Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1050/2025 21.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X1 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi – Azərbaycan Respulikasının Vəkillər Kollegiyası Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1982-ci il tarixdə Türkmənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi bağları adlanan yerdə fərdi yaşayış evində yaşamış, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2025-ci il tarixli hazırlıq iclasının qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.5-ci, 150.2-1.1-ci və 150.3.3cü (köhnə redaksiyada)-maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan və yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərə qarşı zor tətbiq etməklə, həmçinin zor tətbiq etmə hədəsi ilə, onların köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli təkrar zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə ilk dəfə dəqiq tarixini istintaqla müəyyən etmək mümkün olmayan 2019-cu ilin yanvar ayının əvvələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə xx.xx.2008-ci il təvəllüdlü doğma qızı Zərərçəkmiş şəxs2 və xx.xx.2006-ci il təvəllüdlü doğma qızı Zərərçəkmiş şəxs1 yataq otağına aparıb qapını içəridən bağlayaraq özündən həm maddi, həm də psixoloji təsir və davranışlarının tənzimlənməsi baxımından asılı vəziyyətdə olmalarından, onların üzərinə dəfələrlə qışqırıb qorxutmaqla, dediyi hərəkətləri etməyəndə fiziki ağrı yetirəcəyi ilə hədələyərək fiziki zor tətbiq etmə hədəsi ilə və psixoloji zor tətbiq etməklə, Sevda və Zərərçəkmiş şəxs1 bacılarını ona qarşı müqavimət göstərmələri imkanlarını, düşdükləri vəziyyətdən çıxıb qaçaraq yayınmaları və səs-küy salmaqla kömək istəmələrini məhdudlaşdırmaqla köməksiz vəziyyəti həddinə gətirib niyyətinə nail olmaq üçün qəsdən və bilərəkdən yaratdığı həmin şəraitdən sui-istifadə etməklə atalıq hissini itirib Sevda və Zərərçəkmiş şəxs1 bacılarının bütün paltarlarını soyunduraraq yataq otağındakı çarpayının üzərində öz yanında uzandırıb özünün cinsiyyət orqanını çıxardıb hər ikisinə nümayiş etdirərək qısa müddətdə cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə gərginləşdirmək üçün əlləri ilə Sevda və Zərərçəkmiş şəxs1 bacılarının bədənlərinin sinə, döş, yanaqlarından, dodaqlarından və digər nahiyyələrini öpməsi ilə yanaşı onların cinsiyyət orqanını və arxa keçəcəklərini sığallamaqla, həmçinin öz gərginləşmiş cinsiyyət orqanını hər ikisinin qılçalarının arasına sürtərək ehtirasını sonlandırma həddinə çatdırıb, eyni zamanda onları gərginləşmiş cinsiyyət orqanından tutub sığallamaları və irəli-geri hərəkət etdirib oxşamaları kimi seksual xarakterli əxlaqsız hərəkətlərə məcbur edib cinsi orqanından ifraz etdiyi şirəni Sevda və Zərərçəkmiş şəxs1 bacılarının əllərinə boşaldaraq cinsi ehtirasını pozğun formada təmin edib on dörd yaşına çatmayan doğma qızları zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 barəsində iki şəxsə qarşı təkrar zor tətbiq etməklə, habelə zor tətbiq etmə hədəsi ilə, eyni zamanda yaratdığı köməksiz vəziyyətlərindən istifadə etməklə seksual xarakterli təkrar zorakılıq hərəkətlər etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə 2019-cu ilin yanvar ayının əvvələrindən həmin ilin iyul ayınadək olan müddət ərzində dəqiq tarixini istintaqla müəyyən etmək mümkün olmayan vaxtlarda yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə xx.xx.2008-ci il təvəllüdlü doğma qızı Zərərçəkmiş şəxs2 təkrarən hər ayda 3-4 dəfə yataq otağına aparıb seksual xarakterli zorakı hərəkətlərini davam etdirib qapını içəridən bağlayaraq özündən həm maddi, həm də psixoloji təsir və davranışlarının tənzimlənməsi baxımından asılı vəziyyətdə olmasından, onun üzərinə dəfələrlə qışqırıb qorxutmaqla, dediyi hərəkətləri etməyəndə fiziki ağrı yetirəcəyi ilə hədələyərək fiziki zor tətbiq etmə hədəsi ilə və psixoloji zor tətbiq etməklə, Zərərçəkmiş şəxs2 ona qarşı müqavimət göstərməsi imkanlarını, düşdüyü vəziyyətdən çıxıb qaçaraq yayınması və səs-küy salmaqla kömək istəməsini məhdudlaşdırmaqla köməksiz vəziyyəti həddinə gətirib niyyətinə nail olmaq üçün qəsdən və bilərəkdən yaratdığı həmin şəraitdən sui-istifadə etməklə atalıq hissini itirib Zərərçəkmiş şəxs2 bütün paltarlarını soyunduraraq yataq otağındakı çarpayının üzərində öz yanında uzandırıb özünün cinsiyyət orqanını çıxardıb ona nümayiş etdirərək qısa müddətdə cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə gərginləşdirmək üçün əlləri ilə Zərərçəkmiş şəxs2 bədəninin sinə, döş, yanaqlarından, dodaqlarından və digər nahiyyələrindən öpməsi ilə yanaşı onun cinsiyyət orqanını və arxa keçəcəklərini sığallamaqla, həmçinin öz gərginləşmiş cinsiyyət orqanını onun qılçalarının arasına sürtərək ehtirasını sonlandırma həddinə çatdırıb, eyni zamanda onu gərginləşmiş cinsiyyət orqanından tutub sığallaması və irəli-geri hərəkət etdirib oxşaması kimi seksual xarakterli əxlaqsız hərəkətlərə məcbur edib cinsi orqanından ifraz etdiyi şirəni Zərərçəkmiş şəxs2 əllərinə və bədəninin müxtəlif nahiyyələrinə boşaldaraq cinsi ehtirasını pozğun formada təmin edib on dörd yaşına çatmayan doğma qızı Zərərçəkmiş şəxs2 barəsində iki şəxsə qarşı təkrar zor tətbiq etməklə, habelə zor tətbiq etmə hədəsi ilə, eyni zamanda yaratdığı köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli təkrar zorakılıq hərəkətlər etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə 2019-cu ilin yanvar ayının əvvələrindən həmin ilin iyul ayınadək olan müddət ərzində dəqiq tarixini istintaqla müəyyən etmək mümkün olmayan vaxtlarda yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə xx.xx.2006-ci il təvəllüdlü doğma qızı Zərərçəkmiş şəxs1 təkrarən hər ayda 1 dəfə yataq otağına aparıb seksual xarakterli zorakı hərəkətlərini davam etdirib qapını içəridən bağlayaraq özündən həm maddi, həm də psixoloji təsir və davranışının tənzimlənməsi baxımından asılı vəziyyətdə olmasından, onun üzərinə dəfələrlə qışqırıb qorxutmaqla, dediyi hərəkətləri etməyəndə fiziki ağrı yetirəcəyi ilə hədələyərək fiziki zor tətbiq etmə hədəsi ilə və psixoloji zor tətbiq etməklə, Zərərçəkmiş şəxs1 ona qarşı müqavimət göstərməsi imkanlarını, düşdüyü vəziyyətdən çıxıb qaçaraq yayınması və səs-küy salmaqla kömək istəməsini məhdudlaşdırmaqla köməksiz vəziyyəti həddinə gətirib niyyətinə nail olmaq üçün qəsdən və bilərəkdən yaratdığı həmin şəraitdən sui-istifadə etməklə atalıq hissini itirib Zərərçəkmiş şəxs1 bütün paltarlarını soyunduraraq yataq otağındakı çarpayının üzərində öz yanında uzandırıb özünün cinsiyyət orqanını çıxardıb ona nümayiş etdirərək qısa müddətdə cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə gərginləşdirmək üçün əlləri ilə qızı Zərərçəkmiş şəxs1 bədəninin sinə, döş, yanaqlarından, dodaqlarından və digər nahiyyələrindən öpməsi ilə yanaşı onun cinsiyyət orqanını və arxa keçəcəklərini sığallamaqla, həmçinin öz gərginləşmiş cinsiyyət orqanını onun qılçalarının arasına sürtərək ehtirasını sonlandırma həddinə çatdırıb, eyni zamanda onu gərginləşmiş cinsiyyət orqanından tutub sığallaması və irəli-geri hərəkət etdirib oxşaması kimi seksual xarakterli əxlaqsız hərəkətlərə məcbur edib cinsi orqanından ifraz etdiyi şirəni Zərərçəkmiş şəxs1 əllərinə boşaldaraq cinsi ehtirasını pozğun formada təmin edib on dörd yaşına çatmayan doğma qızı Zərərçəkmiş şəxs1 barəsində təkrar zor tətbiq etməklə, habelə zor tətbiq etmə hədəsi ilə, eyni zamanda yaratdığı köməksiz vəziyyətindən istifadə etməklə təkrarən seksual xarakterli zorakılıq hərəkətlər etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə 2023-cü ilin dekabr ayında saat 09 radələrində dəqiq tarixini istintaqla müəyyən etmək mümkün olmayan vaxtda yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan doğma qızı Zərərçəkmiş şəxs2 məktəb paltarını geyinən zaman alt paltarında olduğu vaxt niyyətini təkrarən həyata keçirmək məqsədi ilə qolundan tutub dartaraq hamam otağına aparıb qapını içəridən bağlayaraq özündən həm maddi, həm də psixoloji təsir və davranışlarının tənzimlənməsi baxımından asılı vəziyyətdə olmasından, onun üzərinə dəfələrlə qışqırıb qorxutmaqla, dediyi hərəkətləri etməyəndə fiziki ağrı yetirəcəyi ilə hədələyərək fiziki zor tətbiq etmə hədəsi ilə və psixoloji zor tətbiq etməklə, Zərərçəkmiş şəxs2 ona qarşı müqavimət göstərmələri imkanlarını, düşdüyü vəziyyətdən çıxıb qaçaraq yayınması və səs-küy salmaqla kömək istəməsini məhdudlaşdırmaqla köməksiz vəziyyəti həddinə gətirib niyyətinə nail olmaq üçün qəsdən və bilərəkdən yaratdığı həmin şəraitdən sui-istifadə etməklə atalıq hissini itirib cinsiyyət orqanını nümayiş etdirərək özü ilə əvvəlcədən götürdüyü istintaqla müəyyənləşdirilməsi mümkün olmayan kremi özünün cinsiyyət orqanına sürtüb gərginləşdirdiyi cinsiyyət orqanını zorakı hərəkətlərlə qızı Zərərçəkmiş şəxs2 əlinə verərək ehtirasını sonadək coşdurmasına məcbur edib sığallatmaqla və irəli-geri hərəkət etdirib seksual xarakterli əxlaqsız hərəkətlərə məcbur edib oxşatmaqla və əlinin Zərərçəkmiş şəxs2 cinsiyyət orqanına sürtüb sığallayaraq ehtirasını sonlandırma həddinə çatdırıb cinsi orqanından ifraz etdiyi şirəni Zərərçəkmiş şəxs2 əllərinə boşaldaraq cinsi ehtirasını pozğun formada təmin edib yetkinlik yaşına çatmayan doğma qızı Zərərçəkmiş şəxs2 barəsində zor tətbiq etməklə, habelə zor tətbiq etmə hədəsi ilə, eyni zamanda yaratdığı köməksiz vəziyyətindən istifadə etməklə təkrarən seksual xarakterli zorakılıq hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, özü 2007-ci ildən Azərbaycanda yaşayır. Azərbaycana gələrkən maddi imkanı çox zəif olmuşdur. Arvadına uşaqları hazırlığa qoymaq üçün pul çatdırmadığını bildirərkən evlərində mübahisələr yaranmışdır. Qızları elə bilmişlər ki, o, qızlarını istəmir. Kiçik qızı Sevdanı idman hazırlığından çıxartmaq istədiyi üçün ona qarşı münasibəti dəyişmişdir. O, qızlarına qarşı əxlaqsız hərəkət etməmişdir. O, bir dəfə kiçik qızına onu masaj etməsini istəmişdir. Həmin vaxt o, alt paltarında yataqda olmuşdur. Qızı ona “sən utanmırsan belə hərəkət edirsən” demişdir. O, qızına çimərlikdə hərkəsin alt paltarında gəzdiyini, bu səbəbdən utanmadığını bildirmişdir. O, masaj etməyi qızına zarafatla demişdir. Bundan sonra həmin söhbəti arvadı da bilmiş və evdə mübahisə yaranmışdır. Sonra onların arasında olan mübahisələr sonlanmış və yaxşı yaşamışlar. Onun ikinci qızı oğlunu döyərkən o, qızından nə üçün belə etdiyini soruşmuşdur. Qızı ona atalıq hüququnun olmadığını bildirərək digər bacısının yanına getmiş və ağlamağa başlamışdır. O, evdə yatarkən polis əməkdaşları evə gəlmişlər və qızlarının bundan sonra ondan ittiham aktında qeyd olunan şikayəti etdiklərini bilmişdir. Polis İdarəsində ona “ittiham aktında qeyd olunan məzmunda ifadə ver və səni buraxacağıq” deyilmişdir. Bundan sonra o, həmin məzmunda ifadə vermişdir. Polis əməkdaşları onu buraxdıqdan 3 gün sonra o, ekspertizadan keçmişdir. O, işə tələsdiyi üçün ona verilən sənədləri oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, uşaqlarının tərbiyəsi ilə anası məşğul olur.O, qızlarının geyiminə qarışdığı üçün və ona cavab qaytardıqları üçün arada onları döymək istəmişdir. Arvadı evdə ona qarşı “cındır” sözünü işlətmişdir.O, qızına cinsiyyət orqanını masaj etməsi zarafatını etdiyi üçün çox peşmandır.Qızı Ebru digər qızı ilə məsləhətləşdiyi üçün ondan şikayət etmişdir.Qızları əsəbləşdikləri üçün ondan şikayət etmişlər.Onların arasında barışıq əldə edilmişdir.Polis əməkdaşları ona qarşı psixoloji təzyiq etmişlər.O, qızını darıxdığı üçün qucaqlamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxslərin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o və bacısı atasına qarşı yalan ifadə vermişlər. İttiham aktında qeyd olunanların hamısı yalandır. Onların bu işə əl atmaqlarına səbəb atasının onlara qarşı aqressiv münasibət bəsləməsi və onların təhsil almaqlarına mane olması olmuşdur. Zərərçəkmiş şəxs1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, ibtidai istintaq dövründəki ifadəsini oxuyub imzalamışdır.Polis əməkdaşlarının təkidi ilə sonradan o, ifadəsini dəyişdirə bilməmişdir.Onların ağlına ancaq atalarını təcavüzlə şərləmək fikri gəlmişdir.Atasına qarşı heç bir şikayət və tələbi yoxdur.Dürdanə adlı xalasına atası və bacısının evdə olan mübahisəsi barədə məlumat vermişlər. Dürdanə adlı xalasına atasının onlara qarşı ittiham aktında qeyd olunan hərəkətlər etməsi barədə yalan məlumat vermişlər.Atası ona qarşı heç vaxt əxlaqsız təklif etməmişdir. Polis Bölməsində onların barəsində yalan ifadə verməyə görə cinayət işi açılacağı bildirildiyi üçün qorxmuşlar.Onların yanında Polis İdarəsində atasına qarşı polis əməkdaşları fiziki təzyiq etdikləri üçün atası onların dediklərini etiraf etmişdir.Atası döyüldükdən sonra polis əməkdaşları onu sərbəst buraxmışlar. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs1 videogörüntü ilə qeydə alınmış ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Təqsirləndirilən şəxs anası Qanuni nümayəndə ilə 2005-ci il tarixdə ailə həyatı qurmuş, birgə nigah dövründən 4 övladları olmuş, onlar Türkmənistan Respublikasından gələndən sonra, yəni 2008-ci il tarixdən Bakı şəhəri,Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi bağları adlanan yerdə olan fərdi yaşayış evində yaşamışlar. Atası Ceyhun 2019-cu ilin yanvar ayından 2019-cu ilin iyul ayına kimi ayda 1 dəfədən az olmayaraq ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. Belə ki, ilk dəfə o, yanvar ayında onu və bacısı soyunmağa məcbur etmiş, o, soyunmamışdır, lakin bacısı soyunmuşdur. Hər iksi atası Ceyhunun yanında uzanmış, atası həmin gün bədəninin müxtəlif hissələrinə toxunmuşdur. Bundan sonra ayda bir dəfədən az olmayaraq, ona qarşı seksual xarakterli hərəkətlər etmiş, atası, həm onun üzündən, dodağından öpmüş, həmin bədəninin müxtəlif nahiyyələrinə toxunmuşdur. Bundan əlavə onun cinsiyyət orqanına toxunmağı da məcbur etmişdir. O, 2023-cü il tarixdə bütün baş verənlər barədə xalası Güldanəyə danışmışdır. Bundan sonra anası baş verənlərlə bağlı atası Ceyhunla danışmış, atası etiraf etməmişdir. Bu hadisədən sonra atası bir daha ona qarşı seksual xaraketrli hərəkətlər etməmiş, atası onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. O, ümumiyyətlə bu günə kimi hər hansı şəxslə cinsi əlaqədə olmamışdır, Təqsirləndirilən şəxs onun atasıdır, ondan qorxur. Onun istədiklərini etməyəndə üstünə qışqırmış və ya hədələmişdir. O da məcbur olub razılaşmışdır (cild 1, iş vərəqə 25-29). Zərərçəkmiş şəxs1 elan olunmuş ifadə ilə bağlı ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, həmin ifadələri polis əməkdaşları özləri onlara demişlər.Atasının ona qarşı pis fikirlə toxunması olmayıb. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, atasından uşaqlıqdan sevgi görmədiyi üçün və atasının onu idmandan kənarlaşdırdığı üçün ona qarşı aqressiv münasibəti yaranmışdır. Hadisə günü qardaşı ilə dalaşan zaman atası onu sillə ilə vurmuşdur. Atasına əsəbləşdiyi üçün o, sonuncunun guya ona qarşı seksual xarakterli hərəkətlər etməsi barədə xalasına bildirmişdir. Sonradan polis əməkdaşlarına da eyni məzmunlu yalan ifadə vermişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, atası həmişə işdən gələn zaman o, atasının belini masaj etmişdir.Müstəntiqə ifadə versə də həmin ifadələri şişirdilmiş şəkildə qeyd olunmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs2 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Təqsirləndirilən şəxs anası Qanuni nümayəndə ilə 2005-ci i l tarixdə ailə həyatı qurmuş və birgə nigah dövründən 4 övladları vardır. O, anadan olandan sonra Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi bağları adlanan yerdə olan fərdi yaşayış evində yaşamışlar. Onun 2017-ci il təvəllüdlü qardaşı X4 ilə aralarında münaqişə olduğu üçün atası Ceyhun məsələyə müdaxilə etmiş, onun baş nahiyyəsindən itələmiş, həmin vaxt o,heç bir xəsarət almamışdır. Ceyhunun etdiyi hərəkət onun xoşuna gəlməmişdir və ona aqressiv cavab verərək, ona irad bildirməyə və onunla kobud rəftar etməyə ixtiyarının olmadığını demişdir. Çünki hələ uşaq yaşlarından Ceyhun onu seksual xarakterli hərəkətlər etməyə məcbur etmişdir. Bu da həmişə onun yaddaşında olmuş, bu səbəbdən ona qarşı nifrəti var. Sonuncu dəfə 2023-cü ilin dekabr ayının əvvələrində baş vermişdir. Belə ki, 2023-cü ilin dekabr ayının əvvəllərində saat 09 radələrində yataq otağında məktəb paltarını geyinən zaman atası Ceyhun otağa əlində krem daxil olmuş, atası otağa daxil olanda o, alt paltarında olmuşdur. Atası onun qolundan tutub hamama dəvət etmişdir. O, əynini geyinmiş və onunla birlikdə hamama keçmiş, atasının əynində isə ancaq tuman olmuşdur. Atası hamam otağına daxil olan kimi qapını bağlamışdır. Bundan sonra özü ilə gətirdiyi kremlə cinsiyyət orqanını kremləmiş, ondan Ceyhundan cinsiyyət orqanına toxunaraq sonlandırmaya köməklik etməyini istəmişdir. O da atasının dediklərini etmiş, cinsiyyət orqanını əlinə alıb, sonlandırmaya köməklik etmişdir. Bütün bunlar Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi bağları adlanan yerdə olan fərdi yaşayış evində baş vermiş, ilk dəfə 2019-cu ilin yanvar ayının əvvəllərində bacısı Zərərçəkmiş şəxs1 və onu soyundurmuş, ikisini də yanında uzanmağa məcbur etmişdir. Onlar da qorxduğu üçün razılaşmışdır. Atası ondan bədəninin müxtəlif nahiyyələrində toxunmağını tələb etmişdir. Bundan sonra atası bu hərəkəti 3-4 dəfə ona qarşı etmişdir. O, həmin tarixləri dəqiq xatırlamır, amma bu 2019-cu il tarixdə yanvar ayından iyul ayına qədər olan müddət ərzində olmuşdur. Atası həmin müddət ərzində dəfələrlə cinsi orqanını ayağının arasına sürtmüş, cinsiyyət orqanını əlinə götürməyi istəmiş, sonlandırmağı isə çox vaxt onun ovucuna etmişdir. O, 2019-cu ilin yay aylarında anası Əfsanəyə bildirmiş, o da atası ilə danışmışdır. 2023-cü ilin dekabr ayına qədər bu bir daha olmamışdır. Bir neçə dəfə atası ondan bunu istə də, o, imtina etmişdir. Lakin bir dəfə hansı səbəbə bilmir, etiraz etməmiş və 2023-cü ilin dekabr ayında atasının cinsiyyət orqanına toxunmuş, sonlandırmağa köməklik etmişdir. Atası onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmamış, o, ümumiyyətlə bu günə kimi hər hansı şəxslə cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs onun atasıdır, ondan qorxur. Onun istədiklərini etməyəndə üstünə qışqırmış və ya hədələmişdir. O da məcbur olub razılaşmışdır(cild 1, iş vərəqə 43-46). Zərərçəkmiş şəxs2 elan olunmuş ifadə ilə bağlı ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, atasının tutulmasını istəmiş, bu səbəbdən də müstəntiqə verdiyi ifadəsində atasının onu dodağından öpdüyünü və cinsi orqanına əl vurmağa məcbur etdiyini bildirmişdir. Qeyd edilən hərəkətlərin, yəni atanın qızının dodağından öpməsinin cinayət hadisəsi olmasını o, filmlərdən izləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə göstərmişdir ki, o, Ceyhunun bu işi etmədiyindən əmindir. 2024-cü ilin sentyabr ayında qızı Ebru ona zəng edərək Sevdanın atası ilə mübahisə etdiyini bildirmişdir. O, evə gəlib Sevdanı sakitləşdirdikdən sonra polis əməkdaşları onların evinə gəlmişlər. O, Sevdadan nə baş verdiyini soruşduqda Sevda atasının ona qarşı ittiham aktında qeyd olunan hərəkətləri etdiyini bildirmişdir. O, Sevdanın bu sözlərinə inanmamışdır. Onun əri ilə münasibəti normal olmuşdur. Polis əməkdaşları ərinə qarşı fiziki təzyiq etdikləri üçün Ceyhun etirafedici məzmunda ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 04 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət edərək bildirmişdir ki, atası Təqsirləndirilən şəxs mütəmadi olaraq bacısı Ebruya və ona seksual hərəkət etməyi təklif etmişdir (cild 1, iş vərəqə 8). 04 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinə müraciət edərək bildirmişdir ki, atası Təqsirləndirilən şəxs 2019-cu il tarixdə ona qarşı əxlaqsız hərəkətlər etmişdir (cild 1, iş vərəqə 17). 05 sentyabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 ifadəsində bildirdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmiş, Təqsirləndirilən şəxs da istintaq dövründə vediyi ifadəni təsdiq edərək qızı Zərərçəkmiş şəxs2 düzgün danışdığını, qızlarına qarşı əxlaqsız hərəkətlər etdiyini bildirmişdir (cild 1, iş vərəqə 71-74). 04 oktyabr 2024-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmayıb, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs1 arxa keçəcək dəliyi nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən hər hansı bir dəyişiklik və xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 119-121). 04 oktyabr 2024-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin tamlığı pozulmayıb, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs2 arxa keçəcək dəliyi nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən hər hansı bir dəyişiklik və xəsarət izi aşkar edilməmişdir (cild 1, iş vərəqə 123-125). 08 oktyabr 2024-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilməmişdir. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs bədən səthi üzərində həmçinin anal yolu və ətraf nahiyələrdə hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən dəyişiklik və xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 127- 129). 07 sentyabr 2024-cü il tarixli kompleks ambulator məhkəmə psixatrik və psixoloji ekspertizanın rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər.Zərərçəkmiş şəxs1 2019-cu il tarixdə hadisə zamanı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs1 hər hansı psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs1 özündən uydurmağa meyillilik aşkar edilmir. Zərərçəkmiş şəxs1 hazırda yaranmış şəraitin mahiyyətini dərk elmək və davranışın mümkün nəticələrini görmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs1 ona qarşı seksual xarakterli hərəkətləri edilən zaman yetkinlik yaşına çatmadığından, həmçinin fərdi-psixoloji xüsusiyyətlərinə görə təqsirləndirilən şəxsə müqavimət göstərməyə bilərdi (cild 1, iş vərəqə 130-133). 07 sentyabr 2024-cü il tarixli kompleks ambulator məhkəmə psixatrik və psixoloji ekspertizanın rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir.Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı, intellektual-amnestik imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Fərdi-psixoloji xüsusiyyətlərinə görə inadkar, əsəbi, etiraz etməyi bacaran, söz götürməyən, emosional şəxsdir. Zərərçəkmiş şəxs2 2019-cu il və 2023-cü il dekabr ayında hadisə zamanı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir.Zərərçəkmiş şəxs2 hər hansı psixi xəstəlik aşkar olunmur.Zərərçəkmiş şəxs2 Özündən uydurmağa meyillilik aşkar edilmir. Zərərçəkmiş şəxs2 hazırda yaranmış şəraitin mahiyyətini dərk etmək və davranışın mümkün nəticələrini görmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı qanunazidd hərəkətlər edilən zaman təqsirləndirilən şəxsə müqavimət göstərə bilərdi (cild 1, iş vərəqə 134-137). 07 sentyabr 2024-cü il tarixli kompleks ambulator məhkəmə psixatrik və psixoloji ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Əhval-ruhiyyə fonu stabildir, ittiham olunduğu əməllə bağlı özünümüdafiə etməyə çalışır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur(cild 1,iş vərəqə 139-141). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqə 148-149). 09 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 atası Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını, onlara qarşı seksual xarakterli hərəkət etsə də onu bağışladığını bildirmişdir (cild 1, iş vərəqə 193). 09 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 atası Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını, onlara qarşı seksual xarakterli hərəkət etsə də onu bağışladığını bildirmişdir (cild 1, iş vərəqə 194). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs qızlarına qarşı ittiham aktında göstərilən hərəkətlərə yol vermədiyinə dair məhkəmə iclasında verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu, işin faktiki halları ilə tam təkzib olunur. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ibtidai istintaq dövründə verdikləri ifadələri təkzib edərək atalarının onlara münasibətdə seksual xarakterli zorakılıq hərəkətləri etməsini uydurduqlarını, ona böhtan atdıqlarını bildirsələr də ifadələrini dəyişdirməsinin ağlabatan səbəblərini məhkəməyə izah edə bilməmişlər. Belə ki, Zərərçəkmiş şəxs1 videoçəkiliş aparılmaqla qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş, videoçəkiliş isə məhkəmə iclasında görüntülənərkən ona qarşı hər hansı fiziki və psixoloji təzyiq göstərillməsi müşahidə olunmamışdır. Bundan başqa zərərçəkmiş şəxslər barəsində verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertiza rəylərinin təsviri əsaslandırıcı hissələrindən görünür ki, ekspert tərəfindən suallar verilərkən Zərərçəkmiş şəxs1 2023-cü ilin yanvar ayında atasının ona cinsiyyət orqanını masaj etməsini dediyini, Zərərçəkmiş şəxs2 isə 2023-cü ildə atasının bel nahiyəsini masaj etdiyini, həmin vaxt atası ona “biraz aşağı düş” dediyi üçün onun cinsiyyət orqanına toxunmuş ola biləcəyini bildirmiş, sorğu sual zamanı Zərərçəkmiş şəxs1 atasını müdafiə etməsi, Zərərçəkmiş şəxs2 isə ibtidai istintaq dövründə verdiyi ifadəsini inkar etsə də, bu barədə verilən sualları tam əsaslandıra bilməməsi müşahidə edilmişdir. Qeyd olunan səbəblərdən məhkəmə zərərçəkmiş şəxslərin məhkəməyəqədər icraat dövründə verdiyi ifadələrini mötəbər sübut kimi qəbul edir və qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq dövründə bir neçə dəfə dindirilmiş, qızları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 münasibətdə seksual xarakterli məcburi tədbirlərə yol verdiyini etiraf etmişdir. Hal-hazırda həmin ifadələrin mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi 125.2-ci maddəsinin tələblərinə əsasən şübhə altına alınması üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2- 1.1 və 150.3.3-cü maddəsi ilə elan edilmiş ittihamın əsasına yalnız sonuncunun ifadələri qoyulmamış, ibtidai istintaqın sonrakı gedişində onun ifadələri digər sübutlarla –eskpertiza rəyi, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yoxlanılaraq təsdiq edilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2-1.1ci və 150.3.3-cü (köhnə redaksiyada)-maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Lakin təqsirləndirilən şəxsə verilmiş ittihamdan görünür ki, təqsirləndirilən şəxsin əməlləri həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin eyni bir maddəsinin müxtəlif tövsifedici əlamətləri ilə müşayiət edilən əməl törədilərkən onun əməli sanksiyasında daha ağır cəza nəzərdə tutan tövsifedici əlaməti nəzərdə tutan maddə ilə tövsif edilməli,həmin maddə ilə cəza təyin edilməli hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qızları 14 yaşına çatmayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı seksual xarakterli hərəkətlər törədildiyi dövrdə (2019-cu ilin yanvar ayından iyul ayınadək) Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi, Zərərçəkmiş şəxs2 yetkinlik yaşına çatmayan dövrdə seksual xarakterli zorakılıq hərəkətlərinin yol verilməsi zamanı Cinayət Məcəlləsinin 150.2-1-ci maddəsi qüvvədə olmuş, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 150.2-1-ci maddəsinin sanksiyası 2019-cu il tarixdə qüvvədə olan Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyasına (səkkiz ildən on beş ilədək azadlıqdan məhrum etmə cəzası) nisbətdə daha yuxarı hədlərdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cinayətin təkrar törədilməsi hökmün təsviri əsaslandırıcı hissəsində sadalanmaqla onun əməli yalnız Cinayət Məcəlləsinin 150.2-1.1 və 150.3.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2-1.1-ci və 150.3.3-cü maddələrində maddəsində nəzərdə tutulan əməllər xüsusilə ağır cinayətlərdir. Qeyd olunan əməllər təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətlərdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2-1.1-ci və 150.3.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışması, ona qarşı şikayət və tələbin olmaması kimi cəzasını yüngülləşdirən halların olmasını, barəsində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 150.2-1.1-ci və 150.3.3-cü maddələrinin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 60-61), ibtidai istintaq orqanının 06 sentyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş (cild 1, iş vərəqə 111-113), Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2025-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdən 06 sentyabr 2024-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi dövlət büdcəsi vəsaiti hesabına məhkəməyə qədər icraat dövründə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5, məhkəmə zamanı Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir.Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla dövlət büdcəsinin vəsaiti hesabına ibtdai istintaq mərhələsində göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı X2 işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat, məhkəmə mərhələsində göstərilmiş 38 (otuz səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2-1.1-ci və 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdən 06 sentyabr 2024-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai istintaq mərhələsində göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X2 işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş 38 (otuz səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1050/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1050/2025
21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver