Məhkəmə qərarları › İş №1(101)-1054/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1054/2024

22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1054/2024 22.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1977-ci il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdaş rayonu, Abad ərazi dairəsi, Abad kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 17.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. 2.Belə ki, Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarixdə saat 01:49 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən yolu, 44-cü döngədə yerləşən ictimai yer hesab olunan hostelin qarşısında tanışı Zərərçəkmiş şəxs ona çatdırılması üçün verilmiş 100 manat pulu gec gətirməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini digər şəxslərin fövqündə üstün tutmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətləri, öz davranışı ilə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq-aydın etinasızlıq göstərib hostelin qarşısına toplanmış şəxslərin gözü qarşısında ucadan nalayiq sözlər deyib yerdən götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən qayçını silah qismində istifadə edərək zərərçəkmiş Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib bir neçə dəfə ardıcıl olaraq zərbələr vurub xuliqanlıq etmiş və sonuncuya döş qəfəsinin sol yarısının arxa səthinin, boyun nahiyəsinin, sol bazu nahiyəsinin, sol said nahiyəsinin, sağ yanaq nahiyəsinin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan ağır zərərvurmaya aid xəsarətlər yetirib zərərçəkmiş Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, Ağdaş rayonunun Orta Ləki kəndində yaşayır. Əmisioğlu Xəyalın təklifi ilə sürücü işləmişdir. Ona maşını idarə etmək üçün etibarnamə verildikdən sonra “Oba Market”ə Qubadan kələm daşımışdır. Zərərçəkən də onların yanlarında fəhlə işləmişdir. Onunla münasibəti normal olmuşdur. O, əmisioğlu ilə bir kompaniyada işləmiş, malı gətirərək “Oba” marketin həyətində saxlamış, onlar da sellofanlayıb vermişlər. Həmin “Oba” market Kürdəxanıda yerləşmişdir. Təbriz və İsmayıl hamısı bir yerdə gəlmiş, malı vermişlər. Evə gəldikdən sonra əmisioğlu demişdir ki, “səhər mal dalıyca gedək Qubaya”. Bu zaman o, demişdir ki, “onda sən pul ver bizə, sən səhər yatmış olursan, telefonu götürmürsən”, əmisioğlu da pulu İsmayılın kartına vuracağını bildirmişdir. Üstündən yarım saat keçdikdən sonra özü ona zəng edərək İsmayılın kartına pul vurmayacağını, İsmayılı bazara çxardığını, onunla işinin olduğunu bildirmişdir. Nə işinin olduğunu soruşmuş, əmisioğlu da cavabında heç nə elə belə işinın olduğunu, gətirib ona verməsi üçün İsmayıla 200 manat verəcəyini bildirmişdir. Bu söhbət də saat 8-də, 9-un yarısı olmuşdur. Saat 10, 11, 12 olmuş, lakin İsmayıl gəlib çıxmamışdır. Onlar özləri orada, yəni Xocasəndə hadisə olan yerdə gündəlik üç manata kirayədə qalmışlar. O, İsmayıla zəng etmiş, birinci götürməmiş, sonra zəng etdikdə isə götürmüş, bu zaman İsmayıla demişdir ki, “biz çöldə qalmışıq, yeməyimiz, içməyimiz yoxdu, saat 12-dir”, İsmayıl da beş dəqiqəyə gəldiyini bildirmiş, təxminən yarım saatdan sonra bir də zəng etmiş, həmin vaxt İsmayıl ona ağır cavab verməyə başlamışdır. O, İsmayılın həqiqətən də içkili olduğunu bilməmişdir. O, gecə saat ikinin yarısı bir də İsmayıla zəng etmiş, bu zaman İsmayıl ağır-ağır söyüşlər söyməyə başlamışdır. O, İsmayıla “içkilisən, sənin danışığından bilirəm, gəl evə, biz çöldə ac-susuz qalmışıq” demiş, İsmayıl yenə də pis-pis söyüşlər söyməyə başlamışdır. Bundan sonra o, çıx gəl evə deyərək telefonu söndürmüş və qaldıqları həmin yerdə oturmuşlar. Sonra İsmayıl gəlib “sən mənə niyə zəng edirsən?, sən görmürsən mən yeyirəm-içirəm, məni narahat edirsən” deyərək üzərinə cummuş, İsmayıl ona yumruq və təpik vurmağa başlamışdır. İsmayıl cavan, o isə yaşlı olmuş, onu öldürəcəyini görərək özünü müdafiə etmişdir. Bardurun üzərindəki qayçı ilə İsmayıla bir-iki zərbə vurmuş, öldürmək niyyəti ilə yox, özünü müdafiə niyyəti ilə vurmuşdur. Sonra özü də İsmayıla kömək etmiş, maşına mindirərək xəstəxanaya yola salmışdır. Əvvəldən İsmayılla münasibətləri yaxşı olmuş, hosteldə ikinci mərtəbədə bir otaqda qalmışlar. Hadisə də elə birinci ikinci mərtəbədə olmuş, həmin vaxt orada Təbriz və hosteli idarə edən, gündəlik pulları yığan adam olmuşdur. Başqa heç kim olmamışdır. Gecə saat ikinin yarısı, ikiyə qalmış hadisə olmuşdur. Kənar heç bir səs-küy də olmamışdır. Qayçını zibilxanada zibil vedrəsinin böyründən götürmüşdür. Polisə özləri zəng edərək hadisə barədə məlumat vermişlər, konkret olaraq polisə kimin zəng etdiyini bilmir. Sonradan zərərçəkmiş şəxslə barışmışlar, hal-hazırda gediş-gəlişləri də var. Onun iki uşağı var, birinin on iki, birinin isə on üç yaşı var. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin sürücülük etməklə məşğul olmuşdur. Belə ki, Əmisioğlu Nuruya məxsus nömrəsini xatırlamadığı Qazel yük markalı avtomobillə Quba şəhərindən kələm tərəvəzləri alıb Bakı şəhərində “Oba” marketin anbarına gətirib təhvil vermişdir. Digər əmisi oğlu Şahid2 ilə bir aydır ki, həmin formada işləyir. 3 gündür ki, qonşusu Təbriz və əmisioğlu Xəyalın xalası oğlu Zərərçəkmiş şəxs gündəlik olaraq yaşadıqları Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən dəqiq ünvanını bilmədiyi hosteldə onlarla birlikdə qalmışdır. Həmin müddət ərzində nə İsmayılla nə də ki, Xəyalla heç bir mübahisəsi, eləcə də ədavəti olmamışdır. 07 iyul 2023-cü İİ tarixdə saat 21 radələrində əmisioğlu Xəyala zəng edərək bildirmişdir ki, saat 23 radələrində Quba şəhərinə kələm almaq üçün yola çıxacağından yoldakı xərcləri üçün 100 manat pulu da İsmayıla verəcəkdir. İki saat sonra yenidən Xəyala zəng edib pulu göndərdiyini soruşduqda sonuncu İsmayılla birlikdə “Meyvəli” bazarında olduğunu və pulu gözlədiyini bildirmişdir. Bir saat sonra yenidən Xəyala zəng edib pulu soruşduqda sonuncu demişdir ki, 100 manat pulu verməsi üçün İsmayıla vermişdir. Xəyal 10 dəqiqə sonra yenidən zəng edərək bildirmişdir ki, İsmayılla danışmış və 10 dəqiqə sonra yanına çatacaqdır. Bir qədər gözləsə də, İsmayıl gəlməmişdir. Bundan sonra bir neçə dəfə İsmayıla zəng etsə də, sonuncu hər dəfə 5-10 dəqiqəyə çatacağını bildirmişdir. 08 iyul 2023-cü il tarixdə saat 01:15 radələrində İsmayıl artıq zənglərinə cavab vermədiyi üçün məcbur olaraq Xəyala zəng etmiş və İsmayılın hələ də gəlmədiyini demişdir. 10 dəqiqə sonra İsmayıl zəng edərək Xəyala nə üçün zəng etdiyini irad tutmuş və daha sonra telefonda həm Xəyalın, həm də onun ünvanına nəlayiq ifadələr işlətmişdir. Telefonla danışanda İsmayılın içkili olduğunu ehtimal etmişdir. İsmayıl həmin gün saat 01:30 radələrində qaldığı hostelə gəlmiş, İsmayılın sərxoş vəziyyətdə olmasını görmüş, belə ki, sonuncunun yerişindən bəlli olmuşdur. İsmayıl hostelə gəldikdə Təbriz ilə birlikdə elcə də, hosteldə gündəlik kirayə qalan digər şəxslərlə birlikdə hostelin girişində qeydiyyat otağında olmuşlar. İsmayıl hostelə daxil olmuş və onu görən kimi üzərinə hücum çəkmişdir. İsmayıl ünvanına nəlayiq ifadələr işlədib yumruqla bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə başlamışdır. Həmin vaxt ətrafda olan tanımadığı şəxslər və Təbriz onları aralamağa çalışmışdır. İsmayıl ümumilikdə bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə yumruq və təpik zərbələri endirmişdir. Bundan sonra Təbriz və digər şəxslər onları ayırmışlar. İsmayıldan yaxa qurtarmaq üçün hosteli tərk edib küçəyə çıxmışdır. Küçədə olan zaman İsmayıl yenidən üzərinə gəlmiş və əlindəki dırnaq tutanla onu vurmağa cəhd etsə də, buna nail ola bilməmişdir. Həmin vaxt yerdə qayçı görmüş və İsmayılın ağır xəsarət yetirməsindən qorxub eləcə də, sonuncunun üzərinə gəlməməsi üçün qayçı ilə İsmayılın bədəninin dəqiq bilmədiyi yerlərinə dəqiq xatırlamadığı sayda zərbələr endirmişdir. Bundan sonra İsmayıl yenədə üzərinə gələrək yumruq təpiklə ona zərbələr endirmişdir. Təbriz və ətrafdakı digər tanımadığı 10-15 nəfər şəxslər onları ayırmağa müvəffəq olmuşlar. Üzəri qan olduğundan otağa qalxıb palatrını dəyişmiş və qanlı paltarı da zibil yeşiyinə atmışdır. 15 dəqiqə sonra İsmayılla və digər ətrafdakı şəxslərlə birlikdə söhbət edən zaman polis əməkdaşları onlara yaxınlaşmışdır. Həmin vaxt təcili tibbi yardım avtomobili də gəlmişdir. Polis əməkdaşları ilə birlikdə polis bölməsinə yollanmışdır. İsmayıl isə təcili tibbi yardım avtomaşını ilə getmişdir. Polis Bölməsində olan zaman baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, İsmayılı vuraraq xəsarət yetirmiş olduğu qayçını hadisə yerində yerə atmışdır. Məqsədi İsmayılı qayçıyla vurub öldürmək olmamışdır. İsmayıl onu vurduğu üçün özünü qorumaq məqsədi ilə qayçı ilə sonuncunu vurmuşdur. İsmayıl ilə mübahisəsi və dava-dalaşı 5-6 dəqiqə davam etmişdir (İ cild, səh. 187-189). 5.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, “Veysəloğlu”da işləmişdir. Xalasıoğlu Xəyalla danışaraq Lökbatanda kafedə oturub yeyib-içmişlər, oradan dənizə gedib çimmişlər. Gecə dənizdən çıxarkən Xəyal Kamilə verməsi üçün Lökbatanda kartdan pul çıxarıb ona verəcəyini demiş, oradan çıxıb Lökbatana getmişlər. Kamil ona zəng edərək “sənə pul verəcəklər gətirə bilərsən” demiş, o da gətirəcəyini bildirmişdir. Xəyal kartdan pulu çıxarıb ona vermiş, yolda gələrkən Kamil ona iki-üç dəfə zəng edərək harada olduğunu soruşmuş, axırıncı dəfə Xocasən yolunda olmuşdur. Sonra Kamil zəng edərək “gəlmə bura, gəlsən sənin başını kəsərəm” demiş, hələ bir söyüş də söymüşdür. O da kəsməsən deyərək söyüş söymüşdür. Ora çatıb qapını açdıqda Kamilin söyüş söydüyünü, telefonda kiminləsə danışaraq İsmayılın var yoxunu deməsini eşitmiş, həmin vaxt bir-birilərinə girib dalaşmışlar. Onları ayırmışlar, təzədən dalaşmışlar, yenə də ayırmışlar. Onları ayıran şəxslər Mürvətlə Təbriz olmuşdur. Sonra siqaret çəkmək üçün aşağıya düşdükdə Kamilin həyətdə olduğunu görmüşdür. Orada dalaşmışlar, o Kamilə yumruq atmış, Kamil də ona bıçaq vurmuşdur. Hadisə baş verəndə kənar şəxs oılmamış, sonra Mürvətlə Təbriz gəlmiş, həmin şəxslər gələndə hadisə artıq baş vermiş, yəni o bıçaqlanmışdır. Ondan sonra kənar şəxslər gəlmişlər. Mən otağa daxil olarkən otaqda 4-5 nəfər olmuş, otaqda kimlərin olmasını tam dəqiq xatırlamır. Ona bıçaq altı yerdən vurulmuş, boynundan, qolundan, bir də sol tərəfindən. Onlar birlikdə işləmişlər, “Veysəloğlu”na kələm vermişlər. O, fəhlə kimi, Kamil isə şofer işləmişdir. Hadisədən əvvəl münasibətləri yaxşı olmuş, həmin hosteldə birlikdə qalmışlar. Aralarında belə bir anlaşılmazlıq birinci dəfə olmuşdur. Hadisə vaxtı içkili vəziyyətdə olmamış, günorta vaxtı içmiş, hadisə artıq gecə saat iki radələrində baş vermişdir. Hadisə vaxtı Kamilin işlətdiyi aləti haradan götürdüyünü bilməmişdir. Xəsarət aldıqdan sonra Təqsirləndirilən şəxs ona heç bir köməklik etməmişdir. Hadisədən sonra xəstəxanada yatmış, onu xəstəxanaya aparan adam deyəsən oranı işlədən adam olmuşdur. Hadisədən sonra təqsirləndirilən şəxsin özü, yaxın qohumları barışığa cəhd etmişlər və barışmışlar. Bu günki günə heç bir şikayəti və tələbi yoxdur. 6.Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, heç bir rəsmi yerdə işləməmiş və Təqsirləndirilən şəxs xalası oğlu Xəyalın əmisi oğludur. Belə ki, Kamil, Xəyalın qardaşı Nuruya məxsus olan “Qazel” yük markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobili idarə edərək Quba şəhərindən kələm tərəvəzləri alıb Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən “Oba” marketin anbarına gətirib təhvil vermişlər. Fəhlə olduğundan yük olaraq gətirdikləri kələm tərəvəzlərini anbarına boşaltmaqda köməklik etmişdir. 15 gündür ki, Bakı Metropolitenin Binəqədi rayonu, Xocəsən qəsəbəsində olan “Xocəsən” stansiyası ilə qarşı-qarşıya yerləşən hosteldə şəxsiyyət vəsiqəsini qeydiyyata götürməklə orada yaşamışdır. Əvvəllər Təqsirləndirilən şəxs ilə arasında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. 07 iyul 2023-cü il tarixdə saat 18 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Şıxov” çimərliyinə xalasıoğlu Xəyal ilə birlikdə istirahət məqsədilə getmişlər. Qeyd olunan çimərlikdə olan zaman Xəyal Kamilin ona zəng vuraraq Quba şəhərinə gedəcəyini və oradan kələm almaq üçün yol xərci qarışıq ümumilikdə 100 manat pul lazım olduğunu və həmin məbləğdə olan pulu Kamilə verməyini xahiş etmişdir. Xəyalın xahişini yerə salmamış, belə ki, həmin gün axşam saat 23 radələrində Xəyal ilə birlikdə “Şıxov” çimərliyindən çıxıb yolun kənarında taksi gözləməyə başlamışlar. Taksilərin birinə əyləşib oradan Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində yola düşmüşlər. 15- 20 dəqiqə keçdikdən sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisinə gəlib çıxmışlar və qeyd olunan ərazidə yerləşən “Kapital Bank”a məxsus olan bankomatların birindən Xəyal hesab kartını daxil edərək 100 manat pulu hesabdan çıxarıb verərək həmin pulu Kamilə verməyini bildirib sağollaşıb çıxıb getmişdir. Həmin gün taksilərin birinə əyləşib oradan qaldığı hostele tərəf getmişdir. Yolda olan zaman Kamil bir neçə dəfə zəng vurub gəlib-gəlmədiyini soruşduqda gəldiyini bildirmişdir. 10 dəqiqə keçdikdən sonra Xəyal zəng vuraraq Kamillə görüşübgörüşmədiyini soruşduqda yolda olduğunu demişdir. Daha sonra Kamil yenidən zəng vuraraq harada olduğunu soruşmuş, sonuncuya nə səbəbə Xəyala zəng vurduğunu və yolda olduğunu bildirdikdə Kamil ünvanına söyüşlər işlədərək “bura gəlsən sənin başını kəsəcəm” ifadəsini işlətmişdir. Cavabında dediyi sözə qarşılıq verib danışığı yekunlaşdırmışdır. 08 iyul 2023-cü il tarixdə saat 01 radələrində qaldığı hosteldəki otağa daxil olub Kamilə “sən mənim başımı kəsəssən” deyib sonuncunun üzərinə tərəf getdikdə Kamil də üzərinə doğru gələrək əlbəyaxaya çıxmışlar. Lakin hosteldə qalan şəxslər onlar ayırmağa başlamışlar, o, otaqda qalmış, Kamil isə otaqdan küçəyə çıxmışdır. Daha sonra siqaret çəkmək üçün otaqdan bayıra çıxanda Kamilin beton tumbanın üzərində əyləşdiyini görüb bayaqkı mübahisəni davam etdirmək məqsədilə sonuncunun üzərinə getmişdir. Bu zaman Kamilin üzərinə tərəf gəldiyini görüb əyləşdiyi beton tumbanın üzərindəki qayçını əlinə alıb bir neçə dəfə bədəninin sol tərəfinə zərbə endirməyə başlamışdır. İlk əvvəl Kamilə qarşı əsəbi olduğundan yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurmuş, həmin vaxtı isə onları orada olan şəxslər ayırmağa başlamışlar. Bir qədər vaxt keçdikdən sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlib çıxmış, həmin günü onu 1 saylı X8 əməliyyat olunmuşdur (İ cild, səh. 115- 117). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, onlar “Araz” marketin deposuna mal vermişlər, onların müdiri İsmayılın xalası oğludur, onlara gündəlik xərc pulunu İsmayılın xalası oğlu vermişdir. Həmin gün işdən tez çıxmışlar, onlar gələrək həm yemək üçün, həm də yola çıxmağa görə pul verməsindən ötrü Xəyala zəng etmişlər. Onları Lökbatana çağıraraq “gəlin yeyib-içək sizin pulunuzu da orada verim” demiş, o, araq içmədiyindən getməmiş, İsmayıl isə getmişdir. Pulu da İsmayıla verməli idi. Onları yeyib-içməyə müdirləri Xəyal çağırmış, ona da təklif etmiş, o, yorulduğunu, evdə olduğunu deyərək getməmişdir. İsmayıl gedəndən sonra üstündən bir müddət keçmiş Xəyal demişdir ki, “mən pulu vermişəm İsmayıla gətirib verəcək sizə, həm özünüz üçün nəsə alarsınız, həm də gündəlik rasxodunuzdu”. Onlar da İsmayıla zəng etmişlər, İsmayıl da gəldiyini demişdir. Axşam saat beş-altı olmuş İsmayıl gəlməmiş, sonra onlara yeyibiçdiyini, gətirib pullarını verəcəyini demişdir. Onlar da axşam saat on ikidən sonra Qusar rayonuna mala çıxmalı idilər. Onlar birinci Xəyala zəng etmişlər, Xəyal telefonu açmadığından İsmayıla zəng etmişlər. Birinci o zəng etmiş, sonra isə Kamil zəng etmişdir. Üstündən bir müddət keçmiş hostelin ikinci mərtəbəsində olan qəbul otağında komedixanaya baxmışlar. O, Kamil bir də orada qalanlardan bir nəfər olmuşdur. İçəridə axşam saat təxminən 10-11 olarkən oturmuşlar, onların arxası qapıya tərəf olduğundan kimin girdiyini görməmişlər. İsmayıl otağa girən kimi başlamış pis söyüş söyməyə, ana bacı, var yox, körpə söyüşü söyərək birinci Kamilə yumruq vurmuş, Kamil həmən vaxtı telefonla İsmayılın xalası oğlu Xəyalla danışmışdır. Danışa-danışa o araya girərək aralaşdırmış, sonra hostelə baxan adamla onları aralaşdırmışlar. Təxminən 5-6 dəqiqə İsmayılla Kamilin arasında əlbəyaxa dava getmiş, onlar aralaşdırandan sonra hostelin işçisi hava almaq üçün Kamili aşağı salmış, İsmayıl isə yuxarıda qalmışdır. İsmayıl çox dəhşət kefli olmuşdur. İsmayıl yenə də söyüş söyməyə başlamış, o, İsmayılı kənara çəkərək demişdir ki, “bu söyüşlər lazım deyil, körpə, ana-bacı söyüşü söyürsən, yaraşmır cavan uşaqsan”. Təxminən beş dəqiqə keçdikdən sonra səs gəldiyini eşidərək aşağıya düşmüş, həmin vaxt onların yenə dalaşdıqlarını görmüş, amma onların bir-birini bıçaqladıqlarını bilməmişdir. Onları aralaşdıran o, bir də hostelin işçisi olmuşdur. Kamera görüntüsü də olmuşdur. Ayırandan sonra İsmayılın üzərində qanı görmüşdür. Kamil yuxarı qalxmış, təzədən İsmayıl yenə yuxarıya qalxmağa çalışmış, yenə söyüşlər söymüş, o, İsmayılın qolundan tutmuş, hostelin işçisi Kamili aparmışdır. İsmayıl yenə yuxarıya qalxmaq istəmiş, lakin o, qoymamışdır. Biraz ara sakitləşəndən sonra İsmayılı yuxarı apararaq tibbi yardım göstərib qanaxmasını kəsmiş, polisə məlumat verilmiş və təcili yardıma zəng edilmişdir. 40-cı bölmənin polis əməkdaşları dərhal hadisə yerinə gəlmişlər. O, İsmayılı maşına qoyub xəstəxanaya çatdırmış, saat üç radələrində İsmayılın valideynlərinə zəng edərək belə bir hadisə olduğunu demişdir. İsmayıl ilə qohumluğu olmamış, iş yoldaşı olmuşlar, bir otaqda qalmışlar. Bıçaqlanma vaxtı aşağıda yalnız özləri olmuş, çünki gecə saat iki olmuşdur. Hadisədən qabaq onların münasibətləri normal olmuş, bir yerdə işləmişlər. Dava təxminən 5-6 dəqiqə çəkmişdir. Ayıranda ikisindən başqa orada heç kim olmamış, polis gələndən sonra ora camaat yığışmış, polisi hostelin sahibi çağırmışdır. 8.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə arasında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Belə ki, Kamilin əmisioğlu Nuruya məxsus olan “Qazel” yük markalı avtomobili ilə Quba şəhərindən kələm tərəvəzləri alıb Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədli qəsəbəsində yerləşən “Oba” marketin anbarına gətirib təhvil vermişlər. Bakı Metropolitenin Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, “Xocasən” stansiyası ilə qarşı-qarşıya yerləşən adını bilmədiyi hosteldə gündəlik olaraq yaşamışdır. Belə ki, Xəyal Qaradağ rayonu, “Meyvəli Bazar” ticarət mərkəzində kələm tərəvəzinin alqı-satqısı ilə məşğuldur. Xəyalın orada satdığı kələm tərəvəzini çox hallarda Quba şəhərindən gətirmişlər. Kamil “Qazel” yük markalı avtomobili idarə etmiş, İsmayıl və onun əsas işi isə kələm tərəvəzini avtomobilinə yükləyib boşaltmaqdan ibarət olmuş, kələm tərəvəzi bitdikdə isə yenidən kələm tərəvəzinin yüklənib bazara çatdırlmasında əziyyət haqqı olaraq ödənişi Xəyal etmişdir. 07 iyul 2023cü il tarixdə hosteldə olan zaman kələm tərəvəzi bitdiyindən Xəyal onlara yol xərci olaraq 100 manat pulu İsmayıl vasitəsi ilə göndərdiyini bildirmişdir. Kamil ilə birlikdə hosteldə həmin məbləğin İsmayıl tərəfindən verilməsini gözləmişlər ki, 100 manat pul ilə Quba şəhərində gedərək kələm tərəvəzini “Qazel” markalı yük avtomobilinə yükləyib Xəyala təhvil verməli olmuşlar. Lakin həmin müddətdə Kamil İsmayılın gəlmədiyini gördükdə bir neçə dəfə İsmayıla zəng etmiş, sonuncuda yolda olduğunu və gəldiyini bildirmişdir. 08 iyul 2023-cü il tarixdə saat 01 radələri olmuşdur. Belə ki, Kamil Xəyala zəng vuraraq İsmayılın telefonda onu söydüyünü, pulu hələ də gətirib çatdırmağını bildirdikdə İsmayıl otağa daxil olub Kamili söyərək yumruqla sonuncunun sifətinə vurmuş və Kamil ilə İsmayıl əlbəyaxaya çıxmışlar. Həmin vaxt Kamilin içkili halda olduğunu görmüş və o, Mürvət, tanımadığı hosteldə olan digər şəxslər Kamil ilə İsmayılı ayırmağa başlamışlar. 10-15 dəqiqə keçdikdən sonra Kamil və İsmayılın arasında olan mübahisə bitmiş, Kamil otaqdan bayıra çıxmış, İsmayıl isə onu söyməkdə davam etmişdir. Belə ki, İsmayıl Kamili söyərək hosteldən bayıra çıxmışdır. Bu zaman Mürvət qışqararaq köməyə çağırmış, Kamil ilə İsmayılı sakitləşdirmişlər. Hostelin həyətində olan zaman İsmayıl ilə Kamilin əlbəyaxa olduğunu görüb onları ayırmağa başlamışlar. Həmin vaxt İsmayılın paltarlarının qan içində olduğunu görüb sonuncuya köməklik etsə də, oraya polis əməkdaşları gəlmiş və İsmayılı təcili tibbi yardım avtomobili 1 saylı X9 mərkəzinə aparmışlar. Həmin gün İsmayılı əməliyyat etmişlər, sonradan isə məlum olmuşdur ki, mübahisədə Kamil qayçı ilə İsmayıla bir neçə dəfə zərbə endirmişdir (İ cild, səh. 130-132). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, hadisə olarkən orada olmamış, sadəcə olaraq hadisədən əvvəl İsmayılla oturub çörək yemişlər. Bir müddət sonra İsmaylla Kamilə pul yollamalı idi. Daha sonra zəng gəlmişdir ki, belə bir hadisə baş verib. Xaçmaza getməli olduqlarına görə yol xərci kimi pul yollamalı olmuşdur. Hadisədən əvvəl İsmayılla Kamilin münasibətləri yaxşı olmuş, bir yerdə işləyib, bir yerdə qalmışlar. Hadisə günü o, İsmayılla birgə çörək yeyib içki qəbul etmişdir, sərxoş vəziyyətdə olmamışlar, daha sonra çimərliyə getmişlər. O, 70 manat pul göndərmişdir. Hadisədən əvvəl Kamil İsmayıla və ona zəng edərək pulun harada qaldığını soruşmuş, onlar da oturub çörək yediklərini demişlər. Sonra o, Lökbatanda “Bravo” marketdən pulu çıxardıb İsmayıla verərək yola salmış, təxminən gecə saat 12 olmuşdur. Hadisə baş verəndən sonra ona məlumat verilmiş, sonra xəstəxanaya getmişlər. Hadisənin niyə baş verdiyini bilməmişdir. Onlar həmişə mehriban olmuşlar. 10.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə arasında əvvəllər heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Belə ki, Kamil qardaşı Nuru Əzizova məxsus olan “Qazel” yük markalı avtomobili ilə Quba şəhərindən kələm tərəvəzləri alıb oaradan iş yeri olan Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli Bazar” adlanan yerə gətirməklə həmin tərəvəzlərin satışını həyata keçirməklə əldə olunan gəliri işdə əziyyət çəkdikləri üçün İsmayıl, Təbriz və Kamilə pul ödənişi etmişdir. 07 iyul 2023-cü il tarixdə saat 18 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Şıxov” çimərliyinə xalasıoğlu İsmayıl ilə birlikdə istirahət məqsədilə getmişlər. Çimərlikdə olan zaman Kamilə zəng vuraraq İsmayılı onun yanına göndərdiyini və pulu da İsmayıla verəcəyini bildirmişdir. Kamil isə Quba şəhərinə gedəcəyini və oradan kələm almaq üçün yol xərci qarışıq ümumilikdə 100 manat pul lazım olduğunu demişdir. Belə ki, həmin günü axşam saat 23 radələrində İsmayıl ilə birlikdə “Şıxov” çimərliyindən çıxıb yolun kənarında taksi gözləməyə başlamışlar. Belə ki, taksilərin birinə əyləşib oradan Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində yola düşmüşlər. 15-20 dəqiqə keçdikdən sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisinə gəlmişlər və qeyd olunan ərazidə yerləşən “Kapital Bank”a məxsus olan bankomatların birində hesab kartını daxil edərək 100 manat pulu hesabdan çıxarıb İsmayıla verərək həmin pulu Kamilə verməsini xahiş edib İsmayılla sağollaşıb oradan çıxıb getmişdir. Evdə olan zaman Kamil zəng vuraraq İsmayılın pulu gətirib çatdırmadığını bildirdikdə Kamilə səbrli olmasını demişdir. Daha sonra İsmayıl zəng vuraraq Kamilin davamlı olaraq zəng etdiyini və bezdirdiyini bildirmişdir. 08 iyul 2023- cü il tarixdə gecə saatlarında Kamil zəng edərək İsmayılı qayçı ilə bir neçə dəfə vuraraq xəsarət yetirdiyini və hal-hazırda 1 saylı X1qlarını demişdir. Həmin gün Kamil və İsmayılın olduğu xəstəxanaya getmişdir. Sonradan isə məlum olmuşdur ki, Kamillə İsmayılın arasında pulla bağlı mübahisə yarandığından qarşılıqlı şəkildə bir-birilərinə xəsarət yetirmişlər (İ cild, səh. 134-135). 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, onların qaldıqları yer üçmərtəbə yataqxanadır. O, həmin yataqxanada həm qalmış, həm də köməkçi kimi işləmiş, mühafizəçi olmadığından gecələr orada qalmışdır. Birinci mərtəbədə olarkən onu çağırmışlar ki, yuxarıda sporlaşırlar. Üçüncü mərtəbəyə qalxanda orada iki nəfər durmuş, bir otaqdan çıxmışlar, o, kimin orada dalaşdığını bilməmiş, sonra İsmayılın qaça-qaça pilləkənlərdən düşdüyünü, nəsə həyəcanlı olduğunu görmüşdür. O, İsmayılın arxasınca çıxmış, fikirləşmişdir ki, dalaşan odur. Həmin vaxtı ikincisi də aşağıda küçədə səki kimi yerin qırağında oturmuşdu. İsmayıl söyüş söyə-söyə, qaça-qaça düşmüşdür. O da dayanıb baxmış, kimi söydüyünü bilməmişdir. İsmayıl qaça-qaça, söyüş söyə-söyə Kamilin üzərinə getmiş, həmin vaxt Kamil ayağa qalxmış və qapışmağa başlamışlar. Biraz qaranlıqtəhər olduğundan Kamilin əlində nəsə olmasını görməmiş, həmin vaxtı o, pilləkənlərdən qaçaraq düşənə kimi onlar ikisi də sərilib yıxılmışlar. Kamil alta, İsmayıl isə üstünə düşmüşdür. O, qaranlıq olduğundan heç nə görməmiş, İsmayılı Kamilin üzərindən durquzmuş, Kamili tutub üçüncü mərtəbəyə qaldıraraq otağa salmış və onları ayırması üçün otağı bağlamışdır. Sonra düşüb İsmayılı qaldırmış, İsmayılı qaldıranda yanlarında olan bir nəfər də köməklik etmiş, İsmayılın üzərində qan olduğunu görmüşdür. O, Kamilin İsmayılı nə ilə vurmasını görməmiş, aşağıda baş verən hadisə uzağı bir, bir dəqiqə yarım çəkmişdir. Orada ondan başqa bir nəfər öz tanışları olmuşdur. Həyətdə başqa adamlar olmamışdır. O, Kamilin söyüş söyməsini görməmiş, Kamil oturmuşdur. O, Kamili içəri salıb, bağlayandan sonra dərhal müdiriyyətə zəng etmiş, polisi və təcili yardımı müdiriyyət çağırmışdır. 12.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin Bakı Metropolitenin Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Xocəsən" stansiyası ilə qarşı-qarşıya yerləşən hosteldə bir ilə yaxındır ki, yaşamışdır. Hosteldə yaşamağı ilə bağlı qeydiyyat prosesinə əsasən şəxsiyyət vəsiqəsini təqdim etməklə anket məlumatları götürüldükdən sonra həyata keçirilmişdir. 08 iyul 2023-cü il tarixdə qeyd olunan ünvanda yerləşən hosteldə otağında olan zaman küçədə bir nəfər tanımadığı şəxsin səs-küy edərək söyüş söydüyünü eşitmiş və nə baş verdiyini anlamaq məqsədilə otaqdan küçəyə çıxmışdır. Küçədə olan zaman səs-küy edən şəxsin Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Zərərçəkmiş şəxs içkili vəziyyətdə hostelə daxil olmuşdur. Bir qədər vaxt keçdikdən sonra isə İsmayıl onlara söyüş söyərək hostelin pilləkənindən aşağı düşüb küçəyə çıxmışdır. Küçədə isə Kamilin İsmayılın arasında mübahisə baş verdiyini görmüşdür. Mübahisə zamanı Kamil İsmayıl ilə əlbəyaxaya çıxaraq dalaşmışlar. Belə ki, mübahisə zamanı Kamilin ayağı büdrədiyindən yerə yıxılmış, İsmayıl isə Kamilin üzərinə çıxaraq sonuncunu yumruq və təpik zərbələri ilə vurmuşdur. Həmin vaxt Kamili ayırıb sonuncunun ciddi xəsarət aldığını düşünüb hosteldə olan otaqların birinə daxil etmişdir. Sonra isə küçəyə çıxıb İsmayılı köməklik məqsədilə hostelin hamam otağına gətirdikdə görmüşdür ki, İsmayılın paltarları qan içindədir. Fikirləşmişdir ki, baş vermiş mübahisə zamanı Kamil İsmayılı bıçaqla xəsarət yetirmişdir. Bir qədər vaxt keçdikdən sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmişdir. Sonradan məlum olmuşdur ki, baş vermiş mübahisə zaman Kamil pul ilə bağlı aralarında narazılıq olduğundan qayçı ilə İsmayıla bir neçə dəfə zərbə endirərək xəsarət yetirmişdir (İ cild, səh. 137-138). 13.Məhkəmə-tibbi ekspertizasının 27 iyul 2023-cü il tarixli, 1427 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının arxa səthinin, boyun nahiyəsinin, sol bazu nahiyəsinin, sol said nahiyəsinin sağ yanaq nahiyəsinin deşilmiş-kəsilmiş yaraları qırxıcı alətin (qayçının) deşici-kəsici təsirindən onun tibbi yardım üçün “X10” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə saat 03:12-dən bir qədər əvvəl əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər xəsarətlər isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiylarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə açılmış qayçının bir diliminin deşici-kəsici təsirindən əmələ gələ bilərdilər (İ cild, səh. 95-98). 14.Maddi sübutların ekspertizasının 21 avqust 2023-cü il tarixli, 399/MTKŞ-2023 nömrəli rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus cins şalvarın üzərində zədə aşkar edilmədi. Təqdim olunmuş qayçı zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qayçıdır və soyuq silah hesab edilmir. Qayçı istifadə üçün yararlıdır, üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (İ cild, səh. 125-128). 15.Maddi sübutların ekspertizasının 08 sentyabr 2023-cü il tarixli, 564//2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosurətinə əsasən təsnifata görə-0(1) Təqsirləndirilən şəxs qan qrupu təqdim olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasə-A(ll) Ekspertiza maddi sübut kimi təqdim edilmiş Zərərçəkmiş şəxs şalvarı üzərində insan qanı ləkələri aşkar olundu. Şalvar üzərində olan qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda 0(1) qrupunu əsas xarakterizə edən yalnız H antigeni alındı. Beləliklə bu qan 0(1) qruplu şəxsə o, cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (İ cild, səh. 140-145). 16.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 27 sentyabr 2023-cü il tarixli, 2738 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 149-150). 17.«Hadisə yerinə baxış keçirilməsi barədə» 08 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, cinayət hadisəsi Bakı Metropolitenin Binəqədi rayonu, Xocəsən qəsəbəsi, “Xocəsən” stansiyası ilə qarşı-qarşıya yerləşən hostelin qarşısında baş vermiş, hadisə yerindən bir ədəd qayçı və hadisə yerinə yaxın olan “Old Şəki” adlı kafedən müşahidə kamerasında əks olunan videogörüntü aşkar olunaraq götürülmüş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (İ cild, səh. 06-11). 18.«İfadənin yerində yoxlanması haqqında» 11 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı 08 iyul 2023-cü il tarixdə saat 01:49 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən yolu, 44-cü döngədə yerləşən hostelin qarşısında Zərərçəkmiş şəxs yerdən tapdığı qayçı ilə vuraraq xəsarət yetirməsini deyərək hadisə yerini göstərmiş, bu barədə protokol tərtib olunaraq fotoşəkillər çəkilib protokola əlavə olunmuşdur (İ cild, səh. 61-64). 19.«Diskə baxış keçirilməsi haqqında» 07 oktyabr 2023-cü il tarixli protokoldan və videogörüntüləri özündə əks etdirən DVD diskdən görünür ki, görüntü 08 iyul 2023-cü il tarixdə qeydə alınmış və 01 dəqiqə 34 saniyədən ibarətdir. Görüntüdə bir nəfər kişi cinsli şəxs yolun kənarında beton tumbonun üzərində əyləşmiş, həmin şəxsin əynində ağ rəngli köynəyi vardır, saat 01:49 dəqiqədə həmin şəxs qalxaraq yanında betonun üzərindən dəmir əşyanı götürüb qarşısında görüntüdə düşməyən şüşəli yerin içərisində dayanan şəxs ilə əlbəyaxa olmuş, əşya götürən şəxs götürdüyü əşya ilə ardıcıl olaraq şüşə pəncərəli olan yerin içərisində olan şəxsi vurmuş, həmin şəxsin əlindəki alətin dəmir kəsici alət olması müəyyən olunmuş, sonra onlar beton tumbonun üzərində çıxıb yıxılmış, pəncərəli yerdən çıxan şəxs nisbətən cavandır, ağ köynəkli şəxs yerə yıxılmış, cavan şəxs isə onun üzərinə çıxaraq yumruqla sifətindən vurmuş və əlləri ilə onun başından tutaraq boğmuş, onlara iki nəfər kişi yaxınlaşmış və onları aralayaraq biri-birindən ayırmışdır (İ cild, səh. 152-153). 20.«Sübutların qiymətləndirilməsi haqqında» 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əynində olan və hadisədən sonra götürülmüş bir ədəd cins şalvar maddi sübut kimi tanınmış və saxlanılması üçün rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bir ədəd qayçı maddi sübut kimi tanınmış və saxlanılması üçün rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işində olan baş vermiş hadisəni əks etdirən bir ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır (İ cild, səh. 163-175). 21.«Şübhəli şəxsin tutulması haqqında» 09 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 31-32). 22.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 4(001)- 734/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 iyul 2023-cü il tarixdən hesablamaqla 02 (iki) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 71-75). 23.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 4(001)- 812/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad olunmuşdur (İ cild, səh. 80-85). 24.«Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında» 09 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 100-101). 25.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 146-147). 26.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 27.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 28.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 29.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

30. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutların, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilməli, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalıdır. 31.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsinin dispozisiyasına görə, qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma yalnız xuliqanlıq niyyəti ilə yaxud ümumi təhlükəli üsulla törədildikdə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə müvafiq cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas hesab edilir. 32.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasına əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda müvafiq cinayət məsuliyyəti yaradır. 33.“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. 34.Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, AR Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. 35.Göstərilən Qərarın 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. 36.Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumi qəbul edilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. 37.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır, ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir, üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. 38.İşin halları ondan ibarətdir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs bir-birilərini hadisədən əvvəl tanıyaraq birlikdə işləmiş və münasibətləri normal olmuş, aralarında yaranan mübahisə iş fəaliyyəti, yəni üçüncü şəxsin göndərdiyi vəsaitin təqsirləndirilən şəxsə zərəçəkmiş şəxs tərəfindən çatdırılmasının gecikdirilməsi və zərəçəkmiş şəxsin təhrikedici hərəkətlərinin təsiri nəticəsində aralarında sözlü mübahisə başlanılmışdır. Şahid ifadələrindən göründüyü kimi hostelin daxilində zərərçəkmiş şəxs söyüşlər söyərək təqsirləndirilən şəxsin üzərinə gəlmiş, aralarında başlanmış münaqişə zamanı ilkin olaraq zərərçəkmiş şəxs əlbəyaxaya keçmişdir. Təqsirləndirilən şəxs başqa şəxslərin onları ayırmasından sonra hadisədən yayınmaq üçün hostelin həyətinə düşərək daşın üzərində əyləşmiş, zərərçəkmiş şəxs yenə söyüş söyərək onun arxasınca həyətə düşmüş, təqsirləndirilən şəxsin üzərinə gedərək onu vurmağa başlamışdır. 39.Məhkəmə tədqiq edilmiş sübutlara tam və hərtərəfli hüquqi qiymət verərək qənaətə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi qəsdən sağlamlığa ağır xəsarət vurma əməlinin motivinin xuliqanlıq niyyəti olması öz təsdiqini tapmır. Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, şəxsi münasibətlər zəminində törənmişdir. Məhkəmə bu nəticəyə gələrkən tərəflər arasında mübahisənin ilkin olaraq zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin ünvanına nəlayiq ifadələr işlətməsi ilə əlaqədar yaranmasını nəzərə alır. 40.Təqsirləndirilən şəxs məqsədi də yalnız həmin hərəkətləri ilə onu nalayiq ifadələrlə təhqir edən zərərçəkmiş şəxsə qarşı çıxmaq olduğundan, nə hadisədən bilavasitə əvvəl, nə onun başlanğıcında, nə də ki, gedişində birbaşa ictimai qaydanın kobud şəkildə pozulmasına və cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasına yönəlmədiyindən, hətta hadisəni kənar şəxslərin müşahidə etməsi belə bu hərəkətləri xuliqanlığa çevirən hal olaraq qəbul edilə bilməz. 41.Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. 42.Beləliklə, münaqişə şəxsi münasibətlər zəmnində başanılmış, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. 43.Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur ki, bu hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. 44.İşin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmaq, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq, özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, digər şəxsə qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumi qəbul edilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək motivi güdməmişdir. Bu halda onun əməli xuliqanlıq motivi ilə törədilmiş cinayət - xuliqanlıq kimi qiymətləndirilməməlidir. 45.Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır xəsarət yetirməsi ilə nəticələnmiş mübahisənin konkret halda hadisədən əvvəl şəxsi münasibətlərin pozulması ilə əlaqədar yaranması əməlin xuliqanlıq niyyəti ilə törədilməsi ehtimalı ilə uzlaşmayan əhəmiyyətli məqamdır. 46.Müəyyən edilmişdir ki, hadisədən əvvəl Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nəlayiq ifadələr işlətməklə təhqir etmişdir. Belə bir vəziyyətdə Təqsirləndirilən şəxs törətdiyi əməlin motivinin xuliqanlıq hisslərinin təsiri altında formalaşdığının israr edilməsi isə əsassızdır. 47.Beləliklə, məhkəmədə tədqiq edilmiş bütün sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə ağır xəsarət yetirməsinə dəlalət edə biləcək hər hansı hal müəyyən edilməmişdir. 48.İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri nə ayrı-ayrılıqda, nə də məcmu halında Hüseynov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi qənaətinə gəlməyə əsas vermir. 49.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 50.Məhkəmə tərkibi yuxarıda sadalanan mübahisəsiz sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməmiş və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurarkən xuliqanlıq niyyəti olmamış, məhz şəxsi münasibətlər zəmnində zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə zamanı zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. 51.Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. 52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. 53.Hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktında qeyd olunur ki, «Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxs və şahid ifadələri, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, üzləşdirmə protokolları, maddi sübutlar və ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir». İstintaq orqanının gəldiyi göstərilən nəticə mənbəyi olmayan ümumi sözlərdən ibarət olmaqla iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı halı özündə əks etdirmir. Belə ki, aparılan hərtərəfli məhkəmə araşdırması zamanı istintaq orqanı tərəfindən qeyd olunan həmin sübut növlərinin heç birində Təqsirləndirilən şəxs iitiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi faktına rast gəlinməmişdir. 54.Xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmiş, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar isə ittihamda öz əksini tapmamışdır. İbtidai istintaqı aparan şəxs hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə, digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və xuliqanlıq niyyətilə törədilən cinayət kimi qiymətləndirmişdir. Beləliklə, ibtidai istintaq zamanı şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bu “əsaslı səbəbin olmaması” kimi qiymətləndirilmiş, təqsirkarın öz əməllərinə subyektiv münasibətini xarakterizə edən hallar deyil, istintaqı aparan şəxsin özünün cinayətə səbəb olmuş halı nə cür dəyərləndirdiyi əsas götürülmüşdür. Bununla da istintaqı aparan şəxs təqsirkarın hərəkətlərini şərtləndirən səbəbi “əsaslı olmayan səbəb” və ya “cüzi səbəb” kimi qiymətləndirmiş, hətta mübahisə zərərçəkmiş şəxsin özünün təşəbbüsü ilə başlasa belə təqsirkarın öz hərəkətlərinə və onun nəticələrinə subyektiv münasibətini nəzərə almamışdır. İbtidai istintaq orqanı hadisənin hostelin qarşısına toplanmış şəxslərin gözü qarşısında baş verdiyini qeyd etsə də, aparılan hərtərəfli məhkəmə araşdırması zamanı hadisə vaxtı həmin hadisənin baş verdiyi yerə şəxslərin toplanması faktına rast gəlinməmişdir. 55.Göründüyü kimi, Təqsirləndirilən şəxs nəinki, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmaq, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq, özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, digər şəxsə qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək motivi güdməmişdir. 56.İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri nə ayrı-ayrılıqda, nə də məcmu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi qənaətinə gəlməyə əsas vermir. Məhkəmə tərkibi yuxarıda sadalanan mübahisəsiz sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməmiş və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurarkən xuliqanlıq niyyəti olmamışdır. Məhkəmə araşadırması zamanı Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməsi və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurması sübuta yetirilməmişdir. 57.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qeyd olunan normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 58.Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir 59.Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 60.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. 61.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. 62.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. 63.Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. 64.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə tərkibi yuxarıda qeyd edilən müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilməli, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalıdır. 65.Beləliklə məhkəmə işin həqiqi hallarına cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara əsaslanaraq, həmin sübutları müqayisəli tədqiq edib məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. 66.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X4rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 67.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 68.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 69.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 70.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 71.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 72.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 73.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.1.12ci maddələrinin tələblərini rəhbər tutaraq, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 74.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 75.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 76.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. 77.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 78.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 79.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 80.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 81.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 82.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 iyul 2023-cü il tarixdən 09 sentyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 84.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı - 22 aprel 2024-cü il tarixdən hesablanmalıdır. 85.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 86.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 87.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan, bir ədəd qayçının məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən baş vermiş hadisənin videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını, Zərərçəkmiş şəxs məxsus bir ədəd cins şalvar onun özünə qaytarılmasını əsaslı hesab edir. 88.İş üzrə mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 89.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 90.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 10 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 60 (altmış) manat təşkil edir. 91.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Femida» Vəkil Bürosunun hesabına ödənilməlidir. 92.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə aid hissədə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 iyul 2023-cü il tarixdən 09 sentyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay müddət ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 22 aprel 2024-cü il tarixdən hesablansın. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsindən 60 (altmış) manat Bakı şəhəri «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan - bir ədəd qayçı məhv edilsin, bir ədəd cins şalvar Zərərçəkmiş şəxs qaytarılsın, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakimlər:

1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar