Məhkəmə qərarları › İş №1(101)-1056/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1056/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1056/2025 19.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Masallı rayonu, Xəlfələr kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Masazır yaşayış kompleksi ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 20,985 qram psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.

İşin faktiki halları

2. İttiham aktına görə, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “Aydın” adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etmə, saxlama, satma və daşınması barədə razılığa gəlib, aralarında olan razılaşmaya əsasən “Aydın” adlı şəxsin satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə bildirdiyi lakin istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 20,985 qram olan külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanınadək daşımış, xx.xx.2024-cü il tarixdə saat 04:00-da Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həmin ünvanın qarşısında saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin ünvan 5 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarının sol yan cibindən içərisində təmiz çəkisi 20,985 qram külli miqdarda ağ rəngli kristal şəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli raporta əsasən həmin tarixdə saat 04:00 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında özünü şübhəli apardığından narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə dəvət edilmişdir. (Cild 1, iş vərəqi 5)

4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokol və xx.xx.2024-cü il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bundan sonra o, əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd “Redmi” markalı mobil telefon və 01 (bir) ədəd şəffaf sellofanın içərisində ağ rəngli kristal formada olan maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli kristal formada olan maddənin “şüşə” bildiyi narkotik vasitə olduğunu, xx.xx.2024-cü il tarixdə İran İslam Respublikası vətəndaşı ilə sosial şəbəkə üzərindən əlaqə saxlayaraq 500 manat pul göndərdikdən sonra əldə etdiyini və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd şəffaf sellofan içərisində ağ rəngli kristal formada olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənib götürülmüş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və ya predmetlər aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 25-26; 44)

5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4863 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 160” möhür əksi “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir büküm maddə...” yazısı və s. sözlər, imzalar olan paketdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 20,985 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 20,985 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 20,885 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat təşkil edir. (Cild 1, iş vərəqi 32-34)

6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan külli miqdarda psixotrop maddənin aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüsü əks olunmuş 01 (bir) ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqi 45)

7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-1-maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 46- 47)

8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs götürülmüş 20,985 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut hesab edilməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 20,885 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 75)

9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7012 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (Cild 1, iş vərəqi 94-95).

10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-kompüter-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 5/1178 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 14” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Redmi 13” markalı “24040RN64Y” modelli “**********53262, **********53270” İMEİ kodlu mobil smartfonun yaddaşlarından toplanmış mövcud olan və pozulmuş məlumatlar (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar "Whatsapp" proqram təminatında aparılmış məlumat mübadiləsi və sairə) müəyyən olunmuş, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) hesabat “Ekspertiza 5-1178” adlı qovluqda xarici yaddaş qurğusuna köçürülmüşdür. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. (Cild 1, iş vərəqi 97-100)

11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd “Xiaomi Redmi 13 markalı “24040RN64Y” modelli “**********53262, **********53270” imei kodlu mobil smartfonun yaddaşına keçirilmiş baxış zamanı smartfonun yaddaşındakı çoxsaylı fayllarda Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin alğı-satqısı ilə məşğul olmasına dəlalət edən müxtəlif bank kartlarının, pul köçürmələri haqqında qəbzlərin, xüsusi rənglərlə işarələnmiş məkanların, elektron tərəzi üzərinə qoyularaq çəkisi müəyyən edilən külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin 51 ədəd fotoşəkilləri, ləhcəsinə görə İran azərbaycanlısına bənzəyən naməlum şəxslərlə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qiymətinə, çəkisinə və əldə olunma məkanına, naməlum şəxslərə külli miqdarda narkotik vasitə və psixotrop maddələr satmasına dair telefon danışıqları, bu barədə sövdələşmə mövzusunda 55 ədəd səsyazma, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin İran İslam Respublikasının Aydın adlı vətəndaşı üçün satışını təşkil etməsinə dair 05 ədəd etiraf videogörüntüləri məyyən edilmişdir. (Cild 1, iş vərəqi 101-154)

12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd “Xiaomi Redmi 13” markalı “24040RN64Y” modelli **********53262, **********5327” imei kodlu mobil smartfon və həmin smartfonun üzərində keçirilmiş baxış zamanı yaddaşından aşkar edilməklə “A4” formatlı vərəqlər üzərində çap edilmiş 51 ədəd fotoşəkillər, 01 ədəd CD-yə köçürülmüş 05 ədəd videofayllar və 01 ədəd CD-yə köçürülmüş 55 ədəd səsyazmalar cinayət iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqi 155)

13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi, cinayət işinin tövsif edilməsi və ayrıca icraata cinayət işinin ayrılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.1ci və 234.4.3-cü maddələrinə tövsif edilməklə ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmış və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edildiyi mənbə xüsusatına görə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə hazırki cinayət işindən ayrıca cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqi 156- 163)

14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 169-170)

15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ifadəsində göstərdiklərini həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqi 185-187)

16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ifadəsində göstərdiklərini həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqi 188-190)

17. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində 11 oktyabr 2024-cü il tarixdə saat 04 radələrində xidmətdə olan zaman Təqsirləndirilən şəxs şübhəli hərəkətlərinə görə saxlanılmış, özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra onlarla Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gəlməyi Təqsirləndirilən şəxs təklif etmiş, bölmədə olan xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən vaxt 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin metamfetamini İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmiş, aşkarlanan predmetlər qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid1 həmçinin bildirmişdir ki, tutulma ilə bağlı sənədləşmənin aparılmaması üçün Təqsirləndirilən şəxs və ya atasından hər hansı məbləğdə pul istənilməmiş, Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında saxlanılmamış, Təqsirləndirilən şəxs özünü şübhəli aparması səbəbindən saxlanılmış, Təqsirləndirilən şəxs saxlanılan vaxt tək olmuş, polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmiş, Təqsirləndirilən şəxs saat 04 radələrində saxlanılmış, Təqsirləndirilən şəxs hadisə yerində nə isə axtaran zaman saxlanılmış, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərindən aşkarlanmış psixotrop maddəni şəxsi istifadəsi məqsədilə əldə etdiyini etiraf etmişdir. O, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etmiş, imzalar ona məxsus olmuşdur.

18. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 məhkəmə iclasında verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Təqsirləndirilən şəxs üzərindən ittihamda qeyd edilən çəkidə psixotrop maddə metamfetamin aşkarlandığını bildirmişdir.

19. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, özü narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir. xx.xx.2024-cü il tarixdə gecə saatlarında öz istifadəsi üçün, əvvəllər də bir neçə dəfə onlayn qaydada sifariş verməklə narkotik vasitə və psixotrop maddə aldığı, özünü ona İran İslam Respublikasında yaşayan Aydın adlı şəxs kimi təqdim etmiş, internet üzərindən virtual olaraq tanış olduğu və əyani olaraq heç vaxt sifətini görmədiyi üçün tanımadığı şəxsə telefon vasitəsi ilə psixotrop maddə sifariş verərək həmin şəxsin onun telefonuna göndərdiyi bank kartı hesabına elektron ödəmə terminalı vasitəsi ilə 500 manat məbləğində pul köçürdükdən sonra həmin şəxsin telefonuna fotoşəklini göndərdiyi, Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisində yerləşən məkana gedərək orada onun üçün gizlədilmiş yerdən bir büküm psixotrop maddəni götürüb cibinə qoyaraq piyada yolun kənarı ilə hərəkət edərək evinə getmək üçün taksi və ya marşrut avtobusu axtarmağa başlamış, saat 04:00 radələrində yanında bir avtomobil dayanmış, salonundan düşən iki nəfər şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirdikdən sonra onu sorğu-sual etməyə başlamışlar. Üzərində pisxotrop maddə olduğu üçün o, narahat olmağa başlamış, həyəcanlanmış, polis əməkdaşları da bunu hiss edərək onu polis şöbəsinə aparmaq qərarına gəlmişlər. O, etiraz etməmiş və polislərlə birlikdə avtomobillərinə əyləşib 13-cü Polis Şöbəsinə getmişdir. Orada onu nəzarət altında saxlayaraq hüquqlarının müdafiəsi üçün dəvət olunmuş növbətçi vəkilin gəlməsini gözləmişlər. Vəkil gəldikdən sonra ona təqdim olunmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan olunmuşdur. Bundan sonra oradakı xidməti otaqlardan birində videoçəkiliş aparmaqla onun üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda o, könüllü olaraq əynindəki şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün içərisindəki kütlələrin “şüşə” və “patı” adlanan psixotrop maddə metamfetamin olduğunu söyləmiş, aşkarlanmış predmet ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolun doğruluğunu digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Narkotik vasitələri və psixotrop maddələri bu müddət ərzində mütəmadi olaraq qəbul etməmiş, hərdən bir rastına düşəndə, pulu olanda qəbul etmiş, polislər tərəfindən tutulmamaq üçün narkotik vasitələri əsasən Bakı şəhərinin müxtəlif rayonlarından müəyyən yerlərdən təsadüfən rastlaşdığı tanımadığı şəxslərdən almışdır. Üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni aldığı şəxslə o, telefonundakı “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamış, sifarişini onlayn qaydada etmiş, pulunu da elektron qaydada ödəmişdir. O, həqiqətən də həmin psixotrop maddəni sırf öz şəxsi istifadəsi üçün almışdır. Artıq uzun illərdir ki, narkotik aludəçisi olduğundan gündəlik tələbatının həcmi təxminən yarım qram təşkil edir, hər dəfə narkotik arxasınca getməmək, buna vaxt sərf etməmək və polislər tərəflərindən tutulmaq təhlükəsi ilə üzləşməmək üçün hər dəfə alanda imkanı çatan qədər çox miqdarda narkotik vasitə və psixotrop maddəni almışdır ki, bir neçə gün ərzində qəbul etsin.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:

20. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 11 oktyabr 2024-cü il tarixdə Masallı rayonundan Bakı şəhərinə gəldikdən sonra ona Bakıxanov ərazisinin qeyd olunduğu konum göndərilmiş, həmin vaxt olduğu yer ilə ona göndərilən konumda göstərilən məkan arasında 35 dəqiqəlik məsafə olmuş, konumu yollayan şəxs ona zəng edərək neçə dəqiqəyə konumdakı yerə gələcəyini soruşduqdan sonra ondan canlı konum yollamağını tələb etmiş, canlı konumu yolladıqdan sonra ona “Sən hələ Qaradağdasan?”-deyə təəcübblə sual vermişdir. Taksi ilə konumdakı məkana getdikdən sonra avtomobildən düşmədən polis əməkdaşları saat 01 radələrində onu saxlasalar da, ittiham aktında onun gecə saat 04 radələrində saxlanıldığı qeyd olunmuşdur. Polis əməkdaşları onu saxladıqdan sonra bölməyə gətirərək dərhal atasına zəng edib onu buraxmaları üçün atasından 15000 manat pul istəmişlər. O, dəfələrlə polis əməkdaşlarından atasına zəng etməməyi, atasının ürək xəstəsi olduğunu, yenicə əməliyyatdan çıxdığını söyləsə də, onu dinləməmişlər. O, narkotik tərkibli maddə istifadəçisi olsa da, hadisə yerində olan sellofan bağlamalarla onun heç bir əlaqəsi olmamış, onun üzərində külli miqdarda narkotik tərkibli maddə olmamışdır. O narkotik tərkibli maddə satmamış, polis əməkdaşları ona onu narkotik tərkibli maddələrin istifadəçisi kimi rəsmiləşdirəcəklərini söyləsələr də, o, sonradan narkotik tərkibli maddələrin satışı ilə rəsmiləşdirildiyini bilmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, Bakı şəhərində “Özkardeşlər” restoranında aşbaz olaraq fəaliyyət göstərmiş, o, 6-7 dəfə həmin şəxsdən narkotik tərkibli maddə əldə etmiş, ona narkotik tərkibli maddə satan şəxsin kim olduğunu bilməmiş, ona narkotik tərkibli maddə satan şəxsə 500 manat göndərməmiş, narkotik tərkibli maddəni götürdükdən sonra həmin şəxsin bank kartına pul göndərməyi nəzərdə tutmuş, polis əməkdaşları onu döyüb əlini əzməsi nəticəsində o, 1 ay əli sarğıda gəzmiş, polis əməkdaşları onu döyə-döyə avtomobilə əyləşdirmiş, o, polisə heç bir müqavimət göstərməmiş, polis əməkdaşları onu taksidən düşməmiş saxlamış, o, 5 qram metamfetamin əldə etmək istəmiş, lakin polis əməkdaşları onu 21 qram metamfetaminlə rəsmiləşdirmiş, onun narkotik tərkibli maddələri satmaq niyyəti olmamış, barəsində həbs qətimkan tədbiri seçilən vaxt hakimə döyülməsi barədə heç nə söyləməmiş, Bakı İstintaq Təcridxanasında həkim tərəfindən müayinə edilən zaman yıxıldığını söyləmiş, polis əməkdaşlarının onu döydüklərini söyləməmiş, onu saxlayan vaxt polis əməkdaşları odlu silahla onu qorxutmuş, o, heç kimə narkotik tərkibli maddə təklif etməmiş, 2017-ci ildən narkotik tərkibli maddələrdən istifadə etmiş, heç vaxt satış niyyəti olmamışdır. Xəsarət alması ilə bağlı araşdırma aparılmışdır.

21. Şahid1 05 iyun 2025-ci il tarixli məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, şahidin söylədikləri yalan olmuş, polis əməkdaşları onu tək saxlamamış, saxlanılan vaxt onun yanında ondan başqa 2 nəfər olmuş, o da daxil olmaqla ümumilikdə 3 nəfər şəxs polis əməkdaşları tərəfindən saxlanılmış, həmin şəxslər İbrahim adlı dostu və sonuncunun əmisioğlu olmuş, polis əməkdaşları ona qarşı fiziki təsir göstərməmiş, onu saxlayan polis əməkdaşı Şahid1 olmuş, Şahid1 onu qanunsuz maddə ilə yükləmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadədə əlbirlik maddəsi ilə yüklənmək istəmədiyindən 3 nəfər halında saxlanıldığını söyləməmişdir. Polis əməkdaşları ona qəsdən fiziki zərbə yetirməmiş, onu avtomobilə əyləşdirmək istəyən zaman avtomobilə çırpıldığına görə zədə almışdır. O,İbrahim adlı şəxsin və sonuncunun qohumunun anket məlumatlarını dəqiq bilmir.

22. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğundan daxil olmuş 02 may 2025-ci il tarixli, 2-2/318/3-060216/2025 saylı məktuba əlavə edilmiş 15 aprel 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə müraciəti üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində 363-C-25 saylı material üzrə aparılmış araşdırma nəticəsində həmin material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM və ya Cinayət- Prosessual Məcəlləsi) 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir.

23. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli 3-16-17/40/2-320/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilib ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmiş, onun bədəninə baxış keçirilən zaman sol saidin ön və sol əlin 2-ci barmağında köhnə çapıqlar aşkar olunmuşdur. Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

24. CM-in 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

25. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

26. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

27. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

28. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

29. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

30. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

31. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

32. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

33. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

34. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

35. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

36. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

37. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

38. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

39. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

40. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.

41. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

42. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən psixotrop maddə metamfetaminin təmiz halda 2 qramdan 400 qramadək miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

43. Maddə 1.0.2. psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır.

44. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

45. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

46. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

47. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

48. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

49. Qərarın 12-ci bəndi. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

50. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

51. Qərarın 26-cı bəndi. CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

52. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

53. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.

54. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.

55. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “Aydın” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib bir qrup şəxs halında hərəkət etməsi”-ni göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir.

56. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”.

57. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir.

58. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır.

59. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur.

60. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə psixotrop maddənin əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin Təqsirləndirilən şəxs və “Aydın” adlı şəxsin qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də təqsirləndirilən şəxsin sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir. Ümumiyyətlə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“naməlum vaxtda və yerdə”, “Aydın adlı İran İslam Respublikasının vətəndaşı”, “”istintaqla müəyyən edilməyən nömrə”, “istintaqla müəyyən edilməyən qaydada” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir.

61. Özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində psixotrop madədəni əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda –CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq təqsirləndirilən şəxsə qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir.

62. Beləliklə məhkəmə belə qərara gəlir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.

63. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı psixotrop maddəni satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Təqsirləndirilən şəxs istifadəsində olan “Xiaomi Redmi 13” markalı mobil telefonda müxtəlif bank kartlarının, pul köçürmələri haqqında qəbzlərin, xüsusi rənglərlə işarələnmiş məkanların, elektron tərəzi üzərinə qoyularaq çəkisi müəyyən edilən külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin 51 ədəd fotoşəkilləri, ləhcəsinə görə İran azərbaycanlısına bənzəyən naməlum şəxslərlə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qiymətinə, çəkisinə və əldə olunma məkanına, naməlum şəxslərə külli miqdarda narkotik vasitə və psixotrop maddələr satmasına dair telefon danışıqları, bu barədə sövdələşmə mövzusunda 55 ədəd səsyazmaların mövcudluğu, psixotrop maddə metamfetaminin miqdarı, yəni şəxsi istehlak miqdarından təxminən 139,9 dəfədən çox olması onu təsdiq edir ki, təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır.

64. Psixotrop maddənin təqsirləndirilən şəxsin əynindəki boz rəngli cins şalvarın sol yan cibindən aşkar edilməsi, qablaşdırılması, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sənədlərdən sübut kimi yol verilməz olanı yoxdur. İş materiallarında olan sübutlar yol veriləndir.

65. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. (hökmün 42-ci bəndi)

66. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında saxlanıldığı vaxtı mübahisələndirərək 11 oktyabr 2024-cü il tarixdə gecə saat 04 radələrində yox, 01 radələrində saxlanıldığını, saxlanılan vaxt üzərində psixotrop maddənin olmadığını, narkotik tərkibli maddələri müvafiq istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona qarşı fiziki və psixoloji təsir göstəril səbəbindən polis əməkdaşlarının təqdim etdiyi psixotrop maddənin özünə məxsus olmasını bildirdiyini demişdir.

67. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmişdir. Bundan başqa, xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə hər hansı zorakılığın edilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli 3-16-17/40/2-320/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilən vaxt müayinə olunarkən xəsarət almadığını bildirmiş, onun bədəninə baxış keçirilən zaman sol saidin ön və sol əlin 2-ci barmağında köhnə çapıqlar aşkar olunmuş, yeni xəsarət izləri olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadəsində polis əməkdaşları tərəfindəm ona qarşı zorakılıq edildiyini desə də, sonradan şahidlər ifadə verərkən ona hər hansı zorakılıq edilmədiyini bildirmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

68. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

69. Belə ki, məhkəmə baxışında şəxsi axtarış və götürmə istintaqı hərəkəti zamanı videoçəkilişə baxdıqda görünür ki, videoyazı fasiləsiz aparılmış, hər hansı kəsintiyə yol verilməmiş, təqsirləndirilən şəxs könüllü şəkildə əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofanın içərisində ağ rəngli kristal formada olan maddəni təqdim etmiş, təhqiqatçı tərəfindən qablaşdırılmaqla, iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra qablaşdırılmış predmet ekspertizaya göndərilmiş və ekspertizanın nəticəsinə dair rəy tərtib edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur. Habelə, cinayət işinin materialları, şahidlərin ifadələri və məhkəmə araşdırmasına əsasən, təqsirləndirilən şəxsin 11 oktyabr 2024-cü il tarixdə gecə saat 01 radələrində saxlanılması, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkarlanmış psixotrop maddənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, ona qarşı fiziki və psixoloji təsirin göstərilməsi müəyyən edilməmişdir.

70. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddə metamfetaminin külli miqdarından dəfələrlə artıq olmasını, onun mobil telefonunda narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar yazışmaların mövcudluğunu, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, psixotrop maddəni məhz satış məqsədilə əldə etmişdir.

71. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

72. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

73. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda 20,985 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, 11 oktyabr 2024-cü il tarixdə, gecə saat 04 radələrində özünü şübhəli aparması səbəbindən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin inzibati binasına gətirilib orada həmin gün saat 05:30-dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofanın içərisindən təmiz çəkisi 20,985 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür.

74. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

75. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (hökmün 24-cü bəndi)

76. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır. (hökmün 26; 27; 29-cu bəndləri)

77. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 84)

78. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

79. Məhkəmədə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

80. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

81. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. (hökmün 28-ci bəndi)

82. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 12 oktyabr 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (Cild 1, iş vərəqi 16, 73-74, 213-215). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir. (hökmün 30-cu bəndi)

83. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 11 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. (hökmün 37-ci bəndi)

84. İş üzrə mülki iddia, həbs qoyulmuş və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

85. İş üzrə maddi sübut olan, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 20,885 qram psixotrop maddə metamfetamin məhv edilməli, digər sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 (bir) ədəd “Xiaomi Redmi 13” markalı markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalıdır. (hökmün 35-ci bəndi)

86. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. (hökmün 9-cu bəndi)

87. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 210 (iki yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. (hökmün 39-cu bəndi)

88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət, yəni ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 20,885 qram psixotrop maddə metamfetamin məhv edilsin. Digər sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. 01 (bir) ədəd “Xiaomi Redmi 13” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 210 (iki yüz on) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar