Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1054/2023 15.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X12 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri X1, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xankəndi şəhərində qeydiyyatda olan və tutulana qədər ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 7,933 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 08 sentyabr 2022-ci il tarixdə saat 17:20-də Nəsimi rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis idarəsinə gətirilmiş və orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sol yan cibindən 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,115 qram və 7,818 qram olmaqla ümumi təmiz çəkisi 7,933 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə etdiyi üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, narkotiki istifadəçisi olduğuna görə Kubinka deyilən əraziyə narkotik almağa getmişdir. Narkotiki alıb qayıdan zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. Cibini yoxlayan zaman 1 çet, yəni 1 dəfə istifadə miqdarında narkotik aşkar olunmuşdur. 1 çet, yəni yarım qramdan az miqdardır. Daha sonra onu polis bölməsinə gətirmişlər. Orada olduğu vaxt ona qarşı təzyiqlər olmuşdur. İlk öncə çox miqdarda narkotik verərək götürməsini demişlər, daha sonra 1 qram narkotik verib onsuzda öz üzərindən də aşkar olunub demişlər. 1 qram narkotikə razılıq vermiş, əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunacağını demişlər. Aşkar olunan narkotiki skoç ilə bağlamışlar. Narkotiki kimdən almasını soruşduqda Samir adlı şəxsdən almasını bildirmişdir. Deyilənlərlə razılaşmışdır. İlk öncə CM-nin 234.1-ci maddəsini demişlər, daha sonra CM-nin 234.4.3-ci maddəsi ilə sənədləşdirmişlər. Müstəntiqə ifadə verən zaman ona bildirildi ki, ”gəl istifadə edək” məzmunda SMS vardır. Bu səbəbdən də əməli CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmuşdur. Əlbəəl 10 manat pul verib narkotiki götürmüşdür. Artıq 1 il yarım olar ki, narkotik istifadə edir. Üzərində 0,2 qram narkotik olmuş, narkotikdən mütəmadi yox, arada bir istifadə etmişdir. Əvvəllər Rusiya Federasiyasında yaşamışdır. Narkotikin qramı 35 manata satılır. 08 sentyabr tarixində şübhəli şəxs qismində saxlanılmışdır. Narkotiki alıb qayıdan zaman saxlayıb əllərini cibinə salmışlar. 4 nəfər polis əməkdaşı tərəfindən tutulandan sonra onu polis bölməsinə aparmışlar. Polis Bölməsində götürdükləri narkotiki ona verib videoçəkiliş etmişlər. Videoçəkiliş zamanı cibindən çıxartdığı narkotiki orada tərəzidə ölçməmişlər. Özləri verdikləri 1 qram narkotiki bir neçə dəfə təkrar büküb ona vermişlər. Videoçəkiliş zamanı müdafiəçi gəlib onun vəziyyətinə baxıb iştirak edə bilməyəcəyini bildirmişdir. Təcridxanaya daxil olan zaman xəsarətləri ilə bağlı qeydiyyat aparmışlar. O, ifadəsində daha sonra qeyd etmişdir ki, narkotik istifadəçiləri arasında “kola” sözünü kakos, yəni heroinə, su metadona demişlər. “Dərman” sözünu metadona, “piti” isə patıya deyilmişdir. “Tema var” ifadəsi o halda istifadə olunur ki, yəni narkotik var. Hər hansı biznesi olmamış, dərman alveri ilə də məşğul olmamış, arada istifadəçisi olduğuna görə dərmandan istifadə etmişdir. O, ifadəsində onu da qeyd etmişdir ki, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə çıxarıldığı zaman hakimə ittihamda qeyd olunan miqdarda yox, 1 dəfə istifadə miqdarında narkotik olmasını demişdir. İbtidai istintaqda verdiyi ifadələri təzyiq nəticəsində vermiş, ona deyilən formada demişdir. O, ifadəsində daha sonra qeyd etmişdir ki, ***-***- **-** saylı mobil nömrəsi ona məxsusdur və həmin mobil nömrəni istifadə etmişdir. Həmçinin onun yazdığı və ona yazılmış SMS-ləri inkar etməyərək onun tərəfindən yazılmasını və ona yazılmasını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin polis əməkdaşları tərəfindən tutulmamışdan əvvəl almasına dair iltizam təqdim olunmuş və bildirmişdir ki, qeyd olunan iltizam onun tərəfindən yazılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Rəhmi oğlu 10 sentyabr 2022-ci il tarixdə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 08 sentyabr 2022-ci il tarixdə saat təxminən 17:20 radələrində ünvan 4 ünvanın qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra hərəkətlərinin şübhəli olduğunu bildirərək onu Nəsimi RPİ-nin inzibati binasında otaqlardan birinə dəvət etmişlər. Xidməti otaqda olarkən hüquqlarının müdafiə olunması üçün ona vəkillərin siyahısı təqdim olunmuş və həmin siyahıda qeyd olunan vəkillərdən birini hüquqlarını müdafiə etmək üçün tuta biləcəyi bildirilmişdir. O, növbədə olan vəkilin hüquqlarını müdafiə etməsinə etirazının olmadığını bildirdikdən sonra vəkil polis idarəsinə dəvət olunmuş və ona təqdim olunduqdan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmışdır. Şəxsi axtarış zamanı vəkil şəxsi axtarışda iştirak etməmiş, o da buna etiraz etməmiş, həmçinin bununla bağlı ərizə də təqdim etmişdir. Şəxsi axtarış zamanı ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O, əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd sarı kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroin olan bükümü və gümüşü kağıza bükülmüş toz şəkilili qəhvəyi rəngli narkotik vasitə heroin olan bükümü, həmçinin elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmış, lakin Nokia markalı mobil telefonundan başqa hər hansı bir əşya aşkar olunmamışdır. Sonra üzərindən aşkar edilmiş bükümləri adını deməklə təqdim etməyi təklif olunmuşdur. O, bir ədəd sarı kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli və gümüşü kağıza bükülümüş toz şəkilili qəhvəyi rəngli maddələrin el içində “Kakos” deyilən narkotik vasitə «Heroin» olduğunu bildirmiş, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o, uzun müddətdir narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni 08 sentyabr 2022-ci il tarixdə Yasamal rayonu Kubinka deyilən ərazidə Samir adlı şəxsdən öz istifadəsi üçün 80 manata aldığını bildirmişdir. Mobil telefonu sübut əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Əlavə olaraq bildirir ki, 80 manata aldığı narkotikin 30 manatını dostu Ramindən almış, 50 manatını isə özü qoymuşdur. Bundan sonra iştirakçılara sarı kağıza və gümüşü kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə bənzər maddələrin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, təxminən 2 ildir ki, narkotik vasitə heroin qəbul edir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur, narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitəni əldə etdikdən sonra istifadə etməmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən zor tətbiq edilməmişdir. İstifadəsində ***-***-**-** saylı GSM nömrəsi olmuşdur. «Samir» adlı şəxsdən əvvəllər narkotik vasitə almamış, «Samir» adlı şəxsin anket məlumatı barədə hansısa məlumatı yoxdur, sonuncunu ilk dəfə gördüyündən zahiri görünüşünü də xatırlamır. «Samir» adlı şəxslə aralarında narkotik vasitələrin satışı ilə bağlı hər hansı razılaşma olmamışdır. Onun bank hesabı yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, SMS məlumatları və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixində tərəflərindən keçirilən əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu, Vüqar İsmayılov 7 ünvanının qarşısında Xəqani saxlanılmışdır. Orada kamera çəkilişi vasitəsilə üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar edilmiş, həmin aşkar edilmiş kütlələr təhqiqatçı tərəfindən qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Əməliyyat məlumatı ona daxil olmuş, əməliyyat məlumatı üzərində gəzdirməsilə bağlı olmuş, baxış hadisə yerində keçirilməmiş, idarədə təhqiqatçı tərəfindən kamera vasitəsilə həyata keçirilmişdir. Baxış keçiriləndə aşkar olunur, zərfə qoyulur, sonra qablaşdırılır, 186 nömrəli möhürlə möhürlənir ekspertizaya göndərilir. Şahid1 məhkəmə baxışında istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmiş və həmin ifadəsində göstərmişdir ki, 08 sentyabr 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Xəqani» adlı şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və satışı ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, NMB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid2lə əldə etdikləri məlumat əsasında saat 17 radələrində ünvan 6 ünvanın qarşısında olarkən «Xəqani» adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib «Xəqani» adlı şəxsi Nəsimi RPİ-yə dəvət etmişlər. Orada olarkən «Xəqani» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və sonuncu onlarla birlikdə Nəsimi RPİ-yə gəlmişdir. Polis idarəsinə gəldikdə tərəfindən raportla rəhbərliyə müraciət olunmuş və raportla bağlı araşdırma aparılması Təhqiqat şöbəsinin təhqiqatçısı İlham Məmmədova həvalə olunmuşdur. X8 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən iki ədəd büküm və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmiş və həmin bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin əlində olan Nokia markalı mobil telefonu da təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddənin nə olması soruşulduqda sonuncu həmin maddələrin narkotik vasitə heroin olduğunu, həmin heroini Yasamal rayonu Qubanov deyilən ərazidə Samir adlı şəxsdən öz istifadəsi üçün 80 manata aldığını, bir hissəsini 30 manata dostu Raminə verdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd büküm, elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə Kubinka ərazisində Xəqani adlı şəxsin narkotik vasitəni saxlaması, gəzdirməsi, satması barədə məlumat daxil olmuşdur. İlkinlə Kubinka ərazisinə getmişlər. X13 7 ünvanında Xəqanini görüb saxlamışlar və idarəyə gətirmişdir. İnzibati otaqların birində videoçəkilişlə baxış keçirilən zaman üzərində maddə aşkar edilmişdir. Deyəsən, 2 büküm olmuşdur. Heroin və patı olamlıydı.Üzərindən patı çıxmağı dəqiq yadıtda deyil. Həmçinin tərəzi də aşkar edilmişdir. 2022-ci ildə olan şeydir və ona görə də istintaqda vermiş olduğu ifadəsi dəqiqdir və həmin ifadəsini təsdiq edir. Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 08 sentyabr 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, “Xəqani” adlı şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və satışı ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı NMB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, NMB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid1lə əldə etdikləri məlumat əsasında saat 17 radələrində ünvan 7 ünvanın qarşısında olarkən “Xəqani” adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib, “Xəqani” adlı şəxsi Nəsimi RPİ-nə dəvət etmişlər. Orda olarkən “Xəqani” adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və sonuncu onlarla birlikdə Nəsimi RPİ-yə gəlmişdir. Polis İdarəsinə gəldikdə tərəfindən raportla rəhbərliyə müraciət olunmuş və raportla bağlı apaşdırma aparılması tədqiqat şöbəsinin tədqiqatçısı İlham Məmmədova həvalə olunmuşdur. X10 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya huquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən iki ədəd büküm və bir ədəd elektron tərəzini çıxarıb təqdim etdmiş və həmin bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Xəqai İmanov həmçinin əlində olan Nokia markalı mobil telefonu da təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddənin nə olması soruşulduqda, sonuncu həmin maddələrin narkotik vasitə heroin olduğunu, həmin heroini Yasamal rayonu, Qubanov deyilən ərazidə Samir adlı şəxsdən öz istifadəsi üçün 80 manata aldığını, bir hissəsini 30 manata dostu Raminə verdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd büküm, elektron tərəzi tədqiqatçı tərəfindən qablaşdırılmışdır. İş materiallarında olan 08 sentyar 2022-ci il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 18:40-da (faktiki saxlanılma saat 17:20-də) İmanov X9 RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı İlham Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur (i.v. 24) İş materiallarında olan 10 sentyabr 2023-ci il tarixli Nəsimi rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs göstərmişdir ki, narkotik vasitə istifadəçisidir və üzərində aşkar olunan narkotik vasitəni Yasamal rayonu «Qurbanov» deyilən ərazidə «Samir» adlı şəxsdən 80 manata almışdır. O, həmin narkotik vasitənin bir hissəsini 30 manat müqabilində dostu Raminə vermişdir. Üzərində aşkar olunan tərəzi də ona məxsusdur və həmin tərəzini narkotik alarkən aldadılmaması üçün üzərində gəzdirir. (İ.v. 83-86) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 109 sentyabr 2022-ci il tarixli, 6\4964 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş...» yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 0,115 qram və 7,818 qram olmaqla, ümumi çəkisi 7,933 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdə olan 1 ədəd 6*11 sm ölçüdə gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. (İ.v 58-59) İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 12 dekabr 2022-ci il tarixli, 7536 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 133-134) İş materiallarında olan 08 sentyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə Nəsimi RPİ-yə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən iki ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, bir ədəd elektron tərəzi və əlində olan bir ədəd «Nokia» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. (İ.v 47-54) 01 fevral 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokolan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon ilə aparılan danışıqlara dair məlumatlar və SMS mübadilələrinə dair məlumatlar təhlil olunarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə və həmin nömrədən narkotik vasitələrin alqı-satqısına dair aşağıdakı məzmunda SMS mübadilələri aşkar olunmuşdur: «Xegani brat. Alinmirsa dinen alinmi.. mane umud vermisen. Gelim miwari aparim. Ne elemisiz unun pulunu verim i vse..bele iwter getmez... Agriyiram burda», «Nece kilo lazimdi?», «Gagaw senöl yoxdu. Atmağa yaxwi baron lazimdi. Odaki gelen ile kimi etiacm yoxdu. Atdigimnan 2min varimdi.», «Qaqa ac telefonu yari lazimdi gelim bir yerde qoyax»,«Mala göre yiğmıram ay xeqani ay şerefsiz mal daha (nalayiq ifadələr)», «Gelim qaqa taksideyem piti goturumde pulun da atim karta qiznanam sen ol draznit olmushuq», «Yari piti ver birazda kola». (i.v 125) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə tədqiq edilmiş və müəyyən edilmişdir ki, onun həmin nömrəsindən aşağıdakı məzmunda mesajlar göndərilmişdir: «Gelim qaqa taksideyem piti goturumde pulun da atim karta qiznanam sen ol draznit olmushuq» «Yari piti ver birazda kola» «Qaqa 30 verim», «15 diy pat, 15 diyde kola» «Qaqa 05 pati lazimdi ushaqa var geley alaq», «30 demishem», «Gec alinirsa gedim men ishderim var bir qepiysiz qoydun burda gedim ishimi gorum elemede bele sheyler adam var yanimda ordan demishem derman getirirem yalanci cixardirsan camahatin yaninda bir soz denen ishimi bilim», «Yiqda meni yada mene 1 dene derman teshgil ele yaxshi deyilem», «Sudan lazimdi goturm», «Qaqa gelmishem men kubinkadayam getdi ushaq shey prob gozdeyiller ey bir xeber denen yazda. Həmçinin Təqsirləndirilən şəxs məxsus mobil nömrədən başqa bir nömrəyə 4169 7385 1390 7562 nömrəli kapital bank kartının nömrəsi gönədirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin nömrəsində aşağıdakı məzmunda mesajlar daxil olmuşdur: Seni s..m q…e mennen istifade edib mala otuzdurub attin, «Xegani brat. Alinmirsa dinen alinmi.. mane umud vermisen. Gelim miwari aparim. Ne elemisiz unun pulunu verim i vse..bele iwter getmez... Agriyiram burda», «Aj gagaw nolub? Adboy veriremki bilde daniwa bilsejdim cvb vererdimda aj brat. Bele vajnodursa jaz sms a” , «Nece kilo lazimdi?, «Gagaw senöl yoxdu. Atmaga yaxwi baron lazimdi. Odaki gelen ile kimi etiacm yoxdu. Atdigimnan 2min varimdi.» , «Qaqaw derman isdeyen olsa xeber ver», «Cirigin g..n əmələ gələn peysər blet mənnen də dostlarımnan da uzaq ol paykavoy blet sene xəyanət eləmişəm məni s…i yığma axtarma g..t blet meni mala otuzdurub ağrıda qoymusan pullarımı yimisen haramın olsun gətir qaytar 5000 man sifetve SRAM. Atdiracam kislota tökəcəm dog blet a…n varyoxuvy s..m tələsmə sürprizlər var», «1 həftə vaxtın var ya gətir pullarımı qaytar yada gəlib evivi yandiracam s…s q..ə sennen irgenirem nifrət edirəm sene qarğış edirəm mənə elədiklərin bacıvin balavin. Qabağına çıxacaq q…nin doğduğu. Gətir cattir pulları. Neslivi. S..e S..e alacam onsuzda», «etrafimnan uzaq ol adımı da çəkmə agziva v…m gəlib pyllari hazırla 1 həftə vaxt verirəm sene q…ik edərəm sene alaram o pulu öz xoşunla qaytar cirig tryapka», «Mənə ancaq pislik elədin sene elədiyim yaxşılıqlar indi xosdy mənsiz heyatin baygus kimi tek o evde gynde 1 c…la narkomanlığ edirsen. Meni pis vezyetlere qoydun Xəqani kecmiyecem sene», «Sen. Məni narkoman elədinn puç elədin. Gyl kimi. Həyatımi Allah səni bədbəxt edəcək. İnşallah ahim qalmaz yerdə», «Qaqa ac telefonu yari lazimdi gelim bir yerde qoyax», «Sene hele cox qe…ler edecem pullarimi yimisen haram olacaq tike tike olassan meyidivi gorecem insallax senin sortuvu korpevi s…m basiva cox oyun gelecek hele s…m qeyretivi anavi bacivi oluvu dirivi», «Sudan lazimdi goturmek olar cavab ver iwim var», «Bratka bilirsən vəziəti pulmı qotirim qorişey 10 m qorə qaçan deqiləm səbirli ol qaqaşım ...», «Qaqa yiğ sroçnu meni bu kazinonun 10 m kodunu bayaqlarim tosyaya veren oğlan ver o yiğib mennen bir iki tema marağlandı nese tosyaynan spor olub orda yiğ deyecem xeqani», «Mala göre yiğmıram ay xeqani ay cırığ ay şerefsiz mal daha s…di», «Qaqa sen anovun cani oralarda varsa mene bir tike goturerdiy mehledende usaqlari apariblar sen òl ona gore cixmaq istemirdim», «xx-xx-2022-ci il saat 16:02:26-da Aliwka cixda qubanova qalxanda ikinci povorotdan denmiwem qelmiwwem qabagi moykani kecib diyanmiwam», saat 16:40:33-da “Aliwka viydi ya cerez 5 min tam spustis vniz cut cut». (i.v 126-132) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə qara rəngli şalvarının sol yan cibindən iki ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr boş zərfə qoyularaq üzəri imzalarla təsdiq edilib təhqiqatçı tərəfindən götürülür. O, şəxsi axtarış zamanı göstərdi ki, polisə gətiriləndə heç bir fiziki təsir olmamış, il yarım olar ki narkotik vasitədən istifadə edir, üzərindən aşkar olunmuş narkotiki Qubanov deyilən ərazidən Samir adlı şəxsdən 80 manata özü istifadəsi üçün almışdır. Həmən bu narkotikdən Ramin adlı dostuna 30 manatlıq narkotik vermişdir. Tərəzini ona görə götürmüşdür ki, çəkidə narkotik satan adam aldatmasın. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Səyyad Abbasovun iştirakı olmadan üzərində axtarış keçirilməsinə heç bir etirazı yoxdur. (i.v 46) İş materiallarında olan 18 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsifi qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 7,933 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonrakı 7,833 qram heroin və 01 ədəd tərəzi Nəsimi RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılır. (i.v.145) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.105-106) Nəsimi RPİ-nin 21-ci polis bölməsindən verilmiş əməliyyat tapşırığına cavabda görünür ki, əməliyyat tapşırığında göstərilən xüsusatla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin «Samir» və «Ramin» adlı şəxslərin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Həmçinin əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirir, bununla bağlı dəfələrlə əməliyyat məlumatları əldə olunmuşdur. ( i.v.123) Nəsimi RPİ-nin MSY-nin tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabından çıxarışda, eləcə də, xx.xx.2022-ci il tarixli aktda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərndə sağ qolunda və sol kürək nahiyyəsində yara aşkar edilmişdir.(i.v 242-246) Bakı İstintaq Təcridxanasından alınmış Təqsirləndirilən şəxs tibbi kitabçasının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə təcridxanada müayinə olunarkən onda sol bazu nahiyyəsinin sarımtıl rəngli, sol qoltuqaltı nahiyyəsinin bənövşəyi rəngli qançırı və sağ dirsək nahiyyəsində üstü qərtməkli yara aşkar edilmişdir. (i.v 226-230) Nəsimi rayon prokurorluğunun müstəntiqi İlhamə Əliyevanın 04 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından da görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin əməkdaşları tərəfindən döyülməsi ilə faktı sübuta yetirilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. (i.v 251-252) Təqsirləndirilən şəxs tərəfindən yazılmış olan xx.xx.2022-ci il tarixli iltizamda göstərmişdir ki, sağ qolundakı və belinin sol tərəfindəki yaralar xx.xx.2022-ci il tarixdə səhər saatlarında tutulmamışdan əvvəl blokda düşərkən pilləkandan sürüşüb yıxılması nəticəsində almışdır. Buna görə də polis əməkdaşlarından və MSY-nin əməkdaşlarından heç bir şikayəti və tələbi yoxdur.(i.v 241) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik maddə heroin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan heroini könüllü təqdim etmişdir. O, məhkəmə baxışı zamanı üzərindən aşkar edilmiş heroinin satış məqsədilə deyil, şəxsi istifadə üçün əldə edib, saxlayıb, daşıdığını bildirməklə ittihamın bu hissəsi ilə razı olmadığını göstərmişdir. Həmçinin o, üzərində ittihamda göstərilən çəkidə deyil, 1 çet, yəni yarım qramdan da az narkotik vasitə olmasını bildirmişdir. Həmçinin ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunmasını göstərmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs istintaq zamanı, o cümlədən tutularkən, şəxsi axtarışa məruz qalarkən, dindirilərkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalıb-qalmamasını, daha sonra tövsifə təsir edən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinin ittihamda qeyd olunan çəkidə olub-olmamasını, eləcə də, satış məqsədinin sübuta sübuta yetirilməsini araşdırmalıdır. Təqsirləndirilən şəxs istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması və onda aşkar edilmiş xəsarətlərin də bunun təsirindən yaranması ilə bağlı qeyd edilməlidir ki, Nəsimi rayon prokurorluğunun müstəntiqi İlhamə Əliyevanın 04 noyabr 2022-ci il tarixli qərarından da görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin əməkdaşları tərəfindən döyülməsi faktı sübuta yetirilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin həmin qərarda əks olunmuş məhkəmə-tibb ekspertizasının 04 noyabr 2022-ci il tarixli 1470 saylı rəyi ilə də müəyyən olunmuşdur ki, sol bazu nahiyyəsinin sarımtıl rəngli qançırı xx.xx.2022-ci il tarixdə təcridxanada baxış keçirilməsindən təxminən 7-11 gün əvvəl əmələ gəlmişdir. Sol qoltuqaltı nahiyyəsinin bənövşəyi rəngli qançırı və sağ dirsək nahiyyəsində üstü qərtməkli yara xx.xx.2022-ci il tarixdə təcridxanada baxış keçirilməzdən 3-5 gün əvvəl əmələ gəlmişdir. Göründüyü kimi sol bazu nahiyyəsindəki xəsarətlərin əmələ gəlmə müddəti Təqsirləndirilən şəxs tutulmamışdan əvvəlki dövrə təsadüf edir. Sol qoltuqaltı nahiyyəsinin bənövşəyi rəngli qançırı və sağ dirsək nahiyyəsində üstü qərtməkli yaranın əmələ gəlməsi ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs özü iltizam yazaraq orada həmin xəsarətlərin xx.xx.2022-ci il tarixdə səhər saatlarında tutulmamışdan əvvəl blokda düşərkən pilləkandan sürüşüb yıxılması nəticəsində almasını göstərmişdir. Həmin iltizamı Təqsirləndirilən şəxs özü yazaraq imzalamış və bunu məhkəmə baxışında təsdiq etmişdir. Narkotik vasitənin çəkisi ilə bağlı qeyd edilməlidir ki, videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi heroin zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, sonuncu həmin zərfi imzalamış və zərf məhkəmə kimyəviekspertizasına göndərilmişdir. Məhkəmə-kimyəvi ekspertizası rəyinin təsviri hissəsində göstərilmişdir ki, tədqiqat obyekti Mərkəzə üzərində Azərbaycan Respublikası DİN-nin 186 №-li dairəvi möhür əksi… Təqsirləndirilən şəxs aşkar edilmiş… yazı və imzalar olan 1 ədəd ağ rəngli kağız zərfdə təqdim edilmişdir. Zərfin tamlığının pozulması əlaməti müəyyən edilmədi. Zərfi içərisində 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,115 qram və 7,818 qram olmaqla ümumi çəkisi 7,933 qram olan heroin və elektron tərəzi aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqdim etdiyi heroin zərfə qoyulduqdan sonra heç bir tamlığı pozulmadan məhkəmə-kimyəvi ekspertizaya göndərilmiş və orada isə çəkisi dəqiqliyi ilə müəyyən olunmuşdur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs heroini satış məqsədi ilə əldə edib saxlaması və daşıması ilə bağlı qeyd edir ki, sonuncu şəxsi axtarış zamanı Samir adlı şəxsdən 80 manata aldığı narkotik vasitəni 30 manata dostu Ramilə vermişdir. Həmin ifadəsini barəsində həbs qətimkan tədbiri seçilərkən Nəsimi rayon məhkəməsində də vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən elektron tərəzi də aşkar edilmiş, həmin tərəzini narkotik alarkən aldadılmaması üçün gəzdirməsini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs fikrini əsaslı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən 2 büküm heroin aşkar edilmiş, artıq həmin narkotikin kiçik bükümə ayrılması narkotikin satışa hazır vəziyyətə gətirməsinə dəlalət edir. Bundan başqa, Təqsirləndirilən şəxs mobil telefonuna daxil olan və çıxan SMS-lərlə də aydın olur ki, ayrı-ayrı şəxslərə qazanc müqabilində narkotik vasitə vermiş, eləcə də, maraq müqabilində vasitəçilik edərək ayrıayrı şəxslərə narkotik vasitələrin verilməsinə köməklik göstərmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamasını Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsinin sanksiyasında beş ildə on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 08 sentyabr 2022-ci il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Nəsimi RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 7,833 qram heroin və bir ədəd tərəzi məhv edilməlidir. İş üzrə məhkəmə-kimyəvi kspertizalarına sərf edilmiş 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 70 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Nəsimi RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 7,833 qram heroin və bir ədəd elekton tərəzi məhv edilsin. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ43CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ34NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1054/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1054/2023
15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver