Məhkəmə qərarları › İş №1(101)-1061/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1061/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1061/2025 05.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X5 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X6, Müdafiəçilər Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı vəsatətlə müraciət edərək hazırkı cinayət işinin aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, vəsatətin dəlillərini və cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, hazırki cinayət işi məhkəmə (ərazi) aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 4 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində tamah niyyəti və satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasında olan üzvü vasitəsilə İran İslam Respublikasında istintaqa məlum olmayan tarixdə və mənbədən tamah və satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda - 183,294 qram metamfetamin psixotrop maddəsinin əldə edilməsinə, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilərək qeyd edilən psixotrop maddənin 89,661 və 93,633 qramdan ibarət iki hissəyə ayrılaraq 1 cüt qara rəngli idman ayaqqabısının hər iki tayının içliyinin (tərliyinin) alt hissəsində yerləşdirilib saxlanılmasına, cinayət əməlləri barədə qabaqcadan hüquq mühafizə orqanı hesab edilən Azərbaycan Respublikasının gömrük orqanına məlumat vermiş Azərbaycan Respublikasının vətəndaşı Şahid1 tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınmasına və həmin şəxs tərəfindən 4 sentyabr 2024-cü il tarixdə psixotrop maddənin yerləşdirildiyi 1 cüt ayaqqabı ayağına geyinilmiş formada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş, 5 sentyabr 2024-cü il tarixdə psixotrop maddənin çatdırılmalı olduğu şəxsləri müəyyən etmək məqsədi ilə səlahiyyətli gömrük əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində cinayətkar qrupunun üzvü Təqsirləndirilən şəxs2 cinayətkar qrupunun digər üzvləri ilə aralarında olan razılaşmaya əsasən qeyd edilən psixotrop maddəni Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin qarşısında əldə etdikdən sonra saxlanılmış, daha sonra psixotrop maddənin çatdırılmalı olduğu digər şəxslərin müəyyən edilməsi üçün həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, eyni tarixdə həmin psixotrop maddəni Masazır-Novxanı yolunun Masazır qəsəbəsindən keçən hissəsində, Masazır gölünün sahilində yerləşən “Bazarstore” mağazasının qarşısında yerləşən ağaclıq sahədə əldə etdikdən sonra saxlanılmışdır. Bununla yanaşı, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 4 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində tamah niyyəti və satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasında olan üzvü vasitəsilə İran İslam Respublikasında istintaqa məlum olmayan tarixdə və mənbədən tamah və satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda - 183,294 qram metamfetamin psixotrop maddəsinin əldə edilməsinə, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilərək qeyd edilən psixotrop maddənin 89,661 və 93,633 qramdan ibarət iki hissəyə ayrılaraq 1 cüt qara rəngli idman ayaqqabısının hər iki tayının içliyinin (tərliyinin) alt hissəsində yerləşdirilib saxlanılmasına, cinayət əməlləri barədə qabaqcadan hüquq mühafizə orqanı hesab edilən Azərbaycan Respublikasının gömrük orqanına məlumat vermiş Azərbaycan Respublikasının vətəndaşı Şahid1 tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınmasına və həmin şəxs tərəfindən 4 sentyabr 2024-cü il tarixdə psixotrop maddənin yerləşdirildiyi 1 cüt ayaqqabı ayağına geyinilmiş formada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş, 5 sentyabr 2024-cü il tarixdə psixotrop maddənin çatdırılmalı olduğu şəxsləri müəyyən etmək məqsədi ilə səlahiyyətli gömrük əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, cinayətkar qrupunun digər üzvləri ilə aralarında olan razılaşmaya əsasən qeyd edilən psixotrop maddəni Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin qarşısında əldə etdikdən sonra saxlanılmış, daha sonra psixotrop maddənin çatdırılmalı olduğu digər şəxslərin müəyyən edilməsi üçün həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində cinayətkar qrupunun üzvü Təqsirləndirilən şəxs1 eyni tarixdə həmin psixotrop maddəni Masazır- Novxanı yolunun Masazır qəsəbəsindən keçən hissəsində, Masazır gölünün sahilində yerləşən “Bazarstore” mağazasının qarşısında yerləşən ağaclıq sahədə əldə etdikdən sonra saxlanılmışdır. Göründüyü kimi, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərin azadlığı 05 sentyabr 2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılmaqla məhdudlaşdırılmışdır. Başqa sözlə, təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürüldüyündən və ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə təqsirləndirilən şəxslər Abşeron rayonu, Masazır qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanıldığından məlum olur ki, göstərilən cinayət əməli (CM-nin 234.4.1 və 234.4.3) məhz Abşeron rayonu, Masazır qəsəbəsində başa çatmışdır. Eyni zamanda məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslərin azadlığı azadlığı 05 sentyabr 2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində faktiki olaraq məhdudlaşdırıldıqdan sonra onların başqa inzibati əraziyə aparılıb orada üzərində prosessual hərəkətin keçirilməsi (şəxsi axtarış və götürmə) bilavasitə prosessual hərəkət kimi qiymətləndirilməli və belə prosessual hərəkətin keçirildiyi yer (ərazi) cinayət əməlinin başa çatma yeri kimi qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə görə uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Bununla ayanşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 5-ci bəndinin 4-cü abzasında da sərgilənmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, “Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyataxtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir”. Beləliklə, məhkəmə ittiham aktına və cinayət işinin materiallarına istinad edərək belə hesab edir ki, təqsirləndirilən şəxslərin azadlığı 05 sentyabr 2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılmaqla faktiki olaraq məhdudlaşdırıldığından onun polis əməkdaşları tərəfindən saxlanıldığı yer, yəni 05 sentyabr 2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi cinayətin (CMnin 234.4.1 və 234.4.3) başa çatdığı yer hesab olunmalıdır. Bununla da, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən (narkotik vasitə ilə birlikdə) saxlanıldığı yer cinayətin törədildiyi son yer kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsində ‘‘məhkəmə aidiyyətinə əməl olunması” cinayət mühakimə icraatının əsas prinsiplərindən biri kimi nəzərdə tutulmaqla, həmin maddənin müddəasının tələblərinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz, şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məhkəmə aidiyyətinə əməl edilməsinin əhəmiyyəti, həmçinin onda ifadə edilir ki, aidiyyətlə bağlı tələblər ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə istiqamətlənmişdir. Qeyd edilən hüquqi mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır. “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 22 dekabr 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmə orqanlarına aidiyyəti CPM-in 67- 77-ci maddələrində müəyyən edilmişdir. Adı çəkilən normalar ərazi, növ (predmet) və şəxslərə görə aidiyyəti, habelə məhkəmə orqanlarının səlahiyyətinə görə aidiyyəti fərqləndirmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayət mühakimə icraatını həyata keçirən hər bir məhkəmə orqanının səlahiyyətlərinin şamil edildiyi ərazi CPM-in 67-73-cü maddələrində müəyyən edilmişdir. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi, yer başa düşülür. Eyni zamanda cinayət işinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə aidiyyəti onun məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən mütləq yoxlanılmalıdır. Belə yoxlama birinci instansiya məhkəmələrinin hazırlıq iclası zamanı həll edilməli olan ilk məsələdir. Hər bir məhkəmə ona daxil olmuş cinayət işi və digər materiallar barədə hər hansı prosessual hərəkət etməmişdən (hazırlıq iclasınadək olan hərəkətlər istisna olmaqla) əvvəl həmin işin və ya materialların aidiyyətini yoxlamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.2-ci maddəsinin tələbinə əsasən məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. Azərbaycan Respubliksını Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarına əsasən, Sumqayıt şəhəri və Abşeron rayonu (Abşeron rayonu, Masazır qəsəbəsi) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahidinə daxil edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin tələbinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.1 və 74.2.2-ci maddələrinin tələbinə əsasən uzanan cinayətin başa çatdığı yer onun onun törədildiyi yer, cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer isə davam edən cinayətin başa çatdığı yer hesab olunur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin CMnin 234.4.1 və 234.4.3) təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayətin - hadisənin törədildiyi (başa çatdığı) yer olan Abşeron rayonu, Masazır qəsəbəsi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan hazırkı cinayət işi baxılması üçün məhkəmə (ərazi) aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əməl olunmayaraq bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə, yəni Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün məhkəmə (ərazi) aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirinin əsaslığını müzakirə edərək hesab edir ki, onların barəsində seçilmiş həbs qətimkan tədbiri əsaslıdır və sözügedən qətimkan tədbirinin dəyişdirilməsinə zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmənin hazırlıq iclasında müdafiəçi vəsatət verərək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov növündə qətimkan tədbiri ilə əvəz olunmasını xahiş etmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, müdafiəçi tərəfindən qətimkan tədbiri ilə bağlı verilmiş vəsatət hazırki mərhələdə əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün məhkəmə (ərazi) aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov növündə qətimkan tədbirinə dəyişdirilməsi (əvəz edilməsi) barədə müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş vəsatət təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəmə hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar