Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1061/2021 14.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu Daş Karxanası ev 604-də qeydiyyatda olan, bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il tarixdə saat 18 radələrində ünvan 2 ünvanında yerləşən “Modern” litseyin yaxınlığındakı işıqforun qarşısında idarə etdiyi “Mersedes Benz” markalı 99 UA-034 nömrə nişanla avtomobillə hərəkətdə olarkən, heç bir əsaslı səbəb olmadan, insanlar arasında bərqarar olmuş davranış qaydalarını qərəzli surətdə pozan hallara yol verməklə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq olnması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs idarə etdiyi Mersedes Benz” markalı 90- BS-383 nömrə nişanlı avtomobillə işıqfordan keçməsinə mane olmasını cüzi səbəb gətirərək, yolun hərəkət hissəsində avtomobilin qarşısını kəsərək saxlatmış və bundan sonra Təqsirləndirilən şəxs avtomobilindən bıçaq götürərək Zərərçəkmiş şəxs üzərinə getmiş, kənar şəxslərin gözü önündə onu nalayiq sözlərlə təhqir etmiş, əlbəyaxa olaraq onu yerə yıxmış, bu zaman şəxsiyyəti istintaqa məlum olmayan kənar şəxsin müdaxiləsi nəticəsində bıçağı onun əlində almağa nail olunmuş, lakin Təqsirləndirilən şəxs qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, avtomobilinin salonunda saxladığı 2-ci mətbəx bıçağını götürüb silah qismində istifadə edərək, təkrarən Zərərçəkmiş şəxs üzərinə hücum etmiş, həmin bıçaqla xuliqanlıq niyyəti ilə onun qarın nahiyəsinə bir dəfə vuraraq, onun nazik bağırsağının və bağırsaq müsaqirəsinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan qarın boşluğuna nüfuz edən həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, daha sonra həmin bıçaqla növbəti zərbələr endirərək onun təpə nahiyəsinin, sağ əlin ovuc səthinin, sol əlin 5-ci barmağının kəsilmiş yaraları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 12 noyabr 2020-ci il tarixdə axşamüstü saat 6-7 radələri idi. “Mersedes Benz” markalı ** UA *** nömrəli avtomobili etibarnamə əsasında Heydər Əliyev prospekti ilə Keşlə bazarı istiqamətində idarə edərkən, Nərimanov rayonunda yerləşən “Modern” liseyə çatmağına az qalmış işıqforun qırmızı işığı yandı. O sürətini azaldıb maşını saxladı, işıqforun sarı işığı yandıqda ondan qabaqda olan hərəkət etməsi üçün siqnal verməyə başladı. Daha sonra işıqforun yaşıl işığı yandı, o da avtomobillə hərəkətini davam etdirdi. Həmin vaxt öndə olan avtomobilin sürücüsü əlini pəncərədən çıxararaq ona işarə etdi və nəsə dedi. O da onun avtomobilini ötüb keçdi və ona işarə etdi ki, saxlasın. Həmin avtomobil onun avtomobilindən qabaqda saxladı və sürücü ilə yanındakı sərnişin yerə düşdü. O da yerə düşüb onlara yaxınlaşdı. Həmin sürücüdən nə üçün söyüş söydüyünü soruşdu və ona irad bildirdi. O isə söyüş söymədiyini dedi və aralarında yaranan anlaşılmazlıq səbəbi ilə sözlə mübahisə etməyə başladılar. Daha sonra onunla əlbəyaxa oldular və hər ikisi yerə yıxıldı. O həmin sürücünü vurmaq istəsə də, əlindəki bıçaq açılmadı, yerdə uzanıqlı vəziyyətdə olan zaman tanımadığı bir nəfər yaxınlaşıb aranı sakitləşdirmək üçün bıçağı əlindən aldı. O ayağa qalxdıqdan sonra avtomobilinə tərəf qaçaraq salonda olan digər bıçağı götürdü və sürücüyə tərəf qaçdı. Əlində olan bıçaqla onu qarnından bir dəfə vurdu. Özünü itirdiyi üçün qaçaraq avtomobilinə əyləşdi və oradan uzaqlaşdı, əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əmələrlini törətməkdə təqsirlidir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o hadisə günü iş yoldaşı Vurğunla birlikdə işdən çıxmışdı və özünə məxsus avtomobili ilə Keşlə bazarı istiqamətində hərəkət edirdi. Vurğun avtomobilin qabaq sağ oturacağında əyləşmişdi. “Modern” adlı liseyə yaxınlaşan zaman işıqforun qırmızı işığı yandı və avtomobili işıqforda saxladı, yolun sağ tərəfi ilə hərəkət edirdi. Sarı işıq yandıqda arxa tərəfində tanımadığı Mersedes markalı avtomobilin sürücüsü dayanmadan siqnal verməyə başladı. Yaşıl işıq yandıqda o hərəkət etməyə başladı və əlini pəncərədən çölə çıxarıb arxada olan həmin Mersedes markalı avtomobilin sürücüsünə ötüb keçməsi üçün işarə etdi. Mersedes Benz markalı avtomobil ötüb keçdi və avtomobili yolun sağında saxladı. Ona avtomobili saxlamağı üçün işarə etdi. O da onun avtomobilinin qarşısında saxladı və Vurğunla birlikdə avtomobildən düşdülər. Onlardan sonra Mersedes markalı avtomobilin sürücüsü Nurlan da yerə düşdü və onlara doğru gəlməyə başladı. O, onun yanına çatdıqda ondan nə üçün onu söydüyünü soruşanda, ona qarşı heç bir nalayiq söz demədiyini bildirdi və ona dedi ki, sən uşaqsan heç vaxt ona söyüş söyməz. Ancaq o onun dedikləri ilə qane olmadı və onu təhqir etməyə başladı. Bundan sonra dava-dalaş yarandı, əlbəyaxa oldular. Hər ikisi yerə yıxıldı. Vurğun da onları sakitləşdirməyə çalışırdı, ancaq sonradan o, Nurlanın əlində bıçaq olduğunu gördüyü üçün qorxdu. Nurlanla onu hərbi geyimdə olan tanımadığı bir şəxs ayırmağa çalışdı və Nurlanın əlində olan bıçağı onun əlindən almışdır. Bundan sonra Nurlan ayağa qalxıb qaça-qaça öz avtomobilinə tərəf getdi. O onun qaçıb gedəcəyini düşündü, ancaq o, avtomobilində olan digər bıçağı götürüb onun üstünə gəldi. O özünü itirdi və Nurlan əlindəki bıçaqla onu qarın nahiyəsindən bir dəfə vurdu, o əli ilə bıçağı tutduğu üçün bıçaq əlinə də xəsarət yetirdi. Daha sonra Nurlan qaçaraq avtomobilinə əyləşdi və oradan uzaqlaşdı. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olsa da, sonradan məhkəməyə notarial qaydada təstiq edilmiş ərizə təqdim edərək, təqsirləndirilən şəxs Nurlanla barışdığını, ona qarşı ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslə eyni şirkətdə kondisioner ustası kimi işləyir. Hadisə günü, 12 noyabr 2020-ci il tarixdə saat axşamüstü 6-7 radələrində Pərvinlə birlikdə işdən çıxıb Pərvinin maşını ilə Heydər Əliyev prospekti ilə Keşlə bazarı istiqamətində gedirdilər. O qabaqda Pərvinin yanında əyləşmişdi. Nərimanov rayonunda yerləşən “Modern” adlı liseyə çatmağa təxminən 30-40 metr qalmış, işıqforun qırmızı işığı yandı və Pərvin maşını saxladı və yaşıl işığın yanmasını gözləyirdilər. İşıqforun yaşıl işığı hələ yanmamışdı, ancaq arxa tərəfdə hərəkətdə olan Mersedes Benz markalı maşının sürücüsü, sonradan adını Nurlan olduğunu öyrəndiyi şəxs dayanmadan siqnal verməyə başladı. Sonra yaşıl işıq yandı və Pərvin hərəkətini davam etdirdi, əli ilə sürücüyə ötüb keçməsi üçün əli ilə işarə etdi. Həmin avtomobil bir qədər getdikdən sonra maşınını Pərvinin maşının qarşısında saxladı və saxlaması üçün Pərvinə işarə etdi. Pərvin də maşını saxladı və onlar yerə düşdü. Həmin Mersedes markalı maşının sürücüsü Nurlan da onlara yaxınlaşdı. Nurlan Pərvinin onun ünvanına nalayiq sözlər dediyini bildirdi. Pərvin isə belə bir şey olmadığını dedi, ancaq Nurlan qane olmadı. Pərvinə nalayiq sözlər dedi və Nurlanla Pərvin arasında mübahisə düşdü. O onları sakitləşdirməyə çalışırdı, ancaq Nurlanın əlində bıçaq gördüyü üçün qorxdu. Nurlanla Pərvinin mübahisəsini görüb yolla keçən maşınlardan biri saxladı və hərbçi geyimində olan bir nəfər şəxs onları sakitləşdirməyə çalışdı. Hərbçi geyimində olan şəxs Nurlanın əlindəki bıçağı da aldı. Ancaq Nurlan qaça-qaça öz maşınına tərəf gedib maşından başqa bir bıçaq götürüb Pərvinin üstünə gəldi. Qorxduğu və özünü itirdiyi üçün Nurlana tərəf gedə bilmədi ki, bıçağı onun əlindən alsın. Nurlan əlindəki bıçaqla səhv etmirsə qarın nahiyyəsindən Pərvinə bir dəfə zərbə yetirdi. Nurlan növbəti dəfə vurmaq istədikdə Pərvin əli ilə bıçağı tutdu. Nurlan qaçıb maşınına oturdu və oradan uzaqlaşdı. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 14 noyabr 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. Bakı Ağır Cinayətlər məhkəməsinin 18 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli 07/889 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, 1983-cü il təvəllüdlü vət. Zərərçəkmiş şəxs Nəcəfli oğlunun almış olduğu xəsarətlər - nazik bağırsağın və bağırsaq müsariqəsinin deşilmiş - kəsilmiş yarası ilə müşayiət olunan qarın boşluğuna nüfiız edən bir ədəd deşilmiş -kəsilmiş yarası, təpə nahiyəsinin 1 ədəd, sağ əlin ovuc səthinin 1 ədəd, sol əlin 5-ci barmağının 1 ədəd (cəmi 4 ədəd) deşilmiş - kəsilmiş və kəsilmiş yaraları deşici - kəsici alətin ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın və bu tipli digər bıçaqların deşici - kəsici və kəsici təsirindən törənmişlər, 12.11.2020-ci ildə əmələ gələ bilərdi, dərəcələrinə görə nazik bağırsağın və bağırsaq müsariqəsinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş - kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, təpə nahiyəsinin, sağ əlin ovuc səthinin, sol əlin 5-ci barmağının kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs Nəcəfli oğlunun almış olduğu xəsarətlərin xarakterinə və yerləşdiyi nahiyələrə əsaslanaraq demək olar ki, həmin xəsarətləri şəxsin özü-özünə yetirə bilməsi və yıxılma nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir. Cinayət işində olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 mart 2021-ci il tarixli 3/230:3/231 saylı məhəmə trasoloji, ballistik, odlu silah və döyüş sursatının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirəcək əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş siviterin üzərində qeyd olunan zədənin yerləşdiyi yeri, ölçüsü və sayı verilmişdir, siviterin üzərində olan zədə öz formasına, qurluşuna və sair ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmətlə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işində olan Zərərçəkmiş şəxs notarial qaydada təstiq edilmiş ərizəsindən görünür ki, o Nurlanla barışmış, ona qarşı ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun hər bir normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtda hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışdığını, ona qarşı ona qarşı heç bir şikayət və tələbi olmadığını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc otağında saxlanılan bir ədəd bıçaq və 1 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 110 (yüz on) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə məhkəmə məsrəfləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il tarixdən 14 noyabr 2020-ci il tarixə qədər həbsdə saxlanıldığı 2(iki) günün hər günü azadlıqdan məhrum etmə cəzanın 1 (bir) gününə bərabər tutulmaqla, həmin günlər təyin edilmiş cəza müddətindən çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 14 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 110 (yüz on) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc otağında saxlanılan bir ədəd bıçaq və 1 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1061/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1061/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver