Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1061/2024 16.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı4, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1988-ci il tarixdə Özbəkistan Respublikasının Djizak şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 25-də yaşamış, 16 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 avqust 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşı “Amirraz” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə göndərilmiş fotoşəkillərə uyğun ünvan 3 ünvana qoyulmuş təmiz çəkisi 1064,8 (1 kq, 64,8 qr) qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroini, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan külli miqdarda narkotik vasitə “Methadone 40” markalanma göstəricisi olan 39 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, üzərində “F/M 40” yazısı həkk olunmuş, metadon tərkibli təsiredici maddəsinin ümumi miqdarı 15,6 qram olan (üzərindəki qeyd edilmiş göstəricisinə əsasən 1 həbdə 0,04 metadon olmaqla) ümumilikdə 390 ədəd həbləri və 1 ədəd kustar üsulla hazırlanmış, 5,6 mm kalibrli, yivsiz, odlu silah hesab olunan 7733 nömrəli revolveri, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş, eyni kalibrli “Marqolin” konstruksiyalı tapançalardan və “TOZ” modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 5,6 mm kiçik kalibrli döyüş sursatı hesab olunan patronları, 1 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 5,6 mm kalibrli “Marqolin” konstruksiyalı tapançalardan və “TOZ” modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 5,6 mm kalibrli, 7733 nömrəli kustar üsulla düzəldilmiş revolverin ştat patronundan atılmış gilizlə birlikdə qanunsuz olaraq əldə edib daşımaqla saxlamış, onun narkotik vasitələrin, odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin (bundan sonra: RPİ-nin, CAŞ-ın) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 avqust 2023-cü il tarixdə, saat 05:50-də Xətai rayonu, P.Həşimov küçəsi 9 A saylı ünvanının yaxınlığında saxlanılıb ünvan 4rləşən Xətai RPİ-nin 35-ci Polis Bölməsinə (bundan sonra: PB) aparılaraq videoçəkilişlə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində olan sarı rəngli sellofan torbadan 1 ədəd bükümdə satış məqsədilə təmiz çəkisi 1064,8 qram (1 kq. 64,8 qr) olmaqla külli miqdar təşkil edən qəhvəyi rəngli, toz şəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə “Methadone 40” markalanma göstəricisi olan 39 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 390 ədəd, üzərlərində “F/M 40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı metadon tərkibli dərman preparatları, 390 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 15,6 qram olan satış məqsədilə külli miqdarda (üzərindəki qeyd edilmiş göstəricisinə əsasən 1 həbdə 0,04 metadon olmaqla) 39 ədəd konvalyutu və 1 ədəd 7733 nömrəli kustar üsulla hazırlanmış 5,6 mm kalibrli yivsiz odlu silah revolver, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş həmin kalibrli “Marqolin” konstruksiyalı tapançalardan və “TOZ” modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 5,6 mm kiçik kalibrli döyüş sursatı hesab olunan patronlar, 1 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 5,6 mm kalibrli “Marqolin” konstruksiyalı tapançalardan və “TOZ” modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 5,6 mm kalibrli, 7733 nömrəli kustar üsulla düzəldilmiş revolverin ştat patronundan atılmış gilizlər və üzərində ***-***-**-**, ***-***-**-** nömrələri olan “Samsung-Duos” markalı mobil telefon aşkar edilərək götürülmüşdür, yəni Təqsirləndirilən şəxs qeyd olunan bu hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin və metadon narkotik vasitələrini və 1 ədəd kustar üsulla hazırlanmış odlu silah hesab olunan 5,6 mm kalibrli yivsiz revolveri, 2 ədəd 5,6 mm kiçik kalibrli döyüş sursatı hesab olunan patronları və eyni kalibrli revolverin ştat patronundan atılmış gilizləri əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 228.1, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, psixotrop maddə metamfetamindən istifadə etmişdir. Sonuncu dəfə narkotik vasitə almaq üçün «İnstaqram»dan tanış olduğu və iranlı kimi bildiyi adamla danışmış və «online» ödəmə sistemi olan «M-10» kart hesabına 50 azn pul atmış, 2 qram heroin istəmişdir. Lakin həmin adam pulu aldıqdan sonra ona narkotik vasitə göndərmədiyi üçün telefonda onunla bir az dalaşmışlar. Mübahisədən sonra iranlı ona koordinat göndərmiş və ona Əhmədliyə, «konum», yəni koordinat göndərdiyi yerə getməyi demiş, göndərdiyi narkotikin orada sarı rəngli selofanın içində olacağını bildirib, götürməyi tapşırmışdır. O, 2 qram «mal»ı götürmək üçün 16 avqustdan 17 avqusta keçən gecə onun dediyi yerə getmiş, qeyd olunan sarı rəngli selofanı dolu vəziyyətdə görüb götürmüş və narkotiki götürmək üçün sellofanın içini boşaltmaq istəmişdir. Lakin sellofanın içi bükülü kağızlarla dolu olmuşdur. O, sellofanın içini boşaldarkən 15-16 nəfər polis onun üstünə gəlib onu tutmuş və Xətai RPİ-nin 35-ci PB-nə apardılar. O, iki gün bölmədə qalmış, bölmədə döyülmüş, sellofanın içində silah olduğunu bildirib boynuna götürməyi tələb etmişlər. Videoçəkiliş olacağı, çəkilişdə ona “biz deyənləri deyərsən” kimi bir tapşırıq verilmişdir. O, tutulandan iki gün sonra – 18 avqust 2023-cü il tarixdə vəkilin iştirakı ilə videoçəkiliş aparılmış, guya yeni tutulduğu sənədləşdirilmişdir. O, polislərin dediyini tam deməsə də, döyülməməsi üçün onların dediyinə oxşar cümlələr demişdir. Çəkiliş vaxtı üstündə olanları təqdim etmiş, sellofanı polislərə vermiş, içindən qara rəngli narkotik, silah və metadon narkotik vasitəsi çıxmışdır. Polislərə 2 qram üçün 50 azn pul ödədiyini, saxlanıldığı yerə buna görə getdiyini demiş, qalanlardan xəbərinin olmadığını bildirmişdir. Həmin əşyalar ona məxsus olmamış, polislər özləri sellofanın içinə qoymuşlar. Sellofan torbadan həmin əşyalar aşkar olan vaxt polislər özləri də gülüşmüşlər. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, iranlının koordinat göndərdiyi ünvana gedərkən 3 nəfər olmuş, hər üçünü polislər saxlamış, sonra iki nəfəri buraxmış, onu tutmuşlar. Həmin şəxslərdən biri tanışı Rövşən adlı taksi sürücüsü olmuş, digəri onun özünün dostu olmuşdur. Taksi şoferi Rövşən də narkotik istifadə edən olmuş, taksi sürücüsü, həm də dostu onun narkotik almağa getdiyini bilmişlər. O, alacağı narkotiki onlarla bir yerdə çəkəməyi nəzərdə tutmuşdur. Götürdüyü sellofanın içində isə ancaq kağızlar olmuş, orada silah olmamışdır. Barəsində qətimkan tədbiri seçilməsi üçün aparılarkən də, hakimə narkotikin və silahın ona məxsus olmadığını demiş, yalnız 2 qram narkotik dalinca getdiyini bildirmişdir. Döyülməsi ilə bağlı xəsarət almamış, istintaq təcridxanasına daxil olarkən onda xəsarət müəyyən edilməmiş, döyüldüyünü deməmişdir. Döyülməyi ilə bağlı heç yerə şikayət etməmişdir. Gözündə balaca şiş olsa da, çox da görünməmişdir. Narkotik alması üçün pul atdığı adamın iranlı olmasını təqribi bilsə də, həmin şəxsin adının “Amirraz” olduğunu o, polisə deməmiş, o, həmin şəxsin adını bilməmişdir. İbtidai istintaq zamanı ifadələrini müstəntiq özü yazmış, o isə oxumadan, məzmununu bilmədən imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ifadəsində ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilmiş və müdafiəsi üçün heç bir dəlil gətirməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə 2 dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 14 avqust 2023-cü il tarixdə tanımadığı “Amirraz” ləqəbli İran vətəndaşı ilə “WhatsApp” proqramı vasitəsilə yazışarkən onun M10 kart hesabına “Milli ön” aparatı vasitəsilə 50 manat göndərmiş, onun üçün hər hansı əraziyə narkotik vasitə olan heroin qoymasını istəmişdir. Lakin həmin gün o, telefonunu söndürdüyü üçün onunla əlaqə saxlaya bilməmişdir. 16 avqust 2023-cü il tarixdə, gecə saatlarında həmin şəxslə yenidən eyni üsulla əlaqə saxlayıb narkotiki verməməsinin səbəblərini soruşmuşdur. Həmin şəxs isə narkotiki Əhmədli qəsəbəsində bir yerə atdırıb ona məlumat verəcəyini bildirmişdir. Bir müddət sonra saat 05 radələrində həmin şəxs ona narkotik vasitənin Xətai rayonu, P.Həşimov küçəsində olduğunu bildirmiş, narkotik vasitənin dəqiq yeri barədə ona “WhatsApp” proqramı vasitəsilə koordinatlar atdığını demişdir. “Amirraz”, həmçinin ona orada narkotikin çox olduğunu, ona lazım olan qədərini götürməsini demiş, qalanını isə ya onun dediyi yerə aparıb qoymasını və ya elə orada saxlamasını bildirmişdir. Həmin vaxt o, artıq Əhmədli qəsəbəsində olmuş, saat 05 radələrində həmin koordinatlarla P.Həşimov küçəsinə yaxınlaşmışdır. Orada yarımçıq tikilinin yanında sarı rəngli sellofanı görmüş, içərisinə baxanda şəffaf yapışqanla bükülmüş qara rəngli bağlamanı aşkar etmişdir. O, bağlamanı açmadan özü ilə götürüb aparmasını, sonra isə Amirrazla danışacağını fikirləşmişdir. Bağlamanı götürüb oradan təxminən 5-10 metr uzaqlaşdıqda mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onu 35-ci Polis Bölməsinə aparmışlar. Həmin şəxslər ona yaxınlaşarkən o, tez mobil telefonundan “Amirrazla” yazışmasını silmişdir. Bölmədə müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilən zamanı həmin sellofanın içərisindən 1 ədəd silah, 1 ədəd iri bükümdə heroin və 39 ədəd hər birində 10 tabletka olmaqla metadon aşkar olunmuşdur. O, həmin torbada yalnız heroin olmasını güman etmiş, silah və dərman prepartaları barədə heç bir məlumatı olmamışdır (iş vərəqə: 75-76). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xətai RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs üzərində odlu silah gəzdirməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyənləşdirilmiş, onun Özbəkistan Respublikasında anadan olmuş və Bakı şəhərində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində faktiki yadında saxlamadığı küçədə və mənzildə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daxil olan məlumat ətrafında müvafiq sənədləşmələr aparılmış, o cümlədən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Tədbirin realizəsi üçün onun rəhbərliyi ilə Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirinin gedişatında, daha doğrusu 16 avqust 2023-cü il tarixdə saat 05:50 radələrində onlar ünvan 6 ünvanın yaxınlığında artıq zahiri əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşıb polis vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Suallar ətrafında şəxsin barəsində əməliyyat məlumatı daxil olmuş Təqsirləndirilən şəxs olması müəyyənləşdirilmiş və sonuncu RPİ-nin 35-ci PB-nə dəvət olunmuşdur. Bölmədə Təqsirləndirilən şəxs onun narkotik və psixotrop maddələrin, odlu silahın qanunsuz üzərində daşıması və istifadə etməsində şübhəli şəxs qismində saxlanıldığı izah olunmuş, üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı barədə məlumat verilmişdir. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs, üzərində hər hansı qanunsuz əşya saxladığı təqdirdə, könüllü təqdim etməsi ona təklif olunmuşdur. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonunu və sağ əlində tutduğu sarı rəngli sellofan torbanı polisə təqdim etmişdir. Sellofan torbanın içərisində qara rəngli polietilen sollofana bükülmüş qəhvəyi rəngli, narkotik vasitə sayılan heroinə bənzər maddə, həmçinin hər birində 10 ədəd həb olmaqla üzərində “Metadon 40” yazılmış 39 kovnalyut və 1 ədəd paslı tapança aşkar olunmuşdur. Çəkiliş vaxtı narkotik vasitə ilə silah eyni torbadan götürülmüşdür. İçərisində güllələrin olub-olmamasını müəyyən etmək üçün təhqiqatçı tapançanı sökmək istəmiş, lakin tapança paslı olduğundan bu mümkün olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və iş üçün əhəmiyyətli olan hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs suallar ətrafında təqdim etdiyi şübhəli maddənin “heroin” adlanan narkotik vasitə olmasını, həmin narkotik vasitəni 16 avqust 2023-cü il tarixdə, səhər saat 05 radələrində tanımadığı İran vətəndaşının kart hesabına 50 manat pul ödəməsi müqabilində onun “WhatsApp” proqramı vasitəsilə göndərilmiş kordinatlar vasitəsilə Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsindən götürdüyünü bildirmiş, lakin həmin sollafanda silah və digər preparatlarının olmasından məlumatsız olduğunu demişdir. Təqsirləndirilən şəxs deməsinə görə iranlı ilə onun arasında olan razılığa əsasən, o, torbadan özünə lazım olan qədər heroin götürdükdən sonra, narkotikin yerdə qalan hissəsini növbəti kordinatlar atılacaq ünvana təhvil verməli imiş. Yekunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülmüş, lakin həmin vaxtdan uzun müddət keçdiyindən narkotikə şübhəli maddənin çəkisinin təqribən bir kiloqram civarında olması onun yadında qalmışdır. Aşkar edilmiş maddələr təhqiqatçı tərəfindən üç ədəd kağız zərflərə qablaşdırılıb möhürlənərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Şahid2 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofanın içində kağızlar olmamış, orada silah və narkotiklər olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən, polisə gətirilərkən və ya şəxsi axtarış və götürmə ərəfəsində döyülməmiş, ona fiziki və ya psixoloji təsirlər göstərilməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qsimində dindirilən Xətai RPİ-nin digər əməkdaşı - NMB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun işin halları ilə bağlı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin TB-nin baş təhqiqatçısı Ramil İbrahimov tərəfindən tərtib olunmuş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 avqust 2023-cü il tarixli protokoldan görünür ki, 16 avqust 2023-cü il tarixdə, saat 05:50-də ünvan 7 ünvanının yaxınlığında saxlanılıb Bakı şəhəri, Xətai RPİ-nin 35-ci PB-ə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və şəxsi axtarış nəticəsində ondan bir ədəd “Samsung” markalı mobil telefon, və bir ədəd sarı rəngli sellofan torba və həmin torbanın içərisində daha bir ədəd qara rəngli polietilen sollofana bükülmüş qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə, 39 ədəd, hər birində 10 ədəd həb olan üzərində “Metadon 40” yazılmış kovnalyut və 1 ədəd paslı tapança aşkar olunmuşdur. Aşkar edilmiş qəhvəyi rəngli maddə elektron tərəzidə təhqiqatçı tərəfindən ölçülmüş və çəkisinin 1,115 kiloqram olması müəyyən edilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalara münasibət bildirib, aşkar olunmuş qəhvəyi rəngli toz maddənin “heroin” adlanan narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 16 avqust 2023-cü il tarixdə, səhər saat 05 radələrində tanımadığı İran vətəndaşının kart hesabına 50 manat ödəməsi müqabilində onun “WhatsApp” proqramı vasitəsilə göndərilmiş kordinatlar vasitəsilə Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsindən götürdüyünü göstərmiş, lakin həmin sellofan torbada olan silahdan və digər preparatlardan məlumatsız olduğunu qeyd etmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış və götürmə prosesi videolentə alınmış və prosesin videogörüntüləri bir ədəd DVD formatlı diskə köçürülərək tərtib olunmuş protokola əlavə edilmişdir (iş vərəqə; 31-33). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinə baxış keçirilmiş və videogörüntülərin şəxsi axtarış keçirilməsi və götürmə protokolunun məzmunu ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, tədqiq olunan həmin protokoldan görünür ki, videogörüntülərə baxış zamanı 16 avqust 2023-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilmiş Təqsirləndirilən şəxs bir ədəd sarı rəngli sellofan torba və həmin torbanın içərisində daha bir ədəd qara rəngli polietilen sollofana bükülmüş qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddəni, hər birində 10 ədəd həb olan olmaqla üzərində “Metadon 40” yazılmış 39 ədəd kovnalyutu və 1 ədəd paslı tapançanı və bir ədəd “Samsung” markalı mobil telefonu təqdim etməsi, təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs aşkar olunmuş qəhvəyi rəngli toz maddənin “heroin” adlanan narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 16 avqust 2023-cü il tarixdə, səhər saat 05 radələrində tanımadığı İran vətəndaşının kart hesabına 50 manat ödəməsi müqabilində onun “WhatsApp” proqramı vasitəsilə göndərilmiş kordinatlar vasitəsilə Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsindən götürdüyünü bildirməsi bir daha təsdiq olunur (iş vərəqə: 64). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 16 avqust 2023-cü il tarixli, 3-19-16/2-6/4397 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N154”-li dairəvi möhür əksi “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzaları olan 2 (iki) ədəd paketdə, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1064,8 qram (1 kq 64,8 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və üzərində “Methadone 40” markalanma göstəricisi olan 39 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 390 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır, 390 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 15,6 qramdır (üzərindəki qeyd edilmiş göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahıya əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildirlər (iş vərəqə: 40, 51-55). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməkriminalistik ekspertizasının 16 avqust 2023-cü il tarixli, 23/660 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş 01 ədəd 7733 N-li silah kustar üsulu ilə hazırlanmış 5,6 mm kalibrli revolverdir, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır; tədqiqata təqdim edilmiş 02 ədəd patronlar xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli «Marqolin» konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 5,6 mm kiçik kalibrli patronlardır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdır; tədqiqata təqdim edilmiş 01 ədəd giliz zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 5,6 mm kalibrli olmaqla, həmin kalibrli «Marqolin» konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronların bir hissəsidir, atılmış gilizdir. Həmin giliz tədqiqata təqdim edilmiş 5,6 mm kalibrli 7733 N-li kustar üsulla düzəldilmiş revolverdən atılmışdır. tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, eksperimental atəş zamanı əldə olunmuş gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gilizlərlə müqayisə edilib. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qeyd: Təqdim edilmiş 02 ədəd 5,6 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəş zamanı istifadə olundu (iş vərəqə: 38, 44-50). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2023-cü il tarixli 5791 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 97, 140-141). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə izahat verərkən cinayət işinin ibtidai istintaqı mərhələsində verdiyi və məhkəmə baxışı zamanı tədqiq olunan ifadəsinə uyğun izahat verib, sosial şəbəkədən tanış olduğu iranlıya 02 qram metamfetamin almaq məqsədilə «Emon» ödəniş vasitəsilə 50 manat pul köçürüb sonuncunun atdığı konum üzrə onun göndərdiyi metamfetamini götürmək üçün getdiyini, həmin yerdə bağlamanın böyük olduğunu görüb iranlıya zəng etdiyini, sonuncunun ona özünə lazım olan 02 qram metamfetami götürməyi, qalan hissəsini isə onun dediyi yerə aparıb qoymağı tapşırdığını, bağlamanı götürüb 5-10 metr getdikdən sonra polis əməkdaşları tərəfindən tutulduğunu göstərmiş, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, bağlamadan aşkar olunan tapançanın ona aidiyyatının olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının müvafiq qərarına əsasən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş 1064,8 qram (1 kq 64,8 qr) narkotik vasitə heroin, 39 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd həb olmaqla, ümumilikdə 390 ədəd metadon tərkibli dərman preparatı, 01 ədəd 7733 N-li 5,6 mm kalibrli revolver, 2 ədəd 5,6 mm kalibrli patron və 1 ədəd 5,6 mm kalibrli giliz iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1064,6 qram heroin, 380 ədəd metadon tərkibli həb, 01 ədəd 7733 N-li 5,6 mm kalibrli revolver, 1 ədəd 5,6 mm kalibrli patron və 1 ədəd 5,6 mm kalibrli giliz Bakı şəhəri, Xətai RPİ-nin məsul saxlancına verilmişdir. Tədqiq olunan həmin qərarlardan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD-R formatlı disk işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 156-164). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 165-166). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «metadon» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 1,6 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin çəkisi 1064,8 (1 kq, 64,8 qr) qram, “Methadone 40” narkotik göstəricisi olmaqla hər konvalyutda 10 ədəd - 390 ədəd, ümumilikdə 15,6 qram olan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulan eyni maddələrin külli miqdar həddindən dəfədən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin çəkisi 1064,8 (1 kq, 64,8 qr) qram, “Methadone 40” narkotik göstəricisi olmaqla hər konvalyutda 10 ədəd - 390 ədəd, ümumilikdə 15,6 qram təşkil etməsi, Təqsirləndirilən şəxs narkotik vasitələri gəzdirməsi, saxlaması və daşıması, həmçinin həmin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları, narkotik vasitələrin satışını realizə etmək məqsədilə qeyriləri ilə qabaqcadan cinayət əlaqəsinə girməsi, narkotik vasitələrin satışını təşkil etmək məqsədilə cinayətkar qrupun üzvləri arasında kordinatların müəyyənləşdirilməsi və qarşılıqlı məlumatlandırılması, şahid ifadələri və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış 1 ədəd 5,6 mm kalibrli, yivsiz 7733 nömrəli odlu silah hesab olunan revolveri, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli döyüş sursatı hesab olunan patronları və 1 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 5,6 mm kalibrli 7733 nömrəli kustar üsulla düzəldilmiş revolverin ştat patronundan atılmış gilizi qanunsuz olaraq əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs kimi çəkisi 1064,8 (1 kq, 64,8 qr) qram təşkil edən külli miqdarda heroin narkotik vasitəsini, 39 ədəd konvalyutda 390 ədəd, ümumi çəkisi 15,6 qram təşkil edən külli miqdarda “Methadone” narkotik vaçitəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində 2023-cü ilin 16 avqustdan 17 avqusta keçən gecə 2 qram «mal»ı (burada: narkotiki) götürmək üçün iranlının dediyi yerə getməsi, danışılan yerdə sarı rəngli selofanı dolu vəziyyətdə görüb götürməsi, lakin sellofanın içərisində nrakotik deyil, bükülü kağızlar olması, sellofanın içini boşaldarkən 15-16 nəfər polisin onu tutub Xətai RPİ-nin 35-ci PB-nə aparmalması, iki gün bölmədə saxlanılması, döyməsi, sellofanın içində silah olduğunu bildirib boynuna götürməyi tələb etmələri, tutulandan iki gün sonra – 18 avqust 2023-cü il tarixdə vəkilin iştirakı ilə videoçəkiliş aparılması, guya yeni tutulmasının sənədləşdirilməsi, çəkiliş vaxtı üstündə olan salofanı polislərə verdməsi, təqdim etdiyi selofanın içindən qara rəngli narkotik, silah və metadon narkotik vasitəsinin aşkar edilməsi, selofanın içərisində olanlardan xəbərinin olmaması, selofanın içərisində olan əşyaların ona məxsus olmaması, polislərin özlərinin sellofanın içinə qoymaları barədə ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində 16 avqust 2023-cü il tarixdə tutulmasına baxmayaraq iki gün qanunsuz saxlanılması və yalnız 18 avqust 2023cü il tarixdə vəkilin iştirakı ilə videoçəkiliş aparılması və həmin tarixdə tutulmuş şəxs kimi sənədləşdirilməsi barədə göstərməsi tğam inkar olunmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdə Xətai RPİ-nin 35-ci PBnin əməkdaşları tərəfindən saxlanılmış, həmin tarixdə bölmənin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs ifadəsində döyülməsinə baxmayaraq xəsarət almadığını, istintaq təcridxanasına daxil olarkən onda xəsarət müəyyən edilmədiyini, istintaq təcridxanasına döyüldüyünü demədiyini və döyülməyi ilə bağlı heç yerə şikayət etmədiyini göstərmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində döyülməsi ilə bağlı göstərdiyi xüsusatlar araşdırılmışdır. Belə ki, məhkəmə sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından verilən 15 yanvar 2024-cü il tarixli, 3-16-17/38/2-226/2024 saylı arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, həmin gün ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, lakin Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmişdir. Bakı İstintaq Təcridxanasından eyni tarixli müşayiət məktubuna qoşma edilmiş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçadan görünür ki, sonuncu tibbi müayinədən keçirilərkən saxlanılarkən zədələr almadığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmlərindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bundan sonra eyni məhkəmənin 21 iyul 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 67.1-ci maddəsi tətbiq edilməklə hökmlərin məcmusu qaydasında 4 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vərəqə: 102-103, 104-109). Məhkəmə sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin 01 fevral 2023-cü il tarixli, 21-1/32020-16 saylı arayışından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs təyin olunan 4 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 3 (üç) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün hissəsini çəkilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu onun yeni cinayət törətdiyi 16 avqust 2023-cü il tarixə ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkumluğun ödənilməməsinə və ya götürülməməsinə, həmçinin bunun üçün qanunla müəyyən olunan müddətlərin keçməməsinə baxmayaraq, yeni cinayətin törədilməsinə görə Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratmır. Çünki Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012, xx.xx.2014 və xx.xx.2022-ci il təvəllüdlü üç nəfər azyaşlı uşaqları vardır və bu hal Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 228.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin və hökmlərin məcmusu qaydasında cəza təyin etmənin prinsipləri və cəzaların toplanması zamanı müddətlərin hesablanması qaydası nəzərə alınmaqla, onun şəxsiyyətinə və ailə vəziyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinin tələblərinə görə isə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bundan başqa, həmin Məcəllənin 68.1-ci və 68.1.1-1-ci maddəsinin tələblərinə görə isə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respubliası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib təyin edilmiş və çəkilməmiş 3 (üç) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 10 (on) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 10 (on) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5791 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, məhkumluğu olsa belə, onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyini, ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə görə isə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələri təyin olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 16 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 16 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 avqust 2023-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Səid Məmmədovun 16 avqust 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş Bakı şəhəri Xətai rayon Polis İdarəsinə saxlanca verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1064,6 qram heroin, 380 ədəd metadon tərkibli həblər məhv edilməli; - 01 ədəd 7733 N-li 5,6 mm kalibrli revolver, 1 ədəd 5,6 mm kalibrli patron və 1 ədəd 5,6 mm kalibrli giliz Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilməlidir; - Təqsirləndirilən şəxs məxsus «İphone 5S» markalı bir ədəd mobil telefon onun özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilməlidir; Bundan başqa, iş üzrə saddi sübut olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD-R formatlı disk və Təqsirləndirilən şəxs məxsus «İphone 5S» markalı mobil telefonda olan səsli smslərin videogörüntü halında köçürüldüyü bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılsın və ona qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1-ci və 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 3 (üç) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 10 (on) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü üzrə müəyyən edilmiş və çəkilməmiş 1 (bir) il 10 (on) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 16 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xətai rayon Polis İdarəsinə saxlanca verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1064,6 qram heroin və 380 ədəd metadon tərkibli həblər məhv edilsin; - 01 ədəd 7733 N-li 5,6 mm kalibrli revolver, 1 ədəd 5,6 mm kalibrli patron və 1 ədəd 5,6 mm kalibrli giliz Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin; - Təqsirləndirilən şəxs məxsus «İphone 5S» markalı bir ədəd mobil telefon onun özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilsin. Cinayət işinin materiallarında saxlanılan maddi sübutlar: - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs məxsus «İphone 5S» markalı mobil telefonda olan səsli smslərin videogörüntü halında köçürüldüyü bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1061/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1061/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver