Məhkəmə qərarları › İş №1(101)-1061/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1061/2020

09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1061/2020 09.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və X2 iştirakı ilə xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə, xx xxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 03 ay 19 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 2 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Mütəllim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,315 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs1 40 manata alıb üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün, saat 14 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılaraq baş idarəyə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman onun Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 1,315 qram çəkidə narkotik vasitə heroin əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Mütəllim oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 64,103 qram çəkidə narkotik vasitə heroini əldə edib 1,315 qramını tanışı Təqsirləndirilən şəxs2 40 manata satıb, qalan 62,788 qram çəkidə narkotik vasitə heroini ayrı-ayrılıqda 20,028 qram və 42,760 qram olmaqla 2 bükümə qablaşdırıb üzərində saxlamaqla daşımışdır. Belə ki, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün, saat 14 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılaraq baş idarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 1,315 qram çəkidə narkotik vasitə heroin əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüş və əməliyyat-axtarış tədbirinin davamı olaraq DİN-in Baş X1 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə saat 18:30-da ünvan 4 ünvanının qarşısında saxlanılaraq baş idarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda - 62,788 qram çəkidə narkotik vasitə heroin 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 20,028 qram və 42,760 qram olmaqla əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2009-cu ildə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2011-ci ildə cəzasının sonu ilə azadlığa çıxmışdır. Həbsdən azad olunduqdan sonra narkotik vasitə heroin istifadə etmiş, narkotik vasitələri hər zaman Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlı yerdən “Yusif” adlı şəxsdən almışdır. Narkotik vasitələri iyləmək yolu ilə qəbul edir. Tutulmamışdan təxminən 2 gün əvvəl narkotik vasitəsi qurtardığına görə “Papanin” adlanan yerə gedərək oradan “Yusif” adlı şəxsdən narkotik vasitə almaq istəmiş, lakin onu tapa bilməmiş, həmin vaxt ağlına tanışı Alik gəlmiş və onun da narkotik vasitələrdən istifadə etdiyini bildiyinə görə ondan narkotik vasitə almaq istəmişdir. Odur ki, 2020-ci ilin mart ayının 05-də günorta saatlarında həmin şəxsin yanına gedərək ona narkotik vasitə satmasını istəmişdir. Alik də onu tanıdığına görə özündə narkotik vasitə heroin olduğunu və 2 qrama yaxın narkotik vasitəni pay kimi verə biləcəyini bildirmişdir. Ona narkotik vasitənin pulunu verməyi təklif etsə də, Alik razılaşmamış və həmin narkotik vasitəni pay verdiyini bildirmişdir. Ona təşəkkür edib narkotik vasitə heroini bir ədəd bükümdə götürüb oradan çıxmışdır. Aldığı narkotik vasitənin bir hissəsini həmin gün istifadə etmiş, qalan hissəsini isə gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində ünvan 5 ünvanında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını, narkotik vasitələri üzərində saxlamağı və istifadə etməyi barədə onlarda məlumat olduğunu deyərək onu BNMİ-nə dəvət etmişlər. İfşa olduğunu bilib polis əməkdaşları ilə birlikdə BNMİ-nə gəlmişdir. Xidməti iş otaqda təhqiqatçı ona hüquq və vəzifələri izah olunaraq üzərinə videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş, o da razılaşmış, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq üzərində olan əşyalarını təqdim etməyini xahiş etmiş, əynində olan göy rəngli cins şalvarın sağ yan iç cibindən içərisində narkotik vasitə heroin olan bükümü, sol cibindən isə özünə məxsus olan Nokia markalı mobil telefonunu və pul qabını çıxararaq təqdim etmişdir. Pul qabının içərisinə baxış keçirilən zaman orada bir ədəd ABŞ dolları və 5 ədəd 1 manatlıq olmaqla ümumilikdə 5 manat pul olması aşkar edilmiş, daha sonra təhqiqatçı bükümün içərisindəkinin nə olduğunu soruşmuş və onun içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, həmin bükümləri tanışı Alik adlı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını bildirmişdir. Həmin büküm qablaşdırılaraq götürülmüş, həmçinin ona məxsus olan mobil telefon da götürülmüşdür. Daha sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara da həmin videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, özü narkotik vasitələrdən istifadə edir, narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkotik vasitəni hər zaman Bakı şəhəri Nəsimi rayonu əraizisində “Kubinka” adlanan yerdə yaşayan “Vüqar” adlı şəxsdən almışdır. Həmin şəxsin anket məluamtlarını və mobil nömrəsini dəqiq bilmir. Tutulmamışdan təxminən 6-7 gün əvvəl narkotik vasitəsi qurtardığına görə “Kubinka” adlanan yerə gedərək oradan “Vüqar” adlı şəxsdən narkotik vasitə almaq istəmiş, lakin onu tapa bilməmişdir. Orada olan zaman bir nəfər şəxs ona yaxınlaşaraq kim olduğunu soruşmuş, adının Alik olduğunu demiş və “Vüqar” adlı şəxsi axtardığını bildirmişdir. Həmin şəxs Vüqar adlı şəxsi nə üçün axtardığını soruşanda onu tanıdığını demişdir. Həmin şəxs ona “Vüqar”ı axtardığına görə narkotik vasitəyə ehtiyacının odluğunu demişdir. Ondan belə cavab gözləməmiş və həmin şəxs ona elə cavab verəndə ilkin olaraq qorxmuş və həmin şəxsdən adını soruşmuşdur. Həmin şəxs adını deməmiş, ona narkotik vasitə sata biləcəyini demişdir. Ona yox cavabı vermiş, lakin həmin şəxs bir daha ona narkotik vasitə istifadəçisinə oxşadığını demiş və istənilən növ narkotik vasitə verə biləcəyini bildirmişdir. Onunla razılaşmış və həmin şəxs onu “Təzə Bazar” adlanan yerdə bir küçəyə aparmışdır. Orada olan zaman həmin şəxs nə qədər narkotik vasitə istədiyini soruşanda əlində nə qədər narkotik olduğunu ondan soruşmuşdur. Həmin şəxs təxminən 70 qram narkotik vasitə sata biləcəyini demiş, onunla razılaşmış və ondan nə qədər pul istədiyini soruşmuşdur. Həmin şəxs də ondan 500 (beş yüz) manat pul istəmiş, lakin ona üstündə 400 (dörd yüz) manat olduğunu demişdir. Həmin şəxs onunla razılaşmış və təxminən 10 dəqiqə sonra ona narkotik vasitə gətirmişdir. Həmin narkotik vasitələr 2 ədəd bükümdə olmuşdur. Ondan narkotik vasitələri almış və onları övladları aşkar etməsin deyə daimi olaraq üzərində saxlamışdır. Narkotik vasitələri hər gün qəbul etdikdə qalan narkotiki isə üzərində saxlamışdır. xx.xx.2020-ci il tarixdə günorta saatlarında əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 yanına gələrək ondan narkotik vasitə istəmiş, o da Cabiri uzun müddətdir tanıdığına görə özündə olan narkotik vasitədən həm özü, həmçinin də Cabir bir qədər istifadə etmişlər. Sonra isə Cabir çıxıb getmişdir. xx xxxx 2020-ci il tarixdə saat 17- 18 radələrində ünvan 6 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını, narkotik vasitələrin və psixotrop maddələrin üzərində saxlamağı və satışı ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək BNMİ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə BNMİ-nə gəlmişdir. Xidməti iş otaqda ona hüquq və vəzifələri izah olunaraq üzərinə videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Buna etiraz etmədən razılaşmış, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməyini xahiş etmiş, əynində olan gödəkcənin sol yan cibindən 2 ədəd bükümü, gödəkcəsinin sağ yan cibindən isə bir ədəd özünə məxsus olan mobil telefonunu çıxararaq təqdim etmişdir. Daha sonra təhqiqatçı bükümün içərisindəkinin nə olduğunu soruşmuş, o da onun içərisindəkinin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin büküm qablaşdırılaraq götürülmüş, həmçinin ona məxsus olan mobil telefon da götürülmüşdür. Bundan sonra ondan tanışı Təqsirləndirilən şəxs2 narkotik vasitə satıb-satmadığı soruşulmuş, o narkotik vasitəni Cabirlə birlikdə istifadə etdiyini, ona narkotik vasitə satmadığını bildirmişdir. Daha sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara da həmin videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Bir daha bildirir ki, o narkotik vasitələrin istifadəçisidir, heç kimə narkotik vasitə satmamışdır. İttiham olunduqları cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi cinayət işinin aşağıdakı şərh edilən halları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 mütəmadi olaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o və Şahid3 daxil olmuşdur. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Təqsirləndirilən şəxs2 ünvan 7 ünvanının qarşısında olması barədə məlumat daxil olduğundan birlikdə həmin tarixdə saat 14:00-da qeyd olunan ünvanın qarşısında olan zaman özünü şübhəli aparan Təqsirləndirilən şəxs2 yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özülərini təqdim edib əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış etmiş və qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə BNMİ-nə getməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməyib onlarla birlikdə BNMİ-nin inzibati binasına gəlmişdir. Baş İdarədə Cabir X9 təhqiqatçısı Vüsal Həsənquliyevin xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs2ə hüquq və vəzifələrini izah edib video çəkilişlə üstünə şəxsi axtarış aparılacağını bildirmişdir. Təqsirləndirilən şəxs2 də etiraz etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs2in üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmiş, Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ yan iç cibindən şəffaf rəngli sellofana bükülmüş bükümü, sol cibindən isə bir ədəd Nokia markalı mobil telefonu və pul kisəsini çıxarıb təqdim etmişdir. Pul kisəsinin içərisində 1 ABŞ dolları və ümumilikdə 5 manat pul olmuşdur. Daha sonra aşkar edilmiş bükümə baxış keçirilmiş, baxış zamanı həmin bükümün içərisində narkotik vasitə heroinə oxşar kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni tanışı Alik adlı şəxsdən 40 manata aldığını demiş, bundan sonra həmin büküm qablaşdırılaraq götürülmüşdür. Pul kisəsi Təqsirləndirilən şəxs2 özünə qaytarılsa da, mobil telefon götürülmüş, daha sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmamış, həmin protokol iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi Alik adlı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi üçün təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyev baş idarə rəhbərlyinə raportla məruzə etmiş və həmin raportun icrası ona həvalə edilmişdir. Bundan sonra Şahid1la birlikdə həmin şəxsin müəyyən edilməsi istiqamətində müvafiq əməliyyataxtarış tədbirləri keçirilmiş və həmin şəxsin Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 olması və ünvan 8 ünvanında olması barədə məlumat daxil olmuşdur. Bundan sonra Şahid1la birlikdə qeyd olunan ünvana getmiş və həmin ünvanın yaxınlığında saat 18:30da özünü şübhəli aparan Təqsirləndirilən şəxs1 yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış etmiş və qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə BNMİ-nə getməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs1 onlarla birlikdə BNMİ-nin inzibati binasına gəlmişdir. Baş İdarədə Alik X10 təhqiqatçısı Vüsal Həsənquliyevin xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah edib video çəkilişlə üstünə şəxsi axtarış aparılacağını bildirmiş və Təqsirləndirilən şəxs1 üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs1 də əynindəki gödəkcənin sol yan cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri, 01 ədəd molbil telefonu çıxarıb təqdim etmişdir. Həmin 2 ədəd büküm açılanda içərisində narkotik vasitə heroinə oxşar kütlənin olması müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri tanımadığı şəxsdən aldığını, uzun müddətdir narkotik vasitə istifadə etdiyini, Təqsirləndirilən şəxs2 narkotik vasitə satmadığını, lakin ona narkotik vasitəni pay kimi verdiyini bildirmişdir. Bundan sonra həmin 2 ədəd büküm qablaşdırılıb götürülmüş, iş üçün əhəmiyyət kəsb etdiyindən mobil telefon da götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmamış, həmin protokol iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. Məhkəmədə dindirilmiş şahidlər Şahid3 və Şahid1 Şahid2lə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha təsdiq etdi. Cinayət işinin 34-37-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/94 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddə...” və s. qeydlər olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1.315 qram olan maddə, tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 66-70-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/95 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan maddələr...” və s. qeydlər olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 20.028 qram və 42.760 qram, ümumi təmiz çəkisi 62.788 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir. Həmin heroinlər x xxxx 2020-ci il tarixli 6/94 saylı rəydəki Təqsirləndirilən şəxs2 aşkar edilməsi qeyd edilən zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1.315 qram oloan narkotik vasitə heroin tərkiblərinə görə eynidirlər. Cinayət işinin 232-233-cü vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1634 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 234-235-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1704 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 25-26-cı vərəqlərində olan xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan iç cibindən narkotiki vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 56-57-ci vərəqlərində olan xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman əynindəki gödəkcənin sol yan cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş formada narkotiki vasitə heroinə oxşar maddələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin 236-246-cı vərəqlərində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs X4 üzərindən aşkar edilərək götürülmüş tədqiqat zamanı 0,05 qram sərf edildikdən sonra 1,265 qram qalmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş tədqiqat zamanı 0,1 qram sərf edildikdən sonra 62,688 qram qalmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 Mütəllim oğlunun üzərinə baxış və götürmə aparılması zamanı qanunda nəzərdə tutulmuş külli miqdardan dəfələrlə artıq narkotik vasitə olan heroin aşkar edilməsini və həmin narkotik vasitənin ayrı-ayrılıqda bükümlərə ayrılmasını Təqsirləndirilən şəxs1 Mütəllim oğlunun narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs1 Mütəllim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək onlara həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 17 və 150-154-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 48 və 150-155-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Mütəllim oğlu xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 171-173-cü vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Mütəllim oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2009cu il tarixli qərarı ilə AR CM-in 77-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 08 ay 26 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, xx xxxxx 2009-cu il tarixdə AR Milli Məclisinin xx xxxx 2019-cu il tarixli amnistiya qərarına əsasən azad olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 Mütəllim oğlu Bakı şəhəri Suraxanı Rayon Məkməsinin xx xxxxxx 2013-ü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 Mütəllim oğlu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 03 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx xxxxxx 2007-ci il və xx xxxxxx 2013-ü il tarixli hökmlər üzrə məhkumluğu ödəninildiyindən ona münasibətdə həmin hökmlər üzrə məhkumluqla əlaqədar heç bir hüquqi nəticə yaratmır, lakin xx xxxxxx 2017-ci il tarixli hökm üzrə məhkumluğu CM-nin 83.3.3-cü maddəsinin tələbinə görə ödənilmədiyindən CM-nin 18.1-ci maddəsinə əsasən bu hal Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi vardır və cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Cinayət işinin 174-175-ci vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin xx xxx 2000-ci il tarixli hökmü ilə CM-in 241-ci maddəsinin “a” bəndi ilə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR Milli Məclisinin xx xxxxxx 1999-cu il tarixli amnistiya qərarının 3.3-cü maddəsinə əsasən azad edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsilə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2011-ci ildə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 83.3.3-cü maddəsinin tələbinə görə məhkumluğu ödənildiyindən həmin hökm məhkumluqla əlaqədar heç bir hüquqi nəticə yaratmır. Məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və əlil vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2002 və xx.xx.2003-cü təvəllüdlü uşaqları var və arvadı X7 İİ qrup əlildir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Mütəllim oğlunun əməllərində cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Mütəllim oğlunun əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran haldır, Təqsirləndirilən şəxs2 əməlində isə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 münasibətdə cəzanı ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs1 Mütəllim oğluna münasibətdə cəzanı ağırlaşdıran halı, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Mütəllim oğlunun cəza çəkməsinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Mütəllim oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Mütəllim oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidirlər. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs2 108,23 AZN (bir yüz səkkiz manat iyirmi üç qəpik), Təqsirləndirilən şəxs1 Mütəllim oğlundan 108,23 AZN (bir yüz səkkiz manat iyirmi üç qəpik) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut - DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, tədqiqat zamanı 0,05 qram sərf edildikdən sonra 1,265 qram qalmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, tədqiqat zamanı 0,1 qram sərf edildikdən sonra 62,688 qram qalmış narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs2 hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 3 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil X5 müdafiə etmiş və vəkilin dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə ödənilməli haqq 390 AZN (üç yüz doxsan manat) təşkil edir. Təqsirləndirilən şəxs1 Mütəllim oğlunun hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 3 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil X14 müdafiə etmiş və vəkilin dövlət hesabına göstərdiyi hüquqi yardım ödənilməli haqq 390 AZN (üç yüz doxsan manat) təşkil edir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Mütəllim oğlunun hüquqlarını təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər X6 və Müdafiəçi2 müdafiə etmiş və müdafiəçi X6 məhkəmə iclaslarında və işlə tanış olmaqla birlikdə Təqsirləndirilən şəxs2 müdafiəsi ilə əlaqədar 25 saat, Müdafiəçi2 isə məhkəmə iclaslarında və işlə tanış olmaqla birlikdə Təqsirləndirilən şəxs1 Mütəllim oğlunun müdafiəsi ilə əlaqədar 25 saat iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 üçün 390 AZN (üç yüz doxsan manat), X14 üçün 390 AZN (üç yüz doxsan manat), ümumilikdə 780 AZN ( yeddi yüz səksən manat) fəaliyyət göstərdikləri Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə, müdafiəçi X6 üçün 150 AZN (yüz əlli manat), Müdafiəçi2 üçün 150 AZN (yüz əlli manat) olmaqla ümumilikdə 300 AZN (üç yüz manat) fəaliyyət göstərdikləri Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Mütəllim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Mütəllim oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və onlar ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs2 108,23 AZN (bir yüz səkkiz manat iyirmi üç qəpik), Təqsirləndirilən şəxs1 Mütəllim oğlundan 108,23 AZN (bir yüz səkkiz manat iyirmi üç qəpik) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut - DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, tədqiqat zamanı 0,05 qram sərf edildikdən sonra 1,265 qram qalmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, tədqiqat zamanı 0,1 qram sərf edildikdən sonra 62,688 qram qalmış narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respubl ikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Göstərdikləri hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 üçün 390 AZN (üç yüz doxsan manat), X14 üçün 390 AZN (üç yüz doxsan manat), ümumilikdə 780 AZN ( yeddi yüz səksən manat) fəaliyyət göstərdikləri Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə, müdafiəçi X6 üçün 150 AZN (yüz əlli manat), Müdafiəçi2 üçün 150 AZN (yüz əlli manat) olmaqla ümumilikdə 300 AZN (üç yüz manat) fəaliyyət göstərdikləri Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs2 və X8 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən, hakim Əfqan Hacıyev Hakimlər Fikrət Qəribov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar