Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1061/2022 19.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X11 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayır və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 30 yanvar 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlı ərazidə istintaqla müəyyən edilməyən mənbədən qanunsuz olaraq satış məqsədi ilə 1 ədəd şəffaf polietilen bükümdə olmaqla təmiz çəkisi 2,262 qram olam kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə edib sonradan ayrı-ayrı şəxslərə satıb gəlir əldə etmək məqsədilə üstündə saxlamaqla daşımış, 31 yanvar 2022-ci il tarixdə saat 15:00-da ünvan 2 ünvanın qarşısında Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, polis bölməsinin inzibati binasında üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli şalvarın sağ cibindən 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 2,262 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il narkotik vasitə və psixotrop maddələr qəbul etmişdir. 30 yanvar 2022-ci il tarixdə axşam saatlarında narkotik vasitə heroin əldə etmək qərarına gəlmiş və axşam saatlarında əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan əraziyə gəlib orada üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən 30 manat müqabilində içərisində “heroin” olan 1 ədəd şəffaf polietilen bükümü alıb əynində olan göy rəngli şalvarın sağ cibinə qoyaraq üzərində daşımışdır. Səhərisi gün saat 15 radələrində isə yaşadığı ünvan 4 ünvanın qarşısında olan zaman mülki geyimdə olan 3 nəfər polis əməkdaşı ona yaxınlaşaraq hüquqlarını izah etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhələr əsasında onu Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis bölməsinin inzibati binasına dəvət etmişlər. O da heç bir etiraz etmədən onlarla birlikdə Bakı şəhəri, Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin inzibati binasına gəldikdən sonra xidməti otaqların birinə təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və müdafiəçi təyin edilmişdir. Bundan sonra isə təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif edilmişdir. Həmin vaxt üzərində şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş, o heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilməsi başlanmışdır. Təhqiqatçının təklifindən sonra əynində olan göy rəngli şalvarın sağ cibindən içərisində heroin olan 1 ədəd şəffaf polietilen bükümü çıxarıb təhqiqatçıya təqdim etmiş və həmin maddənin narkotik vasitə heroin olmasını bildirib hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Daha sonra isə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılması davam etdirilsə də, heç bir qanunsuz predmet aşkar olunmamışdır. Polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilmiş və doğruluğunu imza edərək təsdiq etmişdir. Təqdim etdiyi içərisində heroin olan 1 ədəd polietilen büküm isə zərfə qoyularaq möhürlənmiş və protokolla birlikdə götürülmüşdür. Narkotik vasitə aldığı şəxs təxminən 30-35 yaşlarında, arıq bədən quruluşlu, kişi cinsindən olan orta boylu bir şəxs olmuşdur. Həmin şəxsin xarici görkəmi barədə sadəcə bunları xatırlayır, hazırda görsə onu tanımaz. Çünki onların arasında əlaqə çox qısa zaman kəsiyində baş vermiş, son dövrərdə polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirildiyindən həmin şəxsə ehtiyatla yaxınlaşaraq gizli formada bir ədəd 50 manatlıq, bir ədəd 10 manatlıq əskinası təqdim edən zaman həmin şəxs dərhal içərisində heroin olan bükümü ona verərək uzaqlaşmışdır. Həmin şəxsin xarici əlamətlərini görməyə imkanı olmamışdır. Sadəcə danışıq ləhcəsində cənub bölgəsinin ləhcəsinə bənzərlik olmuşdur. Narkotik vasitə aldığı şəxsi təxminən 1 ildir tanıyır, həmin şəxsin anket məlumatları və əlaqə vasitələri barədə heç bir məlumatı yoxdur. Mobil nömrəsinə müxtəlif şəxslər tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı göndərilən sms mətnlərinin məzmununu xatırlamır. Bəzən dostları özünə narkotik vasitə alan zaman onlar üçün də almağını ondan xahiş etmişlər, narkotik vasitəni dostlarına pay vermişdir. Heç kimə pul müqabilində narkotik vasitə və ya psixotrop maddə verməmişdir. Əvvəllər Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsi ilə məhkum olunmuşdur. Heç vaxt narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilən 1 büküm narkotik vasitəni şəxsi istifadəsi üçün almış, onu əldə edən zaman satış məqsədi olmamışdır. ***-***-**-** saylı mobil nömrə atasının adına sənədləşdirilsə də, o istifadə etmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsi ilə məhkum olunsa da, hazırda məhkumluğu ödənilmişdir. Təxminən 1 ildir ki, narkotik vasitə və psixotrop maddələr qəbul etməklə yanaşı qazanc əldə etmək məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. 30 yanvar 2022-ci il tarixdə axşam saatlarında satış məqsədi ilə narkotik vasitə heroin əldə etmək qərarına gəlmişdir. Odur ki, həmin tarixdə axşam saatlarında əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan əraziyə gəlib orada üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən satıb qazanc əldə etmək üçün 60 manat müqabilində içərisində “heroin” olan 1 ədəd şəffaf polietilen bükümü alıb əynində olan göy rəngli şalvarın sağ cibinə qoyaraq üzərində daşımışdır. Səhərisi gün saat 15 radələrində isə o yaşadığı ünvan 5 ünvanın qarşısında olan zaman mülki geyimdə olan üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq hüquqlarını izah etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhələr əsasında onu Bakı şəhəri Yasamal RPİ- nin 27-ci Polis bölməsinin inzibati binasına dəvət etmişlər. O da heç bir etiraz etmədən onlarla birlikdə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis bölməsinin inzibati binasına gəldikdən sonra xidməti otaqların birinə dəvət edilmiş və orada təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Bundan sonra isə təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində tutulmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyriqanuni əşyaları onlara təqdim etməyi təklif edilmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. O da öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra əynində olan göy rəngli şalvarın sağ cibindən içərisində heroin olan 1 ədəd şəffaf polietilen bükümü çıxarıb təhqiqatçıya təqdim etmiş və həmin maddənin narkotik vasitə heroin olmasını bildirib hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Daha sonra isə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılması davam etdirilsə də, heç bir qanunsuz predmet aşkar olunmamışdır. Bundan sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilmiş və o, doğruluğunu imza edərək təsdiq etmişdir. Onun üzərində olan və təqdim etdiyi içərisində heroin olan 1 ədəd polietilen büküm isə zərfə qoyularaq möhürlənmiş və protokolla birlikdə götürülmüşdür. Tutularkən və polis bölməsində olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməmişdir. Ona narkotik satan şəxsi təxminən 1 ildir ki, narkotik satışı ilə məşğul olan şəxs kimi tanısa da, onun anket məlumatları və əlaqə vasitələri barədə heç bir məlumatı yoxdur. Həmin şəxs təxminən 30-35 yaşlarında olan, arıq bədən quruluşlu, kişi cinsindən olan orta boylu bir şəxsdir. Bundan başqa onun xarici əlamətləri barədə heç bir məlumatı xatırlamır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini isə qazanc əldə etmək üçün satış məqsədi ilə əldə etmişdir. Həmin şəxsin xarici görkəmi barədə sadəcə 30-35 yaşında olmasını xatırlayır. Onun başqa hər hansı bir əlamətini xatırlamır və hazırda görsə onu tanımağı mümkün deyildir. Çünki onların arasında, ümumiyyətlə, dövriyyə qısa zaman kəsiyində baş vermişdir. Belə ki, son dövrdə polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirildiyindən ona ehtiyatla yaxınlaşaraq gizli formada bir ədəd 50 manatlıq, 1 ədəd 10 manatlıq əskinazı təqdim edən zaman o, dərhal içərisində heroin olan 1 ədəd bükümü ona verərək uzaqlaşmışdır. Yəni ki, onun xarici əlamətlərini görməyə onun imkanı olmamışdır. Sadəcə danışıq ləhcəsində cənub bölgəsinin ləhcəsinə bənzərlik olmuşdur. 2021-ci ilin iyul ayından 2022-ci ilin fevral aymadək olan müddət ərzində onunla şəxsiyyəti istintaqa məlum olmayan müxtəlif şəxslər arasında narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi ilə bağlı ismarıclarla bağlı göstərmişdir ki, həmin ismarıclar onun tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif vaxtlarda müxtəlif şəxslərə satılması ilə bağlı olsa da, həmin şəxsləri xatırlamır. Törətdiyi cinayət əməlindən peşmandır (cild 1, iş vərəqə 55-58 və 68-71). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİO-da 2005-ci ildən, hazırda isə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində 2021-ci il tarixdən xidmət edir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı bölməyə məlumat daxil olduğundan Yasamal RPİ-nin 27-ci Polis bölməsinin rəisinin əmri əsasında əməliyyat qrupu təşkil olunmuş və 31 yanvar 2022-ci il tarixdə saat təxminən 12 radələrində Yasamal RPİ-nin 27ci Polis bölməsinin əməliyyat müvəkilləri Şahid2 və Şahid3la birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 4 ünvana yollanmışlar. Həmin tarixdə saat 15 radələrində ünvan 4 ünvanın qarşısında piyada hərəkətdə olan əməliyyat məlumatı əsasında xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Yasamal RPİ-nin 27-ci Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razılaşaraq heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Nəsimi Seyidzadə onu şübhəli şəxs qismində tutduqdan və hüquq-vəzifələrini izah etdikdən sonra videoçəkiliş aparılmaqla onların və müdafiəçi Nofəl Əhmədovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs də əynində olan göy rəngli şalvarın sağ cibindən 1 ədəd şəffaf polietilen bükümü çıxarıb təhqiqatçıya təqdim etmişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin büküm açılmış və içərisindən heroinə bənzər kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş kütlənin nə olması və haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman o həmin kütlənin heroin olmasını və şəxsi istifadəsi üçün 30 yanvar 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, “Kubinka” adlanan ərazidə narkotik satışı ilə məşğul olan üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 30 manat müqabilində aldığını etiraf etmişdir. Daha sonra isə onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman heç bir əşya aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq möhürlənmiş və ekspertiza keçirilməsi üçün müvafiq quruma göndərilmişdir. Bununla bağlı protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara müxtəlif əməliyyat məlumatları daxil olmuşdur. Daxil olan ilkin məlumat Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması sonradan keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir. Bölməyə daxil olan məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığına yollanmışlar. Məlumatın kim tərəfindən və ya haradan daxil olduğunu bilmir. Daxil olan məlumat konkret olaraq Oxan Abdullayev barəsində olmuşdur. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitə şəffaf sellofanda olmuşdur. Narkotik vasitə bükümünü ekspertizaya kimin apardığını dəqiqliklə xatırlamır, ola bilsin ki, o aparmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 055 *** ** ** mobil telefon nömrəsi anası Xədicə Əliyevaya məxsus olsa da, təxminən 4 ildir ki, o istifadə edir. Təqsirləndirilən şəxs isə yuxarı məhəllədə yaşayan narkotik vasitə satan şəxs kimi tanımışdır. 2021-ci ilin, səhv etmirsə, payız aylarında işsiz olduğu ərəfələrdə Orxandan bir dəfə 5-10 manat müqabilində narkotik vasitə əldə etmişdir. İstifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsindən 28 sentyabr 2021-ci il tarixdə saat 18:45:06-da Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** mobil nömrəsinə “Brat 10 kola 5 patı lazımdır” məzmunlu ismarıcı narkotik vasitə əldə etmək məqsədi ilə yazmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs 10 manat müqabilində heroin və 5 manat müqabilində metafetamin almışdır. Sonradan isə ailəsinin təkidi ilə müalicə olunmuşdur. Narkotik vasitə aludəçisi deyil və hazırda da narkotik vasitə qəbul etmir. Təqsirləndirilən şəxs 2 ildir tanıyır. Təqsirləndirilən şəxslə arasında sms yazışmaları olmuşdur. Narkotik vasitədən Təqsirləndirilən şəxslə birlikdə qəbul etməmişdir. Narkotik vasitədən istifadəsi ilə əlaqədar ona heç bir inzibati tənbeh tədbiri tətbiq edilməmişdir. Əvvəllər narkotik vasitə və psixotrop maddə qəbul etmiş, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə qəbul etmir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid5 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 173-174). Cinayət işinin materiallarında olan “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid5 arasında üzləşdirmə istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək 2021-ci ilin payız aylarında Şahid5 narkotik vasitə heroin və psixotrop maddə satmasını etiraf etmişdir (cild 1, iş vərəqə 221-222). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan göy rəngli şalvarın sağ cibindən 1 ədəd bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir (cild 1, iş vərəqə 35-36). Cinayət işinin materiallarında olan “DVD-R diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 31 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin inzibati binasında xidməti otaqlardan birində bölmənin əməkdaşlarının və 22 saylı Vəkil Bürosunun müdafiəçisi Nofəl Əhmədovun iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ cibindən 1 ədəd bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir (cild 1, iş vərəqə 100-101). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 fevral 2022-ci tarixli 6/625 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 2,262 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 2,262 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 2,212 qram, cild 1, iş vərəqə 46-49). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 15 fevral 2022-ci il tarixli 737 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 109- 110). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 17 fevral 2022-ci il tarixli 408 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 137-138). Cinayət işinin materiallarında olan “Rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların əks olunduğu CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 2021-ci ilin iyul ayından 2022-ci ilin fevral aymadək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** mobil nömrəsinə müxtəlif tarixlərdə 050 *** ** ** mobil telefon nömrəsindən “Dobru qoy da onu sən canı” məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “Orxan mənə cavab de gəlirsən Al Marketə yoxsa gedim mən? 5 dənədir bildin də nə deyirəm' məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “Mənəm Ənvər. 10 dəqiqəyə uşaq düşür bura düşsən zəng edib deyəcəm neçəlik lazımdır ya 10 olacaq ya 15 amma qadan alaram dobru olsun 4 nəfərlik" məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən '"Okuş sabahın xeyir qədeş bir dənə 20 manatlıq patı hazır et gəlirəm pulu ilə dediyim ağrıda olan adama and olsun ALLAHA" məzmunlu, 070 *** ** ** mobil telefon nömrəsindən “Brat 20lik patı lazımdır yəni olan budur " məzmunlu, 070 *** ** ** mobil telefon nömrəsindən “Yığdım açmadın sən. Səhər yarı kola hazır et indi edə bilərsənsə indi et ki, səhər 9-da gəlim pulu verim götürüm" məzmunlu, 077 *** ** ** mobil telefon nömrəsindən “Patını çox qoy normalnı ki, bilinməsin beşlikdir" məzmunlu, 070 *** ** ** mobil telefon nömrəsindən “Те ma var?" məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “Qaqaş bir dənə məni yığ da təcili Maildir. 20 lik əmanət istəyirəm" məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “Qaqaş Şahinin yanında mənə kola vermə" məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “Qaqaş məni yığ Maildir. 5 manat var patı lazımdır" məzmunlu, 070 *** ** ** mobil telefon nömrəsindən “Məni sarımısan götürməmişəm deyə deyə axırda telefonu açmırsan səhər patımı doğarsan 15lik" məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “Üstünə sağlıq başım ağrayır bir dənə sənə işim düşüb patı tapmaq olar 5lik?" məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “Səndən bir şey istəyə bilərəm? Əgər imkanın olsa gələndə bir az “pəncərə” gətirərsən də utanıram istəməyə də" məzmunlu, 070 *** ** ** mobil telefon nömrəsindən “Orxan gəlirəm 5lik bir dənə çıxart da?" məzmunlu, 077 *** ** ** mobil telefon nömrəsindən “Qaqaş bu özümün deyil ata bir dənə yarı istəyir bir dənə 5lik patı " məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “Mənə təcili lOluq kola düz qoş da pulunu verəcəm sizin məhəllədəyəm " məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “Mən sənə deyəndə 10 kola çıxardarsan məhəllənizə " məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “Brat 5 kola lazımdır mənə zəng et çıxım " məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “Axşamın xeyir. Kola-pəncərə varındır? " məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “Brat 10 kola 5 patı lazımdır " məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “Birdə kipatı olmadı? " məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “5 kola lazımdır brat " məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “5 kola lazımdır " məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “20 manata nə qədər kola verərsən? " məzmunlu, 050 *** ** ** mobil telefon nömrəsindən “Yarı kola, 5lik də normalnı patı düzəlt gəlirəm " məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “Yetim qapıdayam 3 manat var patı ver də mənə " məzmunlu, 077 *** ** ** mobil telefon nömrəsindən “1 qram kola var? " məzmunlu, 077 *** ** ** mobil telefon nömrəsindən “Qaqaş pul bizlikdir. 1 dənə yarı 5lik patı hə yox de " məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “Bir az da patı qoya bilərsən özüm üçün istəyirəm " məzmunlu, 070 *** ** ** mobil telefon nömrəsindən “5 likpatı olsun bir də söz soruşum 15 yarı patı alınar? tez cavab ver" məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “10 kola düz qoş da" məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “25 kola, 5 patı normalnı qoy da" məzmunlu, 051 *** ** ** mobil telefon nömrəsindən “Orxan brat telefon var istəmirsən? 10 kola ilə dəyişərdik təzədir 2 nömrəlidir" məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “istəyən olsa deyəcəm mən gəlirəm 25 kola 5 patı hazır et" məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “Təmiz 1 qram et 5 patı yaxşı atam? Məhəllənizdəyəm artıq" məzmunlu, 051 *** ** ** mobil telefon nömrəsindən “Orxan dayım gəlib türmeşik olan lomkada qurban olum bir dənə jest et yaddan çıxartmarsan 3 nəfərlik" məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “nə bankdır qaqaş?" məzmunlu, 055 *** ** ** mobil telefon nömrəsindən “Qaqaş bir dənə tema patı lazımdır" məzmunlu, 055 ******* mobil telefon nömrəsindən “Lomkadayam gəlim mənə tema ver. İ saata pulunu verəcəm çox pis lomkadayam evə gedə bilmirəm” məzmunlu ismarıcların daxil olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 114-119). Cinayət işinin materiallarında olan “sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş ardıcıllıqla sıralanmış sənədlərin doqquzuncu səhifəsində 25 yanvar 2022-ci il tarixdə narkotik vasitənin ödənişi olan 26 (iyirmi altı) manat məbləğində pulun Təqsirləndirilən şəxs üçün tanışı X4 məxsus olan pul kartına (hesaba) köçürülməsi təsdiq edilmişdir (cild 1, iş vərəqə 218). Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma haqqında” qərarlardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş videoçəkiliş görüntülərinin əks olunduğu üzərində heç bir yazı və marka adı qeyd olunmayan DVD-R modelli disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, 2,262 qram çəkidə olan narkotik vasitə heroin isə 11 fevral 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq tədqiqat keçirildikdən sonra qalıq çəkisi 2,212 qram olan narkotik vasitə heroin Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 102-104). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam hərbi məhkəməsinin 18 noyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir (cild 1, iş vərəqə 106-107). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 25). İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir (cild 1, iş vərəqə 87-92). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 31 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,212 qram olan narkotik vasitə heroin məhv edilməli; -iş üzrə şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş videoçəkiliş görüntülərinin əks olunduğu “DVD-R” modelli disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu 31 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,212 qram olan narkotik vasitə heroin məhv edilsin; -iş üzrə şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş videoçəkiliş görüntülərinin əks olunduğu “DVD-R” modelli disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1061/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1061/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver