Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1060/2021 30.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – “Fides” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, Bakı şəhəri, Suraxanı rayonu, “Əmircan-Bülbülə” dəmir yolu stansiyası yaxınlığında istintaqa şəxsiyyəti dəqiq məlum olmayan “Emin” adlı şəxsdən, naməlum vaxtda və şəraitdə, 20 manat pul müqabilində, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan 1,501 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,569 qram cəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 09 yanvar 2021-ci il tarixdə saat 09:10 radələrində yaşadığı ünvan 2 ünvanda saxlanılaraq ünvan 3əşən Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş, polis idarəsində barəsində şəxsi axtarış və götürmə aparılan zaman, əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində bir ədəd qara rəngli siqaret kağızının bükümündə təmiz çəkisi 1,501 qram olan, açıq qəhvəyi rəngli, tozşəkilli kütlə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin və daha bir ədəd qara rəngli siqaret kağızının bükümündə təmiz çəkisi 0,569 qram olan, ağ rəngli kristallardan ibarət kütlə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də həmin şalvarının sol yan cibində iki ədəd borucuq formalı, içərisində metamfetamin və heroin izləri olan əşyalar aşkar edilərək ondan götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, “nəşə” kimi tanınan narkotik vasitə marixuananı uzun müddərdir ki, çəkmək yolu ilə istifadə etmişdir. Marixuananı tanımadığı şəxsdən öz istifadəsi üçün 10-15 gündən bir 20 manata alıb istifadə etmişdir. Heç bir yerdə işləməyərək bacısı Təhmirənin himayəsində olmuş və onunla bir evdə yaşamışdır. Evdə heç vaxt narkotik vasitə saxlamamış və yalnız üzərində daşımışdır. Narkotik vasitə lazım olduqda pulu bacısından almışdır. 08 yanvar 2021-ci il tarixdə bacısı Təhmirə yaşadıqları evdə təmizlik işləri aparmış və bu zaman evdə qanunsuz hər hansı bir əşya olmamışdır. 09 yanvar 2021-ci ildə səhər saatlarında yuxudan oyanıb ibadətini etmiş, ev heyvanlara su verdikdən sonra otağında dini kitablar oxumuşdur. Bacısı Təhmirə isə artıq işə getmiş, evdə yalnız qardaşı oğlu Rəşad olmuşdur. Saat 09:00 radələrində evlərinə 7-8 nəfər şəxs daxil olaraq özlərini Suraxanı RPİ-nin əməkdaşları kimi təqdim edib narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı ondan şübhələndiklərini bildirmişlər. Həmin vaxtı polis əməkdaşları onun evində rəsmi olaraq axtarış aparmamışlar. Həmin vaxtı onun olduğu otaqda masanın üzərində olan, şəxsi istifadəsi üçün aldığı təxminən 1-2 qrama yaxın narkotik vasitə marixuana polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa, polis əməkdaşları tərəfindən onun olduğu otaqda qeyri-rəsmi axtarış aparılmış, lakin heç nə tapılmamış və bununla bağlı heç bir sənədləşmə də aparılmamışdır. Daha sonra onu polislər Suraxanı rayon polis idarəsinə aparmışlar, o da buna etiraz etməmişdir. Polislər ona ayaqqabı qeyməyə belə icazə verməmiş və onu ev “tapoçkasında” aparmışlar. Sonradan ayaqqablarını polis idarəsinə qardaşı oğlu Rəşad gətirmişdir. Evdən çıxarkən polislər evin açarlarını da qardaşı oğlu Rəşada vermişlər. Polis idarəsində təqribən bir saat yarım - iki saat saxlanıldıqdan sonra polis əməkdaşları ona bildirmişlər ki, onun yaşadığı evdə də axtarış aparılmalıdır. Bu zaman onlara mənzildə axtarış olduğunu və istifadə etdiyi narkotik vasitə marixuanadan başqa heç nə tapa bilmədiklərini demişdir. Evində qanunsuz hər hansı bir əşya olmadığına arxayın olaraq, evində axtarış aparılmasına razılıq ərizəsi vermişdir. Bundan sonra polis əməkdaşları onunla birgə yenidən yaşadığı ünvana getmişlər. Evə daxil olduqda onun yaşadığı otağın “altı-üstə” çevrilməsini görmüşdür. Belə ki, o, bacısı Təhmirə ilə eyni həyət evində yaşayır, orada Təhmirənin yaşadığı evdən başqa onun daima qaldığı, həyətdən ayrıca girişi olan kiçik bir otağı olmuşdur. Həmin otaqda axtarış aparılmış və video çıkiliş edilmişdir. Təqsirləndirilən şəxs sözlərinə görə ona sonradan məlum olmuşdur ki, polis əməkdaşları ondan əvvəl evə gələrək bacısından açarları alıb onları evə qoymamaq şərtilə evdə, yəni onun yaşadığı otaqda axtarış etmişlər. Onunla birlikdə axtarışa gələn polis əməkdaşları ona qara rəngli sellofanda, evdə sənədləri yığdığı televizor altlığının arxasında isə sarı rəngli sellofanda “şalfey” otuna oxşar nə isə çıxartdıb “nəşə” adı ilə ona göstərmişdirlər. Daha sonra, polis əməkdaşları onun evindən elektron tərəzinin tapılmasını demişlər, lakin həmin elektron tərəzi də ona məxsus olmamışdır. Çünki o, heç bir vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bundan başqa, məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs qeyd etdi ki, onun barəsində şəxsi axtarış ilkin olaraq yaşadığı evdə aparılmış, çünki onu polislər evin içində polislər tutmuşlar. Həmin vaxtı onun üzərində bir kiçik büküm marixuana olmuşdur. Lakin metamfetamin və heroin ümumiyyətlə, nə yaşadığı evdə, nədə ki, üzərində olmamışdır. Daha sonra o, göstərdi ki, polis əməkdaşlırının ona “onsuzda 234.1-ci maddə ilə içəri gedəcəksən” sözlərindən sonra polis idarəsində masanın üstünə qoyulmuş bükümləri cibinə qoymuşdur ki, video çəkiliş aparılarkən onun üzərindən həmin bükümlər aşkar olunsun. Bu səbəbdən də heroin və metamfetaminin onda olmamasına baxmayaraq, bunların onun üzərindən aşkar edilməsi ilə bağlı protokolu imzalamış və video çəkilişdə ona deyilənləri etmiş və demişdir. Lakin polis əməkdaşlarının artıq onu “yüklüyərək” evinə torba ilə narkotik və ona məxsus olmayan elektron tərəzinin qoymasını gördükdə, o, buna etiraz etməyə başlamış və bu, aparılan video çəkilişdə də aydın şəkildə görünmüşdür. Evində aparılan axtarışa gələrkən olduğu otağın açarı mülki geyimdə olan polis əməkdaşı tərəfindən ona verilmiş və o, qapını özü açmışdır. Polis əməkdaşları və qadın vəkil ilə birlikdə otağa girmişlər. Tanıdığı polis əməkdaşlarından orada Anar və Roman olmuş, ailə üzvlərindən isə bacısı Təhmirə, Səidə və qardaşı oğlu Rəşad olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrində göstərmişdir ki, 40 ilə yaxın müddətdə narkotik maddələri çəkmək yolu ilə istifadə etmişdir. Narkotik maddə heroini və marixuananı mütəmadi olaraq Suraxanı rayonu, Əmircan-Bülbülə qəsəbəsində stansıyanın yaxınlığında Emin adlı şəxsdən öz istifadəsi üçün 10-15 gündən bir 20 manata alıb istifadə etmişdir. Bir ədəd bükümdə olan 1,501 qram heroin və bir ədəd bükümdə 0,569 qram şüşə ona məxsus olmuş, lakin digər bir ədəd paketdə çəkisi 5,200 qram narkotik vasitə marixuana, bir ədəd paketdə təmiz çəkisi 9,120 qram narkotik vasitə marixuana və 2400,0 qram marixuana ona məxsus olmamışdır. Narkotik vasitəni Suraxanı rayonu, Əmircan- Bülbülə qəsəbələri stansiyaları yaxınlığında Emil adlı şəxsdən öz istifadəsi üçün 20 manata almışdır. Heç bir yerdə işləmir, narkotik vasitə almağa pulu olmadığı üçün pulu bacısı X3 almışdır. Bacısının himayəsində yaşamış, belə ki, onlar birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşamışlar. Heç vaxt yaşadığı evdə narkotik vasitə saxlamamış, narkotik vasitə lazım olduqda bacısından 10-20 manat pul alıb narkotik vasitə almış və istifadə etmişdir. Narkotik vasitəni daima üzərində saxlamış, yaşadığı evin hər hansı bir yerinə qoymamış və gizlətməmişdir. Xatırlamadığı tarixdə bacısı Təhmirədən 10 manat pul almış və Əmircan-Bülbülə qəsəbələri stansiyası yaxınlığına gələrək Emil adlı şəxsdən öz şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Emil 20 manata bir ədəd bükümdə açıq qəhvəyi rəngli tozşəkilli maddə kakos və bir ədəd ağ rəngli kristallardan ibarət şüşə vermişdir. Həmin narkotik maddələri götürüb cibinə qoymuş və yaşadığı evə gəlmişdir. 08 yanvar 2021-ci il tarixdə bacısı Təhmirə yaşadığı mənzilin hər bir tərəfini təmizləmiş və səliqə səhmana salmışdır. Mənzili təmizləyərkən evdən heç bir qanunsuz əşya rast gəlməmişdir. 09 yanvar 2021-ci il tarixdə saat 07:40 dəqiqədə bacısı Təhmirə evdən çıxaraq işə getmişdir. Həmin vaxt evdə olmuş, bacısı getdikdən sonra aldığı narkotik vasitəni çıxarıb masanın üzərinə qoymuşdur. Həmin tarixdə saat 09:10 radələrində yaşadığı evin içərisinə bir neçə nəfər şəxs daxil olmuşdur. Həmin şəxslər xidməti vəsiqələrini göstərib Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları narkotik vasitələrin dövriyyəsində şübhəli olmağını bildirmişlər. Həmin vaxt istifadə etmək üçün aldığı 1 qrama yaxın narkotik vasitə masanın üzərində olmuşdur. Polis əməkdaşları masanın üzərində olan narkotik vasitəni götürmüş və evin hər bir tərəfini axtarmışlar. Onun və bacısı Təhmirənin otağını axtarmışlar, lakin evdən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları evi axtaran zaman qardaşı oğlu X10, əmisinin arvadı Esmira müəllimə, sonuncunun gəlini Sevil və qonşusu Naibə Rəhimova orada olmuşlar. Həmin şəxslər də evdən başqa hər hansı bir qanunsuz əşya və narkotik vasitə aşkar olunmamasını görmüşlər. Polis idarəsinə aparan zaman bacısı Səidə də mənzilə gəlmişdir. Polis əməkdaşları mənzilin açarını bacısına verib onu Polis İdarəsinə gətirmişlər. İdarədə xidməti otaqların birində sənədləşmə apardıqdan sonra vəkil dəvət olunmuş və üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılmışdır. Həmin vaxt evdən masanın üzərinə qoyduğu 1 qram olan narkotik vasitəni təqdim etmiş, başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra səhər saatlarında yenidən onu yaşadığı evə gətirmişlər. Orada məlum olmuşdur ki, ondan əvvəl polis əməkdaşları gəlmiş və bacısından açarı alıb onları evə qoymaraq mənzildə axtarış aparmışlar. Mənzilə gələn zaman özləri ilə də paketdə nə isə gətirmişlər. Sonrada onu evə gətirmişlər. Polis əməkdaşları onu evin içərisinə aparmışlar və evə başqa heç kimi buraxmamışlar. Mənzilin içərisində polis əməkdaşları paketdə “nəşə” kollarını göstərmiş, bu zaman ucadan onlarla mübahisə etməyə başlamış, belə ki, həmin paketin evə kimin qoymasını, ona məxsus olmasını demiş və “bu nə oyundur açırsız” ifadələrini işlətmişdir. Həmin vaxt çöldə qonşusu Firəngiz, Nahidə və tanımadığı bir neçə nəfər şəxs evin qarşısında olmuşdur. Mənzilin içərisində polislərə demişdir ki, “birinci dəfə axtarmısınız evi heç nə çıxmayıb bir ədəd kiçik bükümdə istifadəsi üçün olan narkotik almışam, bu nə oyundur edirsiniz”. Polis əməkdaşları göstərdikləri paketi götürüb evdən çıxarkən demişdir ki, “bu şounu yaradacaqdınsa məni bura niyə gətirdin, o, mənim deyil, əyər başqa yerə də qoyumsunuzsa onu götürün məni biabır etməyin əyər mənimdirsə söyüş söyün”. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, yalnız narkotik vasitənin istifadəçisi olmuşdur. Polis əməkdaşları tərəfindən ilk dəfə yaşadığı evdə daxil olan zaman mənzildə axtarış aparılmış və masanın üzərindən istifadəsi üçün əldə etdiyi narkotik maddəni götürmüşlər. Lakin bununla bağlı heç bir sənədləşmə aparılmamışdır. Polis idarəsində sənədləşmə aparılan zaman evdə yenə də axtarış aparılacağı bildirilmişdir. Polis əməkdaşlarına demişdir ki, evdə bir dəfə axtarış aparmısınız heç bir əşya tapılmamışdır, indi niyə axtarış aparmaq istəyirsiz. Özündən arxayın olduğu üçün, yəni evdə axtarışa aparılmasına etiraz etməmiş və ərizəsi alınmışdır. Polis əməkdaşları tərəfindən heç bir təzyiq olunmamışdır. Polis əməkdaşları ilk dəfə evdə axtarış aparan zaman ərizəsi alınmamışdır. Ərizəni sonradan polis idarəsinə vermişdir. Mənzildə ilk dəfə, yəni polis əməkdaşları səhər saatlarında evə daxil olan zaman evdə qardaşı oğlu X10, əmisinin arvadı Esmira müəllimə, sonuncunun gəlini Sevil və qonşusu Naibə Rəhimova orada olmuşlar. Həmin şəxslərdə görmüşlər ki, polislər evdə axtarış aparır və mənzildən yalnız istifadəsi üçün əldə etdiyi narkotik vasitəni götürmüşlər. Yaşadığı evdən və üzərindən narkotik vasitə marixuana aşkar edilməmişdir. Ancaq sonradan evə gələn zaman evdən paketin içərisində “nəşə” olmuşdur. Lakin həmin maddə ona məxsus olmamış və evə o, qoymamışdır. 09 yanvar 2021-ci il tarixli “evə baxış və götürmə” aparılması haqqında protokolunda göstərilənlər ilə razı deyil. Belə ki, yaşadığı mənzildə axtarış ilkin olaraq onsuz keçirilmiş və orada iştirak etməmişdir. Onu sonradan evə gətirmişlər, artıq həmin vaxt həmin narkotik maddələr masanın üzərində olmuşdur. Sonradan isə öyrənmişdir ki, ondan əvvəl polislər evə gələrək açarı bacısından alıb onları çöldə saxlayaraq evə buraxmamışlar və evdə axtarış aparmışlar. İlkin araşdırma zamanı verdiyi izahatında göstərilənlər ilə razı deyil, belə ki, izahatı alınarkən izahatda qeyd olunan formada sözlər bildirməmiş, demişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə evdən götürülmüş və ona məxsusdur. Lakin deməmişdir ki, evdən aşkar olunmuş marixuana ona məxsusdur və evə baxış zamanı iştirak etmişdir. Heç vaxt elektron tərəzisi də olmamışdır. Evindən elektron tərəzi aşkar edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X7 ifadəsində göstərdi ki, 09 yanvar 2021-ci il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi, ev 28 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri daşıyıb üzərində saxlaması barədə polis idarəsinə əməliyyat məlumatı daxil olmuş və bu haqda idarə rəisinə raportla məruzə edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar idarə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Məhkəmə tərəfindən də müvafiq qərar qəbul olunmuşdur. Bundan sonra, bölmə rəisi Anar İbrahimovun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, onun üzvləri onunla birgə NMB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, CAŞ-nin əməliyyat müvəkkili Şahid4 təyin olunmuşlar. Bundan sonra, həmin gün səhər saat 09:15-09:20 radələrində Təqsirləndirilən şəxs evinin yanından saxlayıb Suraxanı RPİ-yə gətirmişlər. İdarədə otaqların birində Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. İlkin olaraq onun üçün vəkil dəvət edilmiş və video çəkilişlə üzərində hər hansı bir qanunsuz əşyanın olması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibindən iki ədəd siqaret kağızında büküm çıxarmış, sol yan cibindən isə iki borucuq çıxarıb təqdim etmişdir. Bükümlərdə nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, bu narkotik vasitələrdi, onları 20 manat müqabilində Əmircan-Bülbülə stansiyası yaxınlığından tanımadığı və yalnız adını Emin kimi bildiyi şəxsdən öz istifadəsi üçün almışdır. Sonra həmin bükümlər təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Daha sonra, Təqsirləndirilən şəxs ərizəsi əsasında onun yaşadığı mənzilə qedilmiş və burada video çəkilişdən istifadə olunmaqla axtarış aparılmışdır. Axtarışda onunla birlikdə Təqsirləndirilən şəxs özü, vəkili, polis əməkdaşları Şahid2, Şahid1 və Şahid4 iştirak etmişlər. Qabilin qaldığı otaqda stolun üstündə dəmir qutunun içərisində ot olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin ot ona məxsusdur. Sonra otağın pəncərəsinin qırağından tərəzi aşkar olunmuşdur. Bundan sonra otaqda olan televizorun arxasından sarı rəngli sellofanın içərisində böyük həcmdə marixuanaya bənzər ot aşkarlanmışdır. Təqsirləndirilən şəxs tərəzinin və həmin otun ona məxsus olmadığını deyib qışqırmaqla etirazını bildirmişdir. Bundan başqa, məhkəmədə verilən suallara cavab olaraq Səyavuş Səfərov göstərdi ki, 2 il müddətdə Suraxanı RPİ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər Təqsirləndirilən şəxs hər hansı bir cinayət əməli törətməsi ilə əlaqədar olaraq tanımamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri daşıması ilə bağlı məlumat daxil olmuş və bu məlumat bölmə rəisi Anar İbrahimovun məlumatı olmuş, özü sadəcə köməkçi qüvvə kimi əməliyyatda iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı bir etirazı olmamışdır. Həmçinin o, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs otağında axtarış keçirilən zaman otaqda aparılan videoçəkiliş onun tərəfindən aparılmamış və kim tərəfindən aparılmasını hazırda xatırlamır. Təqsirləndirilən şəxs ilkin olaraq saxlanılarkən ixtiyarları olmadığından polis əməkdaşları ilə onun yaşadığı evə daxil olmamışlar. Lakin evdə axtarış aparılarkən icazə olduğundan evə daxil olub axtarış aparmışlar. Təqsirləndirilən şəxs barəsində onun qanunsuz olaraq narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmasına baxmayaraq, ilk olaraq yaşadığı evdə axtarış keçirməməsinin səbəbi barədə verilən suala cavab olaraq Səyavuş Səfərov bildirdi ki, rəhbərlik Qabilin üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsi üçün onu Suraxanı RPİ-nə gətirilməsi ilə bağlı göstəriş verdiyindən, həmin vaxt evində axtarış aparılmamışdır. Bundan başqa o, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı məlumatı olmamış, onun narkotik vasitələrin istifadəçisi olduğunu bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, 09 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri bölmə rəisi Anar İbrahimov, üzvləri isə onunla birlikdə Şahid4, Şahid1 və Səyavuş Səfərov təyin edilmişlər. Həmin gün səhər saat 09:15 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına gələrək, Qabili evinin qarşısında saxlamışlar və onu idarəyə dəvət etmişlər. Qabil isə buna etiraz etməmişdir. Polis idarəsində otaqların birində Qabilin barəsində şəxsi axtarış və götürmə aparılmış və bu zaman onun üçün vəkil də dəvət edilmişdir. Video çəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşyanın olub-olması soruşulmuş, o, isə əynində olan idman şalvarının sağ yan cibindən iki ədəd siqaret kağızında büküm çıxarmış, sol yan cibindən isə iki ədəd borucuq çıxarıb təqdim etmişdir. Bükümlərdə nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, birində şüşə deyilən metamfetamindi, ikincisində isə heroindi. Qabilin sözlərinə görə həmin narkotikləri o, Əmircan-Bülbülə stansiyası yaxınlığından Emin kimi adını bildiyi şəxsdən 20 manat pul müqabilində öz istifadəsi üçün almışdır. Sonra həmin bükümlər təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürləndi. Daha sonra isə Təqsirləndirilən şəxs ərizəsi əsasında onu yaşadığı evə getmişlər və orada video çəkiliş vasitəsilə axtarış aparılmışdır. Stolun üstündə açılıb-bağlanan dəmir qutu olmuş və onun içərisindəki otun marixuana olduğunu Təqsirləndirilən şəxs bildirmişdir. Bundan sonra, pəncərənin qırağından elektron tərəzi və televizor altlığının arxasından böyük torbada marixuana çıxmış və bunları görən Qabil əsəbləşərək torbada olan marixuana və tərəzinin ona məxsus olmadığını demişdir. Şahid2 həmçinin məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, həyata keçirilmiş hər iki istintaq hərəkəti video çəkiliş vasitəsilə aparılmış, lakin kimin çəkiliş apardığını o, unutmuşdur. Təqsirləndirilən şəxs tutularkən Təqsirləndirilən şəxs yaxınlaşaraq üstündə narkotik vasitənin olub-olmadığını soruşmuşlar, Qabil isə şəxsi istifadəsi üçün narkotik olduğunu demişdir. Sonra o, Suraxanı RPİ-nə aparılmış və video çəkilişlə üzərində axtarış aparılmışdır. Bundan əlavə, Şahid2 məhkəmədə qeyd etdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs satıcı deyil, o yalnız istifadəçidir. Satıcının kimliyi onlar tərəfindən müəyyən edilmiş, lakin o, hələ tutulmamış, həmin şəxsi Qabil də tanımışdır. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin Cinayət- Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 Şahid2 ilə oxşar məzmunlu ifadə verməklə onun ifadəsində qeyd edilən xüsusatları, yəni Təqsirləndirilən şəxs saxlanılması, polis idarəsinə gətirilməsi, barəsində şəxsi axtarış və yaşadığı evdə axtarış aparılması ilə bağlı halları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 09 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri daşıyıb üzərində saxlaması barədə bölmə rəisi Anar İbrahimova əməliyyat məlumatı daxil olmuşdur. Bu haqda idarə rəisinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və onun tutulması məqsədi ilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş, həmin qərar Suraxanı rayon prokuroruna və məhkəməsinə göndərilməklə məhkəmənin müvafiq qərarı alınmışdır. Əməliyyat qrupuna onunla birlikdə NMB-nin əməliyyat müvəkkilləri Şahid2 və Səyavuş Səfərov və CAŞ-nin əməliyyat müvəkkili Şahid4 daxil edilmişdir. Həmin gün səhər saat 09:15-radələrində Təqsirləndirilən şəxs yaşadığı evinin yanından saxlanılaraq Suraxanı RPİ-yə gətirlmiş, idarədə vəkilin iştirakı ilə və video çəkilişlə barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən iki ədəd siqaret kağızında büküm çıxarmış, sol yan cibindən isə iki borucuq çıxarıb masanın üstünə qoymuşdur. Bükümlərdə nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, bunlar narkotikdi, biri “kakos” deyilən heroin, digəri isə “şüşə” deyilən metamfetamindir. Deməsinə görə həmin narkotikləri 20 manata Əmircan-Bülbülə stansiyası yaxınlığından adını Emin kimi bildiyi dəqiq tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır. Sonra həmin bükümlər ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs öz ərizəsi əsasında onun yaşadığı evə gedilmiş və onun olduğu, həyətdən girişi ayrıca olan otağa daxil olaraq video çəkilişdən istifadə olunmaqla axtarış aparılmışdır. Axtarışda onunla birlikdə Qabilin özü, vəkili, Anar İbrahimov və digər polis əməkdaşları iştirak etmişdir. Axtarış zamanı otaqda olan dəmir qutunun içərisində az miqdarda marixuana, otağın pəncərəsinin qırağından tərəzi və otaqda olan televizorun arxasından sarı rəngli sellofanın torbanın içərisində böyük həcmdə marixuana aşkarlanmışdır. Təqsirləndirilən şəxs tərəzinin və həmin televizorun arxasında torbada olan marixuananı görəndə bunların ona məxsus olmadığını deməklə qışqırmağa başlamış və bunların otağa qoyulmasını demişdir. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs tutulmamışdan 3 gün öncə keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotiklərlə bağlı bir nəfər saxlanılmış, sonradan onun buraxılmasına baxmayaraq, Təqsirləndirilən şəxsla əlaqələri müəyyənləşdirilmiş və ardınca Təqsirləndirilən şəxs saxlanılmışdır. Daha sonra, verilən suallara cavab olaraq Şahid1 göstərdi ki, əldə edilmiş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmamış, o, yalnız narkotik vasitələrdən istifadə etmiş və saxlamışdır. Şahid1 həmçinin qeyd etmişdir ki, 4 il müddətində Suraxanı RPİ-də Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə işlədiyindən onu yaxşı tanımış, Qabilin narkotik vasitələrin istifadəçisi olduğunu bilmiş, lakin Qabil heç vaxt narkotiklərin satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis mayoru X13 ifadəsində göstərmişdir ki, 09 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri satması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuş, bu haqda idarə rəisinə raportla məruzə etmiş və əməliyyat qrupunun rəhbəri təyin edilmişdir. Əməliyyat qrupunun digər üzvləri isə Səyavuş Səfərov, Şahid1, Şahid4 və Şahid2 olmuşlar. Təqsirləndirilən şəxs 09 yanvar 2021-ci il tarixdə saat 09:15 radələrində yaşadığı ünvan 5 ünvanın qarşısında saxlanılmış və Suraxanı RPİ-yə gətirilmişdir. Bundan sonra, təhqiqatçının otağında Təqsirləndirilən şəxs barəsində vəkilin iştirakı ilə və video çəkilişlə şəxsi axtarış keçirilmiş və əynindəki şalvarın cibindən narkotik vasitə çıxmışdır. Daha sonra, elə həmin vəkil ilə birgə onun yaşadığı evə gədərək Qabilin otağında da axtarış aparılmış və bu zaman torbada xeyli marixuana və tərəzi aşkarlanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məğul olması barədə əməliyyat məlumatı olduğu halda, onun tərəfindən tərtib olunmuş sənədlərdə, o cümlədən “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarda Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələri yalnız istifadə edərək saxlanılmasının göstərilməsi ilə bağlı Anar İbrahimov qeyd etdi ki, bu haqda onda məlumat olmuş, lakin konkret olaraq kiməsə satması barədə məlumatlar dəqiqləşdirilməmiş, Qabil ilə əlaqəli şəxslər araşdırılmış, bir çoxu tutulmuşdur. Bundan başqa, Anar İbrahimov məhkəmədə qeyd etdi ki, Təqsirləndirilən şəxs tutularkən onun üzərində mobil telefonu olmuş və telefonda narkotik vasitələrin alışı-satışı ilə bağlı məlumatlar olduğundan həmin mobil telefon onun tərəfindən rəsmi məktub vasitəsilə ilə maddi sübut kimi istintaq şöbəsinə təhvil vermişdir. Narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı məlumatlar olduğu halda ilkin olaraq yaşadığı ünvanda saxlanılarkən dərhal evində axtarış aparılmamasının səbəbi ilə bağlı təqsirləndirilən şəxsin sualına cavab olaraq A.İbrahimov qərarın bu qaydada qəbul edilməsini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisidir. Əmisi Qabilin və bibisi Təhmirənin yaşadığı Suraxanı rayonu B.Mirqəzəb küçəsi ev 28-də özü da qalır. 09 yanvar 2021-ci ildə səhər saat 09:15 radələrində evə polis əməkdaşları daxil olmuşlar. Həmin vaxt bibisi Təhmirə işdə olmuş, evdə onunla əmisi Qabil olmuşdur. İki nəfər polis əmisi ilə birgə onun otağının qarşısında dayanmış, qalanları isə otağı girib axtarış aparmışlar. Bundan sonra iki nəfər polis əməkdaşı əmisini maşına mindirib aparmış, daha iki nəfər polis əməkdaşı isə evlərində qalmışdır. Onlardan birinin adı Anar olmuşdur. Anar onun qoluna girib həyətdə gəzdirmiş və ondan əmisinin narkotik vasitə saxlayıb-saxlamadığını, narkotik vasitə olduğu halda onu hara qoymasını soruşmuş, o, isə evlərində narkotik vasitənin olmadığını bildirmişdir. Daha sonra, əmisinin ayrıca qaldığı və həyətdən girişi olan otaqda axtarış aparıb otağın qapısını bağlamışlar və açarı da ona vermişlər. Əmisinin polisə aparılması ilə bağlı bibisi Səidə Həsənovaya xəbər vermiş və bibisi gəldikdən sonra otağa birlikdə baxmışlar, otaq çox dağıdılmış olmuş, hətta televizoru da çəkib arxasına baxmışlar, lakin otaqda narkotik və digər qanunsuz əşya olmamışdır. Sonra polis idarəsinə əmisi üçün ayaqqabı aparmış, çünki əmisi evdən tapoçkada aparılmış və evə qayıtdıqda əmisi Anar 2 nəfər polis əməkdaşı ilə birgə evə gəlmiş, onunla bir nəfər dolu görkəmdə olan qadın da olmuşdur. Həmin vaxt Anar ondan əmisinin otağının açarını almış və qışqıraraq otağa daxil olması və yığışdırılmasına görə ona irad bildirmiş, o, isə cavabında otağa girməməklə bağlı ona bir söz deyilmədiyini bildirmişdir. Əmisi hələ gətirilməmiş polis əməkdaşları vəkil ilə birlikdə əmisinin otağına keçmişlər və Anar adlı polis əməkdaşı onun otağa baxdığını görüb, yenə də qoluna girib sorğu-sual edərək həyətdə gəzdirməyə başlamış və sonradan o, anlamışdır ki, bu onun diqqətini yayındırmaq üçün edilmişdir. Polis əməkdaşları otaqda video çəkiliş aparmaq üçün 2-ci dəfə evə gələndə onların əlində heçnə olmamış, yalnız vəkilin əlində böyük çantası olmuşdur. Bununla belə o, narkotik vasitənin əmisinin qaldığı otağa haradan və necə gətirildiyini bilmədiyini və onun üçün müəmmalı olduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş X1 Həsənovla oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxsla birgə ünvan 7 ünvanda yaşamışdır. 08 yanvar 2021-ci il tarixdə axşam saatlarında qardaşı Qabilin otağını yığışdırmış, lakin orada nə torbada narkotik, nə də ki, tərəzi görməmişdir. Növbəti günü, yəni 09 yanvar 2021-ci il tarixdə səhər işə getmiş, qardaşı Qabil isə xəstə olduğu üçün uzanmışdır. Bir müddətdən sonra bacısı Səidə onun mobil telefonuna zəng edərək evə polis əməkdaşlarının gəlməsini və Qabili polisə aparmalarını demişdir. Evə çatdıqdan sonra polis əməkdaşları yanlarında bir qadınla gələrək otaqda çəkiliş edəcəklərini demişlər. Bundan sonra, həmin qadın polislərlə otağa daxil olmuş, polislər isə telefon vasitəsilə bir-biriləri ilə danışmışlar. Qadının əlində isə böyük çantası olmuşdur. Həmin çanta otağa girdikdə dolu olmuş, otaqdan çıxdıqda isə boş olmuşdur. Həmin vaxt Qabili gətirməmişlər o, sonradan gətirilmişdir. Bu zaman onlara içəri keçməyə icazə verməmişlər. Təqribən 20 dəqiqədən sonra Qabili maşınla gətirmişlər və onu da həmin otağa salmışlar. Bundan sonra qardaşı Qabil “bu, mənim deyil” deyərək qışqırmağa başlamışdır. Daha sonra verilən suallara cavab olaraq Təhmirə Həsənova bildirdi ki, Qabilin onunla arasında hər zaman “pərdə” olmuş, Qabil evdə heç vaxt narkotik vasitə saxlamamış və onun yanında istifadə etməmişdir. Qabilin narkotiklərdən istifadə etməsini bilmiş, çünki Qabil onun himayəsində olmuş və siqaret adı ilə ondan vaxtaşırı 5- 10 manat pul almışdır. Lakin qardaşı Qabil heç bir vaxt narkotiklərin satışı ilə məşğul olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, “Şəxsi axtarış və götürmə aparılması” haqqında 09 yanvar 2021-ci il tarixli protokola əsasən, həmin tarixdə saat 09:10 radələrində ünvan 8 ünvanın qarşısında Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün saxlanılaraq Suraxanı RPİ-nə gətirilmiş, barəsində video çəkilişdən istifadə etməklə şəxsi axtarış aparılan zaman o, əynində olan tünd göyrəngli idman şalvarının sağ cibindən iki ədəd siqaret kağızı bükümündə narkotik vasitəyə bənzər maddələr və şalvarının sol yan cibindən iki ədəd borcuq formalı əşyaları təqdim etmişdir. Təqsirləndirilən şəxs sorğu sual zamanı iki ədəd siqaret kağızı bükümdə narkotik vasitəyə bənzər maddəni “Əmircan-Bülbülə” qəsəbəsi stansiyası yaxınlığında Emin adlı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamasını və gəzdirməsini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanda öz şəxsi istifadəsi üçün narkotik vasitə saxlamasını bildirmişdir. Aşkar edilmiş maddələr qablaşdırılıb Suraxanı RPİ-nin 45 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır. (Cild 1, iş vərəqə 37-38) “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 1 ədəd DVD formatlı diskə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı baxış keçirilmiş və müəyyən edilmişdir ki, Suraxanı RPİ-nin inzibati binasında tutulmuş şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu isə könüllü olaraq əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən iki ədəd siqaret kağızı bükümlərini çıxarıb təqdim etmiş və polis əməkdaşı tərəfindən həmin bükümlərin içərisində nə olması soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərin birinin içərisində “kakos”, digərinin içərisdə isə “şüşə” vardır. Həmin bükümlər açıldıqda birinin içərisində gəhvəyi rəngli toz şəkilli maddə, digərinin içərisində isə ağ rəngli kristal şəkilli maddə vardır. Daha sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol cibindən iki ədəd borucuq formalı əşya çıxarıb təqdim etmiş və üzərində aşkar edilmiş maddələri həmin borucuqla istifadə etməsini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələri Əmircan-Bülbülə stansiyası yaxınlığında Emin adlı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almasını, narkotik vasitələrin satışı ilə məşğul olmamasını bildirmişdir. (Cild 1, iş vərəqə 205-206) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 09 yanvar 2021-ci il tarixli 6/102 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən götürülmüş....” sözləri yazılan zərfin içərisində olan 2 (iki) ədəd kağız bükümdə təmiz çəkisi 1,501 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və təmiz çəkisi 0,569 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin vardır. Həmin zərfdə olan iki ədəd borcuq formalı əşyanın içərisində metamfetamin və heroinin izləri vardır, lakin metamfetamin və heroin iz şəkilində olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ və İİ siyahısına daxildirlər. (Cild 1, iş vərəqə 56-58) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji ekspertizasının 11 fevral 2021-ci il tarixli, 436 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi vardır. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 160-161) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 05 fevral 2021-ci il tarixli 265 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Müayinə zamanı onda psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 163-164) İş materiallarında olan 17 aprel 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara və ekspertiza rəyinə əlavə edilmiş akta əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqatdan sonra qalıq çəkisi 1,401 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 0,519 qram olan psixotrop maddə - metamfetamin və iki ədəd borucuq formalı əşyalar maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Suraxanı RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (Cild 1, iş vərəqə 60, 229-245) Bundan başqa, həmin qərarla Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqə 229-245) Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.7 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi və əməlinin tövsifi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri iki epizod üzrə törədilməsi iddia olunan cinayətlər üzrə vahid cinayət kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunaraq ona həmin maddə ilə ittiham verilmişdir ondan ötrü ki, “Təqsirləndirilən şəxs Əmircan-Bülbülə dəmir yolu stansiyası yaxınlığında “Emin” adlı istintaqa məlum olmayan mənbədən 20 manat pul müqabilində külli miqdarda narkotik vasitə və psixotrop maddə metamfetamin alaraq əldə edib, üzərində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 09 yanvar 2021-ci il tarixdə saat 09:10 radələrində Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi 28 saylı ünvanda saxlanılıb ünvan 9n Suraxanı RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qara rəngli siqaretin kağız bükümündə təmiz çəkisi 1,501 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd qara rəngli siqaretin kağız bükümündə təmiz çəkisi 0,569 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, şalvarının sol yan cibindən isə iki ədəd borcuq formalı içərisində metamfetamin və heroin izləri olan əşyalar aşkar edilərək götürülmüşdür”. Həmin epizoda əsasən istintaq orqanı tərəfindən narkotik vasitə və psixotrop maddənin çəkisinə görə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətlərinin olması iddia edilir. Bununla belə, istintaq orqanı ittihamın məzmununda əsassız olaraq təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,501 qram çəkidə narkotik vasitə heroini və 0,569 qram çəkidə psixotrop maddə metamfetamini külli miqdar kimi göstərmişdir. Daha sonra, ikinci epizod üzrə təqsirləndirilən şəxsə ittiham verilmişdir ondan ötrü ki, “Təqsirləndirilən şəxs əldə edilmiş məlumat əsasında davam edən əməliyyat tədbirləri nəticəsində sonuncunun yaşadığı Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi 28 saylı ünvanda yerləşən mənzildən bir ədəd kağız bükümdə təmiz çəkisi 5,200 qram, bir ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 9,120 qram, bir ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 2400,0 qram, ümumilikdə təmiz çəkisi 2414,320 qram külli miqdarda bitki mənşəli kütlələr tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində cüzi miqdarda narkotik vasitə marixuananın hissəcikləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür”. Bu epizodu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi kimi qiymətləndirən istintaq orqanı nəinki Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar etdiyi narkotik vasitə qurudulmuş marixuananın və tərəzinin kimə məxsus olmasını müəyyən etməmiş, ümumiyyətlə həmin külli miqdarda narkotik vasitənin hansı mənbədən, harada, hansı tarixdə, satış məqsədi ilə və ya satış məqsədi olmadan əldə etməsini Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 17 aprel 2021-ci il tarixli qərarda və iş üzrə tərtib edilmiş ittiham aktında təsvir etmədən, faktiki olaraq Təqsirləndirilən şəxs nədə ittiham olunması ilə bağlı bir nəticəyə gəlməyərək cinayətin törədilməsi ilə bağlı zəruri əlamətləri belə göstərməmişdir. (Cild 1, iş vərəqə 251-252, 297-298) Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələrinin dispozisiyasına əsasən bu cinayətlərin tərkibinin yaranmasından ötrü cinayətin obyektiv tərəfinin ehtiva etdiyi aşağıdakı hərəkətlərin yerinə yetirilməsi tələb olunur: “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” (234.2-ci maddə) və həmin əməllərin “külli miqdarda törədilməsi” ( 234.4.3-cü maddə). Lakin istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 17 aprel 2021-ci il tarixli qərarda və iş üzrə tərtib edilmiş ittiham aktında, onun evində ümumilikdə 2414,320 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi iddia edilməklə, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə formal olaraq ittiham verilsə də, göstərilən maddələrin dispozisiyasında göstərilmiş, cinayət tərkibinin obyektiv tərəfinin zəruri elementləri, yəni cinayətin törədilmə yeri, vaxtı, narkotik vasitəni hansı mənbədən əldə etməsi, saxlaması, daşıması və sair irəli sürülmüş ittihamın məzmununda göstərilməyərək, faktiki olaraq Təqsirləndirilən şəxs həmin epizodla bağlı ittiham verilməmişdir. Halbu ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3.2 və 289.3.1-ci maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda və ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. Bundan əlavə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3(a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı maddənin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat verilməsini təmin edir. (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il) Bundan başqa, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həm üzərində, həm də evində aşkar edilmiş narkotik vasitələr və psixotrop maddənin məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı “Sübutların qiymətləndirilməsi haqqında” 17 aprel 2021-ci il tarixli qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının 13-cü bəndinə istinad edərək göstərmişdir ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-nin 234.2 və ya 234.4.3cü maddəsi ilə tövsif edilməlidir. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələr və psixotrop maddənin kiməsə satması ilə bağlı ümumiyyətlə sübut müəyyən etməmiş, təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən və istintaq orqanının əsas şahidləri olan polis əməkdaşları Şahid1, Şahid2 və Səyyavuş Səfərov məhkəmədə verdikləri ifadələrdə birmənalı olaraq göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə heç bir vaxt məşğul olmamış, onun haqqında bu cür məlumat da olmamış, Təqsirləndirilən şəxs yalnız narkotik vasitələrin istifadəçisi olmuşdur. Həmçinin Ali Məhkəmənin Plenumunun həmin Qərarının 9-cu bəndində izah edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə narkotik vasitələr və psixotrop maddə ilə bağlı ittiham irəli sürən istintaq orqanı “Sübutların qiymətləndirilməsi haqqında” 17 aprel 2021-ci il tarixli qərarında Ali Məhkəmənin Plenumunun şərh edilən Qərarının prekursorlarla bağlı izah və tövsiyələrinə istinad etməklə, təqsirləndirilən şəxsə nə ilə bağlı ittiham verməsini müəyyənləşdirə bilmədiyi bir daha nümayiş etdirmişdir. Daha sonra, istintaq orqanı həmin qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, şahid ifadələri, diskə baxış, şəxsi axtarış və götürmə, evə baxış və götürmə protokolları, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir” cümləsi ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrində yalnız üzərində aşkar edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda heroini və metamfetamini əldə etdiyini göstərmişdir. İstintaq orqanının istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də təqsirləndirilən şəxsin narkotik vasitələr və psixotrop maddələri məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut və dəlil yoxdur. Əksinə istintaq orqanının məhkəməyədək icraat materiallarına əlavə etdiyi “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 09 yanvar 2021-ci il tarixli qərarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satıcısı kimi deyil, istifadəçisi kimi göstərilmişdir. (Cild 1, iş vərəqə 4) Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Məhkəməyədək icraat zamanı cinayət qanunvericiliyinin maddi normalarının tətbiqinin pozulması ilə yanaşı, prosessual normalarının da pozulması hallarına yol vermişdir ki, məhkəmə, bu pozuntular nəticəsində əldə edilmiş sübutları təqsirləndirilən şəxsin təqsirliyini təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin İV hissəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan aşağıdakı əməliyyat-axtarış tədbirlərini həyata keçirə bilərlər: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Həmin maddənin V hissəsinə əsasən maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. İş materiallarında olan, məhkəmədə şahid qismində dindirilmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatlarının verildiyini iddia edən Suraxanı RPİ-nin NMB-nin rəisi, polis mayoru X13 tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı tərtib olunmuş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 09 yanvar 2021-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində, Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılması və istifadəsi ilə bağlı artıq Suraxanı Rayon Polis İdarəsinə gətirilməsi göstərilsə də, qərarın nəticə hissəsində onun yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, olduğu yerin müəyyən edilməsi, həmçinin onun yaxalanması və ətrafında sair təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurətinin olması qeyd olunmuşdur. (Cild 1, iş vərəqə 4-5) Bu hal Qalib Həsənovun ətrafında əməliyyat tədbirlərinin əvvəlcədən deyil, onun saxlanılaraq polis idarəsinə gətirilməsi və üzərində şəxsi istifadəsi üçün nəzərdə tutulmuş narkotik vasitə - heroin və psixotrop maddə - metamfetaminin aşkar edilməsindən sonra aparılmasının göstəricisi olmaqla, onun evində aşkar edilməsi iddia edilən külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana ilə bağlı keçirilən əməliyyat-istintaq tədbirlərinin əsassız olduğunun, bu hərəkətlərin nəticəsində isə əldə edilmiş və sübut kimi təqdim edilməyə cəhd edilən dəlillərin mötəbər olmamasının təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə nəzarətini həyata keçirən Suraxanı rayon məhkəməsinə də əməliyyat orqanının həmin qərarı göndərilmiş və məhkəmənin 12 yanvar 2021-ci il tarixli qərarı ilə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nə gətirilməsindən sonra onunla bağlı əməliyyat tədbirləri həyata keçirilmişdir. (Cild 1, iş vərəqə 120) Bundan əlavə, məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin rəisi, polis mayoru X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tutularkən onun üzərində mobil telefonu olmuş və telefonda narkotik vasitələrin alışı-satışı ilə bağlı məlumatlar olduğundan həmin mobil telefon onun tərəfindən rəsmi məktub vasitəsilə ilə maddi sübut kimi istintaq şöbəsinə təhvil vermişdir. Lakin cinayət işinin materiallarında həmin məktubun və telefonun olması müəyyən edilməmişdir. Məhkəmə, şahid Anar İbrahimovun ifadəsində mobil telefonla bağlı gətirdiyi dəlilləri əsaslı hesab etmir və təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübut kimi qiymətləndirmir. Bundan başqa, ittiham tərəfinin şahidləri təqsirləndiriləndirilən şəxsin yaşadığı ünvana gedərək onun tutulmasını barəsində olan əməliyyat məlumatları ilə əlaqələndirməyə çalışsalar da, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 yanvar 2021-ci il tarixli protokolda göstərilmişdir ki, X19 rayonu B.Mirqəzəb küçəsində özünü şübhəli apardığı üçün həmin gün saxlanılaraq Suraxanı RPİ-nə gətirilmişdir. (Cild 1, iş vərəqə 37-38) Bu hal da, Qalib Həsənovun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir əməliyyat məlumatının polis əməkdaşlarında olmamasının və onunla bağlı əməliyyat tədbirlərinin əvvəlcədən deyil, Qalib Həsənovun saxlanılaraq polis idarəsinə gətirilməsi və üzərində şəxsi istehlak miqdarından artıq olmayan, şəxsi istifadəsi üçün nəzərdə tutulmuş narkotik vasitə - heroin və psixotrop maddə - metamfetaminin aşkar edilməsindən sonra aparılmasının bilavasitə sübutudur. Bundan əlavə, iş materiallarından göründüyü kimi, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılması haqqında qərar qəbul edilmiş, Cinayət-Prosessual Məcəlləsinin axtarış aparılmasını müəyyən edən 242-247-ci maddələrinə istinad etməklə protokol tərtib edilmiş, lakin prokolun başlığında “evə baxış və götürülmə barədə protokol” sözləri qeyd edilmişdir. Göründüyü kimi təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs evində faktiki olaraq axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 245.3-cü maddəsinin “axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir” tələbinə baxmayaraq, təhqiqatçı tərəfindən tərtib olunmuş həmin protokolda nə hal şahidlərinin iştirak etməsi, nədə ki, videoçəkilişin aparılması göstərilməmişdir. (Cild 1, iş vərəqə 44) Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan tələbini, eləcə də həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən bu protokolun qeydiyyata alınmamasını da əsas götürməklə məhkəmə, “Evə baxış və götürmə barədə” 09 yanvar 2021-ci il tarixli protokolu mötəbər sübut hesab etməyərək, həmin protokol ilə müəyyən edilmiş dəlilləri təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübut kimi qiymətləndirmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 09 yanvar 2021-ci il tarixli 7/38 saylı rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs evindən götürülmüş narkotik vasitə” yazılar və imzalar olan 1№-li kağız paketdə bir ədəd kağız bükülüdə, təmiz çəkisi-5,200 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs evindən götürülmüş narkotik vasitə” yazılar və imzalar olan 2№-li kağız paketdə bir ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 9,120 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Tədqiqata təqdim olunmuş 3№-li kağız paketdə bir ədəd gümüşü rəngli elektron tərəzi üzərində cüzi miqdarda narkotik vasitə marixuananın hissəcikləri olmuşdur. Cüzi miqdarda olduğu üçün çəkisi müəyyən olunmamışdır. Tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs evindən götürülmüş narkotik vasitə” yazılar və imzalar olan sarı rəngli sellofan torbada təmiz çəkisi-2400,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Tədqiqata təqdim olunmuş iki ədəd kağız paketdəki və bir ədəd sarı rəngli sellefon torbada olan marixuanaların ümumi çəkisi 2414,320 qram olmuşdur. (Cild 1, iş vərəqə 61-65) İş materiallarında olan 17 aprel 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs evində aşkar edilməsi iddia olunan tədqiqatdan sonra qalıq çəkisi 2414,17 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Suraxanı RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (Cild 1, iş vərəqə 229- 245) Bundan başqa, həmin qərarla Təqsirləndirilən şəxs evində axtarış aparılması zamanı çəkilməsi iddia edilən, müəyyən edilməyən mənbədən əldə olunan video görüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqə 229-245) İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin diskə baxış keçirilməsi haqqında 14 aprel 2021-ci il tarixli protokolda və ona əlavə edilmiş diskdə 09 yanvar 2021-ci il tarixdə Qalib Həsənovun yaşadığı evdə axtarış aparılması və ümumi təmiz çəkisi 2414,320 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın və bir ədəd elektron tərəzinin aşkar edilməsi ilə bağlı video görüntülər vardır. Həmin video görüntülər və onun daşıyıcısı olan 01 ədəd “DVD” formatlı disk müəyyən edilməyən mənbədən əldə edildiyindən, məhkəmə, 14 aprel 2021-ci il tarixli 422922 qeydiyyat nömrəli “Diskə baxış keçirilməsi haqqında” protokolu mötəbər sübut hesab etməyərək, bu protokol ilə müəyyən edilmiş dəlilləri təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübut kimi qiymətləndirmir. (Cild 1, iş vərəqə 207-209) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ibtidai istintaqı aparan müstəntiq tərəfindən tərtib edilmiş 14 aprel 2021-ci il tarixli 422921 qeydiyyat nömrəli diskə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş, təqsirləndirilən şəxsin barəsində şəxsi axtarış və götürmə aparılan zamanı qeydə alınmış videoçəkilişi özündə əks etdirən və məhkəmə istintaqı zamanı tədqiq edilərək baxılmış “DVD” formatlı diskdə olan video görüntülərin 03:35 dəqiqəsində Təqsirləndirilən şəxsla təhqiqatçı arasında aşağıdakı dialoq baş verir: “Başqa yerdə yoxdu narkotik vasitə? Yox, yox, xəstəsiyəm də bunun, çəkəniyəm. Evdə də saxlamırsan? Yox, yox heç nəyim yoxdur. Bundan sonra, video kameranın obyektivinin istiqaməti Təqsirləndirilən şəxs üzərindən götürülür və möhürlənmiş qablaşmaya, eləcədə baxışda iştirak edən digər şəxslərə yönləndirilir. Ardınca video çəkilişin 05:35 dəqiqəsində video çəkilişi aparan polis əməkdaşının müvafiq işarəsindən sonra ona sual verilməyən Təqsirləndirilən şəxs “evdə də otum var. Evdə bir az otum var” deyə təhqiqatçıya müraciət edir. (Cild 1, iş vərəqə 205- 206) Məhkəmə həmin video görüntülərin yalnız bu hissədə, yəni Təqsirləndirilən şəxs özünün evində narkotik vasitə olmasını etiraf etməsi hissəndə mötəbərliyini şübhə altına qoyaraq qeyd edilən dəlilləri ittihamın həmin hissəsində, yəni Təqsirləndirilən şəxs evində külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi hissəsində onun təqsirliliyini təsdiq edən sübut kimi qiymətləndirmir. Bundan başqa, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə etməsinə görə məsuliyyət müəyyən edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə baxmayaraq, həm “Sübutların qiymətləndirilməsi haqqında qərarda”, həm ittiham aktında, həm də Təqsirləndirilən şəxs narkotik vasitələri və pixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması haqqında 22 aprel 2021-ci il tarixli qərarın təsviriəsaslandırıcı hissəsində həmin Məcəllənin 234.2-ci maddəsi ilə cinayət işinin ayrılması qeyd edilmişdir. Məhkəmə hesab edirki bu hal, istintaq orqanının təqsirləndirilən şəxsə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana ilə bağlı ittiham irəli sürmədiyinin daha bir təzahürüdür. (Cild 1, iş vərəqə 245, 248, 287) Məhkəmə, təqsirləndirilən şəxs Qalib Həsənovun məhkəmədə verdiyi ifadəsində göstərdiyi bəzi hallara, yəni polis əməkdaşları tərəfindən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin onun üzərinə qoyulması və onun polislər tərəfindən aldadılması ilə bağlı xüsusatlara tənqidi yanaşır və həmin ifadələri yalnız bu hissələrdə mötəbər sübut kimi qəbul etməyərək təqsirləndirilən şəxsin müdafiə mövqeyinə söykənən subyektiv mülahizələr hesab edib, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qiymətləndirir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə ona verilmiş ittihamın birinci epizodu üzrə, yəni üzərində şəxsi istehlak miqdarından artıq miqdarda 1,501 qram çəkidə narkotik vasitə heroin və 0,569 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilməsi hissəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi kimi düzgün hüquqi qiymət verilmədiyindən, ittihamın bu hissəsində onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamın ikinci epizodu üzrə, yəni yaşadığı evdə bir ədəd kağız bükümdə təmiz çəkisi 5,200 qram olan, bir ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 9,120 qram olan və bir ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 2400,0 qram olan, ümumilikdə təmiz çəkisi 2414,320 qram olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində cuzi miqdarda narkotik vasitə marixuananın hissəcikləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilməsinin iddia edilməsi hissəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə ona bəraət verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının 14-cü bəndinə əsasən satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən nəzərə alınmalıdır ki, CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X11rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X23 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X21rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin, ona verilmiş ittihamın birinci epizodu üzrə, yəni üzərində şəxsi istehlak miqdarından artıq miqdarda 1,501 qram çəkidə narkotik vasitə heroin və 0,569 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilməsi hissəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, Təqsirləndirilən şəxs ona verilmiş ittihamın ikinci epizodu üzrə, yəni yaşadığı evdə bir ədəd kağız bükümdə təmiz çəkisi 5,200 qram olan, bir ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 9,120 qram olan və bir ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 2400,0 qram olan, ümumilikdə təmiz çəkisi 2414,320 qram olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində cuzi miqdarda narkotik vasitə marixuananın hissəcikləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilməsinin iddia edilməsi hissəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, 1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşlı olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. (Cild 1, iş vərəqə 146- 149) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkumluğu olmayan şəxs qismində tanıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə deyil, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi və onun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılması, eləcə də üzərinə bu cəzadan irəli gələn müəyyən vəzifələr qoyulması cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X4rşı, § 26). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2 və 52-1.3-cü maddələrinə əsasən məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər üzərində bu Məcəllənin 52-1.2.1 - 52-1.2.4-cü və 52-1.3.1 - 52-1.3.4-cü maddələrində nəzərdə tutulan əsas və əlavə vəzifələr müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs təyin olunmalı azadlığın məhdudlaşdırılması cəzasının müddəti ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı və həbsdə olduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla həmin cəzadan çıxılmalı və məhkum tərəfindən çəkilməli olan cəzanın müddəti qətiləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). İş materiallarında olan sənədlərə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində 09 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Suraxanı rayon məhkəməsinin 10 yanvar 2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli tutulduğu gündən hesablanmaqla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 25, 105-108) Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qanunun bu müddəasına əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlandığı 5 (beş) ay 21 (iyirmi bir) gün azadlığın məhdudlaşdırılması cəzasının 11 (on bir) ay 12 (on iki) gününə bərabər tutulmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və məhkum üzərində qəti cəza saxlanılmalıdır. Qeyd olunanlarla yanaşı məhkəmə, həmçinin qeyd edir ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası isə onun pasport qeydiyyatında olmaqla yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinə dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi vardır. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.3.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs üzərinə narkomaniyadan müalicə kursu keçmək kimi əlavə vəzifə qoyulmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 132.0.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, təqsirləndirilən şəxs Qalib Həsənovun üzərindən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,401 qram olan narkotik vasitə - heroin, qalıq çəkisi 0,519 qram olan psixotrop maddə - metamfetamin və iki ədəd borucuq formalı əşyalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs evində aparılan axtarış zamanı aşkar edilməsi iddia olunan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2414,17 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd gümüşü rəngli elektron tərəzi, eləcə də axtarış zamanı qeydə alınması iddia olunan video görüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk, Təqsirləndirilən şəxs ittihamın həmin hissəsi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən, həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən materialların məhkəmə ekspertizasının aparılması ilə bağlı Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməli, məhkəmə bioloji eskpertizasının aparılması ilə bağlı 66 (altmış altı) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci isə, ittihamın həmin hissəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən ona aid edilməməlidir. (Cild 1, iş vərəqə 55, 62). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs verilmiş ittihamın, onun yaşadığı evdə külli miqdarda narkotik vasitənin aşkar edilməsinin iddia edilməsi hissəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 5 (beş) ay 21 (iyirmi bir) gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının 11 (on bir) ay 12 (on iki) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 18 (on səkkiz) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.3.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs üzərinə narkomaniyadan müalicə kursu keçmək kimi əlavə vəzifə qoyulsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan - Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan, təqsirləndirilən şəxs X6 üzərindən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,401 qram olan narkotik vasitə - heroin, qalıq çəkisi 0,519 qram olan psixotrop maddə - metamfetamin və iki ədəd borucuq formalı əşyalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. X6 evində aparılan axtarış zamanı aşkar edilməsi iddia olunan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2414,17 qram olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd gümüşü rəngli elektron tərəzi, eləcə də axtarış zamanı qeydə alınması iddia olunan video görüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk, Təqsirləndirilən şəxs ittihamın həmin hissəsi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən, həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün, məhkəmə bioloji eskpertizasının aparılması ilə bağlı 66 (altmış altı) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci isə, ittihamın həmin hissəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən ona aid edilməsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1060/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1060/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver