Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1055/2023 06.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – X2 və X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 6 sentyabr 2023-cü il tarixdə, saat 11:10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs 8 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Kubinka" deyilən ərazidə şəxsiyyəti məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd ağ rəngli sellofana bükülü vəziyyətdə, təmiz çəkisi 2,491 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini və bir ədəd ağ rəngli sellofana bükülü vəziyyətdə, təmiz çəkisi 2,208 qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 9 noyabr 2022-ci il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 2,491 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 2,208 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini bildirərək ifadəsində göstərdi ki, 8 noyabr 2022-ci il tarixdə təxminən saat 20:30-21:00 radələrində mağazaya gedərkən polis əməkdaşları onu saxlayaraq polis bölməsinə gətirmişlər. Polis bölməsində təxminən 20 nəfərə yaxın polis əməkdaşları ona psixi təzyiq göstərərək əllərində saxladıqları sellofon torbalardakı külli miqdarda olan narkotik vasitələr və psixotrop maddələrin ondan aşkar olunmuş kimi sənədləşdiriləcəyini izah etmişlər. Polis əməkdaşları ona “Səni general tapşırıb. Getməlisən içəri” demişlər. Sonradan ona məlum olmuşdur ki, onun müvəqqəti kirayə qaldığı evin qonşuluğunda yaşayan bir nəfər qonşu onların qaldığı evə daxil olaraq onları videoya çəkərək “Tiktok” sosial şəbəkəsində “Narkoman yuvası” adı ilə yerləşdirmiş və bu səbəbdən də polis əməkdaşları onu saxlayaraq bölməyə gətirmişlər. O isə narkotik vasitə istifadəçisi olması, sağlamlıq vəziyyəti yaxşı olmadığına və müalicəyə ehtiyacı olması səbəbindən polis əməkdaşları ilə narkotik vasitə istifadəçisi olması ilə əlaqədar satış məqsədi olmadan narkotik vasitə saxlamağa görə həbs olunmasına razılaşmışdır. Belə ki, o, əvvəllər də narkotik vasitələrdən istifadəyə və üzərində təxminən iki qrama yaxın narkotik vasitə saxladığına görə müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Buna görə də, polis əməkdaşları ilə iki qrama yaxın narkotik vasitə ilə istifadəçi kimi sənədləşdirilməyə razılıq vermişdir. Polis əməkdaşları onu iki qrama yaxın narkotik vasitə ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdiriləcəyini deyərək aldatmışlar. Ona görə də şəxsi istifadə məqsədi ilə üzərində narkotik vasitələr saxlamasına görə sənədləşdirilməyə razılaşmış və çəkiliş zamanı da polis əməkdaşlarının ona öyrətdiyi kimi demişdir. İki-üç il “yatıb” çıxacağını, həm də müalicəyə də ehtiyacı olmasını düşünərək Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tərtib edilmiş sənədləri imzalamağa razılaşmışdır. Həmin sənədləri imzalamadığı təqdirdə isə onu satışla sənədləşdirəcəkləri ilə hədələmişlər.
3. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, polis bölməsində polislərin özləri ilə gətirdikləri narkotik vasitələr tərəzi ilə çəkilmiş, sellofan torbalardakılardan birinin 9,6 qram, digərinin isə 9,7 qram olması müəyyən edilmişdir. Buna görə də o, etiraz etdikdə polis əməkdaşları ona “Narahat olma, narkotik vasitələrin istifadəçisi kimi, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirəcəyik” deyə bildirmişlər. Videoçəkiliş zamanı polis əməkdaşları ondan nə və necə tələb etmişlərsə elə də demişdir. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunması bildirildiyi və bu səbəbdən də məhkəmə tərəfindən yüngül cəza təyin ediləcəyini düşündüyü üçün təqdim edilmiş sənədləri imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində ittiham aktında göstərilən narkotik vasitə və ya psixotrop maddə ümumiyyətlə olmamışdır.
4. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərdi ki, ona qarşı irəli sürülən ittihamın Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə olduğunu barəsində həbs qətimkan tədbiri seçiləndən üç ay sonra bilmişdir. O, narkotik vasitənin ancaq heroin növündən, yəni kakos deyilən növündən istifadə etmişdir. Ümumiyyətlə istintaq orqanının gəldiyi qənaət əsassızdır. Qırx manata 4 qram narkotik vasitə almaq mümkün deyil. “Qara bazarda” həmin miqdarda narkotik vasitə 120-160 manat məbləğində satılır. Əgər o istifadəçidirsə üzərindən aşkar olunmuş miqdarda narkotik vasitəni bir sutka üzərində saxlaması da məntiqə uyğun deyildir. Çünki narkoman narkotik vasitə əldə edən kimi onu istifadə etməyə çalışır. Ümumiyyətlə, sonuncu dəfə 2014-cü ildə narkotik vasitə istifadə etməyə görə məhkum olunmuş, həbsdən çıxdıqdan sonra uzun müddət istifadə etməmişdir. Sadəcə olaraq son dövrlər yenidən istifadə etməyə başladığından, sağlamlığı yaxşı olmadığından polislərin təklifi ilə razılaşaraq 2-3 ildən sonra sağalıb çıxacağını düşünürək sənədləri imzalamışdır. Ona polis bölməsində psixi təzyiq olunaraq külli miqdarda narkotik vasitələrlə sənədləşdirəcəklərini söyləmişlər, o isə çıxış yolu olmadığından CM-in 234.1-ci maddəsi ilə sənədləşdirilməsinə razı olmuşdur. Üzərində ümumiyyətlə hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin mahiyyətinin nə olmasını və nədə təqsirləndirildiyini bilməmiş, polis bölməsində də ona izah edilməmişdir. Həmin maddə yeni maddə olduğundan ona tanış olmamışdır. Onun dediklərini onunla birlikdə həbs olunmuş və video çəkilən evin sahibi Mirbayram adlı şəxs də təsdiq edə bilər. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Ona polis əməkdaşları tərəfindən hər hansı fiziki və sair zorakılıq tətbiq edilməmiş, yalnız psixi təzyiqə məruz qalmışdır. Onu saxlayan şəxslər kimi iş materiallarında göstərilmiş şəxslərdən Şahid2, ümumiyyətlə, onun tutulmasında iştirak etməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi ilə əlaqədar çox peşman olmasını nəzərə alaraq məhkəmədən ona aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi.
5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, təxminən on ildir narkotik vasitə heroindən istifadə edir. Əvvəllər narkotik vasitələrin qanunsuz olaraq saxlanması və daşınmasına görə məhkum olunmuşdur. 8 noyabr 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu "Kubinka" deyilən yerdə bir nəfər üzdən tanıdığı, lakin barəsində heç bir məlumatı olmayan şəxsdən şəxsi istifadə üçün 40 manata 1 ədəd bükümdə harkotik vasitə heroin və 1 ədəd bükümdə psixotrop maddə metamfetamin əldə etmiş, əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 9 noyabr 2022-ci il tarixdə saat 00:10-da müvəqqəti yaşadığı Yasamal rayonu, Mustafa Sübhi küçəsi, dalan 4, ev 140 ünvanı qarşısında olduğu zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşmış və özlərini təqdim edərək Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona özünü təqdim etməyini söyləmişlər və o, xx xxxxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olduğunu, ünvan 5 ünvanda yaşadığını bildirmişdir. Bu zaman polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz əldə edilməsində və istifadə edilməsində şübhəli olduğunu bildirmiş və onu Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına dəvət etmişlər. O, razılaşaraq əməkdaşlarla birlikdə həmin polis bölməsinə getmişdir. Orada ona hüquqları izah edilmiş və hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına vəkil ilə təmin olunacağı bildirilmiş, o, etiraz etməmişdir. Bundan sonra ona Bakı şəhəri 22 saylı Vəkil Bürosunda olan vəkillərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan istənilən vəkilin dəvət olunmasına razı olduğunu demişdir. Bundan sonra həmin Vəkil Bürosundan vəkil X8 dəvət edilmiş və ona təqdim edilmişdir. Daha sonra polis bölməsinin xidməti otaqlarının birində onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, üzərində qanunsuz nə varsa çıxarıb masanın üzərinə qoyması təklif edilmişdir. Həmin vaxt həmin otaqda təhqiqatçı onu saxlayaraq polis bölməsinə gətirmiş həmin iki nəfər polis əməkdaşları və vəkil olmuşlar. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan 1 ədəd ağ rəngli bükümü və içərisində metamfetamin olan 1 ədəd ağ rəngli bükümü cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Ondan həmin bükümlərdə nə olduğu soruşulanda o bildirmişdir ki, həmin bükümün birinin içərisində heroin, digərinin içərisində isə metamfetamin vardır. Bundan sonra həmin bükümlər təhqiqatçı tərəfindən açılmış və baxış keçirilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən başqa bir əşya aşkar olunmamışdır. Sonra isə təqdim etdiyi həmin bükümlər 1 ədəd zərfdə qablaşdırılmış, həmin zərf möhürlənərək onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin zərfdə olan üzərindən aşkar edilmiş maddələr ekspertizaya göndərilmişdir. Qeyd edilən hərəkətlər zamanı videoçəkiliş aparılmış, şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, o və iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi (bundan sonra i.v.) 38-39; 53-55; 68-70).
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir.
8. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 8 noyabr 2022-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat bölmə rəhbərliyinə raportla məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq verildikdən sonra yaradılmış əməliyyat qrupu tərkibində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək 8 noyabr 2022-ci il tarixdə Mustafa Sübhi küçəsinə gəlmiş, orada bir nəfər şəxsin xarici əlamətlərinin Təqsirləndirilən şəxs xarici əlamətləri ilə üst-üstə düşən şəxs olmasını görüb 9 noyabr 2022-ci il tarixdə, saat 00:10 radələrində tərəflərindən ünvan 6 ünvanının yaxınlığında, yəni əhali arasında “Sovetski” deyilən ərazidə piyada hərəkət edən zaman saxlanılmış və özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirdikdən sonra sonuncuya özünü təqdim etməsi təklif edilmiş, həmin şəxs özünü təqdim edərək xx xxxxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ünvan 8nında yaşayan Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi bildirilərək bu səbəbdən də onlarla birlikdə Yasamal RPİ-nin 27ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə getmişdir. Bundan sonra təhqiqatçı tərəfindən sonuncuya hüquqlarının təmin edilməsi məqsədi ilə müdafiəçi dəvət olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd ağ sellofanlarda olan bükümləri təqdim edərək, təqdim etdiyi ağ rəngli sellofanlara bükülmüş maddələrin "heroin" və metamfetamin olmasını, həmin narkotik vasitəni 8 noyabr 2022-ci il tarixində səhər saatlarında Nəsimi rayonu "Kubinka" deyilən ərazidən şəxsiyyəti barədə hər hansı məlumatı olmayan kişi cinsli şəxsdən özünün istifadəsi üçün ümumilikdə 40 manat ödəməklə alaraq əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoyduğunu və 9 noyabr 2022-ci il tarixdə, saat 00:10 radələrində müvəqqəti yaşadığı ünvan 9 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin inzibati binasına gətirildiyini bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və özünün təqdim etdiyi maddə və metamfetamindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddə və metamfetamin zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 168 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılarkən "İphone" markalı mobil telefondan istifadə edilərək videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə hesab olunan heroinin və psixotrop maddə hesab olunan metamfetaminin mənbəyi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirmiş, lakin əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin əldə etdiyi narkotik vasitə olan heroini və psixotrop maddə hesab olunan metamfetamini satmaq istəməsi və ya satmağa hazırlaşması haqqında dəqiq və tam məlumat olmamışdır. Təqsirləndirilən şəxs xeyli müddətdir ki, narkomaniyaya qurşanmış şəxsdir. O, üstündən aşkar olunmuş narkotik vasitə hesab olunan heroini və psixotrop maddə hesab olunan metamfetamini məhz öz istehlakı üçün qanunsuz əldə edərək üstündə saxlamışdır. Onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə olunmamışdır.
9. Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs hər hansı formada təzyiq olunmamış, sonuncu üzərində olan predmetləri təqdim edərək həmin narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs sutkanın qaranlıq vaxtı, gecə saatlarında saxlanılmışdır. Onunla hər hansı razılığa gəlinmək üçün söhbətlər aparmamış, aldatmamış, ümumiyyətlə, belə söhbət aralarında olmamışdır.
10. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.
11. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Tərlanın qalmağa yeri olmadığına görə onun evində kirayə qalmışdır. Qonşu onun evinə daxil olaraq video çəkmiş və həmin video “Tiktok” sosial şəbəkəsinə yerləşdirmişdir. Bundan sonra polis əməkdaşları evinə gələrək onu evdə saxlamışlar. Tərlanı isə bildiyinə görə küçədə saxlamışlar. Onu bölməyə gətirdikdən sonra Tərlanın da orada olduğunu öyrənmişdir. Bildiyinə görə Tərlan ondan əvvəl saxlanılmışdır. Təqsirləndirilən şəxs və onun üzərində ayrı-ayrı şəxsi axtarış keçirmişlər. Bir-birilərinin üzərilərində şəxsi axtarış keçirilərkən onlar bir yerdə olmamışdır. 8 noyabr 2022-ci ildə Ziya adlı qonşusu o, evdə yatarkən evinə daxil olaraq mobil telefonla çəkiliş aparmışdır. Tərlan həmin vaxt başqa otaqda olmuşdur. Ziya adlı qonşu aidiyyəti hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Həmin gün axşam təxminən 22-23 radələrində isə polis əməkdaşları yaşadığı evə gələrək onu bölməyə aparmışlar. Bölmədə Tərlanın küçədə olarkən saxlanıldığını öyrənmişdir. Sonuncu dəfə tutulmamışdan əvvəl Tərlanla evdə olarkən birgə narkotik vasitənin heroin növündən istifadə etmişlər. Lakin evdə başqa narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis bölməsində ona hərəsi bir qram olmaqla narkotik vasitə və psixotrop maddə verilərək həmin predmetlərin ondan aşkar olunması kimi sənədləşdiriləcəyini və etiraf etmədiyi təqdirdə isə onu külli miqdarla sənədləşdirəcəyini izah etmişlər. “Tiktok” sosial şəbəkəsində paylaşılan video barədə saxlanılana qədər məlumatı olmamışdır. Onun təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baxılaraq barəsində ittiham hökmü çıxarılmışdır.
12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
13. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 9 noyabr 2022-ci il tarixli qərardan görünür ki, 9 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin aşkar edilməsi faktına görə Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X12 tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata götürülərək istintaqı aparılmışdır (cild 1, i.v.1).
14. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 8 noyabr 2022-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən ünvan 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Cavid Usubov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (cild 1, i.v 3-12)
15. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin 27-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Cavid Usubov tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın qanuniliyi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 445-454-cü maddələrinin tələbinə əsasən məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuni hesab edilmişdir (cild 1, i.v. 59).
16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 9 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 01:55-dən 02:30-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X14 tərəfindən həmin bölmənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və əməliyyat müvəkkili, polis leytenantı Şahid2, müdafiəçi X3 iştirakı ilə Bakı şəhəri, Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunan əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli sellofana bükülmüş 2 (iki) ədəd bükülünü təqdim edib narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirərək həmin kütlələri masanın üzərinə qoymuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi ağ rəngli sellofanlara bükülmüş maddələrin heroin və metamfetamin olduğunu, həmin kütlələri 8 noyabr 2022-ci il tarixində, səhər saatlarında Nəsimi rayonu "Kubinka" deyilən ərazidən üzdən tanıdığı kişi cinsli şəxsdən özünün istifadəsi üçün ümumilikdə 40 manat ödəməklə alaraq əynindəki qara rəngli cins şalvarının sağ yan cibinə qoyduğunu və 9 noyabr 2022-ci il tarixdə saat 00:10 radələrində müvəqqəti yaşadığı ünvan 9 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin inzibati binasına gətirildiyini, həmçinin ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və sair zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Təhqiqatçı şəxsi axtarışın başa çatdığını elan etmişdir. Daha sonra həmin kütlələr qablaşdırılaraq “DİN-in 168” saylı möhürü ilə möhürlənmiş, üzəri istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. İstintaq hərəkəti zamanı “İphone” markalı mobil telefondan istifadə edilməklə videoyazı aparılması və videoyazının diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığı qeyd edilməklə, istintaq hərəkətində iştirak edən şəxslərin ad və soyadlarının qarşısında müvafiq imzalar çəkilmişdir (cild 1, i.v.35, 36- 37).
17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 9 noyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 9 dəqiqə 48 saniyə olan həmin videogörüntülərin əks olunduğu diskə müstəntiq E.F.Vəliyev tərəfindən baxış keçirilməsinə dair 28 dekabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Video görüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (cild 1, i.v. 113-114).
18. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/6468 saylı, 9 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №168” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs götürülmüş maddələr…” sözləri, imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 2,491 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 2,208 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 2,491 qram, tədqiqata sərf edildi –0,05 qram, qalıq – 2,441 qram. Metamfetaminin təmiz çəkisi – 2,208 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 2,158 qram. Aparılmış tədqiqatın dəyəri 55 ( əlli beş) manatdır (cild 1, i.v. 44-49).
19. “Maddi sübut kimi tanınma haqqında” 11 noyabr 2022-ci il tarixli qərardan, müvafiq məktub və raportdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,491 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 2,208 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut hesab edilməklə, ekspert tədqiqatından sonra qalıq qalmış 2,441 qram heroin və 2,158 qram metamfetamin saxlanılması üçün Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (cild 1, i.v. 97-99; 157).
20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 19 noyabr 2022-ci il tarixli cavabından və iş materiallarına əlavə edilmiş müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 144cü maddəsinin 4-cü hissəsi (soyğunçuluq) və 226-1-ci maddəsinin 1-ci hissəsi ilə iki ayrıayrı işlər üzrə müxtəlif cəzalara məhkum olunmuş, həmin işlər üzrə təyin edilmiş cəzalar çəkilmiş və məhkumluğu ödənilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 19 may 2011-ci il tarixli hökmü ilə həmin Məcəllənin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və sonuncu dəfə isə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 1 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 aprel 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Qeyd olunan hökmlər üzrə məhkumluqlar ödənilmişdir (Cild 1, i.v. 56-58; 101-107;).
21. Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin Əməliyyat işi üzrə müavini, polis polkovnik-leytenantı Ramil Mustafayevin 15 yanvar 2023-cü il tarixli, 091-298-1223 nömrəli və həmin İdarənin 27-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Firuz İsmayılovun 23 noyabr 2022-ci il tarixli, 093-22837-1222 nömrəli məktublarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi məqsədi ilə keçirilən əməliyyat axtarış tədbirləri zamanı əməliyyat marağı doğuran məlumat əldə olunmamışdır (cild 1, i.v.108-109; 119;).
22. X10 27 dekabr 2022-ci il tarixli raportundan və həmin tarixli “Cinayət işinin icraata qəbul edilməsi haqqında” müstəntiq X5 qərarından görünür ki, müstəntiq Fazil Osmanov Azərbaycan Respublikası Daxili işlər nazirinin 27 dekabr 2022-ci il tarixli əmri ilə tutduğu vəzifədən azad olunduğuna görə iş üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı şəhəri, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi E.F.Vəliyevə həvalə edilmiş, sonuncu tərəfindən həmin tarixdə icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. (cild 1, i.v.110-112)
23. Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının 7 yanvar 2023-cü il tarixli, 59 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v.125-126).
24. Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının 16 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, i.v. 127-129).
25. “Sübutların qiymətləndirilməsi haqqında” 2 mart 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişin 1 (bir) ədəd “DVD-R” formatlı diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmış və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə edildiyi mənbəyə dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılması qərara alınmışdır (cild 1, i.v. 130- 138).
26. “Cinayət işindən başqa cinayət işinin ayrılması və cinayət işinin icraata qəbul edilməsi haqqında” 2 mart 2023-cü il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq istintaqı aparılır (cild 1, i.v.140-141).
27. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq E.F.Vəliyev tərəfindən 6 mart 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 9 mart 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir. (cild 1, i.v.158-167)
28. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri, Yasamal rayon prokurorunun köməkçisi, kiçik ədliyyə müşaviri Mayıl Vəliyevin 9 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə polis əməkdaşları tərəfindən fiziki, psixi və sair zorakılığa, habelə hədə-qorxu və təzyiqə məruz qalması, eləcə də, digər qanunsuz hərəkətlər barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən qərarın təsviri hissəsində göstərilmiş məhkəmə-tibbi ekspertizasının 30 may 2023-cü il tarixli 198 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına Bakı İstintaq Təcridxanasında tərtib olunmuş tibbi kitabçada qeyd olunan “sol saidin aşağı 1/3-də, döş qəfəsində, qarının sol yan nahiyyəsində çapıq toxumalar” köhnədir, qərarda qeyd olunan 9 noyabr 2022-ci il tarixə uyğun deyildir. (cild 2,i.v. 91-94)
29. Bakı Ağır Cinayətlər Məhkəməsində baxılaraq yekunlaşdırılmış (sədrlik edən Samir Əliyev, hakimlər Faiq Qəniyev və Mahmud Ağalarov) 1(101)-1318/2023 saylı, 23 iyun 2023-cü il tarixli cinayət işi üzrə hökmdən və həmin hökmün icrası barədə göstərişdən görünür ki, Şahid3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin hökm qanuni qüvvəyə minərək icraya yönəldilmişdir (Cild 2, 83-90;)
30. Hökmün 29-cu bəndində qeyd edilən hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Şahid3 8 noyabr 2022-ci il tarixdə səhər radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,276 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,262 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 9 noyabr 2022-ci il tarixdə, saat 00:45-də Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri çərçivəsində ünvan 13 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,276 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,262 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür.
31. Həmçinin hökmün 29-cu bəndində qeyd edilən hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun bu işlə əlaqəsi yoxdur. 1980-ci ildən bəri narkotik istifadə edir və narkotik vasitə aludəçisidir. Hazırda demək olar sağalıbdır. Gəldilər onu apardılar ki, getməlisən, o da getdi. Üzərində narkotik vasitə yox idi. Bir müddətdir istifadə etmirdi. Tutulanda narkotiki özləri üzərinə qoydular. Orada 234.1-lə tutalacağını dedilər, amma 234.1-1-lə tutulmuşdur.
32. Hökmün 29-cu bəndində qeyd edilmiş hökmün və cinayət işi materiallarına əlavə edilmiş Şahid3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktının təsviriəsaslandırıcı hissələrindən görünür ki, ibtidai istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid3 Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayının 8-də, səhər radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisindəki “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 40 manata bir ədəd bükümdə olan naroktik vasitə heroin və bir bükülüdə olan psixotrop maddə metamfetamin almışdır. Qeyd edilən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. 9 noyabr 2022-ci il tarixdə, saat 00:45-də ünvan 13 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, daha sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döyriyyəsində şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq sonuncularla birlikdə Polis bölməsinə gəlmişdir. Polis bölməsində olan otaqların birində gözlədikdən sonra oraya digər polis əməkdaşı gəlib ona yaxınlaşaraq təhqiqatçı olduğunu, onun üzərinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün axtarış və götürmə aparılacağını bildirib, ondan vəkil istəyib-istəmədiyini soruşmuş və o, cavabında, maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını və əgər mümkündürsə dövlət hesabına onun üçün hər hansı bir vəkilin dəvət olunmasını bildirərək bu barədə ərizə yazıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri 22 saylı Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və o, siyahı ilə tanış olaraq vəkil X9 tərəfindən dövlət hesabına hüquqlarının müdafiə edilməsini xahiş etmişdir. Az müddət sonra oraya göstərilən büronun vəkili X9 gəldiyi üçün təhqiqatçı sonuncunu ona təqdim etmiş, o, həmin vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Bundan sonra isə təhqiqatçı onu və vəkil Mehman Muradlını, eləcə də, onu küçədə saxlamış həmin polis əməkdaşlarını göstərilən polis bölməsinin inzibati binasında yerləşən xidməti otağına dəvət edərək ilkin olaraq orada onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmış və həmçinin protokol tərtib etməklə ona hüquq və vəzifələrinə dair müvafiq bildirişləri vermişdir. Daha sonra isə təhqiqatçı video yazan texniki vasitə kimi "Samsung" markalı mobil telefon aparatının video kamerasını istifadə etməklə çəkiliş aparıb onun üstünə şəxsi axtarış keçirməyini bildirdikdə etiraz etməmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl o, şəxsi axtarış və götürmənin aparılması haqqında qərarla tanış olmuş və təhqiqatçı ona qanunla dövriyyəsi qadağan edilmiş narkotik maddələrin və ya psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməyini təklif etmişdir. Bu təklifdən sonra o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd bükümü çıxarıb təqdim edərək bükülülərdən birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini 8 noyabr 2022-ci il tarixində səhər radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki "Kubinka" adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 40 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Onun təqdim etdiyi iki ədəd bükümün biri açıldıqda içərisində qəhvəyi rəngli maddənin, digər bükülünün içərisində isə kristalşəkilli maddə olması aşkar edilmişdir. Üzərindən aşkar olunmuş 2 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüş, o, həmin zərfin tamlığını da öz imzası ilə təsdiq etmişdir.
33. Müdafiə tərəfinin təqdim etdiyi disk məhkəmədə monitor vasitəsi ilə nümayiş etdirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, qeyd edilən diskdə bir ədəd müddəti 37 saniyə olan videogörüntü vardır. Həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, videogörüntü “WhatsApp Video 2023-07-22 at 10.36.25” adlandırılmaqla “Tiktok” sosial şəbəkəsindən “_nail_kemerli” adlı istifadəçinin hesabından əldə edilmişdir. Görüntülərdə “Sovetskidə Narkomaniya yuvası” yazısının fonunda videonu çəkən və üzü görünməyən şəxsin danışa-danışa evə daxil olaraq ətrafı çəkməsi, evin dağınıq olması, otaqlardan birində olan stulun üstündə istifadə olunmuş şprislərin və müxtəlif predmetlərin olması görünür. Habelə görüntülərdə Şahid3 və Təqsirləndirilən şəxs da həmin evdə olması müəyyən olunur.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
34. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
35. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
37. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
38. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
39. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
40. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
41. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci və İİ siyahısının 67-ci bəndlərində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
42. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmaması, ittihamda göstərilən yerdə və vaxtda deyil başqa yerdə və vaxtda tutulması, tutulduqdan sonra üzərində şəxsi axtarış keçirilərkən və şəxsi axtarış keçirilməzdən əvvəl hüquqlarının izah edilməməsi, polis əməkdaşlarının onu aldadaraq və psixi təzyiq edərək onların bildirdikləri kimi demədiyi halda külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə sənədləşdiriləcəyi ilə hədə-qorxu gəlmələri, sağlamlığı yaxşı olmadığından polislərin təklifi ilə razılaşaraq 2-3 ildən sonra sağalıb çıxacağını düşünürək təqdim edilmiş sənədləri imzalaması, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin mahiyyətinin nə olmasını və nədə təqsirləndirildiyini bilməməsi, polis bölməsində də bu barədə ona izah edilməməsi, videoçəkiliş zamanı polis əməkdaşlarının ondan nə və necə tələb etmişlərsə elə də deməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
43. Belə ki, hökmün 17-ci bəndində də qeyd edildiyi kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən müdafiəçinin nəinki iştirak etməsi, eyni zamanda müdafiəçinin hüquqlarını müdafiə etdiyi şəxsin maraqlarını fəal şəkildə müdafiə edərək ona qarşı hər hansı fiziki, psixi və sair zorokılığın olub-olmamasını aydınlaşdırması və tərtib edilmiş protokolun düzgünlüyünü yoxlayaraq imzalaması əyani formada öz əksini tapmışdır. Həmçinin müdafiəçi N.M.Əhmədovun müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən fəal şəkildə onu müdafiə edərək sonuncunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etməsi müəyyən edilmişdir.
44. Məhkəmə, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmaması, onun və Təqsirləndirilən şəxs qonşuluqda yaşayan şəxsin onun evinə daxil olaraq video çəkiliş edərək həmin çəkilişi “Tiktok” sosial şəbəkəsində yayması ilə əlaqədar tutulmaları barədə ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, yaxın münasibətdə olduğu şəxslə məhkum həmrəyliyi və Təqsirləndirilən şəxs törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ifadəsində göstərdiyi həmin halların iş materialları ilə tam inkar edildiyindən həmin ifadəyə tənqidi yanaşaraq sübut kimi qiymətləndirilməsini rədd edir.
45. Halbuki, hökmün 29-32-ci bəndlərində qeyd edilənlənlərlə Şahid3 məhkəmədə ifadəsində göstərdiklərinin öz təsdiqini tapmamaqla, qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1318/2023 saylı, 23 iyun 2023-cü il tarixli hökmü ilə də tam inkar edilməsi müəyyən edilmişdir.
46. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olmaqla müdafiəçi tərəfindən təqdim edilərək tədqiq edilmiş hökmün 33-cü bəndində qeyd edilmiş video görüntülərdən də Təqsirləndirilən şəxs ilə Şahid3 yaxın münasibətlərdə olduqları, habelə onların narkotik vasitə və psixotrop maddə istifadəçiləri olmaları, birlikdə narkotik vasitə və psixotrop maddələrin qəbulu ilə məşğul olduqları öz təsdiqini tapır. Müdafiə tərəfinin iddia etdiyi kimi həmin video çəkilişlə əlaqədar Təqsirləndirilən şəxs qanunsuz olaraq tutularaq üzərinə narkotik vasitə və psixotrop maddələr qoyularaq təzyiq və aldatma nəticəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə sənədləşdirilməsinə dair qeyd edilənlər isə iş materialları ilə öz təsdiqini tapmadığından inkar edilir.
47. Belə ki, hökmün 13-18-ci bəndlərində də qeyd edildiyi kimi, Almasi X4 RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə saxlanılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada sənədləşdirilməklə cinayət məsuliyyətinə cəlb edilmişdir. Qeyd edilən əməliyyat-axtarış tədbiri məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuni hesab edilmişdir. Habelə, məhkəmə istintaqı zamanı da, həmin əməliyyat-axtarış tədbirlərinin və istintaq hərəkətlərinin qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilməsi, cinayət-prosessual normaların tələblərinə riayət edilməməsi halları müəyyən edilməmişdir.
48. Məhkəmə həmçinin xüsusi vurğulamaqla qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təkidlə ibtidai araşdırma orqanı tərəfindən aldılaraq ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəyini bildirilməsinə baxmayaraq, üç aydan sonra ona həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə ittiham elan edilməsini öyrənməsini qeyd etməsi onun məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşımasını bir daha təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif məhkəmələrin hökmləri ilə dəfələrlə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, 15 aprel 2016-cı ildə cəzasının sonu ilə azad olunduqdan sonra məhkum olunmamışdır. Təqsirləndirilən şəxs 15 aprel 2016-cı ildən sonra narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini, lakin son dövrlər yenidən narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ittiham edildiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğunu bilərək, onun daha uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ehtimalına görə özünü fəal şəkildə müdafiə edərək ittiham edildiyi əməli törətmədiyini təkidlə vurğulamışdır. Məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrinə tənqidi yanaşaraq onları iş materialları ilə təsdiq edilmədiyindən rədd edir.
49. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
50. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.
51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
53. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
54. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
55. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
56. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
57. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
58. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Mirəhəməd oğlu CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
59. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
60. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
61. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
62. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin şəxsiyyətini və məhkəmə icraatı dövründə davranışını, o cümlədən narkomaniya xəstəliyindən müalicə olunmaqla tam sağalmaq istəməsini bildirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
63. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
64. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
65. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
66. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
67. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
68. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
69. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 9 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 9 noyabr 2022-ci il tarixdən, saat 00:10-dan hesablanmış, həmin Məhkəmənin 8 mart 2023-cü il tarixli qərarı barəsində seçilmiş həbs qətimkan tədbiri 29 mart 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, i.v.25-26, 77-79; 173-175;)
70. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 9 noyabr 2022-ci il tarixdən hesablanmalıdır.
71. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
72. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
73. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir.
74. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.
75. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
76. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 2,441 qram olan narkotik vasitə heroin və 2,158 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd, habelə müdafiə tərəfinin təqdim etdiyi bir ədəd olmaqla cəmi 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
77. CPM-ə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
78. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
79. İş üzrə mülki iddia verilməmişdir.
80. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına əsasən müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq hər iş saatı üçün 6 (altı) manat miqdarında məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir.
81. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
82. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
83. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 9 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Yasamal rayon Polis İdarəsində saxlanılan 2,441 qram narkotik vasitə heroin və 2,158 qram psixotrop maddə metamfetamin məhv edilsin, 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.