Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1052/2024 07.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 01 avqust 1993-cüil tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi ev 71-də qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu Aşıq Pəri küçəsində kirayədə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Amir» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, İran İslam Respublikası vətəndaşı «Amir» adlı şəxsin göstərişinə əsasən külli miqdarda 302,5 qram çəkidə narkotik vasitə heroini istintaqla müəyyən edilməyən vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, 13 iyul 2023-cü il tarixdə saat 17:20-də yol-hərəkəti qaydalarını pozması səbəbindən ünvan 1 ünvanın qarşısında saxlanılmış cinayətdən məlumatsız olan taksi sürücüsü Şahid4 idarə etdiyi «Toyota Prius» markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olarkən özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin X13 şöbəsinin yol-patrul xidmətinin inspektorları tərəfindən saxlanılaraq Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 302,5 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2 yol polisi onu taksidə saxlamışdır. Gələnlər 2 yol polisinin maşını və 1 əməliyyatçının maşını imiş. O taksidən düşən zaman onu polis əməkdaşları öz maşınlarına otuzdurmuşlar. Daha sonra ondan narkotikin yerini soruşmuşlar. O narkotik vasitənin maşında qabaq oturacağın altında olduğunu demişdir. Polislər daha sonra həmin yerə gedib baxmışlar. Orada heç nə olmadığını bildirmişlər. Narkotikin yerini dəqiq deməsini istəmişlər. O gedib baxdıqda narkotikin həmin yerdə olduğunu görmüşdür. Onu da idarəyə aparmışlar. Sonra isə çəkiliş olmuşdur. Sənədlərə imza etmişdir. İdarədə onun sağ cibinə narkotik yerləşdirmişlər. Üzərində heroin olmamış, ancaq dərman olmuşdur. Amir adlı şəxsi tanıyırmış, ondan dərman alırmış. Özü ona narkotik satmağı barədə yazmışdır. Amirlə vatsap vasitəsilə əlaqə yaradırmış. İlk dəfə imiş ki 90 manatlıq dərman-metadon alacaqmış. Pulu Mahir adlı şəxsə məxsus bir karta atmışdır. Amirə məxsus nömrənin hansı ölkəyə məxsus olduğunu bilmir. O Heydər Əliyev sarayı tərəfə göndərəcəyini demişdir. Ona dərmanın şəklini ataraq ünvanı demişdir. Nömrədəki smslər aprel ayında ona gəlmişdir. O, həmin şəxslərlə narkotik qəbul etdiyi üçün ona müraciət edirmişlər. Saxlanılan zaman yanında taksi sürücüsü də var imiş. Yol polisinin maşınında üstünü axtarmışlar, ancaq heç nə tapmamışlar. Polislər öz telefonları ilə onu çəkirmişlər. Amir adlı şəxsin hansı ölkə vətəndaşı olduğunu bilmir. Polis əməkdaşları özləri İran vətəndaşı kimi yazmışlar. Bölmədə ona təzyiq olduğu üşün o da sənədlərə imza etmişdir. Müdafiəçi idarədə iştirak etmişdir. Çəkilişdə müdafiəçi iştirak etməmişdir. Dərmanı Amirdən götürüb atacaqmış. Tanımadığı şəxslərdən narkotik alırmış. O heç vaxt narkotiki əlbəəl almamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə heç bir qohumluq əlaqəsi, heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. O, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Sifariş verilmiş və ünvana getmişdir. Təqsirləndirilən şəxsi ünvandan götürmüşdür. Sarayın yanına çatdıqda polis əməkdaşları onu saxlamışlar. Təqsirləndirilən şəxsin üzərindən narkotik çıxmışdır. Zakirin üzərində axtarış aparılan zaman o orada olmuşdur. Zakirdən üstündə nə olduğunu soruşmuşlar, o da cibindən narkotiki çıxarmışdır. 2 nəfər polis əməkdaşı təqsirləndirilən şəxs taksidə olarkən onları saxlamışlar. Onu da Zakiri də tutub polis maşına mindirmişlər. Ordan da polis idarəsinə aparmışlar. Zakirin üzərinə baxış keçiriləndən sonra onları aparmışlar. Zakir, o və polislər çəkilişdə iştirak etmişdir. Onlara qarşı heç bir fiziki-psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Hümbət oğlu ifadəsində göstərmişdir ki, Nəsimi rayon X13 Şöbəsinin YPX inspektoru vəzifəsində işləyir. Qeyd olunan tarixdə S.Vurğun küçəsində Toyota prius markalı avtomobilin yol hərəkəti qaydasını pozduğunu görüb onu saxlamışlar. Sürücüyə yaxınlaşıb özlərini təqdim etmişlər. Sağ tərəfdə əyləşən sərnişin özünü narahat hiss edirmiş. Onun şübhəli hərəkətləri diqqətlərini cəlb etmişdir. Sual verən zaman onlardan kənarlaşmaq istədiyini müşahidə etmişlər. Telefonla danışmağa başlamışdır, ancaq diqqətlə baxdıqda telefonda heç kəslə danışmadığını müəyyən etmişlər. Əsaslı şübhələr olduğu üçün əlavə kömək çağırıb maşına baxış keşirmişlər. Maşına bölmənin işçiləri ilə bölmənin həyətində baxış keçirilmişdir. Baxış xatırladığı qədərilə ya müstəntiq, ya təhqiqatçı tərəfindən keçirilmişdir. Şəxsi saxladıqları zaman saat 17:00-18:00 radələri olarmış. Saxladıqları tarixi isə dəqiq xatırlamır. Şəxsi S.Vurğun küçəsindən S.Əsgərova gedən yolda saxlamışlar. Təqsirləndirilən şəxsi məlumat əsasında saxlamamışlar. Saxladıqdan sonra bölmənin əməliyyat qrupunun rəhbərinə məlumat verilmişdir. Sürücü inzibati qaydanı pozduğu üçün saxlamışlar. İnzibati xəta törədən Toyota prius markalı və açıq rəngli avtomobil olmuşdur. Şəxsi axtarış və götürmə zamanı vətəndaşın üzərindən narkotik vasitə çıxmışdır. Şəxsin üzərində sellofana bükülmüş yumru nə isə var imiş. Üzərində xırda pul və telefon da var imiş. Sürücü barəsində inzibati protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs onlara heç bir təsir və ya müqavimət göstərməmidir. Onlar da həmçinin təqsirləndirilən şəxsə qarı fiziki-psixi təsir göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid1 Hümbət oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddələr ilə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı polis kapitanı İlkin Nəbizadə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 01 ədəd bükümü və sol yan cibindən isə “Samsung” markalı mobil telefon ilə 4098-5844- 9275-5960 saylı "Leobank”a məxsus kartı çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm barədə soruşulduqda o, 01 ədəd bükümün içərisində olan maddənin narkotik olduğunu, lakin dəqiq olaraq nə olduğunu bilmədiyini, öz şəxsi tələbatı üçün "metadon” adlı maddə almaq üçün 2 gün əvvəl “İnstagram" vasitəsi ilə tanıdığı özünü Amil kimi təqdim edən şəxsin hesabına 90 manat göndərdiyini bildirmişdir. O, taksi vasitəsi ilə 13 iyul 2023-cü il tarixdə saat 5 radələrində “Kubinka” adlı ərazidə olduğu zaman Amil adlı şəxsin deməsinə əsasən tanımadığı yerdən həmin bükümü götürdüyünü, lakin həmin an bükümün içərisində narkotik ola biləcəyindən şübhələndiyini, Amilə dərhal bükümdə metadon olmadığını dediyini bildirmişdir, lakin o, həmin bükümü özü ilə aparmışdır. 01 ədəd “Samsung” markalı mobil telefon ilə 4098-5844-9275-5960 saylı “Leobank”a məxsus visa kartın özünə aid olduğunu qeyd etmişdir. Bundan sonra narkotik maddəyə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi video çəkilişlə həyata keçirilmiş və video görüntülər CD diskə köçürülərək, cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3816 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №189» dairəvi möhür əksi, «şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 302,5 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi 302,5 qram, tədqiqata 0,2 qram istifadə edildi, qalıq 302,3 qram. (ekpertiza tədqiqatın dəyəri 114 manatdır) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-367/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 5649 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomanıya xəstəlıyı) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azerfon MMC mobil operatorunun daxil olmuş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskdə əks olunmuş Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı GSM nömrəsinə daxil olan SMS mətnlərindən təqsiriləndirilən şəxsin digər şəxslərlə aşağıda qeyd olunan mövzuda yazışmaları (mesaj danışıqları) aşkar olunmuşdur: - **********67 1.1.**********08 X7 2 dene Goturmusem Onun pulun duzeltmeliyemki sabah gunorta gedim onan Yene Nese gotre bilim Bele 30 manat duzelt Temiz Sene 05 torp. - **********67 1.1.**********08 m.And Ola 3 balamin X10 Sey gelmesinde.Yeni 30 manatliq emanetvi. - **********67 1.1.**********08 At sen ureksen Sen ol 4.4 koladir dasdaki ozun goresende ne gederdi. - **********67 1.1.**********08 Rasim Men dernegul yolundayam Yetim basqa X15 hardasa 35 40 deyge Masazira Cataram. u ruslan 93 yawayis kompleksine. Gor o X14 17 manat X16 Bilersen 6 dene Gotrecem.15 manat Catmir 2 manat Obratni. - **********29 1.1.**********67 Qaqa 20 manatdı torpaq qaqa bu özümünv senöl. - **********29 1.1.**********67 Qaqa senöl çox pis ağrıyıram canımın dlinde qalmışam pul düzeltsey dünen dediyim kimi efiş götüre bilmez?hem özünedediyini hemdel torpaq. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X3 ilə nikahda olmaqla həmin nikahdan xx.xx.2021-ci il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X5 adlı üç azyaşlı övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi hallarını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını, ilk dəfə məhkum olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonraq qalıq qalmış 302,3 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd, Azerfon» MMC-dən daxil olmuş 01 ədəd cd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114(yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 13 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114(yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonraq qalıq qalmış 302,3 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd və Azerfon» MMC-dən daxil olmuş 01 ədəd cd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1052/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1052/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver