Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1054/2022 19.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi bıçağı tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 24 yanvar 2021-ci il tarixdə saat 12 radələrində tanışı Zərərçəkmiş şəxs qohumlarına çatmalı olan sənədi ona vermək bəhanəsi ilə sonuncunu ünvan 2 ünvanda yerləşən parka dəvət etmiş, orada Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə sillə ilə vuraraq sonuncunun əynində olan idman şalvarının sağ cibindən yarı hissəsi çöldə qalmış üzərində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 300 manat dəyərində bir ədəd «X8 10» markalı mobil telefon aparatını götürməklə açıq talamış, Zərərçəkmiş şəxs onun qollarından tutub götürdüyü mobil telefon aparatının qaytarılmasını tələb etdikdə o, cinayətkar hərəkətlərini davam etdirərək, üzərində gəzdirdiyi istintaqla müəyyən olunmayan bıçağı cibindən çıxarıb tiyəsini açaraq silah qismində nümayiş etdirməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edərək üzərində olan bütün pullarını tələb etdikdə, Zərərçəkmiş şəxs onun hərəkətlərinə görə sağlamlığı üçün təhlükə yarandığını görüb hadisə yerindən uzaqlaşmış, nəticədə sonuncuya ümumilikdə 305 (üç yüz beş) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, təxminən 10 ilə yaxındır ki, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən ət dükanında qəssab kimi işləmişdir. Onunla eyni dükanda Sürməli xadimə kimi işləmiş və sonuncunun vasitəsi ilə onun Rəvan adlı nəvəsini də tanımışdır. İşlədikləri son dövrdə hiss etmişdir ki, Sürməli dükandan özü ilə az-az ət oğurlayıb evinə aparır. Çünki, dükan sahibi olmayan vaxtlarda əti o satmış, sahibi gələndən sonra isə ona təhvil verilən çəkiyə uyğun olaraq hesablayıb qalıq əti və pulu ödəmişdir. Özü yoxlayarkən görmüşdür ki, satılmış ət pulunu və qalıq əti müqayisə edəndə çatışmazlıq hiss olunur. Amma dükan sahibi ilə anlaşılmazlıq yaranmaması üçün o, hər dəfə çatışmayan hissəsini öz hesabına bərpa etmişdir. Təxminən 12-16 kvadrat metr sahəsi olan ət dükanının içərisində Sürməlinin əti necə götürə bilməsini müəyyən edə bilməmişdir. Oradan bu şəkildə ət götürülə bilməsi imkanı da əslində çox çətin olmuşdur. Amma çatışmazlığın səbəbi ilə bağlı gümanı başqa bir yerə getməmiş, fikri elə Sürməlidə qalmışdır. Bəzən də mühasibat edilərkən aşkar olunan çatışmazlıq onun maaşından kəsilmişdir. O, dəfələrlə bu barədə mağazanın sahibi qohumu Vüsal Süleymanlıya bildirmiş, amma Vüsal ona inanmamışdır. O da əsəbiləşib bu səbəblə 28 dekabr 2021-ci il tarixdə öz istəyi ilə işdən çıxmışdır. 24 yanvar 2022-ci il tarixdə saat 12 radələrində o, Rəvana zəng edərək Sürməlinin ona olan borcunu qaytarmasını istəmişdir. Rəvan isə nənəsinə şər atdığını və nənəsinin heç bir oğurluq etmədiyini demişdir. Bundan sonra o, Rəvanla görüşmək qərarına gəlmiş və sonuncunu hansısa sənədləri vermək adı ilə Xətai rayonu, Zığ yolunda yerləşən iki yolun ortasındakı parkda görüşməyə çağırmışdır. Rəvan təxminən 15-20 dəqiqədən sonra gəlmiş və söhbət əsnasında yenə Rəvana nənəsinin oğurluq etdiyini dedikdə, Rəvan ona birlikdə nənəsinin yanına getməyi və bu sözləri nənəsinə deməsini istəmişdir. O isə Rəvana nənəsinə söz çatdıra bilməyəcəyini dedikdə Rəvan ona “sən uje bəhanə edirsən” demişdir. Həmin vaxt o, əsəblərini cilovlaya bilməyərək sağ əli ilə Rəvanın üz nahiyəsinə sillə vurmuş və sonuncunun idman şalvarının sağ cibindən bir hissəsi görünən mobil telefonu götürmüşdür. Rəvan da dərhal onun qollarından tutaraq telefonunu geri verməsini istəmiş, o isə Rəvana qışqıraraq əlini çəkməsini tələb etdikdə sonuncu əllərini onun qolundan çəkərək qaçmağa başlamışdır. Bundan sonra oradan çıxıb getmiş və Rəvanın cibindən çıxartdığı “Redmi Note 10” markalı mobil telefonu Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Elşən Telecom” adlı telefon mağazasında işləyən şəxsə 140 manata satmışdır. Həmin şəxs mobil telefonu alanda ondan şəxsiyyət vəsiqəsini tələb etmişdir. Buna görə də o, şəxsiyyət vəsiqəsini həmin şəxsə vermiş, sonuncu da şəxsiyyət vəsiqəsinin surətini çıxarıb ona geri qaytarmışdır. Bundan sonra telefonu alan şəxs vəsiqənin surətinin üzərində telefonun markasını, imei kodunu, tarixi və onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni qeyd edərək telefonu ondan almışdır. O, mobil telefonu satanda özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Əldə etdiyi 140 manat pulu özünün şəxsi ehtiyaclarına xərcləmişdir. Telefonun üstündəki mobil nömrəni isə satmaq üçün aparanda çıxarıb yolda xatırlamadığı yerdə tullamışdır. O, Rəvanın üstünə bıçaq çıxartmamış, ümumiyyətlə onun üstündə bıçaq olmamışdır. Etdiyi əməldən peşmandır. Hazırda Rəvana vurduğu ziyanı ödəmişdir. Ona görə də cəza təyin edilərkən bu halların, habelə cavan olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, təxminən iki ilə yaxındır ki, yaşadığı evin yaxınlığında yerləşən ət dükanında işləyən Təqsirləndirilən şəxs tanıyır. Orxanla dostluğu olmamış, eyni zamanda aralarında pis münasibət də olmamışdır, məhəllə adamı kimi rastlaşanda salamlaşmışlar. Onun nənəsi Sürməli də Orxanın işlədiyi ət dükanında xadimə kimi çalışmışdır. Həmin ət dükanını Vüsal adlı şəxs işlətmiş və nənəsi hər gün saat 09 radələrində işə getmiş, saat 12 radələrində isə işlərini bitirib evə qayıtmışdır. 24 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Orxan ona zəng vuraraq hal-əhval tutmuşdur. O, təəccüblə Orxandan onun nömrəsini kimdən aldığını soruşmuş, Orxan isə ümumi tanışlardan aldığını demişdir. O, Orxana “buyur, nə lazımdır?" dedikdə sonuncu ona sənəd verəcəyini, onun həmin sənədi qohumlarına çatdıracağını xahiş etmişdir. O, Orxana evdə işlərinin olduğunu, həm də ustalarla olduğunu, üst-başının tozlu olduğunu, başının qarışıq olmasını desə də Orxan görüşmələrinə təkid etmişdir. Orxanın onu Xətai rayonu, Zığ yolu 13 ünvanının yaxınlığında iki yolun orta hissəsində yerləşən parkda gözlədiyini dəqiqləşdirib evdən çıxmış və təxminən 10 dəqiqədən sonra Orxanın yanına çatmışdır. Onu yolun kənarında gözləyən Orxana yaxınlaşaraq salamlaşmış, Orxan ona normal səs tonu ilə "xahiş edirəm bir dənə gəl parka sənədi sənə verim" sözlərini demişdir. O da nə sənəd olduğunu soruşduqda Orxan ona “sənəddir də” deyib parkın içərisinə doğru irəliləməyə başlamışdır. Onlar birlikdə parkın içərisinə çatanda gözləmədiyi anda Orxan anidən onun sifətinə sillə ilə bərk zərbə vurmuş və əynindəki idman şalvarının sağ cibində olan “Redmi Note 10” markalı mobil telefonunu götürmüşdür. O, hadisənin şoku içərisində əlləri ilə Orxanın qolundan tutub nə baş verdiyini və onun telefonunu təcili qaytarmasını dedikdə, Orxan ona qarşı nalayiq ifadələr işlətmiş, səsləndirə bilmədiyi çox ağır söyüşlər söymüş, sağ əlini şalvarının belinə aparıb belindən bıçaq çıxardıb ona istiqamətlənmiş şəkildə saxlamış, həmin anda Orxanın onu bıçaqla vura biləcəyini real hiss edib bərk qorxmuş, həm öz canının qorxusunu və yaşamaq istəyini, bıçaqla vurulacağı halda bir anda həm də evin tək övladı olması səbəbindən ailəsinin düşə biləcəyi vəziyyəti düşünüb əlini Orxanın qolundan çəkərək sürətlə oradan qaçıb uzaqlaşmağa başlamışdır. Bir qədər getdikdən sonra arxaya baxmış və Orxanın gəlmədiyini görüb öz evinə getmişdir. Həmin hadisədən sonra Orxanın onunla eyni məhəllədə yaşadığını bildiyi üçün sonuncunun etdiyi əməldən peşman olaraq ona məxsus olan mobil telefonu geri qaytarmağını gözləmiş, amma Orxan onun telefonunu geri qaytarmamışdır. Hətta nənəsi Sürməli də Orxanın qohumlarına, ağsaqqallarına müraciət edib düşmənçiliyə gərək olmadığını, şikayət etmək istəmədiklərini deyib telefonu qaytarmağa kömək etmələrini xahiş etmişdir. Amma Orxanın böyüklərinin cəhdi də bir nəticə verməmiş, Orxan telefonu qaytarmaqdan imtina etmişdir. Ona görə də məcbur olub sonda 102 xidmətinə müraciət etmək qərarına gəlmişdir. 102 xidmətinə zəngində də hadisəni olduğu kimi, yəni Orxanın bıçaq tətbiq etməklə telefonunu əlindən aldığını bildirmişdir. Onun nənəsi heç bir halda dükandan ət oğurlamamışdır. Ümumiyyətlə bu barədə söz-söhbəti Orxan sonradan uydurub ortaya atmışdır. Nə dükanın sahibi, nə də qeyri kimsə bu barədə əvvəllər heç bir fikir bildirməmişdir. Sonradan ona düymələri artıq işləməyən telefonu qaytarılsa da, kreditə götürdüyü telefonun pulunu məcbur qalıb ödəməkdə davam etmişdir. Yəni, ona vurulmuş ziyan əslində tam ödənilməmişdir. Həm də nə Orxan özü, nə də qohumları onlarla barışmaq üçün heç bir addım atmamış, üzrxahlıq etməmişlər. Ona görə də Orxanın cəzalandırılması barədə qanunun tələb etdiyi qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, qızı Ellada və nəvəsi Rəvan ilə birlikdə yaşayır. Maddi sıxıntıları olduğuna görə 2019-cu ildən 2022-ci ilin yanvar ayına qədər Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən, Şahid3 məxsus ət dükanında xadimə işləmişdir. Hər gün səhər saat 9-dan 12-yədək işləmiş, təmizlik işlərini yekunlaşdırıb evinə qayıtmışdır. Təqsirləndirilən şəxs onunla birlikdə həmin mağazada qəssab işləmiş və işlədiyi müddət ərzində Orxanla aralarında heç bir narazılıq olmamışdır. Orxan özü də günəmuzd işləmişdir. Yəni, lazım olanda gəlib 20 manat zəhmət haqqı müqabilində bir dananı kəsib soyaraq Şahid3 təhvil verib getmişdir. Onunla münasibəti həmişə normal olmuşdur. Amma sonradan Orxanın onlarla eyni məhəllədə yaşayan qonşular barəsində, onun özü barəsində həqiqətə uyğun olmayan ifadələr işlədərək ona şər atmasını eşidəndə çox pis olmuşdur. Hətta Orxan onun guya dükan sahibi olan nəvəsi yaşında Vüsalla qadın-kişi münasibətlərində olması barədə şaiyə yaymış, bunu eşidəndə çox sarsılmışdır. Rastlaşanda Orxana böyük kimi məsləhət verərək həqiqətə uyğun olmayan şeylər danışmaması və insanları şərləməməsini tövsiyyə etmişdir. Heç vaxt işlədiyi yerdən ət oğurlamamaş, hər hansı əliəyrilik etməmişdir. Bu onun mənəviyyatına və xarakterinə zidd olan bir məsələdir. Orxanın həbs olunandan sonra bu barədə kimlərəsə bildirməsi ona çox pis təmir etmişdir. Cəmi 15-16 kvadratmetrlik bir sahədə yerləşən qəssab dükanından kiminsə ət oğurlaması belə mümkün deyildir. O, səhər işə gedən kimi ağ xələtini geyinib işini görmüş, sonra da işini bitirib evinə qayıtmışdır. Orxanın dükan sahibi ilə bağlı aralarında heç bir narazılığının şahidi olmamışdır. Orxan özü də ona heç vaxt hansısa çəkidə ətin əskik gəlməsi barədə bildirməmişdir. 24 yanvar 2022-ci il tarixdə işdən çıxaraq evinə getmiş, sonra nəvəsi Rəvan evə gələrək Orxanın onu vuraraq və üstünə bıçaq çıxardaraq mobil telefonunu ələ keçirtdiyini bildirmişdir. Orxanın böyüklərinə, ağsaqqal qohum-əqrabasına müraciət edib telefonu gətirib qaytarmasını xahiş etmiş, bu məsələyə görə şikay1ət edib arada düşmənçilik yaranmasını istəmədiklərini bildirmişlər. Amma müəyyən vaxtdan sonra qohum-əqrabası Orxanın onlara qulaq asmadığını bildirdiyindən polisə şikayət etmişlər. Polis Bölməsində olarkən Orxan onu görəndə ən nalayiq ifadələrlə söyüb təhqir etmiş, ağbirçək yaşında onun şəxsiyyətini alçaltmışdır. Amma bir ağbirçək olaraq hansısa əlavə şikayət etmək fikrinə düşməmişdir. Orxanın etdiyi əmələ görə qanun qarşısında cavab verməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, təxminən üç ilə yaxındır ki, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov 13 ünvanında yerləşən ət dükanını icarə əsasında işlədir. Təqsirləndirilən şəxs isə təxminən bir ilə yaxındır ki, tanımışdır. Orxanın onunla eyni məhəllədə yaşaması və qohumlarını tanımağı səbəbi ilə münasibəti yaranmışdır. Orxan işsiz olmuş və özü ondan iş istəmişdir. O da Orxana gəlib həmin ət dükanında iribuynuzlu və xırda buynuzlu heyvanları kəsməsini təklif etmişdir. Bunun müqabilində isə Orxana hər dananı kəsməsi müqabilində 20 manat pul vermişdir. Həmin vaxtlarda onunla eyni məhəllədə yaşayan Sürmə adlı yaşlı qadın da onun ət dükanında işləmiş və gündəlik olaraq oranı təmizləməklə məşğul olmuşdur. Orxan işlədiyi müddət ərzində Sürmə ilə aralarında heç bir söz-söhbət olmamışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində söhbət əsnasında Orxan ona ət dükanı açmaq istədiyini bildirmişdir. O da Orxana xeyirli olmasını arzulamış, amma həmin vaxt bayram ərəfələrində müştərilərin çox olması səbəbi ilə Orxandan bir neçə gün də onun mağazasında işləməsini xahiş etmişdir. Amma Orxan bundan imtina etmiş və ona yüksək səs tonu ilə “bundan sonra mənim nömrəmi sil" deyərək mağazanı tərk etmişdir. Orxan ona Sürmənin ət oğurlaması barədə heç vaxt bir söz deməmiş, ümumiyyətlə belə hal baş verməmişdir. Orxanın işlədiyi müddət ərzində dükanda olan ət qalığında və kassadakı pulda heç vaxt çatışmazlıq olmamışdır. Orxanın Rəvana qarşı törətdiyi əməl barədə isə hadisədən sonra eşitmiş, Sürmənin nəvəsi Rəvanın üstünə bıçaq çəkməklə telefonunu əlindən aldığını bilmişdir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş X1 göstərmişdir ki, təxminən 12 ilə yaxındır ki, ünvan 4 ünvanında yerləşən “Elşən Telecom”da satıcı kimi işləyir. İşlədiyi mağazanın təyinatı yeni mobil telefonların satışı olsa da, bəzən işlənmiş mobil telefonlar da alaraq üzərinə cüzi miqdarda xeyirlərini qoyaraq satmaqdır. Belə olan hallarda onlar mobil telefon satan şəxsdən şifahi olaraq mobil telefonun özünə məxsus olub-olmamasını soruşaraq daha sonra isə sonuncudan şəxsiyyətini təsdiq edən sənədi alaraq mobil telefonu pul qarşılığında almışlar. Həmin şəxsin onlara təqdim etdiyi şəxsiyyətini təsdiq edən sənədin isə surətini çıxardaraq özlərində saxlamışlar. 24 yanvar 2022-ci il tarixdə saat təxminən 14 radələrində mağazada olan zaman tanımadığı bir şəxs mağazaya daxil olaraq onunla salamlaşmışdır. Salamlaşdıqdan sonra adının sonradan Orxan olduğunu bildiyi şəxs cibindən bir ədəd "Redmi Note 10” markalı mobil telefon cihazını çıxardaraq həmin mobil telefonu ona uzadaraq satmaq istədiyini bildirmişdir. O, Orxandan həmin mobil telefonu götürərək baxmışdır. Mobil telefona baxa-baxa Orxana mobil telefonun özünün olub-olmadığını soruşmuşdur. Orxan isə ona mobil telefonunun özünə məxsus olmasını bildirmişdir. O, Orxandan telefonu neçəyə satdığını soruşduqda sonuncu ona 160 manata satdığını demişdir. O, isə Orxana baha olduğunu deyərək 140 manata satıb-satmayacağını soruşduqda Orxan razılıq vermiş və onlar razılaşdıqdan sonra Orxandan şəxsiyyətini təsdiq edən sənədi tələb etmişdir. Orxan ona özünə məxsus olan şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra isə o, həmin şəxsiyyət vəsiqəsinin surətini çıxartmış və Orxana 140 manat pul ödəyərək, mobil telefonu almış və Orxan mağazadan çıxıb getmişdir (cild 1, iş vərəqə 86-88). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 13 ünvanının yaxınlığında olan və iki yolun orta hissəsində yerləşən parkın içərisində olmuşdur. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 12-16). İfadənin yerində yoxlanılması haqqında 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin faktiki baş vermə hallarını və yerini əyani olaraq bilavasitə yerində ətraflı şəkildə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 129-131). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 51-54). Təqdim etmə və götürmə barədə 27 yanvar 2022-ci i tarixli protokoldan görünür ki, X1 Təqsirləndirilən şəxs quldurluq yolu ilə əldə etdiyi bir ədəd "X8 10” markalı mobil telefonu və Təqsirləndirilən şəxs məxsus AZE******** seriyalı şəxsiyyət vəsiqəsinin surətini istintaqa təqdim etmişdir. Rövşən Qəmbərovun təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus AZE******** seriyalı şəxsiyyət vəsiqəsinin surətinin üzərində “24.01.2022; Redmi-NOTE- 10; İMEİ: **********21643 və Tel 070- 644-21-11" sözləri yazılmışdır (cild 1, iş vərəqə 90- 91). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 12 aprel 2022ci il tarixli 909 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə “xroniki sayıqlama pozuntusu” psixi xəstəliyin remissiya mərhələsində olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda “xroniki sayıqlama pozuntusu” psixi xəstəliyinin remissiya mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları ilarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qeyd olunan xroniki psixi xəstəlik onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırda “xroniki sayıqlama pozuntusu” xəstəliyinin remissiya mərhələsində olduğundan və hazırkı psixi vəziyyətinə görə onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs təfəkkürünün ilişkən olması, mücərrəd anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, yaddaş və diqqət proseslərinin kifayət qədər aktiv olduğu aşkar olunmaqla əqli-intellektual imkanlarının normaya uyğun olduğu müəyyən edilir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, ola biləcək nəticələri proqnozlaşdırmadan davranmaq, inadkarlıq, konfliktə və mübahisəyə meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməllərini törədən zaman öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs hadisə zamanı və hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs hadisə zamanı və hazırkı psixi vəziyyətinə görə iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri aşkar olunmadı (cild 1, iş vərəqə 109-112). Məhkəmə tibbi ekspertizasının 27 yanvar 2022-ci il tarixli 108 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir (cild 1, iş vərəqə 113-114). Məhkəmə kompüter-texniki ekspertizasının 3 mart 2022-ci il tarixli 5/210-9/1043 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təhciz olunmuş “X8 10" markalı “M2101K7AG” modelli “**********21643, **********21650” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “X8 10” markalı “M2101K7AG" modelli “**********21643, **********21650" İMEİ kodlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması, istifadədə və işlək vəziyyətdə olması nəzərə alınmaqla 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 300 manat müəyyən edilir (cild 1, iş vərəqə 115-118). Əşyanın tanınmaya təqdim edilməsi haqqında 11 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs “X8 10” markalı mobil telefonu təqdim edilmiş digər eynicinsli əşyalar arasında tanıyaraq ona məxsus olduğunu təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 119- 121). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətindən daxil olmuş məlumatla bağlı Bakı şəhəri Xətai rayon Polis İdarəsinin məsul növbətçisi tərəfindən tərtib edilmiş 24 yanvar 2022-ci il tarixli raportdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs həmin xidmətə müraciət edərək «Qonşusu Orxanın onu döyüb, bıçaqla hədələməsi və cibindən Redmi markalı mobil telefonunu almasını» bildirmişdir (cild 1, iş vərəqə 7). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 107-108). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 7-ci bəndinə əsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin qərarın 23-cü bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Həmin Plenum qərarının 25-ci bəndinin ikinci abzasında qeyd edilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.)həmçinin hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər(məsələn, mexaniki püskürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla basqın etmədiyinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, hadisə barədə zərərçəkmiş şəxsin 102 xidmətinə məlumat verməsini əks etdirən detallı ilkin materiallar, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə bu qənaətə gəlir ki, telefonu zərərçəkmiş şəxsin iradəsinə zidd bir şəkildə taladıqdan dərhal sonra, faktiki olaraq eyni anda baş verməklə digər əli ilə belindən bıçağı çıxardıb əmlakını geri tələb edən Zərərçəkmiş şəxs istiqamətləndirib həm də eyni anda ağır söyüşlər söyməkdə davam edən təqsirləndirilən şəxsin həmin an üçün yaratdığı vəziyyət psixi təsir kimi zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsinin real mənzərəsini tam əks etdirir. Bu hərəkətlərin məcmusu isə silah qismində tətbiq edilən əşyadan istifadə edilməklə quldurluq cinayətinin tərkib əlamətlərini tam əhatə edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini, həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 25 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 28, 79-82). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Zərərçəkmiş şəxs məxsus “X8 10” markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 39, 163). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X3 işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, vurulmuş ziyanın tam ödənilmədiyini bildirən Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində ona vurulmuş ziyanın tam ödənilməsi ilə bağlı cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə əsasən ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar : - “X8 10” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın; - Təqsirləndirilən şəxs məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X3 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosuna 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş iş üzrə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə ona vurulmuş ziyanı tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1054/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1054/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver