Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1057/2023 22.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X6 və Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1988-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Şamaxı şəhəri, N.Nərimanov küçəsi, ev 110-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, 07 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 oktyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 4,218 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 07 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin (bundan sonra: RPİ-nin PB-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 4,218 qram təşkil edən, külli miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, Bakı şəhərində Qaraçuxurda bina evində arvadı Aypara ilə birgə yaşamış, dərzi işləmişdir. Hadisə vaxtı, yəni tutularkən dostu Şahid4 və dostunun tanışı Kənan adlı oğlanla birlikdə evdə olmuş və dostu Pərvinin ad gününü qeyd etmişlər. Həmin vaxt polislər evə basqın etmiş, Pərvinin tanışı Kənan qaçıb getmiş, onu və dostunu isə polislər tutaraq Suraxanı RPİ-nin 32-ci PBnə aparmışlar. Təqribi bildiyinə görə, polislər həmin gün dostu Pərvinin tanışı Kənanı aparmağa gəlmişlər. Kənanla onlarla bir məhəllədə yaşamış, sonuncunun yaşadığı ev onlardan iki bina aralıda yerləşmişdir. O, Kənanın soyadını və ata adını bilməmişdir. Kənanın idarə etdiyi maşınının nömrəsi ** TG *** olmuşdur. Pərvin isə onlarla bir binada yaşamış və hadisə günü o, rayondan gəlmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, narkotik vasitə olan marixuanadan istifadə etmsə də, başqa narkotik vasitələrdən istifadə etməmişdir. 32-ci PB-nə polislər onu döyərək 2 qram narkotiki boynuna götürməyi ondan, 0,5 qram narkotiki isə dostu Pərvinin boynuna götürməsini tələb etmişlər. O, polislər tərəfindən döyülmüş, ona işgəncə veriləcəyindən qorxub, ittihamda göstərilən miqdarda narkotiki boynuna götürmüşdür. O, tutulan gün videoçəkilişdən əvvəl təhqiqatçı onu hədələmiş və çəkiliş zamanı nə deməli olduğunu ona izah etmişdir. O da, videoçəkiliş zamanı onun dediklərini demişdir. O, polislər tərəfindən döyülərkən onun xəsarətləri olmuş, lakin qorxub heç bir orqana şikayət etməmişdir. Müvəqqəti saxlama yerinə verilərkən də, xəsarətləri barədə heç nə deməmişdir. İfadələrini isə müstəntiq özü yazıb ona təqdim etmiş, o da həmin ifadələri oxumadan imzalamışdır, Evində istintaq hərəkəti aparılmasından məlumatsız olmuşdur. O, tutulandan sonra polislərin evə getmələrini, evdə şəkillər çəkmələrini ona sonradan arvadı danışmışdır. Pərvinin barəsində cinayət işinə hazırda Suraxanı rayon Məhkəməsində baxılsa da, lakin hələlik Pərvinin tanışını hələ də tutulmamışdır. Onun axtarılıb-axtarılmamasından məlumatsızdır. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə sonuncunun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət ərzində narkotik vasitələrdən istifadə etmiş, istifadə etdiyi narkotik vasitələri Bakı şəhərində müxtəlif ərazilərdə tanımadığı şəxslərdən alıb əldə etmişdir. Həm «Hepatit C» xəstəsi olduğundan, həmçinin şəxsiyyət vəsiqəsi olmadığından narkomaniya xəstəliyindən müalicə olunmaq üçün narkoloji mərkəzə qəbul edilməmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, tutulmazdan bir neçə gün əvvəl yadında qalmayan sosial şəbəkələrdən birində özünü ona İİR vətəndaşı kimi təqdim etmiş, lakin adını, soyadını və ünvanını bilmədiyi şəxslə tanış olmuşdur. Həmin şəxslə narkotik vasitə barədə söhbət zamanı həmin şəxs onda narkotik vasitə olduğunu və istədiyi zaman pulunu onun kart hesabına göndərməklə, həmçinin o, narkotik vasitəni əvvəlcədən ona deyəcəyi yerə qoymaqla əldə edə biləcəyini bildirmişdir. 07 oktyabr 2022-ci il tarixdə səhər radələrində, qeyd etdiyi kimi hazırda yadında qalmayan sosial şəbəkədə tanış olduğu həmin şəxslə əlaqə saxlamış, həmin şəxsdən bir ədəd bükümdə narkotik vasitə olan heroin istəmiş və onunla 20 manata razılaşmışdır. Aralarında olan razılığa əsasən 20 manat pulu xatırlamadığı marketlərin birində olan terminal vasitəsilə həmin şəxsin kart hesabına göndərmişdir. Həmin kartın hesab nömrəsini yadında saxlamamış, hesab nömrəsini yazdığı kağızı sonradan yırtıb atmışdır. Bundan sonra həmin şəxs ona narkotik vasitəni iki saat ərzində Qaraçuxur qəsəbəsində yerləşən "Dəniz" restoranının yaxınlığında zibil qutusunun yanına qoyacağını demişdir. Elə həmin gün o, gedib həmin yerdən bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini götürmüş, sonra az bir hissəsini özü istifadə etmiş, qalanını isə daha sonra istifadə etmək məqsədilə əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. 07 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllə, bina 3 ünvanının qarşısında tək dayanarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələri qanunsuz olaraq saxlamaqda və üzərində daşımaqda şübhəli olduğunu bildirib onu 32-ci PB-yə dəvət etmişlər. Polis əməkdaşları ilə razılaşıb onlarla birlikdə 32-ci PB-nə getmiş, orada onun üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirmiş, o isə etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına vəkil təyin edilmişdir. Polis Bölməsində xidməti otaqlarının birində video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl vəkilinin şəxsi axtarışda iştirakını məqsədə müvafiq hesab etməməyi və vəkilinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etməməyi barədə ərizə yazıb vermişdir. Buna görə də, üzərində vəkilinin iştirakı olmadan onu polis bölməsinə dəvət etmiş polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirilmişdir. Axtarışdan əvvəl üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə təhqiqatçı ona sual verdikdə, o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində qəhvəyi rəngli, narkotik vasitə heroin olan bir ədəd sellofan bükümü və əynindəki qara rəngli gödəkcənin sol yan cibindən içərisində bir ədəd siqaret dənəsi olan bir ədəd «Keno» markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin büküm açılmış və içərisində qəhvəyi rəngli, tozşəkilli maddə olması aşkar olunmuşdur. İlkin sorğu zamanı həmin maddənin narkotik vasitə olan heroin olduğunu, özü istifadə etməsi məqsədilə Qaraçuxur qəsəbəsində İran vətəndaşından 20 manata alıb əldə etdiyini bildirmişdir. Bundan başqa, onun üzərindən heç nə aşkar olunmamış, üzərindən aşkar edilmiş heroin polis əməkdaşı tərəfindən zərfə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola və qablaşdırılmış zərfə öz imzasını etmişdir (iş vərəqə: 80-82). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 07 oktyabr 2022-ci il tarixdə Bəhruz adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin tarixdə tərəfindən bu barədə 32-ci PB-nin rəhbərliyinə raportla məruzə edilmiş, sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Məlumatda, həmçinin Bəhruzun həmin gün saat 17 radələrində Qaraçuxur qəsəbəsində, 4042/60-cı məhəllədə olacağı qeyd olunmuşdur. Odur ki, 07 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində əməliyyat qrupunun üzvü Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə ünvan 2 ünvanın qarşısında hazırda barəsində işə baxılan Təqsirləndirilən şəxs məlumatda göstərilən xarici əlamətlərinə görə tanıyıb ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşı olmaları bildirilmiş və ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib onu Suraxanı RPİnin 32-ci PB-nə aparmışlar. Təqsirləndirilən şəxs onlar tərəfindən tutulub bölməyə aparılan zaman onun şəxsiyyəti tam şəkildə müəyyənləşdirilmiş olmuşdur. Əməliyyat axtarış tədbirləri keçirilərkən onun özünün üzərində mobil telefon olmamış, digər əməkdaşda telefon olub-olmamsını dəqiq bilməmişdir. Suraxanı RPİ-nin 32-ci PB-də video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmiş, Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü və əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd «Keno» markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin sellofan büküm baş təhqiqatçı tərəfindən açılmış, içərisində qəhvəyi rəngli maddə olması aşkar olunmuşdur. lkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində onlayn qaydada İran vətəndaşından özünün istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin maddə məhkəmə ekspertizasına göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində əlavə axtarış nəticəsində başqa qanunsuz predmet aşkar edilməmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, Bəhruz onlar tərəfindən saxlanılarkən tək olmuş, onun yanında qeyrisi olmamışdırdur. O, Şahid4 adlı şəxsi tanımamışdır. Onlar Təqsirləndirilən şəxs hansısa dostunun tanışını tutmaq üçün onun evinə getməmiş, nə də onun üzərinə narkotik qoyub onun olmasını boynuna götürməsini ondan tələb etməmişlər. Bu barədə Bəhruzun dedikləri doğru deyildir. Əks təqdirdə Bəhruz məhkəməyə dediklərini video çəkiliş zamanı nə üçün deməmişdir. Tutularkən Bəhruza qarşı hər hansı formada işkəncə verilməmiş, ona təsir göstərilməmişdir. Bəhruzun evinə baxış keçirilibkeçirilməməsi, onun özünün də orada iştirak etməsi yadında qalmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsini təsdiq etdiyini bildirib ifadəsində göstərdi ki, məhkəmə baxışı zamanı dindirilmiş Şahid1la oxşar məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs Qaraçuxur qəsəbəsində saxlamış, ona qarşı heç bir müqavimət və zorakılıq göstərmədən onu 32-ci polis bölməsinə aparmışlar. Şəxs saxlanılanadək onun şəxsiyyəti müəyyənləşdirilmiş, əvvəlcə şəxs barəsində portal məlumatlarına və şəkillərinə baxılmış, onun Təqsirləndirilən şəxs olduğu bilinmişdir. Saxlanılarkən də fotoşəklinə uyğun saxlanılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman 1 selofan bükümdə heroin narkotik vasitəsinə bənzər gütlə və içərisində bir ədəd siqaret olan siqaret qutusu aşkar olunmuşdur. Bundan sonra Bəhruzun evində baxış keçirilmiş, lakin evdən heç nə aşkar olunmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid olaraq dindirilən Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid3 ifadəsində göstərdi ki, 07 oktyabr 2022-ci il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadıqları evdə olmuş, sonra Pərvinlə Kənan da onlara gəlmişdir. Pərvin qonşu və Bəhruzun dostu olsa da, o, Kənanı tanımamışdır. Yoldaşı ondan çay gətirməyi istədiyindən o, çay gətirmək üçün digər otağa keçdikdən sonra evdən möhkəm qışqırıq səsinin gəldiyini eşitmişdir. O, Bəhruzgilin olduğu otağa keçmiş, yoldaşının evin içində döyüldüyünü, onu böyrək və bel nahiyəsindən vurduqlarını görmüşdür. O, onlara mane olmaq istəyəndə onu qapıya tərəf itələmişlər. Onlaradan “Kimsiniz? Nə istəyirsiz?” deyə soruşduqda doğru-dürüst cavab verən olmamış, təkrar soruşduqda polis olduqlarını bildirmişlər. Amma onlar polis formasında deyil, mülki paltarda olmuşlar. Sonra Pərvini vurmağa başlamışlar. Polislər onların evinə ikinci dəmir qapıdan girmiş, bundan onun xəbəri olmamışdır. Şahid3 ifadəsinin davamında göstərdi ki, onların evi iki otaqlı olmuş, evində girişçıxış üçün iki qapısı olmuşdur. O, 3 nəfər polis görmüşdür. Kənan adlı oğlan qapının birindən çıxaraq qaçmış, polislərdən biri onun arxasınca qaçsa da, tuta bilməmişdir. Ondan sonra evdə qalan iki polis onun həyat yoldaşı Bəhruzu və onun dostu Pərvini evdən çıxarıb aparmaq istədikdə o, onlara yaxınlaşıb, “yoldaşımı hara aparırsınız?” deyə soruşduqda, polislər “bölməyə yaxınlaşarsınız, orda sizə məlumat verəcəyik” deyib, onları aparmışlar. Az sonra o, onların arxasınca 32-ci PB-yə getmiş, yoldaşını görmək istədiyini onlara demişdir. Lakin bu mümkün olmamış, əksinə o, təhqir olunmuş, ona “sən yaxşı bilirsən niyə burdasan, bunlar nə edib.” O, heç nə bilmədiyini desə də, ona heç bir məlumat verilmədiyindən o, gedib bölmənin həyətində oturmuşdur. Sonradan işçilərdən tanımadığı biri ona yaxınlaşıb, ona boşuna oturmamağı demiş, onsuz da onları tutacaqlarını bildirmiş, çıxıb getməyi tövsiyyə etmişdir. Həmin şəxsdən Bəhruzgilin tutulmalarının səbəbini soruşmuş, lakin sonuncu tərəfindən təhqir olunmuş və heç bir cavab verilməmişdir. Həmin şəxs özünün kim olduğunu ona təqdim etməmişdir. Bundan sonra o, sakitcə çıxıb evinə getmişdir. Sonra yemək hazırlayıb yoldaşına aparmış, bu barədə polisə məlumat vermiş, yeməyi yoldaşına çatdırmaq və onunla görüşmək istədiyini bildirmişdir. yoldaşı ona göstərilməmişdir. Yeməkləri ondan alıb orada olduqlarını demiş, narahat olmamağı tapşırmış və özlərinin çatdıracaqlarını bildirmişlər. Amma sonradan yoldaşının orada olmadığını və yeməyin ona çatdırılmadığını öyrənmişdir. Daha sonra Şahid3 ifadəsinin davamında göstərdi ki, bundan bir gün sonra özünü əməliyyatçı kimi təqdim edən Ayaz müəllim adlı biri onlara gəlmiş, evə baxışa gəldiyini demişdir. Sonra evin şəkillərini çəkmiş, ona vərəqlər uzadıb “mən necə deyirəm, bunları elə də yaz və imzala” demiş, o da Ayaz müəllim nə demişdirsə, o, onu da yazmış, imza və xətt onun özünə məxsus olmuşdur. Stresli anda yazdığı üçün dəqiqliyi ilə nə yazdığı yadında qalmamışdır. Ayaz müəllim orada 4 qramla bağlı nəsə demişdir. O, inanmayıb etiraz etdikdə onu təhqir etmiş, “mən sənin yerində olsam, o uşağı aldıraram, narkamona görə uşaq dünyaya gətirməyə dəyməz” demişdir. O, Ayaz müəllimin danışıqlarına etiraz edib “o sizlik bir şey deyil” cavab vermişdir. Sonra Ayaz müəllim ona “buradan Kənan adlı şəxs qaçıb”. O, Kənan adlı şəxsi tanımadığını dedikdə, Ayaz müəllim “sən narahat olma, bizə əsas o lazımdır, onu da tutacağıq” demişdir. O, Ayaz müəllimə onu təhqir etdiyi üçün ondan şikayət edəcəyini desə də, nə ərinin tutulması və nə də Ayaz müəllimin onu təhqir etməsi ilə bağlı heç bir yerə şikayət etməmişdir. Daha sonra Şahid3 ifadəsində göstərdi ki, o, beş il əvvəl Bəhruzla ailə qurmuş, Bəhruz tutularkən o, hamilə olmuş, lakin qismət olmamışdır. Yoldaşının narkotik istifadəçiliyi ilə bağlı məhkum olunduğunu bilsə də, narkotik vasitə istifadə etməsini görməmişdir. Bəhruz təxminən günorta azanına yaxın tutulmuş, 3-4 gün sonra isə buraxılmışdır. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid olaraq dindirilən Şahid4 ifadəsində göstərdi ki, o, Bəhruzu son 4 ildə tanımışdır. Hadisə günü günorta saat 12-13 radələrində o, Kənan və Bəhruz sonuncunun evində oturduqları vaxt qapı açılmış və polislər evə gəlmişlər. İlk olaraq iki nəfər polis əməkdaşı daxil olmuş, sonra daha bir nəfər polis də gəlmişdir. Kənan digər qapıdan qaçmış, amma Bəhruzla onu tutmuşlar. Üstlərini axtarmış, lakin üstlərindən heç nə tapmamış, onları bölməyə aparmışlar. Bölmədə ona və Bəhruza zor tətbiq olunmuş, onları döymüşlər. Onları evdən aparan polislər döymüş, o, onlardan Cəfərov Toğrulu və Eldənizi tanımışdır. Onlar bölmənin özündə prosesə qoşulmuş, evə gəlməmişlər. Ona 80 qram narkotik vasitə verilmiş, boynuna götürməsi tələb olunmuş, amma o, götürməmişdir. Sonda ona “80 qram götürməsən də, ən azından yarım qram götürməlisən, başqa variantın yoxdur” kimi bir təklif irəli sürülmüşdür. Bəhruzun da boynuna məcburi 70 qram qoymaq istəsələr də, yekunda 4 qram qoyulmuş, əks təqdirdə evə baxışa gedecəklərini, narkotik vasitəni onun evindən çıxaracaqlarını bildirmişlər. Şahid4 ifadəsinin davamında göstərdi ki, o, Bəhruzla birlikdə hər hansı narkotik vasitədən istifadə etməmiş, amma Bəhruzun narkotik vasitədən istifadə etməsindən xəbərdardır. O, özü də əvvəllər istifadə etsə də, sonra müalicə almış və tərgitmişdir. Bəhruz özü də Suraxanı rayonunda müalicədə olmuşdur. Amma həmin dövrə, yəni tutulana qədər birlikdə hər hansı bir narkotik vasitə istifadə etməmişlər. O, bu vaxta qədər hər hansı bir məsuliyyətə cəlb olunmamışdır. Onlar tutulduqdan sonra iki gün müvəqqəti saxlama yerində saxlanılmış, aldığı xəsarətlərdən pis ağrıdığı üçün müvəqqəti saxlama yerinə həkim gəlmiş, orada onların bədən xəsarətlərini qeydə almışdır. İki gündən sonra prokuror qərar vermiş və onları çölə buraxmışlar. O, şikayət etmək istədim, amma ona iş yerində sonrasının yaxşı olmayacağı deyildiyindən şikayət edə bilməmişdir. Bundan sonra onun barəsində Suraxanı Rayon Məhkəməsində işə baxılmış və hökm çıxmış, o, heç həmin hökmdən apellyasiya şikayəti də verməmişdir. Məhkəmədə onun Bəhruzla tutulmağı və ya birlikdə aparılmaları barədə ona heç bir sual verilmədiyindən o, bu barədə heç nə deməmişdir. Baxılan iş üzrə isə o, Bəhruzun xahişinə görə ifadə vermək üçün gəlmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə götürmə aparılması haqqında» 07 oktyabr 2022-ci il tarixli prokoldan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılmaqla Suraxanı RPİnin 32-ci PB-nə aparmış Təqsirləndirilən şəxs üzərində Suraxanı RPİ-nin 32-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Ayaz Meydanov tərəfindən tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan əvvəl şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı hər hansı əşya olduğu təqdirdə itəqdim etməsi təklif olunmuşdur. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü və əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd «Keno» markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Sellofanda təqdim olunan bir ədəd büküm təhqiqatçı tərəfindən açılmış, bükümün içərisində qəhvəyi rəngli maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq həmin maddənin narkotik vasitə olan heroin olduğunu, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində onlayn qaydada İran vətəndaşından özünün istifadəsi üçün 20 manata alıb əldə etdiyini bildirmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü Təqsirləndirilən şəxs özü və prosesin digər iştirakçılarının iştirakı ilə qablaşdırılmış, zərfin üzəri DİN-ə məxsus möhürlə möhürlənmiş və bütün proses iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Keçirilmiş istintaq hərəkətinin videogörüntüləri yüklənmiş 01 ədəd CD formatlı disk tədqiq olunan həmin protokola əlavə edilmişdir (iş vərəqə: səh. 34-36). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəməyədək icraat mərhələsində iş üzrə şəxsi axtarış və götürmə götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən “CD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 08 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «şəxsi axtarış və götürmə götürmə aparılması haqqında» eyni tarixli protokolun məzmununa uyğundur və diskə baxış keçirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir (iş vərəqə: 65). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 08 oktyabr 2022-ci il tarixli, 6/5802 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...(imza) Təqsirləndirilən şəxs..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,218 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiq olunan həmin rəydən görünür ki, müəyyən olunan heroin narkotik vasitəsinin 0,100 qr. hissəsi tədqiqta sərf edilmiş, 4,118 qalıq qalmışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: səh. 52-56). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 06 dekabr 2022-ci il tarixli, 7395 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 118-119). Məhkəmə baxışı zamanı tədqiq olunan materiallarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 4,218 qram təşkil edən heroin narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,118 qram hissəsi saxlanması üçün Bakı şəhəri Suraxını RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir (iş vərəqə: səh. 123-128). Məhkəmə baxışı zamanı tədqiq olunan işdə olan sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin əldə olunma mənbəyini müəyyən etmək mümkün olmamışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən əməliyyat xidmətinə verilmiş əməliyyat tapşırıqlarına ünvanlanan müvafiq cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin əldə edilmə mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır (iş vərəqə: 100-106). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, cinayət işinin ibtidai istintaqı mərhələsində Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitənin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən ayrıca icraata material ayrılmış və araşdırma aparılması üçün Bakı şəhəri Suraxını RPİ-nin 32-ci PB-nə göndərilmişdir (iş vərəqə: səh. 123-128). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 4,218 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı hadisə günü küçədə deyil, yaşadığı evində tutulması, tutularkən dostu Şahid4 və dostunun tanışı Kənan adlı oğlanın da onların evində olması, həmin vaxt polislərin evə basqın etmələri, Pərvinin tanışı Kənanın qaçıb getməsi, onu və dostunu isə polislərin tutaraq Suraxanı RPİ-nin 32-ci PBnə aparmaları, saxlanılarkən onda heç bir növdən olan narkotik vasitə olmaması, ona qarşı irpəli sürülmüş ittihamda göstərilən narkotik vasitənin polis tərəfindən məcburi qəbul etdirilməsi, döyülməsi, ona xəsarətlər yetirməsi nəticəsində narkotik vasitəni boynuna götürməsi və etirafedici ifadələr verməsi barədə verdiyi ifadələrini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı aravşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə ilk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində öz müdafiəsi üçün heç bir dəlil gətirməmiş, əməlini səmimi etiraf etmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun polis tərəfindən fiziki zora və qeyri-insani rəftara məruz qalması, ona xəsarət yetirilməsi və s. ilə bağlı ifadələrində göstərdiyi xüsusatlar yoxlanılmış və təsdiq olunmamışdır. Qeyd olunan bu xüsusatla bağlı baxılan iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş Bakı şəhəri Suraxanı rayon prokurorluğundan sorğu əsasında məhkəməyə verilmiş 04 avqust 2023-cü il tarixli, 601-x-23 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onun işgəncələrə məruz qalması bağlı rayon prokurorluğuna müdaciət daxil olmamış və bununla bağlı araşdırma aparılmamışdır. Eyni xüsusatla bağlı məhkəmə sorğusuna əsasən Bakı şəhəri Suraxanı RPİ-nin MSY-dən məhkəməyə verilmiş 12 sentyabr 2023-cü il tarixli, 54/2-20034/23 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2023-cü il tarixdə, saat 21:45-də Suraxanı RPİ-nin MSY-nə daxil olmuş, tibbi müayinə zamanı onun üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Arayışa əlavə olunmuş «tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyatı kitabı»ndan çıxarışdan görünür ki, 467 sıralama nömrəsi ilə qeydə alınmış Təqsirləndirilən şəxs tibbi müayinəsi keçirilmiş və onun bədəni üzərində xəsarətlər müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə araşdırması ilə bağlı əldə olunan və məhkəmə baxışı zamanı tədqiq olunan baxılan iş üzrə əlavə şahid qismində dindirilən Şahid4 barəsində Suraxanı Rayon Məhkəməsi tərəfindən çıxarılmış və hazırda qanuni qüvvədə olan 06 iyun 2023-cü il tarixli məhkəmə hökmündən görünür ki, Şahid4 ifadəsində baxılan iş üzrə ifadəsində göstərdiyi kimi, Təqsirləndirilən şəxs ilə 07 oktyabr 2022-ci il tarixdə sonuncunun evində eyni vaxtda, eyni polis əməkdaşları tərəfindən deyil, 07 oktyabr 2022ci il tarixdə, saat 14:30-da Qaraçuxur qəsəbəsində eyni məhəllədə 2 saylı evin qarşısında Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkilləri X4 və X5 tərəfindən saxlanılmış və nəticədə ondan bir ədəd bükümdə 0,870 qram heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Qeyd olunan hərəkətlərinə görə Orucov X2 Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Tədqiq olunan məhkəmə hökmündə görünür ki, barəsində baxılan iş üzrə ifadə verən Şahid4 ona qarşı irəli sürülən ittiham üzrə əməlini tam etiraf etmiş, Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılması və s. barədə heç bir ifadə verməmişdir. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində, yəni Şahid4 saxlanılmasından təqribən iki saat otuz dəqiqə sanra Suraxanı RPİ-nin 32-ci PB-nin tamamilə başqa əməkdaşları - Şahid2 və Şahid1 tərəfindən Qaraçuxur qəsəbəsi, Məhəllə 4042/60-da, başqa evin qarşısında saxlanıldığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə, həmçinin şahidlər Şahid4 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdikləri dəlilləri, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunduğundan, uydurma, mötəbər olmayan dəlillər kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 24 aprel 2014cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən 18 sentyabr 2014-cü il tarixdə 04 ay 04 gün vaxtından əvvəl şərti azad edilmişdir (iş vərəqə: 104-105). Məhkəmə yuxarıda göstərilən məhkumluqla bağlı qeyd edir ki, təsnifatına görə az ağır cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə 234.1-ci maddəsilə nəzərdə tutulan cinayətin törədilməsinə görə məhkumluq, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü və 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiyanın nisbətən aşağı həddində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun məhkumluğunun ödənilməsi nəzərə alınmalı və məhkumluğu olmayan şəxs kimi ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qəbul edir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli baxılan cinayət işi üzrə məhkəmə hökmünün çıxarıldığı 22 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 oktyabr 2022-ci il tarixədək 2 (iki) gün həbsdə saxlanılmış, 09 oktyabr 2022-ci il tarixdə barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən həbsdən azad edilmişdir. Məhkəmə hazırlıq iclasının 23 mart 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə həm də belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 09 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və cəza çəkməsi üçün Təqsirləndirilən şəxs üzərində qəti müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 06 dekabr 2022-ci il tarixli, 7395 saylı rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması nəzərə alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,118 qram heroin narkotik vasitəsi məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 81,00 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 09 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli məhkəmə hökmünün çıxarıldığı 22 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,118 qram heroin narkotik vasitəsi məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 81,00 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1057/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1057/2023
22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver