Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1050/2020 29.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X2 və ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə « 29 » oktyabr 2020-ci il Bakı şəhərində xx xxxxx 1977-ci ildə Lənkəran rayonu, Veravul kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Veravul kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan Rza adlı şəxsdən naməlum şəraitdə və vaxtda külli miqdarda ümumi təmiz çəkisi 5012,898 qram bitki mənşəli narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda ümumi təmiz çəkisi 3,572 qram olan ağ kristallik maddə formasında olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin əldə edib satışını həyata keçirmək üçün bükümlərə bölərək üzərində daşıması və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində saxlaması barədə daxil olmuş məlumata əsasən Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində Səbail rayonu, “Sahil” metrostansiyanın yaxınlığında saxlanılıb Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın arxa bel hissəsində və sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükülüdə təmiz çəkisi 0,429 qram, bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,266 qram, bir ədəd qırmızı rəngli kağız bükülüdə təmiz çəkis 0,754 qram, 03 (üç) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkilər- 0,340 qram, 0,288 qram və 0,294 qram, bir ədəd papirosun içərisində təmiz çəkisi 0,527 qram olan ümumi çəkisi 2,898 qram çəkidə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və on iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,039 qram, 0,031 qram, 0,060 qram,0,003 qram,0,045 qram,0,057 qram,0,840 qram,0,409 qram, 0,379 qram, 0,416 qram, 0,346 qram, 0,947 qram ümumilikdə təmiz çəkisi 3,572 qram olan ağ kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüş, eləcə də əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin günü saat 05 radələrində onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən ünvansız iki otaqlı fərdi yaşayış evində axtarış zamanı onun yatdığı çarpayının üzərindəki döşəyin baş hissəsində 1 ədəd “Xiomi Light A2” markalı mobil telefon qutusunun içərisində üzərində cüzi miqdarda narkotik vasitə marixuana hissəcikləri olan tərəzi və sellofan bükümdə təmiz çəkisi-14,050 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, evin digər otağında 01 ədəd tünd göy rəngli polietilen bağlamanın içərisində təmiz çəkisi 3200 qram (3 kq 200 qram) və digər rəngli polietilen bağlamadakı sellofan bağlamanın içərisində təmiz çəkisi- 1695 qram (1 kq 695 qram) və otaqda divanın altından 21 ədəd kibrit qutularında ümumi təmiz çəkisi-100,95 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələr olan marixuana və metanfetamini çəkmək yolu ilə qəbul edir. O, narkotik vasitəni Astara rayonunda, İran İslam respublikası vətəndaşı Rza adlı şəxsdən alırdı. O, əldə etdiyi narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu, X3, yaşadığı evdə yataq otağında saxlayırdı. xx xxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində Səbail rayonu, “Sahil” metrosunun yaxınlığında gəzərkən polis işçiləri ona yaxınlaşmış, onu Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə dəvət etmişlər. O, da onlarla razılaşıb həmin polis bölməsinə getmişdir. Orada hüquqlarının müdafiə olunması üçün vəkil Səyyarə Əliyeva dəvət olunmuşdur. Sonra onun iştirakı ilə video çəkilişlə üzərində axtarış keçirilmişdir. O, üzərində narkotik vasitə olan marixuana və metamfetamin olduğunu bildirmişdir. O, əynində olan şalvarın sağ yan cibində çəhrayı selofan torabnın içərisində olan siqaret kağızına bükülmüş 07 büküm narkotik vasitə olan metamfetamin və 06 büküm marixuana, şalvarının arxa hissəsində narıncı rəngli plastik qabın içərisində 01 ədəd kağıza bükülmüş marixuana, şalvarının arxa hissəsində 05 ədəd selofana bükülmüş metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim edərək istifadə etmək üçün aldığını bildirmişdir. Sonra bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Sonra o, polis işçilərinə kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində olan evində də narkotik vasitə olan marixuananın olduğunu söyləmişdir. O, polis əməkdaşları ilə birlikdə kirayə yaşadığı evinə getmişlər, onun və arvadı Elnurənin razılığı ilə evə baxış zamanı orada yataq otağında olan çarpayının baş hissəsində döşəyin altında olan 01 ədəd “XİOMİ Light A2” markalı mobil telefon qutusunun içərisində olan elektron tərəzi və qurudulmuş marixuana, digər otaqda əşyalar olan yerdə paltarların arasından üzərinə “EFFALANGE ROSE” yazısı həkk olunmuş 01 ədəd selofan torba, həmin otağın sol küncündə üzərində “MƏLƏK ANGEL” yazısı həkk olunmuş 01 ədəd göy rəngli sellofan torba və divanın alt hissəsində 21 ədəd kibrit qutusu aşkar edilmişdir. Yatdığı çarpayının baş hissəsindən götürülmüş “XİOMİ Light A2” markalı mobil telefon qutusunun içərisində olan elektron tərəzi və qurudulmuş marixuananın ona məxsus olduğunu , lakin digər otaqdan götürülmüş üzərinə “EFFALANGE ROSE” yazısı həkk olunmuş 01 ədəd sellofanda olan “gilə mirzə” adlı bitki olduğunu və üzərində “MƏLƏK ANGEL” yazısı olan 01 ədəd göy rəngli sellofan torba və divanın alt hissəsində olan 21 ədəd kibrit qutusunun ona məxsus olmadığını bildirmişdir. Sonra bu barədə protokol tərtib edilmişdir, o, da digər iştirakçılar kimi protokola imza etmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən də olsa etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin təhqiqatçısı vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə məlumata əsasən Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsində M.Hüsynovu şübhəli şəxs qismində tutmuşdur, Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və hüquqlarının müdafiəsi üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən içərisində narkotik vasitəyə oxşar maddə olan 5 ədəd qara rəngli siqaret falqasına bükülmüş büküm, içərisində narkotik vasitəyə oxşar maddə olan 2 ədəd boz rəngli siqaret falqasına bükülmüş büküm, içərisində narkotik vasitəyə oxşar maddə olan 6 ədəd büküm, içərisində narkotik vasitəyə oxşar maddə olan 1 ədəd kağıza bükülmüş büküm, əynindəki şalvarın arxa bel hissəsindən içərisində narkotik vasitəyə oxşar maddə olan 5 ədəd sellofan bükümün yerləşdirildiyi 1 ədəd narıncı rəngli qab, əynindəki şalvarın sol yan cibindən içərisində 2 ədəd alışqan və 1 ədəd üzərində “Sobranıe” yazısı həkk olunmuş siqaret olan 1 ədəd üzərində “Sobranıe” yazısı olan siqaret qutusu aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 12 ədəd bükümün içərisində narkotik vasitə olan “Metanfitamin”, 7 ədəd kağız bükümlərin içərisində isə narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs əlavə olaraq müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, “Köhnə sovetski” adlanan küçədə yerləşən mənzilində narkotik vasitə olan qurudulmuş marixuananın olmasını bildirmışdır. Sonra bu barədə protokol tərib etmiş, iştirakçılar protokola imza etmişlər. Bundan sonra, həmin günü saat 05 radələrində Səbail Rayon Polis İdarəsinin polis əməkdaşları Təqsirləndirilən şəxs və onun müdafiəçisi Səyyarə Əliyeva ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, X3 yerləşən evinə getmişlər. Evin sahibəsi Muradın arvadı Elnurə Qurbanovanın razılığı ilə mənzildə axtarış keçirmək üçün mənzələ daxil olmuşlar mənzil 2 otaqdan ibarət olması müəyyən olundu. Mənzilin sağ hissəsində yerləşən yataq otağında olan Muradın yatdığı yatağın üzərindəki döşəyin baş hissəsinin altından 01 ədəd Xiomi Light A 02 markalı mobil telefon qutusunun içərisində 01 ədəd elektron tərəzi, yaşıl rəngli narkotik vasitəyə bənzər kütlə, mənzilin digər otağına keçirilən baxış zamanı isə otağın sağ küncündə yerləşən paltarların və digər əşyaların arasında içərisində narkotik vasitəyə oxşar kütlə olan üzərində “Effalange Rose” yazısı həkk olunmuş 01 ədəd sellofan, həmin otağın sol küncündə olan əşyaların arasında içərisində narkotik vasitəyə oxşar kütlələr olan üzərində “Mələk Angel” yazıları həkk olunmuş göy rəngli 01 ədəd sellofan, həmin otaqda yerləşən açıq qəhvəyi rəngli divanının altından içərisində narkotik vasitəyə oxşar kütlələr olan 21 ədəd kibrit qutusu aşkar olunaraq götürülmüşdür. Götürülmüş narkotik vasitələrə oxşar kütlələr qablaşdırılaraq möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılara oxunmuş, bütün iştirakçılar kimi o, da protokola imza edərək doğru olduğunu imzası ilə təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid5, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 7/96 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs... "yazısı və imzalar olan 01 (bir) ədəd tünd göy rəngli polietilendakı digər polietilen bağlamanın içərisində təmiz çəkisi-3200 qram(3kq200qram), olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs... ” yazısı və imzalar olan 01 (bir) ədəd rəngli polietilen bağlamadakı sellofan bağlamanın içərisində təmiz çəkisi- 1695qram(1kq 695 qram), olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs... ” yazısı və imzalar olan bir ədəd kağız paketdəki sellofan bağlamada 21 (iyirmi bir) ədəd kibrit qutularında ümumi çəkisi-100,95qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs... ” yazısı və imzalar olan bir ədəd kağız paketdəki karton qutunun içərisində 01 (bir)sellofan bükümdə təmiz çəkisi-14,050qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi- 5010 qramdır. Bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda narkotik vasitə marixuananın hissəcikləri vardır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/294 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №166” dairəvi möhür əksi olan və imzalar qeyd edilmiş zərfdə on iki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,039 qram, 0,031 qram, 0,060 qram, 0,003 qram, 0,045 qram, 0,057 qram, 0,840 qram, 0,409 qram, 0,379 qram, 0,416 qram, 0,346 qram, 0,947 qram .ümumilikdə təmiz çəkisi 3,572 qram olan ağ kristallik maddə formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 7/97 №-li rəyindən görünür ki, “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim olunmuş zərfdə bir ədəd qızılı rəngli kağız bükülüdə təmiz çəkisi 0,429 qram, bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,266qram, bir ədəd qırmızı rəngli kağız bükülüdə təmiz çəkisi 0,754qram, 03 (üç) ədəd. kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1)0,340qram, 2)0,288qram və 3)0,294qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 2,371 qramdır. Tədqiqata təqdim olunmuş zərfdə bir ədəd papirosun içərisində tütün hissəcikləri və təmiz çəkisi 0,527 qram olan bitki hissəcikləri narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.” Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1640 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ÇƏTƏNƏ bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Əlavə məhkəmə bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 7/332 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/1100 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65“ dairəvi möhür əksləri olan MEM-ə məxsus bir ədəd kağız paketə qablaşdırılmış bir ədəd zərfin içərisində on iki ədəd bükümdə ümumilikdə təmiz çəkisi 3,522 qram olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarını da nəzərə alır. Belə ki, həmin Qərarın 14-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi narkotik vasitənin satışı ilə məşğul olmadığı barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İş üzrə maddi sübutlar- Bakı şəhəri Səbail rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5008,8 qram qurudulmuş marixuana, 3,472 qram psixotrop maddə-metamfetamin və 01 ədəd elektron tərəzi müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri 358 manat 64 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5008,8 qram qurudulmuş marixuana, 3,472 qram psixotrop maddə-metamfetaminvə 01 ədəd elektron tərəzi müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərcləri 358 manat 64 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-1050/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1050/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver