Məhkəmə qərarları › İş №1(101)-1054/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1054/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1054/2021 26.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə, xx xxxxxxxx 1999-cu il tarixdə Sabirabad rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Sahil qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 10 ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə edərək daşıyıb saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Əlirza» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı «Əlirza» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Əlirza» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla göndərdiyi külli miqdarda ümumi təmiz çəkisi 1054,4 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və psixotrop maddəni qoyduğu yer barədə ona və Təqsirləndirilən şəxs2 əvvəlcədən məlumat verdikdən sonra, o, və Təqsirləndirilən şəxs2 birlikdə psixotrop maddəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində fəaliyyət göstərən “Qız qalası” marketi ilə “Fədək" un məmulatlarının satışı mağazasının arasında yerləşən ağacın dibində ağ rəngli sellofan torbada götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 14 yanvar 2021-ci il tarixdə onun və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı o, və Təqsirləndirilən şəxs2 14 yanvar 2021-ci il tarixdə saat 19:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 10 ərazisində yerləşən “Ailəm” marketin qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş,orada onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qırmızı rəngli gödəkçəsinin sol yan cibində olan 01 ədəd polietilen torbadan külli miqdarda 636,300 qram Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə edərək daşıyıb saxlamışdır. Belə ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti müəyyən edilməyən İran İslam Respublikasının vətəndaşı «Əlirza» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı «Əlirza» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Əlirza» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla göndərdiyi külli miqdarda ümumi təmiz çəkisi 1054,4 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və psixotrop maddəni qoyduğu yer barədə ona və Təqsirləndirilən şəxs1 əvvəlcədən məlumat verdikdən sonra Təqsirləndirilən şəxs1 və o, birlikdə psixotrop maddəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində fəaliyyət göstərən “Qız qalası” marketi ilə “Fədək” un məmulatlarının satışı mağazasının arasında yerləşən ağacın dibində ağ rəngli sellofan torbada götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 14 yanvar 2021 -ci il tarixdə onun və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və o, 14 yanvar 2021 -ci il tarixdə saat 19:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 10 ərazisində yerləşən “Ailəm” marketin qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçəsinin iç sol cibində olan 01 ədəd polietilen torbadan külli miqdarda 418,100 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü qismən, yəni 234.1-ci maddə ilə təqsirli bilir. Təqsirləndirilən şəxs2 ilə dostdurlar. Onlar hər ikisi narkotik vasitə istifadəçisidirlər. Rafiqlə birlikdə dəfələrlə narkotik vasitə qəbul etmişlər. Narkotik vasitənin nəşə növündən istifadə edirlər. Metamfetamindən isə azaz istifadə etmişlər. O, narkomanlar arasında metamfetamindən daha çox istifadə olunduğunu bilmişdir. Rafiqin Vüsalə adlı tanışı da narkotik vasitədən istifadə etmiş və Vüsalənin İranlı tanışı olmuş və Vüsalə həmin İranlının vasitəsi ilə narkotik vasitə almışdır. Vüsalənin anket məlumatlarını və telefon nömrəsini bilmir. 13.01.2021 -ci il tarixdə Rafiq tanışı Vüsalə ilə görüşərək Vüsalədən İran vətəndaşı olan Əlirza adlı şəxsin telefon nömrəsini almışdır. Bundan sonra o, Rafiqlə birlikdə iranlı Əlirza adlı şəxslə danışmış və Əlirzadan 1000 manat dəyərində metamfetamin istəmişlər. Həmin gün narkotikin göndərilməsi baş tutmamışdır. 14 yanvar 2021-ci il tarixdə Əlirza narkotik vasitəni göndərmişdir. Razılaşmaya əsasən iranlı Əlirza adlı şəxs metamfetamini Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində fəaliyyət göstərən “Qızqalası” marketlə “Fədək” un məmulatları mağazasının arasında yerləşən ağacın dibində sellofan torbanın içində yerə qoymuşdur. Həmin tarixdə saat 18 radələrində Rafiqlə birlikdə həmin yerə gəlib bir ədəd sellofan torbada olan metamfetamini götürüb, Rafiqin yaşadığı ünvana gətirərək iki hissəyə bölmüşlər. Həmin narkotikin bir hissəsini o, bir hissəsini isə Rafiq götürmüşdür. Göndərdikləri pulun müqabilində iranlı onlara 300 qram narkotik vasitə göndərmişdir. Həmin narkotiki satmaq niyyətləri olmamışdır. 14 yanvar 2021-ci il tarixdə saat 19:20-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 10 ərazisində yerləşən “Ailəm” marketin qarşısında Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkət edən zaman bir neçə mülki geyimli şəxslər yaxınlaşaraq özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edərək onlarla getmək lazım olduğunu bildirmişlər. Həmin vaxt metamfetamin üzərində olmuşdur. Təqsirləndirilən şəxs2lə birlikdə etiraz etməyib onlarla birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarədə üzərlərinə videoçəkilişlə şəxsi axtarış aparılacağını bildirmişlər. Bundan sonra hər ikisinə müdafiəçi təyin edilmiş və üzərlərinə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağan edilmiş nə varsa könüllü təqdim etməsi təklif edildikdən sonra, Təqsirləndirilən şəxs2 əynində olan gödəkçəsinin cibində "şüşə” adı ilə tanıdığı metamfetamin olduğunu bildirib, əynində olan gödəkçəsinin cibindən 01 ədəd sellofan torbanı, mobil telefonu, 50 manat pulu və açarları çıxarıb təqdim etmiş, təqdim etdiyi 01 ədəd sellofan torbanın içində metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan torba açıldıqda torbanın içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 onunla birlikdə Vüsalə adlı tanışından əldə etdiyi mobil telefon nömrəsi ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə zəng edib İran vətəndaşı Əlirza adlı şəxslə danışıb pulunu sonradan ödəmək şərti ilə həmin şəxsdən 1000 manat dəyərində metamfetamin sifariş verdiklərini, 14 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Əlirza adlı şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində fəaliyyət göstərən “Qız qalası” marketlə "Fədək” un məmulatlarının satışı mağazasının arasında yerləşən ağacın dibində ağ rəngli sellofan torbanın içində narkotiki yerə qoyduğunu, sonra birlikdə həmin yerə gələrək həmin narkotiki götürdüklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan torbada olan metamfetamin zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış, 50 manat pul və Rafiqin yaşadığı evin açarları Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Bundan sonra o, üzərində 01 ədəd sellofan torbanı, “Samsung” markalı mobil telefonu, bir ədəd açarı, 5 manat pulu və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Sorğu zamanı o, sellofan torbada təqdim etdiyi 01 ədəd bükümün içində «şüşə» kimi adlanan metamfetamin olduğunu bildirmişdir. Sellofan torba açıldıqda torbanın içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik maddə zərfdə qablaşdırılmışdır. 5 manat pul və evin açarı ona qaytarılmışdır. Onun narkotik vasitəni satmaq məqsədi olmamış, narkotik vasitəni özü istifadə etmək üçün almışdır. Hərəkətindən peşman olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, İran vətəndaşı ilə danışıqlarına görə onlara 1000 manatın müqabilində təxminən 300 qram narkotik göndərmişdir. O, 1 qramı bir gündə istifadə etmiş, elə olmuşdur ki, 1 gündə 2 dəfə də istifadə etmişdir. İranda ucuz olduğu üçün oradan almışdır. İran vətəndaşının onlarla əlaqə saxladığı nömrə Azərbaycan nömrəsi olmamışdır. Narkotik vasitəni Rafiqlə ikisi üçün almışlar. O, iynədən istifadə etməmişdir. Narkotiki falqaya doldurub çəkməklə istifadə etmişdir. İran vətəndaşı ilə aralarında 10.000 manat dəyərində narkotiik göndərməsi barədə razılaşma olmamış, onlar 1000 manat müqabilində narkotik vasitə istəmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza və əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 58-60-cı vərəqələrində olan izahatında, 1-ci cild 76- 81-ci vərəqələrində olan şübhəli şəxs qismində dindirilmə protokolunda və 1-ci cild 102- 107-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokolda olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «...bir nüçə gün əvvəl Rafiqlə görüşüb maddi cəhətdə çətinlik çəkdiyimi bildirib və birlikdə şüşə adı ilə tanıdığımız psixotrop maddənin satışı ilə məşğul olub qazanc əldə etməyimizi təklif etdim. Rafiq mənim təklifimlə razılaşıb Vüsalə adlı tanışından əldə etdiyi mobil telefon nömrəsi ilə 13.01.2021-ci il tarixdə “Whatsapp” ani mesajlaşma proqramı ilə İİR vətəndaşı Əlirza adlı şəxslə əlaqə saxladı həmin günü Əlirza adlı şəxs bizimlə danışa bilmədi, sabahı günü 14 yanvar 2021-ci il tarixdə biz təkrar həmin şəxslə əlaqə saxlayıb danışdıq. Pulunu sonradan ödəmək şərti ilə həmin şəxsdən 10.000 manat dəyərində psixotrop maddə metamfetamin sifariş verdik, bu barədə razılıq əldə etdikdən sonra 14 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Əlirza adlı şəxs bizə zəng edb göndərdiyi psixotrop maddəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində fəaliyyət göstərən “Qızqalası” marketlə “Fədək” un məmulatları mağazasının arasında yerləşən ağacın dibində ağ rəngli sellofan torbanın içində yerə qoyulduğunu və həmin yerin ünvanını bizə dəqiq olaraq izah edib həmin yerin şəklini çəkib bizə göndərmişdir. ... Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddəni mənimlə birlikdə satmaq və eyni zamanda özümüz qəbul etməyimiz barədə ətraflı şəkildə məlumat verdi. ...Sorğu zamanı mən üzərimdən aşkar edilmiş psixotrop maddəni Təqsirləndirilən şəxs2lə birlikdə satmaq və eyni zamanda özümüz qəbul etmək məqsədilə kimdən əldə etməyimiz barədə məlumat verdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ifadələrini qismən təsdiq edir. İmza onun imzasıdır. İfadələri oxumadan imza etmişdir. Onun narkotik vasitəni satmaq məqsədi olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özümü qismən, yəni CM-nin 234.1-ci maddə ilə təqsirli bilir. Təqsirləndirilən şəxs1 dostudur. 10 ildir ki, Ceyhunla dostluq münasibətləri var. Həm o, həm də Ceyhun narkotik vasitə istifadəçisidirlər. Onlar Ceyhunla birlikdə dəfələrlə narkotik vasitə qəbul etmişlər. Ən çox narkotik vasitənin nəşə növündən istifadə etmişlər. Metamfetamindən isə az-az istifadə etmişlər. Onun Vüsalə adlı tanışı da naroktik vasitədən istifadə etmiş və Vüsalənin bir nəfər iranlı tanışından narkotik vasitə aldığını bildiyi üçün o, Vüsalədən həmin şəxsin telefon nömrəsirni almışdır. Vüsalənin anket məlumatlarını və telefon nömrəsini bilmir. 13.01.2021-ci il tarixdə Ceyhun ilə birlikdə iranlı Əlirza adlı şəxslə danışıb, Əlirzadan 1000 manat dəyərində psixotrop maddə metamfetamin istəmişlər. Həmin tarixdə Əlirza adlı şəxs narkotik vasitəni göndərə bilmədiyi üçün 14 yanvar 2021-ci il tarixdə göndərmişdir. Razılaşmaya əsasən Əlirza adlı şəxs metamfetamini Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində fəaliyyət göstərən “Qızqalası’ marketlə “Fədək” un məmulatları mağazasının arasında yerləşən ağacın dibində ağ rəngli sellofan torbanın içində yerə qoymuşdur. Həmin tarixdə saat 18 radələrində Ceyhun ilə birlikdə həmin yerə gəlib bir ədəd sellofan torbada olan metamfetamini götürüb, onun yaşadığı ünvana gətirərək narkotik vasitəni iki hissəyə bölmüşlər. Narkotik vasitənin bir hissəsini özü, bir hissəsini isə Ceyhun götürmüşdür. Həmin narkotiki özləri istifadə etmək məqsədi ilə almışlar. Narkotik vasitəni satmaq məqsədləri olmamışdır. Həmin gün, yəni 14 yanvar 2021-ci il tarixdə saat 19:20-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 10 ərazisində yerləşən “Ailəm" marketin qarşısında Təqsirləndirilən şəxs1la birlikdə piyada hərəkət edən zaman bir neçə mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edərək onlarla Baş İdarəyə getmək lazım olduğunu bildirmişlər. Ceyhunla razılaşıb onlarla birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarədə üzərlərinə videoçəkilişlə axtarış aparılacağını bildirmişlər. Orada onlara vəkil təqdim olunmuşdur. Polis əməkdaşlarına o, könüllü olaraq əynində olan gödəkçənin cibindən “şüşə" adı ilə tanıdığı metamfetamini təhvil vermişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan torbada olan metamfetamin qablaşdırılıb möhürlənmişdir. Aşkar edilmiş 50 manat pul və açarlar özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı mobil telefonu isə götürülmüşdür. Onun narkotik vasitəni satmaq məqsədi olmamışdır. Narkotik vasitəni özü istifadə etmək məqsədi ilə almışdır. Hərəkətindən peşman olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Ceyhunla o, narkotik vasitəni 2 yerə bölmüş, yarısını o, yarısını isə Ceyhun götürmüşdür. Narkotik vasitəni falqaya qoyub çəkmiş, iynədən istifadə etməmişdir. İran vətəndaşı ilə razalaşmaya görə 1000 manat müqabilində onlara 300 qarm narkotik vasitə göndərmişdir. Lakin onlara verilən ittihamda çəki həddindən artıq çox yazılmışdır. Onun narkotik vasitəni satmaq məqsədi olmamış, özü istifadə etmək üçün almışdır. Onun və Ceyhunun üzərinə baxış keçirilərkən bir büküm onun üzərindən, bir büküm də Ceyhunun üzərindən aşkar olunmuşdur. Hər birində 150 qram narkotik vasitə olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza və əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 54-56-cı vərəqələrində olan izahatında, 1-ci cild 87- 92-ci vərəqələrində olan şübhəli şəxs qismində dindirilmə protokolunda və 1-ci cild 117- 122-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokolda olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «...bir nüçə gün əvvəl Təqsirləndirilən şəxs1 gəlib mənimlə görüşüb maddi cəhətdə çətinlik çəkdiyini bildirib və birlikdə şüşə adı ilə tanıdığımız psixotrop maddənin satışı ilə məşğul olub qazanc əldə etməyimizi təklif etmişdir. Mən Ceyhunun təklifi ilə razılaşıb Vüsalə adlı tanışımdan əldə etdiyim mobil telefon nömrəsi ilə 13.01.2021-ci il tarixdə “Whatsapp” ani mesajlaşma proqramı ilə İİR vətəndaşı Əlirza adlı şəxslə əlaqə saxladım, həmin günü Əlirza adlı şəxs bizimlə danışa bilmədim, sabahı günü 14 yanvar 2021-ci il tarixdə biz təkrar həmin şəxslə əlaqə saxlayıb danışdıq. Pulunu sonradan ödəmək şərti ilə həmin şəxsdən 10.000 manat dəyərində psixotrop maddə metamfetamin sifariş verdik, bu barədə razılıq əldə etdikdən sonra 14 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Əlirza adlı şəxs bizə zəng edb göndərdiyi psixotrop maddəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində fəaliyyət göstərən “Qızqalası” marketlə “Fədək” un məmulatları mağazasının arasında yerləşən ağacın dibində ağ rəngli sellofan torbanın içində yerə qoyulduğunu və həmin yerin ünvanını bizə dəqiq olaraq izah edib həmin yerin şəklini çəkib bizə göndərmişdir. Bundan sonra biz birlikdə həmin yerə gələrək Əlirza adlı şəxsin göndərdiyi psixotrop maddəni götürüb, həmin psixotrop maddəni iki yerə bölərək sellofan torbalarda cibimizə qoyub oradan uzaqlaşdıq. ...Sorğu zamanı mən üzərimdən aşkar edilmiş psixotrop maddəni Təqsirləndirilən şəxs1la birlikdə satmaq və eyni zamanda özümüz qəbul etmək məqsədilə kimdən əldə etməyimiz barədə məlumat verdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ifadələrini təsdiq etmir. İfadənin sonunda olan imza onundur. İfadələrini oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir.14 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələri əldə etmələri, saxlamaları, daşımaları və satışı ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyat axtarış tədbirləri həyata keçirilmiş, keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 10 ərazisində yerləşən “Ailəm” marketin qarşısında olduğunu öyrəndikdən sonra həmin ünvana gəlmişlər. 14 yanvar 2021-ci il tarixdə saat 19:20 radələrində iki nəfər şəxsin “Ailəm” marketin qarşısında olduğunu görüb həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və onlardan anket məlumatları barədə soruşulduqda həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs2, digəri isə Təqsirləndirilən şəxs1 kimi təqdim etmişlər. Bundan sonra həmin şəxslərə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və ya psixotrop maddə əldə etmələri, saxlamaları və daşımaları barədə məlumat daxil olduğunu bildirib, onlarla Baş İdarəyə getmələri təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 etiraz etməyib razılaşaraq, maşına minib onlarla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişlər. Baş İdarədə hər iki şəxsə müdafiəçi təyin edilmişdir. Onların üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 əynində olan qara gödəkçəsinin iç sol cibində olan 01 ədəd şəffaf sellofan torbanı, həmin gödəkçənin sağ yan cibində olan “Hisense" markalı mobil telefonu, gödəkçəsinin digər cibində olan 50 manat pulu və açarları çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd şəffaf sellofan torbanın içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan torba açıldıqda torbanın içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 onunla birlikdə saxlanılan tanışı Təqsirləndirilən şəxs1 birgə psixotrop maddələrin satışı ilə məşğul olmaq barədə təklifindən sonra Vüsalə adlı tanışından əldə etdiyi mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs1la birlikdə 13.01.2021-ci il və 14.01.2021-ci il tarixlərdə “Whatsapp” proqramı vasitəsi ilə zəng edib İran İslam Respublikasının vətəndaşı “Əlirza” adlı şəxslə əlaqə saxlayaraq pulunu sonradan ödəmək şərti ilə həmin şəxsdən 10.000 manat dəyərində psixotrop maddə metamfetamin sifariş verdiklərini, bu barədə razılıq əldə etdikdən sonra 14 yanvar 2021-ci il tarixdə saat 18 radələrində “Əlirza” adlı şəxsin Rafiqə zəng edib göndərdiyi psixotrop maddəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində fəaliyyət göstərən “Qızqalası” marketlə “Fədək” un məmulatlarının satışı mağazasının arasında yerləşən ağacın dibində ağ rəngli sellofan torbanın içində yerə qoyulduğunu və həmin yerin ünvanını Rafiqə dəqiq olaraq izah edib həmin yerin şəklini çəkib “Whatsapp” proqramı vasitəsi ilə Rafiqə göndərərək gedib psixotrop maddəni götürmələrini bildirdiyini, bundan sonra Rafiq tanışı Təqsirləndirilən şəxs1la birlikdə həmin yerə gələrək “Əlirza” adlı şəxsin onlara göndərdiyi psixotrop maddəni götürdüklərini bildirmişlər. Sonra həmin psixotrop maddəni iki yerə bölərək üzərlərində saxlayaraq daşıdıqlarını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan torbada olan psixotrop maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, zərf möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 50 manat pul və Təqsirləndirilən şəxs2 yaşadığı evin açarları iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş "Hisense” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan gödəkçəsinin sol yan cibində olan 01 ədəd şəffaf sellofan torbanı, şalvarının sağ yan cibində olan “Samsung” markalı mobil telefonu və bir ədəd açarı, şalvarının arxa sağ yan cibində olan 5 manat pulu və şalvarının sol arxa cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd şəffaf sellofan torbanın içində "şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofan torba açıldıqda torbanın içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 birgə psixotrop maddələrin satışı ilə məşğul olmaq barədə təklifindən sonra Təqsirləndirilən şəxs2 “Vüsalə” adlı tanışından əldə etdiyi mobil telefon nömrəsinə onunla birlikdə 13.01.2021-ci il və 14.01.2021-ci il tarixlərdə “Whatsapp” proqramı vasitəsi ilə zəng edib İran İslam Respublikasının vətəndaşı “Əlirza” adlı şəxslə əlaqə saxlayaraq pulunu sonradan ödəmək şərti ilə həmin şəxsdən 10.000 manat dəyərində psixotrop maddə metamfetamin sifariş verdiklərini, bu barədə razılıq əldə etdikdən sonra 14 yanvar 2021-ci il tarixdə saat 18 radələrində “Əlirza” adlı şəxsin ona zəng edib göndərdiyi psixotrop maddəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində fəaliyyət göstərən “Qızqalası” marketlə “Fədək” un məmulatlarının satışı mağazasının arasında yerləşən ağacın dibində ağ rəngli sellofan torbanın içində yerə qoyulduğunu və həmin yerin ünvanını onlara dəqiq olaraq izah edib həmin yerin şəklini çəkib “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onlara göndərərək gedib psixotrop maddəni götürmələrini bildirdiyini, bundan sonra Ceyhun tanışı Təqsirləndirilən şəxs2lə birlikdə həmin yerə gələrək “Əlirza” adlı şəxsin onlara göndərdiyi psixotrop maddəni götürdüklərini, həmin psixotrop maddəni iki yerə bölərək üzərlərində saxlayaraq daşıdıqlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan torbada olan psixotrop maddə zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon və ona məxsus şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Protokol tərtib edilmiş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxslərə təsir və təzyiq olunmamışdır. Təqsirləndirilən şəxslər sorğu zamanı narkotik vasitəni satmaq məqsədi ilə aldıqlarını bildirmişlər. Təqsirləndirilən şəxslərin hər birinin üzərindən 1 büküm aşkar olunmuşdur. Bükümlür böyük bükümlür olmuşdur. Bükümlər 150 qrama oxşar bükümlər olmamış, böyük bükümlər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 14 yanvar 2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək daşımaları barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 6-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 14 yanvar 2021-ci il tarixli, Ə17-007-21 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində əməliyyat tədbirləri keçirilməsi və ifşa edilmələri üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 41-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs2 əynində olan gödəkçəsinin cibində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin iç sol cibində olan 01 ədəd şəffaf sellofan torbanı, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində olan “Hisense” markalı mobil telefonu, gödəkçəsinin sol yan cibində olan 50 manat pulu və açarları çıxarıb təqdim etmiş və təqdim etdiyi 01 ədəd şəffaf sellofan torbanın içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan torba açıldıqda torbanın içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 əynində olan gödəkçəsinin cibində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan qırmızı rəngli gödəkçəsinin sol yan cibində olan 01 ədəd şəffaf sellofan torbanı, əynində olan cins şalvarının sağ yan cibində olan “Samsung” markalı mobil telefonu və bir ədəd açarı, şalvarının arxa sağ yan cibində olan 5 manat pulu və şalvarının sol arxa cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofan torbaya baxıldıqda içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bildirmişlər ki, birgə psixotrop maddələrin satışı ilə məşğul olmaq barədə Təqsirləndirilən şəxs1 təklifindən sonra Təqsirləndirilən şəxs2 Vüsalə adlı tanışından əldə etdiyi mobil telefon nömrəsinə birlikdə 13.01.2021-ci il və 14.01.2021-ci il tarixlərdə «Whatsapp» vasitəsilə zəng edib İran vətəndaşı Əlirza adlı şəxslə əlaqə saxlayaraq pulunu sonradan ödəmək şərti ilə həmin şəxsdən 10.000 manat dəyərində psixotrop maddə metamfetamin sifariş verdiklərini, bu barədə razılıq əldə etdikdən sonra 14 yanvar 2021-ci il tarixdə saat 18 radələrində “Əlirza” adlı şəxsin ona zəng edib göndərdiyi psixotrop maddəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində fəaliyyət göstərən “Qızqalası” marketlə “Fədək” un məmulatları mağazasının arasında yerləşən ağacın dibində ağ rəngli sellofan torbanın içində yerə qoyulduğunu və həmin yerin şəklini çəkib “whatsapp” la göndərdikdən sonra, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə həmin yerə gedərək “Əlirza” adlı şəxsin onlara göndərdiyi psixotrop maddəni götürdüklərini, həmin psixotrop maddəni iki yerə bölərək üzərlərində saxlayıb daşımışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş sellofan torbalar qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 50 manat pul özünə qaytarılmış, “Hisense” markalı mobil telefon isə iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 5 manat pul və açarlar isə özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə video çəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 63-67-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2021-ci il tarixli, 6/181 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş...” yazısı olan paketdəki 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 418,100 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” yazısı olan paketdəki 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 636,300 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş metamfetamin və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş metamfetamin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in İ siyahısına daxildir. Cinayət işinin 1-ci cild 180-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair 27 yanvar 2021 -ci il tarixli, 5(005)-94/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi polis polkovniki Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 14 yanvar 2021-ci il tarixli qərar və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 201-203-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2021 -ci il tarixli, 5(001)-130/2021 saylı qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi polis polkovniki Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 14 yanvar 2021-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinin 1-ci cild 210-211-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X1 20 fevral 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 418,0 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 636,2 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. Cinayət işinin 1-ci cild 214-216-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 fevral 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***- **-** mobil nömrəsinə daxil olan və çıxan sms və zəng məlumatlarına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**- ** mobil nömrəsi arasında müxtəlif məzmunlu yazışmalar qeydə alındığı müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı başqa məlumat müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cild 234-236-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 mart 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrəsinə daxil olan və çıxan sms və zəng məlumatlarına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi arasında müxtəlif məzmunlu yazışmalar qeydə alındığı müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı başqa məlumat müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cild 237-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 mart 2021-ci il tarixli sərhədkeçmə ilə bağlı baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa ölkələrə sərhədkeçməsi ilə bağlı məlumatlara baxış keçirilmiş, lakin onların başqa ölkələrə gedişgəlişi müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cild 238-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 09 mart 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş psixotrop maddələrin müəyyən edilməsi, həmin şəxslərin digər cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyən edilməsi, həmçinin, Əlirza adlı İran İslam Respublikası vətəndaşının şəxsiyyətinin və yerinin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müsbət nəticə əldə olunmamışdır. Cinayət işinin 1-ci cild 239-240-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 mart 2021-ci il tarixli cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefona və Təqsirləndirilən şəxs2 aşkar edilmiş “Hisense” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı “Samsung Galaxy A10” markalı mobil telefonunun “Whatsapp” sosial şəbəkəsindən İran İslam Respublikasına məxsus +**********66 saylı mobil nömrə ilə əlaqə saxlanması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 öz istifadəsində olan mobil nömrədən İİR-na məxsus +**********66 saylı nömrəyə Qaqa işin yoxdusa yığda məni məzmunlu mesaj göndərmiş, həmin nömrənin sahibi isə Təqsirləndirilən şəxs1 … «Qadan alım internet zəifdi kəsilir, problem yoxdur, sən məni yığadan deyəcəm 100 manat taksi yə demişəm gətirib orda, 100 manat məndən taksi pulu alır məzmunlu mesaj göndərmişdir…» Daha sonra həmin mobil nömrədən “Whatsapp” sosial şəbəkəsində Təqsirləndirilən şəxs1 dəfələrlə zəng edilmişdir. Həmin telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Hisense” markalı mobil telefon işləmədiyindən və açımadığından, həmin telefona baxış keçirmək mümkün olmamışdır. Cinayət işinin 1-ci cild 39-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X1 cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 31 mart 2021-ci il tarixli qərarından görünür ki, cinayət işinin materiallarından külli miqdarda psixotrop maddənin mənbə xüsusatına görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilərək bildirmişlər ki, onlar aşkar edilmiş psixotrop maddə metamfetamini yalnız özləri istifadə etmək üçün əldə etmişlər, satmaq məqsədləri olmamış, həmçinin, onlarda ikisində birlikdə 300 qram narkotik vasitə metamfetamin olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verib onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştiraklarını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğu, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin verdikləri ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının, həmçinin, «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02.06.2016-cı il tarixli qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən psixotrop maddə hesab edilən metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qram və ondan artıq olan hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02.06.2016-cı il tarixli qərarının 19-cu bəndində göstərilmişdir ki, bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 206-207-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 1-2-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 15 fevral 2021 -ci il tarixli 488 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və Çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 196-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 09 fevral 2021ci il tarixli, 19/51-1633 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cild 221-222-ci vərəqələrində olan Sabirabad RİHB-nın Qaratəpə KİƏDÜN-dən daxil olmuş 19 fevral 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibinə atası 1973-cü il təvəllüdlü X9 və bacısı 1996-cı il təvəllüdlü X3 daxildirlər. Yaşadığı yer üzrə müsbət xasiyyətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinin 1-ci cild 208-209-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 3-4-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 15 fevral 2021-ci il tarixli 486 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi ilə nəticələnən Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs2 İİİ qrup əlil olması ilə əlaqədar, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 197-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 09 fevral 2021ci il tarixli, 19/51-1636 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cild 198-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 10 fevral 2021-ci il tarixli, 1025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 1-ci cild 228-229-cu vərəqələrində olan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibinə X4, X10 və X6 daxildirlər. Yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Cinayət işinin 1-ci cild 231-ci vərəqəsində olan 15 yanvar 2019-cu il tarixli, 019103 nömrəli vəsiqənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 3-cü qrup gözdən əlildir. Məhkəmə Təqsirləndirilən şəxs2 müsbət xasiyyətləndirilməsini və İİİ qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 14 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 33-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 14 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 1-ci cild 145-150-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 yanvar 2021-ci il tarixli, 4(005)-63/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 14 yanvar 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs X7 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 14 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 17-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X10 14 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 151-155-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 yanvar 2021-ci il tarixli, 4(005)-65/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 14 yanvar 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nairliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 418 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs1 götürülmüş qalıq qalan 636,2 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılmalı və 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz ) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz ) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nairliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 418 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs1 götürülmüş qalıq qalan 636,2 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılsın. 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar