Beləliklə, bu müddət ərzində ona 12.290 manat məbləğində maddi ziyan dəymişdir. Həmin köçürmələri təsdiq edən ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs14 Qəmbər qızı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tanışlarından lotereya oyunu oynayıb pul qazanmağın mümkün olduğunu eşitmişdir. Həmçinin öyrənmişdir ki, lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. O, Tənziləni şəxsən görməmiş, pul yatırmaq məqsədi ilə 3-cü qrupa qoşulub həmin qrupdakı bank kartlarına yatırım etmişdir. Yatırım edib 3, 5 və 10 qat qazanc əldə etməklə bağlı lotereya oyunlarına qoşulmuşdur. Lotereyaya 2022-ci ilin aprel ayının əvvəllərində qoşulmuşdur. İlk əvvəl masa sistemli oyuna qoşulmuş, 45 manat yatırım etməklə iştirakçı olmuş, daha sonra növbəli şəkildə mərkəz masaya keçib ödəniş qəbul etmişdir. İlk gəlirini avqust ayında 320 manat məbləğində əldə etmişdir. Bu oyundan gəlir əldə etdiyinə görə ətraf tanışlarına da bu barədə məlumat vermişdir. Tənzilənin yatırım edib yüz faizli gəlir əldə etməklə bağlı səsli mesajlarına, həmçinin ilkin mərhələdə gəlir əldə etməsinə inanıb sonrakı vaxtlarda da bu oyuna pul yatırmışdır. 2022-ci ilin iyul ayından Tənzilə qat sisteminə keçid etmiş və yeni sistem yaratdığını elan etmişdir. Tənzilənin səsli mesajlarına əsasən yatırım edən şəxs yatırdığı pulun 2,3,5,7,8 və 10 qat həcmində gəlir əldə edə biləcəkdi. O, Tənziləyə bu barədə bildirmişdir ki, nəyə görə oyunu pozur çünki bu qədər qatla oyunçulara uduş verə bilməyəcəkdir. Tənzilə isə «Whatsapp» proqramında səsli mesajlar göndərmişdir ki, hamını uduşla təmin edəcəkdir, yeni layihələri var, yatırdığı pul heç vaxt batmayacaqdır. Hətta bir dəfə dəqiqləşdirmək üçün Tənziləyə «Whatsapp» proqramında zəng etmiş və ona sual vermişdir ki, «pulları tam şəkildə ödəmək imkanın vardırmı?», Tənzilə də ona cavabında acıqlı şəkildə bildirmişdir ki, «o nə sözdür mənə deyirsən, mənim öz hesabatım var, mənim hesabatım tam dəqiqdir, əvvəlki pullarını aldığın kimi sonradan yatırdığın pulu da tam şəkildə alacaqsan». 2022-ci ilin təxminən iyul-avqust ayları ərzində Tənzilə yatırım etmiş oyunçuların 3 və 5 qat ödənişlərini ödəmişdir. O, Tənzilənin sözlərinə inanıb qohumlardan və tanışlardan borca pul alıb, əlavə olaraq da bankdan kredit götürüb lotereya oyununa külli miqdarda pul yatırmaq qərarına gəlmişdir. 09 sentyabr 2022-ci il tarixdən 19 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində isə hissəhissə olmaqla bu oyuna Tənzilənin çağırışları ilə 8.430 manat pul yatırmışdır. Həmin pulun qarşılığında ona heç bir ödəniş olunmamışdır. Həmin 8430 manatı 3-cü qrupda pul yatırmaq üçün təqdim olunmuş qrup rəhbəri Zərərçəkmiş şəxs5 bank kartına göndərmişdir. Pulları yalnız ödəmə terminalları vasitəsi ilə Bakı şəhəri Sabunçu, Nizami və Binəqədi rayonları ərazisindən göndərmişdir. Aidiyyəti üzrə pulun ödənməsinə dair qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. Ona əldə etdiyi gəliri çıxmaq şərti ilə qəbzlərə istinadən hadisə nəticəsində 8.430 manat ziyan dəymişdir. Onu bu oyuna cəlb edən və etibarından istifadə edib aldadan Təqsirləndirilən şəxs olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs15 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, tanışları vasitəsi ilə lotereyaya pul yatırıb əlavə pul qazanmaq barədə «Whatsapp» qrupu barədə məlumat almışdır. Lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. O, Tənziləni şəxsən görməmiş, pul yatırmaq məqsədi ilə 3-cü qrupa qoşulub həmin qrupdakı bank kartlarına yatırım etmişdir. Lotereyaya 2022-ci ilin iyun ayının əvvəllərində qoşulmuşdur. İlk əvvəl masa sistemli oyuna qoşulmuşdur. 30 manat yatırım etməklə iştirakçı olurdun, daha sonra növbəli şəkildə mərkəz masaya keçib ödəniş qəbul edirdin. İlk gəlirini avqust ayında 60 manat məbləğində əldə etmişdir. Bu oyundan gəlir əldə etdiyinə görə ətraf tanışlarına da bu barədə məlumat vermişdir. Tənzilənin yatırım edib yüz faizli gəlir əldə etməklə bağlı çıxışlarına, həmçinin ilkin mərhələdə gəlir əldə etməyinə inanıb sonrakı vaxtlarda da bu oyuna pul yatırmışdır. 2022-ci ilin iyul ayından Tənzilə qat sisteminə keçid etmiş və yeni sistem yaratdığını elan etmişdir. Tənzilənin səsli mesajlarına əsasən yatırım edən şəxs yatırdığı pulun 2,3,5,7,8 və 10 qat həcmində gəlir əldə edəcəkdir. Tənzilə isə «Whatsapp» proqramında səsli mesajlar göndərmişdir ki, hamını uduşla təmin edəcəkdir, yeni layihələri var, yatırdığı pul heç vaxt batmayacaqdır. 2022-ci ilin təxminən iyul-avqust ayları ərzində Tənzilə yatırım etmiş oyunçuların 3 və 5 qat ödənişlərini ödəmişdir. O, Tənzilənin sözlərinə inanıb qohumlardan və tanışlardan borca pul alıb lotereya oyununa külli miqdarda pul yatırmaq qərarına gəlmişdir. 18 avqust 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla bu oyuna Tənzilənin çağırışları ilə 3100 manat pul yatırmışdır. Həmin pulun qarşılığında ona heç bir ödəniş olmamışdır. Həmin 3100 manatı 3cü qrupda pul yatırmaq üçün təqdim olunmuş Pərvanə adlı qrup rəhbərinin bank kartına göndərmişdir. Pulun ödənilməsinə dair qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. Əldə etdiyi gəliri çıxmaq şərti ilə ona hadisə nəticəsində 3.100 manat ziyan dəymişdir. Onu bu oyuna cəlb edən və etibarından istifadə edib aldadan Təqsirləndirilən şəxs olmuşdur (cild 5, iş vərəqi 206-207). İş üzrə dindirilən Zərərçəkmiş şəxs16 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, «Whatsapp» proqramında lotereya təşkil olunması barədə məlumat almış, lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. Tənziləni özü şəxsən görməmiş, pul yatırmaq məqsədi ilə 6-cı qrupa qoşulub həmin qrupdakı bank kartlarına yatırım etmişdir. Əvvəlcə yatırım edib 2 qat, daha sonra 3, 7, 8 və 10 qat qazanc əldə etməklə bağlı lotereya oyunlarına qoşulmuşdur. Lotereyaya 2022-ci ilin may ayının əvvəllərində qoşulmuşdur. İlk əvvəl masa sistemli oyuna qoşulmuş, 45 manat yatırım etmişdir. İlk gəlirini avqust ayında 220 manat məbləğində əldə etmişdir. Bu oyundan gəlir əldə etdiyinə görə ətraf tanışlarına da bu barədə məlumat vermişdir. Tənzilənin yatırım edib yüz faizli gəlir əldə etməklə bağlı çıxışlarına, həmçinin ilkin mərhələdə gəlir əldə etməsinə inanıb sonrakı vaxtlarda da bu oyuna pul yatırmışdır. 2022-ci ilin iyul ayından Tənzilə qat sisteminə keçid etmiş və yeni sistem yaratdığını elan etmişdir. Tənzilənin səsli mesajlarına əsasən yatırım edən şəxs yatırdığı pulun 2,3,5,7,8 və 10 qat həcmində gəlir əldə edəcəkdir və hamını uduşla təmin edəcəkdir. O, Tənzilənin sözlərinə inanıb qohumlardan və tanışlardan borc pul alıb, əlavə olaraq bankdan kredit götürüb lotereya oyununa külli miqdarda pul yatırmaq qərarına gəlmişdir. 17 avqust 2022-ci il tarixədək lotereya oyununa yatırdığı pullara görə 4.850 manat məbləğində gəlir qismində pul götürmüşdür. 17 avqust 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində isə hissə-hissə olmaqla bu oyuna Tənzilənin çağırışları ilə 32.800 manat pul yatırmışdır. Həmin pulun qarşılığında ona heç bir ödəniş olmamışdır. Həmin 32800 manatı 6-cı qrupda pul yatırmaq üçün təqdim olunmuş Esmira adlı qrup rəhbərinin bank kartlarına pul göndərmişdir. Pulları yalnız ödəmə terminalları vasitəsi ilə Şəmkir rayonu və Bakı şəhəri, Nərimanov rayonları ərazisindən göndərmişdir. Pulun ödənməsinə dair qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. Ona əldə etdiyi gəliri çıxmaq şərti ilə hadisə nəticəsində 27.950 manat ziyan dəymişdir. Onu bu oyuna cəlb edən və etibarından istifadə edib aldadan Təqsirləndirilən şəxs olmuşdur. İş üzrə dindirilən Zərərçəkmiş şəxs17 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Beyləqan rayonunda hərbi şəhərcikdə onun qonşusu olmuş, buna görə yaxşı münasibətləri yaranmışdır. Tənzilə ona bildirmişdir ki, lotereya oyunu təşkil edib və həmin oyuna pul yatıran şəxslərə bir neçə qat artıq pul ödəyir. Hətta onu inandırmaq üçün 2022-ci ilin aprel ayında ortalarında onun əvəzinə 90 manat yatırım edib əlavə ona 460 manat uduş qismində ödəniş təqdim etmişdir. Tənzilə ilk əvvəl pulun masa şəkilli lotereya oyununa yatırıldığını, sonrakı vaxtlarda isə «qat sistemi» yaratdığını demişdir. O da, Tənziləyə inandığı üçün 3 qat gəlir əldə etmək üçün 19 avqust 2022-ci il tarixdən 19 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla cəmi 3820 manat yatırım etmişdir. Həmin pulları 10-cu qrupun rəhbəri Ülviyyə Şükürovanın adına olan bank kartlarına köçürmüşdür. Tənzilə özü onu 10-cu qrupa daxil etmişdir. Beyləqan rayonu ərazisindən 3720 manat, Sabirabad rayonu ərazisində ödəmə terminalı vasitəsi ilə 100 manat, cəmi 3820 manat pul göndərmişdir. Ülviyyə qrupa Tənzilənin səsli mesajlarını göndərmişdir. Həmin səsli mesajlarda Tənzilə söz vermişdir ki, pul yatırmış şəxslər 3 qat pullarını tam şəkildə alacaqlar. Pul köçürməsinə baxmayaraq ona vəd olunan uduş təqdim olunmamış, bundan əlavə verdiyi əsas məbləğ də geri qaytarılmamışdır. Hadisə nəticəsində ona 3.820 manat maddi ziyan dəymişdir. O, həmin pulların ödənilməsinə dair qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. İş üzrə Zərərçəkmiş şəxs17 keçirilmiş üzləşdirmə zamanı sərbəst ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir (cild 8, iş vərəqi 54-57). İş üzrə Zərərçəkmiş şəxs18 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində qohumu Xanım adlı qadın ona Tənzilə adlı qadının «Whatsapp» mobil tətbiqində bir qrup yaratdığını, həmin qrupda onlayn lotereya oynadıqlarını demişdir. Qrupda təxminən 200-dən çox adam olmuşdur. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və beləliklə, onda inam yaranmışdır ki, həqiqətən də sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Qrupun inzibatçısı Həcər xanım olsa da, qrupda bütün idarəetmə Tənzilə xanımın əlində olmuşdur. O, bir-bir bütün yazılan mesajları cavablandırmışdır. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, qrupda onlarla insan bu sistemdən pul qazandıqlarını bildirmişlər. Həmçinin Tənzilə xanım özü əgər nə vaxtsa, sistem düz işləməsə, ən azından hər kəsin ana məbləğini özü şəxsən öz cibindən qaytaracağına söz vermişdir. Beləliklə, o da, yatırım etmək qərarına gəlmişdir. Onu bu işə cəlb edən qohumu ona demişdir ki, o, bu oyundan 1500 manat yatırım edərək 3000 manat qazanc əldə etmişdir. O, ilk dəfə 20 avqust 2022-ci il tarixdə Qusar rayonundan Milliön ödəmə terminalından 500 manat məbləğində pulu qrup inzibatçısı olan Zərərçəkmiş şəxs1 məxsus "xxxx"a aid bank kartının hesabına göndərmişdir. Daha sonra 1 ayının tamamını gözləmədən yenidən 1500 manat məbləğində pulu 06 sentyabr 2022-ci il tarixdə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən e-manat ödəmə terminalından yenə Həcərə məxsus karta göndərmişdir. Ayın sonunda pulu ilk olaraq kimin götürməsi ilə maraqlanmış, lakin heç kimdən bir məlumat ala bilməmişdir. Daha sonra qızı Həcər xanımla əlaqə saxlayanda, sonuncu işdə müəyyən problemlər yarandığını demişdir. İşin təşkilatçısı Tənzilə xanım söz vermişdir ki, qısa zaman ərzində pullarını geri qaytaracaqdır. Lakin bu müddət ərzində ona nəinki vəd olunan pul, heç yatırım etdiyi 2000 manat da geri qaytarılmamışdır. Həmin pul köçürmələrini təsdiq edən 2 ədəd ödəniş qəbzinin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs19 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 13 aprel 2022-ci il tarixində qonşusu Zərərçəkmiş şəxs1 ona Tənzilə adlı bir qadının onlayn lotereya sistemi yaratdığını və yatırım edən şəxslərə maksimum 1 ay müddətində qoyulan pulun 8 qatı dəyərində gəlir qazandırdığını demişdir. Həcər onu qrupa əlavə etmiş, qrupda təxminən 150 nəfər iştirakçı olmuşdur. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Qrupun inzibatçısı Həcər xanım olsa da, qrupda bütün idarəetmə Tənzilə xanımın əlində olmuşdur. Tənzilə xanım özü nə vaxtsa, sistem düz işləməsə, ən azından hər kəsin ana məbləğini özü şəxsən öz cibindən qaytaracağına söz vermişdir. Onun 180 manat məbləğində yatırım etməyə imkanı olmadığı üçün Həcər xanımla birlikdə hərəsi 45 manat olmaqla 90 manat, tanımadığı bir qadın da öz adından 90 manat qoymuş və 3-ü birlikdə 1 nəfər üçün nəzərdə tutulan 180 manatlıq masa almışlar. İlk dəfə 13 aprel 2022-ci il tarixdə 45 manat pulu bank kartına köçürmüşdür. Həmin kartın nömrəsini ona Tənzilə xanım özü təqdim etmişdir. 19 aprel 2022-ci il tarixdə onun olduğu masa mərkəzə çatdığı üçün payına düşən 360 manatı götürmüşdür. May ayının əvvəllərində Tənzilə xanım bildirmişdir ki, bu oyun artıq eyni sistem üzrə “Whatsapp” proqramında təşkil olunacaqdır. Masaların qiyməti 180, 500 və 1000 manat kimi müəyyənləşdirilmişdir. Hər qrupda 8 nəfər olmuş və mərkəzə çatan şəxs yatırım etdiyi məbləğdən asılı olaraq 1440, 3000 və ya 7000 manat gəlir götürmüşdür. O, may ayının 14-ü 180 manat məbləğində pulu yatırım adı ilə xatırlamadığı bank kartının hesabına köçürmüş, həmin kartın nömrəsini ona Tənzilə təqdim etmişdir. O, sonradan müxtəlif bank kartlarının hesablarına ümumilikdə 13.560 manat pul köçürmüşdür. 11.560 manat ödənişləri təsdiq edən qəbzləri təqdim etmiş, lakin 2000 manatlıq ödənişin qəbzlərini itirdiyi üçün təqdim edə bilməmişdir. Oktyabr ayının əvvəllərindən etibarən Tənzilə xanım bildirmişdir ki, kartlarda ümumilikdə 500.000 manat var, amma bank həmin pulu birdən-birə vermir, pulları hər həftə 100.000 manat olmaqla 5 dəfəyə götürəcəkdir. Lakin bu müddət ərzində ona nəinki vəd olunan 5 qat qazancı, heç yatırım etdiyi ana məbləğ olan 13.560 manat məbləğ də qaytarılmamışdır. İş üzrə dindirilən Zərərçəkmiş şəxs20 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin aprel ayında iş yoldaşı ona Tənzilə adlı bir qadının onlayn lotereya sistemi yaratdığını və yatırım edən şəxslərə maksimum 1 ay müddətində məbləğin 8 qatı dəyərində gəlir qazandırdığını demişdir. Onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi qrupa əlavə etmiş, qrupda təxminən 200 nəfər iştirakçı olmuşdur. O, bir müddət qrupda yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və onda həqiqətən də bu sistemə pul yatırıb qazanc əldə edəcəyinə inanmışdır. Tənzilə xanım onu qeydiyyatdan keçirmiş və ona ora daxil olmaq üçün şifrə vermişdir. Həmin sayta daxil olanda 8 nəfərlik sxem görmüşdür. Sistemin şərti belə qurulmuşdur ki, hər bir şəxs ilkin olaraq 180 manat yatırım edir, mərkəzdə isə 1 nəfər olur. Mərkəzdə olan adam 1440 manat qazanc götürdükdən sonra, oyunu tərk edirdi. Daha sonra Tənzilə xanım bildirmişdir ki, bu oyunu eyni sistem üzrə “Whatsapp” proqramında təşkil olunacaqdır. Belə ki, Tənzilə xanım özü əl ilə çəkdiyi sxemlərin şəkillərini onlara göndərmiş və həmin sxem əsasında növbəlilik üzrə yatırımçılar qazanclarını götürmüşlər. Onu ilk olaraq 2-ci qrupa əlavə etmişlər. Həmin qrupun inzibatçısı Zərərçəkmiş şəxs1 olmuşdur. Lakin artıq bir masanın qiyməti 180 manat deyil, 500 və 1000 manat kimi müəyyənləşdirilmişdir. Hər qrupda 8 nəfər olmuş, mərkəzə çatan şəxs yatırım etdiyi məbləğdən asılı olaraq 3000 və ya 7000 manat gəlir götürmüşdür. Lakin yatırımçıların sayında azalma olduğu üçün Tənzilə xanım oyunun şərtlərini dəyişdirmişdir. Belə ki, o, artıq sadə qaydada 45 gün müddətində yatırım etdiyin məbləğin 5 qatını götürəcəyimizi vəd etmişdir. Belə ki, o da 1-ci qrupun üzvü olduğu müddətdə Zərərçəkmiş şəxs2 məxsus "xxxx" kartına 1000 manat, sonnadan eyni gündə 2 dəfə 1000 manat olmaqla cəmi 2000 manat köçürmüşdür. Həmin gün onu 3-cü qrupa əlavə etmişlər. Həmin qrupun inzibatçısı Zərərçəkmiş şəxs5 olmuşdur. Belə ki, o xx.xx.2022-ci il tarixdə Pərvanə xanıma məxsus "xxxx"a kartın hesabına 1000, 1500, 1700 manat olmaqla, ümumilikdə 4200 manat pul köçürmüşdür. Daha sonra onu 8-ci qrupa əlavə etmişlər. Həmin qrupun inzibatçısı Vüsalə xanım olmuşdur. Lakin yatırımlar onun köməkçisi Fidan adlı xanımın kartlarına köçürülmüşdür. O, Fidan xanıma məxsus "xxxx"a aid kartın hesabına 550 manat və 2000 manat olmaqla, ümumikdə 2550 manat pul köçürmüşdür. Belə ki, 2022-ci ilin 22 aprel tarixindən həmin ilin 17 sentyabr tarixinədək olan müddət ərzində yatırım adı ilə yuxarıda qeyd etdiyi bank kartlarının hesablarına ümumilikdə 9.750 manat pul köçürmüşdür. Lakin bu müddət ərzində ona yalnız ilk yatırım etdiyi 180 manatın qarşılığında 1260 manat məbləğində qazanc verilmişdir. Təxminən oktyabr ayının əvvəllərindən etibarən Tənzilə xanım qruplarda bildirmişdir ki, banklar tərəfindən kartlar bloklanıb, qısa zaman ərzində yatırım eydiyim məbləğin azı 2 qat dəyərində qazanc verəcəkdir. Lakin bu müddət ərzində onun yatırım etdiyi 9750 manatın heç bir hissəsi geri qaytarılmamışdır. İş üzrə dindirilən Zərərçəkmiş şəxs21 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tanışları vasitəsi ilə lotereya xarakterli pul yatırıb əlavə pul qazanmaq barədə «Whatsapp» qrupu barədə məlumat almışdır. Lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. Pul yatırıb Tənzilənin təşkil etdiyi oyunda iştirak etmək üçün 3-cü qrupa qoşulub həmin qrupdakı bank kartlarına yatırım etmişdir. Yatırım edib 5 və 10 qat qazanc əldə etməklə bağlı lotereya oyunlarına qoşulmuşdur. Lotereyaya 2022-ci ilin aprel ayının əvvəllərində qoşulmuşdur. 180 manat pul qoyub ilk gəlirini iyun ayının əvvəllərində 880 manat məbləğində əldə etmişdir. Bu oyundan gəlir əldə etdiyinə görə ətraf tanışlarına da bu barədə məlumat vermişdir. Tənzilənin yatırım edib yüz faizli gəlir əldə etməklə bağlı səsli mesajlarına, həmçinin ilkin mərhələdə gəlir əldə etməyinə inanıb sonrakı vaxtlarda da bu oyuna pul yatırmışdır. 2022-ci ilin iyul ayından Tənzilə qat sisteminə keçid etmiş və yeni sistem yaratdığını elan etmişdir. Tənzilənin səsli mesajlarına əsasən yatırım edən şəxs yatırdığı pulun 2,3,5,7,8 və 10 qat həcmində gəlir əldə etmişdir. Sağlamlığı ilə əlaqədar tibbi müayinə üçün pul yığmışdır. Tənzilə öz danışıqları ilə onu şirnikləşdirdiyinə görə yığdığı pulu da həmin oyuna yatırmağa qərar vermişdir. Tənzilə «Whatsapp» qrupuna səsli mesaj göndərmişdir ki, Bakı şəhərinə gəlir, istəyən iştirakçı onunla görüşə bilər. O da, həmin səsli mesaj əsasında Tənzilə ilə görüşə gəlmişdir. Tənzilə danışıqlarında bildirmişdir ki, batan pul olmayacaq, hamı yatırdığı pulun qarşılığında yatırdığı qat sisteminə uyğun olaraq bir neçə qat artıq gəlir əldə edəcəkdir. Tənzilə demişdir ki, onun arxasında əri durub, o, heç vaxt müflis olmayacaqdır. Tənzilə qruplara göndərdiyi səsli mesajlarında çox inandırıcı danışmışdır. O isə, maddi cəhətdən çox kasıb olduğu üçün Tənzilənin vədlərinə inanıb pul qazanmaqla həyat şəraitini dəyişmək istəmişdir. Buna görə öz qohum və tanışlarından borc pul alıb Tənzilənin təşkil etdiyi lotereya oyununa yatırmaq qərarına gəlmişdir. 2022-ci ilin təxminən iyul-avqust ayları ərzində Tənzilə yatırım etmiş digər oyunçuların 3 və 5 qat ödənişlərini ödəmişdir. Buna görə də o, 2022-ci ilin avqust-sentyabr ayları ərzində bu oyuna külli miqdarda pul yatırmışdır. 2022-ci ilin avqust ayının əvvəllərindən oktyabr ayının əvvəllərinədək olan müddət ərzində hissə-hissə olmaqla bu oyuna Tənzilənin çağırışları ilə 13.410 manat pul yatırmışdır. Həmin pulun qarşılığında ona heç bir ödəniş olmamışdır. Həmin pulu Tənzilənin istifadəsində olan kartlara və qrup rəhbərlərinin təqdim etdiyi kartlara köçürmüşdür. Pulları öz istifadəsində olan «Kapitla bank»a, "xxxx"a və «Azərtürkbank»a aid bank kartları hesablarından təqdim olunmuş hesablara elektron qaydada yaşadığı Ucar rayonundakı evdən göndərmişdir. Aidiyyəti üzrə pulun ödənməsinə dair qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. Onu bu oyuna cəlb edən və etibarından istifadə edib aldadan Təqsirləndirilən şəxs olmuşdur. İş üzrə dindirilən Zərərçəkmiş şəxs22 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tanışları vasitəsi ilə lotereya xarakterli pul yatırıb əlavə pul qazanmaq barədə «Whatsapp» qrupu barədə məlumat almış, lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. Oyunda iştirak etmək üçün bir neçə qrupa qoşulub bank kartlarına yatırım etmişdir. Lotereyaya 2022-ci ilin aprel ayının əvvəllərində masa sistemli oyuna qoşulmuşdur. 180 manat yatırım etməklə iştirakçı olmuş, ilk gəlirini iyul ayının əvvəllərində 1400 manat məbləğində əldə etmişdir. Bu oyundan gəlir əldə etdiyinə görə ətraf tanışlarına da bu barədə məlumat vermişdir. Tənzilənin yüz faizli gəlir əldə etməklə bağlı səsli mesajlarına, həmçinin ilkin mərhələdə gəlir əldə etməyinə inanıb sonrakı vaxtlarda da bu oyuna pul yatırmışdır. 2022-ci ilin iyul ayından Tənzilə qat sisteminə keçid etmiş və yeni sistem yaratdığını elan etmişdir. Tənzilənin səsli mesajlarına əsasən yatırım edən şəxs yatırdığı pulun 2,3,5,7,8 və 10 qat həcmində gəlir əldə edirdi. O, sağlamlığı ilə əlaqədar tibbi müayinə üçün pul yığmışdır. Tənzilə öz danışıqları ilə onu şirnikləşdirdiyinə görə yığdığı pulu da həmin oyuna yatırmağa qərar vermişdir. Tənzilə «Whatsapp» qrupuna səsli mesaj göndərmişdir ki, Bakı şəhərinə gəlir, istəyən iştirakçı onunla görüşə bilər. O da, mesaj əsasında Tənzilə ilə görüşə gəlmişdir. Tənzilə danışıqlarında bildirmişdir ki, batan pul olmayacaq, hamı yatırdığı pulun qarşılığında yatırdığı qat sisteminə uyğun olaraq bir neçə qat artıq gəlir əldə edəcəkdir. Tənzilə demişdir ki, onun arxasında əri durub, o, heç vaxt müflis olmayacaqdır. O da, Tənzilənin vədlərinə inanıb pul qazanmaqla həyat şəraitini dəyişmək istəmişdir. Buna görə öz qohum və tanışlarından borc pul alıb Tənzilənin təşkil etdiyi lotereya oyununa yatırmaq qərarına gəlmişdir. 2022-ci ilin təxminən iyul-avqust ayları ərzində Tənzilə yatırım etmiş digər oyunçuların 3 və 5 qat ödənişlərini ödəmişdir. Buna görə də o, 20 avqust 2022-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla bu oyuna Tənzilənin çağırışları ilə 27.800 manat pul yatırmışdır. Həmin pulları özünə aid olan "xxxx" və "xxxx"a aid bank kartlarından Tənzilənin, həmçinin qruplarda təqdim olunmuş bank kartı hesablarına göndərmişdir. Pulları öz istifadəsində olan bank kartları hesablarından təqdim olunmuş hesablara elektron qaydada yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində evdən göndərmişdir. Pulun qarşılığında ona heç bir ödəniş olmamışdır. Aidiyyəti üzrə pulun ödənməsinə dair qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. Onu bu oyuna cəlb edən və etibarından istifadə edib aldadan Təqsirləndirilən şəxsdır. Hadisə nəticəsində ona 27.800 manat maddi ziyan dəymişdir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs22 keçirilmiş üzləşdirmə zamanı ifadəsində göstərdikıərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir (cild 6, iş vərəqi 65). İş üzrə dindirilən Zərərçəkmiş şəxs23 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tanışları vasitəsi ilə lotereya xarakterli oyuna pul yatırıb əlavə pul qazanmaq barədə «Whatsapp» qrupu barədə məlumat almışdır. Lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. Pul yatırıb Tənzilənin təşkil etdiyi oyunda iştirak etmək üçün 5-ci qrupa qoşulub həmin qrupdakı bank kartlarına yatırım etmiş, bir neçə qat artıq qazanc əldə etməklə bağlı lotereya oyunlarına qoşulmuşdur. Lotereyaya 2022-ci ilin avqust ayının ortalarında qoşulmuş, ilk dəfə 100 və 250 manatlıq yatırım edib 2 qat qazanc əldə etmişdir. İlk gəlirini sentyabr ayının ortalarında 700 manat məbləğində əldə etmiş, 100 manatın 2 qatı həcmində 200 manat, 250 manatın 2 qatı həcmində 500 manat gəlir əldə etmişdir. Tənzilənin yatırım edib yüz faizli gəlir əldə etməklə bağlı səsli mesajlarına, həmçinin ilkin mərhələdə gəlir əldə etməsinə inanıb sonrakı vaxtlarda da bu oyuna pul yatırmışdır. Tənzilə öz danışıqları ilə onu şirnikləşdirdiyinə görə yığdığı pulu da həmin oyuna yatırmağa qərar vermişdir. Tənzilə «Whatsapp» qrupuna səsli mesaj göndərmiş, həmin mesajlarda bildirmişdir ki, batan pul olmayacaq, hamı yatırdığı pulun qarşılığında yatırdığı qat sisteminə uyğun olaraq bir neçə qat artıq gəlir əldə edəcəkdir. Tənzilə demişdir ki, onun arxasında əri durub və heç vaxt müflis olmayacaqdır. Buna görə borc pul alıb Tənzilənin təşkil etdiyi lotereya oyununa yatırmaq qərarına gəlmiş, 2022-ci ilin təxminən avqust ayının ortalarından oktyabr ayının əvvəllərinədək olan müddət ərzində hissə-hissə olmaqla Tənzilənin təşkil etdiyi «qat» sistemli oyuna cəmi 8394 manat olmaqla yatırım etmişdir. Həmin pulun qarşılığında ona heç bir ödəniş olmamış, nə əsas məbləğ, nə də qazanacağı pulu qaytarmamışlar. Həmin pulu Tənzilənin təqdim etdiyi qrup rəhbərlərinə aid olan kartlara Şəmkir rayonundakı evdən köçürmüşdür. Pulun ödənməsinə dair qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. Onu bu oyuna öz səsli mesajları ilə cəlb edən və etibarından istifadə edib aldadan Təqsirləndirilən şəxs olmuşdur. İş üzrə dindirilən zərərçəkmiş şəxs X36 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tanışları vasitəsi ilə lotereya xarakterli pul yatırıb əlavə pul qazanmaq barədə «Whatsapp» qrupu barədə məlumat almışdır. Tənzilə onun doğma dayısı qızıdır. Lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. Pul yatırıb Tənzilənin təşkil etdiyi oyunda iştirak etmək üçün bir neçə qrupa qoşulub həmin qrupdakı bank kartlarına yatırım etmişdir. 2022-ci ilin may ayının sonlarında bir neçə qat əlavə qazanc əldə etməklə bağlı lotereya oyunlarına qoşulmuşdur. 450 manat yatırım etməklə 900 manat gəlir əldə etmişdir. Daha sonra 250 manat yatırıb 1250 manat qazanc əldə etmişdir. Tənzilə öz danışıqları ilə onu şirnikləşdirdiyinə görə onun oğlu yığdığı pulu da həmin oyuna yatırmağa qərar vermişdir. Tənzilə «Whatsapp» qrupuna səsli mesaj göndərmişdir ki, Bakı şəhərinə gəlir, istəyən iştirakçı onunla görüşə bilər. O da, həmin səsli mesaj əsasında Tənzilə ilə görüşə gəlmişdir. Tənzilə danışıqlarında bildirmişdir ki, batan pul olmayacaq hamı yatırdığı pulun qarşılığında yatırdığı qat sisteminə uyğun olaraq bir neçə qat artıq gəlir əldə edəcəkdir. Tənzilə demişdir ki, onun arxasında əri durub, o, heç vaxt müflis olmayacaqdır. 2022-ci ilin avqust ayının ortalarından yatırdığı pulların qarşılığında qazanc əldə edə bilməmişdir. Hissə-hissə olmaqla bu oyuna Tənzilənin çağırışları ilə 10.000 pul yatırmışdır. Həmin pulları özünə aid olan "xxxx"a aid və oğluna aid "xxxx"a məxsus bank kartlarının hesablarından qruplarda təqdim olunmuş bank kartı hesablarına göndərmişdir. Pulları elektron qaydada yaşadığı Qobustan rayonu, Çuxanlı kəndindən göndərmişdir. Pulun qarşılığında ona heç bir ödəniş olmamışdır. Onu bu oyuna cəlb edən və etibarından istifadə edib aldadan Təqsirləndirilən şəxs olmuşdur. Hadisə nəticəsində ona 10.000 manat maddi ziyan dəymişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs X1 üzləşdirmə zamanı ifadəsində göstərdikıərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir (cild 7, iş vərəqi 69-71). İş üzrə dindirilən Zərərçəkmiş şəxs25 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tanışları vasitəsi ilə lotereya xarakterli oyuna pul yatırıb əlavə pul qazanmaq barədə «Whatsapp» qrupu olduğunu bilmiş, lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. 2022-ci ilin avqust ayında pul yatırıb oyunda iştirak etmək üçün 3,5,6-cı qruplara qoşulub həmin qrupdakı bank kartlarına yatırım etmişdir. İlk dəfə 230 manat yatırım etmiş, ilk gəliri kimi sentyabr ayının əvvəllərində 940 manat əldə etmişdir. Buna görə də bir az da həvəslənib qohum tanışdan əlavə borc pul taparaq bu oyuna yatırım etmək qərarına gəlmişdir. Sonrakı günlərdə 600, 690, 940 manat olmaqla gəlir götürmüşdür. Tənzilənin yatırım edib yüz faizli gəlir əldə etməklə bağlı səsli mesajlarına, həmçinin ilkin mərhələdə gəlir əldə etməsinə inanıb sonrakı vaxtlarda da bu oyuna pul yatırmışdır. Tənzilə «Whatsapp» qrupuna göndərdiyi səsli mesajında bildirmişdir ki, batan pul olmayacaq, hamı yatırdığı pulun qarşılığında bir neçə qat artıq gəlir əldə edəcəkdir. Tənzilə demişdir ki, onun arxasında əri və qohumları durub, o, heç vaxt müflis olmayacaqdır. Tənzilə qruplara göndərdiyi səsli mesajlarında çox inandırıcı danışmışdır. O isə, maddi cəhətdən çox kasıb olduğu üçün Tənzilənin vədlərinə inanıb pul qazanmaqla həyat şəraitini dəyişmək istəmişdir. Buna görə borc pul alıb Tənzilənin təşkil etdiyi lotereya oyununa yatırmaq qərarına gəlmişdir. 05 sentyabr 2022-ci il tarixdən 26 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla Tənzilənin təşkil etdiyi «qat» sistemli lotereya oyununa cəmi 7.110 manat yatırım etmişdir. Həmin məbləğdən qazandığı pulu çıxdıqda 5925 manat itirdiyi məbləğ yaranır. Həmin pulu Tənzilənin tapşırığı ilə onun təqdim etdiyi qrup rəhbərlərinə aid kartlara köçürmüşdür. Pulları öz istifadəsində olan kart hesablarından ona təqdim olunmuş hesablara elektron qaydada yaşadığı Bakı şəhəri, Xətai rayonu ərazisindən ödəmişdir. Bir dəfə isə 5500 manatı ödəmə terminalı vasitəsi ilə Xətai rayonu ərazisindən təqdim olunmuş kartın hesabına göndərmişdir. Aidiyyəti üzrə pulun ödənməsinə dair qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. Onu bu oyuna öz səsli mesajları ilə cəlb edən və etibarından istifadə edib aldadan Təqsirləndirilən şəxs olmuşdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs25 keçirilmiş üzləşdirmə zamanı sərbəst ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir (cild 8, iş vərəqi 49-51). İş üzrə dindirilən zərərçəkmiş şəxs X32 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tanışları vasitəsi ilə lotereya xarakterli oyuna pul yatırıb əlavə pul qazanmaq barədə «Whatsapp» qrupu barədə məlumat almış, lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. 2022-ci ilin may ayında pul yatırıb Tənzilənin təşkil etdiyi oyunda iştirak etmək üçün 6 və 8-ci qruplara qoşulub həmin qrupdakı bank kartlarına yatırım etmişdir. İlk dəfə 90 manat yatırım edib ilk gəlirini iyul ayının əvvəllərində 720 manat qazanc əldə etmişdir. Buna görə də bir az da həvəslənib qohum tanışdan əlavə borc pul taparaq bu oyuna yatırım etmək qərarına gəlmişdir. Sonrakı günlərdə yeni pul qoyub gəlir götürmüşdür. Gəliri onun bank kartı hesabına köçürmüşlər. Tənzilənin yatırım edib yüz faizli gəlir əldə etməklə bağlı səsli mesajlarına, həmçinin ilkin mərhələdə gəlir əldə etməsinə inanıb sonrakı vaxtlarda da bu oyuna pul yatırmışdır. Tənzilə öz danışıqları ilə onu şirnikləşdirdiyinə görə qohum və tanışlardan yığdığı pulu da həmin oyuna yatırmağa qərar vermişdir. Tənzilə «Whatsapp» qrupuna göndərdiyi səsli mesajda bildirmişdir ki, batan pul olmayacaq, hamı yatırdığı pulun qarşılığında yatırdığı qat sisteminə uyğun olaraq bir neçə qat artıq gəlir əldə edəcəkdir. Tənzilə demişdir ki, onun arxasında əri və qohumları durub, o, heç vaxt müflis olmayacaqdır. 17 avqust 2022-ci il tarixdən 19 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla Tənzilənin təşkil etdiyi «qat» sistemli lotereya oyununa Tənzilənin çağırışları ilə cəmi 15.531 manat olmaqla yatırım etmişdir. Gəliri 4580 manat olmuşdur. Ümümi yatırılan məbləğdən qazandığı pulu çıxdıqda 10.951 manat itirdiyi məbləğ yaranır. Həmin tarixdən sonra yatırdığı pulun qarşılığında ona heç bir ödəniş olmamışdır, əsas məbləği də Tənzilə qaytarmaqdan imtina etmişdir. Həmin pulu Tənzilənin tapşırığı ilə Tənzilənin təqdim etdiyi qrup rəhbərlərinə aid olan kartlara köçürmüşdür. Pulun ödənməsinə dair qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. Onu bu oyuna öz səsli mesajları ilə cəlb edən və etibarından istifadə edib aldadan Təqsirləndirilən şəxsdır. Hadisə nəticəsində ona 10.951 manat maddi ziyan dəymişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs26 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs80 ilə 2020-ci ildə tanış olmuş, onlarla rəfiqəlik etmişdir. Aygün və Esmira əvvəllər onlayn ticarətlə məşğul olmuşlar və bir gün ona onlayn qaydada tekstil satışı ilə məşğul olmağı, bu məqsədlə Tənzilənin təşkil etdiyi lotereya oyununa pul qoymağı təklif etmişlər. Aygün və Esmira onu aldatmışlar ki, Tənzilənin təşkil etdiyi lotereya oyununa pul yatırsa, 100 faizlik gəlir əldə edəcəkdir. O, Aygün və Esmiradan bu oyunda hansı yolla bir neçə qat gəlir əldə etməyin mümkünlüyü ilə maraqlanmış, həmin şəxslər də onu əmin etmişlər ki, Tənzilənin təşkil etdiyi oyun beynəlxalq oyundur, pulu sayt vasitəsi ilə onlara ödəyirlər. Hətta Aygün və Esmira yatırılan pulların hesabına Tənzilənin bitkoin aldığını, həmin bitkoinin dəyəri artdıqca bir neçə qat gəlir əldə etdiklərini bildirmişlər. Söhbətlər zamanı Aygün və Esmira onu aldatmışlar ki, aktiv olsa, Tənzilənin «aktivlər» qrupuna o da, daxil edilə bilər. Buna görə də o, qohum və tanışlarından borc pul alıb bu oyuna yatırım etmişdir. «Whatsapp» qrupu «Gift of legacy» adlı olmuş, lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. Tənziləni real həyatda görməmiş, yalnız telefonda danışmışdır. Telefon danışığı zamanı da Tənzilə onu əmin etmişdir ki, bu oyuna pul yatırsa, bir neçə qat gəlir əldə edəcəkdir. Pul qazanmaq məqsədi ilə Aygün və Esmiranın rəhbər olduğu 5 və 6-cı qrupa qoşulub həmin qupdakı bank kartlarına yatırım etmişdir. Lotereyaya 29 iyun 2022-ci il tarixdə qoşulmuş, əvvəlcə qat sistemli oyuna pul yatırmışdır. İlk dəfə 100 manat yatırıb 300 manat qazanc əldə etmişdir. 29 iyun 2022-ci il tarixdən 08 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla bu oyuna Aygün və Esmiranın çağırışları ilə 23.486 manat pul yatırmışdır. Yatırdığı pulun qarşılığında 3.725 manat gəlir əldə etmişdir. Qazandığı pulu əsas məbləğdən çıxdığı üçün hazırda hesab edir ki, ona 19.760 manat maddi ziyan dəymişdir. Pulları özünə məxsus "xxxx"a, «Azərtürk bank»a aid bank kartının hesabından ona təqdim olunmuş Esmiranın istifadəsində olan bank kartlarına yaşadığı Sabunçu rayonundan, pulların bir hissəsini isə Qaradağ, Qusar, Xətai, Sabunçu rayonları ərazisindən ödəmə terminalları vasitəsi ilə göndərmişdir. Onu bu oyuna cəlb edən və etibarından istifadə edib aldadan Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs80dır. Təqsirləndirilən şəxs ilə canlı həyatda ünsiyyətdə olmamış, yalnız «Whatsapp» proqramında ünsiyyətdə olmuşdur. Tənzilə də onu əmin etmişdir ki, yatırdığı pulun müqabilində ödəniş olacaqdır. Ödənişə dair qəbzlərin surətini və Aygünün səs yazılarını istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs27 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tanışları vasitəsi ilə «Whatsapp» qrupunda lotereya oyunu aparılması barədə məlumat almışdır. Lotereyanı Təqsirləndirilən şəxs təşkil etmiş, özü də pul yatırıb oyunda iştirak etmək üçün 3 və 6-cı qruplara qoşulmuşdur. 6-cı qrupda rəhbər Zərərçəkmiş şəxs11, 3-cü qrupda Zərərçəkmiş şəxs5 olmuşdur. Lotereyaya 2022-ci ilin iyul ayının 5-də qoşulmuş, ilk dəfə 100 manat yatırım edib avqust ayının əvvəllərində 500 manat qazanc əldə etmişdir. Buna görə də bir az da həvəslənib qohum-tanışdan əlavə borc pul taparaq bu oyuna yatırım etmək qərarına gəlmişdir. Sonrakı günlərdə yenə pul qoyub gəlir götürmüşdür. Gəliri onun bank kartı hesabına köçürmüşlər. Tənzilənin yatırım edib yüz faizli gəlir əldə etməklə bağlı səsli mesajlarına, həmçinin ilkin mərhələdə gəlir əldə etməsinə inanıb sonrakı vaxtlarda da bu oyuna pul yatırmışdır. Tənzilə «Whatsapp» qrupuna səsli mesaj göndərib bildirmişdir ki, batan pul olmayacaq, hamı yatırdığı pulun qarşılığında yatırdığı qat sisteminə uyğun olaraq bir neçə qat artıq gəlir əldə edəcəkdir. Tənzilə demişdir ki, onun arxasında əri və qohumları durub, o, heç vaxt müflis olmayacaqdır. Maddi cəhətdən kasıb olduğuna görə Tənzilənin vədlərinə inanıb pul qazanmaqla həyat şəraitini dəyişmək istəmişdir. 2022-ci ilin sentyabr ayının 10-da Tənzilə ona bildirmişdir ki, bank kartı hesabında 500.000 manat pulu var, lakin həmin kart bloklanıb, bir ayın tamamında blokdan çıxacaq və pullar oyunçulara paylanacaq. 10 avqust 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla Tənzilənin təşkil etdiyi «qat» sistemli lotereya oyununa Tənzilənin çağırışları ilə yatırımlar etmişdir. Bu oyun nəticəsində cəmi gəliri 5500 manat olmuşdur. Ümümi yatırılan məbləğdən qazandığı pulu çıxdıqda 13.358 manat maddi ziyana düşdüyü ona məlum olmuşdur. Pulları öz istifadəsində olan "xxxx"a və «Unibanka» aid bank kartları hesablarından təqdim olunmuş hesablara elektron qaydada yaşadığı Xəzər rayonu ərazisindən ödəmişdir. Ödəmə terminalları vasitəsi ilə ödənilmiş pulları isə Xəzər və Gədəbəy rayonları ərazisindən göndərmiş, pulun ödənməsinə dair qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. Onu bu oyuna öz səsli mesajları ilə cəlb edən və etibarından istifadə edib aldadan Təqsirləndirilən şəxsdır. İş üzrə dindirilən Zərərçəkmiş şəxs53 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin iyun ayının sonlarında tanışı Gülşad adlı xanım ona Tənzilə adlı bir qadın onlayn lotereya sistemi yaratdığını demişdir. Onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi 7-ci qrupa əlavə etmişlər. Həmin qrupun inzibatçısı Mahiyyət xanım olmuşdur. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. 2022-ci ilin iyun ayının ortalarından 2022-ci ilin oktyabr ayının əvvəllərinədək olan müddət ərzində 7-ci qrupda Tənzilə xanımın rəhbərliyi altında Mahiyyət xanım tərəfindən təqdim olunan bank kartlarının hesablarına hissə-hissə olmaqla ümumilikdə 7.100 manat pul köçürmüşdür. Həmin pulların hamısını Sumqayıt şəhərinin ərazisindən göndərmişdir. Həmin pullardan ona heç bir məbləğ geri qaytarılmamışdır. Tənzilə xanım hər dəfəsində qruplarda demişdir ki, kartlarda pullar var, lakin kartlar bank tərəfindən bloklandığı üçün pulları nağdlaşdıra bilmir. Tənzilə tez-tez qrupa səslər atmışdır ki, kartlarında 500.000 manata yaxın pul var, lakin onları birdəfəlik nağdlaşdırmaq olmur. Hadisə nəticəsində ona 7.100 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ödəmələri təsdiq edən ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. İş üzrə Zərərçəkmiş şəxs54 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2022-ci ilin iyun ayının sonlarında iş yoldaşı Maral adlı xanım ona Tənzilə adlı bir qadınnın onlayn lotereya sistemi yaratdığını, bununla da insanlara asan yollarla pul qazandırdığını demişdir. Onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi 7-ci qrupa əlavə etmişlər. Həmin qrupun inzibatçısı Mahiyyət xanım olmuşdur. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. 14 iyul 2022-ci il tarixdən 04 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində hissəhissə olmaqla ümumilikdə 18.655 manat pulu 7-ci qrupda paylaşılan müxtəlif bank kartlarının hesablarına göndərmişdir. Həmin pulların hamısını Abşeron rayonunun ərazisindən göndərmişdir. Həmin pullardan ona hissə-hissə olmaqla 4.200 manat məbləğində pul geri qaytarılmışdır. Tənzilə xanım hər dəfə qruplarda demişdir ki, kartlarda pullar var, lakin kartlar bank tərəfindən bloklandığı üçün pulları nağdlaşdıra bilmir. Tənzilə tez-tez qrupa səslər atmışdır ki, kartlarında 500.000 manata yaxın pul var, lakin onları birdəfəlik nağdlaşdırmaq olmur. Hadisə nəticəsində ona 14.455 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ödəmələri təsdiq edən ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. Həmçinin Zərərçəkmiş şəxs11 da Tənzilə qədər bu işdə aktiv olmuş və onlara pul yatırımı etməyə təhrik etmişdir (cild 11, iş vərəqi 60-63). İş üzrə dindirilən Zərərçəkmiş şəxs71 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin iyun ayının sonlarında qohumu Kübra adlı xanım ona Tənzilə adlı bir qadının onlayn lotereya sistemi yaratdığını, bununla da insanlara asan yollarla pul qazandırdığını demişdir. Onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi 7-ci qrupa əlavə etmişlər. Həmin qrupun inzibatçısı Mahiyyət xanım olmuşdur. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və onda həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə biləcəyinə inam yaranmışdır. 25 iyun 2022-ci il tarixdən 29 sentyabr 2022ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 10.000 manat pulu 7-ci qrupda paylaşılan müxtəlif bank kartlarının hesablarına göndərmişdir. Həmin pulların hamısını Cəlilabad rayonu, Xırdalan şəhəri ərazisindən göndərmiş, ona hissə-hissə olmaqla 3.400 manat məbləğində pul geri qaytarılmışdır. Tənzilə xanım hər dəfə qruplarda demişdir ki, kartlarda pullar var, lakin kartlar bank tərəfindən bloklandığı üçün pulları nağdlaşdıra bilmirlər. Tənzilə həmçinin tez-tez qrupa səslər atmışdırdı ki, kartlarında 500.000 manata yaxın pul var, lakin onları birdəfəlik nağdlaşdırmaq olmur. Hadisə nəticəsində ona 6.600 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ödəmələri təsdiq edən ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs70 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin aprel ayının sonlarında tanışı Səkinə adlı xanım ona Tənzilə adlı bir qadının onlayn lotereya sistemi yaratdığını və insanların asan yollarla pul qazandığını demişdir. Onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi qrupa əlavə etmişlər. Qrupda 200 nəfərdən çox iştirakçı olmuşdur. Lakin sonradan qruplardaki insanların sayı birdən çoxalmışdır. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Onu ayrı-ayrı vaxtlarda 4,8 və 9-cu qruplara əlavə etmişlər. 4-cü qrupun inzibatçısı Xanım, 8-ci qrupda Vüsalə, 9-cu qrupda isə Aytən xanım olmuşdur. 18 may 2022-ci il tarixdən 2022-ci ilin oktyabr ayının ortalarınadək hissə-hissə olmaqla ümumilikdə 37.040 manat pulu qrup inzibatçılarının təqdim etdiyi bank kartlarının hesablarına göndərmişdir. Həmin puldan ona 9000 manat geri qayıtmışdır. O, həmin pulları 5 qat adlanan masalardan qazanmışdır. Orada 50-100 manat arası yatırımlar etmişdir. Sonradan onun pullarının qaytarıldığını görüb inanmış və daha böyük məbləğlərdə pul qazanmaq qərarına gəlmişdir. Lakin böyük məbləğlərdə etdiyi yatırımlar qayıtmamışdır. Son aylarda isə problemlərin olduğunu eşitmişdir. Tənzilə onlara yenə də yatırım etməyi tapşırmış, əks halda etdikləri yatırımları ala bilməyəcəklərini bildirmişdir. Yatırım etdiyi pulları Bakı şəhəri Yasamal rayonu ərazisindən ödəmə terminalları və mobil tətbiq vasitəsilə göndərmişdir. Pulunun vaxtı çatanda ödənilmədiyini görüb Tənzilədən soruşmuş, Tənzilə isə ona kartlarda problemlərin yarandığını bildirmişdir. Hadisə nəticəsində 37.040 manat ziyan dəymişdir, həmin puldan 9000 manat ona geri qayıtmışdır. Həmin qəbzlərin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs52 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onu doğma dayısı qızıdır. 2022-ci ilin may ayının ortalarında Tənzilə ona telefonla zəng edərək onlayn qaydada lotereya oyunu ilə məşğul olduğunu demişdir. Tənzilə qohumu olduğu üçün ona inanmış və yatırım etmək qərarına gəlmişdir. Tənzilə ona demişdir ki, pulları onlayn maliyyə birjasında dövriyyəyə buraxacaq və bununla da pullar maliyyə əməliyyatları nəticəsində dövr olunduqdan sonra qazancları ilə birlikdə onlara qayıdacaqdır. Tənzilənin sözlərinə inandığı üçün ilk dəfə 20 may 2022-ci il tarixdə 90 manat məbləğində pulu Tənzilənin dediyi “masalarda” yer almaq üçün bank kartının hesabına göndərmişdir. Daha sonra, ümumi olaraq 20 may 2022-ci il tarixdən 04 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ona təqdim etdiyi bank kartlarının hesablarına yatırım etmək adı ilə hissə-hissə olmaqla ümumilikdə 80.470 manat məbləğində yatırım etmişdir. Təqsirləndirilən şəxs həmin məbləğdən ona ümilikdə 43.020 manatı geri qaytarmışdır. Lakin ümumilikdə ona bu işdə 37.450 manat məbləğində maddi ziyan dəymişdir. Həmin pulların əksər hissəsini şəxsən Tənzilənin öz adına və qardaşının adına olan bank kartlarına göndərmişdir. Pulların bir hissəsini də Tənzilənin onu əlavə etdiyi qrup inzibatçılarının kartlarına göndərmişdir. Lakin Təqsirləndirilən şəxs onu və onun kimi yüzlərlə insanı aldadaraq onlara maddi ziyan vurmuşdur. Tənzilə hər dəfə demişdir ki, kartları bank tərəfindən bloka düşüb, ona görə də pullar gecikir. Ödəmələri təsdiq edən qəbzlərin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs58 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, barəsində şikayət etdiyi Könül İsmayılovanı 2022-ci ilin iyun ayından tanıyır. X57 rayonunda onun qonşusudur. Könül İsmayılova «Whatsapp» statusunda lotereya xarakterli oyuna pul yatırıb əlavə pul qazanmaq barədə paylaşım görmüşdür. Könülün dediyinə görə, lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. Lakin o, Tənziləni tanımamış, onunla ünsiyyətdə olmamışdır, onu bu oyuna Könül aldadıb cəlb etmişdir. Belə ki, Könül ona nə qədər çox pul yatırsa, dövriyyəsinin böyüyəcyini demiş, söz vermişdir ki, onun pulu batmayacaq, pulunun batmayacağına Könül bir növ qarant durmuşdur. Könül demişdir ki, yatırım etdiyi gündən bir ay sonra yatırım etdiyi məbləğin 5 qatı həcmində gəlir əldə edəcəkdir. 12 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində Könül İsmayılovanın istifadəsində olan bank kartının hesabına 7550 manat pul köçürmüşdür. Pulun 6100 manatını Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən «Araz» marketdəki ödəmə terminalından, qalan hissəsini isə yaşadığı Nizami rayonu, T.Abbasov küçəsindən kartdan karta köçürmə əməliyyatı vasitəsi ilə göndərmişdir. Könül İsmayılova ondan 7550 manat qəbul etməsini təsdiqləmişdir. Həmin pulun bir hissəsi ona, bir hissəsi isə tanışlarına aiddir. Lakin tanışlarının pulunu öz vəsaiti hesabına geri qaytardığı üçün hazırda 7550 manat maddi ziyan ona dəymişdir. Onun müraciəti əsasında Nizami RPİ-nin 25-ci Polis şöbəsində və Salyan rayon polis şöbəsində araşdırma aparılmış, həmin araşdırma zamanı ödəniş qəbzlərin surətlərini təqdim etmişdir. Onu bu oyuna cəlb edən və etibarından istifadə edib aldadan Könül İsmayılovadır, o, Tənziləni tanımamış və Tənzilə ilə ünsiyyətdə olmamışdır. İş üzrə dindirilən Zərərçəkmiş şəxs57 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, barəsində şikayət etdiyi Zərərçəkmiş şəxs11 2022-ci ilin mart ayından tanıyır. Belə ki, Aygün Türkiyədən kosmetika gətirib satışı ilə məşğul olmuşdur. Tanışları vasitəsi ilə eşitmişdir ki, lotereya xarakterli oyuna pul yatırıb əlavə pul qazanmaq barədə «Whatsapp» qrupu barədə məlumat almışdır. Lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. Lakin o, Tənziləni tanımamış, Tənzilə ilə ünsiyyətdə olmamışdır, onu bu oyuna Aygün aldadıb cəlb etmişdir. Belə ki, Aygün ona çoxlu pul yatırımı etsə, dövriyyənin böyüyəcəyini bildirmiş, Aygün söz vermişdir ki, pulu batmayacaq, pulunun batmayacağına Aygün bir növ qarant durmuşdur. Aygünün bu xarakterli söhbətlərinə dair səsli mesajları «Whatsapp» proqramından çıxarıb 1 ədəd kompakt diskə köçürmüş, həmin diski də ifadəsinə əlavə edilməsi üçün təqdim etmişdir. O, Aygünün vasitəsi ilə oyunçuların olduğu «Whatsapp» qrupuna qoşulduqda görmüşdür ki, yatırım etmiş şəxslərin çoxu qazanc əldə etmişdir. Bu onda bir daha əminlik yaratmışdır ki, Aygün yalan danışmır. Aygün bir müddət sonra ona bildirmişdir ki, onun yatırım etdiyi pul hesabına «promokod» əldə etmişlər və ona gəlir qismində pul «promokod»dan veriləcəkdir. Lakin o, «promokod»un nə olduğu başa düşməmiş, sadəcə Aygünün şirin dilinə və vədlərinə inandığı üçün yatırım etmişdir. Aygün demişdir ki, yatırım etdiyi pul sığortalanıb, bundan əlavə onlar rəsmi VÖEN əsasında fəaliyyət göstərirlər. İlk dəfə 06 avqust 2022-ci il tarixdə Aygünün vədinə inanıb 50 manat və 150 manat yatırım etmişdir. 50 manatın qarşılığında 100 manat, 150 manatın qarşılığında ona 300 manat ödəniş olunmuşdur. Bu onda bir daha əminlik yaratmışdır ki, Aygünün dedikləri həqiqətdir, onu aldatmır. Buna görə də o, Aygünün təqdim etdiyi "xxxx"a aid kartlara pul yatırımı etmişdir. 12 avqust 2022-ci il tarixdən 08 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Aygünün ona təqdim etdiyi bank kartlarına 18.000 manat pul köçürmüşdür. Həmin vəsaitlərin çox hissəsini öz adına olan "xxxx"a aid kartından elektron qaydada, bir hissəsini isə ödəmə terminalı vasitəsi ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti 54A ünvanından göndərmişdir. Aygünün dələduz vədləri nəticəsində 18.000 manat maddi ziyan dəymişdir. Həmin pulu Aygünün səsli mesajları əsasında onun təqdim etdiyi kartlara köçürmüşdür. Pulun ödənməsinə dair qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. Onu bu oyuna öz səsli mesajları ilə cəlb edən və etibarından istifadə edib aldadan Aygündür. İş üzrə Zərərçəkmiş şəxs57 ilə Zərərçəkmiş şəxs11 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs11 özü də zərərçəkmiş şəxs olduğunu, Tənzilənin onu da aldatdığını, o, Ruhanəni aldatmadığını, həmin pulları Tənzilənin dediyi hesablara köçürtdüyünü bildirmişdir (cild 12, iş vərəqi 65-68). İş üzrə dindirilən Zərərçəkmiş şəxs59 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tanışları vasitəsi ilə lotereya xarakterli oyuna pul yatırıb əlavə pul qazanmaq barədə «Whatsapp» qrupu barədə məlumat almışdır. Lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. 17 avqust 2022-ci il tarixdən 02 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla 4 min manat yatırım etmişdir. Yatırımları müxtəlif qohumlarının adından müxtəlif qruplara etmişdir. Tənzilənin «Whatsapp» qrupundakı səsli mesajlarına əsasən yatırımları təqdim olunmuş bank kartı hesablarına göndərmişdir. Pulun bir hissəsini ödəmə terminalı vasitəsi ilə, bir hissəsini isə kartdan karta köçürmə yolu ilə göndərmişdir. 12 və 19 sentyabr 2022-ci il tarixlərində baldızıgildə olan zaman pulu ödəmə terminalı vasitəsi ilə qızı X75 rayonu ərazisindən, qalan pulları isə kartdan karta köçürmə yolu ilə Vəndam qəsəbəsi ərazisindən köçürmüşdür. Pulu 5 qat gəlir əldə etməklə bağlı paketə və «maaşlı iş» adlı paketə yatızdırmışdır. Pulun ödənməsinə dair qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. Onu bu oyuna öz səsli mesajları ilə cəlb edən və etibarından istifadə edib aldadan Təqsirləndirilən şəxsdır, Tənzilə dəfələrlə onu öz səsli mesajlarında əmin etmişdir ki, təşkil etdiyi oyun batmayacaqdır, hamı artıqlaması ilə qazancını götürəcəkdir. Hadisə nəticəsində ona 4 min manat maddi ziyan dəymişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs60 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tanışları vasitəsi ilə lotereya xarakterli pul yatırıb əlavə pul qazanmaq barədə «Whatsapp» qrupu barədə məlumat almışdır. Tənzilə onun anası Kəmalə Maxsudovanın doğma dayısı qızıdır. Lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. Lotereyaya 2022-ci ilin sentyabr ayının əvvəllərində qoşulmuşdur. Tənzilə öz danışıqları ilə onu şirnikləşdirdiyinə görə anasından əlavə də yığdığı pulu həmin oyuna yatırmağa qərar vermişdir. Tənzilə «Whatsapp» qrupuna səsli mesaj göndərmişdir ki, Bakı şəhərinə gəlir, istəyən iştirakçı onunla görüşə bilər. O da, Tənzilə ilə görüşə gəlmişdir. Tənzilə danışıqlarında bildirmişdir ki, batan pul olmayacaq, hamı yatırdığı pulun qarşılığında bir neçə qat artıq gəlir əldə edəcəkdir. Tənzilə demişdir ki, onun arxasında əri durub, o, heç vaxt müflis olmayacaqdır. 05 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində Tənzilənin «Whatsapp» qrupunda təqdim etdiyi kartlara hissə-hissə olmaqla cəmi 6800 manat pul yatırmışdır. Həmin pulları özünə aid olan "xxxx"a aid bank kartlarının hesablarından qruplarda Tənzilənin təqdim etdiyi bank kartı hesablarına göndərmişdir. Pulları elektron qaydada «Birbank» vasitəsi ilə yaşadığı Qobustan rayonu, Çuxanlı kəndindən göndərmişdir. Pulun qarşılığında ona heç bir ödəniş olmamışdır. Onu bu oyuna cəlb edən və etibarından istifadə edib aldadan Təqsirləndirilən şəxsdır. Hadisə nəticəsində ona 6.800 manat maddi ziyan dəymişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs28 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, rəfiqəsi vasitəsi ilə lotereya xarakterli oyuna pul yatırıb əlavə pul qazanmaq barədə «Whatsapp» qrupu barədə məlumat almışdır. Lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. O da, oyunda iştirak etmək üçün 6-cı qrupa qoşulub həmin qupdakı bank kartlarına yatırım etmişdir. Lotereyaya 2022-ci ilin iyul ayının 20-də qoşulmuşdur. İlk dəfə 60 manat yatırım etmiş, iyul aının ayının 20-də 120 manat gəlir əldə etmişdir. Buna görə də, həvəslənib qohum-tanışdan əlavə borc pul taparaq bu oyuna yatırım etmək qərarına gəlmişdir. Tənzilənin yatırım edib yüz faizli gəlir əldə etməklə bağlı səsli mesajlarına, həmçinin ilkin mərhələdə gəlir əldə etməsinə inanıb sonrakı vaxtlarda da bu oyuna pul yatırmışdır. Tənzilə öz danışıqları ilə onu şirnikləşdirdiyinə görə o, valideynlərindən əlavə pul alıb həmin oyuna yatırmağa qərar vermişdir. Tənzilə «Whatsapp» qrupuna səsli mesaj göndərərək bildirmişdir ki, batan pul olmayacaq, hamı yatırdığı pulun qarşılığında yatırdığı qat sisteminə uyğun olaraq bir neçə qat artıq gəlir əldə edəcəkdir. Tənzilə demişdir ki, onun arxasında əri durub, o, heç vaxt müflis olmayacaqdır, çünki əlavə gəlir yeri də vardır. Tənzilə qruplara göndərdiyi səsli mesajlarında çox inandırıcı danışmışdır. O, Tənzilənin vədlərinə inanıb pul qazanmaqla həyat şəraitini dəyişmək istəmişdir. Buna görə də 2022-ci ilin iyul ayının 24-dən sentyabr ayının 12-dək olan müddət ərzində hissə-hissə olmaqla Tənzilənin təşkil etdiyi «qat» sistemli lotereya oyununa Tənzilənin çağırışları ilə 4000 manat yatırım etmişdir. İyul ayında yatırım etdiyi məbləğin qarşılığında avqust ayında gəlir əldə etmiş, lakin həmin gəliri geri götürməmiş, yenidən oyuna yatırmışdır. Tənzilənin dələduz vədləri nəticəsində 4000 manat maddi ziyan dəymişdir. Həmin pulu Tənzilənin səsli mesajları əsasında qrup rəhbərlərinə aid olan kartlara köçürmüşdür. Pulları ödəmə terminalları vasitəsi ilə Bakı şəhəri Xətai rayonu ərazisindən təqdim olunmuş bank kartı hesablarına göndərmişdir. Pulun ödənməsinə dair qəbzlərin surətlərini ilkin izahatına əlavə etmişdir. Onu bu oyuna öz səsli mesajları ilə cəlb edən və etibarından istifadə edib aldadan Təqsirləndirilən şəxsdır. İş üzrə dindirilən zərərçəkmiş şəxs X5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tanışları vasitəsi ilə lotereya xarakterli oyuna pul yatırıb əlavə pul qazanmaq barədə «Whatsapp» qrupu barədə məlumat almışdır. Lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. Oyunda iştirak etmək üçün 07 sentyabr 2022-ci il tarixdə 2-ci qrupa qoşulmuşdur. Oyuna qoşulmamışdan əvvəl «Whatsapp» qrupunda anası X42 ilə oyunu izləmişlər. Həmin qruplarda oyunçulara pulun paylanması ilə bağlı danışıqlar aparılmışır, bəzi oyunçular həqiqətən də gəlir əldə etdiklərini demişlər. Təhsil haqqını ödəmək üçün bu oyuna pul yatırmaq qərarına gəlmişdir. Belə ki, o, Bakı Ali Neft Məktəbində təhsil alır və 4500 manat illik təhsil haqqı ödəyir. Tənzilənin yatırım edib yüz faizli gəlir əldə etməklə bağlı səsli mesajlarına, həmçinin digər şəxslərin gəlir əldə etməsinə inanıb bu oyuna pul yatırmışdır. Tənzilə öz danışıqları ilə onu şirnikləşdirdiyinə görə təhsil haqqı üçün yığdığı 1500 manatı oyuna yatırmağa qərar vermişdir. Tənzilə «Whatsapp» qrupuna səsli mesaj göndərərək bildirmişdir ki, batan pul olmayacaq, hamı yatırdığı pulun qarşılığında yatırdığı qat sisteminə uyğun olaraq bir neçə qat artıq gəlir əldə edəcəkdir. Tənzilə demişdir ki, onun arxasında əri durub, o, heç vaxt müflis olmayacaqdır, bundan əlavə Tənzilənin deməsinə əsasən onun əlavə gəlir yeri də vardır. 07 sentyabr 2022-ci il tarixdə 1500 manatı ödəmə terminalı vasitəsi ilə Naxçıvan şəhəri ərazisindən qrup rəhbəri Zərərçəkmiş şəxs1 kart hesabına göndərmişdir. Tənzilənin dələduz vədləri nəticəsində ona 1650 manat maddi ziyan dəymişdir. Pulları ödəmə terminalları vasitəsi ilə Naxçıvan şəhəri ərazisindən təqdim olunmuş bank kartı hesablarına göndərmiş, qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs30 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tanışları vasitəsi ilə lotereya oyununa pul yatırıb əlavə pul qazanmaq barədə «Whatsapp» qrupu olduğunu bilmişdir. Lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. Pul yatırıb Tənzilənin təşkil etdiyi oyunda iştirak etmək üçün 1,2,3,4,5,7,8,9-cu qruplara qoşulub həmin qupdakı bank kartlarına yatırım etmişdir. Oyuna qoşulmamışdan əvvəl 2022-ci ilin iyul-avqust aylarında bir ay «vvhatsapp» proqramında Tənzilənin təşkil etdiyi oyunun qrupunu izləmişdir. Həmin qrupdakı danışıqdan görmüşdür ki, Tənzilənin təşkil etdiyi oyunda qalib gələn şəxslərin hamısının pulu vaxtında ödənilir. Bundan əlavə, Tənzilənin qruplara göndərdiyi səslərə qulaq asmışdır. Həmin səslərdə Tənzilə hamını inandırmışdır ki, yatırım etmiş şəxslərin hamısı bir neçə qat artıq həcmdə pullarını alacaqlar. İlk dəfə 2022-ci il avqust 18-də Tənzilənin təşkil etdiyi oyuna 3 gün ərzində 6.000 manat pul yatırmışdır. Ona vəd verilmişdir ki, ayın tamamında 3 qat artıq pulunu alacaqdır. Növbəti günlərdə də ən azı 1.000 manat, ən çoxu 2.000 manat pul yatırmışdır. 07 sentyabr 2022-ci il tarixdə isə Tənzilənin təşkil etdiyi lotereya oyununa 30.000 manat pulu bir günə pul yatırmışdır. Həmin pulu göndərməmişdən əvvəl Təqsirləndirilən şəxs «Whatsapp» nömrəsinə səsli mesaj göndərmiş, həmin mesajda Tənzilədən 30.000 manat yatırsa, 5 qat gəlir əldə edəcəyini soruşmuş, Tənzilə də cavabında onu tam əmin etmişdir ki, tam şəkildə bir ayın tamamında 30.000 manatın 5 qatını, yəni 150.000 manatı ona ödəyəcəkdir. Buna görə də bir günə 30.000 manat pul yatırmışdır. 30.000 manatı Tənzilənin tapşırığı ilə hissəhissə olmaqla müxtəlif kartlara yatızdırmışdır. Sonrakı günlərdə də yatırım etməkdə davam etmişdir. 18 avqust 2022-ci il tarixdən 2022-ci ilin oktyabr ayının əvvəllərinədək olan müddət ərzində hissə-hissə olmaqla cəmi 65.000 manat pulu bu oyuna yatırım etmişdir. Həmin pulları müxtəlif qruplara təqdim olunmuş kart hesablarına göndərmişdir. 65.000 manatın hamısı ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən avqust ayının 18-də yatırdığı pulun qazancı ödənmədiyinə görə sentyabr ayının sonlarında narazılıq etmişdir. O, qrup rəhbəri Zərərçəkmiş şəxs11 və Təqsirləndirilən şəxs pulunu tələb etməyə başlamışdır. Tənzilə də görmüşdür ki, o, 65.000 manat yatırmağına baxmayaraq 1 qəpikdə olsun ödəniş almamışdır. Onun çoxlu tələblərindən sonra bir gün ərzində Təqsirləndirilən şəxs ona 15.000 manat pul qaytarmışdır. Həmin pulu vurulmuş ziyandan ödəniş etmək adı ilə qaytarmışdır. Tənzilə ona mesaj yazmışdır ki, pulunun bir hissəsini bir gün ərzində ödəmə terminalları vasitəsi ilə geri qaytaracaqdır. Tənzilə yazılı mesajda söz vermişdir ki, pulun qalan hissəsini də qaytaracaqdır, lakin hazırki vaxtadək onun pulunu qaytarmamışdır. Tənziləyə 65.000 manat pulun 20.500 manatlıq hissəsini ödəmə terminalı vasitəsi ilə Səbail rayonu ərazisindən, qalan pulu isə öz bank kartları hesablarından yaşadığı Yasamal rayonu ərazisindən göndərmişdir. Pulun ödənməsinə dair qəbzlərin surətlərini və Tənzilənin onu inandırmaq üçün göndərdiyi səsli mesajı istintaqa təqdim etmişdir. Onu Təqsirləndirilən şəxs bu oyuna öz səsli mesajları ilə cəlb etmiş və etibarından istifadə edib aldatmışdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs30 keçirilmiş üzləşdirmə zamanı sərbəst ifadəsində göstərdiklərini Zərərçəkmiş şəxs30 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir (cild 8, iş vərəqi 58-60). İş üzrə dindirilən Zərərçəkmiş şəxs31 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, lotereya xarakterli oyuna pul yatırıb əlavə pul qazanmaq barədə «Whatsapp» qrupu olması barədə məlumat almış, həmin lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. Pul yatırıb oyunda iştirak etmək üçün bir neçə qrupa qoşulikşş və bank kartlarına yatırım etmişdir. Oyuna pul yatırmamışdan əvvəl Tənziləyə «Whatsapp» proqramında zəng edib oyun barədə soruşmuş, Tənzilə onu əmin etmişdir ki, narahat olmasın, yatırdığı pulların qarşılığını tam şəkildə alacaqdır. Tənzilə ona demişdir ki, həmin pulları ayrı-ayrı adamların adından təqdim olunmuş bank kartlarına köçürsün. O da, 11-ci qrupa qoşulub yatırım etmiş, əsasən 2,3,5,8 qat gəlirli oyunlara pul yatırmışdır. Sonrakı dövrlərdə Tənzilə təzə oyun qaydaları kəşf etmişdir. Belə ki, Tənzilə 100 manatlıq masalar təşkil etmiş, həmin masada 100 manat yatırıb 300 manat gəlir əldə etmək mümkün olmuşdur. Sonrakı dövrlərdə Tənzilə «maaşlı iş» sistemi yaratmış, həmin sistemin qaydasına əsasən 1000 manat yatırım etdikdən sonra 4 ay ərzində hər ay 2.000 manat gəlir əldə etmək mümkün olmuşdur. Tənzilə son dövrlər səsli mesajları ilə onları qorxuzmuş, əgər yeni yaratdığı layihələrə pul yatırılmasa, köhnə layihələrdəki pulların batacağını söyləmişdir. Buna görə də, məcbur olub növbəti vaxtlarda da pul yatırmışdır. Tənzilə səsli mesajlarında 100 faizlik gəlir əldə edilməsinin mümkün olduğuna söz vermiş, o da, bu vədlərə inanmışdır. Müxtəlif tanışlarından borc pul tapıb bu oyuna külli miqdarda pul yatızdırmışdır. O, 11 avqust 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla 16.380 manat yatırım etmişdir. Lakin həmin yatırımdan bir qəpik də olsun gəlir əldə etməmişdir. Tənzilə demişdir ki, onun arxasında əri durub, o, heç vaxt müflis olmayacaqdır, çünki əlavə gəlir yeri də vardır. Tənzilə qruplara göndərdiyi səsli mesajlarında çox inandırıcı danışmış, o isə, maddi cəhətdən çox kasıb olduğu üçün Tənzilənin vədlərinə inanıb pul qazanmaqla həyat şəraitini dəyişmək istəmişdir. 16.380 manat pulun hamısını özünə aid olan "xxxx"a bank kartlarından ona təqdim olunmuş kart hesablarına elektron qaydada Cəlilabad rayonu ərazisindən göndərmişdir. Pulun ödənməsinə dair qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs32 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, lotereya oyununa pul yatırıb əlavə qazanc götürmək istəmiş, bu məqsədlə yaradılmış «Whatsapp» qrupu barədə məlumat almışdır. Lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. O da, həmin oyunda iştirak etmək üçün bir neçə qrupa qoşulub həmin qupdakı bank kartlarına yatırım etmişdir. Lotereyaya 2022-ci ilin iyul ayının 29-da qoşulmuş, onun qoşulmasına səbəb tanışlarının bu oyundan gəlir əldə etməsi olmuşdur. Buna görə o da, qohum və tanışlarından pul alıb bu oyuna yatırmağa qərar vermişdir. Özü onkoloji xəstə, azyaşlı uşağı isə ürək xəstəsi olmuşdur. Bu oyuna qoşulmaqda məqsədi gəlir əldə edib müalicə xərclərinə sərf etmək olmuşdur. Oyuna pul yatırmamışdan əvvəl Tənziləyə «Whatsapp» proqramında zəng edib oyun barədə soruşmuş, Tənzilə də onu əmin etmişdir ki, yatırdığı pulların qarşılığını tam şəkildə alacaqdır. O, 6 və 11-ci qruplara qoşulub əsasən 2 və 3 qat gəlirli oyunlara pul yatırımı etmişdir. Sonrakı dövrlərdə Tənzilə «maaşlı iş» sistemi yaratmış, həmin sistemə görə, 1000 manat yatırım etdikdən sonra 4 ay ərzində hər ay 2.000 manat gəlir əldə etmək mümkün olmuşdur. 2022-ci ilin avqust ayının sonlarında isə «yeni layihə» adlı sistem təşkil etmişdir. «Yeni layihə»nin qaydasına əsasən 250 manat yatırım edib 2023-cü ilin yanvar ayından hər ay 800 manat gəlir əldə etmək mümkün olmuşdur. Tənzilənin səsli mesajlarda dediyi bu vədlərə inanmışdır. Müxtəlif tanışlarından borc pul tapıb bu oyuna külli miqdarda pul yatırmışdır. 29 iyul 2022-ci il tarixdən 13 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla 25.338 manat yatırım etmişdir. Həmin yatırımdan bir qəpik də olsun gəlir əldə etməmişdir. Tənzilə «Whatsapp» qrupuna səsli mesaj göndərmiş, həmin mesajlarda batan pulların olmayacağını, hamı yatırdığı pulun qarşılığında qat sisteminə uyğun olaraq bir neçə qat artıq gəlir əldə edəcəyini bildirmişdir. Tənzilə demişdir ki, onun arxasında əri durub, o, heç vaxt müflis olmayacaqdır, çünki əlavə gəlir yeri də vardır. Tənzilə qruplara göndərdiyi səsli mesajlarında çox inandırıcı danışmışdır. 25.338 manat pulun bir hissəsini özünə aid "xxxx"a aid bank kartı hesabından, bir hissəsini isə ödəmə terminalları vasitəsi ilə ödəmişdir. Pulun ödənməsinə dair qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs33 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, qohumlarından lotereya oyununa pul yatırıb qazanc götürmək barədə məlumat almışdır. Lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. O da, pul yatırıb Tənzilənin təşkil etdiyi oyunda iştirak etmək üçün 8-ci qrupa qoşulmuş, həmin qupdakı bank kartlarına yatırım etmişdir. Lotereyaya 2022-ci ilin iyul ayının 16-da qoşulmuş, ilk dəfə 100 manat yatırım edib avqust ayının 16-da 500 manat gəlir əldə etmişdir. Buna görə də, bir az da həvəslənib qohum və tanışdan əlavə borc pul taparaq bu oyuna yatırım etmək qərarına gəlmişdir. Sonrakı günlərdə 3 dəfəyə 500 olmaqla 1500 manat gəlir götürmüşdür. Gəlir onun "xxxx"a aid kart hesabına köçürülmüşdür. Tənzilənin yatırım edib yüz faizli gəlir əldə etməklə bağlı səsli mesajlarına, həmçinin ilkin mərhələdə gəlir əldə etməsinə inanıb sonrakı vaxtlarda da bu oyuna pul yatırmışdır. Tənzilə göndərdiyi mesajlarda bildirmişdir ki, batan pul olmayacaq, hamı yatırdığı pulun qarşılığında bir neçə qat artıq gəlir əldə edəcəkdir. Tənzilə demişdir ki, onun arxasında əri durub, o, heç vaxt müflis olmayacaqdır, çünki əlavə gəlir yeri də vardır. Tənzilə qruplara göndərdiyi səsli mesajlarında çox inandırıcı danışmışdır. O isə, maddi cəhətdən çox kasıb olduğu üçün Tənzilənin vədlərinə inanıb pul qazanmaqla həyat şəraitini dəyişmək istəmişdir. 2022-ci ilin iyul ayının ortalarından avqust ayının 16-dək yatırdığı məbləğlərin qarşılığında bir neçə qat həcmində gəlirini götürmüşdür. Sonuncu dəfə 2022-ci ilin avqust ayının 16-də yatırdığı 200 manat qarşılığında sentyabr ayının 16-da 400 manat gəlir əldə etmişdir. 17 avqust 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla Tənzilənin təşkil etdiyi «qat» sistemli lotereya oyununa Tənzilənin çağırışları ilə yatırdığı pulların qarşlığını almamışdır. Ümumilikdə, bu oyuna 9836 manat yatırım etmiş, həmin məbləğdən 2610 manat qazanc əldə etmiş, yatırdığı 7226 manat pulu isə geri ala bilməmişdir. Həmin pulu Tənzilənin səsli mesajları əsasında qrup rəhbərlərinə aid olan kartlara köçürmüşdür. Pulları ödəmə terminalları vasitəsi ilə Sumqayıt şəhəri ərazisindən təqdim olunmuş bank kartı hesablarına göndərmiş, pulun ödənməsinə dair qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. İş üzrə Zərərçəkmiş şəxs34 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, lotereya oyununa pul yatırıb əlavə pul qazanmaq fikrinə düşmüş, həmin lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. O da, 10-cu qrupa qoşulub həmin qupdakı bank kartlarına yatırım etmişdir. Lotereyaya 2022-ci ilin may ayının 19-da qoşulmuş, ilk dəfə 90 manat yatırım edib iyun ayının 19-da 900 manat gəlir əldə etmişdir. Buna görə, bir az da həvəslənib qohum və tanışlardan əlavə borc pul taparaq bu oyuna yatırmışdır. Tənzilənin səsli mesajlarına, həmçinin ilkin mərhələdə gəlir əldə etməsinə inanıb sonrakı vaxtlarda da bu oyuna pul yatırmışdır. Tənzilə həmin mesajlarda bildirmişdir ki, batan pul olmayacaq, hamı yatırdığı pulun qarşılığında bir neçə qat artıq gəlir əldə edəcəkdir. Tənzilə demişdir ki, onun arxasında əri durub, o, heç vaxt müflis olmayacaqdır, çünki əlavə gəlir yeri də vardır. Tənzilə qruplara göndərdiyi səsli mesajlarında çox inandırıcı danışmış, o da, maddi cəhətdən kasıb olduğu üçün Tənzilənin vədlərinə inanmışdır. Sonrakı dövrlərdə Tənzilə təzə oyun qaydaları kəşf etmiş, belə ki, Tənzilə 30 manatlıq və 100 manatlıq masalar təşkil etmişdir. Qaydaya əsasən, 30 manat yatırıb 7 ayın tamamında 21.000 manat gəlir əldə etmək mümkün olmuşdur. 100 manatlıq masada isə 100 manat yatırıb 300 manat gəlir əldə etmək mümkün olmuşdur. Sonrakı dövrlərdə Tənzilə «maaşlı iş» sistemi yaratmış, həmin sistemin qaydasına əsasən 1000 manat yatırım etdikdən sonra 4 ay ərzində hər ay 2.000 manat gəlir əldə etmək mükün olmuşdur. 2022-ci ilin avqust ayının sonlarında isə «yeni layihə» adlı sistem təşkil etmişdir. «Yeni layihə»nin qaydasına əsasən 250 manat yatırım edib 2023-cü ilin yanvar ayından hər ay 800 manat gəlir əldə etmək mümkün olmuşdur. O, Tənzilənin təşkil etdiyi oyunlardan qat sistemli oyuna və «maaşlı iş» oyunan pul yatırmışdır. Sonuncu dəfə 2022-ci ilin avqust ayının 30-da və sentyabr ayının 7-də yatırdığı cəmi 1250 manat qarşılığında gəlir əldə etməmişdir. Tənzilənin çağırışları ilə ümumilikdə bu oyuna 1250 manat yatırım etmiş və geri ala bilməmişdir. Əldə etdiyi gəliri çıxmaq şərti ilə ona 1250 manat maddi ziyan dəymişdir. Pulları ödəmə terminalları vasitəsi ilə Gəncə şəhərindən bank kartı hesablarına göndərmiş, bu barədə ödəniş qəbzlərin surətlərini istintaqa təqdim etmişdir (cild 8, iş vərəqi 254-255). İş üzrə dindirilən Zərərçəkmiş şəxs35 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 22 aprel 2022-ci il tarixdə iş yoldaşları Tənzilə adlı bir xanımın onlayn lotereya sistemi yaratdığını, bununla yatırım edən şəxslərə maksimum 1 ay müddətində yatırım olunan məbləğin 8 qatı dəyərində gəlir qazandırdığını demişlər. Belə ki, onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi “giftoflegacy” adlı qrupa əlavə etmişlər. Qrupda təxminən 200 nəfər iştirakçı olmuşdur. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və beləliklə, onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, qrupda onlarla insan bu sistemdən pul qazanmışdır. Həmçinin Tənzilə bildirmişdir ki, əgər nə vaxtsa, sistem düz işləməsə, ən azından hər kəsin ana məbləğini özü şəxsən qaytaracaqdır. Beləliklə, o da, yatırım etmək qərarına gəlmişdir. Bunun üçün Tənziləyə özünün e-mail ünvanını vermiş və bir müddət sonra ona təsdiq mesajı gəlmişdir. Həmin sayta daxil olanda 8 nəfərlik sxem görmüş, istemin şərti belə qurulmuşdur ki, hər bir şəxs ilkin olaraq 180 manat yatırım edir, mərkəzdə isə 1 nəfər olur. Mərkəzdə olan adam 1440 manat qazanc götürdükdən sonra, oyunu tərk edir. Onun yerinə isə növbə ilə digər şəxslər gəlir. Daha sonra Tənzilə bildirmişdir ki, bu oyun artıq “Whatsapp” proqramında təşkil olunacaqdır. Belə ki, Tənzilə xanım özü əl ilə çəkdiyi sxemlərin şəkillərini ona göndərmiş və həmin sxem əsasında növbəlilik üzrə yatırımçılar qazanclarını götürmüşlər. Onu ilk olaraq 2-ci qrupa əlavə etmişlər, həmin qrupun inzibatçısı Zərərçəkmiş şəxs1 olmuşdur. Orada da qaydalar əvvəlki kimi olmuş, lakin artıq bir masanın qiyməti 180 manat deyil, 500 və 1000 manat kimi müəyyənləşdirilmişdir. Hər qrupda 8 nəfər var olmuş və mərkəzə çatan şəxs yatırım etdiyi məbləğdən asılı olaraq 3000 və ya 7000 manat gəlir götürmüşdür. Lakin yatırımçıların sayında azalma olduğu üçün Tənzilə xanım oyunun şərtlərini dəyişdirmişdir. Belə ki, o, artıq sadə qaydada 45 gün müddətində yatırım etdiyin məbləğin 5 qatını götürəcəklərini vəd etmişdir. O, 04 avqust 2022-ci il tarixdən 24 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 məxsus Leobank kartına, Kapital Bank kartlarına ümumlikdə 21.020 manat pul göndərmişdir. Bu müddət ərzində aybaay ona hissə-hissə olmaqla, ümumilikdə 10.285 manat ödəniş edilmişdir. Hadisə nəticəsində ona dəymiş ümumi ziyanın məbləği 10.735 manatdır. Həmin pulların ona ödənildiyini təsdiq edən, həmçinin onun Zərərçəkmiş şəxs1 kartlarına göndərdiyi ödənişləri təsdiq edən qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs36 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin iyul ayının ortalarında iş yoldaşı Ruhiyyə ona demişdir ki, Tənzilə adlı bir qadın onlayn lotereya sistemi yaratmış və bununla yatırım edən şəxslərə maksimum 1 ay müddətində yatırım olunan məbləğin 8 qatı dəyərində gəlir qazandırır. Ruhiyyə özünün də həmin oyunda iştirak etdiyini bildirərək onu da oyuna qoşulmağa dəvət etmişdir. Ruhiyyə onu Tənzilənin təşkil etdiyi qrupun inzibatçısı Zərərçəkmiş şəxs5 ilə tanış etmiş və o, Tənzilə ilə əlaqə saxlayıb lotereya haqqında məlumat almışdır. Zərərçəkmiş şəxs5 Tənzilə xanımı etibarlı tərəfdaş kimi təqdim etmiş və bildirmişdir ki, əgər nə vaxtsa, sistem düz işləməsə, ən azından hər kəsin ana məbləğini Tənzilə şəxsən qaytaracaqdır. Beləliklə, o da, yatırım etmək qərarına gəlmişdir. Belə qərara gəlməsində əsas səbəb Pərvanə xanımın şirnikləndici sözləri və Tənzilənin qrupa göndərdiyi səslər olmuşdur. O, 3cü qrupun üzvü olmuş, qrupda Pərvanədən başqa, Röya adlı digər bir inzibatşı da olmuşdur. Lakin o, Röyanı tanımamış, bu işdə yalnız Zərərçəkmiş şəxs5 tanımışdır. 29 avqust 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 11.390 manat pul yatırımı etmişdir. Həmin pulları Zərərçəkmiş şəxs5 Natıq qızına məxsus Kapital Bank kartına, “Unitransfer” kartının hesablarına göndərmişdir. Həmin pulların hər birini Gəncə şəhəri ərazisindəki ödəmə terminalları vasitəsilə göndərmişdir. Oktyabr ayının əvvəllərindən etibarən Tənzilə kartların bank tərəfindən bloklandığını bildirmiş, bunun kartda təxminən 500.000 manata yaxın pul olması ilə əlaqələndirmişdir. İlkin izahatında ona dəymiş ziyanın 17.000 manat olmasını qeyd etsə də, sonradan müəyyən etmişdir ki, həmin yatırım etdiyi pulları vaxtı çatanda geri almışdır. Lakin son aylarda ödədiyi 11.390 manat pulunu geri ala bilməmişdir. Ona hadisə nəticəsində dəymiş maddi ziyan 11.390 manat təşkil edir. Həmin köçürmələri təsdiq edən ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs37 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin iyun aylarında «İnstagram»da “gifyoflegacy” adlı səhifə qarşısına çıxmışdır. Səhifənin içərisindəki paylaşımlara baxdıqdan sonra görmüşdür ki, orada asan yolla pul qazanmaqla bağlı elanlar yerləşdirilmişdir. Həmin səhifənin mesajlar bölməsinə yazmış, qrup haqqında maraqlanmış, oradan tanımadığı admin ona demişdir ki, bu onlayn lotereyadır, asan yolla insanlara pul qazandırılır. Daha ətraflı məlumat almaq üçün onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi qrupa əlavə etmişlər. Qrupda təxminən 100 nəfər iştirakçı olmuşdur. Lakin sonradan qruplardakı insanların sayı çoxalmışdır. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və beləliklə, onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, qrupda onlarla insan bu sistemdən pul qazanıblar. Bunun üçün Tənzilə xanıma yazdıqda ondan e-mail ünvanını istəmiş, o da, e-mail ünvanını Tənziləyə vermiş və bir müddətdən sonra ona təsdiq mesajı gəlmişdir. Həmin təsdiq mesajından sonra ona verilmiş kod ilə müstəqil sayta daxil olmuşdur. Həmin sayta daxil olanda 8 nəfərlik sxem görmüşdür. Belə ki, sistemin şərti belə qurulmuşdur ki, hər bir şəxs ilkin olaraq 180 manat yatırım edir, mərkəzdə isə 1 nəfər olur. Mərkəzdə olan adam 1440 manat qazanc götürdükdən sonra, oyunu tərk edir. Onun yerinə isə növbə ilə digər şəxslər gəlir. Daha sonra Tənzilə xanım bildirmişdir ki, bu oyun artıq “Whatsapp” proqramında təşkil olunacaqdır. Belə ki, Tənzilə xanım özü əl ilə çəkdiyi sxemlərin şəkillərini onlara göndərmiş və həmin sxem əsasında növbəlilik üzrə yatırımçılar qazanclarını götürmüşlər. Onu ilk olaraq 10-cu qrupa əlavə etmişlər. Həmin qrupun inzibatçıları Xəyalə və Ülviyyə adlı xanımlar olmuşlar. O, 15 avqust 2022-ci il tarixdən 07 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 3.660 manat pulu Ülviyyə xanımın qrupa təqdim etdiyi "xxxx"a aid kart hesabına göndərmişdir. Həmin puldan ona heç bir məbləğ geri qaytarılmamışdır. Həmin ödəmələri təsdiq edən ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs38 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində tanışı Könül ona onlayn lotereya adlı qrup haqqında məlumat vermiş və yatırım etdiyi pulun 1 ay ərzində 3-5, hətta 10 qatını da qazanmaq imkanı olduğunu demişdir. Daha ətraflı məlumat almaq üçün onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi “giftoflegacy” adlı qrupa əlavə etmişlər. Qrupda təxminən 200 nəfər iştirakçı olmuşdur. Lakin sonradan qruplardakı insanların sayı çoxalmışdır. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, qrupda onlarla insan bu sistemdən pul qazanmışdır. Onu ilk olaraq 2-ci qrupa əlavə etmişlər. Həmin qrupun inzibatçısı Zərərçəkmiş şəxs1 olmuşdur. O, 09 sentyabr 2022ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 2.260 manat pulu Həcər xanımın qrupda təqdim etdiyi müxtəlif bank kartlarının hesablarına göndərmişdir. Həmin pulları yaşadığı Qəbələ şəhərindən mobil tətbiq vasitəsilə göndərmiş, ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs39 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin avqust ayının sonlarında qonşusu Səbinə adlı xanım ona Tənzilə adlı bir qadının onlayn lotereya sistemi yaratdığını və bununla yatırım edən şəxslərə bir ay ərzində yatırım etdikləri pulların 3-5, hətta 10 qatı dəyərində gəlir verdiyini demişdir. Səbinə xanım ona demişdir ki, onun özü də bu sistemə pul yatırıb və 3 qat qazanc əldə etmişdir. O da, Səbinəyə olan inamına görə bu sistemə qoşulmaq qərarına gəlmişdir. Onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi “giftoflegacy” adlı qrupa əlavə etmişlər. Qrupda təxminən 100 nəfər iştirakçı olmuş, lakin sonradan qruplardakı insanların sayı çoxalmışdır. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və beləliklə, onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Onu ilk olaraq 11-ci qrupa əlavə etmişlər, həmin qrupun inzibatçısı İlahə adlı xanım olmuşdur. 28 avqust 2022-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 2.380 manat pulu İlahə xanımın qrupda təqdim etdiyi Kapital Banka məxsus kart hesabına göndərmişdir. Qrupa atılan kartın şəklindən görmüşdür ki, həmin kart Gözəlova Könül adlı qadına məxsusdur, həmin pulları yaşadığı Nəsimi rayonu ərazisindən göndərmişdir. Həmin puldan ona heç bir məbləğ geri qaytarılmamışdır. Ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs40 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin sentyabr ayında iş yoldaşları ona onlayn lotereya adlı qrup haqqında məlumat vermiş, yatırım etdiyi pulun 1 ay ərzində 3-5, hətta 10 qatını da qazanmaq imkanı olduğunu bildirmişlər. Onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi “giftoflegacy” adlı qrupa əlavə etmişlər. Qrupda təxminən 200 nəfər iştirakçı olmuş, sonradan qruplardakı insanların sayı çoxalmışdır. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və beləliklə, onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, qrupda onlarla insan bu sistemdən pul qazanmışdır. O, masalar olan müddətdə aprel ayında üç dəfə pul yükləmiş, həmin pullardan onun qazancları 1040, 940 və 750 manat olmaqla, ümumilikdə 2.730 manat pul götürmüşdür. Həmin zamandan sonra bir müddət ara vermiş, yatırım etməmişdir. Lakin sonradan maddi ehtiyacları olduğu üçün sentyabr ayından etibarən yenidən yatırımlar etməyə başlamışdır. Belə ki, 2-ci, 10-cu və 11-ci qruplarda üzv olmuşdur. 2-ci qrupun rəhbəri Zərərçəkmiş şəxs1, 10-cu qrupun inzibatçısı Ülviyyə və Xəyalə adlı xanımlar, 11-ci qrupda isə İlahə adlı xanım qrup inzibatçısı olmuşdur. O, 01 sentyabr 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində qeyd etdiyi qrup rəhbərlərinin təqdim etdiyi müxtəlif bank kartlarının hesablarına ümumilikdə 29.300 manat məbləğində pul göndərmişdir. Həmin pulları Bakı şəhərinin Binəqədi rayonundan, Abşeron rayonundan, çox hissəsini isə Qazax şəhərində yerləşən ödəmə terminalları vasitəsilə göndərmişdir. Bu sistemə qoşulandan bəri ümumilikdə 29.300 manat pul göndərmiş, həmin puldan ona 2.730 manat pul geri qaytarılmışdır. Hadisə nəticəsində ona dəymiş maddi ziyan 26.570 manat təşkil edir. Həmin köçürmələri təsdiq edən ödəniş qəbzlərinin surətlərini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs41 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tanışlarından lotereya oyunu keçirildiyini eşitmiş, lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. O da, 1-ci qrupa qoşulub həmin qrupdakı bank kartlarına yatırım etmişdir. Tənzilə ilə canlı ünsiyyətdə olmamış, lakin telefonla danışmışdır. Lotereyaya 2022-ci il iyul ayında qoşulmuş, 100 manat yatırım edib 400 manat qazanc əldə etmişdir. İlkin mərhələdə pul yatırmasına şirnikləşib qohum və tanışlarından borc pul tapıb Tənzilənin təşkil etdiyi oyuna yatırmaq qərarına gəlmişdir. Bundan əlavə, Tənzilə də hamını əmin etmişdir ki, aktiv olub yatırım edib əlavə pul qazanmaq mümkündür. Tənzilə «Whatsapp» qrupuna səsli mesaj göndərərək bildirmişdir ki, batan pul olmayacaq, hamı yatırdığı pulun qarşılığında yatırdığı qat sisteminə uyğun olaraq bir neçə qat artıq gəlir əldə edəcəkdir. Tənzilə həmçinin demişdir ki, onun arxasında əri durub, o, heç vaxt müflis olmayacaqdır, bundan əlavə Tənzilənin deməsinə əsasən onun əlavə gəlir yeri də vardır. Tənzilə qruplara göndərdiyi səsli mesajlarında çox inandırıcı danışmışdır. 17 avqust 2022-ci il tarixdən 04 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində yaşadığı Gəncə şəhərindən ödəmə terminalları vasitəsi il və bank kartları vasitəsi ilə 1-ci qrupdakı təqdim olunmuş Zərərçəkmiş şəxs2 adına olan bank kartına cəmi 9040 manat ödəniş etmişdir. Həmin məbləğdən ona hər hansı qazanc verilməmişdir. Ödəniş qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. Bundan başqa, Tənzilənin səsli mesajlarını da 1 ədəd diskə köçürüb istintaqa vermişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs42 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin iyul ayının əvvəllərində sinif yoldaşının anası Nahidə xanım ona onlayn lotereya haqqında məlumat vermiş, həmin sistemlə asan yolla pul qazanmaq mümkün olduğunu demişdir. Onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi “giftoflegacy” adlı qrupa əlavə etmişlər. Qrupda təxminən 200 nəfər iştirakçı olmuş, sonradan qruplardakı insanların sayı çoxalmışdır. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilmişdir. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, qrupda onlarla insan bu sistemdən pul qazanmışdır. Tənzilə xanım nə vaxtsa, sistem düz işləməsə, ən azından hər kəsin ana məbləğini özü şəxsən qaytaracağına söz vermişdir. Onu ilk olaraq 6-cı qrupa əlavə etmişlər. Həmin qrupun inzibatçıları Zərərçəkmiş şəxs80 və Zərərçəkmiş şəxs11 adlı xanımlar olmuşdur. 29 avqust 2022-ci il tarixdən 19 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 6.165 manat pulu Zərərçəkmiş şəxs80 məxsus Kapital Bank kartının hesabına göndərmişdir. Həmin puldan ona heç bir məbləğ geri qaytarılmamışdır. Ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs55 Adıgözəl qızı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tanışlarından onlayn lotereya oyunu barədə məlumat almış, lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. O da, pul qazanmaq üçün 10-cu qrupa qoşulub həmin qrupdakı bank kartlarına yatırım etmişdir. Lotereyaya 2022-ci ilin avqust ayının 16-da qoşulmuşdur. Tənzilənin yatırım edib yüz faizli gəlir əldə etməklə bağlı səsli mesajlarına, həmçinin digər şəxslərin bu oyundan gəlir əldə etdiklərinə inanıb sonrakı vaxtlarda da bu oyuna pul yatırmışdır. Tənzilə «Whatsapp» qrupuna səsli mesaj göndərərək bildirmişdir ki, batan pul olmayacaq, hamı yatırdığı pulun qarşılığında bir neçə qat artıq gəlir əldə edəcəkdir. Tənzilə demişdir ki, o, heç vaxt müflis olmayacaqdır, çünki əlavə gəlir yeri də vardır. O da, borc pul alıb Tənzilənin təşkil etdiyi lotereya oyununa yatırmaq qərarına gəlmişdir. 2022-ci avqust ayının 16-dan həmin ilin sentyabr ayının 17-dək olan müddət ərzində bir neçə qat həcmində gəlir götürməklə bağlı vədlərə inanıb Tənzilənin təşkil etdiyi oyuna cəmi 8210 manat yatırım etmiş, lakin hər hansı gəlir əldə etməmişdir. Oyunda iştirak etmək üçün Ülviyyə adlı qadının kartına və qrupda təqdim olunan X9 adına olan «Leobank» kartına pul vəsaitləri göndərmişdir. Pulu köçürdükdən sonra ödəməyə dair qəbzlərin fotoşəklini «Whatsapp» qrupuna göndərmişdir. «Whatsapp»da qrup rəhbəri və Tənzilə görə bilmişdir ki, o, oyuna nə qədər yatırım etmişdir. Ödəniş qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs51 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində tanışı İlahə adlı xanım ona demişdir ki, Tənzilə adlı bir qadın onlayn lotereya sistemi yaradıb, bununla insanlara asan yollarla pul qazandırır. Onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi qrupa əlavə etmişlər. Qrupda təxminən 200 nəfərdən çox iştirakçı olmuşdur. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və beləliklə, onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, qrupda onlarla insan bu sistemdən pul qazanmışdır. Onu 2-ci, 9-cu və 11-ci qruplara əlavə etmişlər. 2-ci qrupun inzibatçısı Həcər xanım, 9-cu qrupun Aytən xanım və 11-ci qrupun rəhbəri isə İlahə xanım olmuşdur. 18 may 2022-ci il tarixdən 2022-ci ilin oktyabr ayının sonunadək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 47.000 manat pulu Həcər, Aytən, İlahə xanımın bank kartlarına göndərmişdir. O, həmin pulları yaşadığı Salyan rayonudan və Bakı şəhərinin müxtəlif rayonlarından göndərmişdir. Həmin pullardan ona hissə-hissə olmaqla 20.000 manat məbləğində pul geri qaytarılmışdır. Ona Tənzilə xanım hər dəfəsində demişdir ki, kartlarda pullar var, lakin kartlar bank tərəfindən bloklandığı üçün pulları nağdlaşdıra bilmirlər. Tənzilə həmçinin tez-tez qrupa səslər atmışdır ki, kartlarında 500.000 manata yaxın pul var, lakin onları birdəfəlik nağdlaşdırmaq olmur. Həmçinin Aygün xanım qrupa teztez səslər göndərmişdir ki, Tənzilə xanım etibarli insandır, o, söz verdiyi kimi hamının pullarını qazancları ilə birlikdə geri qaytaracaqdır. Hadisə nəticəsində ona 27.000 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ödəmələri təsdiq qəbzlərin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən zərərçəkmiş şəxs X50 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin may ayında tanışı Səfiyyə adlı xanım Tənzilə adlı bir qadının onlayn lotereya sistemi yaratması və insanlara asan yolla pul qazandırması barədə məlumat vermişdir. Onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi “giftoflegacy”adlı qrupa əlavə etmişlər. Qrupda təxminən 250 nəfərdən çox iştirakçı olmuş, sonradan onların sayı çoxalmışdır. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, qrupda onlarla insan bu sistemdən pul qazanmışdır. Onu 5-ci qrupa əlavə etmişlər. 5-ci qrupun inzibatçısı Aygün və Esmira xanım olmuşdur. Aygün xanım ona demişdir ki, bacardığın qədər çoxlu adam gətir. 30 may 2022-ci il tarixdən 2022-ci ilin oktyabr ayının 3-dək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 9.653 manat pulu Aygün xanımın və Esmira xanımın təqdim etdiyi bank kartlarına göndərmişlər. Həmin pulları yaşadığı Yardımlı rayonunun ərazisindən göndərmiş, ona heç bir məbləğ geri qaytarılmamışdır. Tənzilə tez-tez qrupa səslər atmışdır ki, kartlarında 500.000 manata yaxın pul var, lakin onları birdəfəlik nağdlaşdırmaq olmur. Həmçinin Aygün xanım qrupa tez-tez səslər göndərmişdir ki, Tənzilə xanım etibarli insandır, o, söz verdiyi kimi hamının pullarını qazancları ilə birlikdə geri qaytaracaqdır. Hadisə nəticəsində ona 9.653 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs66 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində tanışı Aminə adlı xanım Tənzilə adlı bir qadının onlayn lotereya sistemi yaratdığını və bununla insanlara asan yollarla pul qazandırdığını demişdir. O da, həmin oyunda iştirak etmək qərarına gəlmiş, onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi qrupa əlavə etmişlər. Qrupda təxminən 200 nəfərdən çox iştirakçı olmuş, sonradan onların sayı çoxalmışdır. O. bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, qrupda onlarla insan bu sistemdən pul qazanmışdır. Beləliklə, o da, yatırım etmək qərarına gəlmişdir. Onu 5-ci və 7-ci qruplara əlavə etmişlər. 5-ci qrupun inzibatçısı Aygün və Esmira xanım, 7-ci qrupda isə inzibatçı Mahiyyət adlı xanım olmuşlar. 17 avqust 2022-ci il tarixdən 2022-ci ilin oktyabr ayının 10-dək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 22.617 manat pulu Aygün xanım, Esmira xanım və Mahiyyət xanımın təqdim etdiyi bank kartlarının hesablarına göndərmişdir. O, həmin pulları yaşadığı Salyan rayonunun ərazisindən göndərmişdir. Həmin pullardan ona hissə-hissə olmaqla 700 manat məbləğində pul geri qaytarılmışdır. Tənzilə hər dəfəsində ona demişdir ki, kartlarda pullar var, lakin kartlar bank tərəfindən bloklandığı üçün pulları nağdlaşdıra bilmirlər. Tənzilə tez-tez qrupa səslər atmışdır ki, kartlarında 500.000 manata yaxın pul var, lakin onları birdəfəlik nağdlaşdırmaq olmur. Həmçinin Aygün xanım qrupa tez-tez səslər göndərmişdir ki, Tənzilə xanım etibarli insandır, o, söz verdiyi kimi hamının pullarını qazancları ilə birlikdə geri qaytaracaqdır. Hadisə nəticəsində ona 22.617 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs50 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin aprel ayında tanışı Gülnar adlı xanım ona Tənzilə adlı bir qadının onlayn lotereya sistemi yaratdığını bildirmiş, ona da həmin oyuna qoşulmağı təklif etmişdir. Onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi qrupa əlavə etmişlər. Qrupda təxminən 200 nəfərdən çox iştirakçı olmuşdur. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və beləliklə, onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, qrupda onlarla insan bu sistemdən pul qazandığını görmüşdür. Gülnar xanım ona bildirmişdir ki, onun qohumları da bu sistemə pul yatırımı edib və qazanc əldə etmişlər. Beləliklə, o da, yatırım etmək qərarına gəlmişdir. Onu 5-ci və 8-ci qruplara əlavə etmişlər. 5-ci qrupun inzibatçısı Aygün və Esmira xanım, 8-ci qrupda isə inzibatçı Vüsalə adlı xanım olmuşlar. 06 iyul 2022-ci il tarixdən 2022ci ilin sentyabr ayının sonlarınadək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 38.000 manat pulu Aygün xanım və Vüsalə xanımın təqdim etdiyi bank kartlarının hesablarına göndərmişdir. O, həmin pulları yaşadığı Binəqədi rayonu ərazisindən göndərmişdir. Həmin pullardan ona hissə-hissə olmaqla 10.000 manat pul geri qaytarılmışdır. Tənzilə xanım hər dəfəsində ona demişdir ki, kartlarda pullar var, lakin kartlar bank tərəfindən bloklandığı üçün pulları nağdlaşdıra bilmirlər. Həmçinin Aygün xanım qrupa tez-tez səslər göndərmişdir ki, Tənzilə xanım etibarli insandır, o, söz verdiyi kimi hamının pullarını qazancları ilə birlikdə geri qaytaracaqdır. Hadisə nəticəsində ona 28.000 manat məbləğində maddi ziyan dəymişdir. Ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs49 Şahhüseyn qızı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin aprel ayında tanışı Gülnar adlı xanım ona Tənzilə adlı qadının onlayn lotereya sistemi yaratdığını deyərək ona da həmin oyuna qoşulmağı təklif etmişdir. Onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi qrupa əlavə etmişlər. Qrupda təxminən 200 nəfərdən çox iştirakçı olmuş, sonradan qruplardakı insanların sayı çoxalmışdır. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, qrupda onlarla insan bu sistemdən pul qazanmışlar. Gülnar xanım ona bildirmişdir ki, qohumları da bu sistemə pul yatırımı edib və qazanc əldə etmişlər. O da, yatırım etmək qərarına gəlmişdir. Onu 6-cı qrupa əlavə etmişlər. 6-cı qrupun inzibatçısı Aygün və Esmira xanım olmuşdur. Belə ki, 06 iyul 2022-ci il tarixdən 2022-ci ilin sentyabr ayının sonlarınadək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 18.730 manat pulu Aygün xanım və Esmira xanımın təqdim etdiyi bank kartlarının hesablarına göndərmişdir. Həmin pulları yaşadığı Binəqədi rayonunun ərazisindən göndərmişdir. Həmin pullardan ona hissə-hissə olmaqla 12.450 manat məbləğində pul geri qaytarılmışdır. Hadisə nəticəsində ona 6.280 manat məbləğində maddi ziyan dəymişdir. Ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs43 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin aprel ayında tanıdığı Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs80 adlı qadınlar ona Tənzilə adlı qadının onlayn lotereya sistemi yaratdığını və bununla insanlara asan yollarla pul qazandırdığını demişlər. Onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi “giftoflegacy” adlı qrupa əlavə etmişlər. Qrupda təxminən 200 nəfərdən çox iştirakçı olmuş, sonradan qruplardakı insanların sayı çoxalmışdır. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, qrupda onlarla insan bu sistemdən pul qazanmışdır. Həmçinin Aygün xanım və Esmira xanım, həmçinin Tənzilə xanım özünü etibarlı tərəfdaş kimi təqdim etmiş və bildirmişdir ki, əgər nə vaxtsa, sistem düz işləməsə, ən azından hər kəsin ana məbləğini özü şəxsən qaytaracaqdır. Beləliklə, o da, yatırım etmək qərarına gəlmişdir. Onu 5-ci qrupa əlavə etmişlər. Həmin qrupun inzibatçıları Aygün xanım və Esmira xanım olmuşlar. O, 22 avqust 2022-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 1.210 manat pulu Aygün xanım və Esmira xanımın təqdim etdiyi Zərərçəkmiş şəxs80, X14 və Leyla adlı xanımın kartlarına göndərmişdir. O, həmin pulları yaşadığı Yasamal rayonu ərazisindən göndərmişdir. Aygün xanım hər dəfəsində ona demişdir ki, kartlarda pullar var, lakin kartlar bank tərəfindən bloklandığı üçün pulları nağdlaşdıra bilmirlər. Həmçinin Aygün xanım qrupa tez-tez səslər göndərmişdir ki, Tənzilə xanım etibarli insandır, o, söz verdiyi kimi hamının pullarını qazancları ilə birlikdə geri qaytaracaqdır. Lakin həmin puldan ona heç bir məbləğ geri qaytarılmamışdır. Ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs44 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin aprel ayının əvvəllərində tanışı İlahə adlı xanım ona Tənzilə adlı qadının onlayn lotereya sistemi yaratdığını, bununla da insanlara asan yollarla pul qazandırdığını demiş, ona da həmin lotereyada iştirak etməyi məsləhət görmüşdür. Onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi “giftoflegacy” adlı qrupa əlavə etmişlər. Qrupda təxminən 200 nəfərdən çox iştirakçı olmuşdur. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, qrupda onlarla insan bu sistemdən pul qazanmışdır. Onu 11-ci qrupa əlavə etmişlər, həmin qrupun inzibatçısı İlahə xanım olmuşdur. O, 17 avqust 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 6800 manat pulu İlahə xanımın təqdim etdiyi bank kartlarına göndərmişdir. Həmin puldan ona heç bir məbləğ geri qayıtmamışdır. İlahə xanım Tənzilənin adından demişdir ki, kartlarda pullar var, lakin kartlar bank tərəfindən bloklandığı üçün pulları nağdlaşdıra bilmirlər. Hadisə nəticəsində ona 6800 manat maddi ziyan dəymişdir. Ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs45 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin iyul ayında Fidan adlı tanışı ona Tənzilə adlı qadının onlayn lotereya sistemi istemi yaratdığını, bununla da insanlara asan yollarla pul qazandırdığını demiş, ona da həmin lotereyada iştirak etməyi məsləhət görmüşdür. Ona izah edilmişdir ki, yatırım etdiyin pulun 1 ay ərzində 3-5, hətta 10 qatını da qazanmaq imkanı vardır. Onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi qrupa əlavə etmişlər. Qrupda təxminən 300 nəfərdən çox iştirakçı olmuşdur. Lakin sonradan qruplardakı insanların sayı çoxalmışdır. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, qrupda onlarla insan bu sistemdən pul qazanmışdır. Onu 2-ci qrupa əlavə etmişlər. Həmin qrupun inzibatçısı Zərərçəkmiş şəxs1 olmuşdur. O, 28 avqust 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 2.951 manat pulu Həcər xanımın qrupda təqdim etdiyi Kapital Bank kartına göndərmişdir. Həmin pulları yaşadığı Lənkəran şəhərindən, həmçinin Qaradağ və Nəsimi rayonlarından göndərmişdir. Həmin puldan ona heç bir məbləğ geri qaytarılmamışdır. Həmin ödəmələri təsdiq edən ödəniş qəbzlərinin surətini ifadəsinə əlavə olunması üçün təqdim etmişdir. Ödəniş qəbzlərinin surətlərini və Tənzilənin səslərini köçürdüyü 1 ədəd CD diski istintaq orqanına təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs46 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin may aylarında Rəxşəndə adlı tanışı ona Tənzilə adlı qadının onlayn lotereya sistemi yaratdığını, bununla da insanlara asan yollarla pul qazandırdığını demiş, ona da həmin lotereyada iştirak etməyi məsləhət görmüşdür. Rəxşəndə özü ona demişdir ki, bu sistemdən çoxlu sayda insan pul qazanmışdır. Təqsirləndirilən şəxs lotereya qrupunda ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrindən istifadə etmişdir. 2022-ci ilin avqust ayından 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində Təqsirləndirilən şəxs ümumilikdə hissə-hissə olmaqla onun 2.600 manat pul vəsaitini ələ keçirmişdir. Təqsirləndirilən şəxs pul vəsaitini köçürmə yolu ilə onun göndərdiyi Kapital Bank, Leo Bank, AzərTürk kartlarına göndərmişdir. Bir müddət sonra ona və qrupda olan digər şəxslərə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onları aldadaraq pul vəsaitlərini ələ keçirmişdir. Uzun müddətdir ki, Tənzilə ona və qrupun digər üzvlərinə ələ keçirdiyi pulları qaytaracağına dair yalan vədlər versə də, heç kəsə ödəniş olunmamışdır. Onu həmin vatsap qrupu ilə tanış edən Zərərçəkmiş şəxs4 olmuşdur. Ödənişləri də Zərərçəkmiş şəxs4 vasitəsi ilə etmişdir. Yatırım etdiyi 2.600 manat puldan ona heç bir məbləğ geri qaytarılmamışdır. İş üzrə dindirilən zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X27 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində ona Tənzilə adlı qadının onlayn lotereya sistemi yaratdığı, bununla da insanlara asan yollarla pul qazandırdığı barədə iş yoldaşları məlumat vermiş, ona da həmin lotereyada iştirak etməyi məsləhət görmüşlər. Onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi “giftoflegacy” adlı qrupa əlavə etmişlər. Qrupda təxminən 200 nəfərdən çox iştirakçı olmuşdur. Lakin sonradan qruplardakı insanların sayı çoxalmışdır. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, qrupda onlarla insan bu sistemdən pul qazanmışdır. Beləliklə, o da, yatırım etmək qərarına gəlmişdir. Onu 10-cu qrupa əlavə etmişlər. Həmin qrupun inzibatçıları Xəyalə və Ülviyyə adlı xanımlar olmuşdur. Xəyalə və Ülviyyə xanım qrupda təşkilati işlərə baxmışlar, qəbzlərin qəbulu, qeydiyyatı və s. kimi təşkilati işlərə baxmışlar. O, 18 iyul 2022-ci il tarixdən 2022-ci ilin avqust ayının 29-dək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 33.200 manat pulu Xəyalə və Ülviyyə xanımın təqdim etdikləri özlərinin və Xəyalə xanımın yoldaşının adına olan bank kartlarının hesablarına göndərmişdir. Həmin pulları yaşadığı Gəncə şəhəri ərazisindən göndərmişdir. Ona həmin pullardan heç bir məbləğ geri qaytarılmamışdır. Tənzilə xanım hər dəfəsində ona demişdir ki, kartlarda pullar var, lakin kartlar bank tərəfindən bloklandığı üçün pulları nağdlaşdıra bilmir. Tənzilə tez-tez qrupa səslər atmışdır ki, kartlarında 1.000.000 manata yaxın pul var, lakin onları birdəfəlik nağdlaşdırmaq olmur. Həmçinin, Xəyalə və Ülviyyə xanım da demişlər ki, onlar da Tənzilənin oyununun qurbanı olmuşlar, onlar özləri də zərərə düşmüşlər. Hadisə nəticəsində ona 33.200 manat məbləğində maddi ziyan dəymişdir. Ödəniş qəbzlərinin surətini noyabr ayında poçt vasitəsilə BMCMİ-yə göndərmişdir. İş üzrə dindirilən zərərçəkmiş şəxs X16 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində tanışı Xəyalə adlı xanım ona Tənzilə adlı qadının onlayn lotereya sistemi yaratdığını, bununla da insanlara asan yollarla pul qazandırdığını demiş, ona da həmin lotereyada iştirak etməyi məsləhət görmüşdür. Onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi qrupa əlavə etmişlər. Qrupda təxminən 200 nəfərdən çox iştirakçı olmuş, sonradan onların sayı çoxalmışdır. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilə xanımın atdığı səslərə qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də bu sistemə pul yatırımı edərək asan yolla qazanc əldə edə bilər. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, qrupda onlarla insan bu sistemdən pul qazanmışdır. Beləliklə, o da, yatırım etmək qərarına gəlmişdir. Onu 11-ci qrupa əlavə etmişlər. 11-ci qrupun inzibatçısı İlahə xanım olmuşdur. O, 03 avqust 2022-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 1.450 manat pulu İlahəyə məxsus bank kartına, həmçinin İlahənin ona təqdim etdiyi Leobank kartlarına göndərmişdir. Həmin pulların hamısını yaşadığı Salyan şəhəri ərazisindən ödəmə terminalları vasitəsilə göndərmişdir. Həmin puldan heç bir məbləğ ona geri qaytarılmamışdır. Ona pulunun vaxtı çatanda ödənmədiyi üçün İlahə xanımdan soruşmuş və İlahə ona deymişdir ki, o da, öz pullarını gözləyir, lakin Tənzilədən bir xəbər yoxdur. Belə ki, hadisə nəticəsində ona 1.450 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. İş üzrə Zərərçəkmiş şəxs48 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, iş yoldaşı vasitəsi ilə lotereya oyunu haqqında məlumat almışdır. Lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. Oyunda iştirak etmək üçün 1, 3 və 8-ci qruplara qoşulub həmin qrupdakı bank kartlarına yatırım etmişdir. Lotereyaya 2022-ci ilin may ayının 5-də qoşulmuşdur. Tənzilənin yatırım edib yüz faizli gəlir əldə etməklə bağlı səsli mesajlarına, həmçinin digər şəxslərin bu oyundan gəlir əldə etdiklərinə inanıb sonrakı vaxtlarda da bu oyuna pul yatırmışdır. Tənzilə öz danışıqları ilə onu şirnikləşdirdiyinə görə qohuməqrəbadan borc pul alıb bu oyuna yatırmışdır. Tənzilə «Whatsapp» qrupuna səsli mesaj göndərərək bildirmişdir ki, batan pul olmayacaq, hamı yatırdığı pulun qarşılığında bir neçə qat artıq gəlir əldə edəcəkdir. Tənzilə demişdir ki, o, heç vaxt müflis olmayacaqdır, çünki əlavə gəlir yeri də vardır. Tənzilə qruplara göndərdiyi səsli mesajlarında çox inandırıcı danışmışdır. Pulu Tənzilənin kartına, təqdim olunmuş qrup rəhbərlərinin kartına və Bilqeys adlı qadının kartına göndərmişdir. Qazandığı pullar isə Bilqeys adlı qadının istifadəsində olan kartdan və digər kartlardan onun istifadəsində olan kartların hesabına gəlmişdir. Qalib gəldiyi pullar qrup rəhbərlərinin istifadəsində olan kartlardan onun hesabına göndərilmişdir. Pulların bir hissəsini Qazax şəhərindən, bir hissəsini isə Bakı şəhərindən göndərmişdir. Tənzilənin təşkil etdiyi oyuna cəmi 39740 manat pul yatırmış, 37700 manat gəlir əldə etmişdir. Ona bu oyun nəticəsində 2040 manat maddi ziyan dəymişdir. Pulu köçürdükdən sonra ödəməyə dair qəbzlərin fotoşəklini «Whatsapp» qrupuna göndərmişdir. Ödəniş qəbzlərinin surətlərini istintaqa təqdim etmişdir (cild 10, iş vərəqi 85-86). İş üzrə Zərərçəkmiş şəxs65 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2022-ci ilin may ayının ortalarında Kəmalə adlı tanışı Tənzilə adlı qadının onlayn lotereya sistemi yaratdığını, bununla da insanlara asan yollarla pul qazandırdığını demiş, ona da həmin lotereyada iştirak etməyi məsləhət görmüşdür. Onu “Whatsapp” proqramında Tənzilə xanımın rəhbərlik etdiyi qrupa əlavə etmişlər. Kəmalə xanım ona bildirmişdir ki, yatırım etmək üçün qrupa əlavə olunmaq lazımdır. Lakin o, Kəmalədən xahiş etmişdir ki, qrupa qoşulmaq istəmir. O, Kəmalə xanımdan xahiş etmişdir ki, qrupda Tənzilə xanımın yazdığı mesajları, səs yazılarını və yaxud da bu sistemdən pul qazanan insanların qazanclarını təsdiqləyən hər hansı bir mesajı ona göndərsin ki, o da, əmin olsun. Kəmalə xanım Tənzilənin səslərini ona göndərəndən sonra həmin səslərə qulaq asmış və onda təsəvvür yaranmışdır ki, bu sistemə pul yatırıb qazanc əldə etmək olar. O, sadəcə bir dəfə 29 may 2022-ci il tarixdə yaşadığı Şirvan şəhərinin ərazisindən Kəmalə xanımın ona göndərdiyi bank kartının hesabına 1.000 manat pul göndərmişdir. Həmin kartın kimə məxsus olması barədə onun heç bir məlumatı olmamışdır. Kəmalə xanım ona demişdir ki, Tənzilə xanımın qoyduğu şərtlərə görə ona 1 ay ərzində 8.000 manat pul veriləcəkdir. Lakin üzərindən bir neçə ay keçməsinə baxmayaraq ona heç bir məbləğ geri qaytarılmamışdır. Hər dəfə soruşanda Kəmalə xanım demişdir ki, özü də öz pullarını götürə bilməyib, Tənzilənin sistemi uğursuz olub, artıq ödənişlər dayanıb. Onun Kəmalə xanımdan şikayəti yoxdur, 1 ədəd ödəniş qəbzinin surətini istintaqa təqdim etmişdir (cild 12, iş vərəqi 193-196). İş üzrə dindirilən Zərərçəkmiş şəxs69 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tanışları vasitəsi ilə lotereya oyunu barədə məlumat almış, lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. Ona yatırım etmək üçün əlaqə saxlayan şəxs Brilliant adlı qadın olmuşdur. O da, Maştağa qəsəbəsində yaşamışdır. Beləliklə, o, yatırım edib bir neçə qat artıq qazanc əldə etməklə bağlı lotereya oyunlarına qoşulmuşdur. Lotereyaya 2022-ci ilin avqust ayının 20-də qoşulmuş, ilk dəfə həmin tarixdə 200 manat yatırım etmişdir. Tənzilənin yatırım edib yüz faizli gəlir əldə etməklə bağlı səsli mesajlarına, həmçinin başqa gəlir əldə edən şəxslərin demələrinə inanıb sonrakı vaxtlarda da bu oyuna pul yatırmışdır. Tənzilə «Whatsapp» qrupuna səsli mesaj göndərmiş, həmin səsli ismarlıcları da Brilliant ona göndərmişdir. Tənzilə həmin mesajlarda bildirmişdir ki, batan pul olmayacaq, hamı yatırdığı pulun qarşılığında bir neçə qat artıq gəlir əldə edəcəkdir. Tənzilə demişdir ki, onun arxasında əri durub, o, heç vaxt müflis olmayacaqdır, çünki əlavə gəlir yeri də vardır. Tənzilə qruplara göndərdiyi səsli mesajlarında çox inandırıcı danışmışdır. O isə, maddi cəhətdən çox kasıb olduğu üçün Tənzilənin vədlərinə inanıb pul qazanmaqla həyat şəraitini dəyişmək istəmişdir. Buna görə borc pul alıb Tənzilənin təşkil etdiyi lotereya oyununa yatırmaq qərarına gəlmişdir. Sonrakı dövrlərdə Tənzilə «maaşlı iş» sistemi yaratmış, bu sistemin qaydasına əsasən, 1000 manat yatırım etdikdən sonra 4 ay ərzində hər ay 2.000 manat gəlir əldə etmək mümkün olmuşdur. 2022-ci ilin avqust ayının sonlarında isə «yeni layihə» adlı sistem təşkil etmişdir. «Yeni layihə»nin qaydasına əsasən 250 manat yatırım edib 2023-cü ilin yanvar ayından hər ay 800 manat gəlir əldə etmək mümkün olmuşdur. Tənzilənin çağırışları ilə ümumilikdə bu oyuna 4300 manat yatırım etmiş və geri ala bilməmişdir. O, onlayn lotereyanın sonlarında qoşulduğu üçün heç ümumiyyətlə bir qazanc əldə etməmişdir. Ona ümumilikdə 4300 manat maddi ziyan dəymişdir. Həmin pulu Tənzilənin səsli mesajları əsasında Briliantın ona göndərdiyi hesab kartlarına ödəmə terminalları vasitəsilə göndərmişdir. Ödəniş qəbzlərinin surətlərini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs64 ifadəsində bildirmişdir ki, 2022-ci ilin aprel-may aylarında tanışı ona Tənzilə adlı bir qadının onlayn lotereya sistemi yaratdığını bildirmişdir. Onu “VVhatsapp” proqramında Tənzilənin rəhbərlik etdiyi qrupa əlavə etmişlər. Qrupda təxminən 200 nəfərdən çıx iştirakçı olmuşdur. O əvvəlki vaxtlarda qrupda olanları ancaq izləmiş, oyuna qoşulmamışdır. O, Tənzilənin qrupa atdığı səsli mesajlara qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də orada pul qazanmaq olar. Bu qənaətə gəlməsində əsas səbəb o olmuşdur ki, bu oyun vasitəsilə bir çox iştirakçı pul qazanmışdır. O da, yatırım etmək qərarına gəlmiş, onu 5-ci qrupa əlavə etmişlər. 5-ci qrupun inzibatçısı Aygün və Esmira adlı xanım olmuşlar. 2022-ci ilin sentyabr ayının əvvəllərindən həmin ayın sonunadək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 13-14 min manat pulu Aygünün təqdim etdiyi bank kartlarının hesablarına göndərmişdir. Həmin pulları yaşadığı Salyan rayonunun ərazisindən göndərmişdir. Həmin pullardan hissə-hissə olmaqla ona 2000 manat pul geri qaytarılmışdır. Tənzilə hər dəfədə iştirakçılara bildirmişdir ki, kartlarda pullar var, lakin kartlar bank tərəfindən bloklandığı üçün pulları nağdlaşdıra bilmir. Həmçinin Aygün də qrupda bildirmişdir ki, Tənzilə etibarlı insandır, iştirakçıların pullarını qazancı ilə birlikdə qaytaracaqdır. Hadisə nəticəsində ona 11.850 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. İş üzrə Zərərçəkmiş şəxs62 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, tanışlarından lotereya oyununa pul yatırıb əlavə pul qazanmaq barədə məlumat almışdır. Lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. 2022-ci ilin iyul ayından sentyabr ayınadək olan müddət ərzində hissə-hissə olmaqla 7170 manat yatırım etmişdir. Belə ki, orada əsas Zərərçəkmiş şəxs61 tanımışdır. Ayselin ona göndərdiyi bank hesabı kartlarına yatırımlar etmişdir. O, heç bir qrupda iştirakçı olmamışdır. Pulun bir hissəsini ödəmə terminalı vasitəsi ilə, bir hissəsini isə kartdan karta köçürmə yolu ilə Sumqayıt şəhəri ərazisindən göndərmişdir. Tənzilənin tapşırığı ilə hissə-hissə olmaqla pulu müxtəlif kartlara, yəni müxtəlif qruplara yatızdırmışdır. Pulu 5 qat gəlir əldə etməklə bağlı paketə və «maaşlı iş» adlı paketə yatızdırmışdır. Ödəniş qəbzlərinin surətlərini istintaqa təqdim etmişdir. Onu bu oyuna öz səsli mesajları ilə cəlb edən və etibarından istifadə edib aldadan Aysel Şıxıyeva olmuşdur. Aysel isə qeyd etmişdir ki, bu işlərin əsas təşkilatçısı Təqsirləndirilən şəxsdır. Ayselin deməsinə görə, Tənzilə dəfələrlə öz səsli mesajlarında əmin etmişdir ki, təşkil etdiyi oyun batmayacaq, hamı artıqlaması ilə qazancını götürəcəkdir. Hadisə nəticəsində ona 7170 manat maddi ziyan dəymişdir (cild 12, iş vərəqi 148-150). İş üzrə dindirilən Zərərçəkmiş şəxs63 ifadəsində bildirmişdir ki, tanışlarından lotereya oyununa pul yatırıb əlavə pul qazanmaq barədə məlumat almış, lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. 27 iyul 2022-ci il tarixdən 2022-ci ilin sentyabr ayının sonlarınadək hissə-hissə olmaqla 9800 manat yatırım etmişdir. Yatırımları müxtəlif qohumlarının adından müxtəlif qruplara etmişdir. Tənzilənin «Whatsapp» qrupundakı səsli mesajlarına əsasən yatırımları təqdim olunmuş bank kartı hesablarına göndərmişdir. Pulun bir hissəsini ödəmə terminalı vasitəsi ilə, bir hissəsini isə kartdan karta köçürmə yolu ilə göndərmişdir. Yaradılmış lotereyada 10-cu qrupa daxil olmuşdur. Həmin qrupa Ülviyyə və Xəyalə rəhbərlik etmişlər. Onların tapşırığı ilə hissə-hissə olmaqla pulu müxtəlif kartlara yatızdırmışdır. Ödəniş qəbzlərinin surətlərini istintaqa təqdim etmişdir. İlk gündən o, qazanc götürməmiş, hadisə nəticəsində ona 9800 manat maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs67 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, lotereya xarakterli oyuna pul yatırıb əlavə pul qazanmaq barədə «Whatsapp» qrupu barədə məlumat almış, lotereyanı Təqsirləndirilən şəxs təşkil etmişdir. Oyunda iştirak etmək üçün 9-cu qrupa qoşulub həmin qrupdakı bank kartlarına yatırım etmişdir. Lotereyaya 2022-ci ilin avqust ayının 15-də qoşulmuşdur. İlk dəfə həmin tarixdə 500 manat yatırım etmişdir. Tənzilənin yatırım edib yüz faizli gəlir əldə etməklə bağlı səsli mesajlarına, həmçinin başqa gəlir əldə edən şəxslərin demələrinə inanıb sonrakı vaxtlarda da bu oyuna pul yatırmışdır. Tənzilə öz danışıqları ilə onu şirnikləşdirdiyinə görə yığdığı pulu, həmçinin qohumlardan borc alıb həmin oyuna yatırmağa qərar vermişdir. Tənzilə «Whatsapp» qrupuna göndərldiyi səsli mesajlarında bildirmişdir ki, batan pul olmayacaq, hamı yatırdığı pulun qarşılığında bir neçə qat artıq gəlir əldə edəcəkdir. Tənzilə demişdir ki, onun arxasında əri durub, o, heç vaxt müflis olmayacaqdır, çünki əlavə gəlir yeri də vardır. Tənzilə qruplara göndərdiyi səsli mesajlarında çox inandırıcı danışmış, o da, maddi cəhətdən çox kasıb olduğundan, Tənzilənin vədlərinə inanıb pul qazanmaqla həyat şəraitimi dəyişmək istəmişdir. Buna görə borc pul alıb Tənzilənin təşkil etdiyi lotereya oyununa yatırmışdır. Sonrakı dövrlərdə Tənzilə «maaşlı iş» sistemi yaratmışdır. Bu sistemin qaydasına əsasən 1000 manat yatırım etdikdən sonra 4 ay ərzində hər ay 2.000 manat gəlir əldə etmək mümkün olmuşdur. 2022ci ilin avqust ayının sonlarında isə «yeni layihə» adlı sistem təşkil etmişdir. «Yeni layihə»nin qaydasına əsasən 250 manat yatırım edib 2023-cü ilin yanvar ayından hər ay 800 manat gəlir əldə etmək mümkün olmuşdur. Tənzilənin çağırışları ilə ümumilikdə bu oyuna 4000 manat yatırım etmiş və pullarını geri ala bilməmişdir. Əldə etdiyi gəliri çıxmaq şərti ilə ona 4000 manat maddi ziyan dəymişdir. Həmin pulu Tənzilənin səsli mesajları əsasında qrup rəhbərlərinə aid olan kartlara köçürmüş, ödəniş qəbzlərinin surətlərini istintaqa təqdim etmişdir (cild 12, iş vərəqi 222-224). İş üzrə dindirilən Zərərçəkmiş şəxs68 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tanışları vasitəsilə lotereya oyununa pul yatırıb əlavə pul qazanmaq barədə məlumat almışdır. Bunun üçün Tənzilənin təşkil etdiyi «Whatsapp» qrupuna onu əlavə etmişlər. Orada onu 8-ci qrupa əlavə etmişlər və o, həmin qrupda təqdim edilmiş bank hesab kartlarına yartırım etmişdir. Tənzilə ilə canlı ünsiyyətdə olmamış, lotereya oyunları dağıldıqdan sonra və yatırdığı pulları tələb etdikdə Tənziləyə zəng etmiş, lakin Tənzilə zənglərə cavab verməmişdir. Lotereyaya 2022-ci ilin may ayında qoşulmuşdur. O, tanıdığı bir şəxsin oyuna yatırım edib qazanc əldə etdiyini görüb bu oyuna aldanmış və yatırım etmək qərarına gəlmişdir. Buna görə qohum və tanışlarından borc pul alıb Tənzilənin təşkil etdiyi lotereya oyununa yatırım etmək qərarına gəlmişdir. Tənzilə öz səsli ismarıcları ilə iştirakçıları aktiv olmağa və pul yatırmaqla əlavə qazanc əldə etməyə çağırmışdır. Tənzilə həmçinin səsli icmarıclarında bu oyunun batmayacağını, hamı yatırdığı pulu qazancla birlikdə əldə edəcəyini demişdir. Buna görə də o, 2022-ci ilin may ayından 23 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində yaşadığı Kürdəxanı qəsəbəsində ödəmə terminalları və bank kartları vasitəsi ilə göndərmişdir. Həmin köçürmələri iştirakçısı olduğu 8-ci qrupda və digər qruplardan təqdim olunmuş Aynurə, Xanımnaz və Fidan adlı xanımların adına olan bank kartlarına cəmi 5056 manat ödəniş etmişdir. Tənzilənin dələduz vədləri nəticəsində həmin məbləğdə ona maddi ziyan dəymişdir. Onu bu oyuna öz səsli mesajları ilə cəlb edən və etibarından sui-istifadə edən Təqsirləndirilən şəxs olmuşdur. 15 sentyabr 2022-ci il tarixdə artıq ödənişlərin olmayacağını bildirmişlər və qruplar dağıdılmışdır. O, pulunu tələb etsə də, onun pulunu qaytarmamışlar. İş üzrə dindirilən Zərərçəkmiş şəxs72 ifadəsində bildirmişdir ki, tanışlarından lotereya oyununa pul yatırıb əlavə pul qazanmaq barədə məlumat almışdır. Bunun üçün onu Tənzilənin təşkil etdiyi «Whatsapp» qruplarına əlavə etmişlər. Orada bir neçə qrupa onu əlavə etmişlər və o, həmin qrupda təqdim edilmiş bank hesab kartlarına yartırım etmişdir. Lotereyaya 2022-ci ilin may ayının əvvəllərində qoşulmuşdur. Tənzilə öz danışıqları ilə onu şirnikləndirdiyinə görə anasından başqa o da, yığdığı pulları yatırım etmək etmək qərarına gəlmişdir. Tənzilə həmçinin səsli icmarıclarında bu oyunun batmayacağını, hamı yatırdığı pulu qazancla birlikdə əldə edəcəyini demişdir. Həmçinin heç vaxt müflis olmayacağını, əlavə gəlir yerinin də olduğunu demişdir. O, Tənzilənin vədlərinə inanmış və pul yatırıb əldə etdiyi qazancla həyat şəraitini dəyişmək istəmişdir. Sonra xırda məbləğ yatırım etməklə xırda bir qazanc əldə etmişdir. Sonra da Tənzilənin ali təhsilli olduğunu və ərinin də hərbçi olduğunu bilib onu aldatmayacağını düşünmüşdür. Buna görə də, o, 16 iyun 2022-ci il tarixdən 02 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində yaşadığı Abşeron rayonu ərazisindən ödəmə terminalları və bank kartları vasitəsi ilə yatırım etmişdir. Həmin köçürmələri Tənzilənin təqdim etdiyi bank kartlarına etmişdir. Cəmi 7510 manat ödəniş etmişdir. Tənzilənin dələduz vədləri nəticəsində həmin məbləğdə ona maddi ziyan dəymişdir. Onu bu oyuna öz səsli mesajları ilə cəlb edən və etibarından sui-istifadə edən Təqsirləndirilən şəxs olmuşdur. İş üzrə dindirilən Zərərçəkmiş şəxs73 ifadəsində bildirmişdir ki, 2022-ci ilin iyul ayının ortalarında Rəxşəndə adlı tanışı ona Tənzilə adlı qadının onlayn lotereya sistemi yaratdığını, bununla da insanlara asan yollarla pul qazandırdığını demiş, ona da həmin lotereyada iştirak etməyi məsləhət görmüşdür. Onu Təqsirləndirilən şəxs yaratdığı “Giftoflegacy” adlı qrupa əlavə etmişlər. Qrupda təxminən 200 nəfərdən çox iştirakçı olmuş, sonradan qrupdaki insanların sayı çoxalmışdır. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilənin atdığı səsli mesajlara qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də həmin sistemə pul yatırıb qazanc əldə etmək mümkündür. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, bu sistemlə onlarla insan pul qazanmışdır. Həmçinin Tənzilə özü bildirmişdir ki, nə vaxtsa sistem düzgün işləməsə hər kəsin pulunu özü şəxsən qaytaracaqdır. Onu əlavə etdikləri qrupda Rəxşəndə qrup rəhbəri olmuşdur. 2022-ci ilin iyul ayının 27-dən Rəxşəndənin təqdim etdiyi bank kartının hesabına 1500 manat pul göndərmiş, ona vəd olunmuşdur ki, ayın sonunda ona 3000 manat pul veriləcəkdir. O, həmin pulları Bakı şəhəri, Səbail rayonu ərazisindən göndərmişdir. Lakin həmin puldan ona heç nə qaytarılmamışdır. İş üzrə Zərərçəkmiş şəxs74 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2022-ci ilin aprel ayının əvvəllərində Samirə adlı tanışı ona Tənzilə adlı qadının onlayn lotereya sistemi yaratdığını, bununla da insanlara asan yollarla pul qazandırdığını demiş, ona da həmin lotereyada iştirak etməyi məsləhət görmüşdür. Onu Təqsirləndirilən şəxs yaratdığı “Giftoflegacy” adlı qrupa əlavə etmişlər. Qrupda təxminən 200 nəfərdən çox iştirakçı olmuşdur. Lakin sonradan qrupdaki insanların sayı çoxalmışdır. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilənin atdığı səsli mesajlara qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də həmin sistemə pul yatırıb qazanc əldə etmək mümkündür. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, bu sistemlə onlarla insan pul qazanmışdır. Həmçinin Tənzilə özü bildirmişdir ki, nə vaxtsa sistem düzgün işləməsə, hər kəsin pulunu özü şəxsən qaytaracaqdır. Onu 7-ci qrupa əlavə etmişlər. Həmin qrupda Mahiyyət adlı xanım qrup rəhbəri olmuşdur. 25 may 2022-ci il tarixdən 20 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla 3.750 manat pulu Tənzilənin təqdim etdiyi özünün və ailə üzvlərinin hesabına göndərmişdir. Həmin pulları yaşadığı Sabunçu rayonu ərazisində müxtəlif ödəmə terminalları vasitəsilə göndərmişdir. Həmin puldan ona ödəniş olmamışdır. Ödənişlərə dair qəbzlərin surətini istintaqa təqdim etmişdir. İlkin ərizə və izahatında qəbzləri tapa bilmədiyi üçün 1500 manat ziyan dəydiyini qeyd etmiş, lakin hazırda qəbzləri tapdığı üçün ona dəymiş ziyanın 3750 manat olduğunu düz göstərir (cild 13, iş vərəqi 95-98). İş üzrə dindirilən Zərərçəkmiş şəxs75 ifadəsində bildirmişdir ki, 2022-ci ilin aprel ayının əvvəllərində bacısı Zərərçəkmiş şəxs74 ona Tənzilə adlı qadının onlayn lotereya sistemi yaratdığını, bununla da insanlara asan yollarla pul qazandırdığını demiş, ona da həmin lotereyada iştirak etməyi məsləhət görmüşdür. Onu Təqsirləndirilən şəxs yaratdığı qrupa əlavə etmişlər. Qrupda təxminən 200 nəfərdən çox iştirakçı olmuş, sonradan qrupdaki insanların sayı çoxalmışdır. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilənin atdığı səsli mesajlara qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də həmin sistemə pul yatırıb qazanc əldə etmək mümkündür. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, bu sistemlə onlarla insan pul qazanmışdır. Həmçinin Tənzilə özü bildirmişdir ki, nə vaxtsa sistem düzgün işləməsə, hər kəsin pulunu özü şəxsən qaytaracaqdır. Onu 1, 7 və 10-cu qruplara əlavə etmişlər. Lakin o, yatırımları ancaq 7-cu qrupa etmişdir. Həmin qrupun inzibatçısı Mahiyyət xanım olmuşdur. 26 aprel 2022-ci il tarixdən 21 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 12.100 manat pulu Tənzilənin təqdim etdiyi özünün və ailə üzvlərinin bank kartlarına göndərmişdir. Sonuncu göndərdiyi pulu Sabunçu rayonu ərazisindən etmişdir. Tənzilə hər dəfə ona bildirmişdir ki, kartlarda pullar var, lakin kartlar bank tərəfindən bloklandığı üçün həmin pulları nağdlaşdıra bilmir. Yatırım etdiyi puldan ona geri ödəniş olmamışdır. Ödəniş qəbzlərinin surətini istintaqa təqdim etmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs76 ifadəsində bildirmişdir ki, 2022-ci ilin may ayının ortalarında Rəvanə adlı iş yoldaşı ona Tənzilə adlı qadının onlayn lotereya sistemi yaratdığını, bununla da insanlara asan yollarla pul qazandırdığını demiş, ona da həmin lotereyada iştirak etməyi məsləhət görmüşdür. Onu Təqsirləndirilən şəxs yaratdığı “Giftoflegacy” adlı qrupa əlavə etmişlər. Qrupda təxminən 200 nəfərdən çox iştirakçı olmuşdur. Lakin sonradan qrupdaki insanların sayı çoxalmışdır. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilənin atdığı səsli mesajlara qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də həmin sistemə pul yatırıb qazanc əldə etmək mümkündür. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, bu sistemlə onlarla insan pul qazanmışdır. Həmçinin Tənzilə özünü etibarlı tərəfdaş kimi təqdim edərək bildirmişdir ki, nə vaxtsa sistem düzgün işləməsə, hər kəsin pulunu özü şəxsən qaytaracaqdır. Onu 1-ci qrupa əlavə etmişlər. Həmin qrupun inzibatçısı Nisə, Səyyarə və Gülnaz adlı xanımlar olmuşdur. 24 may 2022-ci il tarixdən 2022-ci ilin sentyabr ayının ortalarınadək olan müddət ərzində hissəhissə olmaqla ümumilikdə 8600 manat pulu Tənzilənin və qrup inzibatçılarının təqdim etdiyi bank kartlarına göndərmişdir. Sonuncu göndərdiyi pulu Bakı şəhəri, Sabunçu rayonu ərazisindən etmişdir. Tənzilə tez-tez qruplara səs atmışdır ki, yatırım etmiş şəxslərin pulları qazancı ilə birlikdə qaytarılacaq. İş üzrə dindirilən Zərərçəkmiş şəxs77 ifadəsində bildirmişdir ki, 2022-ci ilin may ayının sonlarında Sevinc adlı tanışı ona ona Tənzilə adlı qadının onlayn lotereya sistemi yaratdığını, bununla da insanlara asan yollarla pul qazandırdığını demiş, ona da həmin lotereyada iştirak etməyi məsləhət görmüşdür. Onu Təqsirləndirilən şəxs yaratdığı qrupa əlavə etmişlər. Qrupda təxminən 200 nəfərdən çox iştirakçı olmuş, sonradan qrupdaki insanların sayı çoxalmışdır. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilənin atdığı səsli mesajlara qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də həmin sistemə pul yatırıb qazanc əldə etmək mümkündür. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, bu sistemlə onlarla insan pul qazanmışdır. Onu 1-ci qrupa əlavə etmişlər. Həmin qrupun inzibatçıları Səyyarə, Nisə və Gülnaz adlı xanımlar olmuşlar. 01 iyun 2022-ci il tarixdən 2022-ci ilin sentyabr ayının ortalarınadək olan müddət ərzində hissəhissə olmaqla ümumilikdə 7.000 manat pulu Tənzilənin və qrup inzibatçılarının təqdim etdiyi bank kartlarına göndərmişdir. Sonuncu göndərdiyi pulu Bakı şəhəri, Suraxanı rayonu ərazisindən etmişdir. Tənzilə hər dəfə ona bildirmişdir ki, kartlarda pullar var, lakin kartlar bank tərəfindən bloklandığı üçün həmin pulları nağdlaşdıra bilmir. Yatırım etdiyi puldan ona geri ödəniş edilməmişdir. İş üzrə dindirilən Zərərçəkmiş şəxs78 ifadəsində bildirmişdir ki, 2022-ci ilin aprel ayının əvvəllərində qonşusu Məsumə adlı xanım ona ona Tənzilə adlı qadının onlayn lotereya sistemi yaratdığını, bununla da insanlara asan yollarla pul qazandırdığını demiş, ona da həmin lotereyada iştirak etməyi məsləhət görmüşdür. Onu Təqsirləndirilən şəxs yaratdığı qrupa əlavə etmişlər. Qrupda təxminən 200 nəfərdən çox iştirakçı olmuşdur. O, bir müddət orada yazılan əvvəlki mesajları oxumuş, Tənzilənin atdığı səsli mesajlara qulaq asmış və onda inam yaranmışdır ki, həqiqətən də həmin sistemə pul yatırıb qazanc əldə etmək mümkündür. Bu qərara gəlməsində əsas səbəb o olmuşdur ki, bu sistemlə onlarla insan pul qazanmışdır. Onu 4-cü qrupa əlavə etmişlər. Həmin qrupun inzibatçısı Xanım adlı qadın olmuşdur. 04 avqust 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 7248 manat pulu Tənzilənin və qrup inzibatçısının təqdim etdiyi bank kartlarına göndərmişdir. Tənzilə hər dəfə ona bildirmişdir ki, kartlarda pullar var, lakin kartlar bank tərəfindən bloklandığı üçün həmin pulları nağdlaşdıra bilmir. Yatırım etdiyi puldan ona 1.000 manat geri qaytarılmış, lakin o, həmin pulu yenidən yatırım etmişdir. Ödəniş etməsi barədə qəbzlərin surətini ifadəsinə əlavə olunması üçün təqdim etmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, Zərərçəkmiş şəxs80 təqdim etdiyi hesab kartından çıxarışa baxış keçirimliş, bu zaman müəyyən edilmişdir ki, ilk hesabdan çıxarış "xxxx"a aid sonu 9416 olan hesab kartının çıxarışıdır. Çıxarışda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində aparılan əməliyyatlar əhatə olunmuşdur. Həmin dövr ərzində hesab kartına 371.282 manat pul vəsaiti mədaxil olunmuş, hesabdan 371.587 manat məxaric olunmuşdur. Baxış zamanı hesabdan pulların nağdlaşdırılması aşkar edilməmiş, pullar köçürmə yolu ilə göndərilmişdir. Zərərçəkmiş şəxs80 təqdim etdiyi ikinci çıxarış isə «Kapiral Bank»a aid sonu 6296 olan hesab kartının çıxarışıdır. Çıxarışda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində aparılan əməliyyatlar əhatə olunmuşdur. Qeyd olunan dövr ərzində hesab kartına 428.375 manat pul vəsaiti mədaxil olunmuş, hesabdan 428.375 manat məxaric olunmuşdur. Baxış zamanı hesabdan pul nağdlaşdırılması müəyyən edilməmiş, pullar köçürmə vasitəsilə göndərilmişdir (cild 2, iş vərəqi 217-250, cild 3, iş vərəqi 1-93). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bank kartlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, ödənişlərin çox hissəsi onun tərəfindən təqdim edilmiş Kapital bank»a aid 4169 7385 3208 9517, 4169 7388 9833 2071, 4169 7385 9985 2039 nömrəli, "xxxx"a aid 4098 5844 6572 3979, 4098 5844 6211 9171 nömrəli və «Rabitə bank»a aid 5261 6333 3623 5206, 4189 8000 8077 3862 nömrəli hesab kartlarına köçürülmüşdür (cild 3, iş vərəqi 155). Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" ASC-dən götürülmüş bank məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən yaradılmış «Whatsapp» qrupuna yatırım etmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən ödəniş üçün verilmiş hesab kartlarından biri də «Rabitə Bank»a aid sonu 5206 nömrə olan hesab kartıdır. Bank tərəfindən verilmiş kartdan görünür ki, həmin kart X43 adına olmuş, bank məlumatları xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edir. Təqdim olunmuş məlumatlardan görünür ki, dövr ərazində karta 140.416 manat pul vəsaiti mədaxil edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin hesabdan ATM vasitəsilə pullar çıxarılmaqla nağdlaşdırılmışdır (cild 7, iş vərəqi 1-28). Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" ASC-dən götürülmüş bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən yaradılmış «Whatsapp» qrupuna yatırım etmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən ödəniş üçün verilmiş hesab kartlarından "xxxx"a aid sonu 9517, sonu 2071 və sonu 2039 nömrəli hesab kartları olmuşdur. Bank tərəfindən daxil olmuş məlumatlardan görünür ki, sonu 2071 olan hesab kartı Təqsirləndirilən şəxs qaynatası X22 məxsus olmuş, bank məlumatlarında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aparılan əməliyyatlar öz əksini tapmışdır. Təqdim olunmuş məlumatlardan görünür ki, dövr ərazində hesab kartına köçürmə yolu ilə müxtəlif məbləğlərdə pullar mədaxil olunmuşdur. Köçürmə yolu ilə Zərərçəkmiş şəxs80, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs21 hesab kartlarından köçürmə yolu ilə hesaba müxtəlif məbləğlərdə pul köçürmələri edilmişdir. Həmçinin, ödəmə terminalları vasitəsilə də hesaba müxtəlif məbləğlərdə pulların köçürülməsi faktı aşkar edilmişdir. Həmçinin məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan zərərçəkmiş şəxslərə müəyyən məbləğlərdə pul köçürmələri edilmişdir. Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, həmin hesab kartından 3 dəfə ATM terminalı vasitəsilə pulların nağdlaşdırılması həyata keçirilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" ASC-dən daxil olmuş bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən yaradılmış «Whatsapp» qrupuna yatırım etmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən ödəniş üçün verilmiş hesab kartlarından "xxxx"a aid olan sonu 2039 nömrəli hesab kartı olmuşdur. Bank tərəfindən verilmiş məlumatlardan görünür ki, sonu 2039 olan hesab kartı X10 məxsus olmuş, təqdim olunmuş məlumatlara əsasən, dövr ərazində hesab kartına köçürmə yolu ilə müxtəlif məbləğlərdə pullar mədaxil olunmuşdur. Köçürmə yolu ilə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs5 hesab kartlarından köçürmə yolu ilə hesaba müxtəlif məbləğlərdə pul köçürmələri edilmişdir. Həmçinin ödəmə terminalları vasitəsilə hesaba müxtəlif məbləğlərdə pulların köçürülməsi faktı müəyyən edilmişdir. Həmçinin məlumatlara baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən də qeyd olunan zərərçəkmiş şəxslərə müəyyən məbləğlərdə pul köçürmələri edilmişdir. Bundan başqa bank məlumatlarına baxış zamanı müəyyən edilmişdir ki, hesab kartından ATM terminalı vasitəsilə 22.343 manat pul nağdlaşdıılmışdır. Həmçinin müəyyən edilmişdir ki, qeyd olunan hesab kartı faktiki olaraq Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" ASC-dən daxil olmuş bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən yaradılmış «Whatsapp» qrupuna yatırım etmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən ödəniş üçün verilmiş hesab kartlarından "xxxx"a aid sonu 9517 nömrəli hesab kartı olmuşdur. Bank tərəfindən verilmiş məlumatlara görə, sonu 9517 olan hesab kartı Təqsirləndirilən şəxs məxsus olmuşdur. Təqdim olunmuş məlumatlardan görünür ki, dövr ərazində hesab kartına köçürmə yolu ilə müxtəlif məbləğlərdə pullar mədaxil olunmuş, zərərçəkmiş şəxslərin hesab kartlarından köçürmə yolu ilə hesaba müxtəlif məbləğlərdə pul köçürmələrinin aparılması müəyyən edilmişdir. Həmçinin ödəmə terminalları vasitəsilə də hesaba müxtəlif məbləğlərdə pulların köçürülməsi faktı müəyyən olunmuşdur. Məlumatlara baxış zamanı müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs tərəfindən də qeyd olunan zərərçəkmiş şəxslərə müəyyən məbləğlərdə pul köçürmələri edilmişdir. Bundan başqa bank məlumatlarına baxış zamanı müəyyən edilmişdir ki, hesab kartından terminal vasitəsilə 71.381 manat pul nağdlaşdırılmışdır (cild 11, iş vərəqi 66-113, 122-123). Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" ASC-dən daxil olmuş bank məlumatlarına baxış keçirilərkən müəyyən dilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən yaradılmış «Whatsapp» qrupuna yatırım etmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən ödəniş üçün verilmiş hesab kartlarından biri də «Rabitə Bank»a aid sonu 3862 nömrəli hesab kartı olmuşdur. Bank tərəfindən verilmiş məlumata görə, həmin kart X19 adına olmuş, bank məlumatları xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə etmişdir. Təqdim olunmuş məlumatlardan görünür ki, dövr ərzində hesab kartına 86.499 manat pul mədaxil edilmişdir. Həmçinin həmin hesabdan ATM vasitəsilə pullar çıxarılaraq nağdlaşdırılması da müəyyən olunmuşdur (cild 11, iş vərəqi 114-121, 124). Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" ASC-dən daxil olmuş bank məlumatlarına baxış keçirilərkən müəyyən edilmişdir ki, məlumatlar olan hesab kartı X6 adına olmuş, məlumatlar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə etmişdir. Təqdim olunmuş məlumatlardan görünür ki, dövr ərazində hesab kartına 28.265 manat mədaxil olunmuşdur. Pul göndərən şəxslər arasında iş üzrə zərəçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 olmuşdur. Dövr ərzində hesab kartından 64.174 manat məxaric edilmişdir. İkinci fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, məlumatlar olan hesab kartı X28 adınadır və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edir. Təqdim olunmuş məlumatlardan görünür ki, dövr ərazində hesab kartına 44.291 manat mədaxil edilmişdir. Pul göndərən şəxslər arasında iş üzrə zərəçəkmiş şəxs qismində tanınmış X37, Zərərçəkmiş şəxs72, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, X29 olmuşlar. Dövr ərzində hesab kartından 64.799 manat məxaric edilmiş, həmin məbləğin 13.300 manatı ATM terminalı vasitəsi ilə nağdlaşdırılmışdır (cild 8, iş vərəqi 1-3). İbtidai istintaq zamanı ayrı-ayrı zərərçəkmiş şəxslər tərəfindən Təqsirləndirilən şəxs aid səs yazıları təqdim edilmişdir. Həmin səs yazıları Təqsirləndirilən şəxs qruplara göndərdiyi səsli ismarıclar olmuşdur. Həmin səslərdən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir zərərçəkmiş şəxsin şikayət edəcəyi təqdirdə pullarının batacağını, ödənişlərin hissə-hissə olsa da, qaytaracağını bildirir (cild 3, iş vərəqi 146). İbtidai istintaq orqanının 17 iyul 2023-cü il tarixli qərarına əsasən zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin ifadələrinə əlavə etdikləri ödəniş qəbzlərinin surətləri iş üzrə sübut növü kimi, həmçinin zərərçəkmiş şəxs M.Şərifovun təqdim etdiyi kriptovalyuta ticarətindən əldə etdikləri gəlir hesabına varlanmalarına dair Təqsirləndirilən şəxs qruplara atdığı səsli ismarıclar olan 3 ədəd SD disk, banklardan daxil olmuş cədvəlşəkilli bank məlumatları və 2 ədəd SD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Elektron Məhkəmə Portalından əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmuş, hazırda boşanmışdır, himayəsində üç övladı vardır, onlardan ikisi azyaşlı, biri isə yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 7, iş vərəqi 63). Məhkəmə iclasında təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünün bu işdən cəmi 48.750 manat pul çıxartdığını, ibtidai istintaq zamanı nə olmuşdursa, onu da dediyini və həmin ifadəsini təsdiq etdiyini, özü bu oyuna girəndə artıq masaların mövcud olduğunu, onu bu oyuna Günel adlı şəxsin dəvət etdiyini, sonralar bunun qumar oyunu olduğunu bildiyini, onun özünün bu oyuna 3-4 nəfəri dəvət etdyini, həmin qadınların Bilqeys, Xanım və Həcər adlı şəxslər olduqlarını, oyunda 11 qrup mövcud olduğunu, hər qrupun da öz rəhbərinin olduğunu, 48.224 manat pul çıxardığını, 35.000 manatı isə qrup rəhbərinə qaytardığını, ümumiyyətlə, bu oyunda 200-300 nəfərin iştirak etdiyini, onu bu oyuna dəvət edən şəxsin həmin oyunun yardımlaşma olduğunu dediyini bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş kimi tanınmış 81 nəfər şəxsə qarşı vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xüsusilə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətləri törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə, üzləşdirmə protokolları ilə, zərərçəkmiş şəxsin istintaq orqanına təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus səs yazıları ilə, məhkəmə qərarları əsasında "xxxx", "xxxx" və "xxxx" ASC-dən daxil olmuş bank məlumatlarına baxış keçirilməsi haqqında protokollarla, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bank kartlarına baxış keçirilməsi haqqında protokolla, maddi sübutlarla və çoxsaylı digər sübutlarla tam təsdiq olunur. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri obyektiv həqiqətə uyğun sübutlar kimi qəbul edir, məhkəmədə gətirdiyi dəlilləri onun öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxsnun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşaqların olması, həmin Məcəllənin 59.1.14-cü maddəsinə uyğun olaraq, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxsnun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsə münasibətdə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 23 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Hazırkı iş üzrə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs50, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs49 Şahhüseyn qızı, Zərərçəkmiş şəxs51, X38 və Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs qarşı onlara vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə mülki iddialar qaldırmışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2 və 179.3-cü maddələrinin tələblərinə görə, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. "Məhkəmə hökmü haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 65-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. Zərərşəkmiş şəxslər tərəfindən qaldırılmış mülki iddialarla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxsnun zərərçəkmiş şəxslərə vahid nyyətlə xüsusilə külli miqdarda maddi ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayətini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsinin forma və məzmunundan bəhs edən Azərbaycan Respublikası MPMnin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxsnun cinayət əməli nəticəsində mülki iddia qaldırmış zərərçəkmiş şəxslərə iddia məbləği həcmində maddi ziyan vurulmuş və həmin şəxslər cinayət işinə məhkəmə baxışı mərhələsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki iddia qaldırmışlır. Bu səbəbdən iş üzrə zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs50, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs49 Şahhüseyn qızının, Zərərçəkmiş şəxs51, X23 və Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiaları tam təmin edilməli, həmin mülki iddialarla bağlı tutulmalar aşağıdakı qaydada aparılmalıdır: - vurulmuş maddi ziyana görə 28.000 (iyirmi səkkiz min) manat, dövlət rüsumu kimi ödənilmiş 174 (yüz yetmiş dörd) manat, ümumilikdə 28.174 (iyirmi səkkiz min yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs50 ödənilməli; - vurulmuş maddi ziyana görə 25.338 (iyirmi beş min üç yüz otuz səkkiz) manat, dövlət rüsumu kimi ödənilmiş 166 (yüz altmış altı) manat, ümumilikdə 25.504 (iyirmi beş min beş yüz dörd) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs32 ödənilməli; - vurulmuş maddi ziyana görə 50.000 (əlli min) manat, dövlət rüsumu kimi ödənilmiş 240 (iki yüz qırx) manat, ümumilikdə 50.240 (əlli min iki yüz qırx) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs30 ödənilməli; - vurulmuş maddi ziyana görə 6.280 (altı min iki yüz səksən) manat, dövlət rüsumu kimi ödənilmiş 90 (doxsan) manat, ümumilikdə 6.370 (altı min üç yüz yetmiş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs49 Şahhüseyn qızına ödənilməli; - vurulmuş maddi ziyana görə 27.000 (iyirmi yeddi min) manat, dövlət rüsumu kimi ödənilmiş 171 (yüz yetmiş bir) manat, ümumilikdə 27.171 (iyirmi yeddi min yüz yetmiş bir) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs51 ödənilməli; - vurulmuş maddi ziyana görə 7.510 (yeddi min beş yüz on) manat, dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat, ümumilikdə 7.610 (yeddi min altı yüz on) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) X30 ödənilməli; - vurulmuş maddi ziyana görə 65.000 (altmış beş min) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs6 ödənilməlidir. Həmçinin, iş üzrə maddi ziyanları ödənilməmiş qalan zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs qruplara atdığı səsli ismarıclar olan 3 ədəd CD disk, banklardan daxil olmuş cədvəlşəkilli bank məlumatları və 2 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti alına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın başlanğıcı hökmün çıxarıldığı 23 aprel 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs50, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs49 Şahhüseyn qızının, Zərərçəkmiş şəxs51, X23 və Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiaları tam təmin edilsin. Həmin mülki iddialarla bağlı tutulmalar aşağıdakı qaydada aparılsın: - vurulmuş maddi ziyana görə 28.000 (iyirmi səkkiz min) manat, dövlət rüsumu kimi ödənilmiş 174 (yüz yetmiş dörd) manat, ümumilikdə 28.174 (iyirmi səkkiz min yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs50 ödənilsin; - vurulmuş maddi ziyana görə 25.338 (iyirmi beş min üç yüz otuz səkkiz) manat, dövlət rüsumu kimi ödənilmiş 166 (yüz altmış altı) manat, ümumilikdə 25.504 (iyirmi beş min beş yüz dörd) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs32 ödənilsin; - vurulmuş maddi ziyana görə 50.000 (əlli min) manat, dövlət rüsumu kimi ödənilmiş 240 (iki yüz qırx) manat, ümumilikdə 50.240 (əlli min iki yüz qırx) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs30 ödənilsin; - vurulmuş maddi ziyana görə 6.280 (altı min iki yüz səksən) manat, dövlət rüsumu kimi ödənilmiş 90 (doxsan) manat, ümumilikdə 6.370 (altı min üç yüz yetmiş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs49 Şahhüseyn qızına ödənilsin; - vurulmuş maddi ziyana görə 27.000 (iyirmi yeddi min) manat, dövlət rüsumu kimi ödənilmiş 171 (yüz yetmiş bir) manat, ümumilikdə 27.171 (iyirmi yeddi min yüz yetmiş bir) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs51 ödənilsin; - vurulmuş maddi ziyana görə 7.510 (yeddi min beş yüz on) manat, dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat, ümumilikdə 7.610 (yeddi min altı yüz on) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) X30 ödənilsin; - vurulmuş maddi ziyana görə 65.000 (altmış beş min) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs6 ödənilsin. Cinayət işi üzrə digər zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunsun. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs qruplara atdığı səsli ismarıclar olan 3 ədəd CD disk, banklardan daxil olmuş cədvəlşəkilli bank məlumatları və 2 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-105/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-105/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver