Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1055/2021 07.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1986-cı ildə Ağcabədi rayonunun Hacılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsind 2008, 2009 və 2010-cu il təvllüdlü uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Hacılar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu 4, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs insan həyat və sağlamlığı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 23.09.2020-ci il tarixdə saat 18 radələrində işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu 4 ünvanında yerləşən “Tər-tər” kafesinin həyətində masa arxasında olan zaman müştərilərdən Zərərçəkmiş şəxs və masa arxasında olan şəxslərin spirtli içkinin təsirindən söyüş söymələri və digər masalarda əyləşən şəxslərə narahatlıq yaranmasının qarşısını almaq fikri ilə həmin masanın yığışdırılması barədə qulluq edən şəxsə bildirməsi nəticəsində Zərərçəkmiş şəxs və yanında olan şəxslərlə yaranmış sözlə mübahisədən sonra həmin kafenin manqalxanasında ona yaxınlaşan Zərərçəkmiş şəxs sağ əlində tutduğu istintaqa məlum olmayan mətbəx bıçağı ilə bir dəfə qarının sol tərəfindən qəsdən vuraraq, qarının sol-yan divarının daxilə nüfuz edərək S-vari bağırsaq müsaqirəsinin və nazik bağırsağın dəlib-keçən yaralanması ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən sağlamlığa AĞİR zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Tər-tər kafesində kababçı işləyirdi. Oranın müdiri Ədalət adlı şəxsdir. 23.09.2020-ci il tarixdə saat 18 radələrində həmin kafedə manqalxanada sifarişlərə əsasən kabablar hazırlayırdı. Kafenin həyətində masalar arxasında istirahət edənlər var idi. Masanın ətrafında Zərərçəkmiş şəxs, onun dostları Aydın, Əli və bir nəfər xanım olmuşdur. Bu şəxslər yemək yeyib spirtli içkilər qəbul edirdilər. Sərxoş halda olaraq səs-küy saldıqları üçün qonşu masalarda əyləşən insanların narazılığına səbəb olmuşlar. Bu vaxt qonaqlara xidmət edən kafenin işçiləri İlnarə və Samirə adlı qadınlar olmuşdur. Samirə ona Sənangilin özlərini narahat aparmasını bildirdikdə onlara yaxınlaşaraq iradını bildirmiş, Sənangil səs salmayacaqlarını dedikləri üçün manqalxanaya qayıtmışdır. Bir azdan Samirə yanına gələrək Sənangilin yenə səs-küy saldıqlarını, narahatçılıq yaratdıqlarını demişdir. Samirəyə demişdir ki, həmin masadan yeməkləri yığışdırıb qonaqları yola salsın. Samirə gedəndən sonra manqalxanaya Zərərçəkmiş şəxs gəlmişdir. Sənan ona yaxınlaşıb səs saldıqları üçün üzrxahlıq etmişdir. O, bu zaman əlində bıçaqla ət kəsirdi. Gözləmədiyi halda Sənan ona yaxınlaşaraq onu qucaqlamış və bu zaman əlindəki bıçaq Sənanın qarnına dəymişdir. Lakin bunu nə o, nə də ki, Sənan hiss etməmişlər. Deməli Sənan ondan aralanaraq kafedən çıxdıqda köynəyində qan olduğunu görmüş və dostları onu maşınla xəstəxanaya göndərmiş, özləri isə yanına gələrək ona irad bildirmişlər ki, guya o, qəsdlə Sənanı bıçaqlamışdır. O isə bunu təkzib edəndə Aydınla Əli üzərinə gəldiyi zaman ayağı dolaşaraq yerə yıxılmışdır. Əli ilə Aydın bundan sonra kafeni tərk etmişlər. Bu hadisə təsadüf nəticəsində baş vermişdir. Baş vermiş hadisədən çox peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə günü dostları ilə çörək yedikləri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Tər-tər kafesində görmüşdür. Şamo həmin kafenin kababçısıdır. Kafedə o, dostları Aydın, Əli və bir xanımla həyətdə oturub çörək yeyib spirtli içkilər qəbul etmişlər. Əhval-ruhiyələri yaxşı olduğu üçün ucadan danışıb gülür, hərdən söyüş də söyürdülər. Bu isə qonşu masada əyləşən şəxslərin xoşuna gəlməmiş, həmin şəxslər onlara irad tutduqda yüngülvari mübahisədən sonra barışmışlar. Şamo onlara yaxınlaşıb irad tutduğu üçün o, qalxıb manqalxanaya getmiş, həmin vaxt Şamo əlindəki bıçaqla masanın üzərində olan əti doğrayırdı. Yaxınlaşıb Şamonu qucaqlayaraq saldıqları səs-küyə görə üzrxahlıq etmiş və Şamodan aralanaraq dostları ilə birlikdə kafedən çıxmışdır. Yalnız o zaman köynəyin qabaq sol tərəfində qan görərək köynəyini qaldırdıqda qarnında sol tərəfdən xəsarət izi görmüşdür. Bundan sonra dostları onu təcili xəstəxanaya çatdırmışlar. Onun Şamodan heç bir şikayət və tələbi yoxdur, onu bağışlamışdır. Məhkəmədən xahiş edir ki, Şamoya ən yüngül cəza təyin edilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla birlikdə Binəqədi rayonu ərazisində yerləşən Tər-tər kafesində yemək paylayan işləmişdir. Ondan başqa Samirə və Sevinc adlı qadınlar da həmin kafedə işləmişlər. Kafenin sahibi Ədalət adlı şəxsdir. Lakin Ədalət kafeyə arabir gəldiyi üçün onu kafedə kababçı işləyən Şamo əvəz edirdi. 23.09.2020-ci il tarixdə saat 17 radələrində kafeyə hal-hazırda məhkəmə zalında gördüyü Zərərçəkmiş şəxs 3 nəfər şəxslə birlikdə gələrək kafenin açıq havada olan ərazisində masaya əyləşərək kabab, 4 ədəd pivə və 0, 7 litrlik araq sifariş vermişlər. Bildirmək istəyir ki, Sənan və dostları kafeyə gəldikdə artıq sərxoş idilər. Sifarişlərini Samirə yerinə yetirmiş, bu vaxt kafeyə bir qadın gələrək Sənangilin masasına yaxınlaşmış, onlardan oradan durub başqa yerə getməyi tələb etmiş, bu səbəbdən həmin qadınla Sənanla masada əyləşmiş Aydın adlı oğlanla mübahisə düşmüş, hətta Aydın həmn qadını kənara çəkib əsəbi halda qaldırıb yerə çırpmışdır. Masaya qayıtdıqda isə aralarında söyüşlə mübahisələr davam etmişdir. Bu səbəbə görə Şamo Samirəyə masanı yığışdırıb qonaqları yola salmağı dediyi üçün və X6 əxlaqsız söyüşlərlə söyərək ona masanı yığışdırmasına imkan verməmişlər. Bundan sonra Şamo Sənangilin masasına yaxınlaşaraq səs-küy saldıqlarına görə irad tutmuş, həmin şəxslər Şamo ilə sözlə mübahisə etmişlər. Dava-dalaşın olacağından qorxaraq kafenin arxa tərəfinə keçmiş və sonrakı hadisələrin və Zərərçəkmiş şəxs bıçaqlanmasını görməmişdir. Yalnız hadisədən sonra bilmişdir ki, Zərərçəkmiş şəxs kafedə bıçaqlanaraq dostları tərəfindən aparılmışdır. Şamo ilə Sadiqgilin mübahisə etmələrinə səbəb isə Sadiqgilin özlərini apara bilməməsi, kafedə olan digər istirahət edən şəxslərin istirahətlərini pozması olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla birlikdə Binəqədi rayonu ərazisində yerləşən Tər-Tər kafesində işləmişdir. O, həmin kafedə yemək paylayan, Şamo isə kababçı işləmişdir. Həmin kafedə həmçinin İlnarə və Sevinc adlı qadınlar da işləmişlər. Kafenin sahibi Ədalət adlı şəxs olsa da o, kafeyə az-az gəldiyi üçün kafenin faktiki rəhbərliyini Təqsirləndirilən şəxs həyata keçirirdi. 23.09.2020-ci il tarixdə saat 17 radələrində kafeyə hal-hazırda məhkəmə zalında gördüyü Zərərçəkmiş şəxs 3 nəfər şəxslə birlikdə gələrək kafenin açıq havada olan ərazisində masaya əyləşərək kabab, 4 ədəd pivə, əvvəl 0, 7 litrlik, sonra isə 0,5 litrlik araq sifariş vermişlər. Sənan və dostları kafeyə gəldikdə artıq sərxoş idilər. Sifarişlərini yerinə yetirmiş, bu vaxt kafeyə bir qadın gələrək Sənangilin masasına yaxınlaşmış, onlardan oradan durub başqa yerə getməyi tələb etmiş, bu səbəbdən həmin qadınla Sənanla masada əyləşmiş Aydın adlı oğlanla mübahisə düşmüş, hətta Aydın həmin qadını kənara çəkib əsəbi halda qaldırıb yerə çırpmışdır. Masaya qayıtdıqda isə aralarında söyüşlə mübahisələr davam etmiş, hətta qadın əlinə çəngəl götürərək söyüş söyə-söyə kafenin həyətində fırlanırdı. Elə həmin vaxt masanın üzərində olan 10 ədəd tarelkanı Aydın yerə çırparaq sındırmışdır. Qonşu masada olanlar Sənangilin hərəkətlərindən narazı qalaraq onlara irad tutmuş, o isə Sənangilin davranışı barədə Şamoya məlumat verdikdə Şamo ona masanı yığışdırıb qonaqları yola salmağı demiş, o, Sənangilin masasını yığışdırmağa cəhd etdikdə Aydın onu əxlaqsız söyüşlərlə söyərək ona masanı yığışdırmasına imkan verməmişdir. Bundan sonra Şamo Sənangilin masasına yaxınlaşaraq kafedəki qonaqların istirahətini pozduqları, ədəbsiz hərəkətlər etdikləri, masanın üzərindəki qab-qacaqları sındırdıqları üçün onlara irad tutmuş, həmin şəxslər Şamo ilə sözlə mübahisə etmişlər. Həmin vaxt o, kafenin kabinetində əyləşmiş hərbiçilərə xidmət etmək üçün kabinetə keçmiş, bayıra çıxdıqda isə Aydının Şamonu yerə çırpıb döydüyünü görmüşdür. Yaralanmış halda olan Zərərçəkmiş şəxs isə çinar ağacına söykəndiyini və sonra yerə yıxıldığını görmüşdür. Sonra saqqalı uzun boylu oğlan-Aydın kafedəki boş masalardan birini yerə dağıtmışdır. Ancaq mübahisədən bir neçə dəqiqə öncə kafedə o, həmin masadan 51 manat hesab almış. Sonra həmin oğlanlar kafedən çıxıb getmişdirlər. Şamonun bıçaqla Sənanı vurmasını görməmiş, Sənanın kababxanaya keçməsini, orada Şamonu qucaqlamasını da görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində yerləşən Tər-tər kafesinin müdiri kimi tanımışdır. Belə ki, əvvəllər də həmin kafedə çörək yemiş və bu kafedə heç bir problemi olmamışdır. 23.09.2020-ci il tarixdə saat 16 radələrində dostları Sənan və Orxanla, Sənanın dayısı Əli ilə “Nurlan” kafesində çörək yeyib bir ədəd 750 qramlıq araq sifariş edib yemək yeyib spirtli içki qəbul etmişlər. Sonra Sənanın dayısı Əli canlı musiqi olan kafelərin birinə getməyi təklif etmişdir. Bu səbəbdən Binəqədi rayonu ərazisində yerləşən Tər-tər kafesinə gələrək orada kabab, 4 ədəd piv əvə 0,7 litrlik araq sifariş etmişlər. Çörək yeməyə başlayan zaman onun tanışı olan bir qadın həmin kafeyə gəlmiş, kafedən başqa bir yerə getməyi tələb etmiş, qadının bu hərəkətindən əsəbləşərək onu kənara çəkib yerə çırpmış, bundan sonra masaya qayıtdıqda həmin qadınla aralarında söyüşlə mübahisələri olmuşdur. Qonşu masada əyləşənlər onlara söyüş söymələrinə görə irad tutduqda demişdir ki, bura həyətdir, ev deyil ki, söyüş söyməsinlər. Qonşu masada əyləşən iki nəfərlə xoş danışaraq mehribanlaşmışlar. Sonra onların masasına kafenin müdiri bildiyi Şamo yaxınlaşaraq narahatlıq yaratdıqlarına görə irad tutmuş, o və Orxan heç bir problem olmadığını deyərək səs salmayacaqlarını demişlər. Bundan sonra daha bir ədəd yarım litrlik araq sifariş edərək yeyib-içməyi davam etmişlər. Sonra onların masasına qulluq edən xanım yaxınlaşaraq Şamonun süfrəni yığışdırmasını deməsini bildirmişdir. Bu isə onlara pis təsir etmişdir. Həmin vaxt o, Orxan və Sənan buna etiraz etmiş və qalxaraq Şamo ilə söhbət etmişlər. Şamonun sözlərinə görə aralarında sözlə mübahisələri olmuş. Mübahisəni dayandırmaq məqsədilə o, Orxanı arxadan yaxınlaşıb qucaqlayaraq kafenin çıxışı tərəfə aparmış, geri, Şamo ilə Sənana yaxınlaşanda görmüşdür ki, Sənan sol yan böyürünü tutub və ona demişdir ki, Şamo onu vurmuşdur. Sənan ağaca doğru aşmış və yerə yıxılmışdır. O, Şamonu söyərək nə üçün Sənanı vurduğunu soruşmuşdur. Şamo isə Sənanı vurmadığını demişdir. Əsəbləşib Şamonu itələyərək Sənanı vurub bədbəxt etməsinin səbəbini soruşmuş, Şamo isə Sənanı vurmadığını demişdir. Sonra o, kafedə ümumi hər kəsə baxıb Sənanı vuran şəxsə söyüş söymüşdür. O, Sənanı ancaq Şamonun vura biləcəyini anlamışdır. Çünki, hadisədən bir iki dəqiqə öncə Şamonun əlində bıçaq olmuşdur. Sonra o, kafedən çıxanda əsəbi olduğu üçün stulun birini yerə çırpmış və kafedən çıxmışdır. Bundan sonra o, taksi saxladaraq taksi ilə Sənanı Binəqədi şossesi tərəfdə təcili tibbi yardım stansiyasına aparmışdır. Orada Sənanı təcili yardım avtomobilinə əyləşdirərək Sabunçuda yerləşən xəstəxanaya aparmışlar. Etiraf edir ki, kafedəki mübahisə, hadisənin özü onların davranışına görə, Şamonun onlara tutduğu iradlara əhəmiyyət vermədiklərinə görə baş vermişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 oğlunun ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, 23.09.2020-ci il tarixdə saat 15 radələrində Sənanla birlikdə “Nurlan” kafesinə gəlmiş, orada olan Sənanın dayısı Əli onları oturduğu masaya dəvət etmiş, orada kabab yeyib araq içmişlər. Sənan zəng edərək Aydını kafeyə dəvət etmiş, Aydın gəldikdən sonra onlarla birlikdə yeyib içmiş və sonra Aydın “Tər-tər” kafesində canlı musiqi olduğunu bildirib oraya getmələrini təklif etdiyi üçün “Tər-tər” kafesinə gedərək masalardan birində əyləşmişlər. Yemək və 1 litr araq sifariş etmişlər və yeyibiçmişlər. Arada bir söyüş söydükləri üçün yan masada əyləşən 2 nəfər şəxs söyüş söydükləri üçün onlara irad tutmuşlar. Aydın evdə olmadıqlarını buna görə də rahat danışa biləcəklərini bildirmişdir. Sonra onların tanışı olan Sevinc də kafeyə gəlmiş, həmin masada qonaq olmuşdur. Yan masada əyləşən şəxslərlə söyüşə görə aralarında narazılıq olmuş və olan narazılıqla əlaqədar həmin masaya yaxınlaşaraq onlarla mehribanlaşmış, yenidən öz masalarına geri qayıtmışlar. Həmin vaxt Şamo, yəni kafeni işlədən oğlan onların əyləşdiyi masaya yaxınlaşmış və narahatlıq yaratmanın səbəbini soruşmuş, o və tanışı Aydın heç bir problem olmadığını demişlər. Sonra bir ədəd yarım litrlik araq sifariş eləmişlər və kafedə yeyib içmişlər. Sonra masaya qulluq edən qıza Şamo həmin süfrəni yığışdırmalarını demişdir. Bu söz onlara pis təsir etmiş, həmin vaxt. O, Aydın və Sənan buna etiraz etmişlər və qalxıb sintezator ifa edən tərəfdə Şamo ilə söhbət etmişlər. O, Şamoya demişdir ki, o, ən gənc qazidir. Aprel döyüşləri iştirakçısıdır. Niyə onların süfrəsini yığışdırdırması barədə göstəriş verməsinin səbəbini soruşmuşdur. Bu zəmində Şamo ilə sözlə mübahisələri olmuşdur. Sonra Aydın onu arxadan yaxınlaşıb qucaqlamış və onu kafenin çıxışı tərəfə aparmış. Bu zaman görmüşdür ki, Sənan sol yan böyürünü tutub bıçaqlandığını Aydına bildirmişdir. Sənan ağaca doğru aşmış və yerə yıxılmışdır. Onun ağlına ilk Şamo gəlmiş və Şamonu söyüb demişdir ki, niyə onu vurmuşdur. Şamo heç kimi vurmadığını bildirmiş, Aydın Şamonu qollarından tutub itələyərək uşağı niyə bədbəxt etməsini deyib ona əsəbləşmiş, Şamo da əməlini etiraf etməkdən yayınmışdır. Ancaq həqiqətən də Sənanı orada ancaq Şamo vurmuşdur. Çünki, hadisədən bir iki dəqiqə öncə Şamonun əlində bıçaq olubmuş. Sonra taksi ilə Sənanı Binəqədi şossesi tərəfdə təcili tibbi yardım stansiyasına aparmışlar. Orada Sənanı təcili yardım avtomobili ilə Sabunçuda yerləşən xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü RB-nin rəisinə həmin bölmənin məsul növbətçisinin ünvanladığı23.09.2020-ci il tarixli raportdan müəyyən olunur ki, 23.09.2020-ci il tarixdə 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Binəqədi rayonu DSK yolunda yerləşən “Tər-Tər” kafesində qarının sol tərəfinin kəsilmiş deşidlmiş yarası ilə 16 saylı TTYS-na daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 24.09.2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan müəyyən olunur ki, hadisə yeri Binəqədi rayonu DSK yolunda yerləşən N saylı hərbi hissə ilə üzbə-üz yerləşən “Tər-Tər” kafesidir. Kafenin həyətində masalar var, masaların arxasında sanitar qovşağı, bir qədər solda içəri tərəfdə manqalxana yerləşir. Kafenin 4 kabineti və bir böyük zalı vardır. Kafenin giriş plakatında şüşənin zədədlənməsi aşkar olunsa da orada qan və ya digər ləkələr aşkar edilməmişdir. Cinayətin predmeti hesab edilən bıçaq həmin kafedə müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 24.09.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 26.09.2020-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X4 barəsində 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsemənin əvvəli faktiki tutulduğu tarixdən 23.09.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizanın 19.10.2020-ci il tarixli, 1753 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qarının sol yan divarının daxilə nüfuz edərək S-vari bağırsaq müsaqirənin və nazik bağrısağın dəlib keçən yaralanmasını müşaiyət olunan kəsilmiş deşilmiş yarası kəsici deşici əşyanın təsirindən onun tibbi yardım üçün Bakı Baş Sİ-nin 3 saylı şəhər klinik xəstəxanasına müraciət etdiyi 23.09.2020-ci il tarixdə əmələ gələ bilərdi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixatirik Ekspertiza mərkəzi publik hüquqi şəxsin 12.01.2021-ci il tarixli, 45 saylırəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi Xəstəliyin əlamətləri aşkar olunmur. Buna cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. Sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 15.01.2021-ci il tarixli, 09/2021 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs qan qrupu O/İ təqdim olunan qərara əsasən 2-ci Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək üzərində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız “H” antigenti alındı. Bu qan ləkələrin Oalfabeta(1) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-kriminalistik ekspertizasının 15.01.2021-ci il tarixli, 03-MTKŞ/2021 saylı rəyindən müəyyən olunur ki; 1.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön sol nahiyyəsində bir ədəd dəlib keçən zədə aşkar olundu.Bu zədə deşilmiş-kəsilmiş zədədir ülgücü və küpü olan yastı tiyə deşici-kəsici alətin təsirindən törənmişdir. 2.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön sol nahiyyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarının sol-yan divarının daxilə nüfuz edən bir ədəd yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 15.04.2021-c il tarixli qərardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd köynək maddi sübut kimi tanınaraq Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibtdi istintaq zamanı Zərərçəkmiş şəxs 29.12.2020ci il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, məlum hadisədən sonra ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə tərkibi həm də nəzərə alır ki, bu cinayət hadisəsi məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş vermişdir. Belə ki, Zərərçəkmiş şəxs “Tər-tər” kafesində spirtli içkinin təsirindən söyüş söyməsi və digər masalarda əyləşən şəxslərə narahatlıq yaranması nəticəsində cinayət hadisəsi baş vermişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs oğlunun təqdim etdiyi notarial qaydadad təsdiq edilmiş 09.06.2021-ci il və 10.06.2021-ci il tarixli ərizələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikas1ı CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, CM-nin 59.1.8-ci maddəsinə əsasən cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə uyğun olaraq cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, habelə CMnin 59.2-ci maddəsinə uyğun olaraq törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməsi ilə bağlı müddəa Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edərkən tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkündür. Məhkəmə nəzərə alır ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi məqsədi qoyulmuş, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tətbiqi genişləndirilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 ay 14 gün ərzində, yəni 23.09.2020-ci il tarixdən 07.07.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin olunan cəza müddətindən çıxılmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə halda iş üzrə maddi sübut olan Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd köynək məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi1 üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs 23.09.2020-ci il tarixdən 07.06.2021-ci il tarixədək həbsdə saxlanıldığı – 09 ay 14 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Üzərində saxlanılmış 03 (üç) il 02 (iki) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad olunsun. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə, cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd köynək məhv edilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1055/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1055/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver