Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1056/2024 06.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, evli, yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 2,992 qram külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 0,646 qram şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesi, "Bolmarket”in yaxınlığına daşımış, 10 iyul 2023-cü il tarixdə saat 07:00 radələrində həmin ünvanda Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən saxlanılaraq gətirildiyi Sabunçu RPİ-nin 12-ci PŞ-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə külli miqdarda, təmiz çəkisi 2,992 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,646 qram olan ağ rəngli kristalllik maddə kustar üsulla hazırlanmış psixiotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, narkotik vasitə üstündən çıxıb. Öz istifadəsi üçün alıb, ittihamda narkotikin miqdarı və üzərində tərəzinin olması düzgün yazılıb, amma məqsədi satış olmayıb. Saxlanılan zaman üzərində həm heroin, həm də metamfetamin olub, hər ikisini çəkmək yolu ilə qəbul edir. Videoçəkiliş olub, videoçəkilişdə narkotik vasitəni tanımadığı şəxsdən aldığını bildirmişdir. Telefonla danışıblar, atıb, gedib götürübdür. Həmin şəxsin telefon nömrəsi yadında deyil, narkotik vasitəyə 100 manat pul verib. 2 nömrə istifadə edirdi, istifadə etdiyi telefon nömrələri yadında deyil. Tərəzinin üstündə olmasının səbəbi odur ki, malı alanda aldatmasınlar deyə çəkib alırdı. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, o, 30 ilə yaxındır ki, narkotik vasitə istifadə edir. xx.xx.2023-cü il tarixdə o İran vətəndaşının kart hesabına 100 manat pul köçürərək narkotik vasitə istəmişdir, həmin tarixdə saat 02 radələrində o, Sabunçu rayonu, Şəhər Şossesi “Bolmarket’in arxasına gedərək həmin İran vətəndaşın atdığı məkana uyğun olaraq maddələri yerdən götürmüşdür. Həmin yerdən o, bir büküm “kakos” adlanan və bir büküm “şüşə” adlanan narkotik maddələri götürərək istifadəsi üçün üzərində saxlamışdır. Həmin tarixdə saat 07 radələrində o, Sabunçu rayonu, Şəhər Şossesi Bolmarketin yaxınlığında piyada hərəkət edən zaman iki nəfər şəxsi görmüşdür. Onlar ona yaxınlaşaraq özlərini Sabunçu RPİ-nin polis əməkdaşları kimi təqdim etmişlər və xidməti vəsiqələrini göstərərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində heç bir sənəd olmadığından və ifşa olunmağından qorxaraq o, onlardan yayınmağa çalışmışdır. Lakin polis əməkdaşları ondan şübhələnib onu 12-ci PŞ-də gətirmişlər. 12-ci PŞ-də araşdırmanı aparan təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına müdafiəçi qismində 7 saylı Vəkil Bürosunun vəkili X3 təyin edilmişdir. Ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmişdir, o da gələcəkdə onu daha yaxşı müdafiə etməsi və qanunsuz maddənin üzərindən aşkar edilməsinə şahid olmaması üçün axtarış zamanı müdafiəçinin iştirakından imtina etmişdir. PŞ-də xidməti otaqların birində video görüntü vasitəsi ilə polis əməkdaşlarının iştirakı İlə təhqiqatçı tərəfindən üzərinə axtarış və götürmə aparılmışdır. Axtarış zamanı ona təhqiqatçı tərəfindən üzərində hər hansı qanunla qadağan edilmiş əşya predmet və ya maddə varsa onları özü təqdim etməsi təklif edilmişdir. Həmin vaxt o əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə “kakos” adlanan narkotik vasitə olan heroini, bir ədəd bükümdə olan şüşə adlanan metamfetamini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Üzərində axtarış davam etdirildikdə başqa əynində olan şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı, 01 ədəd “Samsung” markalı mobil telefonları da aşkar edilərək götürülmüşdür. Sorğu zamanı həmin maddənin qəhvəyi maddənin “kakos” adlanan narkotik maddə olduğunu, ağ kristal şəkilli maddənin “şüşə” adlanan narkotik maddə olduğunu öz istifadəsi üçün həmin gün saxlanıldığı yerin yaxınlığından İranlı şəxs tərəfindən göndərilmiş məkan üzrə əldə edərək 100 manat onun kartına pul köçürdüyünü, tərəzini isə narkotik alarkən istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun təqdim etdiyi 2 ədəd şəffaf sellofana bükülmüş maddələr və elektron tərəzi qəblaşdırılaraq möhürləmiş və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərindən aşkar edilərək götürülmüş tərəzini o narkotik vasitə alan zaman istifadə edir. O saxlanılarkən Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilən zaman ona polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqlər olunmamışdır. O başqa heç bir yerdə narkotik və ya psixotrop maddələr saxlamır. Onu polis əməkdaşları müşayiət altında polis bölməsinə gətirmişlər, lakin üzərini ancaq 12-ci PŞ-də təhqiqatçının otağında şəxsi axtarış aparılarkən yoxlamışlar. O istifadəsində olan mobil telefonlarda ***-***-**-** və ***-***-**-** saylı nömrələri vardır. O heç bir narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, yalnız özü istifadə edirdi. Ona ilkin istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamla razıdır, lakin CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş itihamla razı deyil və özünü həmin maddə ilə təqsirli bilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, hadisə təfərruatı ilə tam yadında qalmayıb. Təqsirləndirilən şəxsi Sabunçu rayonunda saxlamışlar və o, özünün şübhəli apardığından, suallara düzgün cavab vermədiyindən, həmçinin yaşadığı ünvanı düzgün ifadə edə bilmədiyi üçün onu polis şöbəsinə aparmışlar. Orada isə üzərinə baxış keçirilmiş və narkotik vasitə aşkar olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq göstərilməyib. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, o, Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri və polis serjantı xüsusi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə iş yoldaşı PPXB-nin polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə xidməti ərazidə olan zaman həmin gün saat 07:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi, “Bolmarket”in yaxınlığında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan şəxsiyyətini təsdiq edən sənəd istədikdə, həmin şəxsin onlardan yayınmaq istəməsini suallarına qeyri adekvat cavablar verməsini, narkomana bənzətdiklərindən və üzərində nəsə saxlamasından şübhələnərək onu şübhəli şəxs qismində saxlayıb Sabunçu RPİ-nin 12-ci PŞ- nə gətirib rəisə raport yazaraq təhvil vermişlər və faktla bağlı araşdırmanın aparılması polis şöbəsinin təhqiqatçısı polis baş leytenantı Elvin İbrahimova tapşırılmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ona dövlət hesabına müdafiəçi qismində X4 təyin edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Elvin İbrahimovu bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxt əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə “kakos” adlanan narkotik vasitə olan heroini, bir ədəd bükümdə olan şüşə adlanan metamfetamini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Üzərində axtarış davam etdirildikdə başqa əynində olan şalvarının sol yan cibindən 01 ədəd “Redmi" markalı, 01 ədəd “Samsung markalı mobil telefonları da aşkar edilərək götürülmüşdür. Sorğu zamanı həmin üzərindən aşkar edilmiş maddənin qəhvəyi maddənin “kakos” adlanan narkotik maddə olduğunu, ağ kristal şəkilli maddənin “şüşə” adlanan narkotik maddə olduğunu öz istifadəsi üçün həmin gün saxlanıldığı yerin yaxınlığından İranlı şəxs tərəfindən göndərilmiş məkan üzrə əldə edərək 100 manat onun kartına pul köçürdüyünü, tərəzini isə narkotik alarkən istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş o və iştirakçılarla birlikdə həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə, 01 ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə, bir ədəd elektron tərəzi, həmin şalvarının sol yan cibindən iki ədəd mobil telefon təqdim etmişdir. Həmin maddələrin narkotik vasitə “Kakos” və “Şüşə” olduğunu bildirmişdir. Həmin maddələri İran vətəndaşına 100 manat pul köçürmək yolu ilə aldığını və həmin maddələri Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerdən götürərək istifadə üçün üzərində saxladığını, narkotik vasitələrdən 30 ilə yaxındır ki, istifadə etdiyini bildirmişdir. Elektron tərəzini narkotik vasitələrini alan zaman ölçmək üçün istfadə etdiyini qeyd etmişdir. Götörülmüş maddə və tərəzi qablaşdırılaraq Azərbaycan Respublikası DİNnin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/3705 nömrəli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, ad, soyad və imzalar yazısı və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd selofan bükümdə təmiz çəkisi 2,992 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd selofan bükümdə təmiz çəkisi 0,646 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş elektron tərəzinin üzərində heroinə məxsus izlər vardır. Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 2,942 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 0,596 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi saxlanmasından ötrü Sabunçu RPİ-nin saxlanc anbarına - kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli “Mobil telefonlara baxış keçirilməsi haqqında” protokoldan (protokola əlavə edilmiş fotoşəkillərdən) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş iki ədəd mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin mobil telefonlardan biri qara rəngli “Samsung Galaxy” markalı GT-S580İ modelli mobil telefondur. Bir SİM nömrəlidir və üzərində ***-***-**-** abonent nömrəsi vardır, əlavə yaddaş kartı yoxdur. Telefon açıldıqda orada narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı mesaj, aidio və video materiallar, fotoşəkillər aşkar edilməmişdir.Həmin mobil telefonlardan ikincisi boz-yaşıl rəngli “Redmi-Xiaomi” markalı M2006C3LG modelli mobil telefondur, iki SİM nömrəlidir və üzərində ***-***-**-** abonent nömrəsi vardır, əlavə yaddaş kartı yoxdur. Telefon açıldıqda orada narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı «WhatsApp" ani mesajlaşma tətbiqində +**********58 (İran İR-na aid) abonen nömrəsindən göndərilmiş “Metadon” həblərinin fotoşəkilləri, həmçinin falqa kağızında ağ rəngli pisoxotrop maddə metamfetaminə bənzər maddənin yandırılmasına dair videomateriallar olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli “Telefon mılumatları olan diskə baxış keçirilməsi haqqında” protokoldan (protokol əlavə edilmiş DVD diskdən) görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı abonent nömrələrinin 01 yanvar 2023-cü il tarixindən 11 iyul 2023-cü il tarixinədək daxil olan, çıxan zənglərin, mesaj mətinlərinin və anten dairələrinə dair telefon məlumatları olan 01 ədəd DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “Zənglərin Detallaşması”, “Zənglərin Detallaşması”, “X5" və “X5” adlı 8 ədəd pdf formatlı fayllar mövcuddur. ***-***-**-** abonent nömrəsinə aid ilk iki “SMS Tarixçəsi" faylları açıldıqda - həmin siyahıda narkotik vasitə və ya psixotrop maddələrin satışına dair hər hansı mesaj mətinləri aşkar edilmədi. ***-***-**- ** abonent nömrəsinə dair “SMS Tarixçəsi” faylları açıldıqda xx-xx-2023-cü il saat 21:48 radədə Təqsirləndirilən şəxs istifadəsində olan +**********28 saylı abonent nömrəsindən +**********14 abonent nömrəsinə “Qaqas gozduyen var tez he yox di yari k 5 p lazimdi” məzmununda; xx-xx- 2023-cü il tarixdə saat 17:33 radədə ********** saylı abonent nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** abonent nömrəsinə “emi bawiva donerem menim payim sendedia olar biraz tez gelerem ya gec saxlaya verme hec kime. emi kart var sende?” məzmununda; xxxx-2023-cü il saat 02:58 radədə +**********95 nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********28 abonent nömrəsinə “ Emi gor isin alinsa eger 5m var uşaqda cekendi gor bi dene cet alindira bilsen mene vzb atarsan ygaram beyag dediyimide getirecem” məzmununda; xxxx-2023-cü il tarixdə saat 20:16 radədə Təqsirləndirilən şəxs istifadəsində olan +**********28 saylı mobil nömrədən +**********44 abonent nömrəsinə göndərilmiş “Qaqas hecne yoxdu gozdeyirik samirin hali yoxdu danismaga goturen kimi sene xeber edeceyik sebirli ol verilecek senin pulun yada istediyivi” məzmununda; xx-xx-2023-cü il tarixdə saat 22:14 radədə +**********44 saylı abonent nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********28 “emi ayagim burxulube ona gore derem sen gekesen bawiva donerem uzurlu sayda, kucemizi de adi sulh 91 gedir, menim ucun bir dene dobri saxla gelib goturecem” məzmununda; xx-xx-2023-cü il tarixdə saat 15:41 radədə +**********44 saylı abonen nömtəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********28 saylı abonent nömrəsinə “ay brat derem wuvelannan qayidanda burdan razinnen kece bilersen benzin pulu vererem sene” məzmununda; xx-xx-2023- cü il tarixdə saat 10:32 radədə +**********44 saylı abonent nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********28 abonent nömrəsinə “menim payimi saxlamisanda yagin yatib qalmiwame birazdan kececem siz terefe” xx-xx-2023-cü il tarixdə saat 18:10 radədə həmin nömrədən ‘ ay brat seni gozdurem senede zeng catmir” məzmununda narkotik vasitə, psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsinə dəlalət edən SMS mesaj mətinlərinin olması müəyyən edilmişdir. “X5” adlı fayl açıldıqda həmin siyahıda olan +**********28 abonent nömrəsinin Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilir. xx.xx.2023-cü il tarixli 4835 nömrəli Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, görünrüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni satmaq fikrinin (məqsədinin) olmadığını yalnız şəxsi istifadəsi üçün əldə etdiyini bildirsə də, həmin xüsusatların yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmişdirş Həmçinin videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “Mobil telefonlara baxış keçirilməsi haqqında” protokoldan (protokola əlavə edilmiş fotoşəkillərdən) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş iki ədəd mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin mobil telefonlardan biri qara rəngli “Samsung Galaxy” markalı GT-S580İ modelli mobil telefondur. Bir SİM nömrəlidir və üzərində ***-***-**-** abonent nömrəsi vardır, əlavə yaddaş kartı yoxdur. Telefon açıldıqda orada narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı mesaj, aidio və video materiallar, fotoşəkillər aşkar edilməmişdir.Həmin mobil telefonlardan ikincisi boz-yaşıl rəngli “Redmi-Xiaomi” markalı M2006C3LG modelli mobil telefondur, iki SİM nömrəlidir və üzərində ***-***-**-** abonent nömrəsi vardır, əlavə yaddaş kartı yoxdur. Telefon açıldıqda orada narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı «WhatsApp" ani mesajlaşma tətbiqində +**********58 (İran İR-na aid) abonen nömrəsindən göndərilmiş “Metadon” həblərinin fotoşəkilləri, həmçinin falqa kağızında ağ rəngli pisoxotrop maddə metamfetaminə bənzər maddənin yandırılmasına dair videomateriallar olması müəyyən edilmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “Telefon mılumatları olan diskə baxış keçirilməsi haqqında” protokoldan (protokol əlavə edilmiş DVD diskdən) görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı abonent nömrələrinin 01 yanvar 2023-cü il tarixindən 11 iyul 2023-cü il tarixinədək daxil olan, çıxan zənglərin, mesaj mətinlərinin və anten dairələrinə dair telefon məlumatları olan 01 ədəd DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “Zənglərin Detallaşması”, “Zənglərin Detallaşması”, “X5" və “X5” adlı 8 ədəd pdf formatlı fayllar mövcuddur. ***-***-**-** abonent nömrəsinə aid ilk iki “SMS Tarixçəsi" faylları açıldıqda - həmin siyahıda narkotik vasitə və ya psixotrop maddələrin satışına dair hər hansı mesaj mətinləri aşkar edilmədi. ***-***-**-** abonent nömrəsinə dair “SMS Tarixçəsi” faylları açıldıqda xx-xx-2023-cü il saat 21:48 radədə Təqsirləndirilən şəxs istifadəsində olan +**********28 saylı abonent nömrəsindən +**********14 abonent nömrəsinə “Qaqas gozduyen var tez he yox di yari k 5 p lazimdi” məzmununda; xx-xx-2023-cü il tarixdə saat 17:33 radədə ********** saylı abonent nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** abonent nömrəsinə “emi bawiva donerem menim payim sendedia olar biraz tez gelerem ya gec saxlaya verme hec kime. emi kart var sende?” məzmununda; xx-xx-2023-cü il saat 02:58 radədə +**********95 nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********28 abonent nömrəsinə “ Emi gor isin alinsa eger 5m var uşaqda cekendi gor bi dene cet alindira bilsen mene vzb atarsan ygaram beyag dediyimide getirecem” məzmununda; xx-xx-2023-cü il tarixdə saat 20:16 radədə Təqsirləndirilən şəxs istifadəsində olan +**********28 saylı mobil nömrədən +**********44 abonent nömrəsinə göndərilmiş “Qaqas hecne yoxdu gozdeyirik samirin hali yoxdu danismaga goturen kimi sene xeber edeceyik sebirli ol verilecek senin pulun yada istediyivi” məzmununda; xx-xx- 2023-cü il tarixdə saat 22:14 radədə +**********44 saylı abonent nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********28 “emi ayagim burxulube ona gore derem sen gekesen bawiva donerem uzurlu sayda, kucemizi de adi sulh 91 gedir, menim ucun bir dene dobri saxla gelib goturecem” məzmununda; xx-xx-2023-cü il tarixdə saat 15:41 radədə +**********44 saylı abonen nömtəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********28 saylı abonent nömrəsinə “ay brat derem wuvelannan qayidanda burdan razinnen kece bilersen benzin pulu vererem sene” məzmununda; xx-xx-2023- cü il tarixdə saat 10:32 radədə +**********44 saylı abonent nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********28 abonent nömrəsinə “menim payimi saxlamisanda yagin yatib qalmiwame birazdan kececem siz terefe” xx-xx-2023-cü il tarixdə saat 18:10 radədə həmin nömrədən ‘ ay brat seni gozdurem senede zeng catmir” məzmununda narkotik vasitə, psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsinə dəlalət edən SMS mesaj mətinlərinin olması müəyyən edilmişdir. “X5” adlı fayl açıldıqda həmin siyahıda olan +**********28 abonent nömrəsinin Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni satmaq fikrinin (məqsədinin) olmadığı barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, həmin narkotik vasitəni və psixotrop maddəni üzərində saxlayaraq daşımasını, üzərindən elektron tərəzinin aşkar olunmasını, ondan aşkar edilmiş mobil telefonlardan və nömrələrdən əldə edilmiş SMS mətnlərin məzmununu və digər məlumatları nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə cəzasəna məhkum edilmişdir. Bundan sonra, o, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra, o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (67.1;67.5) təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2022-ci il tarixdə isə əlavə cəzası olan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının müddəti bitdiyindən qeydiyytadan çıxarılmışıdr. Bundan sonra, o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə (qəti olaraq 1 il 5 ay 28 gün) azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs barəsində təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddəti xx.xx.2022-ci il tarixdə başa çatdığından (bitdiyindən) o, qeydiyytadan çıxarılmışıdr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinə görə əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Məhkəmə qeyd edir ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən təqsirləndirilən şəxsin məhkum olunduğu cinayət əməli (CM-in 234.1-ci maddəsi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə görə (cinayətlərin təsnifatına görə) az ağır cinayət hesab olunub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ittiham olunduğu əməli 10 iyul 2023-cü il tarixdə, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bununla yanaşı, cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan iki uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini, yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs sonuncu hökmə əsasən, yəni Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təqsirli bilindiyi cinayət əməlini xx.xx.2023-cü il tarixdə törətmişdir. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ittiham olunduğu əməli isə 10 iyul 2023-cü il tarixdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə görə, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini, cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin (CM-in 66.3 və 66.5ci maddələri) tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-582/2023 nömrəli hökmünə əsasən ittiham olunduğu cinayət işi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək tutularaq saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsin Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-582/2023 nömrəli hökmünə əsasən ittiham olunduğu cinayət işi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək tutulduğu müddət, ona təyin ediləcək cəzadan çıxılmalı, bununla yanaşı, hazırkı cinayət işi üzrə onun ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə də, narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserdə (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Sabunçu RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 2,942 qram olan narkotik vasitə heroin, 0,596 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş sms mətnləri, daxil olan və çıxan zəngləri və digər məlumatları özündə əks etdirən 01 ədəd disk (DVD), təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə hüquqi yardımın göstərilməsi üçün müdafiəçinin təqdim etdiyi hesabat əsasında müdafiəçiyə hər iş saatı üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq pul ödənilir. Müdafiəçi tərəfindən təqdim olunmuş hesabatdan görünür ki, o, iş materialları ilə tanış olmaqla və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə vaxt sərf etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 65 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-582/2023 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən ona hazırkı hökmlə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs (Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-582/2023 nömrəli hökmünə əsasən ittiham olunduğu cinayət işi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək) tutulduğu 02 gün müddət ona hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabunçu RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 2,942 qram olan narkotik vasitə heroin, 0,596 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş sms mətnləri, daxil olan və çıxan zəngləri və digər məlumatları özündə əks etdirən 01 ədəd disk (DVD), təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi 65 saat hüquqi yardıma görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1056/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1056/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver