Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1055/2022 10.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X4 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X3, Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları Dövlət ittihamçısı və X1, Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 08 avqust 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 9, mənzil 47 üvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2021-ci ilin may-iyun aylarında rəsmi olaraq satış meneceri işlədiyi "xxxx" şirkətinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ evinə mebel hazırlanması barədə müştəri kimi müraciət etmiş Şahid sifariş vermiş olduğu mebellərin pulunu hissə-hissə verməsi və həmin pulu işlədiyi "xxxx" şirkətinin kassasına yatıracağı barədə vəd verib razılaşdıqdan sonra Şahid 16 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yolun kənarında 20.000 (iyirmi min) manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Babək plazanın” qarşısında 5.000 (beş min) manatını vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirdikdən sonra, həmin pulları "xxxx" şirkətinə ödəməyib şirkətinin direkrotu Zərərçəkmiş şəxs1 ümumilikdə 25.000 (iyirmi beş min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2021-ci ilin may-iyun aylarında rəsmi olaraq satış meneceri işlədiyi "xxxx" şirkətinə müştəri kimi müraciət etmiş Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən mənzilə sifariş vermiş olduğu santexnik və tikinti materialları alacağı barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs3 göndərmiş olduğu 88.000 manat pulu 2021-ci ilin may-iyun aylarında Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Babək plazanın” qarşısında Nümayəndə1 hissə-hissə alaraq həmin pulu şirkətin kassasına yatıracağı barədə yalan vəd versə də, almış olduğu 88.000 manat puldan 52.000 manatını ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 52.000 (əlli iki min) manat məbləğində küllü miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə edərək sonuncuya Ruusiya Federasiyası Dağıstan Respublikasında satışda olan antik əşyanı Bakı şəhərinə gətirəcəyi barədə yalan vəd verib aldadaraq, 28 iyun 2021-ci il tarixdə ünvan 1 ünvanında 2900 manat, Zərərçəkmiş şəxs2 tərəfindən “İBA” proqramı vasitəsi ilə “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən verilmiş **********423252 nömrəli kart hesabına xx.xx.2021-ci il tarixdə göndərmişı olduğu 165 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 3.065 (üç min altmış beş) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ali təhsilli olmaqla, əvvəllər X2 Azərbaycandakı səfirliyində, Daxili İşlər Nazirliyində, daha sonra isə DNS Computers və digər böyük şirkətlərdə işləmişdir. Sonuncu iş yeri Zərərçəkmiş şəxs1 direktoru olduğu “Zəfəroğlu” mebel şirkəti olmuşdur. O, həmin şirkətdə təxminən 4-5 ay müddət ərzində işləməklə, şirkətlə onun arasında rəsmi əmək müqaviləsi bağlanılmamışdır. Əvvəllər işlədiyi şirkətlərdən və Zərərçəkmiş şəxs1 ilə aralarında olan razılaşmaya əsasən hər satışdan əldə etdikləri pulun 8 faizi ona verilməli olduğu halda, şirkətdə satış şöbəsinin müdiri vəzifəsində işlədiyi dövrdə şirkətin kassasına bir milyon manatdan artıq pul köçürsə də, Zərərçəkmiş şəxs1 ona həmin ödənişlərdən düşən payı verməmişdir. 2021-ci ilin may ayının sonlarında şirkətdə olduğu zaman ona rəhbərlik tərəfindən Dəmir adlı müştərinin evinə mebellərin hazırlanması tapşırığı verilmişdir. O, dərhal şirkətin işçiləri olan dizaynerlərlə bilrikdə Dəmir adlı şəxsə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbində yerləşən bağ evinə getmişdir. Bağ evində olduğu zaman dizaynerlər Dəmir adlı şəxsə müvafiq layihələr təqdim etmişlər və onun hesablamasına görə Dəmir adlı şəxs bu mebellər üçün şirkətə 120.000 (yüz iyirmi min) manat pul verməli olmuşdur. Şirkətin rəhbərlik tərəfindən qoyulmuş qeyri-rəsmi qanununa görə sifariş vermiş müştəri sifariş etdiyi mallara görə ödəməli olduları pulun yarısını ilkin ödəniş kimi verməli olmuşlar. Bir müddət keçdikdən sonra Dəmir adlı şəxs onunla və şirkət rəhbərliyi ilə mobil telefon vasitəsi ilə danışan zaman bildirmişdir ki, şirkətə ilkin ödəniş olaraq ödəməli olan 60.000 (altmış min) manatını müəyyən səbəblərdən ödəyə bilmədiyini və həmin məbləğin hissə hissə verə biləcəyini bildirmiş, şirkət rəhbərliyi də Dəmir adlı şəxsin bu təklifi ilə razılaşmışdı. Təxminən 2021-ci ilin iyun ayının ortalarında o, Dəmir adlı şəxslə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yolun kənarında görüşərək ondan 10.000 (on min) manat pul alaraq şirkətə gedib həmin pulu kassaya keçirmişdir. Bir neçə gün sonra o, yenidən Dəmir adlı şəxslə həmin ünvanada görüşmüş və bu dəfə ondan 20.000 (iyirmi min) manat pulu almışdır. Səhəri günü Dəmir adlı şəxs onunla əlaqə saxlamış və üstündə bir qədər pulu ödəniş olaraq ona vermək istədiyini bildirdikdən sonra onlar həmin gün günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Babək” plazanın qarşısında görüşmüşlər. Görüş əsnasında o, Dəmirdən 5.000 (beş min) manat məbləğində pul almış və ona narahat olmamasını bildirmişdir. Dəmirdən aldığı pulları onun şirkətə əvvəlki işlərlə əlaqədar qazandırdığı pulların ona düşən bonusları kimi hesablamışdır və ona hazırki iş üzrə elan olunmuş ittihamın bu hissəsində özünü təqsirli bilmir. Zərərçəkmiş şəxs3 “Zəfəroğlu” mebel şirkətinin müştərisi kimi tanımışdır. Belə ki, o, “Zəfəroğlu” şirkətində işləyən zaman şirkətin əvvəlki müştərilərindən olan və Qazaxıstan Respublikasında yaşayan Zərərçəkmiş şəxs3 mənzilinin təmir olunması üçün şirkət ilə müqavilə bağlanmışdır. Qaşqay adlı şəxs mobil telefon vasitəsi ilə onunla danışan zaman qardaşı Orxanın Bakı şəhərində olması və pulu ona göndərəcəyini, Orxanın isə pulu ona verəcəyini bildirərək, mənizlin təmiri ilə yanaşı olaraq mətbəx və santexnika mallarının da onun tərəfindən alınmasını istəmişdir. Həmin vaxt o, santexnika mallarını xarici ölkədən sifariş edəcəyini bildirmiş və Qaşqayla razılaşmışdır. Santexnika mallarının İtaliyadan gətirilməsinə dair razılaşmanın “Zəfəroğlu” mebel şirkətinə aidiyyatı olmamış, həmin razılaşma yalnız müştəri ilə onun arasında olmuşdur. İlkin ödəniş olaraq Qaşqayın qardaşı Orxan ona 25.500 (iyirmi beş min beş yüz) manat pul ödəmişdir. 2021-ci ilin may ayının sonlarında o, Orxan adlı şəxslə görüşmüş və ondan həmin pulu Bakı şəhəri, Xətai rayonu, Babək prosektində yerləşən “Babək plaza”-nın qarşısında almışdır. Həmin pulun 12.500 (on iki min büş yüz) manatını ilkin ödəniş olaraq Qaşqay adlı şəxsin mənzilinə “Santral Elektrik”-dən sifariş verdiyi təmir materialları üçün ödəmışdir. Həmin məbləğdən başqa Qaşqay və Orxan tərəfindən ona heç bir məbləğdə pul verilməmişdir. Zərərçəkmiş şəxs3 və “Zəfəroğlu” mebel şirkəti arasında olan razılaşmanın ona aidiyyatı yoxdur, 52000 manat məbləğində pul ona verilməmişdir. Ona elan olunmuş ittihamın bu epizodu ilə da razı deyil və özünü təqsirli bilmir. Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Collezione İtaly”adlı mağazada satış meneceri vəzifəsində işlədiyi zaman müştəri kimi tanımış və həmin vaxtdan bir neçə dəfə ona xarici ölkələrdən almaq istədiyi antikvar əşyaların Azərbaycana gətirilməsində köməklik göstərmişdir. O, 29 iyun 2021-ci il tarixdə şirkətdə olduğu zaman Nigar xanım ona “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə səsli mesaj gönədərərək Dağıstan Respublikasında tanışının olub olmamasını soruşmuş, o da tanışının olmasını və köməklik lazımdırsa ona deməsini bildirmişdir. Nigar xanım ona Dağıstan Respublikasında bir qadının olduğunu və onun antikvar qab satdığını bildirmiş, lakin satan şəxsin gömrükdə tanışının olmaması səbəbindən onu Bakıya göndərə bilmədiyini demişdi. Həmin vaxt o, Zərərçəkmiş şəxs2 səs ataraq heç bir problemin olmadığını və şirkətin işçilərinin oraya tez-tez gedib gəldiyini bildirərək həmin şəxsin nömrəsini və pulunu ona verməsini xahiş etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 vəziyyətinin yaxşı olmadığını və evdən çıxa bilməməsini ona bildirmişdir. O, pandemiya vaxtı bir neçə dəfə Zərərçəkmiş şəxs2 ünvan 2 ünvanını bilmiş və Zərərçəkmiş şəxs2 evinə gedərək pulu götürməyini təklif etmiş, o da onunla razılaşmış və o, həmin günü saat 12:30-da Nigar xanımın yaşadığı ünvan 3 ünvanına getmişdir. Həmin gün o Zərərçəkmiş şəxs2 nağd 2900 manat pul almış, 195 manat isə Zərərçəkmiş şəxs2 tərəfindən ona kart vasitəsi ilə göndərilmişdir. O, özünü ona elan olunmuş ittihamın yalnız bu epizodu üzrə qismən təqsirli bilir. Zərərçəkmiş şəxs2 ilə aralarında olan münasibətlərin pisləşməklə bu vəziyyətə gəlməsinin səbəbkarı “Zəfəroğlu” mebel şirkətidir. Belə ki, Zərərçəkmiş şəxs2 ilə aralarında olan son işbirliyi ərəfəsində o, “Zəfəroğlu” mebel şirkətində işləmiş və şirkətə aid mobil telefon nömrəsində istifadə etmişdir. “Zərəfoğlu” mebel şirkətindən ayrıldıqdan sonra şirkət tərəfindən onun istifadə etdiyi mobil telefonunda olan kontaktlarla əlaqə saxlayaraq, müştəriləri olmuş şəxslərə onunla işbirliyi qurmamalarını tövsiyyə etmişlər. Bu səbəbdən də Zərərçəkmiş şəxs2 barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Son olaraq bildirmişdir ki, ona elan olunmuş ittihamın iki epizodu üzrə özünü təqsirli bilmir. Məhkəmədən cavan olmasını, ailəli olmaqla, birinci nikahından iki azyaşlı övladının olmasını, həmçinin 6 xarici dili sərbəst bilməsini və cəmiyyətə yararlı ola biləcək vətəndaş olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayınaa Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Collezione İtaly”-adlı mağazada satış meneceri vəzifəsində işləməyə başlamışdır. Daha sonra isə həmin tarixdən Zəfəroğlu şirkətində mebellərin satışı şöbəsində müdir vəzifəsində işləmişdir. Zəfəroğlu şirkətində işləyənə qədər keçmiş həyat yoldaşına ödəməli olduğu alimentlərin borcu çoxalmağa başlamış, eyni zamanda bir neçə banka olan borclarını da ödəyə bilməməyi səbəbi ilə maddi cəhətdən sıxıntılar yaşamağa başlamışdır. Bunlarla yanaşı olaraq o, topaz mərc oyunlarında xeyli pullar uduzmuşdur. Zəfəroğlu şirkətində işlədiyi zaman mebellərlə bağlı olan pul məsələləri onun əlindən keçmişdir. Müştərilərin bir qismi pulu şirkətə gələrək kassaya keçirtmələrinə baxmayaraq bir qismi isə pulu Bakı şəhərinin bir neçə yerlərində əlbəəl alaraq şirkətin kassasına özü ödəmişdir. 2021-ci ilin may ayının sonlarında şirkətdə olan zaman Dəmir adlı müştərinin evinə mebellərin hazırlanması tapşırığı rəhbərlik tərəfindən ona verilmişdir. O, dərhal şirkətin işçiləri olan dizaynerlər ilə birlikdə Dəmir adlı şəxsə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki bağ evinə getmişlər. Bağ evində olan zaman dizaynerlər evə yerləşəcək mebellər üçün müvafiq layihələri Dəmir adlı şəxsə təqdim etmiş və onun hesablamalarına görə Dəmir adlı şəxs bu mebellər üçün şirkətə 120.000(yüz iyirmi min) manat pul verməli olmuşdur. Şirkətin rəhbərlik tərəfindən qoyulmuş qeyri-rəsmi qanununa görə sifariş vermiş müştəri sifariş etdiyi malların pulunun yarısını ilkin ödəniş kimi verməli olmuşdur. Dəmirə bunu demiş və onlar razılaşdıqdan sonra yenidən şirkətə qayıdaraq lazımı olan işlərini görməyə başlamışdır. Təqribən bir müddət keçdikdən sonra Dəmir onun və şirkət rəhbərliyi ilə mobil telefon vasitəsi ilə danışan zaman bildirmişdir ki, ona gəlməli olan pul gəlməməsi səbəbi ilə ödəməli olan məbləğin yəni 120.000(yüz iyirmi min) manatın 60.000(altmış min) manatını verə bilməməsi səbəbi ilə həmin məbləği hissə-hissə verə biləcəyini bildirmişdir. Şirkət rəhbərliyi Dəmir adlı şəxsin bu təklifi ilə razılaşmışdır. O, 2021-ci ilin iyun ayının ortalarında Dəmir adlı şəxsi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yolun kənarında görüşərək sonuncudan 10.000 (on min) manat pul alaraq şirkətə gedib həmin pulu kassaya keçirtmişdir. Təxminən bir neçə gün sonra yenidən Dəmir adlı şəxs ilə həmin ünvanda görüşmüş və bu səfər Dəmirdən 20.000(iyirmi min) manat pulu almışdır. Pulu alan günü Türkiyə və Uels futbol komandalarının oyunu olmuşdur. O, borclarından, eyni zamanda alimentdən yaxa qurtarmaq üçün ağlına həmin pulu Topaz-da mərc edərək oyuna qoyaraq qazanmaq və əsas məbləği, yəni Dəmir adlı şəxsdən almış olduğu şirkətin kassasına yatızdıracağı 20.000(iyirmi min) manat pulu geri qoyaraq qazandığı qalan pulları isə aliment və digər borclarını ödəmək gəlmiş və elədə etmişdir. Bu səbəbdən Dəmir adlı şəxsdən pul almağı barədə heç kəsə məlumat verməmiş və həmin pulu Topazda mərc oyunlarına yatızdırmışdır, lakin həmin günü o pulu da uduzmuşdur. Səhəri günü yenidən Dəmir adlı şəxs onunla əlaqə saxlamış və üstündə bir qədər pul olmasını həmin pulu da ona verməsini istədiyini bildirmiş və onlar razılaşaraq təxminən günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Babək” plazanın qarşısında görüşmüşlər. Görüş əsnasında Dəmirdən 5.000(beş min) manat pul alaraq sonuncuya narahat olmamasını və pulu kassaya keçirəcəyini bildirmişdir. Bundan sonra isə yenidən həmin günü həmin 5.000(beş min) manat pulu uduzduğu 20.000(iyirmi min) manat pulu bəlkə geri qaytarar adı ilə yenidən Topazda mərc oyunlarına yatızdırmış və yenidən uduzmuşdur. Bir müddət keçdikdən sonra işlədiyi şirkətin direktoru Şahin adlı şəxs ondan Dəmir adlı şəxsin ona pul verib verməməsini soruşduqda o, Şahinə 10.000 manat pul verməsini, qalanını isə gələcək günlərdə verəcəyini demişdir. Lakin, Şahin ona Dəmir adlı şəxs ilə danışdığını və Dəmirin ona 35.000 (otuz beş min) manat verdiyini bildiyini demişdir. O isə Şahinə pulu onun kartına köçürtdüyünü lakin, kartdan çıxarda bilmədiyini deyərək vaxt qazanmağa çalışmışdır. Təxminən bir neçə gün keçdikdən sonra Şahin ona yenidən yaxınlaşaraq nə üçün yalan dediyini və onun yenidən Dəmir ilə danışdığını və Dəmirdən onun pulu əlbəəl aldığını demiş, o, yalanlarının üzə çıxdığını görmüş və heç bir yolunun olmadığını düşünərək Şahinə olanları, yəni pulu Dəmirdən alaraq Topazda uduzduğunu lakin, 01 iyul 2021-ci il tarixdə kassaya geri qoyacağına söz versə də bunu edə bilməmişdir. Bununla yanaşı, Zəfəroğlu şirkətində işləyən zaman şirkətin əvvəlki müştərilərindən olan və Qazağıstan respublikasında yaşayan Qaşqay adlı şəxsin mənzilinin təmir olunması üçün şirkət ilə müqavilə bağlanmışdır. Qaşqay adlı şəxs mobil telefon vasitəsi ilə onunla danışan zaman sonuncunun qardaşı Orxanın Bakı şəhərində olması və pulu Orxana göndərəcəyini, Orxanın isə pulu ona verəcəyini bildirərək, ona məxsus olan mənzilin təmiri ilə yanaşı olaraq mətbəx və santexnika mallarınında onun tərəfindən alınmasını istəmişdir. o, Qaşqaya həmin santexnika mallarının Türkiyədən sifariş edəcəyini demiş və Qaşqayla razılaşmışlar. Müqavilənin bağlanmasına əsasən ilkin ödəniş olaraq Qaşqayın qardaşı Orxan ona 25.500 (iyirmi beş min beş yüz) manat pul ödəmişdir. 2021-ci ilin may ayının sonlarında Orxanla görüşmüş və sonuncudan həmin pulu Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Babək plaza”-nın qarşısında almışdır. Həmin pulun 12.500(on iki min beş yüz) manatını ilkin ödəniş olaraq Qaşqay adlı şəxsin mənzilinə “Santral Elektrik”-dən sifariş verdiyi təmir materialları üçün ödəmiş, qalanını isə həmin günü axşam digər borclarını ödəmək və artıq pul qazanmaq məqsədi ilə yenidən “Topaz”-da mərc oyunlarına yatızdıqmış və həmin pulu da uduzmuşdur. Bu barədə isə nə şirkət rəhbərliyinə nədə ki, ev yiyəsinə bir söz deməmişdir. Daha sonra isə təxminən 2021-ci ilin iyun ayının ortalarında Orxan adlı şəxs yenidən onunla əlaqə saxlayaraq ona 36.000(otuz altı min) manat pul vermişdir. Pulu isə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Babək plaza”-nın qarşısında vermiş və ondan evin nə yerdə olduğunu soruşduqda o, Orxana hər şeyin öz qaydasında olduğunu deyərək narahat olmamasını bildirərək sonuncunu aldatmışdır. Orxanın ona vermiş olduğu 36.000 manat pulun 23.500(iyirmi üç min beş yüz) manatını “Rubi” mebel-dən Qaşqay adlı şəxsin mənzili üçün sifariş verdiyi 47.000(qırx yeddi min) manatlıq santexnika materialları üçün 50 faiz olaraq ilkin ödəniş etmişdir. Qalan pulu isə yenidən əlavə gəlir əldə edəcəyi arzusu ilə Topazda mərc oyunlarına yatızdıraraq uduzmuşdur. Sonuncu səfər isə xx.xx.2021-ci il tarixdə yenidən Orxandan əlavə olaraq 27.000(iyirmi yeddi min) manat pulu almış, lakin həmin pulu aldığı gün Topaz mərc oyunlarına yatızdırsa da, uduzmuşdur. Daha sonra isə təxminən bir neçə gün keçdikdən sonra Qaşqay adlı şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək ustalar ilə danışdığını, lakin sifariş verilən tikinti materiallı və santexnika mallarının mənzilə gəlməməsini bildirdikdə o, Qaşqayı aldadaraq bir az gömrükdə problemlərin olmasını demişdir. Bundan başqa, 29 iyun 2021-ci il tarixdə şirkətdə olan zaman əvvəl işlədiyi “İtalian Collezione” şirkətinin müştərisi Nigar xanım ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə səs göndərərək Dağıstanda tanışı olub-olmamasını soruşmuşdur. O, Nigara tanışının olmasını və nə isə lazımdısa ona deməsini demişdir. Nigar xanım onun “İtalian Collezione” şirkətində işləmədiyini bilməməsi səbəbindən o da sonuncuya heç bir söz deməmişdir. Nigar xanım ona orada bir qadının olduğunu və qadının antikvar qab satdığını bildirmiş, lakin satan şəxsin gömrükdə tanışının olmaması səbəbi ilə qabı Bakı şəhərinə göndərə bilməməsini demişdir. O isə Nigara səs ataraq heç bir problemin olmadığını və şirkətin işçilərinin oraya tez-tez gedib gəldiyini bildirərək həmin şəxsin nömrəsini və pulunu ona verməsini demişdir. Məqsədi isə son zamanlar Zəfəroğlu şirkətində onun şirkətin etibarından sui-istifadə edərək müştərilərdən pulu alaraq dələduzluq etdiyi üçün işdə iş münasibətlərinin yaxşı olmadığını və onu yaxınlarda çıxardacaqları üçün pulsuz qalmağı səbəbi hansı yol ilə olsun Nigar xanımın pulu da ələ keçirdərək pis günləri üçün istifadə edəcəyini fikirləşmişdir. Bu səbəbdən Nigarı aldadaraq Dağıstanda tanışı olmasını bildirmiş, lakin, onun orada heç bir tanışı olmamışdır. 28 iyun 2021-ci il tarixdə o, Nigar xanıma mobil telefon vasitəsi ilə zəng edərək pulu verməsini xahiş etmişdir. Nigar isə vəziyyətinin yaxşı olmadığını evdən çıxa bilmədiyini demişdir. O, pandemiya vaxtı bir iki dəfə Nigar xanımın Yasamal rayonunda yerləşən mənzilinə sifarişlərini apardığı üçün Nigarın evini bilmiş və Nigar xanıma sonuncunun evinə gedərək pulu özünün götürməsini təklif etmişdir. Nigar onunla razılaşmış və o, həmin günü saat 12:30-da Nigar xanımın yaşadığı ünvan 3 ünvanına getmişdir. Mənzilə daxil olduqdan sonra Nigarla salamlaşmış və sonuncudan 2900 manat pul almışdır. Üzərində nağd pulunun olmamasını bildirərək qalan 165 manatı isə ona məxsus olan bank hesabıma göndərmişdir. 01 iyul 2022-ci il tarixdə Nigar xanım ona mobil telefon vasitəsi ilə zəng edərək Dağıstanda olan şəxsin ona heç kəsin yaxınlaşmadığını dedikdə o, Nigara narahat olmamasını və 09 iyul 2021-ci il tarixdə şəxsən özünün Dağıstana gedəcəyini deyərək Nigarı aldatmışdır. Daha sonra isə mobil telefon nömrəsini dəyişmişdir. Nigar xanımdan əldə etdiyi pulu isə şəxsi istifadəsi üçün xərcləmişdir. Həmçinin Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, O, sonuncu dəfə yəni artıq işlədiyi “Zəfəroğlu” şirkəti ilə arasında olan iş münasibətlərini sonlandırılan ərəfələrdə Zərərçəkmiş şəxs2 sonuncuya məxsus olan ünvan 1 ünvanında 2900 manat pul almışdır. Həmin pulu isə almaqda məqsədi işsiz qaldığı müddətlərdə öz ehtiyaclarını qarşılamaq olmuşdur. Zərərçəkmiş şəxs2 isə pulu 29 iyun 2021-ci il tarixdə almış və ondan sonra isə o nə Dəmir bəydən nədə ki, Nümayəndə1 pul almamışdır. Dəmir adlı şəxsi əvvəllər tanımamış, o, «Zəfəroğlu» şirkətində işlədiyi zamanlarda Dəmir adlı şəxsi müştəri kimi tanımışdır. Dəmirlə danışıqları o, aparmış, amma aralarında olan bütün danışıqlardan rəhbərliyin məlumatı olmuşdur. O, Dəmirdən ümumilikdə müqavilə əsasında 120.000 manat pul alıb həmin məbləğin 64.000 manatını hissə-hissə olmaqla şirkətin kassasına ödəmişdir. Lakin pula ehtiyacı olduğundan şəxsi ehtiyacları üçün 25.000 manat pulu şirkətin kassasına mədaxil etməmişdir. Qaşqay adlı şəxs də eyni qaydada «Zəfəroğlu» şirkətində müştəri kimi olmuş və Qaşqayı da şirkətdə müştəri kimi tanımışdır. Qaşqay adlı şəxsin qardaşı Orxanla Zəfəroğlu şirkətinin arasında mənzilin təmiri ilə yanaşı olaraq mətbəx və santexnika mallarınının alınması məsələsi ilə bağlı rəsmi müqavilə bağlanmasa da razılıq olmuşdur. O, həmin tarixləri xatırlamamış əsasən Xətai rayonu və Sumqayıt şəhərində pul almışdır. Həmin pulun bir qismini Santral elektrik, Rubi mebel və Zəfəroğlu şirkətlərinə ödəmişdir. O, 47.000 manatın 50-60 faizini “Rubi” mebel şirkətinə vermişdir. Müqavilələrdə ödəniləcək məbləğ və qalıq pul qeyd olunmamışdır. O, 2.900 manat pulu Nigara antik əşya olan güldanı xaricdən gətizdirmək adı ilə xx.xx.2021-ci il tarixdə yaşadığı Bakı şəhəri Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində yerləşən mənzildə həmin evdə işləyən dayənin yanında almışdır. Səhəri günü isə yəni xx.xx.2021-ci il tarixdə saat 13:55-də Zərərçəkmiş şəxs2 ona məxsus adına olan **********423252 nömrəli Beynəlxalq bank kartına qalıq qalmış 165 manatı göndərmiş, o da həmin pulu həmin günü axşam saatlarında Xətai rayonu Babək prospekti yaxınlığında Nəcəfoğlu Rəfiyev küçəsində “Bravo” marketin bankomatından kartını daxil edərək çıxartmış və Nigar xanımın ona ümumilikdə verdiyi 3,065 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. O, ilkin olaraq birinci dəfə 2.900 manat pulu Nigar xanımdan yaşadığı evində xx.xx.2021-ci il tarixdə aldıqdan bir gün sonra yəni xx.xx.2021-ci il tarixdə yerdə qalan 165 manat pulu onun bank kartına vurmuşdur. O da həmin pulu həmin günü çıxardaraq şəxsi ehtiyaclarıma xərcləmişdir (cild 01, iş vər. 81-84, 97-100). Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, Orxab Xeyrxəbərlinin özünü qismən təqsirli bilməməsinə baxmayaraq, hadisələrin baş vermə yerinə vaxtı və inkişafı ardıcıllığı barədə ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, həmçinin tədqiq edilmiş digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-nin tabeliyində olan "xxxx"-in direktoru vəzifəsində çalışır. Şirkətin ofisi Babək prospektində yerləşən Babək Plazada yerləşməklə, şirkət qurulduqdan hazırki vaxtadək çox sayda müxtəlif istiqamətli təmir-dizayn işlərinin sifarişini qəbul etmiş, proyektləri uğurla sona çatdırmış və dərin müştəri məmnuniyyəti ilə sahiblərinə təhvil vermişdir. Təqsirləndirilən şəxs direktoru olduğu "xxxx" MMC-nin tabeçiliyində olan "xxxx"-də satış meneceri kimi əmək müqaviləsi əsasında işləmişdir. Təqsirləndirilən şəxs satış meneceri olaraq vəzifəsi mebellərin hazırlanması üçün sifariş verən müştərilərlə danışıqlar aparmaq, qiymət danışmaq, müştərilərdən ödənişi aldıqdan sonra isə kassaya və ya ona birbaşa verməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs onun direktoru olduğu şirkətdə 2021-ci ilin iyun ayına qədər işlədiyi müddət ərzində aralarında hər hansı bir problem olmamışdır. 2021-ci ilin iyun ayının əvvəllərində Dəmir adlı şəxs şirkətə müraciət edərək 35.000 manat dəyərində müxtəlif mebellərin sifarişini vermişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, 2021-ci ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs ona məlumat vermədən həmin müştərinin yaşadığı Xəzər rayonunda yerləşən evinə gedərək müştəridən 35.000 manat pul almış, lakin şirkətin kassasına cəmi 10.000 manat ödəniş etmiş, qalan 25.000 manata isə mərc oyunu oynayaraq uduzmuşdur. Şirkətin nüfuzuna xələl gətirilməməsi üçün Şahid tərəfindən edilən sifarişlər yerinə yetirilmişdir. Bundan başqa, 2021-ci ilin mart ayında Nümayəndə1 ilə 50.000 manat dəyərində mebellərin hazırlanması ilə bağlı "xxxx"-in arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Nümayəndə1 ilkin ödəniş olaraq 25.000 manat pul ödənilmişdir. 2021-ci ilin aprel ayında isə Təqsirləndirilən şəxs işə qəbul olduqdan sonra Nümayəndə1 yeni sifarişlərin verilməsi üçün Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışdır. Həmin vaxt yeni qəbul olunan sifarişlər üzrə Təqsirləndirilən şəxs həmin mebellərin "xxxx" tərəfindən hazırlanmadığını, lakin öz əlaqələri vasitəsilə başqa mebel şirkətləri vasitəsilə Türkiyədən sifariş edə biləcəyini demişdir. Buna görə Nümayəndə1 2021-ci ilin iyun ayları ərzində Türkiyədən mebellər və santexnika malları sifariş etməsi üçün Təqsirləndirilən şəxs ümumilikdə 88.000 manat pul vermiş, Təqsirləndirilən şəxs “Rubi” mebel şirkətinə və “Santral Elektrik” şirkətinə ümumilikdə 36.000 manat pulu ilkin ödəniş kimi etsə də, qalan 52.000 manat pulu ələ keçirmişdir. Nümayəndə1 Təqsirləndirilən şəxs "xxxx" şirkətinin əməkdaşı olaraq tanıdığından Təqsirləndirilən şəxs bu əməli ilə şirkətin nüfuzuna ciddi xələl gətirmişdir. Baş vermiş hadisə nəticəsində "xxxx"-ə 25000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ildən tanımışdır. O, «Collezione İtaliya» brend mağazasının daimi müştərisi kimi həmin mağazadan evinə qab-qacaq almış, həmin mağaza ünvan 5 ünvanında yerləşmişdir. Orxanı da, həmin mağazanın qab satışı şöbəsinin meneceri kimi tanımış, o, həmin mağazadan evinə qab-qacaq almışdır. Pandemiya ilə əlaqədar mağazadan onlayn alış-veriş etdiyi zamanlar həmin mağazadan aldığı əşyaları Orxan onun yaşadığı mənzilə gətirmiş və o da aldığı əşyaların pulunu sonuncuya vermişdir. Bu vasitə ilə mağazada etdiyi alış-verişlə bağlı heç vaxt heç bir problem olmamışdır. Sonra Orxan ona demişdir ki, «Collezione İtaliya» brend mağazası karqo şirkəti də açıb, nə isə gətirmək lazım olsa ona müraciət edə bilər. 2021-ci ilin iyun ayında o, Rusiya Federasiyasının, Dağıstan Respublikasında Maxaçkala şəhərində yaşayan və antikvar əşyaların satışı ilə məşğul olan tanışı Patya xanımın “instaqram” səhifəsində gümüşdən olan antikvar qənd qabını bəyənmiş, Patya ilə sosial şəbəkə vasitəsi ilə danışmışdır. Patya həmin əşyanın 1800 dollara satışda olduğunu demişdir. Patya demişdir ki, həmin əşyanı poçt vasitəsi ilə də, göndərə bilər, amma gömrükdə çətinliyi yarana bilər. Ona görə də, o, qərara almışdır ki, Orxana müraciət etsin, Orxan şirkətin karqosu vasitəsi ilə həmin qabı onun üçün gətirsin. Bununla bağlı Orxan ilə “whatsap” üzərindən yazışmaları olmuşdur. Orxan həmin əşyanı gətirə biləcəyini demişdir. Ödəniş barədə razılaşmışlar ki, 1800 dollar pulu o, manat ekvivalentindəyəni 3060 manat pulu Orxana bu başdan nağd şəkildə versin ki, Orxan Maxaçkalaya şirkətin malları üçün gedəndə həmin qabı götürüb gələr. Orxan ona öz kartının şəkilini göndərmiş, o, nə qədər cəhd etsə də, Orxanın kartına pul oturmamışdır. xx.xx.2021-ci il tarixində saat 12:30 radələrində Orxan onun yaşadığı ünvana gəlmiş, o, mənzilində olan Sevda adlı uşaq dayəsinin yanında özündə olan 2900 manatı Orxana vermişdir. Daha sonra isə xx.xx.2021-ci ildə daha 165 manatı Orxanın kartına köçürə bilmiş, mənzildə olmuş, telefon vasitəsi ilə köçürtmüşdür. Orxan demişdir ki, xx.xx.2021-ci il tarixində Maxaçkalada olacaq və həmin əşyanı gətirəcək. xx.xx.2021-ci il tarixində Orxan ona demişdir ki, xx.xx.2021-də gedəcək Maxaçkalaya, bundan sonra isə o, dəfələrlə Orxanın ***-***-**-** nömrəsinə zəng etsə də, telefon sönülü olmuş, zəng çatmamış, eyni qaydada whatsapa da, SMS çatmamışdır. Həmçinin Zərərçəkmiş şəxs2 əlavə dindirmə zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixində saat 12:30 radələrində Orxan onun yaşadığı Yasamal rayonu Zirvərbəy Əhmədbəyov küçəsindəki ünvana gəlmiş, o, mənzilində olan Sevda adlı uşaq dayəsinin yanında özündə olan 2900 manatı Orxana vermişdir. Yerdə qalan 165 manat pulu isə xx.xx.2021-ci il tarixdə bağdan gələrkən «Leyla Şıxlıniskaya» klinikasının qarşısından keçərkən öz mobil telefonu vasitəsi ilə Orxanın kart hesabına köçürmüşdür. Orxan demişdir ki, xx.xx.2021-ci il tarixində Maxaçkalada olacaq və həmin əşyanı gətirəcəkdir. xx.xx.2021-ci il tarixində Orxan ona demişdir ki, xx.xx.2021-də gedəcək Maxaçkalaya, bundan sonra isə o, dəfələrlə Orxanın ***- ***-**-** nömrəsinə zəng etsə də, sonuncunun telefonu sönülü olmuşdur. O, 165 manat pulu xx.xx.2021-ci il tarixdə saat 13:50 radələrində bağdan gəldiyi günü «Leyla Şıxlıniskaya» klinikasının qarşısından keçərkən mobil telefonunda olan proqram vasitəsi ilə Orxanın kart hesabına köçürmüşdür. Orxan ona heç bir məbləğdə ziyanından ödəməmişdir. O, Orxan Xeyirxəbərliyə ilk olaraq mənzilimdə 2.900 manat nağd pulu xx.xx.2021-ci il tarixdə özünə birbaşa verdikdən bir gün sonra yəni, xx.xx.2021-ci il tarixdə yerdə qalan 165 manat pulu isə bağdan qayıdarkən Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən «Leyla Şıxlıniskaya» klinikasının qarşısından Orxanın kart hesabına köçürmüşdür (cild 01, iş vər. 59-60). Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi Nümayəndə1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onun qardaşıdır. Qardaşı uzun müddətdir ki, ailəsi ilə birlikdə Qazaxıstan Respublikasında yaşayır. Qardaşı Zərərçəkmiş şəxs3 Bakı şəhərində yerləşən binalardan birindən özü üçün mənzil almış və həmin mənzilin təmir-tikinti işlərini ona tapmışdır. O, həmin mənzilin təmir edilməsi üçün ortaq tanışlarından məsləhət almış və həmin məsləhətlərə qulaq asaraq eyni zamanda qardaşının tapşırığına əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Babək” plazada ofisləri olan “Zəfəroğlu” mebel şirkətinə yaxınlaşmışdır. Şirkətdə olan zaman o, qardaşının mənzili üçün təmir tikintiyə ehtiyac olmasını bildirmiş, şirkətin işçilərindən hazırda adını xatırlamadığı şəxs onların mənzilin mebellərinin alınması üçün müqavilə lazım olmasını bildirmişdir. O, şirkətin işçisi ilə müqavilə bağlamış və 25.500 (iyirmi beş min beş yüz) manat ilkin ödəniş etmişdir. 2021-ci ilin may ayında qardaşı ona mobil telefon vasitəsi ilə zəng edərək təmir işləri, müəyyən mebellər və hamam aksesuarlarının mənzil üçün təmin edilməsi üçün ona mobil telefon nömrəsi verərək bildirmişdir ki, həmin mobil telefon nömrəsi ilə əlaqə saxlasın. Həmin mobil telefon nömrəsinin sahibi isə Təqsirləndirilən şəxs adlı şəxs olmuşdur. Daha sonra həmin şəxsin mobil telefon nömrəsini qardaşına verən şirkətin icraçı direktoru olması ona məlum olmuşdur. O, Orxan adlı şəxs ilə danışmış və Orxan ona “səninlə əlaqə saxlayacam” sözlərini demişdir. 2021-ci ilin may ayında qardaşı ona bank vasitəsi ilə 88.000 (səksən səkkiz min) manat pul göndərmişdir. O, həmin pulları hissə-hissə olmaqla sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Babək” plazanın qarşısında dəqiq xatırlamadığı məbləğdə pulu pulu Orxana vermişdir. Orxan verilən həmin pul santexnika mallarının, eyni zamanda tikinti üçün lazım olan materialların alınması üçün nəzərdə tutulmuşdur. Bir müddət keçdikdən sonra qardaşı mənzildə olan ustalar ilə danışan zaman mənzilə heç bir tikinti materiallarının, eyni zamanda heç bir santexnika mallarının gəlmədiyini öyrənmiş və bu səbəbdən Orxanla danışmışdır. Orxan qardaşına bildirmişdir ki, həmin pulların 36.000(otuz altı min) manatını şirkətin kassasına ödəmiş, qalan 52 min manatını isə mərc oyunlarında uduzmuşdur. Təqsirləndirilən şəxs vermiş olduğu pullar üçün aralarında hər hansı bir müqavilə bağlanılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, hazırda xatırlamadığı tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən özünə məxsus olan bağ evində təmir-tikinti işləri, dizayn və evin mebel işlərinin görülməsi üçün əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs1 direktoru olduğu "xxxx" şirkəti ilə müqavilə bağlamışdır. Həmin vaxt o, şirkətin vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının sonlarında işlədiyi "xxxx" şirkətinin dizayneri ilə birlikdə onunla əlaqə saxladıqdan sonra Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ evinə gələrək evdə yerləşəcək mebellər üçün müvafiq layihə hazırlayaraq ona təqdim etmiş və onun bütün işlərərə görə 120.000 manat verməli olduğunu bildirmişdir. O, Orxana həmin məbləğdə pulu hissə-hissə ödəyəcəyini bildirmiş və razılaşdıqdan sonra Orxan çıxıb getmişdir. Təxminən 2021-ci ilin iyun ayının əvvəllərində Orxan onunla əlaqə saxladıqdan sonra onlar Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yolun kənarında görüşmüşlər və o, Orxana sifariş verdiyi mebelə görə 10.000 (on min) manat pul vermişdir. Həmin vaxt Orxan pulu qəbul edərək narahat olmamağı, aldığı pulu "xxxx" şirkətinin kassasına ödəyəcəyini bildirmişdir. Bundan təxminən bir neçə gün sonra, yəni xx.xx.2021-ci il tarixdə Orxan yenidən onunla əlaqə saxlayıb sifariş verdiyi mebelə görə ödəniş etməyini istəmiş və o, həmin gün Orxanla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində görüşmüş və orada Orxana əlavə olaraq 20.000 manat pul vermişdir. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə o, Orxanla əlaqə saxlayaraq sifariş verdiyi mebelə görə yenidən 5000 manat ödəniş etmək istəyini bildirmişdir. Həmin günü saat təxminən 13:00 radələrində onlar Orxanla Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Babək” plazanın qarşısında görüşmüşlər. Orada o, Orxana sifariş verdiyi mebelə görə 5000 manat pul vermişdir. Orxan pulu ondan alan zaman narahat olmamağı və həmin pulu da kassaya keçirəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra "xxxx" şirkətinin direktoru Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayaraq sifariş verdiyi mebelə görə Təqsirləndirilən şəxs ödəniş edib etmədiyini soruşmuş, o da, Şahinə ilkin olaraq Orxana 10.000, 20.000 və 5.000 manat olmaqla üç dəfə pul verdiyini bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs sifariş verdiyi mebelə görə ondan aldığı 35.000 manat puldan 10.000 manatını "xxxx" şirkətinin kassasına ödəsə də, qalan 25.000 manat pulu şirkətə ödəməmişdir. Orxan ondan almış olduğu pulu "xxxx" şirkətinə ödəməsə də, şirkət tərəfindən sifariş verdiyi mebel hazır edilərək ona təhvil verilmiş və o da qalıq qalan pulu həmin şirkətə ödəmişdir. Baş vermiş hadisə nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə, həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli əmək müqaviləsi əsasında mebel sexinə menecer vəzifəsi üzrə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən, yəni “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yahud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” həmin əmək müqaviləsinə xitam verilmişdir (cild 01, iş vər.9-10). İşdə olan ********** saylı VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış xx.xx.2021-ci il tarixdə bağlanılmış əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixədək ********** saylı VÖEN əsasında fəaliyyət göstərən müəssisəyə menecer vəzifəsinə işə qəbul olunmuşdur (cild 01, iş vər. 11-15). “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 07 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 01, iş vər. 53). İşdə olan “axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq tutulmuşdur (cild 01, iş vər. 67). İşdə olan “üzləşdirmə keçirilməsi” haqqında 29 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı da Zərərçəkmiş şəxs2 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Orxan Xeyirxəbərlinin üzünə qarşı demiş, Orxan Xeyirxəbərli də, Zərərçəkmiş şəxs2 dediklərini təsdiqləmişdir (cild 01, iş vər. 85-88) “Təqsirləndirilən şəxsə ittiham elan edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində tanınaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmə müddətinin əvvəli 28 yanvar 2022-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 89-90, 107-110). İşdə olan “Azərbaycan Beynəlxalq Bankı”ndan alınmış xx.xx.2022-ci il tarixli sənədin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********423252 nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs2 tərəfindən “İBA mobil ” proqramı ilə 165 manat pul göndərilmişdir (cild 01, iş vər. 170). “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 12 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 01, iş vər. 191). “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 13 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 01, iş vər. 201). “Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınması haqqında” 13 aprel 2022-ci il tarixli qərardan görünür ki, Nümayəndə1 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır (cild 01, iş vər. 203-204). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər. 210-211). Cinayət işinə əlavə olunmuş ərizədən görünür ki, iş Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyan olmaqla cəmi 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin iş üzrə Təqsirləndirilən şəxs onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin məbləğdə pul vəsaitini dövlət rüsumu kimi ödədiyi barədə qəbzi ərizəsinə əlavə etmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etməklə yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, Təqsirləndirilən şəxs özünün işin faktiki hallarına uyğun olmaqla öz mahiyyəti üzrə qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrində törətdiyi cinayət əməllərində özünü qismən təqsirli bilməklə, Nümayəndə1 52000 manat məbləğində pul almadığı, həmçinin Şahid tərəfindən Zərərçəkmiş şəxs1 direktor olduğu “Zəfəroğlu” mebel şirkətinə onun vasitəsi ilə ödədiyi pulun ona şirkət tərəfindən əvvəlki satışların bonusları kimi ödənilməli olan haqq kimi aldığı barədə olan hissədə ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətlərini yüngülləşdirmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımaqla, onun yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilmiş mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması iş üzrə toplanmış obyektiv sübutların məcmusu və o cümlədən hadisələrin baş vermə yeri, vaxtı, şəraiti və məntiqi inkişafı ardıcıllığı barədə şahidlər Şahid və Nümayəndə1 işin faktiki hallarına uyğun ifadələri ilə də təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 11 iyun 2015-ci il tarixli 07 saylı qərarının birinci bəndinin müddəalarına əsasən CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirlədirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən, hər hansı öhdəliyini yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onların yuxarıda qeyd edilən şəraitdə zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə həmin şəxslərə külli miqdarda ziyan vurmaqla törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Zərərçəkmiş şəxs1 ona vurulmuş maddi ziyanla bağlı cəmi 25000 (iyirmi beş min) manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs onun xeyrinə tutulması barədə iddia tələbi irəli sürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 həmin iş üzrə irəli sürmüş olduqları iddia tələbi baxılmamış saxlanmalı və ona mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə məhkum olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədiyi və ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 28 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut,- “Azərbaycan Beynəlxalq Bankı”ndan alınmış xx.xx.2022-ci il tarixli sənədin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 80 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut,- “Azərbaycan Beynəlxalq Bankı”ndan alınmış xx.xx.2022-ci il tarixli sənədin surəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi baxılmamış saxlansın və ona mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə müvafiq qaydada Təqsirləndirilən şəxs qarşı məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə ekspertiza xərcləri cəmi 80 (səksən) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1055/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1055/2022
10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver