Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-106/2021 04.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri: Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1969-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, X26 Massivi ev B-237-də qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə, təkrarən özgənin əmlakını külli miqdarda ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə rəfiqəsi Zərərçəkmiş şəxs 07.02.2014-cü il tarixdə "xxxx" (Şərur) MTK tərəfindən inşa edilmiş Bakı şəhəri Xətai rayonu G.Şixlinski küçəsi 2942 D nömrəli yaşayış binasının 4-A girişi 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.23 kv/m olan 106 saylı 2 otaqlı mənzili Şahid1 70000 ABŞ dollarına, yəni həmin dövrün məzənnəsi ilə 54600 manata Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat kontorunda etibarnamə əsasında aldıqdan sonra Zərərçəkmiş şəxs Rusiya Federasiyasına getməsi səbəbindən həmin mənzilinə dair sənədlərini, yəni etibarnamə və Şahid1 ilə "xxxx" MTK arasında bağlanılmış alqı-satqı müqaviləsini yaxın rəfiqəsi olmaqla aralarında etibarlı münasibət olduğundan saxlanması üçün ona etibar edilməsindən suiistifadə edərək, Zərərçəkmiş şəxs mülkiyyətində olan həmin əmlakı satıb pulunu ələ keçirmək niyyətilə onun iradəsinə zidd olaraq sonuncunun icazəsi və razılığı olmadan 03.03.2014-cü il tarixdə həmin mənzili digər şəxsə, yəni X4 65000 manata sataraq pulları ələ keçirməklə Zərərçəkmiş şəxs 65000 (altmış beş min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu G.Şixlinski küçəsi 2942 D nömrəli yaşayış binasının 4-A girişi, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.23 kv/m olan, 106 saylı 2 otaqlı mənzilinin sonuncunun razılığı və xəbəri olmadan başqasına satması barədə məlumatı bildikdən sonra aldadıldığını bilib ondan pullarını tələb edərkən, o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 03.03.2014-cü il tarixdə X4 65000 manata sataraq pulunu tam almasına baxmayaraq Zərərçəkmiş şəxs yenidən yalan vədlər verməklə aldadıb guya mənzilə görə 26000 manat məbləğində nəğd pul almasını bildirib həyat yoldaşı Şahid8 məxsus Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi ev 48 mənzil 52 nömrəli ünvanda yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş 75,5 kv/m sahəsi olan 2 otaqlı mənzili 30000 manata satacağına dair yalandan vəd verərək inandırıb aldatmış, bu məqsədlə 2014-cü ilin avqust ayında Şahid8 mülkiyyətində olan həmin mənzildə əlavə olaraq Zərərçəkmiş şəxs 4000 manat məbləğində pulunu alıb ələ keçirərək vədinə əməl etməyib həmin mənzili digər şəxsə, X5 35000 manata sataraq Zərərçəkmiş şəxs 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, o, uzun müddət ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərində yaşamış, orada o, qızıl alveri ilə məşğul olmuş, alver edərkən Moskva şəhərində Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs ondan bir neçə dəfə qızıl zinət əşyaları almış, həmin vaxtdan onların münasibətləri yaranmış, münasibətləri tanışlıqdan rəfiqəliyə çevrilmiş və birbirilərinin evlərinə gedib gəlmişlər. O, 2008-ci il tarixdə ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçmüş, bu səbəbdən də Zərərçəkmiş şəxs ilə münasibətləri soyumuşdur. Dəqiq tarix yadında deyil, bir gün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş, telefona cavab verdikdə ona zəng vuranın Zərərçəkmiş şəxs olduğunu bilmiş, Zərərçəkmiş şəxs ona Bakı şəhərində olduğunu və onunla görüşmək istədiyini demişdir. Bundan sonra o, yaşadığı ünvanı yəni Sumqayıt şəhəri, X26 Massivi, ev B-237 ünvanını Zərərçəkmiş şəxs demiş və təxminən 2-3 saat sonra Zərərçəkmiş şəxs oğlu Şahid2la birlikdə gəlmişdir. Zərərçəkmiş şəxs söhbət əsnasında oğlunu usta peşəsinin öyrədilməsi üçün Bakı şəhərinə gətirdiyini demiş və ondan oğlu Şahid2 onun evində qalmasını xahiş etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs Rusiyada işlərinin yaxşı getmədiyini demiş, o da Məhəbbətə demişdir ki, «gəl şərikinə ev alqı-satqısı ilə məşğul olaq». Bu zaman Məhəbbət ona əlində nəğd pulunun olmadığını, lakin Abşeron rayonu, Masazır qəsəbəsində iki otaqlı mənzilinin olduğunu, həmin evi satıb pul verə biləcəyini demişdir. Bundan sonra, təxminən bir aya yaxın Məhəbbət onun evində qalmış, həmin ərəfədə Məhəbbət özünə məxsus evi 30000 manata satmışdır. O, Məhəbbətin pulunun üstünə 20000 manat pul qoymuş və onlar şərik ev alıb-satmaq barədə razılaşmışlar. Bundan sonra o, Məhəbbətlə birlikdə adı yadında qalmayan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrosunun yaxınlığında maklerdən onlara ev tapmasını xahiş etmiş, həmin şəxs də onlara Bakı şəhəri, Xətai rayonu ərazisində Şərur MTK-nm inşa etdiyi yeni tikilinin 15-ci mərtəbəsində 2 otaqlı ev olduğunu bildirmiş, Bundan sonra o, Məhəbbət və adını bilmədiyi maklerlə birlikdə həmin evə baxmağa getmişlər, ev onların xoşlarına gəlmiş və onlar evi sahibindən 50000 manata almışlar. Həmin evi Zərərçəkmiş şəxs adına sənədləşdirmişlər. Evi aldıqdan sonra Məhəbbətlə fikirləşmişlər ki, şərikinə aldığıqları evi satıb pul qazanarlar, əldə etdikləri pulu da birgə bölərlər. Həmin söhbətdən təxminən üç gün keçdikdən sonra Zərərçəkmiş şəxs Rusiyadan zəng gəlmiş və Məhəbbət ona Rusiya Federasiyasına getməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs Rusiya Federasiyasına getdikdən təxminən on gün sonra evə müştəri çıxmış və o, Məhəbbətə zəng vurub demişdir ki, «evi istəyən var 65000 manata, lakin evin pulundan 14000 manat borclu qalacaqdır, həmin pulla bağlı notariusda borc müqaviləsi bağlanacaqdır». Bundan təxminən 15 gün sonra Zərərçəkmiş şəxs Rusiyya Federasiyyası Moskva şəhərindən Bakı şəhərinə gəlmiş, o, Zərərçəkmiş şəxs ilə birlikdə Şərur MTK-nın Bakı şəhəri, Binqədəi rayonu ərazisində yerləşən mərkəzi ofisinə getmiş, həmin vaxt orada makler Şahid5, evi alan X8, bir nəfər tanımadığı qadın və bir nəfər tanımadığı kişi olmuşdur. Onlar ünvan 3 ünvanda yerləşən binanın 15-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 96.23 kvm olan 106 saylı mənzili X4 65000 manata satmışlar, həmin puldan 2000 manatını Şahid5, 3000 manatını Şərur MTK-ya vermişlər. Cəmilədən 46000 manat pul almışlar, 14000 manata dair isə Cəmilə İbadullayeva ilə o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən notariusda borc müqaviləsi bağlamışlar. O, evin pulundan Zərərçəkmiş şəxs 35000 manat pul vermiş, bundan sonra Məhəbbət Türkiyə Respublikasına gedəcəyini və biznes quracağını bildirib çıxıb getmişdir. Bundan başqa, ona verilmiş ittihamın tamamilə əsassız olduğunu bildirərək, onun günahının olmamasını və himayəsində serebral iflic xəstəsi olan övladının olmasını nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi sonrakı ifadəsində Zərərçəkmiş şəxs pulu həyat yoldaşı Şahid8 verdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yazılı ifadəsini məhkəməyə təqdim etmişdir. Qeyd olunan ifadə elan və tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, «Mən Zərərçəkmiş şəxs ilə təqribən 2003-cü ildə Moskva şəhərində yaşadığım zaman həyat yoldaşım Şahid8 Müslim oğlunun vasitəsi ilə tanış olmuşam. Rüstəm onun, yəni Məhəbbətin o zamanhəyat yoldaşı kimi təqdim etdiyi əri ilə dost idi və onlar birlikdə bizim evə glib gediblər. 2008-ci ildə biz Moskva şəhərindən Bakıya köçdük və bizim Məhəbbət ilə əlaqəmiz kəsildi. 2013-cü ilin təqribən noyabr ayında mənə Məhəbbətdən əng gəldi və o, Bakıya gəldiyini, mənimlə görüşmək istədiyini bildirdi. Mən ona yaşadığımız Novxanı bağındakı evin ünvanını dedim və o oğlu Teymur ilə birlikdə bizə gəldi. Məhəbbət oğlu Teymuru Bakıda bir maşın ustası yanında şagird kimi işə düzəldərək, sənəd öyrətmək istədiyini bizə bildirdi. Bunun üçün Teymurun bizim evdə qalmasını xahiş etdi. Mən əvvəlcə məsuliyyətdən çəkinərək, tərəddüd etdim, lakin o israrla dostluğumuz xatirinə ona yardım etməmi xahiş edərək, məni buna razılaşdırdı. Sonra o, mənim işlərimlə maraqlandı. Mən də ona ərim Rüstəmin o zaman mənimlə birlikdə ev alqı-satqısı ilə məşğul olduğumu bildirdi. Onda Məhəbbət mənə dedi ki, hazırda Moskvada onun işləri getmir, pul qazana bilmir. Rüstəm və mənimlə birlikdə onu da ev alverinə cəlb etməyi bizdən xahiş etdi. Rüstəm də Məhəbbətin bu işimizə qoşulmasına razılıq verdi. Məhəbbət bildirdi ki, onun evi var, satıb, həmin pul ilə bizimlə şərikinə bu işə qoşula bilər. Məhəbbət və oğlu bir müddət bizim evdə qaldılar. Bu müddət ərzində Məhəbbət özünə məxsus evi sataraq, 30 min manat pul ilə bu işə qatıldı. Bizdə həmin pula 20 min manat əlavə edərək, 50 min manat civarında olan ev axtarışına çıxdıq. Bir neçə alqı-satqı maklerləri ilə görüşdük və onlar bizə bu pula 8-ci kilometr qəsəbəsində ev onun ətraflarında ev almağın mümkün olduğunu dedilər. Bu məqsədlə biz Həzi Aslanov metrosu istiqamətində olan alqı-satqi ofislərinə getdik. Onlardan birində əvvələr tanamadığımız bir maklerlə yanaşdıq. onun adı Şahid5 idi. O bizim əlimizdə olan pula uyğun ev tapacağını söz verdi. Biz bu evi alqı-satqı məqsədi ilə alacağımızı və bu işdə hər ikimizin şərik olaraq pul qoyduğumuzu ona bildirərək, evin qiymətinin münasib olmasını ondan xahiş etdik. Bir neçə gündən sonra Şahin yoldaşım Rüstəm zəng edib, münasib bir evin təcili satıldığını bildirdi. Mən Rüstəm və Məhəbbət ora getdik. X23 küç. 2942 d, bina 15, mən. 106 ünvanında yerləşən 96,23 kv.m sahəsi olan 2 otaqlı mənzil idi. Biz mənzilə baxdıq və xoşumuza gəldikdən sonra yoldaşım Rüstəm makler Şahinə 1000 manat beh verdi. Şahin bildirdi ki, evin sahibəsi qadındır və evi 50 min manata satır. Biz onunla görüş təyin etdik, 2 gündən sonra mən, Rüstəm və Məhəbbət makler Şahin ilə görüşmək üçün həmin evə getdik. Evin sahibəsi özünü Şahid1 kim təqdim etdi, onun həyat yoldaşı Şahid3 adlı şəxs də orada idi. Biz onlarla tanış olduq. Pakizə evin ona MTN-nin poliklinikasında tibb bacısı işləməsinə görə verildiyini dedilər. Bizdə bu evin alqı-satqı məqsədi ilə aldığımızı hər ikimiz bu alışda pul qoyduğumuzu onlara bildirdik. Rüstəmlə mən bu işdə iyirmi min, Məhəbbət isə otuz min qoyaraq bu evi almaq niyyətində olduğumuzu, sonradan həmin evi başqa bir adama sataraq qazanc əldə edəcəyimizi söylədik. Pakizə bizə evi alıb, satdığımız zaman MTK-ya hər dəfə üç min manat pul keçirmək lazım olacağını bildirdi. Onda bir Pakizədən xahiş etdik ki, indi evi ondan alarkən M,TK-ya pul keçirməmək üçün birimizin adına etibarnamə versin. Müştəri tapdıqdan sonra isə evi satarkən, həmin müştərıyə razılıq ərizəsi verərək, 3 min manatı MTK-ya bir dəfə keçirərik. Bu yol ilə biz MTK-ya bir dəfə 3 min manat pul odəmiş olarıq. Bu məqsəd ilə biz Quliyevadan evi almaq üçün onun ikimizdən birimizin adına etibarnamə verərək satması üçün notariusa müraciət etdik. Notariusda mən Zərərçəkmiş şəxs dedim ki, sən bu işə 30 min manat pul qoymusan, etibarnamə sənin adına olsun. O imtina etsə də, mən ona dedim ki, belə yaxşıdır və onu razılaşdırdım. Pakizə Quıiyeva onun adına etibarnamə verdi. Bundan sonra həyat yoldaşım Şahid8 qalan 49 min manatı Şahid1 sayıb verdi.Daha sonra biz Şahindən xahiş etdik ki, evə müştəri tapsın və buna görə evin açarını yenidən ona verdik. Təqribən 2014-cü ilin mart ayının əvvəlində Şahin evə X7 adlı alıcı qadını tapdı. C. İbadullayevaya biz evi 65 min manata təklif etdik və o, həmin pulun 14 min manatı sonradan ödəyəciyini bildirərək, bizimlə razılaşdı Alqı-satqı üçün Şərur MTK-nın Binəqədi rayonun ərazisində yerləşən ofisində 3 mart 2014-cü tarixdə görüşdük. Ora mən yoldaşım Rüstəm, Məhəbbət və makler Şahinlə birlikdə getdik. Şahid1 və onun həyat yoldaşı Şahid3 də ora gəldilər. X17 ilə görüşüb, MTK-da menecerin otağına getdik. Cəmilə, Pəkizə, Vaqif və yoldaşım Rüstəm adına etibarnamə olan Məhəbbət həmin otağa girdilər. Mən dəhlizdə qaldım. Pakizə və Şahid3lər Cəmilə İbadullayevanın adına mənzilin satışı üçün razılıq ərizələri verdilər. Onların aralarında alqı-satqı oldu. İş bitdikdən sonra, Pakizə və Şahid3lər oradan çıxıb getdilər. Cəmilə İbadullayeva bizi 51 min manat pul saydı. Həmin puldan 3 min manat MTK-ya keçirdik. 2 min manat isə makler Şahid5a verdik. Qalan 14 min manat görə Cəmilə mənimlə notariusa gedərək borc müqaviləsi bağladıq. Pulun bu hissəsini mənim adıma ona görə rəsmiləşdirdik ki, Məhəbbət həmin vaxt İstanbul şəhərinə getməli idi. Və ona görə ona pulu tam şəkildə götürmək lazım idi. Rüstəm 11 min manatı götürdü, Məhəbbət isə 35 min manatı götürdü. Cəmi əlimizdə olan 46 min manat pulu belə böldük. Sonradan Cəmilə qısa müddətə qalan 14 min manat pulu hissə-hissə mənə ödədi və mən Rüstəmə verdim. Beləliklə, biz Məhəbbət bu alqı-satqıdan hərəyə 5 min manat olmaqla qazanc əldə etdik. Bundan 35 min Məhəbbət, 25 min isə biz pulumuzu götürdük. 2014-cü ilin aprel ayında həyat yoldaşım Şahid8 Masazır qəsəbəsi, İstiqlaliyyət küç.48, 52 nömrəli mənzili 28 min manata aldı. Məqsədimiz onu satmaq idi. Lakin bu zamana dolların kursu artdığından biz bir müddət həmin evi sata bilmədik. Zərərçəkmiş şəxs 2014-cü ilin yay aylarında dəniz mövsümü olduğu üçün yenidən bizə gəldi və bir müddət bizdə qaldı. Bu zaman o , həyat yoldaşım Rüstəm və üşaqlar ilə tez-tez dənizə gedirdi. Mən evdə xəste, ci qrup əlil olan qızımla qalırdım, o Rüstəmdən bizim Masazır qəsəbəsində aldığımız evi satmaq istədiyini ona bildirmiş, lakin pulu olmadığından bir qədər gözləməsini xahiş etmişdir. Çünki Zərərçəkmiş şəxs evin satışından əldə etdiyi həmin pula İstanbul şəhərində dükan açmışdı. Bizim evi isə həmin obyektdən gələn gəlir ilə almaq niyyətində idi. Pulu hissə-hissə göndərəcəyini Rüstəmə bildirmişdi. Buna görə də, Şahid8 Zərərçəkmiş şəxs həmin evə görə etibarnamə vermişdi. Məhəbbət Türkiyəyə qayıtdı. Bir qədər keçdikdən sonra isə bizə bildirdi ki, bankrot olub, evi alası olmadı, kimə istıruirik sataq. 2 ildən sonra 2016-ci ildə həmin evi yoldaşım X16 adlı bir qadəna satdı. Mən həmin evin satışında iştirak etməmişəm. Yalnız MTK-ya gedib, razılıq ərizəsi vermişəm. Pulun alışı zamanı isə olmamışam. Sonradan Rüstəm mənə bildirdi ki, evi 31 min beş yüz manata satmışıq. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, nə Şahid1 evinin alışı, nə də Masazır qəsəbəsində yerləşən evin alışı zamanı verilən pulların heç birisi mənə məxsus olmayıb, bu pullar yoldaşım Şahid8 olduğu üçün onun özü bilavasitə bütün alqısatqılarda iştirak edərək, pulu ödəmiş və almışdır. 2019-cu ilin may ayının 1-də Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin əməkdaşları bizim bağ evinə gələrək, məni və yoldaşımı polis idarəsinə aparmaq istədilər. Bu zaman yoldaşım Rüstəm Yüsifov ağır xəstə idi. O çağırışın nə ilə əlaqədar olduğunu soruşduqda, onlar məsələnin polis idarəsində aydınlaşdıracağını dedilər. Mən onlar ilə polis idarəsinin istintaq şöbəsinə gəldim. Şöbənin müstəntiqi Elçin Süleymanov barəmdə Zərərçəkmiş şəxs tərəfindən verilən şikayət əsasında AR CM-nin 178.2.4 maddəsi ilə cinayət işinin başlanması və mənə təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar elan etdi. Bu zaman mənim müdafiəçim yox idi. Mən 8 saat müddətində dindirildim. Lakin yazılan protokol latın qrafikası ilə yazıldığı üçün mən protokolu oxuya bilmədim. Müstəntiq isə mənə protokolu oxumadan imza etdirdi. May ayənın 1-dək mən Abşeron rayon polis idarəsinə dəvət olunmamışdəm. Mənim bu cinayət işi barəsində heç bir xəbərim yox idi. Dindirmə zamanı mən müstəntiqdən müdafiəçi tutmaq üçün zaman istədim. Lakin o mənə bildirdi ki, ifadəni ver, sonra müdafiəçi çağırarıq. Əks təqdirdə səni KPZ-yə salıb, saxlayacam. Məndə ifadə vermək məcburiyyətində qaldım. Növbəti gün E.Süleymanov təyinatla mənim işimə müdafiəçi F.Sadıqovu dəvət etdi. İlkin ifadəmi yenidən komputerdən çıxartdi və mənə oxumadan imza etdirməyə çalışdı. Lakin mən F.Sadıqovdan ifadəmi oxumağı xahiş etdim. İfadəm oxunduqda onun dqzgün yazılmsdığını və mənim sözlərimin əvəzinə müstəntiqin başqa fikirləri əks olunduğunu gördüm. Buna etiraz edib imza etməkdən imtina etdim. Hadisəni olduğu kimi nəql etdim. Lakin o, yeni protokol tərtib etmədi. Bundan sonra, müstəntiq E. Süleymanov bir gün mənə zəng edərək, məni təcili polis idarəsinə çağırdi. Mən evdə xəstə həyat yoldaşımı, şikəst sürünən qızımı təkqoyub, qapını bağlayaraq, polisə getdim. E. Süleymanov məni öz şəxsi maşınına oturdub, prokurorluğa apardı və bildirdi ki, 1000 manat pul gətirməlisən, yoxsa səni həbs edəcəyəm. Mən bu qədər pulu haradan alacağımı bilmədim. Dedim ki, mənə zaman versin. Lakin o dedi ki, 1 saata bu pulu evdən gətirsinlər, yoxsa məni saxlayacayığ. Mən 1 saata evə gedib, həmin 1000 manat pulu gətirdim. Qayıdanda polis idarəsində Zərərçəkmiş şəxs Süleymanovun iş otağında olduğunu gördüm. Pulu E.Süleymanova verdim. O da pulu alıb, Məhəbbətə uzadaraq "Məhəbbət Gəncəyə getməyə pulun yox idi, Allah yetirdi" dedi. Mənə pulun alınması barədə qəbzə imza etdirdi. Bu prosesdə vəklim F.Sadıqov iştirak etmirdi. Müstəntiqin qanunsuz istintaq hərəkətləri və bir tərəfli mövqeyi barədə mənim vəkillərim F.Sadıqov və E.Qədimi istər rayon, istərsə də Respublika prokurorluqlarına, DİN-nə, Prezident Apparatına etdikləri müraciətlərin heç birinə cavab verilməmiş, hətta onların heç biri cinayət işinin materiallarına əlavə edilməmişdir. Cinayət işinin istintaq zamanı müstəntiq E.Süleymanov və Məhəbbət Ələkbərov mənə dəfələrlə həmin evin Pakizə tərəfindən 2-ci dəfə Cəmiləyə satılması və pulun onun tərəfindən mənimsənilməsi barədə Pakizənin üzərinə böhtan ataraq, ondan 65min manat almaq üçün onlara şərait yaratmasını məndən tələb etdilər, hətta həmin puldan mənə də verməyi vəd etdilər. Lakin mən buna razı olmadım, çünki bu böhtan bizim hər ikimizə aid idi. Çünki həmin 35 min manat pulu Zərərçəkmiş şəxs mənim həyat yoldaşım Şahid8dan alaraq Türkiyəyə getmişdir. Mən belə bir böhtanı Pakizənin üzərinə ata bilməzdim. Cinayət işinin ibtidai istintaqının yekunlaşması və istintaq sənədləri ilə tanış olma prosesi zamanı mən vəkilim E.Qedimi ilə birlikdə orada olarkən, cinayət işinin materialları hələ tikilməmiş vəziyyətdə idi. E.Qədimi başqa məhkəmə prosesinə tələsirdi. Biz istintaq sənədləri ilə tanış olmadan E.Seleymanov bizə protokol imza etdirdi. E.Süleymanov hec mənə, ittiham aktının surətini belə təqdim etmədi». Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O ifadəsində göstərmişdir ki, uzun müddət ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərində yaşamışdır. Orada o, qızıl alveri ilə məşğul olubmuş, alver edərkən Moskva şəhərində Zərərçəkmiş şəxs ilə tanış olmuş, sonuncu ondan bir neçə dəfə qızıl zinyət əşyaları almışdır. Həmin vaxtdan onların münasibətləri yaranmış, münasibətləri tanışlıqdan rəfiqəliyə çevrilmiş və bir-birilərin evinə gedib gəlirmişlər. 2008-ci ildə o, ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçmüş, bu səbəbdən də Zərərçəkmiş şəxs ilə münasibətləri soyumuşdur. Bir gün onun mobil nömrəsinə zəng gəlmiş, telefona cavab verdikdə bilmiş ki, ona zəng vuran Zərərçəkmiş şəxsdır. Məhəbbət ona demiş ki, Baklı şəhərindədir və onunla görüşmək istəyir, o, yaşadığı ünvanı, yəni Sumqayıt şəhəri, X26 Massivi ev B-237 ünvanını ona demiş, təxminən 2-3 saat sonra Zərərçəkmiş şəxs oğlu Şahid2 ilə birlikdə onlara gəlmişdir. Zərərçəkmiş şəxs söhbət əsnasında demiş ki, oğlunu usta peşəsinin öyrədilməsi üçün Bakı şəhərinə gətirib və ondan oğlu Şahid2 onun evində qalmasını xahiş etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs ona demiş ki, Rusiyada işləri yaxşı getmir, o da, Məhəbbətə şərikinə ev alqı-satqısı ilə məşğul olmasını demişdir. Zərərçəkmiş şəxs ona demiş ki, əlində nəğd pulu yoxdur, lakin Abşeron rayonu, Masazır qəsəbəsində 02 otaqlı mənzili var həmin evi satıb pul verə biləcəyini bildirmişdir. Bundan sonra təxminən 1 aya yaxın Zərərçəkmiş şəxs onun evində qalmış, həmin ərəfədə Məhəbbət özünə məxsus evi 35000 manata satmışdır. O, Məhəbbətin pulunun üstünə 25000 manat pul qoymuş və onlar razılaşmışlar ki, şərik ev alıb satsınlar. Bundan sonra o, Məhəbbətlə birlikdə adı yadında qalmayan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrosunun yaxınlığında maklerdən onlara ev tapmasını xahiş etmişəlr, həmin şəxsdə onlara bildirmiş ki, Bakı şəhəri, Xətai rayonu ərazisində Şərur MTK-nın inşa etdiyi yeni tikilinin 15-ci mərtəbəsində 2 otaqlı ev satılır. Bundan sonra o, Məhəbbət və adını bilmədiyi maklerlə birlikdə həmin evə baxmağa getmişlər, ev onların xoşlarına gəlmiş və onlar həmin evi sahibindən 55000 manata alaraq, evi Zərərçəkmiş şəxs adına sənədləşdirmişlər. Evi aldıqdan sonra onlar, Məhəbbətlə fikirləşmişlər ki, şərikinə aldıqları evi satıb pul qazanıb əldə etdikləri puluda birgə bölərlər. Həmin söhbətdən təxminən 3 gün keçdikdən sonra Zərərçəkmiş şəxs Rusiyadan zəng gəlmiş və sonuncu, Rusiyaya getməli olduğunu bildirmişdir. Buna görə də Zərərçəkmiş şəxs şərikinə aldıqları evi Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən notarius vasitəsilə onun adına alqı-satqı etmək üçün ertibarnamə vermiş və bildirmiş ki, əgər evə müştəri olsa evi satsın əldə etdikləri pulu, ya Rusiyaya göndərsin, yada ki, özü gəlib pulu alacaq. Zərərçəkmiş şəxs Rusiya Federasiyasına getdikdən təxminən 10 gün sonra, o, şərikinə ünvan 3 ünvanda yerləşən binanın 15-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 96.23 kvm olan 106 saylı mənzili əvvəllər tanımadığı sonradan adının X4 65000 manata satmış, həmin puldan 2000 manatını adı yadında qalmayan maklerlərə vermiş, 3000 manatını Şərur MTK-ya ödəmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs zəng vurub evi 65000 manata satdığını həmin puldan 5000 xərcinin çıxdığını yerdə isə 5000 manat xeyrləri olduğunu bildirmişdir. Təxminən bir həftə sonra Zərərçəkmiş şəxs Rusiya Federasiyasından Bakı şəhərinə gəlmişdir. Həmin vaxt Məhəbbətin oğlu da, onun evində qalırmış, o, Məhəbbətə 30000 manat verdiyi məbləği qaytarmış, əlavə olaraq ona 2500 manat ortada olan xeyrindən vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona demiş ki, əlində olan pulunu xərcləmək istəmir və ev almaq istədiyini bildirmiş, o da özünün ünvan 6 ünvanında yerləşən iki otaqlı 47.5 kvm olan evi olduğunu, əgər istəyirsə həmin evi ona 35000 manata sata biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs evi almağa razılaşmış və əri Şahid8 öz adına olan evin pulunu ondan almadan Zərərçəkmiş şəxs adına etibarnamə vermiş, onlar Məhəbbətlə razılaşmışlar ki, sonuncu evin pulunu orada iş açdıqdan sonra göndərəcəkdir. Evi Məhəbbətin adına etibarnamə ilə keçirdikləri günü İstanbul şəhərinə getmişdir. Təxminən 2 aya yaxın gözləmişlər ki, Məhəbbət evin pulunu verər, lakin Məhəbbət onlara demiş ki, İstanbul şəhərində özünə paltar biznesi açıb və evi satmaq lazım olduğunu bildirmişdir. Onlar həmin evi başqa bir şəxsə təxminən 30000-35000 manata satmışlar. Onun, hazırda Zərərçəkmiş şəxs borcu yoxdur, nə səbəbə görə ondan polisə şikayət etməsi ona aydın deyildir. O, Zərərçəkmiş şəxs 32500 manat pulu yaşadıqları ünvanda heç kimin iştirakı olmadan vermişdir. Zərərçəkmiş şəxs adına sənədləşdirilmiş Bakı şəhəri, Xətai rayonu, G.Şixlinski küçəsi 2942 “D” ünvanda yerləşən binanın 15-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 96.23 kvm olan 106 saylı mənzili onun adına Məhəbbət tərəfindən satmaq üçün verilmiş etibarnamənin surəti və ya əslini, istintaq orqanlarına təqdim edə bilmir bu səbəbdən ki, həmin məsələdən 5 il müddət keçdiyi üçün sənədlər onda qalmamışdır. Əgər onda həmin evə dair etibarmamə olmasaydı, o, evi 65000 manata X4 sata bilməzdi. Şahid1 və sonuncunun əri Şahid3 o, 07.02.2014-cü il tarixdə Zərərçəkmiş şəxs ilə onlara məxsus evi şərikinə alarkən, evin sənədlərini notariusda sənədləşdirərkən görmüşdür, bundan sonra həmin şəxslərlə heç bir münasibəti olmamışdır. O, Cəmilə İbadullayevaya Bakı şəhəri, Xətai rayonu, G.Şixlinski küçəsi 2942 “D” ünvanda yerləşən binanın 15-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 96.23 kvm olan 106 saylı mənzili özü satmış, həmin vaxt "xxxx" MTK-nın rəhbərliyi bildirmiş ki, onda etibarnamə olsa da, evin ilk sahiblərinin razılığı olmalıdır. Buna görə də, evin ilk sahibləri gəlib razılıq ərizələrini vermişdirlər. Bundan sonra da o, evi Cəmilə İbadullayevaya 65000 manata satmışdır. O, Zərərçəkmiş şəxs ilə şərikinə ünvan 3 ünvanda yerləşən binanın 15-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 96.23 kvm olan 106 saylı mənzili əvvəllər tanımadığı sonradan adının X4 65000 manata satan zaman Zərərçəkmiş şəxs da həmin vaxtı alqı-satqıda iştirak etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Təqsirləndirilən şəxs təxminən 15 ilə yaxındır ki, tanıyır. Onunla Rusiya Federasiyasının Moskva şəhərində tanış olmuşlar, həmin vaxt o, Moskva şəhərində qadın paltarlarının satışı ilə məşğul olmuş, Təqsirləndirilən şəxs isə orada qızıl alqı-satqısı ilə məşğul olmuşdur. Həmin vaxtdan onun Təqsirləndirilən şəxs ilə münasibəti yaranmış və onlar biri-birilərin evinə gedib gəlirmişlər. Təxminən 7 il bundan əvvəl o, Abşeron rayonu, Masazır qəsəbəsində kredit şərtləri ilə ev almış, evin kreditini tam ödədikdən sonra, evi satıb Bakı şəhərində ev almaq qərarına gəlmişdir. Təxminən 2014-cü ildə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən özünə məxsus evi, Təqsirləndirilən şəxs tapdığı müştərilərə 55000 ABŞ dollarına satmış, həmin vaxt dolların məzənnəsi 0.78 manat idi. Təxminən 10 gün ərzində 55000 ABŞ dollar pulu Təqsirləndirilən şəxs evində qalmışdır. O, Təqsirləndirilən şəxs köməkliyi ilə Bakı şəhərində tanımadığı yerdə 97 kvadrat metrlik yeni tikilmiş 70000 ABŞ dollara ev tapmışdır. Həmin evi almaq üçün pulu çatmadığından, qızıllarını lombarda qoymuş 8000 manat pul götürmüş və qohumlarından 7000 manat borc almışdır. O, evin pulunu topladıqdan sonra rəfiqəsi Şahid4 və oğlu Teymur Ələkbərovun, Təqsirləndirilən şəxs, sonuncunun əri Şahid8la birlikdə evi almaq üçün getmişlər. Təqsirləndirilən şəxs tanışı, adını bilmədiyi ev alqı satqısı ilə məşğul olan bir nəfər şəxslə Bakı şəhəri, Həzi Aslanov metrosunun yaxınlığında görüşmüşlər, ev-alqı satqısı ilə məşğul olan makler onlara yeni tikilmiş binanın 15-ci mərtəbəsində evi göstərmiş, ev onun xoşuna gəlmiş, o ev üçün Təqsirləndirilən şəxs əri Şahid8 1000 manat beh vermiş ki, o, pulu maklerə aparıb versin. O, evin sahibi ilə Bakı şəhərində tanımadığı yerdə yerləşən notariusda ev alqı-satqı müqaviləsi bağlamışlar və 70000 ABŞ dollarını həmin adama vermişdir. Evi aldığı qadınla birlikdə evi tikən şirkətə getmişlər ki, evi adına keçirmiş, lakin orada ondan 4000 manat pul istəmişlər, həmin vaxt onda, o qədər məbləğdə pul olmadığı üçün, fikirləşmiş ki, bir müddət keçdikdən sonra evi adına sənədləşdirsin. Bundan sonra o, işləri ilə əlaqədar Rusiya Federasiyasına getmiş, yeni aldığı evin sənədlərini isə rəfiqəsi Təqsirləndirilən şəxs vermiş ki, özündə saxlasın, həmin vaxt oğlu X10 da, Təqsirləndirilən şəxs evində təxminən 2 aya yaxın qalmışdır. O, Moskva şəhərində olan vaxt təxminən 2014-cü ildə oğlu Teymur Ələkbərov ona zəng vurub demiş ki, Təqsirləndirilən şəxs ona məxsus evi satıb Dubaya getmişdir. Bundan sonra o, telefonla Təqsirləndirilən şəxs zəng edib ev özünün adına ola-ola evi necə satdığını Rənadan soruşmuşdur. Təqsirləndirilən şəxs da ona demiş ki, «evi satdığım adam mənim qohumumdur, həmin şəxs xaricdə yaşayır, narahat olma, gəlib etibarnamə verərsən, evin qalan pulunu verəcəkdir» Rəna həmçinin onun üçün Abşeron rayonu, Masazır qəsəbəsində yeni ev tapdığını, 30000 manata yeni ev almaq üçün ona yenidən 4000 manat pul lazım olduğunu bildirmişdir. Həmin söhbətdən təxminən 2 ay keçdikdən sonra o, Azərbayacana gəlmiş, rəfiqəsi Şahid4, oğlu Teymur Ələkbərovla bilrikdə Təqsirləndirilən şəxs evinə gedib, pulunu tələb etmiş, həmin vaxt Rəna ona Bakı şəhərində 70000 ABŞ dollara aldığı evi 70000 manata satdığını, 26000 manat beh alıb, həmin pula Abşeron rayonu, Masazır qəsəbəsində Baxçalı MTK-da onun üçün ev aldığını, həmin evə görə də ondan 4000 manat pul istəmişdir. O da 26000 manat pulun əvəzinə evi almağa razılaşmışdır. Bundan sonra o, oğlu Teymur Ələkbərov, taksi sürücüsü Eldəniz adlı şəxs, Təqsirləndirilən şəxs və Şahid8la birlikdə Bakı şəhərində yerləşən 14 saylı notariusa getmişlər, orada Ruslan Yusifov və Təqsirləndirilən şəxs özlərinə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivi, İstiqlaliyyət küçəsi ev 48 mənzil 52-də yerləşən evinə dair ona etibarnamə vermişlər. Bundan sonra onlar həmin evə gəlmişlər, evdə oğlu Teymur Ələkbərovun yanında Təqsirləndirilən şəxs əri Şahid8 yanında 4000 manat pul vermiş və evi 30000 manata satıb evin açarlarını ona vermişlər. Həmin açarlar hazırda onun özündədir. Qalan 44000 manat pulu isə evin sahibi xaricdən gələndən sonra verəcəyini Rəna ona bildirmişdir. Pulu verdikdən sonra da o, həmin adama evin etibarnaməsini verəsi olmuşdur. 2016-cı ilin aprel ayında o, rəfiqəsi Şahid4, oğlu Teymur Ələkbərovla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində Baxçalı MTK-da Təqsirləndirilən şəxs onun üçün aldığı evi adına keçirtmək üçün oraya getmiş, evin giriş qapısını Rəna ona verdiyi açarla aça bilməmiş, lakin qapını Kəmalə adlı bir qadın açaraq ona demiş ki, həmin evi Təqsirləndirilən şəxs 35000 manata almışdır. Bundan sonra o, Şahid4 və oğlu X21 Yusifovanın Novxanı qəsəbəsində yerləşən evinə getmişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs nə səbəbə görə ona 30000 manata satdığı Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivi, İstiqlaliyyət küçəsi ev 48 mənzil 52-də yerləşən evini satdığını soruşmuşdur. Təqsirləndirilən şəxs evi satdığını etiraf etməmiş onlar mübahisə etməyə başlamışlar. Özünü pis hiss etdiyindən oğlu X22 zəng vurub həkim çağırmış həkimlər gələrək onu xəstəxanaya aparmışlar. Xəstəxanada müayinə olunduqdan sonra evə buraxılmış, xəstəxanadan çıxandan sonra yenidən Təqsirləndirilən şəxs evinə getmişdir. O, Təqsirləndirilən şəxs özünü yandıracağını bildirmiş, Rəna qorxusundan ona demiş ki, ona olan 70000 ABŞ dollar pulu verəcəkdir, bunun qarantı olaraq özünə məxsus Novxanı qəsəbəsində yerləşən evini onun adına keçirməyi təklif etmişdir. Onlar birlikdə notariusa getmişlər, orada ona bildirmişlər ki, evi almaq üçün ev sahibinin adına 40000 manat pul köçürməlidir, o, qorxduğu üçün həmin məbləğdə pulu onun adına keçirməmişdir. Təqsirləndirilən şəxs ona məxsus evləri aldadaraq satmaqla, ona ümumilikdə 70000 ABŞ dolları və 4000 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iiclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 1991ci ildən 2016-cı ilə qədər olan nüddət ərzində Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirliyinin xidməti poliknikasından tibb bacısı vəzifəsində çalışmış, işlədiyi müəssədə mənzil qeydiyyatında olduğundan 2009-cu il o, Bakı şəhəri, Xətai rayonu, "xxxx" M.T.K-nın inşa etdiyi general Şıxlıniski küçəsi, 2942 D saylı binanın 106 saylı mənzilində yerləşən evlə təmin olunmuş, maddi imkanı olmadığından həmin evi təmir edə bilmədiyi üçün 2014cü ildə satmaq qərarına gəlmiş, bununla əlaqədar o, iş yoldaşı olan Ruslan adlı şəxsdən bu evi satmaqda ona kömək etməsini xahiş etmiş, Ruslan da onun xahişi ilə əlaqədar olaraq makler dostuna deyəcəyini bildirmişdir. Bir neçə müddətdən sonra Ruslan ona demişdir ki, «onun tanış makleri olan Şahid5 adlı şəxs mənim evimə müştəri tapmışdır. Onlar evi bəyənərək almaq niyyətində olduqlarını deyiblər». Bundan sonra o, həyat yoldaşı Şahid3lə bərabər maklerin yanına gedib həmin müştərilərlə görüşüb tanış olmuşlar, həmin müştərilər 2 qadın, 1 kişidən ibarət olub. Qadınlardan biri özünü Rəna, digəri isə Məhəbbət, kişi isə özünü Rüstəm kimi təqdim etmiş, onlar evi bəyəndiklərini və almaq istədiklərini bildirmişlər. O, evi 50.000 manata satmaq niyyətində olduğunu bildirmiş, onlar razı olmuşlar. Makler onlara ilk dəfə evi göstərərək razılaşdıqdan sonra onlardan beh olaraq 1000 manat alıb, Ruslan vasitəsilə ona göndərmişlər. Ona görə də qalan 49.000 manatı Rənanın əri Şahid8, həyat yoldaşı Şahid3 təqdim etmişdir. O, alqısatqı edilməsi üçün "xxxx" MTK-ya getməyi təklif etmiş, həmçinin onlara bildirmişdir ki, alqı-saqı zamanı onlar MTK-ya 3000 manat pul keçirməlidirlər. Onda onlar bildirmişlər ki, «bu evi alqı-satqı məqsədilə alırlar. Bu evin alınması üçün onların hər biri pul qoyublar. Ona görə də şərikinə alınmış bu evin satışı zamanı M.T.K-ya 2 dəfə 3000 manat pul ödəməsinlər deyə, məndən xahiş etdilər ki, onların özlərinin tapacaqlar müştəriyə alqısatqı zamanı biz razılıq ərizəsi verək. İndi isə evin alqı-satqısını rəsmiləşdirmədən adlarına etibarnamə verməyi bizdən xahiş etdilər». O. bu təklifi qəbul etmiş, Çünki onların evi alıb-sataraq qazanc əldə etmək niyyətində olduqlarını başa düşmüş, ona görə də etibarnamə vermək üçün Xətai r-nu 18 saylı natariusa getmişlər. Rəna Məhəbbətlə mübahisə etmişdir ki, «qoy etibarnamə sənin adına olsun, çünki sən məndən çox pul qoymuşam». Bundan sonra o, Zərərçəkmiş şəxs adına etibarnamə vermiş, lakin alqı-satqı müqaviləsi bağlamamışdır. Onlar oradan yəni 7 fevral 2014-cü il tarixdə "xxxx" MTK-ya gəlmişlər. O, orada satış menecerinə yanaşaraq Zərərçəkmiş şəxs göstərib, evi ilə əlaqədar ona etibarnamə verdiyini bildirmiş, menecer mənə demişdir ki, «Siz bu evi ona və ya qeyrisinə satarkən etibarnamə verdiyiniz bu qadın yəni Zərərçəkmiş şəxs burada iştirak etməlidir». Bundan sonra onlar həmin evə alıcı tapana qədər gözləmələrini xahiş etmişdilər. 2014-cü ilin mart ayının əvvəlində ona telefon edən həmin qadınlardan biri evə alıcı tapdıqlarını bildirmiş, onunla yoldaşının MTK-ya gələrək razılıq ərizəsi vermələrini xahiş etmiş, o, yoldaşı ilə birlikdə razılıq ərizəsi vermək üçün "xxxx" MTK-ya getmişdir. "xxxx" MTK-nın Binəqədi rayonun ərazisində olan ofisinə gəldikdə orada makler Şahid5, Zərərçəkmiş şəxs, Rəna və Şahid8ları görmüşlər. Onlardan başqa orada evi alan Cəmilə İbadullayeva adlı cavan bir qadın da olub. Onlar yəni, o, yoldaşı Şahid3, Cəmilə İbadullayeva, Zərərçəkmiş şəxs satış menecerinin otağına girmişlər. Orada o və yoldaşı onlara məxsus olan Ə.Şıxlıniski küçə, bina 2942 D,106 saylı mənzilinə olan müqaviləsinin Cəmilə İladullayevanın adına keçirilməsi üçün razılıq ərizəsi vermişlər, bu proses bitdikdən sonra o və yoldaşı onlarla sağollasşıb çıxıb getmişlər. Onu da bildirmək istəyir ki, Rəna və Məhəbbət tərəfindən şərikinə alınmış evin Cəmilə İbadullayevaya neçəyə satdıqları barədə heç bir məlumatı olmayıb. Qeyd edilən faktlarla əlaqədar 2018-ci ilin dekabr ayında Abşeron RPİ-nin İŞ-nin müstəntiq Elçin Süleymanov tərəfindən o və yoldaşı idarəyə dəvət olunmuş, İŞ müstəntiqi Elçin Süleymanov onlara bildirmişdir ki, «Zərərçəkmiş şəxs 2014-cü ildə sizdən aldığı evi Siz Təqsirləndirilən şəxs ilə birləşərək ikinci bir şəxsə satmısız və onun barəsində dələduzluq cinayəti törətmisiniz». O, bu məlumata cavab olaraq yuxarıda qeyd etdiyi ifadəsini izahat formasında vermişdir. Bundan sonra o, müstəntiq Elçin Süleymanov tərəfindən ayda bir neçə dəfə İŞ-nə çağrılmış, Elçin Süleymanov ondan Təqsirləndirilən şəxs əleyhinə olaraq ifadə verməsini tələb etmişdir. Bu zəmində Elçin Süleymanov ona guya Təqsirləndirilən şəxs həmin evi Zərərçəkmiş şəxs xəbərsiz onun mənzilə dair sənədləri əsasında qanunsuz olaraq satmasını, pulu isə özünün mənimsəməsini göstərməyini tələb etmiş, hər dindirmə prosesində müstəntiq Süleymanov onu tutacağını və Kürdəxanıya istintaq izolyatoruna göndərəcəyi ilə hədə-qorxu gəlmişdir. 04.yanvar 2019-cu il tarixdə müstəntiq Elçin Süleymanov onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi maddəsi ilə şübhəli şəxs qismində tanıyaraq 48 saat müddəti ilə azadlıqdan məhrum etmiş və istintaq izolyatoruna salmışdır. Elçin Süleymanov ona ağır psixoloji hədələr etməklə, onu Kürdəxanı türməsinə göndərəcəyi ilə hədələyərək ifadələrini dəyişdirməyini ondan tələb etmişdir. X9 bu təzyiqləri altında yazdıqları bütün yalan ifadələrə imza etmək məcburiyyətində qalmış və ona görə də bildirmək istəyir ki, istintaq zamanı onun adından yazılan bütün izahat və ifadələri düzgün deyil. Bu ifadələr Zərərçəkmiş şəxs qurduğu oyun əsasında onun mənafeyinə görə yazılmış yalanlardır. 06 dekabr 2019-cu ildə ona törətmədiyi cinayət əməli üzrə heç bir sübut və qanuni əsas olmadan qeyd edilən maddə üzrə müqəssirçilik elan edilmiş, müstəntiq Elçin Süleymanov öz mənafeyinə uyğun ifadələri aldıqdan sonra isə əsassız olaraq saxlandığı müvəqqəti istintaq izolyatorundan buraxılmışdır. Elçin Süleymanov tərəfindən heç bir istintaq hərəkəti aparılmadan, ona bəraət verən müvafiq sübutlar əldə edilmədən 07 yanvar 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə cinayət işinin icraatına xitam verilmişdir. X3 təzyiq altında imza etdirdiyi və qanunsuz olaraq onu istintaq zamanı 48 saat müddətinə azadlıqdan məhrum edilməsi ilə əlaqədar, Elçin Süleymanovun onun birtərəfli mövqeyinə, qeyri-obyektiv münasibətinə hüquqi qiymət verilməsini və barəsində qanunauyğun şəkildə tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 1991-ci ildən 2016-cı ilə kimi Milli Təhlükəsizlik Nazirliyinin hərbi tibbi poliklinikasında tibbi bacısı işləmişdir. Hazırda heç bir yerdə işləmir. 2009-cu ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ona, həmin yerdə 25 il tibb bacısı işlədiyinə görə, ünvan 7 ünvanda binanın 1 A girişində, 2 otaqlı 96.23 kvm ümumi sahəsi olan 15-ci mərtəbə 106 saylı mənzili ona vermişlər. Həmin mənzil təmirsiz olmuş, mənzili təmir etməyə maddi imkanı olmadığı üçün, oranı satmaq qərarına gəlmişdir. Həmin vaxt Milli Təhlükəsizlik Nazirliyində xüsusi təyinatlı dəstənin işçisi Ruslan adlı şəxs ondan soruşmuş ki, yeni aldıqları evi nə etmişdir. O da, sonuncuya bildirmiş ki, evi təmir edə bilmədiyi üçün pulu yoxdur və evi satmaq istəyir. Bu söhbətdən təxminən 1 ay keçdikdən sonra Ruslan işlədiyi yerə gəlib evi üçün müştəri tapdığını bildirmişdir. O, Ruslana demiş ki, həmin adamlar evə gedib baxsınlar, həmin günün səhərisi Ruslan iş yerinə gələrək, ona 1000 manat beh vermiş və qalan məbləğidə alqı-satqı olanda evi alanlar ona verəcəklərini bildirmişdir. O, pulu aldıqdan sonra istifadəsində olan mobil nömrəyə tanımadığı qadın zəng vurub özünü, evini alan şəxs kimi təqdim edib onu günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, ərazisində yerləşən 18 saylı notariat kontorunda gözləyəcəklərini bildirmişdir. Bundan sonra o, yaşadığı evə gedib əri Şahid3 zəng vurub evə görə 1000 manat beh aldığını və günorta saatlarında evin qalan pulunu yəni 49000 manatını almaq üçün onunla notariusa getməyini xahiş etmişdir. O, əri Şahid3lə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 18 saylı notariusa gəlmişlər, həmin vaxt orada tanımadığı 2 nəfər qadının və bir nəfər kişinin olduğunu görmüşlər, həmin vaxt qadınlardan biri özünü onun evini alan şəxs kimi təqdim edərək, uzun müddət Rusiya Federasiyasında yaşadığını, evi də oğlu üçün aldığını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs yanında olan dolu bədən quruluşlu, orta boylu, 50-60 yaşlı kişi, əri Şahid3 onun və orada olan şəxslərin yanında 49000 manat pul vermişdir. Bundan sonra onlar notariusun yanına gettmişlər, o, Zərərçəkmiş şəxs evinə dair alqı-satqı etibarnaməsini vermişdir. O, evi Zərərçəkmiş şəxs satdıqdan sonra onu və alqı satdı zamanı orada olan digər tanımadığım şəxsləri görmədim. Onun Zərərçəkmiş şəxs ilə əvvəllər heç bir münasibəti olmamış, onunla düşmənçiliyi ədavəti olmamış, o, Məhəbbəti birinci dəfə özümə məxsus evi satanda görmüşdür. Həmin vaxtdan sonra o, Məhəbbətlə heç vaxt görüşməmişdir. O, Zərərçəkmiş şəxs başqa evini heç kimə satmamış, evə dair alqı-satqı müqaviləsini heç kiminlə bağlamamışdır. Həmçinin o, Təqsirləndirilən şəxs Ələkbər qızını tanımır, sonuncu ilə heç bir münasibəti olmamışdır. Məhkəmə iş üzrə ifadəsi alınmış Şahid1 məhkəmə istintaq zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, onun belə ifadə verməsini təqsirləndirilən şəxsi bu üsulla cinayət məsuliyyətindən yayındırmağa cəhd etmə halı kimi qiymətləndirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 1972-ci ildən Azərbaycan Televiziyasında işləyir. Şahid1 onun arvadıdır, sonuncu ilə 1981-ci ildə ailə həyatı qurmuşlar. Arvadı Şahid1 1991-ci ildən 2016-cı ilə kimi Milli Təhlükəsizlik Nazirliyinin hərbi tibbi poliklinikasında tibb bacısı işləmişdir. Arvadı Şahid1 işlədiyi vaxt ərizində iş yerinndə ev növbəsində durmuşdur. Şahid1 2009-cu ildə Bakı şəhəri, Xətai rayonu, G.Şixlinski küçəsində yerləşən 2942 D giriş 1 A mənzil 106 saylı 96.23 kvm ev verilmişdir. Həmin evi təmir etmək üçün maddi imkanları olmadığından onlar, belə qərara gəlmişlər ki, həmin evi satsınlar. 2014-cü ildə Şahid1, evi satdığı barədə iş yoldaşı Ruslana demiş, sonuncu da, müştəri tapıb və həmin adamlarla Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 18 saylı notariusa gedib evi orada satmaq lazım olduğunu demişdir. 07 fevral 2014-cü il tarixdə günorta saatlarında o, arvadı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, ərazisində yerləşən notariusa getmişlər. Həmin vaxt əvvəllər tanımadığı üç nəfər qadın və bir nəfər kişini görmüş, qadınlardan biri özünü, evi alan şəxs kimi təqdim etmiş və Rusiya Federasiyasında yaşadığını evi də oğlu üçün aldığını bildirmişdir. Evin pullarını evi alan qadının yanında olan dolu bədən quruluşlu, ağsaç, orta boylu kişi ona 49000 manat pulu sayıb vermiş, qalan 1000 manat pulu isə arvadına Ruslan adlı şəxs poliklinikada vermişdir. Zərərçəkmiş şəxs ilə əvvəllər heç bir münasibəti olmamış, sonuncu ilə düşmənçiliyi ədavəti olmamış, o, Məhəbbəti birinci dəfə arvadı Şahid1 məxsus evi satanda görmüşdür. Zərərçəkmiş şəxs başqa Şahid1 evi heç kimə satmamış, evə dair alqı satqı müqaviləsini heç kimə verməmişdir. O, Təqsirləndirilən şəxs Ələkbər qızını tanımır, onunla heç bir münasibəti olmamışdır. Məhkəmə iş üzrə ifadəsi alınmış Şahid3 məhkəmə istintaq zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, onun belə ifadə verməsini təqsirləndirilən şəxsi bu üsulla cinayət məsuliyyətindən yayındırmağa cəhd etmə halı kimi qiymətləndirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 7 il bundan əvvəl anası Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır qəsbəsində kredit şərtləri ilə ev almışdır. Həmin evin pulunu ödəyib qurtardıqdan sonra fikirləşmişlər ki, həmin evi satıb Bakı şəhərində ev alsınlar. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evlərini anası Məhhəbət Ələkbərovanın rəfiqəsi Təqsirləndirilən şəxs tapdığı müştəriyə 55000 ABŞ dollarına satmışlar həmin vaxt dolların məzzənəsi 0.78 manat olmuşdur. Evi satdıqdan sonra anası Zərərçəkmiş şəxs evin pulunu rəfiqəsi Təqsirləndirilən şəxs vermiş, pulllar bir neçə gün onun evində qalmışdır. Həmin ərəfədə də o, Təqsirləndirilən şəxs məxsus Novxanı qəsəbəsində yerləşən evində qalmışdır. Təqsirləndirilən şəxs bir müddət keçdikdən sonra anasına bildirmiş ki, Bakı şəhərində yeni tikilmiş binada 70000 ABŞ dollarına ev tapmışdır. Həmin vaxt anasını yetərincə pulu olmadığından sonuncu, qızılları lombarda qoyub 8000 manat kreditə pul götürmüş və 7000 manat borc almışdır. Onlar evin pulunu topladıqdan sonra, onun özü, anasının rəfiqəsi Şahid4, anası Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və sonuncunun əri Şahid8 evi almaq üçün getmişlər. Ev alveri ilə məşğul olan bir nəfər kişi onları, Bakı şəhəri H.Aslanov metrosunun yaxınlığında qarşılayıb evin olduğu yerə getmişlər, yeni alacaqları ev yeni tikilmiş binanın 15-ci mərtəbəsində yerləşirmiş, ev təmirsiz olmuşdur. Onlar, evə baxdıqdan sonra anası evi almaq üçün Ruslan Yusifa 1000 manat beh vermiş ki, pulu aparıb maklerə versin. Səhərisi gün anası evi almaq üçün, Təqsirləndirilən şəxs və Ruslan Yusifovla birlikdə getmişlər. Anası geri qayıtdıqda evin pulunu sahibinə notariusların birində verib, pulu verdikdən sonra evi adına keçirtmək üçün bina tikən şirkətə getmiş, orada anasından 4000 manat adına keçirmək üçün istəmişlər anasının həmin vaxt pulu olmadığından evi adına keçirmədiyini ona bildirmişdir. Anası, yeni aldığı evin sənədlərini Təqsirləndirilən şəxs vermiş, yeni ev aldıqdan sonra o, təxminən 2 aya yaxın Təqsirləndirilən şəxs evində qalmışdır. O, orada qaldığı müddət ərzində görmüş ki, Təqsirləndirilən şəxs satmaq üçün 15000 ABŞ dolları dəyərində qızıl zinət əşyaları almış ki, satsın, qızıl almamışdan əvvəl o, Rənanın ev alqı-satıqısı ilə məşğul olması barədə evdə olan zaman eşitmişdir. Rənagil onda şübhə yaratmışlar, bir az keçdikdən sonra Ruslan Yusifov yeni «Chevrolet Gruze» markalı avtomobil almışdır. Təqsirləndirilən şəxs ailəsi yeni əşyalar aldıqları üçün və Dubaya getdikləri üçün, o, şübhələnmiş ki, Təqsirləndirilən şəxs anasına məxsus evi satmışdır. O, anasına telefonla zəng vuraraq, evlərinin satıldığını bildirmiş, anası ona demiş ki, ev onun adınadır, Rəna evi sata bilməz. Həmin vaxt anası Moskva şəhərində olmuş, anası demiş ki, tez bir zamanda gələcəkdir. Bir müddət keçdikdən sonra anası Moskva şəhərindən gəlmiş və Rənadan evi satıbsatmadığını soruşmuş, Rəna demiş ki, evi 70000 manata satıb, 26000 manat beh alıb, həmin pula Abşeron rayonu, Masazır qəsəbəsində Baxçalı MTK-da onlar üçün ev alıb, həmin evə görə də Təqsirləndirilən şəxs anasından 4000 manat pul istəmişdir. Anası da, Rənaya Masazır qəsəbəsində 4000 manat pul vermiş, bundan sonra Təqsirləndirilən şəxs əri anasının adına Abşeron rayonu, Masazır qəsəbəsində yeni aldığı evi adına etibarnamə ilə vermişdir. Qalan 44000 manat pulu isə evin sahibi xaricdən gələcəkdən sonra verəcəyini Rəna anasına bildirmişdir. 2016-cı ilin aprel ayında anasının rəfiqəsi Şahid4, o, Abşeron rayonu, Masazır qəsəbəsində Baxçalı MTK-da Təqsirləndirilən şəxs onlar üçün aldığı evi adlarına keçirtmək üçün getmişlər, evin giriş qapısını Rəna onlara verdiyi açarla aça bilməmişlər, lakin qapını Kəmalə adlı bir qadın açaraq, həmin evi Təqsirləndirilən şəxs 30000 manata aldığını bildirmişdir. Bundan sonra o, Şahid4 və anası, Təqsirləndirilən şəxs Novxanı qəsəbəsində yerləşən evinə getmişlər. Həmin vaxt anası Təqsirləndirilən şəxs nə səbəbə görə ona məxsus evi 30000 manata satdığını soruşmuş, Təqsirləndirilən şəxs evi satdığını etiraf etməmiş, onlar mübahisə etməyə başlamışlar. Anası özünü pis hiss etdiyindən o, X22 zəng vurub həkim çağırmış, həkimlər gələrək anasını xəstəxanaya aparmışlar. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 15 ilə yaxın tanıyır və sonuncu ilə yaxşı münasibətlərdə olmuşlar. 2011-ci ildə Zərərçəkmiş şəxs vasitəsilə sonuncunun rəfiqəsi Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Bildiyinə görə Təqsirləndirilən şəxs qızıl alveri ilə məşğul olmuşdur. 2012-ci ildə Zərərçəkmiş şəxs Bakı şəhərində tanımadığı yerdə Təqsirləndirilən şəxs vasitəsi ilə yeni tikilmiş binadan 96 kv metr evi 70000 ABŞ dollarına tanımadığı şəxsdən onun, Rənanın, Ruslanın və Teymur Ələkbərovun iştirakı ilə notariusda almışdır. Təxminən 2 ay keçdikdən sonra Zərərçəkmiş şəxs eşitmiş ki, Bakı şəhərində yeni tikilmiş binadan aldığı 96 kv metrlik evi rəfiqəsi Təqsirləndirilən şəxs onun icazəsi olmadan başqa bir nəfər şəxsə satmışdır. Zərərçəkmiş şəxs onunla birlikdə Təqsirləndirilən şəxs Novxanı qəsəbəsində yerləşən evinə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 70000 ABŞ dollarını tələb edib ona bildirmiş ki, nə səbəbə görə Rəna onun evini icazəsi olmadan saxta sənəd düzəldərək satmışdır? Təqsirləndirilən şəxs evi satmasının səbəbini Zərərçəkmiş şəxs belə izah etmiş ki, guya evi həmin vaxt dolların məzənnəsi 0.78 manat olan vaxt 70000 manata satıb, pulu tam məbləğdə almayıb, 26000 manat beh alıb, həmin pula Abşeron rayonu Masazır qəsəbəsində Zərərçəkmiş şəxs üçün 75 kv metrlik ev alıb. Qalan puluda Zərərçəkmiş şəxs məxsus evi alan şəxs Amerikadan gələndən sonra həmin adama etibarnamə verəndən sonra pulu verəcəkdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun yanında 4000 manat pulu Masazır qəsəbəsində yeni aldığı evə görə vermişdir. Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsində 30000 manata aldığı evi onun, Ruslan Yusifovun iştirakı ilə Zərərçəkmiş şəxs adına etibarnamə ilə keçirmiş, bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs inanıb çıxıb getmişdir. Həmin söhbətdən sonra o, bir neçə dəfə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pullarını tələb etmiş, Təqsirləndirilən şəxs isə müxtəlif bahanələr gətirərək evi satdığı adam yaxın günlərdə pulu gətirib verəcəyini bildirmişdir. 2016-ci ilin aprel ayında o, Zərərçəkmiş şəxs və sonucunun oğlu Teymur Ələkbərovla bilrikdə Abşeron rayonu, Masazır qəsəbəsi Bağçalı yaşayış kompleksinə Zərərçəkmiş şəxs üçün Təqsirləndirilən şəxs aldığı evi Məhəbbətin adına kupça almaq üçün getmişlər, Zərərçəkmiş şəxs qapını açmaq istəmiş lakin aça bilməmişdir. Həmin vaxt qapını Kəmalə adlı qadın açaraq bildirmiş ki, o, evi Təqsirləndirilən şəxs 30000 manata almışdır. O, Məhəbbət və Teymur, Təqsirləndirilən şəxs Novxanı qəsəbəsində yerləşən evinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əri Ruslan Yusifov və uşaqları onları qarşılamışlar. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə mübahisə etməyə başlamış və pullarını tələb etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs özünü pis hiss etmiş, və Teymur anasının piss hiss etdiyini görüb, X22 zəng vurmuşdur. Bir neçə dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə həkimlər gəlib Zərərçəkmiş şəxs təcili tibbi yardım maşınına qoyub xəstəxanaya aparmışlar. Xəstəxanada Zərərçəkmiş şəxs müayinə olunduqdan sonra evə buraxılmışdır. Məhəbbət xəstəxanadan çıxıb, onunla birlikdə yenidən Təqsirləndirilən şəxs evinə getmişlər. X19 Yusifovadan pulu bir daha tələb etmiş, Rəna Məhəbbətə olan borcunun əvəzinə Novxanıda yerləşən bağ evinin sənədlərini Məhəbbətin adına keçirmək istədiyini bildirmişdir. Rəna evinin sənədlərini Məhəbbətə vermiş və onlar hamısı notariusa getmişlər. Notariusda evi sənədləşdirmək üçün Məhəbbətdən 40000 manat pul istəmişlər, həmin vaxt Məhəbbətin həmin məbləğdə pulu olmadığı üçün evi adına keçirə bilməmişir. Şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə Rusiya Federasiyasının Moskva şəhərində tanış olmuşdur. 2014-cü ildə Zərərçəkmiş şəxs Azərbaycana gəlmiş və özünə məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evini satandan sonra Bakı şəhərində özünə iş qurmaq istədiyini ona bildirmişdir. Bundan sonra onun həyat yoldaşı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birlikdə Bakı şəhərində iş qurmaq qərarına gəlmişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs 20000 manat, Zərərçəkmiş şəxs isə 30000 manat pul qoyub, Bakı şəhəri, Xətai rayonu ərazisində yeni tikili banadan mənzil almışlar. Həmin ev etibarnamə əsasında Zərərçəkmiş şəxs adına sənədəlşdirilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yenidən Rusiya Federasiyasına getmişdir. Həyat yoldaşı Rəna Yüsifova isə etibarnamə əsasında Zərərçəkmiş şəxs adına sənədləşdirilmiş Bakı şəhəri, Xətai rayonunda yerləşən mənzili onun iştirakı olmadan 600000 manata satmışdır. Həmin evi satdıqdan sonra arvadı Rəna, Zərərçəkmiş şəxs 32500 manat pul vermişdir. Bundan sonra onun özünə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Baxçalıq MTK-da olan mənzilini Məhəbbət ondan 35000 manata almaq istədiyini bildirmişdir. O, da 25.08.2014cü il tarixdə Zərərçəkmiş şəxs "xxxx" MTK tərəfindən tikilmiş ünvan 8 ünvanında 2-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 75,5 kv/m olan mənzilə dair etibarnamə vermişdir. Lakin həmin vaxtı, Məhəbbət ona pul verməmiş, Rusiya Federasiyasına gedib gələndən sonra 35000 manatını verəcəyinə söz vermişdir, lakin həmin məbləği Məhəbbət ona vermədiyinə görə o, özünə məxsus mənzili başqa bir adama satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2013-cü ildən 2017-ci ilə kimi o, Bakı şəhərində ev alqı-satqısı ilə məşğul olmuşdur. Onun iş yeri, yəni icarəyə götürdüyü ofis Bakı şəhəri, Xətai rayonunda yerləşirmiş. 2014-cü ldə əvvəllər tanıdığı onunla bir binada yaşayan Ruslan adlı şəxs onun ofisinə gələrək, iş yoldaşı Şahid1 Bakı şəhəri, Xətai rayonu, G.Şixlinski küçəsi 2942D nömrəli binanın 15-ci mərtəbəsində yerləşən 106 saylı mənzilinin olmasını və həmin mənzili satmasını bildirmişdir. Ruslan ondan xahiş etmiş ki, həmin evi satmaqda Şahid1 köməklik etsin. O, razılaşmış və həmin məlumatı qyedə almışdır. 27.01.2014-cü il tarixdə onun ofisinə əvvəllər tanımadığı özünü «İradə» kimi tanıdan sonradan adını Rəna bildiyi Rənanın yoldaşı Rüstəm adlı və Məhəbbət adlı şəxslər gəlmişlər. Həmin şəxslər ondan Bakı şəhəri, Xətai rayonu ərazisində ev almaq istədiklərini bildirmişlər. Elə həmin gün o, Bakı şəhəri, Xətai rayonu, G.Şixlinski küçəsi 2942D nömrəli binanın 15-ci mərtəbəsində yerləşən 106 saylı mənzili Rəna və Məhəbbətə göstərmişdir. Onlar evə baxdıqdan sonra evi bəyənmişlər və 3500 manat beh ona vermişlər, həmin 3500 manat puldan o, 1000 manat pulu Ruslan adlı qonşusuna vermiş ki, evin yiyəsi Şahid1 çatdırsın. 07.02.2014-cü il tarixdə Bakı şəhərində yerləşən notariusda Quliyeva X12 Ələkbərovanın adına etibarnamə verməli olubmuş. Həmin notariusda o, iştirak etməmiş, lakin Rəna ilə telefon əlaqəsi saxldamış və Rəna ona Şahid1, Zərərçəkmiş şəxs adına həmin evə dair etibarnamə verdiyni bildirmişdir. Rəna ona həmçinin bildirmiş ki, həmin evə müştəri olsa, aldığı qiymətdən baha qiymətə satacaqlar. 25.02.2014-cü il tarixdə onun işlədiyi ofisə əvvəllər tanımadığı X8 gələrək, Bakı şəhəri, Xətai rayonunda ev almaq istədiyini bildirmişdir. O, Bakı şəhəri, Xətai rayonu, G.Şixlinski küçəsi 2942D nömrəli binanın 15-ci mərtəbəsində yerləşən 106 saylı mənzili Cəmilə İbadullayevaya göstərmişdir. Həmin ev Cəmilənin xoşuna gəlmiş və Cəmilə ona 2000 manat beh vermiş, o, da həmin vaxt Rənanı ofisinə dəvət etmiş və Cəmilədən aldığı 2000 manat behi Rənaya Cəmilənin yanında vermişdir. Həmin vaxtı Rəna ona Zərərçəkmiş şəxs hazırda Rusiya Federasiyasında olduğunu və buna görə də evin yiyəsi Şahid1 ilə danışdığını, alqı-satqı olarsa Şahid1 həmin evi başqa bir şəxsə satmasına dair razılıq ərizəsi verəcəyini bildirmişdir. O, 03.03.2014-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "xxxx" MTK-nın ofisinə gəlmiş, orada Təqsirləndirilən şəxs, onun həyat yoldaşı Şahid8, Cəmilə İbadullayeva, Şahid1 və Pakizənin əri Şahid3 olmuşdur. Şahid1 onun yanında həmin evin X1 adına səndəlşdirilməsinə dair razılıq ərizəsi vermişdir. Bundan sonra maliyə arayışı götürülmüş və alıqı-satqı müqaviləsi Cəmilə Rasimovnanın adına sənədləşdirilmişdir. Həmin evi Rəna Cəmilə ilə 66000 manata razılaşmışlar və üstəlik səndləşməyə görə Cəmilə Rasimovna "xxxx" MTK-ya 3000 manat vermişdir. X20 2000 manat beh verdiyindən, Cəmilənin Rənaya 64000 manat borcu qalmışdır. X24 15000 manat borclu qalmış, yəni Cəmilə Rənaya "xxxx" MTK-nın ofisində 49000 manat pul vermiş və həmin gün Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən notariusda Cəmilə ilə Rəna 15000 manat pula dair borc müqaviləsi bağlamışlar. Həmin vaxtı o, həmin notariusda olubmuş, lakin Pakizə ora getməmişdir. Cəmilə ilə Rəna arasında borc müqaviləsi bağlanandıqdan sonra hərə öz evinə çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, 2007-ci ildən "xxxx" MTK-da müxtəlif vəzifələrdə işləmişdir. Hazırda isə həmin şirkətdə satış üzrə menecer vəzifəsində çalışır. 16.03.2009-cu il tarixdə Şahid1 "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 2942D nömrəli binanın 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,23 kv/m mənzil müqavilə əsasında verilibmiş. 07.02.2014-cü il tarixdə işlədiyi ofisə Şahid1 Zərərçəkmiş şəxs ilə birlikdə gələrək, notarial qaydada təsdiq olunmuş etibarnaməni təqdim edərək, evini Zərərçəkmiş şəxs satdığını bildirdi. Bundan sonra isə 03.03.2014-cü il tarixdə Şahid1 şəxsən "xxxx" MTK-nın ünvan 9 ünvanına gələrək, müqavilə əsasında adına sənədləşdirilmiş həmin evə dair pay haqqını X1 adına sənədləşdirilməsinə razılıq ərizəsini öz imzası ilə təsdiq edərək vermişdir. Şahid qismində dindirilmiş Hüseynova Şahid9 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, yaşadığı Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 2942 «D» məhəllə yerləşən, 106 saylı, 96,23 kv/m sahəsi olan, 2 otaqlı mənzili o, 10.06.2017-ci il tarixdə "xxxx" MTK-nın ofisində tanımadığı maklerin vasitəsi ilə X2 almışdır. O, Cəmilə Rasimovnanı şəxsən görməmiş, həmin mənzil onun adına X1 öz ev payından imtina etməsi ərizəsi əsasında sənədləşdirilmişdir. Cinayət işinin 1-ci cildinin 92-109-cu vərəqlərində olan məhkəmə-xətşünaslıq ekspertizasının 01.04.2019-cu il tarixli, 6260 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Şahid1 adına olan 03 mart 2014-cü il tarixli mənzil üçün ödənilmiş pay haqqının X1 adına sənədləşdirilməsinə dair razılıq ərizəsində «İmza:» qrafasındakı imza – QULİYEVA PAKİZƏ ALXAS qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Şahid3 adına olan 07 fevral 2014-cü il tarixli 7E3297 reyestr nömrəsi ilə qeydə alınmış mənzilin özəlləşdirilməsinə və 07 fevral 2014-cü il tarixli 7E3298 reyestr nömrəsi ilə qeydə alınmış mənzilin satılmasına dair razılıq ərizələrində «İmza» qrafalarındakı imzalar – QULİYEV VAQİF BÖYÜKAĞA oğlu tərəfindən icra olunmuşdur. Cinayət işinin 1-ci cildinin 50-ci vərəqində olan AR-İ 316661 nömrəli etibarnamədən görünür ki, 07.02.2014-cü il tarixdə Şahid1 kooperativ mənzil tikintisi haqqında 16.03.2009-cu il tarixli, 106 saylı müqaviləyə əsasən adına olan ünvan 10ünvanda yerləşən binanın 1a giriş, 2 otaqlı 96,23 kv/m ümumi sahəsi olan 15-ci mərtəbədə, 106 saylı mənzilindən istifadə etməyi, Vergi və komunal xərcləri ödəməyi, özəlləşdirməyi, Bakı şəhəri İH-də, RİH-də, Bələdiyyədə, DT və XK-də digər aidiyyatı idarə və təşkilatlarda onu təmsilə edərkən əvəzində ərizə yazmağı və imza etməyi, DƏDRXİ-dən Çıxarış və 1 saylı Formada arayış almağı, 2 saylı Formada arayış aldıqdan sonra satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar bütün hərəkətləri yerinə yetirməyi Zərərçəkmiş şəxs etibar etmişdir. Cinayət işinin 1-ci cildinin 144-145-ci vərəqlərində olan protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs istintaqa 01 ədəd CD disk təqdim etmişdir. Həmin diskə keçirilmiş baxış zamanı, diskdə olan Təqsirləndirilən şəxs səs yazılarından sonuncunun Zərərçəkmiş şəxs evini dələduzluq yolu ilə ələ keçirib satması bir daha təsdiq olunmuşdur. Zərərçəkmiş şəxs götürülmüş 01 ədəd «CD» formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş üzrə maddi subut olan CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. Təqsirləndirilən şəxs sədrlik edənin sualına cavab olaraq CD diskdəki səs yazısının ona məxsus olduğunu bildirdi. Cinayət işinin 2-ci cildinin 50-57-ci vərəqlərində olan kredit müqaviləsinin surətindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs X8 ilə aralarında 14000 manata dair Bakı şəhəri notariat kontorunda kredit müqaviləsi bağlamışlar. Qeyd olunan xüsusat bir daha onu göstərir ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xətai rayonu, G.Şixlinski küçəsi 2942D nömrəli binanın 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,23 kv/m olan 106 saylı mənzilin satılmasında Təqsirləndirilən şəxs iştirakı olmuşdur. Bakı şəhər, notariat kontorunun notariusu İ.B.Hüseynovdan götürülmüş kredit müqaviləsinin surəti cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 1-ci cildinin 190-191-ci vərəqlərində olan qəbzlərdən görünür ki, istintaq dövründə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 1000 manat məbləğində pul qaytarmışdır. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlara tənqidi yanaşır və bu halı onun özünü məsuliyyətdən yayındırmağa cəhd etmə halı kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 114-115, 136-cı vərəqlərində olan protokol və qərardan görünür ki, 01.05.2019-cu il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yeri müəyyən edilərək tutulmuş, Abşeron RPİ-nin İŞ-nə təhvil verilmiş, 01.05.2019-cu il tarixdə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 222-223-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünürki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı 1000 manat məbləğində ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs qızı tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai istintaq zamanı həbsdə saxlanıldığı 01(bir) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 04 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Zərərçəkmiş şəxs mülki iddia verərək Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə maddi ziyana görə 69000 (altmış doqquz min) manat, maddi zərər olaraq (69000 (altmış doqquz min) manatın illik beş faiz olaraq beş il müddəti nəzərə almaqla) 17250 (on yeddi min iki yüz əlli) manat, mənəvi ziyana görə 10000 (on min) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Təqsirləndirilən şəxs mülki iddianı etiraf etməyərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə, təkrarən özgənin əmlakını külli miqdarda ələ keçirməklə dələduzluq etməsi, bunun nəticəsində zərərçəkmiş şəxsə 69000 (altmış beş min) manat ziyan vurulması təsdiq edildiyindən, dəymiş ziyandan 1000 manat məbləğində pulun ibtidai istintaq zamanı ödənildiyini nəzərə alır, beləliklə, mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 68000 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ümumilikdə 68030 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İddia tələbi mənəvi ziyanın vurulması və qalan hissələrdə rədd edilməlidir. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 112 (yüz on iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 04 oktyabr 2021-ci il tarixdən hesablansın, ibtidai istintaq zamanı tutularaq saxlanıldığı 1 (bir) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində 06 (altı) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut yoxdur, məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 112 (yüz on iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin, Təqsirləndirilən şəxs 68000 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ümumilikdə 68030 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilsin. İddia tələbi mənəvi ziyanın vurulması və qalan hissələrdə rədd edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov