Məhkəmə qərarları › İş №1(101)-1052/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1052/2022

14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1052/2022 14.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18saylı vəkil bürosunun vəkilləri X6 və Müdafiəçi, Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi – Nümayəndə2 iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Almaniya Respublikasının Nayştremits şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, 20 Yanvar küçəsi, döngə 1, ev 11-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 181.2.2, 181.2.4, 181.2.5, 29, 178.2.2, 29, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz hazırladığı hüquq verən rəsmi sənədləri bilə-bilə istifadə etməklə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə, yəni, dələduzluq, özgənin xeyli miqdarda əmlakını təkrar ələ keçirmə məqsədi ilə silah qismində istifadə edilən əşyanı tədbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tədbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, yəni, quldurluq və qanunsuz hazırladığı hüquq verən rəsmi sənədləri bilə-bilə istifadə etməklə özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə təkrar ələ keçirməyə, yəni dələduzluğa cəhd cinayət əməllərini törətmişdir. Belə ki, o, hüquq verən rəsmi sənədləri qanunsuz hazırlayaraq bilə-bilə istifadə etməklə özgənin külli miqdarda əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində hüquqşünas vəzifəsində işlədiyi "xxxx" MMC ilə eyni ofisdə yerləşən "xxxx" MMC tikinti şirkətinə bir otaqlı mənzil almaq üçün müraciət edərək şirkətdən istədiyi ölçülərə uyğun mənzil tapa bilməyən Zərərçəkmiş şəxs2 guya şirkətdəki əlaqələri vasitəsilə özü üçün aldığı 58 kvadrat metr sahəsi olan mənzili 12 aylıq müddətə kreditlə ümumilikdə 63800 (altmış üç min səkkiz yüz) manata satacağına dair yalan vəd verib şirkətin hüquqşünası vəzifəsində tutduğu qulluq mövqeyindən istifadə edərək aldatmaqla və tərəfindən qanunsuz hazırlanaraq naməlum müddətdə və yerdə kompüterdə çap edilməklə tərtib olunmuş, heç bir maddi və hüquqi əsası, təminatı olmayan, guya adına mənzil rəsmiləşdirilməsinə dair 31 oktyabr 2019-cu il tarixli 192-30B/19 nömrəli, 03 sentyabr 2020-ci il tarixli 36 nömrəli saxta müqavilələrin surətlərini və “Cavid-2016» MMCyə aid 2-ci binanın 14-cü mərtəbəsində yerləşən 113 kvadrat metr, 2-ci mərtəbəsində yerləşən 73,31 kvadrat metr sahəsi olan mənzillərinin Zərərçəkmiş şəxs2 satılmasına etiraz etməməsi barədə ünvan 2 ünvanında qeydiyyatda olan Dadaşova Hicran Hafiz qızı tərəfindən Bakı şəhəri ASAN-1 Xidmətinin notariat kontoruna ünvanlanmış və xüsusi notarius X7 tərəfindən fotosurətinin düzgünlüyünün təsdiq edilməsi reyestrdə 1S-34521 nömrəsi ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli ərizənin surətini təqdim edərək etibarını qazanmaqla sonradan həmin etibarından sui-istifadə etməklə ayrı-ayrı vaxtlarda və yerlərdə, ilk 32000 (otuz iki min) manat məbləğində hissəsini xx.xx.2020-ci il tarixdə saat 15 radələrində ünvan 4 ünvanında yerləşən “Mado” restoranının qarşısında nağd şəkildə əlbəəl almaqla, 15000 (on beş min) manat məbləğində hissəsini xx.xx.2020-ci il tarixdə saat 18 radələrində eyni ünvanda nağd şəkildə əlbəəl almaqla, 1000 (bir min) manat məbləğində hissəsini xx.xx.2020-ci il tarixdə saat 11:23-də elektron ödəmə terminalı vasitəsi ilə “AccessBank" QSC-yə aid debit kartındakı **********750869 nömrəli hesabına köçürülmə yolu ilə almaqla, 6000 (altı min) manat məbləğində hissəsini xx.xx.2020-ci il tarixdə axşam saatlarında ünvan 4 ünvanında yerləşən “Mado” restoranının qarşısında nağd şəkildə əlbəəl almaqla, 1000 (bir min) manat məbləğində hissəsini xx.xx.2020-ci il tarixdə axşam saatlarında eyni ünvanda nağd şəkildə əlbəəl almaqla, 400 (dörd yüz) manat məbləğində hissəsini xx.xx.2021-ci il tarixdə saat 22:43-də Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən «Grandmart» dükanında quraşdırılmış 3475 nömrəli elektron ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid 5****4712 nömrəli kart hesabına köçürülmə yolu ilə almaqla, 65 (altmış beş) manat məbləğində hissəsini xx.xx.2021-ci il tarixdə saat 19:24-də ünvan 5 ünvanında yerləşən «Araz Market» dükanında quraşdırılmış 3583 nömrəli elektron ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid 4****8013 nömrəli kart hesabına köçürülmə yolu ilə almaqla, 100 (bir yüz) manat məbləğində hissəsini xx.xx.2021-ci il tarixdə saat 13:31-də Bakı şəhəri, Binəqədi rayonu «Favorit Market» dükanında quraşdırılmış K0100475 nömrəli elektron ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid 4****0963 nömrəli kart hesabına köçürülmə yolu ilə almaqla ümumilikdə 55.565 (əlli beş min beş yüz altmış beş) manat məbləğində külli miqdarda nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib sonradan verdiyi vədə əməl etməyərək aldadıb Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını tamah niyyəti ilə quldurluq yolu ilə təkrar ələ keçirmək məqsədilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində aldatma və etibarından sui-istifadə etməklə ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə həmin dövürdə artıq ümumilikdə 55.565 (əlli beş min beş yüz altmış beş) manat məbləğində külli miqdarda nağd pulunu ələ keçirdiyi Zərərçəkmiş şəxs2 telefonla zəng vuraraq, satacağına dair yalan vəd verdiyi mənzilin alqı-satqı prosesini yekunlaşdırmaq adı ilə mənzilin pulunun qalan 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində hissəsini də götürüb Bakı şəhəri, Xətai rayonu ərazisindəki metronun “Həzi Aslanov” stansiyasının çıxışının qarşısına gəlməsini bildirərək xx.xx.2021 -ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs2lə həmin yerdə görüşüb, guya satacağı mənzilin sahibinin arxasınca getmək bəhanəsi ilə aldararaq onu idarə etdiyi avtomobilə mindirərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisinə aparıb orada digər şəxslərin nəzərindən uzaq yerdə yolun kənarında avtomobilini saxlayaraq üzərində olmasını əvvəlcədən dəqiq bildiyi 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs2 tələb etmiş, sonuncu pulu verməkdən imtina edərək yalnız alqı-satqı prosesi başa çatdıqdan sonra mənzil sahibinin iştirakı ilə şirkətin ofisində həmin pulu verəcəyini bildirdikdə isə avtomobilində saxladığı bıçağı götürüb silah qismində tədbiq etməklə hücumuna məruz qalmış Zərərçəkmiş şəxs2 vuracağı ilə qorxudaraq üzərinə basqın edib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tədbiq edəcəyi hədəsi ilə 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində xeyli miqdarda pulunu zorla əlindən almaqla təkrar quldurluq etmişdir. Bundan başqa, o, hüquq verən rəsmi sənədləri qanunsuz hazırlayaraq bilə-bilə istifadə etməklə özgənin xeyli miqdarda əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə naməlum müddətdə yaşadığı ünvan 1 ünvanında özünə məxsus rəngli printer qurğusu və kompüterdə “Fotoşop” proqramı vasitəsi ilə 06 ədəd “A4” formatlı vərəqdə çap etməklə qanunsuz hazırladığı hüquq verən rəsmi sənədlər hesab edilən "xxxx" QSC-nin rəngli blanklarına köçürülmüş, özünün guya “Bank of Baku»-da yerləşən www.bakuelektronics.az hesabına xx.xx.2021-ci il tarixdə 1969 manat, 3939 manat, 3999 manat və 1668 manat məbləğində pul köçürülmələrinə dair təsdiqləyici məlumatlar əks olunmuş, bankın X12 Üzrə İcraçı Direktoru Firuddin Səlimovun adından rəngli qələmlə imzalanmış və üzərlərində bankın rəngli möhürləri olan xx.xx.2021-ci il tarixli 046-11-08- 93-Q4218, 046-11-08-93-Q4219, 046-11-08-93-Q4220 və 046-11-08-93-Q4221 nömrəli məktublarını, ön səhifələrinin aşağı sağ hissəsində bankın rəngli möhürləri və səlahiyyətli şəxsin rəngli qələmlə çəkilmiş imzası əks olunan xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində "xxxx" QSC-dəki Z84ACAB******************** saylı hesabı üzərindən aparılmış maliyyə əməliyyatları barədə çıxarışı xx.xx.2021-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs1 MMC-nin ünvan 6 ünvanında yerləşən ofisinə təqdim etməklə bilə-bilə həmin saxta maliyyə sənədlərindən istifadə edərək heç bir real ödəniş etmədən MMC- dən hər birinin dəyəri 3939 manat olan iki ədəd “İphone” markalı, dəyəri 1969 manat olan bir ədəd “Samsung” markalı mobil telefon cihazları və dəyəri 1668 manat olan bir ədəd “Samsung” markalı smart qol saatı olmaqla ümumilikdə 11.575 (on bir min beş yüz yetmiş beş) manat dəyərində xeyli miqdarda əmlak ələ keçirməyə cəhd göstərmiş, təqdim etdiyi sənədlərin saxta olması zərərçəkmiş hüquqi şəxsin əməkdaşları tərəfindən aşkarlandığından öz iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməyərək xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü yalnız CM-nin 178-ci maddəsiylə təqsirli bilir. O, 2019-cu ilin may ayından 2020-ci ilin may ayınadək olan müddət ərzində "xxxx" MMC tikinti şirkətində hüquqşünas vəzifəsində işləmişdir. Onun vəzifəsi MMC-nin hüquq və mənafelərinin müxtəlif dövlət və özəl strukturlarda təmsil edilməsindən ibarət olmuşdur. Vəzifəsinin icrasına yeni başlayarkən şirkətin rəhbəri tərəfindən ona tapşırılmışdır ki, şirkətin Bakı şəhəri Nərimanov rayonu B.Dadaşov küçəsində həyata keçirdiyi «pilot» layihənin icrası ilə bağlı sakinlərlə şirkət arasında bağlanmış müqavilələrin şəffaflığını yoxlayıb pozuntuları müəyyən etməklə məlumat versin. Həmin tapşırığın icrası zamanı müəyyən etmişdir ki, layihənin həyata keçirilməsi zamanı artıq ona qədər şirkətdə fəaliyyətə başlamış digər hüquqşünaslar İqbal Həsənov və Şahid1 tərəflərindən xeyli sayda saxtakarlıqlara və pozuntulara yol verilmişdir. Belə ki, onlar hesabat sənədlərinə saxta məlumatlar yazaraq şirkətin külli miqdarda vəsaitini mənimsəmişlər. Köçürülməli olan sakinlərin bəziləri ilə sövdələşərək müəyyən mənfəətləri müqabilində onların sənədlərində artıq yaşayış sahəsi və ya kirayə haqları göstərməklə, yaxud hər hansı bir şəxsin ümumiyyətlə sökülən ərazi ilə heç bir bağlantısı olmadığı halda həmin şəxslərin adlarını da siyahıya salmaqla layihənin başlandığı gündən şirkətin külli miqdarda vəsaitlərini mənimsəmişlər. O, iş yoldaşları Asiflə İqbalın saxtakarlıqlarını müəyyən etsə də onlara yazığı gəldiyi üçün bu barədə rəhbərliyə bildirməmiş, onlara pislik etməkdənsə yaranmış bu şəraitdən öz xeyrinə istifadə etməyi fikirləşmişdir. Bu məqsədlə o, saxtakarlıqlarını aşkar etməyi barədə Asiflə İqbalın özlərinə demişdir. Onlar da ona bu barədə rəhbərliyə məlumat verməməyini xahiş etmiş və əvəzində əllərində artıq qalan mənzillərin satışından ona da pay verəcəklərini bildirmişlər. O da razılaşmışdır. Həmin ərəfədə şirkətdən kreditlə aldığı mənzilin kredit ödənişlərində gecikmələrə yol verdiyi üçün problemli müştəri kimi şirkətin tapşırığı əsasında barəsində profilaktiki tədbirlər görülməsi ona tapşırılmış Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. İlham problemli kreditini ödəyib qurtardıqdan sonra, 2020-ci ilin may ayının ortalarında bildirmişdir ki, şirkətin inşa etdiyi eyni binadan əlavə bir ədəd də kiçik ölçülü bir otaqlı mənzil almaq istəyir, lakin həmin parametrlərə uyğun gələn mənzillər satışda yoxdur. Ondan xahiş etmişdir ki, şirkətin əməkdaşı kimi belə bir mənzilin satışa çıxarılacağı barədə məlumatı olarsa ona xəbər etsin. O, bu barədə Asiflə İqbala dedikdə onlar bildirmişlər ki, əllərində olan bir otaqlı mənzillərdən birini İlhama sata bilərlərlər, həmin puldan o da öz payını götürər. O, İlhamı iş yoldaşları İqbal və Asiflə görüşdürmüş, ümumi razılığa gəlmişlər ki, əldə olan 58 kvadrat metr sahəsi olan mənzili hər kvadrat metr sahəsini 1150 manata hesablamaqla ümumilikdə 63800 manata İlhama satsınlar. X20 saxtakarlığından şirkətin rəhbərliyi artıq şübhələndiyi üçün həmin mənzilin sənədləşdirilməsini və təsdiq edilməsini onlar onun üzərinə qoymuşlar. O da həmin şəxslərin rəhbərliyi altında müvafiq sənədləşdirmə işləri aparıb mənzilə dair müqaviləni İlhama təqdim etmiş, əvəzində hissə-hissə olmaqla 2020-ci ilin may ayının ortalarından 2021-ci ilin yanvar ayının sonlarınadək ümumilikdə İlhamdan 63800 manat məbləğində pul almışdır. Həmin pulun 30000 manat məbləğini Asifə, 18800 manat məbləğində pulu isə İqbala vermişdir. Özünə isə 15000 manat məbləğində pul çatmışdır. İlhama mənzili yalnız kağız üzərində satdıqlarından, faktiki olaraq İlhama mənzil təqdim edə bilmədiklərindən aralarında mübahisələr yaranmışdır. İlham artıq onlara inanmadığı üçün ona təqdim edilmiş müqavilə ilə birlikdə şirkətə getdikdə saxtakarlıqlarının üstü açılmış, həmin müqaviləni onun tərtib etdiyini bilən rəhbərlik onu işdən qovmuşdur. Asiflə İqbal isə ona yalvarmışlar ki, bu işdə onların da iştirakının olmasını rəhbərliyə bildirməsin, rəhbərlik bilsə onları da işdən qovacaq, əvəzində söz vermişlər ki, İlhamdan alınmış pulları özləri qaytaracaqlar, hətta ona da müəyyən maddi yardım göstərəcəklər. O da razılaşmış, lakin onlar onu aldatmışlar, nə İlhamın mənzilinə görə alınan pulları qaytarmamışlar ki, İlhamla üzülüşmüşlər, nə də ki, vəd verdikləri maddi yardımı ona göstərməmişlər. Nəticədə İlham şikayət edərək onu həbs etdirmişdir. Eləcə də o heç vaxt İlhamın üzərinə bıçaq çəkməklə zorla əlindən pullarını almamışdır. Son vaxtlar aralarında əsəb gərginliyi, söz mübahisələri yaşanmış, telefon danışıqlarında ağır söyüşmələri də olmuş, hətta bir dəfə İlham onun ünvanına söyüşlər söydükdən sonra görüşünə gəlməkdən yayındığı üçün o, İlhamın yaşadığı ünvanın həyətinə gedərək avtomobilin dövlət qeydiyyat nişanlarından birini də çıxarmışdır ki, onun görüşünə gəlsin, lakin hətta həmin vaxt da aralarında heç bir zorakılıq baş verməmişdir. İlham bu hadisə ilə əlaqədar sadəcə olaraq barəsində Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə şikayət etmişdir. O, polisə çağırıldıqdan sonra nömrəni özünə qaytarmış və oradan mehribancasına ayrılıb getmişlər. Saxta sənədlər hazırlamaqla Zərərçəkmiş şəxs1 dükanından dələduzluq etməyə cəhd göstərməyinə dair hissə ilə tam razıdır. Ona görə ki, o, həqiqətən də xx.xx.2021-ci il tarixdə həmin dükanın internet saytına daxil olaraq oradan onlayn qaydada ümumi dəyəri 11575 manat olan bir neçə ədəd bahalı mobil telefon cihazları və digər məişət texnikaları sifariş vermiş, səhəri gün həmin dükana gedərək əvvəlcədən yaşadığı ünvanda özünə məxsus kompüterdə «fotoşop» proqram təminatı vasitəsilə hazırlayaraq rəngli printerdə çap etməklə saxta üsulla hazırladığı, əvvəllər müştərisi olduğu üçün rəsmi rekvizitləri, möhür və blank nümunələrini bildiyi "xxxx" QSC-nin ödəniş edilməsinə dair təsdiq məktubları və hesabından çıxarışları təqdim edərək dükanın işçilərini onlayn sifarişinin ödənişinin edilməsinə inandıraraq ümumi dəyəri 11575 manat olan əmlaklarını ələ keçirməyə cəhd göstərmiş, lakin dükanın işçiləri təqdim etdiyi sənədlərin saxta olmasını aşkarladığından cəhdi baş tutmamışdır. Bu hadisə zamanı dükana təqdim etdiyi saxta sənədlərin hazırlanmasında istifadə etdiyi kompüterini və rəngli printerini sonradan maddi ehtiyaclarını ödəmək üçün internet saytlarından birində bir elan əsasında tanımadığı müştəriyə satmışdır. Zərərçəkmiş şəxs2 külli miqdarda pulunu ələ keçirilməsi cinayət hadisəsində onunla birlikdə iştirak etmiş Şahid2 və Şahid1 qarşı hədə-qorxu gələrək pul tələb etməyi yalandır. Onlara hədə-qorxu gələrək onlar üçün heç bir real təhlükə yaratmamışdır. Düzdür, onlardan pul istəmiş, lakin bunu özü üçün hər hansı bir mənfəət əldə etmək niyyəti ilə deyil, İlhamdan mənzil satacaqlarına dair verdikləri yalan vədlər əsasında onun vasitəsiylə aldıqları və sonradan onu və İlhamı aldadaraq ələ keçirdikldəri pulları qaytarmaları məqsədi ilə etmişdir. Ona görə ki, İlham mənzilini ala bilmədikdə ondan pullarını geri tələb edərək şikayət etməyə başladıqda, o da həmin pulları İqbal və Asifdən geri istədikdə onlar ondan xahiş etmişlər ki, bu işdə bu işə görə onun vasitəsiylə aldıqları pulları qısa müddətdə geri qaytaracaqlar, lakin sonradan onu aldatmışlar, onun işdən qovulmağından və həbs olunmağından istifadə edərək vədlərinə əməl etməmişlər, təqsirlərini boyunlarından ataraq məsuliyyətdən yayınmağa çalışmışlar. Eləcə də o, həqiqətən də özünə pul lazım olanda İlhama zəng vuraraq guya almaq istədiyi mənzilin sənədləşdirilmə işləri üçün tələb olunan müəyyən xırda məbləğlərdə rüsumlar ödənilməsi üçün göndərdiyi bank kartlarının hesabına pul köçürməsini demişdir. Lakin özünün bank kartı olmadığı üçün İlham həmin pulları onun tapşırığı əsasında tanışları X10 və X3 həmin vaxt onun istifadəsində olan kart hesablarına göndərmişdir. Həmin kart sahiblərinin bu işə heç bir aidiyyatları olmamış, sadəcə olaraq onun xahişiylə öz bank kartlarını istifadə etməyi üçün müvəqqəti olaraq ona vermişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2018-ci ildə yaşadıqları Nərimanov rayonu ərazisində pilot layihə əsasında inşa edilmiş "xxxx" MMC tikinti şirkəti tərəfindən evlərinin plana düşdüyü üçün heç bir narazılıq olmadan mənzillə təmin olunmuşlar. Hal-hazırda da həmin mənzildə yaşayırlar. 2019-cu ilin əvvəllərində həmin şirkətdən etibarlı və yaxın münasibətləri olduğuna görə bir otaqlı mənzil almaq üçün müraciət etmişlər. Şirkət onlara 58 kvadrat metr ölçülü mənzillərinin olmadığını bildirmişdir. Atası Şahid3 ilə birlikdə, əvvəlki işlərində "xxxx" MMC-nin tikinti şirkətinin rəsmi hüquqşünası kimi tanıdıqları Təqsirləndirilən şəxs ilə görüşdükdə Nicat bildirmişdir ki, həmin şirkətin binasında şəxsən onun özünə məxsus olan bir otaqlı 58 kvadrat metrlik mənzil var, həmin mənzili 63800 manata 12 aylıq müddətə kreditlə onlara sata bilər. Nicatı tanıdıqları üçün etibar edərək Nicatın təklifiylə razılaşmışlar. xx.xx.2020-ci il tarixdə atasıyla birlikdə Nərimanov rayonundakı «Mado» restoranının önündə ilkin olaraq Nicata əlbəəl 32000 manat pul vermişlər. 13 may 2020-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs yenə də «Mado» restoranının qarşısında əlavə 15000 manat məbləğində pul vermişlər. Nicat 2 gün ərzində mənzilə görə aldığı 47000 manat pulları üçün öz xətti ilə yazdığı və imza etdiyi qəbz vərəqəsini onlara verərək bildirmişdir ki, 2-3 gün müddətində həmin mənzilin alqı-satqı müqaviləsini onlara təqdim edəcək. Nicatın verdiyi sözdən təxminən 1 həftə keçdikdən sonra onunla telefon əlaqəsi saxladıqda Nicat bildirmişdir ki, müqavilə hazırdır, sadəcə şirkət rəhbəri imza edib möhürləməlidir ki, müqaviləni onlara çatdırsın. Nicata inanaraq yenə də gözləmişlər. 16 iyun 2020-ci il tarixdə televiziyada Təqsirləndirilən şəxs sərt karantin rejimi qaydalarını avtoxuliqanlıq edərək pozduğu üçün 1 ay müddətinə həbs edildiyini görmüşdür. Bu xəbərdən narahat olaraq səhəri gün valideynləriylə birlikdə Nicatın yaşadığı ünvana getmişlər. Nicatın atası Kərimov Rövşən və anası Zeynəb xanım onları qəbul etmişlər. Nicatın pul alması və tutulması barədə valideynlərini məlumatlandırdıqda Nicatın valideynləri bildirmişlər ki, bu məsələ barədə Nicatın öz dilindən dəqiq məlumatları var. Nicatın valideynləri onlara bildirmişlər ki, narahat olmasınlar, övladlarının bütün işlərinə özləri nəzarət edirlər, arxayın getsinlər və bildirmişlər ki, Nicat bir aylıq həbsi başa vurduqdan sonra onları özləri dəvət edib Nicatın aldığı 47000 manat pulu geri qaytaracaqlar. Təqsirləndirilən şəxs 1 ay həbs müddətini başa vurduqdan sonra Nicatın istifadəsində olan mobil telefonuna zəng vurmuş və Nəsimi bazarının yanında görüş təyin etmişlər. Nicatla görüşdükdə Nicata onları aldatdığına və yalan danışdığına görə mənzili almaqdan imtina etdiyini bildirməklə Nicatdan 47000 manat məbləğində pulu geri qaytarmasını tələb etmişdir. Nicat isə imtina edərək bildirmişdir ki, bu heç cür mümkün deyil, müqavilənin şərtini poza bilməzlər. Sonra onu əmin etmişdir ki, onları aldatmır, ancaq mənzilin onlara təhvil verilməsi üçün mütləq 63800 manat məbləğində pul tam şəkildə ödənilməlidir. Bu müddət ərzində Nicat ondan hissə-hissə olmaqla ayrı-ayrı vaxtlarda əlbəəl və hesabına köçürmə yolu ilə əlavə 2000 manat məbləğində də pul almış və bildirmişdir ki, guya həmin binada 58 kvadrat metr sahəsi olan mənzilin sahibi Dadaşova Hicran mənzilini satır və o, həmin mənzili onun adına keçirəcək, vəd vermişdir ki, guya ona Dadaşova Hicranın öz mənzilindən imtina etməsi haqqında notarial qaydada təsdiq edilmiş ərizəsini də təqdim edəcək, guya həmin imtina ərizəsini şirkətə təqdim edib mənzilin müqaviləsini onun adına dəyişdirəcək. Həmin günün səhəri Nicat ona Dadaşova Hicranın mənzildən notarial qaydada təsdiq edilmiş imtina ərizəsinin surətini vermiş və bildirmişdir ki, guya ərizənin əslini şirkətə verib ki, həmin mənzilin müqaviləsini onun adına dəyişdirsinlər. Həmin ərizənin surətini ona təqdim edərkən Nicat israrla tələb etmişdir ki, Hicrana verilməsi üçün pulun qalıq hissəsini ödəsin. Nicata inanmadığını deyərək yalnız müqavilə hazır olduqdan sonra ödəniş edəcəyini bildirmişdir. Təxminən 2-3 gün sonra Nicat onu inandırmaq məqsədiylə Hicran Dadaşovaya məxsus mənzilin müqaviləsini saxlamaq üçün ona vermiş və 17 sentyabr 2020-ci il tarixdə təkrar olaraq Nərimanov rayonu ərazisində atasıyla birlikdə Nicatla görüşdükdə Nicat onlardan əlavə 6000 manat məbləğində də pul almışdır. Razılaşmışlar ki, pulun qalan 8800 manat məbləğində hissəsini isə adına rəsmiləşdirilmiş müqaviləni əlinə götürdükdə verəcəklər. Nicat yalvaryaxar edərək onu yaxşı tanıdıqlarını, saxtakar adam olmadığını, özünün hüquqşünas olmaqla qanunlarla işləyən adam olduğunu və qanun qarşısında məsuliyyətini anladığını bildirirərək onları razı şəkildə yola salmışdır. Bu görüşdən də 1 ay keçməsinə baxmayaraq Nicat vədinə əməl etməmişdir. Nicata zəng edərək nə üçün onları aldatdığını və müqaviləni vermədiyini soruşduqda işdə yeni bir problem olduğunu bildirərək yaxın günlərdə onlarla görüşəcəyini bildirmişdir. 17 oktyabr 2020-ci il tarixdə Nicatla görüşmüş, Nicat yenə də onu əmin etmişdir ki, müqavilə hazırdır, lakin Dadaşova Hicran mənzili satmaqdan imtina edir, amma Dadaşov Bəşarət adlı digər bir şəxsin adında olan mənzilin oun adına yazılmış alqı-satqı müqaviləsini təqdim etmiş və qalıq pulun tam şəkildə ödənməsini təkid etmişdir. O, müqavilənin doğruluğunu şirkətdə təsdiq etdirdikdən sonra ödəyəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə "xxxx" MMC tikinti şirkətinə gedib Nicatın verdiyi sonuncu alqı-satqı müqaviləsini yoxlatdırdıqda şirkət rəhbərliyi tərəfindən ona bildirilmişdir ki, həmin müqavilə saxtadır, Nicat onu aldatmış, Nicat isə artıq şirkətdə işləmir. xx.xx.2020-ci il tarixdə o, təcili valideynləriylə birlikdə Nicatgilin evinə getmişlər, pulları geri tələb etmişlər. xx.xx.2021-ci il tarixdə Nicat ona zəng edərək işin hazır olmaq üzrə olduğunu deyib qalıq pulu da gətirməyini bildirərək mütləq görüşüb söhbət etməli olduqlarını demişdir. Onlar xx.xx.2021-ci il tarixdə Həzi Aslanov metrosu ərazisində Nicatla görüşmüşlər. Razılaşmışlar ki, bir yerdə şirkətə getsinlər, Nicat onun müqaviləsini təqdim etsin, o da pulun qalıq hissəsini versin. Nicatın idarə etdiyi avtomobilə əyləşib Zığ şossesi istiqamətində hərəkət etdikdə Nicata şirkətin Nərimanov rayonu ərazisində yerləşdiyi halda nə üçün başqa istiqamətdə hərəkət etdiyini soruşmuşdur. Nicat onu aldatmışdır ki, guya mənzilin sahibi X18 rayonu Binə qəsəbəsində yaşayır, Bəşarəti götürmək üçün onun arxasınca yaşadığı ünvana gedir. Binə qəsəbəsinə çatdıqda Nicat avtomobilini saxlayaraq üzərində olan pulu ondan tələb etməyə başlamışdır. O, Nicata bildirmişdir ki, pulu yalnız müqaviləni götürdükdən sonra ödəyəcək. Bu vaxt Nicat avtomobilində saxladığı bıçağı götürüb onun üstünə çəkməklə ona hədə-qorxu gələrək üzərində olan 8800 manat məbləğində pulu tələb edərək zorla əlindən almışdır. Pulu ondan aldıqdan sonra onu orada avtomobilindən düşürüb avtomobili sürüb çıxıb getmişdir. Həmin vaxt Nicatdan ayrıldıqdan sonra zəng vurub Nicatın valideynlərinə oğlanlarının bu hərəkətləri barədə danışdıqda valideynləri yalvarıb şikayət etməməyini, Nicatı özləri cəzalandıracaqlarını, onun da pulunu qaytaracaqlarını demişlər. Lakin bu məsələdən bir neçə gün keçməsinə baxmayaraq heç nə etməmişlər. Əksinə Nicat bildirmişdir ki, müqavilənin addan ada keçməsi üçün şirkətdə bir neçə adamın adına pul ödəmək lazımdır, yalnız bundan sonra müqavilə ilə birlikdə mənzilin veriləcəyini demişdir. O, xırda məbləğdə pulları elektron ödəmə terminalları vasitəsiylə Nicatın ona telefonla göndərdiyi kart hesablarına ödəsə də yenə də heç bir nəticə əldə olunmamışdır. Nicatla telefon əlaqəsi saxlasa da, heç bir mənası olmamışdır. Nicat ona yazdığı mesajlarda və etdiyi zənglərdə qəti şəkildə bildirmişdir ki, ona veriləsi pulu yoxdur, kimə şikayət edirsə etsin, heç kəsdən qorxmur. Bundan sonra o, artıq rəsmi qaydada Nicatın əməllərindən şikayət etməyə başlamışdır. Təqsirləndirilən şəxs ondan aldığı pulların yalnız 15000 manat məbləğində hissəsini şəxsən özünə götürməsini, pulun qalan hissəsini isə şirkətin digər hüquqşünasları Şahid1 və Şahid2 götürdüklərini bildirmişdir. Nicat ondan pulları alarkən ona belə bir söz deməmişdir. O, bütün pulları Nicata vermişdir. Təqsirləndirilən şəxs tərəfindən aldadılmağı nəticəsində ona ümumilikdə 64365 manat məbləğində maddi ziyan dəymiş, ona dəymiş maddi ziyanı təqsirləndirilən şəxsdən tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Nicat bıçaqla onu hədələyib üzərindəki pulu ondan tələb etmiş, onu maşından düşürüb orada qoymuş və maşını sürüb çıxıb getmiş, o da taksiylə geri qayıtmışdır. Üzərinə bıçaq çəkib 8800 manat məbləğində pulunu aldıqdan sonra Nicat yenə onu aldatmağa davam etmişdir. Onu inandırmışdır ki, qalan pulu versə mənzil həll olunacaq. O da verilən pulun batmaması üçün qalan pulu vermişdir ki, bəlkə mənzili ala bilər. Təqsirləndirilən şəxs ona deməmişdir ki, işi Asif və İqballa görür və onlara da pul verməsini ona deməmişdir. Pulların hamısı təqsirləndirilən şəxsə verilmişdir. Onun yanında Nicat nə Asifə, nə də İqbala pul verməmiş, bu barədə də ona deməmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında götərmişdir ki, Zərərçəkmiş şəxs1 şirkətinin hüquqşünası vəzifəsində çalışır. xx.xx.2021-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs internet vasitəsiylə onlayn qaydada şirkətin saytına müraciət edərək ümumi dəyəri 11575 manat məbləğində mobil telefonlar və digər məişət texnikaları sifariş vermişdir. xx.xx.2021-ci il tarixdə qeyd olunan şəxs şirkətin Bakı şəhəri, Binəqədi rayonu Ə.Naxçıvani küçəsində yerləşən dükanına gələrək bank vasitəsiylə şirkətin hesabına pul köçürdüyünü və bir gün öncə sifariş vermiş olduğu malları tələb etməyə başlamışdır. Dükanın işçiləri onun müraciətini yoxlamaq məqsədiylə dükanın elektron maliyyə əməliyyatları sisteminə baxaraq Təqsirləndirilən şəxs bildirmişlər ki, onun iddia etdiyi elektron ödəniş həyata keçirilməmişdir. Təqsirləndirilən şəxs bir qədər sonra yenidən dükana qayıdaraq guya ödəniş etməsinin sübutu kimi özü ilə gətirdiyi, üzərində rəngli möhürü və səlahiyyətli şəxsin imzası olan "xxxx" QSC-nin rəngli blankında çap edilmiş özünə ünvanlanmış xx.xx.2021-ci il tarixli dörd ədəd məktubunu və hesabından çıxarış qəbzlərini dükanın əməkdaşlarına təqdim etmişdir. Bundan sonra əməkdaşlar onun təqdim etdiyi məktublarda göstərilən məlumatların araşdırılması üçün ondan vaxt istəmişlər, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi ödəniş edilməsi haqqında məlumatlar saxtadır, şirkəti aldadaraq əmlakını ələ keçirmək istəyir, həmin şəxs bundan əvvəl də kredit müqaviləsi əsasında şirkətdən bir ədəd mobil telefon cihazı əldə edərək kredit ödənişlərini həyata keçirməmişdir. Təqsirləndirilən şəxs şirkətlərinə qarşı dələduzluq etməsinə cəhd göstərməsindən şübhələndikləri üçün onun barəsində ərazi aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişlər. Onlara maddi ziyan dəyməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdən hazırki müddətədək "xxxx" MMC tikinti şirkətində hüquqşünas vəzifəsində işləyir. Şirkətin rəhbərinin digər bir MMC-si də "xxxx" adlanır. Hər iki şirkət eyni bir sahibkara məxsus olduğundan ofislər də bir ünvanda, ünvan 8 may ayında "xxxx" MMC-nin hüquqşünası vəzifəsinə Təqsirləndirilən şəxs da təyin olunmuşdur. Bir yerdə işləyirmişlər, aralarında münasibət yaranmışdır. Şirkətləri "pilot” layihə əsasında Nərimanov rayonu B.Dadaşov küçəsində yeni yaşayış binalarının tikintisi ilə məşğul olur, onlar da şirkətin hüquqşünasları kimi, ərazidən köçürülən sakinlərin kirayə mənzillərlə təmin olunması, şirkətlə mənzillərin alqı-satqısına dair müqavilələrin tərtib olunması ilə məşğul olmuşlar. Təqsirləndirilən şəxs işə məsuliyyətsiz, səhlənkar yanaşdığından xx.xx.2020-ci il tarixdə işdən çıxarılmışdır. Təqsirləndirilən şəxs işdən çıxarıldıqdan təxminən 5-6 ay sonra məlum olmuşdur ki, binanın sakini Şahid3 oğlu Zərərçəkmiş şəxs2 artıq işləmədiyi müddətdə özünü yenə də şirkətin hüquqşünası kimi təqdim etməklə guya şirkətin inşa etdiyi binadan bir otaqlı mənzil təşkil edəcəyini yalandan vəd verməklə hisshissə ümumilikdə 63800 manat məbləğində pul almışdır. Zərərçəkmiş şəxs2 Nicat tərəfindən aldadıldığı barədə rəsmi qaydada şikayət etmiş, şikayəti əsasında Nicat barəsində Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanmış və Nicatı həbs etmişlər. Nicat ələ keçirib xərclədiyi pulları onunla və digər hüquqşünas iş yoldaşı Şahid1 hesablarına ödəmək niyyətiylə istintaq zamanı yalandan onları şərləməyə başlamışdır ki, guya İlhamdan aldığı pullarla bağlı onlarla əlbir olmuş, aldığı pulları onlarla paylaşmışdır. İstintaq zamanı isə bu məsələ araşdırılmış və Nicatın onlara qarşı yalan ifadə verməsi məlum olmuşdur. Nicat demək olar ki, tüfeyli həyat tərzi sürdüyü üçün hələ işlədiyi müddətdə də ondan da bir neçə dəfə borca pul alıb qaytarmamışdır, işdən çıxdıqdan sonra da ondan pul istəmiş, lakin əvvəlki borclarını qaytarmadığından o, Nicata artıq borc verməkən imtina edirmiş. Nicat da ondan incik düşərək guya işdə onun törətdiyi hansısa pul fırıldaqçılıqlarından məlumatlı olduğunu, onu həmin fırıldaqçılıqlarla rəhbərliyin qarşısında nüfuzdan salacağı ilə, nəticədə işdən çıxarılmağına nail olacağı ilə hədələyərək pul tələb edirmiş, lakin o, öz fəaliyyətində düz olduğuna, heç bir fırıldaqçılığa yol vermədiyinə arxayın oduğundan Nicatın həmin hədələrini ciddi qəbul etmirmiş, hətta mesajların mətnlərindən də görünür ki, dəfələrlə Nicatdan tələb etmişdir ki, ona qarşı nə sübutu varsa gətirib rəhbərliyə təqdim etsin, lakin Nicat heç nə təqdim edə bilmirmiş. Təqsirləndirilən şəxs SMS-lərdə əks olunduğu kimi, ondan hədə-qorxu gələrək pul tələb etməsi barədə heç bir hüquq-mühafizə orqanına və ya öz rəhbərliyinə müraciət etməmiş, ona görə ki, o, Nicatın həmin hədələrini heç vaxt real qəbul etməmiş, çünki Nicatın hədələri tam əsassız olmuş, məhz bu səbəbdən də Nicatın yazdıqlarına və dediklərinə heç vaxt ciddi əhəmiyyət verməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ələ keçirdiyi 63800 manat məbləğində pulun 18800 manat məbləğində hissəsini ona verməsi barədə yazdıqlarının hamısı yalandır, həmin puldan Nicat ona heç bir məbləğdə pul verməmiş, istintaq zamanı da bu hal araşdırılmış və öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il yanvar ayındavn "xxxx" MMC tikinti şirkətində hüquqşünas işləyir. Şahid2 da həmin şirkətdə hüqüqşünas işləyir. Təqsirləndrilən şəxs Nicat Kərmovu 2019-cu ilin yay aylarından taımışdır. Belə ki, həmin vaxtdan Nicat onun işlədiyi tikinti şirkətində hüqüqşünas kimi işləməyə başlamışdır. Onların şirkətləri binaların tikintisi ilə məşğul olur, onlar da şirkətin hüquqşünasları kimi, ərazidən köçürülən sakinlərin kirayə mənzillərlə təmin olunması, şirkətlə mənzillərin alqı-satqısına dair müqavilələrin tərtib olunması ilə məşğul olmuşlar. Sonradan Nicatı işdə yol verdiyi nöqsanlara görə işdən çıxarmışlar. Nicat işdən çıxarıldıqdan sonra onun bir nəfəri aldadaraq ona 58 kv.m sahəsi olan bir otaqlı mənzillə bağlı pul almasını bilmişdi. Həmin şəxs sonradan tanıdığı zərərçəkmiş Zərərçəkmiş şəxs2 onların şirkətinə gələrək Nicatın onu aldadaraq ondan pul almasını bildirmişdir. Ona Nicat bu baradə heç vaxt bir söz deməmişdir. Ümumiyyətlə onun bu barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs2 və onun atasını tanımamışdır. Onlarla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 pul almasını sonradan bilmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən ona həmin şəxsə mənzil sataraq ondan pul almasını, səndləşmə işlərində ona köməklik etməsi barədə heç vaxt nə deməmiş, eləcə də Nicat nə ona 30.000 manat, nə də Şahid218800 manat verməmiş, belə hallar olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, o, İlhamı Nicatdan əvvəl tanımışdır. O, İlham və Nicat hər biri hüqüşünas olmuşlar və onların bir birindən asılılıqları olmamışdır. Sənədləri həmişə o, İqbal və Nicat rəhbərliyə təqdim etmişlər. Onun elə bir fərqli səlahiyyəti olmamışdır. Proses iştirakçıların razılığı ilə Şahid3 elan olunaraq araşdırılmış ifadələrindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, zərərçəkmiş hüquqi şəxsin izahatı ilə yanaşı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Azər Səmədovun 30 sentyabr 2021-ci il tarixli raporundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 tanışı Təqsirləndirilən şəxs tərəfindən mənzillə təmin olunmasına köməklik göstərəcəyi adı ilə 63.800 manat pulunun ələ keçirilməsi barədə müraciəti daxil olmuşdur. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 tərəfindən müxtəlif instansiyalara ünvanlanmış şikayət ərizələrindən görünür ki, sonuncu ərizə yazaraq Təqsirləndirilən şəxs ona mənzil satılması ilə bağlı yalan vədlər verib etibarını qazanmaqla ona qarşı dələduzluq edi 63.800 manat pulunu ələ keçirdiyini bildirmişdir. (cild 1 iş v. 10-13) Cinayət işinin 2-ci cild 130-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Minera MMC-dən daxil olmuş 20 mart 2022-ci il tarixli, 11/22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 24 may 2019-cu il tarixində "xxxx" MMC-də hüquqşünas vəzifəsinə işə qəbul olunmuş, 04 aprel 2020-ci il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Təqsirləndirilən şəxs işlədiyi müddətdə "xxxx" şirkətlər qrupuna daxil olan "xxxx" MTK-nın rəhbərliyi tərəfindən verilən tapşırıqları yerinə yetirmişdir. Cinayət işinin 2-ci cild 131-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 may 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 04 may 2020-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a maddəsinə (tərəflərdən birinin təşəbbüsü) əsasən Təqsirləndirilən şəxs əmək müqaviləsinə xitam verilmişdir. Cinayət işinin 1-ci cild 20-23-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 oktyabr 2020-ci il tarixli, 196-7B-20 saylı müqavilənin kserosurətindən görünür ki, müqavilədə həmin müqavilənin "xxxx" MMC-nin direktoru X11 və sakin kimi Zərərçəkmiş şəxs2 tərəfindən bağlandığı qeyd edilmişdir. Müqavilə ilə "xxxx" MMC-nin ünvan 9 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan evlərdə Sakinə məxsus mənzilin sökülməsi və bundan sonra razılıq əsasında "xxxx" MMC tərəfindən inşa olunan 2-ci binanın 4-cü mərtəbəsində ümumi sahəsi 112.99 kv/m olan təmirsiz mənzili və 2-ci binanın 3-cü mərtəbəsində olan ümumi sahəsi 57.52 kv.m olan təmirsiz mənzili verməyi və təmir üçün ayrılmış 30690 manat pulun 20.337 manatını müqavilə bağlanan gün, 10.353 manatını isə xx.xx.2020-ci ildə ödəməyi öhdəsinə götürdüyünü, Sakinin isə həmin şərtləri qəbul etdiyi müəyyən edilmişdir. Müqavilədə "xxxx" MMC-nin direktoru S.S.Rəfiyev və Sakin Zərərçəkmiş şəxs2 adları qarşısında imzalar qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 24-27-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 oktyabr 2019-cu il tarixli, 192-30B/19 saylı müqavilənin kserosurətindən görünür ki, müqavilədə həmin müqavilənin "xxxx" MMC-nin direktoru X11 və sakin kimi Dadaşova Hicran Hafiz qızı tərəfindən bağlandığı qeyd edilmişdir. Müqavilə ilə "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan evlərdə Sakinə məxsus mənzilin sökülməsi və bundan sonra razılıq əsasında "xxxx" MMC tərəfindən inşa olunan 2-ci binanın 14-cü mərtəbəsində ümumi sahəsi 113 kv.m olan təmirsiz mənzili və təmir üçün ayrılan pulu verməyi öhdəsinə götürdüyünü, Sakinin isə həmin şərtləri qəbul etdiyi müəyyən edilmişdir. Müqavilədə "xxxx" MMC-nin direktoru S.S.Rəfiyevin adı qarşısında imza qeyd edilmiş, Sakin Dadaşova Hicran Hafiz qızının adı qarşısında isə imza yoxdur. Cinayət işinin 1-ci cild 31-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış notarial qaydada təsdiq edilmiş ərizənin kserosurətindən görünür ki, Dadaşova Hicran Hafiz qızı 13 sentyabr 2020-ci il tarixli ərizə yazaraq, ona məxsus olan "xxxx" MMC-nin 2-ci binasında 14-cü mərtəbədə yerləşən 113 və 2-ci mərtəbədə yerləşən 73.31 kv.m mənzilləri Zərərçəkmiş şəxs2 satılmasına etiraz etmədiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 28-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 sentyabr 2020-ci il tarixli, 36 nömrəli mənzilin kreditlə alqı-satqı müqaviləsinin kserosurətindən görünür ki, satıcı qismində Təqsirləndirilən şəxs, Alıcı qismində isə Zərərçəkmiş şəxs2 göstərilmişdir. Müqaviləyə əsasən Satıcı Əmlakı aşağıdakı ünvanda- "xxxx" MMC tərəfindən tikintisi aparılan 2-ci binanın 2-ci mərtəbəsində yerləşən təmirli 73 kv.m mənzili Alıcıya verir, Alıcı isə ilkin ödəniş olaraq 50.300 manat ödəyir, 13.500 manat borcu qaldığı göstərilmişdir. Əmlakın tam dəyərinin müqavilə qüvvəyə mindikdən 24 ay ərzində ödənilməsi qeyd edilmişdir. Müqavilədə satıcı qismində Təqsirləndirilən şəxs, alıcı qismində isə Zərərçəkmiş şəxs2 imzası qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 32-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış əlyazmanın kserosurətindən görünür ki, həmin əlyazmada qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Nərimanov r. ərazisində X1 32.000 AZN və 15.000 manat təhvil aldım. Təqsirləndirilən şəxs. Əlyazmada imza çəkilmiş, AZE ******** yazısı qeyd edilmişdir. Həmin vərəqədə olan ödəniş terminallarından çıxarışdan görünür ki, xx.xx.2021-ci ildə AGAYEV GANCİ ALAKBAR adlı müştəriyə “Kapitalbank” hesabına 65 manat ödənildiyi, xx.xx.2021-ci ildə QOCAZADA SAMAYA MURAD adlı müştəri hesabına 100 manat ödənildiyi görünür. Cinayət işinin 1-ci cild 94-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi X2 12 noyabr 2021-ci il tarixli təhqiqat materiallarının cinayət işinin istintaq materiallarına birləşdirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi RPİ-nin İŞ-də toplanılan "xxxx" MMCnin şikayəti üzrə araşdırma materialı Xəzər RPİ-də araşdırılan Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi olan cinayət işi materialına birləşdirilmişdir. Cinayət işinin 1-ci cild 101-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nümayəndə1 Binəqədi RPİ-nə ünvanlanmış 14 aprel 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq Zərərçəkmiş şəxs1 MMC-dən onlayn qaydada təxminən 11.000 manat məbləğində mal sifariş edildiyini, sifariş edən adamın pulu ödəməsə də, "xxxx" hesabından Zərərçəkmiş şəxs1 hesabına ödəniş etdiyini iddia etdiyini, lakin hesaba pul oturmadığını, həmin şəxsdən köçürmə barədə pul tələb etdikdə, verdiyi sənədin saxta olduğundan şübhələndiklərini bildirmişdir. Cinayət işinin 1-ci cild 103-106-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin 16 aprel 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, olunmuş müraciət əsasında Zərərçəkmiş şəxs1 MMC-yə məxsus Binəqədi rayonu, Əcəmi ünvan 10 ünvanında yerləşən mağazaya baxış keçirilmişdir. Cinayət işinin 1-ci cild 109-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 aprel 2021-ci il tarixli təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1-in hüquqşünası Nümayəndə1 04 ədəd "xxxx" blankında hazırlanmış məktublar və vətəndaş Təqsirləndirilən şəxs adına olan "xxxx" hesab çıxarış vərəqlərini təqdim etmişdir. Cinayət işinin 1-ci cild 110-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" blankında hazırlanmış 13 aprel 2021-ci il tarixli, 046-11-08-93-Q4218 saylı, X12 üzrə icraçı direktor Firuddin Səlimov adının qarşısında imza və "xxxx" Azadlıq filialı yazılan dairəvi möhür əksi olan məktubda qeyd edilmişdir ki, AZ84ACAB**********0000 hesab nömrəsindən hesablaşma tarixi xx.xx.2021-ci il olan, əməliyyat tarixi xx.xx.2021-ci il olan, əməliyyat kodu FT20251B5V6F olan kart üzrə əməliyyat kodundan **********8 “Bank of Baku” da yerləşən www.bakuelektronics.az hesabınıza 20200919 əməliyyat təyinatı ilə 3939.00 AZN xx.xx.2021-ci il tarixində saat 00:53 dəqiqədə köçürülmüşdür. Cinayət işinin 1-ci cild 111-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" blankında hazırlanmış 13 aprel 2021-ci il tarixli, 046-11-08-93-Q4219 saylı, X12 üzrə icraçı direktor Firuddin Səlimov adının qarşısında imza və "xxxx" Azadlıq filialı yazılan dairəvi möhür əksi olan məktubda qeyd edilmişdir ki, AZ84ACAB**********0000 hesab nömrəsindən hesablaşma tarixi xx.xx.2021-ci il olan, əməliyyat tarixi xx.xx.2021-ci il olan, əməliyyat kodu FT20253D11WV olan kart üzrə əməliyyat kodundan **********03 “Bank of Baku” da yerləşən www.bakuelektronics.az hesabınıza 20200920 əməliyyat təyinatı ilə 1969.00 AZN xx.xx.2021-ci il tarixində saat 01:15 dəqiqədə köçürülmüşdür. Cinayət işinin 1-ci cild 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" blankında hazırlanmış 13 aprel 2021-ci il tarixli, 046-11-08-93-Q4221 saylı, X12 üzrə icraçı direktor Firuddin Səlimov adının qarşısında imza və "xxxx" Azadlıq filialı yazılan dairəvi möhür əksi olan məktubda qeyd edilmişdir ki, AZ84ACAB**********0000 hesab nömrəsindən hesablaşma tarixi xx.xx.2021-ci il olan, əməliyyat tarixi xx.xx.2021-ci il olan, əməliyyat kodu FT20251FRFS0 olan kart üzrə əməliyyat kodundan **********98 “Bank of Baku” da yerləşən www.bakuelektronics.az hesabınıza 20200920 əməliyyat təyinatı ilə 3999.00 AZN xx.xx.2021-ci il tarixində saat 01:11 dəqiqədə köçürülmüşdür. Cinayət işinin 1-ci cild 113-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" blankında hazırlanmış 13 aprel 2021-ci il tarixli, 046-11-08-93-Q4220 saylı, X12 üzrə icraçı direktor Firuddin Səlimov adının qarşısında imza və "xxxx" Azadlıq filialı yazılan dairəvi möhür əksi olan məktubda qeyd edilmişdir ki, AZ84ACAB**********0000 hesab nömrəsindən hesablaşma tarixi xx.xx.2021-ci il olan, əməliyyat tarixi xx.xx.2021-ci il olan, əməliyyat kodu FT20253QWZCH olan kart üzrə əməliyyat kodundan **********09 “Bank of Baku” da yerləşən www.bakuelektronics.az hesabınıza 20200920 əməliyyat təyinatı ilə 1668.00 AZN xx.xx.2021-ci il tarixində saat 01:48 dəqiqədə köçürülmüşdür. Cinayət işinin 1-ci cild 114-115-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" hesabdan çıxarış məlumatlarından görünür ki, həmin çıxarışda hesab sahibi Təqsirləndirilən şəxs hesabından xx.xx.2020-xx.xx.2021-ci il tarixədək olan müddət ərzində xx.xx.2021-ci ildə müxtəlif saatlarda 3939 AZN, 3999 AZN, 1969 AZN, 1668 AZN məxaric edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cild 124-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" QSC-dən daxil olmuş 18 may 2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, "xxxx" QSC tərəfindən xx.xx.2021-ci il tarixli 046-11-08-93- Q4218, 04611-08-93-Q4219, 046-11-08-93-Q4420, 046-11-08-93-Q4421 saylı məktublar və sorğuya əlavə edilmiş hesabdan çıxarış Təqsirləndirilən şəxs təqdim edilməmişdir. Cinayət işinin 2-ci cild 36-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 mart 2022-ci il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş, iş üzrə Təqsirləndirilən şəxs onların şirkətinə təqdim olunmasını bildirdiyi, 06 ədəd «A4» formatlı vərəqdə çap olunmuş bildiriş məktublarına və hesabdan çıxarışlara keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 04 ədəd «A4» formatlı vərəqdə “AccessBank" QSC-nin rəngli blanklarında çap edilmiş, ünvan 11 ünvanında yaşayan, mailto:nicat.k.89@mail.ruElektron ünvan elektron ünvanının sahibi Təqsirləndirilən şəxs ünvanlanmış, üzərində əlyazma xətlə xx.xx.2021-ci il tarixi və 046-11-08-93-Q4218, 046- 11-08-93-Q4219, 046-11-08-93-Q4220, 046-11-08-93-Q4221 nömrələri yazılmış, bankın X12 Üzrə İcraçı Direktoru Firuddin Səlimovun adından rəngli qələmlə imzalanmış, imzaların üzərində bankın rəngli möhürləri həkk olunmuş dörd ədəd bildiriş məktublarında AZ84ACAB**********0000 hesab nömrəsindən hesablaşma tarixi xx.xx.2021-ci il olan, əməliyyat tarixi xx.xx.2021-ci il olan, əməliyyat kodu FT20251B5V6F olan kart üzrə əməliyyat kodundan **********8 "Bank of Baku»-da yerləşən www.bakuelektronics.az hesabına 20200919 əməliyyat təyinatı ilə 3939.00 AZN xx.xx.2021-ci il tarixində saat 00:53 dəqiqədə köçürülməsi, əməliyyat kodu FT20253D11WV olan kart üzrə əməliyyat kodundan **********03 “Bank of Baku»-da yerləşən www.bakuelektronics.az hesabına 20200920 əməliyyat təyinatı ilə 1969.00 AZN xx.xx.2021-ci il tarixində saat 01:15 dəqiqədə köçürülməsi, əməliyyat kodu FT20251FRFSO olan kart üzrə əməliyyat kodundan **********98 “Bank of Baku»-da yerləşən www.bakuelektronics.az hesabına 20200920 əməliyyat təyinatı ilə 3999.00 AZN xx.xx.2021-ci il tarixində saat 01:11 dəqiqədə köçürülməsi, əməliyyat kodu FT20253QWZCH olan kart üzrə əməliyyat kodundan **********09 "Bank of Baku»-da yerləşən www.bakuelektronics.az hesabına 20200920 əməliyyat təyinatı ilə 1668.00 AZN xx.xx.2021-ci il tarixində saat 01:48 dəqiqədə köçürülməsi qeyd olunub. 02 ədəd "xxxx" QSC-nin rəngli blanklarında çap edilmiş, ön səhifələrinin aşağı sağ hissəsində bankın rəngli möhürləri və səlahiyyətli şəxsin rəngli qələmlə çəkilmiş imzası ilə təsdiqlənmiş «A4» formatlı vərəqlərin hər iki üzündə ünvan 12 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs adına olan Z84ACAB******************** saylı hesabdan xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində baş tutumuş maliyyə əməliyyatları barədə məlumatlar əks olunmuşdur. Cinayət işinin 1-ci cild 122-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X8 09 may 2021-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət ərizəsi üzrə toplanmış material üzrə Təqsirləndirilən şəxs izahatı alınmadığından əmələ hüquqi qiymət verilməsi mümkün olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 1-ci cild 126-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanovun 29 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair qərarından görünür ki, "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət ərizəsi üzrə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X8 09 may 2021-ci il tarixli qərarı ləğv edilmişdir. Cinayət işinin 1-ci cild 174-175-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür kİ, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs dələduzluq edərək, ev satmaq adı ilə onu aldadıb 63.800 manat pulunu ələ keçirdiyini bildirərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Cinayət işinin 1-ci cild 151-153-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür kİ, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 Təqsirləndirilən şəxs mənzil satmaq adı ilə Zərərçəkmiş şəxs2 aldığı puldan onun bir manat belə almadığını bildirərərk Təqsirləndirilən şəxs bir daha ifşa etmişdir. Cinayət işinin 1-ci cild 180-182-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür kİ, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs mənzil satmaq adı ilə Zərərçəkmiş şəxs2 aldığı puldan onun bir manat belə almadığını, Nicatın yalan danışaraq dələduzluq yolu ilə ələ keçirdiyi pulu ona və İqbala ödətmək məqsədi ilə yalan ifadə verdiyini bildirərək Təqsirləndirilən şəxs bir daha ifşa etmişdir. Cinayət işinin 2-ci cild 102-111-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür kİ, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs dələduzluq edərək, ev satmaq adı ilə onu aldadıb 63.800 manat pulunu ələ keçirdiyini, həmçinin, Təqsirləndirilən şəxs ona üstünə bıçaq çəkib hədə-qorxu gələrək 8800 manat pulunu zorla ələ keçirdiyini bildirərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 162-163-cü vərəqələrində olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Şahid2 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 172-173-cü vərəqələrində olan Bakı şəhəri Xəzər RPİ-nin İŞnin baş müstəntiqi, polis mayoru Ramil Mehdiyevin 17 noyabr 2021-ci il tarixli şübhəli şəxsin MSY-dən azad edilməsi barədə qərarından görünür ki, Şahid2 ittiham elan etmək üçün kifayət qədər sübutlar olmadığından, sonuncu saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cild 223-227-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 yanvar 2022-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pul verdiyi yerləri və Təqsirləndirilən şəxs ona qarşı bıçaqla basqın edərək xeyli miqdarda pulunu ələ keçirdiyi yerləri əyani surətdə göstərərək istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Keçirilmiş istintaq hərəkəti zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 2-ci cild 2-25-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 mart 2022-ci il tarixli telefon danışıqları haqqında məlumatlar əks olunmuş CD-yə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş çıxarışlardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, telefon danışıqlarına dair məlumatlar əks olunmuş 01 ədəd CD-yə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, cinayət hadisəsinin baş verdiyi müddətdən bəri iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefon ilə iş üzrə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** nömrəli, iş üzrə şahidlər Şahid2 istifadəsində olan ***-***-**-** nömrəli və Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli telefonlara müxtəlif vaxtlarda çoxsaylı zənglər və mesajlar daxil olmuşdur. Qeyd olunan mesajlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 alacağı mənzilin sənədləşdirilməsi ilə bağlı yalançı vədlər verməsi, şahidlər Şahid1 və Şahid2 onları özündə olan ifşaedici məlumatları şirkətin rəhbərliyinə çatdırmaqla hədələyərək pul tələb etməsi, sonuncuların onun şantajlarına əhəmiyyət verməyərək kimə nə məlumat istəyirsə verməsini demələri, onun şantajlarına getməyəcəklərini və ona pul verməyəcəklərini bildirmələri əks olunur, lakin qeyd olunan şahidlərin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı törədilmiş dələduzluq cinayətində təqsirləndirilən şəxslə əlbir olmalarına işarə edən, bununla bağlı aralarından hər hansı bir sövdələşmənin baş tutmasına dəlalət edən hər hansı bir yazışma müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 45-81-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 mart 2022-ci il tarixli telefon danışıqları haqqında məlumatlar əks olunmuş CD-yə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş çıxarışlardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, telefon danışıqlarına dair məlumatlar əks olunmuş 01 ədəd CD-yə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, cinayət hadisəsinin baş verdiyi müddətdən bəri iş üzrə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***- ***-**-** nömrəli telefon ilə iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefona müxtəlif vaxtlarda çoxsaylı zənglər və mesajlar daxil olmuşdur. Qeyd olunan mesajlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 alacağı mənzilin sənədləşdirilməsi ilə bağlı yalançı vədlər verməsi, işin uzanmasının müxtəlif bəhanələrlə əsaslandırmağa çalışması, Zərərçəkmiş şəxs2 ondan ya vəd verdiyi mənzilin sənədlərini, müqaviləni verməsini, ya da ki, verdiyi 70000 məbləğində pullarını geri tələb etməsi əks olunmuşdur. Cinayət işinin 2-ci cild 135-184-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 mart 2022-ci il tarixli telefon danışıqları haqqında məlumatlar əks olunmuş CD-yə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş çıxarışlardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, telefon danışıqlarına dair məlumatlar əks olunmuş 01 ədəd CD-yə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, cinayət hadisəsinin baş verdiyi müddətdən bəri iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefon ilə iş üzrə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***- **-** və ***-***-**-** nömrəli, iş üzrə şahidlər Şahid2 istifadəsində olan ***-***-**-** nömrəli və Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli telefonlara müxtəlif vaxtlarda çoxsaylı zənglər və mesajlar daxil olmuşdur. Qeyd olunan mesajlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 alacağı mənzilin sənədləşdirilməsi ilə bağlı yalançı vədlər verməsi, işin uzanmasının müxtəlif bəhanələrlə əsaslandırmağa çalışması, Zərərçəkmiş şəxs2 ondan ya vəd verdiyi mənzilin sənədlərini verməsini, ya da ki, verdiyi 70000 manat məbləğində pullarını geri tələb etməsi, şahidlər Şahid1 və Şahid2 onları özündə olan ifşaedici məlumatları şirkətin rəhbərliyinə çatdırmaqla hədələyərək pul tələb etməsi, sonuncuların onun şantajlarına əhəmiyyət verməyərək kimə nə məlumat istəyirsə verməsini demələri, onun şantajlarına getməyəcəklərini və ona pul verməyəcəklərini bildirmələri əks olunmuş, lakin qeyd olunan şahidlərin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı törədilmiş dələduzluq cinayətində təqsirləndirilən şəxslə əlbir olmalarına işarə edən, bununla bağlı aralarından hər hansı bir sövdələşmənin baş tutmasına dəlalət edən hər hansı bir yazışma müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 87-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 mart 2022-ci il tarixli sənədlərin surətinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən ilkin şikayət ərizələrinə əlavə edilmiş mənzil alqı-satqısına dair iki ədəd müqavilələrin surətlərinə və mənzilin satılmasına dair ərizənin surətinə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, üzərində əlyazma xətlə 192-30B/19 nömrəsi və 31 oktyabr 2019 tarixi yazılmış müqavilədə “Cavid-2016" MMC-nin adından çıxış edən, direktoru X11 ilə ‘‘Sakin" adlanan, ünvan 13 ünvanında qeydiyyatda olan Dadaşova Hicran Hafiz qızının arasında sonuncunun söküntüyə gedən iki mənzilinin əvəzinə yerində inşa ediləcək yaşayış binasında iki yeni mənzil ilə təmin olunacağına dair qarşılıqlı öhdəliklər, müqavilənin hər səhifəsinin MMC-nin direktoru S.Rəfiyev adından çəkilmiş imzalar ilə təsdiq olunması, lakin digər tərəfdən imzanın olmaması əks olunmuşdur. İkinci, üzərində əlyazma xətlə 36 nömrəsi və 03 sentyabr 2020-ci il tarixi yazılmış «mənzilin kreditlə alqı-satqı» müqaviləsində «Satıcı» adlanan, ünvan 14 ünvanında yaşayan Təqsirləndirilən şəxs «Alıcı» adlanan, ünvan 15 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 24 ay müddətinə kreditlə 63800 manat dəyərində, "xxxx" MMC tərəfindən tikintisi aparılan 2-ci binanın 2-ci mərtəbəsində yerləşən 73 kvadrat metr sahəsi olan təmirli mənzilini satmaq öhdəliyini üzərinə götürməsi, mənzilin dəyərinin 50300 manat məbləğində hissəsinin ilkin ödəniş kimi artıq ödənildiyi, 13500 manat məbləğində hissəsinin borc qaldığı, hər iki tərəfin imzaları ilə təsdiq olunması əks olunmuşdur. ünvan 16 ünvanında qeydiyyatda olan Dadaşova Hicran Hafiz qızı tərəfindən Bakı şəhəri 1 №li ASAN xidmət Dövlət notariat kontoruna ünvanlanmış, üzərində əlyazma xətlə imza və xx.xx.2020-ci il tarixi, vərəqin arxa üzündə 1 saylı Bakı «Asan xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu X7 tərəfindən fotosurətin düzgünlüyünün təsdiq edilməsi, reyestrdə 1S-34521 № ilə qeyd edilməsi və 5 manat haqq tutulması barədə qeydlər və notariusun adından çəkilmiş imza əks olunmuş ərizədə Dadaşova Hicran Hafiz qızının özünə məxsus, "xxxx" MMC-nin 2-ci binasında 14-cü mərtəbədə yerləşən 113 və 2-ci mərtəbədə 73,31 kvadrat metr mənzillərinin Zərərçəkmiş şəxs2 satılmasına etiraz etmədiyi qeyd olunmuşdur. Cinayət işinin 2-ci cild 89-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 mart 2022-ci il tarixli qəbzlərin və fotoşəkillərin götürülməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ödəmə terminalları vasitəsilə pul ödəməsi barədə 04 ədəd qəbzi, əlyazma qəbzi və votsap danışıqları olan çıxarışları istintaqa təqdim etmişdir. Cinayət işinin 2-ci cild 96-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 mart 2022-ci il tarixli əlyazma qəbzə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istintaq orqanına təqdim etdiyi, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən öz xətti ilə yazılmasını bildirdiyi, bir ədəd 21 iyun 2016-cı il tarixli təqvim vərəqinin üzərində yazılmış əlyazma qəbzə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin qəbzdə əlyazma xətlə “xx.xx.2020-ci il tarixdə Nərimanov r. ərazisində X1 32.000 AZN, və 15000 AZN təhvil aldım, Təqsirləndirilən şəxs imza, AZE ********" mətni əks olunmuşdur. Cinayət işinin 2-ci cild 98-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 mart 2022-ci il tarixli elektron ödəmə qəbzlərinə baxış keçirilməsi haqqında prtokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istintaq orqanına təqdim etdiyi, iş üzrə Təqsirləndirilən şəxs «eManat» elektron ödəmə terminalları vasitəsilə pul göndərməsi barədə 04 ədəd ödəmə qəbzlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, "xxxx" QSCyə aid debit kartına ödəmə qəbzində - xx.xx.2020-ci il tarixdə saat 11:23-də ********** müştəri kodlu Təqsirləndirilən şəxs **********750869 nömrəli hesabına 1000 manat məbləğində pul köçürülməsi; 33930 nömrəli ödəmə qəbzində - Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsindəki «Grandmart» dükanında quraşdırılmış 3475 nömrəli terminal vasitəsi ilə xx.xx.2021-ci il tarixdə saat 22:43:52-də Şəms Səlimovanın adına, "xxxx" ASC-yə aid 5****4712 nömrəli kart hesabına 400 manat məbləğində pul köçürülməsi; 27394 nömrəli ödəmə qəbzində - ünvan 18 ünvanında «Araz Market» dükanında quraşdırılmış 3583 nömrəli terminal vasitəsi ilə xx.xx.2021-ci il tarixdə saat 19:24:53-də X5 adına, "xxxx" ASC-yə aid 4****8013 nömrəli kart hesabına 65 manat məbləğində pul köçürülməsi; 8571 nömrəli ödəmə qəbzində - "xxxx" ASC-nin Bakı şəhəri Binəqədi rayonu «Favorit Market» dükanında quraşdırılmış K0100475 nömrəli terminal vasitəsi ilə xx.xx.2021-ci il tarixdə saat 13:31-də X3 adına, "xxxx" ASC-yə aid 4****0963 nömrəli kart hesabına 100 manat məbləğində pul köçürülməsi əks olunmuşdur. Cinayət işinin 2-ci cild 100-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 mart 2022-ci il tarixli fotoşəkillərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istintaq orqanına təqdim etdiyi, iş üzrə Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə aralarında aparılmış «Votsap» yazışmalarından çıxarışın 03 ədəd fotoşəklinə və sonuncu tərəfindən hesablarına pul köçürmələri etməsi üçün göndərilmiş iki ədəd bank kartlarının 02 ədəd fotoşəklinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, telefon vasitəsi ilə aralarında aparılmış «Votsap» yazışmalarından çıxarışın 03 ədəd fotoşəklində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefondan Zərərçəkmiş şəxs2 göndərilmiş SMS-də sonuncunun 63700 manat məbləğində pul ödəməsi, məbləğin tam 63800 manat olması üçün əlavə 100 manat məbləğində də pul göndərməli olması, daha sonra 63760 manat məbləğində pul ödəməsi, məbləğin tam 63800 manat olması üçün əlavə 40 manat məbləğində də pul göndərməli olması, Zərərçəkmiş şəxs2 ondan mənzilin müqaviləsini verməsini tələb etməsi əks olunmuşdur. Həmçinin, təqdim olunumuş iki ədəd bank kartlarının fotoşəkillərəinə baxdıqda müəyyən olunmuşdur ki, hər iki bank kartı "xxxx" ASC-yə aiddir, birinin üzərində olan hesab nömrəsi 5103 0715 0838 4712, Səmayə Qocazadəyə məxsus digər kartın hesab nömrəsi isə 4169 7413 2626 0963 rəqəmləri ilə qeyd olunmuşdur. Cinayət işinin 2-ci cild 195-214-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 15 aprel 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs sabiq iş yoldaşları Şahid2 və Şahid1 barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsndə qeyd edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeri qərar çıxarılmasına yol verilmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək özünü yalnız CM-nin 178-ci maddəsi ilə təqsirli bildiyini, Zərərçəkmiş şəxs2 bıçaq çəkib pulunu tələb etmədiyini, sonuncudan aldığı pulu həmçinin işdəki digər iki nəfər hüquqşünasa da verdiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 181.2.2, 181.2.4, 181.2.5, 29, 178.2.2, 29, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə irəli sürülmüş ittihamdan CM-in 29, 178.2.2, 29, 178.2.4, 320.2-ci maddələri ilə olan rəqəm ifadəsini əks etdirən hissəsinin çıxarılıb, barəsində cinayət təqibinin müvafiq olaraq CM-in 178.3.2, 181.2.2, 181.2.4, 181.2.5 və 320.1-ci maddələri ilə davam etdirilməsini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində göstərilir ki, dələduzluq,yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə, həmin Məcəllənin 178.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsinə, həmin Məcəllənin 178.2.4-cü maddəsi eyni əməllərin xeyli miqdarda ziyan vurulmaqla törədilməsinə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi külli miqdarda ziyan vurulmaqla törədilməsinə görə cinayət məsuliyətini nəzərdə tutmuşdur. Yuxarıda şərh olunan epizodlar üzrə Təqsirləndirilən şəxs irəli sürülmüş itihamların məzmunundan göründüyü kimi, o külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, təkrarən xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməyə cəhd etmişdir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 29.178.2.2 və 29.178.2.4-ci maddələri ilə törətdiyi cinayət əməli CM-in 178.3.2-ci maddəsi ilə tam əhatə olunduğundan, ona elan edilmiş ittihamdan CM-in 29.178.2.2 və 29.178.2.4-ci maddələri ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılmalıdır. Həmçinin, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmanı ehtiva edir. Həmin Məcəllənin 320.2-ci maddəsində CM-in 320.1ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə nəzərdə tutulmuş və onu əhatə edir. Beləliklə, qanunun yuxarıda şərh olunan normalarının mənasına görə, CM-in 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti rəsmi sənədləri özü saxtalaşdırmayan, digər şəxslər tərəfindən saxtalaşdırılan rəsmi sənədlərdən onların saxta olduğunu bilə-bilə istifadə edən şəxslər ola bilər. Rəsmi sənədi saxtalaşdırmış şəxs gələcəkdə ondan istifadə edərsə, onun əməli yalnız CM-in 320.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən epizodlar üzrə Təqsirləndirilən şəxs irəli sürülmüş itihamın məzmunundan göründüyü kimi, o qanunsuz olaraq hüquq verən sənədləri hazırlayıb, onlardan istifadə etmişdir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 320.2-ci maddəsi ilə törətdiyi cinayət əməli isə CM-in 320.1-ci maddəsi ilə tam əhatə olunduğundan,ona elan edilmiş ittihamdan CM-in 320.2-ci maddəsi ilə olan rəqəm ifadəsi, Təqsirləndirilən şəxs CM-nin 29, 178.2.2, 29, 178.2.4-cü maddələri ilə törətdiyi cinayət əməli isə CM-in 178.3.2-ci maddəsi ilə tam əhatə olunduğundan,ona elan edilmiş ittihamdan CM-in 29, 178.2.2, 29, 178.2.4-cü maddələri olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 181.2.2, 181.2.4, 181.2.5, 29, 178.2.2, 29, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə irəli sürülmüş ittihamdan CM-in 29, 178.2.2, 29, 178.2.4-cü və 320.2-ci maddələri çıxarılmalıdır. Beləliklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbuledilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 181.2.2, 181.2.4, 181.2.5, 320.1-ci maddələri ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 181.2.2, 181.2.4, 181.2.5, 320.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdi rki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Həmin plenum qərarının 2-ci bəndində qeyd edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Bundan başqa, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Plenum qərarında qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyqunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Həmin qərarın 7-ci bəndinə görə təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2015ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri AR CM-nin 181-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 93-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 26 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oölu barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Nəsimi RPİ-də araşdırılan cinayət işinə 03 may 2021-ci ildə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 190-191-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Pisixatrik Ekspertiza Mərkəzi public hüquqi şəxsinin 07 mart 2022-ci il tarixli, 587 saylı məhkəmə ambulatorpsixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 20 may 2022-ci il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslə barışıq əldə etmədiyini, ona dəymiş maddi ziyan 64.365 manat pulu Təqsirləndirilən şəxs tələb etdiyini bildirmişdir. Həmçinin, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMCnin nümayəndəsi Nümayəndə2 08 iyun 2022-ci il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 MMC-yə ziyan dəymədiyii və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 26 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 65-66-cı vərəqələrində olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 89-92-ci vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 4(003)-431/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 istintaq orqanına təqdim etdiyi Təqsirləndirilən şəxs «eManat» elektron ödəmə terminalları vasitəsilə pul göndərməsi barədə 04(dörd) ədəd ödəmə qəbzi, Təqsirləndirilən şəxs tərəfindən öz xətti ilə yazılmasını bildirdiyi, bir ədəd 21 iyun 2016-cı il tarixli təqvim vərəqinin üzərində yazılmış əlyazma qəbzi, Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə Zərərçəkmiş şəxs2 arasında aparılmış «Votsap» yazışmalarından çıxarışın 03 ədəd fotoşəkli və Təqsirləndirilən şəxs tərəfindən hesablarına pul köçürmələri etməsi üçün göndərilmiş iki ədəd bank kartlarının 02 ədəd fotoşəkili, mənzil alqı-satqısına dair iki ədəd müqavilələrin surətləri və mənzilin satılmasına dair ərizənin surəti, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1 təqdim etdiyi Təqsirləndirilən şəxs tərəfindən onların şirkətinə təqdim olunmasını bildirdiyi, 06 ədəd «A4» formatlı vərəqdə çap olunmuş bildiriş məktubları və hesabdan çıxarışların və 03 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs2 cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən, ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2 maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3 maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: 1.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 181.2.2, 181.2.4, 181.2.5, 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.4, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 10 (on il) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 istintaq orqanına təqdim etdiyi Təqsirləndirilən şəxs «eManat» elektron ödəmə terminalları vasitəsilə pul göndərməsi barədə 04(dörd) ədəd ödəmə qəbzi, Təqsirləndirilən şəxs tərəfindən öz xətti ilə yazılmasını bildirdiyi, bir ədəd 21 iyun 2016-cı il tarixli təqvim vərəqinin üzərində yazılmış əlyazma qəbzi, Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə Zərərçəkmiş şəxs2 arasında aparılmış «Votsap» yazışmalarından çıxarışın 03 ədəd fotoşəkli və Təqsirləndirilən şəxs tərəfindən hesablarına pul köçürmələri etməsi üçün göndərilmiş iki ədəd bank kartlarının 02 ədəd fotoşəkili, mənzil alqı-satqısına dair iki ədəd müqavilələrin surətləri və mənzilin satılmasına dair ərizənin surəti, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1 təqdim etdiyi Təqsirləndirilən şəxs tərəfindən onların şirkətinə təqdim olunmasını bildirdiyi, 06 ədəd «A4» formatlı vərəqdə çap olunmuş bildiriş məktubları və hesabdan çıxarışların və 03 ədəd Cd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın.

3. Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Azad Məcidov

Hakimlər: Zeynal Ağayev

Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar