Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1059/2023 19.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüləri , Bakı şəhəri 26 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1nün, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili X3 iştirakları ilə məhkəmə, qsirləndirilən şəxs, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi,ev 21 A, m 32 qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, Dənizyolu küçəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq başqa mənbədən 01 ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 3.591 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, daşımaqla üzərində saxlamış və 30 sentyabr 2022-ci il tarixdə saat 11:00-da Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, Dənizkənarı küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-ə gətirilərək orada üzərində şəxsi axtarış aparılan zaman orada onun əynindəki şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 3.591 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, polis əməkdaşları ona küçədə olarkən yaxınlaşmış, özlərini təqdim etmədən onu birbaşa bölməyə aparmışlar. Bölmədə ona qarşı fiziki zor tətbiq olunmuş və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə onun “boynuna qoyulmuşdur”. Bu hadisə xatırladığı qədər ilə 29 sentyabr 2022-ci il tarixində baş vermişdir. Onu hansı səbəbdən döydükləri haqqında hər hansı bir fikri yoxdur, sadəcə bu narkotik vasitələri boynuna götürməsini bildirib, onu döyürdülər. Onu Hövsan qəsəbəsi ərazisindən tutub apardılar. Dəqiq ünvanı isə xatırlamır. O, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Başında olan anadangəlmə travma səbəbindən 2-ci qrup əlildir. Polislərin ona qarşı fiziki zorakılıq göstərməsi barədə heç kimə şikayət etməmişdir. Onu müvəqqəti saxlama məntəqəsinə aparanda başında xəsarətlər olub. Orada da bu barədə heç nə deməyib.O, müvəqqəti saxlama məntəqəsində üç gün qalmışdır. Videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan öncə polislər bu narkotik vasitələrin ona məxsus olduğunu “boynuna alsa,” ona kömək edəcəklərini bildirmişdilər. Bu səbəbdən də videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitələrin ona məxsus olduğunu demişdir. Ona polis əməkdaşlarının nədə kömək edəcəkəlrini demədilər və o da bunu bilmir. O, narkotik vasitələrdən mütəmadi olaraq istifadə etmir. Ona narkotiklə əlaqədar olaraq müalicə təyin olunmuşdu, dərman vasitələrindən istifadə etmişdir. Təxminən bir il narkotik vasitələrdən istifadə etmişdir. Videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan öncə onu döydükləri üçün də orada polis əməkdaşlarının istədiyi sözləri demişdir. Polis əməkdaşları onu tutanda təxminən 20:30 radələri olardı. Videoçəkilişlə üzərində axtarış isə xatırladığı qədəri ilə 30 sentyabr 2022-ci il tarixində aparılmışdır. Saxlanılan zaman onun üzərində mobil telefon olmuşdur, həmin mobil telefonun içində “***-***-**-**” mobil nömrəsi var idi. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imzalamışdır. Onu bir gün polis bölməsində müvəqqəti saxlama məntəqəsində saxlayıblar. O, məhkəməyə çıxmamış, onu müvəqqəti saxlama məntəqəsindən buraxmışlar. Onu müvəqqəti saxlama məntəqəsindən 03 oktyabr tarixində buraxmışlar. Onun üzərindən heç bir narkotik maddə çıxmamışdır. O, Anar adlı şəxsi tanımır, 10 manata onun üzərindən çıxdığı qeyd olunan miqdarda narkotik vasitə düşmür. 10 manata bir çet narkotik vasitə düşür. Onun üzərindən isə təxminən 3,5 qram narkotik vasitə çıxmışdır. Maştağada müalicə alandan bəri narkotik vasitələrdən istifadə etmir. Təxminən iki ildir ki, müalicə alır. Bədəninin heç bir nahiyəsinə zərbə endirməmişdilər. Ancaq başına vurmuşdular. Onu döyənlər iki nəfər idi, birinin adını xatırlasa da, digərinin adını xatırlamır. Onu döyən polislərdən birinin adı Şəhriyar idi. İfadələrinə başqa əlavə yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadələrində göstərmişdir ki, təxminən 5 ildir ki, kokos kimi tanıdığı narkotik vasitədən istifadə edir. 29 sentyabr 2022-ci il tarixində Hövsan qəsəbəsində, Anar adlı şəxsdən cəmi 10 manata 01 ədəd büküm narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. 30 sentyabr 2022-ci il tarixdə təxminən saat 11:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, Dənizkənarı küçəsində yaşadığı evin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək 30-cu PŞ-ə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə 30-cu PŞ-ə gəlmişdir. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına vəkil dəvət edilmişdir. Vəkili ilə görüşdükdən sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan tünd qara rəngli şalvarının sol yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümə baxış keçirmişlər və sorğu zamanı bildirmişdir ki, həmin bükümdə olan maddə kokos kimi tanıdığı narkotik maddədir, onu 29 sentyabr 2022-ci il tarixdə Hövsan qəsəbəsində Anar adlı şəxsdən cəmi 10 manata öz şəxsi istifadəsi üçün alıb əldə edərək sonra istifadə etməyi üçün üzərində saxlamışdır. Ondan aşkar edilmiş həmin bir ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vastənin satışı ilə məşğul olmamışdır. Məhkəmədə Şahid1 ifadələrində göstərdi ki, hazırda Suraxanı RPİ-nin 30-cu PŞnin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Onunla şəxsi münasibətələri olmamışdır. Aralarında ədavətələri olmayıb. 30 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu. Bu barədə rəisə raportla məruzə olunduqdan sonra məlumatı yoxlamaq üçün ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradıldı. Həmin tarixdə əmliyyat tədbirləri nəticəsində saat 11:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində Təqsirləndirilən şəxs müəyyən edib, özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını bildirib onu Suraxanı RPİ-nin 30-cu PŞ-ə dəvət etmişlər. Təqsirləndirilən şəxs razı olaraq onlarla birlikdə 30-cu PŞ-ə gəldr. 30-cu PŞ-də xidməti otaqların birində Kamilə hüquq və vəzifələri izah edildikdən sonra onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edildi. Təqsirləndirilən şəxs müdafiəçi ilə görüşdükdən sonra onun üzərində videoçəkiliş ilə şəxsi axtarış aparıldı. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etdi. Bükümdə nə olması, nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə sorğu edildikdə Təqsirləndirilən şəxs həmin bükümün içərisində kakos kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni 29 sentyabr 2022-ci il tarixdə Hövsan qəsəbəsində Anar adlı şəxsdən cəmi 10 manata öz şəxsi istifadəsi üçün alıb əldə edərək sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş bir ədəd büküm götürülərək qablaşdırıldı. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi, lakin hər hansı əşya və ya predmet aşkar edilmədi. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olundu və ucadan oxunuldu. İştirakçılar tərəfindən protokolun məzmununa və əməliyyət tədbirinin keçirilməsinə dair qeyd və etiraz daxil olmadı. Bütün iştirakçılar tərəfindən protokol imzalandı. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs barəsində keçirilmiş tədbirdə Şəhriyar adlı şəxs iştirak etməyib. Kamil onlar tərəfindən saxlanılıb təhqiqatçıya təqdim olunub. Kamil ifadələrində göstərdiyi kimi 30 senetyabr 2022-ci il tarixdə tutulumuşdur. Kamilin 29 sentyabr 2022-ci il tarixdə tutulması barəsindəki ifadəsi yalandır. İfadəsinə başqa əlavəsi yoxdur. Məhkəmədə Şahid2 Müşfiq oğlu Şahid1 ifadələrində göstərdiyi ittihamı sübut edən halları eyni zamanda, Təqsirləndirilən şəxs döyülməsini, onun 30 sentyabr 2022-ci il tarixdə deyil, 29 sentyabr 2022-ci il tarixdə tutulmasını inkar edən ifadələri təsdiq edib, onunla eyni məzmunlu ifadələr verdi. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan tünd qara rəngli şalvarın sol yan cibindən 01 ədəd büküm aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə Hövsan qəsəbəsində Anar adlı şəxsə ümumilikdə 10 (on) manat ödəməklə öz şəxsi istifadəsi üçün almış, lakin istifadə etməmiş, sonra istifadə etmək üçün üzərində saxlamayıb daşıdığını bildirmişdir. Bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim edib, ondan təqdim etdiyi bükümün içərisində nə olması, nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində kakos kimi tanıdığı narkotik maddə olduğunu və həmin bükümün onun özünə məxsus olmasını, onu 29 sentyabr 2022-ci il tarixdə Hövsan qəsəbəsində Anar şəxsdən cəmi 10 manata öz şəxsi istifadəsi üçün alıb əldə edərək sonra istifadə etməyi üçün üzərində saxlamasını bildirmiş, sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, aşkar edilmiş bir ədəd büküm götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 6/5637 saylı 01 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş AR DİN “Zərflər üçün N-194 ” möhür əksi, Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər,imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3.591 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının 7260 saylı 01 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vastələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təstiq edilməsi barədə” qərarı ilə təstiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyil. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Məhkəmə-Psixatrik ekspertizasının 3107 saylı 28 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür.Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müəlicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 3.591 qram narkotik vastə heroin iş üzrə maddi sübut qismində tanınıb ekspertiza tədqiqatından sonrakı qalıq hissəsini təşkil 3.541 qram narkotik vastə heroin saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs ifadələrində onun 30 sentyabr 2022-ci il tarixdə deyil, 29 sentyabr 2022ci il tarixdə tutulduğunu, hazırkı cinayət işinin predmetini təşkil edən narkotik vasitələrin ona aid olmadğını, bu narkotik vasitənin polis əməkdaşlarının onu döyməsi səbəbindən boynuna götürdüyünü, ibtidai istintaq zamanı verdiyi ifadələrini oxumayıb imza etdiyini göstərdi. Məhkəmədə onun bu iddiası müzakirə olunarkən həmin iddianın iş üzrə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin əməkdaşları Şahid1, Şahid2 Müşfiq oğlunun ifadələri, ekspertiza rəyləri, iş üzrə tanınmış maddi sübutla və işin faktiki halları ilə təkzib olundu. Bu səbəbədən də məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini ittihamı təsdiq edən həm özünün ibtidai istintaq zamanı verdiyi ifadələrini, həm də onun bu ifıadələrinin təsdiq edən şahidlərin ifadələrində təsvi olunun sübütların mötəbərliyini şübhələndirməyə yönələn cəhdi kimi qiymətləndirir və onun ittihamı təsdiq edən ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Çünki məhkəmədə onun bu iddiasını təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, ədalətli məhkmə araşdırması hüququ tələb edir ki, məhkəmə gəldiyi bütun qərarları əsəaslandırmalıdır,lakin bu tərəflərin irəli sürdüyü hər bir arqumentə məhkəmə tərəfindən ətraflı cavab verməsini ehtiva etmir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkmə araşdırması hüququ tələb edir ki, məhkəmə gəldiyi bütün qərarları əsaslandırmalıdır, lakin bu o demək deyildir ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verməlidir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin tərkib hissəsinin olduğu qənaətinə gəlir və onun əməllərini həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə hazırkı iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə 110 (yüz on) manat xərclənməsi, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 20 (iyirmi) saat hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 120 (yüz iyirmi) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat pulun Təqsirləndirilən şəxs tutulub dövlət büdəsinə qaytarılmasını, müdafiəçiyə ödənilən hüquqi yardımdan azad olunmasını əsaslı sayır. Çünki məhkəmədə onun həmin məbləği ödəmək üçün maddi imkanının olmaması müəyyən olundu. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq hissəni təşkil 3,541 qram narkotik vasitə heroinin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, axtarış və götürmə aparılmasının videoçəkilişinin aparılması əks olunan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarları arasında yaranmış fərqi onun ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ittiham olundğu cinayət əməlinin törədilməsi halları barəsində ətraflı ifadələr verməsini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir və ona təyin oluncaq cəzaya təsir edən əsas amil kimi nəzrə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs bu iş üzrə 30 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləqv edilməsini və onun barəsində “həbs” qətimkan tədbiri ilə seçilməsini əsaslı sayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxs tərəfindən təqdim edilmiş narkoloji ekspertizanın 01 dekabr 2022-ci il tarixli, 7260 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vastələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin,habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təstiq edilməsi barədə” qərarı ilə təstiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq,ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyil. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, ekspertiza rəyini nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs bu iş üzrə 30 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 02 oktyabr 2022-ci il tarixə qədər həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil olunsun. Onun tərəfindən çəkilməli cəzanın müddəti 2(iki) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 19 iyul 2023-cü il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv olunsun, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə zalından dərhal həbsə alınsın və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 110 (yüz on) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris Mərkəzinin hesabına ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın, o, müdafiəçiyə ödəniləcək məbləği ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zaman aşkar edilərək götürülmüş 3,591 qram narkotik vasitə heroinin, ekspertiza tədqiqatından sonra qalıq hissəni təşkil edən 3,541 qram narkotik vasitə heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, axtarış və götürmə aparılmasının videoçəkilişinin aparılması əks olunan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1059/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1059/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver