Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1060/2025 11.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxslərin nümayəndəsi – Bakı şəhəri, “FEMİDA” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, “FİDES” Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx xxxx 1986-cı ildə Şamaxı rayonunda doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, 15 iyul 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144- 1.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti araşdırılan Türkiyə Respublikasının vətəndaşı Əjdər və Doğuş adlı şəxslərlə razılaşıb, cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2023-cü il noyabr ayının sonlarında ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq, ona Türkiyə Respublikası Aydın əyalətinin Quşadası rayonunda restoranda işə düzəldib yüksək gəlir əldə edəcəyini vəd edib, aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 10 dekabr 2023-cü il tarixdə saat 02:16-da Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına X3 keçirməklə Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonuna aparıb, həmin rayonda yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra Əjdər və Doğuş adlı şəxslərlə birlikdə 10 dekabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonunda yerləşən Əjdər adlı şəxsin işlətdiyi “Çukur” adlı kafeyə gələn kişi müştəriləri ilə görüşdürüb həmin rayonun müxtəlif otellərində pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti araşdırılan Türkiyə Respublikasının vətəndaşı Əjdər və Doğuş adlı şəxslərlə razılaşıb, cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 24B ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq, ona Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonunda işə düzəldib yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 03 yanvar 2024-cü il tarixdə saat 00:58-də Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına X3 keçirməklə Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonuna aparıb, həmin rayonda yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra Əjdər və Doğuş adlı şəxslərlə birlikdə 03 yanvar 2024-cü il tarixdən 05 yanvar 2024-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonunda yerləşən Əjdər adlı şəxsin işlətdiyi “Çukur” adlı kafeyə gələn kişi müştəriləri ilə görüşdürüb həmin rayonun müxtəlif otellərində pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə tamah niyyəti ilə təkrar iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə cinsi istismar etmək barədə şəxsiyyəti araşdırılan Türkiyə Respublikasının vətəndaşı Əjdər və Doğuş adlı şəxs ilə razılaşıb, cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının əvvəllərində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yaşayan Zərərçəkmiş şəxs4 ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq, ona Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonunda işə düzəldib yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 14 yanvar 2024-cü il tarixdə saat 02:14-də Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına X3 keçirməklə Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonuna aparıb, həmin rayonda yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra Əjdər və Doğuş adlı şəxslərlə birlikdə 14 yanvar 2024-cü il tarixdən 04 fevral 2024-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonunda yerləşən Əjdər adlı şəxsin işlətdiyi “Çukur” adlı kafeyə gələn kişi müştəriləri ilə görüşdürüb həmin rayonun müxtəlif otellərində pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə tamah niyyəti ilə təkrar iki və daha çox şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə cinsi istismar etmək barədə şəxsiyyəti araşdırılan Türkiyə Respublikasının vətəndaşı Əjdər və Doğuş adlı şəxs ilə razılaşıb, cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının sonlarında ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq, ona Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonunda işə düzəldib yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 15 fevral 2024-cü il tarixdə saat 06:20-də Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına X3 keçirməklə Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonuna aparıb, həmin rayonda yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra Əjdər və Doğuş adlı şəxslərlə birlikdə 15 fevral 2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonunda yerləşən Əjdər adlı şəxsin işlətdiyi “Çukur” adlı kafeyə gələn kişi müştəriləri ilə görüşdürüb həmin rayonun müxtəlif otellərində pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə tamah niyyəti ilə təkrar iki və daha çox şəxs barəsində insan alveri cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, iş üzrə zərərçəkmiş şəxsləri tanımır. Bir gün o, aeroporta gedərkən polis işçiləri gəlib onu saxlamışlar. Bu zaman Xəyyam adlı polis əməkdaşı onun üzərinə hücum çəkmiş, ona yazılan ifadələrə qol çəkməli olduğunu bildirmişdir. O da, qorxduğu üçün Xəyyamın dediklərini etmişdir. Müdafiəçisi Musa müəllim işə qoşulduqdan sonra gecə ilə onu oradan çıxarmışdır. Üstündən üç ay keçəndən sonra pasportu polis idarəsində qaldığı üçün Xəyyama zəng edib pasportunu tələb etmişdir. Sonuncu da ona pasportu gəlib götürə biləcəyini demişdir. Bunun üçün o, polis idarəsinə getmiş, bu zaman onu saxlamışlar. Daha sonra dörd nəfəri gətirib onun üzünə durğuzmuşlar ki, guya onlardan pul almışdır. Əslində isə, o, həmin şəxslərdən pul almamış, onları ümumiyyətlə tanımamışdır. Həmin qızları o, Azərbaycanda olarkən tanımamış, onları Türkiyədə görüb tanımışdır. O, qızlarla birlikdə Türkiyədə barda işləmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs özünün ilk dəfə neçənci ildə Türkiyəyə getdiyini xatırlamadığını, tanışı Səma adlı qızın Türkiyədə olduğunu, onun da Səmaya zəng edib oraya işləmək üçün gəlmək istədiyini dediyini, həmin vaxt İstanbulda oteldə qaldığını, Quşadasına Elvina adlı qızın yanına getdiyini, Nərmini Türkiyədə tanıdığını, onunla Quşadasında oteldə tanış olduğunu, Nərminəni kiminləsə tanış etmədiyini, Xəyyam adlı şəxsin onu ilk dəfə hava limanında saxladığını, sonra Xəyyamın onu idarəyə apardığını, özünün 2023-cü ildən sonra dörd dəfə Türkiyəyə gedib gəldiyini, zərərçəkmiş şəxsləri Xəyyam müəllimin yanında görmədiyini, zərərçəkmiş şəxsləri Türkiyədə tanıdığını və onların Türkiyəyə necə gəlmələri barədə məlumatı olmadığını, zərərçəkmiş şəxslərin özlərinin Türkiyəyə gedib-gəldiklərini, hətta gələndə özləri ilə qız da gətirdiklərini, zərərçəkmiş şəxsləri Türkiyədə görüb tanıdığını, onlarla arasında heç bir narazılıq olmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Azərbaycan Respublikası CMin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2004-cü ildə Ramin adlı şəxslə ailə həyatı qurmuş, 2014-cü ildə Ramin vəfat etmişdir. Daha sonra Bakı şəhərinə gələrək anası və övladları ilə birlikdə yaşamışdır. Övladlarından qızının 14, oğlunun isə 18 yaşı var. Əvvəllər fərdi evlərdə təmizlikçi kimi işləmişdir. Sonradan maddi vəziyyəti yaxşı olmadığı üçün artıq başqa işlərlə məşğul olmağa qərar vermişdir. 2022-ci ilin avqust ayının ortalarında Türkiyə Respublikasında yaşayan Səma adlı tanışı ilə əlaqə saxlamışdır. Səmaya maddi vəziyyətinin yaxşı olmadığını və burada pul qazanmaqda çətinlik çəkdiyini bildirmişdir. Səma ona Türkiyəyə gələrək başqa işlərdə yaxşı gəlir əldə edəcəyini ona demişdir. O, bir az fikirləşmiş, sonradan Səma ilə razılaşmışdır. 2022-ci ilin avqust ayının 27-də Türkiyə Respublikasının İstanbul şəhərinə Səmanın yanına getmişdir. Getmək üçün biletinin pulunu da Səma vermişdir. Bundan sonra artıq o, İstanbul şəhərində müxtəlif otellərdə Səmanın vasitəsilə tanış olduğu oradakı Ali adlı şəxsin təşkil etdiyi kişi müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olmuşdur. Bu zaman müştərilərin verdiyi pullar Aliyə getmişdir. Ali isə oradan ona həmin pulun yarısını vermişdir. Həmin Ali adlı şəxs onun qaçıb gedə biləcəyindən qorxduğu üçün pasportunu da əlindən almışdır. 3 ay müddətinə orada işlədikdən sonra Aliyə artıq getmək istədiyini bildirmişdir. Daha sonra Ali ona Bakı şəhərinə gəlmək üçün bilet almışdır. 26 noyabr 2022-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. Daha sonra bir müddət Bakı şəhərində fərdi evdə təmizlik işləri edərək pul qazanmışdır. Sonradan Elvina adlı tanışı ilə 2023-cü ilin aprel ayında “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq maddi vəziyyətinin yaxşı olmadığını deyərək, bu barədə Elvinadan ona köməklik etməsini xahiş etmişdir. Elvina ona özünün hal-hazırda Türkiyə Respublikasının X4 qəsəbəsində olduğunu, burada müxtəlif işlərdə işləyərək yaxşı pullar qazandığını bildirmişdir. Daha sonra Elvinanın yanına gəlməyi üçün ona köməklik etməsini xahiş etmişdir. Elvina ona ancaq Əjdər adlı müdirlə danışıb belə kömək edəcəyini demişdir. Elvina ondan pasportunun şəklini istəmiş və köməklik edəcəyini demişdir. Onun Türkiyə Respublikasının X4 qəsəbəsinə gəlməyi üçün Elvina onun biletini almış və o, 2023-cü ilin may ayının 8-də Türkiyə Respublikasının X4 qəsəbəsinə getmişdir. Orada bir müddət Elvinanın təşkil etdiyi kişi müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olmuşdur. Həmin müddət ərzində görüşdüyü müştərilərdən alınan pulun 1000 tl-si Elvinaya verilmişdir. Eyni zamanda Elvinanın nəzarəti altında işləyən Bəsti və Sevil də hər müştəridən Elvinaya 1000 tl pul vermişdir. Sonradan 2023-cü ilin iyul ayının 30-da övladlarını görmək üçün Bakı şəhərinə gəlmişdir. Bir müddətdən sonra yenidən artıq oranın köhnə iş yeri olduğu üçün və əlaqələrinin də hələ də qaldığı üçün 2023-cü ilin sentyabr ayının 30-da yenə də aldığı biletlə Türkiyə Respublikasının X4 qəsəbəsinə gəlmişdir. Burada işlədiyi müddətdə ona 2023-cü ilin dekabr ayının ortalarında əvvəldən Bakı şəhərindən tanıdığı Ülviyyə Nuriyeva adlı tanışı zəng edərək maddi vəziyyətinin yaxşı olmadığını bildirib, köməklik etməyini xahiş etmişdir. Eşitdiyinə görə, onun burada yaxşı pul qazandığını və əlaqələrinin geniş olduğunu bildirmişdir. O, Ülviyyəyə burada “Məkan” adlı kafeyə gələn müştərilərlə cinsi əlaqədə olaraq pul qazana biləcəyini demişdir. 2023-cü ilin dekabr ayının sonlarında o, Ülviyyədən şəxsiyyət vəsiqəsinin şəklini istəmişdir. Ülviyyə ona şəxsiyyət vəsiqəsinin şəklini atdıqdan sonra müdirü Əjdərin vasitəsilə onun yol biletini almışdır. Əjdər həmin işlədiyi məkanın müdürü olmuşdur. Doğuş da həmin məkanda olan qızlara nəzarət etmişdir. Ülviyyə Türkiyə Respublikasının İzmir şəhərinə gəlmişdir. Doğuş Ülviyyəni qarşılayaraq X4 qəsəbəsində yerləşən yaşadıqları evə gətirmiş, həmin gün yol gəldiyinə görə Ülviyyəyə istirahət etməsini bildirmişdir. Səhəri gün axşam vaxtlarında Ülviyyəni özü ilə birlikdə “Çukur” restoranına apararaq orada həmin məkana gələn müştərilərlə cinsi əlaqədə olacağını bildirmişdir. Bundan sonra Ülviyyə orada işləməyə başlamışdır. Daha sonra 2023-cü ilin dekabr ayının əvvəllərində Bakı şəhərindən tanıdığı Nərmin adlı tanışı da ona zəng edərək maddi vəziyyətinin yaxşı olmadığını, onun işlədiyi yerin yaxşı gəlir gətirdiyini, əlaqələrinin geniş olduğunu eşitdiyini bildirib kömək etməyini xahiş etmişdir. O, Nərminə burada “Məkan” adlı kafeyə gələn müştərilərlə cinsi əlaqədə olaraq pul qazana biləcəyini demişdir. Nərmin də artıq 2023-cü ilin dekabr ayının ortalarında həmin “Məkan” adlı kafedə işləməyə başlamışdır. Nərminin də yol biletini Əjdərin vasitəsilə almışdır. Nərminə də həmin qaydada Ülviyyədə olduğu kimi şərtləri izah edib kişi müştəriləri ilə görüşüb pul qazanacağını izah etmidir. Amma Nərmin 15 gün işlədikdən sonra geri qayıtmışdır. 2024-cü ilin yanvar ayının ortalarında Sevinc adlı tanışı da ona zəng edərək işlədiyi yerə gəlmək üçün kömək istəmişdir. Sevincdən şəxsiyyət vəsiqəsinin şəklini istəmişdir. Sevinc ona şəxsiyyət vəsiqəsinin şəklini atdıqdan sonra Əjdərin vasitəsilə onun yol biletini almışdır. Sevinc Türkiyə Respublikasının İzmir şəhərinə gəlmişdir. Doğuş Sevinci qarşılayaraq X4 qəsəbəsində yerləşən yaşadıqları evə aparmışdır. Həmin günü yol gəldiyinə görə Sevincə istirahət etməsini bildirmişdir. Sevinci özü ilə birlikdə “Çukur” restoranına apararaq orada Sevincin həmin məkana gələn müştərilərlə cinsi əlaqədə olacağını bildirmişdir. Bundan sonra Sevinc orada işləməyə başlamışdır. 2024-cü ilin fevral ayının ortalarında Mətanət adlı tanışı da ona zəng edərək işlədiyi yerə gəlmək üçün kömək istəmişdir. O da, yenə eyni qaydada şərtləri izah etmişdir. Mətanətin də yol biletini Əjdər almışdır. Gəldikdən sonra Mətanətə də eyni qaydada şərtləri izah etmiş və Mətanət də eyni qaydada digərləri kimi işləməyə başlamışdır. Həmin qadınlardan hər müştəriyə görə ona arada ***-**** tl pul qalmış, həmin pulu da o, evə xərcləmiş, bazarlıqlar etmişdir. Həmin orada işləyən qadınlar da hamısı onun aldıqlarından istifadə etmişdir. Bakı şəhərindən tanıdığı Vüsalə adlı qadın onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs1 adlı qadının da gəlmək istədiyini ona bildirmişdir. O, bu zaman Doğuşla əlaqə saxlamalarını bildirmişdir. Zərərçəkmiş şəxs1 2024-cü ilin yanvar ayının əvvəllərində işlədiyi yerdə görmüşdür. Lakin həmin qadın məkana içəri daxil olduqdan sonra işi bəyənməmiş və həmin gecə xəstəlik adı ilə məkandan icazə alıb evə getmiş, oradan isə əşyalarını götürüb tanımadığı şəxsin köməkliyi ilə Bakı şəhərinə qayıtmışdır. Sonradan o da, həmin məkanda bir müddət işlədikdən sonra 2024-cü ilin mart ayının 2-də qızı xəstə olduğu üçün yenidən Bakı şəhərinə gəlmişdir. Həmin vaxtdan sonra isə artıq Bakı şəhərində olmuş, ölkə xaricinə getməmişdir. İstintaq zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, adlarını qeyd etdiyi Ülviyyə Nuriyeva, Sevinc, Zərərçəkmiş şəxs1, Məryəm ləqəbli Mətanət və Nərmin adlı qadınları və eyni zamanda hər hansı bir qadını cinsi istismara məruz qoymamış, onları nəyəsə məcbur etməmişdir. Həmin qadınlar onun nömrəsini taparaq özləri onunla əlaqə saxlayıb gəlmək istədiklərini bildirmiş və bundan əlavə həmin qadınlar Türkiyəyə fahişəliklə məşğul olduqlarını bilib gəlmişlər. O, həmin qadınları aldatmamışdır. Ali, Səma, Elvina, Əjdər və Doğuş adlı şəxslərin anket məlumatlarını bilmir. O, kiminsə pasportunu almamış, həmin vaxt onların pasportları özlərində olmuş və yol biletlərini də Əjdər almışdır. O, bilet almamışdır. Orada qalıb məcbur kişilərlə cinsi əlaqədə olmalarını da kiməsə məcbur etməmişdir. Ümumiyyətlə, orada kiməsə qarşı məcburiyyət olmamışdır. Müştəri ilə görüşən qadınlar arada ona ***-**** tl arası pul vermiş, həmin pulu da ona hörmət müqabilində vermişlər (cild 1, iş vərəqi 199-202). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, həmin ifadənin məhkəmədə verilmiş ifadə kimi qəbul olunmasını xahiş etmiş, göstərmişdir ki, 2020-ci ildən Binəqədi rayonunda yaşamış, həmin vaxt saç qaynaqçısı kimi işləmişdir. Salonda olarkən o, Aidə xanımla tanış olmuşdur. Söhbət zamanı Aidə ona yaxşı iş olduğunu bildirmiş və işləmək üçün onu Türkiyəyə çağırmışdır. O da, işləmək üçün oraya getmişdir. 2024-cü ilin yanvar ayının 4-də Türkiyəyə çatmışdır. Türkiyədə olarkən ona kişi müştəriləri ilə görüşməli olduğunu bildirmiş, danışığa görə qazandığı pulun 50%-ni onu işlədən şəxslərə verməli olmuşdir. Bundan sonra o, həmin yerdə dalaşmış və oranı tərk etmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmamış və ona qarşı şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 2020-ci ilin dekabr ayında 6-cı mikrorayonda gözəllik salonunda Aidə adlı qadınla tanış olmuşdur. Aidə həmin salonda dırnaq ustası kimi fəaliyyət göstərmiş, həmin ərəfədə onun Aidə ilə münasibəti yaranmışdır. Aidə ilə “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlamış, onların münasibətləri səmimi olmuşdur. Aidə hər dəfə onunla danışdıqda Türkiyə Respublikasında olduğunu, burada çoxlu gəlirli iş yerlərinin olduğunu və özünün də restoranda kassir olduğunu bildirmiş, ona da gələ biləcəyi halda yüksək maaşlı işlərdə çalışa biləcəyini demişdir. Həmin vaxt edilən təklifə razı olmamışdır. 2023-cü il dekabr ayının sonlarında yenidən Aidə ilə əlaqə saxlayıb dediyi təkliflə razı olduğunu bildirmişdir. Aidə ona xarici pasportunun şəkilini göndərməyini istəmiş, o da, şəklini göndərmişdir. Bir neçə saat sonra onun üçün yol bileti aldığını bildirmişdir. Aidənin aldığı yol bileti ilə 2024-cü ilin yanvar ayının 3-də Bakıdan Hava limanından birbaşa Türkiyə Respublikasının İzmir şəhərinə getmişdir. Orada onu hava limanında Doğuş adlı şəxs qarşılamışdır. Aidə xəstə olduğunu bildirərək onu qarşılamağa Doğuş adlı şəxsin gələcəyini demişdir. Sonradan Doğuş onu qarşılayaraq Aidənin olduğu Türkiyə Respublikasının X4 qəsəbəsində yerləşən yaşadığı evə aparmışdır. Həmin günü axşamı Aidə onu işləyəcəyi yer ilə tanış olmaq üçün həmin restorana aparmışdır. Burada onu yanına çağıraraq Türkiyəyə gəlməyi üçün xeyli miqdarda pul xərclədiyini, burada kassir kimi işləyib borclarını qaytara bilməyəcəyini bildirib, ona həmin restoranda kişi müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olaraq yaxşı pul qazanacağını demişdir. O, dəfələrlə Aidəyə etiraz etsə də, Aidə onu kişilərlə görüşməyə məcbur etmişdir. Həmin günü Aidə onu nəzarəti altında məcburi olaraq pul qarşılığında iki nəfər kişi ilə cinsi əlaqədə olmağa məcbur etmişdir. Həmin şəxslərdən aldığı pulları Aidə özünə götürmüşdür. O da, sənədlərini özündə saxlayaraq oradan hansısa yolla qaçmaq qərarına gəlmişdir. Aidəyə özünü yaxşı hiss etmədiyini bildirərək onu evə göndərməsini xahiş etmişdir. Aidə onunla razılaşmış və səhəri gün özü ilə birlikdə həmin restorana gətirəcəyini qeyd etmişdir. Bundan sonra onu Aidənin tanıdığı taksi ilə evə aparmışdır. xx.xx.2024-cü il tarixdə orada tanımadığı türk vətəndaşının köməkliyi ilə taksidə İzmir hava limanına getmişdir. Həmin şəxsin köməkliyi ilə İstanbul şəhərinə, oradan isə təyyarə ilə Azərbaycana gəlmişdir. Aidə ona “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə hədə-qorxular gələrək onu tapacağını və yox edəcəyini deyərək şantaj etmişdir (cild 1, iş vərəqi 112-115). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, həmin ifadənin məhkəmədə verilmiş ifadə kimi qəbul olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Bir dəfə Novxanı qəsəbəsində məclislərin birində Aynurə adlı xanımla tanış olmuş, söhbət zamanı Aynurə Türkiyədə işləyən bir xanımın olduğunu və orada vəziyyətinin yaxşı olduğunu deyərək onun yanına gedib işləməyi təklif etmişdir. O, Aidənin nömrəsini götürmüş, bir-iki ay onunla danışmışdır. Sonra maddi vəziyyətinin çətin olduğunu fikirləşib, gəlmək istədiyini bildirmiş, lakin bilet almaq üçün pulu olmadığını demişdir. Aidə ona bilet alacağını, amma gəlib burada işləyib pulu qaytarmalı olduğunu söyləmiş, o da, razılaşmışdır. Həmin vaxt pasportunda problem olduğu üçün gedə bilməmiş, ikinci dəfə isə bileti özüm alaraq Türkiyəyə getmişdir. Aidə ona aeroportda Doğuş adlı kok oğlanın qarşılayacağını demiş, həqiqətən də Doğuş onu qarşılayıb Quşadasına aparmışdır. O, 2024-cü ilin yanvar ayında Türkiyəyə getmiş, təxminən 5-6 ay orada işləmiş, sonra Azərbaycana qayıtmışdır. Türkiyədə olanda onlar bir mənzildə qalmış, Ülviyyə də orada qalmışdır. Orada olan qızların hamısı da fahişəliklə məşğul olmuşdur. Kişilərlə görüşəndən sonra 5000-6000 TL pul qazananda həmin pulun 1000-2000 TL-ni Aidə xanıma vermişlər. Hazırda onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs4 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, həmin ifadənin məhkəmədə verilmiş ifadə kimi qəbul olunmasını xahiş etdi. Zərərçəkmiş şəxsin sözlərinə görə, o, Aidə ilə Ülviyyə adlı qadının vasitəsi ilə tanış olmuş, onunla telefonda görüntülü danışmışlar. Türkiyəyə 2024-cü ilin yanvar ayında getmiş, fevral ayının 4-də isə oradan Bakıya qayıtmışdır. Orada onu Doğuş qarşılamış və Aidənin kirayədə qaldığı Əzizin evinə aparmışdır. Oraya çatanda Aidə vəsiqəsini əlindən alaraq özündə saxlamışdır. Getdiyi gündən başlayaraq Aidə onu müştərilərlə görüşdürmüş, hər gün 3-4 müştəri ilə görüşmüşdür. Müştərilərdən aldığı pulu Aidə ilə yarıya bölmüşlər. Orada olanda pulla bağlı Aidə ilə mübahisələri olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ona qarşı şikayətçidir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs3 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, həmin ifadənin məhkəmədə verilmiş ifadə kimi qəbul olunmasını xahiş etdi. Zərərçəkmiş şəxsin sözlərinə görə, o, bir neçə il əvvəl Vüsalə adlı rəfiqəsinin vasitəsi ilə Aidə adlı xanımı tanımışdır. Maddi vəziyyəti pis olduğu üçün Türkiyəyə getmək qərarına gəlmiş, Aidə ona Türkiyəyə yola salacağına söz vermişdir. O da, həmin ölkəyə getmiş, orada 15 gün qalmış, daha sonra Azərbaycana qayıtmışdır. Əvvəlcədən ona restoranda iş söz verilmiş, restoranda içki satışı ilə məşğul olacağı bildirilmişdir. Yalnız Türkiyəyə gedəndən sonra fahişəliklə məşğul olmaq üçün çağırıldığı ona məlum olmuşdur. Türkiyəyə gedərkən bilet almağa pulu olmadığı üçün Aidə onun biletini almış və ona borclu qalmışdır. Hazırda o, təqsirləndirilən şəxslə barışmamış və ona qarşı şikayətçidir, qanuni şəkildə şəxsin cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 01 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 Baş idarəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən Türkiyə Respublikasının X4 qəsəbəsinə aparıldıqlarını, həmin şəhərdə cinsi istismara məruz qaldıqlarını göstərmişlər. Rəhbərlik tərəfindən həmin məsələlərin araşdırılması ona həvalə olunmuşdur. Bununla bağlı, o, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 izahatlarını almışdır. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs adlı qadının şəxsiyyəti və yaşadığı ünvan müəyyən edilmiş, sonuncu dəvət edilərək izahatı alınmışdır. Daha sonra Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 iştirakı ilə adları çəkilən şəxslərin və Təqsirləndirilən şəxs sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək materiala əlavə edilmiş və toplanmış materiallar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhərində kirayədə qaldığı zaman Şəfa adlı qadınla tanış olmuş, onunla birlikdə vaxt keçirmişlərr. 2022-ci ilin qış aylarında isə Ayşə və Ülviyyə adlı qızlarla, həmin şəxslər də onun vasitəsi ilə 2023-cü ilin sentyabr ayında Şəfa ilə tanış olmuşlar. Bir-birinin maddi vəziyyətləri aşağı olduğu üçün ortaq iş axtarmışlar. Bir gün Ülviyyə də onların evinə gəlmiş, maddi sıxıntıları olduğu üçün Şəfa onlara Türkiyəyəg edib orada işləməyə təklif etmişdir. Şəfa Doğuş adlı tanışı ilə danışdığını və onlara köməklik edə biləcəklərini bildirmişdir. Şəfadan orada nə işlə məşğul olacaqlarını soruşduqda, onlara İzmir şəhərində “Çukur” restoranına gələn müştərilərlə içki içərək pul qazana biləcəklərini demişdir. Bundan sonra Şəfa Doğuşla əlaqə saxlamış, onu və Ülviyyəni Türkiyəyə gətirəcəyini demişdir. Şəfa onların şəxsiyyət vəsiqələrinin şəklini “Whatsapp”la Doğuşa göndərmiş, sonuncu onların yol biletlərini almışdır. 2023-cü ilin axırlarında Şəfa onları İzmir şəhərinə aparmışdır. Orada Doğuş onları qarşılayaraq Quşadadası qəsəbəsinə Əjdər adlı şəxsin evinə aparmışdır. Səhəri gün Şəfa ona və Ülviyyəyə “Çukur” restoranında müştərilərlə pul qarşılığında cinsi əlaqədə olacaqlarını, buna görə yaxşı pul qazanacaqlarını bildirmişdir. Onlar maddi vəziyyətləri çətin olduğuna görə Şəfanın dedikləri ilə razılaşıb işləməyə başlamışlar. Təxminən hər gün 2-3 müştəri ilə cinsi əlaqədə olmuşdur. Həmin vaxt restoranda onlara nəzarəti Doğuş etmişdir. Şəfa Ülviyyəni və onu Doğuşun vasitəsilə Türkiyəyə getdikləri üçün “Çukur” restoranında Azərbaycandan olan Aidə adlı qadının nəzarətinə verməmişdir. Aidə Azərbaycandan özü oraya gətirdiyi qadınları nəzarəti altında cinsi istismar etmiş və hər müştəriyə görə onlardan 1000 tl pul almışdır. Aidənin cinsi istismara məruz qoyduğu qadınlardan o, Sevinc, Mətanət, Nərmin, Ülviyyə və digər Ülviyyə adında qadınları tanımışdır. Məhkəmə iclasında şahid X2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələr elan və tədqiq olunarkən, onların Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdiyi müəyyən olundu (cild 2, iş vərəqi 76-79, 80-83). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş üzləşdirmə protokollarına əsasən, ibtidai istintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxsğ Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 arasında üzləşdirmələr keçirilmiş, həmin istintaq hərəkətləri zamanı adları çəkilən zərərçəkmiş şəxslər sərbəst ifadələrində qeyd etdiklərini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb olunduqlarını bildirmişlər (cild 1, iş vərəqi 163-168, 169- 173, 174-178, 179-183). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 05 iyul 2024-cü il tarixli 1955 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs1 idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcildir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs1 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs1 əqli-intellektual imkanlarına, fərdi-psixioloji xüsusiyyətlərinə, emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə Təqsirləndirilən şəxs müqavimət göstərə bilərdi. Lakin maddi ehtiyacının olması, borcunu qaytarmaq (ona alınmış təyyarə biletinin pulu) məcburiyyətində qoyulması ilə əlaqədar müqaviməti psixioloji cəhətdən sındırılmaqla tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərinə görə insan alveri cinayəti törədilən yeri dərk etmək qabiliyyətinə malik olmuşdur. Lakin məruz qaldığı psixioloji təsir və təzyiqlə əlaqədar insan alveri cinayəti törədilən yeri tərk etməyə bilərdi. Zərərçəkmiş şəxs1 cinayət törədilən vaxt olduğu hoteldə məcburi qalmasını kənar təsir və ya hansı kənar şəxslərin təsiri altında baş verməsini istintaq müəyyən edir. Zərərçəkmiş şəxs1 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar onun həmin şəxs və ya şəxslərin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs1 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir (cild 2, iş vərəqi 104-106). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 05 iyul 2024-cü il tarixli 1956 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs2 idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcildir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs2 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanlarına, fərdi-psixioloji xüsusiyyətlərinə, emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə Təqsirləndirilən şəxs müqavimət göstərə bilərdi. Lakin borcunu qaytarmaq (ona alınmış təyyarə biletinin pulu) məcburiyyətində qoyulması, maddi ehtiyacının olması ilə əlaqədar müqaviməti psixioloji cəhətdən sındırılmaqla tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərinə görə insan alveri cinayəti törədilən yeri dərk etmək qabiliyyətinə malik olmuşdur. Lakin məruz qaldığı psixioloji təsir və təzyiqlə əlaqədar insan alveri cinayəti törədilən yeri tərk etməyə bilərdi. Zərərçəkmiş şəxs2 ona qarşı cinayət törədilən vaxt olduğu hoteldə məcburi qalmasını kənar təsir və ya hansı kənar şəxslərin təsiri altında baş verməsini istintaq müəyyən edir. Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar onun həmin şəxs və ya şəxslərin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs2 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir (cild 2, iş vərəqi 101-103). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 06 iyul 2024-cü il tarixli 1965 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs4 idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcildir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs4 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs4 əqli-intellektual imkanlarına, fərdi-psixioloji xüsusiyyətlərinə, emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə Təqsirləndirilən şəxs müqavimət göstərə bilərdi. Lakin maddi ehtiyaclarının olması, borcunu qaytarmaq (ona alınmış təyyarə biletinin pulu) məcburiyyətində qoyulması ilə əlaqədar müqaviməti psixioloji cəhətdən sındırılmaqla tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs4 fərdi-psixi xüsusiyyətlərinə görə insan alveri cinayəti törədilən yeri dərk etmək qabiliyyətinə malik olmuşdur. Lakin məruz qaldığı psixioloji təsir və təzyiqlə əlaqədar insan alveri cinayəti törədilən yeri tərk etməyə bilərdi. Zərərçəkmiş şəxs4 cinayət törədilən vaxt olduğu hoteldə məcburi qalmasını kənar təsir və ya hansı kənar şəxslərin təsiri altında baş verməsini istintaq müəyyən edir. Zərərçəkmiş şəxs4 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar onun həmin şəxs və ya şəxslərin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs4 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir (cild 2, iş vərəqi 98-100). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 09 iyul 2024-cü il tarixli 1990 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs3 əqli-intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravert (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) tipli hesab edilir. Zərərçəkmiş şəxs3 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs3 emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə Təqsirləndirilən şəxs müqavimət göstərə bilərdi. Lakin ailəsinin yanında rüsvay ediləcəyi ilə təhdid olunması, borcunu qaytarmaq (ona alınmış təyyarə biletinin pulu) məcburiyyətində qoyulması, maddi ehtiyacının olması ilə əlaqədar müqaviməti psixioloji cəhətdən sındırılmaqla tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs3 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxs və ya şəxslərin hərəkəti nəticəsində cinayətə məruz qaldığı yeri tərk edə bilməməsi mümkündü. Zərərçəkmiş şəxs3 ona qarşı cinayət törədilən vaxt olduğu yerdə məcburi qalması hansı kənar təsir və ya hansı kənar şəxslərin təsiri altında baş verməsini istintaq müəyyən edir. Zərərçəkmiş şəxs3 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar onun həmin şəxs və ya şəxslərin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs3 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir (cild 2, iş vərəqi 107-109). Cinayət işində olan 16 yanvar 2025-ci il tarixli baxış protokoluna əsasən, ibtidai istintaq zamanı Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilmiş, Zərərçəkmiş şəxs4 AA******* nömrəli şəxsiyyət vəsiqəsindən istifadə edərək xx.xx.2024-cü il tarixdə Bakı X3 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2024-cü il tarixdə Bakı X3 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2024-cü il tarixdə Bakı X3 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2024-cü il tarixdə Bakı X3 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edilmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs2 AA******* nömrəli şəxsiyyət vəsiqəsindən istifadə edərək xx.xx.2024-cü il tarixdə Bakı X3 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2024-cü il tarixdə Bakı X3 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edilmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs1 C 03852230 nömrəli ümumvətəndaş pasportundan istifadə edərək xx.xx.2024-cü il tarixdə Bakı X3 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2024-cü il tarixdə Bakı X3 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edilmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs3 P ******* nömrəli ümumvətəndaş pasportundan istifadə edərək xx.xx.2012-ci il tarixdə Bakı X3 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2021-ci il tarixdə Bakı X3 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2012-ci il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2012-ci il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2013-cü il tarixdə Bakı X3 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2013-cü il tarixdə Bakı X3 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2013-cü il tarixdə Bakı X3 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2013-cü il tarixdə Bakı X3 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2013-cü il tarixdə Bakı X3 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2013-cü il tarixdə Bakı X3 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2018-ci il tarixdə Bakı X3 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2018-ci il tarixdə Bakı X3 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2018-ci il tarixdə Bakı X3 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2018-ci il tarixdə Bakı X3 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, C 02554644 nömrəli ümumvətəndaş pasportundan istifadə edərək xx.xx.2023-cü il tarixdə Bakı X3 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2023-cü il tarixdə Bakı X3 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs C 01618517 nömrəli ümumvətəndaş pasportundan istifadə edərək xx.xx.2018-ci il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2018-ci il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2018-ci il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2018-ci il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2022-ci il tarixdə Bakı X3 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2022-ci il tarixdə Bakı X3 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2023-cü il tarixdə Bakı X3 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2023-cü il tarixdə Bakı X3 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2023-cü il tarixdə Bakı X3 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2024-cü il tarixdə Bakı X3 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edilmişdir (cild 2, iş vərəqi 57-58). Cinayə işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan, həmçinin doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla, anası və iki uşağı ilə birlikdə yaşamışdır, himayəsində 2006-cı il və 2010-cu il təvəllüdlü iki uşağı vardır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 27 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 110). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, ona qarşı irəli sürülmüş ittihamı qəbul etmədiyini, cinayət işinin qərəzli olaraq qaldırıldığını, zərərçəkmiş kimi adları çəkilən qızların özlərinin könüllü şəkildə Türkiyəyə gedibgəldiklərini, onlara hədə-qorxu gəlmədiyini və cinsi istismara məruz qoymadığını bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib təkrar tamah niyyəti ilə iki və daha çox şəxs barəsində insan alveri cinayətlərinin törədilməsində təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, “İAMAS”-a baxış protokolu, ekspertiza rəyləri və digər sübutlarla tam təsdiq olunur. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsləri cinsi istismar etməməsi və onlara qarşı insan alveri cinayətini törətməməsi ilə bağlı məhkəmədə gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədilə onun tərəfindən seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qadın olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi, Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən, cinayətin tamah məqsədi ilə törədilməsini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 15 iyul 2024-cü il tarixdə hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş və 17 iyul 2024-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sonradan istintaq müddətində Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti bir neçə dəfə uzadılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, hal-hazıra qədər o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 iyul 2024-cü il tarixdən başlayaraq məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli, cəzanın başlanğıcı həmin tarixdən hesablanmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların, məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Səbinə Məmmədzadə, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1060/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1060/2025
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver