Məhkəmə qərarları › İş №1(101)-1057/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1057/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1057/2022 29.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 11 dekabr 1983-cü il tarixdə Cəbrayıl rayonunun Niyazqullar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Niyazqullar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında nömrəsiz fərdi evdə yaşamış, 27 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 29 yanvar 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Yavər” adlı şəxslə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, vahid niyyətlə əhatə olunmuş qəsdlə narkotik vasitə və psixotrop maddələrin tamah niyyəti ilə ölkədə qanunsuz olaraq satışını təşkil etmək məqsədi ilə 26 yanvar 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil telefonun “vatsap” proqramı ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsi yaxınlığında ağac dibində bir ədəd selofan torbada gizlədilmiş kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 357,344 qram təşkil edən 8 ədəd bükümdə, hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 2,408 qr., 47,0 qr., 50,0 qr., 50,0 qr., 50,0 qr., 110,0 qr., 40 qr., 7,936 qram narkotik vasitə heroin, 3 ədəd bükümdə təmiz çəkiləri 2,522 qr., 210,0 qr., 7,268 qram olan külli miqdarda - ümumi təmiz çəkisi 219,790 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzini əldə edib üzərində saxlamaqla yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi evə daşıyaraq gətirib mənzildəki yataq otağında yerləşən dolabda papağın içərisində gizlədərək saxlamış, bundan sonra əldə etdiyi narkotik vasitədən külli miqdarda - bir ədəd selofan bükümdə 2,408 qram çəkidə narkotik vasitə heroini və bir ədəd selofan bükümdə təmiz çəkisi 2,522 qram olan külli miqdarda psixotrop maddə metamfetamini ayırıb götürərək üzərində saxlamış, 27 yanvar 2022-ci il tarixdə saat 17:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq ünvan 2 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirilmiş və orada xidməti otaqların birində saat 19-20-də üzərinə videoçəklişlə şəxsi axtarış keçirilən zaman əynindəki tünd yaşıl rəngli şalvarın sol yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusunun içərisində bir ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 2,408 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 2,522 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və həmin gün saat 22-00-da onun yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi evə baxış keçirilərkən, mənzildəki yataq otağında yerləşən dolabın içərisindəki papaqda saxlanılan bir ədəd selofan torbanın içərisində 7 ədəd selofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 47,0 qram, 50,0 qram, 50,0 qram, 50,0 qram, 110,0 qram, 40,0 qram, 7,936 qram, ümumi təmiz çəkisi 354,936 qram olan kustar üsulla hazırlanmış kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən külli miqdarda narkotik vasitə heroin, digər 2 ədəd selofan bağlamada isə ayrı-ayrılıqda təmiz çəkiləri 210,0 qram, 7,268 qram, ümumi təmiz çəkisi 217,268 qram olan kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri qalmış bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özü narkotik vasitələrdən istifadə edir. Ondan aşkar edilmiş narkotik vasitəni də özünün istifadəsi üçün almışdır. Həmin vaxt onda 2 qramdan bir az çox narkotik vasitə olmuşdur. O, tutulan gün ailə üzvləri ilə birlikdə Nərimanov rayonunda yerləşən klinikalardan birinə getmişdir. Həyat yoldaşı və anası ilə birlikdə xəstəxanaya getmiş, o isə, oğlu ilə birlikdə maşında gözləmişdir. Bu vaxt polis əməkdaşları tərəfindən tutularaq evə aparılmış, oğlu isə orada maşının yanında saxlanılmışdır. Həmin vaxt orada onun üzərinə baxış keçirilmiş, «Kent» siqaret qutusunun içərisindən narkotik vasitə aşkar olunmuş, daha sonra evə aparılmışdır. Evdə qapı bağlı olduğu üçün polis əməkdaşları pəncərənin setkasını sındırıb böyük pəncərəni açmış və sonra evə daxil olmuşlar. Evdə axtarış aparılmış, lakin heç bir şey aşkar olunmamışdır. Sonra yenidən klinikanın yanına gələrək orada ailəsini götürüb yenidən yaşadığı evə gəlmişlər. Daha sonra onu yenidən polis əməkdaşları polis idarəsinə aparmışlar. Axşam saat təxminən 10-11 radələrində yenidən evə gətirilmiş, polis əməkdaşları özləri ilə gətirdikləri narkotik vasitəni evə qoyduqdan sonra çəkiliş aparılmışdır. Sualları cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsini oxumadan imzaladığını, həmin vaxt vəkilin də iştirak etdiyini, polis idarəsində ona təzyiqlər göstərildiyini, lakin bununla bağlı heç yerə şikayət etmədiyini, Nərimanov rayon Polis idarəsinin yanındakı klinikanın yanında oğlu ilə maşında olan zaman tutulduğunu, həmin vaxt anası, həyat yoldaşı və balaca oğlunun klinikada olduğunu, onunla birlikdə olan oğlunun yanında isə bir nəfər polis əməkdaşının saxlanıldığını, onun yaşadığı evə aparıldığını, üzərinə baxış keçirilən zaman «Kent» markalı siqaret qutusunun içərisində hər bir 0,5 qram olan iki büküm narkotik vasitə olduğunu, həmin narkotik vasitəni tanımadığı iranlıdan aldığını, həmin şəxslə «instagram» sosial şəbəkəsində tanış olduğunu, həmin şəxsdən iki ədəd bir qramlıq narkotik aldığını və hər birindən yarım qramını istifadə etdiyini, həmin şəxsin bank kartı hesabına MilliÖn vasitəsi ilə 40 manat köçürdüyünü, evə aparılan zaman polis əməkdaşlarının balaca pəncərənin setkasını cırdıqlarını, sonra isə yekə pəncərəni açdıqlarını, sonra evə girib axtarış apardıqlarını, lakin heç bir şeyin aşkar olunmadığını, ikinci dəfə anası və həyat yoldaşı ilə evə gəldiklərini, onları evə qoyandan sonra yenidən polis əməkdaşları tərəfindən idarəyə aparıldığını, sonra saat 10-11 radələrində evə gətirildiyini və narkotiki evə qoyandan sonra çəkiliş apardıqlarını, əvvəllər CM-nin 177-ci maddəsi ilə məhkum olunduğunu, onu tutan polis əməkdaşlarını əvvəllər tanımadığını, onun polis işçiləri ilə heç bir problemi olmadığını, narkotikə görə iranlıya 120 manat pul verməli olduğunu, həmin məbləğin 40 manatını köçürdüyünü, 80 manatı isə borclu qaldığını, evindən aşkar olunan külli miqdarda narkotik vasitələrin ona aidiyyəti olmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. O, həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, əvvəllər narkotik vasitə hesab edilən “kokos” qəbul etdiyini, əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə Abşeron rayon məhkəməsinin hökmü ilə 02 il 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğunu, 02 dekabr 2021-ci il tarixdə Nərimanov rayon məhkəməsinin qərarı ilə amnistiya qərarına əsasən cəzadan azad edildiyini, əqli və fiziki cəhətdən sağlam olduğunu, heç yerdə işləmədiyini bildirmişdir. O, maddi durumu ağır olduğundan narkotik və psixotrop maddələri qəbul etmək və gələcəkdə onların satışını həyata keçirmək qərarına gəlmişdir. Bu məqsədlə iki ay öncə internetdə sosial şəbəkədə tanış olduğu “Yavər adlı şəxslə 26 yanvar 2022-ci il tarixdə axşam vaxtı özünün daim istifadə etdiyi “Samsunq” markalı (077) ***-**-** GSM nömrə ilə +**********5327 mobil telefon nömrəsinə zəng etdiyini, onunla əlaqə yaratdığını, ona özünün istifadəsi üçün narkotik vasitə istədiyini bildirmişdir. Yavər əgər istəyirsə, ona xeyli miqdarda narkotik vasitə heroin və psixotrop maddə göndərə biləcəyini və onları onun deyəcəyi yerdən götürüb saxlamağı, sonra onları hissə-hissə büküm halında deyəcəyi ünvanlara qoyacağını və götürəcəyi narkotik vasitədən tapşırığı icra etdikdən sonra istədiyi miqdarda narkotik vasitə qəbul edə biləcəyini təklif etmişdir. O, “Yavər”in etdiyi təklifin onun üçün sərfəli olduğunu fikirləşib onunla razılaşdığını və bundan bir az keçmiş Yavərlə yenə əlaqə saxladığını, onun mobil telefonunun votçapı ilə əlaqə saxladığını, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsinin yaxınlığında ağacın dibində narkotik vasitələrin yolun kənarında selofan torbada gizlədildiyini, həmin yerdən torbanı götürməsini və saxlamağını bildirdiyini qeyd etmişdir. O, Yavərin ona dediyi həmin yerə gedib yol kənarında ağacın dibində gizlədilmiş selofan torbanı tapıb götürmüş və onun içərisinə baxdıqda torbada çox sayda büküm halında narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi olduğunu görmüşdür. Sonra o, həmin torbanı özü ilə götürüb yaşadığı Nərimanov rayonu, Ə. Qayıbov küçəsi, 2093-də yerləşən nömrəsiz evinə gətirmiş, yataq otağında yataq dəstinin yanında dolabın içərisində papağının içərisinə qoyub gizlətmişdir. Bundan sonra, 27 yanvar 2022-ci il tarixdə gecə vaxtı o, bir neçə dəfə “Yavər” ilə mobil telefonun vatçapı ilə əlaqə saxlamış və Yavər ona bir büküm 2,5 qram heroin və bir büküm 2,5 qram metamfetamin götürüb üstündə hazır vəziyyətdə saxlamağını və onun dediyi yerə aparıb qoymağını deyəcəyini bildirmişdir. O da, selofan torbanın içərisində bir büküm şəffaf selofanda heroin və bir büküm metamfetamin götürüb onları tərəzidə çəkmiş, sonra üstündə olan “Kent” markalı siqaret qutusunun içərisinə yerləşdirmiş, onu da əynindəki şalvarının arxa sağ cibinə qoymuşdur. 27 yanvar 2022-ci il tarixdə təxminən saat 17:30 radələrində yaşadığı Nərimanov rayonu, Ə. Qayıbov küçəsi, 2093-də yerləşən nömrəsiz evin yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra hüquqlarını izah etmişilər və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada inzibati otaqların birində o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmağı ilə bağlı qərarla tanış edilmiş və ona vəkil təyin olunmuşdur. Müdafiəçinin iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış və ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa, təqdim olunması təklif edilmişdir. Bundan sonra o, əynində olan tünd yaşıl rəngli şalvarının sol yan cibindən 1 ədəd “Kent” markalı qara rəngli siqaret qutusunu, 3 ədəd yaşadığı evin açarlarını, 1 ədəd “Samsung” markalı mobil telefonu, üzərində (077) ***-**-** GSM nömrə olan daim istifadə etdiyi 1 ədəd «İphone» markalı mobil telefonu, sağ yan cibindən 120 manat pulunu, özünə məxsus şəxsiyyət vəsiqəni və 1 ədəd üzərində çox saylı rəqəmlər əks olunmuş plastik bank kartı təqdim etmişdir. Onun 120 manat pulu, yaşadığı evinin açarları özünə qaytarılsa da, ona məxsus mobil telefonlar, şəxsiyyət vəsiqəsi və plastik bank kartı götürülmüşdür. Təqdim etdiyi “Kent” markalı siqaret qutusuna baxış keçirilən zaman içərisində 2 ədəd selofan büküm olması, bükümlərdən birinin içərisində ağ təngli kristal şəkilli psixotrop maddə metamfetamin, digər bükümün içərisində isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin selofan bükümlər zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, onlar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Sorğu zamanı o, bükümlərdən birinin içərisində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələr öz istifadəsi üçün üzərində saxladığını, təxminən 2 ay bundan öncə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Yavər” adlı şəxsin vasitəsilə bir gün öncə Nəsimi rayonu ərazisində, 4cü mikrorayon dairəsinin yaxınlığında yolun kənarında gizlədilmiş yerdən götürdüyünü, götürdüyü narkotik tərkibli maddələri deyilən yerlərə qoymaqla öz istifadəsi üçün narkotik maddə əldə edəcəyini, həmin maddələrin qalan hissəsini yaşadığı Nərimanov rayonunda evdə gizlətdiyini, təxminən 5 aya yaxındır ki, narkotik vasitə istifadəçisi olmağını, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazı olmadığını, saxlanılan zaman və baş idarədə olan zaman üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini istifadəsində olan (077) ***-**-** GSM nömrəsindən daha çox istifadə etdiyini bildirmişdir. Bundan sonra o, üzərində aşkar olan maddələrin qalan hissəsinin yaşadığı Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, 2093-də yerləşən nömrəsiz evdə olduğunu, həmin maddələri təqdim edə biləcəyini və evinə baxış keçirilməsinə etirazı olmadığını qeyd etmişdir. Bu barədə qəbul edilmiş qərarla tanış edilmiş və birlikdə yaşadığı ünvana gəlmişlər. Polis əməkdaşları, müdafiəçi və arvadı Esmira Şükürovanm iştirakı ilə evə videoçəkilişlə baxış keçirilməyə başlanılmışdır. Ona evdə gizlətdiyi narkotik tərkibli maddələrin qalan hissəsini təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, yataq otağına gedərək dolabda papağın içərisində saxladığı selofan torbanı təqdim etmişdir. Həmin selofan torba qonaq otağına gətirilmiş və baxış keçirilən zaman içərisində 7 bükümdə heroin, 2 bükümdə metamfetamin və 1 ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Həmin maddələr də elektron tərəzi ilə çəkildikdən sonra qablaşdırılmış və götürülmüşdür. 7 ədəd selofan kəsiyində heroin, 2 ədəd selofan bağlamada psixotrop maddə metamfetaminin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzidə çəkilmişdir. İçərisində narkotik vasitə heroin olan kütlənin 1-ci bükümün çəkisinin 56 qram, 2-ci bükümün çəkisinin 114, 3-cü bükümün çəkisinin 57 qram, 4-cü bükümün çəkisinin 53 qram, 5-ci bükümün çəkisinin 44 qram 6-cı bükümün çəkisinin 9 qram, 7-ci bükümün çəkisinin isə 49 qram olması müəyyən edilmişdir. Bundan sonra içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminin 1-ci bükümün çəkisinin 215 qram digər bükümün çəkisinin isə 17 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş maddələr və elektron tərəzi içərisi boş olan selofan torbaya, ondan sonra isə ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 1 gün öncə Nəsimi rayonu ərazisindən götürdüyünü, həmin yerə narkotik maddələr qoyulmasını sosial şəbəkdə tanış olduğu “Yavər” adlı şəxsin bildirdiyini, aşkar edilmiş maddələrin bir hissəsini ona deyiləcək yerlərə qoyması müqabilində qalan hissəsini öz istifadəsi üçün götürməli olduğunu, bu fəaliyyətindən həyat yoldaşı daxil olmaqla heç kimin məlumatının olmamasını, başqa heç bİr yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. O, əvvəllər narkotik maddələrin dövriyyəsi ilə məşğul olmamışdır. Ondan aşkar edilmiş narkotik maddələri götürərək başqa bir yerə qoymaqla öz istifadəsi üçün narkotik maddə heroin əldə edəcəyini bildirmişdir. O, narkotik maddələrdən heroindən istifadə etdiyini qeyd etmişdir. Bu işlə məşğul olmasından heç kimin xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Şəxsi axtarış və baxış keçirilmədən öncə onun üzərinə heç bir polis əməkdaşı yoxlanış keçirməmişdir. O, etdiyi əməldən peşman olduğunu və bir daha belə işlərlə məşğul olmayacağına söz verdiyini bildirmişdir (cild 1, iş vərəqi 56-59). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadələrin müstəntiq tərəfindən yazıldığını və özünün oxumadan imzaladığını, ifadəni qismən təsdiq etdiyini, şəxsi axtarışı zamanı aşkar olunmuş narkotik vasitələrin ona məxsus olduğunu, lakin evindən aşkar olunmuş heroinin və metamfetaminin ona aidiyyəti olmadığını, polis işçilərinin təzyiqi altında etirafedici ifadələr verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun yaxalanması məqsədi ilə onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat qrupuna Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 daxil edilmişlər. 27 yanvar 2021-ci il tarixdə saat 17:30-da onlar tərəfindən ünvan 3 ünvanının yaxınlığında əvvəllər tanımadığı Təqsirləndirilən şəxs piyada hərəkət edərkən saxlanılmış, ona özlərini ona təqdim edib narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması bildirilmişdir. O, Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına gətirilmişdir. Baş idarədə təhqiqatçı tərəfindən onun şübhəli şəxs qismində tutulmasına dair qərar qəbul edilmiş, dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış, ona üzərində qanunla qadağan edilmiş əşyaların təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli şalvarın sol yan cibindən 1 ədəd üzərində “Kent” sözü yazılmış qara rəngli siqaret qutusunu, yaşadığı ünvanın açarlarını, 2 ədəd mobil telefonu, həmçinin 120 manat pulu, məxsus şəxsiyyət vəsiqəsini və 1 ədəd plastik bank kartını təqdim etmişdir. Təqsirləndirilən şəxs 120 manat pul vəsaiti, yaşadığı evinin açarları özünə qaytarılsa da, ona məxsus mobil telefonlar, şəxsiyyət vəsiqəsi və plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqdim olunmuş siqaret qutusuna baxış keçirilən zaman içərisində 2 ədəd selofan büküm, həmin bükümlərdən birinin içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə, digər bükümün içərisində isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin selofan bükümlərdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş, bükümlər zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri öz istifadəsi üçün üzərində saxladığını, təxminən iki ay bundan əvvə sosial şəbəkədə tanış olduğu, nömrəsini telefonunda qeyd etdiyi İran İslam Respublikasının vətəndaşı “Yavər” adlı şəxsin vasitəsilə bir gün öncə Nəsimi rayonu ərazisində, 4-cü mikrorayon dairəsinin yaxınlığında yolun kənarında ağacın dibində gizlədilmiş yerdən götürdüyünü, götürdüyü narkotik tərkibli maddələri ona deyilən yerlərə qoymaqla öz istifadəsi üçün narkotik maddə əldə etdiyini, həmin maddələrin qalan hissəsini özünün Nərimanov rayonunda yaşadığı mənzilində gizlətdiyini, yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şahid1 ifadəsinə görə, həmin gün saat 22 radələrində onlar müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı ünvana getmiş, orada Təqsirləndirilən şəxs həyat yoldaşının iştirakı ilə evə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri təqdim etməsi təklif olunmuş, o, narkotik maddələrin qalan hissəsini yataq otağında saxladığım bildirərək, yataq otağındakı dolabın içərisində olan papaqdan bir ədəd selofan torbanı təqdim etmişdir. Həmin selofan torbaya baxış keçirilən zaman içərisində yeddi ədəd selofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə, iki ədəd selofan bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlə və 1 ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Onlar elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş maddələrin narkotik vasitə heroin, psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 1 gün öncə Nəsimi rayonu ərazisindən götürdüyünü, həmin yerə narkotik maddələr qoyulmasını ona sosial şəbəkdə tanış olduğu “Yavər” adlı şəxsin bildirdiyini, aşkar edilmiş maddələrin bir hissəsini ona deyiləcək yerlərə qoyması müqabilində qalan hissəsini öz istifadəsi üçün götürməli olduğunu, bu fəaliyyətindən həyat yoldaşı daxil olmaqla heç kimin məlumatı olmadığını, başqa heç yerdə narkotik maddələr saxlamadığını bildirmişdir. Baxış və götürmə barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunulmuş, onlar tərəfindən imza edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, polisə gətirilərkən, şəxsi axtarışı və yaşadığı evə baxış keçirilən zaman ona qarşı hər hansı bir təzyiq və zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsi zamanı külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 təqsirləndirilən şəxsin onun əri olduğunu, 27 yanvar 2022-ci il tarixdə saat 2-də həyat yoldaşı Natiq, qaynanası və uşaqları ilə birlikdə həkim müaüinəsinə getdiklərini, klinikanın qarşısında həyat yoldaşının bir uşağı ilə aşağıda maşının yanında qaldıqlarını, onların isə klinikaya girdiklərini bildirdi. Şahidin sözlərinə görə, o, klinikadan çıxanda uşağının yananda bir nəfərin olduğunu görmüş və həmin şəxs uşağı ona vermişdir. Bu zaman ərinin orada olmadığını görmüşdür. Onlar həmin yerdən evə gələndə, evdə heç kimin olmadığını görmüşdür. Natiq polis əməkdaşları tərəfindən evdən aparılanda axşam saat 7 radələri olmuşdur. O, polis işçilərinə etiraz edib onlardan evdən götürdüklərinin “nə mal» olduğunu soruşduqda, polislər onun üstünə qışqırıb səsini çıxarmamasını demişlər. Onlar evə gələndə axtarış aparılıb-aparılmadığını bilməmiş, lakin onun yanında evdə baxış aparmışlar. Bundan əvvəl isə polis işçiləri onun mobil telefonunu əlindən almışlar. Evdən narkotik vasitə aşkar olunan anı şəxsən o, görməmişdir. Polis əməkdaşlarının özləri evdən narkotik vasitə aşkar olunduğunu ona demişlər. O, Natiqin narkotik vasitədən istifadə etdiyini bilmiş və buna görə həmişə onların arasında mübahisələr olmuşdur. Videoçəkiliş aparılanda o, şəxsən iştirak etmiş, lakin çəkiliş vaxtı Natiq heç bir etiraz etməmişdir. Həmçinin onun özü də qorxduğu üçün çəkiliş vaxtı etiraz bildirməmişdir. Evdə baxış keçirilməsinə etiraz etməməsi barədə polis işçilərinə ərizə də vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 təqsirləndirilən şəxsin onun qardaşı olduğunu, anasıgillə qonşuluqda yaşadığını bildirdi. Şahidin ifadəsinə görə, qardaşı saxlanılan gün o, küçəyə çıxanda qardaşının maşınının yerində olmadığını, lakin qapılarının açıq olduğunu görmüşdür. Sonra o, qardaşıgilə evin içərisinə girəndə orada Natiqlə birlikdə daha üç nəfərin olduğunu görmüş, onlardan nə baş verdiyini soruşduqda, ona bir şey deməmişlər. Polis işçiləri saat 4-dən sonra Natiqgilin evinə gəlmişlər. Evdə axtarış keçirilib çəkiliş aparılanda uşaqlar onların evində olmuş, həmin vaxt o, çəkilişdə iştirak etməmişdir. O, qardaşının narkotikdən istifadə etdiyini, həmçinin əvvəllər məhkum olunduğunu bilməmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 27 yanvar 2022-ci il tarixli protokola əsasən, həmin tarixdə saat 19:20-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyinə dair qərarla tanış edilmiş, saat 19:20 dəqiqədə şəxsi axtarış və götürmə başlanılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli şalvarının sol yan cibindən 1 ədəd üzərində “Kent” sözü yazılmış qara rəngli siqaret qutusunu, 3 ədəd yaşadığı ünvanın açarlarını, əynindəki qara rəngli dəri qış gödəkcəsinin sol yan cibindən 1 ədəd “Samsung” markalı, üzərində (077) ***-**- ** GSM nömrə olan, daimi istifadə etdiyi 1 ədəd «İphone» markalı mobil telefonlarını, sağ yan cibindən 120 manat pulunu, özünə məxsus şəxsiyyət vəsiqəsini və 1 ədəd üzərində **********018776 rəqəmləri əks olunmuş plastik bank kartını təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, sonuncunun arxa sağ cibindən 1 ədəd göy rəngli Samsung” markalı mobil telefon aşkar edilsə də, əlavə qanunla qadağan edilmiş iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs 120 manat pulu, yaşadığı evin açarları özünə qaytarılsa da, ona məxsus mobil telefonlar, şəxsiyyət vəsiqəsi və plastik bank kartı sonuncuya izah edilməklə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusuna baxış keçirilən zaman içərisində 2 ədəd sellofan büküm olması müəyyən edildiyi, həmin şəffaf sellofan bükümlərə baxış keçirilən zaman bükümlərdən birinin içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə, digər bükümün içərisində isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması qeyd edilmişdir. Həmin selofan bükümlərdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükümün qablaşdırılma ilə birlikdə çəkisinin 3,4 qram olması, digər bükümdəki psixotrop maddə metamfetaminə bənzər kütlənin qablaşdırılma ilə birlikdə təxmini çəkisinin 2,9 qram olması müəyyən olunmuşdur. Həmin selofan bükümlər bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nİn Zərflər üçün” möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükümlərdən birinin içərisində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, təxminən iki ay bundan öncə sosial şəbəkədə tanış olduğu, nömrəsini telefonunda qeyd etdiyi İran İslam Respublikasının vətəndaşı “Yavər” adlı şəxsin vasitəsilə bir gün öncə Nəsimi rayonu ərazisində, 4-cü mikrorayon dairəsinin yaxınlığında yolun kənarında ağacın dibində gizlədilmiş yerdən götürdüyünü, götürdüyü narkotik tərkibli maddələri ona deyilən yerlərə qoymaqla öz istifadəsi üçün narkotik maddə əldə etdiyini, həmin maddələrin qalan hissəsini özünün Nərimanov rayonunda yaşadığı mənzilində gizlətdiyini, yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmadığını, saxlanılan zaman və baş idarədə olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini, özünün (077)313- 98- 66GSM nömrəsindən istifadə etdiyini bildirmişdir. Həmin 1 ədəd video-disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 32-34). Cinayət işinə əlavə olunmuş 29 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı 27 yanvar 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən videogörüntülərin olduğu diskə Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, bu zaman videogörüntülərin həqiqətən də şəxsi axtarış zamanı çəkilməsi, bu barədə tərtib olunmuş 27 yanvar 2022-ci il tarixli protokola uyğun gəlməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 91-92). İş materiallarına əlavə olunmuş evə baxış keçirilməsi və götürmə aparılması haqqında 27 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs, onun müdafiəçisinin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının və saxlanılan şəxsin həyat yoldaşı Esmira Şükürovanm iştirakı ilə onların yaşadığı ünvana videoçəkliş vasitəsilə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, narkotik tərkibli maddələrin qalan hissəsini yataq otağında saxladığını bildirərək, yataq otağındakı dolabın içərisində olan papaqdan bir ədəd selofan torbanı təqdim etmişdir. Selofan torbaya baxış keçirilən zaman içərisində yeddi ədəd selofan bağlamada narkotik vasitə heroinə bənzər kütlələrin, iki ədəd selofan bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlələrin və 1 ədəd elektron tərəzinin olması müəyyən edilmişdir. Aşkar edilmiş maddələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 1-ci bükümün çəkisinin 56 qram, 2-ci bükümün çəkisinin 114 qram, 3-cü bükümün çəkisinin 57 qram, 4-cü bükümün çəkisinin 53 qram, 5- ci bükümün çəkisinin 44 qram 6-cı bükümün çəkisinin 9 qram, 7-ci bükümün çəkisinin isə 49 qram olmuş, bundan sonra içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olan 1-ci bükümün çəkisinin 215 qram, 2-ci bükümün çəkisinin isə 17 qram olması müəyyən edilmiş, aşkar edilmiş maddələr və elektron tərəzi içərisi boş olan selofan torbaya, ondan sonra isə ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş maddələrin narkotik vasitə heroin, psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 1 gün öncə Nəsimi rayonu ərazisindən götürdüyünü, həmin yerə narkotik maddələr qoyulmasını ona sosial şəbəkədə tanış olduğu “Yavər” adlı şəxsin bildirdiyini, aşkar edilmiş maddələrin bir hissəsini ona deyiləcək yerlərə qoyması müqabilində qalan fıissəsini öz istifadəsi üçün götürməli olduğunu, bu fəaliyyətindən həyat yoldaşı daxil olmaqla heç kimin məlumatının olmamadığını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir (cild 1, iş vərəqi 38-39). Cinayət işinə əlavə olunmuş 29 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı 27 yanvar 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsini özündə əks etdirən videogörüntülərin olduğu diskə Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, bu zaman videogörüntülərin həqiqətən də ünvana baxış keçirilməsi və götürülmə aparılması zamanı çəkilməsi, bu barədə tərtib olunmuş 27 yanvar 2022-ci il tarixli protokolla uyğunluq təşkil etməsi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 89-90). İbtidai istintaq orqanının 29 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və onun yaşadığı evə baxış keçirilməsinə dair videogörüntülərin köçürüldüyü 2 ədəd disk iş üzrə mühüm əhəmiyyət kəsb edildiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 180-200). Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 1 ədəd “İpone” markalı və 1 ədəd qara ekranlı, arxası qara rəngli, “Samsunq” markalı ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan məlumatlara Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə keçirilmiş baxışa dair 29 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci ildə saat 19-50-də, xx.xx.2022-ci ildə saat 23-58-də 1 dəqiqə 31 saniyə, xx.xx.2022-ci ildə saat 01-50-də, 03-43-də, 04-22-də cəmi 2 dəqiqə, 00-05-də 48 saniyə, 09-05-də, 09-08-də 14 dəqiqə, 12-59-da 13 dəqiqə, 13-31-də 2 dəqiqə 33 saniyə, 14-57-dən 15-26 dəqiqəyədək 11 dəfə Təqsirləndirilən şəxs istifadəsində olan (077) ***-**-** GSM nömrə ilə şəxsiyyəti məlum olmayan “Yavər” adlı şəxsin +**********5327 mobil telefon nömrəsi ilə telefon danışığının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan zənglərin onun istifadəsində olan mobil telefonla «votsap» proqramı ilə iranlı “Yavər” ilə zəngləşdiyini və onunla narkotik vasitənin əldə edilməsi ilə bağlı aparılmış danışıqların olduğunu bildirmişdir. Beləlilklə də, “Samsunq” markalı ***-***-**-** nömrəli mobil nömrəyə daxil olan və çıxan telefon zəngləri istintaq əhəmiyyəti kəsb etdiyindən həmin mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilərək saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (Cild 1, iş vərəqi 93). Məhkəmə-kimyəvi ekspertizasının 28 yanvar 2022-ci il tarixli 6/5374 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan iki ədəd kağız paketdə olan; - üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 2,408 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 2,522 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd selofan bağlamada yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 47,0 qram, 50,0 qram, 50,0 qram, 50,0 qram, 110,0 qram, 40,0 qram, 7,936 qram, ümumi təmiz çəkisi 354,936 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 210,0 qram, 7,268 qram, ümumi təmiz çəkisi 217,268 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş 8 ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 3 ədəd bükümdə psixotrop maddə olan metamfetaminlər kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər səkkiz ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respubükasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 46-51). İbtidai istintaq orqanının 29 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd sellofan bağlamada 2, 408 qram heroin və yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 47,0 qram, 50,0 qram, 50,0 qram, 50,0 qram, 110,0 qram, 40,0 qram, 7,936 qram, ümumi təmiz çəkisi 354,936 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 210,0 qram, 7,268 qram, ümumi təmiz çəkisi 217,268 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra həmin narkotik vasitə heroinin ümumi qalığı 357,024 qram, psixotrop maddə metamfetaminin 219,67 qram qalığı və elektron tərəzi saxlanılması üçün Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 180-200). Ambulator məhkəmə psixiatrik ekspertizasının 19 fevral 2022-ci il tarixli 417 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsn hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunam əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. O, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 155-157). Məhkəmə narkoloji ekspertizasının 29 mart 2022-ci il tarixli 1460 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 165-166). Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən tərtib edilmiş 27 yanvar 2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 17:30 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında nömrəsiz fərdi evin yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edərkən saxlanılaraq, hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların intensiv olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla, onun Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirildiyi, onun üzərində və paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı Baş idarənin rəhbərliyinə məruzə edildiyi qeyd olunmuşdur (cild 1, iş vərəq 11). Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qərarı ilə “Əməliyyataxtarış tədbirləri”nin aparılması barədə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir (cild 1, iş vərəqi 130- 131). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik informasiya idarəsinin xx.xx.2022ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xx.xx.2019-cu ildə Abşeron rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Nərimanov rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir (cild 1, iş vərəqi 134-152). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, həmin ifadələrin müstəntiq tərəfindən yazıldığını və özünün oxumadan imzaladığını, ifadəni qismən təsdiq etdiyini, şəxsi axtarışı zamanı aşkar olunmuş narkotik vasitələrin ona məxsus olduğunu, lakin evindən aşkar olunmuş heroinin və metamfetaminin ona aidiyyəti olmadığını, polis işçilərinin təzyiqi altında etirafedici ifadələr verdiyini bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotorp maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində narkotik vasitələrin ona məxsus olduğunu, maddi durumu ağır olduğundan narkotik və psixotrop maddələri qəbul etmək və gələcəkdə onların satışını həyata keçirmək qərarına gəldiyini, bu məqsədlə iki ay öncə internetdə sosial şəbəkədə tanış olduğu “Yavər adlı şəxslə 26 yanvar 2022-ci il tarixdə axşam vaxtı özünün daim istifadə etdiyi “Samsunq” markalı (077) ***-**-** GSM nömrə ilə +**********5327 mobil telefon nömrəsinə zəng etdiyini, onunla əlaqə yaratdığını, ona özünün istifadəsi üçün narkotik vasitə istədiyini bildirmişdir. Yavər ona xeyli miqdarda narkotik vasitə heroin və psixotrop maddə göndərə biləcəyini və onları onun deyəcəyi yerdən götürüb saxlamağı, sonra onları hissə-hissə büküm halında deyəcəyi ünvanlara qoyacağını və götürəcəyi narkotik vasitədən tapşırığı icra etdikdən sonra istədiyi miqdarda narkotik vasitə qəbul edə biləcəyini təklif etmişdir. O, “Yavər”in etdiyi təklifin onun üçün sərfəli olduğunu fikirləşib onunla razılaşmış və bundan bir az keçmiş Yavərlə yenə onun mobil telefonunun votsapı ilə əlaqə saxlamışdır. Yavər ona Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsinin yaxınlığında ağacın dibində narkotik vasitələrin yolun kənarında selofan torbada gizlədildiyini, həmin yerdən torbanı götürməsini və saxlamağını bildirmişdir. O, Yavərin ona dediyi həmin yerə gedib yol kənarında ağacın dibində gizlədilmiş selofan torbanı tapıb götürmüş və onun içərisinə baxdıqda torbada çox sayda büküm halında narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi olduğunu görmüşdür. Sonra o, həmin torbanı özü ilə götürüb yaşadığı Nərimanov rayonu, Ə. Qayıbov küçəsi, 2093-də yerləşən nömrəsiz evinə gətirmiş, yataq otağında yataq dəstinin yanında dolabın içərisində papağının içərisinə qoyub gizlətmişdir. Tutulduğu gün isə həmin narkotik və psixotrop maddələrdən bir hissəsini ayırıb cibinə qoymuş, sonra polis işçiləri tərəfindən saxlanılarkən həmin narkotik vasitə üzərindən, qalan hissədə narkotik və psixotrop maddələr isə yaşadığı ünvandan aşkar edilərək götürülmüşdür. Cinayət işin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “İpone” markalı və 1 ədəd “Samsunq” markalı ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan məlumatlara Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci ildə saat 19-50-də, xx.xx.2022-ci ildə saat 23-58-də 1 dəqiqə 31 saniyə, xx.xx.2022-ci ildə saat 01-50-də, 03-43-də, 04-22-də cəmi 2 dəqiqə, 00-05-də 48 saniyə, 09-05-də, 09-08-də 14 dəqiqə, 12-59-da 13 dəqiqə, 13-31-də 2 dəqiqə 33 saniyə, 14-57-dən 15-26 dəqiqəyədək 11 dəfə Təqsirləndirilən şəxs istifadəsində olan (077) ***-**-** GSM nömrə ilə şəxsiyyəti məlum olmayan “Yavər” adlı şəxsin +**********5327 mobil telefon nömrəsi ilə telefon danışıqları aparılmışdır. Həmçinin məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxsin həyat yoldaşı Esmira Şükürova və bacısı Qızqayıt Həsənova əlavə şahid qismində dindirilərsələr də, onlar ifadələrində iş üzrə əhəmiyyət kəsb edən və təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin törədilməsində iştirakını təkzib edə biləcək hər hansı halın mövcudluğunu bildirməmişlər. Eyni zamanda, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 307-83-00 nömrəli, həyat yoldaşı Esmira Şükürovanın istifadəsində olmuş 055 818-92-77 nömrəli mobil telefonlarla aparılmış danışıqlara dair anten və digər məlumatlar götürülsə də, həmin məlumatlarda da iş üzrə əhəmiyyət kəsb edəcək sübut müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında gətirdiyi dəlilləri, həmçinin müdafiə tərəfinin vəsatətində göstərdiyi halları Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Göstərilən səbəblərdən məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağın olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə Abşeron rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu cinayətlərin residivi kimi qiymətləndirilməməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 27 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 27 yanvar 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 29 mart 2022-ci il tarixli 1460 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş iş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 357,024 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 219,67 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd «Samsunq» markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilməsi görüntülərini özündə əks etdirən cəmi 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə olunması üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Təqsirləndirilən şəxs şəxsi axtarışı və evinə baxış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan narkotik vasitə heroinin ümumi qalığı 357,024 qram, psixotrop maddə metamfetaminin 219,67 qram qalığı və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı və evinə baxış zamanı qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsunq” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar