Məhkəmə qərarları › İş №1(101)-1056/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1056/2021

13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1056/2021 13.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7 və X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Fides” Vəkil Bürosunun vəkili X16, zərərçəkmiş şəxs X11, zərərçəkmiş şəxsin hüquqi varisi X5 iştirakı ilə, 29 dekabr 1983-cü il tarixdə Abşeron rayonunun Stalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən 320 saylı orta məktəbdə müəllim işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci, 29,120.2.7-ci və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmiş, qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş və iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2020-ci il tarixdə, saat 00:30 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindəki evdə olub yatdığı vaxtda əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng edib onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söymüş, təhqiramiz ifadələr işlətmiş və aralarındakı münasibəti aydınlaşdırmaq üçün onu Müşfiqabad qəsəbəsində yerləşən Mikayıl Müşfiq adına parkın yaxınlığında görüşmələrini təkid etdiyindən həmin yerə getməyə razılaşmış, bu danışıqdan sonra 2017-ci ildə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib gəzdirdiyi və yaşadığı evin mətbəxindəki şkafda saxladığı, əldə düzəltmə üsulu ilə xəncər analoqu üzrə hazırlanmış soyuq silah hesab olunan bıçağı evdən götürüb həyətə düşərək saat 01:40 radələrində Mikayıl Müşfiq adına parkın yaxınlığına getmiş, orada küçədə Zərərçəkmiş şəxs1, sonuncu ilə gəlmiş Zərərçəkmiş şəxs2 və digərləri ilə görüşmüş, onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyülməsinə görə şəxsi münasibətlər zəminində aralarında yaranmış qarşılıqlı mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya sol qaşüstü nahiyədə iki ədəd, burun nahiyəsində bir ədəd, sol almacıq nahiyəsində bir ədəd, döş qəfəsinin sol yuxarı iç hissəsində bir ədəd sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən sıyrıqlar kimi xəsarətlər yetirmiş, həmin müddətdə hadisə yerində olan hər ikisinin tanışları onları ayırmaq istəmiş, mübahisənin davamında Tofiq Əlixanov üzərindəki bıçaqla əvvəlcə Zərərçəkmiş şəxs1 qarın, döş qəfəsi və sağ dirsək nahiyələrinə zərbələr vuraraq döş qəfəsinin sağ yuxarı iç hissəsində daxilə nüfuz etməyən bir ədəd və sağ dirsək oynağının iç səthində bir ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, qarının sol yuxarı iç hissəsində isə daxilə nüfuz edərək mədəaltı vəzin zədələnməsi ilə müşayiət olunan və kəskin daxili və xarici qanitirmə nəticəsində ölümə səbəb olmuş həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bir ədəd, ümumilikdə üç ədəd deşilmiş-kəsilmiş yaralara aid xəsarətlər yetirib Məqatil Zeylanovu qəsdən öldürərək həyatdan məhrum etmiş, sonra əlindəki bıçaqla Zərərçəkmiş şəxs2 sol kürəkaltı və sol bel nahiyələrinə zərbələr vuraraq sol kürəkaltı nahiyənin tış hissəsində daxilə nüfuz edərək diafraqmanın zədələnməsi ilə müşayiət olunan bir ədəd, belin sol tış hissəsində daxilə nüfuz edərək böyrəyin və dalağın zədələnməsi ilə müşayiət olunan bir ədəd, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid iki ədəd deşilmiş-kəsilmiş yaralara aid xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs2 vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyinə görə həyatı xilas olduğundan, o, sonuncunu qəsdən öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla razılaşmayaraq özünü yalnız iki şəxsə ağır xəsarət yetirməkdə təqsirli bilərək göstərdi ki, o, heç bir halda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürmək niyyətində olmamışdır. Bu şəxsləri öldürmək niyyətinin yaranması üçün də heç bir bəhanəsi olmamışdır. Amma mərhum Məqatilin özünün zorla yaratdığı həmin hadisə bu nəticəyə gətirib çıxartmış, şərəfli müəllim peşəsini ləyaqətlə icra edən bir şəxs kimi onun da həyatını alt-üst etmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 yaşadığı qəsəbədən təxminən 10 ilə yaxındır ki tanımışdır. Qonşulardan, qəsəbə sakinlərindən eşitdiyinə görə Zərərçəkmiş şəxs1 narkotik vasitələrin aludəçisi, həm də onun satışı ilə məşğul olmuşdur. Hətta onun ölümündən sonra bilmişdir ki, Məqatilin barəsində narkotiklə bağlı cinayət işi olmuş və az müddətdən sonra məhkum ediləcəkmiş. Bundan başqa, Məqatilin ölümündən sonra ona məxsus olan külli miqdarda narkotik vasitə mərhumun saxlamaq üçün verdiyi şəxsdə aşkarlanmış və daha bir cinayət işi başlanmışdır. Hər halda bu barədə hüquq-mühafizə orqanlarında lazımi məlumatlar vardır. Yəni, müəllim olaraq belə bir şəxslə heç vaxt duruboturmamış və əlaqə saxlamamışdır. 08 oktyabr 2020-ci il tarixdə gecə saat 00:30 radələrində ailəsi ilə yatdığı vaxtda ***-***-**-** saylı mobil nömrəsindən onun mobil nömrəsinə zəng gəlmişdir. Gecənin o saatlarında gələn zəngdən narahat olmuş, əvvəl cavab vermək istəməsə də sonra cavab vermək qərarına gəlmişdir. Telefona cavab verərkən zəng vuran özünü Məqatilin dostu kimi təqdim edib Məqatillə bir yerdə olduğunu, Qobustanın Mərəzə kəndindən Müşfiqabada gəlmək üçün yola çıxdıqlarını, gəlməkdə də məqsədlərinin onunla görüşüb söhbət etmək olduğunu, qəsəbəyə çatanda yenidən zəng vuracağını deyib görüş yerinə gəlməyənə ağır söyüşlər yağdırmışdır. Həyat yoldaşı da yanında olduğundan bu gözlənilməz narahatçılığı aşkar hiss etmiş, faktiki danışıqları da əsasən eşitmişdir. Dilə gətirilməsi mümkün olmayan söyüşləri bitirmək üçün özü danışığı bitirmişdir. Amma həmin nömrədən yenə zəng edilmiş və eyni şeylər təkrarlanmışdır. Sərxoş vəziyyətdə olduğu aşkar hiss olunan həmin şəxsin söyüşləri qarşısında onların çağırışına qorxub getməməyi özünə sığışdıra bilməmiş, bir kişi olaraq Məqatilgilin çağırışından yayınmağı mənliyinə yaraşdırmamış və bu səbəbdən durub paltarını geyinərək həyətə düşüb bu şəxslərin nə istədiyini öyrənmək, həm də bu hərəkətilə onlara qorxmadığını göstərmək qərarına gəlmişdir. Həyat yoldaşı gecə saatlarında çölə çıxmamasını xahiş etmiş, həmin şəxslərin sərxoş olduqları üçün xoşagəlməz hərəkətlər edə biləcəklərini deyib getməsinə mane olmağa çalışmışdır. Amma həyat yoldaşına qulaq asmayıb həyətə düşmüş, düşərkən qonşuluqda yaşayan yaxın dostu Şahid3 mobil nömrəsinə zəng vuraraq yaşadığı binanın qarşısına düşməsini xahiş etmiş, sonuncu da etiraz etməyərək düşəcəyini bildirmişdir. Aqşini çağırmaqda da məqsədi xoşagəlməz hadisə baş verə biləcəyi halda yanında heç olmazsa kimsənin olması istəyindən, təklənib döyülməsi üçün şərait yaranmasına imkan verməmək məqsədindən irəli gəlmişdir. Evdən çıxıb Aqşinin yaşadığı binanın qarşısına getmiş, ora çatanda Aqşinin binanın qarşısında dayandığını görüb ona yaxınlaşmış və heç bir səbəb olmadan ailəsi ilə yatdığı yerdə Məqatilgil tərəfdən ona olan zəng və hədsiz nalayiq söyüşlərlə hədələnib görüşə çağırıldığını danışmışdır. Aqşin də öz növbəsində ona təsəlli verərək narahat olmamasını, ortada bir səbəb olmadığı halda yəqin içkiyə görə belə danışdıqlarını, həmin şəxslər gələndən sonra anlaşılmazlığı sülhlə yekunlaşdırmağa çalışacağını bildirmişdir. Daha sonra qəsəbə sakini olan digər dostu Şahid2 mobil nömrəsinə zəng vuraraq ondan da Mikayıl Müşfiq parkının yanına gəlməsini xahiş etmiş, o da etiraz etməyib gələcəyini demişdir. Təxminən 30 dəqiqədən sonra ***-***-**-** saylı mobil nömrədən ona yenidən zəng gəlmiş və Mikayıl Müşfiq parkının yanına gəlməsi deyilmişdir. O da yaxın dostu Aqşinlə birlikdə parkın yan hissəsində yerləşən Mədəniyyət evinin qarşına getmişdir. Həmin vaxt qəsəbənin Mərkəzi küçəsi ilə məscidə qalxan yolun kəsişməsində dostu Şahid2 dörd nəfərlə dayanıb söhbətləşdiklərini görüb onlara yaxınlaşmışdır. Eminin yanında olan şəxslərdən yalnız Zərərçəkmiş şəxs1 tanımış, digərlərini isə ümumiyyətlə tanımamışdır. Amma aşkar başa düşmüşdür ki, bu şəxslər Məqatillə birlikdədirlər və onu bu şəxslərlə birlikdə söhbətə çağırmışlar. Onlara yaxınlaşıb salamlaşmış, sonra da sakit bir şəkildə söyüş söyənin kim olduğunu soruşmuşdur. Bu sözündən sonra həmin şəxslərdən biri onun qolundan tutub çəkmiş və digərləri də kənarda söhbət etmək lazım olduğunu bildirmişlər. Məqatilin və onun yanında gəlmiş şəxslərin sərxoş olduqları aşkar hiss edilmişdir. Həmin anda Zərərçəkmiş şəxs1 mobil telefonda söyüş söyənin onun özü olduğunu deyib onun üstünə gəlmiş və dərhal da onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirməyə başlamışdır. Məqatilin təpik və yumruq zərbələri nəticəsində müxtəlif nahiyələrindən, o cümlədən sol qolunun biləyindən xəsarət almışdır. Məcbur olub Məqatilə qarşılıq verərək eyni qaydada yumruq və təpiklə cavab vermiş, əlbəyaxa olmuşlar. Elə əlbəyaxa olduqları vəziyyətdə də hər ikisi yerə yıxılmışdır. Onunla birlikdə oraya gələn dostları onları ayırmağa cəhd etmişlər. O, yerə yıxıldığı zaman orada olan yeşiyin yanında bıçaq olduğunu görmüş və ayağa qalxarkən özünü müdafiə etmək, Məqatili və ətrafındakıları hadisəni daha da irəli aparmamaları üçün qorxudub oradan uzaqlaşdırmaq üçün yalnız qorxutmaq məqsədilə həmin bıçağı əlinə götürmüşdür. Əlindəki bıçağı onlara nümayiş etdirərək sağa-sola fırlatmağa başlamışdır. Buna baxmayaraq həmin şəxslər qaçmamış, əksinə daha da hiddətli şəkildə ona hücum etməyə başlamış, üstünə gələrək kim necə bacarırsa onu yumruqla, təpiklə, taxta parçası ilə vurmağa başlamışdır. Taxta parçası ilə ona endirilən zərbələrdən biri üst dodağına dəyərək onu parçalamışdır. Gecənin o qaranlıq vaxtında həmin vəziyyətdə özünü müdafiə etmək üçün əlində sağa-sola hərəkət etdirdiyi bıçağın o anda həmin şəxslərdən kimlərəsə dəydiyini hiss etmişdir. Amma konkret olaraq bıçağın kimə dəydiyini, dəydisə hansı nahiyəyə dəydiyini və hansı dərəcədə xəsarət yetirdiyini bilməmiş, bunu bilməyə və hiss etməyə nə imkanı olmuş, nə də hadisənin gedişində buna şərait olmamışdır. Amma o anda düşdüyü vəziyyət nə qədər gərgin olsa belə, həmin anda da nəinki kimisə öldürmək, ümumiyyətlə hətta ağır xəsarət yetirmək fikrində, niyyətində olmamışdır. O anda yeganə məqsədi üstünə tökülmüş bu sərxoş şəxsləri qorxudub özündən kənarlaşdırmaq olmuşdur. Fiziki cəhətdən ondan güclü olan Məqatil və sonuncu ilə birlikdə gəlmiş şəxslər gecənin o saatlarında faktiki olaraq onu təkləyib üstünə düşdükləri üçün çox qorxduğunu və hədsiz həyəcanlı olduğunu da etiraf edir. Həm də hər şey çox sürətlə baş verdiyindən və qaranlıq olduğundan həmin şəxslərin üzlərini belə dəqiq görə bilməmişdir. Bir anın içində də həmin şəxslər qaçıb dağılmışlar. O anda artıq bıçaqda qan ləkəsi olduğunu görmüşdür. Sonra ona yaxınlaşan Aqşinlə birlikdə qəsəbənin mərkəzi küçəsindən üzü hamam istiqamətində yaşadıqları məhəlləyə tərəf yollanmış, Emin isə öz evinə getmişdir. Aqşinlə birlikdə sonuncunun yaşadığı məhəlləyə gəlmişlər və Aqşinin idarə etdiyi “Daewoo Lanos” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan yaş salfet götürüb bıçağı silmişdir. Həmin vaxt atası onlarla üzbəüz gəldiyi üçün dərhal bıçağı avtomobilin qabaq sağ tərəfində olan saxlanc yerinə qoymuşdur. Hadisədən bixəbər olan yazıq atası onlara yaxınlaşaraq gecə vaxtı küçəyə çıxdıqları üçün onları tənbeh etmiş, bundan sonra Aqşin öz evinə, o da atası ilə birlikdə öz yaşadığı evə getmişdir. Evə gəldikdən sonra paltarlarını dəyişmiş, atası onun əynində olan paltarların üzərindəki qan ləkələrini, həmçinin ağız nahiyəsinə tibbi maska taxdığı üçün ağzında, dodaqlarında olan xəsarətləri görməmişdir. Sonradan araşdırma zamanı ona məlum olmuşdur ki, bıçaq həm Məqatilə, həm də onun yanında gəlmiş X14 dəymiş, Məqatil aldığı xəsarətdən ölmüşdür. Baş vermiş hadisəyə görə çox peşmandır. Bir daha vurğulayır ki, onun heç bir halda kimisə öldürmək niyyəti olmamışdır. Təsvir etdiyi şəraitdə yalnız özünü müdafiə etmək niyyətində olmuş, ümumiyyətlə o anda bıçağın kimə dəyməsindən də xəbərsiz olmuşdur. Onun məhz öldürmək niyyətinə dəlalət edə biləcək bir sübut belə yoxdur. Dəfələrlə bu barədə işi araşdıran müstəntiqə də bildirmiş, müstəntiq də onun dəlilləri ilə razılaşmış və araşdırmanın yekununda əməlinin düzgün tövsif ediləcəyini bildirmiş, amma heç bir addım atmadan onu ən ağır maddələrlə ittiham edərək işi məhkəməyə vermişdir. Öz vicdanı qarşısında hesabat verərək özünü müdafiə edərkən ehtiyatsız davranması səbəbindən belə nəticə alındığını qəbul edir. Bəlkə də bıçaqla bir az ehtiyatlı davransaydı belə ağır fəsadlar olmazdı. Bütün fəaliyyətini gənc nəslin təlim-tərbiyəsinə yönəltmiş, sadə müəllim həyatı yaşayan birisi kimi düşdüyü bu vəziyyət onu həm də mənəvi cəhətdən məhv edir, şagirdlərini, müəllim kollektivini gözü qarşısına gətirib əzab çəkir. Ailəsi, körpə uşaqları başsızdır. Ahıl yaşda olan valideynləri ağır xəstədirlər. Ailəsinə ondan başqa baxa biləcək kimsəsi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə tam barışıq əldə edilmiş, onlara lazımi maddi köməklik edilmişdir, ona qarşı heç bir tələb və şikayət yoxdur. Ona görə də sadə bir orta məktəb müəllimi olaraq evində yatdığı yerdə gecə saatlarında təhqir olunub alçaldılaraq küçəyə çağırılıb başına bu oyun gətirilmiş şəxs kimi məhkəmədən onun əməlinin düzgün qiymətləndirilməsini, əslində özünü müdafiə edən şəxs kimi törətdiyi əmələ görə cəzalandırılmasını, həm də bu zaman mümkün olan ən humanist qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 göstərdi ki, 07 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində böyük qardaşı Zeynalla birlikdə “28 May” qəsəbəsində yerləşən evində olarkən qardaşı Məqatil ora gəlib təkidlə onlara qonaqlıq vermək üçün Qobustan rayonunun Ceyrankeçməz qəsəbəsində yerləşən kafeyə getmələrini təklif etmişdir. Həmin vaxt Məqatillə birlikdə gələn əmisi oğlu Şahid4, dostları Şahid1 və Zərərçəkmiş şəxs2 küçədə onları gözləmişlər. Bundan sonra onlar da razılaşaraq Soltanın maşınına minib Ceyrankeçməzə həmin kafeyə getmişlər. Təxminən saat 19:30 radələrində Ceyrankeçməzə çatıb kabab yemiş, bir ədəd 1 litrlik, iki ədəd 0,7 litrlik araq içmişlər. Soltan isə maşın idarə etdiyi üçün araq içməmişdir. Təxminən saat 20:00-da əmisi oğlu Ağakişi Murada zəng edərək harada olduğunu soruşmuş və sonuncu da olduqları yeri Ağakişiyə deyərək onu da oraya çağırmışlar. Təxminən saat 20:30 radələrində Ağakişi də “VAZ 2106” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onların yanına gəlmiş, bir qədər kafedə əyləşdikdən sonra saat 21:00 radələrində kafe bağlandığı üçün çölə çıxıb söhbətləşmiş, sonra da o, Zeynal və Ağakişi ilə birlikdə onun avtomobili ilə Bakıya - 28 May qəsəbəsinə qayıtmışdır. Məqatili də özləri ilə evə aparmaq istəsələr də, Məqatil inadkarlıq edib razılaşmamış, Soltan, Murad və Afiyəddinlə birlikdə Mərəzəyə gedib gecəni orada qalacağını, növbəti gün qayıdacağını bildirmişdir. 08 oktyabr 2020-ci il tarixdə gecə saat 04 radələrində əmisi oğlu Afiyəddin ev telefonuna zəng edərək Məqatilin bıçaqlandığını deyib təcili Lökbatandakı 19 saylı Xəstəxanaya gəlməsini istəmişdir. O, dərhal böyük qardaşı Zeynalın evinə gedib hadisə barədə ona məlumat vermiş, ikisi birlikdə taksi ilə xəstəxanaya getmişlər. Xəstəxanaya çatanda onlara Məqatilin artıq öldüyü deyilmişdir. Sonradan ona məlum olmuşdur ki, nə vaxtsa aralarında sözlə olmuş mübahisə ilə bağlı Məqatillə Müşfiqabad qəsəbə sakini, xeyli əvvəldən tanıdığı, aralarında həmişə yaxşı münasibətlər olmuş Təqsirləndirilən şəxs arasında gecə mübahisə olmuş, həmin mübahisə zamanı Tofiqin vurduğu bıçaq zərbəsi nəticəsində Məqatil qan itirərək ölmüşdür. İlk olaraq Soltandan hadisənin necə baş verməsini soruşmuş, Soltan da həmin gecə saat 02 radələrində içkili olan Məqatilin təkidi ilə Müşfiqabad qəsəbəsinə qayıdıb gəldiklərini, orada qəsəbədə yaşayan Tofiq, habelə sonuncunun tanışları Aqşin və Eminlə görüşdüklərini, aralarında dava-dalaş baş verdiyini, dava-dalaş sakitləşəndən sonra Məqatilin və Muradın bıçaqlandığını bildiklərini, xəsarət aldıqlarını bilən kimi onları öz maşını ilə xəstəxanaya çatdırdığını danışmışdır. Baş vermiş hadisə ilə bağlı əmisi oğlu Afiyəddin də bir gün polisdə saxlanmış, o evə buraxıldıqdan sonra onunla da görüşüb söhbətləşmiş, hadisənin necə baş verdiyini dəqiqləşdirməyə çalışmışdır. Afiyəddin hadisə vaxtı çox sərxoş olması səbəbindən əslində heç özündə olmadığını, ona görə də hadisənin necə baş verdiyini dəqiq xatırlamadığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs özü və ailəsi ilə aralarında tam barışıq əldə olunmuş, onu bağışlamış və barışmışlar. Ona görə də Tofiq Əlixanova cəza təyin edilərkən onun və ailəsinin bu mövqeyinin nəzərə alınmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Şahid1 ilə birlikdə həqiqi hərbi xidmətdə olmuş, Şahid4 ilə eyni qəsəbədə yaşadığı üçün uşaqlıq illərindən bir-birlərini tanımışlar. Soltanla Afiyəddin də onun vasitəsilə tanış olmuşlar. O, Şahid4 vasitəsi ilə onun əmisi oğlu Zərərçəkmiş şəxs1 tanımışdır. Lakin sonralar Zərərçəkmiş şəxs1 mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyini görəndən sonra hər hansı problem yaşamamaq üçün bacardıqca ondan uzaq olmağa, münasibət saxlamamağa çalışmışdır. Soltan “Kia Ceed” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilini öz adına keçirmək üçün 07 oktyabr 2020-ci il tarixdə Afiyəddinlə birlikdə Sumqayıt şəhərindəki Avtomobillərin qeydiyyat idarəsinə getmişdir. O, axşam saat 17 radələrində Soltana zəng edərək avtomobillə bağlı işlərini həll edib-etmədiyini soruşmuş, sonuncu da sənədlərdə bəzi problemlər olduğu üçün işlərini tamamlaya bilmədiyini, sabah sonlandıracağını bildirmişdir. O, Soltana Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında olan dayanacağın yanında olduğunu deyərək onlarla görüşüb hal-əhval tutmaq istədiyini bildirmiş, Soltan da etiraz etməyərək Sumqayıt şəhərində olduğunu, oradan çıxıb gələcəyini demişdir. Təxminən 15-20 dəqiqədən sonra onlar görüşmüşlər. Həmin vaxt dostu Elvin də yanında olmuşdur. Onun xahişi ilə Soltan onları yaxınlıqda olan “Kapital bank”a məxsus bankomata aparmış və o, Elvinlə birlikdə bankomatdan pul çıxardıqdan sonra Elvin onlardan ayrılıb evlərinə getmişdir. Təxminən 5 dəqiqə sonra, saat 18 radələrində Məqatil Soltana zəng edərək harada olduğunu soruşmuş, Soltan da 28 May qəsəbəsində onlarla birlikdə olduğunu bildirmişdir. Məqatil Soltana onları görmək istədiyini deyərək onun yaşadığı evə gəlmələrini xahiş etmişdir. Məqatilgilin evinin qarşısında sonuncu ilə görüşərkən onun spirtli içki qəbul etdiyini, sərxoş olduğunu hiss etmişdir. Məqatil özü də evdə tək araq içdiyini etiraf edib onları evə dəvət etsə də, onlar Mərəzə qəsəbəsinə getmək istədiklərini bildirmişlər. Məqatil isə Qobustan rayonunun Ceyrankeçməz çayının üst tərəfindəki kafeyə gedib orada yemək yeməyi təklif etmiş, onlar da bu təkliflə razılaşmışlar. Əlavə olaraq Məqatilin xahişi ilə qonşuluqda yaşayan qardaşları Zeynal və Eynal Zeynalovları da götürüb Ceyrankeçməz çayının üst tərəfindəki kafeyə getmişlər. Kafedə Soltandan başqa hamıya ümumilikdə bir ədəd 1 litrlik, iki ədəd 0,7 litrlik “Banketnaya” arağı içmişlər. Soltan sükanda olduğu üçün spirtli içki qəbul etməmişdir. Təxminən saat 20:00 radələrində Şahid4 balaca qardaşı Ağakişi ona zəng vurmuş, o da olduqları yeri deyərək onu da ora dəvət etmişdir. Təxminən saat 20:30 radələrində Ağakişi “VAZ 2106” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə kafeyə gəlmişdir. Saat 21:00-da kafe bağlandığı üçün bayıra çıxıb 40-50 dəqiqə söhbət etmişlər. Bundan sonra Eynal və Zeynal Ağakişi ilə birlikdə yaşadıqları qəsəbəyə qayıtmışlar. Onlar Məqatili də özləri ilə aparmaq istəsələr də sonuncu heç cür razılaşmamış və getməmişdir. Daha sonra onlar Mərəzə qəsəbəsində yerləşən “Yurd” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı “Aslanın kafesi” deyilən kafeyə getmişlər və orada da o, Afiyəddin və Məqatil 0,5 litrlik daha bir araq içmişlər. Təxminən saat 23:00 radələrində kafe bağlandığı üçün oradan çıxıb açıq həyətdə oturmuşlar. Həmin vaxt Afiyəddin həddindən çox spirtli içki qəbul etiyi üçün başını stolun üzərinə qoyub yatmışdır. Məqatilin telefonu üzərində olmadığı üçün Soltandan xahiş etmişdir ki, ***-***-**-** mobil nömrəsinə zəng vuraraq Tofiq olub-olmadığını soruşsun və Tofiqə Şamaxı rayonunda onun adının pis hallandığını desin. Soltan ilk öncə Məqatilə etiraz etsə də sonradan razılaşıb həmin nömrəyə zəng vuraraq danışanın Tofiq olubolmadığını soruşmuş və Tofiq olduğunu biləndən sonra ona “Tofiq sənin adın Şamaxı rayonunda pis hallanır” deyə bildirmişdir. Yuxudan oyandığı hiss olunan Tofiqlə Soltanın arasında söz-söhbət düşmüş və xatırladığına görə qarşılıqlı söyüşlər olmuşdur. Kimin birinci söydüyünü xatırlaya bilmir. X23 yenidən zəng vurmasını və səsini səs ucaldan rejimə qoymasını tələb etmişdir. Soltan da onun dediyi kimi yenidən Tofiqə zəng vurmuş və sonuncu telefona cavab verən zaman zəng vuranın Məqatil olduğunu deyərək ona varyox, ana-bacı söyüşləri, səsləndirmək istəmədiyi başqa ağır söyüşlər söyməyə başlamışdır. Soltan da Məqatilə qoşulub az əvvəlki danışıqlarının davamı kimi Tofiqə varyox, ana-bacı söyüşləri yağdırmağa başlamışdır. Tofiq də öz növbəsində onların söyüşlərinə cavab verməyə başlamışdır. X1 deyərək Müşfiqabad qəsəbəsinə gəlib onunla görüşəcəyini bildirmiş, Tofiq də ona etiraz etməmişdir. X19 qəsəbəsində yerləşən “Mikayıl Müşfiq” adına parkın yanına gələcəyini deyərək bir neçə dəfə ora gəlməyinin var-yoxunu söymüş, Tofiq də heç kimdən qorxmadığını deyib dediyi yerə - parkın yanına gələcəyini bildirmişdir. Vəziyyətin yaxşı yerə getmədiyini görüb Soltanla birlikdə Məqatilə etiraz etsələr də sonuncu dediyində durmuş, həm də Məqatil Soltana hər bir halda onları Müşfiqabad qəsəbəsinə aparmalı olduğunu deyərək ondan birbaşa Mikayıl Müşfiq adına parkın yanına getmələrini xahiş və tələb etmişdir. Daha sonra Soltan Afiyəddini oyadaraq onun qoluna girib avtomobilə əyləşdirmiş və onlar birlikdə Müşfiqabad qəsəbəsinə getmək üçün Bakı istiqamətində yola düşmüşlər. X29 mobil telefonundan Tofiqə yenidən iki dəfə zəng vuraraq ona var-yox və ana-bacı söyüşləri söymüş, çox təhqiramiz ifadələr işlətmiş, artıq yola çıxıb gəldiklərini, onun də mütləq parkın yanına gəlməli olduğunu tələb etmişdir. Nə qədər çox sərxoş olsalar da nəsə xoşagəlməz vəziyyət yarandığını hiss etmişlər, amma yollarına davam etmişlər. Gecə saat təxminən saat 01:30 radələrində qəsəbəyə çatarkən Məqatil yenidən Tofiqə zəng edib çatdığını deyərək parkın yanına gəlməsini tələb etmişdir. Parkın yanına çatanda Soltan avtomobili yan hissədə olan X9 giriş qapısının yanında saxlamış, həmin vaxt Afiyəddin avtomobilin arxa oturacağına və arxa qapını açaraq avtomobilin yanına yerə qusmuşdur. Məqatil də əynində olan poluverini çıxarıb avtomobilin arxa oturacağında olan qusuntunu təmizləmiş və poluveri maşının arxa oturacağının üzərinə atmışdır. Afiyəddin Məqatilin poluverini çıxardığını görüb əynində olan qara rəngli qolsuz gödəkçəsini çıxarıb Məqatilə vermiş, sonuncu da əynindəki ağ rəngli maykanın üzərindən həmin gödəkçəni geyinmişdir. Daha sonra onlar dayandıqları yerdən Müşfiqabad qəsəbəsinin mərkəzi küçəsinə tərəf gedən vaxt əynində papaqlı idman paltarı olan bir nəfərin həmin küçədən keçdiyini görüb onunla görüşmüşlər. İdman geyiminin kapişonu başında olduğu üçün həmin şəxsin üzü normal görünməmişdir. Afiyəddin ona səsinin tanış gəldiyini deyərək onu tanımaq üçün papağını çıxartmasını xahiş etmişdir. Həmin şəxs papağını çıxartdıqda Afiyəddin onun adının Emin olduğunu və qəsəbədə futbol oyunları zamanı komandaların qapıçısı kimi dayanan şəxs olduğunu bildirmişdir. Emin Afiyəddinin dediklərini təsdiq etsə də onu tanımadığını demişdir. Həmin vaxt avtomobili saxladıqları istiqamətdən sonradan adlarının Tofiq və Aqşin olduğunu bildiyi daha iki nəfər onlara yaxınlaşmışdır. Tofiq mobil telefonla danışan zaman onu, ailəuşağını kimin söydüyünü soruşduqda Məqatil ona tərəf yeriyib özünü qabağa verərək Tofiqə «mən söyürdüm» demiş, bunu eşidən kimi Tofiq Məqatili yumruqla vurmuş və davadalaş başlamışdır. Qarşılıqlı yumruq zərbələrindən sonra qaranlıqda ayağı nəyəsə ilişən Məqatil yerə yıxılmış, Tofiq də onun üstünə yıxılmışdır. Soltan onları ayırmaq məqsədilə dərhal Tofiqin qollarından yapışıb yuxarı dartan zaman Aqşin Soltanın əynindəki paltonun boyun nahiyəsindən tutub yuxarı qaldıraraq nə etdiyini soruşmuş, sonuncu da Tofiqi vurmadığını, sadəcə Məqatillə onu ayırmağa çalışdığını bildirmişdir. Həmin vaxt X15 arasına girərək Aqşini tanıdığını söyləmiş, sakitləşdirməyə başlamış, bununla da onların arasındakı dava-dalaş bir az səngimişdir. Amma xatırlamadığı səbəbdən ani vəziyyətdə dava-dalaş, yumruqlaşma yenidən başlamış və Tofiqin əlində bıçaq görmüşdür. Ona görə də yaxınlıqda olan yeşiklərə tərəf gedib divara bərkidilmiş taxta parçasını dartaraq yerindən sındırıb əlinə götürmüş, həmin vaxt Soltan və Məqatil də dərhal qaçaraq əllərinə yeşik taxtaları götürmüşlər. Yəni, taxtaları əllərinə götürmələrinə səbəb Tofiqdə bıçaq görmələri olmuşdur. Tofiq onlara yaxınlaşanda Məqatil əlindəki yeşik taxtası ilə Tofiqə zərbə endirmiş, sonuncu da cavabında Məqatilin qarın nahiyəsinə bıçaqla zərbə endirmişdir. Həmin vaxt Soltan da əlindəki taxta yeşiklə Tofiqə zərbə endirib geriyə qaçmışdır. Tofiq əlindəki bıçağı kortəbii şəkildə, nizamsız olaraq sağa, sola fırlatmış, həmin vəziyyətdə o Tofiqin əlindəki bıçağa tuş gəlməmək üçün əlindəki taxta parçasını eyni şəkildə sağa, sola hərəkət etdirmişdir. Gecənin qaranlığı olduğu üçün Tofiqin əlindəki bıçağın kiməsə, hətta onun özünə belə dəyib-dəymədiyini o anda görməmiş, heç nə hiss etməmişdir. Belə hissiyyatsız olmasının bir əsas səbəbi də sərxoşluğu olmuşdur. Soltan əlindəki taxta parçasını fırlatdığı vaxt Tofiq ona doğru getmiş, Soltan bıçaqdan qorxaraq mərkəzi küçə ilə sürətlə qaçıb uzaqlaşmışdır. Tofiq Soltanın qaçdığını görüb onu təqib etməmiş və geri dönmüşdür. Həmin vaxt X20 üzbəüz gəlmiş, sonradan Emin də onlara yaxınlaşmışdır. Bu zaman o, heç bir ağrı hiss etmədiyi halda anidən sol qolaltı və sol böyrəyinin üstü nahiyələrindən isti mayenin axdığını hiss edərək əli ilə yoxlayıb baxanda əlinin qana bulaşdığını görmüşdür. Yavaş-yavaş halsızlaşmağa başladığını hiss edib əlindəki taxtanı yerə tullamış və yavaş-yavaş Soltanın avtomobilinin dayandığı yerə getməyə başlamışdır. Həmin vaxt Məqatilin avtomobilin yan hissəsindəki divara söykənib zəif səslə “məni bıçaqladı, kömək edin” dediyini görmüşdür. X2 yerə gələrək onu avtomobilin arxa oturacağına uzatmışlar. O, özü də birtəhər onlara yaxınlaşaraq Soltanın köməyi ilə avtomobilə əyləşmişdir. Bundan sonra onlar Bakı şəhərində yerləşən Respublika Xəstəxanasına yola düşmüşlər. Məqatil avtomobildə tez-tez “öldüm” deyə bildirmişdir. Yolda Soltan ondan nə baş verdiyini soruşduqda o, bıçaqla vurulduğunu bildirmiş və əynindəki paltonu ona verməsini xahiş etmişdir. Soltan paltosunu ona vermiş, o da paltonu ortadan kürək nahiyəsinə keçirib möhkəm sıxmışdır. Belə ki, həmin vaxt çox üşümüş və eyni zamanda sol böyrək nahiyəsinin üst hissəsindən qan axmışdır. Təxminən 15-20 dəqiqə sonra Respublika Xəstəxanasına çatmışlar, bundan sonra çox qan itirdiyi üçün huşunu itirmiş, sonradan nələrin baş verdiyini xatırlamamışdır. Bir daha qeyd edir ki, dava-dalaş zamanı taxta yeşiyi sağa-sola hərəkət etdirərək Tofiqə zərbə endirməyə çalışsa da, həmin zərbələrin Tofiqə dəyib-dəymədiyini bilməmiş, eyni zamanda, bıçağın ona nə vaxt dəyməsni belə hiss etməmişdir. Özünün Tofiqə dəqiq zərbələr endirə bilməməsinin bir səbəbi də hədsiz sərxoş vəziyyətdə olması, özünü sərrast idarə edə bilməməsi olmuşdur. Məqatil və Soltan da taxta yeşiklə Tofiqə zərbələr endirmiş, həm də yeşikləri Tofiqə tərəf atmışlar. Şahid4 isə hədsiz sərxoş olduğu üçün ümumiyyətlə heç kimə hücum etmək və ya müqavimət göstərmək halında olmamışdır. Hadisədən sonra Təqsirləndirilən şəxsla barışmış və onu bağışlamışdır. Tofiqə qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Müalicəsi ilə bağlı bütün məsrəfləri də Tofiqin ailəsi ödəmişdir. Tofiqin onu öldürmək niyyətində olmasını da istisna edir, bunun üçün heç bir səbəb və əsas da olmamışdır. Onun fikrincə Tofiq heç Məqatili də öldürmək fikrində olmamış, sadəcə o qaranlıqda, elə gərgin vəziyyətdə bıçaqla ağır xəsarət yetirilməsi belə nəticəyə gətirmişdir. Spirli içki və Tofiqə olunan ağır söyüş və təhqirlər həmin hadisənin baş verməsinə səbəb olmuşdur. Baş verənlərə görə çox üzülür və təəssüflənir. Ona görə də Tofiqin barəsində qərar qəbul edilərkən bütün bu halların nəzərə alınmasını və ona mümkün olan ən yüngül bir cəzanın verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, 2019-cu ildə Zərərçəkmiş şəxs2 vasitəsi ilə Şahid4la, 2020-ci ilin iyul ayında isə Afiyəddinin vasitəsi ilə onun əmisi oğlu Zərərçəkmiş şəxs1la tanış olmuşdur. Tanışlıqlarından az müddət sonra Məqatilin mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, narkotik vasitə aludəçisi olduğunu bilmiş, ona görə də bacardıqca Məqatildən uzaq gəzməyə çalışmışdır. İstifadəsində olan “Kia Ceed” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili öz adına keçirmək üçün 07 oktyabr 2020-ci il tarixdə iş yerindən bir günlük icazə almış və istifadəsində olan ***-***-**-** mobil nömrədən Afiyəddinə zəng edərək onunla birlikdə Sumqayıt şəhərindəki müvafiq idarəyə getməsini xahiş etmiş, sonuncu da etiraz etməyərək onunla birlikdə həmin idarəyə getmişdir. Lakin sənədlərində bəzi problemlər olduğu üçün işlərini tamamlaya bilməmişdir. Həmin vaxt əsgərlik yoldaşı Zərərçəkmiş şəxs2 ona zəng edərək 28 May qəsəbəsində olduğunu və görüşüb hal-əhval tutmaq istədiyini bildirmişdir. Onlar da etiraz etməyərək həmin qəsəbədə yanacaq doldurma məntəqəsinin yaxınlığındakı dayanacağın yanına gedərək Muradla görüşmüşlər. Həmin vaxt Muradın dostu Elvin də onun yanında olmuşdur. Muradla Elvinin xahişi ilə onları yaxınlıqdakı “Kapital bank”a məxsus bankomata aparmış, onlar bankomatdan pul çıxardıqdan sonra Elvin onlardan ayrılıb evlərinə getmişdir. Az keçmiş Zərərçəkmiş şəxs1 ona zəng edərək harada olduqlarını soruşmuş və onları görmək istədiyini deyərək onun yaşadığı evə gəlmələrini xahiş etmişdir. O, etiraz etməyərək həmin şəxslərlə birlikdə Məqatilgilə getmişdir. Təxminən saat 18 radələrində Məqatilgilin evinin qarşısına çatmış, avtomobildən düşüb qapının qarşısında olan Məqatillə görüşəndə onun spirtli içki qəbul etdiyini hiss etmişdir. Məqatil özü də evdə tək araq içdiyini deyərək onları evə dəvət etmiş, lakin onlar yeyib-içmək üçün Mərəzə qəsəbəsinə getmək istədiklərini bildirmişlər. Məqatil isə birlikdə Qobustan rayonunun Ceyrankeçməz çayının üst tərəfindəki kafeyə gedib orada yemək yeməyi təklif etmiş, onlar da etiraz etməmişlər. Məqatil onlardan qonşuluqda yaşayan qardaşları Zeynalı və Eynalı da aparmasını xahiş etmiş, Məqatilin sözünü yerə salmayıb onları da evlərindən götürmüşlər. Bundan sonra Ceyrankeçməz çayının üst tərəfindəki kafeyə tərəf yola düşmüş və təxminən saat 19:30 radələrində kafeyə çatmışlar. Sükan arxasında olduğundan özü araq içməmiş, digərləri isə ümumilikdə bir ədəd 1 litrlik, iki ədəd 0,7 litrlik “Banketnaya” araqları içmişlər. Təxminən saat 20:00 radələrində Şahid4 balaca qardaşı Ağakişi Murada zəng vuraraq harada olduğunu soruşmuş, Murad olduqları yeri Ağakişiyə deyərək onu da ora dəvət etmişdir. Təxminən saat 20:30 radələrində Ağakişi istifadəsində olan “VAZ 2106” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə kafeyə gəlmişdir. Kafe bağlandıqdan sonra çölə çıxıb təxminən 40-50 dəqiqə orada söhbət etmişlər. Bundan sonra Eynal və Zeynal Ağakişi ilə birlikdə yaşadıqları “28 May” qəsəbəsinə getmişlər. Onlar həmin vaxt Məqatili də özləri ilə aparmaq üçün çox təkid etsələr də sonuncu getməmişdir. Daha sonra o, Afiyəddin, Murad və Məqatil Mərəzə qəsəbəsindəki “Yurd” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı “Aslanın kafesi” deyilən kafeyə getmişlər. Afiyəddin, Murad və Məqatil həmin kafedə də araq içmişlər. Təxminən saat 23:00 radələrində kafenin arxasındakı açıq həyətdə oturduqları vaxt Afiyəddin həddindən çox spirtli içki qəbul etdiyi üçün başını stolun üzərinə qoyub yatmışdır. Həmin vaxt Məqatil telefonunun üzərində olmadığını deyərək ondan ***-***-**-** mobil nömrəsinə zəng vuraraq Tofiq olub-olmadığını soruşmasını və Tofiqə Şamaxı rayonunda onun adının pis hallandığını deməsini xahiş etmişdir. Gecənin o saatlarında kiməsə bu məzmunda zəng edib elə sözlər demək istəmədiyindən əvvəlcə Məqatilə etiraz etmiş, amma sonuncunun təkidindən sonra razılaşıb həmin nömrəyə zəng vurub danışanın Tofiq olub-olmadığını soruşmuş, Tofiq olduğunu biləndən sonra “Tofiq sənin adın Şamaxı rayonunda pis hallanır” deyə bildirmişdir. Tofiq onun bu sözlərindən əsəbləşmiş, aralarında qarşılıqla mübahisə yaranmış və bir-birinə var-yox söyüşləri söymüşlər. Məqatil telefonu ondan alıb səs ucaldan rejimə qoymaqla yenidən Tofiqə zəng vurmuş və sonuncu telefona cavab verən zaman Məqatil olduğunu deyib Tofiqə var-yox, ana-bacı söyüşləri söyməyə başlamışdır. O özü də Məqatillə bərabər Tofiqə var-yox, anabacı söyüşləri söymüşdür. Tofiq də öz növbəsində onlara eyni söyüşlərlə cavab vermişdir. X1 və Müşfiqabad qəsəbəsinə gəlib onunla görüşəcəyini bildirmiş, Tofiq də etiraz etməmişdir. Həmin vaxt X19 qəsəbəsindəki Mikayıl Müşfiq adına parkın yanına gələcəyini deyib ora gəlməyənin var-yoxunu yenidən söymüş, Tofiq də gələcəyini bildirib telefonu söndürmüşdür. Məqatil onlara Müşfiqabad qəsəbəsində yerləşən Mikayıl Müşfiq adına parkının yanına gedib Tofiqlə söhbət etmək lazım olduğunu demişdir. Bu söhbətin yaxşı qurtarmaya biləcəyini başa düşdükləri, gecənin bu saatlarında problem yaranmaması üçün Muradla birlikdə Məqatilə çox etiraz etsələr də, sonuncu hər bir halda onları Müşfiqabad qəsəbəsinə aparmalı olduğunu israr edərək ondan həmin parkın yanına getməyi xahiş etmişdir. Bundan sonra sərxoş vəziyyətdə yatan Afiyəddinin qoluna girərək onu avtomobilin yanına gətirib sürücünün arxasındakı oturacağa əyləşdirmişdir. Məqatil Afiyəddinin yanında, Murad isə qabaq sağ oturacaqda oturmuş və onlar Müşfiqabad qəsəbəsi istiqamətində yola düşmüşlər. Yolda Məqatil yenidən onun nömrəsindən Tofiqə iki dəfə zəng vuraraq ona var-yox, ana-bacı, digər çox ağır söyüşlər söyməklə parkın yanına gəlməsini tələb etmişdir. Məqatil növbəti zəngi onlar qəsəbəyə çatan zaman etmiş və Tofiqi parkın yanına çağırmışdır. Həmin vaxt təxminən saat 01:30 radələri olmuşdur. O, idarə etdiyi “Kia Ceed” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili parkın yan hissəsində olan X9 giriş qapısının kənarında saxlamışdır. Avtomobildən düşən zaman Afiyəddin arxa oturacağa və arxa qapını açaraq avtomobilin yanına yerə qusmuşdur. Həmin vaxt Məqatil əynində olan polverini çıxarıb avtomobilin arxa oturacağında olan qusuntunu təmizləmiş və polveri avtomobilin həmin oturacağının üzərinə atmışdır. Afiyəddin Məqatilin polverini çıxardığını görüb əynində olan qara rəngli qolsuz gödəkcəsini çıxarıb Məqatilə vermiş, sonuncu da həmin gödəkçəni əynindəki ağ rəngli maykanın üzərindən geyinmişdir. Daha sonra onlar Müşfiqabad qəsəbəsinin mərkəzi küçəsinə tərəf getmişlər. Mərkəzi küçə ilə avtomobili saxladığı yer arasında təxminən 15-20 metr məsafə olmuşdur. Bu vaxt onlar əynində papaqlı idman kostyumu olan bir nəfərin mərkəzi küçədən keçdiyini görüb həmin şəxslə görüşmüşlər. Həmin şəxsin başında idman kostyumunun papağı olduğu üçün onun üzü normal görünməmişdir. Afiyəddin həmin şəxsə səsinin tanış gəldiyini bildirib onu tanımaq üçün papağı çıxartmağı xahiş etmiş və həmin şəxs papağı başından çıxaran zaman Afiyyədin onun adının Emin olduğunu, onun qəsəbə futbolları zamanı komandaların qapıçısı olduğunu demişdir. Emin Afiyəddinin dediklərini təsdiqləsə də, onu tanımadığını bildirmişdir. Həmin vaxt avtomobili saxladıqları istiqamətdən iki nəfər, adlarını sonradan bildiyi Tofiq və Aqşin onlara yaxınlaşmışdır. Tofiq mobil telefonla danışan zaman onu kimin söydüyünü soruşduqda mərhum Məqatil irəli yeriyib söyüş söyənin o olduğunun demişdir. Onun xatırladığına görə həmin anda əvvəlcə Tofiq Məqatili yumruqla vurmuş, bununla da onların arasında dava-dalaş başlamış, qarşılıqlı yumruq zərbələri endirilmişdir. Onların hər ikisi anidən yerə yıxılmış, Məqatil altda qalmış, Tofiq isə onun üstünə yıxılmışdır. O, Tofiqlə Məqatili ayırmaq məqsədi ilə dərhal Tofiqin qolundan tutub yuxarı qaldıran zaman Aqşin onun əynində olan paltonun boyun nahiyəsindən tutub onu yuxarı qaldırmış və nə etdiyini soruşmuş, o da onları ayırdığını bildirmişdir. Həmin vaxt Afiyəddin onları sakitləşdirərək Aqşini tanıdığını demiş, sonuncu da Afiyəddini tanımışdır. Bundan sonra bir anlıq sakitlik yaranmış, amma dərhal da mübahisə başlamışdır. Həmin an Tofiqin əlində bıçaq tutub onlara tərəf gəldiyini görmüş, cəld yaxınlıqda olan taxta yeşiyi əlinə götürmüşdür. Murad da Tofiqin əlində bıçaq olduğunu görüb yeşiklərin olduğu yerə qaçaraq əli ilə divara bərkidilmiş taxta parçasını dartıb sındıraraq əlinə götürmüşdür. Məqatil də qaçaraq onlara yaxınlaşmış və yeşiklərin olduğu yerdən taxta yeşik götürmüşdür. Tofiq onların olduğu yerə çatanda Məqatil əlindəki taxta yeşiklə Tofiqi vurmuş, Tofiq isə əlindəki bıçaqla Məqatilin qarın nahiyəsinə zərbə endirmişdir. Tofiq ona tərəf gələn zaman o da əlində olan taxta yeşiklə Tofiqə zərbə endirib geriyə qaçmışdır. Murad da əlindəki taxta parçası ilə Tofiqə tərəf qaçsa da, onun Tofiqi vurub-vurmadığını görməmişdir. Həmin vaxt Tofiq əlindəki bıçağı kortəbii olaraq sağa-sola fırlatmış, hava qaranlıq olduğu üçün bıçaq zərbələrinin kiməsə dəyib-dəymədiyi görünməmişdir. Taxta yeşiklə zərbəsindən sonra Tofiq bıçaqla onun üstünə gəlmiş, bıçaqdan qorxub mərkəzi küçə ilə sürətlə qaçıb uzaqlaşmışdır. Tofiq onu bir az təqib edib onun qaçdığını görüb daha gəlməmiş, geri dönmüşdür. Həmin vaxt X20 üzbəüz gəlmiş, sonradan Emin də onlara yaxınlaşmışdır. O, xeyli kənarda dayansa da onları görmüşdür. Daha sonra onların başı söhbətə qarışdığı üçün o, sakitcə onların yanından keçib avtomobilinə tərəf getməyə başlamışdır. Bu vaxt Məqatilin qışqırıq səslərini eşidib səs gələn tərəfə gedəndə onun avtomobilin yanında kürəyini divara söykəyərək oturaq vəziyyətdə olduğunu, əli ilə qarnını tutduğunu, qarnından və sağ qolundan qan gəldiyini görmüşdür. Həmin vaxt Afiyəddin də ora gəlmiş və onlar birlikdə Məqatili avtomobilin arxa oturacağına uzatmışlar. Afiyəddin çox sərxoş olduğu üçün özünü güclə idarə etmişdir. Daha sonra onlar Muradı da səsləyib çağırmışlar və Bakı şəhərində yerləşən Respublika Xəstəxanasına yola düşmüşlər. Avtomobildə Məqatil tez-tez “öldüm” deyərək zarımışdır. Yolda Murad çox səssiz və hərəkətsiz olduğundan ondan nə baş verdiyini soruşmuş, sonuncu ona da bıçaq dəydiyini deyərək əynindəki paltonu çıxarıb ona verməsini xahiş etmişdir. O, paltosunu Murada vermiş, sonuncu da paltonu ortadan kürək nahiyəsinə keçirib möhkəm sıxmışdır. Təxminən 15-20 dəqiqədən sonra onlar Respublika Xəstəxanasına çatmışlar. Afiyəddinlə birlikdə çətinliklə Məqatili avtomobildən düşürüb xərəyə qoymuş və həkimlər onu xəstəxananın içərisinə aparmışlar. Sonradan Məqatilin öldüyünü eşitmişdir. Bir daha qeyd edir ki, hadisə vaxtı Tofiqi əlindəki taxta yeşiklə vurmaqda məqsədi bıçaq zərbələrindən qorunmaq olmuşdur. Dəqiq xatırlayır ki, Tofiq onun endirdiyi taxta zərbələrindən qorunmaq üçün sol qolunu yeşiyə tərəf tutduğundan bir zərbəsi Tofiqin sol qoluna dəymişdir. Məqatil də Tofiqə taxta yeşiklə zərbələr endirmişdir. Murad divardan qopardığı taxta parçası ilə Tofiqə hücum çəksə də sonuncu qaçdığı üçün onu vura bilməmişdir. Afiyəddin isə sərxoş olduğu üçün ümumiyyətlə dava-dalaşa qarışmamışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 15 ildir ki, yaşadığı qəsəbədən tanımışdır. Müşfiqabad qəsəbəsində yerləşən 320 saylı orta məktəbdə idman müəllimi işləyən Tofiqlə aralarında səmimi dost münasibətləri vardır. Şahid3 isə təxminən 20 ildir ki, tanıyır, onunla eyni məktəbdə oxumuşdur, demək olar ki, uşaqlıq dostudur. 08 oktyabr 2020-ci il tarixdə gecə saat təxminən 01:30 radələrində evdə yatdığı zaman Tofiq ona zəng edərək imkanı varsa qəsəbədə yerləşən “Mikayıl Müşfiq” parkının yanına gəlməsini xahiş etmişdir. Heç bir problemi olmayan, müəllim kimi təmkinli və sakit təbiətli birisi olan Tofiqin bu xahişi ona qəribə gəlmiş və ondan nə baş verdiyini soruşmuşdur. Tofiq təkidlə gəlməsini xahiş etmiş və mütləq görüşməli olduqlarını demişdir. O, daha bir söz deməyib yerindən qalxmış, paltarını geyinib həmin yerə getmişdir. Parkın qarşısındakı qəsəbənin mərkəzi küçəsi ilə gedən zaman dörd nəfər tanımadığı şəxs ona yaxınlaşmışdır. Onlardan adını sonradan bildiyi Afiyəddin ona başında papaq olduğu üçün üzünü normal görmədiyini, amma səsinin tanış gəldiyini deyərək onu tanımaq üçün papağını çıxartmasını xahiş etmişdir. O, papağını çıxartdıqda Afiyəddin onun adını çəkərək tanıdığını demişdir. Hədsiz dərəcədə sərxoş olduğu aşkar görünən Afiyəddin ayaq üstə güclə dayanmışdır. Həmin vaxt Tofiq və Aqşin onlara yaxınlaşmışdır. Yaxınlaşan kimi Tofiq mobil telefonla ona zəng edib söyənin kim olduğunu soruşmuş, bu zaman oradakı şəxslərdən biri – adını sonradan bildiyi Məqatil irəli yeriyib sərt şəkildə söyüş söyənin o olduğunu demişdir. Bu zaman anidən Tofiqlə Məqatilin arasında dava başlanmış, qarşılıqlı yumruq zərbələrinə keçmişdir. O anda tam təsadüfi olaraq ayağı nəyəsə ilişən, ya da büdrəyən Məqatil yerə yıxılmış, onun ardınca müvazinətini saxlaya bilməyən Tofiq də onun üstünə yıxılmışdır. Məqatilin yanında olan adını sonradan bildiyi Soltan Tofiqin qolundan tutub yuxarı qaldıran zaman Aqşin Soltanın əynində olan paltonun boynundan tutub yuxarı qaldırmış və nə etdiyini soruşmuşdur. Yəni, o anda Aqşin Soltanın da Tofiqi döymək istədiyini güman etmişdir. Amma X26 ayırmaq istədiyini demişdir. Afiyəddin onları sakitləşdirərək Aqşini tanıdığını, Aqşin də Afiyəddinə onu tanıdığını bildirmişdir. Daha sonra Tofiqlə Məqatil ayağa qalxmış, amma anidən yenidən dalaşmağa, qarşılıqlı əl zərbələri endirməyə başlamışlar. Həmin vaxt Məqatil, Soltan və Murad yaxınlıqda olan taxta yeşikləri və taxta parçalarını əllərinə götürüb Tofiqə tərəf tullamağa, eyni zamanda, əllərində tutduqları taxta parçaları ilə Tofiqi vurmağa başlamışlar. Gecənin qaranlığı olduğu üçün hər şeyi dəqiqliklə görə bilməmişdir. Bu şəxslər onun Tofiqin yanında gəldiyini, yəni Tofiq tərəfdən olduğunu bildikləri üçün həm də ona taxta yeşiklər atmağa başlamışlar. O da bu zərbələrdən yayınmaq üçün mərkəzi küçənin ortasına tərəf qaçıb aralanmışdır. Həmin anda Şahid1 əlində olan taxta yeşiyi onun arxasınca tullamış, cəld geri çəkilərək yeşikdən yayına bilmişdir. Soltanın yenidən ona taxta yeşik tullamaq istədiyini görüb bunun qarşısını almaq üçün yerdə olan bir neçə xırda daş parçalarını və elə Soltanın ona tərəf atdığı taxta yeşiyi yerdən götürüb Soltana tərəf tullamış, amma onların heç biri Soltana dəyməmişdir. Elə həmin anda Tofiqin əlində bıçaqla qaçaraq Soltanı qovduğunu görmüşdür. Soltan da qorxub mərkəzi küçə ilə üzü hamam istiqamətində qaçıb oradan aralanmışdır. Tofiq Soltanın qaçıb uzaqlaşdığını görəndən sonra geri dönəndə Afiyəddin və Aqşinlə üzbəüz gəlmişdir. Məqatillə Murad isə onların yanında olmamışdır. O özü də Tofiqgilə yaxınlaşmışdır. Daha sonra Tofiq Aqşinlə birlikdə mərkəzi küçə ilə üzü hamam istiqamətinə, yəni evlərinə tərəf, o isə “Mikayıl Müşfiq” parkı istiqamətində evə qayıtmışdır. Orada olan Afiyəddin və Soltan mərkəzi küçədən məscidə qalxan yola tərəf dönüb üzü yuxarı getmişlər. Həmin vaxt kiminsə bıçaq zərbəsi alması barədə heç nə görməmiş vəeşitməmiş və başa düşməmişdir. Sonradan ona məlum olmuşdur ki, Tofiq bıçaqla özünü müdafiə edərkən Murada və Məqatilə bıçaq dəymiş, Məqatil aldığı bıçaq yarasından ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 20 ildir ki, yaşadığı qəsəbədən tanıyır. Tofiqlə qonşu küçələrdə yaşamışlar. Tofiq qəsəbədə yerləşən 320 saylı orta məktəbdə idman müəllimi işləmişdir. Sakit təbiətli, ziyalı bir insan olan Tofiqlə uzun illərdir ki dost münasibətindədirlər. Eyni məktəbdə oxuduğu Şahid2 da təxminən 20 ilə yaxındır tanıyır. 08 oktyabr 2020-ci il tarixdə gecə saat təxminən 01:30 radələrində evdə yatdığı vaxtda dostu Tofiq ona zəng vuraraq yaşadığı binanın qarşısına düşməsini xahiş etmişdir. Çox səliqəli və təmkinli insan olan Tofiq müəllimin gecə satlarında onu çağırması bir qədər təəccüblü gəlmiş, amma dərhal da aşağı düşmüşdür. Təxminən iki-üç dəqiqədən sonra Tofiqlə görüşmüş və sonuncu ona Məqatil adlı şəxsin ailəsi ilə yatdığı yerdə ona zəng vuraraq heç bir səbəb olmadan varyox, ana-bacı söyüşləri söydüyünü, ən əxlaqsız sözlər işlədərək ləyaqətini alçaltdığını və təkidlə Müşfiqabad qəsəbəsində yerləşən “Mikayıl Müşfiq” adına parkın yanına gəlməsini tələb etdiyini, gəlməyəni də ağır söyüşlərlə söydüyünü bildirmişdir. Durduğu yerdə gecənin o saatlarında hədsiz dərəcədə təhqir olunmuş Tofiq çox həyəcanlı olmuş, o da Tofiqə təsəlli verərək narahat olmamasını və sakitləşməsini məsləhət görmüş, bu anlaşılmazlığın da yoluna düşəcəyini, həmin şəxslər gələn zaman məsələni aydınlaşdırıb sülhlə yekunlaşdıracaqlarını demişdir. Daha sonra Tofiq digər dostu və qəsəbə sakini Şahid2 da zəng vuraraq ondan “Mikayıl Müşfiq” adına parkın yanına gəlməyi xahiş etmiş, sonuncu da etiraz etməyib gələcəyini bildirmişdir. Amma telefonda Şahid2 hər hansı ətraflı məlumat verməmişdir. Təxminən 20-30 dəqiqə sonra Məqatil ***-***-**-** mobil nömrəsindən Tofiqə zəng edib onu “Mikayıl Müşfiq” adına parkın yanına çağırmış, o da Tofiqlə birlikdə parkın yan hissəsində yerləşən Müşfiqabad qəsəbəsinin Mədəniyyət evinin qarşısına getmişdir. Həmin vaxt qəsəbənin mərkəzi küçəsi ilə məscidə qalxan yolun kəsişməsində dostu Şahid2 4 nəfərlə söhbət etdiklərini görüb onlara yaxınlaşmışlar. Tofiq mobil telefonla danışan zaman onu kimin söyüb təhqir etdiyini soruşduqda sonradan adını bildiyi Məqatil irəli çıxıb sərt şəkildə mobil telefonda söyüş söyənin o olduğunu demişdir. Bundan sonra Tofiqlə Məqatil tutaşmış, bir-birlərinə yumruq zərbələri endirməyə başlamışlar. Həmin dava-dalaşın gedişində onların hər ikisi yerə yıxılmışdır. Həmin vaxt adını sonradan bildiyi, Məqatilin yanında gəlmiş Soltan Tofiqin qolundan tutub yuxarı qaldıran zaman o, Soltanın əynində olan tünd rəngli paltonun boyun nahiyəsindən tutub yuxarı qaldırıb nə etdiyini soruşmuşdur. Çünki, bu şəxsin də Tofiq müəllimə zərbə vurmaq niyyətində olduğunu güman etmişdir. Amma Soltan onları ayırmaq istədiyini demişdir. Bu vaxt sonradan adını bildiyi Afiyəddin onunla Soltanın arasına girib onu tanıdığını demişdir. O da Afiyəddinə diqqətlə baxdıqdan sonra onu üzdən tanımışdır. Daha sonra Tofiqlə Məqatil ayağa qalxıb yenidən əlbəyaxa dalaşmağa başlamışlar. Məqatil, Soltan və Murad yaxınlıqda olan taxta yeşiklər və taxta parçası götürüb Tofiqə tərəf atmağa, həm də əllərində taxta parçaları ilə Tofiqi vurmağa başlamışlar. Taxtalardan biri onun sol qulağının qurtaracaq hissəsinə, sol çiyin nahiyəsinə dəymiş və qulağı qanamışdır. Gecənin qaranlığı olduğu üçün kimin nə etdiyini tam dəqiqliklə görə bilməmişdir. Ağır dərəcədə sərxoş olan Afiyəddinin qolunu çiyninə salaraq onu saxlamağa çalışmışdır. Elə həmin an Tofiqin əlində bıçaq tutmuş vəziyyətdə Soltanı qovmağa çalışdığını görmüşdür. Soltan da qorxub mərkəzi küçə ilə üzü hamam istiqamətində qaçıb bir qədər uzaqlaşmışdır. Soltanın sürətli qaçıb aralandığını görən Tofiq geri dönmüşdür. Həmin vaxt Afiyəddini yanında gəzdirdiyi üçün Tofiqlə üzbəüz gəlmişlər. Daha sonra Emin də onlara yaxınlaşmışdır. Məqatillə Murad isə onların yanında olmamış, bu şəxslərin haraya çəkildiklərini görməmişdir. Daha sonra Tofiqlə birlikdə mərkəzi küçə ilə üzü hamam istiqamətinə, yəni yaşadıqları binalara tərəf, Emin isə “Mikayıl Müşfiq” parkının qarşısından evləri istiqamətində getmişdir. Afiyəddin və Soltan isə Mərkəzi küçədən məscidə qalxan yola tərəf dönüb üzü yuxarı getmişdir. Tofiqlə birlikdə öz məhəllələrinə gəlib idarə etdiyi qardaşına məxsus “Daewoo Lanos” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar. Qarşıdan Tofiqin atası Ədilxan kişinin onlarla üzbəüz gəldiyini görmüşlər və həmin vaxt Tofiq avtomobilin salonunda olan yaş salfetlə əlindəki bıçağı silib atasının görməməsi üçün onu avtomobilin qabaq sağ tərəfində olan saxlanc yerinə qoymuşdur. Hadisədən xəbərsiz olan Ədilxan kişi onlara yaxınlaşaraq gecə vaxtı küçədə nə gəzdiklərini soruşmuş, onları tənbeh edib evə getmələrini tələb etmişdir. Bundan sonra hər kəs öz evinə getmişdir. Sonradan baş vermiş mübahisə zamanı Məqatil və Muradın təsadüfdən bıçaq xəsarəti aldıqlarını, Məqatilin aldığı xəsarətdən öldüyünü eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, əmisi oğlu olan mərhum Zərərçəkmiş şəxs1 son illər mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmişdir. 07 oktyabr 2020-ci il tarixdə Mərəzə qəsəbəsində yaşayan dostu Şahid1 ondan birlikdə Sumqayıt şəhərinə avtomobillərin qeydiyyat idarəsinə getməyi xahiş etmişdir. Belə ki, Soltan idarə etdiyi “Kia Ceed” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili öz adına keçirmək istəmişdir. Amma həmin gün Soltan orada işlərini tamamlaya bilmədiyi üçün işi səhərə qalmışdır. Həmin vaxt yaxın dostu Bəhrəmov X18 mobil telefonuna zəng edib 28 May qəsəbəsində olduğunu və onlarla görüşüb hal-əhval tutmaq istədiyini demişdir. Onlar da etiraz etməyib Sumqayıt şəhərindən çıxıb həmin qəsəbədə köhnə yanacaq doldurma məntəqəsinin yaxınlığında olan dayanacağın yanına gəlib Muradla görüşmüşlər. Muradın yanında dostu Elvin də olmuşdur. X25 maşınla yaxınlıqdakı “Kapital bank”a məxsus bankomata getməyi xahiş etmiş, onlar birlikdə bankomata yaxınlaşandan sonra Murad və Elvin bankomatdan pul çıxarmış, daha sonra isə Elvin onlardan ayrılıb getmişdir. Təxminən 5 dəqiqədən sonra, saat 18 radələrində əmisi oğlu Zərərçəkmiş şəxs1 Soltanın mobil nömrəsinə zəng vuraraq 28 May qəsəbəsində onlarla birlikdə olduğunu öyrənib Soltana onu görmək istədiyini və yaşadığı evə gəlmələrini xahiş etmişdir. Məqatillə onun evinin yanında görüşərkən onun spirtli içki qəbul etdiyini hiss etmişdir. Məqatil özü də evdə tək araq içdiyini deyərək onları da evə dəvət etsə də, onlar yeyibiçmək üçün Mərəzə qəsəbəsinə getmək istədiklərini bildirmişlər. Məqatil isə onlara birlikdə Ceyrankeçməz çayının üst tərəfindəki kafeyə gedib orada yemək yeməyi təklif etmiş, onlar da razılaşmışlar. Bundan sonra Məqatilin xahişi ilə onun qonşuluqda yaşayan qardaşları Zeynalın və Eynalı evlərinə gedib götürərək həmin kafeyə getmişlər. Kafedə kabab yeyib xeyli araq içmişlər. Soltan isə maşın idarə etdiyi üçün araq içməmişdir. Təxminən saat 20:00-da balaca qardaşı Şahid6 Murada zəng vuraraq harada olduqlarını biləndən sonra Murad onu da kafeyə dəvət etmişdir. Təxminən saat 20:30 radələrində qardaşı Ağakişi “VAZ-2106” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ora gəlmişdir. Kafe bağlandıqdan sonra durub birlikdə kafenin qarşısında 40-50 dəqiqə dayanıb söhbət etdikdən sonra Eynal və Zeynal Ağakişi ilə birlikdə qəsəbəyə qayıtmışlar. Onlar təkidlə Məqatili də özləri ilə aparmaq istəsələr də, sərxoş vəziyyətdə olan Məqatil heç cür razılaşmamış və getməmişdir. Daha sonra onlar, yəni o, Soltan, Murad və Məqatil Mərəzə qəsəbəsində yerləşən adsız kafeyə getmişlər və orada da 0,5 litr “Banketnaya” arağı içmişlər. Soltan bu dəfə də sükanda olduğu üçün araq içməmişdir. Həmin axşam ümumilikdə həddindən çox spirtli içki qəbul etdiyi üçün anidən başını stolun üzərinə qoyub yatmışdır. Bir müddətdən sonra Soltan onu oyadıb qoluna girib maşına gətirib arxa oturacağa otuzdurmuşdur. Maşında yenidən yatmış, maşın dayanan vaxt anidən ayılıb ürəyi bulandığı üçün maşına və qapını açaraq çölə qusmuşdur. Həmin vaxt əmisi oğlu Məqatil əynində olan poluverini çıxarıb maşının arxa oturacağında olan qusuntunu təmizləyib polveri maşının arxa oturacağının üzərinə atmışdır. O, Məqatilin polverini çıxardığını görüb özü də əynində olan qara rəngli parça materialından qolsuz gödəkçəni çıxarıb ona vermiş və Məqatil də əynindəki ağ rəngli maykanın üzərindən həmin gödəkçəni geyinmişdir. Daha sonra onlar dayandıqları yerdən Müşfiqabad qəsəbəsinin mərkəzi küçəsinə tərəf getmişlər. Həmin vaxt əynində papaqlı idman kostyumu olan bir nəfərin mərkəzi küçədən keçdiyini görüb onunla görüşmüş, onun səsi tanış gəldiyindən tanımaq üçün papağını çıxartmağı xahiş etmişdir. Həmin şəxs papağı çıxaranda onu tanıyıb Emin olduğunu, qəsəbə futbolları zamanı komandaların qapıçısı olduğunu demişdir. Emin onun dediklərini təsdiqləsə də, onu tanımadığını bildirmişdir. Bu zaman məscidə qalxan yoldan üzü aşağı onlar dayandıqları yerə sonradan adlarını bildiyi Tofiq və Aqşin yaxınlaşmışlar. Tofiq mobil telefonla danışan zaman onu kimin söydüyünü soruşduqda Məqatil telefonda söyüş söyənin o olduğunu demişdir. Bu zaman Tofiq Məqatili yumruqla vurmuş, arasında dava düşmüş və yumruqlaşmağa başlamışlar. Qarşılıqlı dava zamanı onların hər ikisi yerə yıxılmışdır. X26 ayırmaq məqsədi ilə Tofiqin qolundan tutub yuxarı qaldıran zaman Aqşin onun əynindəki paltonun boyun nahiyəsindən tutub onu yuxarı qaldırıb nə etdiyini soruşmuş, Soltan da Aqşinə onları ayırdığını demişdir. Yəni, Aqşin əvvəlcə elə baş düşmüşdü ki, Soltan da Tofiqi vurur. Bu zaman o özü Aqşinlə Soltanın arasına girib Aqşini tanıdığını demiş, Aqşin də onu tanıdığını deyəndən sonra aralarındakı anlaşılmazlıq aydınlaşmışdır. Bütün bu halları o güclə xatırlayır, çünki ağır dərəcədə sərxoş olduğundan çox şeyi xatırlaya bilmir, çox şey ona yuxu kimi gəlir. Bu məqamdan sonra nələr olmasını ümumiyyətlə xatırlaya bilmir. Təkcə o yadındadır ki, bir arada Məqatilin ucadan səsini eşidib sərxoşluğun təsirindən az da olsa ayılıb səs gələn tərəfə getmiş və Məqatilin Soltanın maşınının yanında çöməlmiş vəziyyətdə olduğunu, əli ilə qarnını tutduğunu, qarnından və sağ qolundan qan axdığını görmüşdür. Orada olan Soltanla köməkləşib birlikdə Məqatili maşının arxa oturacağına uzatmışlar, o özü də Məqatilin yanında oturmuşdur. Daha sonra Soltan Muradı da səsləmiş və onlar Bakı şəhərinə Respublika Xəstəxanasına yola düşmüşlər. Yolda Məqatil tez-tez “öldüm” deyərək inildəmişdir. O, Məqatili sakitləşdirə bilməmiş və onun qarın nahiyəsindən qan axmışdır. Yolda Murad çox səssiz və hərəkətsiz olduğundan Soltan ondan nə baş verdiyini soruşmuş, Murad ona da bıçaq dəydiyini deyərək yarasını bağlamaq üçün Soltandan əynindəki paltonu çıxararaq ona verməyini xahiş etmişdir. Soltan da əynindəki paltonu çıxarıb Murada vermiş, sonuncu da paltonu ortadan kürək nahiyəsinə keçirib möhkəm sıxmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, Tofiq Məqatili bıçaqla vurmuşdur. Təxminən 15-20 dəqiqədən sonra xəstəxanaya çatıb Məqatili həkimlərə təhvil vermişlər. Sonra məlumat gəlmişdir ki, Məqatil artıq ölüb. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, 07 oktyabr 2020-ci il tarixdə, saat 18 radələrində ortancıl qardaşı Eynalla birlikdə onun 28 May qəsəbəsində yerləşən evində olduğu zaman digər qardaşı Məqatil ora gəlib təkidlə onlara qonaqlıq vermək üçün Qobustan rayonunun Ceyrankeçməz qəsəbəsində yerləşən kafeyə getmələrini istəmişdir. Həmin vaxt Məqatillə birlikdə gələn əmisi oğlu Şahid4, dostları Şahid1la Zərərçəkmiş şəxs2 küçədə onları gözləmiş və onlar birlikdə həmin kafeyə getmişlər. Kafedə birlikdə kabab yeyib, bir ədəd 1 litrlik, iki ədəd 0,7 litrlik “Banketnaya” arağı içmişlər. Soltan isə maşın idarə etdiyi üçün araq içməmişdir. Təxminən saat 20:00-da əmisi oğlu Afiyəddinin balaca qardaşı Ağakişi Murada zəng vuraraq harada olduğunu soruşmuş, Murad olduqları yeri söyləyib Ağakişini də ora dəvət etmişdir. Təxminən saat 20:30 radələrində Ağakişi “VAZ-2106” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ora gəlmişdir. Təxminən saat 21:00 radələrində kafe bağlandığı üçün bayırda dayanıb söhbət etdikdən sonra o və Eynal Ağakişi ilə birlikdə onun avtomobili ilə yaşadıqları 28 May qəsəbəsinə qayıtmışlar. Qayıdarkən sərxoş vəziyyətdə olan Məqatili də özləri ilə birlikdə evə gətirmək üçün çox çalışsalar da sonuncu israr edib Soltan, Murad və Afiyəddinlə birlikdə Mərəzə qəsəbəsinə gedəcəyini və gecəni orada qalıb səhər qayıdacağını demişdir. 08 oktyabr 2020-ci il tarixdə səhər saat 04 radələrində Eynal gəlib gecə baş vermiş bıçaqlanma hadisəsi barədə ona məlumat vermiş və onlar birlikdə taksi ilə Lökbatan qəsəbəsində yerləşən 19 saylı Birləşmiş şəhər Xəstəxanasına gəlmişlər. Xəstəxanada qardaşı Məqatilin öldüyü onlara məlum olmuşdur. Sonradan bildiyinə görə Məqatil Müşfiqabad qəsəbə sakini Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmışdır. Bildiyi qədər Tofiqlə Məqatilin arasında hər hansı problem olmamışdır. Mərhum qardaşı Məqatil narkotik vasitə istifadəçisi olmuş, bu vərdişi ilə bağlı ona dəfələrlə irad bildirmiş, bu zərərli vərdişdən əl çəkməsini tələb etmişdir. Hələ 2019-cu ilin yay aylarında Məqatil narkotik tərkibli bitkiləri becərdiyi üçün barəsində cinayət işi başlanaraq həbs olunmuş və 2020-ci ilin yanvar ayında həbsi dəyişdirilərək azadlığa çıxmışdır. Hazırda ailələr arasında barışıq əldə olunmuşdur. Tofiqə qarşı hər hansı tələb və şikayət yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, 08 oktyabr 2020-ci il tarixdə gecə saat 02 radələrində evdə yatan zaman gəlini - kiçik oğlu Tofiqin arvadı Aytən onu yuxudan oyadaraq bildirmişdir ki, Tofiq və körpə uşaqları ilə birlikdə yatan zaman Tofiqin mobil nömrəsinə zəng gəlmiş, sonuncu yuxulu vəziyyətdə zəngə cavab verib 5-10 saniyə danışdıqdan sonra telefonu söndürmüş, təxminən iki-üç dəqiqədən sonra onun mobil telefonuna yenidən zəng gəlmiş, Tofiqin zəngə cavab verib zəng vuran şəxsin kim olduğunu soruşduğu zaman dəstəyin qarşı tərəfindəki şəxs Qobustan rayonunun Mərəzə kəndindən Müşfiqabad qəsəbəsinə gəlmək üçün yola çıxdığını və Tofiqlə görüşüb söhbət etmək istədiyini demiş, qəsəbəyə çatan zaman yenidən zəng vuracağını deyərək görüş yerinə gəlməyəni ağır söyüşlərlə söymüş, bu qaydada zənglər bir neçə dəfə təkrar olunduqdan sonra onun yalvarışlarına baxmayaraq Tofiq məcbur qalıb həmin şəxsin tələbinə əsasən parkın yanına getmiş, gedərkən həm də zəng vuran şəxsin nə üçün ona belə ağır söyüşlər söydüyünü və kim olduğunu öyrənəcyini demişdir. Gəlininin dediklərini eşidən kimi narahat olub dərhal evdən çıxıb Tofiqi axtarmağa yollanmışdır. Evdən təxminən 30 metr aralandıqdan sonra Tofiq və Aqşinlə üzbəüz gəlmiş, gecə vaxtı nə üçün küçəyə çıxdıqlarını soruşaraq hər ikisini tənbeh edib evlərinə getmələrini tələb etmişdir. Bundan sonra Tofiqlə birlikdə evə qayıtmış, Aqşin də onlardan ayrılıb öz evinə getmişdir. Evdə Tofiqin əynində olan paltarların üzərinin toz-torpaq olduğunu, həmçinin üst dodağının sol tərəfindən qan gəldiyini və qanın axaraq əynində olan köynəyin qabağına düşdüyünü görmüşdür. Tofiqdən nə baş verdiyini soruşduqda oğlu ümumi şəkildə heç bir günahı olmadığı halda bir dəstə sərxoş adamın onu söyüş söyməklə evdən düşürdərək dalaşdıqlarını, sonra da onların ayrılaraq maşına minərək getdiklərini demişdir. Bir ata olaraq əsəbiləşmiş, heç kiminlə işi olmayan, orta məktəbdə müəllim işləyən oğlunun nə üçün döyülüb söyülməsi onu çox narahat etmişdir. Səhəri gün, yəni 08 oktyabr 2020-ci il tarixdə təxminən səhər saat 8 radələrində Tofiq adi günlərdə olduğu kimi şagirdlərinə dərs demək üçün məktəbə getmişdir. Təxminən yarım saat sonra o, hava almaq üçün evlərinin yaxınlığındakı parka getmişdir. Saat 9 radələrində gəlini Aytən ona zəng vuraraq evə polis əməkdaşlarının gəlib Tofiqi soruşduqlarını, onlara Tofiqin işlədiyi məktəbdə olduğunu deyərək mobil nömrəsini verdiyini, bundan sonra onların çıxıb getdiklərini bildirmişdir. Sonradan gecə satlarında baş vermiş hadisə barədə ətraflı şəkildə öyrənmişdir. Hazırda mərhumun ailəsi, yaxınları və xəsarət almış digər şəxslə tam barışıq əldə edilmiş, onun tərəfindən bütün zəruri yardım və köməkliklər göstərilmişdir. Oğluna qarşı heç bir tələb və şikayət yoxdur. Həm də bir ata kimi bu ahıl yaşında düşdükləri bu acınacaqlı vəziyyətin tam ədalətli araşdırılması, oğlunun səhvi nədirsə ona münasib də qərar qəbul edilməsini xahiş edir. Min bir əziyyətlə böyütdüyü Tofiqin körpə övladları və ailəsi hazırda başsızdır. Özünün də yaşı, səhhəti onlara baxmağa, ehtiyaclarını ödəməyə imkan vermir. Orta məktəb müəllimi olan oğlunu bütün qəsəbə sakinləri ləyaqətli, ziyalı, təvazökar, nümunəvi insan kimi tanıyır. Oğlu Tofiq gecənin o saatlarında heç bir səbəb olmadan bir dəstə sərxoş şəxs tərəfindən ailəsinin yanında yatdığı bir vəziyyətdə təhqir olunmuş, söyülmüş, anasına, bacısına ləyaqətsiz söyüşlər yağdırılmış, hələ üstəlik evdən düşüb gəlməyəcəyi halda da hədələnmiş, ana-bacı söyüşləri ilə təhdid edilmişdir. Belə çıxılmaz vəziyyətdə qalan oğlu məcbur olub bu şəxslərin təkidli çağırışına yatdığı yerdən durub həyətə düşmüş və onların hücumundan özünü müdafiə etməyə çalışmışdır. Mərhum Məqatilin və onun yanında olmuş şəxslərin kim olmaları, yaşadıqları qəsəbədə necə ad çıxarmaları və tanınmaları bütün ətrafdakılara çox yaxşı bəllidir. Heç kəsin sığortalanmadığı belə naqis əməlin qarşılığında Tofiqin başqa nə etməli olduğu çox çətin sualdır. Bir valideyn kimi öz övladını gözəl tanıyır və birmənalıdır ki, oğlu heç bir halda kimisə öldürmək niyyətində olmayıb, ola da bilməzdi. Bədbəxtçilikdən özünü müdafiə edərkən ona hücum etmiş bu şəxslər heç özləri də bilmədən Tofiqin əlindəki bıçağa tuş gəliblər. Hadisənin məhz bu şəkildə baş verməsi heç kəsə sirr deyil. Ona görə də məhkəmədən oğlunun əməlinə düzgün qiymət verilməsini, cəza verilməlidirsə də əməlinə uyğun olan cəza verilməsini, həm də pedaqoq olan övladının himayəsində körpə uşaqlarının, ailəsinin yeganə qazanc gətirəni olmasının, həm işlədiyi kollektivdə, həm də yaşadığı yerdə nümunəvi bir insan olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, o, 2010-cu ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Tofiq təbiətcə sakit və səmimi insan olmuş, həmişə dostları və qohumları ilə normal münasibət saxlamış və Müşfiqabad qəsəbəsində yerləşən 320 saylı tam orta məktəbdə müəllim işləmişdir. 08 oktyabr 2020-ci il tarixdə gecə saat 01 radələrində Tofiq və uşaqlarla birlikdə yatdıqları zaman Tofiqin mobil telefonuna zəng gəlmiş, sonuncu yuxudan oyanıb telefona cavab vermiş və təxminən 5-10 saniyə danışıb telefonu söndürmüşdür. Təxminən 2-3 dəqiqədən sonra Tofiqin mobil telefonuna yenidən zəng gəlmiş, Tofiq zəngə cavab verib zəng vuran şəxsin kim olduğunu və adını soruşduğu zaman dəstəyin qarşı tərəfindək şəxs ağır söyüşlər yağdırmış, Mərəzə kəndindən Müşfiqabad qəsəbəsinə gəlmək üçün yola çıxdığını və görüşüb söhbət etmək istədiyini, qəsəbəyə çatan zaman yenidən zəng vuracağını demiş, görüş yerinə gəlməyəni ağır söyüşlərlə söymüşdür. Həmin şəxs daha bir neçə dəfə yenidən Tofiqə zəng vurmuşdur. Tofiq məcbur olub yerindən qalxıb paltarlarını geyinmiş və çıxmağa hazırlaşmışdır. Bərk narahatçılıq keçirdiyi üçün yalvar-yaxarla Tofiqə getməməsini xahiş etmiş, amma sonuncu razılaşmayaraq zəng vuran şəxsin nə üçün ona belə ağır söyüşlər söydüyünü və kim olduğunu öyrənmək üçün həmin şəxslə görüşəcəyini deyərək evdən çıxmışdır. Təxminən 30 dəqiqə keçməsinə baxmayaraq Tofiqin geri qayıtmadığını görüb qaynatası Şahid7 mobil telefonundan Tofiqə zəng vurmuş, lakin Tofiq cavab verməmişdir. Təxminən bir-iki dəqiqə keçdikdən sonra Tofiq geri zəng vurub heç kimin gəlmədiyini və narahatçılığa səbəb olmadığını, siqarət çəkib 5-10 dəqiqədən sonra evə gələcəyini demişdir. Tofiqlə danışdıqdan sonra yenidən 15-20 dəqiqə keçməsinə baxmayaraq Tofiqin gəlmədiyini görüb narahat olmuş və qaynatası Ədilxanı yuxudan oyadıb olanlar barədə ona məlumat vermişdir. Bunu eşidən qaynatası dərhal evdən çıxaraq Tofiqi axtarmağa getmiş və təxminən iki-üç dəqiqədən sonra Tofiqlə birlikdə geri qayıtmışdır. Həmin vaxt Tofiqin üst dodağının sol nahiyəsindən qan gəldiyini, qanın əynində olan köynəyin qabağına axdığını, digər paltarlarının isə toz-torpaq olduğunu görmüşdür. Tofiq hamam otağına girib əl-üzünü yuyan zaman əynində olan paltarları çıxarmış, o da Tofiqə başqa paltarlar gətirib həmin paltarları yumuşdur. Ondan nə baş verdiyini soruşduqda Tofiq ümumi olaraq ona söyüş söyən insanlarla dalaşdığını və daha sonra onların maşına minərək getdiklərini deyərək yatmağa getmişdir. Səhəri gün 08 oktyabr 2020-ci il tarixdə təxminən saat 08 radələrində Tofiq adi günlərdə olduğu kimi işlədiyi məktəbə getmişdir. Saat 9-10 radələrində polis əməkdaşları evə gələrək Tofiqi soruşmuşlar. Tofiqin işlədiyi məktəbə dərsə getdiyini deyərək onun mobil nömrəsini polis əməkdaşlarına vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, əri Zərərçəkmiş şəxs1 ilə rəsmi nikahları olmamışdır. Məqatillə ailədə münasibətləri yaxşı olmuşdur. 2019-cu ildə yaşadıqları evin həyətində olan yarımtikilidə Məqatil narkotik tərkibli bitkilər əkib becərdiyi üçün həbs olunmuş və 5 ay həbsdə qaldıqdan sonra 02 yanvar 2020-ci il tarixdə həbs qətimkanı tədbiri dəyişdirilərək azadlığa çıxmışdır. Dəfələrlə ərindən nə üçün narkotik vasitələrdən istifadə etdiyini soruşmuş, amma Məqatil bu sualından hər dəfə əsəbiləşmiş və ona cavab verməmişdir. 07 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində Məqatil evdən çıxmış, 08 oktyabr 2020-ci il tarixdə gecə saat 04 radələrində Məqatilin qardaşı Eynal evə gəlib məlum hadisə barədə ona məlumat vermişdir. Digər qaynı Şahid5la birlikdə taksi ilə Lökbatan qəsəbəsində yerləşən 19 saylı Birləşmiş şəhər Xəstəxanasına getmişlər və təxminən bir saatdan sonra əri Məqatilin öldüyü ona məlum olmuşdur. Sonradan bildiyinə görə əri Məqatilin Müşfiqabad qəsəbə sakini Təqsirləndirilən şəxs tərəfindən dava-dalaş zamanı bıçaqlandığını eşitmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 göstərmişdir ki, 07 oktyabr 2020-ci il tarixdə təxminən saat 20 radələrində işdən çıxıb Zərərçəkmiş şəxs2 mobil nömrəsinə zəng vuraraq onunla görüşmək üçün harada olduğunu soruşmuş, Murad ona qardaşı Afiyəddin, əmisi oğlanları Məqatil, Eynal, Zeynal və dostu Soltanla birlikdə Qobustan rayonunun Ceyrankeçməz çayının üst tərəfindəki kafedə yemək yediklərini deyib onu da ora dəvət etmiş, o, da idarə etdiyi “VAZ-2106” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin kafeyə gəlib onlarla birlikdə əyləşmişdir. Təxminən 21:00 radələrində kafe bağlandığı üçün oradan durub bayırda xeyli söhbət etdikdən sonra Eynal və Zeynal onunla birlikdə yaşadıqları 28 May qəsəbəsinə qayıtmaq istədiklərini demiş, həmin vaxt əmisi oğlanları Eynal və Zeynal Məqatilə də onlarla birlikdə evə getməyini bildirsələr də, Məqatil səhər özü gələcəyini demiş, daha sonra onlar yaşadıqları qəsəbəyə qayıtmış, səhəri gün isə qardaşı Afiyəddin məlum hadisə barədə ona məlumat vermişdir (cild 3, iş vərəqə 52-55). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 08 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən Mədəniyyət evinin giriş darvazasının sağ yan hissəsidir. Hadisədən əvvəl yağış yağdığından ərazinin və asfalt örtüyünün bəzi yerləri nəmdir. X9 giriş darvazasının sağ tərəfində olan divarın qurtaracağında tərəvəz məhsullarının satışı üçün nəzərdə tutulmuş taxta materialından hazırlanmış piştaxta, onun tavanının üzərində və qarşısında dağınıq, sınmış formada taxta yeşiklər vardır. X9 giriş darvazası ilə üzbəüz 4 metr qarşıda yolun ortasında islanmış asfalt üzərindən açıq qırmızı rəngli qanabənzər ləkələr damcı şəklində aşkar edilərək “1” rəqəmi ilə, darvaza ilə üzbəüz 5 metr qarşıda yolun sol kənarı istiqamətində tünd qırmızı rəngli qanabənzər ləkələr damcı və laxta şəklində aşkar edilərək 2 rəqəmi ilə, Mədəniyyət evinin giriş hissəsindən sol tərəfdə yerləşən divardan 0.2 metr məsafədə tünd qırmızı rəngli qanabənzər ləkələr damcı və laxta şəklində aşkar edilərək 3 rəqəmi ilə, giriş hissəsindən sol tərəfdə yerləşən divardan 0.5 metr məsafədə tünd qırmızı rəngli qanabənzər ləkələr damcı şəklində aşkar edilərək 4 rəqəmi ilə işarələnib steril DNT çubuqlarına hopdurularaq götürülmüşdür. Bundan başqa baxış zamanı X9 giriş hissəsindən sol tərəfdə yerləşən divardan 3 metr məsafədə yolun ortasında üzərində qanabənzər ləkələr olan 01 ədəd qara rəngli, parça materialından olan qolaltı nahiyyəsi zədələnmiş qolsuz gödəkçə və giriş darvazasının sağ tərəfində olan divarın qurtaracağında tərəvəz məhsullarının satışı üçün nəzərdə tutulmuş taxta materialından hazırlanmış piştaxtanın qarşısında dağınıq şəkildə olan taxta yeşiklərin üstündən üzərində qanabənzər ləkələr olan 01 ədəd qara rəngli, parça materialından qolsuz gödəkçə, giriş darvazasının sağ tərəfində yerləşən divardan 3 metr qabaqda yolun hərəkət hissəsində yaş asfaltın üzərindən 01 ədəd dəri materialından olan qəhvəyi rəngli bıçaq üzlüyü aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 2-13). Meyitə baxış keçirilməsi haqqında 08 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - döş qəfəsinin sağ yuxarı iç səthində 3,0x0,2 sm ölçüdə bir qədər çəp istiqamətlidir; - qarının sol yuxarı iç səthində 3,0x0,1 sm ölçüdə boylama istiqamətlidir; - sağ dirsək oynağının iç səthində 3,0x0,6 sm ölçüdə boylama istiqamətli, kənarları hamar, bucaqları iti olan üzərində qanaxma izləri olan yaralar vardır; - sol qaşüstü nahiyədə 0,4x0,3 sm, 0,8x0,4sm ölçülərdə 2 ədəd, burun nahiyəsində 1,2x0,4 sm, sol almacıq nahiyəsində 2,0x1,0 sm ölçülərdə, qeyri-müəyyən formalı, döş qəfəsinin sol yuxarı iç hissəsində 6,0x0,5sm ölçüdə, xətti formalı, üzəri sağlam dəri toxuması səviyyəsindən aşağıda yerləşən, çəhrayımtıl rəngli qartmaqla örtülü sıyrıqlar vardır. Meyitin bədən səthində digər xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 14-18). Əşyaya baxış keçirilməsi haqqında 08 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus şalvar və gödəkçənin üzərində hər hansı zədə və zədə izi aşkar olunmamış, qısaqol, parça materialından və açıq göy rəngdə olan koftanın üzərində avazımış və yumaya məruz qalmış qanabənzər ləkələr aşkar edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 114-119). Avtomobilə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 08 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Zaz Lanos TF69YO66” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısından salona daxil olduqda qabaq sağ oturacaqla üzbəüz salonun saxlanc yerində (bardaçokda) olan və cinayətin aləti kimi istifadə etdiyi 01 ədəd tiyəsinin hər iki tərəfi iti olan gümüşü rəngli, dəstəyi isə şəffaf rəngli bıçağı təqdim etmiş, həmin bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 120-124). “Kia Ceed” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 08 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, avtomobilin daxili salonunun müxtəlif yerlərində qana bənzər ləkələr aşkar olunmuş, avtomobilin arxa sağ oturacağının yan hissəsində olan dirəyin üzərində tünd qırmızı rəngli qanabənzər ləkələr axıntı şəklində aşkar edilərək “1” rəqəmi ilə, avtomobilin qabaq sağ ayaqaltı hissəsində olan kavralitə yapışdırılmış plastik örtüyün üzərində tünd qırmızı rəngli qanabənzər ləkələr ətrafa sürtülmüş şəkildə toza və quma bulaşmış şəklində aşkar edilərək “2” rəqəmi ilə işarələnib pambığa hopdurularaq götürülmüşdür. Həmçinin avtomobildən Şahid1 məxsus üzərində ağ və qara rəngli zolaqları və naxışları olan içərisində “A.S.F” yazı emblemi olan qanabənzər ləkələrə bulaşmış 01 ədəd palto, mərhum Zərərçəkmiş şəxs1 məxsus içərisində “Donzel Bernardo” yazı emblemi olan qara rəngli 01 ədəd palto və arxası qara, qabaq hissəsində isə ağ və qara rəngdə olan naxışlı boğazlı 01 ədəd poliver aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 126-137). İfadənin yerində yoxlanılması barədə 09 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs1 ilə mübahisə etdiyi, onu bıçaqla vurub öldürdüyü və Zərərçəkmiş şəxs2 bıçaqla vurub xəsarətlər yetirdiyi yeri göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 171-176). Cinayət hadisəsinin videogörüntülərini özündə əks etdirən diskə baxış keçirilməsi haqqında 09 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki; - videogörüntülərdən biri 08 oktyabr 2020-ci il tarixdə saat 01:25:03-də başlanır və 01:46:43-də başa çatır. Kameranın müşahidə dairəsi ön tərəfi əhatə etməklə üzü Müşfiqabaq qəsəbəsindəki Mədəniyyət Evinə dönən yola doğru istiqamətlənmişdir. Kamera görüntülərindən görünür ki, ərazidə işıqlandırma yoxdur və ətraf qaranlıq vəziyyətdədir. Saat 01:29:31-də görüntülər ani olaraq saat 01:35-24-ə keçir. Saat 01:38:27-də sağ tərəfdən tünd rəngli olan, qaranlıq olduğu üçün rəngini və markasını dəqiq müəyyən etmək mümkün olmayan, universal tipli avtomobil gələrək sağa, Mədəniyyət Evinə tərəf dönüb yolun sağ kənarında dayanmış nəqliyyat vasitəsinin arxasında dayanmışdır. Avtomobil dayandıqdan sonra arxa işıqları da söndüyü üçün həmin ərazinin dəqiq və ətraflı görüntüsü mümkün olmamışdır. Kamera görüntülərindən dayanmış avtomobilin (istintaq zamanı “Kia Ceed” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı olduğu müəyyən edilən avtomobil) yalnız arxa yük yerinə qədər olan hissə görünür və avtomobilin ətrafında bir neçə insan qaraltıları müşahidə edilir. Saat 01:40-06-da yenə də görüntülər ani olaraq saat 01:42:44-ə keçir və bu vaxt avtomobilin yanında işıqlanma müşahidə edilir. Bu vaxt sol tərəfdən başında kapuşonlu bir kişi cinsli şəxs düzünə gedir və ondan sol tərəfdə olan Mədəniyyət Evinə tərəf boylanır. Saat 01:43:09-da həmin avtomobil tərəfdən geriyə doğru, avtomobilin gəldiyi yola tərəf 2 nəfərin getdiyi görünür. Saat 01:43:27-də yenə də ani olaraq görüntülər saat 01:45:03-ə keçir. Bu vaxt yolun sağ tərəfindən düzünə tünd rəngli sedan tipli avtomobil keçərkən həmin avtomobilin saldığı işıqdan bir neçə nəfərin (7 nəfər olduğu ehtimal edilir) mübahisə etdikləri görünür. Avtomobil keçdikdən sonra qaranlıq olduğundan yenidən həmin yerdə görüntü məhdudlaşır. Görüntülərə diqqətlə baxıldıqda həmin şəxslərin iki yerə bölünüb dava edənləri ayırmağa çalışdıqları görünür. Saat 01:45:48-də videogörüntülər yenə ani olaraq kəsilir və saat 01:46:39-da bərpa olunur. Bu vaxt kameranın altında bir nəfərin dayanıb dalaşanlara baxdığı, bu zaman bir nəfərin əlində parıldayan bir əşya olduğu (istintaq zamanı həmin şəxsin Təqsirləndirilən şəxs, əlindəki əşyanın isə bıçaq olduğu müəyyən edilmişdir) göründü. Bu vaxt qarşıdan “VAZ-21015” markalı avtomobil keçəndən sonra Təqsirləndirilən şəxs əlində bıçaqla qarşılarında olan şəxslərə hücum etmək istədiyi, həmin şəxslərin isə əllərində olan taxta yeşikləri ona atmaqla onu özlərindən uzaqlaşdırmaq istədikləri görünür və saat 01:46:43-də də görüntülər başa çatır; - digər 2 ədəd faylda olan videogörüntülər də bir-birinin davamı olan görüntülərdir. İlk videogörüntü 3 dəqiqə 6 saniyə olmaqla saat 01:39:46-da başlayaraq 01:45:31-də, sonrakı görüntü isə saat 01:48:56-da başlamaqla 01:53:34-də başa çatır və 45 saniyə davam edir. Həmin kamera bundan əvvəl baxılan kameranın sol tərəfindən qoyulmaqla qarşı tərəfdən gələn və sağa Mədəniyyə Evinə tərəf dönən yolu göstərir. Saat 01:42:35-də kamera görüntüsünün altından başında kapuşonu olan kişi cinsli şəxs düzünə hərəkət edib Mədəniyyət evinə dönən yolun yanında dayanıb həmin yola tərəf baxır və saat 01:43:13-də həmin yoldan iki nəfər həmin şəxsə doğru yaxınlaşır və saat 01:43:19-da videogörüntü ani olaraq kəsilərək saat 01:45:02-də bərpa olunur. Bu vaxt qarşıdan gələn avtomobilin işığının düşməsindən sonra Mədəniyyət evinə dönən yolun üstündə bir neçə şəxsin (təxmini 7 nəfər) qarşılıqlı mübahisə etdiyi və tərəflərin iki yerə bölünüb mübahisə edənləri ayırmağa çalışdıqları görünür. Saat 01:48:56-da başlanan görüntüdə bir avtomobil arxa-arxaya hərəkət edərək aşa-aşa hərəkət edən 4 nəfərə yaxınlaşıb onların yanında dayanmış, daha sonra yenə arxa-arxaya hərəkət etməyə davam etmiş, bundan sonra həmin 4 nəfərdən biri Mədəniyyət evinə, biri geriyə, ikisi qabağa doğru hərəkətini davam etdirir. Bundan sonra görüntülər başa çatır (cild 1, iş vərəqə 185-192). Əşyanın tanınmaya təqdim edilməsi haqqında 17 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd dəri materialından olan qəhvəyi rəngli bıçaq üzlüyü bıçaqla birlikdə yenidən Təqsirləndirilən şəxs təqdim olunarkən, tanıyan Təqsirləndirilən şəxs ona təqdim olunmuş 4 ədəd bıçaqdan “3” şərti rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək bir daha hadisə zamanı həmin bıçaqdan istifadə etdiyini və ona təqdim olunmuş qəhvəyi rəngli dəri üzlüyün həmin bıçağa məxsus olduğunu qeyd etmiş, hadisə zamanı istifadə etdiyi bıçağı, həmin bıçağın üzlüyünü əvvəllər istifadə etmədiyi üçün bıçağı və onun dəri üzlüyünə baxıb dəqiq xatırladıqdan sonra tanıdığını və təqdim olunmuş “3” şərti rəqəmi ilə nömrələnmiş bıçağın və bıçağın yanında olan qəhvəyi rəngli dəri üzlüyün ona məxsus olduğunu bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 251-254). Məhkəmə-tibbi ekspertizasının 08 oktyabr 2020-ci il tarixli 84 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə tibbi ekspertizasında aşkar edilmiş xəsarətlər - qarının sol yuxarı iç hissəsinin daxilə nüfuz edərək mədəaltı vəzin zədələnməsi ilə müşayiət olunan bir ədəd, döş qəfəsinin sağ yuxarı iç hissəsinin daxilə nüfuz etməyən bir ədəd, sağ dirsək oynağının iç səthində bir ədəd, ümumilikdə 3 ədəd kəsilmiş-deşilmiş yaraları deşici-kəsici əşya (alət) təsirindən, sol qaşüstü nahiyənin iki ədəd, burun nahiyəsinin bir ədəd, sol almacıq nahiyəsinin bir ədəd, döş qəfəsinin sol yuxarı iç hissəsinin bir ədəd sıyrıqları isə bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, həyatidirlər, mərhumun ölümündən az əvvəl 08 oktyabr 2020-ci il tarixə kənar şəxs tərəfindən yetirilə bilərdilər. Qeyd olunmuş xəsarətlərdən qarının sol yuxarı iç hissəsinin daxilə nüfuz edərək mədəaltı vəzin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın, döş qəfəsinin sağ yuxarı iç səthinin daxilə nüfuz etməyən bir ədəd, sağ dirsək oynağının iç səthinin bir ədəd, ümumilikdə 2 ədəd deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər, sol qaşüstü nahiyənin iki ədəd, burun nahiyəsinin bir ədəd, sol almacıq nahiyəsinin bir ədəd, döş qəfəsinin sol yuxarı iç hissəsinin bir ədəd sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb qarının sol yuxarı iç hissəsinin daxilə nüfuz edərək mədəaltı vəzin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası nəticəsində törənən kəskin daxili və xarici qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə görə güman etmək olar ki, ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan 6-10 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlərlə hadisə zamanı onun əynindəki paltarlardakı zədələr sayına və yerləşmə nahiyələrinə görə bir-birinə uyğundur, ekspertizaya təqdim edilmiş bu və ya buna bənzər bıçaqla yetirilə bilərdi. Qeyd olunan xəsarətlər yetirildikdən sonra mərhum Zərərçəkmiş şəxs1 yeriyə bilməsi və məqsədyönlü hərəkətlər etməsi inkar olunmur. Xəsarətlər yetirildikdən sonra ölüm müəyyən zaman çərçivəsində baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər gövdənin ön və üst tərəfində yerləşdiyindən xəsarətlər yetirilərkən mərhumun və xəsarət yetirən şəxsin ayaqüstə üzbəüz vəziyyətdə olması güman edilir. Mərhum Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş iti uca və kənara malik əşyalar tərəfindən yetirilməyə xarakterik xəsarətlərin eyni və ya başqa əşyalar təsirindən yetirilməsi barədə fikir söyləmək üçün mərhumun hadisə zamanı əynində olmuş paltarlarının kriminalistika şöbəsində xüsusi müayinəsinin keçirilməsi məqsədə uyğundur. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 2.5%o-qatılığından etil spirti aşkar edilmişdir. Bu da şəxslərdə orta dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Narkotik maddələr aşkar edilməmişdir (cild 2, iş vərəqə 33-39). Məhkəmə-tibbi ekspertizasının 08 oktyabr 2020-ci il tarixli 694 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üst dodağın sol yarısının dodaq haşiyəsinin əzilmiş yarası və sol saidin sıyrığı müəyyən edilmiş, xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, 08 oktyabr 2020-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər və dərəcələrinə görə üst dodağın sol yarısının dodaq haşiyəsinin əzilmiş yarası səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcə təyin edilmir (cild 2, iş vərəqə 54-55). Məhkəmə-tibbi ekspertizasının 27 noyabr 2020-ci il tarixli 829 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol kürəkaltı nahiyənin tış hissəsinin daxilə nüfuz edərək diafraqmanın zədələnməsi ilə müşayiət olunan bir ədəd, belin sol tış hissəsinin daxilə nüfuz edərək böyrəyin və dalağın zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmişkəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşya (alət) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi 08 oktyabr 2020-ci il tarixdə bıçaqla kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir (cild 2, iş vərəqə 93-95). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 noyabr 2020-ci il tarixli 2353 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeydə alınmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur, Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ünsiyyətçilik, emosionallıq, özünə qarşı hörmət tələb etmək, inadkarlıq kimi fərdi psixi xüsusiyyətlərə malikdir, əqli inkişafında gerilik əlamətləri müşahidə edilmir. Təqsirləndirilən şəxs göstərilən cinayə əməlini törədərkən psixi-emosional vəziyyətində həyəcan, hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır (cild 2, iş vərəqə 201-203). Məhkəmə-tibbi kriminalistik ekspertizasının 14 dekabr 2020-ci il tarixli 589/2020- MTKŞ saylı rəyindən görünür ki: - ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus maykanın ön hissəsinin orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvar, sviter və palto üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır; - ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus gödəkçənin arxa hissəsinin sol-yan nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus gödəkçənin sol yan tikişinin üzərində tam sökülmə aşkar olundu. Bu sökülmə küt yaranma mexanizminə malikdir, gödəkçənin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim olunmuş Mahir Bəhrəmova məxsus şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı; - ekspertizaya təqdim olunmuş Şahid3 məxsus şalvarın ön-yuxarı nahiyəsində cırılmalar aşkar edilmişdir. Bu cırılmalar küt yaranma mexanizminə malikdir, şalvarın müvafiq nahiyələrinin hər hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışlar. Şahid3 məxsus gödəkçə və köynək üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır; - təqdim edilmiş Şahid2 məxsus şalvarın öndən başlandığı düymə yerində yoxdur, bu düymənin yerində olmaması ona küt qüvvə tətbiq etməklə düymənin qopub düşməsi ilə izah oluna bilər. Təqdim edilmiş Şahid2 məxsus köynək üzərində hər hansı əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır; - ekspertizaya təqdim olunmuş Şahid4 məxsus gödəkçə, sviter və şalvar üzərində, Şahid1 məxsus palto, köynək və şalvar üzərində, Təqsirləndirilən şəxs məxsus gödəkçə, köynək və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədələr aşkar olunmamışdır; - ekspertizaya təqdim olunmuş bıçaq əldə düzəltmə üsulu ilə hazırlanmış deşicikəsici xassəyə malik xəncər analoqu üzrə hazırlanmışdır və soyuq silah hesab olunur, istifadəyə yararlıdır (cild 2, iş vərəqə 190-197). Məhkəmə-tibbi biloloji ekspertizasının 14 dekabr 2020-ci il tarixli 911/2020-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs, Şahid3, Şahid1, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu A(İİ), Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu 0 (İ), zamanov Afiyəddin Zamanxan oğlunun ABO sistemi üzrə qan qrupu B(İİİ)-dir. Ekspertizaya təqdim edilmiş hissəcikləri (qaşılaraq götürülmüş), 06 ədəd çubuqlu pambıq topası, mərhum Zərərçəkmiş şəxs1 məxsus gödəkçə, qolsuz mayka, uzunqol jaket, şalvar, Təqsirləndirilən şəxs məxsus qısaqol mayka, Şahid1 məxsus gödəkçə, Şahid4 məxsus uzunqol jaket, qolsuz gödəkçə üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Bu qan ləkələri A-beta(H)/İİ/ qruplu bir şəxsə, o cümlədən mərhum Zərərçəkmiş şəxs1 və ya eyni qruplu olan Təqsirləndirilən şəxs, Şahid3, Şahid1 məxsus ola bilər (əgər onların qanında müşayiətçi H antigeni vardırsa və sonuncularda qanaxma müşayiət olunan xəsarətlər olubsa). Qanların qarışıq olduğu halda, ləkələrdə həmçinin 0 (İ) qruplu olan Zərərçəkmiş şəxs2 da qarışıq qanı inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus şalvar, gödəkçə üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. “H” antigeni 0 alfa, beta (İ) qrupunun əsasını təşkil edir. Bu qan ləkələri 0 alfa, bata (İ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus şalvar, gödəkçə üzərində insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. “H” antigeni 0 alfa, beta (İ) qrupunun əsasını təşkil edir. Bu qan ləkələri 0 alfa, bata (İ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq, Təqsirləndirilən şəxs məxsus gödəkçə, şalvar, Şahid1 məxsus uzunqol köynək, şalvar, Şahid4 məxsus şalvar, Şahid3 məxsus şalvar, qısaqol köynək, gödəkçə, Şahid2 məxsus jaket, şalvar üzərində qana şübhəli ləkə aşkar olunmamışdır (cild 2, iş vərəqə 207-214). "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş disklərə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi 08 oktyabr 2020-ci il tarixdə Şahid1 istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***- ***-**-** mobil nömrəsi arasında 08 oktyabr 2021-ci il tarixdə saat 00:56:02-də 66 saniyə, 00:57:57-də 10 saniyə, 01:05:05-də 85 saniyə, 01:29:14-də 45 saniyə, 01:44:55-də 10 saniyə, 01:49:10-da 22 saniyə telefon danışıqları olmuşdur (cild 3, iş vərəqə 16-17, 33- 34). Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Müşfiqabad qəsəbəsi üzrə inzibati ərazi dairə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər zaman cəmiyyət içində əxlaq və mədəniyyət normalarına riayət etmiş, böyüklərə hörmət, kiçiklərə isə diqqət yetirmişdir. Müşviqabad qəsəbə icra nümayəndəliyinə və qəsəbədə yerləşən idarə və müəssisələrə onun barəsində heç bir rəsmi və ya şifahi şikayət daxil olmamışdır (cild 3, iş vərəqə 11). Bakı şəhəri 320 nömrəli orta məktəb tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2005-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmiş və 15 sentyabr 2007-ci ildən həmin məktəbə fiziki tərbiyə müəllimi təyin edilmişdir. Həmin müddətdən ixtisası üzrə müəllim işləyir. O, tədris etdiyi fənni şagirdlərə sevdirməyi bacarmış, rayon daxili müxtəlif idman yarışlarında komandalarla iştirak edərək uğurlar əldə etmişdir. Məktəb rəhbərliyi tərəfindən tapşırılmış işlərin öhdəsindən gəlmiş, işlədiyi müddətdə diqqətliliyi və qayğıkeşliyi, mehribanlığı, səbr və təmkinliyi ilə kollektivin, şagird və valideynlərin dərin hörmətini qazanmışdır (cild 3, iş vərəqə 105). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011ci il və 2019-cu il təvəllüdlü iki azyaşlı uşağı vardır (cild 3, iş vərəqə 12). Zərərçəkmiş şəxsin hüquqi varisi X12 notariat qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə olunduğunu, ona qarşı heç bir tələb və şikayətinin olmadığını, ona görə Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun bu mövqeyinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X22 notariat qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və onu bağışladığını, ona vurulmuş ziyanın, o cümlədən müalicəsi ilə bağlı bütün xərclərin Təqsirləndirilən şəxs ailəsi tərəfindən tam şəkildə ödənildiyini, ona qarşı hər hansı tələb və şikayətinin olmadığını, ona görə də onun bu mövqeyinin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində ən humanist qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qərarı ilə Zeynalov Məqatil Cahangir oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən - cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyünə görə xitam verilmişdir (cild 2, iş vərəqə 227- 228). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 11 yanvar 2021-ci il tarixli sorğusundan görünür ki, həmin idarədə X3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmış, aparılmış ibtidai istintaq zamanı Zəbişah Şahverdiyev ifadəsində göstərmişdir ki, üzərindən və yaşadığı ünvandan aşkar edilmiş külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı tanışı Zərərçəkmiş şəxs1 almışdır (cild 2, iş vərəqə 169). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Əlxanov X13 rayon Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.1ci maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmiş və 12 yanvar 2009-cu il tarixdə həmin cəriməni tam ödəmişdir (cild 2, iş vərəqə 225-226). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan bir il müddət keçdiyinə görə onun barəsində məhkumluq ödənilmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllər qəsdən törədilmişdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci və 228.4-cü maddələrində nəzərdə tutulan əməllər başa çatmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin, 29,120.2.7-ci maddəsində nəzərdə tutulan əməl isə başa çatmayan cinayətdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1, 29,120.2.7 maddələrində nəzərdə tutulan əməllər xüsusilə ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1, 29,120.2.7 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci, 29,120.2.7-ci və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, həmin Məcəllənin 59.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə tam barışıq əldə edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, yaşayış yeri və iş yeri üzrə müsbət xarakterizə olunmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunan cəzanı yüngülləşdirən halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 9-cu bəndindəki tövsiyəyə əsasən cinayətə cəhdə görə cəza təyin edilərkən, təyin olunası cəza müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar Cinayət Məcəlləsinin 63.3-cü maddəsi ilə müəyyən edilən qaydaya əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Həmin tövsiyəyə əsasən, başa çatmamış cinayətə - cinayət etməyə cəhdə görə cəza Cinayət Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən, daha ciddi cəza növünün son həddinin dörddə üçü, qanunla cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni, cinayətə cəhdə görə cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 08 oktyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 100, 232- 234). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Qaradağ rayon prokurorluğunda saxlanılan bir ədəd bıçaq, bir ədəd qəhvəyi rəngli bıçaq üzlüyü, hadisə yerindən götürülmüş “1”, ”2”, “3” və “4” nömrəsi ilə işarələnmiş qan nümunələri, Şahid1 məxsus “Kia Ceed” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülərək “1”, “2” nömrəsi ilə işarələnmiş qan nümunələri, Zərərçəkmiş şəxs2 məxsus qolsuz gödəkçə və cins şalvar, Şahid4 məxsus bir ədəd qolsuz gödəkçə, Şahid1 məxsus palto, Zərərçəkmiş şəxs1 məxsus palto, poliver, ağ rəngli mayka və cins şalvar, Təqsirləndirilən şəxs məxsus cins şalvar, kofta və gödəkçə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə cinayət hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X17 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Fides” Vəkil Bürosunun hesabına vəkil X27 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 210 manat məbləğində, göstərilmiş 8 iş saatı həcmində hüquqi yardımla bağlı “Fides” Vəkil Bürosunun hesabına vəkil X27 üçün 48 (qırx səkkiz) manat, ibtidai istintaq mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27.12.1996-cı il tarixli 4 saylı, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci, 29,120.2.7-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.7-ci maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 08 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Qaradağ rayon prokurorluğunda saxlanılan bir ədəd bıçaq, bir ədəd qəhvəyi rəngli bıçaq üzlüyü, hadisə yerindən götürülmüş “1”, “2”, “3” və “4” nömrəsi ilə işarələnmiş qan nümunələri, Şahid1 məxsus “Kia Ceed” markalı **-UN- *** dövlət qeydiyyat nişanlı avtomobildən götürülərək “1”, “2” nömrəsi ilə işarələnmiş qan nümunələri, Zərərçəkmiş şəxs2 məxsus qolsuz gödəkçə və cins şalvar, Şahid4 məxsus bir ədəd qolsuz gödəkçə, Şahid1 məxsus palto, Zərərçəkmiş şəxs1 məxsus palto, poliver, ağ rəngli mayka və cins şalvar, Təqsirləndirilən şəxs məxsus cins şalvar, kofta və gödəkçə məhv edilsin. Cinayət hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi1 üçün 210 (iki yüz on) manat, “Fides” Vəkil Bürosunun hesabına vəkil X27 üçün 48 (qırx səkkiz) manat məbləğində pul köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X17 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar