Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1050/2022 08.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Salmanov Rahib Vaqif oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və ədliyyə müşaviri X3, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Cəlilabad rayonunda anadan olmuş, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ev 185 qeydiyyatda olan və Azərbaycan Respublikası ƏN PX Bakı İstintaq Təcridxanasmda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaqa şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxs tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Yeni Bakı Yaşayış Kompleksində əvvəlcədən qoyulmuş yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 01 ədəd bükümdə ümumi təmiz çəkisi 2,061 qram psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə ümumi təmiz çəkisi 6,292 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə ümumi təmiz çəkisi 85,0 qram narkotik vasitə marixuana əldə edib üzərində qanunsuz saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 99 ünvanının yaxınlığında Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilib, müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibnindən 01 ədəd bükümdə təmiz çəkisi 2,061 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 6,292 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf sellafon bükülüdə təmiz çəkisi 85,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd qara rəngli dəri parçadan olan qutuya yerləşdirilmiş "Aosai" markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Belə ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında öz istifadəsi üçün daim narkotik vasitə aldığı İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxslə telefon vasitəsi ilə əlaqəsi saxlamış və ona narkotik vasitə göndərməsini bildirmişdir. Bir neçə saat sonra Rza “vatsap” vasitəsi ilə ona zəng edərək narkotik vasitələri Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Yeni Bakı yaşayış kompleksində yerə atdırdığını bildirmişdir. O da həmin narkotik vasitələrin qiyməti olan 390 manat pulu Masazır qəsəbəsində yerləşən adı yadında qalmayan marketdən "MilliÖn" terminalı vasitəsi ilə Rzanın ona göndərdiyi plastik kart hesabına göndərmişdir. Daha sonra isə narkotik vasitələri götürmək üçün Rzanın dediyi Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Yeni Bakı yaşayış kompleksinin yanına getmiş və oradan götürmüşdür. xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində ünvan 2 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu 16-cı PB-nə aparmışlar. Polis bölməsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişlə onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə və narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən 01 ədəd "Samsung J7" markalı və 01 ədəd “Samsung A8” markalı mobil telefonları, sol yan cibindən 01 ədəd içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf rəngli sellofana bükülmüş bükümü, 01 ədəd içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan şəffaf rəngli sellofana bükülmüş bükümü, 01 ədəd qara rəngli dəri parçadan olan qutuya yerləşdirilmiş "Aosai" markalı elektron tərəzini, gödəkçəsinin sol içəri cibindən 01 ədəd içərisində spesifik qoxuya malik, yaşıl rəngli, ot şəkilli maddə olan şəffaf sellofana bükülmüş bükümü, 01 ədəd qəhvəyi rəngli, üzərində suvenir pul əskinazları asılmış asılqan olan pul kisəsini, həmin pul kisəsinin içərisində olan ona məxsus 22 ədəd 1 manatlıq, 14 ədəd 5 manatlıq, 01 ədəd 10 manatlıq, 21 ədəd 20 manatlıq və 02 ədəd 50 manatlıq pul əskinaslarmı, qardaşı Şahid4 məxsus 01 ədəd 4196-7413-4215-0842 nömrəli "xxxx" plastik kartını, qardaşı Şahid5 məxsus sürücülük vəsiqəsini, etibarnamə əsasında idarə etdiyi “Khazar Lx” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qeydiyyat şəhadətnaməsini və “Happyland” uşaq əyləncə mərkəzinə məxsus 02 ədəd gediş kartını polis əməkdaşlarına təqdim etmişdir. İçərisində narkotik vasitə və psixotrop maddə olan bükümlər və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində o, Nərimanov RPİ-nin 16cı PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 və polis leytenantı Şahid3 ilə birlikdə ünvan 3 ünvanda xidmətdə olarkən 1 nəfər şəxsin yerişi, davranışı, gözlərinin forması, bədən quruluşu hərəkətləri narkotik vasitə istifadəçilərinə bənzədiyindən onlar həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxs onlarla birlikdə Nərimanov RPİ-nin 16-cı PB-nə getməsini təklif etmişlər. Onlarla razılaşdıqdan sonra birlikdə Nərimanov RPİ-nin 16-cı PŞ-nə getmişlər. Polis Şöbəsində həmin şəxsin şəxsiyyəti yoxlanılarkən onun xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ev 185 qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, YYM-də nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Sonra Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasında, xidməti otaqda onun, Nərimanov RPİnin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 və polis leytenantı Şahid3 və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə bütün iştirakçılara hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya əşya varsa çıxarıb onu stolun üzərinə qoyması təklif olunmuşdur. İştirakçıların iştirakı ilə video çəkilişin müşahidəsi altında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən 02 ədəd “Samsung” markalı mobil telefonları, sol yan cibindən 01 ədəd spesifik qoxuya malik, qəhvəyi rəngli toz şəkilli maddə olan şəffaf rəngli sellafona bükülmüş bükümü, 01 ədəd içərisində spesifik qoxuya malik, şəffaf rəngli kristal şəkilli maddə olan şəffaf rəngli sellafona bükülmüş bükümü, 01 ədəd qara rəngli dəri parçadan olan qutuya yerləşdirilmiş “Aosai” markalı elektron tərəzini, gödəkçəsinin sol içəri cibindən 01 ədəd içərisində spesifik qoxuya malik, yaşı rəngli, ot şəkilli maddə olan şəffaf sellafona bükülmüş bükümü 01 ədəd qəhvəyi rəngli üzərində suvenir pul əskinasları asılmış pul kisəsini könüllü olaraq təqdim etmişdir. Həmin pul kisəsinin içərisindən 01 ədəd Şahid4 məxsus "xxxx" ASC-nin plastik kartı, 01 ədəd Şahid5 məxsus sürücülük vəsiqəsi, 01 ədəd “Xazar LX” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 02 ədəd “Happyland” uşaq əyləncə mərkəzinin gediş kartı, 22 ədəd 1 manatlıq, 14 ədəd 5 manatlıq, 01 ədəd 10 manatlıq, 21 ədəd 20 manatlıq və 02 ədəd 50 manatlıq pul əskinazları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükümlərdən 01 ədəd bükümün içərisindəki narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroin, 01 ədəd bükümün içərisində psixotrop maddə hesab olunan “şüşə” adı ilə tanınan metamfetamin və digər bükümdəki isə ot şəkilli olan narkotik vasitə hesab olunan marixuanadır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin göndərməsi ilə onlayn ödəniş olunmaqla 390 manata Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivindən götürmüş, ot şəkilli maddə marexuananı isə pul qarşılığında olmadan nümunə üçün ona göndərmişdir. Aşkar olunmuş narkotik vasitə, psixotrop maddə və elektron tərəzi qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid qismində ifadə vermiş Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Nəcməddin günlük arendaya verilən avtomobilləri özü götürərək başqa şəxslərə arendaya verərək gəlir əldə etmişdir. 2021-ci ilin may ayında Nəcməddin arendaya verdiyi avtomobillərin günlük arenda pullarının köçürülməsi üçün ondan plastik kart istəmişdir. O da özünə məxsus "xxxx" tərəfindən verilmiş 4169-7413-4225-0842 nömrəli plastik kartı Nəcməddinə vermişdir. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki,, Təqsirləndirilən şəxs onun qardaşıdır. Nəcməddin gündəlik arendaya verilən avtomobilləri götürüb özü başqa şəxslərə arendaya verməklə gəlir əldə etmişdir. Arendaya götürdüyü avtomobillərdən bəzilərini də onun adma sürmə etibarnaməsi verərək o idarə etmişdir. Nəcməddin tutulmamışdan əvvəl arendada olan avtomobillərdən birini idarə etmək üçün etibarnamə almaq məqsədilə o, sürücülük vəsiqəsini Nəcməddinə vermişdir. Lakin Nəcməddin polis əməkdaşları tərəfindən tutulduğuna görə sürücülük vəsiqəsi Nəcməddində qalmışdır. Cinayət işinin 23-24-cü vərəqlərində olan “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində Nərimanov RPİ- nin 16-cı PB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 16-cı PB-nə gətirilmişdir. 16-cı PB-də ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 və polis leytenantı Şahid3 və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə bütün iştirakçılara hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya əşya varsa çıxarıb onu stolun üzərinə qoysun. İştirakçıların iştirakı ilə video çəkilişin müşahidəsi altında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən 02 ədəd “Samsung” markalı mobil telefonları, sol yan cibindən 01 ədəd spesifik qoxuya malik, qəhvəyi rəngli toz şəkilli maddə olan şəffaf rəngli sellafona bükülmüş bükümü, 01 ədəd içərisində spesifik qoxuya malik, şəffaf rəngli kristal şəkilli maddə olan şəffaf rəngli sellafona bükülmüş bükümü, 01 ədəd qara rəngli dəri parçadan olan qutuya yerləşdirilmiş “Aosai” markalı elektron tərəzini, gödəkçəsinin sol içəri cibindən 01 ədəd içərisində spesifik qoxuya malik, yaşı rəngli, ot şəkilli maddə olan şəffaf sellafona bükülmüş bükümü 01 ədəd qəhvəyi rəngli üzərində suvenir pul əskinasları asılmış pul kisəsini könüllü olaraq təqdim etdi. Həmin pul kisəsinin içərisindən 01 ədəd Şahid4 məxsus "xxxx" ASC-nin plastik kartı, 01 ədəd Şahid5 məxsus sürücülük vəsiqəsi, 01 ədəd “Xazar LX” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 02 ədəd “Happyland” uşaq əyləncə mərkəzinin gediş kartı, 22 ədəd 1 manatlıq, 14 ədəd 5 manatlıq, 01 ədəd 10 manatlıq, 21 ədəd 20 manatlıq və 02 ədəd 50 manatlıq pul əskinazları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükümlərdən 01 ədəd bükümün içərisindəki narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroin, 01 ədəd bükümün içərisində psixotrop maddə hesab olunan “şüşə” adı ilə tanınan metamfetamin və digər bükümdəki isə ot şəkilli olan narkotik vasitə hesab olunan marixuanadır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə və psixotrop maddəni 1L01.2022-Cİ il tarixdə İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin göndərməsi ilə onlayn ödəniş olunmaqla 390 manata Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivindən götürmüş, ot şəkilli maddə marexuananı isə pul qarşılığında olmadan nümunə üçün ona göndərmişdir. Aşkar olunmuş narkotik vasitə, psixotrop maddə və elektron tərəzi qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Cinayət işinin 39-46-cı vərəqlərində olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022ci il tarixli 6/231 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,061 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 6,292 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 47-50-ci vərəqlərində olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022ci il tarixli 7/36 saylı rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş şəffaf selafon bükülüdə təmiz çəkisi 85,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 166-167-ci vərəqlərində olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1163 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 168-170-ci vərəqlərində olan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 569 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əwəllər psixiatr tərəfindən müalicə olunduğunu bildirsə də, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkİ müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. İİ Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: ci sual: Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman, yaxud ondan əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliklə müşayiət olunan hər hansı xəstəlik keçirmişdirmi, yaxud hazırda bu cür xəstəlik keçirirmi? Cavab: Təqsirləndirilən şəxs törətdiyi əməllər dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. ci sual: Əgər, Təqsirləndirilən şəxs psixi xəstəlik keçirmişdirsə, yaxud hazırda keçirirsə, onun keçirdiyi xəstəliyin psixi xəstəliyin konkret hansı növünə aid olması aydmlaşdırılsm. Cavab: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. cü sual: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar vardırmı? Cavab: Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. cü sual: Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək qabiliyyətində, yəni anlaqlı olmuşdurmu? Cavab: Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Cinayət işinin 208-209-cu vərəqlərində olan qərardan görünür ki, 02 aprel 2022-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxs barəsində ********* saylı cinayət işi materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. Cinayət işinin 197-206-cı vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,061 qram olan psixotrop maddəmetamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 6,292 qram olan narkotik vasitə - heroin və 01 ədəd şəffaf selafon bükülüdə təmiz çəkisi 85,0 qram narkotik vasitə qurudulmuş marixuananı, ekspertizadan sonra ümumi qalıq çəkisi 2,011 qram olan metamfetamin, 6,242 qram heroin, 84,98 qram marixuana və 01 ədəd "Aosai" markalı elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin 140-163-cü vərəqlərində olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli, BKC/LGL-17187/21 saylı sorğuya cavabdan və sorğuya əlavə edilmiş 01 ədəd CD diskinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 051-388-51- 87, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 050-433- 14-14 və ***-***-**-** mobil telefon nömrələrinə sms-lər göndərilmiş, həmçinin şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung A8” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonda olan “vatsap” mesajlaşma proqramı vasitəsi ilə ***-***-**-** saylı mobil nömrə abonenti ilə narkotik vasitələrin alışı və satışı barədə sms yazışmaları olmuşdur. İş üzrə "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk və 01 ədəd “Samsung A8” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. "xxxx" MMC-dən daxil olmuş telefon danışıq və sms yazışmalarına dair məlumatlarda, habelə Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung A8” markalı mobil telefonda narkotik vasitələrin alqı-satqısı ilə bağlı sms və digər yazışmaların aşkar edilməsi ilə bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı dindirilərkən sonuncu bu barədə heç bir söz deməmiş, üzərindən aşkar edilmiş narkotik vasitə heroini satış məqsədilə almadığını, öz şəxsi istifadəsi üçün aldığını və üzərində daşıdığını qeyd etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qeyd olunan ifadəsini cinayət işi üzrə şahid ifadələri, ekspert rəyləri, “şəxsi axtarış və götürmə aparılması barədə” protokol və 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş sms yazışmalarının əks olunduğu 01 ədəd CD disk, 01 ədəd “Samsung A8” markalı mobil telefon, sms yazışmalarının əks olduğu 01 ədəd CD diskə və mobil telefona baxış protokolu və s. digər sübutlarla tam təsdiq olunduğundan tənqidi yanaşmaqla özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Həmin siyahının 12-ci bəndinə görə 500 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş külli miqdardan artıq narkotik vasitə heroin, psixotrop maddə olan metamfetamin, o cümlədən marixuana aşkar edilməsini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroini, marixuananı və psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil yalnız özü istifadə etməsi üçün əldə etməsi, elektron tərəzinin ona məxsus olmadığını göstərməsi iş üzrə sübutlarla təkzib olunduğundan özünü müdafiə xarakterli kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 12-14 və 86-90-cı vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 112-113-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti tətbiq olunmuşdur. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə CM-nin 333.1, 333.2, 333.4, 66, 67, 71.5-ci maddəsi ilə 05 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2005-ci ildə Bakı şəhər Əzizbəyov rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-nin 177.2.3, 177.2.4, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 317.2.1, 67-ci maddəsinə əsasən 04 il 01 ay müddətə azadlıqdan məhrum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 221.2.1, 221.2.2, 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay 29 gün müddətə azadlıqdan məhrum edilmişdir. xx.xx.2018-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən CM-nin 221.2.1, 221.2.2-ci maddəsi xaric edilib, CM-nin 221.3-cü maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs əvvəlki hökmlər üzrə məhkumluğu ödənildiyindən CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhtum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 13 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,061 qram olan psixotrop maddəmetamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 6,292 qram olan narkotik vasitə - heroin və 01 ədəd şəffaf selafon bükülüdə təmiz çəkisi 85,0 qram narkotik vasitə qurudulmuş marixuananı, ekspertizadan sonra ümumi qalıq çəkisi 2,011 qram olan metamfetamin, 6,242 qram heroin, 84,98 qram marixuana və 01 ədəd "Aosai" markalı elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Samsung A8” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 13 yanvar 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,061 qram olan psixotrop maddəmetamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 6,292 qram olan narkotik vasitə - heroin və 01 ədəd şəffaf selafon bükülüdə təmiz çəkisi 85,0 qram narkotik vasitə qurudulmuş marixuananı, ekspertizadan sonra ümumi qalıq çəkisi 2,011 qram olan metamfetamin, 6,242 qram heroin, 84,98 qram marixuana və 01 ədəd "Aosai" markalı elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “Samsung A8” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Məhəmməd Əkbərov