Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1060/2024 06.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:40-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, X3 və Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşavirləri Dövlət ittihamçısı, X4, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Sabiqət oğlunun, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxx 1992-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma barədə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Səlpə» ləqəbli şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Səlpə» ləqəbli şəxs və qeyrilərindən istintaqa məlum olmayan, vaxtda, yerdə və şəraitdə Təqsirləndirilən şəxs1la birlikdə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, 10045,1 qram çəkidə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən narkotik vasitə heroini əvvəlcədən satışa hazırlamaq məqsədilə 10 ədəd bağlamada ayırıb üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 iyun 2023cü il tarixdə, saat 01:45-də keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı qabaqcadan razılıq əldə etdiyi tanışı Təqsirləndirilən şəxs1la birlikdə ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq ünvan 5da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə həmin gün saat 04:09-dan etibarən orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində saxladığı qara rəngli çantanın içərisindən 02 ədəd bağlamada olan 10 ədəd büküm daxilində kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1001,9 qram, 967,8 qram, 987 qram, 996,4 qram, 1034,7 qram, 995,4 qram, 1065,8 qram, 1009,5 qram, 995,2 qram və 991,4 qram çəkidə olmaqla ümumilikdə təmiz çəkisi 10045,1 (on kiloqram qırx beş tam onda bir qram) qram külli miqdarda açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Səlpə» ləqəbli şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Səlpə» ləqəbli şəxs və qeyrilərindən istintaqa məlum olmayan, vaxtda, yerdə və şəraitdə Təqsirləndirilən şəxs2la birlikdə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, 10045,1 qram çəkidə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısında qeyd olunan narkotik vasitə heroini əvvəlcədən satışa hazırlamaq məqsədilə 10 ədəd bağlamada ayırdıqdan sonra üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 iyun 2023- cü il tarixdə, saat 01:45-də keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 4 ünvanının yaxınlığında külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı qabaqcadan razılıq əldə etdiyi tanışı Təqsirləndirilən şəxs2la birlikdə saxlanılaraq ünvan 5da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirilməklə həmin gün saat 04:09-dan etibarən orada sonuncunun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı qara rəngli çantanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq birlikdə əldə edib, saxlamaqla daşıdıqları 02 ədəd bağlamada olan 10 ədəd büküm daxilində kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan hər birinin ayrıayrılıqda təmiz çəkisi 1001,9 qram, 967,8 qram, 987 qram, 996,4 qram, 1034,7 qram, 995,4 qram, 1065,8 qram, 1009,5 qram, 995,2 qram və 991,4 qram çəkidə olmaqla ümumilikdə təmiz çəkisi 10045,1 (on kiloqram qırx beş tam onda bir qram) qram külli miqdarda açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 15 iyun 2023-cü il tarixdə o, mobil ödəmə üsulu ilə İran vətəndaşının bank hesabına 200 manat pul göndərmişdir. Həmin İran vətəndaşı bunun qarşılığında ona 8 qram narkotik maddə verəcəyini bildirmişdir. O, narkotik maddəni götürməzdən əvvəl Şahid5 ilə birlikdə müəyyən sənədlər almaq üçün Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına getməli olmuşdur. O, öz İşlərini həll etdikdən sonra tanışı Təqsirləndirilən şəxs1 zəng edərək gəlib onu oradan götürməsini xahiş etmişdir. Elşad gəlib onu xəstəxanadan götürmüş və o, Elşaddan onu otelə aparmasını xahiş etmişdir. Daha sonra İran vətəndaşı ona zəng edərək narkotik maddəni yerləşdirdiyi yeri demişdir. O, narkotiki götürmək üçün getmiş, lakin, nə qədər axtarsa da narkotiki tapa bilməmişdir. Bu zaman Elşad gəlmiş və onu Günayın göndərdiyini, artıq gecikdiyini və geri qayıtmasını istədiyini, gələndə də ondan “pampers” və “coca-cola” almasını xahiş etdiyini bildirmişdir. O, daha sonra Şahid5 ondan istədiyi şeyləri almaq üçün Yasamal rayonu ərazisində yerləşən mağazalardan birinə girmişdir. Mağazadan çıxarkən heç bir səbəb olmadan və üzərində heç bir narkotik maddə olmadan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin şəxslər onu zorla maşına mindirib idarəyə aparmışlar. Onu saxlayan 7-8 nəfər polis əməkdaşı olmuşdur. İdarəyə gətirildikdən sonra ona işgəncə verilmiş, döyülmüş, saçlarını kəlbətinlə çəkərək. zor gücünə hərəkətlər etmişlər. Lakin, o, yenə də ondan tələb olunan təqsiri boynuna almamışdır. Polis əməkdaşları onların dediklərini etmədiyini gördükdə onu soyunduraraq ya narkotik maddəni boynuna alacağını, ya da daha ağır işgəncələr verəcəklərini bildirərək onu hədələmişlər. O, belə olduqda narkotik maddənin ona aid olmasını boynuna götürmüşdür. Daha sonra videoçəkilişlə baxış keçirilmiş, o, videoçəkiliş zamanı 8 qram narkotik maddə götürmək üçün getdiyini və bu zaman çanta götürdüyünü bildirmişdir. Videoçəkilişdə nümayiş etdirdiyi çanta da polis əməkdaşları tərəfindən ona verilmişdir. Videoçəkilişdə ona diktə olunmuş formada danışmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Elbrus oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, uzun müddətdir taksi fəaliyyəti ilə məşğul olmuşdur. Əvvəl gündəlik maşınlar kirayələyib işləmişdir. Sonuncu dəfə isə bir sahibkarın maşınını icarəyə götürmüşdür. O, gündəlik 30 gediş etmiş, sahibkar isə bunun qarşılığında ona stabil əmək haqqı vermişdir. Ülvi də onun müştərisi olmuş və bu minvalla aralarında münasibət yaranmışdır. Bir gün Ülvi ona işdə olarkən zəng etmişdir. Ülvi ona Bakıya gəldiyini, yanında bir nəfər xanım olduğunu və gəlib onları qarşılayaraq, otelə aparmağını ondan xahiş etmişdir. O, Ülvi ilə razılaşmış, Ülvi ona əvvəlcə Lökbatan dairəsinə gəlib onları götürməsini ondan xahiş etmiş, o, Ülviyə həmin ərazinin uzaq olduğunu bildirmişdir. Ülvi bu dəfə Yasamal rayonu ərazisində görüşməyi ona təklif etmiş, o, bu dəfə razılaşmışdır. O, ona deyilən əraziyə gələrək, Ülvigili gözləməyə başlamışdır. Bir qədər sonra Ülvigil də ayrı bir maşınla deyilən yerə gəlib çatmışlar. Ülvinin yanında olan xanım maşına əyləşmiş, Ülvi isə mağazaya gedəcəyini və qısa müddətə geri qayıdacağını ona bildirmişdir. Təqribən 10-15 dəqiqə gözləmiş, lakin, Ülvi geri qayıtmamışdır. O, tələsdiyi üçün maşından düşüb Ülvinin arxasınca getmişdir. Bir qədər qabaqda çoxlu adamların toplaşdığını görmüş, bir az da irəliləmiş və bu zaman 3 nəfər tanımadığı şəxs saxlayıb zorla maşına mindirmişlər. O, nə baş verdiyini soruşduqda həmin şəxslər ona səbirli olmasını və bir qədər sonra nə baş verdiyini öyrənəcəyini bildirmişlər. Onu saxlayan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olmuşdur. Onu polis idarəsinə aparmışlar. İdarədə onu təqsirini boynuna almağa məcbur etmişlər, o isə heç bir təqsirinin olmadığını bildirmişdir. Bu zaman polis əməkdaşları ona taksi sürücüsü olduğunu və əgər Ülvi narkotik götürməyə gedibsə, bundan xəbərinin olmamasının qeyri-mümkün olduğunu bildirmişlər. O, nə qədər heç bir günahının olmadığını desə də, faydası olmamışdır. Polis əməkdaşları tək çarənin ona deyilənləri icra eləmək olduğunu bildirmişlər. Polislər onun narkotik maddə istifadəçisi olduğunu düşünmüşlər. Ona “onsuzda bütün Prius sürücüləri narkotik istifadəçisidir” deyə bildirmişlər. Həmçinin, polis əməkdaşları əgər o, narkotik maddə istifadəçisi olduğunu boynuna götürməsə, videoçəkilişlə onun avtomobilindən narkotik maddə aşkar edəcəklərini bildirmişlər. O, sonda narkotik istifadəçisi olduğunu bildirmək qərarına gəlmiş, çünki, ən azından ekspertiza zamanı bədənindən narkotik maddə aşkar olunmayacağını və beləcə məhkəmədə təqsirsizliyinin sübuta yetiriləcəyini düşünmüşdür. Digər tərəfdən, polislər ona elə bir formada təzyiq etmişlər ki, tapşırılanı etməmək mümkünsüz olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN-in BMCMİ-nin XMİ üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 15 iyun 2023-cü ildə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə idarə rəhbərliyinə məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. O da əməliyyat qrupuna rəhbərliyi həyata keçirmişdir. Əməliyyat qrupu ilə birlikdə hərəkətə keçərək Yasamal rayonu, Şərifzadə küçəsi yaxınlığında “Toyota Prius” markalı avtomobilin yanında, zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu müəyyən etdikləri şəxslərə yaxınlaşıb özlərini təqdim edərək onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar həmin şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu dəqiqləşdirdikdən sonra onların saxlanılması barədə tərtib olunmuş qərar ilə şübhəli şəxsləri tanış edib, onlarla birlikdə Baş İdarəyə getməli olduqlarını onlara bildirmişlər. Həmin zaman özünü Təqsirləndirilən şəxs2 tanışı kimi təqdim edən bir xanım da onlara yaxınlaşmış, onlar hər 3 şəxsi Baş İdarəyə aparmışlar. Baş İdarəyə gəldikdən sonra prosessual qaydalara əməl etməklə, müdafiəçi ilə təmin olunmaqla, xidməti otaqların birində, təhqiqatçının da iştirakı ilə xanımın üzərinə baxış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə isə şəxsi axtarış həyata keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 üzərində olan qara rəngli çantanı onlara təqdim etmişdir. Onlar qara rəngli çantaya baxış keçirərkən, çantanın içərisindən 02 ədəd bağlama, hər bağlamanın içərisindən 5 ədəd daha kiçik bağlamalar aşkar olunmuşdur. Bağlamalara keçirilən baxış zamanı qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitələr aşkar olunmuşdur. Bu zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 həmin çantanı kimdən, nə zaman və hansı üsulla əldə etməsi sual edildikdə, Təqsirləndirilən şəxs2 narkotik vasitələr olan çantanı “instagram” sosial şəbəkə platforması vasitəsilə tanış olduğu İİR vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 İran vətəndaşı ilə daha sonra “whatsapp” sosial şəbəkə platforması vasitəsilə əlaqə saxlamış və ondan narkotik maddələri əldə etmişdir. Təqsirləndirilən şəxs1 isə bu işdə iştirakı taksi sürücüsü kimi Təqsirləndirilən şəxs2 tapşırığı və göstərişləri əsasında narkotik maddələri tapşırılan ünvanlara yerləşdirməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs1 daha əvvəllər bir dəfə bu hərəkəti etmişdir. Bu xidməti qarşılığında isə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 istifadə üçün narkotik vasitə vermişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 məxsus avtomobilə baxış keçirilmişdir. Avtomobildən də qanunla dövriyyəsi qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yanında olan xanımın üzərinə keçirilmiş baxış zamanı da qanunla dövriyyəsi qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Həmin xanım ifadəsində bu hadisə ilə heç bir əlaqəsi olmadığını, Təqsirləndirilən şəxs2 yanında olduğunu və baş verənlər barəsində məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da öz ifadələrində xanımın hadisə ilə heç bir əlaqəsi olmadığını bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 15 iyun 2023-cü ildə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu zaman Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, o da əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat qrupu ilə birlikdə hərəkətə keçərək, 16 iyun 2023-cü ildə, saat 01:45 radələrində ünvan 6 ünvanı yaxınlığında, “Toyota Prius” markalı avtomobilin yanında, zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu müəyyən etdikləri şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və onların anket məlumatlarını dəqiqləşdirmişlər. Daha sonra özünü Təqsirləndirilən şəxs2 tanışı kimi təqdim edən Şahid5 adlı bir xanım da onlara yaxınlaşmışdır. Onlar həmin şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu dəqiqləşdirdikdən sonra onların narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib, onlarla birlikdə Baş İdarəyə getməli olduqlarını bildirmişlər. Onlar hər 3 şəxsi Baş İdarəyə aparmışlar. Baş idarədə Şahid5 üzərinə baxış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə isə şəxsi axtarış həyata keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 əlində olan qara rəngli çantanı onlara təqdim etmişdir. Onlar qara rəngli çantaya baxış keçirərkən, çantanın içərisindən 02 ədəd sellofan büküm, hər bükümün içərisindən də 5 ədəd daha kiçik bükümlər aşkar olunmuşdur. Aşkar olunan narkotik maddələr qablaşdırılaraq zərfə qoyulmuş, möhürlənmiş və tərkibi tədqiq olunması üçün məhkəmə-kimyəvi ekspertizaya göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində BMCMİ-nə 15 iyun 2023-cü ildə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Şahid1 tərəfindən rəhbərliyə raportla məruzə olunaraq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. 16 iyun 2023-cü ildə, gecə saat 01:45 radələrində Yasamal rayonu, Şərifzadə küçəsi, yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu müəyyən etdikləri şəxslərə yaxınlaşıb özlərini təqdim edərək, onlardan da özlərini təqdim etmələrini xahiş etmişlər. Bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs2 əlində qara rəngli çanta olmuşdur. Həmin zaman özünü Təqsirləndirilən şəxs2 tanışı kimi təqdim edən Şahid5 da onlara yaxınlaşmışdır. Onlar həmin şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu dəqiqləşdirdikdən sonra onların narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib, onlarla birlikdə Baş İdarəyə getməli olduqlarını bildirmişlər. Onlar hər 3 şəxsi Baş İdarəyə aparmışlar. Baş idarədə şübhəli şəxslərin üzərinə şəxsi axtarış və baxış həyata keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 əlində olan qara rəngli çantadan narkotik maddələr aşkar olunmuşdur. Aşkar olunan narkotik maddələr qablaşdırılaraq zərfə qoyulmuş, möhürlənmiş və tərkibi tədqiq olunması üçün məhkəmə-kimyəvi ekspertizaya göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərlə bağlı 15 iyun 2023-cü il tarixində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumat raportla rəhbərliyə məruzə olunmuş və dərhal əməliyyat qrupunun yaradılması üçün fəaliyyət başlamışdır. Əməliyyat qrupuna Şahid1 rəhbərlik etmişdir. Qrup Şahid1, Şahid6, Şahid7, Şahid2, Şahid3 və ondan ibarət tərkibdə olmuşdur. Daha sonra əməliyyat məlumatı əsasında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsinə yollanmışlar. Saat artıq 00:00 radələrini ötmüş və təqvim 16 iyun 2023-cü il tarixinə keçmişdir. Onlar saat 01:40 radələrində 2 nəfərin “Toyota Prius” markalı, ** VT *** dövlət yol qeydiyyat nişanlı avtomobilin yanında dayandığını görmüşlər. Onlar şübhəli şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və sonunculardan da özlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxslər X9 və Təqsirləndirilən şəxs1 Elbrus oğlu olduqlarını bildirmişlər. Onlar həmin şəxsləri idarəyə dəvət etmişdir. Bu zaman Günay adlı bir qadın da oraya yaxınlaşmışdır. Həmin şəxs Ülvi İbrahimovun tanışı olduğunu bildirmişdir. Onlar hər 3 şəxsi idarəyə dəvət etmişlər. Baş İdarəyə gətirildikdən sonra hər 2 şəxsə dərhal müdafiəçi təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsilə, şəxsi axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilmişdir. Həmin prosessual hərəkət həyata keçirilən zaman, Ülvi İbrahimovun çiynindən asdığı qara rəngli çantadan 02 ədəd sellofan paketdə büküm, sonuncuların hər birində də 05 ədəd bağlama ələ keçirilmişdir. Həmin bağlamalara baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Ülvi İbrahimov ilkin ifadəsində həmin narkotik maddələri “İnstagram” sosial şəbəkə paltforması vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşından sifariş verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1la münasibətinin isə Təqsirləndirilən şəxs1 taksi fəaliyyəti ilə məşğul olduğunu əvvəlcədən bildiyindən, sonuncuya taksi sifarişi etdiyini, onun xidməti qarşılığında isə Elşada şəxsi istifadəsi üçün narkotik maddə verəcəyini vəd etməsindən ibarət olduğunu bildirmişdir. Daha sonra nəqliyyat vasitəsinə də baxış keçirilmiş, nəqliyyat vasitəsindən heç bir qanunla dövriyyəsi qadağan olunmuş əşya yaxud predmet aşkar olunmamışdır. İstintaq hərəkətləri başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Hər iki təqsirləndirilən şəxsə vəkil təyin olunmuşdur. Şahid4 suallara cavab olaraq bildirdi ki, Günaya müdafiəçi təyin olunub-olunmadığını hazırda xatırlamır, amma güman edir ki, həmin şəxsə müdafiəçi təyin olunmamışdır. Şahid5 üzərində baxış istintaq hərəkəti həyata keçirilmiş, şəxsi axtarış və götürmə hərəkətləri həyata keçirilməmişdir. Şahid5 həmin zaman tək olmuş, yanında başqa heç kim olmamışdır. X11 çiynində olmuşdur. Çanta qara rəngli olmuşdur. Bağlamaların içərisindən aşkar olunan həmin maddələr spesifik qoxuya malik olmuşdur. Şübhəli şəxslər könüllü formada maşına əyləşmişlər. Onlar tərəfindən də şübhəli şəxslərə qarşı hər hansı formada zor tətbiq edilməmişdir. Hadisənin üzərindən 1 ildən çox vaxt keçdiyi üçün saxlanılan zaman Ülvi İbrahimovun saçının hansı rəngdə olmasını hazırda xatırlamır. Əməliyyat tədbirində 6 nəfər əməliyyatçı iştirak etmiş və o, şübhəli şəxslərin hansının, hansı əməliyyatçının avtomobilində idarəyə gətirildiyini hazırda xatırlamır. Lakin, hər 3 şəxs idarəyə gətirilmişdir. Şübhəli şəxslərə məxsus avtomobil də idarəyə gətirilmişdir. Onlar şübhəli şəxslərə yaxınlaşan zaman sonuncular nəqliyyat vasitəsinin yanında dayanmışlar. X1 və Təqsirləndirilən şəxs1 Elbrus oğluna yaxınlaşan zaman Günay adlı qadın orada olmamış, daha sonra onlara yaxınlaşmışdır. Şübhəli şəxslər maşının yanında dayanmış, hərəkətdə olmamışlar. Onlar şübhəli şəxsləri müşayiət etdikləri ilk anda dərhal onlara yaxınlaşmış və özlərini təqdim etmiş və şübhəli şəxslərdən də özlərini təqdim etmələrini xahiş etmişlər. Maksimum 30 dəqiqə ərzində şübhəli şəxslər saxlanıldıqdan sonra idarəyə gətirilmişdir. Şübhəli şəxslər idarəyə gətirildikdən sonra əvvəlcə təhqiqatçıya təqdim olunmuşlar. Daha sonra şübhəli şəxslərə müdafiəçilərin siyahısı təqdim olunmuş və dövlət hesabına vəkil ilə təmin olunmuşlar. Müdafiəçilərin nə qədər vaxt ərzində idarəyə gəldiklərini hazırda xatırlamır. Şübhəli şəxslərin vəkil ilə konfidensial ünsiyyət qurmasına şərait yaradılmışdır. O, şübhəli şəxslərin vəkil ilə nə qədər müddət danışdıqlarını hazırda xatırlamır. O, şəxsən videoçəkilişdə iştirak etmişdir. O, inzibati binada olmuş, lakin digər işlərin çoxluğu ilə əlaqədar olaraq şübhəli şəxslərin idarəyə gətirildikdən neçə saat sonra videoçəkilişə çıxarılmasını və bu zaman kəsiyində onların nə işlə məşğul olmasını hazırda xatırlamır. Elşad ifadəsində narkotikdən xəbəri olduğunu bildirmiş və Ülvinin narkotikin çatdırılması müqabilində özünə istifadə üçün narkotik verəcəyini vəd etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Ülvi İbrahimovun ifadəsində dedikləri işgəncə ilə bağlı xüsusatlar reallığı əks etdirmir. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərdi ki, Baş İdarəyə daxil olmuş əməliyyat məlumatı əsasında, 15 iyun 2023-cü il tarixdə, yaradılmış əməliyyat qrupu ilə birlikdə, Yasamal rayonu, Şərifzadə küçəsinə yollanmışlar və orada sabit yer tutaraq, müşahidə aparmağa başlamışlar. Onlar artıq 16 iyun 2023-cü il tarixdə, saat 01:45 radələrində, əməliyyat məlumatı ilə zahiri görünüşünə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu təxmin etdikləri şəxsləri müəyyən etmişlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və onlardan da özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra həqiqətən onların axtardıqları şəxslər olduğunu qət etmişlər. Daha sonra Şahid5 adlı bir xanım oraya yaxınlaşmış və saxladıqları şəxslərin tanışı olduğunu onlara bildirmişdir. Onlar həmin şəxsləri onlarla birlikdə polis bölməsinə dəvət etmişlər. İdarədə şübhəli şəxslərin üzərinə təhqiqatçının da iştirakı ilə baxış keçirmişlər. Bu zaman Təqsirləndirilən şəxs2 əlində olan qara rəngli çantanın içərisindən 02 ədəd bağlama və hər bağlamanın içərisindən 05 ədəd olmaqla, ümumilikdə 10 ədəd bükümdə narkotik maddə heroin aşkar olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 ilkin ifadəsində narkotik maddələri anket məlumatları müəyyən olunmayan, İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmiş və Təqsirləndirilən şəxs1 da bu işdə ona sürücü kimi köməklik etdiyini, bu xidməti qarşılığında isə Elşada narkotik maddə verəcəyini vəd etdiyini bildirmişdir. Şahid5 isə ifadəsində baş verənlər barədə ümumiyyətlə məlumatı olmadığını qeyd etmişdir. Aşkar olunan narkotik maddələrin mənşəyi, tərkibi və çəkisi müəyyən olunması üçün məhkəmə-kimyəvi ekspertizaya göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2la qeyri-rəsmi münasibətdə olmuşdur. Hadisə baş verən ərəfələrdə o, Ülvi ilə birlikdə Şirvan şəhərində yaşadıqları evi təhvil verib Bakıya gəlmişlər. Onun kiçik oğlu Ömərin doğum ilə bağlı sənədləri M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında olmuşdur. Onlar Ülvi ilə Bakıya gedərək, gecəni oteldə keçirib, səhəri gün xəstəxanadan onlara aid sənədləri götürməyi planlaşdırmışlar. O, Təqsirləndirilən şəxs1 daha əvvəl 2 dəfə görmüş və onu taksi sürücüsü kimi tanımışdır. Ülvi Elşada zəng edərək Elşaddan gəlib onları aparmasını xahiş etmişdir. Elşad maşınla gələrək, onları qarşılamışdır. Onlar yolda olarkən o, Ülvidən mağazaya getməsini və “pampers” ilə su almasını xahiş etmişdir. Elşad avtomobili yol kənarında saxlamış, bu zaman Ülvi mağazaya getmişdir. Ömər avtomobildə, onun qucağında yatmış, Elşad da avtomobildə olmuşdur. Ülvi bir qədər gecikmiş və o, bunu Elşada bildirmişdir. Elşad bu zaman maşından aşağı düşüb, Ülvini axtarmağa getmişdir. O, bir qədər sonra maşının pəncərəsindən 5-6 nəfər tanımadığı şəxsin Ülvini yerə yıxdığını görmüşdür. Bu zaman o, qışqırmış və maşından aşağı düşmək istəmişdir. Lakin həmin tanımadığı şəxslər ona susmağı və yenidən maşına əyləşməyi əmr etmişlər. Bir qədər sonra 3 nəfər polis əməkdaşı gəlmiş və onlardan biri sükana əyləşmiş, digər ikisi isə sağında və solunda oturmuşdur. Onları Nərimanov ərazisinə gətirmişlər. İnzibati binada Ülvi və Elşadı başqa yerə aparmışlar. O, isə uşağıyla birgə ayrı bir otaqda qalmışdır. O, bu zaman nə baş verdiyi barədə onlara sual vermiş, lakin, ona heç kim cavab verməmişdir. Daha sonra videoçəkiliş üçün onu ayrı bir otağa aparmışlar. Otaqda o, Ülvi və Elşadın üzərində şəxsi axtarış və baxış aparılmışdır. Videoçəkilişdən yadında qalan polis əməkdaşları tərəfindən Ülviyə verilən suallar olmuşdur. O, özü də şokda olduğu üçün digər detalları hazırda xatırlamır. O, həmin gecə uşağıyla birlikdə polis bölməsində qalmışdır. Səhəri gün polis əməkdaşları ona yolpulu vermişlər və o, oğlu ilə birlikdə Şirvan şəhərinə geri qayıtmışdır. Məhkəmə iclasında AR Cinayət-Prosessual Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, dövlət ittihamçısının ittiham tərəfindən təqdim olunmuş sübutların tədqiqinin baxılmış sübutlarla məhdudlaşdırılması barədə vəsatəti təmin olunduğundan, məhkəmə tərkibi məhkəmədə dindirilmiş şahidlərin ifadələrini kifayət hesab edərək, AR DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid7 dindirilməsini və digər polis əməkdaşlarının ifadələri ilə eyni məzmunlu olan ifadəsinin elan edilməsini zəruri hesab etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023-cü il tarixli 6/3362 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 əlində saxladığı qara rəngli çantadan aşkar olunan 10 ədəd bağlamada...” yazıları və imzalar olan paketdəki 10 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1001,9 qram, 967,8 qram, 987 qram, 996,4 qram, 1034,7 qram, 995,4 qram, 1065,8 qram, 1009,5 qram, 995,2 qram və 991,4 qram olmaqla ümumi təmiz çəkisi - 10045,1 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi - 10045,1 qram, tədqiqata sərf edildi - 0,3 qram, qalıq - 10044,8 qram. (cild 1, iş vərəqə 81-82) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X6 xx.xx.2023-cü il tarixli 4684 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 deməsinə görə 2 ildir ki, narkotik vasitə olan marixuanadan və psixotrop maddə olan metamfetamindəın istifadə edir. Müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 341-342) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X6 xx.xx.2023-cü il tarixli 4682 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 deməsinə görə 1-2 dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 339-340) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 ambulator məhkəmə-psixiatrik ekspertizasının 02 oktyabr 2023cü il tarixli 4117 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin emosional davamsız tip psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları İdarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM- in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. (cild 1, iş vərəqə 343-345) İş materiallarında olan 16 iyun 2023-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında onlar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 16 iyun 2023-cü il tarixdə ünvan 4 ünvanının yaxınlığında tanışları Şahid5 Füzuliyevna ilə birlikdə saxlanılaraq DİN-in BMCMİ-nin İnzibati binasına gətirilmişlər və üzərilərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı qara rəngli çantanın içərisində olan 02 ədəd bağlamanın içərisində olan 10 ədəd bağlamada narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 46-49) İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 5(005)-1104/2023 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 15 iyun 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. (cild 1, iş vərəqə 227-228) İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 06 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə, işgəncələrə, habelə digər qanunsuz hərəkətlərə məruz qalması araşdırma zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının CPM-in 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. (cild 2, iş vərəqə 320- 323) Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş tibbi kitabçaların surətlərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 sağ döş nahiyəsində 2 sm ölçüdə əzilmiş, sarımtıl rəngli qançır müşahidə edilmiş, Təqsirləndirilən şəxs1 müayinəsi zamanı onun bədənində xəsarət aşkar edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 BMCMİ-nin Müvəqqəti saxlama yerinə qəbul edilərkən bədənləri üzərində xəsarət müəyyən olunmamışdır. İş materiallarında olan “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 09 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 müvafiq olaraq götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı onun istifadəsində olmuş bir ədəd “Redmi” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də telefonun “WhatsApp” bölməsində İran İslam Respublikasına məxsus olan, adı “selpe” deyə qeyd edilmiş +98 994 458 7434, “Qard” adı ilə qeyd edilmiş +98 914 899 3949, +98 937 *** **** və +98 914 *** **** mobil telefon nömrələrinin olması müəyyən edilmişdir. Mobil telefonun “WhatsApp” bölümünə baxış keçirilərkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair aşağıdakı məzmunda səsli mesajlar aşkar edilmişdir: xx.xx.2023 - +994 51-645-07-46 (Təqsirləndirilən şəxs2) +98 994 *** **** (Selpe) “Eşidirsən məni, allaha and olsun sən mənə bu gün mənə 10 qram atsan, sənə axşama 500 manat pul atacam. Yəni ki, sevindirəcəm səni. Sən mənim 10 qramımım at hələ birinci sonra yaxşı olacaq hər şey. Özünü doğrult da yekə oğlansan ə”Gətirmişəm qaytarmışam axırı 5 dənə kola 15 dənə patım var əlimdə” xx.xx.2023 - +994 51-645-07-46 (Təqsirləndirilən şəxs2) +98 937 *** **** (adı qeyd edilməmişdir.) “Mənə dəqiq vaxt de. 10 dəqiqənin içində atırsa.gözləyim qayıdım dala. Atmırsa, çıxıb gedim mən. Birdə mən səninlə svyaz saxlamayacam”. xx.xx.2023 - +994 51-645-07-46 (Təqsirləndirilən şəxs2) - +994 55-405-04-09 (Meherrem Sin) “Gətirmişəm qaytarmışam axırı 5 dənə kola 15 dənə patım var əlimdə” xx.xx.2023 - +994 51-645-07-46 (Təqsirləndirilən şəxs2) - +98 914 *** **** (Qard) “Rayona çatacam malı verəcəm pulu atacam sənə. Mənim də orada 100 manat 150 manat xeyrim var. Sənə yalannan nə deyim. (cild 2, 262-263) İş materiallarında olan “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 14657 saylı məktubla müşayət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan 051-645- 07-46 saylı GSM nömrəyə aid xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair aşağıdakı məzmunda SMS yazışmaları aşkar edilmişdir: /05/2023,22:37:42,**********43,**********46,Arvadun qeıdi semura verecem imdi pati verde axrinci defe qoy qapiya /05/2023,03:22:25,**********64,**********46,Yaxwi ulvi sen bele edin lap zor etdin ela ********* bu qimet yawa gor men ne edirem pila da soxum dawada soxum bulara gore deyil ama senede soxum gxzva meni lap yaxwi taniyasan /06/2023,23:59:29,**********77,**********46,Qaqa nicatdi teli ac tez otu 40 manatliq olsun xx/xx/2023,16:37:01,**********62,**********46, ülvi mənə təcili bidənə yarımçıq lazımdı mənnən əlaqə saxla. (cild 2, iş vərəqə 260) İş materiallarında olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığının cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi müəyyən edilmişdir. Sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmalarına dair əlavə məlumatların əldə edilməsinin, digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmamasının, yaxın əlaqələrinin müəyyən edilməsinin, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin, qanunsuz olaraq əldə etdikləri narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə olunmamışdır. (cild 2, iş vərəqə 261) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə özlərini təqsirli bilməyərək, polis əməkdaşlarının işgəncələri nəticəsində narkotik vasitənin onlara aid olmasını boyunlarına almağa məcbur edilmələri, satış məqsədi ilə narkotik vasitə əldə etməmələri barədə verdikləri ifadələrinə hüquqi qiymət verərək belə hesab edir ki, onların bu ifadələri işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onların məhkəmədə verdikləri ifadələri, ibtidai istintaq zamanı özlərinin qismən etiraf edici ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023-cü il tarixli 6/3362 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X6 xx.xx.2023-cü il tarixli 4684 nömrəli, xx.xx.2023-cü il tarixli 4682 nömrəli rəyləri, 16 iyun 2023-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokol, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 5(005)-1104/2023 nömrəli əməliyyat-axtarış tədbirlərinin qanunauyğun hesab edilməsinə dair qərarı, Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 06 oktyabr 2023-cü il tarixli qərarı, “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 09 avqust 2023-cü il tarixli protokol, “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 25 iyul 2023-cü il tarixli protokol və digər sübutlarla da tam təkzib olunur. Belə ki, iş materiallarında olan 17 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək, qeyd etmişdir ki, “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı olan şəxslə tanış olmuş, daha sonra “WhatsApp” sosial şəbəkəsində onunla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs2 onun adını və anket məlumatlarını bilməmiş, adını kontaktında “selpe” deyə qeyd etmişdir. O, təxminən 20 gün əvvəl İranlının kartına 500 manat pul ataraq ondan 5 qram çəkidə “patı” almış, iranlı ona “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə narkotikin olduğu yerin koordinatlarını göndərmiş, o da Şirvandan Bakıya gələrək Xırdalan şəhəri ərazisindən həmin malı götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 iranlının kartına 300 manat göndərmiş və bunun müqabilində iranlı Təqsirləndirilən şəxs2 6 qram “patı” verməli olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 15 iyun 2023-cü il tarixdə Günay ilə əlaqə saxlayaraq Bakı şəhərinə getmək istədiyini bildirmiş və məsələnin əsl mahiyyəti barədə Günay tam olaraq xəbərsiz olmuşdur. Günay Ülvi ilə razılaşmış və onlar Bakıya gəlmiş, sonra Ülvi əvvəllər Şirvan şəhərində qonşusu olduğu, hazırda Bakı şəhərində taksi sürücüsü qismində fəaliyyət göstərən Elşad ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs2 Elşada külli miqdarda narkotikin arxasınca getdiyini bildirmiş və Elşada onunla birlikdə gələcəyi təqdirdə müəyyən miqdarda narkotik verəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs2 şərti ondan ibarət olmuşdur ki, narkotiki iranlının dediyi yerə Elşadın maşını ilə aparsın. Elşad bu təkliflə razılaşmış, Təqsirləndirilən şəxs2 ona Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 714 ünvanına gəlməli olduğunu demiş və Günayla birlikdə həmin ünvana getmişdir. Elşad ora “Toyota Prius” markalı **-VT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə gəlmiş, Ülvi və Günay maşına əyləşdikdən sonra sonuncuya maşında bir müddət gözləməyini xahiş etmişlər və bildirmişlər ki, onlar marketə getməlidirlər. Bundan sonra Ülvi və Elşad maşından düşmüşdür. Hadisə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 714 küçəsində baş vermiş və saat təxminən 01:45 radələri olmuşdur. Narkotiki götürmək üçün Ülvi və Elşad iranlının Ülviyə dediyi yerə yaxınlaşmış və götürüb uzaqlaşmaq istəyən zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onların da özlərini təqdim etməklərini xahiş etmişlər. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirərək barələrində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarla onları tanış etmişlər. Həmin an narkotik Təqsirləndirilən şəxs2 sağ əlində olan çantada olmuş və o, səmimi olaraq etiraf edib bildirmişdir ki, sağ əlində olan çantada narkotik vardır. (cild 1, iş vərəqə 148-152) Həmçinin, Təqsirləndirilən şəxs1 da 17 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadəsində özünü qismən təqsirli bilərək, Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən ifadəsinə uyğun ifadə vermişdir. (cild 1, iş vərəqə 165-169) Eləcə də, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmədə dindirilmə protokolunda hər iki şəxs törətdikləri cinayət əməlini etiraf etmişlər. (cild 1, iş vərəqə 130-135) Eyni zamanda, 16 iyun 2023-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılan zaman onlara qarşı hər hansı təzyiq göstərilmədiyini bildirmişlər. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli qərarına əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə şəxsi axtarış, baxış, götürmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı çantadan aşkar edilmiş ümumilikdə 10045,1 qram külli miqdarda narkotik vasitə heroinin 10 ədəd bükümdə olması, bir yerdən başqa yerə daşınması da təsdiq edir ki, qeyd olunan miqdarda olan narkotik vasitə qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edilmiş və daşınmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 2, iş vərəqə 246-247) Elektron Məhkəmə Sisteminin məlumatından, iş materiallarında olan Şirvan şəhər İcra başçısının 1 saylı sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışından, şəxsiyyət vəsiqələrinin və nikah haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, onun himayəsində hər ikisi xx.xx.2020-ci il təvəllüdlü X10 və X7 olmaqla iki azyaşlı uşağı vardır. (cild 2, iş vərəqə 255-257) Şirvan şəhər İcra başçısının 1 saylı sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və AR CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 2, iş vərəqə 248-249) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, habelə, təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-914/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 19; 197-201) Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 913/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 36; 202-206) Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X6 xx.xx.2023-cü il tarixli 4684 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X6 xx.xx.2023-cü il tarixli 4682 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, ona. narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin, o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs2 57 (əlli yeddi) manat və Təqsirləndirilən şəxs1 57 (əlli yeddi) manat olmaqla, bərabər qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 10045, 1 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 10044,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış, baxış, götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş, sonradan təqsirləndirilən şəxsin digər müdafiəçi ilə müqavilə bağlaması səbəbindən cinayət prosesində iştirakına xitam verilmiş müdafiəçi X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Fides” Vəkil Bürosunun hesabına 30 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 10044,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, şəxsi axtarış, baxış, götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs2 57 (əlli yeddi) manat və Təqsirləndirilən şəxs1 57 (əlli yeddi) manat olmaqla, bərabər qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş, sonradan təqsirləndirilən şəxsin digər müdafiəçi ilə müqavilə bağlaması səbəbindən cinayət prosesində iştirakına xitam verilmiş müdafiəçi X5 təqsirləndirilən şəxsə göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Fides” Vəkil Bürosunun hesabına 30 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1060/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1060/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver