Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1059/2021 06.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə Hakimlər- Ağalarov Mahmud Muradxan oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi-X1 qızı, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X6, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhər 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü kərpic D, ev 8-də qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı "Mərifət" adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Mərifət” adlı şəxs və qeyrilərinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi narkotik vasitəni onların qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəyini qabaqcadan vəd verib şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı "Mərifət" adlı şəxs və qeyrilərininin müəyyən edilməmiş vaxtda və şəraitdə Bakı şəhəri, Binəqədi rayonu ərazisinə satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada gizlətməklə saxladıqları külli miqdarda 7063.9 (yeddi kiloqram altmış üç tam onda doqquz) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 3260 (üç kiloqram iki yüz altmış) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs "Mərifət" adlı şəxsin göstərişi ilə qoyulduğu yerdən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb yaşadığı ünvan 6nvanına daşımış, qeyd edilən çəkidə narkotik vasitədən 3.9 (üç tam onda doqquz) qram çəkidə heroini ayırıb bir ədəd bükümdə qablaşdırmaqla satış məqsədi ilə üzərində saxlamış. Təqsirləndirilən şəxs Bakı şəhərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 12 iyul 2020-ci il tarixdə, saat 17.00-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq Baş İdarədə saat 18.30-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 3.9 (üç tam onda doqquz) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, daha sonra ünvan 1, 14 saylı mənzilə sonuncunun razılığı və iştirakı ilə həmin gün saat 20.00-dan etibarən keçirilmiş baxış zamanı yataq otağının sol tərəfində yerləşən yataq mebelinin altından 02 ədəd qara rəngli polietilen torbada, bir qara rəngli polietilen torbada 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1005 (bir kiloqram beş) qram, 1010 (bir kiloqram on) qram, 1015 (bir kiloqram on beş) qram, 1010 (bir kiloqram on) qram, 1000 (bir kiloqram) qram, 1005 (bir kiloqram beş) qram, 1015 (bir kiloqram on beş) qram, ümumi təmiz çəkisi külli miqdar 7060 (yeddi kiloqram altmış) qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər qara rəngli polietilen torbada 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1050 (bir kiloqram əlli) qram, 665 (altı yüz altmış beş) qram, 555 (beş yüz əlli beş) qram, 340 (üç yüz qırx) qram, 155 (yüz əlli beş) qram, 95 (doxsan beş) qram, 95 (doxsan beş) qram, 100 (yüz) qram, 55 (əlli beş) qram, 95 (doxsan beş) qram, 55 (əlli beş) qram, ümumi təmiz çəkisi külli miqdar 3260 (üç kiloqram iki yüz altmış) qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan təxminən altı ay əvvəldən narkotik vasitə və psixotrop maddə istifadə etməyə başlamışdır. O, narkotik vasitəni və psixotrop maddəni “Facebook” sosial şəbəkəsi vasitəsilə tanış olduğu “Mərifət” adlı şəxsdən almışdır. Keçən ilin aprel ayında atası rəhmətə getdiyi üçün bir müddət narkotik vasitə istifadəsindən uzaqlaşsa da, bir müddət sonra “Mərifət adlı İİR vətəndaşı onunla telefon əlaqəsi yaratmış, niyə onunla əlaqə saxlamadığını soruşmuşdur. O həmin şəxsə atası ilə əlaqədar başına gələnləri danışmışdır. Həmin şəxs onun etirazlarına baxmayaraq, ona kömək məqsədi ilə 1000 manat borc pul göndərmişdir. Bir müddət sonra isə həmin “Mərifət” adlı şəxs ona narkotik vasitə daşıyıcısı olaraq iş təklif etmişdir. O həmin şəxsə borcu olan 1000 manat müqabilində daşıyıcı kimi fəaliyyət göstərə biləcəyini bildirmişdir. Lakin “Mərifət” adlı şəxs hər dəfəsində narkotik vasitənin ünvana çatmadığını bəhanə edərək, onu daha artıq borclandırmışdır. O yaşadığı ərazidə sahə müvəkkili işləyən “Arzuman” adlı polis işçisi ilə neçə dəfə şəxsən görüşmüşdür. Həmin polis işçisi onu “Azər” adlı polis işçisinə yönləndirmişdir. “Azər” adlı polis əməkdaşı ilə əlaqə yaratmış və narkotik vasitələr barədə məlumat vermişdir. Həmin polis əməkdaşı ona evə gedib gözləməyini məsləhət görmüşdür. Yarım saat sonra həmin şəxs onunla əlaqə saxlayıb ailəsi ilə yaşadığı 28 may qəsəbəsində olan “Baba” marketin qarşısında görüş təyin etmişdir. O həmin yerə heç bir etiraz etmədən gəldikdə 4-5 nəfər polis işçisi tərəfindən heç bir səbəb olmadan zor işlədilərək maşına otuzudurulmuş və BNMİ-nə gətirilmişdir. Orada 3-cü Şöbənin rəisi Mahir onu qəbul etmişdir. O hər şeyi danışıb, kömək istəmişdir. Mahir ona demişdir ki, “Narahat olma, sən bizə Mərifətlə danışıb külli miqdarda narkotik gətizdirməyə kömək et”. Onunla birlikdə S.Bünyadov küçəsi, 10 ünvanında yerləşən kirayə tutduğu saxlanc kimi istifadə etdiyi mənzilə gətirmişdir. Açar yadından çıxdığı üçün 1 saata yaxın Axundov bağında ayrı-ayrı oturacaqlarda oturub vətəndaş nikahı ilə yaşadığı həyat yoldaşı taksi vasitəsilə açarları göndərməsini gözləmişdir. Açar gəldikdən sonra onlar evə qalxdıqda könüllü surətdə təxminən 1 kq heroin, 0,5 kq metamfetamini təqdim etmişdir. Polis əməkdaşları narkotik vasitələri ondan təhvil almışlar. “Mərifət” adlı şəxslə danışıb nə edəcəyini soruşmalarını tapşırmışlar və o, Mərifət ilə əlaqə saxlamışdır.Təxminən gün ərizndə polis əmkdaşları ilə bərabər ayrı-ayrı istiqamətlərdə narkotik vasitələr qoymuş və ya götürmüşlər. Bu müddət ərzində bir neçə dəfə onun vasitəçiliyi ilə “Azər” adlı polis əməkdaşı əlbəəl görüşdüyü adama narkotik verərək nəğd 1400 manat pul almışdır. “Azər” adlı polis əməkdaşı pulu mənimsəmiş və göndərməkdən imtina etmişdir, “Mərifət” adlı şəxslə əlaqə saxlamayaraq telefonu söndürmüşdür. Səhərisi gün həmin polis əməkdaşı Azər telefon nömrəsi ***-***-**-** olan nömrə satışı ilə məşğul olan şəxs ilə onu görüşdürərək Azərin özünə məxsus nömrəsinə bənzər ***-***-**-** nömrəsini Mərifət ilə əlaqə saxlamaq üçün almışdır. Onlar həmin nömrəni alıb, yenədə S.Bünyadov küçəsində yerləşən evdən Mərifət ilə əlaqə saxlayıb yenədə onun dediyi kimi narkotik vasitələri müxtəlif yerlərə aparmışlar. Təxminən 11 iyul tarixində yenə Azər adlı polis əməkdaşı 1400 manatlıq narkotik vasitə verərək əlbəəl aldığı pulu göndərməkdən imtina etmiş və onu saxladıqları S.Bünyadov küçəsində yerləşən mənzildən BNMİ-ə gətirilmişdir. Səhərə kimi onu öz iş otağında əlləri qandalda saxlamış və ona təzyiq göstərmişlər. Səhəri gün onu S.Bünyadov küçəsində yerləşən evinə aparmış, onun olmayan 10 kq narkotik vasitəni onun evinə yerləşdirilmiş və çəkiliş aparmışlar. Daha sonra Baş İdarədə bu barədə protokol tərtib olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi onun adına olmuş və istifadəsində olmuşdur. Digər telefon nömrəsi ***-***-**-** saylı telefon nömrəsi də onun istifadəsində olmuşdur. Azər adlı polis əməkdaşını onunla tutulmamışdan 3-4 gün qabaq “Arzuman” adlı sahə müvəkkili tanış etmişdir. İş materiallarına əlavə edilmiş 12 iyul 2020-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun əks olunduğu videogörüntülərdə verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş 1(bir) ədəd, içində heroin kütləsi olan bükümün özünə məxsus olduğunu, həmin bükümü İran İslam Respublikası vətəndaşı “Mərifət” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Binəqədi [rayonu ərazisində yerləşən zibilxanadan 11.07.2020-ci il tarixdə, saat 22 radələrində şəxsi istifadəsi üçün götürdüyünü, əvəzində ‘Mərifət” adlı şəxsin plastik kartına 100 (yüz) AZN ödəniş etdiyini, Bakı şəhəri, Səbəil rayonu ərazisində hal-hazırda kirayə yaşadığı mənzildə narkotik maddə saxladığını, narkotik maddələrdən istifadə etdiyini, ona verilən sualları tam başa düşdüyünü, səmimi və düzgün cavablar verdiyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını bildirməsi ona aydındır. Hazırda ifadəsində polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyinə dair xüsusatı ibtidai istintaq zamanı yuxarıda qeyd olunan protokolların tərtib edildiyi, yəni müdafiəçisinin iştirakı ilə ifadə verdiyi zaman bildirməməsinin səbəblərini izah etməkdə çətinlik çəkir. İş materiallarına əlavə edilmiş 12 iyul 2020-ci il tarixli “Mənzilə baxış keçirilməsi və götürmə” haqqında protokolun əks olunuduğu videogörüntülərdə verilən suallara cavab olaraq, sözügedən mənzildə təxminən 10 (on) gündür kirayədə yaşadığını, həmin ünvanda tək yaşadığını ondan başqa heç kimin yaşamadığını, aşkar olunmuş 7 (yeddi) ədəd içində heroinə bənzər kütlə olan, 11 (on bir) ədəd içində metamfetaminə bənzər kütlə olan bükümü və 2 (iki) ədəd elektron tərəzini İran İslam Respublikası vətəndaşı “Mərifət” adlı şəxsin vasitəsi ilə 11.07.2020-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən zibilxanadan götürdüyünü, kirayə yaşadığı mənzildə saxladığını, həmin bükümləri “Mərifət” adlı şəxsin deyəcəyi ünvana çatdıracağını, əvəzində sonuncunun ona 1000 (min) AZN pul verəcəyini, qazandığı pulla müalicə olunacağını, narkotik maddələrin dövriyyəsi ilə məşğul olması və həmin mənzildə narkotik maddə saxlamasından heç kimin məlumatı olmadığını, verilən suallara doğru və səmimi cavablar verdiyini bildirməsi ona aydındır. Hazırda ifadəsində mənzildən aşkar olunmuş narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun evinə yerləşdirildiyinə dair xüsusatı ibtidai istintaq zamanı yuxarıda qeyd olunan protokolların tərtib edildiyi, yəni müvafiq şəxs qismində müdafiəçisinin iştirakı ilə ifadə verdiyi zaman bildirməməsinin səbəblərini izah etməkdə çətinlik çəkir. Son olaraq özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edib, əməlinin Cinayət Məcəlləsinin 32.5, 206.3.2 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməsi və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilərək fərqli məzmunda ifadə verməsinə baxmayaraq, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı işin halları və hadisələrin baş vermə ardıcıllığı ilə bağlı iş materialları ilə uzlaşan dolğun və ətraflı ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, həmin protokolların əyani əks etdirildiyi DVD diskə köçürülməklə iş materiallarına əlavə edilmiş video görüntülər və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı 13.07.2020-ci il tarixdə şübhəli və 14.07.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, təqribən 6 ay narkotik vasitə və psixotrop maddə istifadəçisi olmuş, heroin və metamfetamin istifadə etmişdir. Təqribən tutulmamışdan 1 ay əvvəl ‘Tacebook” sosial şəbəkəsi vasitəsilə "Mərifət” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. O Mərifətlə bir qədər danışdıqdan sonra Mərifətin narkotik vasitə və pxisotrop maddələrin satışı ilə məşğul olduğunu bilmişdir. Buna görə də Mərifətlə danışıb Mərifətdən narkotik vasitə almaq qərarına gəlmişdir. O narkotik vasitə almaq istədiyini Mərifətə bildirmişdir. Mərifət də öz hesab kartının şəklini göndərəcəyini, onun həmin karta deyilən məbləği ödəyib qəbzini Mərifətə göndərdikdən sonra ona narkotik vasitəni qoyulduğu yeri deyəcəyini bildirmişdir. O Mərifətlə razılaşmış və ona 5 qram "kokos”. yəni heroin lazını olduğunu bildirmişdir. Mərifət də dediyi hesaba 100 manat ödədikdən sonra heroini verəcəyini bildirmişdir. O da razılaşmış və Mərifətin göndəridiyi kart hesabına 100 manat pulu köçürmüşdür. Mərifət də ona Binəqədi rayonu ərazisində narkotik vasitənin qoyulduğunu və oradan götürə biləcəyini demişdir. 11 iyul 2020-ci il tarixdə saat 22 radələrində o Mərifətin dediyi yerə gedib oradan narkotik vasitəni götürərkən Mərifət ona bir təklifi olduğunu demişdir. Bu zaman onlar Mərifətlə “Whatsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayırmışlar. Mərifət onun üçün heroin qoyulan yerdə başqa iki ədəd torba da olduğunu demişdir. Həmin iki ədəd torbada narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi olmuşdur. O həmin iki ədəd torbanı götürüb Mərifətin dediyi yerə çatdıracağı təqdirdə bunun müqabilində Mərifət ona 1000 manat pul verəcəkmiş. O da Mərifətin dediyi ilə razılaşmışdır. Həmin iki ədəd torbanı götürüb kirayə yaşadığı ünvan 2 ünvanında yerləşən kirayə yaşadığım evə gəlirmişdir. Evdə həmin torbaları yataq otağının altında gizlətmiş və Mərifətin göstərişlərini gözləmişdir. Ancaq 12 iyul 2020-ci il tarixdə saat 17:00-da ünvan 3 ünvanının qarşısında dayanan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun külli miqdarda narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Ona əməliyyat tədbirinin keçirilməsi barədə qərarı göstərib onu həmin qərarla tanış etmişlər. Sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə ona müdafiəçilərin siyahısı təqdim olunmuş, hüquqları izah olunmuş və o həmin siyahıdan müdafiəçi seçmişdir. Dəvət olunmuş müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. O könüllü olaraq 11.07.2020-ci il tarixdə əldə etdiyi bir büküm heroini şalvarının sağ yan cibindən çıxarıb təqdim elmişdir. Sonra onun üzərində şəxsi axtarış keçirilmiş, ancaq qadağan edilmiş hər-hansı əşya tapılmamışdır. O kirayə yaşadığı ünvanda da narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunmuş, götürülmüş narkotik vasitə qablaşdırılmış və üzərində imzalar çəkilmişdir. Sonra onun və vəkilin işirakı ilə kirayə yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilə baxış keçirilmişdir. O baxışdan öncə mənzildə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Ondan mənzildə olan narkotik vasitəni təqdim etməsini istəmişlər, O da həmin narkotik vasitənin olduğu yataq otağındakı yataq mebelinin altında 2 ədəd qara rəngli torbanı çıxarıb təqdim etmişdir. Torbalardan birindən çəkisi təqribən ümumilikdə 7 kq olan 7 bükümdə heroin, digər torbadan ümumi çəkisi 3 kq civarında olan 11 büküm metamfetamin və 02 ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin əşyalar götürülmüş və qablaşdırılmışdır. O və digər iştirakçılar tərəfindən qablaşdırılmış torbanın üzərinə imzalar çəkilmişdir. Şifahi sorğu zamanı o aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri Mərifət adlı şəxsdən əldə etdiyini. Mərifətin dediyi yerə çatdırması müqabilində 1000 manat pul alacağını demişdir. Daha sonra Baş İdarədə bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən mənə qarşı hər-hansı bir təzyiq olmamışdır. O aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə elmişdir. O Mərifətin anket məlumatlarını bilməmişdir, ancaq Mərifətin xarici mobil operatora məxsus olan nömrəsi +**********75 olmuşdur. Onun yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə saxlaması barədə nəinki ev sahibinin, heç kimin məlumatı olmamışdır.(cild 01, iş vər 73-75, 85-87) Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 12 iyul 2020-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1980-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 6nvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 12 iyul 2020-ci il tarixli qərar çıxarılmış və BNMİ-nin əməkdaşları - xmiü baş əməliyyat müvəkkili Şahid2, xmiü baş əməliyyat müvəkkili Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsinə yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 17:00 radələrində ünvan 1 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması Ruslana bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X8 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxsla müdafiəçisinə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ona aydın olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə 12.07.2020-ci il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən bir ədəd ağ rəngli "XİOMi” markalı mobil telefon, iki ədəd gümüşü rəngli açar, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sonra bir ədəd içərisində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmişdir. Həmin büküm içi boş olan ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd "XİOMİ” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi götürülmüş, iki ədəd açar Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bir ədəd içərisində heroin kütləsi olan bükümün özünə məxsus olduğunu, həmin bükümü İran İslam Respublikası vətəndaşı “Mərifət” adlı şəxsdən Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən zibilxanadan 11.07.2020-ci il tarixdə saat 22 radələrində şəxsi istifadəsi üçün götürdüyünü, əvəzində “Mərifət” adlı şəxsin plastik kartına 100 manat məbləğində ödəniş etdiyini, Bakı şəhəri. Səbail rayonu ərazisində kirayə yaşadığı mənzildə narkotik vasitə saxladığını, narkotik vasitələrdən istifadə etdiyini, verilən sualları tam başa düşdüyünü, səmimi və düzgün cavablar verdiyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış başa çatdırılmış, şəxsi axtarış başa çatdırıldıqdan sonra şəxsi axtarışın gedişinə və nəticələrinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir.Sonra tədbir iştirakçıları olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən mənzilə yollanmışlar. Təqsirləndirilən şəxs ərizə verərək yaşadığı mənzildə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs videoçəkilişlə mənzildə baxış keçiriləcəyi bildirilmiş və sonuncu buna etiraz etmədiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin mənzilin yataq otağının sol tərəfində yerləşən yataq mebelinin altından iki ədəd qara rəngli polietilen torbanı təqdim etmişdir. Həmin iki ədəd polietilen torbaya əlverişli şəraitdə hərtərəfli baxış keçirilməsi üçün həmin otaqda olan stolun üzərinə qoyulmuşdur. Birinci polietilen torbanın içərisindən yeddi ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər, ikinci polietilen torbanın içərisindən on bir ədəd şəffaf rəngli sellofan bükümlərdə psixotrop maddə metamfetaminə bənzər kütlələlər, iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin bükümlər daha sonra tərəzidə çəkilmişdir. Yeddi ədəd içərisində heroinə bənzər kütlə olan, on bir ədəd içərisində metamfetaminə bənzər kütlə olan bükümlər, iki ədəd elektron tərəzi həmin polietilen, qara rəngli torbaya yerləşdirilmiş, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Mənzilə baxış zamanı əlavə olaraq iş üzrə sübut əhəmiyyəti kəsb edən əlavə əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı sözügedən mənzildə təxminən on gündür kirayədə yaşadığını, həmin ünvanda Ruslandan başqa heç kimin yaşamadığını, aşkar olunmuş maddələri və iki ədəd elektron tərəzini İran İslam Respublikası vətəndaşı “Mərifət” adlı şəxsdən 11.07.2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən zibilxanadan götürdüyünü, kirayə yaşadığı mənzildə saxladığını, həmin bükümləri “Mərifət” adlı şəxsin deyəcəyi ünvana çatdıracağı təqdirdə əvəzində sonuncunun ona 1000 manat pul verəcəyini, qazandığı pulla müalicə olunacağını, narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması və həmin mənzildə narkotik vasitə və psixotrop maddə saxlamasından heç kimin məlumatı olmadığını, verilən suallara doğru və səmimi cavablar verdiyini bildirmişdir. Baş İdarəyə qayıtdıqdan sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 tədbirinin keçirilməsində iştirak etdiyi digər Şahid1 ilə eyni məzmunlu ifadələr verərək, öz ifadələri ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişlər. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, cinayət işində olmaqla məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 iyul 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıması faktına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilərək ibtidai istintaq aparılması qərara alınmışdır. (cild 01, iş vər. 1) BNMİ-nin baş əməliyyat müvəkkili, polis-polkovnik leytnantı Şahid1 DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisinə olan 12 iyul 2020-ci il tarixli raportundan görünür ki, əməliyyat müvəkkili tərəfindən yazılı şəkildə məruzə edilərək Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə məlumat verməklə, qeyd olunan məlumatın yoxlanılması ilə əlaqədar əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur. (cild 01, iş vər. 5) “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” 12.07.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən onda saxlanılan külli miqdarda narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilərək, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, zərurət olduğu təqdirdə yaşayış yerinə və nəqliyyat vasitəsinə baxış, həmçinin üzərinə şəxsi axtarış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbir davam etdirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 8-9) “Şübhəli şəxsin tutulması haqqında” 12 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə şübhəli şəxs qismində 12 iyul 2020-ci il tarixdə, saat 18:00 dəqiqədə Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasında müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə tutulmuşdur. Tutulmanın əsası kimi, 12 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 12 iyul 2020-ci il tarixdə, saat 17:00 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilməsi olmuşdur. Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı 12 iyul 2020-ci il tarixdə, saat 17:00 dəqiqədən tutulmuş hesab edilmidir. (cild 01, iş vər. vər 22) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 iyul 2020-ci il tarixli protokoldan görünür ki, 12 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 12 iyul 2020-ci il tarixdə, saat:17:00 dəqiqədə ünvan 8 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 12 iyul 2020-ci il tarixli qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otaqda video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan, açıq qəhvəyi rəngli, spesifik iyə malik heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərində olan həmin şalvarın sol yan cibindən 1(bir) ədəd, aq rəngli, “Xiomi” markalı, 2(iki) ədəd gümüşü rəngli açarlar, 1(bir) ədəd Təqsirləndirilən şəxs özünə məxsus olan şəxsiyyət vəsiqəsi, aşkar olunmuşdur. Sonra həmin 1(bir) ədəd, içində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 5 qram (beş qram) olduğğu müəyyən edilmişdir. Həmin büküm içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmışıdır, şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır.. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “XİOMİ” markalı, 1(bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürüldü, 2 (iki) ədəd açarlar Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş 1(bir) ədəd, içində heroin kütləsi olan bükümün özünə məxsus olduğunu, həmin bükümü İran İslam Respublikası vətəndaşı “Mərifət” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən zibilxanadan 11.07.2020-ci il tarixdə saat 22 radələrində şəxsi istifadəsi üçün götürdüyünü, əvəzində “Mərifət” adlı şəxsin plastik kartına 100 (yüz) AZN ödəniş etdiyini, Bakı şəhəri, Səbəil rayonu ərazisində hal-hazırda kirayə yaşadığı mənzildə narkotik maddə saxladığını, narkotik maddələrdən istifadə etdiyini, ona verilən sualları tam başa düşdüyünü, səmimi və düzgün cavablar verdiyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq olunmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı «Samsung galaxsy» markalı mobil telefonun videokamera funksiyasından istifadə etməklə BNMİ-nin əməkdaşı Şahid2 İsmfxan oğlu tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. (cild 01, iş vər 31-34) Təqsirləndirilən şəxs BNMİ-nin təhqiqatçısına olan 12.07.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6nvanına baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. (cild 01, iş vər 36) “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 12 iyul 2020-ci il tarixli protokoldan görünür ki, ünvan 9 ünvanında yerləşən RuslanAxundovun kirayə yaşadığı mənzildə narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Baxış və götürmə aparılması haqqında» 12 iyul 2020-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir Bu təklifdən sonra Təqsirləndirilən şəxs, həmin mənzilin yataq otaqının sol tərəfində yerləşən yataq mebelinin altından 2 (iki) ədəd, qara rəngli polietilen torbanı təqdim etdi. Həmin 2 (iki) ədəd polietilen torbalara əlverişli şəraitdə hərtərəfli baxış keçirilməsi üçün həmin otaqda olan stolun üzərinə qoyuldu. 1-ci polietilen torbanın içindən 7(yeddi) ədədi, şəffaf rəngli sellofan bükümlərdə açıq qəhvəyi rəngli, spesifik iyə məxsus, narkotik vasitə olan heroinə bənzər, 2-ci polietilen torbanın içindən 11 (on bir) ədəd, şəffaf rəngli sellofan bükümlərdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə İ olan metamfetaminə bənzər kütlələlər, 2(iki) ədəd elektron tərəzilər aşkar olundu. Həmin 7 (yeddi) ədəd içində heroinə bənzər kütlə olan bükümlər elektron əl tərəzisində çəkildi və çəkisi 7 kq 225 qram(yeddi kq iki yüz iyirmi beş qram) oldu. Sonra 11 (on bir) ədəd, içində metamfetaminə bənzər kütlə olan bükümlər elektron əl tərəzisində çəkilmiş və çəkisi 3 kq 425 qram (üç kq dörd yüz iyirmi beş qram) olduğu müəyyən edilmişdir. Daha sonra 7 (yeddi) ədəd içində heroinə bənzər kütlə olan, 11 (on bir) ədəd içində metamfetaminə bənzər kütlə olan bükümlər, 2 (iki) ədəd elektron tərəzi həmin polietilen, qara rəngli [torbaya yerləşdirilmişdir, ağzı bağlanmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmişdir və götürülmüşdür. Daha sonra dəhlizə, yataq otağına, sanitar qovşağa, mətbəxə baxış keçirilmişdir. Baxış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əlavə əşya, predmet və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı, sözügedən mənzildə təxminən 10 (on) gündür kirayədə yaşadığını, ondan başqa heç kimin yaşamadığını, aşkar olunmuş 7 (yeddi) ədəd içində heroinə bənzər kütlə olan, 11 (on bir) ədəd, içində metamfetaminə bənzər Kütlə olan bükümləri və 2 (iki) ədəd elektron tərəziləri İran İslam Respublikası vətəndaşı “Mərifət” adlı şəxsin vasitəsi ilə 11.07.2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, pinəqədi rayonu ərazisində yerləşən zibilxanadan götürdüyünü, kirayə yaşadığımənzildə saxladığını, həmin bükümləri “Mərifət” adlı şəxsin deyəcəyi ünvana çatdıracağını, əvəzində sonuncunun ona 1000(min) AZN pul verəcəyini, qazandığı pulla müalicə olunacağını, narkotik maddələrin dövriyyəsi ilə məşğul olması və həmin mənzildə narkotik maddə saxlamasından heç kimin məlumatı olmadığını, verilən suallara doğru və səmimi cavablar verdiyini bildirmişdir. Baxış və götürmə texniki işıqlı şəraitdə keçirilmişdir. Baxış və götürmə zamanı «Samsung galaxsy» markalı mobil telefonun videokamera funksiyasından istifadə etməklə BNMİ-nin əməkdaşı Şahid2 tərəfindən video çəkilişi aparılmışdır.Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol BNMİ-nin inzibati binasında yerləşən xidməti otaqda latın qrafikası ilə, kompyuter vasitəsi ilə düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir, protokola 1(bir) ədəd DVD əlavə olunmuşdur.(cild 01, iş vər 37-39) Məhkəmə-kimyəvi ekspertizasının 13 iyul 2020-ci il tarixli 6/1284 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ‘'...Şübhəli şəxs Təqsirləndirilən şəxs kirayə yaşadığı….sözləri yazılmış bağlamadakı 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram, 665 qram, 555qram, 340 qram, 155 qram, 95 qram, 95 qram, 100 qram, 55 qram, 95 qram, 55 qram, ümumi təmiz çəkisi 3260 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddəmetamfetamindir, 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram, 1010 qram, 1015 qram, 1010 qram, 1000 qram, 1005 qram, 1015 qram, ümumi təmiz çəkisi 7060 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə- heroindir. İki ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə və narkotik vasitə heroinə məxsus izlər vardır. Qeyd : 7 ədəd bükümdəki heroinin təmiz çəkisi- 7060 qram, tədqiqata istifadə olundu- о. 140 qram, qalıq- 7059.86 qram. Metamfetaminin ümumi təmiz çəkisi- 3260 qram, tədqiqata sərf edildi- 0,110 qram, qalıq- 3259.89 qram, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 3.900 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Qeyd : Kağız paketdəki heroinin təmiz çəkisi təmiz çəkisi- 3.900 qram, tədqiqata istifadə olundu-0.050 qram, qalıq- 3.850 qram.(cild 01, iş vər 48-55) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-825/2020 saylı, 14 iyul 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 iyul 2020-ci il tarixdən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər 94-96) Bakı şəhər Səbail Rayon Məhkəməsinin 17 iyul 2020-ci il tarixli qərarından görünür ki, DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili, polis polkovnikleytnantı, X3 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 12 iyul 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 01, iş vər 112) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-623/2020 saylı 23 iyul 2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə ***-***-**-** nömrələrinin sahibinin tam anket məlumatları, 01 mart 2020-ci il tarixdən 13 iyul 2020-ci il tarixədək bu nömrəyə daxil olan və çıxan zənglərin siyahısı, bu telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə antenn məlumatları, qəbul olunan və göndərilən SMSlərin siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən telefonla aparılan danşıqlar və məlumatlar "xxxx" MMC-dən ələ keçirilməsi qərra alınmış, qərarın icrası Azərbyacan Respubliaksı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə və "xxxx" MMC-yə həvalə edilmişdir. (cild 01, iş vər. 121-122) “Mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” 07 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərllə Mübarizə idarəsnin əməkdaşlraı tərəfindən 12.07.2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtraış tədbiri zamanı saxlanılarkən Təqsirləndirilən şəxs götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus 01 ədəd “Xiaomi” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar olunmamışdır. Baxış Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində keçirilmiş, saat 10:10-da başlanmış və saat 11:10-da başa çatmışdır. (cild 01, iş vər. 137) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi tərəfindən DİN-in BMCMİ-nin rəisinə ünvanlanmış məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması və Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilən narkotik vasitə və psixotrop maddəni də satış məqsədi ilə əldə edib saxlaması aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərə əlaqələrinin müəyyən edilməsi. “Mərifət” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitə və psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. (cild 01, iş vər 139) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 5(005)- 710/2020 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə ***-***-**-** və ***- ***-**-** saylı nömrələrinin sahibinin tam anket məlumatları, 01 yanvar 2019-cu il tarixdən 13 iyul 2020-ci il tarixədək bu nömrəə daxil olan və çıxan zənglərin siyahısı, bu telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barəsə antenn məlumatları, qəbul olunna və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin tam anket məlumatları, qəbul olunna və göndərilən nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən telefonla aparılan danışıqlar və məlumatlar "xxxx" MMC və "xxxx" MMC-dən ələ keçirilməsi qərar alınmışdır. (cild 01, iş vər 160-161) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-716/2020 saylı, 26 avqust 2020-ci il tarixli “istintaq hərəkətlərinin aparılmasına dair” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs "xxxx" ASC-də Bank hesabının olubolmaması, müsbət halda, həmin hesabın nə vaxt açılması, həmin hesaba hansı tarixlərdə, nə vaxt, kim tərəfindən və hansı məbləğdə pul vəsaitlərinin götürülməsi haqqında bank məlumatlarının (müqavilə, qəbz, fotoşəkil və digər sənədlərin təsdiq edilmiş surətləri təqdim olunmaqla) "xxxx" ASC-dən ələ keçirilməsi qərar alınmışdır. (cild 01, iş vər 168- 169) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələr İdarəetmə Xidmətinin məktubundan görünür ki, Təhlükəsizlik Şəhər Xidmətində arxivlərin saxlanılma müddəti bitdiyindən (1 ay) sorğuda göstərilmiş TŞ 1-040, 4-080, 1-082 VƏ 3-187 nömrəli kameralarının 06.07.2020-ci il tarixdən 12.07.2020-ci il tarixədək olan görüntülərinin təqdim edilməsi mükün olmamışdır. (cidl 01, iş vər 174) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 avqust 2020-ci il tarixli 2182 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1 vərəq 175-176) "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında” 22 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, telefonla aparılan danışıqların və məlumatların "xxxx" MMC-dən götürülməsi haqqında Nrimanov Rayon Məhkəməsinin qərraına əsaəsn "xxxx" MMC-dən 22 sentyabr 2021-ci il tarixdə əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara tərəndən baxış keçirilmişdir. Baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. (cild 01, iş vər 179) "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında” 22 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, telefonla aparılan danışıqların və məlumatların "xxxx" MMC-dən götürülməsi haqqında Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən "xxxx" MMC-dən 2 sentyabr 2021-ci il tarixdə əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. (cild 01, iş vər 183) "xxxx"ASC-dən daxil olmuş məlumatlara və diskə baxış keçirilməsi haqqında” 06 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-dən daxil olmuş çıxarışlara və 01 ədəd “CD” diskə baxış keçirilmişdir. Baxış zamanı iş üzrə sübut əhəmiyyət kəsb edə biləcək hər hanası məlumat aşkar edilməmişdir. (cild 01, iş vər 215) “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 08 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru, X4 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaq aparılan cinayət işi üzrə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idaərsinin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə ifadəsində göstəridyi xüsusat üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Həmin qərardan həmçinin görünür ki, araşdırma materiallarına əlavə edilmiş AR Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi eksertiza və X5 Publik Hüquqi şəxsin 30.11.2020-ci il tarixli 252/MEŞ nömrəli rəyi ilə tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar edilmədiyi göstərilmişdir. (cild 02. İş vər 30-36) “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlinin tövsif edilməsi haqqında” 03 aprel 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin tərkibi olduğundan ona CM-in 32.5, 206.3.2,234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən “həbs" qətimkan tədbiri seçilməsi nəzərə alınması, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə 12 iyul 2020-ci il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsinin videogörüntüsünün əks edildiyi iki ədəd CD disk, Təqsirləndirilən şəxs 13.07.2020-ci İİ tarixli şübhəli şəxs və 14.07.2020-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadələri, şahidlər Şahid1, Şahid3 və Şahid2 ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın 13 iyul 2020-ci il tarixli 6/1284 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 avqust 2020-ci il tarixli 2182 nömrəli rəyləri işin bütün halları ilə bağlı surətdə qiymətləndirilmədə, bütün sübutlar məcmusu ilə təsdiq edildiyindən cinayət prosesində sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş bir ədəd torbada qablaşdırılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 3259,89 qram psixotrop maddə metamfetamin, 7059,86 qram narkotik vasitə heroin və 02 ədəd elektron tərəzi, bir ədəd kağız paketdə qablaşdırılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 3,850 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınması, cinayət işinin materiallarından narkotik vasitə və psixotrop maddənin mənbə xüsusatı ilə bağlı Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılması, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, yaşadığı mənzildə baxış aparılmasının videogörüntülərinin əks edildiyi iki ədəd “CD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilməsi və surətinin cinayət işinin materiallarına tikilməsi nəzərə alınması, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Xiaomi” markalı mobil telefonda iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər-hansı məlumat aşkar edilmədiyindən mobil telefonun Təqsirləndirilən şəxs yaxın qohumların qaytarılması, Təqsirləndirilən şəxs zor tətbiq edilmədiyi və işgəncələrə məruz qalmadığı müəyyən edildiyindən ilkin araşdırma zamanı toplanmış material və istintaqa verdiyi ilkin mötəbər sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs işgəncəyə məruz qalması və qanunsuz olaraq BNMİ-nin işçiləri tərəfindən azadlığının məhdudlaşdırılması ilə bağlı bildirdikləri özünümüdafiə xarakterli qiymətləndirilmiş və bununla bağlı 08 yanvar 2021-ci il tarixli qərar olması nəzərə alınması qərara alınmışdır. (cidl 02, iş vər 54-70) “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” 08 aprel 2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallaırndan külli miqdarda narkotik vasitənin və psixotrop maddənin mənbəyini müəyyən etmək məqsədilə mənbə xüsusatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinaytət işi ayrıca icraata ayrılması qərara alınmışdır. (cild 02, iş vər 94-96) Məhkəmə baxışında tədqiq edilmiş 02 ədəd «DVD» diskdə olan videgörüntülərdə “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 12 iyul 2020-ci il tarixli protokol, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 iyul 2020-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitələrin siyahısında narkotik vasitə olan heroinin 02 qramdan yuxarı, psixotrop maddələrin siyahısında isə metamfetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, həmin protokolların əyani əks etdirildiyi DVD diskə köçürülməklə iş materiallarına əlavə edilmiş video görüntülər və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli hesab etməyərək, ona qarşı irəli sürülmüş ittihamla bağlı, yuxarıda qeyd edilən şəraitdə polis əməkdaşları tərəfindən tutulduqdan sonra mənzilindən və üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmadığı, ona qarşı zor tətbiq olunduğu və narkotik vasitələrin satışı ilə məşğul olmadığı və qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etməməsinə dair məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri özünü müdafiə xarakteri daşımaqla, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmin qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların təqsirkarın özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr, psixotrop maddələr və prekursorlar olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CMnin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarlarında sərgilənən hüquqi mövqeyini, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokollarında əks olunan hadisələrin baş vermə vaxtı, yeri və mexanizmini, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına və işin hallarına uyğun etirafedici ifadələri, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni daşıyacağı barədə qabaqcadan əlbir olduğu digər şəxsə vəd verməklə, həmin şəxs tərəfindən qaçaqmalçılıq cinayətinin törədilməsinə qabaqcadan vəd verməklə köməklik etməsini, bundan sonra ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsini bildiyi külli miqdarda narkotik vasitə və psixotrop maddəni deyilən yerdən götürərək, əldə edib cinayət əməllərinə davam etdiyini, Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkarlanıb götürülmüş narkotik vasitələr və psixotrop maddələrin, miqdarını, eləcə də mənzilindən iki ədəd elektron tərəzi aşkar edildiyini, mənzilindən aşkar edilmiş narkotik vasitə heroinlə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroinin eyni tərkibli olmalarının müəyyən edildiyini, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi nəticəsində özünün də gəlir əldə etməklə cinayətlərin törədilməsində faktiki olaraq marağı və motivinin olması kimi işin faktiki hallarını və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadəsində ona qarşı zor tətbiq olunduğuna dair göstərdikləri ilə bağlı qeyd edir ki, yuxarıda sadalananlardan göründüyü kimi, bu xüsusat artıq cinayət prosessual qaydada araşdırılmaqla müvafiq qərar qəbul edilmiş, həmçinin Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməməsi barədə gətirdiyi dəlillərin həqiqətə uyğun olmadığı və özünümüdafiə xarakteri daşıdığı artıq tam təsdiqini tapmışdır ki, məhkəmə göstərilən halı və bununla yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində qeyd etdikləri xüsusatları istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununu və iş materiallarında olan digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq olunduğuna dair göstərdikləri iş materialları ilə təsdiq olunmur və bu kimi ifadələri təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdləri kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan iki uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərər Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28.03.2006-cı il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11.08.2006-cı il tarixdə Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilməmiş, Təqsirləndirilən şəxs 01.12.2015-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild 01, iş vər. 108-109) Bununla bağlı qeyd olunmalıdır ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə sonuncu dəyişiklik 30.05.2014-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə edilməklə, maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının həddi “7-12” həddindən “9-14” həddinə dəyişdirilmiş, yəni hazırda Təqsirləndirilən şəxs keçmiş məhkumluğunun yarandığı cinayət əməli xüsusilə ağır cinayət əməli olmasına baxmayaraq, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən həmin cinayət qanunverici tərəfindən ağır cinayət əməli olaraq təsnifləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs keçmiş məhkumluğu ağır cinayət əməli törətməyə görə yaranmış məhkumluq olaraq qəbul edilməli və hazırki iş üzrə ittiham olunduğu cinayət əməlini törətdiyi zaman həmin hökmlə üzərində yaranmış məhkumluğu ödənilmədiyindən, yəni cəzasının sonu ilə azad edildiyi 01.12.2015-ci il tarixdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsində göstərilən ağır cinayət əməli törətmiş şəxslərə münasibətdə məhkumluğun ödənilməsi müddəti olaraq müəyyən edilmiş 06 il keçmədiyindən, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilməli və qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətməsi Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən təhlükəli residiv olaraq müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. O cümlədən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərildiyi kimi təhlükəli residivə görə cəzanın müddətinin törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməməsini də nəzərə alır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olduğunu nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar,- Azərbaycan Respublikası DİN-İN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan bir ədəd torbada qabalaşdıırlan tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 3259,89 (üç min iki yüz əlli doqquz tam yüzdə səksən doqquz) qram psixotrop maddə mütmafetamin, 7063,71 (yeddi min altmış üç tam yüzdə yetmiş bir) qram narkotik vasitə heroin, 02 (iki) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 12 iyul 2020-ci il tarixdə keçirilmiş “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” və “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətlərinin protokolların əlavə edilmiş video görüntüləri özündə əks etdirən 02 ədəd CD disk və "xxxx" MMC tərəfindən, "xxxx" MMC tərəfindən təqdim edilmiş 02 ədəd CD disk və "xxxx" ASC tərəfindən təqdim eidlmiş bir ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 81,82 (səksən bir manat, səksən iki qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə törətməkdə təqsirli bilinib, CM-nin 32.5,206.3.2-ci maddələri ilə 06 (altı) il müddətinə və CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 12 iyul 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar,- Azərbaycan Respublikası DİN-İN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan bir ədəd torbada qabalaşdıırlan tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri,- 3259,89 (üç min iki yüz əlli doqquz tam yüzdə səksən doqquz) qram psixotrop maddə mütmafetamin, 7063,71 (yeddi min altmış üç tam yüzdə yetmiş bir) qram narkotik vasitə heroin, 02 (iki) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş 12 iyul 2020-ci il tarixdə keçirilmiş “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” və “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətlərinin protokolların əlavə edilmiş video görüntüləri özündə əks etdirən 02 ədəd CD disk və "xxxx" MMC tərəfindən, "xxxx" MMC tərəfindən təqdim edilmiş 02 ədəd CD disk və "xxxx" ASC tərəfindən təqdim eidlmiş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 81,82 (səksən bir manat, səksən iki qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Rahib Salmanov
Məhkəmə qərarları › İş №1(101)-1059/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1059/2021
06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver