Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1056/2022 25.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla M.Kazımovski küçəsi ev 58 mənzil 7 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmək niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Aydın adlı şəxslə əldə edəcəkləri külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qiymətinə və çəkisnə dair əvvəlcədən sövdələşib razılığa gələrək qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşib sonuncunun Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində gizlətdiyi yerdən istintaqa məlum olmayan mənbədən götürməklə 47,868 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkoik vasitə heroini və 9,733 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 20.12.2021-ci il tarixdə səhər saatlarında qanunsuz əldə edərək üzərində saxlayaraq daşıyıb evinə gətirmiş, orada hissələrə bölərək narkotik vasitə heroini üç ədəd, psixotrop maddə metamfetamini isə iki ədəd ayrı-ayrı şəffaf sellofan bükümlərə qablaşdırmış, bir hissəsini yaşadığı, ünvan 2 ünvanında gizlətməklə, digər hissəsini isə üzərində daşıyaraq saxlamışdır. 20.12.2021-ci il tarixdə saat 10:30-da Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu M.Kazımovski küçəsi ev 58 ünvanının yaxınlığında saxlanılaraq gətirildiyi Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin ünvan 4 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf sellofan bağlamaya bükülmüş təmiz çəkisi 38,044 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bağlamaya bükülmüş təmiz çəkisi 4,153 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, daha sonra elə həmin tarixdə Təqsirləndirilən şəxs özünün razılığı ilə yaşadığı, ünvan 2 ünvanına keçirilmiş baxış zamanı mənzilin ona aid otağındakı kreslonun və güzgülü dolabın üzərindən narkotik vasitələrin və psixotrop maddələrin qablaşdırılması və alışdıraraq tüstüsünü çəkmək üçün hazırlanan, üzərlərində narkotik vasitə heroinə məxsus izlər olan bir neçə ədəd kiçik ölçüdə kəsilmiş şəffaf sellofan parçaları, 16(on altı) ədəd kiçik ölçülü plastik borucuqlar, gümüşü rəngli kağız-folqa parçaları və 20(iyirmi) ədəd alışqanlar, otaqdakı masanın üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 9,051 qram və 0,773 qram olmaqla iki ədəd şəffaf sellofan bağlamalara qablaşdırılmış ümumi təmiz çəkisi 9,824 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bağlamaya qablaşdırılmış təmiz çəkisi 5,580 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və bir ədəd səthində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir və heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni iranlı Aydın adlı şəxsdən “Whatsapp” mobil tətbiqi vasitəsilə alırmış. 20 dekabr 2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən evindən çıxıb piyada küçə ilə hərəkət edən zaman iki nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Onlar onu Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə aparmışlar. Orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən tam xatırlamadığı miqdarda narkotik vasitə aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən evinə baxış keçirilmiş və oradan da narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitə aldığı iranlı şəxsin istifadə etdiyi mobil nömrəni xatırlamır. Həmin iranlı şəxsin adı Aydın imiş. İranlı şəxslə “Whatsapp” mobil tətbiqi vasitəsilə istifadəsində olmuş ********** saylı mobil nömrə vasitəsilə əlaqə saxlayırmış. İranlı şəxslə necə tanış olduğunu xatırlamır. O, İran İslam Respublikasında olmuşdur, lakin narkotik vasitə aldığı iranlı şəxslə İran İslam Respublikasında tanış olmamışdır. Narkotik vasitə aldığı iranlı şəxsin nömrəsini kimsə ona vermişdir. Narkotik vasitəni iranlıdan “Whatsapp” mobil tətbiqi vasitəsilə alırmış, narkotik vasitə aldığı şəxsi üzdən tanımamışdır. Narkotik vasitə aldığı şəxs özünün iranlı olduğunu ona demişdir. Narkotik vasitə aldığı şəxs ona narkotik vasitə yerləşdirdiyi yerin şəklini atırmış və o da gedib oradan götürürmüş. Həm evində, həm də üzərində narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitənin 1 qramını 15 manata alırmış. O, narkotik vasitədən istifadə etməkdə özünü təqsirli bilir. Saxlanılarkən üzərində təqribən umumilikdə 40-50 qram miqdarda narkotik vasitə var imiş. Lakin miqdarı dəqiq xatırlamır. Üzərində aşkar edilən narkotik vasitələri 10-15 gün ərzində istifadə etməyi nəzərdə tutmuşdur. Sonuncu dəfə saxlanıldığı gün narkotik vasitədən istifadə etmişdir. Üzərində olan narkotik vasitəni öz şəxsi istifadəsi üçün nəzərdə tutmuşdur. Onun satış məqsədi olmamışdır. Üzərində saxlanılarkən nə qədər miqdarda narkotik vasitə olduğunu dəqiq bilmir. Saxlanılarkən üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olmuşdur. Polis əməkdaşları onu saxlayıb polis bölməsinə apararkən, habelə polis bölməsində ona fiziki güc, zor tətbiq etməmişlər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili işləyir. 19 dekabr 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə o və digər əməkdaş Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 20 dekabr 2021-ci il tarixdə saat təxminən 10 radələrində ünvan 6 ünvanının yaxınlığında Təqsirləndirilən şəxsı piyada hərəkətdə olan zaman saxlamışlar. Özlərini təqdim etmiş və onu Binəqədi rayon Polis İdarəsinin 7-cİ Polis Bölməsinə aparmışlar. Orada idarənin təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən videoçəkilişdən istifadə olunmaqla onların və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü üzərində narkotik vasitə olmasını etiraf edərək, üzərində olan iki ədəd bükümü təqdim etmiş və həmin bükümlərin içində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə metamfetaminin olmasını, həmin narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı Aydın adlı şəxsdən onun hesabına 750 manat pul ödəməklə aldığını, saxlanıldığı gün səhər saat 08 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisindən öz istifadəsi üçün götürdüyünü, narkotik vasitə və psixotrop maddənin bir hissəsini də yaşadığı ünvanda saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz razılığı ilə yaşadığı mənzilə, ünvan 2 ünvanına baxış keçirilmişdir. Baxış zamanı mənzilin Təqsirləndirilən şəxs aid otağından narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, çeşidlənməsi və qablaşdırılması üçün nəzərdə tutulmuş xeyli sayda xüsusi olaraq eyni ölçülərdə kəsilmiş şəffaf sellofan parçalar, kustar üsulla hazırlanmış kağız borucuqlar, "falqa” adlanan gümüşü rəngli kağız parçaları, özünün deməsinə görə, aldığı narkotik vasitə və psixotrop maddələrin çəkisini müəyyən etmək üçün istifadə etdiyi balaca elektron tərəzi, içərisində pisxotrop maddə metamfetamin olan bir ədəd bağlama və içərisində narkotik vasitə heroin olan iki ədəd büküm aşkar olunmuşdur. İbtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Təqsirləndirilən şəxs həm üzərində, həm də evində narkotik vasitə aşkar edilmişdir. O özü evində də narkotik vasitə olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 20.12.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin TQ-nun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev tərəfindən tərtib olunmuş 20 dekabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli uzun qol qış gödəkçəsinin sol iç cibindən iki ədəd sellofan bükümü, sağ iç cibindən bir ədəd “İPhone” markalı üzərində ***-***-**-** saylı GSM nömrə olan mobil telefonu, bir ədəd ümumvətəndaşlıq pasportunu, bir ədəd fizi şəxslərin vergi uçotu haqqında şəhadətnaməni masanın üzərinə qoymuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan bükümə baxış keçirilərkən bükümün birində qəhvəyi rəngli, kəskin qoxulu, narkotik vasitə olan heroinə bənzər kütlə, digər bükümdə isə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzi üzərinə qoyularaq çəkilmiş, heroinə bənzər kütlənin qablaşdırılma ilə birlikdə təxmini çəkisinin 39(otuz doqquz) qram, metamfetaminə bənzər kütlənin təxmini çəkisinin isə 5,2(beş tam onda iki) qram olması müəyyən edilmişdir. Həmin 02 ədəd sellofan bükümlər bir ədəd ağ rəngli boş zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs bükümlərdə olan kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümləri təxminən iki ilə əvvəl sosial şəbəkələr vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Aydın” adlı şəxs vasitəsi ilə 20.12.2021-ci il tarixdə səhər saat 8-9 radələrində Balaxanı qəsəbəsi ərazisində 750 manat müqabilində əvvəlcədən qoyulmuş yerdən götürdüyünü, həmin Aydın adlı şəxsin mobil nömrəsini telefonunda qeyd etdiyini, 03 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu qeyd etmişdir. Həmçinin götürdüyü narkotik tərkibli maddələrin bir hissəsini evində saxladığını, yaşadığı evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını da bildirmişdir. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənəd aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilən zaman qeydə alınmış videogörüntülər 01 ədəd DVD Diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin TQ-nun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev tərəfindən tərtib olunmuş 20.12.2021-ci il tarixli “ baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evində saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, narkotik tərkibli maddələri saxladığı otağa daxil olmuş, otağın ortasındakı masanın üzərində, parçadan hazırlanmış kreslonun üzərində və güzgülü dolabın üstündə istifadə olunmuş, həmçinin üzərində müəyyən izlər olan sellofan parçaları, kiçik ölçülü plastik borular, gümüşü rəngli kağız parçaları(falqa) və alışqanlar olması müəyyən edilmişdir. Bundan başqa masanın üzərinə baxış keçirilən zaman əlavə olaraq iki ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və bir ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Heroinə bənzər kütlə olan iki ədəd bükümün qablaşdırılma ilə birlikdə təxmini çəkisi 10,1(on tam onda bir) qram, metamfetaminə bənzər kütlənin təxmini çəkisi isə 6,6(altı tam onda altı) qram olmuşdur. Həmin 03 ədəd sellofan bükümlər bir ədəd ağ rəngli boş zərfə, digər əşyalar və elektron tərəzi isə başqa bir zərfə qoyularaq qablaşdırılmış, zərflər DİN-in 7 saylı möhürü ilə möhürlənərək, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bükümlərdə olan kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin kütlələri İran vətəndaşı “Aydın” adlı şəxs vasitəsi ilə 20 dekabr 2021-ci il tarixdə Balaxanı qəsəbəsi ərazisində əldə etdiyini bildirmişdir. Bundan başqa iş üzrə sübut əhəmiyyətli heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış və götürmə həyata keçirilən zaman qeydə alınmış videogörüntülər 01 ədəd DVD Diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2021-ci il tarixli, 6/5556 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş üzərində “…Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan 1 nömrəli paketdəki bir ədəd bükümdə təmiz çəkisi 4,153 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 38,044 qram olan qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində “…Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” sözləri olan 2 nömrəli paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,580 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 9,051 qram, 0,773 qram ümumi təmiz çəkisi 9,824 qram olan qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir; üzərində “…Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş əşyalar...” 01 ədəd elektron tərəzi, 16 ədəd borucuq, 20 ədəd alışqan, sellofan və gümüşü rəngli folqa kəsiklərinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. 1 və 2 nömrəli paketlərdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər, ümumi təmiz çəkisi 9,733 qramdır. 1 və 2 nömrəli paketlərdəki heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər, ümumi təmiz çəkisi 47,868 qramdır. «Metamfetamin» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. «Heroin» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1№-li paketdəki metamfetaminin təmiz çəkisi-4,153 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 4,103 qram. 2№-li paketdəki heroinin təmiz çəkisi- 38,044 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 37,994 qram. 2№-li paketdəki metamfetaminin təmiz çəkisi- 5,580 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 5,530 qram. 2№-li paketdəki heroinin ümumi təmiz çəkisi- 9,824 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 9,724 qram. Cinayət işində olan 22 dekabr 2021-ci il tarixli “ videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 20.12.2021-ci il tarixdə Binəqədi RPİ-nin 7-ci PB-də şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD Diskə baxış keçirilmişdir. Diskə baxış zamanı müəəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ-nin 7-ci PB-in inzibati binasında müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla baxış və şəxsi axtarış həyata keçiriləcəyi bildirilmiş, o bu barədə qərarla tanış edilmiş, üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli parça gödəkçənin sağ iç cibindən bir ədəd mobil telefon cihazını və ümumvətəndaş pasportunu, sol iç cibindən isə iki ədəd sellofan bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Telefon cihazı iş üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür, daha sonra aşkar olunmuş sellofan bükümlərin içərisində olan kütlələrə baxış keçirilmişdir, bükümlərdən birində ağ rəngli kristal formalı, psixotrop maddə “metamfetamenə” bənzəyən maddə, digər bükümün içərisindən isə qəhvəyi rəngli, toz şəkilli spesifik qoxuya malik, narkotik vasitə “heroinə” bənzəyən vasitə aşkar edilmişdir. Aşkar edilmiş həmin kütlələrdən "metamfetamenə” bənzəyən maddənin təxmini çəkisinin 5,2 qram, “heroinə" bənzəyən vasitənin təxmini çəkisinin isə 39 qram olmasını müəyyən olunmuşdur. Daha sonra həmin bükümlər kağız zərfdə qablaşdıırlaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs bükümlərin içərisində heroindir və metamfetamin olduğunu bildirmişdir. Həmin kütlələri öz istifadəsi üçün "Aydın" adlı İran vətəndaşından 750 manat müqabilində aldığını bildirmişdir. Üzərindən aşkar olunanlardan əlavə yaşadığı mənzildə də narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Cinayət işində olan 22 dekabr 2021-ci il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 20.12.2021-ci il tarixdə Binəqədi RPİ-nin 7-ci PB-də şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD Diskə baxış keçirilmişdir. Diskə baxış zamanı müəəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla baxış həyata keçiriləcəyi bildirilmiş, evində qanunla qadağan edilmiş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs mənzilin özünə aid otağına daxil olmuşdur, otağın ortasında yerləşən jurnal masasının üzərində eyni ölçülərdə çox sayda şəffaf sellofan parçaları, kustar üsulla hazırlanmış kağız borucuqlar, alışqanların doldurulması üçün qazbalonlar, elektron ödəmə terminallarınının ödəmə qəbzləri, boş plastik qablar, qara rəngli elektron tərəzi, üç ədəd içərisi dolu olan sellofan büküm müəyyən olunmuşdur. İki ədəd dolu sellofan büküm və elektron tərəzi iş üçün sübut əhəmiyyəti kəsb etdikləri vurğulanaraq digər əşyalardan ayrılaraq kənara qoyulmuşdur, daha sonra çox sayda alışqanlar, kustar üsulla hazırlanmış kağız borucuqlar nümayiş etdirilir. Bundan başqa kreslonun üzərində həmçinin, bir dolu sellofan torbada “falqa” adlanan gümüşü rəngli istifadə olunlmuş kağız parçalarının və həmin “falqa” adlanan gümüşü rəngli kağızın hələ istifadə olunmamış yarımçıq rulonunun, kreslodan sağ tərəfdə yerləşən yumşaq oturacağın üzərində də həmçinin çox sayda alışqanların, kreslonunun arxa tərəfində yerləşən güzgülü kamotun üzərində “falqa" adlanan gümüşü rəngli istifadə olunlmuş kağız parçalarının və həmin “falqa" adlanan gümüşü rəngli kağızın hələ istifadə olunmamış yarımçıq rulonunun, istifadə olunmuş sellofan bükümlərin və kağız borucuqların olması əks olunmuşdur. Təhqiqatçı mənzildə aşkar olunan kağız borucuqları və alışqanları, sellofan və falqa hissələrini zərfin içərisinə yığır, Təqsirləndirilən şəxs elektron tərəzini aldığı narkotik vasitələrin və psixotrop maddələrin çəkisini yoxlamaq üçün istifadə etdiyini qeyd tedikdən sonra təhqiqatçı həmin tərəzini də kağız zərfin içərisinə qoyur. Daha sonra masanın üzərindən aşkar olunmuş üç ədəd sellofan bükümlərin içərisində olan kütlələrə baxış keçirilir, onlardan birində “metamfetamenə” bənzəyən maddə aşkar edilir, digər iki bükümlərdə isə “heroinə" bənzəyən vasitə aşkar edilir. Metamfetaminə bənzəyən maddənin təxmini çəkisi 6,6 qram, heroinə bənzəyən vasitələrin isə ümumilikdə çəkilərinin 10,1 qram olmasını müəyyən olunur. Həmin sellofan bükümlər kağız zərfə qoyularaq möhürlənir. Həmçinin kağız borucuqlar, alışqanlar, sellofan və falqa hissələri, elektron tərəzinin qablaşdırdığı kağız zərf də möhürlənir. Təqsirləndirilən şəxs otağından aşkar edilmiş 03 ədəd dolu bükümlərin içərisində “heroin” və “metamfetamin” olduğunu, onları öz istifadəsi üçün “Aydın” adlı İran vətəndaşından əldə etdiyini bildirir. Daha sonra təhqiqatçı otaqdakı dolabın rəflərinə də baxış keçirir, hər hansı bir digər qadağan olunmuş əşya və predmetin aşkar edilmədiyi qeyd edilir. Cinayət işində olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-1337/2021 saylı 22.12.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 dekabr 2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 23.12.2021-ci il tarixli “mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20.12.2021 -ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən götürülmüş bir ədəd "İPhone SE” markalı “A2296” modelli «**********006498, **********93296» imei kodlu mobil telefon cihazının yaddaşında olan video və foto fayıllara, «WatsApp» və SMS yazışmalarına keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, həmin fayıllarda telefon cihazının istifadəçisi olmuş Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmasına dəlalət edən müxtəlif bank kartlarının, pul köçürmələri haqqında qəbzlərin, xüsusi rənglərlə işarələnmiş məkanların fotoşəkilləri, səsyazmalar mövcuddur. Cinayət işində olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 5(001)-1807/2021 saylı 21.12.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 19.12.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompüter-texniki ekspertizasının 25 fevral 2022-ci il tarixli, 5/147 nömrəli rəyindən görünür ki: təqdim edilmiş bir ədəd sensor ekran “İOS 14.8” əməliyyat sistemi ilə təhciz olunmuş “İPhone SE” markalı “A2296” modelli «**********006498, **********93296» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir, smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan məlumatlar müəyyən olunaraq rəyə əlavə olunmuş, üzərində “Verbatim” yazısı olan bir ədəd “DVD-R” tipli optik diskə köçürülmüşdür, smartfonun yaddaşından pozulmuş məlumat müəyyən olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 04.04.2021-ci il tarixli “elektron məlumat daşıyıcısı-optik diskin yaddaşına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 25.02.2022-ci il tarixli 5/147 nömrəli ekspert rəyinə əlavə edilmiş bir ədəd üzərində “Verbatim” yazısı olan, 1,10 QB həcmli DVD-R tipli elektron məlumat daşıyıcısı-optik diskin yaddaşındakı məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, 20 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılan zaman üzərindən şəxsi axtarış zamanı götürülmüş və ekspertiza tədqiqatına göndərilmiş bir ədəd “İPhone SE” markalı “A2296” modelli «**********006498, **********93296» imei kodlu mobil telefon cihazının yaddaşından 01 ədəd üzərində “Verbatim” yazısı olan 1,10 QB həcmli “DVD-R” tipli elektron məlumat daşıyıcısı-optol diskə köçürülmüş fayllarda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən xeyli sayda “Whatsapp” yazışmaları, səsli mesajlar, müxtəlif bank kartlarının, pul köçürmələri haqqında qəbzlərin və xüsusi rənglərlər işarələnmiş məkanların fotoşəkilləri müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 28.03.2022-ci il tarixli, 1437 №-li rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 20 dekabr 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunaraq götürülmüş təmiz çəkisi qalıq 37,994 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi qalıq 4,103 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərlərində narkotik vasitə heroinə məxsus izlər olan bir neçə ədəd kiçik ölçüdə kəsilmiş şəffaf sellofan parçaları, 16(on altı) ədəd kiçik ölçülü plastik borucuqlar, gümüşü rəngli kağız-folqa parçaları və 20(iyirmi) ədəd alışqanlar, ümumi təmiz çəkisi qalıq 9,724 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi qalıq 5,530 qram qalmış kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd səthində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “İPhone SE” markalı “A2296” modelli «**********006498, **********93296» imei kodlu mobil telefon onun yaxın qohumuna qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 161,82 (yüz altmış bir səksən iki) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və evinə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd DVD diskin, bir ədəd üzərində “Verbatim” yazısı olan, 1,10 QB həcmli DVD-R tipli elektron məlumat daşıyıcısı-optik diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan 20 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 161,82 (yüz altmış bir səksən iki) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunaraq götürülmüş təmiz çəkisi qalıq 37,994 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi qalıq 4,103 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərlərində narkotik vasitə heroinə məxsus izlər olan bir neçə ədəd kiçik ölçüdə kəsilmiş şəffaf sellofan parçaları, 16(on altı) ədəd kiçik ölçülü plastik borucuqlar, gümüşü rəngli kağız-folqa parçaları və 20 (iyirmi) ədəd alışqanlar, ümumi təmiz çəkisi qalıq 9,724 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi qalıq 5,530 qram qalmış kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd səthində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “İPhone SE” markalı “A2296” modelli «**********006498, **********93296» imei kodlu mobil telefon onun yaxın qohumuna qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və evinə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd DVD Diskin, bir ədəd üzərində “Verbatim” yazısı olan, 1,10 QB həcmli DVD-R tipli elektron məlumat daşıyıcısı-optik diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1056/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1056/2022
25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver