Məhkəmə qərarları › İş №1(101)-1053/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1053/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1053/2022 13.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 66, mənzil 25-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları yeni sahədə ünvansız fərdi evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, külli miqdarda təmiz çəkisi 350,050 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 14 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Sabunçu RPİnin 42-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları yeni sahədə küçədə saxlanılaraq, Sabunçu RPİ-nin 42ci PB-nə gətirildikdən sonra xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcəsinin sol iç döş cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 350,050 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 30 yaşı var narkotik vasitə olan kakosdan istifadə edirdi, arabir metafetamin də istifadə edirdi. Ayağında ağrılar olduğu üçün Travmadol həblərini ağrı kəsici kimi sitfadə etmişdir. Məsələ ondadır ki, uşağlıqda ayağından travma almış 5 dəfə əməliyyat olunmuş, axırıncı dəfə 11 və ya 12 yanvar 2022-ci il tarixdə kakos əldə etmiş, kakos cəmi bir çet olmuş onuda cibində saxlayırdı ki, istifadə etsin. Polislər onu saxladığı zaman üzərində yalnız çəkisi cəmi 0.1 qram heroin olan çet olmuşdur.Lakin polislər onun cibinə böyük büküm kakos qoyaraq ondan tələb etmişlər ki, baxış zamanı həmin bükümü özünə məxsus büküm kimi təqdim etsin. Polislərin təzyiqi altında videoçəkilişlə keçirilmiş baxış zamanı polis əməkdaşları Elnur və Vüsal adlı şəxslərin cibinə qoyduğu heroini özünə məxsus heroin kimi təhqiqatçıya təqdim etmişdir. Əlavə etmək istəyir ki, maşında polis idarəsinə gətirildiyi zaman bu polislər başından yumruqla zərbələr vurmuşlar, istintaq təcridxanasında həkimlərə döyülməsindən şikayət etməmiş, tibb kartında yalnız ayağında olan köhnə əməliyyat yerləri əks olunmuşdur.O elə bilirdi ki, onu istifadəçi kimi məsuliyyətə cəlb etməklə 10-15 sutka yatdıqdan sonra onu azad edəcəklər. Məhkəməyə ona qarşı edilən qanunsuzluqlarla əlaqədar vəsatəti təqdim edir və məhkəmədən xahiş edir ki, vəsatəti araşdırılsın. "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatlarla bağlı əlavə olaraq ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, Şahid3 tanıyır. Aralarında hər hansı bir ədavət və ya düşmənçilikləri olmayıb və hazırda da yoxdur. Sahilə və ümumiyyətlə heç kəsə narkotik vasitə satmamışdır. Üzərimdən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün əldə etmişdir. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 14:01:44 dəqiqədə ***-***-**-** saylı mobil nömrəyə “Emioğlu pul götürüb gəlirəm biraza birdəki başqa tema yoxdu? Biraz zeyifdi həmdə qatqılı zibilli temadı olsaydı başqası zor olardıye emioğlu inan deyirlər”, xx.xx.2022-ci il tarixdə saat 20:30:12 dəqiqədə ***-***-**-** saylı mobil nömrəyə “patı olsa gətirda biraz”, xx.xx.2022-ci il tarixdə saat 16:34:01 dəqiqədə ***-***-**-** saylı mobil nömrəyə “Məşədi üç dənə təmiz çəki olsun qardaşımsan 80 manat var, verecem patıda verda biraz özümçün” məzmunlu mesajları özü yazmamışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə saat 17:07:37 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “pulda var açmırsanki sözmü deyim”, həmin tarixdə saat 17:08:37 dəqiqədə onun istifadəsində olan qeyd olunan mobil nömrədən həmin mobil nömrəyə “gözdə yığacam saxla puluda” məzmunlu mesajları onun nömrəsindən kimin yazmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 22-ci PBnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri nəticəsində tanımışdır. Ona kimi Təqsirləndirilən şəxs tanımamışdır. xx.xx.2022-ci il tarixdə ona məxfi məlumat daxil olmuşdur ki, Sabunçu rayonu Ləhiş bağları nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edir, üzərində saxlayır və daşıyır. Həmin tarixdə tərəfindən bu barədə 42-ci PB-nin rəhbərliyinə raportla məruzə edilmiş, eyni zamanda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa ondan başqa həmkarı Şahid2 daxil edilmişdir. 14 yanvar 2022-ci il tarixdə saat 20 radələrində o və əməliyyat qrupunun üzvü Sabunçu RPİnin 42-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində olarkən, küçə ilə hərəkət edən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda ondan şübhələndiklərini bildirib tədbirin keçirilməsinə dair qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Sabunçu RPİ-nin 42-ci PB-nə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs etiraz etmədən və heç bir müqavimət göstərmədən onlarla birlikdə Sabunçu RPİ-nin 42-ci PBnə getmişdir. Orada Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı xidməti otağında Təqsirləndirilən şəxs hüquqlarını izah edildikdən sonra video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarışı keçirmişdir. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqda o, əynində olan qara rəngli gödəkcəsinin sol iç döş cibindən bir ədəd böyük bükümü çıxarıb təqdim etmiş, həmin büküm təhqiqatçı tərəfindən açılmış, içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu, həmin günü Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 800 manata aldığını bildirmişdir. Axtarışla bağlı tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq imzalanmışdır. Həmçinin həmin günü Təqsirləndirilən şəxs öz razılığı ilə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı onun yaşadığı evdən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. Belə ki, o və həmkarı Şahid2 Təqsirləndirilən şəxs Ləhiş bağlarında küçədə saxlamışlar. Ona qarşı nə o, nə də ki, Şahid2 fiziki zor tətbiq etməmişlər. Təqsirləndirilən şəxs guya polis şöbəsində Vüsal adlı əməkdaş tərəfindən döyülməsi həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxs üzərinə baxış videoçəkilişlə aparılmış, onun üzərindən aşkar olunan 300 qrama yaxın vasitəni sonuncu özü təhqiqatçıya təqdim etmişdir. O, həmkarı Şahid2la Təqsirləndirilən şəxs saxlayan zaman üzərinə baxış keçirməmişlər, çünki bu onların xidməti təlimatı ilə qadağandır. Şahid1 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, Tamerlan Baxşəliyev ona qarşı heç bir qanunsuz hərəkət etməmiş, onu Ləhiş bağlarından maşınla gətirdikləri zaman Şahid2 və Vüsal adlı əməkdaşlar döymüşlər. Lakin o, döyülməsi barədə İT-na yerləşdirilən zaman həkimlərə bir söz deməmişdir. Belə ki, üzərində hər hansı bir xəsarət olmamışdır. O, döyülməsi barədə müstəntiqə, prokurora, barəsində həbs qətimkan tədbiri seçən hakimə şikayət etməmişdir. Şikayət etməməsinin səbəbini izah edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 22-ci PBnin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun barəsində keçirilən əməliyyat tədbirində qrupun üzvü qismində iştirak etmişdir. Ona kimi Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs barəsində məxfi məlumat isə həmkarı Şahid1 daxil olmuş, məlumatda bildirilmişdir ki, Sabunçu rayonu Ləhiş bağları nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edir, üzərində saxlayır və daşıyır. Həmin tarixdə saat 20 radələrində o və əməliyyat qrupunun rəhbəri Şahid1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində müşahidədə olarkən, küçə ilə hərəkət edən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda ondan şübhələndiklərini bildirib tədbirin keçirilməsinə dair qərarla tanış edərək onu Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət edərək orada onu təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı xidməti otağında video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişdir. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hərhansı qanunsuz əşya varsa təqdim etməsi təklif etmiş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol iç döş cibindən bir ədəd böyük bükümü çıxarıb təqdim etmiş, həmin büküm təhqiqatçı tərəfindən açılmış, içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu, həmin günü Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 800 manata aldığını bildirmişdir. Axtarışla bağlı tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq imzalanmışdır. Bir daha bildirir ki, o və həmkarı X8 Novruzlunu Ləhiş bağlarında küçədə saxlamışlar. Ona qarşı fiziki zor və psixi təzyiq olunmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki, tanıyır. Tapanda narkotik vasitələrdən və pixotrop maddələrdən istifadə edir. İsməti narkotik vasitə istifadə edən və satan şəxs kimi tanıyır. Ondan əvvəllər bir dəfə 20 manata bir büküm qurudulmuş marixuana alıb istifadə etmişdir. İsmətin Maştağa qəsəbəsində kənd uşaqlarına narkotik vasitə satdığını eşidib bilir. Lakin, konkret kimlərə satmasını bilmir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci PBnin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Sabunçu rayonu, Ləhic bağları, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, üzərində saxlama və daşıması ilə məşğul olur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu RPİ-nin 42-ci PB-nin əməliyyat-müvəkkili polis baş leytenantı Tamerlan Baxşəliyevin “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyataxtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu RPİ-nin 42-ci PB-nin əməliyyat-müvəkkili polis baş leytenantı Tamerlan Baxşəliyevin “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci PB-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Sabunçu rayonu, Ləhic bağlarında saxlanılıb Sabunçu RPİ-nin 42-ci PB-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, hazırda barəsində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçisi X4 iştirakını tələb etmir və onun iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkçənin sol döş cibində olan selofana bükülmüş qəhvəyi rəngli heroinə bənzər vasitəni təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 800 manata aldığını bildirmişdir. Aşkar olunmuş heroinə bənzər narkotik maddə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 241 saylı möhürü ilə möhürlənərək götürülmüşdür.Axtarışa dair protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmiş imzalarla təsdiq edildi. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “fərdi evə baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 20:00-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları, nömrəsiz evə baxış keçitilmiş iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış «diskə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən sonuncu əynindəki qara rəngli gödəkcəsinin sol iç döş cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu həmin bir ədəd büküm açılarkən içərisində qəhvəyi rəngli maddə olması aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddəni xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 800 manata aldığını bildirir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il saat 20:00 radələrindən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 15 yanvar 2022-ci il tarixli, 6/267 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: “vət: Təqsirləndirilən şəxs (imza)” yazısı və Azərbaycan Respublikası DİN-nin zərflər üçün 241 saylı dairəvi möhür əksi olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 350,050 qram olan qəhvəyimtil rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir . Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının 1956 №-li, xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-tətqiqat travmatologiya və ortopediya inistitutunun xx.xx.2018-ci il tarixli 7050 saylı arayışından və ona əlavə edilmiş tibbi sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, sağ pəncəsinin İİİ-İV barmaqlarının daraq falanqa oynaqları səviyyəsində dezartikulyasiyası. Məhkəmədə elan edilib araşdırılmış Azərcell MMC-nin xx.xx.2022-ci il tarixli 2071 saylı məktubundan və məktuba əlavə edilmiş telefon məlumatlarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 14:01:44 dəqiqədə ***-***-**-** saylı mobil nömrəyə “Emioğlu pul götürüb gəlirəm biraza birdəki başqa tema yoxdu? Biraz zeyifdi həmdə qatqılı zibilli temadı olsaydı başqası zor olardıye emioğlu inan deyirlər”, xx.xx.2022-ci il tarixdə saat 20:30:12 dəqiqədə ***-***-**-** saylı mobil nömrəyə “patı olsa gətirda biraz”, xx.xx.2022-ci il tarixdə saat 16:34:01 dəqiqədə ***-***-**-** saylı mobil nömrəyə “Məşədi üç dənə təmiz çəki olsun qardaşımsan 80 manat var, verecem patıda verda biraz özümçün” məzmunlu mesajları özü yazmamışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə saat 17:07:37 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “pulda var açmırsanki sözmü deyim”, həmin tarixdə saat 17:08:37 dəqiqədə onun istifadəsində olan qeyd olunan mobil nömrədən həmin mobil nömrəyə “gözdə yığacam saxla puluda” məzmunlu mesajlar onun nömrəsindən yazılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 349,85 narkotik vasitə olan heroinin saxlanması üçün Bakı şəhəri Sabunçu RPİ-nin təhvil verilmiş, 01 CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Sabunçu rayon prokurorluğunun müstəntiqi X6 10 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması faktı əsasında araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs, polis əməkdaşları X10 və Şahid2 izahatları alınmış, Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası keçirilməklə alınan 1405 nömrəli rəyindən Təqsirləndirilən şəxs xəsarət aşkar olunmaması müəyyən edilmişdir.Toplanmış materialda olan izahatları, məhkəmə-tibbi ekspertizasının rəyini, işin digər hallarını müqayisəli şəkildə təhlil etdikdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalaraq, qeyri-qanuni hərəkətlər edilərək xəsarətlər alması faktı öz təsdiqini tapmamış və bu səbədən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonradan zorakılığa məruz qalması faktı əsasında cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə rədd edilmişdir.Qərarın surəti göndərilməklə Təqsirləndirilən şəxs məlumat verilmiş və qərarla razılaşmadığı halda, ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, Azərcell MMC-nin məlumatları eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü yalnız narkotik vasitələrin istifadəçisi olması, tutulan zaman üzərində heç bir qanunsuz əşya olmaması və narkotik vasitəni polis əməkdaşları tərəfindən üzərinə qoyulması, barəsində fiziki zor tətbiq edilməsi barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ekspertiza rəyləri, şikayəti əsasında Bakı şəhəri, Sabunçu rayon prokurorluğunda aparılmış araşdırma və araşdırmaya dair qərarla və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin təkcə əldə etmə, daşıma və saxlaması ilə yanaşı onları satması cinayət işinin materialları ilə, o cümlədən işdə olan Azercell MMC-nin məlumatlarında əks olunan SMS-lərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üstündən götürülmüş narkotik vasitənin təmiz çəkisi 350,050 qram olmaqla istehlak miqdarından dəfələrlə çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu -narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Bununla belə cinayət işində olan Təqsirləndirilən şəxs tibbi arayışından və Tibbi-sosial ekspert komissiyasının xx.xx.2018-ci il tarixli elektron məlumatından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, sağ pəncəsinin İİİ-İV barmaqlarının daraq falanqa oynaqları səviyyəsində dezartikulyasiyası, bununla belə ona əlil və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən göndərişin natamam doldurulması, tibbi sənədlə təsdiqlənən xəstənin müayinə olunan zamankı vəziyyəti barədə məlumatın olmaması səbəbindən imtina edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi cəza çəkmə müəssisəsinin tibbi xidmətinin mülahizəsinə buraxılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə X9 məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 28 oktyabr 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 349,85 qram heroin edilməli, cinayət işinin materiallarına əlavə edilmiş CD disk cinayət cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd manat ) manat məbləğində pul təqsirləndirilən şəxs X5 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla « VERDİKTUM » Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 330 AZN (üç üz otuz manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi cəzaçəkmə müəssisəsinin tibbi xidmətinin tövsiyəsi əsasında tətbiq edilsin. İş üzrə maddi sübut olan və Bakı Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 349,85 qram heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd manat ) manat məbləğində pul X5 tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 330 AZN (üç üz otuz manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar