Məhkəmə qərarları › İş №1(101)-1058/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1058/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1058/2023 26.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 10.20 Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkilləri Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X5, tərcüməçi X8 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xətai Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(011)-199/20119 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 04 iyul 2021-ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 86-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi ev 23, mənzil 24-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai İstintaq orqanı tərəfindən verilmiş ittihama görə Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, 30 sentyabr 2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 10:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində, nömrəsiz evin qarşısında saxlanılıb Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümündə təmiz çəkiləri 1,701 qram və 0,902 qram olmaqla ümumi təmiz çəkisi 2,603 qram olan, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsi, habelə şahidləri dindirib, toplanmış sübutları və cinayət işinin materiallarını tədqiq edib araşdırıraq elan edilmiş ittiham üzrə aşağıdakıları müəyyən etdi: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasının vətəndaşı olduğuna baxmayaraq, özü rus milliyətindəndir və orta məktəbi rus dilində təhsil alaraq, bitirmişdir. O kiril əlifbası ilə rus sektoru üzrə təhsil aldığından latın qrafikalı azərbaycan əlifbasında oxumağı bilmir. O, yalnız kiril qrafikalı əlifbanı bilir. Onun ailə üzvləri evdə rus dilində danışırlar. O, 6 ay əvvələ kimi narkotik vasitələrdən istifadə etmişdir. O, ünvan 1 ünvanında X10 və 10 yaşında azyaşlı övladı Aliyə Kazakova ilə birlikdə yaşayır. Anası X10 anlaqlı şəxsdir. O, 29 sentyabrda tutulmuşdur. Həmin gün anası və qızı evdə imiş. O heç vaxt evə gec gəlməmişdir. Hər axşam saat 22:00-da qızı və anası tək qalmasın deyə mütləq evdə olmalıymış. O, 29 sentyabr 2022-ci il tarixdə axşam saat 20:30-da Hövsan qəsəbəsində “KATV” kabel televiziyası yaxınlığında yol ilə gedirmiş. Həmin saatlarda Hövsan qəsəbəsində polis əməkdaşları əməliyyat tədbiri həyata keçirmişdir. Hövsan qəsəbəsində “KATV” kabel televiziyası yaxınlığında yerləşən kafenin arxasında bir evin darvazası açıq imiş və ordan bir nəfər onu çağıraraq yaxınlaşmağını demişdir. O, yaxınlaşan zaman həmin şəxs onu darvazadan hansısa evin içərisinə keçirmiş və o orada polis əməkdaşları tərəfindən 3 nəfər şəxsin dizləri üstə yerdə saxlanıldığını görmüşdür. O və onun arxasınca gələn 3 nəfər şəxs də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ümumən polis əməkdaşları həmin axşam 8 nəfər şəxsi saxlamışlar. Onlar saxlanılan evin sahibi də tutulmuşdur. O, sonradan bilmişdir ki, ev sahibi həmin onlar saxlanılan evdə narkotik vasitələrin satışı ilə məşğul olurmuş. O onunla birlikdə saxlanılan şəxslərin heç birini tanımır. O ittiham aktında qeyd olunan 30 sentyabrda yox, 29 sentyabr 2022-ci il tarixdə təqribən saat 20.30 radələrində saxlanılmışdır. O ittiham aktında qeyd olunan “Xanməmmədov” küçəsində saxlanılmamışdır. Onlar saxlanılarkən həmin evin həyətində polis əməkdaşları onun üzərini axtarmışlar. Bir polis əməkdaşı telefonla videoçəkiliş aparmışdır. Polis əməkdaşları onun üzərindən bank kartları, evinin açarı, telefon çıxarmışlar. Üzərində heç bir narkotik vasitə çıxmamışdır. Onları 29 sentyabr 2022-ci il tarixində 20:30-dan 21:00-a kimi bir “Hyundai” markalı və digər avtomobillərlə 4 maşına 2 nəfər olmaqla yerləşdirib 30-cu Polis Bölməsinə aparmışlar. Polis Bölməsində yenidən üzərinə baxış keçirilərkən videoçəkiliş aparılmamışdır. Lakin üzərindən heç bir narkotik vasitə çıxarılmamışdır. Onun evə zəng etməyinə rəis icazə verməmiş və səhərə kimi müvəqqəti saxlama yerində saxlanılmışlar. 30 sentyabr səhər saatlarında ona deyilmişdir ki, bu əməliyyat bir sifarişdir və başının ağrımağını istəmirsə masanın üzərindəki narkotik vasitəni cibinə qoyub onun olduğunu desin, əgər o bunu boynuna götürməsə narkotik vasitənin miqdarı və çəkisi artırılacaq. Hətta demişlər ki, nə etsə də xeyri yoxdur, 8 nəfər hamısı həbs olunacaq. Lakin, o, narkotiki öz üzərinə qəbul etməmiş və yenidən onu kameraya aparmışlar. Tutulan şəxslərdən biri demişdir ki, narkotik vasitəni almadığı üçün polis əməkdaşları onu döyür və o, artıq dözə bilmədiyi üçün narkotik vasitəni qəbul edəcək. O, polislər tərəfindən yenidən kabinetə aparılmışdır. İçəridə 3 nəfər polis əməkdaşı olmuşdur. Onlardan yaşlı olan polis əməkdaşı əlində bükümü uzadıb demişdir ki, əgər narkotiki boynuna götürsə sadəcə 48 saat həbs olunacaq və sonra azad olunacaq, sonra o, öz işini “aşırda” biləcək. O, yenə də etiraz etmişdir. Polislər demişdir ki, təkrar müvəqqəti saxlama yerinə qaytarılsa qayıdanda artıq narkotik vasitənin miqdarı 50 qram olacaq. O, yenidən müvəqqəti saxlama yerinə aparılmış və geri gətiriləndə həqiqətən də dedikləri kimi narkotik vasitənin miqdarı artırılmışdır.Ona polis əməkdaşları demişlər ki, narkotik vasitə onun olmasa da o bunu boynuna götürməlidir, nə etsə də axırda onsuz da boynuna qoyacaqlar. Ona fiziki və psixoloji təsir olmuşdur. O, psixi və fiziki təzyiqlərə dözməyib axırda məcbur olub narkotik vasitələri boynuna götürmüşdür. Polis əməkdaşı narkotik vasitəni şalvarının sağ cibinə qoymuş və narkotik vasitəni şalvarından çıxarıb başqa yerə atmamağı, yaxud ağzına qoyub udaraq yoxa çıxarmamağı üçün yanında dayanmışlar. Bundan sonra videoçəkiliş aparılmışdır. Videoçəkiliş zamanı onun yanında müdafiəçi yox imiş, içəridə sadəcə 2 və yaxud 3 nəfər polis əməkdaşı var imiş. Ona saxlanılarkən, axtarış və götürmə zamanı tərcüməçi təqdim olunmamışdır. O ilk dəfə məhkəmə zalında tərcüməçi görür. Çəkiliş bir neçə dəfə aparılmış və onu demək olar ki, məcbur etmişlər ki, əzbər polislərin dediklərini kamera qarşısında təkrar etsin. Videoçəkilişdən sonra, yəni, 30 sentyabr günorta saatlarında ona müdafiəçi təqdim olunmuşdur. Protokol isə 30 sentyabr saat 12:00-da tərtib olunmuşdur. Müdafiəçi protokol tərtib olunarkən də yox imiş. O dindirilərkən müstəntiqə narkotik vasitənin onun olmadığını demişdir. O şəxsi axtarış və götürmə protokoluna təzyiqlərə məruz qalıb imza çəkmişdir. Proses iştirakçılarının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun hadisədən əvvəl polis əməkdaşları ilə münaqişəsi olmamışdır. Şəxsi axtarış və götürmə zamanı müdafiçəi iştirak etməmişdir. Lakin, videoçəkiliş aparılmışdır. Videoçəkiliş zamanı bir neçə dəfə video dayandırılmışdır. Ona demişlər ki, video-görüntü ekspertizaya göndəriləcək və o videoçəkiliş zamanı nə deyilsə təsdiq etsin, deyilən zamanda da cibindən narkotik vasitəni çıxarsın. O, cibindən bir büküm çıxarmışdır. Ona demişlər ki, bu bükümə görə ona cinayət məsuliyyəti yaranmır, sadəcə 48 saat saxlanılacaq, sonra güya buraxılacaq. Ona heç bir hüquqları elan olunmamışdır. Videoçəkiliş aparıldıqdan sonra polis tərəfindən həmin videoçəkiliş ona nümayiş olunmamışdır. Elan olumuş cinayət işinin 32-ci vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu təsdiq etmir, o protokolu təzyiq altında oxumadan imza etmişdir. Latın qrafikalı azərbaycan əlifbasında oxumağı bilmir. Axtarış və götürmə haqqında protokolla tanış olmamış, həmin protokol ucadan oxunmamış və ona videoçəkiliş təqdim olunmamış, ona sadəcə demişlər ki, kağıza imza etsin. O protokolda yazılanı bilməyib həmin protokolu imza etmişdir. Protokolu ona görə oxumamışdır ki, azərbaycan dilində latın əlifbasını bilmir. Ona tərcüməçi təqdim olunmamışdır. Cinayət işinin 160 və 165-ci vərəqələrində olan ibtidai istintaqın qurtarması və cinayət işinin materialları ilə tanış olması barədə protokollarda imza ona məxsusdur, lakin tərcüməçi ona təqdim olunmadığından o, cinayət işinin materialları tanış olmamış, latın əlifbası ilə azərbaycan dilini bilmədiyindən tərcüməçisiz cinayət işinin materialları ilə tanış ola bilməmişdir. Elan olumuş cinayət işinin 34-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs izahatında sonuncu aşağıdakıları qeyd etmişdir … « xx.xx.2022-ci il tarixdə saat təxminən 10-00 radələrində ünvan 2 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini ona təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənǝd istəmişlər. Onun üzərində kakos kimi tanıdığı narkotik vasitə olduğuna görə o həyəcanlanmışdır. Polis əməkdakdaşları onun bu həyəcanını görüb onu sorğu-sual etməyə başlamışlar və onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində üzərinə baxış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ cibindən şəffal rəngli sellofanda olan 02 bükümdə narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir... həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində Anar adlı tanışından öz istifadəsi üçün 30 manata alıb üzərində saxlamışdır…» Təqsirləndirilən şəxs bildirmişdir ki, izahatı oxumamış, Azərbaycan dilində, latın əlifbasını bilmir. Ona tərcüməçi təqdim olunmamış, ona təzyiq etmişlər o, həmin izahatı oxumadan imzalamışdır. Məhkəmənin sonrakı iclaslarında Təqsirləndirilən şəxs proses iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, 9 sentyabr 2022-ci il tarixdə tutulduqdan sonra, anası DİN-nin növbətçi hissəsinə, yəni, 102 xidmətinə zəng vurub bildirmişdir ki, oğlu, yəni o yoxa çıxıb, evə gəlməmişdir. Birinci dindirilmə zamanı otaqda müstəntiq və o olmuş, tərcüməçi və müdafiəçi olmamışdır. Müstəntiq tərcüməçi tapa bilmirmiş, sonra ona demişdir ki, lazım olanda onu imza çəkməyə gətirəcəklər. Fiziki təzyiq barədə ərizə ilə müraciət etməmişdir, sadəcə prokuror və müstəntiqə demişdir. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan anası X10 29 sentyabr 2022-ci il tarixdə onun evdən çıxıb geri qayıtmamağı, itkin düşməyi barədə ***-***-**-** şəhər telefonu vasitəsilə Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzindən anası X6 bildirilmişdir ki, müraciəti araşdırıldıqdan dərhal sonra məlumat veriləcək. 29 sentyabr 2022-ci ildə, yəni, tutulduğu tarixdə üzərindəki telefonda hansı nömrənin olması dəqiq yadında deyil. O, tutulan zaman üzərində olan telefonu simkartla birlikdə polis əməkdaşları tərəfindən götürülmüşdür. O, telefonunu götürən polis əməkdaşının adını bilmir. Hal-hazırda həmin telefon polis şöbəsində olmalıdır. O, Azərbaycan dilində oxuya bilmədiyi üçün axtarış və götürmə protokolunda onun üzərindən telefonun götürülməsi barədə yazılıb-yazılmamasını bilmir. Lakin, telefon simkartla birlikdə ondan götürülmüşdür. O, 29 sentyabr 2022-ci il tarixində saat 20:00 radələrində tutulan zaman mobil telefonu polis əməkdaşları tərəfindən alındığından heç kimə zəng etməmişdir. Səhv etmirsə onun istifadə etdiyi iki nömrə olmuşdur. Biri öz adına qeydiyyatda olan ***-***-**-** mobil nömrəsi, digəri isə bacısının həyat yoldaşı X2 adına rəsmiləşdirilmiş ***-***-**-** mobil nömrəsidir. O, Dəmiryol küçəsi, dalan 2 ünvanında onunla birlikdə tutulanları tanımır, həmçinin, həmin evin sahibini də tanımır, telefonu götürən polis əməkdaşının adını bilmir. Həmin narkotik vasitəni ona videoçəkən şəxs vermiş və bildirmişdir ki, video çəkiləndə desin ki, narkotiki 20 manata almışdır. Həmin şəxs formada imiş. Ona deyirmş ki, «… vaxtın var bir şey et …pulun və ya maşının yoxdursa sənə kömək edə bilmərik…» Həmin vaxt vəkil olmamış, o sonda gəlmişdir. Onu polis əməkdaşları stulda otuzdurub skoçla əllərini və ayaqlarını bağlayıb qrafindən belinə su tökmüşlər, sonra kondisioneri qoşub onu kondisionerin altında otuzdurmuşlar. Deyirmişlər ki, o, narkotiki boynuna almasa soyuqdan öləcək. Polis bölməsində işgəncələrə dözməyib, halı pisləşmiş, bu səbəbdən polis bölməsində onun üçün təcili yardım çağırılmışdır. Evə buraxıldıqdan sonra təqribən oktyabr ayının 8-də ona təcili tibbi yardım gəlmiş və ona «Neyrocərrahiyə» xəstəxanasına göndəriş vermişlər. «Neyrocərrahiyə» xəstəxanasında o, gəzə bilmirmiş, ona kateter qoymuşlar. Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixində məhkəmə iclasında əlavə dindirilərkən bildirmişdir ki, tutulan zamanı onun istifadəsində ***-***-**-** nömrəli sim kart olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu PŞ-də əməliyyat müvəkkili işləyir. Təxminən 30 sentyabr 2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 30 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Suraxanı RPİ-nin 30-cu PŞnin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində əməliyyat tədbir keçirib Təqsirləndirilən şəxs saxlamışlar. O və Şahid1 özlərini Təqsirləndirilən şəxs təqdim etmiş və onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Suraxanı RPİ-nin 30-cu PŞ-də Təqsirləndirilən şəxs üzəindən narkotikə bənzər maddə aşkar edilmişdir. Həmin maddə təhqiqat şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin ona məxsus olduğunu, tanımadığı şəxlərdən aldığını, narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs ilə Azəbaycan dilində danışmışlar, Təqsirləndirilən şəxs onlarla Azəbaycan dilində danışırmış, ona verdikləri sualları başa düşürmüş. Təqsirləndirilən şəxs Azərbaycan dilində deyilənləri başa düşmədiyini onlara bildirməmişdir. Onlar Təqsirləndirilən şəxs barəsində sənədləşdirməni etmişlər. Təqsirləndirilən şəxs müdafiəçi təyin olunmuş və müdafiəçi axtarış və götürmə zamanı iştirak etmişdir. Onun iştirakı ilə tərtib olunmalı olan bütün sənədlər latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib olunmuşdur. Yəqin, latın qrafikalı azərbaycan əlifbası ilə tərtib olunan sənədləri müdafiəçi Təqsirləndirilən şəxs oxumuşdur. Təqsirləndirilən şəxs onlarla rahatlıqla Azərbaycan dilində danışmışdır. Təqsirləndirilən şəxs Azərbaycan dilində çətinliyi olduğunu dediyindən ona müdafiəçi təyin olunmuşdur. Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə səhər onlar tərəfindən saxlanılmışdır. O, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun üzərində telefon və ya başqa şəxsi əşyalar olmasını görməmişdir. Təqsirləndirilən şəxs ilk olaraq Suraxanı RPİ-nin 30-cu PŞ-də Növbətçi Hissəyə gətirmişlər, sonra da onu Suraxanı RPİ-nin 30-cu PŞ-nin Təhqiqat Şöbəsinə təhvil vermişlər. Yolda onlar Təqsirləndirilən şəxs üzərində nə olmasını soruşmamışlar. Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilənə qədər ona bu barədə sual verməmişlər. Təqsirləndirilən şəxs üzərində olan bükümləri könüllü təqdim edən zaman müdafiəçi iştirak edirmiş. Şəxsi axtarış Suraxanı RPİ-nin 30-cu PŞ-nin Təhqiqat Şöbəsində, deyəsən 1-ci, ya da 2-ci mərtəbəsində aparılmışdır. Şəxsi axtarış zamanı o, Şahid2, Suraxanı RPİ-nin 30-cu PŞnin əməliyyat müvəkkili Şahid1, təhqiqatçı, təqsirləndirilən şəxs və müdafiəçi iştirak etmişdir. Təqsirləndirilən şəxs cibindən narkotikə bənzər maddədən başqa hansı əşya çıxması yadında deyil. Baxış protokolu Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuşdur. Elan olumuş cinayət işinin 32-33-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Şahid2 bildirmişdir ki, protokolda Təqsirləndirilən şəxs üzərində hansısa əşya olması barədə yazılmamışdır. Deməli, Təqsirləndirilən şəxs üzərində narkotik vasitədən başqa heç bir əşya, predmet olmamışdır. Onun üzərində başqa əşya olsa imiş bu barədə protokolda mütləq göstərilərmiş. Təqsirləndirilən şəxs qarşı heç bir təsir və təzyiq olmamışdır. Videoçəkiliş telefon vasitəsilə aparılmışdır. Telefon vasitəsilə videoçəkiliş aparılan zaman bütün iştirakçılar videogörüntüdə əks olunmuşdur. Videoçəkiliş ilə şəxsi axtarış aparıldıqdan sonra şəxsi axtarış və götürülmə aparılması barədə protokola əyani olaraq baxış keçirilməsi onun yanında yaxud iştirakı ilə olmadığından, o, şəxsi axtarış və götürülmə aparılması barədə protokola əyani olaraq baxış keçirilib-keçirilməməsindən xəbərsizdir. Şəxsi axtarış və götürülmə aparılması barədə protokol tərtib olunduqdan sonra protokol proses iştirakçılarına ucadan oxunmuşdur. Proses iştirakçıları protokolla tanış olub imzalamışlar. Həmçinin, müdafiəçi də protokolla tanış olub imzalamışdır. Kazakov 29 sentyabr 2022-ci ildə yox, 30 sentyabr 2022-ci il tarixdə səhər saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsini təsdiq etmiş, lakin, əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022ci ilin sentyabr ayının axırlarında səhər saat 11:00-12:00 radələrində saxlamışlar. Videoçəkiliş zamanı isə vəkilin olub-olmaması onun yadında deyil. Təqsirləndirilən şəxs özü üzərindən 2 büküm sellofana bükülmüş narkotikə vasitəni təqdim edib və “kakos” növündə narkotik vasitə olduğunu demişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitədən başqa heç nə yox imiş. Təqsirləndirilən şəxs üzərində telefon olub-olmaması yadında deyil. Ona qarşı heç bir təzyiq və təsir olmamışdır. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-də İstintaq Şöbəsinin müstəntiqi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Kazakov Aleksandırın bütün hüquqları qorunmuş, Təqsirləndirilən şəxsa hansı maddə ilə ittiham olunması izah olunmuşdur. Təqsirləndirilən şəxsa tərcüməçi təyin olunmuş, belə ki, ilkin sənədlərdən də görünür ki, ona tərcüməçi təyin olunmuşdur. Təqsirləndirilən şəxs istintaq zərurəti ilə dəvət edildiyi andan onun tərcüməçisi yanında olmuşdur. İstintaqla işləyən az sayda tərcüməçi var. Buna görə həmin anda gələn tərcüməçinin 2-3 müstəntiqlə eyni anda işlədiyindən tez-tez otağa girib çıxmasını, vəkilin də narazılıq edib vəsatət verməsini və işin bu şəkildə uzanmasını nəzərə alsalar, texniki səhv olaraq protokolda tərcüməçinin imzası yaddan çıxmışdır. Başqa səbəb yoxdur. Təqsirləndirilən şəxsın tərcüməçisi və vəkili yanında olmuşdur. Yəni, sadəcə iş üzrə bəzi ziddiyyətlər olduğundan, tərcüməçinin də işi tələsik olduğundan texniki səhv kimi imzasının çəkilməsi yaddan çıxmışdır. İlkin sənədlərdən də görünür ki, Təqsirləndirilən şəxs saxlanılanda da necə olubsa ifadəsində də yazılmışdır. İfadəsində narkotik vasitənin ona məxsus olmaması barədə vəsatət vermiş və vəsatət qəbul olunmuş, lakin, sonra əsassız səbəb olduğundan vəsatəti rədd olunmuşdur. O, Təqsirləndirilən şəxsı dindirən zaman ona nə vaxt saxlanılması barədə sual verməyini dəqiq xatırlamır. Səhv etmirsə, cinayət işi 2022-ci ilin avqust ayının sonlarında daxil olmuşdur. Təqsirləndirilən şəxs hansı tarixdə saxlanılmasını deməmiş, səhv etmirsə, onun ifadəsində ziddiyyət yox imiş. Elan olunmuş cinayət işinin 32-33-cü vərəqələrində olan şəxsi-axtarış və götürmə aparılması haqqında protokola əsasən əlavə şahid Elmir Ələsgərov bildirmişdir ki, şəxsi axtarış və götürmə aparılması zamanı protokolda müddət 11:40-dan 11:45-ə qədər göstərilmişdir. Yəqin ki, videoçəkilişin başladığı vaxtdan müddət hesablandığından müddət 5 dəqiqə olaraq göstərilmişdir. Yəni, hüquqların izah olunması, vəkil və bütün iştirakçıların təqdim olunması müddətə daxil edilməmişdir. Tərcüməçini o dəvət etmişdir. O, cinayət işindən material ayırılmasını izah edə bilmir. Cinayət işinə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, axtarış və götürmə protokolları, ekspert rəyləri və digər sənədlər də əlavə olunmuşdur. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 30 sentyabr 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Eltac Əbdülhəsənovun 30 sentyabr 2022-ci il tarixli Ə-110-097-22 №-li Əmrindən görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 30 sentyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış əməliyyat qrupunun təşkil edilməsi barədə 30 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, əməliyyat müvəkkili Afiq Mizazadə vətəndaş Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirləri keçirilməsi və ifşa edilməsi üçün əməliyyat qrupu təşkil etmiş, lakin qrupa daxil olmuş əməkdaşların siyahısını göstərməmişdir. Cinayət işinin 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 30 sentyabr 2022-ci il tarixli raportundan görünür ki, 30 sentyabr 2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edərək istifadə etməsi və üzərində saxlamasında şübhəli bilinən xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olan, evli, orta təhsilli, əvvəllər məhkum olunan, Nəsimi rayonu, Azadliq pr 86 ünvanında qeydiyyatda olan, ünvan 4şayan Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə saat 10:00 dəqiqədə ünvan 6 ünvanın qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir. Cinayət işinin 13-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi təyin edilməsi barədə Suraxanı Rayon Pİ-nin 30-cu Polis Bölməsinin rəisinin adına ünvanlanmış 30 sentyabr 2022-ci il tarixli ərizə tərtib olunmuşdur. Cinayət işinin 15-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri 9 saylı Vəkil bürosunun müdafiəçisinin təyin edilməsi barədə Suraxanı Rayon Pİ-nin 30-cu Polis Bölməsinin təhqiqatçısı Vüqar İsizadənin protokolu tərtib olunmuşdur. Cinayət işinin 18-20-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış order və protokoldan görünür ki, 30 sentyabr 2022-ci il tarixdə 004247 nömrəli orderə əsasən işə dəvət olunmuş 9 saylı Vəkil bürosunun vəkili X1 Təqsirləndirilən şəxs təqdim olunmuş və sonuncunun həmin vəkilin onun hüquqlarını müdafiə etməsinə etirazı olmaması rəsmiləşdirilmişdir. Cinayət işinin 31-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 32-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlanılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülü olan içərisində tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı mobil telefondan istifadə etməklə videoçəkiliş aparılmışdır. Lakin tərtib edilmiş protokolda tərçüməçinin iştirakı öz əksini tapmamışdır. Həmin 30 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun birinci vərəqinin aşağı hissəsində, şəxsi axtarış və götürmənin 30 sentyabr 2022-ci il tarixdə saat 11:40-dan saat 11:45-dək aparıldığı qeyd edilmişdir. Göründüyü kimi, şəxsi axtarış yalnız 5 dəqiqə ərzində keçirilmiş, 5 dəqiqə ərzində şübhəli şəxs qismində tutulmuş şəxsə hüquq və vəzifələrinin izah edilməsinin, şəxsi axtarışda iştirak edən şəxslərin şəxsiyyətinin müəyyən edilməsinin, şübhəli şəxsin üzərinə axtarışın keçirilməsi, şifahi sorğu-sual edilməsinin yalnız 5 dəqiqə ərzində aparılması şübhə və anlaşılmazlıq yaradır. Cinayət işinin 41-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 oktyabr 2022-ci il tarixli, 6/5641 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №-194" möhür əksi, " Təqsirləndirilən şəxs üzərindən..." və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,701 qram; 0,902 qram; ümumi təmiz çəkisi 2,603 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 02 büküm heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 153-154-cü vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Elmir Ələsgərovun 22 fevral 2023-cü il tarixli cinayət işi materiallardan ayrıca icraata material ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 2,603 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyən etmək məqsədi ilə istintaqı aparılan ********* saylı cinayət işindən ayrıca icraata material ayırlması və araşdırma aparılması qərara alınmışdır. Cinayət işinin 99-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik leytenantı Namiq Məmmədovun 15 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 160 və 165-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi barədə 22 fevral 2023-cü il tarixli və təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmək haqqında 24 fevral 2022-ci il tarixli protokollarından görünür ki,həmin istintaq hərəkətlərində tərcüməçinin iştirakı rəsmiləşdirilməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətləri protokollarını və digər sənədləri tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyrimötəbər sübutlarla əsaslandırılmışdır. Qeyd olunanlara və həmçinin aşağıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, cinayət işinin materiallarında olan 09 mart 1989-cu il tarixli 14 JQ n 399630 nömrəli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs milliyyətcə rusdur. Cinayət işinin materiallarına əlavə edilmiş BN 260160 nömrəli orta təhsil haqqında attestatdan görünür ki, Təqsirləndirilən şəxs 2006-cı ildə Bakı şəhəri, Nəsimi rayonu, E.Cavadov adına 15 saylı orta məktəbinin rus bölməsini bitirmişdir. Təqsirləndirilən şəxs prosessual hüquqları ibtidai istintaq orqanı tərəfindən kobud pozulmuşdur, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndiriln şəxsin ana dilində və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun olduğu halda, istintaq orqanı sonuncunu tutduğu gündən, yəni protokola əsasən 30 sentyabr 2022-ci il tarixdən tərcüməçi ilə təmin etməmiş, onun üzərində axtarış və baxış aparılan zamanı (i.v. 32-33) nə tərcüməçi, nə də ki müdafiəçinin iştirakı təmin edilməmiş, nəticədə onun prosessual hüquqları pozulmuşdur. Bundan başqa, şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla,ekspert rəyi ilə və cinayət işinin materialları ilə tanış edilməsi tərcüməçinin iştirakı ilə keçirilməmişdir (i.v.37,45, 165). Cinayət işinin 51-52-ci vərəqələrində olan Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Elmir Ələsgərovun qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilməli olduğundan və Azərbaycan dilini sərbəst bilmədiyindən ona yalnız 01 oktyabr 2022-ci il tarixdə tərcüməçi təyin edilməsi qərara alınmışdır. Lakin, buna baxmayaraq, Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə ibtidai istintaqın qurtarması barədə məlumat verilərkən (i.v.160) və cinayət işinin materialları ilə 24 fevral 2022-ci il tarixində tanış olarkən (i.v.165) tərçüməçinin iştirakı təmin edilməmişdir. «Azərbaycan Respublikası CPM-nin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair« Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli Qərarında deyilir ki, CPM-nin 26-cı maddəsi Azərbaycan dilini ümumiyyətlə bilməyən və ya bu dili qismən bilən şəxslərə şamil edilir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” 4 noyabr 1950ci il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinin «e» bəndinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs, məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə tərcüməçinin pulsuz köməyindən istifadə etmək hüququ vardır. Cinayət prosesi tərəflərinin hər hansı şəkildə hüquqlarının pozulmasının yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-ci il tarixli Plenumunun 5 saylı Qərarında da bir vəzifə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90.7.11-ci maddəsində göstərilir ki, şübhəli şəxsin tutulduğu, təqsirləndirilən şəxsin isə həbsə alındığı və ya ona ittiham elan olunduğu andan ana dilində və ya bildiyi başqa dildə ifadə və izahat vermək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9-cu maddəsinə görə insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsinin təmin edilməsi cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biridir Bu Məcəllənin 9.2-ci maddəsinə görə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Cinayət prosessual qanunvericiliyin tələblərinə görə cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının aşağıdakı hüquqlarını təmin etməlidir: cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu izah etmək; ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək (CPM-nin 26.2 mad.). Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir (CPM-nin 26.3 mad.). Cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir (CPM-nin 26.4 mad.). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinə görə insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bundan başqa, məhkəmə iclasında cinayət materiallarına əlavə edilmiş videoçəkilişin olduğu CD diskdə olan görüntülər nümayiş etdirilməklə tədqiq edilmişdir. Həmin görüntülərdən müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürmə zamanı tərcüməçi və müdafiəçi iştirak etməmiş, axtarış aparılması və maddi sübutun götürülməsini həyata keçirən təhqiqatçı protokol tərtib etdikdən sonra, protokol ucadan oxunmur. Bu isə cinayət işinin 32-33-cü vərəqələrində çap variantda olan protokolda qeyd edilmiş «protokol ucadan oxundu» yazısı ilə ziddiyyət yaradır. Bundan başqa məhkəmə kollegiyası digər hüquq pozuntuları da müəyyən etmişdir. Belə ki, məhkəmə içlasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Suraxanı rayon 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalmış, onu polis əməkdaşları stulda otuzdurub skoçla əllərini və ayaqlarını bağlayıb qrafindən belinə su tökmüşlər, sonra kondisioneri qoşub onu kondisionerin altında otuzdurmuşlar. Deyirmişlər ki, o, narkotiki boynuna almasa soyuqdan öləcək. Polis bölməsində işgəncələrə dözməyib, halı pisləşmiş, bu səbəbdən polis bölməsində onun üçün təcili yardım çağırılmışdır. Evə buraxıldıqdan sonra təqribən oktyabr ayının 8-də ona təcili tibbi yardım gəlmiş və ona «Neyrocərrahiyə» xəstəxanasına göndəriş vermişlər. «Neyrocərrahiyə» xəstəxanasında o, gəzə bilmirmiş, ona kateter qoymuşlar. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarının, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə və işgəncəyə məruz qalıb-qalmamasının müəyyən edilərək, müvafiq qərar qəbul edilməsi üçün cinayət işinin buna aid sənədlərinin təsdiq edilmiş surətləri və məhkəmə kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarı Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən məhkəmə törədilmiş və ya hazırlanan cinayət (xüsusi ittiham qaydasında təqib olunan cinayət istisna olmaqla) haqqında məlumatları aldıqdan sonra onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Həmin Məcəllənin 207.1.1-ci maddəsinə əsasən isə prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında daxil olmuş məlumatı dərhal qeydə almalı və ona baxmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.1.2-ci maddəsində göstərilmişdir ki, prokuror zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya CPM-nin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalı, bundan sonra həmin Məcəllənin 207.1.3-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.5-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi başlamaq, cinayət işinin başlanmasını rədd etmək, məlumatı istintaq aidiyyəti üzrə göndərmək və s. qərarlardan birini qəbul etməlidir. Lakin, məhkəmənin çıxardığı qərarın icrası təmin edilməmiş və bu barədə naməlum səbəbdən məhkəməyə heç bir məlumat verilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Təcili və X9 Stansiyası PHŞnin sahə həkiminin xəbərdarlıq vərəqəsindən görünür ki, 08 oktyabr 2022-ci ildə X.Məmmədov küçəsi 23, mənzil 24 ünvanına çağırışa gəlmiş, xəstə Təqsirləndirilən şəxsa nevropotoloqa müraciət etməsinin vacibliyi tövsiyə edilmiş və ondan «kateter vasitəsilə 450 ml sidik alınmışdır». Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Konstitusiyanın 71-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları birbaşa qüvvədə olmaqla Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur, eləcə də insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 15.2.1-15.2.3-cü maddələrinin tələblərinə əsasən işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, uzun sürən və ya kəskin fiziki iztirabla, yaxud səhhətin müvəqqəti pozulması ilə müşayiət olunan eksperimentlərdə və ya digər prosessual hərəkətlərdə iştiraka cəlb etmək, habelə buna bənzər hər hansı digər sınaqlar keçirmək, zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq cinayət təqibi gedişində qadağandır. Avropa Məhkəməsi «Layicov Azərbaycana» qarşı işdə (10 aprel 2014-cü il) Yüksək Məhkəməsi qeyd etmişdr ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır, işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla işgəncə barədə iddianın səmərəli şəkildə araşdırması üçün bütün zəruri sübutlar tədqiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə işgəncə barədə iddia, sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti prokurorluğun qərarına görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini araşdırmalıdır. Həmçinin, Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvesiyasının müddəalarına və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin hüquqlarının pozulması ilə əldə olunmuş və digər sübutlarla təsdiq olunmayan etirafedici ifadəsi ona qarşı irəli sürülmüş ittihamın təsdiqi üçün sübut növü kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsində göstərilir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmış məlumatlar sübut kimi qəbul edilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.7ci maddəsi istintaq və ya digər prossesual hərəkətlərin icraatın qaydalarının kobud pozuntularla müşayiət olunması ilə əldə edilən məlumatların sübut kimi qəbul edilməsini istisna edir. «Gerbera Messeqe və Habordo İspaniyaya qarşı» işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası cinayət işinin 32-33-cü vərəqələrində olan «şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» 30 sentyabr 2022-ci il tarixli protokolu, cinayət işinin 34-cü vərəqələrində olan Təqsirləndirilən şəxs izahatını şəxsin hüquqlarının pozulması ilə əldə edilmiş məlumatlar kimi hesab edərək, həmin sənədləri cinayət işi üzrə sübut kimi qəbul etmir. Müdafiəçinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, Aleksandrın anasıdır. Adətən oğlu axşam saat 22-də həmişə evdə olurmuş, gecikəndə də ona zəng edirmiş. Hadisə günü axşam saat 12 ya 1in yarısı oğlu ona zəng etmədiyi üçün özü evlərinə quraşdırılmış ***-***-**-** saylı şəhər telefonundan DİN-nin 102 xidmətinə zəng etmiş və oğlunun itkin düşməsi barədə məlumat vermişdir. Onlar ondan əvvəl oğlunun evə gec gəlməsi halının olmasını soruşduqda o, belə halın əvvəl olmadığını bildirmişdir. Onlar ona 2 dəfə zəng edib oğlunun gəlibgəlməməsini soruşmuşlar, o bildirmişdir ki, oğlu gəlməmişdir. Ona bildirmişlər ki, ərazi üzrə gedib polisə bu barədə ərizə yazsın. O səhər Xətai RPİ-nin 36-cı PB-nə gedib oğlunun itkin düşməsi barədə ərizə yazmışdır. Demişlər ki, evə getsin, oğlu gəlsə onlara məlumat verər. Bir sutka sonra ona oğlu Aleksandr zəng edib demişdir ki, onu narkotiklə bağlı Suraxanı RPİ-dən saxlamışlar və yemək gətirməsini xahiş etmişdir. O, Suraxanı Rayon Polis Bölməsinə gedib oğluna yemək vermişdir. Bir sutka sonra oğlu evə qayıtmışdır. Oğlu evə qayıdanda bildirmişdir ki, narkotiki onun cibinə qoymuşlar, onda narkotik olmamışdır. Oğlu ona demişdir ki, onu döyüblər, kürəyindən su töküb özünü da kondisionerin altında otuzdurmuşlar, o sətəlcəm olmuşdur. Evə gələndə oğlu «ördək» kimi yeriyirmiş, oğlu tualetə gedə bilmirmiş. O təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım gəlmişdir və tibbi yardım göstərilmişdir, Təcili yardımdan gələn həkim bildirmişdir ki, onu xəstəxayaya aparsınlar. Proses iştirakçılarının oğlunun nə vaxt itkin düşməsi barədə suallarını cavablandıraraq şahid X10 ilkin dindirmə vaxtı bildirmişdir ki, dəqiq tarix yadında qalmamışdır. Lakin sonrakı iclaslarda oğlunun məhz 29 sentyabr 2022-ci il tarixdə evə qayıtmaması barədə 102 xidmətinə məlumat verilməsini göstərmişdir. Bundan əlavə, oğlu evə qayıdandan sonra onun itkin düşməsi barədə ərizəsini geri götürməyə Xətai RP-nin 36-cı Polis Bölməsinə gedib və ərizəni geri götürmüşdür. Belə ki, polis əməkdaşları ona xəbərdarlıq etmişlər ki, oğlu evə qayıtdığı halda gəlib ərizəsini geri götürməlidir. Məhkəmənin sonrakı iclaslarında proses iştirakçılarının suallarını cavablandıraraq, X10 bildirmişdir ki, onun adına ***-***-**-** nömrəli sim kart olmuş və həmin nömrədən onun oğlu Təqsirləndirilən şəxs istifadə etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN-nin X7 Xidmətinin 12 may 2023-cü il tarixli 3-13-7\2-792123 nömrəli məktubundan görünür ki, arxiv bazasında baş vermiş avtomatlaşdırılmış texniki yenilənmə səbəbindən 2022-ci il üzrə müraciətlər haqqında məlumatların araşdırılması mümkün olmamışdır (???). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndində qeyd edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 143.2-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X4 29 sentyabr 2022-ci il və ya 30 sentyabr 2022-ci il tarixlərdə oğlu- Təqsirləndirilən şəxs evdən çıxıb geri qayıtmaması, itkin düşməsi barədə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə ərizə ilə müraciət edibetməməsi barədə məlumatın məhkəməyə göndərilməsi barədə 14 iyun 2023-cü il tarixdə sorğu göndərilmişdir. Sorğuya əsasən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin 01 iyul 2023-cü il tarixli 3/2-7535 nömrəli məktubu ilə göndərilmiş X4 Xətai RPİ-nin 36-cı Polis Bölməsinə ünvanladığı 30 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, oğlu Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə, saat 21.45 radələrində itkin düşmüş, o, oğlunun üzərində olduğu ***-***-**-** nömrəli mobil telefonuna zəng vurmasına baxmayaraq, telefon söndürülmüş vəziyyətdə olmuş və bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin məktuba əlavə edilmiş X4 Xətai RPİ-nin 36-cı Polis Bölməsinə ünvanladığı 05 oktyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, 29 sentyabr 2022-ci il tarixdə, saat 21.45 radələrində itkin düşmüş oğlu Təqsirləndirilən şəxs artıq evə qayıtmışdır. Təqsirləndirilən şəxs itkin düşməsi ilə əlaqədar toplanmış NK-2184 saylı material üzrə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin təhqiqatçısı Aslan Rəhimov cinayət işinin başlanmasınının rədd edilməsi haqqında qərar çıxarmış və qərarda X4 Xətai RPİ-nin 36-cı Polis Bölməsinə ünvanladığı 30 sentyabr 2022-ci il tarixli ərizəsinə istinad edərək oğlu Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə, saat 21.45 radələrində itkin düşməsi bir daha vurğulanmışdır. Həmçinin məhkəmə kollegiyası cinayət təqibi üzrə sübutların tam, hərtərəfli və obyektiv yoxlanılması üçün ***-***-**-** şəhər telefon nömrəsi ilə xx.xx.2022; xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə daxil olan və çıxan zənglər haqqında məlumatların çap edilmiş variantda "xxxx" MMC (Baktelecom) “-dən götürülməsi barədə qərar çıxarmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X14 Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 24 iyun 2023-cü il tarixli 20/XİY məktubundan görünür ki, 29 sentyabr 2022-ci il tarixdə ***-***-**-** şəhər telefon nömrəsindən saat 22.19.57-də 102 xidmətinə zəng olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs dindirilərkən bildirmişdir ki, Suraxanı Rayon Pİ-nin 30-cu Polis Bölməsinin əməkdaşları onu 30 sentyabr 2022-ci il tarixində Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yox, 29 sentyabr tarixində saat 20:30 radələrində Hövsan qəsəbəsində “KATV” kabel televiziyası yaxınlığında saxlamışlar. Həmin vaxt onun üzərində mobil telefon olmuş və həmin mobil telefonunda həmin vaxt istifadə etdiyi ***-***- **-** nömrəli sim kart olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin kimin adına rəsmiləşdirilməsi, həmin nömrə ilə aparılan SMS mətnlərinin açıqlamaları, daxil olan və çıxan zəng məlumatları və anten dairəsi haqqında məlumatların əldə edilməsi barədə məhkəmə kollegiyası 07 iyun 2023-cü il tarixdə qərar çıxarmışdır. "xxxx" Telekom MMC-nin 21 iyun 2023-ci il tarixli, 13591 saylı məktubu ilə daxil olmuş məlumatlardan görünür ki, ***-***-**-** saylı nömrə X4 adına rəsmiləşdirilmiş, həmin mobil nömrədən axırıncı dəfə 29 sentyabr 2022-ci il tarixdə saat 21.20.11 danışıq anten dairəsi Suraxanı rayonu, Hövsan qəsəbəsi, Səməd Vurğun küçəsində istifadə olnmuşdur. Qeyd etmək lazımdır ki, ibtidai istintaq orqanı təhqiqatçının səhvlərini eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Lakin məhkəmə prosesində müəyyən olunmuşdur ki, hadisənin baş verdiyi tarix, yəni Təqsirləndirilən şəxsın tutulduğu tarix, məhkəməyədək icraat zamanı Suraxanı Rayon Pİnin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən sənədlərdə rəsmiləşdirildiyi kimi - 30 sentyabr 2022-ci il saat 10.00 radələri deyil, əslində 29 sentyabr 2022-ci il tarixdə saat 21 radələridir. Ümumiyyətlə istintaq ərəfəsində sübutların qiymətləndirilməsi qabaqcadan yaranmış yanlış qənaət əsasında aparılıb, sübut edilməli hallar üzrə ehtimalların tarazlığına riayət olunmayıb. İstintaqçı təqsirləndirilən şəxsə ehtimal əsasında ittiham verdiyi üçün ittiham aktında bir-birini təkzib edən arqumentlərdən və təhrif olunmuş ifadələrdən istifadə etmişdir. İttiham aktının tərtibi zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə istinad edilərkən, müstəntiq həmin prosessual sənədə qeyri-ciddi yanaşmış, müxtəlif diqqətsizliyə yol verərək, müəyyən hadisələr və iştirakçılar barədə təhrif olunmuş tərzdə qeydlər aparmışdır. Belə ki, məhkəmə prosesində iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış və axtarış müdafiəçinin iştirakı ilə baş tutmuş və Təqsirləndirilən şəxs üzərində olan bükümləri könüllü təqdim edən zaman müdafiəçi iştirak edirdi. Lakin, cinayət işinin 32-33-cü vərəqələrində olan 30 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı müdafiəçinin iştirakı təmin edilməmişdir. Bundan başqa , cinayət işinin 21-ci vərəqəsində olan 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilinərək həmin tarixdə saat 11.20-də tutulması rəsmiləşdirilmişdir.. Cinayət işinin 39-cu vərəqəsində olan Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Vüqar İsizadənin raportundan görünür ki, 30 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə bilavasitə şübhə yarandığından, o, qeyd edilən tarixdə saat 11:00 dəqiqədə Suraxanı RPİ-nin 30-cu PŞ-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 28-ci vərəqəsində olan Suraxanı RPİ-nin təhqiqatçısı, polis kapitanı Vüqar İsazadənin 30 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, 28 sentyabr 2022-ci il tarixli qərara müvafiq olaraq Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə saat 13-00 dəqiqədə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Lakin, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar Afiq Mirzazadə tərəfindən 28 sentyabr yox, 30 sentyabr 2022-ci il tarixdə rəsmiləşdirilmişdir. (i.v.5-6) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarında qeyd edilir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin 153-155-ci vərəqlərində olan cinayət işinin materiallarından ayrıca icraat material ayrılması haqqında qərardan görünür ki, ibtidai istintaqı aparan müstəntiq Elmir Ələsgərov 22 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2,603 qram narkotik vasitə olan heroini əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə ********* saylı cinayət işindən ayrıca icraat material ayrmışdır. Bu isə Azərbaycan Respublikası CPM-nin 50 və 211-ci maddəllərinə ziddir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 211.2-ci maddəsində qeyd edilmişdir ki, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz icraatında olan cinayət işinin materiallarından başqa cinayət işini ayrıca icraata ayırır. İşin hərtərəfli, tam və obyektiv araşdırılması üçün 26 aprel və 15 may 2023-cü il tarixlərdə Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə 29 sentyabr 2022-ci il tarixində inzibati ərazi olan ünvan 10 ünvanında Suraxanı Rayon Polis idarəsinin 30-cu PŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində hər hansı istintaq-əməliyyat tədbirlərinin keçirilib-keçirilməməsi, əməliyyat tədbirləri keçirildiyi halda göstərilən ünvanda hər hansı şəxslərin saxlanılıb-saxlanılması barədə sorğular göndərilmişdir. Məhkəmənin dəfələrlə bu barədə sorğu ilə müraciət etməsinə baxmayaraq, hər hansı məlumatın verilməməsi, təqsirləndirilən şəxsin 30 sentyabr yox, məhz 29 sentyabr 2022-ci il tarixdə saxlanılması Təqsirləndirilən şəxs və onun anası Lyübov Kazakovanın ifadələrinin düzgünlüyünü bir daha təsdiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə istintaq orqanı sübutların tədqiqi və onların qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl etməmiş, elan edilmiş ittiham ziddiyyətli sübutlara əsaslanmış və bu ziddiyyətlərin aradan qaldırılması istiqamətində qanuna müvafiq tədbirlər görməmişdir. İstintaqçı axtarış və götürmə haqqında protokolu ittihamı təsdiq edən sübut növü kimi qəbul etsə də, sübut edilməli halları tam araşdırmadan, sübut edilməli hallar üzrə ehtimalların tarazlığına riayət etmədən bir-birini inkar edən sənədlərə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X16rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsiri sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə yuxarıda sadalanan sübutları tədqiq edərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33-cü maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət Məcəlləsinin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinin digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəyinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində aşağıdakılar göstərilmişdir: Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə". Göründüyü kimi Azərbaycan Respublikası CPM-nin 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsi üçün onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadığı üçün ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(011)-199/20119 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırıması cəzasına məhkum edilmiş, 04 iyul 2021-ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilmişdir. Cinayət işinin 100-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 20 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 134-135-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X15 31 yanvar 2023-cü il tarixli, 515 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.1-ci və 353.3.4-cü maddələrinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxsa cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 2,483 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra həmin narkotik vasitə heroinlə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna göndərilməli və göstərilən narkotik vasitə heroin həmin işin materiallarına əlavə edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 110 (yüz on) manat pul vəsaitinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməli və həmin pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 55, 346, 347,349-350, 352-353, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham olunan Təqsirləndirilən şəxsa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4cü maddəsinə əsasən təqsiri sübuta yetmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxsa cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 2,483 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra həmin narkotik vasitə heroinlə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Surxanaı Rayon Prokurorluğuna göndərilsin və göstərilən narkotik vasitə heroin həmin işin materiallarına əlavə edilsin. İş üzrə məhkəmə məsrəfi olan 110 (yüz on) manat pul vəsaitinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin və həmin pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Sədrlik edən Azad Məcidov Hakimlər Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar