Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-106/2024 19.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X33, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi prokuroru X2, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “A.İ.M” vəkil bürosunun vəkili Müdafiəçi5, «Arbitrium» vəkil bürosunun vəkili Müdafiəçi6 Şəmsəddin oğlu, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi7, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxx 1967-ci il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin faktiki sahibi və rəhbəri olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs "xxxx" MMC-nin faktiki sahibi və rəhbəri olaraq qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törədərək ona etibar edilmiş xüsusilə külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə təkrarən talamışdır. Belə ki, o, "xxxx" MMC-nin faktiki sahibi və rəhbəri olaraq qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sifarişi əsasında dövlət büdcəsindən 2011-2016-cı illərdə Müdafiə Nazirliyinin Hacıqabul rayonu, Nəvai qəsəbəsində “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi və mebel avadanlıqlarının quraşdırılması” layihəsi üzrə ayrılmış külli miqdarda pul vəsaitini, yəni ona etibar olunmuş dövlət əmlakını mənimsəmə yolu ilə qəsdlə talama məqsədilə, 2011-ci ilin iyun ayından 2017-ci ilin iyul ayına qədər olan müddət ərzində faktiki olaraq müqavilə üzrə təmir-tikinti öhdəliklərinin iş həcmi dəyərlərində yerinə yetirilmədiyi və dəyərlərinin artırıldığı halda rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini təmin edib, tamah niyyəti ilə vəzifə saxtakarlığı törədərək, həmin sənədlər əsasında təmir-tikinti işlərinin müəyyən hissəsinin yerinə yetirilməməsi və dəyərlərinin artırılması nəticəsində öz qulluq mövqeyindən istifadə etməklə 7.000.353,75 manat (yeddi milyon üç yüz əlli üç manat yetmiş beş qəpik) məbləğində külli miqdarda dövlət əmlakını mənimsəmə yolu ilə talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin faktiki sahibi və rəhbəri olaraq qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi) sifarişi əsasında dövlət büdcəsindən 2018-2019-cu illərdə Bakı şəhəri, X30 küçəsi 4 ünvanında yerləşən "Azərbaycan Milli Tarix Muzeyinin ekspozisiyasının yüksək texnologiyalar əsasında təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərinin aparılması, avadanlıqla təchizatı" layihəsi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini, yəni ona etibar olunmuş dövlət əmlakını mənimsəmə və israf etmə yolu ilə qəsdlə talama məqsədilə, 2018-ci ilin iyun ayından 2019-cu ilin dekabr ayınadək olan müddət ərzində faktiki olaraq müqavilə üzrə təmir-tikinti öhdəliklərinin iş həcmi dəyərlərində yerinə yetirilmədiyi, onların, eləcədə mebel və avadanlıqların dəyərlərinin artırıldığı halda rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini təmin edib, tamah niyyəti ilə vəzifə saxtakarlığı törədərək, həmin sənədlər əsasında Azərbaycan Milli Tarix Muzeyinin əsaslı təmirində işlərin yerinə yetirilməməsi nəticəsində öz qulluq mövqeyindən istifadə etməklə 101.889,91 manat (yüz bir min səkkiz yüz səksən doqquz manat doxsan bir qəpik) məbləğində külli miqdarda dövlət əmlakını mənimsəmə və həmin layihə üzrə 2 nömrəli Forma aktlarda nəzərdə tutulmadığı halda digər istiqamətlərə yönəltməklə 1.716.673,28 manat (bir milyon yeddi yüz on altı min altı yüz yetmiş üç manat iyirmi səkkiz qəpik) məbləğində xüsusilə külli miqdarda dövlət əmlakını israf etmə yolu ilə olmaqla, ümumilikdə 1.818.563,19 manat (bir milyon səkkiz yüz on səkkiz min beş yüz altmış üç manat on doqquz qəpik) özgə əmlakını təkrarən talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun ittihamla heç bir əlaqəsi yoxdur. O, 2003-cü ildə yay aylarında Bakı şəhərinə gəlmişdir. O, şirkətin rəhbəri deyil, şirkət idarə etməmiş, o sadəcə olaraq sənədlərə baxmışdır. O, "xxxx" MMC-nin təsis olunma tarixini bilmir. "xxxx" MMC-nin təsisçisi qaynı Şahid2dur. O, Rusiya Federasiyasında yaşayan iş adamıdır, lakin övladlarının Azərbaycanda təhsil almalarını istədiyindən 2003-cü ildə ailəsiylə birlikdə Azərbaycana gəlmişdir. 2003-cü ildə şirkət yaratmış və mebel emalı fabriki tikdirib istehsalatla məşğul olmağa başlamışdır. Qeyd olunan şirkətin açılması ona Milli Məclisin deputatı Malik Həsənov tərəfindən təklif olunmuşdur. Şirkət "Azinko Holdinq" şirkətlər qrupunun tərkibinə götürülməli imiş. O, təklifi qəbul edib qaynı Şahid2 adına "xxxx" MMC-ni təsis etdirmişdir. Şirkətə direktor Şahid1 təyin edilmişdir. Malik Həsənovun özü bildirmişdir ki, mütləq qaynının adına təsis etdirsin, başqa heç kim olmasın. Sonra "xxxx" MMC Əmlak Məsələləri Dövlət Komitəsinin Müdafiə Nazirliyinin elan etdiyi tenderdə iştirak edərək qalib gəlmişdir. Şirkətlə Müdafiə Nazirliyi arasında ƏDV daxil 200 milyon manat dəyərində Nəvai hərbi şəhərciyinin tikintisi ilə bağlı müqavilə bağlanmışdır. İşin direktoru və mühasibi var imiş. Onun rolu naryadlara, onların düzgünlüyünə, iş görüb-görməməsinə nəzarət etmək imiş. X40 aparırmş, pullar Malik Həsənovda olmuşdur. Pul köçürmələri ilə özləri məşğul olmuşdur. 2010-2017-ci illərdə şirkətə ümumilikdə nə qədər pul köçürüldüyünü xatırlamır. Layihə üçün köçürülmüş vəsaitin istifadəsinə isə Malik Həsənov nəzarət edirmiş. 2017-ci ildə layihə yarımçıq dayandırılmışdır. Səbəb isə vəsait çatışmazlığı imiş. O, ilk işdə vəd olunan gəliri əldə etməmişdir. O, maliyyə işinə qarışmadan nəzarət edəcəyini əvvəlcədən demişdir. Digər tenderlə bağlı aşağıdakıları göstərmişdir; 2018-ci ildə Azərbaycan Bina Tikinti Kompaniyası MMC Əmlak Məsələləri Dövlət Komitəsinin elan etdiyi tenderdə iştirak etmişdir. Layihə üzrə ƏDV daxil 8 milyon manat dəyərində Azərbaycan Milli Tarix Muzeyində təmir-bərpa və tikinti-quraşdırma işləri icra edilməli imiş. Ona deyilmişdir ki, təmir-tikintiyə özü nəzarət etsin, işlər yüksək keyfiyyətlə icra edilməlidir. O da razılaşmışdr. Sonra Azərbaycan Bina Tikinti Kompaniyası MMC Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Milli Tarix Muzeyində təmir-bərpa və tikinti-quraşdırma işləri ilə bağlı elan etdiyi tenderində iştirak edərək qalib gəlmişdir. Şirkətlə Əmlak Məsələləri Dövlət Komitəsi arasında ƏDV daxil 8 milyon manat dəyərində müqavilə bağlanmışır. Azərbaycan Milli Tarix Muzeyi 4.000 m2-dir, orda da köçürmələr olmuşdur. Azərbaycan Tarixi Muzeyində də maliyyə vəsaiti ilə o məşğul olmurmuş. 8 milyon manat dəyərində müqavilə bağlanmış, 6 milyon pul ayrılmışdır. Muzeyin direktoru Nailə xanım lahiyə üzrə bütün işlərin görüldüyünü demişdir. Bağlanan müqavilə 8 milyon manat imiş ki, həmin pul yerindədir, əlavə vəsait köçürülmüşdür. Belə ki, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə xanım Çində olarkən yeni çıxan işiqlandırma sistemlərini görmüş və onu çağırıb muzeydə layihədə nəzərdə tutulmayan işıqlandırma sisteminin alınıb gətirilərək quraşdırılmasını tələb etmişdir. İşıqlandırma sisteminin smeta dəyəri 17.000 manat imiş. Lakin yeni işıqlandırma sisteminin dəyəri 1.300.000 manata yaxın imiş. Nailə xanım işiqlandırma sisteminin quraşdırılmasını Türkiyədən bir şirkətlə danışmışdır. O, məsləhət üçün Malik Həsənov və Kərəm Həsənovun yanına gəlmiş, onlar da bildirmişdir ki, muzeydə açılış olacağından həmin işiqlandırma sistemi mütləq olmalıdır. X58 və Kərəm Həsənov vəsaitin olmadığını, yaxın zamanda köçürüləcəyini, onda vəsait olub-olmadığını soruşmuşlar. O, öz vəsaitini qoymuş və avadanlıqlar quraşdırılmışdır. Nailə xanım sonra arxiv kitabxanasını dağıtmış və mebel yığışdırılmışdır ki, orda yeni eksponatlar qoyulsun. Eksponatlar isə İtaliyadan alınmışdr. Yenidən əlavə vəsaitlə köçürmələr olunmuş və eksponatların qoyulması üçün mebel sifariş olunmuş, sonradan da əlavə vəsaitlə server otağı və Wl-Fl sistemi quraşdırılmışdır. Layihə üzrə muzeydə layihədə nəzərdə tutulmayan işıqlandırma sistemi, server otağı və Wl-Fl sistemi yox imiş, sonradan quraşdırmışlar. O, tikinti işlərinə münasibətdə Milli Azərbaycan Tarixi Muzeyinə daha yaxın olmuşdur. Çünki ondan xahiş edilmişdir ki, Muzeydə açılışlar olacağından daha ciddi məşğul olsun. O, 4 dəfə Muzeydə olmuşdursa, onun 3 dəfəsini insanlarla bir yerdə olmuşdur. Milli Azərbaycan Tarixi Muzeyində əlavə işləri direktorun müavini görürmüş. Vəsaiti isə o vermişdir. Yəni 2.000.000 manata yaxın pulu öz vəsaiti hesabına xərcləmişdir. 8.000.000-luq iş yerindədir, 2.000.000-luq əlavə işi də görmüşdür. Nailə xanım işiqlandırma sisteminin quraşdırılmasını Türkiyədən bir şirkətlə danışmışdır. O, məsləhət üçün Malik Həsənov və Kərəm Həsənovun yanına gəlmiş, onlar da bildirmişdir ki, muzeydə açılış olacağından həmin işiqlandırma sistemi mütləq olmalıdır. X58 və Kərəm Həsənov vəsaitin olmadığını, yaxın zamanda köçürüləcəyini, onda vəsait olub-olmadığını soruşmuşlar. O, vəsaiti qoymuş və avadanlıqlar quraşdırılmışdır. Ayrılan vəsaitlərin idarəsi ilə Malik Həsənov məşğul olurmuş. Beləliklə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacıqabul rayonu, Nəvai qəsəbəsində yerləşən hərbi hissəsinin tikilişi ilə bağlı heç bir gəlir əldə etməmişdir. İkinci layihə üzrə, Milli Azərbaycan Tarixi Muzeyində təmir-quraşdırma işlərində isə ziyanla işləmiş, ona məxsus pul vəsaitini smetadan kənar xərcləmişdir. 200.000.000 manatlıq tenderi qazanma səbəbi Kərəm Həsənov imiş. Kərəm Həsənov demişdir ki, tenderdə iştirak edilməlidir. Malik Həsənov da işin üzərində dayanmışdır. 200.000.000 manatlıq iş "Azinko Holdinq"-in olmalı imiş. Tender qazanılandan sonra demişlər ki, şirkət holdinqə daxil olmamalıdır. Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin VÖEN-nin olubolmadığını bilmir. Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin baş mühasibi Emil Dadaşov imiş. Azərbaycan Bina Tikinti Kompaniyası MMC-də ofis üzrə iş az imiş və ofisdə direktor, mühasib və xanım var imiş. Azərbaycan Bina Tikinti Kompaniyası MMC-də sənədləşmə işləri ilə o məşğul olmamış, forma 2-də də o imza çəkməmiş, yəqin ki, direktor, mühəndis imza çəkmişdir. Proses iştirakçılarının suallarını cavablandıararq Təqsirləndirilən şəxs bildirmişdir ki, tenderdə qalib olan şirkət onların şirkəti imiş. Yəqin ki, tikinti aparılması ilə bağlı razılıqdan sonra şirkət yaradılmışdır. 2011-2020-ci illərdə şirkətdə rolu gələn əməliyyatlara baxmaq imiş. Onun materialların alınmasında heç bir rolu olmadığından o onların nağd alınıbalınmadığını bilmir. O, gələn naryadlara baxıb, işlərin yerində olub-olmadığını dəqiqləşdirib Malik Həsənova müraciət edirmiş və o da camaatın pulunu ödəyirmiş. O, Bakı şəhəri, Salamzadə küçəsində yerləşən kabinetdə oturub işlərin yerində olub-olmadığını gələn adamlardan dəqiqləşdirirmiş. O, 2-3 dəfə tikinti aparılan yerdə olmuş, lakin tək getməmişdir. Layihənin qiymətini də bilmirmiş. O, layihənin yarımçıq dayandığını eşitmiş, çünki işçilərin bu işlə məşğul olmaq istəmədiklərini və dayandırdıqlarını eşitmişdir. Tikinti işləri 2017-ci ildə başa çatmamışdır. Yəqin ki, ayrılan vəsaitlə nəzərdə tutulan layihə başa çatmamışdır. Lakin layihənin neçə faiz yerinə yetirildiyini və ya hansı mərhələdə dayandığını bilmir. Hərbi Hissədə görülən işlərin hamısı Forma-2-də öz əksini tapmışdır. Bəlkə də görülən iş olub amma yazılmamışdır, o, buna cavab verə bilməyəcək. İbtidai istintaq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində 19 ay müddətində aparılmış, məhkəmə istintaqı 8 ay müddətində olmuşdur. O, şəkər xəstəsidir, təzyiqi var, ürək çatışmazlığı, aritmiya xəstəliyi var. O, istintaq zamanı eşitmişdir ki, ona 80-86 milyon pul köçürülmüşdür. Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin təsisçisi deyil. X65 və Kərəm Həsənovla ailəvi dostluq münasibəti var imiş. İş bitəndən sonra ona vəsait veriləcəyi deyilsə də iş də bitməmiş, vəsait də verilməmişdir. 7 il ərzində əmək haqqı almamış, onun özəl şirkətləri var, o dostluq münasibəti ucbatından bugün ittiham olunur. Bu şirkətin açılması şirkətin holdinqin tərkibinə keçməsi ilə bağlı imiş. Lakin şirkət holdinqin tərkibinə keçməmişdir. O, 7 il ərzində heç bir mənfəət və gəlir almamışdır. Onun mebel fabriki var və Rusiyada onun biznesi var, ordan gələn vəsaitlə yaşayır. O, 2 milyon manat pul vəsaitini Rusiyadan gətirmişdir. 2 milyon pul vəsaitini Rusiyadan Azərbaycana gətirməyinə dair heç bir bəyannamə və ya hər hansı bir sənəd yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayədəsi Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 2010-cu ildən hazıradək Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin baş məsləhətçi-hüquqşünası vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2011-ci ilin iyun ayından 2017-ci ilin iyul ayına qədər olan müddət ərzində faktiki olaraq «Azərbaycan Bina Tikinti Kompaniyasının» rəhbəri olaraq Haçıqabul rayonunda hərbi anbarın tikinti aparılmasına dair MMC-nin müqavilə üzrə təmir-tikinti öhdəliklərinin iş həcmi dəyərlərində yerinə yetirilmədiyi və dəyərlərinin artırıldığı halda rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini təmin edib, tamah niyyəti ilə vəzifə saxtakarlığı törədərək, həmin sənədlər əsasında təmir-tikinti işlərinin müəyyən hissəsinin yerinə yetirilməməsi və dəyərlərinin artırılması nəticəsində öz qulluq mövqeyindən istifadə etməklə 7.000.353,75 manat məbləğində külli miqdarda dövlət əmlakını mənimsəmə yolu ilə talamışdır, həmçinin Azərbaycan Milli Tarix Muzeyinin əsaslı təmirində işlərin yerinə yetirilməməsi nəticəsində öz qulluq mövqeyindən istifadə etməklə təxminən 1.818.563,19 manat talamışdır. Bu məbləğlərin dövlət büdcəsinə bərpa edilməsini xahiş edir. Proses iştirakçılarının suallarını cavablandıraraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs bildirmişdir ki, Maliyyə Nazirliyi tərəfindən yoxlanılan sənədlər barədə məlumatı yoxdur. Belə ki, Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən sənədlər yoxlanılmışdır. Maliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən maliyyə yoxlamaları aparılır, maliyyə sənədlərinə qiymət verilir, sənədlərin qəbul olunubolunmaması qanunvericilik çərçivəsində həll olunur. Əgər cinayət xarakterli hallar aşkar olunarsa, materiallar X22 göndərilir. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti haqqında Əsasnamə, müvafiq qanunvericilik aktlarına əsasən həm dövlət vəsaitinin faizi çox olan dövlət orqanlarının, həm də satınalmalarında iştirak etmiş podratçı şirkətlərin maliyyə sənədləri ilə tanış olmaq, yoxlamaq və maliyyə qanunvericiliyində nəzərdə tutulan normaların pozulma hallarını qeyd etmək səlahiyyəti vardır. Əgər təqsirləndirilən şəxs hesab edirmişsə ki, onun sənədlərinə baxılmamalıdır, o halda istintaqda bunu bildirməli imiş ki, dərhal da Maliyyə Nazirliyinin qanunvericiliyə əsasən sənədləri yoxlamağa, sifarişçinin sənədləri ilə onun sənədlərini tutuşdurmağa tam səlahiyyəti olduğu barədə məlumat alsın. Maliyyə Nazirliyinin yoxlama sənədləri yoxlama-təftiş aktıdır və ləğv oluna bilməz Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2000-2007-ci illərdə Dərnəgül qəsəbəsində yerləşən Tikinti briqadasının komandiri vəzifəsində xidmət etmişdir. 2013-cü ilin son aylarında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin X4 rəisi vəzifəsində xidmət etmişdir. 2019-cu ildə Ordu sıralarından ehtiyata buraxılmışdır. Hazırda isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan İstirahət evində mülki işçi kimi işləyir. Tikinti şirkəti tərəfindən Hacıqabul rayonu Nəvai qəsəbəsində hərbi şəhərcik salınmış və orada Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin tabeliyində olan hərbi hissə yerləşirmiş. O, 2013-cü ilin sonları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin X4 rəisi vəzifəsinə təyin olan zaman Hacıqabul rayonunun Nəvai qəsəbəsində “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi və mebel avadanlıqlarının quraşdırılması” üzrə tikinti işləri davam etməkdə imiş. Lakin o Hacıqabul rayonu Nəvai qəsəbəsində aparılan tikinti işlərinin neçənci ildə başladığını bilmir. O, xidməti vəzifəsiylə əlaqədar olaraq komissiya tərkibində həmin əraziyə gedib-gəlmiş və onun tikinti şirkətinin rəhbəri ilə əlaqəsi olmamış, həmçinin o tikinti şirkətinin adını belə xatırlamır. O, komissiyanın tərkibində Yanğından Mühafizə sahəsi üzrə iştirak edirmiş, komissiya üzvləri isə öz sahələri üzrə görülən işlərə nəzarət edirmiş və komissiya olaraq onlar gələcəkdə də təhvil götürülməsi üçün işlə maraqlanırmışlar. Onlar komissiya olaraq təqdim olunan bina və qurğulara baxış keçirirmişlər. O, yoxlamalarda iştirak edərkən təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs görməmişdir. Onun daxil olduğu komissiya üzvləri xatırlamadığı tarixdə şirkət tərəfindən təqdim olunan mövcud obyektlərin mövcud vəziyyətini yoxlayıb, mövcud obyektləri çatışmamazlıqla qəbul edib Mənzil İstismar İdarəsinə təqdim etmişlər. Yəni o şirkət tərəfindən təqdim olunan mövcud obyektləri çatışmamazlıqla qəbul etmişdir. Çatışmazlığı belə izah edə bilər ki, kompleks həddindən artıq böyük olduğundan işi tamamlamaq üçün bütün kompleks bitməli imiş. Onların xidmət prosesi bir bina ilə kifayətlənmir. Bütün kommunikasiya xətləri bir yerdə cəmləşməli imiş ki, bütün bina və qurğular biryerdə idarə oluna bilsinlər. Lakin buna baxmayaraq şirkət tərəfindən bu istiqamətdə işlər aparılmamışdır. Həm də binanın özündə də qalan işləri qeyd etmişlər. Layihənin dəyərini bilmir, maliyyə tərəfi onlara aid deyilmiş. O, tikinti rəhbərliyinin nümayəndəsi olmadığı üçün Forma 2-ə imza çəkməmişdir. Proses iştirakçılarının suallarını cavalandıraraq Şahid6 bildirmişdir ki, Hacıqabul rayonu Nəvai qəsəbəsində aparılan tikinti ərazisinə komissiya tərkibində gedib-gəlirmiş. Komissiya olaraq təqdim olunan bina və qurğulara baxış keçirirmişlər. Komissiya üzvləri öz sahələri üzrə görülən işlərə nəzarət edirmiş və komissiya olaraq onlar gələcəkdə də təhvil götürülməsi üçün işlə maraqlanırmışlar. Tikintini aparan şəxsin adı yadında deyil, tanımır. Əsaslı tikinti olduğu üçün komissiyanın tikinti şirkətinə heç bir aidiyyəti yox imiş. Tikinti Şirkətinin adını xatırlamır. O, tikinti şirkətinin nümayəndəsini 2-3 dəfə görmüşdür. Təqsirləndirilən şəxs ona tikinti şirkətinin rəhbəri qismində heç kim təqdim etməmişdir. Tikinti və xidmət dövründə o Təqsirləndirilən şəxs görməmişdir. Şahid6 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 8-ci cild 170-172-ci vərəqələrində olan ifadəsində Şahid6 aşağıdakıları göstərmişdir: «...Həmin müddətdə tikintiyə nəzarəti Əsaslı Tikinti şöbəsinin müfəttişi Novruz Ağayev həyata keçirirdi. Novruz müəllim 2016-cı ildə vəfat etdikdən sonra onun yerinə Şahid5 işlərə nəzarət etməyə başladı. Həmin zaman Əsaslı Tikinti şöbəsinin rəisi Əlizadə Babayev idi. Əlizadə Babayev də 2020-ci ildə dünyasını dəyişmişdir. Nəvahi qəsəbəsində aparılan layihənin tikintisini Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən həyata keçirilirdi. Layihənin icrasına 2011-ci ildə başlanılmışdı. Şirkətin rəhbəri Təqsirləndirilən şəxs idi və işlərə ümumi nəzarət onun tərəfindən həyata keçirilmişdir. İşlərlə əlaqədar isə Şahid1la bir dəfə görüşmüşdür. Zəruri sənədlərin gətirilməsi ilə Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin mühasibi Emil Dadaşev məşğul idi. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid6 bildirmişdir ki, imza onun imzasıdır. O, istintaq zamanı səhvliklə Təqsirləndirilən şəxs tanıdığını, onun Azərbaycan Bina-Tikinti Korporativinin faktiki rəhbəri olduğunu bildirmişdir. Hazırda onu xatırlaya bilmir. İstintaq zamanı ifadəsinə imza çəkmək üçün ona heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxsla qohumdur. O, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi yox, qohumu olaraq tanıyır. Təqsirləndirilən şəxs vəzifəsi olmamışdır. O, Azərbaycan Dövlət Tibb Universitetinin Əczaçılıq fakültəsini bitirmiş və 2010-ci ildə aptek müdiri olaraq işləmişdir. O, "xxxx" MMC-nin 100 faiz təsisçisidir. “Azinko” şirkətinin rəhbəri Malik Həsənovla onun qohumu Təqsirləndirilən şəxs arasında yaxın münasibət olmuşdur. 2011-ci ildə “Azinko” şirkətinin rəhbəri Malik Həsənov onun qohumu, yəni yeznəsi Təqsirləndirilən şəxs xahiş etmişdir ki, o şirkətin təsisçi hüququnu alsın. Yeznəsi Təqsirləndirilən şəxs ona bu barədə demiş və o da şirkətin təsisçi hüququnu almışdır. O, bilirmiş ki, aldığı şirkəti “Azinko” şirkəti idarə edəcəkdir. Beləliklə, o qohumu Təqsirləndirilən şəxs xahişinə əsasən "xxxx" MMC-nin təsisçisi hüququnu almışdır. O, təxminən 200 manata təsisçi sənədlərini almışdır. O, Şahid1 qiyabi olaraq mütəxəssis kimi tanıyır, şəxsən Malik Həsənov və Təqsirləndirilən şəxs məsləhəti ilə o Şahid1 şirkətə direktor təyin etmişdir. Emil Dadaşovu da tanıyır. Emil Dadaşov 2017-ci ilə qədər "xxxx" MMC-də mühasib vəzifəsində işləmişdir. Emil Dadaşovu o yox, direktor Şahid1 mühasib vəzifəsinə təyin etmişdir. O, tikinti materiallarının alınmasında iştirak etməmişdir. Lakin ola bilər ki, kənardan köməklik etmişdir. Yəni ona deyilmişdir ki, firmaya mal lazım olanda, tanışlığı olan şəxslərə tanışlıq verib firma malını götürsün. Tutaq o bazar malının alınıbverilməsində, yaxud 20 kilo mismarın alınıb-verilməsində iştirak etmişdir. Həmçinin o Şahid17 tanıyır. Belə ki, Şahid17 ilə işlə bağlı münasibəti olmuşdur. Həmçinin o gördüyü başqa işlə bağlı da Şahid17 ilə haqq-hesab edirmiş. Bu işlər muzeyə aid olmayan haqqhesab işləri imiş. O, Şahid16 isə əvvəl qiyabi tanıyırmış, sonra onunla tanış olmuşdur. Belə ki, ondan 1 dəfə xahiş etmişlər ki, Şahid17 pulu alıb Şahid16 versin. Pulu verərkən də Şahid16la tanış olmuşdur. Pulun nə olduğunu bilmir və məbləğini bilmir. Şahid16la heç bir münasibəti yox imiş, sadəcə bilirmiş ki, Şahid16 Muzeydə işləyir. Şahid16n işi tikinti işlərinə nəzarət imiş. Onun təsisçisi olduğu şirkət iki layihə hazırlamalı imiş. Belə ki, biri Hacıqabul rayonu Nəvai qəsəbəsində Hərbi şəhərcikdə və digəri Muzeydə aparılan tikinti işləri ilə bağlı imiş. O, tenderdə iştirak etməmişdir. Onun tenderde qazanılıbqazanılmaması barədə heç bir məlumatı yoxdur. Çünki tikinti sahəsi onun ixtisası deyil və o direktor təyin edib kənarda durmuşdur. O, görülən işlərdən və keçirilən pullardan xəbərsizdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, bildiyi qədər "xxxx" MMC iki layihəni həyat keçirmişdir. Biri Hacıqabul rayonu Nəvai qəsəbəsində yerləşən Hərbi şəhərcik, digəri isə Park-Muzeydir. Müqavilədən sonra görülməyən işlər barədə məlumatı yoxdur. O, tikilən obyektlərdə 1 dəfə olmuş, sadəcə Muzeydə olmuşdur. O, tikinti materiallarının alınmasında iştirak etməmişdir. Şahid17 ilə işlə bağlı münasibəti olmuşdur. Həmçinin o gördüyü başqa işlə bağlı da Şahid17 ilə haqq-hesab edirmiş. Yəni, muzeyə aid olmayan haqq-hesab işləri imiş. Onun işçilərin əmək haqlarının verilməyində heç bir rolu olmamışdır. Emil Dadaşovu 2-3 dəfə binanın qarşısında görmüşdür. O, “Azinko” şirkətinin rəhbəri Malik Həsənov və onun dostu və qohumu Təqsirləndirilən şəxs təklifi ilə Şahid1 direktor təyin etmişdir. Onun Təqsirləndirilən şəxs kompaniyalardan gəlir götürməyi, göstəriş verməyi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs tapşırığı ilə hansısa məbləğin köçürülüb-köçürülməməsindən xəbəri yoxdur. O, X23 tanımır. O, nağd pul almamış, nağd pul verməmiş, heç bir fəaliyyət göstərməmişdir. O, “Zaman-75”, “Aznur”, “Rahimə 85”, ”Tiffani LFB”, “Toğrul 126, 124” adlı şirkətləri tanıyır. Deyəsən həmin şirkətlər mal satırlar. Həmin şirkətlərlə əlaqəsi o qədər də güclü olmamışdır. O, sadəcə həmin şirkətlərə müqavilə vermiş, müqavilə bağlamışdır. O, həmin “Zaman-75”, “Aznur”, “Rahimə 85”, ”Tiffani LFB”, “Toğrul 126, 124” adlı şirkətlərdən 182.000, 318.500, 585.000, 60.000 və 307.600 manat pul almamışdır. Onun şəxsən “Zaman-75”, “Aznur”, “Rahimə 85”,”Tiffani LFB”, “Toğrul 126, 124” adlı şirkətlərlə mal mübadiləsi olmamışdır. O, nə pul alıb nə də kiməsə pul vermişdir. O, Tarix Muzeyinin bərpa işlərində 182.000, 318.500, 585.000, 60.000 və 307.600 manat pul almamışdır. O, 182.000, 318.500, 585.000, 60.000 və 307.600 manat pul nağdlaşdırmamışdır. Şahid2 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 3-cü cild 84-86-cı vərəqələrində olan ifadəsində Şahid2 aşağıdakıları göstərmişdir: «...Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən 2011- 2017-ci illərdə Müdafiə Nazirliyinin Nəvahi qəsəbəsində yerləşən hərbi hissəsinin tikilişi ilə bağlı layihənin icra edilməsində və aparılan işlərdə iştirak etməmiş, eləcə də həmin layihə üzrə 2 nömrəli forma aktlar üzrə görülməyən işlərin dəyərinin 7.000.353,75 manat təşkil etməsindən məlumatsız olmuşdur. Həmiçinin onun Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən 2018-2019-cu illərdə Azərbaycan Milli Tarix Muzeyində təmiri ilə bağlı layihənin icra edilməsi zamanı 2 nömrəli forma aktlar üzrə görülməyən işlərin dəyərinin 101,889.91 manat təşkil etməsindən də məlumatı olmamışdır. O, həmin layihə üzrə bir neçə dəfə Üzeyir Həənovun xahişi ilə şirkət tərəfindən Azərbaycan Milli Tarix Muzeyində görülən işlərlə bağlı tikinti materiallarının alınmasına köməklik etmişdir. Bununla yanaşı bir neçə dəfə işçilərin maaşlarını şirkətin işçisi Şahid17 götürüb Milli Tarix Muzeyində təmir işlərini icra edən Şahid16 vermişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, imza onun imzasıdır. Pullar şirkətə mal alınması ilə bağlı köçürülə bilər. Onun bu barədə məlumatı yoxdur. Onun pul alınması, nağdlaşdırılmasında heç bir iştirakı yoxdur. Ramin Məhərrəmovu tanıyır, mühasibdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, 2016-cı ilin son aylarından Əsaslı Tikinti və Təmirin Maliyyələşdirilməsi Bölməsində xidmət etməyə başlamışdır. İş prosesi belədir ki, Əsaslı Tikinti və Təmir Şöbəsi tərəfindən bütün işlər görülür, Forma 2-lər tutulur, sənədləşdirilir və Əsaslı Tikinti və Təmirin Maliyyələşdirilməsi Bölməsinə göndərilir. Əsaslı Tikinti və Təmir Şöbəsi tərəfindən qəbul olunmuş bütün tikintilər üzrə Forma 2-lər Əsaslı Tikinti və Təmirin Maliyyələşdirilməsi Bölməsinə daxil olur, sonra isə tərəflərindən görülən işlər, Forma 2 və digər sənədlərə baxılır və ödəniş üçün sənədlər Maliyyə Büdcə İdarəsinə təqdim olunur, Maliyyə Büdcə İdarəsindən isə həmin sənədlər Maliyyə Nazirliyinə verilir. Əsaslı Tikinti və Təmir Şöbəsi tərəfindən Forma 2-lər Əsaslı Tikinti və Təmirin Maliyyələşdirilməsi Bölməsinə ödənişlərin təmin edilməsi üçün təqdim olunur. Müqaviləni bağlayan da, işi gördürən də, tikinti hesabatını da aparan başqa Şöbə olduğundan o bu cinayət işi üzrə ətraflı məlumata sahib deyil. O, Forma 2-ə imza çəkmir, Forma 2-ə imzanı Əsaslı Tikinti və Təmir Şöbəsinin işçisi imzalayır, çünki işi Əsaslı Tikinti və Təmir Şöbəsi qəbul edir. O, təxminən 2016-2017-ci illərdə Nəvai qəsəbəsində tikinti aparılan həmin əraziyə getmişdir. O, Əsaslı Tikinti və Təmirin Maliyyələşdirilməsi Bölməsi üzrə komissiya tərkibində iştirak edirmiş. O, öz sahəsi üzrə komissiya tərkibində iştirak etmişdir. Onun nə ödənişə, nə də tikintiyə aidiyyatı olmamışdır. Nəvai qəsəbəsində həyata keçirilən tikinti işlərinə Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsi rəhbərlik edir və ümumi nəzarət edirmiş. Nəzarət şöbənin müfəttişləri olan Novruz Ağayev və Şahid5 tərəfindən aparılırmış. Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin rəhbəri Təqsirləndirilən şəxs imiş. Tikintinin texniki tərəfinə nəzarət edən Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin direktoru Şahid1 imiş. Aktda göstərilən çatışmazlıqlar onun ixtisasına aid olmadığından istismar aktını ümumi mövqeyə və digər komissiya üzvlərinin imzasına baxaraq imzalamışdır. Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən görülmüş işlər zamanı Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş akta əsasən qeyd olunan layihə üzrə iş həcmi dəyərlərinə yerinə yetirilməmiş işlər və onların dəyərlərinin daxil edilməsindən yerinə yetirilmiş işlərin dəyərinin ƏDV daxil 11.665.984,10 manat artırılmasından məlumatı yoxdur. Səhv etmirsə "xxxx" MMC tərəfindən tikintiyə rəhbərlik edilirmiş. Uzun müddət keçdiyindən tikinti aparan şəxslərdən kimlərlə ünsiyyətdə olduğunu xatırlamır. Təqsirləndirilən şəxs tanımır. Komissiya üzvü olaraq obyektlərə gedən zaman Təqsirləndirilən şəxs iştirakı onların işi üçün lazım olmamış, çünki onlar Təqsirləndirilən şəxsla iş qurmur. Təqsirləndirilən şəxsla iş quran Tikinti Şöbəsidir. Komissiya üzvü olaraq onun tikinti aparan şirkəti, rəhbərlik edən şəxsi, tikintidə iştirak edən şəxsləri müəyyənləşdirmək kimi səlahiyyət və vəzifəsi yox imiş. Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Tural Məmmədzadə bildirmişdir ki, tikinti aparılan əraziyə 1 dəfə qəbul vaxtı komissiya tərkibində getmişdir. Komissiya tərkibində 1 nəfər Yanğından mühafizə üzrə zabit, 1 nəfər texnatzor, 1 nəfər onların bölmə əməkdaşı, 1 nəfər tikinti şöbəsindən, 1 nəfər də Mənzil İsitismar İdarəsindən olmaqla 5-6 nəfər əməkdaş daxildir. Əsaslı Tikinti və Təmirin Maliyyələşdirilməsi Bölməsi üzrə komissiya tərkibində o iştirak edirmiş. O, öz sahəsi üzrə iştirak etmişdir. Yadındadır ki, onlar həmin əraziyə anbarlarla bağlı getmişlər. Akt komissiya üzvləri tərəfindən tərtib olunub komissiya sədrinə verili. Tikinti şirkət tərəfindən aparılırmış və Tikinti Şöbəsi tərəfindən nəzarət edilirmiş. Onun üçün maraqlı olmadığından tikintiyə kimin rəhbərlik etdiyini və nəzarət etdiyini öyrənməmişdir. Əsaslı Tikinti və Təmirin Maliyyələşdirilməsi Bölməsi işi Təqsirləndirilən şəxs yox, Əsaslı Tikinti və Təmir Şöbəsinin verdiyi sənədlərə əsasən qəbul edir. Tikinti işləri olduğunu görmüşdür. Əgər tikinti üzrə nöqsanlar varsa, həmin nöqsanlar qeyd olunub komissiya sədrinə təqdim edilir. Şahid Tural Məmmədzadənin istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Tural Məmmədzadənin ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 8-ci cild 198-200-cü vərəqələrində olan ifadəsində X13 aşağıdakıları göstərmişdir: «...2017-ci ildə Müdafiə Nazirliyinin Maliyyə İdarəsində şöbə rəisi vəzifəsində xidmət etdiyi zaman keçirilmiş qapalı tender nəticəsində Nəvai qəsəbəsində “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi və mebel avadanlıqlarının quraşdırılması” layihəsinin həyata keçirilməsi üçün Azərbaycan Bina Tikinti Kompaniyası MMC qalib olmuşdu. Əsaslı tikintilərin maliyyələşdirilməsi şöbəsinin rəisi kimi onun idarəsi təqdim olunan sənədlər əsasında ayrılmalı olan vəsaitin əsaslı olmasına cavabdeh idi. Prosedur üzrə avans məbləğinin ödənilməsi üçün sifarişçi və icraçı arasında bağlanan müqavilə və digər baza sənədlər onların idarəsinə təqdim olunurdu. Avans məbləği ümumi layihə məbləğinin 30%-dən çox olmamalı idi. Yekun məbləğin ödənilməsi üçün sənədlər əvvəlcə onlara göndərilirdi. Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin rəhbəri Təqsirləndirilən şəxs idi. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Tural Məmmədzadə bildirmişdir ki, imza onun imzasıdır. O, məbləğə yox, mövcud vəziyyətə və gördüklərinə komissiya üzvü olaraq imza çəkmişdir. O, ödəniş etmir, maliyyə məsələsi ona aid deyil. Bina tikilib qurtanara qədər hər sahə üzrə Əsaslı Tikinti və Təmir Şöbəsinin inspektorları işi gördürür, müqaviləni onlar bağlayıb, işi onlar qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, ilk dəfə məhkəmə prosesində görmüşdür. O, hazırda Müdafiə Nazirliyinin Əsaslı Tikinti və Təmir Şöbəsinin rəis müavini vəzifəsində fəaliyyət göstərir. 2011-ci ildə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə Nəvai şəhərində bina və qurğuların tikintisi ilə bağlı müqavilə bağlanmışdır. 2014-cü ildə Əsaslı Tikinti və Təmir Şöbəsi yaradılmış və tikintinin davam etdirilməsi Əsaslı Tikinti və Təmir Şöbəsinə təhkim edilmişdir. İş prosesinə əsasən şirkət tərəfindən Nəvai ərazisində 26 ədəd yeraltı və 26 ədəd yerüstü anbarlar, əsgərlər üçün yataqxana, yeməkxana, hamam-çamaşırxana, qaravul məntəqəsi, yanğın deposu, kommunikasiya xətlərinin çəkilməsi, su anbarı tikilib və bu işlər şirkət tərəfindən icra edilməliymiş. Həmin zaman tikintiyə nəzarəti Əsaslı Tikinti şöbəsinin müfəttişi Novruz Ağayev həyata keçirirmiş. Novruz Ağayev 2015-ci ildə vəfat etmişdir. 2014-cü ilin yanvar ayında Əsaslı Tikinti şöbəsinin rəisi Əlizadə Babayev imiş. Əlizadə Babayev də 2020-ci ildə vəfat etmişdir. 2017-ci ilə qədər şirkət tərəfindən yazılı məktubla müraciət daxil olmuşdur ki, obyektlər şirkət tərəfindən işlərin davam etdirilməsi gücündə deyil və bağlanmış müqaviləyə xitam verilməsi bildirilmişdir. Səbəb isə şirkətin işçi personalını saxlama, ərazinin mühafizəsi və tikinti işlərinin davam etdirilməsinə qadir deyildir. 2017-ci ilə qədər tikinti şirkəti ilə Müdafiə Nazirliyi arasında anlaşmazlıq, iş prosesi ilə bağlı problem yaşanmamış, lakin həmin müraciətdən sonra bağlanmış müqaviləyə xitam verilmiş və başqa şirkət işi davam etdirmişdir. 2021-ci ildə DTX tərəfindən obyektlərə yoxlama təyin olunmuş, Maliyyə Nazirliynin təftiş qrupu tərəfindən yoxlama aparılmış və müəyyən çatışmazlıqların olması aşkar olunmuşdur. Həmin yoxlamaya qədər hər hansı çatışmazlıqların olması barədə məlumatları olmamışdır. Tikintini şirkət aparır və inspektor isə işlərin gedişatına və layihə smetası əsasında icra olunması və texnoloji proseslərə nəzarət edir. 2014-cü ildə Əsaslı Tikinti və Təmir Şöbəsi yeni yaradılmış və onlar 7-8 ədəd Hərbi Şəhərciklərin tikinti işlərinə başlamışlar. Onların fəaliyyətinə layihə smetası sənədlərinin hazırlanması, torpağın ayrılması, texniki şərtlərin alınması, layihə tapşırıqlarının verilməsi kmi işlər daxil imiş. Obyektin inspektoru 2015-ci ildə vəfat etdikdən sonra həmin işlər başqa inspektor-mühəndisə təhkim olunmuşdur. İnspektor sənədlərdə müəyyən qüsurlar, yəni rəqəmlərdə və işlərin həcmində çatışmazlıqlar olduğunu görüb rəisə məruzə etmişdir. Rəisin tapşırığı əsasənda sənədlər yenidən yoxlanılmışdır. 2016-cı ildə inspektor və rəis müavininin birgə yoxlamasından sonra Forma 2-lər ləğv olunmuşdur. Üzeyirin vəkil və mühəndis qrupuna bütün sənədlər və layihələr təqdim olunmuşdur. Həmçinin köhnə və yeni sənədlər izah olunmuşdur. Maliyyə Nazirliyi tərəfindən yoxlamanın hansı sənədlərlə aparıldığını isə bilmir. 2016-cı ildə forma 2-lər ləğv olunduqdan sonra təzə forma 2-lər tutulub Təqsirləndirilən şəxs şirkəti tərəfindən möhürlənmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, o, 2014-cü ildən 2017-ci ilə qədər tikinti ilə bağlı gedib-gəlməmişdir. O, 2014-cü ildə baş mühəndis imiş. Obyektdə 2017-ci ilə qədər bir-iki dəfə olmuşdur. Tikintini "xxxx" MMC şirkəti aparırdı. Şirkətə Şahid1 rəhbərlik edirdi. Təqsirləndirilən şəxs tanımır, sadəcə onun "xxxx" MMC-nin təsisçisi olmasını bilirmiş. Təhvil-təslim aktına imza çəkmişdir. Təhvil-təslim aktı ilə tanış olmuş və aktı təsdiq edir. Təhvil-təslim komissiyasının məqsədi obyektə baxış keçirib istismara qəbul etməkdir. Şəhərsalma və Tikinti Məcəlləsində də göstərilir ki, tikintisi başa çatmış obyektin istismarı zamanı komissiya ona təqdim olunan layihəsmetası sənədləri sonradan üstü örtülü işlərin aktları və avadanlıqların texniki pasportlar əsasında həmin işlərə baxır. 2014-2020-ci ilə qədər Təqsirləndirilən şəxs görməmişdir. Şahid1 şirkətin direktorudur. Tikinti zamanı Təqsirləndirilən şəxs göstəriş verdiyini görməmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin təsisçisi olmasını Şahid1 ya da inspektorlardan eşitmişdir. Dəqiq xatırlamır. Şahid1 isə Əsaslı Tikinti və Təmir Şöbəsinə gəlib-getdiyindən direktor olduğunu bilirmişlər. Tikinti aparılarkən əlavə qurğular olubolmamasını bilmir. O, tikinti qurtaran vaxt orda olmuş və obyekt istismara getmədən öncə obyektə baxmışdır. 2016-cı ildə aktlar dəyişmiş və yeni Forma 2-lər tutulmuşdur. 2015-ci ilə qədərki Forma 2-lər mühəndis Novruz Ağayevin imzası ilə imiş. 2015-ci ildən sonra təzə forma 2-lər hazırlanmışdır. 2015-ci ildən sonra iş davam edirmiş. O, təhvil-təslim zamanı xəstə olduğundan iştirak etməmişdir. Lakin obyektdən məlumatı var imiş. Obyekt istismara getmədən öncə rəislə birgə 2 dəfə obyektdə olmuşlar, obyekti gəzmişlər. Sonra isə məktub yazılmışdır ki, obyekt istismara gedə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, hazırda “TVM” tikinti şirkətində texniki-mühəndis vəzifəsində işləyir. Onun vəzifəsi smeta sənədlərinə uyğun görülməli olan işlərə nəzarət etmək və təhvil alınmış işlərin yerində olub-olmamasını yoxlamaq imiş. Nəvai qəsəbəsində aparılan layihənin tikintisini Azərbaycan Bina Tikinti Kompaniyası MMC həyata keçirirmiş. Layihənin icrasına 2011-ci ildə başlanılmışdır. Şirkətin rəhbəri Təqsirləndirilən şəxs imiş və işlərə ümumi nəzarət onun tərəfindən həyata keçirilirmiş. İşlərin icrası ilə əlaqədar isə Şahid1 şöbəyə gəlmişdir. Forma-2 və digər zəruri sənədləri Azərbaycan Bina Tikinti Kompaniyası MMCnin mühasibi Emil Dadaşev gətirirmiş. Tikintiyə nəzarəti Əsaslı Tikinti şöbəsinin müfəttişi Novruz Ağayev həyata keçirirmiş. Əsaslı Tikinti şöbəsində tikinti mühəndisi kimi çalışan İlham ona Novruz müəllimin yerinə işlərə qoşulmağı təklif etmişdir. O da təklifi qəbul etmişdir. Novruz müəllim 2016-cı ildə vəfat etmişdir. Həmin zaman Əsaslı Tikinti şöbəsinin rəisi Əlizadə Babayev imiş. Əlizadə Babayev də 2020-ci ildə dünyasını dəyişmişdir. 2016ci ildə isə Maliyyə Nazirliyində Tikintiyə Nəzarət müfəttişi vəzifəsində işləyirmiş. Ondan əvvəl tikintiyə nəzarəti Əsaslı Tikinti şöbəsinin müfəttişi Novruz Ağayev həyata keçirmişdir. Novruz Ağayev 2015-ci ildə vəfat etdikdən sonra 2016-cı ildə Novruz Ağayevin işlərini o rəhbərliyin tapşırığı ilə davam etdirmişdir. İşlər komissiya şəklində həvalə edilmiş, komissiya yaradılmış və ödənilən bütün məbləğlər yoxlanılmışdır. Çatışmazlıqlar, yəni 5.000.000 manatdan çox çatışmazlıq aşkara çıxarılmışdır. Akt tərtib olunmuş, çıxarılan və əlavə olunan işlər sənədlərdə öz əksini tapmışdır. Yeni forma 2 olaraq hazırlamış, başqa işlərlə əvəz edilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid5 bildirmişdir ki, o, Nəvaidə aparılan tikinti işində çox iştirak etmiş, ayda 2-3 dəfə ora gedirmiş. Şahid1 və Emil forma 2-ləri idarəyə aparıb-gətirmişlər. Tikinti yerində də Şahid1 görmüşdür. O, Təqsirləndirilən şəxs tikintinin rəhbəri kimi tanımırmış, əyani olaraq da görməmişdir. Sadəcə olaraq Təqsirləndirilən şəxs şirkətin rəhbəri olduğunu eşitmişdir. O, 1 il tikinti sahəsində işləmiş, bəlkə də Təqsirləndirilən şəxs tikinti aparılan əraziyə gələndə onunla qarşılaşmamışdır. Şirkətin Şahid1 adına olduğunu bilirmiş və onu bu qisimdə tanıyırmış. Yeni Forma 2-lərlə bütün nöqsanlar aradan qaldırılmışdır. Əvvəlki forma 2-lər idarədə qalır, ləğv olunmuş kimi qalıb-qalmadığını bilmir. O, Şahid1 eşitmişdir ki, Təqsirləndirilən şəxs şirkətin rəhbəridir. Şahid1la işlə bağlı normal ünsiyyət qurmuşdur. Yeni forma 2-ləri Zakir müəllim, rəis müavini yazıb 3 nəfərə də tapşırmışdır. Yeni Forma 2-lər Əsaslı Tikinti və Təmir İdarəsi tərəfindən tərtib olunmuşdur. Çatışmazlıqlar yerində olmayan işlərlə bağlı imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, hazırda “Kristal Abşeron”-da mühəndis vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs tanıyır. O, Şahid1la əvvəllər bir yerdə işləmiş, direktor keçəndən sonra onu da işə dəvət etmişdir. Yəni onu işə direktor Şahid1 götürmüşdür. O, 2013-cü ildən Nəvai qəsəbəsində aparılan tikinti işlərində işləməyə başlamışdır. Onun işinə direktor Şahid1 nəzarət edirmiş, o direktor Şahid1 tabe imiş, onun göstərişlərini yerini yetirirmiş. O, 2013-2016-cı illərdə Nəvai qəsəbəsində tikilən obyektdə iş icraçı prorab olaraq işləmiş və onun vəzifəsi verilən material, layihə əsasında bina tikməkdən ibarət olmuşdur. O, 1000 manat əmək haqqı alırmış. Amma əmək haqqı stabil deyilmiş, məbləğ dəyişirmiş. Onlar əmək haqqını adını bilmədiyi kassirdən iş yerində nağd şəkildə alırmış. Həmçinin əmək haqqı cədvəlinə də imza çəkirmişlər. Həmin əmək haqqı cədvəlini kimin tərtib etdiyini bilmir. O, 3 ilə yaxın işləmişdir. Onu bu tikinti obyektinə şirkət direktoru Şahid1 dəvət etmişdir. Şirkətin baş mühasibi Emil adlı şəxs, direktoru isə Şahid1 imiş. Onunla əmək müqaviləsini direktor Şahid1 bağlamışdır. Onlar Müdafiə Nazirliyi üçün obyekt tikirmiş, lakin tikinti sonradan dayandırılmışdır. Təqsirləndirilən şəxs Nəvai qəsəbəsində tikinti aparılan yerə hərdən gəlirmiş. Ona Təqsirləndirilən şəxs “yuxarılarda”, rəhbərlikdən gəldiyini demişlər. Təqsirləndirilən şəxs Nəvai qəsəbəsində tikinti aparılan əraziyə gələndə obyektlərə baxırmış. Maliyyə məsələləri də Təqsirləndirilən şəxs tərəfindən həll edilirmiş. Təqsirləndirilən şəxs Şahid1la ünsiyyətdə olub ona göstəriş verib gedirmiş. Şahid1la Təqsirləndirilən şəxs söhbət edərkən o yanlarında olmamışdır. O, Təqsirləndirilən şəxs obyektə hansı səbəbdən gəlməyini bilmirmiş. O, Təqsirləndirilən şəxs heç bir vəsait almamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid12 bildirmişdir ki, o, işə ümumi rəhbərliyi kimin həyata keçirdiyini bilmir. Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs obyektə gedib-gələrkən görürmüş. O, Təqsirləndirilən şəxs işinin nədən ibarət olduğunu bilmir. Maliyyə işlərini direktor, mühasib həyata keçirirmiş. O, tikintidən material çatmayanda direktor Şahid1 müraciət edirmiş, Təqsirləndirilən şəxs müraciət etməmişdir. O, tikintidə material çatmayanda Şahid1 müraciət etdikdən sonra Şahid1 kimə müraciət etdiyini bilmir. Təqsirləndirilən şəxs tikinti yerinə adətən tək gəlirmiş. Bircə dəfə kiminləsə birlikdə tikinti aparılan yerə gəlmişdir. Təqsirləndirilən şəxs tikinti yerinə neçə dəfə gəldiyini xatırlamır. Şirkət “Azinko” şirkətinə tabe imiş. Müəyyən dövr üçün aralıq aktının tərtib olunub olunmamasından xəbəri yoxdur. Şirkətdə maddi məsul şəxs olmamışdır. O, “Azinko” şirkətinin rəhbərinin kim olduğunu bilmir. Şahid12 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 8-ci cild 230-232-ci vərəqələrində olan ifadəsində Şahid12 aşağıdakıları göstərmişdir: «...O, 2008-ci ildə Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən Nəsimi rayonu Salamzadə küçəsində tikilən 14 mərtəbəli binanın tikintisinə iş icraçısı kimi qoşulmuşdur. Onu həmin zaman Azərbaycan Bina Tikinti Kompaniyası MMCnin apardığı tikintinin nəzarətçisi kimi özünü təqdim edən Əlövsət adlı şəxs qəbul etmişdir. Onların söhbətindən sonra şirkətin rəhbəri olan Təqsirləndirilən şəxs məlumat verəcəyini demişdir. Bir neçə gün sonra işə qəbul olunmuşdur. Şirkətin rəhbəri olan Təqsirləndirilən şəxs əsasən ofis binasında görürmüş. Maaş ona aylıq olmaqla ofisdə oturan mühasiblər tərəfindən ödənilirmiş. Mühasib kimi Emil Dadaşev yadında qalmışdır. 2011-ci ildə həmin binanın tikintisi yekunlaşmışdır. Cəmi bir neçə ay sonra o, Hacıqabul rayonunun Nəvai qəsəbəsində aparılan “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi və mebel avadanlıqlarının quraşdırılması” üzrə tikinti işlərinə cəlb olunmuşdur. İşlərdə onunla birlikdə icraçı kimi Mehman Səfərov və Şahid13 da iştirak edirmiş. Onların əsas vəzifəsi tikintinin təqdim olunan smeta sənədlərinə uyğun aparılmasına nəzarət, işçilərin koordinasiya edilməsi və tikinti üçün istifadə edilən materialların vaxtında alınmaq üçün Şahid1 məlumat verilməsindən ibarət imiş. Şahid1 şirkətin direktoru olmaqla tikintinin aparılmasına ümumi nəzarət işləri ilə məşğul olurmuş və Təqsirləndirilən şəxs tikintinin gedişi ilə bağlı məlumatlar verirmiş. ...Digər bütün işlərlə yanaşı maliyyə məsələləri də şirkətin rəhbəri Təqsirləndirilən şəxs tərəfindən həll edilməkdə imiş. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid12 bildirmişdir ki, imza onun imzasıdır. O, istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. O, hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsində mülki işçi kimi fəaliyyət göstərir, ehtiyatda olan polkovnik leytenantdır. O, yaşa görə tərxis olunduqdan sonra X41 İnspeksiyasının rəisi vəzifəsində xidmət etmişdir. Onun fəaliyyəti təzyiq altında işləyən, eləcə də qaldırıcı qurğulara, avadanlıqlara nəzarət imiş, yəni texniki təhlükəsizlik qaydalarına riyaət olunmasına nəzarət edirmiş. 2003-cü ildən 2011-ci ilədək Müdafiə Nazirliyinin keçirilmiş qapalı tenderi nəticəsində Nəvai qəsəbəsində “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi və mebel avadanlıqlarının quraşdırılması” layihəsinin həyata keçirilməsi üçün Azərbaycan Bina Tikinti Kompaniyası MMC qalib olmuşdur. Nəvai Qəsəbəsində tikintini "xxxx"MMC” həyata keçirirmiş. O, komissiya tərkibində öz xidmətinə aid olan məsələlərlə bağlı tikinti aparılan obyektdə iştirak etmişdir. Onun maliyyə məsələlərinə aidiyyəti yoxdur. O, tutaq ki, tikinti aparılan yerdə qazanları sınaqdan keçirmiş, rəy vermiş, nəzarət etmişdir. İş icraçısı Şahid1 olmuşdur. O, təzyiq altında qazanları sınaqdan keçirmiş, sınağın müsbət nəticələrinə əsasən istismara icazə vermişdir. O, öz səlahiyyətinə aid olan məsələlər üzrə aşkar etdiyi nöqsanları bildirmiş, ikinci dəfə tikinti yerinə getdikdə nöqsanların aradan qaldırıldığını müəyyən etmişdir. O, nöqsanlar kimi qazanxanada müəyyən sənədlərin olmaması, qazanların pasportunun olmamasını aşkar etmişdir. Qazanxana tikilmiş, qazanlar quraşdırılmışdır. O, bütün komissiya üzvləri kimi qəbul aktına istismar aktını ümumi mövqeyə və digər komissiya üzvlərinin imzasına baxaraq imzalamışdır. O, iki dəfə Nəvai Qəsəbəsində tikilən binada olmuşdur. O, nöqsanların nədən ibarət olmağını dəqiqliklə xatırlamır. İkinci dəfə nöqsanlar aradan qaldırıldığı üçün o komissiya üzvü kimi cavabdeh olduğu hissədə akta imza çəkmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid9 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. O, iş icraçısı və obyekti təhvil verən şəxsi görmüşdür. Şahid1 direktor imiş, o onu görmüşdür. Qazanxana ilə bağlı görülmüş işlərin maliyyə hissəsinin yoxlanılmasının ona aidiyyəti yox imiş. Komissiya tərkibində maliyyə məsələlərini yoxlayan əməkdaş olmuşdur. Onlar nöqsanları tərtib edib Mənzil İstismar İdarəsinə yazılı surətdə təhvil vermişlər. Onun istintaqda verdiyi ifadə komputerdə yazılmış, o ifadəni oxuyub imzalamışdır. O, nöqsanları bildirdiyi şəxslərin adlarını xatırlamır. Obyektləri onlara Şahid1 təqdim etmişdir. Tikintiyə aid olan aralıq aktları tərtib olunub-olunmamasını bilmir. Bu işlərin onun səlahiyyətinə aidiyyəti yoxdur. O, qəbul aktına təzyiq altında imza çəkməmişdir. O, özünə aid olan sahəni yoxlamışdır. Təqsirləndirilən şəxs iş yeri, rəhbər vəzifəli şəxs olması barədə məlumatı olmamışdır. Şahid9 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 8-ci cild 188-190-cı vərəqələrində olan ifadəsində Şahid9 aşağıdakıları göstərmişdir: «...Nəvai qəsəbəsində həyata keçirilən tikinti işlərinə Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsi rəhbərlik edir və ümumi nəzarət edirmiş. Nəzarət şöbəsinin müfəttişləri olan Novruz Ağayev və Şahid5 tərəfindən aparılmaqda imiş. Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin rəhbəri Təqsirləndirilən şəxs imiş. İşlər davam etdiyi müddətdə isə tikintinin texniki tərəfinə nəzarət edən Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin direktoru Şahid1 olmuşdur. Sənədlərlə bağlı işlərlə şirkətin mühasibi Emil Dadaşev məşğul olurmuş. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid9 bildirmişdir ki, imza onun imzasıdır. O, istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasındakı zidiyyətin səbəbini bilmir. O, eşitmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin faktiki rəhbəridir. Lakin onun Təqsirləndirilən şəxs adını eşitməyi onu görməyi demək deyil. S.Q Nəsirovu tanımır. N.S Ağayevi tanıyır, sifarişçidir, vəfat etmişdir. Onun nəzarət ölçü aktlarında imzası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Onun ixtisası mühəndis mexanik olsa da o əksərən inşaat üzrə işləmişdir. O, 2014-2015-ci illərdə təxminən 10-11 ay Nəvai qəsəbəsində yerləşən obyektdə probab Şahid12 köməkçisi olaraq işləmişdir. O, prorab Hüseyn müəllimi tanıdığı üçün Nəvai Qəsəbəsində tikilən obyektdə işləməyə getmişdir. Onu işə direktor Şahid1 götürmüşdür. Onun əmək kitabçasına iş yeri "xxxx" MMC qeyd olunmuşdur. Onun vəzifəsi briqadalara nəzarət etmək imiş. Həmçinin 2014-cü ilin may ayında Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi və mebel avadanlıqlarının quraşdırılması” üzrə tikinti işlərinə cəlb olunmuşdur. O, maddi məsul şəxs olmamışdır. O, əmək haqqını adını bilmədiyi kassirdən alırmış. Əmək haqqını alarkən siyahıya imza çəkirmiş. O, 1000 manat əmək haqqı alırmış. O, iş müddətində Nəvai Qəsəbəsində vaqonda qalırmış, Bakıya hər gün qayıtmırmış. O, Təqsirləndirilən şəxs 2-3 dəfə tikinti aparılan obyektdə görmüşdür. Onun bildiyinə görə maliyyə məsələləri də şirkətin rəhbəri Təqsirləndirilən şəxs tərəfindən həll edilirmiş. Təqsirləndirilən şəxs Şahid1la ünisyyətdə olurmuş, yəqinki sərəncam da verirmiş, amma şəxsən Təqsirləndirilən şəxs ona tapşırıq verməmişdir. Aylıq olaraq Azərbaycan Bina Tikinti Kompaniyası MMC-dən 1000 manat maaş alırmış. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid13 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs heç bir vəsait almamış, ona heç bir müraciət Təqsirləndirilən şəxs etməmişdir. O, Təqsirləndirilən şəxs tikintidə kiminləsə etdiyi söhbətlərdə iştiak etməmiş, həmin söhbətləri də bilmir. Təqsirləndirilən şəxsla Şahid1 bir dəstə şəxslə obyektə giribçıxırmış. Yəqin ki Təqsirləndirilən şəxs onlara göstəriş verirmiş. İstintaqda verdiyi ifadəni oxuyub imzalamış, latın qrafikalı azərbaycan əlifbasında oxuma-yazma bilir. O, fəhlələrə nəzarət etmiş, çatışmazlıqları da prorab Hüseyn müəllimə demişdir. O, şirkətin direktoru kimi direktor Şahid1 tanımışdır. O, tikinti başlayandan sonra işə gəlmiş, iş bağlandığı üçün də işdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, o, hal-hazırda heç bir yerdə işləmir, təqaüdə çıxmışdır. O, Təqsirləndirilən şəxs tanıyır. O, 2018-2022-ci illərdə İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin direktoru işləmişdir. "xxxx" MMC 2018-ci ilin may ayının sonlarında yaradılmışdır. "xxxx" MMC yaranana kimi Səbail rayonu, X30 küçəsi 4 ünvanında yerləşən Milli Azərbaycan Tarixi muzeyinin mühəndis təsisat sistemlərinin yenidən qurulması və təmir bərpa işləri artıq təşkil olunmuşdur. "xxxx" MMC yaranana qədər artıq obyektin smeta layihə sənədləri də hazırlanmışdır. Sifarişçi Əmlak Məsələləri Dövlət Komitəsi imiş, "xxxx" MMC isə Komitənin tapşırığı ilə texniki nəzarəti həyata keçirirmiş. Texniki nəzarət dedikdə layihədə olan işlərin yerinə yetirilməsi başa düşülür. Məsələn, "xxxx" MMC direktoru olaraq Azərbaycan Milli Tarix muzeyində aparılan təmir tikinti işlərinə, mühəndis təsisat sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərinə nəzarəti həyata keçirmişlər. Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişçisi olduğu "xxxx" MMC tərəfindən 2018-2019cu illərdə “Azərbaycan Milli Tarix Muzeyi”-ndə həyata keçirilən təmir-tikinti işləri ilə əlaqədar texniki nəzarət tədbirləri “Tikilməkdə olan obyektlər müdiriyyəti" MMC tərəfindən həyata keçirilmişdir. Orada təmir işləri görülərkən "xxxx" MMC mütəmadi olaraq işlərin keyfiyyətli və standartlara uyğun görülməsinə nəzarət etmişlər. Bu proseslərdə əvvəllər əsasən Təqsirləndirilən şəxs, həmçinin direktor Mobii Hüseynovu da görmüşdür. İş icraçısı Ramiz müəllim imiş. Smetada elə işlər var ki, smetada qeyd olunsa da görülməmişdir. Smetada olan 8 milyonluq işdən 6 milyonluq iş görülmüş, 2 milyonluq iş görülməmişdir. Beləliklə smetada nəzərdə tutulan və tutulmayan işlərin ümumi məbləği 6 milyon olmuşdur. Hansı işlərin görülüb görülməyəcəyini Əmlak Məsələləri Dövlət Xidmətinin sədri Kərəm Həsənov, Milli Azərbaycan Tarixi Muzeyin direktoru Nailə xanım və Üzeyir bəy müəyyən etmişdir. O, smetadan kənar işlərin görülməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat vermişdir. Əmlak Məsələləri Dövlət Xidməti ona bildirmişdir ki, 3 təşkilatın arasında- Əmlak Məsələləri Dövlət Xidməti, Milli Azərbaycan Tarixi Muzeyin direktoru və Təqsirləndirilən şəxs iştirakı ilə aparılmış dəyişikliklər aralarında razılaşdırılmışdır. Ümumiyyətlə "xxxx" MMC bu işlərdə iştirak etməmiş, onlar yalnız nəzarəti həyata keçirmişlər. Smetada nəzərdə tutulmuş işlərin bəziləri 3 təşkilatın razılığı ilə saxlanılmış və əvəzinə başqa işlər görülmüşdür. Hansı ki, bu işlər smetada nəzərdə tutulmamış və sonradan da layihələndirilməmişdir, 3 təşkilatın şifahi razılığı ilə həyata keçirilmişdir. Smetada çatışmazlıqlar üzrə əsas problem qiymət fərqləri imiş. Yoxlayıcı təşkilat qiymət fərqlərini qəbul etməyərək Təqsirləndirilən şəxs rəhbərliyindən həmin sənədləri tələb etmişlər. Yalnız yoxlayan təşkilat bu məbləği qəbul etməmiş, ilk dəfə yoxlayan təşkilat smetada olan işləri Forma 2 aktına salmamışdır. Ona görə də o Forma 2-ə imza çəkməmişdir. Ancaq əlavə görülən işləri akta salacaqları təqdirdə sənədə qol çəkəcəyini bildirmişdir. Bundan sonra əlavə görülən işlər akta salınmış, ancaq bu dəfə qiymətlər doğru olmamışdır. İmza atdığı sənəddə şərtlərlə razılaşıb qol çəkmişdir. İşıqlandırma ilə bağlı görülən işlərin dəyərini bilmir. Maliyyə Nazirliyindən yoxlama təşkilatı işıqlandırma ilə bağlı görülən işləri yoxlayıb qiymətləndirmişdir. Onlar subpodrat təşkilatların təkilifi ilə işləyir. Yəni subpodrat təşkilatlar işin hansı məbləğ həcmində görülməyini təklif edir. Buna görə də o bilir ki, işıqlandırma ilə bağlı görülən işlər 1 milyon məbləğindən yuxarıdır. "xxxx" MMC olaraq onlar 1 milyondan yuxarı məbləğlə razılaşmamışlar. Baş podratçı subpodrat təşkilatın seçimini edir. Onların bu seçimdən xəbəri olmur. Onlar yalnız görülən işləri və işi görən şəxsi görür. Azərbaycan Milli Tarix Muzeyində kraskalarla görülən xüsusi əl işlərinə qoyulan qiymətlər smetada yoxdur. Həmçinin həmin işlərə qiymət də qoyulmadığından bu işlər ortada qalmışdır. Maliyyə Nazirliyindən yoxlama təşkilatı da həmin rəssamı çağıraraq ondan alınan pulu smetaya qeyd etmişdir. Lakin material və s. kimi xərclər smetada qeyd olunmamışdır. Azərbaycan Milli Tarix Muzeyində kraskalarla görülən xüsusi əl işləri və s. kimi işlərə xərci o çəkməmişdir. Maliyyə Nazirliyindən yoxlama təşkilatı Təqsirləndirilən şəxs rəssamın istifadə etdiyi materialların qiymətini istəsə də Təqsirləndirilən şəxs həmin sənədləri təqdim etməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Milli Tarix Muzeyində görülən işə çəkdiyi xərclər ödənilmişdir. Azərbaycan Milli Tarix Muzeyində görüləcək işlər üzrə sifarişçi Əmlak Məsələləri Dövlət Komitəsi imiş. "xxxx" MMC olaraq onlar maddi məsul şəxs deyilmiş, yalnız texniki nəzarəti həyata keçirmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid18 bildirmişdir ki, o, əsasən daha çox Təqsirləndirilən şəxs, həmçinin direktor Mobii Hüseynovu da görmüşdür. İş icraçısı Ramiz müəllim imiş. Hansı işlərin görülüb görülməyəcəyini Əmlak Məsələləri Dövlət Xidmətinin sədri Kərəm Həsənov, Milli Azərbaycan Tarixi Muzeyin direktoru Nailə xanım və Üzeyir bəy müəyyən etmişdir. Smetada nəzərdə tutulmuş işlərin bəziləri 3 təşkilatın razılığı ilə saxlanılmış və əvəzinə başqa işlər görülmüşdür. Hansı ki, bu işlər smetada nəzərdə tutulmamış və sonradan da layihələndirilməmiş, 3 təşkilatın şifahi razılığı ilə həyata keçirilmişdir. Smetada çatışmazlıqlar üzrə əsas problem qiymət fərqləri imiş. Yoxlayıcı təşkilat qiymət fərqlərini qəbul etməyərək Təqsirləndirilən şəxs rəhbərliyindən həmin sənədləri tələb etmişlər. Çünki ən böyük məbləğ əlavə olunan məbləğ sayılırmış, yəni, İngiltərə «Siniana» şirkətinin hazırladığı işıqlandırma sistemi sayılırmış. İşıqlandırma sistemi smetada olmasa da quraşdırılmışdır. O, Forma 2 aktına əvvəlcə imza çəkməmiş, ancaq əlavə görülən işləri akta salacaqları təqdirdə sənədə qol çəkəcəyini bildirmişdir. Bundan sonra əlavə görülən işlər akta salınmış, ancaq bu dəfə qiymətlər doğru olmamışdır. İmza atdığı sənəddə şərtlərlə razılaşıb qol çəkmişdir. Rəssama nə qədər pul ödədildiyindən məlumatı yoxdur, "xxxx" MMC rəssama pul ödəmir. Rəssama pulu Təqsirləndirilən şəxs verir. Onun pula nəzarət vəzifəsi yoxdur. Smetanı sifarişçi hazırlatdırır. Smetanı xüsusi lisenziyası olan təşkilatlar hazırlayır. Smetanı qəbul etmək sifarişçinin vəzifəsidir. Əlavə görülən işlərlə birlikdə smetada görülən işlərin məbləği 6 milyon manat imiş. Beləliklə smetada nəzərdə tutulan işlərin ümumi məbləği 6 milyon olmuş və 2 milyonluq iş görülməməsini müəyyən etmişlər. O, görülən işlərlə bağlı təhvil-təslim aktını imzalamışdır. Onların qənaətinə görə əlavə işlərlə birlikdə 6 milyonluq iş görülmüş, amma Maliyyə Nazirliyindən yoxlama təşkilatı görülən işləri yoxlayıb qiymətlərin düz olmadığını və daha az iş görüldüyünü demişdir. O, 6 milyonluq işdən 1.700.000 manat əksik ilə akta imza çəkmişdir. O, görülən işlərə nəzarət edirmiş. Ümumi 3 dəfə Forma 2 olmuşdur. Forma 2 üzrə maddi məsul şəxs həmin Forma 2 sənədlərini təsdiq edən şəxsdir. O. 31 avqust 2018-ci il tarixli Forma 2 aktlarına imza çəkmişdir. 2019-cu ilin yanvar ayında olan Forma 2 aktlarına imza çəkmişdir. O, 28 fevral 2019-cu il tarixli Forma 2 aktlarına imza çəkmişdir. 4 dəfə Forma 2 olmamış, 3 dənə Forma 2 olmuşdur. Şahid18 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid18 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 8-ci cild 211-213-cü vərəqələrində olan ifadəsində Şahid18 aşağıdakıları göstərmişdir: «...Təmir işləri başlayan ilk vaxtlarda Təqsirləndirilən şəxs özü tez-tez gəlib işlərə baxırdı, nəzarət edirdi. Onlar Şahid1 daha çox iş icraçısı, Təqsirləndirilən şəxs isə şirkətin rəhbəri kimi tanıyırdılar. Muzeydə görülən işlərin təhvil-təslim sənədləri, yəni Forma2 sənədləri "xxxx" MMC və işlədiyi Xidmətin rəhbərliyi tərəfindən imzalanaraq təsdiq edilmişdir. Texniki nəzarətçi kimi həmin sənədlərə o və mühəndisi Şahid19 imza etmişdir. “Azərbaycan Milli Tarix Muzeyi”ndə həyata keçirilən təmir-tikinti işləri ilə əlaqədar sifarişçi Əmlak Xidməti olsa da, muzeyin rəhbərliyi özü də iş icraçılarına müxtəlif əlavə işlər tapşırmışdır. Bu layihə üzrə ilkin olaraq aparılmış qiymətləndirmələrə əsasən dövlət büdcəsindən "xxxx" MMC-yə təxminən ƏDV daxil 8.000.000 manat ayrılması nəzərdə tutulurdu. Həmin məbləğdə ehtimal olunan smeta hazırlanmışdı. Bildiyi qədərilə smeta xərclərinin təxminən 2 milyonu təmir-tikintiyə, 6 milyonu isə avadanlıq alınması üçün nəzərdə tutulmuşdu. "xxxx" MMC muzeydə söküntü və təmir işlərinə başlayandan bir müddət sonra smetada nəzərdə tutulan müxtəlif avadanlıqların alınması zərurəti yarandı. Həmin avadanlıqlar xaricdən topdan şəkildə hamısı birlikdə alınmalı idi. Buna görə də şirkətin rəhbəri Təqsirləndirilən şəxs və Şahid1 onlara müraciət edərək işlər tam olaraq görülmədən avadanlıq alınması üçün pul almaq üçün tərtib etdikləri “Forma2” sənədlərinin imzalanmasını xahiş etdilər və bildirdilər ki, gələcəkdə işlər tam görülən zaman sənədlərdə həm işlər, həm də qiymətlər baxımından müəyyən dəqiqləşdirmələr aparılacaq və yeni “Forma2” sənədləri tərtib ediləcəkdir. O da Təqsirləndirilən şəxsla Şahid1 bu xahişini rəhbərliyinə məruzə etmiş, Təqsirləndirilən şəxs özü də rəhbərliklə danışmış, ümumi olaraq işlərin sürətlənməsi və ləngiməməsi üçün rəhbərlik bu məsələ ilə razılaşmışdır. Daha sonra şirkət təxminən 6.000.000 manat dəyərində (ƏDV daxil) müvafiq təhvil-təslim sənədləri tərtib etdi. Həmin sənədlər həm xidmətin rəhbərliyi (ləğv edilmiş Komitə), həm şirkət, həm də o və mühəndisi tərəfindən imzalanmışdır. Bundan sonra müvafiq sənədlər əsasında "xxxx" MMC-yə köçürmələr edilmişdir. ...Muzeyin rəhbərliyi tərəfindən şirkətə smetada nəzərdə tutulmayan təxminən ƏDV daxil 1-1.5 milyon manatlıq əlavə işlər gördürüldü. Şirkət bu işləri təhvil-təslim forma 2 sənədlərinə daxil etməmişdi. Şirkət ilkin olaraq smetada nəzərdə tutulmuş işlərə uyğun forma2 tərtib etmiş və onlar da həmin sənədləri pulun köçürülməsi və işin ləngiməməsi üçün imzalamışdılar. İşlər yekunlaşandan sonra onlar Təqsirləndirilən şəxs və Şahid1 faktiki yerində olan işlərə və avadanlıqlara uyğun yenidən yoxlama aparılmasını, dəqiqləşdirmələr edilməsini və yeni forma 2 sənədləri tərtib edilməsini təklif etmişlər. Onlara demişlər ki, smetadan əlavə muzeyin rəhbərliyinin göstərişi ilə görülən işləri və alınan avadanlıqları da bu forma 2 sənədlərinə əlavə etsinlər. Amma şirkətin rəhbəri Təqsirləndirilən şəxs və direktoru Şahid1 bu barədə heç bir fikir bildirmədilər və yenidən faktiki baxış keçirilməsində iştirak etmədilər. O, min bir əziyyətlə sadəcə şirkətin iş icraçısı Şahid16 və muzeyin rəhbərliyinin iştirakı ilə faktiki olaraq avadanlıqların təhvil-təslim aktını tərtib etdilər. Həmin aktda şirkətin əlavə olaraq gördüyü və lakin forma2 sənədlərinə salınmayan bəzi avadanlıqların da adı vardır. ...yoxlamanın aparıldığı “Forma2” sənədlərinə işlər görülmədən və avadanlıqlar alınmadan imza edilmiş, orada qeyd edilmiş qiymətlərin çox və ya az olmasının müəyyən edilməsi onun səlahiyyətində olmamışdır. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid18 bildirmişdir ki, imza onun imzasıdır. O, əlavə işləri nəzərə almadan 3 dəfə Forma 2 olduğunu demiş, amma, əlavə işlər üçün də Forma 2 tutulmuşdur. Onun sənəd elan olunduqdan sona indi yadına düşmüşdür ki, 4-cü Forma 2 də olmuşdur. Smetada 6 milyonluq işlər görülməsini təsdiq etmir. Smeta üzrə əngəlli işlər çoxdur. Sonuncu Forma 2 Azərbaycan Milli Tarix Muzeyində yubiley tədbiri keçiriləcəyi üçün, həmçinin də Azərbaycan Milli Tarix Muzeyinin açılışında cənab Prezidentin iştirakı ilə bağlı tərtib olunmuşdur. Bu ərəfədə Muzeydəki işlər bitməli imiş. Digər tərəfdən isə Avropa ölkələri yay aylarında material sifarişi qəbul etmir və Avropa ölkələrindən materialların yay ayı girməmiş sifarişinin verilməsi üçün də pul Təqsirləndirilən şəxs öncədən verilməli imiş. İşlərin vaxtında görülməsi üçün Təqsirləndirilən şəxs pul öncədən verilmişdir. O, pul veriləndə etiraz etmiş, çünki pul veriləndən sonra o işə heç cür nəzarət edə bilməyəcəyini bilirmiş ki, Təqsirləndirilən şəxs istədiyi kimi hərəkət edəcək. O, düşündüyü kimi də olmuşdur. Təqsirləndirilən şəxs pulu alan kimi biraz iş görüb obyektə yaxın durmamışdır. Ən əsas görüləsi iş «pajarnı siqnalizasiya» sisteminin qurulması imiş, amma sistem qurulmamış, «işıqlandırma» sistemi qurulmamışdır. Təqsirləndirilən şəxs öz müdirini də ordan kənarlaşdırmışdır. Təqsirləndirilən şəxs onlara prorab kimi Ramiz müəllimi tanıdıb kənara çəkilmişdir. Ramiz müəllimin də heç bir şeyə səlahiyyəti çatmırmış. Bu səbəbdən Forma 2-də yazılanların çoxu düz deyil. Onlar subpodratçıları birbir çağırıb gah yalvararaq, gah qorxudaraq yola gətirib işləri gördürmüşlər. Heç Təqsirləndirilən şəxs bunlardan xəbəri də yoxdur. Digər proses iştirakçılarının suallarını cavablandıraraq Şahid18 bildirmişdir ki, 31 avqust 2018-ci il tarixli Forma 2-ni Əmlak Məsələləri Dövlət Komitəsinə Rüstəm Şahbazov təqdim etmişdir. Rüstəm Şahbazov kurator imiş. Forma 2-ni Əmlak Məsələləri Dövlət Komitəsinə o aparmalı deyilmiş, o sadəcə imza çəkmişdir. Təqsirləndirilən şəxs hesabı ilə Rəssama 160.000 manat pul ödənilmişdir. Onlar təkcə Təqsirləndirilən şəxs pul ödəyir, Təqsirləndirilən şəxs da suppodratçılara pul ödəyir. O, rəssamın gördüyü işlərdə qızıldan istifadə olunub-olmadığını bilmir. Azərbaycan Milli Tarix Muzeyində təmir-tikinti işlərinə 2018-ci ilin sonlarında başlanılmışdır. Smeta 1993-cu ilin qiymətləri ilə tutulub Azərbaycan Respublikası FHN-nə verilirmş, Azərbaycan Respublikası FHN kafisent çıxarılır və kafisentə uyğun da smeta çıxarılır və qiymət həmin dövrə əsasən uyğunlaşır. Onlar sifarişçi Əmlak Məsələləri Dövlət Komitəsinin göstərişlərini yerinə yetirirmiş. İşi Şahid1, Ramiz və direktor qəbul edir. Yoxlama deyəsən 2021-ci ildə aparılmışdır. İldən ilə qiymət dəyişir. 2021-ci ildə yoxlama 2018-2019-cu ilin qiymətləri ilə aparılır. Eyni ilin qiymətləri sayılır. Maliyyə işlərinə Əmlak Məsələləri Dövlət Komitəsində Forma 2-lərə cavabdeh Rüstəm Şahbazov, Maliyyə Şöbəsi üzrə Ənnağı müəllimdir. X50, Ənnağı müəllim bölüb verirlər. Maliyyə Nazirliyindən yoxlama komissiyası Şahid1 hətta yalvarmışlar ki, sənədləri versinlər. O, 375.000 manatın necə əmələ gəldiyini bilmir və Maliyyə Nazirliyindən yoxlama komissiyası bu məbləği qeyd etdiyi üçün sənədə imza çəkib təsdiq etmişdir. Rəssamlıq işindən başqa smeta üzrə digər işlərlə bağlı da qaimələrin bəziləri təqdim olunmamışdır. Şirkət gələn materialların hamısının sertifikatlarını verməli imiş, məsələn qazanxanada İtalya istehsalı olan qazanlar olmalı imiş. Lakin yoxlayanda onlar qazanxanada Türkiyənin “Altesan” firmasının qazanlarını görmüşlər. İtalya istehsalı qazanlar ilə də Türkiyənin “Altesan” firmnasının qazanları arasında fərqlər çox imiş. O, görülən işlərlə əlaqədar pulun Təqsirləndirilən şəxs necə verildiyini bilmir. Təqsirləndirilən şəxs onun yanında pul verilməmişdir. Pul onun yanında Təqsirləndirilən şəxs verilməsə də bu bir qaydadır ki, görülən işlər üzrə pul baş podratçıya ödənilir. O, əvvəllər “Azinko” Holdinq şirkətində işləmişdir. “Azinko” Holdinqin prezidenti Malik Həsənovdur. O, “Azinko” Holdinq şirkətindən sonra İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin direktoru işləmişdir. O, smetanın 8 milyonluq olmasının tender vasitəsilə olub-olmadığını bilmir. Çünki işə ondan qabaq başlanılmışdır. Şirkət tərəfindən Təqsirləndirilən şəxs 6 milyon pul ödənilmiş, lakin 6 milyondan az iş görülmüşdür. Təqsirləndirilən şəxs smetada o qədər əngəllər var imiş, amma Təqsirləndirilən şəxs işləri çox gözəl düz-qoş etmiş, iş həcmini şişirtmişdir. Smetaya əsasən parket döşəmənin qismən qopmuş hissələrinin bərpası və yapışqanla doldurulması işi var imiş. Həmçinin Muzeydə iş gedən müddətdə işçilərin işlədiyi otağın parketi təbbi ki 5-10 faiz sökülmüş, qopmuş olarmış. Əgər bütün parketlər qopmuş olsaydı onda gərək işçilər otaqlarla işləyə bilməzmişlər. Təqsirləndirilən şəxs smetada qeyd etmişdir ki, bütün döşəmələri dəyişdirmişdir, güya bütün parketlər qopmuş və yenidən yapışdırmışlar.Yəni Təqsirləndirilən şəxs iş həcmini süni surətdə şişirtmişdir. O, Təqsirləndirilən şəxs iradını bildirib smetada görülən işin həcmini düzgün qeyd etməyini desə də Təqsirləndirilən şəxs smetaya düzəliş etməmişdir. 5000 m2 döşəməni 175 manatdan hesablayanda 878.000 manat pul edir. Onların hesabı ilə maksimum 500 m2 parket dəyişməli imiş, yəni 87.850 manat pul xərclənilməli imiş. Deməli, Təqsirləndirilən şəxs smetaya yalnız parket döşəmələri üzrə 10 dəfədən artıq məbləğdə pul yazmışdır. Forma 2-ləri Təqsirləndirilən şəxs tutmuşdur. Muxtar adlı işçi Forma 2 yazmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2010-2019-cu illərdə “Azərbaycan Bina Tikinti Kompaniyası MMC”-nin direktoru, Təqsirləndirilən şəxs isə icraçı direktor olmuşdur. Şirkətin təsisçisi Şahid2 imiş. Belə ki, o əvvəllər də Şahid2la tikinti işləri üzrə bir yerdə işləmişdir. Sonradan o və Şahid2 Nəvai qəsəbəsində aparılan işlə bağlı tenderdə iştirak etmişlər. Tenderin qazanılmasında Təqsirləndirilən şəxs rolu olmamış, lakin tenderdə iştirak etməyi Təqsirləndirilən şəxs onlara tapşırmışdır. Yəqin ki bu barədə Təqsirləndirilən şəxs da başqa bir şəxs göstəriş vermişdir. Tenderdə təklif olunan qiymət onlar üçün aşağı məbləğ olduğundan Şahid2 və o işi qazanmışlar. Belə ki, iş yeraltı silah anbarları ilə bağlı tikinti işi imiş. Hansı ki həmin yeraltı silah anbarları heç Qafqazda belə olmayan, yəni analoqu olmayan anbarlar imiş. Hətta onlar həmin anbarları 1-2 ay tikə bilməmişlər. Yəni iş çətin iş imiş. Firma onsuz da açılmış, Şahid2 onu sonradan şirkətə direktor təyin etmişdir. Müdafiə Nazirliyi ilə 2010-2011-ci illərdə Nəvai hərbi şəhərciyinin tikintisi ilə bağlı təxminən ƏDV daxil 200 milyon manatlıq müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə tikinti işlərinin aparılmasına nəzarət edirmiş. O, maliyyə işlərinə heç vaxt qarışmamış, Təqsirləndirilən şəxs maliyyə işlərində rolu olub-olmadığını bilmir. Maliyyə işləri ilə birbaşa mühasib məşğul olurmuş. 2015-ci ilə kimi həmin layihə üzrə şirkətin hesabına ümumilikdə təxminən ƏDV daxil 88 milyon manat pul köçürülmüşdür. Müqavilə üzrə qalan məbləğ köçürülmədiyinə görə layihə üzrə icra edilməli olan digər işlər qarşılıqlı razılaşma əsasında dayandırılmışdır. Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi smetanı və görüləcək işləri özü tərtib etmişdir. Smeta qurmaq üçün 1.000.000 manat avans verilmiş, işə başladıqdan sonra qalan məbləğ də verilmişdir. Onlar qazanxana, yeməkxana, 26 yeraltı anbar, yataqxana, qorovul evi, 4 yerüstü anbar tikmişlər. İşlə bağlı 88 milyon manat pul köçürülsə də maliyyə çətinliyinə görə 1 il yarım pul verilmədiyindən onlar işi təhvil verib çıxmışlar. Belə ki, yoxlama komissiyası onlar gördüyü işləri yoxlayıb qəbul edib, yarımçıq işlər qeydə almışdır. Müdafiə Nazirliyinin 11 İdarəsi istismara yaralı binaları imzaları ilə təsdiq edib, yarımçıq binaları da çatışmazlıqları ilə qəbul etmişlər. Bəzi xırda çatışmazlıqlar əvvəlcədən bildirildiyindən tərəflərindən aradan qaldırılmış və beləcə Müdafiə Nazirliyinin 11 idarəsi istismara yararlı obyektlərə dair akt tərtib edərkən həmin xırda çatışmazlıqları da yoxlamışlar, hər bir çatışmazlıq aradan qaldırıldığından onun gördüyü işlərdə heç bir çatışmazlıq müəyyən edilməmişdir. Forma 2-ləri mühəndis və texnatzorlar hazırlayırmışlar. O, Müdafiə Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı aşkar edilən uyğunsuzluqlarla razı deyil. X51 rəhbərliyi zamanı təyin edilmiş şəxs gördükləri işin hər mərhələsinin şəkillərini çəkirmiş, məsələn yeraltı anbara 60-70 sm sement qatı vermişlər, izolyasiya edirmişlər ki, həmin vaxt bütün bu işlərin şəkilləri çəkilirmiş. Lakin sonradan Maliyyə Nazirliyinin nümayəndələri yoxlama zamanı demişlər ki, niyə bu qədər armatur istifadə edilmiş, yaxud torpağın altında sement olub-olmadığı sual altındadır. Halbuki hər mərhələdə görülən işlərin şəkilləri çəkilirmiş. O, Hərbi Hissədə aparılan tikinti işləri zamanı işlərini layihə əsasında, yəni layihədə nə göstərilmişsə həmin qaydada icra etmişdir. Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən görülmüş işlər zamanı Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş akta əsasən Müdafiə Nazirliyində icra edimiş layihə üzrə iş həcmi dəyərlərinə yerinə yetirilməmiş işlər və onların dəyərlərinin daxil edilməsindən yerinə yetirilmiş işlərin dəyərinin ƏDV daxil 11.665.984,10 manat artırılmasından məlumatı yoxdur. Şirkət tərəfindən 2011-2017-ci illərdə Müdafiə Nazirliyinin Nəvai qəsəbəsində yerləşən hərbi hissənin tikilişi ilə bağlı layihənin icra edilməsi zamanı 2 nömrəli forma aktlar üzrə görülməyən işlərin dəyərinin 7.000.353,75 manat təşkil etməsindən xəbəri yoxdur. Digər epizod üzrə, yəni Əmlak Komitəsi ilə 2018-ci ildə ünvan 5 ünvanında yerləşən Azərbaycan Milli Tarix Muzeyinin təmiri ilə bağlı təxminən ƏDV daxil 8 milyon manatlıq müqavilə bağlamışdır. Muzeydə görülən işi daxili tenderdə iştirak edərək qazanmışlar. Yəni həmin daxili tenderdə digər idarələr iştirak etmirmiş. Həmin iş 8 milyonluq iş imiş. 6 milyon pul köçürülmüşdür. Smetada 8 milyonluq iş nəzərdə tutulsa da, iş görüldükcə işin həcmi böyümüşdür. Nailə xanım Qazaxıstandakı Muzeydə eksponatlara yaxınlaşan zaman işıqlar yandığını və bu yeniliyin onların muzeyində də olmasına dair göstəriş vermişdir. Beləliklə, işıqlandırma ilə bağlı İtalyan şirkətinin nömrəsini alıb şirkətlə danışmışdır. Şirkət bildirmişdir ki, işıqlandırma sisteminin qiyməti 2.600.000-2.700.000 manat civarındadır. O, sonra türk şirkəti ilə də işıqlandırma işini danışmış və ona 1.700.000 evroya həmin işi görə biləcəklərini demişlər. Qiymət yüksək olduğundan onlar məcbur həmin işi Təqsirləndirilən şəxs öz vəsaiti hesabına görmüşlər. İşıqlandırma sisteminin smetaya heç bir aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs pulu öz cibindən vermiş, çünki əmin imiş ki, 2 milyon pulu sonra geri alacaq. Lakin sonra Təqsirləndirilən şəxs həmin pul verilməmişdir. O, muzeydə aparılan tikinti işlərini layihə əsasında deyil, göstəriş əsasında yerinə yetirmişdir. Hətta Muzeyin rəhbəri ona ən bahalı metal-kabel istifadə olunmasını tapşırmışdır. Sonradan Maliyyə Nazirliyindən gələn yoxlama işçisi bildirəndə ki, 12-15 manatlıq metlaxdan istifadə oluna bilərmiş, o onlara demişdir ki, bura Muzeydir və rəhbərlik özü ondan bahalı kabel istifadə etməyini tələb edir. Yəni sifarişlər, işlədiləcək materiallarla bağlı konkret fikirlər bildirilsə də layihədə onların çoxu nəzərdə tutulmurmuş. Beləliklə, Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən 2018-2019cu illərdə “Azərbaycan Milli Tarix Muzeyi”ndə həyata keçirilən təmir-tikinti işləri ilə əlaqədar iş həcmi dəyərlərinə yerinə yetirilməmiş işlər və onların dəyərlərinin daxil edilməsindən, mebel və avadanlıqların vahidinin dəyərlərinin artırılması səbəbindən yerinə yetirilmiş işlərin dəyərinin ƏDV daxil 2.150.211 manat artırılmasından məlumatı olmamışdır. Onun direktor olaraq vəzifəsi işlərin təşkili imiş. Məsələn, texniki nəzarət, işçilərə nəzarət imiş. O, maliyyə işlərinə baxmırmış, həmin işlərə mühasib rəhbərlik edirmiş. Ümumi işinə Təqsirləndirilən şəxs nəzarət edirmiş. Yəni görülən işlərə dair Təqsirləndirilən şəxs məlumat verirmiş. Təqsirləndirilən şəxs da yuxarılara məruzə edirmiş. Onun bu sahədə tanıdığı rəhbər Təqsirləndirilən şəxs imiş. Materiallarının təchizatı 2010-cu ildə daha çox nağd imiş. Lakin sement, armatur üçün ödənişləri, «Baksitil» kompaniya, Qaradağ Holdinqə ödənilən pulu köçürmə ilə edirmişlər. 1 anbara 3500 kub beton, 600 ton armatur isifadə edilirmiş və onları köçürmə ilə alırmışlar. Mühasib kimlərdən material alınacaqmışsa oraya sərbəst pulu köçürürmüş, o da həmin yerdən materialı tələb edirmiş. Forma 2-lərə o imza çəkib təsdiq edirmiş, amma əsaslı Tikinti İdarəsi özü Forma 2-ni tətib edirmiş. Muzeydə işin tikintisinə Əmlak Komitəsindən Adil və Muxtar nəzarət edirmişlər. Smetada nəzərdə tutulan 6 milyonluq işlə bağlı Forma 2-ni Adil və Muxtar hazırlayırmışlar, o da imza çəkirmiş. O, Forma 2-ni imzalayırmış, Adil və Muxtar özləri Forma 2-ni Əmlak Komitəsində təsdiq etdirirmişlər. Əlavə işlərə dair sənədlərə Adil bəy imza çəkmiş və nəzarət etmişdir. Adil bəy əlavə görülmüş işləri nəzarət edib yoxlayıb, muzey işçiləri də hamısı imza çəkmişdir. Təqsirləndirilən şəxs Kamil və Malik müəllimlə bir yerdə Hərbi Hissəyə və Muzeyə gəlmişdir. O, Hərbi Hissədə aparılan tikinti işləri zamanı işlərini layihə əsasında, yəni layihədə nə göstərilmişsə həmin qaydada icra etmiş, muzeydə aparılan tikinti işlərini isə göstəriş əsasında yerinə yetirmişdir. Müdafiə Nazirliyinin 11 idarəsi, yəni Tibb İdarəsi, Maliyyə İdarəsi, FHN və s. idarələri İstismara hazır olan obyektləri yoxlamışlar və istismara yararlı obyektləri qeyd edərək akt tərtib edib imza çəkmişlər. Akt tərtib olunan vaxtda 88 milyonluq vəsaitin ayrıldığı hissədə vəsaitin tam məsrəf olunmasına dair görülmüş işlər uzlaşırmış. Forma 2-lər də təsdiq olunmuşdur. Onu direktor vəzifəsinə şirkətin təsisçisi Şahid2 təyin etmişdir. Şahid2 ona demişdir ki, o Kərim Həsənov və Malik Həsənovun əmri ilə onu direktor təyin edir. Şirkətin rəhbərləri Kərim Həsənov, Malik Həsənov olmuşdur. Çünki onlar gəlib-gedirmişlər. Muzeydə aparılan işlər üzrə 8 milyonluq smetanın hamısı smetada əks olunmamışdır. Məsələn, Muzeyin direktoru xalçaları istəmirmiş və əvəzinə kamera müşahidə sistemi quraşdırılması üçün Əmlak Komitəsinə ərizə yazmışdır. Beləliklə xalçaların 1 milyona yaxın qiyməti smetadan çıxarılmışdır. Beləliklə xalçaları kamera sistemi ilə əvəz etmişlər. Ümumiyyətlə çox işlər olmuşdur ki, onlar smetada əks olunmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, 7 milyon çatışmazlıq aşkar olunmuşdur. O, cinayət məsuliyyətinə cəlb olunmamış, səbəbini də bilmir. X42 məsuliyyətə cəlb olunub-olunmamasından xəbəri yoxdur. 39 Forma 2-nin bugünkü gün hüquqi əsası olub-olmamasını bilmir. 39 Forma 2-də çox hallar nəzərdə tutulmamışdır. Belə ki, FHN tərəfindən su xəttindən 5 km, işiq xəttindən 10 km aralıda müvəqqəti bina və qurğular yerləşdirmişdir. Lakin Maliyyə Nazirliyi işçiləri yoxlama zamanı bildirmişdir ki, həmin qurğular lazım deyil, vaqon lazım deyil, işi görən gedib işi görsün. Həmin pullar summadan çıxılmışdır. Smetada həmin əlavə qurğuların hamısı var. O, Hərbi Hissədə ancaq layihə əsasında işləri aparırmış, göstəriş əsasında iş aparmırmış. O, Təqsirləndirilən şəxs maliyyə işlərində rolu olub-olmadığını bilmir. Hərbi Hissədə tutulan ilkin Forma 2-lər ləğv edilməmiş, onlara düzəlişlər edilmişdir. Çünki ilkin Forma 2-lərdə qəliblər yazılmamışdır. Yenidən Forma 2 tutulmuşdur. Maliyyə Nazirliyi tərəfindən yoxlama ilkin, yəni 39 dənə Forma 2 ilə aparılmışdır. 4 dənə Forma 2 olmuşdur. Ümumi smeta 8 milyon manata yaxındır. O, əvvəllər silah anbarlarının tikintisi ilə məşğul olmamışdır. O, əvvəllər təmir-tikinti işləri aparmışdır. Məsələn, Salamzadə küçəsində böyük bina kompleksi tikmişdir. Nimzamnamə kapitalını xatırlamır. Maliyyə işləri ilə mühasib məşğul olurmuş. Heç bir nağdlaşdırma aparılmamışdır. O, heç kimə nağdlaşdırma edib pul verməmiş, heç kim də ona pul verməmişdir. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi izahat və ifadələri elan olunmuş və izahat və ifadələrin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 124-125-ci vərəqələrində olan izahatında, 1-ci cild 160- 163, 8-ci cild 128-131 və 8-ci cild 208-210-cu vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «...Maliyyə və digər məsələlərə isə Təqsirləndirilən şəxs özü nəzarət etmişdir. Müdafiə Nazirliyi ilə olan müqavilə üzrə köçürülən vəsaitlərin bölgüsünə, mal-materialların alınmasına birbaşa Təqsirləndirilən şəxs və şirkətin mühasibatlığı nəzarət etmişdir. ...Şirkətə köçürülən pulların bir qismi müxtəlif "obnaliçka" şirkətlərinə köçürülüb nağdlaşdırılaraq geri qaytarılırmış və həmin pullar Təqsirləndirilən şəxs təqdim edilirmiş. Bu məsələlərlə Təqsirləndirilən şəxs tapşırığı ilə şirkətin baş mühasibi Emil Dadaşev məşğul olurdu. Onun bu şirkətlər barədə, habelə onlar tərəfindən hansı məbləğlərdə nağdlaşdırma əməliyyatlarının aparılmasından məlumatı olmamışdır. ...İş üzrə Forma2-lər şirkətin baş mühasibi Emil Dadaşev və prorabı Mehman Səfərov tərəfindən hazırlanırdı. O, həmin forma2-lərin hazırlanmasında formal olaraq iştirak edirdi. Sonra həmin forma2-lər Müdafiə Nazirliyinin Tikinti idarəsi ilə yoxlanılıb razılaşdırılırmış. Sonra şirkətin nümayəndələri kimi onunla Mehman Səfərov və Müdafiə Nazirliyinin Tikinti idarəsinin əməkdaşları forma2-lərə imza edirmişlər. ...Azərbaycan Milli Tarix Muzeyinin təmiri ilə bağlı layihə üzrə maliyyə məsələlərinə, müqavilənin bağlanmasına, tenderdə şirkətin qalib olmasına birbaşa Təqsirləndirilən şəxs rəhbərlik etmişdir. Bu layihə üzrə də şirkətə köçürülən pulların bir qismi müxtəlif "obnaliçka" şirkətlərinə köçürülüb nağdlaşdırılaraq geri qaytarılmış və həmin pullar da Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bu məsələlərlə də Təqsirləndirilən şəxs tapşırığı ilə şirkətin baş mühasibi Emil Dadaşev məşğul olmuşdur. Onun bu dəfə də şirkət tərəfindən hansı məbləğlərdə nağdlaşdırma əməliyyatlarının aparılmasından məlumatı olmamışdır. İş üzrə Forma2-lər şirkətin baş mühasibi Emil Dadaşev tərəfindən hazırlanmışdır. O isə həmin forma2-lərin hazırlanmasında formal olaraq iştirak etmişdir. Sonra həmin forma2-lər Əmlak Komitəsinin Tikinti şöbəsi ilə yoxlanılıb razılaşdırılmışdır. Əmlak Komitəsinin tikinti şöbəsindən onlara bildirilmişdir ki, qalan 2 milyon manatlıq işləri də həmin forma 2-lərə əlavə etmək lazımdır. Lakin müqavilə dəyəri 8 milyon manat olduğuna görə Təqsirləndirilən şəxs buna razı olmamış və qalan 2 milyon manatın da köçürülməli olduğunu bildirmişdir. Bu səbəbdən şirkətin nümayəndəsi kimi o və Əmlak Komitəsinin Tikinti şöbəsinin əməkdaşları tərtib olunan forma2-lərə imza etmişlər. Ümumilikdə həmin layihə üzrə şirkətə ƏDV daxil təxminən 6 milyon manat pul köçürülmüşdür. Şirkət həmin məbləğə layihəni 2019-cu ildə icra edib təhvil vermişdir… Bu işlərə Təqsirləndirilən şəxs və şirkətin mühasibatlığı nəzarət etmişdir. O, sırf tikinti işlərinə nəzarət etmişdir. ...Azərbaycan Bina Tikinti Kompaniyası MMC Azərbaycan Respublikası Müdafiə Nazirliyinin keçirdiyi qapalı tenderdə iştirak edərək 05 may 2011-ci il tarixdə tender komissiyasının yekun protokoluna əsasən ƏDV daxil 208.625.471 manat təkliflə qalib elan edilmişdir…Bu layihə üzrə şirkətin hesabına ümumilikdə ƏDV daxil 85.596.146 manat pul köçürülmüşdür. Müqavilə üzrə qalan məbləğ köçürülmədiyinə görə layihə üzrə icra edilməli olan digər işlər qarşılıqlı razılaşma əsasında dayandırılmışdır. Köçürülmüş məbləğə mütənasib olaraq müqavilə üzrə öhdəliklər təxminən 2017-ci ildə tam icra edilmiş, qəbul aktı Müdafiə Nazirliyi tərəfindən imzalanmışdır. Sözügedən müqavilə üzrə direktoru olduğu Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin "xxxx" ASC-də olmuş bank hesabına köçürülən vəsaitlərin bölgüsünə, eləcə də işlərin yerinə yetirilməsi zamanı mal-materialların alınmasına birbaşa Təqsirləndirilən şəxs və şirkətin mühasibatlığı nəzarət etmişdir. Şirkətə köçürülən pulların bir qismi baş mühasib Emil Dadaşev tərəfindən "xxxx" ASC-dən nağd qaydada götürülməklə Təqsirləndirilən şəxs təqdim edilirdi. Bu işlərə Təqsirləndirilən şəxs və şirkətin baş mühasibi Emil Dadaşev nəzarət etmişdir. İş üzrə Forma 2 sənədləri Təqsirləndirilən şəxsla razılaşdırmaqla şirkətin baş mühasibi Emil Dadaşov və iş icraçısı Mehman Səfərov tərəfindən hazırlanmışdır…» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, imzalar onun imzasıdır. O, eynəyi olmadığı üçün izahatı və protokolları oxumadan imza çəkmişdir. O, məhkəmədə verdiyi ifadəni təsdiq edir. Düzdür, Təqsirləndirilən şəxs maliyyə işlərinə nəzarət etmiş, amma birbaşa maliyyə işlərinə mühasib baxırmış… O, istintaq zamanı ifadəni təzyiq altında verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən direktor Şahid1 dəvəti ilə Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin iş icraçısı, yəni prorab olaraq Milli Tarix Muzeyində işləmişdir. O, əmək müqaviləsi və maddi məsuliyyət müqaviləsi olmadan Milli Tarix Muzeyində işləyirmiş. O, Təqsirləndirilən şəxs Şahid1 sayəsində tanımışdır. Şahid1 direktor imiş, Təqsirləndirilən şəxs isə şirkətin sahibi imiş. Fəhlə və ustaları o tapıb gətirirmiş. Fəhlə və ustalar da əmək müqaviləsi olmadan işləyirmişlər, lakin vergi pulunu Təqsirləndirilən şəxs vermişdir. O, Milli Tarix Muzeyində təmir işlərini fəhlələrə tapşırırmış. Fəhlələr günə 20 manatdan işləyirmişlər. Ustalar isə gördükləri işin kvadrat metrinə görə pul alırmışlar. O, fəhlə və ustalara ödədiyi pullarını ödəmək üçün hər ayın sonunda şirkətin mühasibi Şahid17 maliyyə hesabatını təqdim edirmiş və 3-4 gündən sonra mühasib Şahid17 pulları götürürmüş. Şahid17 mədaxil məxaric orderi olmadan maliyyə sənədi əsasında ofisdən ona pul verirmiş. Tarix Muzeyində smetada nəzərdə tutulan işləri artıqlaması ilə yerinə yetirmişlər. Çünki muzeyin direktoru Nailə xanım da onların işlərinə nəzarət edirmiş. O, smeta layihəsini oxuyaraq tanış olmuşdur. Smetanı tərtib edən şəxslərin adlarını bilmir. Smetada 8 milyonluq iş nəzərdə tutulsa da, 2 milyon manat vəsait verilməmişdir. Təqsirləndirilən şəxs 2 milyon vəsaiti öz cibindən xərcləmişdir. Belə ki, Milli Tarix Muzeyinin direktoru Nailə xanım onlara əlavə işlərin görülməsini tapşırmışdır. Kərəm Həsənov Milli Tarix Muzeyinə gələn zaman Təqsirləndirilən şəxs Kərəm Həsənova bildirmişdir ki, Nailə xanımın görülməyini istədiyi işlərə maddi baxımdan gücü çatmır. X60 Hüseynov və Təqsirləndirilən şəxs tapşırmışdır ki, Muzeyin direktoru Nailə xanımın istədiyi işləri görsün, maddi məsələləri isə özü qarşılayacaq. Ümumi 10 milyon manatlıq iş görülmüşdür. Verilməyən 2 milyon manat pulla və əlavə xərclənən 2 milyon manat pulla birlikdə cəmi 4 milyon manat əlavə pul xərcləmişlər. Maliyyə Nazirliyi tərəfindən tərtib edilən aktla razı deyil. Belə ki, onlar imza çəkmək istəmədikləri halda akta imza çəkmişlər. Maliyyə Nazirliyinin nümayəndəsi Taryel müəllim akta imza çəkmələrini demiş, onlar da akta imza çəkmişlər. O, akta imza çəkməzdən əvvəl rəhbərliklə məsləhətləşməmişdir. O, Taryel müəllimə tabe olan şəxs deyil. Həmçinin görülən işlərin şişirdilməsi ilə bağlı deyə bilər ki, tutaq ki, onlar 150 manata kafel aldığı halda Maliyyə Nazirliynin nümayəndəsi smetada kafelin qiymətini 20 manat dəyərində yazaraq, həmin dəyərdə kafel almadıqlarını bildirirmiş. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid16 bildirmişdir ki, elə günlər olurmuş ki, çox fəhlə işləyirmiş, elə günlər olurmuş az fəhlə işləyirmiş. Görülən işin həcminə uyğun olaraq ustalar işə cəlb olunurmuş. O, ayda bir dəfə maliyyə hesabatı yazırmış. Səhv etmirsə onunla əmək müqaviləsi bağlanmamışdır. O, qeyri-rəsmi işçi olaraq işləyirmiş. O, sənəd işlərindən xəbərsizdir. Materialları o qəbul edirmiş. Lakin materialların alınmasında və gətirilməsində onun heç bir rolu yox imiş və materialların müqavilə əsasında yaxud nağd alınmasında da heç bir məlumatı yox imiş. Rəssamlıq işində 160.000 manat əmək haqqı verilsə də, material pulu verilməmişdir. Rəssam Şahid24 kimin tapdığını bilmir. O, rəssam gördüyü işin necə dəyərləndirildiyini bilmir. O, rəssamın işinin dəyərini bilmir və düşünür ki, rəssam özü görülən işi dəyərləndirirmiş. Ona iş üzrə tapşırıqları direktor Şahid1 verirmiş. İşə girməzdən əvvəl Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs ona hər hansı vəsait və tapşırıq verməmişdir. Ümumi 10 milyon manatlıq iş görülmüşdür. Verilməyən 2 milyon manat pulla və əlavə xərclənən 2 milyon manat pulla birlikdə cəmi 4 (???) milyon manat əlavə pul xərcləmişlər. Şirkətin rəhbəri Kərəm Həsənov və Malik müəllim imiş. Kərəm Həsənov 3-4 dəfə Muzeyə gəlmişdir. Malik, Kərəm Həsənov və Şahbazov Muzeyə gəlirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin may ayının 22-dən Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində tikilməkdə olan obyektlər müdriyyəti MMC-nin aparıcı mühəndisi işləyir. 2018-ci ilin iyun ayının sonunda həmin cəmiyyətin direktoru Şahid18 göstərişi ilə Azərbaycan Milli Tarix Muzeyində aparılan təmir-bərpa işləri üzrə nəzarətçi təyin edilmişdir. O, Təqsirləndirilən şəxs tanıyır. Əvvəlcədən ona tapşırıq verilmişdir ki, muzeydə keyfiyyətli işlər aparılmalıdır və o da Muzeydə aparılan tikinti işlərini yoxlayırmış. O, aparıcı mühəndis və tikinti sahəsində 50 illik təcrübəsi olan bir şəxs kimi hər şeyi çox dəqiqliklə hesablayıb, ölçürmüş və hər bir işə dair dəqiq qeydlər yazırmış. O, görülmüş işləri yoxlayıb, tutuşdurduqdan sonra sənədlərə imza çəkirmiş. Muzeydə görüləcək işlər üçün 8 milyon manata yaxın vəsait ayrılmışdır. Təxminən smeta xərclərinin təxminən 2 milyon manatı təmir-tikintiyə, 6 milyon manatı isə avadanlıq alınması üçün nəzərdə tutulmuşdur. Azərbaycan Bina Tikinti Kompaniyası MMC muzeydə söküntü və təmir işlərinə başlayandan bir müddət sonra smetada nəzərdə tutulan müxtəlif avadanlıqların alınması zərurəti yaranmışdır. O, avadanlıqlar üçün ayrılan vəsaiti dəqiq bilmir, çünki o sırf tikinti işlərinə diqqətlə yanaşırmış. Nəzərdə tutulmuş avadanlıqların gətirilməsi, avadanlıqlara dair vəsait məsələlərinə Muzey işçiləri nəzarət edirmiş və akt tərtib edilmişdir. O, Forma2-ə imza çəkməzdən əvvəl muzey işçilərinə bildirmişdir ki, avadanlıqlarla bağlı hər şey onları qane edirsə o Forma 2-ə imza çəksin. O, avadanlıqlara dair tərtib olunan akta da baxıb Forma 2-ə imza çəkmişdir. Tikinti işlərinə prorab Şahid16 və direktor Şahid1 nəzarət edirmiş. Həmin məbləğdə ehtimal olunan smeta hazırlanmışdır. Həmin smeta hazırlanarkən şirkətin hər hansı formada iştirakı olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid19 bildirmişdir ki, o, materialların kim tərəfindən gətirildiyini bilmir, o sadəcə gətirilən materialları ölçürmüş və qeydlərini aparırmış. O, istintaq zamanı əlavə görülən işlərə dair 375.000 manat xərc çəkilməsi barədə ifadə verməmişdir. O, 3 dəfə Forma 2-ə imza çəkmiş, imzalar ona məxsusdur. Forma 2-ləri podratçılar tərtib edirmiş. O, sifarişçi deyil, o sifarişçinin işini yerinə yetirən imiş. O, sənədlərə yalnız işlər qaydasında olduğu halda imza çəkirmiş. O, heç kimə əlavə iş gördürməmiş, onun belə səlahiyyəti də olmamışdır. Bəlkə də əlavə işlər görülmüş, o, dəqiq xatırlamır. Əlavə görülən işlərə kimin vəsait ödədiyini bilmir. Çünki o əlavə işlər görüldüyünü dəqiq xatırlamır. Elan olunmuş cinayət işinin 1-ci cild 207-208-ci vərəqələrində olan şahidin dindirilmə protokoluna və protokoldakı imzaya əsasən Şahid19 bildirmişdir ki, imza onun imzasıdır. O, istintaqda verdiyi ifadəni təsdiq edir. Elan olunmuş cinayət işinin 8-ci cild 214-216-cı vərəqələrində olan şahidin dindirilmə protokolunda olan « şirkətin rəhbəri Təqsirləndirilən şəxs və direktoru Şahid1 bizə müraciət edərək işlər tam olaraq görülmədən avadanlıq alınması məqsədilə pul almaq üçün tərtib etdikləri Forma2 sənədlərinin imzalanmasını xahiş etdilər, gələcəkdə işlər tam görülən zaman sənədlərdə həm işlər, həm də qiymətlər baxımından müəyyən dəqiqləşdirmələr aparılaraq yeni Forma2 sənədləri tərtib ediləcəyini bildirdilər. Bizdə şirkət təxminən ƏDV daxil 6 milyon manat dəyərində müvafiq təhvil-təslim sənədləri tərtib etdi və bu sənədləri imzaladıq» hissəsinə əsasən Şahid19 bildirmişdir ki, çox vaxt keçdiyi üçün hazırda xatırlamır. O, dövrdə yazılıbsa təsdiq edir. İmza onun imzasıdır. O, istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. O, 2006-cı ildə əvvəllər tanıdığı Rəfail Əsgərovun rəhbərlik etdiyi RA Architect Ltd MMC-də çalışmağa başlamışdır. İlk dövrlərdə Rəfail müəllimin sürücüsü kimi işləməyə başlamış, sonradan icraçı vəzifəsində işə qəbul olunmuşdur. RA Architect Ltd MMC 2011-ci ildə X48 Əsgərovla tanış etdiyi Təqsirləndirilən şəxs rəhbərliyi ilə fəaliyyət göstərən Azərbaycan Bina Tikinti Kompaniyası MMC ilə danışıqlara başlamışdır. Danışıqlara görə Azərbaycan Bina Tikinti Kompaniyası MMC Müdafiə Nazirliyi ilə bağlanmış təxminən 85 milyon manat dəyərində olan müqaviləyə əsasən Nəvai qəsəbəsində tikinti kompleksinin layihələndirmə işlərinin RA Architect MMC-yə həvalə edilməsi razılaşdırılmışdır. O, şirkətdə sənədlərin hazırlanması və müvafiq ünvanlara çatdırılması işlərini həyata keçirirmiş. 2011-ci ildən 2014-cü ilədək Nəvai qəsəbəsində aparılan tikinti işlərinin layihələndirilməsi zamanı birbaşa layihələndirmədə iştirak etməsə də, layihələri, çertyojları və digər sənədləri tərtib edən Rəfail Əsgərov və Çingiz Şəfiyevlə bir yerdə çalışmışdır. RA Architect Ltd MMC və Azərbaycan Bina Tikinti Kompaniyası MMC arasında bağlanmış müqaviləyə əsasən 100.000 manat təşkil edirmiş. Müqavilə Şahid1, Emil Dadaşev, Təqsirləndirilən şəxs və Rəfail Əsgərov arasında bağlanmışdır. O, müqavilə bağlanarkən iştirak etməmişdir.100.000 manat pul nağd şəkildə 2011-ci ildən 2013-cü ilə kimi hissə-hissə olmaqla gah Şahid1, gah Emil Dadaşov tərəfindən, gah da ofisdən verilmişdir. Onun Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin layihələndirmə işləri üçün aldığı vəsaitin qalan hissəsinin haraya və ya necə istifadə olunması ilə bağlı məlumatı yoxdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid15 bildirmişdir ki, onun icraçı kimi işi ofis işləri, lazımi texnikanın alınması, komputerlərin düzəldilməsi, işçilərin davamiyyətinə nəzarət imiş. Layihə tapşırığına uyğun layihə Azərbaycan Bina Tikinti Kompaniyası MMC-ə təhvil verilmişdir. Onun layihə üzrə heç bir rolu yox imiş. O, yalnız ofisdə işlərə nəzarət edirmiş. 100.000 manat vəsait təsisçi direktor Rəfail Əsgərovun tapşırığı ilə ofisə gətirilib verilirmiş. O, RA Architect Ltd MMC-də bağlanana qədər işləmişdir. 100.000 manat vəsait işçilərə əmək haqqı olaraq verilmişdir. 2011-ci ilin oktyabr ayında müqavilə bağlanmışdır. Rəfail Əsgərovun şirkət rəhbəri kimi müqavilə bağlamaq səlahiyyəti var imiş. Rəfail Əsgərov hansı təşkilat və idarədən nə qədər vəsait götürdüyünü ona deyirmiş. Onun həmin vəsaitləri almaq səlahiyyəti yox imiş. Rəfail Əsgərov ona hesabat verməmişdir. Müqaviləni bağlayan və pulları qəbul edən Rəfail Əsgərov imiş. Təqsirləndirilən şəxs iştirakı ilə hansısa müqavilənin bağlanmasında bilavasitə iştirak etməmişdir. Şirkətin mühasibatlığını o yox, audit kompaniyası aparırmış. Hesablara nəzarəti müdiriyyət aparırmış. O, 2011-ci ildə RA Architect Ltd MMC-də icraçı direktor imiş. 3.041.105,44 manat vəsait ödənilməsi barədə heç bir məlumatı yoxdur. Elan olunmuş cinayət işinin 1-ci cild 124-125-ci vərəqələrində olan Şahid1 ifadəsinə əsasən Şahid15 bildirmişdir ki, Şahid1 yalan ifadə vermişdir. RA Architect Ltd MMC-ə ƏDV daxil 6.000.000 manat pul köçürülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, onunla yaxşı dostluq münasibəti olmuşdur. O, 2005-ci ildən RA Architect Ltd MMC şirkətində baş mühəndis vəzifəsində işləməyə başlamışdır. 2011-ci ildən işlədiyi şirkət Müdafiə Nazirliyinin Nəvai qəsəbəsində yerləşən kompleksin layihələndirilməsinə qoşulmuşdur. Müdafiə Nazirliyi tərəfindən təsdiq olunmuş layihə tapşırığına və tikinti normalarına uyğun olaraq onlar işləri görürmüş, ekspertiza baş idarəsinin rəyi alındıqdan sonra sənədləri sifarişçiyə təqdim etmişlər. Həmin sənədlər əsasında tikinti quraşdırma işləri aparılmış və tikinti zamanı həmin işlərin layihəyə uyğun aparılmasına nəzarət etmişlər. O, texniki işlə məşğul olduğundan Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən şirkətə nə qədər pul köçürülməsindən məlumatı olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid14 bildirmişdir ki, o, layihənin baş mühəndisi vəzifəsində işləmişdir. Tikinti quraşdırma işlərinin yerinə yetirilməsində onların briqada iştirak etmiş, lakin o nə qədər vəsait köçürülməsini bilmir. Sifarişçi Müdafiə Nazirliyi, işləri yerinə yetirən "xxxx" MMC imiş. Onlar şirkət olaraq Şahid1, Emil Dadaşovla və Müdafiə Nazirliyinin layihə Konsturktur şöbəsi ilə əlaqə saxlayırmışlar. Açıq olmayan bəzi sənədlərin istifadəsi ilə bağlı Müdafiə Nazirliyinin layihə Konsturktur şöbəsi ilə əlaqədə olmuşlar. O, şəxsən Təqsirləndirilən şəxsla bu işlərin görülməsində ünsiyyətdə olmuşdur. Onun 2 milyon manat köçürülməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, o, 1992-ci ildən Milli Azərbaycan Tarixi Muzeyində işləyir və hazırda həmin muzeyin Təchizat şöbəsinin müdiri işləyir. Milli Azərbaycan Tarixi Muzeyində təmir-bərpa və tikintiquraşdırma işlərinin aparılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tender keçirmiş və tenderin qalibi olan Azərbaycan Bina Tikinti Kompaniyası MMC ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında müqavilə bağlanmışdır. Müqavilə əsasında həmin şirkət Milli Azərbaycan Tarixi Muzeyində təmir-bərpa və tikinti-quraşdırma işlərini yerinə yetirməyə başlamışdır. Həmin layihənin dəyəri təxminən 6 milyon manata yaxın imiş. O, Təqsirləndirilən şəxs şirkətin müdiri kimi tanıyır. O, Təqsirləndirilən şəxs 2-3 dəfə görmüşdür. Təqsirləndirilən şəxs işçiləri və işlərə nəzarət edən şəxslərlə birbaşa ünisyyətdə olmuşdur. O, Forma 2 sənədlərinin tərtibində iştirak etməmiş, həmçinin o təhvil-təslim aktına imza çəkməmişdir. Onlar ancaq görülən işlərə nəzarət etmişlər. Sifarişçi onlar olmadığına görə və tenderdə də iştirak etmədiklərinə görə onlar sadəcə işlərə nəzarət etmişlər. Onlar sifarişçi olan şirkətin adını da xatırlamır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid22 bildirmişdir ki, 2018-2019 ci ilərdə bərpa işləri getmiş, 2019-cu illərin sonunda bərpa işləri dayanmışdır. Sifarişçi onlar olmadığından forma 2-lərin verilməsində iştirak etməmişdir. Təmir işlərinə nəzarət edən yoldaşları xatıramır .Təqsirləndirilən şəxs o şirkət müdiri kimi tanımışdır. Təqsirləndirilən şəxs müdiri kimi tanıdığı şirkət təmir işlərini aparırmış. Freskaları bir neçə dəfə yağlı boya ilə işləmişlər. Əvvəlcə işlədiləndə bəziləri qopmağa başlamış, çünki , rənglərin fərqləri var imiş .Ona görə də o bilirmiş ki, onu 2-3 dəfə təzdən işləmişlər. O, Təqsirləndirilən şəxs 2-3 dəfə görmüşdür. Forma 2-dən məlumatı yoxdur. Əmlak komitəsindən bir neçə nəfər işlərə nəzarət etmək üçün gəlirmiş. Təqsirləndirilən şəxs şirkət müdiri olduğunu işçilər arasında gedən söhbətdə eşitmişdir. Təqsirləndirilən şəxs tikintiyə gələndə öz işçiləri ilə təmasda olurmuş. O, forma 2 aktına və təhvil-təslim aktına imza çəkməmişdir. O, alınmış mallarda təhvil təslim aktına imza atmışdır. 1-ci mərtəbədə rəngləmə işləri tam başa çatmamış və bəzi işlər yarımçıq qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, o, Üzeyr Həsənovu tanıyır. Belə ki, o 2018-ci ildə Təqsirləndirilən şəxs Piramida şirkətində Aslan adlı şəxsin yanında sürücü işləyirmiş. Lakin sonra o Təqsirləndirilən şəxs yaxınlaşaraq ona başqa iş verməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs başqa hansı işi görə bildiyini soruşduqda o ona santexnik işini bacardığını demişdir. O, Üzeyr Həsənovun köməkliyi ilə Azərbaycan Tarix Muzeyində santexnik vəzifəsində işləməyə başlamışdır. Onun briqadası var imiş və o bankdan 5000-10000 manat alıb işçilərə maaş verirmiş. Şirkət ona tikinti materialları almağına görə pul ayırırmış. O, “EurouHome”, ”Vasmoy” bazarından alırmış və ya tikinti materiallarını sifariş verirmiş. O, “Azərbaycan Beynəlxalq Bank”-da vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Ümumilikdə onun hesabına santexnik işlərinə görə 51.300 manat pul köçürülmüşdür. Onun görülən işdən qazancı ümumilikdə 3800-4000 manata yaxın pul olmudur. O, tək işləmirmiş və onun şəriki də var imiş, şərikinin adı səhv etmirsə Murad imiş. Onlara tapşırılan bütün işləri yerinə yetirmişlər və fəaliyyətlərinə heç bir irad bildirilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid20 bildirmişdir ki, təmir işinə çox işçi cəlb olunmuşdur. Bankdan aldığı pulun onun hesabına kim tərəfindən köçürülməyini xatıramır. Ümumilikdə onun hesabına santexnik işlərinə görə 51.300 manat pul köçürülmüşdür. O, iş görərkən Malik, Təqsirləndirilən şəxs və Kərim müəllimin nəzarət etmək üçün Muzeyə gəldiklərini görürmüş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 2017-ci ilin mart ayında Müdafiə Nazirliyinin Salyan rayon Ələt qəsəbəsində Mənzilistismar hissəsinin rəisi vəzifəsinə təyin olunmuş, 2018-ci ildən isə Müdafiə Nazirliyinin Maddi-Texniki təminat baş idarəsinin tabeliyində olan N saylı hərbi hissənin komandiri vəzifəsində polkovnik hərbi rütbəsində xidmətini davam etdirmişdir. Nəvai qəsəbəsində N №-li hərbi hissə tikilirmiş. Ərazi Salyan rayon mənzil istismar hissəsinə aid olduğu üçün onun tikintidən məlumatı var imiş. Lakin o Təqsirləndirilən şəxs tanımır, onu görməmişdir. O, forma 2 aktına yox, mövcud vəziyyətlə bağlı akta imza çəkmişdir. Belə ki, o işin qəbulunda ərazi mühəndislərini həmin əraziyə göndərmişdir. Ərazi mühəndisləri mövcud vəziyyətlə bağlı akt yazmışlar və o da ərazi mühəndislərinin yazdığı aktı imzalamışdır. Ümumi vəziyyət isə bu imiş ki, hələ tikinti başa çatmamışdır. Şahid10 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 8-ci cild 221-223-cü vərəqələrində olan ifadəsində Şahid10 aşağıdakıları göstərmişdir: «...Xatırladığı qədərilə işlərə Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən 100 nəfərə yaxın işçi cəlb olunmuşdur. İşlər davam edən zaman Təqsirləndirilən şəxs şirkətin rəhbəri kimi işlərə ümumi nəzarəti həyata keçirirmiş. İşlərin texniki tərəfinə nəzarət isə direktor Şahid1 tərəfindən aparılmaqda imiş. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid10 bildirmişdir ki, imza onun imzasıdır. Onun "xxxx" MMC barədə əvvəlcədən məlumatı yox imiş və neçə işçi işlədiyini belə bilmirmiş. O, özü Nəvai qəsəbəsində aparılan tikinti yerinə getmirmiş, o, mühəndislərini oraya göndərirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. O, Azərbaycan Bina-Tikinti Kompaniyası MMC-nin 2018-ci ilin avqust ayından 2019-cu ilin fevral ayınadək olan dövr ərzində ünvan 6 ünvanında yerləşən Azərbaycan Milli Tarix Muzeyində daxili interyerin bədii dekorunun bərpa işlərinin həyata keçirilməsində iştirak etmişdir. O, əmək müqaviləsi olmadan Təqsirləndirilən şəxsla aralarında olan şifahi razılıq əsasında işləyirmiş. Təqsirləndirilən şəxs ona 2 il üçün ümumi olaraq 160.000 manat pul ödəmişdir. Bərpa işi kvadrat metrlə yox, destimetr kvadrat metrlə hesablanır. Onlar boyanı təchizata sifariş verirmiş, onlar da gətirirmiş. Onlar təxminən 700 kilo boyadan istifadə etmişlər. O, forma 2 aktına və digər sənədlərə imza çəkməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid24 bildirmişdir ki, o, tək işləmirmiş, onlar 7 və 10 nəfər olaraq işləyirmişlər. Onlar 2 ilə yaxın işləri hissə-hissə görmüş, çünki Muzey fəaliyyətdə imiş və işləri birdəfəlik görmək imkanları yox imiş. Onlara pulları şirkət göndərirmiş. Dekorun bərpası zamanı müəyyən hissələrdə qızıldan istifadə edirmişlər. İtaliya qızılından da istifadə etmişlər. Təxminən görülən işin dəyərini dəqiq deyə bilməz. Təxminən onlar 700 kilo boyadan istifadə etmişlər. Onlar boyanı təchizata sifariş verirmiş, onlar da gətirirmiş. Boyanın 1 kilosu 10-15 manatdır. ƏDV-ni şirkət özü ödəyəcəkmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, hazırda təqaüdə çıxmış, lakin 2013-cü ildə o Müdafiə Nazirliyinin Maddi-Texniki təminat Baş idarəsinin tərkibində Mənzil İstismar şöbəsinin rəisi vəzifəsində işləmişdir. O, Təqsirləndirilən şəxs tanımır. O, işə təyin olunan zaman Nəvai qəsəbəsində hərbi anbarlar kompleksi tikilməkdə imiş. Azərbaycan Bina Tikinti Kompaniyası MMC ilə Müdafiə Nazirliyinin Əsaslı tikinti şöbəsi arasında Hacıqabul rayonu, Nəvai qəsəbəsində "Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi və mebel avadanlıqlarının quraşdırılması” üzrə tikinti işlərinin aparılması ilə bağlı müqavilə imzalanmışdır. Müdafiə Nazirliyi Nəvai qəsəbəsində aparılan tikinti işinin sifarişçisi olduğundan o Nəvai qəsəbəsində aparılan tikinti yerində 2 ayda bir dəfə iştirak edirmiş. Çünki Nazir müavini ona işin gedişatının gedib-getməməsinə baxmağı tapşırmış, başqa vəzifəsi yox imiş. Onun vəzifəsi nazir müavininin tapşırığı əsasında işlərin gedişatını izləyərək işin aparılıb-aparılmadığını, işin vaxtında təhvil verilib-verilməyəcəyini müəyyən etmək və nöqsanları bildirmək imiş. O, Nəvai qəsəbəsində aparılan tikinti yerinə işlərin gedişatına baxmaq üçün gedəndə artıq Mənzil İstismar şöbəsinin rəisi işləyirmiş. Obyekt tikilib qurtarandan sonra o obyekti qəbul etməli imiş. Yəni tikinti işlərinə Tikinti Şöbəsində olan mühəndislər nəzarət edir, maliyyə işinə isə Maliyyə Şöbəsi nəzarət edirmiş. Lakin onun fəaliyyəti dövründə tikinti başa çatmamış və qəbul prosesi başlanmamışdır. O, fəaliyyət göstərdiyi müddətdə tikinti şöbəsi onların idarədən ayrı imiş. Onun işin icrası və maliyyələşməsi, işin qəbulunda heç bir rolu olmamışdır. Tikinti işlərini Tikinti Şöbəsi aparırmış, nəzarət edən, qəbul edən də məhz Tikinti Şöbəsi imiş. İş bitdikdən sonra Mənzil İstismar şöbəsi işin layihəyə, smetaya uyqunluğunu yoxlayıb binaları Mənzil İstismara qəbul edəcəkmiş. Lakin qəbul prosesindən qabaq 2015-ci ilin sonları o pensiyaya çıxmış və bundan sonra işin qəbulu prosesi başlanılmışdır. 2013-cü ilin noyabr ayından Mənzil İstismar şöbəsində baş mühəndis vəzifəsində işləyirmiş. Mənzil İstismar şöbəsində rəis Fuad müəllim imiş. Tikinti şöbəsi əvvəllər Mənzil İstismar şöbəsinin tərkibində imiş, lakin 2013-cü ildən Tikinti şöbəsi əvvəllər Mənzil İstismar şöbəsinin tərkibindən ayrılmış və ayrıca şöbə olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Qəhrəman Ağayev bildirmişdir ki, tikinti işini prorab Hüseyn Nurməhəmmədov aparırmış. O, Hüseyn Nurməhəmmədovun hansı şirkətin prorabı olduğunu bilmir. O, müşahidə aparanda Nəvai qəsəbəsində aparılan tikinti yerində o qədər də çox işçi çalışmırmış. O, təhvil-təslim işlərində iştirak etməmişdir. O, Forma 2 aktlarının tərtibində iştirak etməmişdir. O, heç bir sənədə imza çəkməmişdir. Onun vəzifəsi nazir müavininin tapşırığı əsasında işlərin gedişatını izləyərək işin aparılıb-aparılmadığını, işin vaxtında təhvil verilib-verilməyəcəyini müəyyən etmək və nöqsanları bildirmək imiş. O, Təqsirləndirilən şəxs yalnız məhkəmədə görmüş, əvvəllər onu görməmişdir. O, şirkətin heç bir rəhbərini tanımır. O, Təqsirləndirilən şəxs Nəvai qəsəbəsində aparılan tikinti yerində görməmişdir. Şahid Qəhrəman Ağayevin istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Qəhrəman Ağayevin ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 8-ci cild 227-229-cu vərəqələrində olan ifadəsində X18 aşağıdakıları göstərmişdir: «...Xatırladığı qədərilə işlərə Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən 100 nəfərə yaxın işçi cəlb olunmuşdu. ...O, bir neçə dəfə Nəvai qəsəbəsində aparılan işlərə baxmaq üçün tikinti aparılan əraziyə baş çəkmişdir. Həmin zaman əsgər yataqxanasında olan bəzi çatışmazlıqlarla əlaqədar iş icraçılarına şifahi tapşırıq vermişdir. Orada Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən iş icraçısı kimi çalışan Hüseyn Nurməhəmmədovu görmüşdür. Təqsirləndirilən şəxs isə şirkətin rəhbəri kimi işlərin icrasına ümumi nəzarəti həyata keçirirdi. …» Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Qəhrman Ağayev bildirmişdir ki, imza onun imzasıdır. Lakin o Dövlət Təhlükəsizliyi Xidmətində verdiyi ifadəni tam təsdiq etmir. O, 1 dəfə ifadə vermiş və ifadə çap edilib ona veriləndə o ifadənin dəyişdirilməsini istəmiş, çünki ifadədə “işlərin davam edən zaman Təqsirləndirilən şəxs rəhbər kimi işlərə nəzarət keçirməsi mənə məlum idi” və s. kimi cümlələr var imiş və onun şirkətlə əlaqəsi yox imiş. O, həmin hissələrin ifadədən çıxarılmasını istəmiş və ikinci düzəlişdən sonra sənədi oxumadan imzalamışdır. Lakin cümlələr ifadədən çıxarılmamışdır. O, məhkəmədə verdiyi ifadəni təsdiq edir. O, Təqsirləndirilən şəxs şirkətin rəhbəri olduğunu Hüseyn Nurməhəmmədovdan eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2010-2013-cü illərdə Müdafiə Nazirliyinin Maddi-Texniki təminat Baş idarəsinin tərkibində Mənzil İstismar İdarəsinin rəisi vəzifəsini icra etmişdir. Nəvai qəsəbəsində Hərbi Şəhərciyin tikilməsi planlaşdırılmışdır. Hərbi şəhərciyin salınma məsələsi məxfi olduğu üçün Nazirlər Kabineti adını dəqiq xatırlamadığı, səhv etmirsə adı “Azinko” olan şirkətlə müqavilə bağlanması barədə sərəncam vermişdir. O, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Hacıqabul rayonu, Nəvai qəsəbəsində “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi və mebel avadanlıqlarının quraşdırılması” üzrə tikinti işlərinin aparılması ilə bağlı müqavilə bağlanması, layihə işləri ilə əlaqədar idarəyə gedib-gəlirmiş. Müqavilə bağlanan zaman Müdafiə Nazirliyinin nümayəndəsi kimi müqaviləyə o imza çəkmişdir. Müqavilə üzrə ikinci tərəfin adını xatırlamır. Müqavilə bağlanan zaman Təqsirləndirilən şəxs yanında başqa bir nəfərlə gəlmiş və müqaviləyə Təqsirləndirilən şəxs yox, Təqsirləndirilən şəxs yanında gələn və Təqsirləndirilən şəxs onlara şirkətin sahibi, işçisi kimi tanıtdığı Şahid1 imza çəkmişdir. O, müqavilənin dəyərini, müqavilə şərtlərini və verilmiş avans məbləğini xatırlamır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, uzun müddət keçdiyindən o müqavilə dəyərini xatırlamır. Tapşırığı Nazir müavini vermişdir. Onlar sənədləri, yəni smeta sənədlərini qiymət qoymaya göndərmiş və qiymətqoymadan da qiymət verilmişdir. Müqavilə şərtləri yadında deyil. Müqavilə bağlanması üçün əsasən Təqsirləndirilən şəxs idarəyə gedib gəlirmiş. Müqavilə bağlanan gün Təqsirləndirilən şəxs özü ilə şirkətin dirketoru Şahid1 gətirmişdir. Müqavilə bağlandıqdan sonra iş başlamışdır. Onların idarənin inspektorları isə aparılan işə nəzarət edirmiş. Çünki işin gedişatına uyğun əlavə pul köçürülməli imiş. Onlar Forma 2-ləri yoxlayıb, Forma 2 sənədi əsasında avans tutub qalan hissəni ödəməli imiş. Lakin onun fəaliyyəti dövründə Forma 2 verilməmişdir. İşin başa çatmalı olduğu tarix yadında deyil. Amma yadındadır ki, müddət uzadılmış, çünki həm onlar vəsait tapa bilməmiş, həm də axtarılan qəlib uzun müddət çatdırılmamışdır. Müqaviləyə Təqsirləndirilən şəxs imza çəkməmiş, Təqsirləndirilən şəxs onlara şirkətin sahibi, işçisi kimi tanıtdığı şəxs müqaviləyə imza çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. O, N saylı hərbi hissədə hərbi hissə komandirinin MTK üzrə müavini vəzifəsində işləyir. Tikilməkdə olan Nəvai qəsəbəsində “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi və mebel avadanlıqlarının quraşdırılması” layihəsi "Azərbaycan Bina Tikinti Kompaniyası” MMC tərəfindən icra olunurmuş. Nəvai qəsəbəsində həyata keçirilən tikinti işlərinə Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsi rəhbərlik və ümumi nəzarət edirmiş. Nəvai qəsəbəsində həyata keçirilən tikinti işində müəyyən çatışmazlıq var imiş. Belə ki, komissiya tərəfindən yekun akt tərtib olunaraq həmin çatışmazlıqlar müəyyən edilmiş və o da həmin sənədlərə imza çəkmişdir. Aktda göstərilən çatışmazlıqlaın dəyəri yadında deyil. O, həmin çatışmazlıqları təsdiq edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid7 bildirmişdir ki, o, tərxis olunduğundan çatışmazlıqları aradan qaldırılıb-qaldırılmadığını bilmir. O, tərxis olunana kimi tikinti işlərinin davam edib-etmədiyini xatırlamır. O, tikinti işinin bitib-bitmədiyini bilmir. O, 2019-cu ildə tərxis olunmuşdur. Komissiyanın yekun aktı təxminən 2017-ci ildə tərtib olunmuşdur. Onun işin necə aparılmasından, hansı işlərin görülməli olunmasından məlumatı olmamışdır. O, aşkar olunan çatışmazlıqlara dair akta imza çəkmişdir. Çatışmazlığı rəhbərliyə bildirmək onun səlahiyyəti deyilmiş. O, şirkətin rəhbərinin kim olduğunu, tikintiyə kimin nəzarət etdiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid23 Məmmədli qızı ifadəsində göstərmişdir ki, o, Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs tanıyır. Milli Azərbaycan Tarixi Muzeyinin 2020-ci il tarixdə 100 illik yubileyi olacaqmış və o 2018-ci ildə Azərbaycan Milli Tarix Muzeyinin cari təmiri ilə əlaqədar pul vəsaitinin ayrılması üçün cənab prezidentə müraciət etmişdir. Onun müraciətində muzeydə görülməsini istədikləri işlər, məsələn Muzeyə bəzi avadanlıqların alınması,müəyyən təmir işlərinin görülməsi, işiqlandırma və s. kimi xahişləri var imiş. Cənab prezidentin göstərişi ilə həmin vaxt mövcud olan qurum Əmlak Nazirliyinə tapşırıq verilmiş və Əmlak Nazirliyinin vasitəsilə bütün işlər görülmüşdür. Səhv etmirsə sifarişçi Əmlak Nazirliyi imiş. O, əvvəllər "xxxx" MMC-ni tanımırmış, şirkətin adını belə bilmirmiş. Yəni Muzeyin təmiri üçün şirkətin tapılmasını Əmlak Nazirliyi həyata keçirmişdir. Milli Azərbaycan Tarixi Muzeyində təmir işlərinin aparılmasını onlar xahiş etmiş amma sifarişçi Milli Azərbaycan Tarixi Muzeyi deyildir. Təmir-Tikinti işlərini Əmlak Nazirliyinin sifariş verdiyi Müəssisə etmişdir. O, Təqsirləndirilən şəxs Milli Azərbaycan Tarixi Muzeyində 2-3 dəfə görmüşdür. Onlar Muzey olaraq sadəcə aparılan işlərə nəzarət etmiş, buna görə də onun müqavilə, hansı məbləğdə işlər görüldüyü və digər məsələlər barəsində ətraflı məlumatı yoxdur. Həmçinin o yalnız ən sonda 1 sənədə imza çəkmişdir. Həmin sənəddə isə qiymət yox imiş, əşyaların sayları qeyd olunmuşdur. Məsələn, gətirilən stolların, vitrinlərin, stulların sayı və s. O, bu sənəddən başqa heç bir sənədə imza çəkməmişdir. O, onun əvvəlcədən verdiyi siyahı ilə sonda ona təqdim olunan sənədi yoxlamışdır. Ümumi işlər üzrə direktor müavini də sənədləri yoxlamışdır. Lakin qiymət barədə heç bir məlumat görməmişlər. Ümumiyyətlə, muzeydə təmir işlərinin aparılması olduqca çətin bir işdir, gərək ki vaxtında bu çətin vəzifəni ev təmiri işlərini edən bir şirkətə yox, başqa bir şirkətə etibar edərmişlər. O, Milli Azərbaycan Tarixi Muzeyində Təqsirləndirilən şəxs görmüş, həmçinin işçilər, Ramiz müəllimi də görürmüş. Əmlak Nazirliyindən qoca yaşda olan 1 kişi də bütün gün oturub nəzarət edirmiş. Ancaq onun vəzifəsi yalnız tələb etdiklərinin edilib-edilməməsinə baxmaq imiş. Amma tələb etdiklərini edən zaman hansı formada, keyfiyyətdə, qiymətdə etdiklərini bilmirmiş. Vitrinləri onlar sifariş vermişlər. Hətta onlara həmin adamlar təklif etmişlər ki, Muzeyə komputer, şkaf, masa lazımdır və onlar hətta həmin əşyaların da gətirilməsini qeyd etmişlər. Amma smetaya həmin təkliflərin qeyd olunub-olunmamasını bilmir. Muzeyin komputerlərinin nasaz olması zamanı düzəldilməsi ilə bağlı heç bir şirkətlə müqavilələri olmamışdır. Onlar komputerlər gətirmişlər lakin heç bir komputer fərli, yaxşı çıxmamışdır. Əmlak Məsələləri Dövlət Komitəsindən həmişə müavin, səhv etmirsə Rüstəm adlı şəxs nəzarət üçün gəlirmiş. Onun ilkin müraciətində bütün istədiklərini bildirmiş, bütünlükdə görülən işlərin hamısının adı müraciətində yazılmış, həmin müraciətindən sonra yeni hallar, təkliflər çıxmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid23 bildirmişdir ki, təmirtikinti aparılan zaman əlavə işlər görməyə ixtiyarları yox imiş. Onun görüləcək təmirtikinti işlərinin dəyərinin artırılmasından xəbəri yoxdur. O, Dövlət Təhlükəsizlik Xidmətinə getməmiş, müsəntiq onun kabinetində ondan ifadə almışdır. O, smetada nələr yazıldığını bilmir. Sadəcə olaraq onların siqnalizasiya, bəzi avadanlıqların alınması, müəyyən təmir işlərinin görülməsi, işıqlandırma və s. kimi xahişləri var imiş. Həmin xahişlər cənab Prezidentə yazılan məktubda da qeyd olunmuşdur və həmin təkliflər sadalanarkən və sair də yazılmışdır. Bunlar onların təklifləri imiş, amma həmin təkliflərin smetaya yazılıbyazılmamasını bilmir. Təmir zamanı bir xanım yaxınlaşmış və onların təklifklərini soruşmuşdur. O, lazımlı əşyaların adlarını həmin xanıma bildirmişdir. O, təmir zamanı hansısa işlərin görülməsini təklif etməyini xatırlamır. Çox vaxt Ramiz adlı şəxs onlarla danışmağa gəlirmiş. İşlər yarımçıq görülmüşdür. Çünki pul məsələsi həll olunmalı imiş. Məsələn, siqnalizasiya işində yarımçıqlıq var imiş. Şirkət işçiləri müəyyən işlər görürmüş. Ona smetada olacaq hansı işlərin görülməsi barədə siyahı verilməmişdir. O, bilmirmiş axı işıqla bağlı təmir işi smetada var ya yox. İşıqla bağlı edilən işlər onların istədiyi kimi daha müasir formada olmasa da, yenə də edilmiş, quraşdırılmışdır. Z.Tağıyevin zamanında Şərq Zalında 14 kilodan artıq qızıl işlədilmişdir. Həmin təmirdə qopan hissələri isə həmin şirkət təmir etməli imiş. Ustalar 2 dəfə Milli Azərbaycan Tarixi Muzeyinə gəlmişlər. Çünki 1-ci dəfə yaxşı düzəldə bilməmişlər, 2-ci dəfə uzun müddətə həmin divarı işləmişlər. Vitrinlərin işıqlandırılması əsas, mütləq işlərdən biri imiş və xüsusi quraşdırılmalı imiş. Belə ki, həmin işıqlar düz istiqamətdə yox, ətrafa doğru yönələrək vitrini işıqlandırmalı imiş. Həmin iş görülmüş, lakin o həmin işıqlandırma işinin smetada yazılıb-yazılmadığını bilmir. İşıqlar quraşdırılmış, sinqalizasiya da pis-yaxşı olsa da, quraşdırılmış, həmçinin vitrinlər var, qazanxana təmir edilmişdir. İşıqlar quraşdırılmış amma o işıqla bağlı işlərin qiymətini bilmir. O, Muzeyin rəhbəri kimi çox işin edilməsini deyə bilər, amma Təqsirləndirilən şəxs mütləq ya ona deməli imiş ki, smetada bu işlər yazılmamış, yaxud Təqsirləndirilən şəxs sifarişçi təşkilata deməli imiş ki, Muzey rəhbərliyinin istədiyi işlərə görə vəsait lazımdır. O, imza çəkdiyi aktda qiymət yazılmamış, buna görə Təqsirləndirilən şəxs işığa, şkafa və digər əşyalara verdiyi qiyməti bilmir. O, Təqsirləndirilən şəxs öz cibindən 2 milyon manat pul vəsaiti xərcləməyini bilmir. Təqsirləndirilən şəxs çox o adətən Rüstəm bəylə təmasda olurmuş. Şahid23 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında ziddiyyətlər olduğundan Şahid23 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 8-ci cild 244-245-ci vərəqələrində olan ifadəsində Şahid23 Məmmədli qızı aşağıdakıları göstərmişdir: «... Bildiyi qədərilə həmin layihənin dəyəri təxminən 6 milyon manata yaxın olmuşdur. Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin sahibi Təqsirləndirilən şəxs özü Milli Azərbaycan Tarixi Muzeyinə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm müəllimlə birlikdə gələrək işlərə baxırdı. O, əvvəllər Təqsirləndirilən şəxs şəxsən tanımırdı. Sonradan işlərdə gedən yubanma və çatışmazlıqlarla əlaqədar Təqsirləndirilən şəxs zəng edərək danışmışdır. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid23 bildirmişdir ki, imza onun imzasıdır. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid17 ifadəsindən görünür ki, 2013-2019-cu illərdə Azərbaycan Bina Tikinti Kompaniyası MMC-də kadr məsələləri üzrə mütəxəssis işləmiş, şirkətin təsisçisi Cavid Hüseynov, direktoru formal olaraq Şahid1 olsa da, şirkətin faktiki rəhbəri və sahibi kimi Təqsirləndirilən şəxs tanımışdır. Şirkətin baş mühasibi Emil Dadaşev olmuşdur. Şirkət Müdafiə Nazirliyində və Milli Tarix Muzeyində dövlət layihələri icra etmişdir. Layihələr zamanı görülən işlərdən ətraflı məlumatı olmamışdır. Şirkətdə fəaliyyət göstərdiyi müddətdə malların alınması və xidmətlərin göstərilməsi ilə bağlı olan ödəniş sənədləri və qaimələr əsasında Təqsirləndirilən şəxs tapşırığına əsasən şirkətin prorabı olan Şahid16, Şahid2 və Təqsirləndirilən şəxs təlimatına əsasən işlər görən digər şəxslərə pul vəsaitləri verirmiş. Həmin pul vəsaitləri ona Təqsirləndirilən şəxs və qohumu Əli Allahverdiyev tərəfindən nağd formada çatdırılırmış. Pullar müvafiq sənədlərə imza edilməklə götürülürmüş. Verilən pulların məbləğinə, qaimələrdə göstərilən mallara və digər bütün işlərə Təqsirləndirilən şəxs özü nəzarət edirmiş. Layihələrin icrası zamanı işçilərə və fəhlələrə məvacib və digər pul vəsaitləri nağd formada verilirmiş. Milli Tarix Muzeyində görülən işlərlə bağlı işçilərə və fəhlələrə məvacibi Şahid16 təqdim edirmiş. Şahid16 ona görülmüş işlərlə, eləcə də ustaların və fəhlələrin əmək haqları ilə bağlı hesabatları əlyazma ilə kağız parçasında verirmiş, o da həmin yazıları komputerdə «Excell» proqramına daxil edərək qeydiyyatını aparmışdır. Sonra bu barədə Təqsirləndirilən şəxs mütəmadi hesabat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin oktyabr ayından 2019-cu ilin may ayına kimi ləğv edilmiş "xxxx" ASC-nin Yasamal Filialında müdir müavini vəzifəsində işləmişdir. O, müxtəlif şirkətlərin bank hesablarının açılması və maliyyə əməliyyatları ilə əlaqədar həmin şirkətlərin nümayəndələri və müxtəlif vasitəçilərlə əlaqədə imiş. Beləliklə o Azərbaycan Bina Tikinti Kompaniyası MMC-ni həmin şirkəti baş mühasibi olan Emil Dadaşev vasitəsilə tanımışdır. Emil Dadaşev ona müraciət edərək Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin əmtəəsiz maliyyə əməliyyatı həyata keçirmək istədiyini demişdir. Azərbaycan Bina Tikinti Kompaniyası MMC və "xxxx" MMC arasında formal olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Bina Tikinti Kompaniyası MMC "xxxx" MMC-yə “videomüşahidə kamera sisteminin alınması və qurulması adı altında” pul vəsaiti köçürmüşdür. 400.000 manat pul Emil Dadaşova verilmişdir. ƏDV məbləğinin təxminən 30 faizi əlbəəl nağd formada Emil Dadaşova qaytarılmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid21 bildirmişdir ki, onlarda "xxxx" MMC adlı şirkət hesab açmışdır. 400.000 pul Emil Dadaşovə çatmışdır. Video quraşdırmanı icra etməmişdir. O, sadəcə Emil Dadaşovu tanıyır. "xxxx" MMC onların banklarına müraciət edib hesablar açırmışlar. "xxxx" MMC şirkətinin direktoru bank əməkdaşı deyilmiş, başqa şəxs imiş. Onlar pulun yeyinti olduğunu öncədən bilmirmişlər. Məhkəmənin sonrakı iclaslarında proses iştirakçılarının suallarını cavablandıraraq Şahid21 bildirmişdir ki, "xxxx" MMC şirkəti o idarə etmişdir. "xxxx" MMC ilə müqavilə bağlanmışdır. "xxxx" MMC xidməti tikinti işləri imiş. Bağlanmış müqavilə əsasında muzeydə işlər görülməmiş, onların şirkəti həmin işləri görməmişdir. Sonradan bu işləri kim görüb o bilmir. Onlar təhvil-təslim aktı vermişlər. O, bankda işləyir. Onlara vəsait köçürülməsi ilə bağlı hesab açmaq üçün müraciətlər olurmuş. Video-kameralar quraşdırılmamışdır. "xxxx" MMC 2018-2019-cu illərdə “Azərbaycan Milli Tarix” Muzeyində həyata keçirilən yenidənqurma təmir işləri ilə əlaqədar videomüşahidə kamera sisteminin alınması və qurulması adı altında o 10 oktyabr 2018-ci il tarixdə 200.000 manat, 19 oktyabr 2018-ci il tarixdə 136.000 manat, 24 oktyabr 2018-ci il tarixdə 160.000 manat olmaqla cəmi 496.000 manat pul vəsaitlərini hissə-hissə olmaqla götürüb Emin Dadaşova təqdim etmişdir. Əmtəəsiz əməliyyat nəticəsində 496.000 manat pul heç bir iş görülmədən, Milli Tarix Muzeyinə heç bir video-kamera quraşdırılmadan yenidən Emil Dadaşova qaytarılmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də 2010-cu ildən bəri işləməyə başlamış və 2017-ci ilə kimi işləmişdir. O, "xxxx" MMC-də baş mühasib vəzifəsində işləmişdir. Onun vəzifəsi hesabatların aparılması, bank işləri, köçürmələrin aparılması kimi işlər imiş. Səhv etmirsə, Nəvai qəsəbəsində aparırlan tikinti işləriylə bağlı 80.000 manat pul vəsaiti ayırılmış, müqavilə 200.000 manat civarında bağlanmışdır. Əməliyyatlar, məsələn, materialların alınması nağd şəkildə deyil, pul vəsaitinin köçürülməsi yolu ilə aparılırmış. Onun Nəvai qəsəbəsində aparılan tikinti işlərinin yoxlanılmasından, Forma 2 aktlarından məlumatı yoxdur. Səhv etmirsə, 2015-ci ildən sonra Nəvai qəsəbəsində tikinti işləri aparılmırmış. Ona imza ilə bağlı ittiham irəli sürülmüşdür. Onun işi sənədlərlə, köçürmələrlə bağlı imiş. Belə ki, şirkətdən hesab faktura daxil olurmuş və pul bankdan ödənilirmiş. Onun işlədiyi müddətdə o bütün hallarda nağd qaydada yox, köçürmə yolu ilə əməliyyatlar etmişdir. Lakin hansısa bir material, əşyanının nağd qaydada alınıb-alınmamasından xəbəri yoxdur. Milli Tarix Muzeyində təmir-tikinti işləri aparılan zaman o Azərbaycanda olmamış, şirkətdə mühasib işləməmişdir. O, 2017-ci ildən bəri Moskva şəhərində yaşayır. O, istintaq zamanı verdiyi ifadəni xatırlamır. O, məhkəmədə Muzeylə bağlı ifadə vermiş və həmin ifadəni təsdiq edir. "xxxx" MMC-də işləməyini tanışı məsləhət görmüşdür. O, “AZİNKO” şirkətinin mühasibi ilə görüşmüşdür. Bir-iki həftə sonra “AZİNKO” şirkətinin mühasibi ona zəng edib ofisə dəvət etmişdir. Ofisdə “AZİNKO” şirkətinin mühasibi onu Təqsirləndirilən şəxsla tanış etmişdir. "xxxx" MMC-nin sahibi Malik Həsənov, müdiri isə Şahid1dur. Təqsirləndirilən şəxs şirkətin fəaliyyətinə nəzarət edirmiş. O, heç vaxt Təqsirləndirilən şəxs şəxsən pul verməmişdir. Gələn pullarla bağlı naryad Nəvai qəsəbəsində aparılan tikinti obyektindən gəlirmiş. Şahid17 kadrlar şöbəsində işləyirmiş və onun pul məsələlərinə heç bir aidiyyəti yox imiş. Pullarla bağlı ümumi hesabata kimin nəzarət etdiyini bilmir. Forma 2-lərin ləğv olunması barədə heç nə xatırlamır. O, Forma 2-lərin tərtib olunmasında iştirak etmişdir. Nəvai qəsəbəsində dəqiq olaraq hansı Forma 2-lərdə düzəliş edilməsi yadında olmasa da, Forma 2-lərə düzəliş edildiyini xatırlayır. Onda heç vaxt nağd pul olmamış, həmçinin ona nağd pulla bağlı göstəriş də verilməmişdir. Ona Nəvai qəsəbəsində aparılan tikinti obyektindən materialın alınması və s.alınan əşyalar barədə qaimələr, hesab fakturaları verilirmiş. Təqsirləndirilən şəxs nağdlaşdırma ilə bağlı ümumi prosesə nəzarət edirmiş. Təqsirləndirilən şəxs nağdlaşdırma ilə bağlı ümumi nəzarət etsə də onun pul hissəsinə aidiyyəti yox imiş. Obyektdə işlənən işlərlə bağlı Forma 1-lər gələndə maaş verilirmiş. Verilməli olan pullar yəqin ki, “AZİNKO” şirkətinin ofisindən gəlirmiş. O, pulları rəsmi çeklə bankdan çıxarırmış və pulu ofisə təhvil verirmiş. Şahid17 pul məsələlərinə qarışa bilmirmiş. İstintaq zamanı ona fiziki təzyiq göstərilməmişdir. Elan edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov tərəfindən 16 yanvar 2024-cü il tarixdə daxil olmuş məktuba əlavə edilmiş X14 ibtidai istintaq vaxtı təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında 30 noyabr 2022-ci il tarixli protokolunda X27 aşağıdakıları göstərmişdir; “...Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin faktiki sahibi və işlərə nəzarət edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Bütün hesabatlar ona təqdim edilmişdir.Şirkətin fəaliyyətinə ümumi rəhbərliyi Təqsirləndirilən şəxs həyata keçirmişdir. Baş mühasib kimi vəzifəm vergi orqanlarına hesabtaların hazırlanması, tikintidən verilən forma 2 sənədlərinin elektron formada yığılması və çəkilmiş xərclər və işlərin görülməsi üçün tələb olunan vəsaitlər barədə arayışların hazırlanması idi. Mənə qeyd etdiyim məsələlər ilə bağlı tapşırıqlar Şahid1 tərəfindən deyil, məhz Təqsirləndirilən şəxs tərəfindən verilirdi. ...Azərbaycan Respublikası Müdafiə Nzirliyinin Hacıqabul rayonu, Nəvai qəsəbəsində “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi və mebel avadanlıqlarının quraşdırılması” ilə bağlı şirkətin bank hesabına köçürülmüş pul vəsaitləri mənim tərəfimdən "xxxx" ASN-nin baş ofisində nağdlaşdırılmışdır. Mən bankdan pulları götürməyə həmişə Təqsirləndirilən şəxs bacısı oğlu Əli Allahverdiyevlə birlikdə getmişəm. Bankda zəruri sənədləri imzaladıqdan sonra pul vəsaitlərini təhvil almışam, daha sonra isə nağd formada Əli Allahverdiyevə vermişəm. Əli Allahverdiyev isə bu pulları Təqsirləndirilən şəxs verirdi. Nəvai qəsəbəsində olan işlərin yerinə yetirilməsinə və maliyyə tərəfinə ümumi rəhbərliyi Təqsirləndirilən şəxs həyata keçirmişdir. ...” Proses iştirakçılarının suallarını cavablandıraraq əlavə şahid Emil Dadaşev bildirmişdir ki, imza onun imzasıdır. O, istintaq zamanı verdiyi ifadəni təsdiq etmir.X54 heç vaxt birbaşa əlaqəsi olmamışdır. Ona tapşırığı kimsə verməli imiş, yəni Təqsirləndirilən şəxs tapşırıq verməli imiş. O, axtarışda imiş və sonradan istintaq zamanı ona demişlər ki, onluq heçnə olmadığını bilirlər, amma onu səbəbsiz azadlığa buraxa bilməzlər. Buna görə nəyisə boynuna almalıdır. Yəni ona demişlər ki, o boynuna alsın ki, güya o 100.000 manat pulu alıb Təqsirləndirilən şəxs vermişdir. X14 təqsirləndirilən şəxs qismində ibtidai istintaq vaxtı əlavə dindirilməsi haqqında 04 may 2023-cü il tarixli protokolunda X27 aşağıdakıları göstərmişdir; “...Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin faktiki sahibi və işlərə nəzarət edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Bütün hesabatlar ona təqdim edilmişdir. Şirkətin fəaliyyətinə ümumi rəhbərliyi Təqsirləndirilən şəxs həyata keçirmişdir. Baş mühasib kimi vəzifəm vergi orqanlarına hesabtaların hazırlanması, tikintidən verilən forma 2 sənədlərinin elektron formada yığılması və çəkilmiş xərclər və işlərin görülməsi üçün tələb olunan vəsaitlər barədə arayışların hazırlanması idi. Mənə qeyd etdiyim məsələlər ilə bağlı tapşırıqlar Şahid1 tərəfindən deyil, məhz Təqsirləndirilən şəxs tərəfindən verilirdi. ...Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən 2018-2019-cu illərdə Milli Tarix Muzeyində həyata keçirilən yenidənqurma və təmir işləri ilə bağlı layihədə "xxxx" MMCyə pul vəsaitləri köçürülən zaman Şahid21 tanımışam. Həmin şirkətə köçürülən pul vəsaitləri Şahid21 tərəfindən nağdlaşdırılaraq mənim tərəfimdən Təqsirləndirilən şəxs çatdırılmışdır. ...Mən təsdiq edirəm ki, Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən 2018-2019-cu illərdə Milli Tarix Muzeyində həyata keçirilən yenidənqurma və təmir işləri ilə əlaqədar "xxxx" MMC-yə videomüşahidə kamera sisteminin alınması və qurulması adı ilə xx.xx.2018-ci ildə 200.000 manat, xx.xx.2018-ci ildə 136.000 manat, 2018-ci ildə 160.000 manat, ümumilikdə 496.000 manat məbləğində pul vəsaitləri köçürülərək həmin vəsaitlər Şahid21 tərəfindən hissə-hissə olmaqla nağdlaşdırılıb mənə təqdim edilmişdir. Mən həmin vəsaitləri Təqsirləndirilən şəxs tapşırığı ilə Şahid21la görüşərək ondan təhvil alıb, sonra gətirib ofisdə Təqsirləndirilən şəxs çatdırırdım. "xxxx" şirkəti ona Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən 2018-2019-cu illərdə köçürülən vəsaitlər qarşılığında heç bir vaxt videokamera satmamış və Milli Tarix Muzeyində həyata keçirilən layihə üzrə hər hansı kamera quraşdırma işləri həyata keçirilməmişdir. "xxxx" şirkəti köçürülən vəsaitləri nağdlaşdırıb geri qaytarmışdır. Mən hazırda başa düşürəm ki, Təqsirləndirilən şəxs "xxxx" şirkətinə köçürülərək nağdlaşdırılmış 496000 manat pulun bir hissəsinə hər hansı iş görməyərək mənimsəmişdir. Nağdlaşdırılmış həmin vəsait mənim tərəfimdən Təqsirləndirilən şəxs çatdırılmışdır. ...” Proses iştirakçılarının suallarını cavablandıraraq əlavə şahid Emil Dadaşev bildirmişdir ki, imza onun imzasıdır. O, istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. O, Şahid21 heç tanımır. O, Şahid21 ilk dəfə DTX-də görmüş, ona göstərib aparmışlar. Həmçinin Şahid21 ifadəsi ona göstərilmişdir. Həmin ifadədə qanunsuz nağlaşdırmalar və Şahid21 ona pul verdiyini qeyd etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X34 ifadəsində göstərmişdir ki, Şahid21 adlı tanışı "xxxx" MMC-ni 2018-ci il tarixdə onun adına təsis etmişdir. Şahid21 ona demişdir ki, şirkəti açsın, hər şey qanuni olacaq, bütün vergiləri ödəyəcəkdir. Onun bu işdə heç bir qazancı olmamışdır. O, Dərnəgüldə yerləşən Şahid21 və şərikinin tikinti obyektində işçi imiş. O, fəhlə işi görürmüş. Şahid21 ona kimləsə müqavilə bağlayacağını bildirərək sənədlər gətirirmiş, o da oxumadan imza çəkirmiş. O, bankdan pul götürülməsində iştirak etməmişdir. O, dövriyyədəki pulların hesabdan necə daxil olub hesabdan necə çıxdığını bilmir. Hər işi Şahid21 görürmüş, ona təqdim etdiyi sənədləri də imzalayırmış. "xxxx" MMC-nin heç bir fəaliyyəti yox imiş. Onların yalnız kağızda firmaları mövcud imiş, onlar yalnız «obnaliçka» yəni nağdlaşdırma əməliyyatları aparırlar. Faktiki direktor Şahid21 imiş, sənədlər isə onun adına imiş. O, "xxxx" MMC ilə olan müqaviləyə imza çəkib-çəkmədiyini xatırlamır. Elan edilmiş X14 təqsirləndirilən şəxs qismində əlavə dindirilməsi haqqında 04 may 2023-cü il tarixli protokolunda X27 aşağıdakıları göstərmişdir; “...Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin faktiki sahibi və işlərə nəzarət edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Bütün hesabatlar ona təqdim edilmişdir. Şirkətin fəaliyyətinə ümumi rəhbərliyi Təqsirləndirilən şəxs həyata keçirmişdir. Baş mühasib kimi vəzifəm vergi orqanlarına hesabtaların hazırlanması, tikintidən verilən forma 2 sənədlərinin elektron formada yığılması və çəkilmiş xərclər və işlərin görülməsi üçün tələb olunan vəsaitlər barədə arayışların hazırlanması idi. Mənə qeyd etdiyim məsələlər ilə bağlı tapşırıqlar Şahid1 tərəfindən deyil, məhz Təqsirləndirilən şəxs tərəfindən verilirdi. ...Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən 2018-2019-cu illərdə Milli Tarix Muzeyində həyata keçirilən yenidənqurma və təmir işləri ilə bağlı layihədə "xxxx" MMCyə pul vəsaitləri köçürülən zaman Şahid21 tanımışam. Həmin şirkətə köçürülən pul vəsaitləri Şahid21 tərəfindən nağdlaşdırılaraq mənim tərəfimdən Təqsirləndirilən şəxs çatdırılmışdır. ...Mən təsdiq edirəm ki, Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən 2018-2019-cu illərdə Milli Tarix Muzeyində həyata keçirilən yenidənqurma və təmir işləri ilə əlaqədar "xxxx" MMC-yə videomüşahidə kamera sisteminin alınması və qurulması adı ilə xx.xx.2018-ci ildə 200.000 manat, xx.xx.2018-ci ildə 136.000 manat, 2018-ci ildə 160.000 manat, ümumilikdə 496.000 manat məbləğində pul vəsaitləri köçürülərək həmin vəsaitlər Şahid21 tərəfindən hissə-hissə olmaqla nağdlaşdırılıb mənə təqdim edilmişdir. Mən həmin vəsaitləri Təqsirləndirilən şəxs tapşırığı ilə Şahid21la görüşərək ondan təhvil alıb, sonra gətirib ofisdə Təqsirləndirilən şəxs çatdırırdım. "xxxx" şirkəti ona Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən 2018-2019cu illərdə köçürülən vəsaitlər qarşılığında heç bir vaxt videokamera satmamış və Milli Tarix Muzeyində həyata keçirilən layihə üzrə hər hansı kamera quraşdırma işləri həyata keçirilməmişdir. "xxxx" şirkəti köçürülən vəsaitləri nağdlaşdırıb geri qaytarmışdır. Mən hazırda başa düşürəm ki, Təqsirləndirilən şəxs "xxxx" şirkətinə köçürülərək nağdlaşdırılmış 496000 manat pulun bir hissəsinə hər hansı iş görməyərək mənimsəmişdir. Nağdlaşdırılmış həmin vəsait mənim tərəfimdən Təqsirləndirilən şəxs çatdırılmışdır. ...” Proses iştirakçılarının suallarını cavablandıraraq əlavə şahid Zaur Şahniyarov bildirmişdir ki, hal-hazırda ona elan olunmuş ifadəyə əsasən məhkəməyə bildirir ki, "xxxx" MMC 2018-2019-cu illərdə “Azərbaycan Milli Tarix” Muzeyində həyata keçirilən yenidənqurma təmir işləri ilə əlaqədar videomüşahidə kamera sisteminin alınması və qurulması adı altında 10 oktyabr 2018-ci il tarixdə 200.000 manat, 19 oktyabr 2018-ci il tarixdə 136.000 manat, 24 oktyabr 2018-ci il tarixdə 160.000 manat olmaqla cəmi 496.000 manat pul vəsaiti köçürülməsini xatırlamır. "xxxx" MMC ona məxsus olsa da, bütün işlərə müdir Şahid21 baxırmış. O, "xxxx" MMC ilə "xxxx" MMC arasında hansısa əməliyyatların olub-olmamasını bilmir. O, pul köçürmələrinin olduğunu bilirmiş, amma bu barədə ətraflı məlumatı olmamışdır. O, ibtidai isitntaq zamanı öyrənmişdir ki, adından pullar köçürülmüşdür. O, istintaq zamanı bildirmişdir ki, "xxxx" MMC şirkətini Şahid21 onun adına açmış, bütün işləri də Şahid21 görmüşdür. Elan olunmuş cinayət işinin 1-ci cild 174-176-cı vərəqələrində olan ifadəsinə əsasən, proses iştirakçılarının suallarını cavablandıraraq əlavə şahid Zaur Şahniyarov bildirmişdir ki, o, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. "xxxx" MMC-dən alınan pullar hesabında «obnaliçka» yəni nağdlaşdırma olmuş, faiz pulların kimə qalıb-qalmamasını Şahid21 bilir. Onların ofisi, baş mühasibi və digər işçiləri yoxdur, şirkətin adı, VÖEN-i, hesablaşma hesabı vardır, başqa heçnə yoxdur və faktiki olaraq bütün əməliyyatlar kağız üzərində olur, firma yalnız pul nağdlaşdırması ilə məşğul olurmuş. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı ilə yanaşı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 159-cu vərəqəsində olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin şöbə rəisi, ədliyyə mayoru Əsəd Hacıyevin 24 aprel 2021-ci il tarixli raportundan görünür ki, "xxxx" MMC tərəfindən 2018-2019-cu illər ərzində Azərbaycan Milli Tarix Muzeyində icra edilmiş təmirbərpa işləri yoxlanılmış, Azərbaycan Respublikas Maliyyə Nazirliyinin Dövlət Maliyyə Xidmətinin müfəttişləri tərəfindən 22 aprel 2021-ci ildə tərtib edilmiş aktda 2.150.211, 10 manat (ƏDV daxil) məbləğində dövlət vəsaitinin çatışmazlığı müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 1-3-cü vərəqələrində olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin şöbə rəisi, ədliyyə polkovnik leytenantı X35 25 may 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, X15 və qeyrilərinin barəsində olan cinayət işi materiallarından "xxxx" MMC-nin faktiki sahibi və rəhbəri olan Təqsirləndirilən şəxs və qeyriləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 313-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin 3-cü cild 1-16-cı vərəqələrində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X31 Xidmətindən daxil olmuş 21 may 2021-ci il tarixli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin baş mühasibi X27, direktoru Şahid1 olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 07 dekabr 2010-cu il tarixli Nizamnaməsinin kserosurətindən görünür ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı, AZ1073, ünvan 7apitalı 10 manatdır. Təsisçisi Şahid2dur. 09 dekabr 2010-cu ildə ********** VÖEN-lə qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 32-ci vərəqəsində olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İqtisadiyyatın əks-kəşfiyyat təminatı baş idarəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs sahibi olduğu mebel mağazasında satışını həyata keçirdiyi mebelləri İtaliyadan alsa da, həmin mebelləri Türkiyə Respublikasına aparıb, daha sonra oradan Azərbaycan Respublikası ərazisinə gətirərkən onları Türkiyə brendi adı altında gömrük orqanlarında çox aşağı qiymətləndirilməsinə nail olaraq, daha sonra həmin malların oradan Azərbaycan Respublikasında italiya brendi olaraq baha qiymətlərlə satışını həyata keçirir. Cinayət işinin 1-ci cild 33-cü vərəqəsində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 5(009)-4274/2020 nömrəli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs və ailə üzvlərinin ətrafında texniki vasitələrdən istifadə etməklə telefon danışıqlarını dinləmək, digər rabitə kanallarından informasiyanın çıxarılması, o cümlədən binalara, yaşayış yerlərinə daxil olub baxış keçirilməsi, səs video yazan qurğuların quraşdırılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 34-35-ci vərəqələrində olan 17 mart 2021-ci il tarixli baxış protokolundan görünür ki, ünvan 8 ünvanında yerləşən Vudi adlı mebel mağazasına baxış keçirilmiş, baxış zamanı “Vadi” və "xxxx" MMC-lərə aid təsis sənədləri, direktorlara aid şəxsiyyəti təsdiq edən sənədlərin surətləri götürülmüşdür. Cinayət işinin 1-ci cild 37-40-cı vərəqələrində olan 17 mart 2021-ci il tarixli baxış protokolundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbətan qəsəbəsi, Sədərək ticarət mərkəzində yerləşən mağazaya baxış keçirilmiş, baxış zamanı mağazadan içərisində qeydlər aparılmış 03 ədəd kitabça götürülmüşdür. Cinayət işinin 1-ci cild 42-43-cü vərəqələrində olan 17 mart 2021-ci il tarixli baxış protokolundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, ev 1058-də yerləşən ofisə baxış keçirilmiş, baxış zamanı həmin ofisdən 04 ədəd Təqsirləndirilən şəxs adına verilmiş plastik kart, Zirvə MMC-yə məxsus möhür, "xxxx" MMC-yə məxsus möhür, 01 ədəd "xxxx" MMC-yə məxsus möhür, 01 ədəd "xxxx" MMC-yə məxsus möhür, 01 ədəd "xxxx" MMC-yə məxsus möhür, 01 ədəd "xxxx" MMC-yə məxsus möhür, 06 ədəd içərisində qeydlər olan kitabçalar, 01 ədəd sistem blok və 01 ədəd noutbuk aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cild 146-cı vərəqəsində olan 12 aprel 2021-ci il tarixli Aktdan görünür ki, 04 ədəd Təqsirləndirilən şəxs adına verilmiş plastik kart, "xxxx" MMC-yə məxsus möhür, 01 ədəd "xxxx" MMC-yə məxsus möhür, 01 ədəd "xxxx" MMC-yə məxsus möhür, 01 ədəd "xxxx" MMC-yə məxsus möhür, 01 ədəd "xxxx" MMC-yə məxsus möhür, 03 ədəd içərisində qeydlər olan kitabçalar, 01 ədəd sistem blok və 01 ədəd notbuk və 01 ədəd içərisində sənədlər olan qovluq Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin 1-ci cild 147-ci vərəqəsində olan 12 aprel 2021-ci il tarixli Aktdan görünür ki, "xxxx" MMC-yə məxsus möhür, 3 ədəd kitabça, 2 ədəd sistem bloku, 1 ədəd notbuk və 3 ədəd içərisində sənədlər olan qovluq Şahid1 qaytarılmışdır. Cinayət işinin 1-ci cild 46-49-cu vərəqələrində olan 17 mart 2021-ci il tarixli baxış protokolundan görünür ki, Abşeron rayonu, Bakı-Sumqayıt yolunun 16-cı km-də yerləşən “Royal Castle” şadlıq sarayının inzibati binalarında və həyətyanı sahələrində olan tikililərdə baxış aparılmış, baxış zamanı müdiriyyət otağında olan seyfdən 8378 manat, 100 dollar aşkar edilmiş, baxışda iştirak edən Ramil Məmmədov həmin pulun restoranın fəaliyyətindən əldə olunan gəlir olduğunu bildirmiş və pul vəsaiti sonuncuya qaytarılmışdır. Baxış zamanı ofisdən icarə müqaviləsi, "xxxx" MMC-yə aid sığorta haqqı üzrə borcun ödənilməsi barədə bildiriş, Ramil Məmmədov adına olan sahibkarlıq uçotu haqqında şəhadətnamə, Asan İmza nömrələri aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cild 55-58-ci vərəqələrində olan 17 mart 2021-ci il tarixli baxış protokolundan görünür ki, Abşeron rayonu, Bakı-Sumqayıt yolunun 16-cı km-də yerləşən “Royal Castle” şadlıq sarayının arxasında yerləşən ofisin sexindən içərisində qeydlər olan 03 ədəd kitabça, sexin mülkiyyətinə aid olan sahələrin mülkiyyət sənədləri, Abşeron Rayon Məhkəməsinin qətnaməsi, 01 ədəd sistem blok və adapter aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cild 51-54-cü vərəqələrində olan 17 mart 2021-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus ünvan 9 ünvanına baxış keçirilmiş, baxış zamanı yataq otağında olan seyfdən müxtəlif daşınmaz əmlaka dair sənədlər, üzərində müxtəlif adlar qeyd edilmiş qovluqlar içərisində olan müxtəlif əmlak sənədləri, içərisində podrat müqavilələri olan sənədləri götürülmüşdürr. Yataq otağında olan digər seyfdən 1.120.000 ABŞ dolları müəyyən edilərək, Təqsirləndirilən şəxs özünə qaytarılmışdır (???). Mənzildən aşkar edilmiş 01 ədəd “Vertu” və 01 ədəd “İphone” markalı mobil telefon götürülmüşdür. Cinayət işinin 4-cü cild 65-281-ci vərəqələrində olan 25 avqust 2021-ci il tarixli baxış protokolundan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı götürülmüş sənədlərin "xxxx" MMC və "xxxx" MMC-nin fəaliyyətlərinin dayandırılmasına dair ərizə, üzərində "ASSİS" qeyd edilmiş 3 ədəd kitabçalar, Piramida sexinə dair mülkiyyət sənədləri, Abşeron rayon məhkəməsinin 2014-cü il tarixli 2(012)- 4549/2014 saylı qətnaməsi, "xxxx" ASC-nin 05 dekabr 2016-cı il tarixli məktubu, X28 məxsus şəxsiyyəti təsdiq edən sənədlər, X70 MTK tərəfindən verilmiş 3 ədəd maliyyə arayışı, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 7/780, 7/1380 nömrəli pasportlar və onlarla əlaqəli sənədlər, 668 nömrəli qeyri-yaşayış binasının texniki pasportu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 25 noyabr 2014-cü il tarixli məktubu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********16-05301-093003 reyestr nömrəli mənzilin texniki pasportu, X7 adına 0529145, 0159894, 0188282, 1119973, 1118514, 1119965, 1119967, 0902520, 0151333, 0749722, 0477619, 0117624, nömrəli mənzil, **********12 reyestr, 1119974, 1119975, 1119972, ******* çıxarış nömrəli torpaq sahəsinin çıxarışları torpaq planı və ölçüləri, qiymətləndirmə arayışları, **********64-10301, **********16- 05301- 093044, **********49-10301, **********50-12301, **********50-12301, **********54-05101- 093087, **********25-05301-093381, **********16-05301- 093007, **********16-05301- 093001 reyestr nömrəli mənzillərin texniki pasportları, X19 və X12 arasında 12 iyun 2014cü il tarixli müqavilə və xx.xx.2014-cü il tarixli 002 nömrəli maliyyə arayışı, X19 və X12 arasında 20 oktyabr 2012-ci il tarixli müqavilə və xx.xx.2014-cü il tarixli 224 nömrəli maliyyə arayışı, X19 və X12 arasında 20 oktyabr 2012-ci il tarixli müqavilələr və 20. 10.2014-cü il tarixli 221 və 223 nömrəli maliyyə arayışları, X19 və X12 arasında 21 oktyabr 2015-ci il tarixli müqavilə və xx.xx.2015-ci il tarixli 383 nömrəli maliyyə arayışı, X19 və X12 arasında 12 iyun 2014-cü il tarixli müqavilə və xx.xx.2014- cü il tarixli 003 nömrəli maliyyə arayışı, X19 və X12 arasında 12 iyun 2014-cü il tarixli müqavilə və xx.xx.2014-cü il tarixli 115 nömrəli maliyyə arayışı, X19 və X12 arasında 20 oktyabr 2015-ci il tarixli müqavilə və xx.xx.2015-ci il tarixli 380 nömrəli maliyyə arayışı, X19 və X12 arasında 21 oktyabr 2015-ci il tarixli müqavilələr və xx.xx.2015-ci il tarixli 381, 382 və 383 nömrəli maliyyə arayışları, X19 və X12 arasında 20 oktyabr 2014-cü il tarixli müqavilə və xx.xx.2012-ci il tarixli 222 nömrəli maliyyə arayışı, X19 və X12 arasında 20 oktyabr 2015-ci il tarixli müqavilə və xx.xx.2015-ci il tarixli 372, 373, 374, 375, 376, 377, 378, 379 nömrəli maliyyə arayışı, X19 və X12 arasında 08, 09 noyabr 2016-cı il tarixli müqavilələr və xx.xx.2016-cı il tarixli 387, 388, 389 ve 390, 391 nömrəli maliyyə arayışları, X19 və X12 arasında 20 fevral 2015-ci il tarixli müqavilə və xx.xx.2015- cil tarixli maliyyə arayışı, daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/13375 nömrəli arayış və əlavələri, 11 mart 2020ci il tarixli ******* nömrəli, 16 noyabr 2007-ci il tarixli ******* nömrəli, 18 fevral 2008-ci il tarixli ******* nömrəli, 9 noyabr 2007-ci il tarixli ******* nömrəli, 20 avqust 2007-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi, xx.xx.2020-ci il tarixli X12 ilə X29 arasında bağlanan icarə müqaviləsi, X16 adına aktivləşdirilmiş ASAN İmza kartı və onun sənədləri, "xxxx" MMC barədə xx.xx.2020-ci il tarixli işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsi haqqında bildiriş, X16 fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsinin surəti, X24 və X9 adına ASAN İmza sertifikatlarının sənədləri və kartlar, torpağa mülkiyyət hüququna dair 30801006 kodlu dövlət aktı və əlaqəli sənədlər, 10 noyabr 2005-ci il tarixli Xırdalaş şəhər bələdiyyəsinin aktı və əlaqəli sənədlər, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 12 fevral 2004-cü il tarixli məktubu, üzərində qeydlər olan siyahılar mövcuddur. Cinayət işinin 9-cu cild 24-32-ci vərəqələrində olan 06 iyun 2011-ci il tarixli 07 nömrəli müqavilənin kserosurətindən görünür ki, Sifarişçi qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi polkovnik-leytenant Şahid3 və İcraçı qismində Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin direktoru Şahid1 çıxış etmişdir. Müqavilənin şərtlərinə əsasən, Nəvai qəsəbəsində "Mərkəzi silah və sursat anbarlarının kompleks tikintisi" nə 208.625.471 manat məbləğində tender təklifi qəbul edilmişdir. 2011-ci il üçün ödənişlər xüsusi tapşırıqlar üzrə 6.000.000 manat və DƏVQ hesabına 1.000.000 manat ayrılmış və əlavə ayrılacaq maliyyə vəsaiti hesabına aparılacaqdır. Növbəti illər üzrə ödənişlər ayrılacaq maliyyə vəsaitinə uyğun və yerinə yetirilmiş işlər üzrə aparılacaq. Müqavilənin 2-ci bəndinə əsasən, İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə Müdafiə Nazirliyinin Nəvai hərbi şəhərciyində kompleks bina və qurğuların, xarici və ərazidaxili mühəndis kommunikasiya xətlərinin, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi və tikintisini öhdəsinə götürür. Müqavilənin 5-ci bəndinə əsasən, işlər 29 may 2015-ci ildə tamamlanmalı imiş. Müqavilənin 11-ci bəndinə əsasən, avans ödənişi tikinti-quraşdırma işləri üzrə 30%dək, texnoloji avadanlıqlar üzrə 50%-dək qədər məbləğdə qəbul olunur. Avans hər ay İcraçı tərəfindən ödənişə təqdim olunmuş Yerinə yetirilmiş iş həcmlərinin dəyərindən ödənilmiş avans faizi nisbətində tutulacaq. Müqavilə qiymətinin qalıq 5%-i işlər tam başa çatdırıldıqdan sonra İcraçı tərəfindən 12 ay müddətinə bank zəmanəti təqdim olunduqda ödənilir.12 ay müddətində qüsurlar İcraçı tərəfindən heç bir ödəniş tələb etmədən aradan qaldırılmalıdır. Müqavilənin 18-ci bəndinə əsasən, müqavilənin icrası müddətində Sifarişçi aşkar olunmuş qüsurlar haqqında İcraçıya dərhal bildiriş verməlidir. İcraçı qüsurlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət müddəti ərzində aradan qaldırır. Müqavilənin sonunda Sifarişçi qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik-leytenant Şahid3 və İcraçı qismində Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin direktoru Şahid1 adının aşağısında imzalar qeyd edilmişdir. Cinayət işinin 9-cu cild 166-169-cu vərəqələrində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 X1 Ekspertiza Baş İdarəsinin 21 fevral 2012-ci il tarixli, 13888 nömrəli rəyindən görünür ki, Müdafiə Nazirliyinin Nəvai hərbi şəhərciyində Sursat anbarı-nın ərazisində 15 ədəd yeraltı saxlanc-ın bu rəyin 8-ci bölməsinin tələbi yerinə yetirilməklə, 1991-ci ilin bazis qiymətləri ilə lokal smetalar üzrə cəmi -762,373 min manat, o cümlədən TQİ-761,980 min manat dəyərində layihə-smeta sənədləri razılaşdırılır. Cinayət işinin 9-cu cild 152-157-ci vərəqələrində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2013-cü il tarixli 16713/13888 nömrəli rəyindən görünür ki, Müdafiə Nazirliyinin Nəvai hərbi şəhərciyində Sursat anbarı-nın ərazisində 35 ədəd yeraltı və 20 ədəd yerüstü saxlancların 1991-ci ilin bazis qiymətləri ilə obyekt və lokal smetalar üzrə cəmi -2607,951 min manat, o cümlədən TQİ-2521,786 min manat dəyərində layihə-smeta sənədləri razılaşdırılır. Cinayət işinin 9-cu cild 130-150-ci vərəqələrində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 X1 Ekspertiza Baş İdarəsinin 26 may 2014-cü il tarixli, 17866/16713/13888 nömrəli rəyindən görünür ki, Müdafiə Nazirliyinin Nəvai hərbi şəhərciyi kompleksində bina və qurğuların 1991-ci ilin bazis qiymətləri ilə toplu smeta üzrə cəmi (ƏDV-siz) -6258.876 min manat, o cümlədən TQİ- 5661,639 min manat və qaytarılan məbləğ -29,610 min manat dəyərində layihə-smeta sənədləri razılaşdırılır. X5 Baş İdarəsinin xx.xx.2012-ci il tarixli, 13888 nömrəli və xx.xx.2013-cü il tarixli 16713/13888 nömrəli rəylərinin nəticələri ilə razılaşdırılmış smeta dəyərləri ləğv edilir. Cinayət işinin 9-cu cild 158-165-ci vərəqələrində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 X1 Ekspertiza Baş İdarəsinin 02 dekabr 2015-ci il tarixli rəyindən görünür ki, Müdafiə Nazirliyinin Nəvai hərbi şəhərciyi kompleksində bina və qurğular –ın (mühəndis qurğuları və şəbəkləri) 1991-ci ilin bazis qiymətləri ilə toplu smeta üzrə cəmi (ƏDV-siz) 7299, 009 min manat, o cümlədən TQİ-6619,418 min manat və qaytarılan məbləğ -34,618 min manat dəyərində layihə-smeta sənədləri razılaşdırılır. X5 Baş İdarəsinin xx.xx.2014-cü il tarixli, 17866/16713/13888 nömrəli rəyinin nəticələri ilə razılaşdırılmış smeta dəyərləri ləğv edilir. Cinayət işinin 3-cü cild 113-117-ci vərəqələrində olan Azərbaycan Respublikası Ticarət və X6 Birliyinin 26 iyul 2021-ci il tarixli, 84 saylı malların qiymətini müəyyən etmək üçün ekspert rəyindən görünür ki, Mərkəzi silah sursat anbarlarının kompleks bina və qurğularının tikintisi ilə bağlı alınmış intervarların orta bazar qiyməti 2.006.778,73 manat müəyyən edilmişdir. Cinayət işinin 9-cu cild 4-9-cu vərəqələrində olan 05 oktyabr 2021-ci il tarixli Aralıq Aktından görünür ki, "xxxx" MMC ilə Müdafiə Nazirliyi arasında bağlanmış Nəvai ərazisində tikiləcək silah-sursat anbarlarının tikintisi zamanı aparılmış işlər üzrə sənədlərin yoxlaması aparılmışdır. "xxxx" MMC Nəvai qəsəbəsində "Mərkəzi silah və sursat anbarlarının kompleks tikintisi" nə dair 208.625.471 manat məbləğində tenderin qalibi elan olunmuşdur. 2011-ci ildə avans olaraq 19 milyon 600 min manat pul "xxxx" MMC-nə köçürülmüşdür. X57 vasitəsilə 2011-2016-cı illərdə 88 milyon 600 min manat pul vəsaiti "xxxx" MMC-nə köçürülmüşdür. Cinayət işinin 8-ci cild 135-139-cu vərəqələrində olan mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin kserosurətindən görünür ki, Nəvai hərbi hissəciyinin layihəsmeta sənədlərinin hazırlanması üçün Sifarişçi qismində "xxxx" MMC və İcraçı qismində "xxxx" MMC iştirak edir. Müqavilə 100.000 manat dəyərində bağlanılır. Cinayət işinin 11-ci cild 2-104-cü vərəqələrdə; 9-cu cildin 1-226-ci vərəqələrdə; 10cu cildin 1-242-cü vərəqələrdə; 11-ci cild 1-227-ci vərəqələrdə və 14-cü cild 181-333-cü vərəqələrdə olan və məhkəmədə tədqiq olunaraq araşdırılmış Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin müfəttişləri tərəfindən 27 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki,Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacıqabul rayonu, Nəvai qəsəbəsində “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi və mebel avadanlıqlarının quraşdırılması” ilə bağlı "xxxx" MMC-nin 2011-ci ilin iyun ayından 2017-ci ilin iyul ayınadək olan dövrdə 85.596.146,00 manat (ƏDV daxil) dəyərində yerinə yetirdiyi tikinti quraşdırma işlərinin sənədli və seçmə üsulu ilə nəzarət ölçü qaydasında yoxlanılması nəticəsində iş həcmi dəyərlərinə yerinə yetirilməmiş işlər və onların dəyərlərinin daxil edilməsindən yerinə yetirilmiş işlərin dəyərinin 11.665.984,10 manat (ƏDV daxil) artıqlığı müəyyən edilmişdir. Cinayət işinin 11-ci cild 307-309-cu vərəqələrində olan 02 dekabr 2021-ci il tarixli Aktdan görünür ki, 2010-2020-ci illərdə "xxxx" MMC ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi) va Dövlət Neft Şirkətinin Kompleks Qazma işləri" Tresti arasında bağlanılmış müqavilələr əsasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Nəvai qəsəbəsindəki "Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi, mebel və avadanlıqların quraşdırılması" üçün aparılmış işlər yoxlanılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, aparılmış təmir-tikinti işləri günün tələbləri səviyyəsində aparılmamışdır. Ümumilikdə, "xxxx" MMC-nin hesabına cəmi 88.600.000 manat (ƏDV daxil) vəsait köçürülmüşdür. Yoxlama nəticəsində yerinə yetirilmiş işlərin 11.789.096,55 manat (ƏDV Daxil) artırıldığı müəyyən edilmişdir. Cinayət işinin 14-cü cild 182-333-cü vərəqələrində olan Azərbaycan Respublikası Məhkəmə Ekspetiza Mərkəzinin ekspertləri tərəfindən tərtib edilmiş 21 oktyabr 2022-ci il tarixli 10/555-10/589-10/590-9/711-9/613 saylı ekspert rəyindən və rəyə əlavə edilmiş sənədlərdən görünür ki, Müdafiə Nazirliyinin Mənzil İstismar idarəsi tərəfindən təqdim olunmuş ödəniş tapşırıqlarına və "xxxx" ASC-nin Baş filialının 2013-2016-cı illər üzrə bank çıxarışlarında olan məlumatlara əsasən, 06 iyun 2011-ci il tarixli 07 nömtəli müqavilənin icrası üçün 2011-2016-cı illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən "Yerinə yetirilmiş layihə-axtarış və geologiya işlərinin qəbulu" və "Yerinə yetirilmiş tikinti işlərinin qəbulu" aktlarına əsasən Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin hesablaşma hesabına 88.600.000,00 manat (ƏDV daxil) vəsait köçürüldüyün müəyyən edildiyi, Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Bina Tikinti Kompaniyası MMC-yə ödənilmiş avans müqabilində, MMC tərəfindən 2.577.208,0 manat ƏDV-siz (3.041.105,44 manat ƏDV daxil) dəyərində layihə-smeta sənədlərinin 2014-cü il noyabr tarixli "Yerinə yetirlimiş layihə-axtarış və geologiya işlərinin qəbulu" aktı ilə sifarişçiyə təhvil verildiyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Nəvai qəsəbəsində "Mərkəzi silah və sursat anbarlarının" kompleks binalarında Maliyyə Nazirliyinin müfətişşləri, podratçı təşkilatın nümayəndəsinin iştirakı ilə aparılmış "Nəzarət ölçü işlərinin nəticəsi üzrə" tərtib olunmuş 27 sentyabr 2021-ci il tarixli və 02 dekabr 2021-ci il tarixli aktlara əsasən (razılaşdırılmış qiymətlərə nəzərə alınmaqla) yerinə yetirilmiş iş növlərinin ümumi dəyəri 77.335.728,58 (ƏDV daxil) manat təşkil etdiyi, 2 nömrəli Forma aktlar üzrə görülməyən işlərin ümumi dəyərinin 7.000.353,75 manat ƏDV-siz (8.260.417,42 manat ƏDV daxil) təşkil etdiyi qeyd edilmişdir. Beləliklə, ekspert rəyinə əsasən ƏDV (əlavə dəyər vergisi) nəzərə alınmadığı halda görülməyən işlərin dəyərinin 7.000.353,75 manat təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işinin 11-ci cild 209-215-ci vərəqələrində olan mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin kserosurətindən görünür ki, müqavilə üzrə Sifarişçi qismində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi adından sədr müavini R.Şahbazov və İcraçı qismində Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin direktoru Şahid1 çıxış edir. Müqavilə 15 yanvar 2019-cu il tarixdə bağlanmışdır və 31 dekabr 2019cu il tarixədək qüvvədədir. Müqavilənin predmetinə əsasən, tərəflər təsdiq edirlər ki, bundan əvvəlki işlərin davamı olaraq Sifarişçi Əmlak Məsələləri Dövlət Komitəsi "Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasının yüksək texnologiyalar əsasında təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərinin aparılması, avadanlıqla təchizatı layihəsi üzrə görüləcək iş həcmlərinin yerinə yetirilməsi üçün İcraçının ƏDV ilə birlikdə 3 975 000,00 (üç milyon doqquz yüz yetmiş beş min manat, 00 qəpik) manat məbləğində təklifini qəbul etmişdir. İcraçı Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasının yüksək texnologiyalar əsasında təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərinin aparılması, avadanlıqla təchizatı layihəsi üzrə görüləcək işlərin təhvil verilməsini (yerinə yetirilməsini) öhdəsinə götürür. Yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər Sifarişçinin tələblərinə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği dəyişilməz qalır. Müqavilənin 13-cü maddəsinə əsasən, müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən müqavilədə müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər əsasında (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 günündən gec olmamaq şərti ilə aparılır. Müqavilənin 17-ci maddəsinə əsasən, İcraçı qüsurlar haqqında bildirişi aldıqdan sonra, həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət müddəti ərzində aradan qaldırır. Müqavilənin sonunda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sözü yazılan və Azərbaycan Bina Tikinti Kompaniyası sözləri yazılmış möhür həkkləri və Sifarişçi R.Şahbazov və İcraçı Şahid1 adının qarşısında imzalar vardır. Cinayət işinin 11-ci cild 216-223-cü vərəqələrində olan mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin əslindən görünür ki, müqavilə üzrə Sifarişçi qismində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi adından sədr müavini R.Şahbazov və İcraçı qismində Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin direktoru Şahid1 çıxış edir. Müqavilə 16 aprel 2018-ci il tarixdə bağlanmışdır və 31 dekabr 2019-cu il tarixədək qüvvədədir. Müqavilənin predmetinə əsasən, Tərəflər təsdiq edirlər ki, Sifarişçi Əmlak Məsələləri Dövlət Komitəsi "Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasının yüksək texnologiyalar əsasında təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərinin aparılması avadanlıqla təchizatı" layihəsi üzrə görüləcək iş həcmlərinin yerinə yetirilməsi üçün İcraçının ƏDV ilə birlikdə 1 960 000,00 (bir milyon doqquz yüz altmış min manat, 00 qəpik) manat məbləğində təklifini qəbul etmişdir. 2.2. İcraçı Sifarişçiyə satın alınan qiymət cədvəlində göstərilən "Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasının yüksək texnologiyalar əsasında təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərinin aparılması, avadanlıqla təchizatı layihəsi üzrə görüləcək işlərin təhvil verilməsini (yerinə yetirilməsini) öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş İşlər və ya göstərilmiş xidmətlər) İcraçının tələblərinə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği dəyişilməz qalır. Müqavilənin 13-cü maddəsinə əsasən, müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən müqavilədə müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər əsasında (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 günündən gec olmamaq şərti ilə aparılır. Müqavilənin sonunda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sözü yazılan və Azərbaycan Bina Tikinti Kompaniyası sözləri yazılmış möhür həkkləri və Sifarişçi R.Şahbazov və İcraçı Şahid1 adının qarşısında imzalar vardır. Cinayət işinin 11-ci cild 135-142-ci vərəqələrində olan və məhkəmədə tədqiq olunaraq araşdırılmış ASC «Xalq» Bankının Baş filialı tərəfindən tərtib edilmiş ödəniş tapşırığların surətlərindən görünür ki, X8 2018-ci ilin müxtəlif aylarında "xxxx" MMC-nin hesablaşma hesabına pul vəsaitləri köçürülmüşdür. Cinayət işinin 11-ci cild 130-133-cü vərəqələrdə olan və məhkəmədə tədqiq olunaraq araşdırılmış Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin müfəttişləri tərəfindən 22 aprel 2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi) sifarişi əsasında "xxxx" MMC-nin 2018-ci ilin iyun ayından 2019-cu ilin dekabr ayına qədər olan dövrdə Bakı şəhəri, X30 küçəsi 4 ünvanında yerləşən Azərbaycan Milli Tarix Muzeyinin əsaslı təmirində, mebel və avadanlıqlarla təchizatında yerinə yetirdiyi 5.932.072,34 manat (ƏDV daxil) dəyərində təmir-tikinti işlərinin sənədli və seçmə üsulu ilə nəzarət ölçü qaydada yoxlanıldığı, nəticədə iş həcmi dəyərlərinə yerinə yetirilməmiş işlər və onların dəyərlərinin daxil edilməsindən, mebel və avadanlıqların vahidinin dəyərinin artırılması səbəbindən yerinə yetirilmiş işlərin dəyərinin cəmi 2.150.211,10 manat (ƏDV daxil) artırıldığı müəyyən edilmişdir. Cinayət işinin 11-ci cild 307-309-cu vərəqələrində olan 02 dekabr 2021-ci il tarixli Aktdan görünür ki, 2010-2020-ci illərdə "xxxx" MMC ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi) va Dövlət Neft Şirkətinin Kompleks Qazma işləri" Tresti arasında bağlanılmış müqavilələr əsasında yerinə yetirilmiş təmir-bərpa və tikinti-quraşdırma işlərinin yoxlanılmasına 01 aprel 2021-ci il tarixdə başlanılmışdır. Yoxlamanın əhatə etdiyi dövrdə "xxxx" MMC-nin direktoru vəzifəsində Şahid1, baş mühasibi vəzifəsində X25 (yoxlamada iştirakı təmin edilməmişdir) işləmiş və onlar MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinə cavabdehdirler. Yoxlamanın gedişi zamanı ilkin olaraq "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin (keçmiş Əmlak əsələləri Dövlət Komitəsi) sifarişinə əsasən Azərbaycan Milli Tarix Muzeyində yerinə yetirilmiş işlər araşdırıldıqda, bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilmişdir. "xxxx" MMC-nin 2018-ci ilin avqust ayından 2019-cu ilin fevral ayına qədər olan dövrdə Azərbaycan Milli Tarix Muzeyində yerinə yetirdiyi 5.932.072,34 manat dəyərində təmir-tikinti işləri yoxlanılmış, nəticədə iş həcmi dəyərlərinə yerinə yetirilməmiş işlər və onların dəyərlərinin daxil edilməsindən yerinə yetirilmiş işlərin dəyərinin cəmi 2.150.211,10 manat (ƏDV daxil) artırıldığı müəyyən edilmişdir. Yoxlamaya təqdim edilmiş ümumi dəyəri 2.471.724,51 manat olan əlavə iş həcmləri üzrə yerində aparılmış nəzarət ölçü nəticədə cəmi 375085,00 manat məbləğində layihə üzrə smetada nəzərdə tutulmamış işlərin görüldüyü müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin müfəttişləri tərəfindən 02 dekabr 2021-ci il tarixdə tərtib edilmiş aktda “Azərbaycan Bina Tikinti Kompaniyası" MMC-nin 2018-ci ilin avqust ayından 2019-cu ilin fevral ayına qədər olan dövrdə Bakı şəhəri, X30 küçəsi 4 ünvanında yerləşən Azərbaycan Milli Tarix Muzeyində bağlanılmış müqaviləyə əsasən forma-2 sənədlərində göstərilmiş işlərdən kənar yerinə yetirilmiş əlavə iş həcmlərinin nəzarət-ölçü qaydasında yoxlanıldığı və cəmi 375.085,00 (ƏDV-siz) manat məbləğində layihə üzrə smetada nəzərdə tutulmamış işlərin görüldüyünün müəyyən edildiyi qeyd edilmişdir. Həmin aktda əlavə görülmüş işlərdən "Giriş sahəsi, pilləkən qəfəsi, Şərq zalı, yataq otağı və Avropa zalında tavanda, sütunda və divarlarda təmir və bərpa işləri" bölməsində göstərilən (təxminən 1.040.000 manat dəyərində) Bərpa işləri, restovrasiya və material daxil rəssam işinin normativ sənədlərdə tənzimlənmədiyinə görə yoxlanılmasının mümkün olmadığı qeyd edilmişdir. Cinayət işinin 11-ci cild 310-311-ci vərəqələrində olan 02 dekabr 2021-ci il tarixli Aralıq Aktından görünür ki, "xxxx" MMC ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi) və Dövlət Neft Şirkətinin "Kompleks Qazma işləri" Tresti arasında bağlanılmış müqavilələr əsasında yerinə yetirilmiş təmir-bərpa və tikinti-quraşdırma işləririnin aparılması yoxlanılmışdır. Yoxlamanın əhatə etdiyi dövrdə "xxxx" MMC-nin direktoru vəzifəsində Şahid1, baş mühasibi vəzifəsində X26 (yoxlamada iştirakı təmin edilməmişdir) işləmiş və onlar MMCnin maliyyə-təsərrüfat fəaliyyətinə cavabdehdirlər. Yoxlamanın gedişi zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkar olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası tərəfindən təqdim olunmuş 20 aprel 2021-ci il tarixli "Malların qiymətini müəyyən etmək üçün 38 saylı ekspert rəyində göstərilən qiymətlərlə İşlərin (iş və xidmətlər) yerinə yetirilməsinə dair tərtib olunmuş nömrəli Aktlarda göstərilən qiymətlər üzləşdirilərək qiymət fərqləri müəyyən edilmiş, aparılmış təmir-tikinti işləri günün tələbləri səviyyəsində yerinə yetirilməmiş, bir çox hallarda təmir işlərində istifadə olunan tikinti materialları və konstruksiyaları tikinti norma və qaydalarına uyğun seçilməmişdir. Həmçinin, yerinə yetirilmiş təmir-tikinti işlərinə gizli iş aktları tərtib edilməmişdir. Təmir işləri zamanı tikintidə istifadə olunan tikinti materiallarının keyfiyyət sertifaktları podratçı təşkilatlardan tələb edilməmişdir. "xxxx" MMC-nin 2018-ci ilin avqust ayından 2019-cu ilin fevral ayına qədər olan dövrdə Bakı şəhəri X30 4 ünvanında yerləşən Azərbaycan Milli Tarix Muzeyinin əsaslı təmirində, mebel və avadanlıqlarla təchizatında yerinə yetirdiyi 5.932.072,34 manat dəyərində təmir-tikinti işləri yoxlanılmış, nəticədə iş həcmi dəyərlərinə yerinə yetirilməmiş işlər və onların dəyərlərinin daxil edilməsindən, mebel və avadanlıqların vahidinin dəyərlərinin artırılması səbəbindən yerinə yetirilmiş işlərin dəyərinin cəmi 2.150.211,10 manat (ƏDV daxil) artırıldığı müəyyən edilmişdir. Yoxlamaya təqdim olunmuş ümumi dəyəri 2.471.724,51 manat olan əlavə iş həcmləri üzrə yerində aparılmış nəzarət ölçü nəticədə cəmi 375085,00 manat məbləğində layihə üzrə smetada nəzərdə tutulmamış işlərin görüldüyü müəyyən edilmişdir. Yoxlamaya təqdim olunmuş Aktın "Giriş sahəsi, pilləkən qəfəsi, Şərq zalı, yataq otağı və Avropa zalında tavanda, sütunda və divarlarda təmir və bərpa işləri" bölməsində göstərilən 1.040.000,0 manat dəyərində bərpa işləri, restavrasiya və rəssam işi (material daxil) normativ sənədlərlə tənzimlənmədiyinə göre yoxlanması mümkün olmamışdır. Göstənilən rəssam işlərini icra etmiş Şahid24 Allahverdi oğlu yoxlamaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında Azərbaycan Milli Tarix Muzeyində iki il müddətində gördüyü restavrasiya işlərinə görə ona qeyri-rəsmi olaraq (müqavilə bağlanılmadan) 160.000,0 manat zəhmət haqqı ödənildiyini qeyd etmiş, lakin həmin məbləğdən vergi tutulmasından xəbəri olmadığını bildirmişdir. Cinayət işinin 11-ci cild 128-304-ci vərəqələrində olan və 14-ci cild 181-333 vərəqələrində olan və məhkəmədə tədqiq olunaraq araşdırılmış Azərbaycan Respublikası Məhkəmə Ekspetiza Mərkəzinin 21 oktyabr 2022-ci il tarixli 10/555-10/589-10/590-9/711- 9/613 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında rəsmiləşdirilmiş 16 aprel 2018-ci il və 15 yanvar 2019-cu il tarixli müqavilələrin icrası üçün 2018-2019-cu illərdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin hesablaşma hesabına 5.027.179,95 manat ƏDV-siz vəsait köçürüldüyü, məhkəmə əmtəəşünas və məhkəmə tikinti-texniki ekspertləri tərəfindən aparılmış baxış zamanı əldə olunmuş və iş materiallarında olan məlumatlar əsasında aparılmış hesablamalar nəticəsində 2 nömrəli Forma aktları üzrə (razılaşdırılmış qiymətlərə nəzərə alınmaqla) Azərbaycan Milli Tarix Muzeyində yerinə yetirilmiş iş növlərinin ümumi dəyərinin 3.208.616,76 manat ƏDV-siz, əlavə görülmüş işlərin dəyərinin 1.716.673,28 manat ƏDVsiz təşkil etdiyinin müəyyən edildiyi qeyd edilmişdir. Beləliklə, ekspert rəyinə əsasən ƏDV (əlavə dəyər vergisi) nəzərə alınmadığı halda görülməyən işlərin dəyərinin 101.889,91 manat və 2 nömrəli Forma aktlarda nəzərdə tutulmayaraq digər istiqamətlərə yönəldilmiş işlərin dəyərinin isə 1.716.673,28 manat təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işinin 14-cü cild Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsinin rəisi, ədliyyə polkovnik leytenantı X20 03 fevral 2022-ci il tarixli qərarından görünür ki, X27 barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, layihələr üçün köçürülmüş pul vəsaitlərinə nəzarət etməmiş, həmin pul vəsaitlərinə Malik Həsənov nəzarət etmiş, maliyyə işlərinə qarışmamışdır. Görülən işlərlə bağlı heç bir gəlir əldə etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs bu və buna bənzər cinayəti inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə, ağır cinayət məsuliyyətindən boyun qaçırmağa cəhdi kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərək «Azərbaycan Milli Tarix» muzeyində təmir işlərin aparılması üçün dövlət tərəfindən ayrılmış 6 milyon manatdan başqa,o, əlavə işlərin görülməsi üçün o özünə məxsus şəxsi vəsaiti hesabından 2 milyon manat pul xərcləmiş və həmin pul ona qaytarılmamış, ümumiyyətlə hər iki müqavilədən heç bir gəlir əldə etməmişdir. Həmin 2 milyon manat pulun hansı gəlir hesabına əldə etməsi, yəni mənbəyi barədə ifadə verərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, pulu Rusiya Federasiyasından gətirmiş, lakin pulun sərhəddən hansı üsülla keçirilməsi barədə heç bir dəlillər və sənədlər təqdim edə bilməmişdir. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş “Azərbaycan Bina Tikinti Kompaniyası MMC”-nin iş icraçısı Şahid16 muzeydə əlavə işlərin görülməsi üçün Təqsirləndirilən şəxs tərəfindən öz şəxsi vəsait hesabına 2 miliyon yox, hətta 4 milyon (???) manat xərclədiyini bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həmin dəlilini təqsirləndirilən şəxsin ehtimal xarakterli formal mülahizəsi kimi qiymətələndirərək, sonuncunun iş üzrə ziddiyətlər yaratmağa çalışaraq cinayət məsuliyyətindən yayınmağa, Şahid16 isə ifadələrində öz keçmiş rəhbəri olmuş təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirməyə çalışması qənaətinə gəlir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2010-2019cu illərdə “Azərbaycan Bina Tikinti Kompaniyası MMC”-nin direktoru, Təqsirləndirilən şəxs isə icraçı direktor olmuşdur. Nəvai qəsəbəsində aparılan işlə bağlı tenderdə qalib gələrək, Müdafiə Nazirliyi balansında olan yeraltı silah anbarları ilə bağlı tikinti işi aparmalıimiş. «… Hansı ki həmin yeraltı silah anbarları heç Qafqazda belə olmayan, yəni analoqu olmayan anbarlar imiş...» Digər şahid, iş icraçısı olan Şahid16 məhkəmədə dindirilərək bildirmişdir ki, prorab işləyərkən fəhlələrə günlük 20 manat pul vermişlər. Nizamnamə kapitalı 10 manat olan “Azərbaycan Bina Tikinti Kompaniyası MMC”nin 208.625.471 milyonluq tenderə qalib gəlməsi, «Qafqazda analoqu olmayan» silah anbarlarının tikintisi həmin şirkətə həvalə olması və günlüyü 20 manat olan sıravi fəhlələrin əməyindən istifadə olunması ona ehtiva edir ki, həm silah anbarlarının tikintisi, həm də Milli Tarix Muzeyində aparılan tikinti-bərpa işlərin görülməsi zamanı smeta üzrə ayrılmış xərclərin güya çatmaması, 2011-ci ildən 2019-cu ilə kimi dövr ərzində Təqsirləndirilən şəxs heç bir gəlir götürmədən, hətta «Azərbaycan Milli Tarix» muzeyində təmir-tikinti işlərinə öz şəxsi vəsaiti hesabına əlavə olaraq 2 miliyon manat xərcləməsi absurd səslənir. Bundan başqa, cinayət işinin 1-ci cild 101-103-ci vərəqələrində olan və məhkəməyədək icraat zamanı ifadəsi alınmış X39 bildirmişdir ki, -"xxxx" MMC-nin hesabından özünə məxsus şirkətlərin hesablarına köçürülmüş xatırlamadığı məbləğdə pul vəsaitlərini nağdlaşdıraraq heç bir iş görmədən vasitəçilər vasitəsilə "xxxx" MMC-yə qaytarılmasını təşkil etmişdir. Belə ki, həmin şirkətin hesabından "xxxx" MMC-yə təxminən ƏDV daxil 690.000 manat, "xxxx" MMC-yə təxminən ƏDV daxil 375.000 manat, "xxxx" MMC-yə təxminən ƏDV daxil 360.000 manat, "xxxx" MMC-yə təxminən ƏDV daxil 215.000 manat, "xxxx" MMC-yə təxminən ƏDV daxil 70.000 manat köçürülmüşdür. Həmin şirkətlərə köçürülən məbləğlərin ƏDV-siz hissələrini nağdlaşdırıb tam olaraq vasitəçilər vasitəsilə "xxxx" MMC-yə qaytarılmasını təşkil etmişəm…» Cinayət işinin 1-ci cild 170-171-ci vərəqələrində olan ifadəsində X21 aşağıdakıları bildirmişdir: «…Cavid Abbasov mənə "xxxx" MMC-nin şirkət hesablarında olan pul vəsaitinin nağdlaşdırılması üçün müraciət etmişdir. 4-5 dəfə "xxxx" MMC-nin hesabından köçürülmüş təxminən 20.000-40.000 manat məbləğdəki vəsaitləri Samirin şirkətləri tərəfindən nağdlaşdırılıqdan sonra sonuncu həmin pul vəsiatlərini mənə çatdırmış, mən isə Cavid Abbasova vermişəm ki, şirkətin nümayəndəsinə versin…» Cinayət işinin 1-ci cild 247-248-ci vərəqələrində olan ifadəsində X36 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, -"xxxx" MMC-nin hesabında olan pul vəsaitləri 4-5 dəfə bizim vasitəçiliyimiz ilə Samirin şirkətinə və ya şirkətlərinə köçürülüb nağdlaşdırılmışdır. Hər dəfə təxminən 20000-40000 manat məbləğindəki pul vəsaitləri Samir Nəcəfovun şirkətləri tərəfindən nağdlaşdırıldıqdan Cinayət işinin 3-cü cild 49-51-ci vərəqələrində olan ifadəsində X37 bildirmişdir ki, Zaur Şahniyarovun adına açılmış "xxxx" MMC ilə "xxxx" MMC arasında nağdlaşdırma, yəni obnaliçka əməliyyatı həyata keçirilmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 bildirmişdir ki, smetada göstərilən 8 milyonluq işlərdən 6 milyonluq iş görülmüş, 2 milyonluq iş isə görülməmişdir. Təqsirləndirilən şəxs muzeyə çəkdiyi xərclər ödənilmişdir. İşlərin ləngiməməsi üçün ödəniş əvvəlcədən köçürülmüşdür. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Emil Dadaşev məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, hansısa bir material, əşyanının nağd qaydada alınıbalınmamasından xəbəri yoxdur. Təqsirləndirilən şəxs şirkətin fəaliyyətinə nəzarət edirmiş. O, heç vaxt Təqsirləndirilən şəxs şəxsən pul verməmişdir. Gələn pullarla bağlı naryad Nəvai qəsəbəsində aparılan tikinti obyektindən gəlirmiş. Pullarla bağlı ümumi hesabata kimin nəzarət etdiyini bilmir. Cinayət işinə əlavə edilmiş məhkəməyədək icraat zamanı "xxxx" MMC-nin baş mühasibi X14 təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında 04 may 2023-cü il tarixli protokolunda aşağıdakıları bildirmişdir:“...Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin faktiki sahibi və işlərə nəzarət edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Bütün hesabatlar ona təqdim edilmişdir. … Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən 2018- 2019-cu illərdə Milli Tarix Muzeyində həyata keçirilən yenidənqurma və təmir işləri ilə əlaqədar "xxxx" MMC-yə videomüşahidə kamera sisteminin alınması və qurulması adı ilə xx.xx.2018-ci ildə 200.000 manat, xx.xx.2018-ci ildə 136.000 manat, 2018-ci ildə 160.000 manat, ümumilikdə 496.000 manat məbləğində pul vəsaitləri köçürülərək həmin vəsaitlər Şahid21 tərəfindən hissə-hissə olmaqla nağdlaşdırılıb mənə təqdim edilmişdir. Mən həmin vəsaitləri Təqsirləndirilən şəxs tapşırığı ilə Şahid21la görüşərək ondan təhvil alıb, sonra gətirib ofisdə Təqsirləndirilən şəxs çatdırırdım. "xxxx" şirkəti ona Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən 2018-2019-cu illərdə köçürülən vəsaitlər qarşılığında heç bir vaxt videokamera satmamış və Milli Tarix Muzeyində həyata keçirilən layihə üzrə hər hansı kamera quraşdırma işləri həyata keçirilməmişdir. "xxxx" şirkəti köçürülən vəsaitləri nağdlaşdırıb geri qaytarmışdır…. 496000 manat pulun bir hissəsinə hər hansı iş görməyərək mənimsəmişdir. Nağdlaşdırılmış həmin vəsait mənim tərəfimdən Təqsirləndirilən şəxs çatdırılmışdır. ...” Məhkəmədə elan edilmiş həmin ifadələrə əsasən şahid Emil Dadaşev bildirmişdir ki, imza onun imzasıdır. O, istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Göründüyü kimi, ilkin ifadələrində Emil Dadaşev fərqli ifadə versə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxsla eyni məhkəmə zalında olduğundan, əvvəlki müdir-işçi münasibətləri olma səbəbindən ifadələrini dəyişdirib, Təqsirləndirilən şəxs xeyrinə ola biləcək formada ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş sənədlərə əsasən "xxxx" MMC tərəfindən «RA Architect Ltd MMC»-ə ƏDV daxil olmaqla sənədlərinin hazırlanması üçün 3.041.105 manat pul köçürüldüyü rəsmiləşdirilsə də, iş üzrə şahid "xxxx" Ltd MMC-nin icraçısı Şahid15 bildirmişdir ki, həmin işlərə görə cəmi 100.000 manat pul nağd şəkildə 2011-ci ildən 2013cü ilə kimi hissə-hissə olmaqla gah Şahid1, gah Emil Dadaşov tərəfindən, gah da ofisdən almışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan ifadələrini özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirərək bu ifadələrə tənqidi yanaşır və həmin ifadələri ittihamı təkzib edən sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs bu barədə verdiyi ifadələri cinayət işinin materialları,yoxlama aktları, şahid ifadələri, keçirilmiş ekspertiza rəyləri ilə tam təkzib olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 313-cü maddələri ilə tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunurlar. Həmin maddələrdə azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi 02 il nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs göstərilən maddədə nəzərdə tutulmuş cinayət əməllərini sonuncu dəfə 2019-cu ildə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.3-cü maddəsində (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinməli, lakin həmin maddə ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 158-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Zərərçəkmiş şəxs 09 avqust 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs dövlətə vurulmuş ziyanın tam həcmdə ödənilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 26 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 188-ci vərəqəsində olan 26 aprel 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 242-245-ci vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 4(009)-257/2021 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində həbsetmənin 26 aprel 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci olan 1000 (min) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Cinayət işinin 2-ci cild 1-2-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 21 may 2023-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş çıxarışdan görünür ki, X7 adına “Mercedes-Benz” markalı maşın, X10 adına “Porshe Panamera GTS” markalı minik avtomobili qeydiyyata alınmışdır. Cinayət işinin 2-ci cild 47-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 07 iyun 2021-ci il tarixli məktubdan görünür ki, X7 adına Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 49b, 89 nömrəli mənzil; Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 49b, 91 nömrəli mənzil; Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 49b, 90 nömrəli mənzil; Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 49b, 103 nömrəli mənzil qeydiyyata alınmışdır. X7 adına xüsusi mülkiyyət hüququ üzrə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 16-cı km ünvanında yerləşən **********50-12301 və **********50-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisələr, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən **********49-10301 reyestr nömrəli fərdi yaşayış evi, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.6566 ha, 0.3282 ha, 0.2866 ha, 0.2053 ha, 0.2021 ha, 0.1230 ha, 0.0587 ha, 0.0410 ha, 3.3948 ha və 0.0409 ha torpaq sahələri qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs adına kənd təsərrüfatı təyinatlı 0.30 ha torpaq sahəsi və Təqsirləndirilən şəxs icarəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şosesi, 16-cı km ünvanında yerləşən 1.80 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Qeyd edilən əmlaklar üzərinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhdudiyyət qoyulmuşdur. Cinayət işinin 13-cü cild 1-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs məxsus avtomobilin "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən qiymətləndirilməsinə dair 8 yanvar 2022-ci il tarixli, 01/T/22 nömrəli rəyindən görünür ki, **-UZ-*** qeydiyyat nişanlı, “Porsche Panamera GTS” minik markalı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixə bazar dəyəri 206.000 manat müəyyən edilmişdir. Cinayət işinin 13-cü cild 30-55-ci vərəqələrində olan Təqsirləndirilən şəxs məxsus avtomobilin "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən qiymətləndirilməsinə dair 8 yanvar 2022-ci il tarixli, 01/T/22 nömrəli rəyindən görünür ki, **-HH-*** qeydiyyat nişanlı, “Mercedes Benz ML” 400 minik markalı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixə bazar dəyəri 66.000 manat müəyyən edilmişdir. Cinayət işinin 13-cü cild 56-118-ci vərəqələrində olan Təqsirləndirilən şəxs məxsus əmlakların "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən qiymətləndirilməsinə dair 10 yanvar 2022-ci il tarixli, 01/FY/22 nömrəli rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mənzilin bazar dəyəri 1.105.000 manatdır. Cinayət işinin 13-cü cild 119-174-cü vərəqələrində olan Təqsirləndirilən şəxs məxsus əmlakların "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən qiymətləndirilməsinə dair 07 yanvar 2022-ci il tarixli, 01/F/M/22 nömrəli rəyindən görünür ki, ünvan 12 ünvanında yerləşən 89,90,91-ci saylı birləşmiş yaşayış mənzillərinin bazar dəyəri 863,000 manatdır. Cinayət işinin 13-cü cild 175-217-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs məxsus əmlakların "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən qiymətləndirilməsinə dair 07 yanvar 2022-ci il tarixli, 02/F/M/22 nömrəli rəyindən görünür ki, ünvan 12 ünvanında yerləşən 103 saylı yaşayış mənzilinin bazar dəyəri 137,000 manatdır. Cinayət işinin 13-cü cild 218-253-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs məxsus əmlakların "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən qiymətləndirilməsinə dair 06 yanvar 2022-ci il tarixli, 01/T/22 nömrəli rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3,3948 ha torpaq sahəsinin bazar dəyəri 1, 596.000 manatdır. Cinayət işinin 13-cü cild 254-319-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs məxsus əmlakların "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən qiymətləndirilməsinə dair 13 yanvar 2022-ci il tarixli, 02/T/22 nömrəli rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahələrinin bazar dəyəri 1, 260.800 manatdır. Bundan başqa, cinayət işinin 2-ci cild 47-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 07 iyun 2021-ci il tarixli məktubdan görünür ki, X7 adına xüsusi mülkiyyət hüququ üzrə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şosesi, 16-cı km ünvanında yerləşən **********50-12301 və **********50-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisələr -Təqsirləndirilən şəxs icarəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 16-cı km ünvanında yerləşən 1.80 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Qeyd edilən əmlaklar üzərinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhdudiyyət qoyulmuşdur. Cinayət işinin 15-ci cild 7-8-ci vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 5(009)-4267/2022 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 16-cı km ünvanında yerləşən **********50-12301 və **********50-12301 reyestr nömrəli əmlak komplekslərinin üzərinə həbs qoyulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs məxsus əmlakların "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən qiymətləndirilməsinə dair 12 yanvar 2022-ci il tarixli, 01/Ə-K/22 nömrəli rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 16-cı kilometr, əmlak kompleksi. Reyestr nömrəsi: **********50-12301. Ümumi dəyəri 8.535.000 (səkkiz milyon beş yüz otuz beş min) manat təşkil edir; -Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 16-cı kilometr, əmlak kompleksi. Reyestr nömrəsi: **********50-12301. Ümumi dəyəri 1.674.000 (bir milyon altı yüz yetmiş dörd min) manat təşkil edir. Yuxarıda göstərilən əmlakların ümumi dəyəri mütəxəssislər tərəfindən 10.209.000 (on milyon iki yüz doqquz min) manat məbləğində qiymətləndirilmişdir. (cild 12, iş vərəqə 1-286) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 38.3-cü maddəsində qeyd edilmişdir ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul qanuni sahiblərinə qaytarılmalıdır. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-3.2-ci maddəsində qeyd edilmişdir ki, cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Cinayət işi materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ümumilikdə 8.818.916,94 manat dövlətə maddi ziyan dəymişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə Səbail Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 5(009)-4267/2022 nömrəli qərarına əsasən, üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs məxsus ümumi dəyəri mütəxəssislər tərəfindən 10.209.000 (on milyon iki yüz doqquz min) manat qiymətləndirilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 16-cı km ünvanında yerləşən **********50- 12301 və **********50-12301 reyestr nömrəli əmlak kompleksləri ziyanın ödənilməsi məqsədilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən. törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” 14 noyabr 2011ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib təqsirli bilindiyi cinayətləri törətdiyindən yuxarıda göstərilənləri nəzərə alıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən CM-nin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə əlavə cəza növü də təyin edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 313cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum ediməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs həmin maddə ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 1000 (min) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 5(009)- 4267/2022 nömrəli qərarına əsasən, üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs məxsus ümumi dəyəri mütəxəssislər tərəfindən 10.209.000 (on milyon iki yüz doqquz min) manat qiymətləndirilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 16-cı km ünvanında yerləşən **********50-12301 və **********50-12301 reyestr nömrəli əmlak kompleksləri ziyanın ödənilməsi məqsədilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilsiin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-106/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-106/2024
19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver