Məhkəmə qərarları › İş №1(101)-1056/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1056/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1056/2023 06.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri “18 saylı” Vəkil Bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Ə.Salamzadə küçəsi, ev 5-də qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 208 B-də yaşayan, barəsində Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə həbs qismində qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, subay, orta təhsilli, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qismində qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 və dayısı Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin iyun ayının sonlarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə, evin plastik pəncərəsini açmaqla oraya qanunsuz daxil olaraq evdə olan 800 manat dəyərində 01 ədəd kişi şubasını, hər biri 70 manat dəyərində olmaqla 210 manat dəyərində 03 ədəd yay köynəyini, hər biri 75 manat dəyərində olmaqla 300 manat dəyərində 04 ədəd uzunqol qış köynəyini, hər biri 100 manat dəyərində olmaqla 200 manat dəyərində 02 ədəd norka qış papağını, 01 ədəd 400 manat dəyərində 583 əyarlı, sadə qızıl üzüyü, 01 ədəd 500 manat dəyərində 583 əyarlı, qızıl boyunbağını, yataq otağında olan divanın alt saxlanc yerindən ümumi qiyməti 1500 manat olan xrustal stəkan, boşqab dəsti, nəlbəki dəsti, çəngəl- bıçaq-qaşıq dəstini, hər biri 200 manat dəyərində olmaqla 400 manat dəyərində 02 ədəd qadın ayaqqabısını, hər biri 100 manat dəyərində olmaqla 600 manat dəyərində 06 ədəd qadın donunu, 50 manat dəyərində 01 ədəd feni, 30 manat dəyərində 01 ədəd termosu, qonaq otağından 1000 manat dəyərində 01 ədəd 123 sm diaqonal “Hisense” markalı televizoru, 900 manat dəyərində 01 ədəd 81 sm diaqonal “Hisense” markalı televizoru, hər biri 6400 ABŞ dolları dəyərində olmaqla 32000 ABŞ dolları dəyərində İran İslam Respublikasında və Pakistan Respublikasında istehsal olunmuş 5x3 metr ölçüdə 05 ədəd xalçanı, 250 manat dəyərində 01 ədəd çay dəstini, 200 manat dəyərində 01 ədəd nərd taxtanı, 500 manat dəyərində 01 ədəd divar saatını, digər qonaq otağından isə hər biri 1500 manat dəyərində olmaqla 3000 manat dəyərində 02 ədəd təzə vəziyyətdə xrustal meyvə qabını, hər biri 300 manat dəyərində olmaqla 900 manat dəyərində 03 ədəd xrustal güldanı, hər biri 1000 manat dəyərində olmaqla 2000 manat dəyərində iki ədəd qutuda, hər qutunun içində 70 növdə qabların olduğu bogema servisini, hamam otağında 250 manat dəyərində bir ədəd su qızıdırıcısını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 68390 manat, yəni külli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, məhəllədə yaşayan şəxslərdən Müslüm adlı şəxsin həbs edildiyini, evdə olmadığını eşitmişdir. Müslümlə aralarında ədavət olmamışdır. Onun oğlunu tanımışdır, əvvəllər də o evə getmiş, ona görə də Zərərçəkmiş şəxs evinə gəlib gedənin olmaması barədə məlumatlı olmuşdur. Axşam onun evi tərəfə gəlmiş, pəncərəsinin açıq olması səbəbindən evə daxil olmuş və evin dağıldığını görmüşdür. Evə oğurluq etməyə tək getmiş, dayısı hazırki iş üzrə Təqsirləndirilən şəxs2 onun oğurluq etməsindən xəbəri olmamışdır. Evin dağıldığını gördükdə ondan əvvəl Zərərçəkmiş şəxs evində artıq başqa şəxs tərəfindən oğurluq edildiyini başa düşmüşdür. Evə oğurluq etmək üçün pəncərədən girmiş, lakin öz həyətlərindən çıxmışdır. Belə ki, həm öz yaşadığı ev, həm də oğurluq etdiyi ev həyət evidir, oğurluq edən zaman həmin həyət evlərinin damları üzəri ilə hərəkət edərək öz həyətlərinə düşə bilmişdir. Oğurluq etdiyi ev iki mərtəbəli həyət evi olmaqla, həyətyanı sahəsinə malik olmamış, ev 3 otaqdan ibarət olmuşdur. O, zərərçəkmiş şəxsin evindən yalnız 1 ədəd fen, 1 ədəd qonaq otağında dioqanalı olan 123 sm olan “Hisense” markalı televizor və 1 ədəd termos götürmüşdür. Əşyaları sellofanlara qoymuş, televizoru isə qucağına götürərək bütün əşyaları tək şəkildə pəncərədən çıxarmışdır. Televizoru həyətə gətirərkən dayısı onu görmüş, həmin əşyanı oğurluq yolu ilə əldə etdiyini dayısına bildirmişdir. Götürdüyü televizoru satdığından, sonuncu əşya istisna olmaqla bütün əşyalar zərərçəkmiş şəxsə qaytarılmışdır. Ümumiyyətlə götürdüyü əşyaları 150 manata satmışdır. Zərərçəkmiş şəxsin evində qızıl ümumiyyətlə görməmiş, o cümlədən ona qarşı irəli sürülmüş ittihamda göstərildiyi kimi, 68000 manat dəyərində hər hansı digər əşya və ya predmet götürməmişdir. Ondan əvvəl həmin evə hazırki cinayət işi üzrə şahid qismində çıxış edən şəxslər girərək oğurluq etmişlər. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında elan edilərək tədqiq edilən ifadələrindən görünür ki, məhəllə söküntü üzrə plana düşdüyü üçün artıq bir çox evlərin pulu ödənilmişdi. Həmin ərəfədə məhəllədə belə bir söz yayılmışdır ki, guya qonşu Müslüm dələduzluq cinayəti törətdiyi üçün həbs edilmişdir. Müslümün digər ailə üzvləri X3 yaşadığı üçün onun evi boş olmuşdur. O dayısı Elnurla birlikdə həmin evdən oğurluq etmək qərarına gəlmişdir. 2022-ci ilin iyun ayının 20-dən sonra dəqiq xatırlamadığı tarixdə saat 03:00 radələrində dayısı Elnurla birlikdə nərdivənı götürərək qonşunun damı ilə Müslümün evinə tərəf hərəkət edib və nərdivanı pəncərəyə dayayaraq yuxarı qalxmış, plastik pəncərəni açıb oradan içəri daxil olmuşdur. Əvvəlcə evdə qızıl və pul axtarmış, lakin belə bir şey tapmamışlar. Bundan sonra divarda olan markasına fikir vermədiyi 01 ədəd böyük televizoru divardan sökmüş, bundan başqa, 01 ədəd termos, 01 ədəd fen, 02 ədəd çayniki götürüb sellofana qoymuşlar. O və dayısı Elnur damın üstü ilə hərəkət etmişlər. Oğurladığı əşyaları məhəllədə olan köhnə, yarım sökülmüş evin içində gizlətmişlər. 1-2 gün sonra televizoru “Neftçilər” metrostansiyasının yanında tanış olduğu Əli adlı şəxsə 130 manata satmışdır. Bir neçə gün sonra isə fen və termosu 15 manata Xətai rayonunda satmışdır. Digər xırda əşyaları da xatırlamadığı şəxslərə satmışdır. Pulunu dayısı ilə birlikdə bölmüş və tanımadığı şəxsdən narkotik vasitə alıb istifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək bildirmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı evə oğurluq etmək üçün daxil olmamış, hadisə barədə əvvəldən məlumatı olmamış, yalnız hadisədən sonra cinayət barəsində məlumatlı olmuş və Elvinə cinayət yolu ilə əldə olunduğunu bilsə də televizorun evin damından düşürdülməsinə və onun satılmasında kömək etmiş, televizorun satılmasından əldə olunan pul vəsaitindən 70 manat məbləğində pul vəsaiti ona çatmışdır. Təqsirləndirilən şəxs1 əlində içərisində balaca termos və fen olan sellofan görmüş, Elvinin sözlərinə əsasən sonuncunun evə daxil olması zamanı evin dağınıq olmasını bilmiş və sonuncuya artıq oğurlanmış evdən nahaq oğurluq etməsini bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 10 ildən çoxdur ki, tanıyır. Aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Bacısı oğlu Elvinlə birlikdə Müslümün evindən oğurluq etmək qərarına gəlmişlər. 2022-ci ilin iyun ayının sonlarında saat 02:00-03:00 radələrində bacısı oğlu Elvinlə birlikdə nərdivanı götürərək qonşunun damı ilə Müslümün evinə tərəf hərəkət etmişlər. Nərdivəni pəncərəyə dayayaraq yuxarı qalxmışlar. O plastik pəncərəni açmış və sonra ikisi də oradan içəri daxil olmuşlar. Əvvəlcə evdə qızıl və pul axtarmış, lakin belə bir şey tapmamışlar. Bundan sonra divarda olan 01 ədəd böyük televizoru divardan sökmüş, bundan başqa, 02 ədəd çaynik, 01 ədəd termos, 01 ədəd fen, müəyyən qab-qacaqları götürüb sellofana qoymuş, sonra həmin pəncərədən çölə çıxmışlar. Oğurladıqları əşyaları hissə-hissə məhəllədə olan köhnə, yarım sökülmüş evin içində gizlətmişlər. Əvvəlcə televizoru aparıb gizlətmiş, sonra yenidən geri qayıtmış və digər əşyaları da hissə-hissə evin pəncərəsindən çıxarıb oğurlamışlar. Bu vaxt pəncərənin qarşısında səs eşitmişlər, Elvin gizlicə baxmış və ona demişdir ki, qonşusu Cəbrayıl damın üstündədir. O və Elvin damın üstü ilə hərəkət etmişlər. 1-2 gün sonra Elvin televizoru aparıb 130 manata satmış, amma kimə satdığını bilmir. Elvin 01 ədəd fen və 01 ədəd termosu isə köhnə "Bakı” kinoteatrının yaxınlığında məişət əşyalarının təmiri obyektinə 15 manata satmışdır. Həmin yerə satdığını Elvin ona demişdir. Digər əşyaları da tanımadığı şəxslərə satmışdır. Həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Köhnə geyim əşyalarını isə atmışdır. Sonradan 2022-ci ilin iyul ayının sonlarında Elvin həbs edilmişdir. Vəziyyəti belə gördükdə o məhəllədə qalmamış və başqa yerlərdə gizlənmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, hadisədən bir həftə əvvəl rayona getmişdir. Təqsirləndirilən şəxs1 onun oğlunun dostu, Müşviq isə tanışı olduğundan, hər ikisi hazırki cinayət işi üzrə oğurlanan evə qonaq kimi gəlmişlər. Evdə pul olmağını təqsirləndirilən şəxs Elnur və Elvinə Müşfiq adlı şəxs demişdir. Qonşusu tərəfindən ona zəng vasitəsilə sahibi olduğu evinin arxasında pəncərənin açıq olması bildirilmişdir. Evə gələndə qapının açılmadığını görsə də evə daxil olarkən evin dağınıq vəziyyətdə olmasını müşahidə etmiş, dərhal polis şöbəsinə zəng etmişdir. Onun evinə iki dəfə oğurluq edildiyini eşitmiş, lakin nə ilk dəfə, nə də sonrakı oğurluqlar zamanı evinə hansı şəxslərin daxil olması, hansı əşyaları aparması barədə məlumatı olmamışdır.Həyət evi olduğundan həmin evdən oğurluq edilməsi asan olmuşdur. Təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi vardır. İttiham aktında oğurlanmış əmlakların siyahısı ilə razı olsa da əslində evindən daha çox miqdarda əşyalar aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Elnur və Elvindən sonra həmin evə oğurluğa getmiş, amma heç bir əşya və predmet aparmamışdır. Elnur və Elvinlə birgə oğurluq hadisəsi törətməmişdir. Zərərçəkmiş şəxs evinin pənəcərəsinin açıq olduğunu qonşulara o söyləmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid3 ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdən görünür ki, Zərərçəkmiş şəxs təxminən 10 ildən çoxdur ki, tanıyır. Belə ki, Müslüm onunla qonşuluqda yaşayır. Aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin iyun ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə gecə saatlarında yaşadığı evin pəncərəsindən baxan zaman görmüşdür ki, qonşusu Elvin və dayısı Elnur əllərində 01 ədəd televizoru öz evlərinin damından öz həyətlərinə düşürmüşdürlər. Əvvəlcə bu ona qəribə gəlmişdir. Amma sonra buna o qədər də fikir verməmişdir. Bundan təxminən 10 dəqiqə sonra səhər təxminən saat 05-06 radələrində siqaret almaq üçün məhəlləyə çıxmışdır. Müslümün evinin yanından keçərkən görmüşdür ki, Müslümün evinin pəncərəsindən fanar işığı düşür. İşığın formasından görünürmüş ki, alışqanın işığıdır. Müslümün bir neçə gündür evdə olmadığını bildiyi üçün bu vəziyyət ona qəribə gəlmiş və kənarda gözləmişdir ki, görsün orada nə baş verir. Bu vaxt Elvin pəncərədən dama çıxmış və əlində sellofanlar olmuş, Elvin damın üstü ilə öz evlərinə tərəf qaçmağa başlamışdır. Bu vaxt onun arxası ilə pəncərədən Elnur çıxmış və Elvinin arxası ilə damın üstü ilə qaçmağa başlamışdır Elnurun əlində hər hansı əşya olub-omadığını görməmişdir. 1-2 gün sonra Elvini məhəllədə görmüş və televizor, eləcə də Müslümün evi barədə soruşduqda Elvin ona demişdir ki, özüm bilərəm, səni maraqlandırmır. Bir neçə saat sonra məhəllədə Elvinin dayısı Elnuru görmüş və söhbət vaxtı Elnurdan Elvinlə oğurluq edib-etməməsi barədə soruşmuşdur. Bu vaxt Elnur Elvindən şikayətlənmiş və demişdir ki, o iş bacarmır. Elnur bildirmişdir ki, Elvinlə birlikdə Müslümün evindən çox dəyərli əşyalar götürmüş və və bir çoxunu satmışlar. O əşyalar barədə maraqlananda Elnur əşyalar barədə hər hansı məlumat verməmiş, sadəcə axırda demişdir ki, Elvin həmin əşyaların qiymətli olmasını bilmirmiş, ona görə də Elvinin ruhu da incimədən həmin əşyaları “İçəri Şəhər”də yaxşı qiymətə satmışdır. Bundan sonra özü də düşünmüşdür ki, Müslümün evindən oğurluq etsin. Bununla bağlı qonşusu və dostluq etdiyi Müşviq adlı şəxsə demiş və əlavə olaraq bildirmişdir ki, Elnur və Elvin Müslümün evindən qiymətli əşyalar oğurlamışlar, onsuz da evdə yaşayış yoxdur, oradan oğurluq edək. Müşviq ona demişdir ki, məhəllədə yerləşən evdən oğurluq etmək yaxşı fikir deyil, Müslüm oğurluqdan xəbər tutanda məhəllə üzrə hamı 4-5 nəfərdən şübhələnəcək, onlardan ikisi biz olacağıq, çünki əvvələr məhkumluğumuz olub, ona görə də bu işin sonu yoxdur. O görmüşdür ki, Müşviq oğurluq etmək istəmir, ona görə də Müslümün evindən tək oğurluq etmək qərarına gəlmişdir. 2022-ci ilin iyun ayının sonlarında gecə saat 1-2 radələrində damın üstü ilə hərəkət edib açıq vəziyyətdə olan pəncərədən Müslümün evinə daxil olmuşdur. Ev dağınıq vəziyyətdə olmuş, çünki ondan qabaq Elvin və Elnur buradan oğurluq etmişlər. Evdə əşyaların dağınıq vəziyyətdə olduğu üçün qızıl və pul axtarmamış, əşyalara baxmışdır ki, qiymətli olanını götürüb aparsın. Evdə qutularda müəyyən əşyalar var imiş. Qutuları açdıqda görmüşdür ki, içində qab-qacaq dəstləri, meyvə, çərəz qabları və yemək kasaları var. Həmin əşyaların bir hissəsini də evdə olan 02 ədəd sellofana yığmışdır. 03 ədəd qutu və 02 ədəd sellofanı özü ilə birlikdə pəncərənin qarşısına gətirmiş, həmin sellofanların dəstək hissəsinə ip bağlamışdır ki, həm səssiz, həm də əşyalar sınmadan pəncərədən çölə çıxarıb damın üzərinə rahat qoya bilsin. Qutuları isə pəncərənin önünə qoymuş və sonra pəncərədən çölə çıxıb həmin qutuları da damın üzərinə qoymuşdur. Bu vaxt görmüşdür ki, qonşusu Yadigar adlı şəxs öz evinin pəncərəsindən ona baxır. O özünü itirmiş və Yadigar ondan soruşmuşdur ki, burada nə edirsən? O yalandan demişdir ki, göyərçin uçururam. Bu vaxt Yadigar ona demişdir ki, gecənin bu vaxtı damda göyərçin uçurarlar? O də heç nə demədən oradan uzaqlaşmış və oğurlamaq istədiyi əşyalar orada damın üzərində qalmışdır. Sonradan Müslüm oğurluq barədə polisə şikayət etdikdə o qorxmuşdur ki, Yadigar onun adını çəkə bilər. Anası Firəngizə demişdir ki, Yadigar damda gəzən vaxt onu görüb və ola bilər ki, sonradan onun adını çəksin. Anası ondan soruşmuşdur ki, sən həmin evdən oğurluq etmisən? O, anasını aldadaraq oğurluq etmədiyini, Yadigarın onu səhv başa düşə biləcəyi və onun barəsində Müslümə nəsə deyə biləcəyini bildirmişdir. Anası isə Yadigara vəziyyəti izah edəcəklərini qeyd etmişdir. O və anası Firəngiz Yadigarın yanına getmiş və bu məsələni danışmışlar. Yadigar demişdir ki, sənin nəsə oğurladığını görməmişəm, amma soruşan olsa mən səni damda gördüyümü deyəcəyəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 cəmi iki əşya almış, onlardan biri saç feni olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs evindən xalça apardıqlarını görmədiyini, Cəbrayıl ondan Müslümün evindən oğurluq etməyi təkid etsə də sonuncu ilə razılaşmadığını, Cəbrayılın sözlərinə əsasən Elvin və onun dayısı Elnurun Müslümün evindən oğurluq etdiyini eşitməsini göstərmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, Zərərçəkmiş şəxs təxminən 5-6 ildən ki, tanıyır. Belə ki, Müslüm əvvəllər onunla qonşuluqda yaşayırmış. Aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Əksinə Müslümə məişət və təmir-tikinti işləri ilə bağlı kömək lazım olanda ona müraciət edir və çox vaxt əlavə olaraq ona da pul verirmiş. 2022-ci ilin iyun ayının sonlarında qonşusu Cəbrayıl demişdir ki, Müslüm evdə yaşamır, həmin evdə çox yaxşı əşyalar var, gəl birlikdə oradan oğurluq edək. O, Cəbrayıla demişdir ki, bu yaxşı fikir deyil, sənə də məsləhət görmürəm, sonra problem olar. Cəbrayıl ona demişdir ki, həmin evdən qonşusu Elvin və dayısı Elnur oğurluq etmişlər. O, bunu haradan bildiyini soruşduqda Cəbrayıl demişdir ki, onları Müslümün pəncərəsinin qabağındakı damda görmüşdür və bilir ki, Elvin və Elnur həmin evdən oğurluq ediblər, ikisi həmin evdən televizor çıxaran vaxt onları görmüşdür. Bundan başqa Cəbrayıl demişdir ki, Elnurla söhbət vaxtı sonuncu ona deyib ki, Müslümün evindən çox qiymətli əşyalar oğurlayıb və baha qiymətə “İçəri şəhər”də satıb. O, Cəbrayıldan Elnurun hansı əşyalar barədə dediyini soruşmuş, lakin Cəbrayıl demişdir ki, Elnurun əşyanın dəqiq adını deməyib, ancaq qiymətli olması barədə məlumat verib. Həmin vaxt o, Cəbrayıla Elvin və Elnuru gecə saatlarında damda xalça aparan vaxt gördüyünü deməmişdir. Halbuki bir neçə gün əvvəl gecə saatlarında məhəllədə görmüşdür ki, Elvin və Elnur damda xalça aparır. Çünki Elvin və Elnur problemli uşaqlardı, həmin söz məhəllədə yayıldıqdan sonra istəmirdi ki, onun sözünə görə tutulsunlar. O Cəbrayılın oğurluq etmək təklifi ilə razı olmamışdır, Bundan təxminən 2-3 gün sonra o Cəbrayıldan bu oğurluq törədib-törətmədiyini soruşduqda Cəbrayıl demişdir ki, oğurluq etmək üçün həmin evə tək girmiş, evdə olan qab-qacaqdan götürmüş, pəncərədən çölə çıxarmış və bu vaxt səs eşitdiyi üçün həmin əşyaları qonşu Yadigarın həyətinə tərəf damda saxlamış və qaçıb getmiş, bu vaxt Yadigar da onu həmin evin pəncərəsindən çıxanda görmüşdür. Bundan sonra o Cəbrayıla demişdir ki, yaxşı ki, əşyaları orada saxlamısan və oğurluq etməmisən, Müslüm çox problemli adamdı, səndən əl çəkməzdi. Bundan başqa, Cəbrayıl demişdir ki, məhəllədə Müslümə deyiblər ki, guya, mən səninlə birlikdə onun evindən oğurluq etmişik, ona görə də Müslüm səndən də şübhələnir. Bundan sonra onlar başqa mövzu ilə bağlı danışmışlar. 2022- ci ilin avqust ayının ortalarında məhələyə gələndə orada eşitmişdir ki, Müslümün evindən oğurluq edən Elvin tutulub. Məhkəmə iclasında verdiyi ifadələrlə ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti o, ibtidai istintaq dövründə verdiyi ifadələri oxumadan imza etməsi ilə izah etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs təxminən 15 ildən çoxdur ki, tanıyır. Belə ki, Müslüm əvvəllər onunla qonşuluqda yaşayıb. Aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Əksinə Müslümlə həmişə normal münasibətləri olmuşdur. 2022-ci ilin iyun ayının sonlarında saat 23 radələrində yaşadığı evdə olan zaman Müslümün evinin pəncərəsi ilə üzbəüz digər qonşunun damında bir nəfər şəxsin dayandığını, qarşısında sellofanlar, qutular olduğunu görmüşdür. Həmin şəxsə diqqətlə baxanda görmüşdür ki, qonşuluqda yaşayan, məhəllədə "Cəbi” deyə çağırılan Cəbrayıldır. O, Cəbrayıldan orada nə etdiyini soruşduqda Cəbrayıl demişdir ki, mən quş uçurmuşam, quşlardan biri buraya düşüb. Bu vaxt o Cəbrayıla əsəbiləşərək demişdir ki, gecə vaxtı da quş uçurarlar? Bu sözdən sonra Cəbrayıl çıxıb getmiş, lakin həmin sellofan və qutular orada qalmışdır. O başa düşmüşdür ki, Cəbrayıl yaxınlıqdakı evlərdən birindən oğurluq etmişdir, belə təxmin edirmiş ki, oğurluq edilən ev Müslümün evi ola bilər, çünki Müslüm uzun müddət idi ki, evdə yox idi. Müslümün telefon nömrəsi onda olmadığı üçün ertəsi gün qonşusu Raufu axtarmışdır ki, o, Müslümün nömrəsinə zəng edib bu barədə məlumat versin. Lakin Raufu tapa bilməmişdir. Sonradan gəlib pəncərədən baxdıqda görmüşdür ki, həmin 5-6 ədəd sellofan və 2 ədəd qutu həmin yerdədir. Həmin gün Raufu tapa bilməmişdir. Ertəsi gün, məhəllədə Raufu görmüş və demişdir ki, Müslümə zəng et məlumat ver ki, gəlsin evin qapısını açsın görək onun evindən oğurluq edilib ya yox. Rauf Müslümə zəng edib demiş və Müslüm hal-hazırda Bakı şəhərində olduğunu və bir azdan gələcəyini bildirmişdir. O, özü də Raufun telefonu ilə Müslümlə danışmış və əşyalar barədə də məlumat vermişdir. Onun işi olduğu üçün çıxıb getmişdir. Sonradan həmin gün o eşitmişdir ki, Müslim gəlib evin qapısını açıb və görüb ki, evdən çoxlu əşyalar oğurlanmışdır. Bundan 2 gün sonra o evdə olan zaman Cəbrayıl və onun anası onlara gəlmişdir. Həmin qadının adım bilməsə də qonşu kimi Cəbrayılın anası olduğunu bilir. Cəbrayıl ona demişdir ki, əgər səndən soruşan olsa heç kimə demə ki, 3-4 gün əvvəl məni Müslümün pəncərəsinin qarşısında əşyalarla birlikdə görmüsən. O da Cəbrayıla demişdir ki, əgər kimsə ondan bu haqda nəsə soruşsa həqiqəti deyəcək. Sonradan Rauf demişdir ki, Cəbrayıl anası ilə onun yanına gəlmiş və ondan xahiş etmişdir ki, bu barədə heç kimə heç nə deməsin. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 01 iyul 2022-ci il tarixli “hadisə yerinə baxış protokolu”ndan və həmin protokola əlavə edilən fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs əmlakının talanması hadisəsi ünvan 4 ünvanında baş vermişdir. Hadisə yerindən 7 (yeddi) ədəd əl-barmaq izləri götürülmüşdür ( Cild 1, iş vərəqə 35-43). 21 iyul 2022-ci il tarixli “İfadənin yerində yoxlanılması barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs qismində verdiyi ifadələri Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanında göstərməklə təsvir etmişdir (Cild 1, iş vərəqə 87-94). 30 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 30 iyul 2022-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin ADİS məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilərək 2 ədəd əl-barmaq izinin 28 fevral 1996-cı ildə anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin şəhadət və orta barmaqlarının əksləri ilə eynilik təşkil etmişdir (Cild 1, iş vərəqə 126). 30 avqust 2022-ci il tarixli Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması protokolundan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs evindən oğurladığı 1 ədəd termosu, 1 ədəd feni 2022-ci ilin iyun ayının ortalarında ünvan 6 ünvanında yerləşən “Məişət cihazlarının təmiri” obyektinə gətirərək satması barədə ifadələrini yerində göstərməklə təsdiq etmişdir (Cild 1, iş vərəqə 146-149). 31 avqust 2022-ci il tarixli “tədqiqat üçün nümunələrin götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əl-barmaq izi nümunələri götürülərək daktiloxəritəyə köçürülmüşdür (cild 1, iş vərəqə 159). 5 sentyabr 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 213-dən götürülmüş 03 qutu və 2 ədəd sellofanda olan qab-qacaqlara baxış keçirilmiş, həmin qab-qacaqlar müayinə edildikdən sonra 07 ədəd əl-barmaq izi götürülmüşdür (cild 1, iş vərəqə 176-178). 24 noyabr 2022-ci il tarixli məhkəmə-daktiloskopik ekspertizasının rəyindən görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar 1 №-İi zərfdə təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki “a*’ əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi. 2 №-li zərfdə təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi müqayisəli tədqiqat üçün yaralıdır, həmin izlər əlin barmaq hissəsinin dırnaq falanqının toxunması nəticəsində qalmışdır. 1 №-li zərfdə təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs1 Ağarəfı oğlunun sol əlinin şəhadət və orta barmaqlarından qalmışdır. 2 №-li zərfdə təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Şahid3 sağ əlinin şəhadət barmağından qalmışdır. Təqdim edilmiş 1 №-li zərfdə 3 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs1 Ağarəfı oğlu, Şahid3 tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır, həmin izin hansı əllə və hansı barmaqla qoyulmasını eyniləşdirmə tədqiqatı zamanı konkret şəxsə məxsus olması ilə müəyyən etmək mümkündür. 1 №-li zərfdə təqdim edilmiş 2 saylı daktilolentin səthindəki papilyar naxış izləri, 4,5,6,7 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri və 2 №li zərfdə təqdim edilmiş 2-7 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır (Cild 2, iş vərəqə 71-78). 07 oktyabr 2022-ci il tarixli, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda malların və qərarda qeyd edilən, lakin tədqiqata təqdim edilməyən 6 adda tədqiqat obyektlərinin 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri (təqdim edilməyən mallar nəzəri qaydada) təxminən 2050,00 (25+2025) manat müəyyən olunur. Həmin tədqiqat obyelktlərinin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza təyini haqqında qərarda qeyd eilən, lakin tədqiqata təqdim edilməyən 14 adda tədqiqat obyektləri tədqiqata təqdim edilmədən, müvafiq tədqiqat aparılmadan həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün deyil(Cild 1, iş vərəqə 211-213). 14 yanvar 2023-cü il tarixli “maddi sübut qismində tanınma haqqında” qərardan görünür ki, 02 ədəd zərfdə olan 14 ədəd əl-barmaq izi, Təqsirləndirilən şəxs1 və Şahid3 aid 02 ədəd daktiloxəritə, 01 ədəd üzərində “FUMA JAPAN Original” sözləri yazılmış termos və 01 ədəd üzərində “andis Ceramic ionic 1875” sözləri yazılmış fen iş üzrə maddi sübut qismində tanınmış, 02 ədəd zərfdə olan 14 ədəd əl-barmaq izi və Təqsirləndirilən şəxs1 və Şahid3 aid 02 ədəd daktiloxəritə cinayət işi materiallarına əlavə edilmiş və 01 ədəd üzərində “FUMA JAPAN Original" sözləri yazılmış termos və 01 ədəd üzərində “andis Ceramic ionic 1875” sözləri yazılmış fen Zərərçəkmiş şəxs qaytarılmışdır(Cild 2, iş vərəqə 140-141, 250). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Oğurluq, yəni özgə əmlakını gizli talamaya görə cinayət məsuliyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulsa da, qeyd olunan əməlin yaşayış sahəsinə daxil olmaqla törədilməsi həmin Məcəllənin 177.2.3, külli miqdarda törədilməsi isə 177.2.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydindən görünür ki, Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində “külli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 işin digər halları ilə birgə təhlil edərək təqsirləndirilən şəxslərin ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə əvvəla qeyd edir ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə bir-biri ilə ziddiyyət təşkil edən ifadələr vermişdir. Belə ki, ilkin ifadəsində ümumiyyətlə ona istinad edilən əməlləri təkbaşına törətdiyini bildirsə də iş üzrə toplanılmış sübutlarla Zərərçəkmiş şəxs evinə Təqsirləndirilən şəxs2 ilə birgə daxil olması müəyyən edildikdən sonra o, dayısı Təqsirləndirilən şəxs2lə bir oğurluq etdiyini və sonuncunun məsuliyyətə cəlb edilməməsi məqsədilə ilkin ifadəsində onun adını çəkmədiyini bildirmişdir. Bundan başqa o, məhkəmə iclasında ifadə verərkən əvvəlcə “biz”mövqeyindən çıxış etsə də, (yəni sərbəst ifadə verərkən dayısı və özü adından əməl törədilməsini bildirsə də) verilmiş suallara cavab verərkən oğurluq hadisəsinin tərəfindən tək törədildiyini bildirmişdir. Bundan başqa məhkəmə iclasında verdiyi ifadələrində zərərçəkmiş şəxsin evindən yalnız termos, televizor, fen götürdüyünü iddia etsə də ibtidai istintaq dövründə gah iki çaynik, termos, televizor, fen, gah həmçinin domino götürməsi məzmununda bir- birilə uyğunluq təşkil etməyən ifadələr vermişdir. Bundan başqa Şahid3 məhkəmə iclasında dindirilərkən təsdiq etdiyi ibtidai istintaq dövründə verdiyi ifadədən görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iki dəfə Zərərçəkmiş şəxs evinə girərkən, birinci dəfə onların hər ikisini evin damının üstüylə televizor daşıyarkən, 10-15 dəqiqə sonra, yəni ikinci dəfə Elvinin əlində sellofanlarla, Elnurun isə onun ardınca damın üstündə qaçdığını görmüşdür. Elnurla söhbəti zamanı isə sonuncu ona Elvinlə birlikdə Müslümün evindən çox dəyərli əşyalar götürdüyünü və bir çoxunu satdığını bildirmiş, lakin əşyalar barədə hər hansı məlumat verməmiş, sadəcə həmin əşyaların qiymətli olmasını, ona görə də Elvinin ruhu da incimədən həmin əşyaları “İçəri Şəhər” də yaxşı qiymətə satdığını söyləmişdir. Cinayət işi materiallarına əlavə edilmiş şahid Müşviq Axundovun dindirmə protokolundan görünür ki, Cəbrayılın ona Zərərçəkmiş şəxs evindən Elvin və Elnurun oğurluq etmələrini bildirdiyi zaman əslində özünün də həmin şəxslərin zərərçəkmiş şəxsin evindən bir neçə gün əvvəl gecə saatlarında xalça aprmaqlarını görsə də ona bu barədə hər hansı məlumat bildirməmişdir. Məhkəmə iclasında isə Müşviq Axundov təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs evindən xalça aparmasını görmədiyini qeyd etsə də ibtidai istintaq dövründə verdiyi ifadələrini dəyişməsi səbəblərini izah edə bilməmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə qanunsuz daxil olmaqla onun külli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və X6 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 və X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qərarına əsasən həmin cəza 300 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qərarı ilə hökmlərin icrası qaydasına əvəzləşdirilərək üzərində saxlanılmış 300 saat ictimai işlər cəzası həmin hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 14 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. 15 dekabr 2021-ci il tarixli Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. (Cild 1, iş vərəqə 150-151, 183-186). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətlərin residivi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdən sonra ödənilmiş hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.3.3-cü maddələrinin tələblərini nəzərə almaqla qeyd edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmünə əsasən 67-ci maddəsinə əsasən cəza təyin edilməsinə baxmayaraq, əvvəlki, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli bilindiyi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli hökmünə əsasən ona cərimə cəzası təyin edildiyindən, həmin cinayətə görə məhkumluqlar cinayətlərin residivinin müəyyən edilməsi üçün əhəmiyyət kəsb etmir. Lakin Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən məhkum edilməsi ilə əlaqədar yaranmış məhkumluq ödənilmədiyi dövrdə tərəfindən yenidən qəsdən ağır cinayət törətməsi onun barəsində cinayətlərin residiv halını formalaşdırmış olur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi əlamətini Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hal kimi nəzərə alır və qiymətləndirir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə hərbi Məhkəməsinin 07 avqust 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1 və 67.4-cü maddələrinə əsasən üzərində saxlanılmış 4 il müddətinə azadlıqdan məhrum etmə növündə qəti cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilmişdir. Barəsində Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsinə əsasən Binəqədi rayon prokurorluğunda araşdırılan ********* nömrəli cinayət işi üzrə icraata Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən 24 dekabr 2014-cü ildə xitam verilmişdir. Bundan başqa, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 17 avqust 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild 1, iş vərəqə 237-245). Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluq ödənilmədiyi dövrdə tərəfindən yenidən qəsdən ağır cinayət törətməsi onun barəsində cinayətlərin residiv halını formalaşdırmış olur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi əlamətini Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilən cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində yüngüllləşdirici olmamasını, hər iki təqsirləndirilən şəxsin barəsində cinayətlərin residivi kimi cəzanı ağırlaşdıran hallarin olmasını nəzərə alaraq hesab edir ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 20 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 74-75), Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 20 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmış (cild 1, iş vərəqə 114-115), Təqsirləndirilən şəxs2 22 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 2, iş vərəqə 23), Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 22 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 62-65). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 oğluna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 iyul 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə 22 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs vurulmuş 68390 manadan 80 manat pul vəsaiti ona qaytarılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış 01 iyul 2022-ci il tarixli hadisə yerinə baxış zamanı götürülmüş 07 ədəd əl-barmaq izi, eləcə də Təqsirləndirilən şəxs1 Ağarəfı oğluna aid 01 ədəd daktiloxəritə cinayət işinin materiallarında saxlanılmalı, eləcə də 01 ədəd üzərində “FUMA JAPAN Original” sözləri yazılmış termos və 01 ədəd üzərində “andis Ceramic ionic 1875” sözləri yazılmış fenin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə 111 (yüz on bir) manat 29(iyirmi doqquz) qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərin üzərinə qoyulmalı, başqa sözlə desək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 55 (əlli beş) manat 64(altmış dörd) qəpik , Təqsirləndirilən şəxs2 55 (əlli beş) manat 65 (altmış beş) qəpik,məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 111, cild 2, iş vərəqə 72). İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyan 68390 manat təşkil edir. 80 manat dəyərində maddi ziyan Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarları ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, məhkəmə zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi isə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 44 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi1 və Müdafiəçi2 ödənilməsi məqsədilə hər biri üçün ayrı-ayrılıqda işlədikləri Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 20 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 22 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: -01 iyul 2022-ci il tarixli hadisə yerinə baxış zamanı götürülmüş 07 ədəd əl-barmaq izi, eləcə də Təqsirləndirilən şəxs1 Ağarəfı oğluna aid 01 ədəd daktiloxəritə cinayət işinin materiallarında saxlanılsın; -01 ədəd üzərində “FUMA JAPAN Original” sözləri yazılmış termos və 01 ədəd üzərində “andis Ceramic ionic 1875” sözləri yazılmış feninin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. 111 (yüz on bir) manat 29 (iyirmi doqquz) qəpik məbləğində ekspertiza xərci bölünərək Təqsirləndirilən şəxs1 55 (əlli beş) manat 64 (altmış dörd) qəpik, Təqsirləndirilən şəxs2 55 (əlli beş) manat 65 (altmış beş) qəpik məbləğində tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 44 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi1 və Müdafiəçi2 işlədikləri 25 saylı Vəkil Bürosunun hesabına hər biri üçün ayrı-ayrılıqda hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar