Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1050/2021 22.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Yaşayış Massivi, ev 125, mənzil 127-də qeydiyyatda olan və hazırda həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli şəkildə talayaraq zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birgə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 46A saylı evin 35 nömrəli mənzilinin giriş qapısının ehtiyat açarını əvvəlcədən əldə edib mənzil sahibinin evdə olmadığından istifadə edərək mənzilin giriş qapısını açıb qanunsuz daxil olmaqla, oradan ilk olaraq 2018-ci ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri 850 manat təşkil edən brilliant qaşı olan 1 (bir) cüt qızıl sırğanın əvvəlcə bir tayını, eyni vahid niyyətlə 2016-cı ilin yanvar ayının əvvəllərində isə həmin qızıl sırğanın digər tayını, daha sonra eyni vahid niyyətlə mənzil sahibinin evdə olmadığından istifadə edib 2016-cı ilin mart ayının sonlarında eyni üsulla həmin mənzilə qanunsuz daxil olub Zərərçəkmiş şəxs2 məxsus dəyəri 400 manat təşkil edən brilliant qaşı olan 1 (bir) ədəd qızıl üzüyü, yenə də vahid niyyətlə mənzil sahibinin evdə olmadığından istifadə edib 2016cı ilin iyul ayının sonlarında eyni üsulla mənzilə qanunsuz daxil olub Zərərçəkmiş şəxs2 məxsus dəyəri 800 manat təşkil edən 1 (bir) cüt qızıl sırğanı, yenidən vahid niyyətlə mənzil sahibinin evdə olmadığından istifadə edib 2016-cı ilin sentyabr ayında eyni üsulla mənzilə qanunsuz daxil olub Zərərçəkmiş şəxs1 məxsus 40.000 manat məbləğində nağd pul vəsaitini, yenə də vahid niyyətlə 2017-ci ilin aprel ayında eyni üsulla mənzilə qanunsuz daxil olub Zərərçəkmiş şəxs2 məxsus dəyəri 700 manat təşkil edən 1 (bir) ədəd qızıl qolbağı, yenidən vahid niyyətlə mənzil sahibinin evdə olmadığından istifadə edib 2017-ci ilin ilin sentyabr ayının ortalarında eyni üsulla mənzilə qanunsuz daxil olub Zərərçəkmiş şəxs2 məxsus dəyəri 400 manat təşkil edən 1 (bir) ədəd qızıl üzüyü, bir daha vahid niyyətlə mənzil sahibinin evdə olmadığından istifadə edib 09 yanvar 2018-ci il tarixdən 16 yanvar 2018-ci il tarixədək olan müddət ərzində eyni üsulla mənzilə qanunsuz daxil olub Zərərçəkmiş şəxs2 məxsus həmin dövrün məzənnəsi ilə 340 manat təşkil edən 200 ABŞ dolları məbləğində nağd pul vəsaitini, yenidən vahid niyyətlə mənzil sahibinin evdə olmadığından istifadə edib 2018-ci ilin aprel ayında eyni üsulla mənzilə qanunsuz daxil olub Zərərçəkmiş şəxs2 məxsus həmin dövrün məzənnəsi ilə 11.900 manat təşkil edən 7.000 ABŞ dolları dəyərində 1 (bir) cüt brilliant qaşlarla bəzədilmiş 1 (bir) ədəd qızıl sırğa, 1 (bir) ədəd üzük, 1 (bir) ədəd qızıl qolbaq və 1 (bir) ədəd qızıl boyunbağıdan ibarət brilliant komplekti, bir daha vahid niyyətlə mənzil sahibinin evdə olmadığından istifadə edib 2018-ci ilin aprel ayından 2018-ci ilin avqust ayının əvvəllərinədək olan müddətdə eyni üsulla mənzilə qanunsuz daxil olub Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus dəyəri 2.000 manat təşkil edən antik qızıl onluğu, dəyəri 1.000 manat təşkil edən antik qızıl beşliyi, həmin dövrün məzənnəsi ilə 5.100 manat təşkil edən 3.000 ABŞ dolları dəyərində brilliant qaşlarla bəzədilmiş 1 (bir) cüt qızıl sırğa və brilliyant qaşlarla bəzədilmiş 1 (bir) ədəd qızıl üzükdən ibarət brilliant komplekti, hər birinin dəyəri 100 manat olmaqla, ümumi dəyəri 200 manat təşkil edən və üzərində gözmuncuğu olan ümumi sayı 2 (iki) ədəd olan qızıl sancağı, dəyəri 1.000 manat təşkil edən “Emporio Armani” markalı keramik materialdan hazırlanmış 1 (bir) ədəd kişi qol saatını, həmin dövrün məzənnəsi ilə 3.400 manat təşkil edən 2.000 ABŞ dolları və 2.000 manat məbləğində nağd pul vəsaitini, yenə də vahid niyyətlə mənzil sahibinin evdə olmadığından istifadə edib 2018-ci ilin avqust ayının əvvəllərində eyni üsulla mənzilə qanunsuz daxil olub Zərərçəkmiş şəxs1 məxsus həmin dövrün məzənnəsi ilə 680 manat təşkil edən 400 ABŞ dollar dəyərində «Wİ-Fl» dəstəkləyən “Samsung” markalı 1 (bir) ədəd fotokameranı və 7.080 manat məbləğində nağd pul vəsaitini, bir daha vahid niyyətlə mənzil sahibinin evdə olmadığından istifadə edib 2018-ci ilin avqust ayının 18-dən həmin ilin avqust ayının 19-dək olan müddət ərzində eyni üsulla mənzilə qanunsuz daxil olub Zərərçəkmiş şəxs2 məxsus dəyəri 100 manat təşkil edən Ukrayna istehsalı «Çayka» modelli 1 (bir) ədəd qadın qol saatını və Zərərçəkmiş şəxs1 məxsus dəyəri 1.500 manat təşkil edən ağ qızıldan (platinium) ibarət, içərisində latınca «etquoque etiam transeat», üzərində isə latınca «omnia transeunt» sözləri yazılmış 1 (bir) ədəd üzüyü gizli şəkildə talamaqla, 2018-ci ilin dekabr ayının ortalarından 2018-ci ilin avqust ayının 19-dək olan müddət ərzində zərərçəkmiş şəxslərə ümumilikdə 79.450 manat məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 12 iyul 2021-ci il tarixli məhkəmə qərarına əsasən mülki iddia ərizəsi icraata qəbul edilmiş və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Mülki iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs oğurluq cinayətini törədərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmuş və buna görə də Zərərçəkmiş şəxs1 55.660 manat, Zərərçəkmiş şəxs2 isə 23.790 manat məbləğində pulun öz xeyrinə, ümumilikdə 79.450 manat məbləğində maddi ziyanın, eyni zamanda 50.000 manat məbləğində mənəvi ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rusumunun Təqsirləndirilən şəxs tutulmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilərək və mülki iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxslərin evinə oğurluq məqsədilə girməmişdir. Samirəgil hər zaman harasa və yaxud da ki, rayona getdikdə mənzilinin açarını onların evində qoymuşlar. O, Samirənin mənzilinə bir dəfə qanunsuz daxil olaraq oradan 1 (bir) cüt göz linzası götürmüşdür. Linzanın qiyməti təxminən 25-30 manat olmuşdur. O, 2018-ci ildə orta məktəbi bitirmişdir. Tədris ilinin sonu olduğundan o, məktəbdə son zəngə hazırlaşmışdır. Samirə xanım hər zaman gözəl paltarlar geyinmişdir. O da Zərərçəkmiş şəxs2 mənzilinə ona görə girmişdir ki, Samirə xanımın geyindiyi paltarları öz üzərində yoxlasın. O, Samirə xanımı özünə yaxın bildiyi üçün belə bir hərəkət etmişdir. Samirə xanım bəzən özü də ona təklif etmişdir ki, “gəl mənim paltarlarımı geyin, gör sənin əynində necə görsənir, lazım olarsa son zəngə geyinərsən”. O, Samirə xanımın mənzilindən cəmi 1 (bir) cüt linza götürmüşdür. O, Samirə xanımın mənzilindən qızıl üzük, sırğa, qol saatı, nağd pul götürməmişdir. O, ancaq 1 (bir) cüt göz üçün istifadə edilən linza götürmüşdür. O, Samirə xanıma “Votsap” mobil tətbiq etmə vasitəsilə “Məni bağışla, üzr istəyirəm” məzmunlu mesajı ona görə göndərmişdir ki, hadisənin təsirindən qorxmuşdur. Halbuki o, Samirə xanımın mənzilindən hər hansı bir qızıl-zinət əşyaları və onların pul vəsaitini götürməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi, mülki iddianı qəbul etməməsi və zərərçəkmiş şəxslərin mənzilindən yalnız 1 (bir) cüt göz üçün istifadə edilən linzanı götürməsi ilə bağlı verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən, eləcə də mülki məsuliyyətdən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs atası Tahir onlarla qonşu olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmədə təsdiq edərək ittiham aktında onların mənzilindən oğurlanmış qızıl-zinət əşyalarının və digər predmetlərin dəyərinin, sayının və məbləğinin düzgün göstərildiyini bildirmişdir. Onlara vurulmuş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, 2015-ci yay aylarında yaşadığı ünvan 1 ünvanında özünə məxsus pulların sayının azaldığını müəyyən etmişdir. Belə ki, o, adəti üzrə sahibkarlıq fəaliyyətindən əldə etdiyi gündəlik qazancını yaşadığı mənzildəki yataq otağında olan dolabın üst rəfinə qoymuşdur. Ancaq 2015-ci ilin yay aylarından başlayaraq o, pulları hər dəfə dolabdan götürdüyü zaman pulu qoyarkən saydığı məbləğdən daha az məbləğdə olduğunu müəyyən etmişdir. Lakin kəsir məbləğlər 50-100-200 manat civarında dəyişdiyindən o, pulların hesabını aparanda səhvə yol verdiyini düşünmüşdür. Bir müddətdən sonra, yəni 2015-ci ilin dekabr ayının ortalarında onun arvadı Zərərçəkmiş şəxs2 məxsus brilyant qaşı olan qızıl sırğanın bir tayı yoxa çıxmışdır. Onlar sırğanın tayını axtarsalar da tapa bilməmişlər. Sırğanın digər tayı evdə olduğundan onlar düşünmüşlər ki, ola bilsin itən tayı Zərərçəkmiş şəxs2 qulağından açılıb düşmüşdür. Ancaq qısa müddətdən sonra, yəni 2016-cı ilin yanvar ayının əvvəllərində həmin qızıl sırğanın digər tayı da yoxa çıxmışdır. Onlar sırğanın yoxa çıxan ikinci tayını da tapa bilməmişlər. Həmin sırğanın oğurlanması ehtimalı qətiyyən onların ağlına gəlməmişdir. Həmin qızıl sırğanın dəyəri 850 manat olmuşdur. 2016-cı ilin mart ayının sonlarında onun arvadının brilyant qaşı olan qızıl üzüyünün yoxa çıxdığı məlum olmuşdur. Onlar həmin üzüyü də çox axtarsalar da, tapa bilməmişlər. Yaxın müddət ərzində 2 (iki) ədəd qızıl əşyanın itməsi onlara pis təsir etmişdir. Lakin onlar həmin qızıl əşyaların oğurlana bilməsini yenə də güman etməmişlər. Həmin qızıl üzüyün dəyəri 400 manat olmuşdur. Daha sonra 2016-cı ilin iyul ayının sonlarında onun arvadına məxsus digər qızıl sırğa yoxa çıxmış və onlar yoxa çıxan digər qızıl əşyalar kimi həmin sırğanı da tapa bilməmişlər. Həmin 1 (bir) cüt qızıl sırğanın dəyəri 800 manat olmuşdur. Həmin vaxt onunla onun arvadı arasında narazılıq yaranmışdır. Onların mübahisələrinin məzmunu ondan ibarət olmuşdur ki, o, arvadına əsəbiləşərək qısa müddət ərzində 3 (üç) ədəd qızıl əşyanı itirdiyinə görə arvadı Samirəyə irad tutmuşdur. Samirə isə həmin qızılların necə itdiyini anlaya bilmədiyini demişdir. Bu müddət ərzində onun mənzilə gətirdiyi pullardan 200-300 manat məbləğində pulların yoxa çıxması davam etmişdir. Bu hadisədən sonra, yəni 2016-cı ilin sentyabr ayının ortalarında mənzildən onun biznesinin pulu olan 40.000 manat məbləğində pul yoxa çıxmış və o, bu pulun necə yoxa çıxdığını heç cür başa düşməmişdir. O, bu barədə Samirəyə məlumat vermişdir. Həmin pul daim mənzildə olmamışdır. O, bu pulu mal almaq üçün verirmiş, daha sonra satışdan pul əldə olunan zaman həmin pulu (mayanı) yenə mal almaq üçün ayırıb mənzildə saxlamışdır. Pulların itməsi davam etsə də, ancaq əşyaların yoxa çıxması hadisəsi 2017-ci ilin aprel ayına kimi müvəqqəti dayanmışdır. O, 2017-ci ilin aprel ayında arvadına məxsus qızıl qolbağın mənzildən yoxa çıxdığını müəyyən etmiş və digər qızıl əşyaları kimi həmin qızıl qolbağı tapa bilməmişdir. Həmin qızıl qolbağın dəyəri 700 manat olmuşdur. 2017-ci ilin ilin sentyabr ayının ortalarında yenidən arvadına məxsus olan digər qızıl üzük də yoxa çıxmış və sonradan tapılmamışdır. Qızıl üzüyün dəyəri 400 manat olmuşdur. Samirə adi günlərdə qızıl-zinət əşyaları taxmadığından həmin qızıl-zinət əşyalarının itməsi yalnız Samirənin hər hansı bir tədbirə gedərkən əşyanı istifadə etmək istədiyi zaman onlara məlum olmuşdur. 2017-ci ilin oktyabr ayında onun atası Mirsahib Abasov xəstələyi ilə əlaqədar “Mərkəzi Neftçilər” xəstəxanasında müalicə olunduğundan və həmin ilin 10 noyabr tarixində vəfat etdiyindən, daha sonra isə, yəni 06 yanvar 2018-ci il tarixdə onun qayınatası Bəxtiyar Əliyev vəfat etdiyindən onların başları ailəlikcə yas mərasimlərinə qarışmışdır. Bu səbəbdən onlar ailəlikcə heç bir şənlik tədbirinə getməmişlər. Ona görə də onlar həmin dövrdə yaşadıqları mənzildə olan qızıl-zinət əşylarının yoxa çıxmasından məlumatsız olmuşlar. 09 yanvar 2018-ci il tarixdə o, özünə məxsus 500 ABŞ dolları pulu adəti üzrə yaşadığı mənzildə yataq otağında olan dolabın üst rəfinə qoymuşdur. O, bundan əvvəl də dolaba 100 ABŞ dolları pul qoymuşdur. Bu səbəbdən də dolabda cəmi 600 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 1.020 manat pul olmuşdur. Qayınatasının yas mərasimi bitdikdən sonra, yəni 16 yanvar 2018-ci il tarixdə o, mənzildə olan həmin 600 ABŞ dollarını istifadə etmək üçün götürmək istədikdə, dolabda cəmi 400 ABŞ dolları məbləğində pulun olduğunu müəyyən etmişdir. Beləliklə ona məlum olmuşdur ki, 600 ABŞ dolları məbləğində puldan 200 ABŞ dollarl məbləğində pul, yəni həmin dövrün məzənnəsi ilə 340 manat pul oradan götürülmüşdür. 2018-ci ilin aprel ayında arvadı Samirə ona zəng edərək qaynı Arif Əliyevin toyu üçün alınmış və saxlanması üçün ailə üzvləri tərəfindən özünə verilmiş, dəyəri 7.000 ABŞ dolları olan brilyant qaşlarla bəzədilmiş qızıl dəstinin qoyduğu yerdə olmadığını bildirmiş və ondan təsadüfən həmin qızıl dəstini götürüb-götürmədiyini soruşmuşdur. O, həmin qızıl dəstin evdə olduğunu bilmişdir. Belə ki, mərhum qayınatası Bəxtiyar Əliyevin Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yerləşən yaşayış binasında digər mənzillərdə oğurluq olduğundan sonuncu ehtiyyat edərək 7.000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 11.900 manat dəyərində həmin qızıl dəsti saxlaması üçün ailə üzvləri tərəfindən onun arvadına verilmişdir. Həmin dəst 1 (bir) cüt brilyant qaşlarla bəzədilmiş qızıl sırğa, brilyant qaşlarla olan 1 (bir) ədəd üzük, brilyant qaşlarla olan 1 (bir) ədəd qolbaq və brilyant qaşlarla olan 1 (bir) ədəd boyunbağıdan ibarət olmuşdur. O, Samirəyə həmin qızıl dəsti götürmədiyini demişdir. Sonradan, yəni toy ərəfəsində o, özü 7.000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 11.900 manat pulu qaynı Arif Əliyevə qaytarmışdır. O, qaynı Arif Əliyev üçün alınmış qızıl-brilyant dəstin yoxa çıxmasından sonra narahat olduğundan arvadı Samirəyə yaşadıqları mənzildə olan qızıl-zinət əşyalarının yerində olub-olmadığını yoxlamağı məsləhət görmüşdür. Samirə həmin məsləhətdən sonra qızıl-zinət əşyalarını yoxlayarkən onun mərhum atası Mirsahib Abasovun sağlığında oğlu Mirsahib Abasova hədiyyə etdiyi 2.000 manat dəyərində antik qızıl onluğun, özlərində olan 1.000 manat dəyərində antik qızıl beşliyin və arvadı Samirəyə gəlin gələndə hədiyyə edilmiş brilyant qaşları olan qızıl sırğa və üzükdən ibarət 3.000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 5.100 manat dəyərində dəstin, arvadına 2016-cı ilin aprel ayının 21-də ad günü hədiyyəsi olaraq mobil telefonla bərabər bağışladığı dəyəri 1.600 manat təşkil edən halqaları sıx şəkildə bir-birinə keçirilmiş 1 (bir) ədəd qızıl boyunbağın, övladları dünyaya gələrkən alınmış, üzərində gözmuncuğu olan hər birinin dəyəri 100 manat olan, 2 (iki) ədəd, ümumilikdə 200 manat dəyərində qızıl sancağın, ona məxsus “Emporio Armani” markalı 1.000 manat dəyərində keramik materialdan hazırlanmış saatın və 2.000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 3.400 manat və 2.000 manat məbləğində nağd pulun yerində olmadığını müəyyən etmişlər. Onların valideynlərinin və ailələrinin digər üzvlərinin heç birinin əvvəlki itən qızıl-zinət əşyalarından və pullardan məlumatı olmamışdır. Qohumları yalnız onun qaynı üçün alınmış qızıl dəstin yoxa çıxmasından məlumatlı olmuşlar. O, artıq yaşadıqları mənzildən oğurluq edildiyini başa düşmüşdür. Lakin o, ailə üzvlərinin hər hansı birinin belə bir hərəkət edə biləcəyini ağlına belə gətirmədiyindən, yəni qeyri-müəyyən vəziyyətdə qaldığından, həmçinin polisə şikayət edəcəyi təqdirdə ilk öncə əsl oğru müəyyən edilmədiyi halda ağıla gələcək şübhəli şəxslərin arvadı Samirə və ya ailəsinin digər üzvlərinin olacağı üçün şikayət etməkdən ehtiyat etmişdir. Bundan sonra o, bu oğurluq əməlinin üstünü necə aça biləcəyini düşünməyə başlamış və sonda mənzilə gizli kamera quraşdırmağa qərar vermişdir. Bununla bağlı o, 2018-ci ilin avqust ayında uzun müddət apardığı araşdırma nəticəsində özünə məxsus kompüterdən hərəkətə reaksiya verən kamera kimi istifadə etməyi öyrənmiş və həmçinin 1 (bir) ədəd əlavə hərəkətə reaksiya verən kamera alaraq yataq otağında quraşdırmışdır. O, bu barədə heç kimə məlumat verməmişdir. O, həmçinin araşdırma nəticəsində müəyyən etmişdir ki, “Wİ-Fİ” dəstəkləyən fotokamera ilə də çəkiliş aparmaq mümkündür və elə həmin anda yadına düşmüşdür ki, onun “Samsung” markalı “Wİ-Fİ” dəstəkləyən fotokamerası vardır. O, həmin kameranı qoyduğu yerə baxmış və kameranın qabını (futlyar) tapmış, lakin həmin qabı açdığı zaman fotokameranın qabın içində olmadığını görmüşdür. Həmin vaxt 2018-ci ilin avqust ayı olmuş və oğurlanmış “Samsung” markalı fotokamera 400 ABŞ dolları, yəni hazırkı məzənnə ilə 680 manat dəyərində olmuşdur. Bundan sonra o, başa düşmüşdür ki, fotokamera da digər əşyalar kimi yoxa çıxmış, sadəcə oğru vizual görüntü yaratmaq məqsədi ilə kameranın qabını götürməmişdir. 2015-ci ildən 2018-ci ilin avqust ayınadək olan müddət ərzində onun hər dəfə 200-300 manat olmaqla az-az olaraq, ümumilikdə isə 7.000 manat pulu yoxa çıxmışdır. O, 18 avqust 2018-ci il tarixdə bütün ailə üzvləri ilə birlikdə istirahət etmək üçün Qəbələ rayonuna getmişdir. O, mənzildən çıxarkən arvadı Samirəyə mənzildə olan bütün qızıl-zinət əşyaları və pulları götürməsini tapşırmışdır. Yaşadığı mənzildə yalnız arvadına atası tərəfindən 20 yaşına hədiyyə olaraq verilmiş Ukraynanın “Çayka” firmasının istehsalı olan 100 manat dəyərində saat qalmışdır. Həmin saat qızıl olmadığından onlar saatı özləri ilə götürməmişlər. O, mənzildən çıxarkən hər iki kameranı aktiv vəziyyətə gətirmişdir. Onlar yolda olarkən 39 illik qapı qonşuları olan və Bakı şəhəri, Kamil Balakişiyev küçəsi, ev 46 A, mənzil 34-də yaşayan, həmin dövrdə Yasamal rayonu Mühafizə Polisində işləyən Şahid1 (***-***-**-**) qızı Təqsirləndirilən şəxs onun arvadına “Votsap” vasitəsi ilə özünə məxsus ***-***-**-** nömrəsindən mesaj göndərərək oxuduğu universitetin semestr pulunu verə bilmədiyini və 20 yaşı tamam olmadığından kredit götürə bilmədiyini bildirərək anasının razlığı ilə onun arvadı Samirədən məbləğini bildirmədən borc pul verməsini xahiş edərək hər ay maaş aldıqda 100-150 manat qaytaracağını bildirmişdir. Samirə isə Fəridəxanıma pulunun olmadığını, Qəbələyə getdiklərini və avqust ayının 20-dən sonra geri qayıdacaqlarını mesajla yazmışdır. Onlar mənzildən çıxarkən hər kəs bilsin deyə o, qapı qonşusu Şahid1 anası Şahid3 bir neçə gün evdə olmayacaqlarını qəsdən demişdir. Bu səbəbdən də o, Şahid1 qızı Təqsirləndirilən şəxs belə bir mətndə mesajı onların evdən çıxdığını dəqiqləşdirmək məqsədilə yazmasından şübhələnərək Samirəyə mənzildən oğurluq edən şəxsin Şahid1gilin ola biləcəyini demişdir. Lakin Samirə onu hər kəsdən şübhələndiyinə görə qınamışdır. Onun Təqsirləndirilən şəxs mesajından sonra həmin ailədən şübhələnməsinin səbəbi onların mənzilinin giriş qapısının açarının bir nüsxəsinin həmin ailədə olması olmuşdur. Belə ki, 2015-ci ildə onun atası və anası hazırkı yaşadığı binada lift olmadığına görə “Həzi Aslanov” metrosunun yaxınlığında yerləşən özlərinə məxsus digər mənzilə köçdükdən sonra onlara gəldikləri zaman evdə olmadıqları təqdirdə mənzilə daxil ola bilmələri üçün mənzilin açarlarının bir nüsxəsini 38 il qonşuluq və etibar etdikləri Şahid1gilə vermiş və həmin şəxslərlə uzun illərə dayanan qonşuluq münasibəti olduğundan evlərindən oğurluq edə biləcəklərini bu hadisələrə kimi hətta zərrə qədər belə ehtimal etməmişdir. 19 avqust 2018-ci il tarixdə onun telefonuna Bakıdakı mənzildə quraşdırdığı kameradan mənzildə hərəkət olması barədə mesaj gəlməyə başlamış və o, dərhal telefonu vasitəsilə mənzildəki kameraya qoşulmuşdur. Bu vaxt o, Təqsirləndirilən şəxs onun yaşadığı mənzildə, o cümlədən yataq otağında axtarış apardığını görmüşdür. Təqsirləndirilən şəxs otaqların hər yerində, o cümlədən yataq otağında olan dolabı və şkafları açaraq baxmışdır. Fəridəxanımın axtarış aparmaq formasından açıq-aydın şəkildə görünmüşdür ki, Fəridəxanım onun evində olan pulların və qızılların harada olduğunu çox gözəl bilmiş, lakin artıq onun göstərişinə əsasən Samirə mənzildən çıxan zaman bütün qızıl-zinət əşyaları və pulları götürdüyündən həmin əşyaları daim olduğu yerdə görmədiyi zaman həmin əşyaların öz yerlərində olmadığına inanmayaraq, təkrar həmin yerlərə dəfələrlə baxmış və daha sonra əşyaların yerlərini dəyişdirdiklərini ehtimal edərək bütün yerlərə, hətta otaqda olan çarpayının altına, jurnalların vərəqələrinə belə bir-bir baxmışdır. Təqsirləndirilən şəxs bununla kifayətlənməyərək otaqların işıqları yanılı olduğu halda əlavə olaraq əlində olan telefonun işığını (fonarını) yandıraraq axtarışlarını dayanmadan davam etdirmiş və hətta kameraların çəkiliş apardığı müddət ərzində yataq otağında heç bir şey tapa bilmədiyini gördükdə, pul qoyduğu dolabın rəfindən tapdığı saqqızı, otaqda olan digər dolabın rəfindən tapdığı kosmetikanı və kompüterin çantasından tapdığı qulaqcığı da qənimət bilərək oğurlamışdır. Fəridəxanım sonradan kompüterə toxunduğu zaman ekranın işığının yanmasından kameranın çəkiliş apara biləcəyini ehtimal edərək kompüterin qapağını örtərək və digər kameranı müəyyən etdikdən sonra həmin kameranı da söndürərək oğurluğunun qeydə alınmasının qarşısını almışdır. Təqsirləndirilən şəxs kameraya düşən hərəkətlərindən görünmüşdür ki, sonuncu axtarış apardığı zaman tez-tez əlində olan telefona baxmışdır. Bu fakt isə onu deməyə əsas vermişdir ki, Fəridəxanım oğurluğu tək etməmiş, onların qəflətən geri qayıtmağını ehtimal edərək, Fəridəxanımın ailə üzvləri onların qəfil geri qayıtdıqları təqdirdə Fəridəxanıma xəbər verməsi üçün müəyyən yerlərdə dayanmışlar. Həmçinin Fəridəxanımın hərəkətlərindən açıq-aydın şəkildə o da görünmüşdür ki, Fəridəxanım dəfələrlə onların mənzilindən oğurluq etdiyindən çox rahat şəkildə bütün gücü ilə qızıl və pul axtarışlarını davam etdirmişdir. O və ailəsi 21 avqust 2018-ci il tarixdə yaşadığı mənzilə qayıtdıqda, Samirəyə atası tərəfindən 20 yaşına hədiyyə olaraq verilmiş Ukraynanın “Çayka” firmasının istehsalı olan 100 manat dəyərində olan saatın da oğurlandığını aşkar etmişdir. O, oğrunu müəyyən etdikdən sonra dərhal Samirədən Fərdəxanımın anası Şahid2 zəng etməsini və məsələni sonuncuya bildirməsini demişdir. O, Samirəyə Nigara zəng edib məlumat verməsini ona görə demişdir ki, Tahiri çox əqidəli bir insan kimi tanıdığından qorxmuşdur ki, sonuncu bu hadisəni bildikdən sonra utancından qızını və ya özünü öldürər. Həmin vaxt Fəridəxanım nişanlı olduğundan onlar Fəridəxanımın mənafeyi naminə sonuncunun nişanlısının bu məsələdən xəbərdar olmasını istəməmişlər. Samirə həmin gün Fəridəxanımın anası Nigara zəng etsə də, sonuncu zəngə cavab verməmişdir. Sonda o, məcbur qalıb Fəridəxanımın atası Tahirə ev telefonu vasitəsi ilə zəng edərək qızının onların mənzilindən oğurluq etdiyini və bütün bu hadisələrin kamera ilə qeydə alındığını bildirmişdir. O, bunu Tahirə dedikdə sonuncunun ondan qızının etdiyi oğurluğa görə ondan üzr istəyəcəyini düşünmüşdür. Lakin gözlədiyinin tam əksinə olaraq Tahir onun dediklərinə laqeyd şəkildə qulaq asaraq “yaxşı” deməklə kifayətlənmiş və telefonun dəstəyini atmışdır. Bundan sonra Tahir ümumiyyətlə ona zəng etməmişdir. O, baş vermiş oğurluq hadisəsi barədə Tahirə dedikdən sonra həmin gecə Fəridəxanım özünə məxsus nömrədən və səhərisi günü Fərdəxanımın anası Nigara məxsus nömrədən Samirənin nömrəsinə eyni məzmunlu mesaj göndərilərək oğurluğa görə yüngülvari üzürxahlıq edilmiş və bu oğurluq hadisəsini qəti şəkildə heç kimə deməmələri Samirədən xahiş edilmişdir. Yəni hər iki mesajın əsas məzmunu onların Fəridəxanımın etdiyi oğurluğu heç kimə deməmələrindən ibarət olmuşdur. O, 21 avqust 2018-ci il tarixdə Bakı şəhərinə qayıtmış və anası, habelə uşaqları qaynanasıgilin evinə düşürüb arvadı Samirə ilə birlikdə yaşadığı mənzilə gedərək mənzili yoxlamışdır. Mənzilə getməkdə onun əsas məqsədi Tahirgilin kameraları götürübgötürmədiyini müəyyənləşdirmək və həmçinin kameralar söndürüldükdən sonra hansı əşyaların götürüldüyünü dəqiqləşdirməkdən ibarət olmuşdur. O, mənzilə baxış keçirərkən notebookla kameranın söndürülmüş vəziyyətdə olduğunu görmüş və dərhal hər iki video görüntünün surətini özündə olan yaddaş kartına köçürmüşdür. Samirə isə mənzilə baxış keçirən zaman atası tərəfindən 20 yaşına hədiyyə olaraq verilmiş Ukraynanın “Çayka” firmasının istehsalı olan saatın yerində olmadığını görmüşdür. 21 avqust 2018-ci il tarixdə, saat 18:00 radələrində o, Tahirə zəng edərək binanın həyətində görüşmələrini demişdir. O, Tahirlə görüşə öz qardaşı ilə birlikdə getmişdir. Çünki o, artıq həmin ailəyə inanmamış və özünə qarşı hər cür şər-böhtanın ata biləcəyini bilmişdir. Saat təxminən 18:30 radələrində Tahir onlarla görüşə gəlmişdir. Tahirə görüşə polis geyimində gəlmişdir ki, birdən aralarında dava düşərsə ondan şikayət edərkən “polis əməkdaşına” əl qaldırdığını deyə bilsin. Lakin o, Tahirin niyyətini bildiyi üçün Tahirlə heç bir aqressiya göstərmədən danışaraq 38 illik qonşu olduqlarını, illər ərzində oğurladıqları bütün pulları və digər əşyaları qaytarmalarını, əvəzində heç bir yerə şikayət etməyəcəyini bildirmişdir. O, həmçinin mənzilin açarını sonuncudan tələb edərək almışdır. Tahir heç bir üzürxahlıq etmədən laqeyd formada ondan qızının onun mənzilindən oğurladığı pulların və əşyaların siyahısını tələb etmiş və özünü guya tələsirmiş kimi göstərərək çıxıb getmişdir. Həmin vaxt ona tam şəkildə aydın olmuşdur ki, Tahirin özü də onun mənzilində oğurluqda iştirak etmişdir. 27 avqust 2018-ci il tarixdə Tahir ona zəng edərək qızının onun mənzilindən oğurladığı pul və əşyaların siyahısını tələb etmişdir. O da Tahirin onun bu siyahını nə səbəbdən istədiyini bildiyindən sonuncuya siyahını gedib qızından istəməsini demişdir. Belə ki, o, bilmişdir ki, əslində Tahirin ondan oğurladıqları pul və əşyaların siyahısını istəməkdə məqsədi onun özünün oğurlanmış pulların məbləğini bilib-bilmədiyini və həmçinin konkret olaraq hansı əşyaların oğurlandığından xəbər tutduğunu bilmək olmuşdur. Bu oğurluq hadisəsindən sonra, yəni 2018-ci ilin sentyabr ayında o, onlarla eyni blokda 4-cü mərtəbədə 35 ildən artıq yaşayan, hamının “Süsən xala” deyə çağırdığı ağbirçək qonşuları Şahid5yla görüşdüyü zaman sonuncuya qonşuları Tahirgilin onların başlarına gətirdikləri oğurluqlardan danışmışdır. O, bu hadisələri Süsənbərə danışdıqdan sonra Süsənbər ona bildirmişdir ki, bir müddət öncə Tahirin anası Şahid3 Süsənbərə qızıl onluq göstərərək həmin qızıl onluğu satdığını bildirmişdir. O isə həmin onluğu almaqdan imtina etmişdir. Çox böyük ehtimal ki, həmin qızıl onluq mərhum atası Mirsahib Abasovun öz sağlığında onun oğlu Mirsahib Abasova hədiyyə etdiyi antik qızıl onluq olmuşdur. Bundan başqa, Şahid5 ona bildirmişdir ki, bir dəfə qaynı oğlu Mehman Süsənbərgilə gələrkən qapını döyən zaman Şahid2 onları mənzilindən çıxaraq Mehmandan kimin evinə gəldiyini soruşmuşdur. Mehman da əmisigilə gəldiyini bildirmişdir. Mehman uzun illərdir ki, həmin binaya əmisigilə gəlib-getdiyindən və onların arasında münasibət olduğundan Mehman onun hansı mənzildə yaşadığını yaxşı bilmişdir. Bu səbəbdən də Nigarın onun evindən çıxdığını və əlindəki açarla qapını bağladığını dəqiq görmüşdür. Şahid5 danışıq zamanı, həmçinin bildirmişdir ki, Süsənbər özü də əvvəllər bir yerə gedərkən evinin açarını Şahid1 anası Şahid3 və tahirin arvadı Şahid2 vermişdir. Lakin onlardan fərqli olaraq Süsənbərin mənzilinin açarı daim Nigargildə qalmamışdır. Süsənbər yalnız evdən harasa çıxdığı vaxt açarları Nigargilə vermişdir. Sonradan Süsənbərin evindən də pullar yoxa çıxmağa başlamış və qızıl itmişdir. Bundan sonra Süsənbərgilin də evində qarşılıqlı inamsızlıq yaranaraq mübahisələr olmuşdur. Bu hadisələrdən sonra Ssənbərgil evlərinin giriş qapılarının açarını dəyişmişlər və açarı özlərindən başqa heç kimə verməmişlər. Məhz bundan sonra Süsənbərgilin evindən pulların yoxa çıxması hadisəsi bir daha baş verməmişdir. Eyni zamanda sonradan ona məlum olmuşdur ki, Şahid2 informatika müəlliməsi olaraq çalışdığı “Zəngi” liseyindən oğurluq faktına görə qovulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin liseyin şagirdi olarkən anasının göstərişinə əsasən müəllimlər otağında başqa bir müəllimənin çantasından pul oğurlamış və bu zaman anası Şahid2 kənar şəxs gələcəyi təqdirdə xəbər verə bilməsi üçün koridorda durmuşdur. Ancaq həmin oğurluq hadisəsi liseyin kameralarına düşmüş və Nigarla Fəridəxanımın oğurluq əməlləri ifşa olunmuşdur. Lakin liseyin rəhbərliyi təhsil müəssisəsinin adına ləkə gəlməməsi və cəmiyyətdə lisey haqqında neqativ fikir formalaşmasın deyə bu barədə hüquq mühafizə orqanlarına şikayət olunmamışdır. Bundan sonra Nigar öz ərizəsi əsasında liseydən xaric edilmişdir. Zərərçəkmiş şəxs, həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayının ortalarından 2018-ci ilin avqust ayının 19-dək olan müddət ərzində onların mənzilindən ümumilikdə 79.450 manat məbləğində qızıl-zinət əşyaları və nağd pul vəsaitini oğurlamaqla onlara külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini, habelə mülki iddiasının tam şəkildə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onların mənzilinə qanunsuz şəkildə daxil olmuş və onlara məxsus qızıl-zinət əşyalarını oğurlamışdır. Onlara vurulmuş ziyan qaytarılmamışdır. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, oğurluq hadisəsi baş verən mənzildə ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun əridir. Yaşadığı binanın 34 nömrəli mənzilində yaşayan Şahid1 və sonuncunun ailə üzvləri də uzun müddətdir ki, həmin mənzildə yaşayırlar. Quliyeva X9 Tahir Seyfulla oğlunun qızıdır. Bu müddət ərzində qonşu kimi onların arasında mehriban münasibətlər olmuşdur. Qonşu olaraq münasibətləri olduğu üçün onlar Tahirgilə etibar etmişlər və bu səbbədən də mənzilin açarlarının bir nüsxəsini Tahirgilə vermişlər ki, onun ailə üzvlərindən evə gələn olarsa, açar olmayacağı halda, həmin açarlardan istifadə edib mənzilə daxil ola bilsin. O, 2009-cu ildə Mirəyyub ilə ailə qurduğu zaman onun qayınanası və mərhum qayınatası müəyyən müddət onlarla birlikdə yaşasa da, sonradən yaşadıqları mənzilin beşinci mərtəbədə yerləşməsi və binada liftin olmaması səbəbindən “Həzi Aslanov” metro stansiyası yaxınlığında yeni binada mənzil alaraq həmin mənzilə köçmüşlər. Onun yaşadığı mənzilin açarı Şahid1gilə məhz qayınatası ilə qayınanası onların mənzilinə gəldikləri zaman onların evdə olmadıqları təqdirdə açarı Tahirgildən götürərək onların geri qayıtmaqlarını gözləmədən mənzilə daxil ola bilmələri məqsədilə verilmişdir. 2015-ci ildən etibarən yaşadığı mənzildən ona aid müxtəlif növ qızıl-zinət əşyaları və əri Mirəyyubun pulu naməlum şəraitdə yoxa çıxmışdır. Belə ki, 2015-ci ilin dekabr ayının ortalarında ona məxsus brilyant qaşı olan qızıl sırğanın bir tayı yoxa çıxmışdır. Onlar həmin əşyanı axtarsalar da, tapa bilməmişlər. Sırğanın digər tayı evdə olduğundan onlar düşünmüşlər ki, itən tayı onun qulağından açılıb düşmüşdür. Ancaq qısa müddətdən sonra, yəni 2016-cı ilin yanvar ayının əvvəllərində həmin qızıl sırğanın digər tayı da yoxa çıxmışdır. Onlar sırğanın yoxa çıxan ikinci tayını da tapa bilməmişlər. Həmin sırğanın oğurlana bilməsi ehtimalı onların ağlına gəlməmişdir. Həmin qızıl sırğanın dəyəri 850 manat olmuşdur. 2016-cı ilin mart ayının sonlarında ona məxsus brilyant qaşı olan 400 manat dəyərində qızıl üzük, daha sonra 2016-cı ilin iyul ayının sonlarında digər qızıl sırğa da yoxa çıxmışdır. Onlar yoxa çıxan həmin əşyaların heç birini tapa bilməmişlər. Yaxın müddət ərzində 2 (iki) ədəd qızıl əşyanın, yəni 1 (bir) cüt sırğa və üzüyün itməsi onlara pis təsir etsə də, onlar həmin qızıl əşyaların oğurlana bilməsini yenə güman etməmişlər. Həmin 1 (bir) cüt qızıl sırğanın dəyəri 800 manat olmuşdır. 2016-cı ilin sentyabr ayının ortalarında əri Mirəyyub Abbasovun biznesinin pulu olan 40.000 (qırx min) manat məbləğində pul da evdən yoxa çıxmışdır. 2017-ci ilin aprel ayında o, özünə məxsus və dəyəri 700 manat olan qızıl qolbağın evdən yoxa çıxdığını müəyyən etmişdir. Onlar digər qızıl əşyaları kimi həmin qızıl qolbağı da tapa bilməmişlər. 2017-ci ilinilin sentyabr ayının ortalarında yenidən ona məxsus və dəyəri 400 manat təşkil edən digər qızıl üzük də yoxa çıxmışdır. Mənzilin pəncərəsi, qapısı hər zaman qaydasında olmuş və heç vaxt sındırılmamışdır. Bu səbəbdən də onlar oğrunun evə girib-çıxan adamlardan birinin olduğunu güman etsələr də, buna dair heç bir sübutları olmadığı üçün heç kimə bu barədə deməmişlər. 09 yanvar 2018-ci il tarixdə əri Mirəyyub mənzilin yataq otağında olan dolaba 600 ABŞ dolları pul qoymuşdur. Mirəyyub 16 yanvar 2018-ci il tarixdə həmin pulu götürmək istədikdə həmin puldan 200 ABŞ dollarının dolabda olmadığını aşkar etmişdir. 2018-ci ilin aprel ayında təsadüfən ona məlum olmuşdur ki, qardaşı X15 toy mərasimi üçün alınmış və ailə üzvləri tərəfindən saxlanması üçün ona verilmiş, dəyəri 7.000 ABŞ dolları olan 1 (bir) cüt brilyant qaşlarla olan qızıl sırğa, brilyant qaşlarla olan 1 (bir) ədəd üzük, brilyant qaşlarla olan 1 (bir) ədəd qolbaq və brilyant qaşlarla olan 1 (bir) ədəd boyunbağıdan ibarət qızıl dəst yaşadıqları mənzildə qoyulduğu yerdə olmamışdır. Ailə üzvlərinin yaşadıqları Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yerləşən yaşayış binasında olan digər mənzillərdə oğurluq olduğundan onun valideynləri ehtiyat edərək həmin qızıl dəsti saxlamaq üçün ona vermişlər. Həmin qızıl dəstin onların mənzilində saxlanıldığını bildiyi üçün o, dərhal əri Zərərçəkmiş şəxs1 zəng edərək sonuncudan təsadüfən həmin qızıl dəsti götürüb-götürmədiyini soruşmuşdur. Mirəyyub da ona həmin qızıl dəsti götürmədiyini bildirişdir. O, günlərlə həmin qızıl dəsti axtarsa da, tapa bilməmişdir. Bu səbəbdən də əri Zərərçəkmiş şəxs1 toy ərəfəsində mənzildən yoxa çıxmış qızıl dəstin əvəzinə 7.000 ABŞ dolları məbləğində pulu X27ə vermişdir. X27 üçün alınmış qızıl-brilyant dəstin yoxa çıxmasından sonra narahat olduqlarına görə Zərərçəkmiş şəxs1 digər qızıl-zinət əşyaların yerində olub-olmadığını yoxlamağı məsləhət görmüşdür. O da həmin məsləhət üzərinə mənzilindəki qızıl-zinət əşyalarını yoxlayarkən yuxarıda sadaladığı əşyalardan başqa mərhum qayınatası Mirsahib Abasovun sağlığında oğlu Mirsahib Abasova hədiyyə etdiyi 2.000 manat dəyərində antik qızıl onluğun, özlərində olan 1.000 manat dəyərində antik qızıl beşliyin və gəlin gələndə ərinin valideynləri tərəfindən hədiyyə edilmiş brilyant qaşları olan qızıl sırğa və üzükdən ibarət 3.000 ABŞ dolları dəyərində dəstin, övladları dünyaya gələrkən alınmış və üzərində gözmuncuğu olan 2 (iki) ədəd, ümumi dəyəri 200 manat təşkil edən qızıl sancağın, 2016-cı ilin aprel ayının 21-də ona doğum günü hədiyyəsi olaraq əri Zərərçəkmiş şəxs1 bağışladığı dəyəri 1.600 manat təşkil edən halqaları sıx şəkildə bir-birinə keçirilmiş 1 (bir) ədəd qızıl boyunbağın, əri Mirəyyuba məxsus 1.000 manat dəyərində “Emporio Armani” markalı saatın, evlərində ayrıca saxladıqları 2.000 (iki min) ABŞ dolları və 2.000 (iki min) manat məbləğində nağd pulun, əri Mirəyyubun xüsusi zövqü ilə hazırlanmış, içərisində və üzərində latınca «omnia transeunt» sözləri yazılmış, ağ qızıldan olan və dəyəri 1.500 manat təşkil edən ərinə məxsus 1 (bir) ədəd üzüyün yerində olmadığını görmüşlər. Həmin vaxt o, yaşadıqları mənzildən pul və qızıl-zinyət əşyalarının oğurlandığına əmin olmuşdur. Lakin onlar qeyd edilən əşyaları kimin oğurladığını dəqiqləşdirməkdə çətinlik çəkmişlər. Bu səbəbdən də 2018-ci ilin avqust ayında əri Mirəyyub mənzilin yataq otağında müşahidə kamerası quraşdırmışdır. Çünki pul və qızıl zinyət əşyaları həmin otaqda saxlanılmıdşır. Onlar 18 avqust 2018-ci il tarixdə səhər saatlarında Qəbələ rayonuna getmişlər. Qəbələ rayonuna getməzdən əvvəl Mirəyyub rayona getdiklərini Tahirin anası Fəridəyə bildirmişdir. Onlar yolda olarkən Şahid1 qızı Fəridəxanım ona “Votsap” vasitəsi ilə mesaj göndərərək oxuduğu universitetin semestr pulunu verə bilmədiyini və 20 yaşı tamam olmadığından kredit götürə bilmədiyini bildirərək anasının razlığı ilə ondan məbləğini bildirmədən borc pul verməyini xahiş etmiş və hər ay maaş aldıqda 100-150 manat qaytaracağını bildirmişdir. O isə Fəridəxanıma pulunun olmadığını, Qəbələyə getdiklərini və avqust ayının 20-dən sonra geri qayıdacaqlarını mesajla yazmışdır. O, Fəridəxanımın borc istədiyini əri Mirəyyuba bildirmişdir. Mirəyyub də ona Tahirgilin həmin mesajı onların evdən çıxdıqlarını dəqiqləşdirmək məqsədilə yaza biləcəyini və evlərindən oğurluq edən şəxsin Şahid1gilin ola biləcəyini demişdir. Mirəyyub ona, həmçinin bildirmişdir ki, rayona getdiklərini Tahirin anası Fəridəyə qəsdən demişdir. O isə Mirəyyuba qonşularının belə hərəkət edə biləcəyinə inanmadığını bildirmişdir. Onlar 19 avqust 2018-ci il tarixdə, saat 19:00 radələrində Qəbələ rayonunda olarkən Mirəyyubun istifadə etdiyi mobil telefona siqnal gəlmiş və Mirəyyub öz mobil telefonu vasitəsilə kamera görüntülərinə baxdıqda, Tahirin qızı Fəridəxanımın onların mənzilinə daxil olduğunu və mənzilin yataq otağında geniş şəkildə axtarış apardığını görmüşdür. Həmin görüntülərdən sonra onlar əmin olmuşlar ki, bu müddət ərzində onların yaşadıqları mənzildən pul və qızıl-zinət əşyaları Tahirgil tərəfindən oğurlanmışdır. Bundan sonra Mirəyyub ona Fəridəxanımın anası Nigara zəng edib qızını evlərindən çıxarmasını deməyi məsləhət görmüşdür. O, zəng etsə də Fəridəxanımın anası Nigar onun telefon zənglərinə cavab verməmişdir. X18 ev telefonuna zəng edərək Tahirə qızının onların mənzilindən oğurluq etdiyini demiş və Tahirdən Fəridəxanımı mənzildən çıxarmasını, həmçinin mənzilin açarını Fəridəxanımdan almasını bildirmişdir. Onlar Tahirin bu məsələyə dərhal reaksiya verəcəyini və baş verənlərə görə utanıb üzr istəyəcəyini ehtimal etsələr də, tam əksinə olaraq Tahir qızı Fəridəxanımın onların yaşadıqları mənzildən oğurluq etməsinə narazı və laqeyd münasibət göstərərək Mirəyyuba heç bir üzrxahlıq etməmişdir. Onlar 21 avqust 2018-ci il tarixdə Bakı şəhərinə qayıtdıqdan sonra o, əri Mirəyyub ilə birlikdə yaşadıqları mənzilə gedərək mənzili yoxlamışdır. Bu zaman ona məlum olmuşdur ki, Fəridəxanım onun mərhum atası Bəxtiyar Əliyev tərəfindən 20 yaşına hədiyyə olaraq verilmiş Ukraynanın “Çayka” firmasının istehsalı olan saatını zal otağından oğurlamışdır. Daha sonra Şahid2 onun əri Zərərçəkmiş şəxs1la onun iştirakı ilə söhbət edən zaman 19 avqust 2018-ci il tarixdə Fəridəxanımın onların yaşadıqları mənzilə oğurluq məqsədilə girdiyi zaman həmin vaxt özünün də mənzilin yerləşdiyi blokda olduğunu etiraf etmişdir. X3 mənzilə hansı məqsədlə girdiyini niyə soruşmadığını dediyi zaman Nigar heç bir söz deyə bilməmişdir. Fəridəxanım onların mənzilinə girə bilməzdi. Çünki onlar Tahirgilə mənzilin açarını yalnız saxlamaq üçün vermişlər. Bundan sonra Mirəyyub polisə şikayət etmişdir. Fəridəxanım mənzildən oğruladığı saatı polisə təhvil vermiş və həmin saat onun əri Mirəyyuba tanınmaya təqdim olunduqda Mirəyyub həmin saatı tanımışdır. Çünki həmin saat Mirəyyubun mərhum atasının hədiyyəsi olduğundan Mirəyyub çox vaxt həmin saatı istifadə etmişdir. Fəridəxanım 19 avqust 2018-ci il tarixdə oğurluğu ifşa olunduqdan sonra istifadəsində olan nömrədən ona “Votsap” vasitəsi ilə mesaj yazaraq mənzilə pul üçün girdiyini yazmışdır. Yaşadıqları mənzildən oğurlanan qızıl-zinət əşyalarından o, özü istifadə etsə də, həmin qızıl-zinyət əşyaları və pul vəsaiti əri Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Ona görə də ziyan əri Zərərçəkmiş şəxs1 dəymişdir. Verilən sualları cavablandırarkən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Fəridəxanım yalan danışmışdır. Həmin qol saatı mərhum atası Bəxtiyar Əliyev tərəfindən 20 yaşına hədiyyə olaraq verildiyindən onun üçün mənəvi dəyəri çox yüksək olmuşdur. Bu səbəbdən də o, həmin saatı istifadə etmək üçün heç kimə verməmişdir. Onlar Tahirgilə evlərinin açarını əmanət etsələr də, həmin ailənin heç bir üzvünə onlar evdə olmadıqları zaman evə daxil olmasına icazə verməmişlər. Bundan başqa, onun gözləri zəif gördüyündən həqiqətən də o, linzadan istifadə etmişdir. Fəridəxanımın götürdüyü həmin linza onun gözlərinin görmə dərəcəsinə uyğun olaraq həkim tərəfindən müəyyən edilmiş optik linza olmuşdur. Yəni adi həyatda insanların gözlərinin rəngini dəyişmək məqsədilə istifadə etdiyi linzadan çox fərqli olmuşdur. Bu səbəbdən də Fəridəxanım həmin linzanı taxa bilməzdi. Həmçinin gigiyenik cəhətdən doğru olmadığından o, istifadə etdiyi linzanı heç kimə verməmişdir. Ümumiyyətlə o, Fəridəxanıma heç vaxt hər hansı linza verməmişdir. Fəridəxanımın onların yaşadıqları evə paltar götürmək məqsədilə daxil olması barədə dedikləri də tam yalandır. Belə ki, istintaqa təqdim edilmiş və Fəridəxanımla onun arasında aparılmış “Votsap” yazışmalarının məzmunundan aydın görünür ki, Fəridəxanım ona birinci dəfə yazarkən ondan sonuncuya paltar verməsini yox, borc pul verməsini xahiş etmişdir. Daha sonra Fəridəxanımın oğurluq əməli ifşa olunduğundan Fəridəxanım oğurluq etdiyini etiraf edərək ondan bağışlanmasını xahiş etmişdir. Bundan başqa, ümumiyyətlə onların boyu və bədən ölçüləri fərqli olduğundan Fəridəxanım onun paltarlarını geyinə bilməzdi. O, təqdim olunmuş 2 (iki) ədəd qaimə üzərindəki şəxsiyyət vəsiqəsinin, habelə 1 (bir) komplekt qızıl üzük və sırğaların fotoşəkillərini nəzərdən keçirərək əminliklə demişdir ki, şəxsiyyət vəsiqəsi üzərindəki fotoşəkil Təqsirləndirilən şəxs aiddir, 1 (bir) ədəd qızıl üzük və 2 (iki) ədəd qızıl sırğalar isə ona məxsus olmuşdur. Belə ki, o, 2009-cu ilin noyabr ayında əri Zərərçəkmiş şəxs1la ailə qurarkən onun qız toyunda, yəni həmin ilin 30 oktyabr tarixində ona hədiyyə kimi alınıb verilmiş və o da toy günündə həmin zinət əşyasını qulaqlarına və sağ əlinin 3-cü barmağına taxmışdır. O, bunları təsdiq edən fotoşəkilləri istintaq orqanına təqdim etmişdir. Zərərçəkmiş şəxs, həmçinin ifadəsində Təqsirləndirilən şəxs ilə barışmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini, habelə mülki iddiasının tam şəkildə təmin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qızıdır. Onun və ailəsinin zərərçəkmiş şəxslərlə həmişə normal qonşuluq münasibətləri olmuşdur. Onların arasında hər hansı düşmənçilik və ədavət olmamışdır. O, qızı Fəridəxanımın nə vaxt və ya neçə dəfə qonşusu Zərərçəkmiş şəxs1 mənzilinə daxil olduğunu dəqiq bilmir. Hadisə günü ona evdən zəng edərək bildirmişlər ki, qızı Fəridəxanımla bağlı qonşusu Mirəyyub onunla görüşmək istəyir. O da həmin vaxt işdə olduğundan Mirəyyubla görüşmək üçün evə gəlmişdir. O, Mirəyyubla görüşdükdə, sonuncu ona bildirmişdir ki, “Fəridəxanım bizim evdədir, onu evdən çıxarmaq lazımdır”. Bundan sonra o, evə gəlmiş və qızının evdə olduğunu görmüşdür. O, qızı Fəridəxanımdan soruşmuşdur ki, “Sən həqiqətənmi Mirəyyubgilin evinə girmişdin?”. Fəridəxanım da ona Mirəyyubun mənzilinə daxil olduğunu etiraf etmişdir. Sonra onun evinə zəng gəlmiş və o, yaxınlaşıb telefonun dəstəyini götürmüşdür. Zəng edən şəxs Mirəyyub olmuşdur. Mirəyyub ona qızı Fəridəxanımın yaşadığı mənzilində oğurluq etməsi ilə bağlı onunla danışmaq istədiyini demişdir. Mirəyyub bu zəng zamanı mənzilində hansı sayda və hansı məbləğdə qızıl-zinət əşyalarının və ya digər predmetlərin itməsi ilə bağlı ona heç bir söz deməmişdir. Bir neçə gündən sonra Mirəyyub vurulmuş ziyanın məbləğinin təxminən 7.000 manat məbləğində olduğunu ona bildirmişdir. O, 7.000 manatla bağlı qızı Fəridəxanımdan soruşduqda, sonuncu ona 7.000 manat məbləğində hər hansı əşyaları Mirəyyub və Samirənin mənzilindən götürmədiyini bildirmişdir. Qızı Fəridəxanım ona 1 (bir) cüt sırğa və 1 (bir) ədəd üzük götürdüyünü demişdir. Fəridəxanım, həmçinin sırğa və üzüyü həmin gün deyil, həmin hadisədən əvvəlki vaxtda götürdüyünü demişdir. Fəridəxanım həmin gün Mirəyyubun mənzilindən 1 (bir) cüt göz üçün istifadə edilən linza götürdüyünü ona bildirmişdir. Onun qızı tez-tez Samirəgilin evinə getmiş, sonuncunun uşaqlarına xidmət etmiş və Samirənin uşaqlarını bağçadan götürüb evə gətirmişdir. Həmin ərəfədə Fəridəxanım Samirənin mənzilindən 1 (bir) cüt sırğa və 1 (bir) ədəd üzük götürmüşdür. X16 mənzilinə icazəsiz cəmi bir dəfə daxil olmuş və həmin vaxtda da 1 (bir) cüt linza götürmüşdür. Şahid1 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Fəridəxanım Zərərçəkmiş şəxs2 evindən 1 (bir) dəfə oğurluq etmiş və həmin vaxt 1 (bir) cüt sırğa və 1 (bir) ədəd üzük götürmüşdür. İlk dəfə Fəridəxanım Zərərçəkmiş şəxs2 mənzilindən oğurluq edərkən mənzilə icazəsiz girməmişdir. belə ki, Fəridəxanım Zərərçəkmiş şəxs2 uşaqlarına qulluq göstərməsi ilə bağlı həmin mənzilə dəfələrlə gedibgəlmişdir. 1 (bir) cüt sırğa və 1 (bir) ədəd üzüyü də Fəridəxanım həmin vaxt götürmüşdür. O və arvadı Nigar Fəridəxanımın lombarda qoyduğu qızılları lombarddan götürməmişdir. Mirəyyub ona pul istəmədiyini, yalnız qızıllarını istədiyini bildirdiyindən o, həmin qızılları geri qaytarmaq üçün lombarda müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, həmin qızılların aylıq ödənişi vaxtında ödənilmədiyi üçün həmin qızıllar satılmışdır. O, qızıl dedikdə, sadəcə 1 (bir) cüt sırğa və 1 (bir) ədəd üzüyü nəzərdə tutmuşdur. O, həmin sırğanın və üzüyün Samirə və Mirəyyubun mənzilindən oğurlanıb lombarda qoyulduğunu qızı Fəridəxanım Bakı şəhəri Baş Polis İdarəsində izahat verərkən bilmişdir. O, sırğa və üzüyün lombarda qoyulduğunu həmin vaxt bilmişdir. O, lombarda qoyulmuş həmin sırğa və üzüyün ona və ailə üzvlərinə məxsus olmadığını qəbul etmişdir. O, özü də lombarda qızıllar qoymuşdur. Əvvəllər ona pul lazım olduqda, o, öz qızıllarını lombarda qoymuşdur. Onun lombarda qoyduğu qızıllar arvadı Nigara və bacısına məxsus olmuşdur. Onlar həmin qızılların cinayət hadisəsi baş verməmişdən 4-5 il əvvəl çəkilmiş fotoşəkillərini də ibtidai istintaq zamanı istintaq orqanına təqdim etmişlər. Bundan başqa, onların evində axtarış istintaq hərəkəti aparılmışdır. Evdə axtarış aparılmamışdan bir saat əvvəl X23 ona zəng edərək evlərində axtarış aparılacağını bildirmişdir. O da arvadı Nigara evlərində axtarış aparılacağını bildirmişdir. Axtarış zamanı evdən bijuteriyalar və xırda bir qızıl əşyası aşkar edilərək götürülmüşdür. Həmin xırda qızıl əşyası onun arvadı Nigara məxsus olmuşdur. X23 sonradan onları Polis bölməsinə çağırdıqda, evlərindən aşkar olunmuş bir ədəd ağ rəngdə qızıl əşyanın Mirəyyuba məxsus olduğunu bildirmişdir. Onun arvadı Şahid2 da həmin ağ rəngli qızıla baxmış və həmin qızılın onlara məxsus olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qızıdır. Zərərçəkmiş şəxslər isə onların qonşularıdır. Onunla zərərçəkmiş şəxslər arasında həmişə normal qonşuluq münasibətləri olmuşdur. Onların arasında düşmənçilik və ədavət olmamışdır. Samirə və Mirəyyub harasa getdikdə, özlərinə məxsus mənzilin açarını mütəmadi olaraq bir qonşu kimi onlara təhvil vermişlər. Samirə və Mirəyyub mənzilin açarını ona görə onlara vermişlər ki, qohumlarından kimsə gələrsə onlar mənzilin açarını həmin şəxslərə versinlər. Onlar özləri də eyni səbəblə mənzillərinin açarını evdə olmadıqları zaman Samirə və Mirəyyuba təhvil vermişlər. Onun ailə üzvləri tərəfindən Samirəgilin evinin açarlarının sürəti çıxarılmamışdır. O, qızı Fəridəxanımın nə vaxt və hansı məqsədlə Samirəgilin mənzilinə girdiyini bilməmişdir. Şahid2 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Fəridəxanım üzük və sırğanın qızıl olduğunu bilməmiş, həmin əşyaları bijuteriya olmasını zənn edərək Samirəgildən götürmüşdür. O, Fəridəxanımın “Çayka” əmtəə nişanlı qol saatını götürdüyünü də bilməmişdir. Qızı Fəridəxanımın zərərçəkmiş şəxslərin xəbəri olmadan sonuncuların mənzilinə icazəsiz daxil olması barədə onun məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi şəxsən tanımır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, 2017-ci ilin təxminən iyun ayından Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, «Laçın» Ticarət Mərkəzinin yaxınlığında yerləşən mağazada lombard fəaliyyəti ilə məşğul olmuşdur. O, lombardın müdiri, Aynurə Manafova adlı qadın isə onun işçisi olmuşdur. O, satışla bağlı ona zinət əşyaları təqdim etmiş, yəni satmış şəxslərin siyahısını nəzərdən keçirdikdən sonra xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 46A mənzil 34-də yaşayan X1 14 noyabr 2017-ci il tarixdə onun mağazasına gələrək şəxsiyyət vəsiqəsini təqdim etməklə özünə aid olduğunu dediyi, altı guşəli gül üzüyü deyilən qızıl üzüyü satmaq istədiyini bildirmişdir. Onun iştirakı ilə X24 qızıl üzüyü alaraq baxmış və sonra müştərinin şəxsiyyət vəsiqəsini tələb etmiş, həmçinin zinət əşyasının kimə məxsus olmasını soruşmuşdur. Fəridəxanım satmaq niyyətində olduğu üzüyün özünə məxsus olmasını və pula ehtiyacının olmasını deyərək özü ilə gətirdiyi bir ədəd üzüyü Aynurə Manafovaya təqdim etdikdən sonra sonuncu üzüyü alıb yoxlamış və tərəzidə çəkərək 8 qram çəkisi, 750 əyyarı olduğunu müəyyənləşdirmişdir. Bunun üçün Fəridəxanımın iştirakı ilə qızıl kitabçası adlandırdıqları kitabda satılan əşyaya dair qeydlər Aynurə Manafova tərəfindən əlyazma formasında doldurulmuşdur. Fəridəxanımın təqdim etdiyi şəxsiyyət vəsiqəsi həmin qaimə formalı blankın üzərinə qoyularaq mobil telefonla çəkilmişdir. Fəridəxanım öz xətti ilə “Qızıl üzüyümü satdım” sözü yazaraq imza etmiş və aşağıda özünə aid ***-***-**-** mobil nömrəsini qeyd etmişdir. Bütün bunlardan sonra satış üçün təqdim edilmiş 8 qramlıq, 750 əyyarlı 1 (bir) ədəd gül üzüyü üçün Fəridəxanıma 380 manat pul verilmişdir. Aradan 11 gün keçdikdən sonra, yəni 25 noyabr 2017-ci il tarixdə Fəridəxanım təkrar onların mağazasına gələrək bu dəfə eyni üzüyün sırğa komplekti olan 1 (bir) cüt sırğanı satmaq üçün təklif etmişdir. X24 1 (bir) cüt sırğanı alıb baxmış, əyarını və çəkisini müəyyənləşdirdikdən sonra əvvəlki kimi qızıl kitabçasında bu barədə qeyd aparmış, şəxsiyyət vəsiqəsi, sırğaların özünün şəkilləri doldurulmuş blankla birlikdə çəkilmişdir. Belə ki, Fəridəxanımın həmin gün təqdim etdiyi 1 (bir) cüt eyni formalı, yəni 6 guşəli gül formalı sırğanın çəkisi 12 qram, əyyarı isə 750 olduğu yazılmış, öz xətti ilə “Qızılımı öz razılığımla satdım” sözü və ***-***-**-** mobil nömrəsini yazaraq imza etmişdir. Sonra Fəridəxanıma 12 qram çəkiyə görə 540 manat pul verilmişdir. Bundan sonra Fəridəxanımın onların mağazasına gəlməsi və hər hansı zinyət əşyası satması, girov qoyması baş verməmişdir. Yalnız 2018-ci ilin təxminən avqust-sentyabr aylarında onların mağazasına özlərini Təqsirləndirilən şəxs atası və anası kimi təqdim edən kişi və qadın daxil olmuşlar və sonuncular Təqsirləndirilən şəxs valideynləri olduqlarını deyərək qızları Fəridəxanımın bibilərinə aid qızılları səhvən oğurlayıb satdığına görə bibisi əsəbi olub şikayət etdiyini deyərək xahiş etmişlər ki, əgər həmin qızıllar satılmayıbsa pulunu ödəyib götürsünlər. O, sonunculara həmin qızılların xeyli vaxtdır ki, satıldığını bildirmişdir. Bundan sonra həmin şəxslər ondan qızılların şəkillərini göstərməsini xahiş etmişlər. O da qızılların şəkillərini həmin şəxslərə göstərmiş və bundan sonra sonuncular mağazanı tərk etmişlər. Sonradan ona məlum olmuşdur ki, şikayətçi qızılların sahibi Fəridəxanımın bibisi deyil, qonşusu olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxsləri şəxsən tanımır. Lakin o, zərərçəkmiş şəxslərin onun qayınatası Tahirin qonşuları olduğunu bilmişdir. O, Fəridəxanımın nə vaxt və nə üçün Mirəyyub və Samirənin evinə girdiyini bilməmişdir. Onun bu barədə ümumiyyətlə heç bir məlumatı olmamışdır. O, bu hadisəni ailə üzvlərindən eşitmişdir. Yəni Mirəyyub bu barədə onun qayınatası Tahirə məlumat verdikdən sonra onun da bu hadisədən xəbəri olmuşdur. Polis əməkdaşları tərəfindən Fəridəxanımın Mirəyyubun və Samirənin evinə qanunsuz daxil olması araşdırıldıqdan sonra Fəridəxanımın öz qonşusunun evindən qızıl-zinət əşyaları oğurlaması onlara bildirilmişdir. Onun başqa məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Ağakərim oğlu ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs babasıdır. O, nəvəsi Fəridəxanımın kiminsə evindən oğurluq etməsi ilə bağlı məlumatları hadisənin üstü açıldıqdan sonra əldə etmişdir. Əgər əvvəlcədən onun və ailəsinin bu barədə məlumatı olsaydı, onlar bu əməllərin qarşısını almış olardılar. Şahid4 Ağakərim oğlu cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, o, qızı Şahid2 mənzil almışdır. O, 2013-cü ildə “Həcc” ziyarətindən qayıtdıqdan sonra öz mənzilini 238.000 manata satmışdır. O, həmin pulun müəyyən hissəsini, yəni 35.000 manat ödəyərək qızı Nigara ipoteka ilə mənzil almışdır. Lakin ipotekanın aylıq ödənişini qızının əri Tahir ödəmişdir. O, mənzilə görə ipoteka ödənişini həyata keçirməmişdir. O, mənzilin satılması ilə əlaqədər müqavilənin harada olduğunu dəqiq xatırlamamışdır. O, qızı Nigara aldığı mənzilin ödənişini tam ödəməmişdir. Mənzil ipoteka ilə alınmışdır. İpoteka ilə mənzil əldə etmək üçün ilkin ödənişi o, özü etmiş, mənzilin aylıq ipoteka ödənişini isə qızı Nigargil özləri ödəmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Bahadır qızı ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 46 A, mənzil 32-də yaşayır. Onun yaşadığı mənzil 3-cü mərtəbədə yerləşir. Zərərçəkmiş şəxs1 isə həmin binanın 5-ci mərtəbəsində yaşayır. Tahirgil də Mirəyyubla eyni mərtəbədə, üzbəüz qonşu kimi yaşayırlar. Onun yaşadığı binada qonşuların bir-biri ilə münasibətləri həmişə yaxşı olmuşdur. Qonşular evdə olmadıqda öz evlərinin açarlarını eyni binada yaşayan və etibar etdikləri qonşularına vermişlər. Fəridəxanımın rəhmətə getmiş nənəsi Şahid3 bir dəfə ona qızıl onluq satdıqlarını və həmin qızılı gətirib göstərəcəyini demişdir. O da Şahid3 həmin qızılı istədiyini demişdir. Onun həmin qızıla vermək üçün təxminən 500 manat pulu olmuşdur. Lakin Şahid3 həmin qızıl onluğu 600 manata qiymətləndirmişdir. Bu səbəbdən o, həmin qızıl onluğu ala bilməmişdir. Lakin 1-2 gündən sonra o, Şahid3 zəng edərək həmin qızılı sonuncudan istədikdə, sonuncu həmin qızıl onluğun artıq satıldığını demişdir. Bir neçə dəfə də olmuşdur ki, o, evdə olmadıqda və onun kürəkəni evə gəldikdə qapıda qalmasın deyə o, yaşadığı evin açarını Tahirgilə vermişdir. Bu hal mütəmadi olaraq baş vermişdir. Həmin ərəfədə onların evindən qızıl-zinət əşyaları və pullar itmişdir. Onların evindən qızıl-zinət əşyalarının və pulların itməyini o, qızı ilə müzakirə etmişdir. Hətta qızı ilə aralarında bu məsələ ilə bağlı dəfələrlə mübahisə yaranmışdır. Lakin o, bu barədə heç kimə, habelə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Mirəyyubun evindən Fəridəxanımın oğurluq etməsi məsələsinin üstü açıldıqdan sonra onlar da evlərindən oğurluq edən şəxsin Fəridəxanımın olduğunu bilmişlər. Mirəyyub Fəridəxanımın özünə məxsus evdən oğurluq etməsini evə gizli şəkildə quraşdırılmış kamera vasitəsilə müəyyən etmişdir. O da Fəridəxanımın Mirəyyubun evindən oğurluq etməsi ilə bağlı lentə alınmış videomüşahidə görüntüsünə baxmışdır. O, həmin görüntülərə baxdıqda Fəridəxanımın Mirəyyubun evinin müxtəlif yerlərini axtardığını, əşyaların içərisinə baxdığını, dolabların və paltarların içinə baxdığını görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxs Fəridəxanımı tanıyır. Fəridəxanım onun qonşusudur. O, 40 ildir ki, Fəridəxanımın valideynləri ilə eyni binada yaşayır. O, Şahid2 və Şahid1 kiminsə evindən oğurluq etməsini qonşuları öz aralarında danışanda eşitmişdir. Lakin o, bu hadisənin təfərrüatını bilməmişdir. O, belə bir halın şahidi olmamışdır. Qonşular Mirəyyubgilin evindən oğurluq olduğunu öz aralarında danışmışlar. O da bunları qonşularından eşitmişdir. Deyilənə görə oğurluqla bağlı cinayət hadisəsi Mirəyyubun evindəki kamera ilə qeydə alınmışdır. Rəhmətlik Şahid3 heç vaxt ona hər hansı bir qızıl əşyanı satmaq istədiyini deməmiş və ya hansısa qızıl əşyanı ona göstərməmişdir. O, heç vaxt qonşulardan qızıl almamışdır. O, rəhmətlik Şahid3 kiməsə qızıl-zinət əşyası satmasını görməmiş və ya eşitməmişdir. Şahid2 “Zəngi” liseyində valideyn-müəllim assosiasiyasında işləmişdir. O, məktəbdə işçilərin ixtisarı ilə əlaqədar Nigarın liseydən çıxarıldığını eşitmişdir. O, Təqsirləndirilən şəxs “Zəngi” liseyində oğurluq etməsini eşitmişdir. Lakin o, belə bir hadisəni görməmişdir. Məktəbdə oğurluq olması və pul oğurlanması barədə danışılmışdır. O, sadəcə bunu eşitmişdir. Onun və onun ailə üzvlərinin Tahir və Nigargilnən bir qonşu kimi münasibətləri normal olmuşdur. Onlar 40 il olar ki, eyni binada fərqli-fərqli bloklarda yaşamışlar. Onlar xeyir-şər işlərində bir-birilərinin evinə gedib-gəlmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, 20 ildən çoxdur ki, “Zəngi” liseyində azərbaycan dili müəllimi vəzifəsində işləyir. Həmin liseydə 2009-cu ildən etibarən müəllim-valideyn assosiasiyası fəaliyyətə başlamışdır. O, həmçinin bu assosiasiyanın müdir müavini vəzifəsində işləmişdir. Fəridəxanımın anası Nigar Qəmbərova da 2010-cu ildən bu assosiasiyada texniki işçi, yəni laborant kimi qəbul edilmişdir. Nigarın üç övladı həmin liseydə təhsil almışdır. 2018-ci ildə müstəntiq ondan ifadə alarkən daha çox Fəridəxanımın anası Nigar ilə bağlı suallar vermişdir. O da Nigarı normal, sadə və səmimi bir insan kimi tanıdığını bildirmişdir. Hadisədən sonra Fəridəxanımın anası Nigar “Zəngi” liseyindən işdən çıxmışdır. Bildiyinə görə Nigar məktəbdə işçilərin sayı ixtisara düşdüyünə görə işdən çıxarılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, tez-tez Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 46A saylı yaşayış binasının 32 saylı mənzilində yaşayan əmisigilə gedib-gəlmişdir. Əmisi vəfat etsə də, o, əmisi arvadı Susənbər və sonuncunun övladları ilə münasibətlərini davaç etdirmişdir. O, Süsənbərlə lotoreya oynadığı üçün 2018-ci ilin fevral ayının əvvəlində Süsənbərin yaşadığı mənzilə getmişdir. Həmin vaxt səhər saatları olmuşdur. O, Süsənbərin yaşadığı mənzilin qapısını nə qədər döysə də, qapını açan olmamışdır. O, mobil telefonunu çıxararaq qohumları ilə əlaqə saxlamaq istədikdə, yuxarı mərtəbədə qapının açılması səsini eşitmişdir. O, qapının səsini eşidib yuxarı mərtəbəyə boylandıqda örtülən qapının Mirəyyubun yaşadığı mənzilin qapısı olduğunu və həmin qapının qarşısında Mirəyyubun mənzili ilə üzbəüz yaşayan Nigarı görmüşdür. O, Nigarın Mirəyyubun yaşadığı mənzilin qapısını bağlayıb-bağlamasını və ya Mirəyyubgildən kiminsə qapını bağlayıb-bağlamamasını görməmişdir. O, Nigarla salamlaşmışdır. Həmin vaxt Nigar ondan kefini-halını soruşmuşdur. O da Nigara Süsənbərin evdə olmadığını demiş və lotoreyanın pulunu vermək üçün gəldiyini bildirmişdir. Nigar da pulu özünə verməsini və Süsənbər gəldikdə çatdıracağını demişdir. O da pulu Nigara vermişdir. Sonradan Süsənbər onun Nigara verdiyi pulu sonuncudan aldığını təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Yasamal rayon Mühafizə İdarəsində işləyir. O, həmin idarədə 1997-ci ildən işləməyə başlamışdır. O, Şahid1 ilə eyni binada yaşadığından sonuncunu demək olar ki, lap kiçik vaxtlarından tanıyır. O, Tahiri işçi olaraq isə 1997-ci ildən tanımışdır. Belə ki, Şahid1 onun işlədiyi ofisdə polis nəfəri kimi işləmişdir. Onlar qonşu olsalar da, çox nadir hallarda görüşmüşlər. Lakin onlar həmişə iş yoldaşı olaraq normal münasibət saxlamışlar. O, 2018-ci ilin yay aylarında yaşadığı binada qadınlar arasında danışılan söhbətlərdən öz ailə üzvlərinin vasitəsilə eşitmişdir ki, Şahid1 qızı Fəridəxanım Mirəyyub adlı qapı qonşusunun evinə həvalə edilmiş mənzilin açarı ilə qapını açıb daxil olmuş və həmin mənzildən oğurluq etmişdir. Hətta eşitdiyinə görə bu barədə ev sahibinin əlində kamera görüntüləri də olmuşdur. Eyni zamanda o, 2015-2016-cı illərdə iş yerində gedən söz-söhbətlərdən eşitmişdir ki, Tahir Qəhbərov tez-tez xəstəlik adı ilə bülleten götürərək guya xəstələndiyi müddətdə sığorta vasitəsilə xəstəlik adı ilə xeyli dərman preparatları yazdırıb götürmüşdür. Bu barədə müdiriyyət xəbər tutduqdan sonra Tahirin bu kimi işlərdə etdiyi saxtakarlıq aşkar edilmiş və ona görə də bundan sonra Tahir işlədiyi yerdən çıxarılmışdır. O, təxminən 2018-ci ildə Tahirin təqaüdə çıxdığını, hətta ümumiyyətlə polis orqanlarından kənarlaşdırıldığını eşitmişdir. Tahir işdən çıxdıqdan sonra demək olar ki, o, cəmi 1-2 dəfə Tahirlə telefon vasitəsi ilə danışmışdır. Belə ki, həmin vaxt Tahirin anası yıxıldığından vəziyyəti yaxşı olmamış və o, Tahirə zəng edərək anasının vəziyyəti ilə maraqlanmışdır. O, Tahirlə qonşu və xeyli müddət ərzində iş yoldaşı olsa da, sonuncunun evində heç vaxt olmamışdır. Buna baxmayaraq, o, Tahirin atasının yas mərasimində iştirak etmişdir. Lakin Tahir 2018-ci ilin sentyabr ayında qızının toy mərasiminə onu dəvət etməmişdir. O, Mirəyyub adlı qonşu ilə uzaqdan uzağa tanışdır. Onların arasında yalnız qonşuluq münasibətləri olmuşdur. O, X4 barəsində polisə şikayət etməsini bildikdən sonra bir dəfə Mirəyyubu həyətdə gördükdə, bu barədə soruşmuşdur. Mirəyyub da ona Tahirin qızı Fəridəxanımın onun evindən oğurluq etməsini bildirmişdir. Şahid7 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, «Zəngi» liseyində işlədiyindən qonşuları ilə get-gəlişi olmamışdır. Lakin o, xeyir-şər məclislərindən də geri qalmamışdır. O, 22 ildən artıqdır ki, «Zəngi» liseyində işləyir və onun iş yoldaşları ilə yaxşı münasibətləri var. Onun qonşuluğunda yaşayan Türkan və Nigar da həmin liseydə işləyirlər. Onun həm Türkanla, həm də Nigarla yaxşı münasibətləri var. O, Nigarın liseydə «X6» işlədiyini bilmişdir. O, 2018-ci ilin sentyabr ayında eşitmişdir ki, Nigarın X16 mənzilinə daxil olub, oradan oğurluq edərək mənzildə quraşdırılmış kamera görüntülərinə düşmüşdür. Bundan sonra o, şoka düşmüş və belə bir hadisənin baş verməsinə inanmaq istəməmişdir. Həmin oğurluq hadisəsindən sonra «Zəngi» liseyində müəllimlərin arasında söz-söhbət yayılmağa başlamışdır. Həmin söz-söhbətlərdən məlum olmuşdur ki, Nigarın işdən çıxarılma səbəbi «X11» üçün yığılan pulların oğurlanması ilə bağlı olmuşdur. Məktəbin həmin dövrdəki direktoru Bayram Heydərov məhz bu səbəbdən Nigardan işdən çıxması ilə bağlı ərizə yazmağı tələb etmişdir. Lakin o, bu söz-söhbətlərin doğru və yalan olduğunu bilməmişdir. Şahid8 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Şahid1 onun atası, Şahid2 onun anası, Seyfullazadə Şahin onun qardaşı, Təqsirləndirilən şəxs isə onun bacısıdır. O, 2018-ci ilin avqust ayının ikinci yarısında evdə olarkən anasının ağladığını görmüş və anasında nə baş verdiyini soruşmuşdur. Anası Nigar ona bildirmişdir ki, onun bacısı Fəridəxanım qonşu Mirəyyubun evinin açarı ilə evin qapısını açıb evə daxil olmuş və Mirəyyub da bu barədə polisə şikayət etmişdir. Sonradan ona evdə olan danışıqlardan məlum olmuşdur ki, qonşu Mirəyyub evindən bacısı Fəridəxanım tərəfindən 10.000 manat, sonra 20.000 manat, daha sonra isə 35.000-40.000 manat dəyərində qızıl-zinət əşyaları və pulun oğurlandığını iddia etmişdir. O, babası Ramiz və bibisi Hədiyyənin əri Firdovsi ilə birlikdə Mirəyyubun evinə gedərək bu məsələni müzakirə etmişdir. Onlar Mirəyyuba 20.000 manat ödəməyi təklif etsələr də, Mirəyyub onun babası ilə kobud danışmış və 20.000 manat məbləğlə razı olmamışdır. O, bacısı Fəridəxanımın Mirəyyubun mənzilinə nə vaxt və hansı şəraitdə daxil olduğunu bilməmişdir. Lakin o, valideynlərindən eşitmişdir ki, Mirəyyub yaşadığı evdə kamera quraşdırmış və Fəridəxanımın əməlləri həmin kamera tərəfindən çəkilmiş görüntülər əsasında müəyyən edilmişdir. O, şəxsən həmin görüntülərə baxmamışdır. Ona ad günü və ya başqa günlərdə ailə üzvləri tərəfindən pul, zinət əşyası və ya hər hansı dəyərdə qiymətli əşya hədiyyə edilməmiş və qeyd edilən əşyalar girov qoyulması üçün ona verilməmişdir. Yalnız 2019-cu ilin ilk aylarında keçirdiyi futbol çempionatları üçün reklamlara pul lazım olduğu üçün o, nənəsi Fəridənin razılığı ilə sonuncuya məxsus 1 (bir) cüt qızıl sırğadan ibarət zinət əşyasını Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev, 53 ünvanında yerləşən “Kredo- Lombarda” gedərək həmin əşyanı girov qoyaraq 240 manat pul götürmüşdür. O, hər ay 12-14 manat civarında faiz ödəmişdir. O, bir neçə ay faiz ödəsə də, sonradan nənəsi özü təqaüd pulunu alaraq lombardın pulunu ödəmiş və o, imza etdikdən bir gün sonra nənəsi özü gedib girov qoyulmuş sırğalarını götürmüşdür. Bundan başqa, o, həmin tarixlərdə üzərində ***-***-**-** mobil nömrəsini işlətdiyi “Samsunq A7” markalı mobil telefonunu Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti, “Rahat” marketin yaxınlığındakı telefon dükanına girov qoyaraq 140 manat pul götürmüşdür. O, təxminən iki ay, hər ay 28 manat olmaqla ödəniş etdikdən sonra 168 manat ödəyib pula ehtiyacı olduğu üçün həmin telefonu götürüb yaxınlıqdakı telefon dükanına, özünə aid şəxsiyyət vəsiqəsi itdiyinə görə dostu Nicat Səidinin şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 230 manata satmışdır. O, öz telefonundan və nənəsinin sırğalarından başqa digər əşyaları lombarda girov qoymamışdır. O, ailə üzvlərindən hər hansı birinin həmin lombarda zinət əşyası girov qoyub- qoymadığını bilməmişdir. Həmin vaxt bacısı Fəridəxanım orta məktəbdə oxuduğundan atası bacısına mobil telefon işlətməyə və gəzdirməyə qadağa qoymuşdur. O, qonşu Mirəyyubun evinin açarlarının yaşadıqları evin dəhlizində asılqandan asıldığını bilmişdir. Lakin o, bir dəfə də olsun açara toxunmamışdır. Şahid12 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2006-cı ildən «Zəngi» liseyində tarix müəllimi işləyir. Dərs saatı az olduğundan o, həftənin 4 günü ərzində məktəbdə olmuşdur. O, Şahid2 təxminən 2010-ci ildən tanımışdır. Şahid2 həmin ildən «Zəngi» liseyində laborant kimi işə qəbul olunmuşdur. Həmin illər ərzində Nigarın 3 övladı da həmin liseydə təhsil almışdır. O, Nigarın qızı Fəridəxanımın sonuncu 8-11-ci sinifdə oxuduğu zaman sinif rəhbəri olmuşdur. O, həm də Fəridəxanıma dərs də demişdir. 2015-ci ildə onun bilmədiyi səbəbdən Şahid2 işdən azad edilmişdir. Fəridəxanım orta məktəbi bitirdikdən sonra az bal topladığından ali məktəbə qəbul ola bilməmişdir. Fəridəxanım orta məktəbi qurtardıqdan sonra o, Fəridəxanım və sonuncunun anası Nigarla bir dəfə də olsun görüşməmiş, habelə telefon vasitəsilə əlaqə saxlamamışdır. O, son vaxtlar məktəbdə eşitmişdir ki, Fəridəxanım qonşusunun evindən oğurluq etmiş və qonşu bu barədə polisə şikayət etmişdir. O, Fəridəxanımın sinif rəhbəri olsa da, sonuncunun 2015-ci ildə Zivər xanımın çantasından hansısa məbləğdə pul götürməsini eşitməmişdir. O, sinif rəhbəri olduğundan ola bilsin ki, bu hadisə ondan gizlədilmişdir. Bu səbəbdən də o bu barədə heç nə eşitməmişdir. Şahid13 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2007-ci ildən Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsində yerləşən «Zəngi» liseyində ibtidai sinif müəllimi işləyir. O, Təqsirləndirilən şəxs 2007-ci ildə dərs demişdir. O, Fəridəxanıma dərs dedikdə, sonuncu 3-cü sinifdə oxumuşdur. O, Fəridəxanımın anası Şahid2 da həmin vaxtdan valideyn kimi tanımışdır. Belə ki, Nigar təxminən 2010-cu ildən liseyin «X7» işçisi kimi fəaliyyət göstərmişdir. Bir neçə il fəaliyyət göstərdikdən sonra Nigar liseydən azad edilmişdir. O, məktəbdə olduğu müddətdə Fəridəxanım və digər şagirdlərlə həmişə ünsiyyətdə olmuşdur. O, təxminən 2015-ci ildə Fəridəxanıma sinif otağından onun çantasını gətirməsini həvalə etmişdir. Fəridəxanım da səhv edərək və uşaq olduğu üçün onun çantasından az miqdarda pul götürmüşdür. O, bunu bildikdən sonra birbaşa Fəridəxanımın anası Nigara xəbər vermişdır. Nigar bunu bildikdən sonra ona məxsus pulu qaytarmış və o da heç kimə bu barədə şikayət etməmişdir. Onun hal-hazırda da Fəridəxanıma qarşı heç bir şikayət və tələbi yoxdur. Fəridəxanım orta səviyyədə oxuyan aktiv və məsuliyyətli şagird olmuşdur. O, Fəridəxanımın qonşusunun evindən oğurluq etməsini məktəbdə gəzən söz-söhbətlərdən eşitmişdir. Lakin onun bu hadisə barədə dəqiq məlumatı yoxdur. Şahid14 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2000-ci ilədək Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 46A, mənzil 45də yaşamışdır. Sonradan o, ailə qurmuş və həmin ünvandan köçmüşdür. O, Tahirgil və Mirəyyubgil ilə qonşu olmuşdur. O, 2018-ci ilin avqust ayında valideynlərinin yaşadığı mənzilə gedərkən orada qonşular arasında gedən söz-söhbətdən eşitmişdir ki, Şahid1 qızı Təqsirləndirilən şəxs digər qonşu Mirəyyubun evinə etibar edilmiş açarla qapını açaraq içəri daxil olmuş və evdən oğurluq etmişdir. Hətta o, Mirəyyubun bu barədə polisə şikayət etdiyini eşitmişdir. Ancaq o, Mirəyyubun evindən hansı məbləğdə pulun yaxud zinət əşyalarının oğurlandığını bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 sentyabr 2018-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 59) görünür ki, Şahid15 ilə X5 arasında nikah bağlanmış və X2 Quliyeva soyadı verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 sentyabr 2018-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 3) görünür ki, X14 Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis bölməsinə ərizə ilə müraciət edərək təxminən 2 il bundan əvvəl mənzilindən pul və qızıl-zinət əşyalarının naməlum şəraitdə yoxa çıxması səbəbindən 2018-ci ildə mənzilinə müşahidə kamerası quraşdırdığını, bundan sonra yaşadığı binanın 34 nömrəli mənzilində yaşayan Fəridəxanım adlı şəxsin qanunsuz olaraq onun mənzilinə daxil olaraq, mənzildə axtarış apardığını gördüyünü, bu səbəbdən də yaşadığı mənzildən dəyərli qızıl-zinət əşyalarının və pul vəsaitinin Fəridəxanım adlı şəxs tərəfindən oğurladığını güman etdiyini bildirmiş və həmin şəxsin məsuliyyətə cəlb edilməsini, o cümlədən qızıl-zinət əşyalarının və pul vəsaitinin qaytarılmasını xahiş etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 sentyabr 2018-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 6-11) görünür ki, ünvan 3 ünvanda yerləşən 35 nömrəli mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzildə hər hansı dağıntı və kənar müdaxilə aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan “Whatsapp” yazışmalarının çıxarışından görünür ki, Fəridəxanım: Salam, Samirə canım necəsən? Samirə inan ki, bilmədim, kimə ağız açım, çıxılmaz vəziyyətdəyəm, dedim qoy Samirəyə yazım. Mən uninin semestr pulunu verməliyəm. Gedib kredit çəkəcəkdim dünən. Dedilər 20 yaşı tamam olmamış verilmir. Bizimkilərin adına da kredit var deyə götürülmür. Bəlkə mənə borca pul verərsən. Maaşdan hər ay 100-150 verərəm. Utana-utana yazıram əslində bunları. Mamaya dedim yazım Samirəyə? Dedi bax da, ayıb olmazsa. Olmasa da canım sağolsun. Samirə: Salam. Yaxşıyam Fəriş. Can məndə də pul yoxdur. Həm də indi biz Qəbələyə gedirik, ayın 20-dən sonra qayıdarıq yəqin. Evdən çıxanda Fəridə xalaya dedik. Allah köməyin olsun. Fəridəxanım: Canın sağolsun əzizim. Bir daha Allah razı olsun. Fəridəxanım: Salam Samirə. Mən sənə ölüb-ölüb dirilib yazıram. Xəcalətimdən ölürəm və mən şokdayam. Nə deyəcəyimi və nə edəcəyimi bilmirəm. Sizlərdən çooooox üzr istəyirəm. Sən bilsən ki, biz nə haldayıq. Allaha and olsun, qıldığım namaza and olsun ki, başım itib. Çarəsizcəsinə baxıram divarlara. Fəridəxanım: Xəcalət çəkirəm, Allaha and olsun. Fəridəxanım: Bağışlayın, çox üzr istəyirəm. Fəridəxanım: Özümə yer tapa bilmirəm. Fəridəxanım: Kaş ki, ölərdim mən kaş ki. Fəridəxamm: Allahdan özümə ölüm arzulayıram dünəndən. Fəridəxanım: Samirə, qurban olaram sənə, Allah kaş mənə ölüm verərdi, belə etməzdim, universitetdən məni çox pis sıxırlar, pulu verməliyəm, bilmirdim nə edim. Son çıxış belə etdim. Yalvarıram sənə, bağışlayın. Allaha and olsun, Allah məni öldürsün ki, ilk dəfə idi belə bir şey edirdim, əlacım yox idi. Yalvarıram, bağışlayın ölüm ayağınızın altında. Heç kim bilməsin. Sənə yaivarıram. Fəridəxanım: Nənəyə demisən qızıllar yoxdu. Atamın anamın üzünü görmək nəsib olmasın mənə, heç nəyinizə bugünə qədər əl vurmamışam. Allaha and olsun universitetdə sıxırlar məni. Pulu verəmmirəm. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 sentyabr 2018-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən (cild 1, iş vərəqə 16-17) görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs 19 avqust 2018-ci il tarixdə 26 dəqiqə müddətində Zərərçəkmiş şəxs1 yaşadığı mənzilin yataq otağında axtarış aparması müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 56) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 noyabr 2018-ci il tarixli tutma haqqında protokoldan (cild 1, iş vərəqə 67) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 noyabr 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 77-78) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 noyabr 2018-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-264/2018 saylı qərarından (cild 1, iş vərəqə 92-95) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, məhkəmə iclas zalından azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 noyabr 2018-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 96-97) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 noyabr 2018-ci il tarixli başqa yerə getməmək haqqında iltizamdan (cild 1, iş vərəqə 98) görünür ki, Quliyeva (Seyfullazadə) Fəridəxanım Tahir qızından başqa yerə getməmək haqqında iltizam alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 dekabr 2018-ci il tarixli müayinə nəticəsindən (cild 1, iş vərəqə 98) görünür ki, Təqsirləndirilən şəxs 11-12 həftəlik hamilə olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 dekabr 2018-ci il tarixli əşyanın tanınması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 106-108) görünür ki, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs götürülmüş sarı rəngli metaldan ibarət qadın qol saatı digər 3 (üç) qadın saatı ilə tanınması üçün Zərərçəkmiş şəxs1 təqdim edilmiş və Zərərçəkmiş şəxs1 2 (iki) rəqəmi ilə nömrələnmiş qol saatını tanıyaraq həmin saatın ailəsinə məxsus olduğunu, habelə həmin qol saatının Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 dekabr 2018-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan və ona əlavə edilmiş fotoşəkildən (cild 1, iş vərəqə 109-110) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd sarı rəngli metaldan hazırlanmış qol saatı iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2019-cu il tarixli tibbi arayışdan (cild 1, iş vərəqə 248) görünür ki, X8 35 həftəlik hamiləlik, o cümlədən vaxtından əvvəl doğuş təhlükəsi və aşağı ətrafların ödemləri diaqnozu qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12294/12295 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 24-25) görünür ki, tədqiqata təqdim edilmiş «Çayka» markalı qol saatının gövdəsi və qolbağı qiymətsiz əlvan metal ərintisindən və dəmir əsaslı ərintidən hazırlanmışdır. Saat zavodu üsulu ilə Rusiyada hazırlanmışdır. Aparılmış fikiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, “Çayka” markalı qol saatının hazırki vəziyyətdə 2018-ci ilin avqust ayına respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 30 (otuz) manat təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2019-cu il tarixli "xxxx" Mənzil Tikinti Kooperativinin məktubundan (cild 2, iş vərəqə 56) görünür ki, Şahid2 adına "xxxx" MTK tərəfindən 20 avqust 2016-cı il tarixli, 75 nömrəli müqavilə rəsmiləşdirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2019-cu il tarixli Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin 70 saylı məktubundan (cild 2, iş vərəqə 66) görünür ki, Təqsirləndirilən şəxs 2017-2018-ci tədris ilində Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə ödənişli əsaslarla “Mühasibat uçotu” ixtisasına qəbul olunmuş, hazırda kollecin son kurs tələbəsidir. 2017-2018-ci tədris ilinin haqqını 28 avqust 2017-ci il tarixdə, 2018-2019-cu ilin tədris ilinin təhsil haqqını isə 09 aprel 2019-cu il tarixdə ödəmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2019-cu il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 18-19) görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.3.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2019-cu il tarixli baxış və götürmə haqqında protokoldan (cild 2, iş vərəqə 139-140) görünür ki, “Laçın” ticarət mərkəzinin yanında yerləşən “Lombard” mağazasını icarə əsasında işlədən Şahid9 təqdim etdiyi 100 vərəqədən ibarət “Qızıl və brilyantların alqı satqısı” kitabına, eləcə də müştərilərin lombardla bağlı müraciətlərinin elektron qaydada qeydiyyatı aparılmış “Toshiba” markalı kompüterin “Şakir” qovluğunda Şahid9 özünün razılığı ilə baxış keçirilmişdir. “Qızıl və brilyantların alqı satqısı” kitabına baxış keçirilərkən ağ üzlüklü kitabın 13-cü səhifəsində 14 noyabr 2017-ci il tarixdə - xx xxxxxx 1998-ci il doğum tarixli, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 46a, mənzil 34-də yaşayan, Asan-4-də 07 aprel 2015-ci ildə şəxsiyyət vəsiqəsi aldığı qeyd olunan X1 8 qram çəkidə, 750 əyyarda 1 (bir) ədəd üzüyü 380 manata satdığı, “Satdı qrafasında əlyazma ilə «Qızıl üzüyümü satdım» imza edilmiş, ***-***-**-** mobil telefon qeydləri aparılmış yazılara, həmçinin kitabın 15-ci səhifəsində 25 noyabr 2017-ci il tarixdə - xx xxxxxx 1998-ci il doğum tarixli, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 46a, mənzil 34-də yaşayış yeri, Asan-4-də 07 aprel 2015-ci ildə şəxsiyyət vəsiqəsi aldığı qeyd olunan X1 12 qram çəkidə, 750 əyyarda 1 (bir) cüt qızıl sırğaların 540 manata satdığı və «Satdı» qrafasında əlyazma ilə “Qızılımı öz razılığımla satdım” sözləri və imza, ***-***-**-** mobil telefon qeydlərinin aparıldığı aşkar edilmişdir. Bundan başqa, kitabın digər vərəqələrində Təqsirləndirilən şəxs, ailə üzvləri və istintaq üçün maraq kəsb edən şəxslərin adı və soyadı ilə bağlı hər hansı qeydlər aşkar edilməmişdir. Bundan başqa, «Toshiba» markalı kompüterin “Şakir” papkasındakı 11 səhifədən ibarət, 2016-2018-ci illərdə müştərilərin müraciətlərinin elektron qaydada siyahısına baxış keçirilmiş, lakin həmin siyahıda Fəridəxanım Seyfullazadənin, ailə üzvləri və istintaq üçün maraq kəsb edən şəxslərin adı və soyadı ilə bağlı hər hansı qeyd aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyun 2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********25 nömrəli məktubundan (cild 2, iş vərəqə 218) görünür ki, Şahid1 adına Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 46A, mənzil 34, Şahid2 adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 1, m12, mənzil 63 (sözügedən əmlak “Azərbaycan Beynəlxalq Bank" ASCnin Sabunçu fillialının xeyrinə ipoteka ilə yüklü edilmişdir), Şahid15 adına Bakı şəhəri, Suraxanı rayonu, “AB” yaşayış massivi, ev 125, mənzil 127 (1/3 hissə) qeydiyyatdan keçmiş və hazırda qeyd edilən şəxslərin mülkiyyətlərindədir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 iyun 2019-cu il tarixli baxış və götürmə haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 184-188) görünür ki, lombard fəaliyyəti ilə məşğul olan X20 tərəfindən təqdim edilmiş sənədlərə baxış keçirilmişdir. Şahid1 23 fevral 2019-cu il tarixdə, saat 13:20-də 750 əyyar 87,7 qram çəkidə fotoşəkildə əks olunan 2 (iki) ədəd qızıl qadın qolbağı, 2 (iki) ədəd qızıl qadın boyunbağı və 2 (iki) cüt qızıl qadın sırğasını 469136 saylı girov müqaviləsi və bileti üzrə girova qoymaqla 3.500 manat kredit (ssuda) şəklində nağd pul vəsaitini aldığı, Şahid2 29 sentyabr 2018-ci il tarixdə, saat 11:10-də 750 əyyar, 69,3 qram çəkidə, 583 əyyar 22,4 qram çəkidə, fotoşəkildə əks olunan 2 (iki) ədəd qızıl boyunbağı və 4 (dörd) ədəd müxtəlif formalı qızıl qadın üzükləri, 1 (bir) cüt qızıl qadın sırğası və eyni formalı 1 (bir) ədəd qızıl qadın üzüyü, 1 (bir) cüt qızıl qadın sırğasından ibarət dəst 402288 saylı girov müqaviləsi və bileti üzrə girova qoymaqla 3.500 manat kredit (ssuda) şəklində nağd pul vəsaitini aldığı, Şahid8 27 dekabr 2018-ci il tarixdə 583 əyyar 9,81 qram çəkidə fotoşəkildə əks olunan eyni formalı 1 (bir) ədəd qızıl qadın üzüyü və 1 (bir) cüt qızıl qadın sırğasından ibarət dəsti 432729 saylı girov müqaviləsi və bileti üzrə girova qoymaqla 240 manat kredit (ssuda) şəklində nağd pul vəsaitini aldığı müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 iyul 2019-cu il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 5(007)-121/2019 saylı qərarından (cild 3, iş vərəqə 21-24) görünür ki, Şahid2 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov (S.Qocayev 142) ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş 12 mərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 74,57 kv.m-dən ibarət 2 (iki) otaqlı 63 nömrəli mənzilin üzərinə həbs qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 avqust 2019-cu il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan olunması haqqında qərardan (cild 3, iş vərəqə 79-80) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 avqust 2019-cu il tarixli qətimkan tədbirinin təsdiq edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 98-99) görünür ki, 14 noyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri təsdiq edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 avqust 2019-cu il tarixli baxış və götürmə haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 3, iş vərəqə 116-119) görünür ki, Təqsirləndirilən şəxs məxsus AZE 15200435 seriyalı şəxsiyyət vəsiqəsi əsasında 14 noyabr 2017-ci il tarixdə lombard mağazasına təqdim edilməklə girov qoyulmuş 750 əyyar və 8 qram çəkidə “Gül” formalı 1 (bir) ədəd üzük, eləcə AZE 15200435 seriyalı şəxsiyyət vəsiqəsi əsasında 25 noyabr 2017-ci il tarixdə lombard mağazasına təqdim edilməklə girov qoyulmuş 750 əyyar və 12 qram çəkidə 1 (bir) cüt «Gül» formalı sırğalar Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 3 (üç) ədəd fotoşəkildəki 1 (bir) cüt sırğa və 1 (bir) ədəd üzüklə eynilik təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 noyabr 2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin 5(103)-17/2019 saylı qərarından (cild 3, iş vərəqə 221-223) görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli 5(007)-185/2019 saylı qərarı ləğv edilmiş və Şahid3 fakti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 5 ünvanda axtarış və götürmə istintaq hərəkətlərinin aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 noyabr 2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin 5(103)-18/2019 saylı qərarından (cild 3, iş vərəqə 224-226) görünür ki, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 5(007)-185/2019 saylı qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və faktiki yaşadığı Bakı şəhəri, ünvan 6 ünvanda axtarış və götürmə istintaq hərəkətlərinin aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 dekabr 2019-cu il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 3, iş vərəqə 233-277) görünür ki, həmin gün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi ev 1, mənzil 63-də axtarış aparılmış və istintaq üçün əhəmiyyət kəsb edən qırmızı kəmərli “Beino” markalı, arxasında “Stainles steel” sözləri yazılmış 1 (bir) ədəd qadın qol saatı, “Quartz” markalı, dəmir kəmərl və qızılı rəngli 1 (bir) ədəd qadın qol saatı, “Be hearts mayer” markalı, dəri kəmərli 1 (bir) ədəd qadın qol saatı, şüşəsi çatlar, “Calvin Klein” markalı, qızılı rəngdə olan 1 (bir) ədəd qadın qol saatı, “Versage” markalı üzərində “Swiss made” sözü yazılan", dəri kəmərli 1 (bir) ədəd qadın qol saatı, “Fitfeen guards” markalı, dəri kəməri 1 (bir) ədəd qadın qol saatı, “Emporio Armani” markalı, gümüşü rəngli, metal kəmərli 1 (bir) ədəd qadın qol saatı, “G” formalı, “Gloria” markalı, metal rəngli 1 (bir) ədəd qadın qol saatı, “Guards Feetron” markalı, dəmir kəmərli 1 (bir) ədəd qadın qol saatı, “Calvin Klein” markalı, qızılı rəngli, arxasında “stainless steel” sözləri yazılmış 1 (bir) ədəd qadın qol saatı, metal kəmərli üzəri qara qaşlı 1 (bir) cüt dəmir sepli materialndan ibarət, metal rəngli 1 (bir) cüt kişi qol düyməsi, qızılı rəngli 1 (bir) ədəd qadın qolbağı, üzərində yaşıl, göy, qırmızı rəngli qaşları olan, metal rəngli 1 (bir) ədəd qadın qolbağı, qızılı rəngli, sadə formalı 1 (bir) ədəd qadın qolbağı, “Versage” markalı, üzərində 8 ədəd qaş olan 1 (bir) ədəd qadın üzüyü, üzərində parıltılı, qara rəngli qaş olan 1 (bir) ədəd qadın üzüyü, “Diş” formalı, “Versage” markalı, qızılı rəngli 1 (bir) ədəd qadın üzüyü, üzərində 4 (dörd) ədəd qaş olan, sadə 1 (bir) cüt qadın sırğası, “kəpənək” formalı, sadə, qızılı rəngli 1 (bir) cüt qadın sırğası, “saat” formalı, metal rəngli 1 (bir) ədəd qadın üzüyü, üzərində qara rəngli qaş olan, üzərində müxtəlif təsvirlər olan 1 (bir) ədəd qadın üzüyü, üzərində yaşıl rəngli qaş olan, “gül” formalı, 1 (bir) cüt sırğa və 1 (bir) ədəd üzükdən ibarət qadın dəsti, üzərində yaşıl rəngli daş olan, metal rəngli 1 (bir) ədəd kişi üzüyü, üzərində sarı rəngli qaş olan, metal rəngli 1 (bir) ədəd kişi üzüyü, sadə formalı, qızılı rəngli 1 (bir) ədəd qadın boyunbağı, üzərində gözmuncuğu “fil” təsviri olan, qara rəngli, təsbeh formalı kişi qolbağı, üzərində yaşıl rəngli qaş olan, sadə formalı, qızılı rəngli 1 (bir) cüt qadın sırğası, halqalı, “göz yaşı” formalı, sadə, qızılı rəngli 1 (bir) cüt qadın sırğası, üzərində sadə qaşlar olan, metal rəngli 1 (bir) cüt qadın sırğası, tayı olmayan, üzəri paslı, gümüşü rəngli 1 (bir) ədəd qadın sırğası, bir-birinə keçirilmiş halqalar formalı, qızılı rəngli 2 (iki) cüt qadın bəzək əşyası, üzərində bir ədəd qaş olan, sadə formalı, metal rəngli 1 (bir) ədəd qadın üzüyü, “ürək” formalı, üzərində bir ədəd qaş olan, gümüşü rəngli 1 (bir) ədəd klon, tayı olmayan, üzərində xırda daşlar olan, metal rəngli 1 (bir) ədəd sırğa, içərisində «etquoque etiam transeat», üzərində isə 2 (iki) ədəd boz və yaşıl rəngli daşlar olan və «omnia transeunt» sözləri yazılmış, metal rəngli 1 (bir) ədəd kişi üzüyü, üzərində bəzək formalı işləmələr olan, qızılı rəngli 1 (bir) cüt kişi qol düyməsi, üzərində bir ədəd qaş olan, metal rəngli 1 (bir) cüt kişi qol düyməsi, tayı olmayan, metal rəngli, sadə formalı 1 (bir) ədəd kişi qol düyməsi, metal rəngli, sadə formalı, qalstuk bərkidici, dəmir halqalı, metal rəngli 1 (bir) ədəd kişi qolbağı, üzərində mirvariyə bənzər qaş olan, “gül” formalı, metal rəngli 1 (bir) ədəd qadın üzüyü, üzərində xırda qaşlar və bir ədəd böyük mirvariyə bənzər qaş olan 1 (bir) cüt qadın sırğası, üzərində ardıcıl düzülmüş qaşlar, paraleloqram formalı, metal rəngli, 1 (bir) ədəd yaxa sancağı, üzərində ardıcıl qaşlar düzülmüş 1 (bir) ədəd sınmış qadın üzüyü hissəsi, “8” formalı, metal rəngli 1 (bir) ədəd yaxa sancağı, “göz yaşı” formasında, metal rəngli 1 (bir) cüt qadın sırğası, üzərində rəngbərəng qaşlar olan 1 (bir) cüt qadın sırğası, “kəpənək” formalı 1 (bir) ədəd qadın bəzək əşyası, üzərində ulduzlar olan, metal rəngli 1 (bir) ədəd qadın qolbağı, sadə formalı, qızılabənzər 1 (bir) ədəd qadın üzüyü, 1 (bir) ədəd sadə futlyarın içərisində, üzərində qızılabənzər iki ədəd qara və bir ədəd qırmızı daşı olan qadın boyunbağı, 1 (bir) ədəd sadə futlyarın içərisində, “İBL” markalı, sadə formalı, qara rəngli 1 (bir) ədəd qadın qolbağı, zəncir formalı, metal rəngli 1 (bir) ədəd qolbaq, ürək formalı, metal rəngli 1 (bir) ədəd klon aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 dekabr 2019-cu il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan (cild 4, iş vərəqə 1-4) görünür ki, həmin gün Bakı şəhəri, Suraxanı rayonu, “AB” Yaşayış Massivi, ev 125, mənzil 127-də axtarış aparılmış, lakin axtarış zamanı istintaq üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 dekabr 2019-cu il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 4, iş vərəqə 5-12) görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, ev 1, mənzil 63-də keçirilmiş axtarış zamanı aşkar edilmiş və istintaq əhəmiyyəti kəsb etdiyindən götürülmüş ardıcıllıqla «1» rəqəmindən «56» rəqəminə qədər nömrələnmiş əşyalar tanınması üçün Zərərçəkmiş şəxs1 təqdim edilmiş, Zərərçəkmiş şəxs1 təqdim edilən əşyaları nəzərdən keçirərək şərti olaraq “14” rəqəmi ilə nömrələnmiş, içərisində «etquoque etiam transeat», üzərində isə «omnia transeunt» sözləri yazılmış, metal rəngli 1 (bir) ədəd üzüyü tanıyaraq həmin əşyanın ağ qızıldan (platinium) olduğunu və ona məxsus olduğunu, üzüyün üzərindəki 2 (iki) ədəd boz və yaşıl rəngli daşların xüsusi məna kəsb etdiyini, boz rəngli daşın «obsidyen» daşı, yaşıl rəngli daşın isə «nefrit» daşı olduğunu, onun bürcünün «qız» bürcü olduğunu, «qoroskop» məlumatlarına əsasən üzük üzərindəki «obsidyen» və «nefrit» daşlarının «qız» bürcünə uğur gətirən daşlar olduğunu, məhz bu səbəbdən də həmin üzüyü 2009-cu ildə Azərbaycan kinoteatrı ilə üzbəüz yerləşən «BUM» adlanan ticarət mərkəzindəki zərgərlik sexində xüsusi sifariş əsasında hazırlandığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 dekabr 2019-cu il tarixli könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 4, iş vərəqə 19-30A) görünür ki, Zərərçəkmiş şəxs1 könüllü təqdim etdiyi 10 (on) ədəd fotoşəkil və 1 (bir) ədəd qızılabənzər kişi üzüyü götürülmüş, 1 (bir) ədəd üzüyə baxış keçirilərkən içərisində «etqouque etiam transeat, 17.09.2019», üzərində isə 2 (iki) ədəd boz və yaşıl rəngli daşların olduğu, üzərində «NN Omnia transeunt» sözlərinin yazıldığı müəyyən edilmiş, Zərərçəkmiş şəxs1 könüllü təqdim etdiyi 7 (yeddi) ədəd fotoşəkildə sağ əlinin orta barmağına taxdığı metal rəngli üzüyün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi ev 1, mənzil 63-də keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş və içərisində «etquoque etiam transeat», üzərində isə 2 (iki) ədəd boz və yaşıl rəngli daşların olduğu, üzərində «omnia transeunt» sözlərinin yazıldığı 1 (bir) ədəd üzüklə eynilik təşkil etməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 özünün görüntülərindəki sağ əlinin orta barmağında olan üzüyün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi ev 1, mənzil 63-də keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş üzüklə eyni olduğunu təsdiq etmiş, Zərərçəkmiş şəxs2 təsviri olan 3 (üç) ədəd fotoşəkilə baxış keçirilərkən qulağına taxılan sırğanın, üçüncü barmağına taxılan üzüyün, eləcə də boynuna taxılan boyunbağının X20 tərəfindən könüllü olaraq təqdim edilmiş və cinayət işinə əlavə edilmiş Şahid2 AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin, boyunbağı, üzük və sırğadan ibarət ümumilikdə 11 (on bir) ədəd predmetdən ibarət olan qızıl əşyalarının, eləcə də həmin əşyaların girova qoyulmasını əks etdirən sənədin əksi olan fotoşəkildəki şərti olaraq «1» rəqəmindən «8» rəqəminə qədər sıralanmış əşyalar sırasında «1» rəqəmindəki boyunbağı, «6» rəqəmindəki üzük, «7» rəqəmindəki sırğa ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 dekabr 2019-cu il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan (cild 4, iş vərəqə 31-32) görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, ev 1, mənzil 63də keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş, eləcə də tanınması üçün təqdim edilərkən iş üzrə Zərərçəkmiş şəxs1 Amirsahib oğlu tərəfindən tanınmış metal rəngli 1 (bir) ədəd üzüyə, eləcə də həmin üzüyə bənzər Zərərçəkmiş şəxs1 tərəfindən qardaşı İlham Abbaszadəyə hədiyyə olaraq verilmiş 1 (bir) ədəd qızılı rəngli üzüyə baxış keçirilmiş, baxış zamanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, ev 1, mənzil 63-də keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş metal rəngli 1 (bir) ədəd üzüyün içərisində «etquoque etiam transeat», üzərində isə 2 (iki) ədəd boz və yaşıl rəngli daşların olduğu, üzərində «omnia transeunt» sözlərinin yazıldığı müəyyən edilmiş, həmin üzüyə oxşar Zərərçəkmiş şəxs1 tərəfindən qardaşı İlham Abbaszadəyə hədiyyə olaraq verilmiş 1 (bir) ədəd qızılı rəngli üzüyə baxış keçirilərkən içərisində «etqouque etiam transeat, 17.09.2019», üzərində isə 2 (iki) ədəd boz və yaşıl rəngli daşların olduğu, üzərində «NN Omnia transeunt» sözlərinin yazıldığı müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 dekabr 2019-cu il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 4, iş vərəqə 33) görünür ki, mənzil sahibi Zərərçəkmiş şəxs1 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 46A saylı yaşayış binasının 35 nömrəli mənzilinin yataq otağında quraşdırılmış 2 (iki) ədəd kameranın qeydə aldığı videogörüntünün olduğu 1 (bir) ədəd diskə baxış keçilən zaman 1ci kameranın 32 dəqiqə 21 saniyə, 2-ci kameranın 29 dəqiqə 6 saniyə davam edən video görüntülər qeydə alması, hər iki görüntülərdə Təqsirləndirilən şəxs sərbəst şəkildə mənzilin yataq otağında uzun müddət axtarış aparması və qanunsuz olaraq ev sahiblərinə məxsus hansısa əmlakı ələ keçirməsi aşkar edilmişdir. Zərərçəkmiş şəxs1 mənzilinin yataq otağında quraşdırılmış ikinci kameranın qeydə aldığı görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs otağın işıqlandırılmayan hissəsində, paltar dolabının kənarında yerə qoyulmuş səyahət çantasını açaraq oradan dəmir məmulatlarından ibarət hansısa əşyanı əlinə götürüb əvvəlcə ovucunda saxlamış, daha sonra əynindəki şalvarın yan cibinə qoymuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs1 mənzilində quraşdırılmış 1-ci kameranın qeydə aldığı görüntülərdə dolabın ikinci gözündən, dolabın üst gözündən və digər əşyaların yığıldığı üst gözündən 3 (üç) dəfə hansısa əmlakı alıb əynindəki şalvarın yan cibinə qoymuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 yanvar 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 4, iş vərəqə 81-82) görünür ki, Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən oğlu Elvinin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 30 sentyabr 2016-cı il tarixdə, saat 20:56-da “Gedib orda burda qalarsan, evdən nəsə itər, səni uçaskovuya verərlər, xuliqan adamlar satarlar, əlindən bir xəta çıxar, get evə, sən yiyəsiz deyilsən...bizim ailədə belə hərəkətlər heç vaxt olmayıb” məzmunda mesaj yazılmışdır. Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən 03 fevral 2017-ci il tarixdə, saat 13.26-da qızı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Düz eləmədin mənə, kaş ki, belə olmazdı, mən sənə tam başqayam, səni oxutdururam, əziyyət çəkirəm, Sevinc nənənindir, məndə götürüb sonra qoyuram, indi nə edim” məzmunda mesaj göndərilmişdir. Bundan başqa, 03 fevral 2017-ci il tarixdə, saat 13:34-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “A tupoy insan, insanda yox, çünki insanlar başa düşür, sənə adam kimi deyirəm mən götürməmişəm, mənim alnım açıqdır bu dəfə başa düşdün, di get yazma mənə yoxsa nömrənidə bloka atacam” məzmunda cavab mesajı göndərilmişdir. Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən 03 fevral 2017-ci il tarixdə, saat 14:12-də qızı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Sən başa düşmürsən ki, mən qoyduğumu bilirəm. Ağılsız, tupoy deyiləm ki, atdığımı tutduğumu bilirəm, mənə nə edilirsə onu da əla bilirəm, bloka atmaq çıxış deyil” məzmunda mesajlar yazılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid2 istifadəsində ***-***-**-** mobil nömrəsinə 01 iyul 2016-cı il tarixdə, saat 22:30-da «Palit eləmə, Elvin əlində telefon gördü, elə bilsin ki, səninkidir» məzmunda mesaj göndərilmişdir. Şahid2 istifasində olan ***-***-**-** mobil nömrəsindən 12 iyul 2016-cı il tarixdə, saat 09:56-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Qızım mən sənə demədim ki, harama əl atma. Sən məni öldürmək istəyirsən? Sən qorxmursan? Bu qədər problem, ağlaşma yaşadıq, stres yaşadıq, niyə düzəlmədin sən? Sən məscidə mütləq gedəcəksən tövbəyə. Sən Allahdan bağışlanmağını istə, bütün günü əlini aç yalvar, Allah səni bağışlasın və məndə hardandır pul” məzmunda mesajlar göndərilmişdir. Bundan başqa, “Azərcell” mobil operatorundan alınmış məlumatlara istinadən Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən qızı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 20 yanvar 2016-cı il tarixdə, saat 14.14-də və 14.33-də “Sən nə vaxtdan özbaşına olmusan? Kinoya gedirsən? Nə yaxşı ki, Günay anasına deyib ki, mən masaja getməyəcəm, biz kinoya gedirik. Sən atana cavab verəcəksən, bəsdir daha” və “Sənə and içirəm ki, bütün olan bitənləri, özbaşına telefon nömrələri işlətməyini hamısı biləcək, əsasən də papaya deyəcəm. Özbaşına, tərbiyəsiz. Haqqımı sənə halal etmirəm” məzmunda mesajlar göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 mart 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4034/4035 nömrəli ekspertiza rəyindən (cild 6, iş vərəqə 123-125) görünür ki, tədqiqata təqdim edilmiş 10,38 qram kütləli üzük 750 əyyarlı qızıldan, kustar üsulla (sex üsulu) hazırlanmışdır. Qaşlarından 8 ədədi qiymətli qaşlara aiddir - brilyantdır. 8 ədəd brilyant qaş hər biri təxminən 0,011 karat ölçüdə olmaqla, aşağı keyfiyyətlidir. Qaşlardan iki ədədi qiymətli qaşlara aid deyildir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, ekspertiza tədiqatına təqdim edilmiş üzüyün 2015-ci ilin dekabr ayına pərakəndə satış qiyməti təxminən 452 manat, 2018-ci ilin avqust ayına 763 manat müəyyən edilir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 sentyabr 2020-ci il tarixli müayinə nəticəsindən (cild 6, iş vərəqə 248) görünür ki, X12 7 həftəlik hamilədir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 6, iş vərəqə 141-205) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə yenidən ittihamın elan edilməsi, 2 (iki) ədəd üzüyün, 1 (bir) ədəd qol saatının, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı mənzildə axtarış aparmasını əks etdirən 1 (bir) ədəd diskin və telefon məlumatlarını özündə əks etdirən 4 (dörd) ədəd diskin maddi sübut kimi tanınması, 2 (iki) ədəd üzüyün, 1 (bir) ədəd qol saatının sahiblərinə qaytarılması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı mənzildə axtarış aparmasını əks etdirən 1 (bir) ədəd diskin və telefon məlumatlarını özündə əks etdirən 4 (dörd) ədəd diskin cinayət işinin materiallarında saxlanılması, Şahid1, Şahid2 və Şahid8 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin şəxslər barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.2.1-ci maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan olunması haqqında qərardan (cild 6, iş vərəqə 216-218) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qəbzdən (cild 7, iş vərəqə 31) görünür ki, Zərərçəkmiş şəxs1 Mirabbas oğlu 2 (iki) ədəd qızıl üzüyü və 1 (bir) ədəd qol saatını ibtidai istintaq orqanından təhvil almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 avqust 2016-cı il tarixli mənzilin alqı-satqı müqaviləsindən (cild 2, iş vərəqə 57-61) görünür ki, həmin gün Şahid2 "xxxx" MTK-dan mənzil almışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində özünün seçdiyi müdafiəçi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və həmin sübutları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçisi vasitəsilə suallar vermiş, habelə müxtəlif vəsatətlər vermişdir. Məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı təqsirləndirilən şəxs öz etirazını bildirməsə də, ona qarşı irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, habelə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətlərinin olması və həmin cinayət əməlinin qəsdən törədilməsi tam təsdiq olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Eyni zamanda Ali Məhkəmənin Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 19cu bəndində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslərə məxsus əmlakı və pul vəsaitini gizli şəkildə talayaraq zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli şəkildə talama məqsədi ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 evdə olmadıqlarından istifadə edərək sonuncuların yaşadıqları mənzilin giriş qapısını onun ailə üzvlərinə etibar edilmiş açarla açaraq qanunsuz şəkildə həmin mənzilə daxil olmuş və mənzildəki çoxlu sayda qızıl-zinət əşyalarını və pul vəsaitini gizli şəkildə talayaraq, zərərçəkmiş şəxslərə ümumilikdə 79.450 manat məbləğində, başqa sözlə, külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 mənzilinə qanunsuz şəkildə daxil olmasını etiraf etsə də, ümumilikdə 79.450 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətməsini inkar etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə məxsus mənzildən ancaq 1 (bir) cüt linzanı gizli şəkildə talamasını iddia etsə də, bu hal məhkəmə istintaqında öz əksini tapmamışdır. Əksinə məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus mənzilə heç bir qanuni əsas olmadan, başqa sözlə, müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərin və sonuncuların ailə üzvlərinin yaşayış sahəsində olmadıqları vaxtda gizli şəkildə daxil olaraq, bahalı qızıl-zinət əşyalarını, eləcə də pul vəsaitini ələ keçirib talamaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə belə nəticəyə gələrkən ilk növbədə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında aparılmış yazışmalara istinad etmişdir. Belə ki, göstərilən şəxslərin arasında aparılmış yazışmalardan açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs özünün qanunsuz əməlləri Zərərçəkmiş şəxs1 tərəfindən ifşa olunduqdan sonra dəfələrlə Zərərçəkmiş şəxs2 müraciət edərək törətdiyi cinayət əməlini etiraf etməklə Zərərçəkmiş şəxs2 özünə nisbətdə “güzəşt” edilməsini və “bağışlanmasını” xahiş etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə istintaqında zərərçəkmiş şəxslərə məxsus qızıl-zinət əşyalarının müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs və onun yaxın qohumları tərəfindən realizə edilməsi istiqamətində kifayət qədər aktiv hərəkətlər həyata keçirilmişdir. Bu hərəkətlər zərərçəkmiş şəxslərə məxsus olan qızıl-zinət əşyalarının, eləcə də digər əşyaların Təqsirləndirilən şəxs tərəfindən gizli şəkildə talandıqdan sonra onun və onun yaxın qohumları (qardaşı, nənəsi, anası, atası) tərəfindən müxtəlif lombardlarda qısa müddətli girova qoyulmaqla nağd şəkildə pul vəsaitinin əldə olunmasında ifadə olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs və onun yaxın qohumları zərərçəkmiş şəxslərdən oğurlanmış qızıl-zinət əşyalarına və digər əşyalara “öz” əmlakları kimi sərəncam verməklə həmin əşyaları lombarda girov qoyaraq nağd şəkildə pul vəsaiti əldə etmişlər. Oğurlanmış əşyalar girov qoyulduğu zaman həmin əşyaların müqəddəratı təqsirləndirilən şəxsi və sonuncunun ailə üzvlərini maraqlandırmamışdır. Təqsirləndirilən şəxsin bu məsələdə yeganə məqsədi oğurladığı əşyaları girova qoymaqla törətdiyi cinayətin izlərini itirməkdən ibarət olmuşdur. Buna dəlalət edən hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs və onun yaxın qohumları tərəfindən girov qoyulmuş əşyalara görə verilmiş kreditin faizləri və həmin kredit məbləğləri sonradan geri qaytarılmadığından həmin əşyalar təkrar satışa çıxarılaraq satılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə məxsus əşyaları gizli şəkildə talamasına dəlalət edən digər hal da ondan ibarətdir ki, onun anası Şahid2 mükiyyətində olan mənzilə baxış keçirilərkən zərərçəkmiş şəxslərə məxsus olmuş və Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bəzi əşyalar orada aşkar edilərək götürülmüşdür. Zərərçəkmiş şəxslərə məxsus əşyaların Təqsirləndirilən şəxs anasına məxsus mənzildən aşkar edilməsi birbaşa ona dəlalət edir ki, o, həqiqətən də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus qızıl-zinət əşyalarını, eləcə də digər əşyaları gizli şəkildə talamaqla oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli şəkildə talayaraq zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmiş, başqa sözlə, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs oğurluq cinayətini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli kimi tövsif edir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və qadın olmasını, evli olmaqla himayəsində 2 (iki) azyaşlı uşağının olmasını və əvvəllər məhkum olunmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs 12 noyabr 2018-ci il tarixdən 14 noyabr 2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Onun cəzasının əvvəli hökmün çıxarıldığı vaxtdan, yəni 22 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Mülki iddiaya gəldikdə isə məhkəmə hesab edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində göstərilən cinayətin törədilməsi və həmin cinayətin törədilməsi nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 külli miqdarda, yəni ümumilikdə 79.450 manat məbləğində maddi ziyanın vurulması sübuta yetirildiyindən mülki iddia qismən təmin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs 55.660 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs1, 23.790 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs2 və 30 manat məbləğində ödənilmiş dövlət rusumu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyrinə tutulmalıdır. Mülki iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, 29 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərar əsasında Şahid1, Şahid2 və Şahid8 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin şəxslər barəsində cinayət təqibinin başlanması rədd edildiyindən, habelə ibtidai istintaq zamanı Şahid2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, ev 1, mənzil 63 üzərinə qoyulmuş həbs mənzilin mülkiyyətçisi Şahid2 mülkiyyət hüququnu pozduğundan və həmin mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyindən, o cümlədən qanunvericilikdə Şahid2 yetkinlik yaşına çatmış qızı Təqsirləndirilən şəxs cinayət əməllərinə görə məsuliyyəti nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, mənzil üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərək qeyd edir ki, iş üzrə maddi sübut qismində çıxış edən 2 (iki) ədəd üzüyün, 1 (bir) ədəd qol saatının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı mənzildə axtarış aparmasını əks etdirən 1 (bir) ədəd disk və telefon məlumatlarını özündə əks etdirən 4 (dörd) ədəd disk hökm qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 206 (iki yüz altı) manat 32 (otuz iki) qəpik məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə üzrə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 12 noyabr 2018-ci il tarixdən 14 noyabr 2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılmış cəzanın əvvəli 22 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 55.660 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs1, 23.790 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs2 və 30 manat məbləğində ödənilmiş dövlət rusumu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyrinə tutulsun. Mülki iddia qalan hissədə təmin edilməsin. Şahid2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, ev 1, mənzil 63 üzərinə qoyulmuş həbs ləğv edilərək mənzil həbsdən azad edilsin. İş üzrə maddi sübut qismində çıxış edən 2 (iki) ədəd üzüyün, 1 (bir) ədəd qol saatının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın, 5 (beş) ədəd disk hökm qanuni qüvvəsini aldıqdan sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 206 (iki yüz altı) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1050/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1050/2021
22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver