Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1051/2024 15.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi – Pro Bono Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Cəlilabad rayon Üçtəpə kəndində pasport qeydiyyatında olmaqla Bakı şəhəri Səbail rayonu 20-ci X5 küçəsi 56 saylı ünvanda kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, istifadəsində olan mobil telefon vasitəsilə tanışı Zərərçəkmiş şəxs ilə danışıb sonuncudan ona olan borcunu istədikdə Zərərçəkmiş şəxslə aralarında mübahisə yarandığı üçün, bundan 10 gün sonra, yəni 27 avqust 2023-cü il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Səbail rayonu ünvan 2 ünvanda yerləşən Səbail rayonu poçtunun qarşısında Zərərçəkmiş şəxslə rastlaşarkən, həmin xüsusatla bağlı şəxsi münasibətlərin pozulması zəminində yenidən aralarında yaranmış mübahisə zamanı qisas almaq məqsədilə üzərindəki təyinatı istintaqa məlum olmayan bıçaqla bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs qarının ön divarının sağ yarısının daxilə nüfuz edən Xİ qabırğanın tam kəsilməsi və yoğun bağırsağın zədələnməsi ilə müşayət olunan 1 (bir) ədəd deşilmişkəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan Ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Namiqlə dost olmuşdur. Namiq, bir gün ondan 100 (yüz) manat məbləğində borc pul istəmiş və borcunu 10-15 gün sonra qaytaracağını bildirmişdir. Həmin borcun qaytarılmasının vaxtı çatanda o Namiqlə telefonda danışarkən borc pulunun geri qaytarmasını istəmişdir. Bu zaman Namiq, onu telefonda təhqir etmişdir. Bu hadisədən təxminən 4-5 gün sonra gecə saat 01 radələrində Namiqin gəldiyini uzaqdan görmüş və özü ilə mətbəx bıçağını götürmüşdür. O Namiqə yaxınlaşaraq onu hansı səbəblə təhqir etdiyini soruşduqda, Namiq onu itələmişdir. O Namiqi qorxutmaq üçün bıçağı çıxaranda həmin bıçaq Namiqə dəymişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs 10 ildir ki, tanıyır. O kafe işlədirmiş. Belə ki, Namiq əvvəllər onun yanına müştəri kimi gəlirmiş. Onların sonradan Namiqlə dostluq münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs ondan borca götürdüyü pulu 15 gün müddətə qaytarmalı imiş. Namiq onu telefonda təhqir edən vaxt içkili olmuşdur. Bundan təxminən 4-5 gün sonra o təsadüfən Namiqin kafenin qarşısına gəldiyini görmüşdür. Məlum hadisə baş verən vaxt o Namiqi kafedən təxminən 50 metr uzaqlıqda görmüşdür. Gecə olsa da küçə işıqlı olduğu üçün Namiqi görə bilmişdir. Onun özü ilə mətbəx bıçağını götürməkdə məqsədi Namiq ona əl-qol atacağı təqdirdə onu bıçaqla qorxutmaq olmuşdur. Namiq onun sinəsindən itələmişdir. O, bıçağı arxa cibinə qoymuş, lakin sonradan bıçaq yerə düşmüş və tapa bilməmişdir. Məlum hadisə baş verən vaxt Namiq və onun yanında başqa şəxs olmamışdır. Namiqə ikinci bıçaq zərbəsi vurmaq imkanı olmuş, lakin vurmamışdır. Vurmamaqda məqsədi isə Namiqi qorxutmaq olmuşdur. O əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmuşdur. Cəzasını şərti olaraq çəkmişdir. Törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, latın qrafikalı əlifba ilə azərbaycan dilində sərbəst olaraq yazıboxumağı bacardığına görə ifadənin müstəntiq tərəfindən kompyuter vasitəsi ilə latın qrafikası ilə azərbaycan dilində yazılmasına etirazı yoxdur. 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 126-cı maddəsi ilə şərti olaraq məhkum olunmuşdur. Ailədə 4 qardaş və 1 bacısı var, evin sonuncu övladıdır. 2010-cu ilədə yaşadığı Cəlilabad rayonundan Bakı şəhərinə gələrək Neft Akademiyasında tələbə olmuş, 2013-cü ildə institutu bitirmiş və son zamanlarda yaşadığı Bayıl qəsəbəsində Poçtla üzbəüz olan yerdə Elvin İsmayılova məxsus çayxananı Xəyalə adlı bir xanımla birlikdə icarəyə olaraq çayxana kimi işlədir. Zərərçəkmiş şəxs ilə 10 ildir ki, tanışlıq münasibəti yaranmışdır. Törətdiyi sonuncu hadisədən təxminən 15 gün əvvəl Namiq 10 gün müddətində qaytaracağını deyərək 100 manat borc pul almış, həmin 100 manat borc pulu ona verdikdən 10 gün sonra işlətdiyi çayxanada olan zaman Namiqə verdiyi borc pulu ondan geri istəmişdi, Namiq yenə də gətirib verəcəyini demiş, bundan sonra Namiq pulu gətirmədiyi üçün istifadəsində olan ***-***-**-** nömrəsi ilə Namiqin mobil telefon nömrəsinə zəng edərək ondan verdiyi pulu niyə gətirmədiyini dedikdə Namiqlə telefonda aralarında narazılıq olmuş, Namiq nalayıq sözlər dediyi üçün bu çox pis təsir etmişdir. 27 avqust 2023-cü ildə saat 01 radələrində icarəyə işlətdiyi çayxanada olan zaman baxdıqda Namiqin tək olaraq çayxanaya tərəf piyada olaraq gəldiyin görüb həmin zaman Namiqin ona mobil telefonda nalayıq sözlər deməsi səbəbi pis təsir etdiyindən əsəbləşərək çayxanada olan mətbəx bıçağın götürüb Namiqin qabağın kəsərək nəyə görə telefonda ondan verdiyi borc pulu istədikdə nalayiq sözlər deməsini soruşmuşdu. Namiq cavabında yaxşı etdiyini və vermədiyini deyərək əl-qol atdıqda özündə olan həmin bıçaqla bir dəfə Namiqin qarnından vurub oradan uzaqlaşmışdır. Namiqi vurduğu bıçağı tullamış, lakin bıçağı harada atmağını unutduğu üçün yerini dəqiq deyə bilməmişdir. Namiqi bıçaqla vurmaqda məqsədi ona xəsarət yetirmək olmuşdur, əvvəllər aralarında yoldaşlıq münasibəti olduğu üçün onu öldürmək fikri olmamışdır. Həmçinin onu da bildirmişdir ki, həmin hadisə zamanı Namiqə bir yox, bir neçə bıçaq zərbəsi vurmağa imkanı olmuş, lakin bunu etməmiş və Namiqə yalnız bir bıçaq zərbəsi vurmuşdur. Namiqlə telefonda aralarında olan həmin mübahisə barədə heç kimə məlumat verməmişdi. Namiqi vurub xəsarət yetirdiyi həmin bıçağı işlətdiyi çayxanada limon və ya rulet kəsmək üçün istifadə etmiş və bıçağı ondan başqa çayxanada olan Xəyalə də görmüşdür. Namiqi bıçaqla vuran zaman ətrafda heç kim olmamışdır. (Cild 1, iş vərəqi 55-56, 102-103) Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o Bayramı 10 ildən çox müddətdir ki, tanıyır. O Bayramdan 100 (yüz) manat məbləğində borc pul almışdır. Həmin pulu 10 gündən sonra Bayrama qaytaracaqmış. Təxminən 12 gündən sonra Bayram, ona zəng vurmuşdur. Həmin vaxt o içkili vəziyyətdə olmuşdur. Onlar Bayramla bir az zarafatlaşdıqdan sonra o Bayramı söymüşdür. Bundan təxminən 3-4 gün keçdikdən sonra o Bayramın işlətdiyi obyektə gəlirmiş. Bu zaman Bayram, ona yaxınlaşmışdır. Həmin vaxtı o içkili olmuşdur. O Bayramın sinəsindən vuraraq itələmişdir. Bayram mətbəx bıçağını ona tərəf atmış və bıçaq onun böyrünə boşluğa dəymişdir. Bundan sonra Bayram çıxıb getmiş və o da geri qayıdaraq xəstəxanaya getmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, Bayramın ifadəsində dedikləri doğrudur. Bayramın onu ikinci dəfə vurmaq imkanı olmuşdur. Bayram onu vurandan sonra getmişdir. O indiyə kimi Bayramın üstündə bıçaq görməmişdir. O Bayrama müqavimət göstərməmişdir. O, 4 gün xəstəxanada qalmışdır. Bayram ona zəng edərək pulunu istədiyini bildirmiş, o da bir az zarafatlaşmış və söyüş söymüşdür. Bayram söyüşü pis qəbul etmişdir. Onların Bayramla ilk dəfə idi ki, aralarında borc münasibətləri yaranırmış. O bir obyektdən çıxaraq Bayramın işlətdiyi obyektə tərəf gəlirmiş və bu zaman Bayram onu görmüşdür. Bayram bir az söhbət etmək üçün ondan icazə istəmiş və söhbət əsnasında məlum hadisə baş vermişdir. Bayram bıçağı çıxaran zaman o görməmişdir. O, təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə protokolda göstərilən ünvanda yaşayır, latın qrafikalı əlifba ilə azərbaycan dilində sərbəst olaraq yazıb-oxumağı bacardığı üçün ifadənin müstəntiq tərəfindən kompyuter vasitəsi ilə yazılmasına etdiraz etmir. Baş vermiş hadisənin mahiyəti üzrə bildirmişdir ki, Bayramla bir neçə ildir ki, tanışdırlar, yoldaşlıq münasibələri var, aralarında əvvəldən heç bir ədavət və ya düşmənçilik olmamışdır. Bayramın 20-ci sahədə salyan yolunda poçtla üzbəüz yerdə kafeni götürüb icarəyə işlətməsini bilmiş, hətta bir neçə dəfə də onun kafesində olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin fəhləliklə məşğul olaraq qazandığı pulla ailəsini dolandır. Hadisədən təxminən bir neçə gün əvvəl maddi cəhətdən pula ehtiyacı olduğu üçün Bayramdan borc pul almış və bir neçə günə qaytaracağına söz vermişdi. Lakin işi olmadığına görə pul qazanıb qaytara bilməmişdir. Ona görə də hadisədən təxminən 10-15 gün əvvəl Bayramla kafedə olan zaman buna görə aralarında narazılıq olmuşdu. Belə ki, Bayramdan aldığı borcu Bayrama qaytaracağına söz versə də yenə də qaytara bilməmişdir. Bundan sonra Bayram mobil telefonu ilə zəng edib pulu istədikdə telefonda Bayramla aralarında mübahisə olmuşdu. Bundan sonra, yəni 26 avqust 2023-cü ildə axşam vaxtı Səbail rayonunda olan 20-ci Sahədə yolun kənarındakı kafelərin birində əyləşib iki bakal pivə içmişdi. Həmin gün bir neçə saat kafedə olduqdan sonra tək olaraq evə gedən zaman Bayramın işlətdiyi kafenin yanından keçən zaman Bayram gələrək telefonda aralarında olan mübahisəni aydınlaşdırmağa başlamışdı. Belə oldu ki, bu zaman Bayram qəfildən kafesinin qarşısında qarın nahiyyəsinə bir dəfə bıçaqla vuraraq oradan uzaqlaşıb getmişdi. Bununla da qarnından xəsarət aldığını bilib Xəzər kafesinin yaxınlığında bir nəfərə yaxınlaşaraq xəsarət aldığı üçün onu xəstəxanaya yola salmasını demişdi. Həmin hadisə zamanı ətrafa fikir vermədiyi üçün heç kimi görməmişdi. İfadənin əvvəlində qeyd etdiyi kimi 27 avqust 2023-cü il tarixdə Səbail rayonu 20-ci Sahə Salyan yolunda olan zaman Bayramla aralarında olan mübahisə nəticəsində sonuncu tərəfindən bıçaqla vurularaq bədən xəsarəti yetirilmişdir. Həmin hadisə zamanı Bayramı vurmamışdı. (Cild 1, iş vərəqi 45-46) Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələbi və iddiasının olmadığını, həmçinin gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs dost olduqlarını bilir. Zərərçəkmiş şəxs gecə vaxtı vurulduğunu və buna görə də xəstəxanaya getdiyini eşitmişdir. Onların arasında olan davanın səbəbini bilməmişdir. Hadisə baş verən vaxtı orada olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 27 avqust 2023-cü il tarixdə gecə saat 01 radələrində kafedə olmuşdur. Sözügedən kafeni o işlədir. Həmin gün hadisə baş verməmişdən qabaq Bayram kafeyə gəlib-gedirmiş. Təqsirləndirilən şəxs təxminən 8-9 ildir ki tanıyır. Belə ki, Bayram, onun bacısının əri ilə də illərdir dostluq edirlər. Zərərçəkmiş şəxslə onun münasibətləri yaxşıdır. Namiq kafeyə gedib-gəlirmiş. Namiqlə Bayram arasında hər hansı mübahisə yaşandığını görməmişdir. Namiqlə Bayram arasında olan borc haqq-hesabından xəbəri olmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında əvvəldən heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Belə ki, Bayramla Səbail rayonu 20-ci Sahə Salyan yolunda icarəyə işlətdiyi kafe ilə bağlı münasibəti olub. Belə ki, həmin kafedə çay, pivə və sair içkilər, eyni zamanda yemək də verilmişdir. Zərərçəkmiş şəxs Səbail rayon Polis İdarəsinə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Bununla bağlı bildirmişdir ki, Namiqi Bayramla aralarında baş vermiş həmin hadisədən əvvəl tanımış, bildiyinə görə Bayramla Namiq əvvəl yoldaşlıq münasibətində olmuşdur. Onların arasında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır, hətta onu da bildirmişdir ki, Namiq bir neçə dəfə Bayramla icarəyə işlətdiyi kafeyə gələrək orada əyləşib Bayramla mehriban söhbət də etmişlər. Lakin həmin hadisədən sonra bilmişdir ki, Namiq Bayramla aralarında baş vermiş həmin hadisədən səbəbi belə olmuşdur ki, Namiq həmin hadisədən bir neçə gün əvvəl Bayramdan borc olaraq pul almış, həmin pulu vaxtında qaytaracağına vəd versə də qaytarmamışdır. Bununla da bağlı son vaxtlarda aralarında söz-söhbət və dava-dalaş olmuşdur. Belə ki, Bayrama pul lazım olduğundan və Namiq də Bayramdan borc pul alan zaman yaxın vaxtda qaytaracağına söz versə də verdiyi vədə əməl etmədiyi üçün aralarında mübahisələri və dava-dalaşları olmuşdur. Namiqin etdiyi hərəkət Bayrama çox pis təsir etmişdir. Bunu sonradan bilmişdi. 27 avqust 2023-cü il tarixdə gündüz vaxtı işə gələndə bilmişdir ki, Namiqlə Bayram arasında işlədiyi kafenin yaxınlığında dava-dalaş olub, həmin hadisə nəticəsində Bayram kafedən götürdüyü bıçaqla Namiqin qarın nahiyyəsindən bir dəfə vuraraq ona xəsarət yetiribdir. Bayramla Namiq arasında baş vermiş həmin hadisədən sonra bilmişdir ki, Bayram Namiqi vurub xəsarət yetirdiyi bıçağı həmin hadisədən əvvəl kafedən götürmüşdü. Hazırda da onların kafedə istifadə etdiyi həmin bıçaq olmadığından bilmək olar ki, Bayram Namiqi kafedən götürdüyü həmin bıçaqla vurub xəsarət yetirmişdir və həmin bıçaq da qeyd olunan hadisədən sonra kafedə görməmişdir. Bayramın deməsinə görə Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi bıçağı hadisədən sonra xatırlamadığı yerdə kənara tullamışdır. (Cild 1, iş vərəqi 73-74) Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı Namiqin Bayrama borcu olduğu üçün onların arasında mübahisə düşməsi məzmununda ifadə verməmişdir. İfadəsindəki imzalar ona məxsusdur. Hadisə baş verən vaxt kafedə olmuşdur. Belə ki, o, qapını bağlayaraq içəridə təmizlik işləri görürmüşlər. Bıçağın harada olduğunu bilmir. Məlum hadisədən sonra bıçağı görməmişdir. Bayramın Namiqi vurduğu bıçaq kiçik ölçüdə limon bıçağı olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ildə 20-ci Sahədə olan “Xəzər” restoranında işi bitirib restoranı bağlayıb evə gedən zaman qaranlıq bir hava şəraitində bir nəfər şəxs qarnını tutaraq bıçaqlandığını bildirmişdir. O da həmin şəxsi xəsarət aldığı üçün şəxsi avtomobili ilə xəstəxanaya aparmışdır. Şahid2 məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Namiq onu kimin bıçaqladığını bildirməmişdir. Təqsirləndirilən şəxsla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Namiqdən onu kimin vurduğunu bir neçə dəfə soruşsa da, Namiq ona heç nə deməmişdir. Namiq, ondan sadəcə onu xəstəxanaya çatdırmasını istəmişdir. Sonradan polis bölməsində Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs vurduğunu öyrənmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Səbail rayonu Səlyan yolunda olan “Xəzər” restoranında fərdi sahibkar kimi fəaliyyət göstərir. Belə ki, həmin restoranı kirayə olaraq işlətdiyi üçün hər gün saat 10 radələrində restoranı açaraq işlətməyə başlayır, axşam da saat 24 və ya 01 radələrinədək işlədir. Zərərçəkmiş şəxs Səbail rayon Polis İdarəsinə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuş, bununla bağlı bildirmişdir ki, Namiqlə Bayramı elə belə bir 20-ci Sahə sakin kimi tanımış, onlarla aralarında əvvəldən heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Həmişə olduğu kimi 26 avqust 2023-cü ildə 20-ci Sahədə olan “Xəzər” restoranında işi bitirib restoranı bağlayıb evə gedən zaman qaranlıq bir hava şəraitində bir nəfər şəxsin qarnın tutaraq gəldiyini görmüş, həmin şəxs yaxınlaşan zaman xəsarət aldığı üçün onu xəstəxanaya aparmağı demişdi. Bu zaman öz maşını ilə onu xəstəxanaya aparmışdı. Bundan bir neçə gün sonra bilmişdi ki, Namiqlə Bayramın arasında baş vermiş həmin hadisənin səbəbi Namiq qeyd olunan hadisədən bir neçə gün əvvəl Bayramdan borc olaraq pul almış, həmin pulu vaxtında qaytaracağına vəd versə də qaytarmamışdır. Bununla da bağlı son vaxtlarda aralarında söz-söhbət və dava-dalaş olmuşdur. Belə ki, Bayrama pul lazım olduğundan və Namiq də Bayramdan borc pul alan zaman yaxın vaxtda qaytaracağına söz versə də verdiyi vədə əməl etmədiyi üçün aralarında mübahisələri və dava-dalaşları olmuşdur. Sonradan bildiyinə görə Namiqlə Bayram arasında olan hadisə Bayramın icarəyə olaraq işlətdiyi kafenin yaxınlığında dava-dalaş olub, həmin hadisə nəticəsində Bayram kafedən götürdüyü bıçaqla Namiqin qarın nahiyyəsindən bir dəfə vuraraq ona xəsarət yetiribdir. Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bıçağın harada olmasından məlumatı olmamış və həmin bıçağı da əvvəllər görmədiyi üçün bıçağın fərdi əlamətləri barədə heç bir məlumatı olmamışdır. Lakin sonradan Bayramla aralarında olan söhbət zamanı Bayramın deməsinə görə Namiqi vurub xəsarət yetirdiyi bıçağı öz kafesində olan istifadə etdiyi bıçaq olmuş və həmin hadisədən sonra xatırlamadığı yerdə kənara tullamışdır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında olan hadisə zamanı ətrafda şahidlərin olması haqqında hər hansı bir məlumatı olmamışdır. (Cild 1, iş vərəqə 76-77) Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, o ibtidai istintaq zamanı Namiqlə Bayram arasında borc məsələsi məzmununda ifadə verməmişdir. Onun Bayramla bu barədə sonradan söhbəti də olmamışdır. İfadəsindəki imzalar ona məxsusdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraaata qəbul edilməsi haqqında 27 avqust 2023-cü il tarxli qərardan görünür ki, Zərərçəkmiş şəxs qarşı törədilmiş cinayət faktı üzrə əməldə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkib əlamətləri olduğundan fakt üzrə həmin maddə ilə cinayət işi başlanımışdır. (cild 1, iş vərəqə 1) xx.xx.2023-cü il tarixli HK-1492 saylı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 01:35 radələrində KTM-dən həkim Qasımova məlumat verərək bildirmişdir ki, Səbail rayonu 20-ci sahədə yaşayan 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarın hissəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya müraciət etmişdir. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahənin inzibati ərazisində olan Salyan yolunda, Səbail poçtunun qarşısında olan hadisə yerinə baxış keçirilən zaman orada Səbail rayon poçtunun olması, poçtun qarşısından Salyan rayonun keçməsi və Poçtla üzbəüz kafenin olması müəyyən edilmişdir. Hadisə baş verən yerdə ətrafa baxış keçirilən zaman video-müşahidə kamerasının olmaması aşkar olunmuşdur. Bundan əlavə hadisə yerindən iş üçün hər hansı bir sübut əhəmiyyətə olunan predmet aşkar edilərək götürülməmişdir. Hadisə yerinə baxış zamanı iştirakçı Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə nəticəsində işlədiyi kafedən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs bir dəfə vuraraq bədən xəsarəti yetirdiyi yeri göstərmiş və həmin hadisədən sonra oradan uzaqlaşdığını bildirmişdir. Sorğu zamanı xəsarət yetirdiyi bıçağı xatırlamadığı ünvanda kənara atdığını qeyd etmişdir. Bununla bağlı olaraq ətrafa baxış keçirilsə də hadisə törədilmiş bıçağın tapılması mümkün olmamışdır. (Cild 1, iş vərəqə 7-8) xx.xx.2023-cü il tarixli “Təhqiqat materialının istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material aidiyyatı üzrə Səbail RPİ-nin İŞ-nə göndərilmişdir. (Cild 1, iş vərəqə 9) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 15-16) xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs bıçaqla vuraraq ağır bədən xəsarəti yetirməsini əyani olaraq göstərmişdir. (Cild 1, iş vərəqə 36-40) 28 avqust 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 41) xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 48-49) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında Səbail rayon prokurorluğunun 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Səbail Rayon Məhkəməsinə təqdimat verilməsinə dair Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Anar Bağırovun 29 avqust 2023-cü il tarixli vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir. (cild 1, iş vərəqə 59-60) 29 avqust 2023-cü il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 62-63) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 1(101)- 976/2011 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən həmin cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. (Cild 1, iş vərəqə 64-66, 80-83) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 23/2024-30-11 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 2 (iki) il sınaq müddəti ilə şərti məhkum etmə cəzasına məhkum edilmiş, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın müddəti bitdiyindən o xx.xx.2013-cü il tarixdə məhkumların qeydiyyatı kitabından çıxarılmışdır. Tibbi sənədlərin və paltarların götürülməsi haqqında 02 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, tibbi rəy alınması üçün 27 avqust 2023-cü il tarixdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına müraciət etmiş Zərərçəkmiş şəxs adına tərtib edilmiş xəstənin tibbi kartası, rentgen vərəqələri və geyim paltarları 1 saylı şəhər Kliniki Xəstəxanasından götürülmüşdür. (cild 1, iş vərəqə 71) xx.xx.2023-cü il tarixli, 47/2-25589 saylı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçağı hadisədən sonra atdığı yerin və bıçağın tapılması, hadisə şahidlərinin dairəsinin və digər halların müəyyən olunması istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri müsbət nəticə verməmişdir (Cild 1, iş vərəqə 78). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X4 22 sentyabr 2023-cü il tarixli, 492 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət – qarnın ön divarının sağ yarısının daxilə nüfuz edrək Xİ qabırğanın tam kəsilməsi və yoğun bağırsağın (qalxan çənbər bağırsağın) zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Həmin xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gəlməsi mümkündür və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. (Cild 1, iş vərəqə 86-88) 22 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təqirləndirilən şəxs Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, iş vərəqə 90-92) 23 oktyabr 2023-cü il tarixli “Əməlin tövsif edilməsi” haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 93-94) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilməklə ona həmin Məcəllənin 126.1-ci maddəsi ilə ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, iş vərəqə 95-96) 24 oktyabr 2023-cü il tarixli “qətimkan tədbiri müəyyən edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. (Cild 1, iş vərəqə 104-105) xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, 22 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsi Səbail rayon şöbəsinin 492 nömrəli rəyi, 28 avqust 2023-cü il tarixli “ifadənin yerində yoxlanması barədə” protokol, zərərçəkmiş şəxsin dindirmə protokolu, şahidlərin dindirmə haqqında protokol, zərərçəkmiş və təqsirləndirilən şəxsin arasında keçirilmiş üzləşmə istintaq hərəkəti zamanı tərtib olunmuş protokol, şübhəli və təqsirləndirilən şəxsin dindirmə protokolları cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,120-ci maddəsinin tərkib əlamətləri olmadığına görə həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində qeyd olunan xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir. (Cild 1, iş vərəqə 106-113) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsinin 01 iyul 2024-cü il tarixli məktubdan, əlavə edilmiş axtarışda olan şəxsin tutulması haqqında 28 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdə, saat 13:30 radələrində Nəsimi rayonu ərazisində saxlanılaraq Səbail RPİ-nə gətirilmiş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların o tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş zərçəkmiş şəxsə, şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamla özünü tam təqsirli bilmiş, ittihamı mübahisələndirməmiş və özünü müdafiə üçün heç bir dəlil göstərməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə, yəni o, qəsdən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Təsnifata görə ağır cinayətdir. Məhkəmə, cinayət işinin materialları, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, üzləşdirmə və ifadənin yerində yoxlanılması protokolu, hadisə yerinə baxış protokolu və iş üzrə toplanmış digər sübutların məcmusu, işin faktiki halları, o cümlədən, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını və törətdiyi əməli səmimi etiraf edərək peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən iş üzrə onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər də həyat və sağlamlıq əleyhinə olan eyni məzmunlu anoloji cinayət törətməsini, iş üzrə cəzasını yüngülləşdirən halı, iş üzrə cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin zorakı cinayət növünə aid olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Səbail RPİ-nin MSY-dən azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Səbail Rayon Polis İdarəsinin 01 iyul 2024-cü il tarixli məktubdan, əlavə edilmiş axtarışda olan şəxsin tutulması haqqında 28 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdə, saat 13:30 radələrində Nəsimi rayonu ərazisində saxlanılaraq Səbail RPİ-nə gətirilmiş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən çıxılmalı, cəza çəkməsinin əvvəli barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmənin qərarı əsasında tutulduğu gündən, yəni 28 iyun 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cinayət işi üzrə maddi sübut, xüsusi müsadirə edilməli digər əmlak, mülki iddia və ekspertiza xərci olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1051/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1051/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver