Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1057/2021 18.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: “Pro Bono” Vəkil Bürosunun vəkili X1; zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1979-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, Çöllük küçəsi 2/3 54 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, qısqanclıq niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 24.01.2021-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi 2/3, 54 nömrəli evin yaxınlığında qeyri-rəsmi nikahda yaşadığı Şahid1 arxası ilə addımlayaraq, ona arxadan kürək nahiyyəsindən yumruqla vurmuş Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağı ilə sonuncuya ümumilikdə 6 ədəd olmaqla deşilmiş-kəsilmiş yaralar - sağ bel və sağ sağrı nahiyəsinin daxilə nüfuz etməyən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik iki ədəd, hemopnevmotoraks və sağ ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının ön divarının sağ plevra boşluğuna nüfuz edən, hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edən kor bağırsağın və nazik bağırsağın serroz qişasının zədələnməsi ilə müşayiət olunan, sağ bel nahiyəsinin qarın boşluğuna nüfuz edən ayrı-ayrılıqda və ümumlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs hadisə yerindən qaçdığından və həkimlər tərəfindən vaxtında ona zəruri tibbi yardım göstərilərək həyatı xilas edildiyindən, Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətinə nail ola bilməyib Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni həyatdan qəsdən məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2005-ci ildə Şahid1 ilə nikaha daxil olmuş, həmin nikahdan 2007-ci il təvəllüdlü X5 və 2014-cü il təvəllüdlü X7 adlı iki qız övladları dünyaya gəlmişdir. 24 aprel 2021-ci il tarixdə saat 9 radələrində yoldaşı Şahid1 tək evdən çıxaraq bir az aralıda yerləşən marketə bazarlıq etmək üçün getmişdir. Bir qədər sonra o, özü də evdən çıxıb yaxınlığındakı dükana siqaret almağa getmişdir. Dükan evdən təxminən 40 metr aralıda yerləşir. O, dükana çatmağa az qalmış arvadının marketdən geri qayıtdığını görmüşdür. Məhəllədə hamı onun ailəsini dindar ailə kimi tanıyır və arvadı da başıbağlı, namaz qılan qadındır. O, arvadının təxminən bir addım arxasında tanımadığı bir oğlanın getdiyini görmüşdür. Ayxanım evə çatmışdır ki, həmin oğlanın arxadan həyat yoldaşının kürəyindən yumruqla vurduğunu və onun da qışqıraraq evə qaçdığını görmüşdür. O, qaçaraq həmin oğlana tərəf gəlmiş və ondan nə etdiyini soruşduqda, həmin oğlan ona “sən kimsən” sözlərini dedikdə, bıçaqla onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmuşdur. Bıçaqla onun bədəninin hansı nahiyyələrinə vurmağı yadında qalmamışdır. Çünki həmin vaxt əsəbindən nə etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Sonuncu onun arvadına qarşı qanunsuz hərəkət etdiyinə görə onu qorxutmaq məqsədilə bıçaqla vurmuşdir. Əgər onu öldürmək istəsəydi bıçaq zərbələrini vurduqdan sonra onun arxasınca qaçıb əlavə zərbələr də vura bilərdi. Lakin onu öldürmək niyyəti olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 yanvar 2021-ci il tarixdə saat 17 radələrində bir qədər spirtli içki qəbul etdikdən sonra tanışları ilə görüşmək üçün əvvəllər kirayədə yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsinə getmiş, saat təxminən 19 radələrində Çöllük küçəsinin yaxınlığındakı ərzaq mağazasına daxil olub oradan siqaret almış, küçədə siqareti çəkdikdən sonra bir qədər pivə içmək istəmiş, lakin üzərində pivə almağa pulu çatmamışdır. Elə bu vaxt həmin küçə ilə bir nəfər arıq, başı bağlı, hicablı qadının əlində bazarlıq zənbili getdiyini görmüş və həmin qadına yaxınlaşıb ondan pul istəmək qərarına gəlmişdir. Həmin qadına arxadan yaxınlaşmış və ondan 20 manat pul istəyəndə həmin qadın ona pulu olmadığını bildirərək, «rədd ol get» sözlərini demiş və həmin vaxt içkili olduğuna görə qadının bu sözlərindən əsəbiləşərək əli ilə onun sağ kürəyinə toxunaraq onu sanki bir qədər itələmiş və bundan sonra həmin qadın tez-tez addımlayaraq qaçaraq küçələrin birinə daxil olmuşdur. Elə bu vaxt sonradan adının Zaur olduğunu bildiyi şəxs ona yaxınlaşaraq, «nə etdiyini», «onunla nə işi olduğunu» deyəndə, ona «sən kimsən» demiş və elə bu vaxt həmin şəxs əlində olan bıçaqla onun sinə və kürək nahiyyələrindən çoxsaylı zərbələr vurmağa başlamışdır. O, özünü toparlayıb onun əlindən çıxaraq gəldiyi küçə ilə geriyə hərəkət edib Hövsan marketlə üzbəüz dayanmış dövlət qeydiyyat nişanı və markasını xatırlamadığı taksiyə əyləşib sürücüdən onu Keşlə qəsəbəsinə anasının kirayədə yaşadığı evə aparmasını xahiş etmişdir. «NZS» qəsəbəsinin yaxınlığında olarkən həmin sürücü öz telefonu ilə 102 xidmətinə zəng edib maşını saxlamış və təxminən 15-20 dəqiqədən sonra təcili-tibbi yardım maşını həmin ünvana gəlib onu 3 saylı şəhər kliniki xəstəxanasına çatdırmış və orada ona tibbi yardım göstərilmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərdi ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs arvadıdır. 24 yanvar 2021-ci il tarixdə evdən çıxmış və yaxınlıqda yerləşən dəftərxana ləvazimatları mağazasına daxil olub oradan müəyyən ləvazimatlar alıb evə doğru getməyə başlamışdır. Saat təxminən 20 radələrində yaşadığı evin təxminən 100-200 metrliyində arxadan addım səslərini eşidib arxaya baxanda tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq ondan 20 manat pul istəmiş, ona pulunun olmadığını bildirərək «rədd ol get» sözlərini deyib addımlarını sürətləndirməyə başlamış və elə bu vaxt həmin şəxs ona arxadan kürək nahiyəsindən əli ilə vurub onu bir qədər irəli itələmiş, qorxusundan qaçaraq evlərinə tərəf getmişdir. Evlərinin qapısına çatanda arxadan səs-küy gəldiyini eşidib arxaya çevriləndə, əri Zaurla həmin şəxsin mübahisə etdiklərini görmüşdür. Təxminən 2-3 dəqiqədən sonra həmin şəxs Zaurdan aralanaraq qaçmağa başlamış, Zaur isə ona tərəf gələndə Zaurun əlində bıçaq görüb ona heç kimi vurmamasını, özünü bəlaya salmamasını demişdir. Səhəri gün yəni, 25 yanvar 2021-ci ildə səhər saatlarında polis əməkdaşları evə gələrək Zauru aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, özünə məxsus olan «Opel-Astra» markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 24 yanvar 2021-ci il tarixdə saat 21 radələrində həmin avtomaşınla avtobusların dayanacağının yaxınlığında maşında oturub müştəri gözlədiyi vaxt bir nəfər oğlan maşına yaxınlaşaraq onu Keşlə qəsəbəsinə aparmasını xahiş etmiş, o, da həmin şəxslə razılaşaraq ondan həmin ünvana getmək üçün 10 manat pul almış, həmin oğlan onunla yanaşı qabaq sağ oturacaqda əyləşmiş və təxminən 25 dəqiqəlik məsafə qət etdikdən sonra «NZS» qəsəbəsinin yaxınlığında işıqforun yanında maşını idarə etdiyi vaxt həmin oğlan öz müvazinətini saxlaya bilməyib onun üzərinə yıxılanda həmin şəxsin ağzından su, sinəsindən isə qan axdığını görmüş, ondan nə hadisə baş verdiyini soruşsa da, lakin onun danışa bilmədiyini görüb dərhal telefonla 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonra maşını həmin ərazidə saxlamış, bir neçə dəqiqədən sonra həmin ünvana təcili-tibbi yardım maşını gəlmiş və həmin şəxs təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs atasıdır. 2005-ci ildə Zaur Şahid1 ilə qeyri-rəsmi ailə qurmuş və onların iki qız övladları vardır. 24 yanvar 2021-ci il tarixdə gəlini Ayxanım qızı Ayla ilə qızı Səfanın satıcı işlədiyi mağazaya gedib uşağı mağazada qoymuş, həmin vaxt Zaur da evdən küçəyə çıxmışdır. Sonradan gəlini Şahid1 ona bildirmişdir ki, uşağı Səfanın yanında qoyub evə qayıdarkən evlərinə çatmağa az qalmış bir nəfər tanımadığı şəxs arxadan ona yaxınlaşaraq ondan pul istəmiş, lakin Ayxanım buna öz etirazını bildirəndə, həmin şəxs yumruqla Ayxanımın kürəyindən vurmuşdur. Həmin şəxsin Ayxanıma kürəyindən vurmasını təsadüfən küçədə görmüş oğlu Zaur isə həmin şəxsə yaxınlaşaraq üzərində olan bıçaqla ona bədən xəsarətləri yetirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Ehtibar qızı və Şahid5 ifadələrində şahid Ehtibar Mirzəyev ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 18.02.2021ci il tarixli, 134 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: hemopnevmotoraks və sağ ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının ön divarının sağ plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası (1 ədəd), hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları (2 ədəd), kor bağırsağın və nazik bağırsağın seroz qişasının zədələnməsi ilə müşayiət olunan sağ bel nahiyəsinin qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası (1 ədəd); b) sağ bel nahiyəsinin daxilə nüfuz etməyən deşilmişkəsilmiş yarası, sağ sağrı nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası (cəmi 2 ədəd). Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 24.01.2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə a bəndində qeyd edilən xəsarətlər hər biri ayrıayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya; b. bəndində qeyd edilən xəsarətlər hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmədə elan edilərək tədqiq edilmiş materialların məhkəmə-ekspertizasının 04.03.2021-ci il tarixli, 6/522 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin səthi üzərindən aşkar edilmiş qırmızı rəngli matiraolunmuş kimyəvi lifləri rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd poliverin tərkib liflərinə uyğun gəlirlər. Məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 04.03.2021-ci il tarixli, 3/249, 3/250 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsuslu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir.Təqdim edilmiş gödəkçənin, sviterin və alt şalvarının səthində rəyin tədqiqi hissəsində sayı göstərilməklə təsvir edilən zədələr vardır. Gödəkçənin səthində olan zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmaya xarakterik sökülmə zədəsidir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranmaı mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədənin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyildir.Təqdim edilmiş sviterin və alt şalvarının səthində olan zədələr isə kəsici, ucu deşici xassəyə malik olan bir predmetin təsirindən öndən arxaya və arxadan önə doğru istiqamətlənərək yaranmağa xarakterik deşilib kəsilmə zədələridir. Lakin təqdim olunmuş sviterin və alt şalvarının səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş sviterin və alt şalvarının material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının 11.03.2021-ci il tarixli, 100/2021-MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Balfa (H)/İİİ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – O(İ). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus alt şalvarı və sviterin üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda «B» və «H» antigenləri alındı. Bu qan ləkələri Balfa (H)/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər.Təqdiqaat təqdim olunmuş 01 ədəd mətbəx bıçağı və Təqsirləndirilən şəxs məxsus gödəkçə üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Məhkəmədə elan edilərək tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 05.03.2021-ci il tarixli 494 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Bununla yanaşı, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar olunmuş emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai-təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimaitəhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai-təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür, hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs kobudluq, eqosentrizm, impulsivlik, emosional dayanıqsızlıq, emosional reaksiyalara meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) vəziyyətində olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, hadisə zamanı Zərərçəkmiş şəxs öldürmək niyyəti ilə deyil, sadəcə olaraq onu qorxutmaq məqsədilə vurmasını göstərsə də, onun ifadəsində göstərdiyi həmin xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən bıçaqdan istifadə edilməklə qəsdən Zərərçəkmiş şəxs həyatı vacib orqanların yerləşdiyi bədən nahiyyələrinə bıçaqla çoxsaylı xəsarətlər yetirməsi, daxili orqanlardan ağciyərin zədələnməsinə səbəb olan ağır dərəcəli bədən xəsarətlərini yetirməsi onun tərəfindən qeyd edilən hərəkətlərin məhz zərərçəkmiş şəxsi qəsdən öldürmək niyyəti ilə həyata keçirməsini tam təsdiq edir. İşin bu halı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi ilə də tam təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması barədə ifadəsini ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qısqanclıq niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsi cinayətini törətməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan əməli Azərbaycan Respublikası CMnin 29,120.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğları ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 63.3-cü maddəsində göstərilmişdir ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 60.1 və 63.3-cü maddələrinin tələblərini nəzərə alır. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27.01.2021-cu il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 25.01.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan bir ədəd açılıbqatlanan bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd-göy rəngdə gödəkçə onun ailə üzvlərinə, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qırmızı rəngdə pulover və bir ədəd boz rəngdə gecə şalvarı onun özünə qaytarılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 254,16 manat (iki yüz əlli dörd manat on altı qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilməlidir. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X3 260 (iki yüz altmış) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan bir ədəd açılıbqatlanan bıçaq məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd-göy rəngdə gödəkçə onun ailə üzvlərinə, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qırmızı rəngdə pulover və bir ədəd boz rəngdə gecə şalvarı onun özünə qaytarılsın. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 254,16 manat (iki yüz əlli dörd manat on altı qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilsin. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X3 260 (iki yüz altmış) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1057/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1057/2021
18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver