Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1057/2024 04.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci il tarixində İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, İmişli rayonu, İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində Bakı şəhəri Yasamal rayon məhkəməsinin 15 iyul 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə “Cəbi” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 47 ünvanında yerləşən beş mərtəbəli binanın zirzəmisində yerləşdirdiyi polietilen torbada bir ədəd sellofana bükülü vəziyyətdə, külli miqdarda, təmiz çəkisi 98,201 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini 14 iyul 2023-cü il tarixdə həmin yerdən əldə etmiş, sonradan «Cəbi» adlı şəxsin tapşırığına əsasən onun deyəcəyi şəxsə çatdırmaq üçün açıq qəhvəyi rəngli şalvarının sol yan cibinə qoyaraq üzərində saxlamaqla daşımış, həmin gün saat 00:20 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri Yasamal rayonu A.Şərifzadə 47 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq ünvan 6 ünvanında yerləşən Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan açıq qəhvəyi rəngli şalvarının sol yan cibindən 01 ədəd selofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 98,201 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o narkotik vasitə istifadəçisi olmuşdur, evinə gedərkən Post Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon 35-ci Polis Bölməsinə aparılmış və orada olarkən sonuncudan pul istənilmişdir. Sonuncu polis əməkdaşlarına pulunun olmadığını bildirdikdən sonra onu idarədə saxlamış, polis rəisinin gəlməsini gözləmişlər. Polis rəisinin göstərişinə əsasən Xəyyam və Vüqar adlı polis əməkdaşları tərəfindən yaşadığı ünvana videoçəkiliş edilərək sərbəst buraxılmışdır. 2-3 gün sonra polis əməkdaşları tərəfindən yenidən saxlanılaraq 35-ci polis bölməsinə aparılmışdır. Polis Bölməsində olarkən ona bir İran İslam Respublikasının vətəndaşının azərbaycanlıları narkotiklə zəhərlədiyi bildirilərək həmin şəxsin tutulması üçün köməklik göstərmələrini xahiş etmişlər. Sonra polis əməkdaşları sonuncunun nömrəsindən istifadə edərək İranlı şəxslə mesajlaşmış, ondan İran vətəndaşının kuryeri kimi fəaliyyət göstərməsini və həmin İran vətəndaşının verdiyi narkotik vasitəni dediyi şəxslərə verən zaman sonuncunun tutulmasına köməklik göstərilməsini xahiş etmişlər. Polis əməkdaşlarının göstərişinə əsasən İran vətəndaşına üzərində narkotik vasitə olmasını və satılmasını istədiyini bildirmiş, sonuncu onunla razılaşaraq ona həmin narkotik vasitənin satılmasında köməklik göstərəciyini, lakin ödəniş məbləğini satıldıqdan sonra ödəyəcəyini bildirmiş, lakin narkotik vasitəni götürmək üçün özü gəlməmiş, başqa şəxsi göndərmişdir. Lakin polis əməkdaşlarının əsas hədəfi həmin İran vətəndaşını tutmaq olmuşdur. İran vətəndaşının göndərdiyi şəxs əslən Gəncəli Atəş adlı şəxs polis əməkdaşları tərəfindən saxlanılsa da sonradan azad edilmiş və Elvin yenidən polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmış, ondan İran vətəndaşının kuryeri olması tələb edilmişdir. Sonuncu “narko kuryer” kimi fəaliyyət göstərə bilmədiyi üçün polis əməkdaşlarının təklifindən qaçmışdır.Polis əməkdaşları sonuncunu onun videogörüntülərini sosial şəbəkələrdə yayaraq biabır etməklə təhdid etmişdir. Həmçinin polis əməkdaşları sonuncunu evindən narkotik vasitə çıxaracaqlarını və ailəsini də həbsə göndərcəklərini bildirməklə hədələmişlər. Polis əməkdaşları sonuncuya həm öz nömrəsi, həm də İran nömrəsi ilə zəng etmişlər. 13 iyul 2023-cü il tarixdə isə yerini göndərdikləri məkandan narkotik vasitəni götürüb polis bölməsinə gətirməyi tapşırmışlar. Sonuncu həmin əraziyə gəlmiş, lakin hər hansı bir narkotik vasitənin olmamasını müşahidə etmişdir. Daha sonra həmin yerdə 5 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, narkotik vasitəni öz üzərinə götürmədiyi təqdirdə ailəsinin də həbs ediləcəyi bildirilmişdir. Sonuncu polis əməkdaşları tərəfindən həm fiziki, həm də psixoloji təzyiqə məruz qalmışdır. Polis əməkdaşları ona soyüş söydürmüş və həmin hadisəni videoləntə alıb sonuncunu şantaj etmişlər. Polis əməkdaşları tərəfindən döyülsə də üzərində xəsarətlər olmamışdır. Döyülməsi səbəbindən barəsində videoçəkiliş vasitəsilə qeydə alınan şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən polis əməkdaşlarının söylədiklərini təkrarlamışdır. Mobil telefonunda İran vətəndaşı ilə danışıqların olmasını bildirmişdir. Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılsa da narkotik vasitə götürməsi ilə bağlı göstəriş verən polis əməkdaşları Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olan əməliyyat məlumatı əsasında 2023-cü ilin iyul ayında təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində piyada hərəkətdə olarkən tərəflərindən saxlanılmışdır. Daxil olan əməliyyat məlumatının məzmunu narkotik vasitələrinin satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində olarkən təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü olaraq təqdim etmiş və onu 3 gün əvvəl İran vətəndaşı olan Cəbi adlı şəxsdən əldə etdiyini bildirmişdir. Narkotik vasitələrinin satış faktının təsdiq edilib-edilməməsi ilə bağlı onda məlumat olmamışdır. Təqsirləndirilən şəxsin mənzilinə baxış keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasına dair ona daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, qrup yaradıldıqdan sonra Yasamal rayonu, Şərifzadə küçəsində saat gecə 12-1 radələrində təqsirləndirilən şəxs saxlanılaraq 28-ci Polis Bölməsinə gətirilmişdir. Polis Bölməsində olarkən təqsirləndirilən şəxsin üzərinə keçirilmiş baxış nəticəsində narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşı Cəbi adlı şəxsdən əldə etdiyini bildirmişdir. Hadisədən əvvəl təqsirləndirilən şəxsi tanımamışdır və onu tutduqdan sonra bir dəfə də üzləşmə zamanı görmüşdür. 28-ci Polis Bölməsində hər yerdə kameralar vardır, təqsirləndirilən şəxsə hər hansı bir fiziki və psixi təzyiq olunması mümkün deyildir. Məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 14 iyul 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 14 iyul 2023-cü il tarixdə, saat 00:20 dəqiqədə ünvan 8 ünvanının yaxınlığında, piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Bakı şəhəriYasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqə 10). 14 iyul 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdiən bir ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü çıxardaraq narkotik vasitə heroin olduğunu bildirib, bükümü təhqiqat orqanlarına təhvil vermişdir. Həmin 01 ədəd bükümdə narkotik vasitə olan heroini o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində 1 aya yaxındır ki, tanıdığı X2 vətəndaşı “Cəbi” adlı şəxsin vasitəsi ilə aldığını, həmin narkotik vasitəni onun deyəcəyi yerlərə qoyaraq pul əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş büküm qablaşdırılılaraq möhürlənmişdir (Cild 1, iş vərəqə 33-36 ). 14 iyul 2023-ci il tarixli məhkəmə-kimyəvi ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 7” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” və s. Yazılar, imzalar olan kağız paketdək 01 ədəd bükümdə təmiz çəkisi 98,201 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 98,101 qram təşkil etmişdir (Cild 1, iş vərəqə: 42-46). 25 iyul 2023-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 98,201 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 98,101 qram narkotik vasitə heroin saxlanması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilməsi nəzərdə tutulmuşdur (Cild 1, iş vərəqə: 97-98). 26 sentyabr 2023-cü il tarixli “məlumat daşıyıcısı olan DVD diksə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İran İslam Respublikasının mobil operatoruna məxsus **********97 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil telefon nömrəsinə “At” məzmunlu sms göndərmişdir. Məhkəmənin öz təşəbbüsü ilə əldə edilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təridxanası tərəfindən 29 fevral 2023-cü il tarixli məktubla müaşiyət edilərək göndərilən tibbi müayinə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən bədən səthində yeni xəsarətlər aşkar edilməmişdir. 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qalması barədə izahatı əsasında aparılmış araşdırma üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərar qəbul edilərkən tərəfindən tutulduğu polis əməkdaşları Şahid1 və Şahid2 sonuncu barəsində hər hansı fiziki və psixi təzyiqə yol verməmələri barədə izahatları, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında tərtib olunmuş tibbi müayinə sənədlərində heç bir xəsarət almaması barədə 06 oktyabr 2023-cü il tarixli məhkəmə tibbi ekspertiza rəyi əsas götürülmüşdür (Cild 1, iş vərəqə, 151-153). 2 noyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1 və Şahid2 arasında üzləşdirmə protokollarından görünür ki, şahidlər Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olduğunu, onun üzərindən külli miqdarda narkotik vasitə heroin çıxdığını üzünə qarşı bildirmişlər (Cild 1, iş vərəqə, 171-178). 02 noyabr 2023-cü il tarixli məhkəmə-psixiatrik ekspertizasının rəyində görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, qərarda göstərilən cinayət əməli törətdiyi zaman o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, iş vərəqə: 190-192). 12 oktyabr 2023-cü il tarixli məhkəmə kompüter-texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Samsung Galaxy АЗО” markalı arxa markalanma göstəricisinə görə “SM-A305FN/DS” modelli “3546xx/xx/275141/8, 3546xx/xx/275141/6” “ımeı” kodlu mobilsmartfon hal hazırda işlək vəziyyətdə olmayıb, tədqiqatın aparılması üçün təyinatı üzrə istifadəyə yararlı deyildir. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy АЗО” markalı arxa markalanma göstəricisinə görə “SM-A305FN/DS” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “WhatsApp” proqram təminatı, sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olub-olmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır( cild 1 , iş vərəqi 186-187). 24 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Şöbəsindən tərəfindən göndərilmiş məktubla müşaiyət olunan CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özünü video görüntüyə alaraq “Cəbi” adlı şəxslə narkotik alveri ilə məşğul olacağını, onu aldatdığı təqdirdə Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Azərbaycan Əsgərlərinin məzarlarını söydüyünü və həmin şəxsi aldatmayacağını bildirərək görüntünü sonlandırmışdır ( cild 1, iş vərəqi 154-155). 2 noyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs “Cəbi” adlı İran vətəndaşına atdığı video görüntünü əks etdirən 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini əks etdirən 01 ədəd DVD disk sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd mobil telefon sübut əhəmiyyət kəsb etməsə də Bakı şəhəri Yasamal rayon polis idarəsinin saxlanc yerinə təhvil verilməsi nəzərdə tutulmuşdur.( cild 1, iş vərəqi 204). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması, üzərindən aşkar edilən narkotik vasitənin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən üzərindən aşkar edilən narkotik vasitənin ona məxsus olmasını, qeyd edilən narkotik vasitəni pul müqabilində Yasamal rayon ərazisindən götürərək ona deyiləcək yerlərə qoyulmasını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs döyülməsi səbəbindən qeyd edilən məzmunda ifadə verməsi barəsində dəlilləri sonuncunun bədən səthində xəsarət izlərinin aşkar edilməməsi barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penistensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından əldə edilmiş tibbi müayinə sənədləri, habelə 19 oktyabr 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərar ilə təkzib edilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin nəticələrini özündə əks etdirən protokolun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhə altına almaq üçün əsasların olmamasını, İran İslam Respublikasının vətəndaşı ilə telefon danışıqlarını, sonuncuya video faylı göndərməsi barədə CD diskdə öz əksini tapmış məlumatları iş üzrə mövcud olan digər hallarla birgə qiymətləndirməklə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmaqla ağır cinayət hesab olunur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022 təvəllüdlü bir az yaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 127.2.1, 127.2.3, 221.2.1, 221.2.2, 221.3 maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3- cü maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2-ci maddələri Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən çıxarılmış, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə 06 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur (Cild 1, iş vərəqə 103-104). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş sayılır. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.Göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət məhkumluğun ödənildiyi dövrdə törədilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağının olması kimi yüngülləşdirici halların olmasını, cəzasını ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddinin aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 24), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 14 iyul 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 89-92). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 iyul 2023-cü il tarixdən hesablanmalıdır. 02 noyabr 2023-cü il tarixli məhkəmə narkoloji ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs Yüngibar oğlunda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, iş vərəqə 188-189). Məhkəmə qeyd edilən məhkəmə narkoloji ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 98,101 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən bir ədəd “DVD” disk və Təqsirləndirilən şəxs “Cəbi” ləqəbli İran vətəndaşına atdığı video görüntünü əks etdirən bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı, şəxsi axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilərkən üzərindən aşkar edilərək götürülən bir ədəd mobil telefon onun ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 110 (yüz on) manat məbləğində məhkəmə-kimyəvi və 80 (səksən) manat məbləğində məhkəməkompyuter-texniki ekspertiza xərcləri tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 43, 185). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Femida” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində, pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 98,101 qram təşkil edən heroin məhv edilsin; -Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs “Cəbi” ləqəbli İran vətəndaşına atdığı video görüntünü əks etdirən bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın; -Şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd mobil telefon onun ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 190 (yüz doxsan) manat məbləğində məhkəmə-kimyəvi və məhkəmə-kompyuter-texniki ekspertiza xərcləri tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Femida” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1057/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1057/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver