Məhkəmə qərarları › İş №1(101)-1059/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1059/2022

20.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1059/2022 20.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, İttiham aktına əsasən xx xxxxxx 1956-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olan, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 11, mənzil 58-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilmişdir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində tanışı Zərərçəkmiş şəxs ilə ünvan 1 ünvanında yerləşən «N.Nərimanov» adına istirahət parkındakı «Dursun» kafesində yüngül dərəcəli sərxoşluq vəziyyətində olarkən Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsini cuzi səbəb kimi bəhanə edib mübahisəyə başlamış və kafedən çıxandan sonra parkın ərazisində mübahisəni davam etdirərək özünü qeyri-müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, yəni xuliqanlıq niyyəti ilə özündə olan silah qismində istifadə olunan əşyadan, yəni bıçaqdan istifadə etməklə ictimai qaydanı insanlar arasında bərqərar olmuş davranış qaydalarını və etik normalarını kobud surətdə pozub, ətrafda istirahət edən şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, insanların mənafeyinə toxunan hərəkətlər edib cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib döş qəfəsi və sifət nahiyəsindən ümumilikdə 2 (iki) dəfə bıçaqla, həmçinin bıçağın dəstəyi ilə boyun nahiyəsindən vuraraq sonuncuya sifətin sol yarısının sol çənə bucağında 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, boyunun hematoması kimi sağlamlığa yüngül və döş qəfəsinin sağ yarısının İV-V qabırğa arası nahiyəsindən daxilə nüfuz edərək pnevmotoraksiya ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuş və qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs anket məlumatlarını mübahisələndirərək soyadının Hüseynov, adının Əlimiran, ata adının Rəfiyeviç olduğunu, eləcə də Dərbənd şəhərində anadan olduğunu, Azərbaycan Respublikası vətəndaşı deyil, Rusiya Federasiyası vətəndaşı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasında, həmçinin bildirmişdir ki, o, 1992-ci ildə Dağıstan SSMR-nin Dərbənd şəhərində adam öldürmə cinayətini törətmiş, cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə Azərbaycan Respublikasına gəlmiş, həmin vaxt Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək məqsədi ilə cəbhəyə yollanmış, lakin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibinə qoşula bilməmiş, bundan sonra 2013-cü ilədək Azərbaycan Respublikasında yaşayaraq tüfeyli həyat tərzi sürmüş, 2013cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilmiş, 2014-cü il tarixdə barəsində ittiham hökmü çıxarılmış, 2017-ci ildə 06 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən Rusiya Federasiyasının hüquq mühafizə orqanlarının əməkdaşları onun yanına gələrək Dağıstan Respublikasında barəsində aparılan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edildiyini ona bildirərək bir neçə sənədi ona imzalatmışlar. Bundan başqa, təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 2013-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Azərbaycan Respublikasında həbs edildiyi vaxt Dağıstan Respublikasında axtarışda olduğundan həbs edilərkən və barəsində olan cinayət işinə məhkəmədə baxılarkən əlavə ittiham üzrə məsuliyyətə cəlb edilməmək məqsədi ilə anket məlumatlarını mübahisələndirməmiş, lakin 2017-ci ildə 06 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən Rusiya Federasiyasının hüquq mühafizə orqanlarının əməkdaşları onun yanına gələrək Dağıstan Respublikasında barəsində aparılan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı ona elan etdiklərindən hazırki cinayət işi üzrə anket məlumatlarını mübahisələndirmək qərarına gəlmişdir. Eyni zamanda məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı şifahi vəsatətlə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs anket məlumatlarının doğruluğuna dair ciddi şübhələrin olduğunu bildirib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə dövlət ittihamçısı tərəfindən verilmiş şifahi vəsatətin dəlillərini cinayət işinə əlavə edilmiş sübutların məcmusu üzrə yoxlamaqla təhlil edib, eləcə də cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakları ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, dövlət ittihamçısı tərəfindən verilmiş şifahi vəsatət qanuni və əsaslı olduğundan təmin edilməli və cinayət işinin baxılmasına xitam verilməklə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs anket məlumatlarını mübahisələndirdiyindən və onun mübahisələndirdiyi hallar iş üzrə əhəmiyyət kəsb edən hallar olduğundan, məhkəmə onun göstərdiyi halları araşdırmaq və yoxlamaq məcburiyyətində qalmışdır. Bu səbəbdən də məhkəmə müxtəlif dövlət orqanlarına, habelə Rusiya Federasiyasının Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi səfirliyinə rəsmi qaydada sorğular göndərmişdir. Məhkəməyə daxil olmuş cavablardan məlum olmuşdur ki, təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs anket məlumatları ilə bağlı göstərdiyi halların əksəriyyəti düzgün məlumatlar təşkil edir. Belə ki, cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli müvəqqəti şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, vərəqə 6, qeyd edilən vəsiqənin əsli cinayət işinə ümumi qaydada də əlavə edilmişdir) görünür ki, xx.xx.2022-ci il tarixdə üzərində şəkil olan müvəqqəti şəxsiyyət vəsiqəsi xx.xx.1956-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci Polis şöbəsi tərəfindən verilmişdir. Lakin qeyd edilən müvəqqəti şəxsiyyət vəsiqəsində həmin vəsiqəni təsdiq edən səlahiyyətli şəxsin kim olması, eləcə də həmin vəsiqənin etibarlılıq müddəti göstərilməmişdir. Başqa sözlə, həmin vəsiqənin hansı səlahiyyətli şəxs tərəfindən, hansı əsasla və hansı müddətə verilməsi öz əksini tapmamışdır. Bu hissədə məhkəmə tərəfindən rəsmi qaydada Nərimanov rayon Polis İdarəsinə sorğu göndərilsə də, sorğuda göstərilmiş məsələlərə tam şəkildə aydınlıq gətirilməmiş və nəticədə qeyri-müəyyən cavab verilmişdir. Bu da xx.xx.2022-ci il tarixli müvəqqəti şəxsiyyət vəsiqəsinin həqiqiliyinə dair məhkəmədə ciddi şübhələr yaratmışdır. Cinayət işinə əlavə edilmiş Rusiya Federasiyasının Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi səfirliyinin xx.xx.2022-ci il tarixli, 1260/ko nömrəli cavab məktubundan (cild 1, vərəqə 227-228) görünür ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Rusiya Federasiyasının Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi səfirliyinə müraciət etməmiş, bundan başqa, X5 Rusiya Federasiyasının Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi səfirliyinə vətəndaşlıq məsələsi barədə sorğu ilə müraciət etmiş, aparılmış araşdırma nəticəsində onun Rusiya Federasiyasının vətəndaşı kimi xx.xx.1985-ci ildən hal-hazıradək Rusiya Federasiyasının Dağıstan Respublikası, Dərbənd şəhəri, Şahbazova küçəsi, ev 36-da qeydiyyatda olması müəyyən edilmiş, habelə SSRİ-nin səlahiyyətli orqanı tərəfindən xx.xx.1975-ci il tarixdə ona ümumvətəndaş pasportu verilmişdir. Cinayət işinə əlavə edilmiş Rusiya Federasiyasının Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi səfirliyinin xx.xx.2022-ci il tarixli, 1260/ko nömrəli cavab məktubuna əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 1, vərəqə 229) görünür ki, X5 adlı şəxs xx.xx.1958-ci ildə Dağıstan SSMR-da anadan olmuş, onun atası X6, anası isə X1. Cinayət işinə əlavə edilmiş Rusiya Federasiyasının Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi səfirliyinin xx.xx.2022-ci il tarixli, 1260/ko nömrəli cavab məktubuna əlavə edilmiş İİİ-БД seriyalı, 697783 nömrəli ümumvətəndaş pasportun surətindən (cild 1, vərəqə 230-233) görünür ki, X5 xx.xx.1958-ci ildə Dağıstan SSMR-da anadan olmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4/2-3352 nömrəli cavab məktubundan (cild 1, vərəqə 235- 236) görünür ki, Müdafiə Nazirliyinin arxivində Təqsirləndirilən şəxs adlı şəxslə bağlı heç bir məlumat yoxdur, eləcə də qeyd edilən şəxsə aid hər hansı sənəd Müdafiə nazirinin katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 08/A-2547-az nömrəli cavab məktubundan və həmin məktuba əlavə edilmiş arayışdan (cild 1, vərəqə 239-240) görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli müraciət əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq araşdırma aparılmış və qeyd edilən şəxs barəsində xx.xx.2021-ci il tarixli ******* nömrəli arayış tərtib edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən qərar qəbul edilməmişdir. xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışdan isə görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X3 Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 018- 10910-1222 nömrəli cavab məktubundan (cild 1, vərəqə 255) görünür ki, Təqsirləndirilən şəxs anket məlumatları ilə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə sənədləşdirilmiş şəxs aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş Nərimanov rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 078-15256 nömrəli cavab məktubundan (cild 1, vərəqə 257) görünür ki, Azərbaycan Respublikası DİN-in sistemində Təqsirləndirilən şəxs haqqında heç bir məlumat yoxdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-563/2014 saylı hökmündən (cild 1, vərəqə 109-115) görünür ki, xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tələbnaməsindən (cild 1, vərəqə 105-106) görünür ki, xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs adlı şəxs xx.xx.2013-cü ildə həbs olunmuş, barəsində xx.xx.2014-cü i tarixdə ittiham hökmü çıxarılmış, həmin hökmlə ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Məhkəmə göstərilən sənədləri ayrı-ayrılıqda və məcmu halda təhlil edib, həmin sənədləri bir-biri ilə müqayisə edib belə nəticəyə gəlir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin soyadı, adı, ata adı, doğulduğu tarix və yer, habelə vətəndaşlıqla bağlı mənsubiyyəti və sair hallarla bağlı məsələlər qeyrimüəyyənlik təşkil edir və cinayət işinə hazırki vəziyyətdə baxılması obyektiv olaraq mümkün deyil. Belə ki, cinayət işinə belə vəziyyətdə məhkəmədə baxılması səhv nəticəyə gətirib çıxara bilər, bu isə təqsirləndirilən şəxsin müdafiə hüququnun ciddi şəkildə pozulmasına səbəb olacaq. Belə ki, ibtidai istintaq orqanı xx.xx.2022-ci il tarixli müvəqqəti şəxsiyyət vəsiqəsini cinayət işinə əlavə etsə və həmin vəsiqədə vəsiqənin sahibi kimi Təqsirləndirilən şəxs göstərilsə də, həmin müvəqqəti şəxsiyyət vəsiqəsini verən səlahiyyətli şəxsin soyadı, adı, ata adı, vəzifəsi, eləcə də vəsiqənin etibarlılıq müddəti göstərilməmişdir. Bundan başqa, müvəqqəti şəxsiyyət vəsiqəsinin Azərbaycan Respublikasının vətəndaşına verilməli olduğu halda, Nərimanov rayon Polis İdarəsindən məhkəmənin sorğusuna verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs adlı Azərbaycan Respublikasının vətəndaşı yoxdur. Belə olduğu halda Təqsirləndirilən şəxs verilmiş müvəqqəti şəxsiyyət vəsiqəsi şübhə doğurur. Bu səbəbdən də mütləq qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən bu məsələnin araşdırılması təmin edilməli və qeyd edilən vəsiqənin tərtib edilməsində, verilməsində və istifadəsində qanun pozuntusuna yol verildiyi halda təqsirkar şəxs/şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb edilməsi təmin olunmalıdır. Digər tərəfdən təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında mübahisələndirdiyi hallar araşdırılarkən onun anket məlumatları ilə bağlı verdiyi məlumatların əksəriyyətinin həqiqət olması müəyyən edilmişdir. Belə ki, Rusiya Federasiyasının Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi səfirliyinin cavab məktubunda X5 adlı şəxsin Rusiya Federasiyasının vətəndaşı olması faktı təsdiq edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası DİN-in səlahiyyətli İdarəsi tərəfindən verilmiş cavab məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs anket məlumatları ilə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə sənədləşdirilmiş şəxs aşkar edilməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs adında Azərbaycan Respublikasının vətəndaşı yoxdur. Təəccüb doğuran məsələ odur ki, ibtidai istintaqı aparan orqan (polis orqanı) təqsirləndirilən şəxsin Azərbaycan Respublikası vətəndaşı olması qənaətinə gəlsə də, Azərbaycan Respublikası DİN-in səlahiyyətli İdarəsi tərəfindən verilmiş cavabla müəyyən edilmişdir ki, ümumiyyətlə Təqsirləndirilən şəxs adında Azərbaycan Respublikasının vətəndaşı yoxdur. Yuxarıda göstərilən fakt, həmçinin Nərimanov rayon Polis İdarəsi tərəfindən də təsdiq edilmişdir. Belə ki, Nərimanov rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 078-15256 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-in sistemində Təqsirləndirilən şəxs haqqında heç bir məlumat yoxdur. Bu isə o deməkdir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin şəxsiyyəti, eləcə də anket məlumatları ilə bağlı halları lazımi qaydada araşdırmadan, nəticə etibarı ilə isə səthi və natamam araşdırma aparmaqla təqsirləndirilən şəxsin şəxsiyyəti və anket məlumatları barədə səhv nəticəyə gəlmişdir. Məhkəmənin hazırlıq iclasında yuxarıda göstərilən sənədlər/sübutlar əsasında hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin - Təqsirləndirilən şəxs və ya X2masını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən məhkəmənin hazırlıq iclaslarında təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin iddia etdiyi bütün halları tam və ətraflı şəkildə araşdırıb konkret nəticəyə gəlmək mümkün olmamışdır. Nəticədə isə təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin Təqsirləndirilən şəxs olması məhkəmədə ciddi şübhələr yaratmışdır. Cinayət işinə əlavə edilmiş prosessual sənədlər/sübutlar bilavasitə Təqsirləndirilən şəxs adında şəxslə bağlı olduğundan və təqsirləndirilən şəxsin anket məlumatları məhkəmədə ciddi şübhələr yaratdığından məhkəmə hesab edir ki, hazırki cinayət işinə məhkəmədə baxılması yolverilməzdir, bu səbəbdən də dövlət ittihamçısı tərəfindən verilmiş şifahi vəsatət təmin edilməli və cinayət işinin baxılmasına xitam verilməklə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin anket məlumatları ətraflı və dəqiq şəkildə araşdırılmaqla yuxarıda göstərilən nöqsanlar aradan qaldırılmalıdır. Bundan başqa, cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə məhz Təqsirləndirilən şəxs adılı şəxs cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmışdır. Dövlət ittihamçısının şifahi vəsatəti əsasında cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqdan sonra dava edəcək ibtidai araşdırma zamanı hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin Təqsirləndirilən şəxs deyil, X5 və ya başqa adlı şəxs olması müəyyən edilərsə, o zaman Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə bağlı olan məsələyə də qanunla müəyyən edilmiş qaydada hüquqi qiymət verilməlidir. Belə ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin Təqsirləndirilən şəxs deyil, X5 və ya başqa adlı şəxs olması müəyyən edilərsə və cinayət işi üzrə məhkəmə araşdırmasının nəticəsinə əsasən göstərilən şəxsin elan olunmuş ittiham üzrə təqsiri sübuta yetirilərsə, cəza təyini zamanı cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli ittiham hökmünün nəzərə alınması (başqa şəxsə aid olduğundan) mümkün olmayacaq. Bu hal isə cinayət işinə obyektiv hüquqi qiymət verilməsinin qarşısını alacaq. Bu səbəbdən də ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin Təqsirləndirilən şəxs deyil, X5 və ya başqa adlı şəxs olması müəyyən edilərsə, Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi məsələsi (məhkumun şəxsiyyətinə və digər anket məlumatlarına aid hissədə) də həll edilməlidir. Əks halda cinayət işinə obyektiv hüquqi qiymət verilməsi mümkün olmayacaq. Məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr vasitəsilə yuxarıda göstərilən halları təhlil edib məhkəmə belə qənaətə gəlir ki, hazırki vəziyyətdə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin məhkəməyə verilməsi, eləcə də göstərilən halların məhkəmə qaydasında aradan qaldırılması mümkün deyil. Odur ki, dövlət ittihamçısının şifahi vəsatəti təmin edilməli və cinayət işinin baxılmasına xitam verilməklə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilən prokurora qaytarılmalı, davam etdiriləcək ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin anket məlumatları (soyadı, adı, ata adı, doğulduğu yer və tarix, vətəndaşlığı və sair məlumatlar) mötəbər sübutlar əsasında ətraflı şəkildə araşdırılmalıdır. Eyni zamanda təqsirləndirilən şəxsə dair tərtib edilmiş müvəqqəti şəxsiyyət vəsiqəsinin qanuniliyi yoxlanılmalı, araşdırma zamanı həmin vəsiqənin qanunsuz tərtib edilməsində, verilməsində və istifadəsində qanun pozuntusuna yol verilməsi müəyyən edilərsə təqsirkar şəxs/şəxslərin qanuna müvafiq qaydada məsuliyyətə cəlb edilməsi məsələsi həll edilməlidir. Bundan başqa, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin Təqsirləndirilən şəxs deyil, X5 və ya başqa adlı şəxs olması müəyyən edilərsə, Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi məsələsi (məhkumun şəxsiyyətinə və digər anket məlumatlarına aid hissədə) də həll edilməlidir. Habelə Azərbaycan Respublikası CPM-in 298.5-ci maddəsinə əsasən cinayət işinin materialları məhkəmə tərəfindən öyrənilərkən məlum olmuşdur ki, 1 (bir) cilddən ibarət olan cinayət işinin materiallarına təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən mötəbər sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası CPM-in 155.6-cı maddəsinin tələbinə görə “təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Təqsirləndirilən və ya şübhəli şəxs barəsində digər qətimkan tədbiri seçildikdə, habelə bu Məcəllənin 155.5-ci maddəsində nəzərdə tutulmuş halda, cinayət təqibi üzrə materiallara şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surəti əlavə edilir.” “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” 14 iyun 1994cü il tarixli qanuna əsasən, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Yuxarıda göstərilən müddəalardan fərqli olaraq, cinayət işinin ibtidai istintaqını aparan müstəntiq təqsirləndirlən şəxs qismində çıxış edən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə və qeyd edilən təqsirləndirilən şəxsin məhkəmənin icraatına daxil olanadək həbsdə qalmasına baxmayaraq, onun şəxsiyyətini təsdiq edən mötəbər sənədi aparılan istintaq müddəti ərzində iş materillarına əlavə etməmiş, bununla da CPM-nin 155.6-cı maddəsinin tələbini pozmuşdur. Təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət işinin materiallarına əlavə edilməməsi məhkəmə tərəfindən cinayət işi üzrə istinad edilən cinayət əməlinin törədilməsində ittiham olunan şəxsin kimliyinin (şəxsiyyətinin) müəyyən edilməsini istisna etmiş, habelə qeyd edilən təqsirləndirilən şəxsin şəxsiyyətinin eyniləşdirilməsini mümkünsüz etmişdir. Məhkəmə hesab edir ki, cinayət işinin materiallarına təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin əlavə edilməməsi, hazırda aradan qaldırılması mümkün olmayan kobud pozuntudur və bu hal yalnız əlavə ibtidai istintaq zamanı aradan qaldırıla bilər. Azərbaycan Respublikası CPM-in 289.2.3-cü maddəsinə əsasən ittiham aktında barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi) göstərilir. Hazırkı cinayət işində isə ittihamın kimin barəsində irəli sürüldüyü, iş üzrə kimin təqsirləndirilən şəxs qismində cəlb olunduğu, kimin barəsində qətimkan tədbiri seçildiyi və digər bu kimi cinayət işinin mühüm elementini təşkil edən hallar məlum deyil. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3-cü hissəsinin 6-cı bəndinə görə isə cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin anket məlumatlarının düzgün müəyyən edilməməsi isə ümumi kontekstdə təqsirləndirilən şəxsin müdafiə hüququnu ciddi şəkildə pozan hallardan biridir. Xüsusilə qeyd olunmalıdır ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi məhkəmə tərəfindən CPM-in 303.3.1-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilərək, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntuları hesab edilirlər və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Qanunla qeyd edilən hallar mövcud olduqda, CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi zəruridir. Məhkəməyədək icraat zamanı bir sıra qanun pozuntularına yol verildiyindən Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinin tələbləri pozulmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Bu səbəbdən də təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı pozulmuş müdafiə hüququ bərpa olunmalıdır. Məhkəmənin qeyd edilən hissədə gəldiyi nəticə, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda, habelə Bakı Apellyasiya Məhkəməsinin bu kateqoriyadan olan məsələlər üzrə bərqərar olunmuş qərarlarında öz əksini tapmış hüquqi mövqeyə də uyğundur. Məhkəmə göstərilən halları məcmu halda təhlil edərək belə nəticəyə gəlir ki, şərh olunanlara əsasən təqsirləndirilən şəxs qismində çıxış edən Məmmədov Əli Rəfi oğlunun şəxsiyyətinin müəyyən edilməməsi, bu halı təsdiq edəcək mötəbər sənədin cinayət işinin materiallarına əlavə edilməməsi ittiham aktının tərtib olunmasının kobud pozuntusudur, buna görə də ibtidai araşdırma zamanı yol verilmiş kobud pozuntular aradan qaldırılması üçün dövlət ittihamçısının şifahi vəsatəti təmine dilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməklə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə də baxmışdır. Hazırkı cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunduğundan və təqsirləndirilən şəxslərin həbsdə saxlanılması üçün əsaslar aradan qalxmadığından, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin həbsdə saxlama müddəti uzadılmalıdır. İnsan hüquqları üzrə Avroma Məhkəməsi “Smirnova Rusiyaya qarşı” 24 iyul 2003cü il tarixli qərarında insan hüquq və azadlıqlarının müdafiəsinə dair Avropa Konvensiyasının 5-ci maddəsini rəhbər tutaraq göstərir ki, Konvensiya üzrə presedent hüququna əsasən şəxsin yaşayış məntəqəsini tərk etməmək barədə iltizam verməklə azad edilməsi üçün dörd məqbul şərt hazırlanmışdır: barəsində ittiham irəli sürülən şəxsin məhkəməyə gəlməməsi riski, barəsində ittiham irəli sürülən şəxsin azad ediləcəyi halda ədalət mühakiməsinə mane olmaq üçün addımlar atması riski, şəxsin ictimai qaydanı pozması riski və şəxsin növbəti hüquq pozuntuları törətməsi riski. Azərbaycan Respublikası CPM-nin 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və həmin Məcəllənin 306.2.2-ci maddəsinə əsasən isə cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə müraciət etdikdə məhkəmə həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 159-cu maddəsinin müddəalarına görə ağır cinayət törətməkdə təqsirləndirilən şəxslərin həbsdə saxlama müddətləri müstəsna hallarda 13 ayadək məhkəmə tərəfindən uzadıla bilər. Göstərilən qanun pozuntularının aradan qaldırılması üçün müəyyən müddət tələb olunur. Ona görə də məhkəmə cinayət işinin mürəkkəbliyini, təqsirləndirilən şəxslərin ağır cinayət törətməkdə təqsirləndirilməsini, onun azadlıqda qalacağı halda istintaqdan gizlənməsinə və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmasına dair kifayət qədər əsas olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 iyun 2022-ci il tarixdən 1 (bir) ay müddətinə, yəni 20 iyul 2022-ci il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 298-300, 303.3.6, 159 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı:

1. Dövlət ittihamçısı şifahi vəsatəti təmin edilsin.

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. Barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan və təqsirləndirilən şəxs qismində çıxış Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 iyun 2022-ci il tarixdən 1 (bir) ay müddətinə, yəni 20 iyul 2022-ci il tarixədək uzadılsın.

4. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar