Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1051/2022 17.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi, məsləhətçi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Lənkəran rayonu Parakənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Parakənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Xəzər rayonu Zirə qəsəbəsi Şirvani küçəsində yerləşən TTY stansiyasının qarşısına gələrək tanışı Zərərçəkmiş şəxs məxsus VAZ 2107 markalı avtomobilin qabaq sağ oturacağında əyləşmiş və bacısı X2 olan 1800 manat pul bocunu niyə ödəməməsini soruşmuş, həmin vaxt Zərərçəkmiş şəxs ona ailəsindən xəbərinin olmamasını qeyd etməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə nəticəsində əynində olan şalvarın sağ yan cibində daşıdığı bıçaq vasitəsi ilə sonuncunun qarın hissəsinə bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs daxili qanaxma və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası xəsarətindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır dərəcəli zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamda təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci il tarixdən tanıyır və tanışlıq münasibətində olmuşdur. Kazımı tanımağına səbəb bacısı Xəyalə Əliyeva olmuşdur. Belə ki, 2020-ci il tarixdə bacısı Xəyalə Kazımın istifadəsində olan çörək sexində işləmiş və o, bu səbəbdən Kazımla tanış olmuşdur. O, bir müddət Rusiya Federasiyasında yaşamışdır. 02 fevral 2020-ci il tarixdə o, Azərbaycana qayıtmış və bacısı Xəyaləyə və anasına demişdir ki, gedib rayonda yaşasınlar. Bacısı və anası isə ona demişlər ki, Kazımın 1800 manat borcu var, onu alıb sonra gedəcəklər. O, bu səbəbdən Kazıma zəng vurmuş və demişdir ki, gətir pulu ver. Kazım isə cavabında bildirmişdir ki, maşınını satıb pulu verəcəkdir. Bu söhbətdən bir neçə gün keçmiş və o, yenidən Kazıma zəng vurub pulu istəmişdir. Kazım bu dəfə demişdir ki, bağını satıb pulu verəcəkdir. Bu minvalla bir neçə gün də keçmişdir. Daha sonra Kazım bacısı Xəyaləni Zirə qəsəbəsində mağazanın qarşısında görüb pul məsələsini qardaşına niyə dediyini soruşmuş və onu hədələmişdir. Nəhayət 11 mart 2022-cİ il tarixdə o, Kazıma məxsus telefon nömrəsinə Whatsap vasitəsi ilə sms yazmişdır ki, pulu versin və harada olmasını soruşmuşdur. Lakin Kazım cavab vermədiyindən ona zəng vurmuşdur. Kazım ona demişdir ki, Xəzər rayonu Zirə qəsəbəsində yerləşən TTY stansiyasının yanındadır və ora gəlsin. O, da evdə olan açılıb bağlanan cib bıçağını götürüb əynində olan şalvarın sağ yan cibinə qoymuş və evdən çıxaraq Kazımın dediyi yerə getmişdir. Saat təxminən 22 radələrində o, həmin ünvana çatmışdır. Kazım onu görüb avtomobildən yerə düşmüş və onunla görüşüb yenidən özünə məxsus VAZ 2107 markalı vatomobilə minmişlər. O, qabaq sağ oturacaqda oturmuşdur və onlar söhbət etməyə başlamışlar. O, həmin vaxt Kazımdan pulu gətirdiyini soruşmuşdur. Kazım isə cavabında demişdir ki, hələ dediyi şeyləri sata bilməmişdir. Daha sonra isə o, Kazımdan soruşmuşdur ki, bəs bacısı Xəyaləni hədələmək məsələsi nədir. Bu zaman Kazım demişdir ki, deyib düz eldib və onu da söymüşdür. Sonra isə deyd etmişdir ki, onun ailəsindən xəbəri yoxdur. O, bu zaman əsəbləşmiş və cibində olan bıçağı çıxararaq Kazımın qarın nahiyyəsindən bir dəfə zərbə vurmuş və avtomobildən yerə düşmüşdür. Həmin vaxt Kazım da avtomobildən düşmüş və ona demişdir ki, sən neynədin. O, da Kazımın qolundan tutaraq xəstəxanaya getməsini demiş və çıxıb getmişdir. Əməlindən peşmandır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin yuxarıda qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bir müddət əvvəl tanışı Xəyalədən borca 3000 manat pul almış və həmin pulu bir müddət sonra geri qaytarmışdır. O, həmin pulu qaytaran zaman Xəyalə ona demişdir ki, əlavə olaraq 1800 manat da pul verməlidir. O, da Xəyalə ilə razılaşmış və demişdir ki, sonra verər. Bu məsələdən bir müddət keçmiş, yəni 11 mart 2022-ci il tarixdə Xəyalənin qardaşı Təqsirləndirilən şəxs ona Whatsap vasitəsi ilə SMS yazmış və ondan pulu istəmiş və onun yerini soruşmuşdur. Daha sonra telefon vasitəsi ilə danışmış və saat təxminən 22 radələrində o, Zirə qəsəbəsində olan TTY stansiyasının qarşısında olduğunu demişdir və onlar orada görüşmüşlər. O, həmin yerə özünə məxsus VAZ 2107 markalı avtomobil ilə getmişdir. O, Namidlə özünə məxsus avtomobildə oturmuş və söhbət etmişlər. Həmin vaxt Namid ondan borcu olan pulu niyə ödəmədiyini və bacısının qarşısını niyə kəsdiyini soruşmuş, o, isə cavabında Namidin ailəsindən xəbərinin olmamasını bildirmişdir. Həmin vaxt aralarında mübahisə baş vermiş və Namid bıçaqla onun qarın nahiyyəsindən vuraraq avtomobildən yerə düşmüş, ona yaxınlaşaraq xəstəxanaya çıxıb getməsini demişdir. O, da dərhal avtomobili TTY stansiyasının həyətinə sürmüş və oraya müraciət etmişdir. Daha sonra TTY avtomobili ilə Bakı şəhər 3 saylı ŞKX-na gətirilmiş və əməliyyat olunmuşdur. Hazırda Təqsirləndirilən şəxslə barışmış, onu bağışlayır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının verdiyi xx.xx.2022-ci il tarixli 307 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər: daxili qanaxma və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun “X5” publik Hüquqi Şəxsə müraciətindən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi kriminalistik ekspetizasının verdiyi xx.xx.2022-ci il tarixli 144/2022-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində 1 ədəd ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə oln ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Cinayət işinə əlavə olunmuş məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 173/MTBŞ-2022 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu təyin olunduqda yalnız B antigeni alındı. Beləliklə həmin qan ləkələri ABO sitemi üzrə A(lll) qruplu şəxsə məxsus ola bilər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan, Zərərçəkmiş şəxs 03 iyun 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, onu bağışlayır və barəsində heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu həmin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının, 4-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmaqla səmimi ifadə verməsini, zərər çəkmiş şəxslə barışıq əldə olunmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, qardaşı X3 44 günlük Qarabağ Müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlid. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 15 mart 2022-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Xəzər Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus qanlı köynək məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Təqsirləndirilən şəxs vəkil işlədiyi Bakı şəhəri 19 saylıVəkil bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 158, 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs İlham oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs İlham oğlunun cəzaçəkmə müddətinin əvvəli 15 mart 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Xəzər Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus qanlı köynək məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs İlham oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1051/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1051/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver