Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1058/2021 22.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, 29 avqust 2003-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunamış, Abşeron rayonu, Saray qəsəbəsi, X19 küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs, 22 yanvar 2021-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında birlikdə spirtli içki qəbul edərkən, sonuncunun onu həmin gün 27 manat məbləğində pulunu oğurlamaqda günahlandıraraq ünvanına nalayiq ifadələr işlətdiyi üçün aralarında yaranmış sözlü mübahisədən sonra o, evi tərk edərək, qonşuluqda yaşayan özünə yaxın hesab etdiyi Şahid4 yanına gedib, Zərərçəkmiş şəxs onu oğurluqda ittiham edərək şərlədiyini bildirmiş, bu zaman Şahid4 onun mobil telefonunu götürüb “whatsapp” tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs irad xarakterli səsli mesaj göndərib, ona Zərərçəkmiş şəxs dedikləri barəsində atasına məlumat verəcəyini deyib evə getməsini məsləhət bilsə də o, oğurluqda ittiham edildiyi və ünvanına nalayiq sözlər işlətdiyi üçün Zərərçəkmiş şəxs öldürüb ondan qisas almaq qərarına gələrək bu niyyətlə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində sonuncunun yaşadığı evə qayıtdıqda, onu görüb “get pulu gətir” deməsindən sonra Zərərçəkmiş şəxs öldürmək niyyətini qətiləşdirib, yaxınlaşaraq sağ əlilə Zərərçəkmiş şəxs çənəsindən bir dəfə yumruq zərbəsi vurub, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən üst dodağın selikli qişasının əzilmiş yarası kimi xəsarət yetirmiş, bu zaman zərbənin təsirindən Zərərçəkmiş şəxs arxası üstə divanın üzərinə yıxılandan sonra o, sonuncunun üzərinə yıxılaraq sağ əlilə boğazından yapışıb boğmağa çalışsa da, Zərərçəkmiş şəxs müqavimət göstərərək, onun əlindən çıxıb ağzı üstə yerə yıxılmasından istifadə edərək, arxasına keçib, müqavimət göstərməməsi üçün sağ ayağı ilə kürəyindən sıxıb, sağ qolunu isə boğazına dolayıb boğmağa başlamış, lakin bu yolla onu boğaraq öldürə bilməyəcəyini görüb, divanın üzərində olan özünə məxsus göy rəngli idman gödəkcəsini götürərək, cəld bir hərəkətlə Zərərçəkmiş şəxs boynuna dolayıb, arxadan sıxaraq boğmağa başlamış, həmin vaxt Zərərçəkmiş şəxs “İska burax, İska burax” deməsinə məhəl qoymayıb hərəkətini davam etdirərək, Zərərçəkmiş şəxs boyun üzvlərinin sıxılması nəticəsində baş vermiş mexaniki asfıksiya nəticəsində ölümünə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid boyun nahiyəsinin sıyrıqları, qançırları və stranqulyasiya şırımları ilə müşayiət edilən boynun örtüyünün iç səthinə, qalxanvari vəz ətrafı, traxeya ətrafı və dilaltı sümük ətrafı yumşaq toxumalarına qansızmalar, dilaltı sümüyün travmatik sınığı kimi xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs qisas almaq məqsədilə boğaraq öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, 2003-cü ildə anadan olmuş, atası Qanuni nümayəndə, anası Şahid5, bacısı Şahid6 və nənəsi Komuna Əliyeva ilə birlikdə Saray qəsəbəsində yaşamışdır. O, 22 yanvar 2021-ci il tarixdə ünvan 3 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aralarında yaranmış münaqişə zəminində boğaraq qətlə yetirmişdir. Təxminən üç il əvvəl Tofiqin 2007-ci il təvəllüdlü Tamerlan adlı oğlu ilə dost kimi münasibət yaratmağa başlamış, belə ki, tez-tez Tamerlangilə getmiş və Tamerlanla Playstation və virtual oyunlar oynayaraq vaxtını keçirmişdir. Tamerlanın anası ilə atası Tofiq uzun müddətdir ki, ayrılmış, Tamerlan anasını tanımamışdır. Tamerlan məhkəmə prosesində özü atası Tofiq ilə qalmaq istədiyini deməsini ona bildirmiş, bu səbəbdən də Tamerlan atası Tofiq ilə birlikdə yaşamışdır. Tamerlan təxminən 7-8 ay əvvəl atasından ayrılaraq anasının yaşadığı Yardımlı rayonuna getmiş, mərhum Tofiqin dediyinə görə Tamerlan, Tofiqi əsəbləşdirdiyi üçün Tamerlanı evdən çıxarmışdır. Bundan sonra Tamerlanla tez-tez mobil telefon əlaqəsi saxlamış, atası Tofiqə baş çəkməyini istəmiş, Tamerlanla olan münasibətinə görə tez-tez, bir-iki gündən bir Tofiqin yanına getmiş, Tofiqə yemək bişirmiş və birlikdə spirtli içki qəbul etmişlər. Spirtli içki qəbul edərkən Tofiq öz ailəsindən, qardaşlarından şikayətlənmiş, Tofiqin qardaşlarının Bakı şəhəri, Nizami küçəsində (Tarqovi) obyektləri olmuş və həmin obyektləri icarəyə verərək pul qazanmışlar. Tofiqin qardaşları qazandıqları pulun bir hissəsini Tofiqə vermiş, sonuncu da bu pulları öz ehtiyacları üçün xərcləmişdir. Tofiq həmin evdə tək yaşasa da Saray qəsəbəsində yaşayan Günel adlı qadınla qeyri-rəsmi münasibət saxlamışdır. Onun Tofiqin yanına getməyindən ailəsinin xəbəri olmamış, ailəsinin Tofiqin yanına getdiyini bilməsini istəməmiş, hər dəfə Tofiqin yanına gedəndə ailə üzvlərini dostlarının yanına gedirəm deyərək aldatmışdır. Çünki ailə üzvlərinin Tofiqdən xoşu gəlməmiş, lakin Tamerlanın xətrinə tez-tez Tofiqə baş çəkmişdir. Tofiq qardaşlarının göndərdiyi pulun əksər hissəsini spirtli içkiyə vermiş, Tofiqin yanına getməkdə məqsədi həm Tofiqlə yeyib-içmək, həm də vəziyyəti barədə Tamerlana məlumat vermək olmuşdur. 22 yanvar 2021-ci il tarixdə səhər saatlarında Tamerlan Whatsapp proqramı vasitəsi ilə mesaj yazaraq atasına baş çəkməyini xahiş etmiş, həmin mesajı yuxudan duranda yəni saat 13 radələrində oxumuş, saat 15 radələrində Tofiqin yaşadığı evə getmişdir. Oraya gedən zaman Tofiqin mətbəxdə araq içdiyini və ciyər qovurması yediyini görmüş, Tofiqlə birgə mətbəxdə spirtli içki qəbul etməyə başlamışdır. Mətbəxdə təxminən 15-20 dəqiqə oturduqdan sonra qonaq otağına keçib orada da spirtli içki içməyə davam etmişlər. Onlar birlikdə təxminən 750 qram spirtli içki içmiş, araqlar iki ədəd 500 ml-lik şüşə qabda olmuş, birinci şüşə qabı boşaldılmış, ikinci şüşə qabın isə təxminən yarısınacan içmişlər. Onlar qonaq otağına keçdikdən təxminən 30 dəqiqə sonra Tofiq birdən yataq otağına keçmiş, geri qayıtdıqda ona “sən mənim 27 manatımı oğurlamısan get pulumu gətir” demişdir. O da bundan sonra evdən çıxaraq qonşusu Natiqin yanına gedərək sonuncuya bu barədə məlumat vermiş, çünki Natiq ona əvvəllər “mən sənin əminəm nə problemin olsa mənə deyərsən” sözlərini demişdir. Bu səbəbdən də Natiqin yanında gedərək Tofiq ilə aralarında olan problemi həll etməsini istəmiş, onlar Natiqgilin evinin qapısının yanında küçədə söhbət etmişlər. O, Natiqə olanlar barədə məlumat vermiş, Tofiqin ona “mənim 27 manatımı oğurlamısan” deyərək şər atdığını ona demişdir. Natiq onun mobil telefonunu alaraq Whatsapp vasitəsi ilə Tofiqə :”Taxtabaş uşaqdan nə istəyirsən, sübutun var uşağın sənin pulunu oğurlaması ilə bağlı sübutun varmı?” məzmunlu səs atmış, daha sonra Tofiq də səs yollamış, lakin Tofiqin atdığı səs yadında qalmamışdır. Bu səsə cavab olaraq Natiq yenidən eyni məzmunlu səs atmış, Natiqlə söhbət etdikdən sonra Natiqə yenidən Tofiqin yanına gedəcəyini bildirmiş, lakin Natiq onun bu sözlərinə heç bir fikir bildirməmişdir. O, yenidən Tofiqin yanına getmiş, ikinci dəfə Tofiqin yanına getdikdə saat 16 radələri olmuşdur. Həmin vaxtı Tofiq qonaq otağında divanın üstündə uzanmış, Tofiq onu görən kimi onun və Natiqi ünvanına ağır söyüşlər söymüş, ona “get pulumu gətir” sözlərini demişdir. O da Tofiqə onların ünvanına söyüş söydüyü üçün öz sərt iradlarını bildirmişdir. Onun bu iradlarından sonra Tofiq bərk əsəbiləşib onu itələyərək mətbəxə doğru getmək istəmiş və ona “bu dəqiqə gedib bıçaq götürüb səni deşik-deşik edəcəyəm” sözlərini demişdir. Bundan sonra o, qorxaraq Tofiqin qarşısını kəsmiş və onun mətbəxə getməsinə imkan verməmişdir. O, otaqda olan araq butulkasını görərək Tofiqin onunla ona xəsarət yetirəcəyindən qorxub sağ əlilə Tofiqin çənəsindən yumruqla vurmuşdur. Tofiq bu zərbənin təsirindən və sərxoş olduğundan qonaq otağında olan divanın üstünə arxası üstə yıxılmış, Tofiqin üstünə gedən zaman Tofiq, sağ əlilə onun boğazından tutaraq onu boğmağa çalışmışdır. Tofiqin bu hərəkətinə qarşılıq olaraq o da sağ əlilə Tofiqin boğazından tutaraq Tofiqi boğmağa başlamış, Tofiqin üzərində olduğu üçün Tofiqə münasibətdə daha yaxşı vəziyyətdə olmuşdur. Tofiq oradan qalxmaq üçün hərəkət edərkən ağzı üstə yerə yıxılmış və başı divana söykənmiş vəziyyətdə qalmışdır. O, yenidən Tofiqin arxasına keçərək arxadan sağ qolu ilə onu boğmağa başlamış, qolu ilə Tofiqi zərərsizləşdirə bilmədiyini başa düşüb sol tərəfində divanın üzərində olan özünə məxsus göy rəngli idman gödəkcəsini götürüb gödəkcəni cəld bir hərəkətlə Tofiqin boynuna dolayıb yenidən Tofiqi boğmağa başlamışdır. Həmin vaxt sağ ayağını Tofiqin kürəyinə söykəmiş, Tofiq onun bu hərəkətlərinə görə çabalamış və ona “İska burax, İska burax” sözlərini demişdir. Lakin o, Tofiqin sözlərinə əhəmiyyət verməmiş, təxminən 2-3 dəqiqə sonra Tofiq divanın qarşısında hərəkətsiz vəziyyətdə qalmışdır. Bir müddətdən sonra Tofiqin qulaqlarının göyərdiyini görmüş və artıq onun öldüyünü başa düşmüşdür. Bundan sonra o, hadisə barədə Natiqə məlumat vermək məqsədi ilə mobil telefonundan Whatsapp vasitəsi ilə onun mobil telefon nömrəsinə zəng etmiş, bir neçə dəfə Tofiq telefona cavab verməmişdir. Onun zəngindən bir neçə dəqiqə sonra Natiq Whatsapp vasitəsi ilə ona zəng etmiş, o da zəngə cavab verərək “Natiq əmi, Tofiqi boğdum, deyəsən öldü” sözlərini demiş, Natiqdə cavabında “Sən məni poxa saldın” sözlərini bildirmişdir. Natiqdən polisə təslim olmaq istədiyini və haraya getmək lazım olduğunu soruşmuş, sonuncu ona Xırdalan şəhərinə gedərək Polis İdarəsinə gedib təslim olmağını məsləhət görmüşdür. Daha sonra evdən çıxmış və qapıları bağlayaraq açarı cibinə qoymuş, Natiqgil yaşayan evə getmiş, sonuncunu çağırmış, həmin vaxt Natiqgilin həyətində usta işləyən 50 yaşlı bir kişi Natiqin evdə olduğunu və ancaq əsəbi olduğunu bildirmişdir. Həmin ustaya Tofiqi öldürdüyünü demiş, sonuncu həm Tofiqin mobil telefonunu həm də öz mobil telefonunu sındırmağı məsləhət görmüş, o da yenidən Tofiqin evinə qayıtmış, sonuncunun meyiti olan qonaq otağındakı “Samsung” markalı qara rəngli mobil telefonu döşəməyə çırparaq sındırmışdır. Daha sonra oradan çıxaraq qapıları açarla bağlayıb, açarları cibinə qoymuşdur. O, küçədə olarkən mobil telefonundan ***-***-**-** saylı mobil nömrəsini çıxararaq nömrəni sındırıb küçəyə atmışdır. Bundan başqa hadisə ilə bağlı heç kimə məlumat verməmiş, Saray qəsəbəsində 523 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusa minib Abşeron rayon Polis İdarəsinin yaxınlığında avtobusdan düşmüşdür. O, polis idarəsinə girməmişdən qabaq özünə məxsus “Samsung A20S” markalı mobil telefonun yaddaşında olan məlumatları silərək sındırmışdır. Hadisədən sonra Abşeron RPİ-nin növbətçi hissəsinə gedərək törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Yetkinlik yaşına çatmamasının, əməlindən səmimi peşman olmasının, əməlini könüllü olaraq etiraf etməsinin nəzərə alınaraq, ona mümkün qədər aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, 22 yanvar 2021-ci il tarixdə ünvan 4 ünvanında boğularaq qətlə yetirilən 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Tofiq 2006-cı ildə uzaq qohumları Şahid1 ilə ailə həyatı qurmuş, bu nikahdan onların onların 2007-ci il təvəllüdlü Tamerlan adlı bir uşaqları olmuşdur. 2016-cı ildə Nailə ilə Tofiq müəyyən səbəblərə görə ayrılmış, bu tarixdən sonra Tofiq, Saray qəsəbəsində hadisənin baş verdiyi evdə, Nailə isə Yardımlı rayonunun Çayüzü kəndində yaşamışdır. Həmin ərəfədə Tamerlan atası ilə birlikdə Saray qəsəbəsində yaşamış, lakin Nailə ilə Tofiq rəsmi qaydada boşanmamış, bu müddət ərzində həm Nailə Saray qəsəbəsinə gəlmiş, həm də Tofiq Tamerlanla birlikdə Yardımlı rayonuna getmişlər. Qardaşı Tofiq heç bir işlə məşğul olmamış, atalarından qalma Binəqədi rayonu ərazisində yerləşən qeyri-yaşayış obyekti olmuş, həmin obyekt icarəyə verilmiş və icarə haqqından hər ay təxminən 3000 manat Tofiqə göndərilmişdir. Tofiq də bu pulu öz ehtiyacları üçün istifadə etmiş, Tofiq göndərilən o pulları çox az müddət ərzində xərcləmişdir. Tofiq spirtli içkilərdən istifadə etmiş, o da Tofiqə tez-tez baş çəkərək Tofiqin halı ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs hadisədən təxminən 3-4 ay əvvəl Tofiqin evində təmir işləri gedəndə tanımışdır. Həmin vaxtı İsmayıl fəhlə tapmaqda onlara köməklik etmiş, o da bunun qarşılığında İsmayıla 20-30 manat pul vermişdir. X14 arasında olan münasibətdən xəbəri olmamışdır. Hadisə ilə bağlı 23 yanvar 2021-ci il tarixdə saat 11 radələrində qaynının arvadı İradə Əsədova ona zəng edərək Tofiqin bir gün əvvəl İsmayıl tərəfindən boğularaq qətlə yetirildiyini internetdən oxuduğunu bildirmişdir. Bundan sonra Abşeron rayon prokurorluğuna oradan da Yasamal rayon meyitxanasına getmiş, qardaşının meyitini təhvil alaraq qardaşını Novxanı qəbiristanlığında dəfn etmişlər. Qardaşı Tofiq heç kimə ziyan vurmayan, sakit təbiətli, hər kəsə köməklik etməyə çalışan birisi olmuşdur. Zərərçəkmiş şəxs spirtli içki alüdəçisi olmuş, bu səbəbdən də hadisədən 3-4 ay əvvəl Respublika Narkoloji Mərkəzində müalicə almış, qardaşı Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında olan münasibət barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin qanuni nümayəndəsi və şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, 22 yanvar 2021-ci il tarixdə ünvan 5 ünvanında yaşamış 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs boğaraq qətlə yetirmiş 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs onun doğma oğludur. 2001-ci ildə Şahid5 ilə ailə həyatı qurmuş və bu nikahdan 2002-ci il təvəllüdlü qızı Aytac və 2003-cü il təvəllüdlü oğlu İsmayıl dünyaya gəlmişlər. O, sürücülük edərək ailəsinin dolanışığını təmin edir, arvadı Könül isə evdar qadındır. Qızı Aytac Bakı Mühəndislər Universitetinin ikinci kurs tələbəsi olmuş, oğlu İsmayıl 2020-ci ildə Saray qəsəbəsi, 1 saylı tam orta məktəbin 11-ci sinfini bitirmiş, ali məktəbə qəbul imtahanında az bal yığdığı üçün ödənişli əsaslarla universitetə qəbul olduğundan ali təhsil ala bilməmiş, oğlu heç bir işlə məşğul olmamışdır. Mərhum Zərərçəkmiş şəxsla heç bir münasibəti olmamış, Tofiqi cəmi bir neçə dəfə görmüş, təxminən hadisədən bir ay əvvəl İsmayıl evə gec gəldiyindən İsmayılı Tofiqgilin evində tapmış, X2 ilə oyun oynamışlar. Elə həmin vaxtı Tofiq sərxoş vəziyyətdə evdən çıxmış, Tofiqi sərxoş gördükdən sonra oğlu İsmayıla bir şillə vuraraq bir daha Tofiqin evinə gəlməməsini tapşırmışdır. Bundan sonra İsmayıl bir müddət Tofiqin evinə getməmiş, bir müddətdən sonra İsmayılın Tofiqin evinə getməsindən xəbəri olmamışdır. 22 yanvar 2021-ci il tarixdə saat 18 radələrində arvadı zəng edərək günortadan İsmayıla zəng çatmadığını bildirmişdir. Həmin vaxt “Əsləm” marketdə olmuş, oradan çıxıb evə gəlmiş və həmin küçədə yaşayan bir neçə qonşularla İsmayılı axtarmağa başlamışdır. Onlar gəzə-gəzə Tofiqin evinin yanına çatdıqda orada xeyli adamın toplaşdığını görmüş, orada polis əməkdaşları da olmuşdur. Oraya çatdıqda Tofiqin İsmayıl tərəfindən boğularaq qətlə yetirildiyini öyrənmiş, hadisədən sonra İsmayılın dostlarından sonuncunun son vaxtlar yenidən Tofiqin evinə gedib-gəldiyini öyrənmişdir. Oğlu Təqsirləndirilən şəxs sakit təbiətli birisi olmuş, belə bir hərəkət etməsinə ehtimal verməmişdir. Oğlu İsmayılın 2-3 gündən bir Zərərçəkmiş şəxs evinə getməsi və orada spirtli içki qəbul etməsindən məlumatı olmamışdır. Ancaq mərhum Zərərçəkmiş şəxs öz ailəsindən ayrılmış, tək yaşamış, demək olar ki, bütün gün spirtli içki qəbul etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 22 yanvar 2021-ci il tarixdə qonşusu Təqsirləndirilən şəxs tərəfindən boğularaq qətlə yetirilmiş ünvan 5 ünvanında yaşamış 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun ərim olmuşdur. Tofiqlə 19 iyun 2006-cı il tarixdə ailə həyatı qurmuş və bu nikahdan 2007-ci il təvəllüdlü Şahid2 dünyaya gəlmişdir. 2016cı ilədək ailədaxili münasibətləri normal olmuş, bu dövrdə hadisənin baş verdiyi evdə yaşamış, 2016-cı ildə isə Tofiqdən ayrılaraq Yardımlı rayonunda yaşamağa başlamış, lakin Tofiqdən rəsmi qaydada boşanmamışdır. Ayrılmalarına səbəb Tofiqin spirtli içki qəbul etməsi, evdə it saxlaması kimi hərəkətlərini bir dindar kimi qəbul etməmiş, Yardımlı rayonuna getsə də Tamerlan oxuduğu orta məktəb Saray qəsəbəsində yerləşdiyi üçün o, atası ilə birlikdə qalmışdır. Lakin Tofiq tez-tez Tamerlanı Yardımlı rayonuna gətirmiş, ara-sıra o da Saray qəsəbəsinə getmişdir. Tofiq çox ürəyiyumşaq, hamıya kömək etməyə çalışan birisi olmuş, Tofiqin atasından qalma obyekt icarəyə verilmiş və hər ay alınan icarə haqqı Tofiq və qardaşları arasında bölünmüşdür. Tofiqə hər ay təxminən 3000 manat verilmiş, bu səbəbdən Tofiqin heç bir maddi sıxıntısı olmamışdır. Təxminən hadisədə üç ay idi ki, Tamerlan atasının yanından çıxaraq onun yanında yaşamağa başlamış, bu müddət ərzində də Tamerlan həmişə atası ilə əlaqə saxlamışdır. Tamerlan Təqsirləndirilən şəxslə də əlaqə saxlamış, Tamerlanın İsmayılla əlaqə saxlamaqda məqsədi atası barədə məlumat almaq olmuşdur. Təqsirləndirilən şəxs 12-13 yaşında olanda qonşu kimi tanımış, İsmayılla Tamerlanın söhbətlərindən İsmayılın Tofiqlə yaxın münasibətdə olduğunu, İsmayılın demək olar hər gün Tofiqin yanına getdiyini və bir yerdə yeyib-içdiklərini öyrənmişdir. İsmayıl barədə Tamerlandan soruşduqda sonuncu İsmayılın yaxşı oğlan olmadığını, lakin atasının yanına gedib-gəldiyi üçün atası barədə məlumat almaq üçün İsmayılla danışdığını bildirmişdir. Tamerlan İsmayılın az yaşı olmasına baxmayaraq siqaret çəkdiyini, içki içdiyini demişdir. 23 yanvar 2021-ci il tarixdə xalası oğlu Aqil zəng edərək Tofiqin öldüyünü bildirmiş, bu barədə internetdə çıxan xəbərə baxmış və Tofiqin 22 yanvar 2021-ci il tarixdə İsmayıl tərəfindən boğularaq qətlə yetirildiyini öyrənmişdir. Mərhum əri Zərərçəkmiş şəxs sakit təbiətli birisi olmuş, hər kəsə əlindən gəldiyi qədər kömək etməyə çalışmış, hesab etmişdir ki, Təqsirləndirilən şəxs də Tofiqin bu xüsusiyyətindən sui-istifadə etmiş və mütəmadi olaraq onunla əlaqə saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 22 yanvar 2021-ci il tarixdə yaşadığı ünvan 6 ünvanında boğularaq qətlə yetirilən Zərərçəkmiş şəxs onun doğma atası olmuşdur. Atası ilə anası 2016-cı ildən ayrı yaşamış, lakin rəsmi qaydada boşanmamışlar. Buna səbəb həm atasının spirtli içki qəbul etməsi həm də başqa səbəblər olmuş, 2016-cı ildən anası Yardımlı rayonunda yaşamış, əvvəllər Saray qəsəbəsi, 2 saylı tam orta məktəbdə təhsil aldığından atası ilə birlikdə yaşamışdır. Lakin atası ilə tez-tez Yardımlı rayonuna anasının yanına getmiş, anası da arada bir Saray qəsəbəsinə gəlmişdir. Hadisədən təxminən 3 ay əvvəl Yardımlı rayonuna getmiş və anası ilə birlikdə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs məhəllə uşağı kim tanımış, İsmayıl ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. İsmayıl təxminən o, Yardımlı rayonuna getməmişdən bir il əvvəl başlayaraq yaşadıqları evə gəlib getməyə başlamış, belə ki, İsmayıl tez-tez gələrək atasından siqaret istəmiş və başqa ehtiyaclarını ödəmək üçün atasından pul istəmişdir. Atası da hamı ilə yaxşı münasibət saxladığı üçün İsmayılın da dediklərini etmişdir. Mərhum babası Güləlidən qalma Binəqədi rayonunda yerləşən mağaza olmuş, həmin mağaza icarəyə verilmiş və hər ay əldə olunan gəlir atası və əmiləri arasında bölünmüşdür. Bu bölgüdə atasına təxminən 3000 manat düşmüşdür. Bu pul da atasının ehtiyaclarını ödədiyindən atası, heç bir yerdə işləməmiş, get-gedə İsmayıl atası ilə daha yaxın münasibət qurmağa sonuncunun hamıya qarşı yaxşı münasibət göstərməyindən sui-istifadə etmiş və tez-tez atasından pul almağa başlamışdır. Atası ilə İsmayıl tez-tez bir yerdə araq içmiş, İsmayılın az yaşı olmasına baxmayaraq İsmayıl, həm araq içmiş, həm siqaret çəkmiş, hətta bir dəfə “nəşə” çəkdiyini belə demişdir. İsmayılın atasının, İsmayılın belə hərəkətlərindən xəbəri olmamış, atasının Günel adlı qadınla da münasibəti olmuş, sonuncu tez-tez evə gəlmiş və evi yığışdırıb yemək bişirmişdir. Günellə atasının münasibətindən İsmayılın da xəbəri olmuş, evə Günellə İsmayıldan başqa demək olar ki, başqa adam gəlməmişdir. Təxminən 3 ay əvvəl atasının yanından çıxaraq anasının yaşadığı Yardımlı rayonunun Çayüzü kəndinə getmiş və anası ilə birlikdə yaşamağa başlamış, çünki son vaxtlar anası üçün darıxmış və anası ilə birlikdə yaşamaq istəmişdir. Yardımlıya getdikdən sonra həm atası ilə, həm də İsmayılla Whatsapp vasitəsi ilə əlaqə saxlamış, İsmayılla əlaqə saxlamaqda məqsədi atası barədə məlumat verməsini xahiş etməsi olmuşdur. İsmayıl da tez-tez atası barədə məlumat vermiş və sonuncunun araq içdiyini bildirmiş, İsmayıl demək olar ki, hər gün atasının yanına gedib-gəlmişdir. 20 yanvar 2021-ci il tarixdə atası ilə əlaqə saxlayan zaman dalaşmış, belə ki, atası “bir bacın olacaq” sözlərini bildirmiş, atasına cavab olaraq “mənə bacı lazım deyil” sözlərini demişdir. Doğulacaq qızın anasının Günel olduğunu başa düşmüş, bu səbəblə atası ilə dalaşmış, atası ilə sonuncu danışığı bu olmuşdur. İsmayılla isə sonuncu dəfə 22 yanvar 2021-ci il tarixdə günorta saatlarında Whatsapp vasitəsi ilə əlaqə saxlamış, İsmayıldan yenə də atası barədə məlumat verməsini xahiş etmiş, bundan sonra İsmayılla heç bir danışığı olmamışdır. 23 yanvar 2021-ci il tarixdə axşam saatlarında əmisi Nurlanın “Whatsapp” statusunda “Əziz qardaşım Allah sənə rəhmət eləsin” yazısını görmüş və məsələ ilə bağlı maraqlananda atasının bir gün əvvəl yaşadığı evdə İsmayıl tərəfindən boğularaq qətlə yetirildiyini öyrənmişdir. Təqsirləndirilən şəxs ilə elə də yaxın münasibəti olmamış, sadəcə olaraq atasının hər kəsə yaxşı davranmasından istifadə edərək atası ilə yaxın münasibət saxlamışdır. Atası bəzən evdən itən əşyaların İsmayıl tərəfindən oğurlanmasından şübhələnmiş, bütün bunlara baxmayaraq atası yenə də İsmayılla əlaqə saxlamış, çünki atası çox ürəyi yumşaq adam olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində olmuşdur. 2013-cü ildə rəsmi qaydada boşandıqdan sonra oğlu 2009-cu il təvəllüdlü Ayxan İsgəndərov, qızı 2011-ci il təvəllüdlü Əsnad İsgəndərova və anası 1955-ci il təvəllüdlü X5 rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsi qardaşı Aslan Kiçibəyovun kirayədə yaşadığı evə köçmüşlər. Bir müddətdən sonra qonşuluqda yaşayan Pərvanə adlı qadının həyətində kirayə ev tutmuş, həmin evdə 2 il yaşadıqdan sonra Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Domlar adlanan yerdə kirayə ev tutaraq iki övladı və anası ilə yaşamağa başlamışlar. Təxminən 2016-cı ildə Pərvanə zəng edərək qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evinə xidmətçi lazım olduğunu bildirmiş, bir neçə zəngdən sonra həmin evə gedərək mərhum Zərərçəkmiş şəxsla aylıq 250 (iki yüz əlli manat) manat pul məbləğində işləyəcəyinə dair razılığa gəlmişdir. Hər gün Zərərçəkmiş şəxs evinə gedərək gündəlik ev işlərini görmüş, bir aydan sonra mərhum Zərərçəkmiş şəxs evli olmadığını bilərək, ondan xoşu gəldiyini və ailə münasibəti qurmaq istədiyini bildirmişdir. Bir müddət bununla razılaşmamış, lakin özü də ailə qurmaq istədiyi üçün bir müddət sonra Zərərçəkmiş şəxs təklifini qəbul etmişdir. Təklifi qəbul etdikdən sonra iki övladı ilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 6 ünvanına köçərək ailə kimi yaşamağa başlamışlar. Hətta övladları bir müddət sonra Zərərçəkmiş şəxs ata deməyə başlamış, qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başladıqdan sonra və Zərərçəkmiş şəxs evinə yerləşdiyi zaman Tofiqin 2003-cü il təvəllüdlü oğlu Şahid2 ilə birgə yaşamağa başlamışlar. Tamerlan ilə münasibətləri yaxşı olmuşdur. Lakin iki ay keçdikdən sonra Tofiq mütəmadi olaraq spirtli içki qəbul etmiş, pis-pis küçə söyüşləri ilə söyüş söymüş və onu döymüşdür. Belə hallar çox baş verdiyindən ara-sıra anası Rübabə Kiçibəyovun kirayədə yaşadığı evə gedərək mərhum Zərərçəkmiş şəxs ayılıb özünə gəlməsini gözləmişdir. Həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs heç yerdə işləməmiş, dolanışığı Zərərçəkmiş şəxs dediyinə görə qardaşı Nurlan Bədirov tərəfindən təmin edilmişdir. Zərərçəkmiş şəxsla ailə münasibəti qurmalarından hər iki tərəf narazı olmuşdur. Tofiq spirtli içki qəbul etdiyinə görə ailəsi narazı olmuş, Tofiqin ailəsinin narazılığının olması barədə heç bir məlumatı olmamışdır. Bildiyi qədər Tofiq 2016-cı ildə öz arvadı Nailədən ayrılmış, lakin oğlu Tamerlan atası ilə birgə yaşamışdır. Birgə yaşadıqları dövrdə Tofiq spirtli içki qəbul etdikdən sonra oğlu Tamerlanı da döymüşdür. Bu münasibətlərə görə tez-tez ailəsinin yaşadığı evə getmiş, lakin evdən çıxan kimi Tofiqin vəziyyəti pisləşmişdir. Tofiqi sevdiyi üçün və birlikdə yaşamaq problem olmadığına görə yenidən Tofiqin yanına getmiş, Tofiqdən küsüb barışsa da bir dəfəlik əl çəkə bilməmişdir. İsmayılı 3-4 ay qabaq tanımış, belə ki, 2020-ci ilin qış aylarında X12 atasından xəbərsiz 17 manat pul verdiyini öyrənmiş, buna görə Tofiq Tamerlana öz iradlarını bildirmiş və İsmayıla zəng edərək sonuncunu çağırmışdır. İsmayıl evə gəldikdə Tofiqlə aralarında münaqişə yaranmış və İsmayıl Tofiqi vurmağa çalışmışdır. Lakin baş verən münaqişə hər hansı ağır nəticə ilə nəticələnməmişdir. Bundan sonra demək olar ki, İsmayılı görməmişdir. İsmayılın gəlib-getməsi barədə Tofiq heç bir məlumat verməmişdir. Bu səbəbdən İsmayılın Tofiqin yanına gəlib-getməsi barədə məlumatı olmamışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində Tofiq ilə aralarında olan münasibət çox pis olmuş və o, Masallı rayonuna getmişdir. Masallıya getdikdən sonra Tofiqlə heç bir əlaqəsi olmamış, çünki Tofiqin mobil telefon nömrəsini bloka atmışdır. Hadisə ilə bağlı bildirmişdir ki, 22 yanvar 2021-ci il tarixdə axşam saatlarında Tofiqin İsmayıl tərəfindən qətlə yetirildiyini öyrənmiş, İsmayılın Tofiqi öldürməsinə heç bir məna verə bilməmiş, çünki mərhum Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında olan əlaqədən xəbəri olmamışdır. Şahid3 əlavə olaraq bildirmişdir ki, Tofiqlə bir neçə il ər-arvad kimi yaşasa da Zərərçəkmiş şəxs onu tez-tez döymüş və söyərək təhqir etmişdir. Lakin bütün bunlara Tofiqi sevdiyi, birlikdə yaşamaq xoş gəldiyi üçün Tofiqlə yaşamış və hər şeyə dözmüşdür. Hətta Tofiqdən 2 dəfə hamilə qalmış, lakin hər iki döl bətnindən vaxtından əvvəl düşmüş, birinci dəfə özü abort elətdirmiş, ikinci dəfə isə Tofiq döydüyü üçün döl bətnindən düşmüşdür. Təqsirləndirilən şəxs bir neçə dəfə görmüş, necə bir insan olduğunu bilməmiş, İsmayılın bir dəfə Tofiqlə dalaşdığını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, əvvəllər 2 dəfə məhkum olunmuş, 04 fevral 2021-ci il tarixdə Daxili İşlər Nazirliyi Baş Mütəşəkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs uşaqlıq çağlarından tanımışdır. İsmayıl sakit təbiətli bir oğlan olmuşdur. İsmayılın atası Qanuni nümayəndələ qonşu kimi münasibətləri yaxşı olmuşdur. Mərhum Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. Tofiqi birinci dəfə 2021-ci ilin yanvar ayının ortalarında görmüşdür. Belə ki, evdə qum daşıyan vaxt İsmayıl da ona kömək etmiş, Tofiq İsmayıla yaxınlaşaraq İsmayılı mağazaya göndərmək istəmişdir. Tofiqin hərəkətlərindən sərxoş olduğunu başa düşmüş, və Tofiqə “əgər istəyirsənsə özün get mağazaya” sözlərini bildirmişdir. Bunu dedikdən sonra Tofiq, İsmayılın əmisi olduğunu demiş, Tofiqə “Əgər İsmayılın əmisi olsan mən səni tanıyaram, mən isə səni tanımıram.” cavabını vermiş və İsmayılı mağazaya getməyə qoymamışdır. Tofiq bundan sonra oradan getmişdir. Bundan sonra İsmayıla Tofiqlə əlaqəsini kəsməsini tapşırmış, çünki Tofiqin hərəkətləri xoşuna gəlməmişdir. Hadisə ilə bağlı qeyd etmişdir ki, 22 yanvar 2021-ci il tarixdə evdə olmuş, həmin zaman həyətdə üzüm ağacının budaqlarını təmizləmiş və Saray qəsəbə sakini Mamed adlı şəxs də köməklik göstərmişdir. Təxminən 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə gələrək səslənmiş, həmin zaman evdə olmuş, Mamed isə həyətdə işləmişdir. İsmayıla həyətə keçməyi söyləsə də İsmayıl, içəri girmək istəmədiyini və söhbət etmək istədiyini bildirmişdir. Darvazadan çölə çıxmiş, İsmayıldan nə baş verdiyini soruşanda “Natiq əmi belə bir iş gəlib başıma” deyə cavab vermişdir. Daha sonra İsmayıl özünə məxsus mobil telefonunda olan səs yazısına qulaq asdırmış, həmin səs yazısında Tofiq, Təqsirləndirilən şəxs “onu haradan götürmüsən gətir qoy yerinə” demişdir. İsmayıl səsə qulaq asdırdıqdan sonra Tofiqin İsmayılın pulunu oğurladığını deyərək şərlədiyini bildirmişdir. İsmayıldan bunun doğru olubolmadığını soruşduqda sonuncu and içərək belə bir şey olmadığını demiş, daha sonra İsmayılın mobil telefonunun “Whatsapp” mobil tətbiqindən Tofiqə “Sən nə bilirsən ki, bu uşaq sənin evindən nə aparıb, Niyə uşağa şər atırsan?” məzmunlu səs yazısı göndərmişdir. Bundan sonra İsmayıla “Sən get evə, mən və atan Nəvahi bu məsələni həll edəcəyik” deyərək İsmayılı göndərmiş, lakin darvazadan içəri girəndə İsmayılın evlərinə tərəf yox Tofiqin evinə tərəf getdiyini görmüşdür. Bundan sonra çıxmış və İsmayılı səsləmiş, lakin İsmayıl eşitmədiyinə görə reaksiya verməmişdir. Bundan sonra İsmayılın haraya getdiyini öyrənmək üçün Mamedlə birlikdə İsmayılın getdiyi yol ilə getmiş, İsmayılın gedib Tofiqlə problem yaradacağından ehtiyat etmişdir Bu səbəblə İsmayılın arxasınca getmiş, lakin Tofiqin evinin olduğu küçəyə çatanda İsmayılı görməmişdir. Bundan sonra Tofiqin qapısına yaxınlaşmış və qapını döymüşdür. Lakin heç kim bir reaksiya verməmişdir. Bundan sonra həyətə daxil olmuş və İsmayılı səsləmişdir. Bu dəfə də səsinə hay verən olmamışdır. Bundan sonra həyətdən çıxmış və Mamedlə birlikdə Saray qəsəbəsində evinin yaxınlığında yerləşən “Al” market tərəfə gedərək İsmayılı axtarmağa başlamışdır. Lakin “Al” market tərəfdə İsmayılı tapa bilməmişlər. Gəldikləri yol ilə yox başqa bir yol ilə küçəyə doğru irəliləmiş, küçənin başında olan çayxananın yanına çatdıqda Mameddən çayxanaya baxmasını və İsmayılın orda olub olmamasını öyrənməsini xahiş etmişdir. Mamed çayxanaya baxaraq İsmayılın orda olmadığını bildirmişdir. Mamedlə təxminən yarım saat Saray qəsəbəsində İsmayılı piyada axtarmış, həmin yerlər evə yaxın olan yerlər olmuşdur. Yaşadığı evə daxil olduqda mobil telefonunda “Whatsapp” tətbiqi vasitəsi ilə İsmayılın zəng etdiyini, lakin internetə qoşulmadığı üçün cavab vermədiyini görmüşdür. Bundan sonra “Whatsapp” tətbiqi vasitəsi ilə İsmayıla zəng etdikdə sonuncu zənginə cavab vermiş və “Natiq əmi, mən Tofiqi öldürdüm, səni də poxa saldım” sözlərini demiş və cavabında “Bala, məni niyə poxa salırsan, özünü poxa salmısan, atana xəbər ver və dərhal polisə get təslim ol.” demişdir. Həmin vaxt Mamedin də bu söhbətdən xəbəri olmuşdur. Bundan sonra İsmayılın taleyi barədə düşünərək pis olmuş və evdən çıxmamışdır. Bundan az müddət sonra Mamed evdə “İsmayıl məndən təslim olmaq məqsədi ilə Xırdalana getməsi üçün yol pulu olaraq 1 manat pul istədi, mən də ona pul verdim.” sözlərini bildirmişdir. Bundan sonra İsmayılın gedib polisə təslim olacağına arxayın olmuş, təxminən bir neçə saat sonra İsmayılın Abşeron RPİ-yə gedərək təslim olduğunu öyrənmişdir. Hadisədən bir neçə gün sonra Nəvahi ilə küçədə görüşmüş və İsmayılla aralarında baş verənləri təfərrüatı ilə danışmışdır. 04 fevral 2021-ci il tarixdə isə tutulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2001-ci ildə Qanuni nümayəndələ ailə qurmuş və bu nikahdan 2002-ci il təvəllüdlü Şahid6 və 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs dünyaya gəlmişdir. Əri Nəvahi yük avtomobili sürücülüyü ilə məşğul olaraq ailəsinin dolanışığını təmin etmişdir. Qızı Aytac 2019-cu ildə Saray qəsəbəsi, 1 saylı orta məktəbi bitirmiş və həmin il Bakı Mühəndislər Universitetinin pedaqoji fakültəsinə daxil olmuş, oğlu İsmayıl isə 2020-ci ildə Saray qəsəbə, 1 saylı tam orta məktəbi bitirdikdən sonra ali məktəblərə qəbul imtahanlarında az bal topladığı üçün ödənişli əsaslarla ali məktəbə qəbul olmuş, lakin maddi vəziyyətləri ilə əlaqədar ali təhsil ala bilməmişdir. İsmayıl təkrar qəbul imtahanı vermək üçün yenidən repetitorların yanına getməyə başlamışdır. İsmayıl çox sakit təbiətli və hər kəsin sözünə baxan birisi olmuşdur. İsmayılın 22 yanvar 2021-ci il tarixdə boğaraq qətlə yetirdiyi Zərərçəkmiş şəxs bir qonşu kimi tanımışdır. Belə ki, Tofiqin ailəvi problemləri, yəni arvadından ayrılması və oğlu ilə tək yaşaması barədə məlumatı olmuşdur. Tofiq və İsmayılın aralarında olanlardan təxminən 2019-cu ilin yayında xəbəri olmuş, belə ki, İsmayıl evdə olan zaman İsmayıla zəng gəlmiş və sonuncu tələsik evdən çıxmışdır. İsmayılın hərəkətlərindən şübhələndiyi üçün İsmayılın arxasınca çıxmış və oğlunun Tofiqin yaşadığı evə girdiyini görmüşdür. Tofiqin qapısını döymüş, Tofiq səsə çölə çıxmışdır. Tofiqin sərxoş olduğunu başa düşmüş, Tofiqdən İsmayılı soruşduqda Tofiq İsmayılın orda olmadığını demişdir. Tofiqə polisə müraciət edəcəyini demiş, bundan sonra da Tofiq, İsmayılın orada olmadığını bildirmişdir. Lakin Tofiqin sözlərindən sonra İsmayılın orda olduğuna əmin olduğu üçün Tofiqin qapısının yanında küçədə gözləmiş, bir müddətdən sonra İsmayıl ordan çıxmış və bu barədə əri Nəvahiyə məlumat vermişdir. Nəvahi da oraya gəldikdən sonra İsmayıla öz iradlarını bildirmiş və bir iki dəfə üzünə şillə vurmuşdur. Hətta Nəvahi həmin vaxt Tofiqlə də söhbət etmiş, İsmayıl evdə Tofiqin oğlu Tamerlanla “Playstation” oynamaq üçün oraya getdiyini bildirmişdir. Bundan sonra İsmayılın Tofiqin evinə getməsi barədə məlumatı olmamışdır. Hadisə ilə bağlı bildirmişdir ki, 22 yanvar 2021-ci il tarixdə İsmayıl saat 14 radələrində yuxudan oyanmış və evdən çıxaraq hərbi komissarlığa getməli olduğunu, lakin gecikdiyini bildirmişdir Bundan sonra İsmayıl evdən çıxmış və məhəllədə uşaqları gözlədiyini demişdir. Təxminən 15 dəqiqə sonra İsmayıl yenidən evə gəlmiş, çünki İsmayıla zəng vuraraq evə gəlməsini xahiş etmişdir. Təxminən 30 dəqiqə sonra İsmayıl yenidən evdən çıxmış, saat 18 radələrində İsmayıla zəng edərək sonuncunun harada olması barədə soruşmaq istəmiş, lakin İsmayılın mobil telefonuna zəng çatmamışdır. Bundan sonra bir neçə dəfə də İsmayıla zəng etsə də yenə də İsmayılın mobil telefonuna zəng çatmamışdır. Bu barədə zəng edərək Nəvahiyə məlumat vermiş, Nəvahi az müddət sonra evə gəlmiş və birlikdə Saray qəsəbəsində İsmayılı axtarmağa başlamışlar. İsmayılı axtararkən Tofiqin evinin qabağında polis avtomobillərinin olduğunu görmüş, Nəvahi oraya gedərək nə baş verdiyini soruşmuş və geri gələrək İsmayılın Tofiqi öldürdüyünü bildirmişdir. Şahid5 əlavə olaraq bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs sakit təbiətli birisi olmuş, oğlunun belə bir hərəkət etməsinə ehtimal verməmişdir. Təqsirləndirilən şəxs 2-3 gündən bir Zərərçəkmiş şəxs evinə gedərək orada spirtli içki qəbul etməsi barədə məlumatı olmadığını, İsmayılın dostları ilə birlikdə məhəllədə olduğunu düşünmüşdür. Zərərçəkmiş şəxs öz ailəsindən ayrılmış, tək yaşamış və Tofiqlə heç bir əlaqəsi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 22 yanvar 2021-ci il tarixdə ünvan 5 ünvanında yaşamış 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs boğaraq qətlə yetirən 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs onun qardaşıdır, ailəsi atası Qanuni nümayəndə, anası Şahid5, qardaşı Təqsirləndirilən şəxs və nənəsi Komuna Əliyevadan ibarət olmuşdur: 2019-cu ildə Saray qəsəbəsi, 1 saylı tam orta məktəbi bitirmiş və Bakı Mühəndislər Universitetinin pedoqoji fakültəsinin ikinci kurs tələbəsidir. Qardaşı İsmayıl isə 2020-ci ildə həmin orta məktəbi bitirmiş, lakin az bal topladığı üçün ödənişli əsaslarla ali məktəbə qəbul olunmuşdur. Ailəsinin maddi vəziyyəti ilə əlaqədar qardaşı İsmayıl ali təhsil ala bilməmişdir. Qardaşı İsmayıl çox sakit təbiətli biri olmuş və ali məktəbə qəbul olmaq üçün yenidən hazırlaşmağa başlamışdır. Mərhum Zərərçəkmiş şəxs bir qonşu kimi çox az tanımış və heç bir əlaqəsi olmamışdır. Lakin Zərərçəkmiş şəxs oğlu Tamerlanı tanımış, İsmayıl və Tofiq arasında olan münasibətdən isə xəbəri olmamışdır. Hadisə ilə bağlı bildirmişdir ki, 22 yanvar 2021-ci il tarixdə saat 19 radələrində anası qardaşı İsmayılın qonşuluqda yaşayan Tofiqi öldürdüyünü demiş, bu hadisədən sonra qardaşı İsmayıl və Tofiq arasında olan münasibətdən xəbəri olmuşdur. Şahid6 əlavə olaraq bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs sakit təbiətli birisi olmuş və qardaşının belə bir hərəkət etməsinə ehtimal verməmişdir. Qardaşı Təqsirləndirilən şəxs 2-3 gündən bir Zərərçəkmiş şəxs evinə getməsi orada spirtli içki qəbul etməsi barədə məlumatı olmamış, mərhum Zərərçəkmiş şəxs demək olar ki, tanımamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X15 19.02.2021-ci il tarixli 08 nömrəli rəyindən görünür ki, 1972-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs meyitin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakılar aşkar olunmuşdur - xarici müayinədə boyun nahiyəsinin sıyrıqları, qançırları və stranqulyasiya şırımları; daxili müayinədə boynun dəri örtüyünün iç səthinə, qalxanvari vəz ətrafı, traxeya ətrafı və dilaltı sümükətrafı yumşaq toxumalarına qansızmalar, dilaltı sümüyünün travmatik sınığı; daxili üzvlərdə doluqanlılıq, eləcə də ümumi asfiktik əlamətlər. Bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən az əvvəl boyun üzvlərinin əllə-ilgəklə sıxılması nəticəsində törənmişdir, törədilmə müddətləri qərarda göstərilən 22.01.2021 -ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümə səbəb olduğundan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşkar edilmiş digər xəsarət - üst dodağın selikli qişasının əzilmiş yarası - həyatidir, ölümündən əvvəl bərk küt əşyanın təsirindən törənmişdir; müddəti qərarda göstərilən 22.01.2021 -ci il tarixə uyğun gəlir; müxtəlif şəraitlərdə törənə bildiyindən, dəqiq olaraq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilərdi; sağlamlığa zərər vurmayan xəsarətin əlamətinə aid olduğu üçün dərəcəsi təyin edilmir, mərhumun ölümü ilə səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb - boyun üzvlərinin sıxılması nəticəsində baş vermiş mexaniki asflksiya olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (22.01.2021-ci il, saat 22:00) təxminən 4-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində 2,3% etil spirti aşkar edilmişdir ki, bu da rəsmi cədvələ əsasən orta dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyri-təbii yolla onunla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar olunmuşdur. Zərərçəkmiş şəxs arxa keçəcəkdən götürülmüş tampon və yaxmanın məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmamışdır. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinin ətrafında zorla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. (cild 02, iş vərəqə 32-36) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X15 02.02.2021-ci il tarixli 178 nömrəli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol əlin 3cü barmağının sıyrığı küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni 22.01.2021-ci il tarixdə qeyd olunan nahiyənin dişlənməsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. (cild 01, iş vərəqə 195) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X15 02.02.2021-ci il tarixli 179 nömrəli rəyindən görünür ki, 1977-ci il təvəllüdlü vətəndaş Qanuni nümayəndə məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. (cild 01, iş vərəqə 197) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.03.2021-ci il tarixli 5/147 nömrəli rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus “Samsung“ markalı mobil smartfon işlək vəziyyətdədir, lakin tədqiqatların aparılması üçün yararsız vəziyyətdədir. Təqdim edilmiş “Samsung” markalı mobil smartfonda məlumatların oxunması və proseslərə nəzarət etmək mümkün olmadığına görə ekspertiza qarşısında qoyulmuş suallar üzrə tədqiqat işlərini aparmaq mümkün olmamışdır. (cild 02, iş vərəqə 01-5) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.03.2021-ci il tarixli, 6/665 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd idman şalvarının səthi üzərindən aşkar edilmiş açıq göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarının tərkib liflərinə uyğun gəlirlər. (cild 02, iş vərəqə 06-12) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.03.2021-ci il tarixli 3/344 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş geyim əşyalarının üzərində hər hansı bir trasoloji zədə aşkar edilməmişdir. (cild 2, iş vərəqə 14-16) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 Hüquqi Şəxsinin 646 saylı 30.03.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosionallıq, qıcığa qarşı həssaslıq, hirslilik, tez özündən çıxmaq, hövsələsizlik kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri aşkar edilməmişdir. Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixiemosional vəziyyətində hirslilik, emosional reaksiyalara meyillilik yaranmış, həmin halların yaranması onda müəyyən edilmiş xasiyyətin psixopatik cizgiləri sərtləşmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (cild 02, iş vərəqə 96-100) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X15 05.04.2021-ci il tarixli 491/K nömrəli rəyindən görünür ki, tədqiqat üçün təqdim edilən 01 ədəd üzərində “Pşeniçnaya vodka” sözü yazılmış şüşə qabın içərisində olan mayenin tərkibində məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir, etil spirtinin qatılığı 40%-dir. Təqdim edilmiş maye nümunəsinin tərkibində tiryək qrupu alkoloidi və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilməmişdir. Təqdim edilmiş şüşə qabda olan məhlul Zərərçəkmiş şəxs içdiyi məhlulla eynilik təşkil etmişdir. (cild 02, iş vərəqə 101-106). Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 22.01.2021-ci il tarixli 2/771 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqolik sərxoşluğu vəziyyətində olmuşdur. (cild 01, iş vərəqə 133) Abşeron rayon Məhkəməsindən daxil olmuş 11 fevral 2021-ci il tarixli 22/01100/21-11 saylı sorğuya cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs barəsində 2019-2021-ci illər üzrə cinayət, mülki iş və inzibati işlərə dair qeydiyyat kitabları yoxlanılmış və barələrində hər-hansı təqsirləndirici material müəyyən edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, qeyd edilən şəxs barəsində mülki işlər yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı Şahid1 cavabdeh Zərərçəkmiş şəxs qarşı “avtomobillərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlaklara payın müəyyən edilməsi” tələbinə dair mülki iş olmuş və həmin mülki işə 03.04.2019-cu il tarixdə baxılaraq iddia qismən təmin edilmişdir. Həmçinin iddiaçı Şahid1 cavabdeh Zərərçəkmiş şəxs qarşı “uşaqla ünsiyyətdə olmaq hüququnun verilməsi” tələbinə və “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizələri məhkəmənin icraatında olmuş və hər iki iddia ərizəsi baxılmamış saxlanmışdır. Qeyd edilən qətnamə və qərardadların surəti cinayət işinə əlavə edilmişdir. (cild 01, iş vərəqə 200-208) Abşeron rayon Məhkəməsindən daxil olmuş 12 fevral 2021-ci il tarixli 22/01112/21-12 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində 2019-2021-ci illər üzrə cinayət, mülki iş və inzibati işlərə dair qeydiyyat kitabları yoxlanılmış və barələrində hər-hansı təqsirləndirici material müəyyən edilməmişdir. (cild 01, iş vərəqə 209-210) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 26 fevral 2021-ci il tarixli 19/51-2292 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. (cild 01, iş vərəqə 217-218) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 01 mart 2021-ci il tarixli 1628 nömrəli sorğuya cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. (cild 01, iş vərəqə 219-220) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 01 mart 2021-ci il tarixli 1639 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. (cild 01 iş vərəqə 221-222) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 01 mart 2021-ci il tarixli 19/51-2402 saylı sorğuya cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs 28.08.2020-08.09.2020-ci il tarixdə yuxarıda adı göstərilən mərkəzdə stasionar müalicədə olmuşdur. Barəsində tərtib edilmiş tibbi sənədlər cinayət işinə əlavə edilmişdir. (cild 01, iş vərəqə 224-251) “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən daxil olmuş 26 fevral 2021-ci il tarixli 290 nömrəli sorğuya cavab məktubundan görünür ki, Əliyev X7 Rayon Poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Abşeron Rayon Mərkəzi Xəstəxanasına hər-hansı bir xəstəliklə bağlı müraciət etməmişdir. (cild 02, iş vərəqə 25-26) Abşeron rayon Polis İdarəsindən daxil olmuş 30 mart 2021-ci il tarixli 128-23054-1221 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətməsində digər şəxslərin onunla əlbir olmasının, cinayətin törədilməsində hər hansı formada iştirak edib-etməməsinin, Zərərçəkmiş şəxs kiminləsə mübahisəsinin, münaqişənin və ya düşmənçiliyinin olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin məlumat əldə etmək mümkün olmamışdır. (cild 02, iş vərəqə 67- 68) Abşeron rayon Polis İdarəsindən daxil olmuş 13 aprel 2021-ci il tarixli 128-27048-1221 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, “Mamed” adlı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin sonuncunun şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi mümkün olmamışdır. (cild 02, iş vərəqə 121-122) Beləliklə Məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, onun qanuni nümayəndəsinin, zərərçəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan “Könüllü gəlmə haqqında” 22.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22.01.2021-ci il tarixdə saat 17:30-da Abşeron RPİ-nin növbətçi hissəsinə yaxınlaşaraq qonşusu Zərərçəkmiş şəxs sonuncunun yaşadığı evdə aralarında baş vermiş mübahisə zamanı özünə məxsus gödəkcə ilə boğaraq öldürdüyünü göstərmişdir. (cild 01, İş vərəqə 132) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2012-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı halların şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir: cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması; cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquqmühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır); cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən “könüllü gəlib təqsirini boynuna alma” hesab edilən cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda, şəxsin könüllü gəlib təqsirini boynuna alması halı Təqsirləndirilən şəxs hərəkətlərində mövcuddur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 10.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmamışdır. (cild 02, iş vərəqə 71-72) Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 65-66) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci və 59.1.10-cu maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, əməlini tam etiraf etməsini və əməlindən səmimi peşman olmasını, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, hazırda da yetkinlik yaşına çatmamasını, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının yetkinlik yaşına çatmayan şəxslərə on ildən çox olmayan müddətə təyin edilməsi nəzərdə tutulduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10—59.1.13 maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduqda və ağırlaşdırıcı hallar olmadıqda təqsirləndirilən şəxsə təyin edilmiş cəza on il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üç hissəsindən artıq olmamalıdır. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman əynində olmuş 01 ədəd boyun etiketi üzərində “Qİ HAİ LONG XXL” sözləri yazılmış qara rəngli kurtka, 01 ədəd göy rəngli ön hissəsində ağ rəngli naxışları olan uzunqol sviter, 01 ədəd tünd göy rəngli iç etiketində “Jager Fabel sport M” sözləri yazılmış idman gödəkçəsi, 01 ədəd bel etiketində “LEVİS” sözü yazılmış göy rəngli cins şalvar təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli yanlarında ağ rəngli cizgiləri olan, sağ ön cibinin aşağısında “Adidas” sözü yazılmış idman şalvarı, 01 ədəd boyun etiketində “just the QUALİTY” sözləri yazılmış qəhvəyi rəngli jaket, 01 ədəd sol iç cibinin üzərində olan etiketdə “El.man.s fashion” sözləri yazılmış tünd göy rəngli pencək, 01 ədəd kənarları ağ cizgili, sol ön tərəfində “Adidas” sözü yazılmış qara rəngli idman gödəkçəsi, Zərərçəkmiş şəxs istifadəsində olmuş “Samsung” markalı mobil telefon isə zərərçəkmiş şəxsin hüquqi varisi X6 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 229 manat, 33 qəpik pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2021-ci il tarixli, 4(012)-51/2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 yanvar 2021-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 90-93) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaqda Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 72 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 hesabına 432 manat məbləğində pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X11 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 229 manat, 33 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar - Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman əynində olmuş 01 ədəd boyun etiketi üzərində “Qİ HAİ LONG XXL” sözləri yazılmış qara rəngli kurtka, 01 ədəd göy rəngli ön hissəsində ağ rəngli naxışları olan uzunqol sviter, 01 ədəd tünd göy rəngli iç etiketində “Jager Fabel sport M” sözləri yazılmış idman gödəkçəsi, 01 ədəd bel etiketində “LEVİS” sözü yazılmış göy rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli yanlarında ağ rəngli cizgiləri olan, sağ ön cibinin aşağısında “Adidas” sözü yazılmış idman şalvarı, 01 ədəd boyun etiketində “just the QUALİTY” sözləri yazılmış qəhvəyi rəngli jaket, 01 ədəd sol iç cibinin üzərində olan etiketdə “El.man.s fashion” sözləri yazılmış tünd göy rəngli pencək, 01 ədəd kənarları ağ cizgili, sol ön tərəfində “Adidas” sözü yazılmış qara rəngli idman gödəkçəsi, Zərərçəkmiş şəxs istifadəsində olmuş “Samsung” markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X6 qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi, X4 təqsirləndirilən şəxsə göstərilmiş 72 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına 432 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X11 təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri, 14 saylı vəkil bürosunun hesabına 90 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1058/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1058/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver